Məhkəmə qərarları › İş №1(099)-33/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-33/2025

31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-33/2025 31.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Lənkəran şəhər Yaşıllaşdırma idarəsində fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, H.Abdullayev küçəsi ev 11, mənzil 11-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə; xx xxxx 1992-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Nəqliyyat İdarəsində böyük mətəxəssis vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi ev 280-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 ona ödənilməli olan müəyyən məbləğdə pul müqabilində qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və ona deyiləcək yerə çatdırılması barədə digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, sonra isə özünün nəqliyyat vasitəsi olmadığından tanışı Təqsirləndirilən şəxs2 ona ödəyəcəyi pul müqabilində idarə etdiyi avtomaşınla birlikdə gedərək narkotik vasitəni qoyulduğu yerdən götürüb avtomaşında daşımaqla ona deyiləcək yerədək aparmağı təklif etmiş, Təqsirləndirilən şəxs2 onun təklifi ilə razılaşmış və hər ikisi satış məqəsdi ilə qanunsuz olaraq narkotik vasitənin əldə edilməsi, saxlanılması və daşınması barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun üzvü (üzvləri) 17 yanvar 2024-cü il tarixdə saat 12 radələrində bir bağlamada 4 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1110 qram; 1120 qram; 1140 qram və 1125 qramümumi təmiz çəkisi 4495 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı Lənkəran rayonu Balıqçılar qəsəbəsi ərazisində yerləşən "Balıqçılar" sözü yazılmış dəmir plakatın yanına qoymaqla Təqsirləndirilən şəxs1 "whatsapp" ani mesajlaşma proqramı vasitəsi ilə bu barədə məlumat verdikdən sonra həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs1 Lənkəran şəhərində yaşadıqları məhəllədə Təqsirləndirilən şəxs2 ilə görüşmüş, ona narkotik vasitəni götürmək üçün Lənkəran rayonu Balıqçılar qəsəbəsinə getməli olduqlarını bildirmiş, bu baprədə bir daha razılaşdıqdan sonra hər ikisi Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi BMW 323İ minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonu Balıqçılar qəsəbəsinə yollanmış, saat 21 radələrində həmin qəsəbədə «Balıqçılar» sözü yazılmış lövhənin yanında Təqsirləndirilən şəxs2 avtomaşını saxlamış, Təqsirləndirilən şəxs1 avtomaşından düşərək içərisində 4495 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana olan bağlmanı götürməklə avtomobilin yük yerinə qoymuş, bununla da hər ikisinin külli miqdarda qurudulmuş marixuananı birgə əldə etmələrindən sonra avtomobildə Lənkəran şəhəri istiqamətində daşıyarkən onların cinayət əməlləri barədə daxil olmuş əməliyyat məlumatı əsasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində 17 yanvar 2024-cü il tarixdə saat 21 radələrində Lənkəran rayonu Nərimanabad qəsəbəsi ərazisində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasının həyətinə gətirilmiş, avtomobilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə baxış keçirilərkən külli miqdarda narkotik vasitə qurudulmuş marixuana bir ədəd qara rəngli sellofan bağlamanın içərisinə avtomobilin yük yerindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nın 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, həbs olunmamışdan əvvəl ailə üzvüləri ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Narkotik vasitələrdən istifadə etmişdir. Onun istifadəmdə "Redmi" markalı mobil telefon vardır. O, həmin telefonda ***-***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır, onunla Lənkəran şəhərində bir məhlədə yaşayırlar. O, Lənkəran şəhərində yaşıllaşdırma idarəsində, Mirsaleh isə Lənkəran şəhərində yerləşən Ekologiya idarəsində işləyir. O, 2024-cü ilin yanvar ayının 4-5-də instaqram sosial şəbəkəsində Fərhad adlı, özünü iranlı kimi təqdim edən şəxslə tanış olmuşdur. 17 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Fərhad "whatsapp" vasitəsilə ona "Balıqçılar" qəsəbəsində “Balıqçılar” sözü yazılmış lövhənin altında 400 qram qurudulmuş marixuana qoydurduğunu, həmin marixuananı oradan götürüb ona verəcəyi 1000 manat pul müqabilində deyiləcəyi yerə qoymalı olduğunu demişdir. O, Fərhad adlı şəxsin təklifi ilə razılaşmışdır. İranlı üzərinə «Balıqçılar» yazılmış lövhənin fotoşəklini çəkib ona atmışdır. Həmin yerə getmək üçün ona avtomaşın lazım olmuşdur. Ona görə də 17 yanvar 2024-cü il tarixdə saat 20 radələrində Mirsalehə demişdir ki, bir dostum vardır, mənə balıq göndərəcəkdir, maşınla gedək onu gətirək. Mirsaleh onun əsl məqsədini bilmədən onunla razılaşmışdır. Onlar yaşadıqları məhəllədə Mirsalehlə görüşmüş və sonuncunun sürdüyü «BMV» markalı avtomaşınla Balıqçılar qəsəbəsinə yollanmışlar. Yolda olduqları zaman iranlı onunla telefonla danışaraq bağlamanın böyük olacağını demişdir. O isə Mirsalehə balqçıların balığı «Baıqçılar» sözü yazılmış lövhənin altına qoyub getdiklərini bildirmişdir. Onlar həmin plakatın yanına çatdıqda hava qaranlıq olmuşdur. Orada Mirsalehə maşını saxlamasını, gedib qabaqdan dönüb qayıtmasını demişdir. Mirsaleh maşını plakatın yanında saxlamış, o avtomaşından düşərək içərisində narkotik olan bağlamanı götürmüş, Mirsaleh isə maşını qabağa sürmüş və dönüb geri qayıtmışdır. O, bağlamanı götürüb Mirsalehin avtomaşınının baqajına qoymuşdur. Mirsaleh bağlamanı görməmişdir. Belə ki, Mirsaleh avtomaşından düşməmişdir. Avtomaşının baqajını o çöldən açmışdır. Bu zaman polis işçiləri onları tutmuşlar. O, polis işçilərinə demişdir ki, bağlamada 4 kiloqram narkotik olmasını əvvəldən bilməmiş, 400 qram narkotikə görə gəlmişdir. Lakin polislər onun qolunu izolentlə bağlamış, onu döymüşlər, demişlər ki, bağlamada olan narkotik vasitənin özünə məxsus olmasını etiraf etməlidir. O da məcbur qalıb bağlamada olan narkotik vasitələrin tam şəkildə özünə məxsus olmasını etiraf etmişdir. Mirsalehə narkotik vasitə barədə heç bir məlumat verməmişdir. Mirsalehə onun ekologiya idarəsində işləməsi səbəbindən balıqçıların onu görməmələri üçün onlara balığı plaktaın yanına qoymalarını deməsini bildirmişdir. İranlı ona 700 manat pul göndərməyib və Mirsalehə 400 manat pul verməmişdir. İstintaqda verdiyi həmin məzmunlu ifadəsi yalandır, həmin ifadəni verərək təzyiq altında olub. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 2022-ci ildə onun istifadəsində olan ***-***-**-** mobil telefona "whatsApp" proqramı ilə bir nəfər şəxs zəng etmiş, adının Fərhad olduğunu, onun narkotikə görə cəza çəkən əmisi oğlu Şəhriyarı tanıdığını bildirmişdir. Fərhad adlı şəxs ona demişdir ki, onunla işləsə, ona narkotik vasitələr göndərər, həmin narkotik vasitələri istədiyi yerə qoyar, sonra şəkilini çəkib ona atar, o da ona "Emon" proqramı vasitəsilə mobil telefonuna pul göndərər. Ailə vəziyyəti ağır olduğundan Fərhad adlı şəxsin təklifi ilə razılaşmış, öz telefonunun "whatsApp" proqramı ilə Fərhad adlı şəxsin xatırlmadığı "whatsApp" nömrəsinə zəng etmiş və onunla “işləməyə” razı olduğunu və ona narkotik vasitələr göndərməsini demişdir. O, uşaqlıq dostu və onunla Lənkəran şəhərində bir məhəllədə yaşayan Təqsirləndirilən şəxs2 ona narkotik vasitə göndəriləcəyini, pul müqabilində avtomaşını ilə gedərək narkotik vasitəni qoyulduğu yerdən götürüb lazım olan yerə aparmalarını təklif etmiş və Mirsaleh onunla razılaşmışdır. 17 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Fərhad adlı şəxs "whatsApp" vasitəsilə ona,"Balıqçılar" qəsəbəsində 4 kq qurudulmuş marixuana qoydurduğunu və gedib həmin ərazidən narkotik vasitəni götürməsini bildirmişdir. O da Mirsalehə zəng edib bu barədə məlumat vermişdir. Həmin gün saat 20 radələrində yaşadıqları məhəllədə Mirsalehin maşınına əyləşmiş və onlar Balıqçılar qəsəbəsinə getmişlər. Balıqçılar qəsəbəsinə çatmağa az qalmış Fərhad adlı şəxs onun "whatsApp" nömrəsinə şəkil göndərmiş və o, şəkili açıb baxarkən, şəkildə "Balıqçılar" sözü yazılmış plakatın və plakatın altında qar topasının təsvirlərinin olduğunu görmüşdür.Onlar həmin plakatın yanına getmişlər və Mirsaleh maşını həmin yerdə saxlamışdır. O, tez maşından yerə düşmüş və qar topasının altından ağ rəngli sintetik kisəni götürüb Mirsalehin idarə etdiyi “BMW” markalı avtomaşının yük yerinə qoymuşdur. O, maşının yük yerində həmin sintetik kisənin ağzını açmış və kisədən qara rəngli bağlamanı çıxartmışdır. Sonra isə maşına əyləşmiş və Mirsaleh maşını Lənkəran şəhəri istiqamətində idarə etməyə başlamışdır. Həmin günü saat 21 radələrində Lənkəran rayonu Nərimanabad qəsəbəsi ərazisində Lənkəran polis şöbəsinin yol patrul xidməti əməkdaşları Mirsalehin maşınını saxlatmışlar və onları maşınla birlikdə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin binasının həyətinə gətirmişlər. Sonra isə onu və Mirsalehi polis şöbəsinin binasının birinci mərtəbəsinə aparmışlar, hər ikisi şübhəli şəxs kimi tutulmuş, üzərlərində şəxsi axtarış aparılmış, lakin qanunsuz əşya aşkar olunmamışdır. Sonra polis işçiləri onların iştirakları ilə Mirsalehin maşınına baxış keçirmişlər. Ondan maşında hər hansı qanunuz əşya və ya perdmetin olub-olmamasını soruşmuşlar. O da maşının yük yerində Fərhad adlı şəxsin, ona və Mirsalehə göndərdiyi narkotik vasitə qurudulmuş marixuana olduğunu və onlar həmin narkotik vasitəni Balıqçılar qəsəbəsi ərazisində olan plakatın altından götürüb maşına qoyduqlarını, həmin narkotik vasitəni Lənkəran rayonu ərazisində münasib yerə qoyduqdan sonra Fərhad adlı şəxsin ona 2000 manat pul göndərəcəyini və həmin pulun 500 manatını Mirsalehə verəcəyini bildirmişdir. Sonra müdafiəçilərin, onların özlərinin və polis işçilərinin iştirakları ilə videoçəkiliş aparılmaqla Mirsalehin avtomaşınına baxış keçirilərkən qara rəngli sellofan bağlamada olan qurudulmuş marixuana maşının yük yerindən aşkar edilmişdir. İçərisində qurudulmuş marixuana olan bağlama elektron tərəzidə çəkmiş, 4915 qram olmuşdur. Sonra isə həmin bağlama maşının yük yerində olan ağ rəngli kisənin içərisinə qoyulmuş və üzərinə möhür vurulmuşdur. Bu barədə onların iştirakları ilə protokol tərtib olunmuş, protokolu imzalamışlar. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda Təqsirləndirilən şəxs2lə üzləşdirmədə dindirmədə 17 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Fərhad adlı şəxsin ona “vhatsApp” proqramı ilə zəng edərək Balıqçılar qəsəbəsində 4 kiloqram qurudulmuş marixuana qoyduğunu, gedib onu götürmək lazım olduğunu deməsini, onun da bu barədə Təqsirləndirilən şəxs2 məlumat verməsini, saat 20 radələrində yaşadıqları məhəllədə görüşərək Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə qəsəbəyə gedərək “Balıqçılar” sözü yazılmış lövhənin altından narkotik vasitəni götürüb avtomaşının yük yerinə qoymalarını təsdiq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 göstərdi ki, həbs edilməmişdən əvvəl valideyinləri ilə birlikdə Lənkəran şəhəri Ş.Xiyabanı küçəsi, ev 280-də yaşamışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Nəqliyyat idarəsində böyük mütəxəssis işləyir. Narkotik vasitələrdən istifadə etmir. Etibarnamə əsasında “BMW” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır, bir məhəllədə yaşamışlar. Zamiqlə qohumluğu, ədavəti və ziddiyyəti olmamışdır. 17 yanvar 2024-cü il tarixdə nahar fasiləsinə zamanı saat 13 radələrində Zamiq onunla əlaqə saxlayaraq demişdir ki, axşam bir yerdə gedək Balıqçılar qəsəbəsinə, qəsəbədə bir tanışı var, ondan ağ balıq götürək. O da Zamiqlə razılaşmışdır. Həmin gün axşam saatlarında Zamiq onun idarə etdiyi avtomobilə əyləşmiş və o, avtomaşını Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamətində idarə etməyə başlamışdır. Balıqçılar qəsəbəsinə çatmağa az qalmış Zamiqin telefonuna zəng gəlmiş Zamiq kiminləsə danışıb ona balıq verəcək şəxsin işi çıxdığından balığı "Balıqçılar" sözü yazılmış plakatın yanında qarın altında qoyaraq getdiyini, balığı götürmək üçün maşını həmin plakatın yanında saxlamasını demişdir. O, maşını “Balıqçılar” yazılmış plakatın yanında saxlamışdır. Zamiq maşından düşüb plakatın yanına tərəf getmiş və ona gedib dönüb gəlməsini demişdir. O, avtomaşını bir qədər qabağa sürmüş və dönüb Zamiqə doğru gəlmişdir. Zamiq plakatın yanından nəsə götürmüş və gətirib avtomaşının baqajına qoymuşdur. Baqaj knopka ilə açıldığndan onun baqajı açmaq üçün avtomaşından düşməyinə ehtiyac olmamış, Zamiq özü baqajı açmış və torbanı baqaja qoymuşdur. Sonra Zamiq avtomaşına minmiş və ona demişdir ki, sür gedək. Bundan sonra o, avtomaşını Lənkəran şəhəri istiqamətində idarə etməyə başlamışdır. Bu zaman saat 21 radələri olmuşdur. Lənkəran rayonu Nərimanabad qəsəbəsi ərazisində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin yol polisi əməkdaşları ona avtomaşını saxlamaq işarəsi vermişlər. O, avtomaşını saxlamışdır. Onlardan avtomaşında nə aparmasını soruşmuşlar. Onlar polis işçilərinə maşında balıq apardıqlarını demişlər. Polis işçiləri avtomaşının baqajını açıb baxdıqda baqajda narkotik olduğunu görmüşlər. O, polis işçilərinə torbanı Zamiqin götürdüyünü, ona torbada balıq olduğunu dediyini bildirmişdir. Sonra polis işçiləri onları avtomaşınla birlikdə Lənkəran rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində baxış zamanı avtomaşının baqajından narkotik götürülmüşdür. O, polis işçilərinə izah etmişdir ki, Zamiqin avtomaşının baqajına narkotik qoymasından məlumatı olmamışdır. Polis işçiləri onun adından narkotikdən məlumatlı olması barədə izahat yazaraq qabağına qoymuşlar və demişlər ki, həmin izahata imza etməlidir, əks halda avtomaşındakı narkotikin miqldarını artıracaqlar. Ona görə də məcbur olub polis işçilərinin yazdıqları məzmunda izahatı imzalamışdır. O, Zamiqi namaz qılan şəxs kimi tanıyır, onun narkotik götürməsinə şübhə yaradan hər hansı hal olmamışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən ifadəsində ona Azərbaycan Respublikası CM-nın 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır, Lənkəran şəhərində bir məhəllədə yaşamaqla münasibətləri yaxşı olmuşdur. 2024-cü il yanvar ayının əvvələrində Zamiq ona narkotik vasitə göndəriləcəyini, ona verəcəyi pul müqabilində onun maşını ilə birlikdə gedərək narkotik vasitəni qoyulduğu yerdən götürmələrini və lazım olan yerə aparmalarını təklif etmişdir. O, Zamiqin təklifi ilə razılaşmışdır. 17 yanvar 2024-cü il tarixdə saat 12-13 radələrində Zamiq onun ***-***-**-** mobil telefonunua "whatsApp" proqramı ilə zəng edərək Fərhadın 4 kq qurudulmuş marixuana göndərdiyini, gedib onu götürmələrini, Fərhad ona pul göndərən kimi ona sürücü kimi 500 manat pul verəcəyini demişdir. O da Zamiqlə razılaşmış və həmin gün saat 20 radələrində yaşadıqları məhəllədə Zamiq onun idarə etdiyi avtomaşına əyləşmiş və onlar Balıqçılar qəsəbəsinə getmişlər. Balıqçılar qəsəbəsinə çatmağa az qalmış Zamiqin telefonuna şəkil gəlmiş və Zamiq şəkilə baxdıqdan sonra ona "Balıqçılar" sözü yazılmış plakatın yanına gedəcəklərini bildirmişdir. Onlar həmin plakatın yanına getmişlər və o, maşını həmin yerdə saxlamışdır. Zamiq tez maşından yerə düşmüş və qar topasının altından ağ rəngli sintetik kisəni götürüb maşının yük yerinə qoymuşdur. Zamiq maşına əyləşmiş və ona kisədə qurudulmuş marixuana olduğunu bildirmişdir. O, maşını Lənkəran şəhəri istiqamətində sürməyə başlamışdır. Həmin gün saat 21 radələrində Lənkəran rayonu Nərimanabad qəsəbəsi ərazisində Lənkəran polis şöbəsinin Yol Patrul Xidməti əməkdaşları idarə etdiyi maşını saxlatmışlar və onları maşınla birlikdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində o və Zamiq şübhəli şəxs kimi tutulmuşlar. Üzərlərində şəxsi axtarış aparılmış və qanunsuz əşya aşkar olunmamışdır. Sonra avtomaşına baxış keçirilmişdir. O və Zamiq avtomaşının yük yerində narkotik vasitə olduğunu bildirmişlər. Bundan sonra avtomaşına baxış keçirilərkən avtomaşının yük yerindən qara rəngli sellofan bağlamada qurudulmuş marixuana aşkar edib götürmüşdür. İçərisində qurudulmuş marixuana olan bağlamanı elektron tərəzidə çəkmiş və çəkisinin 4915 qram olduğunu tərəzinin ekranında görmüşdür. Sonra isə polis işçisi həmin bağlamanı maşının yük yerində olan ağ rəngli kisənin içərisinə qoymuş və üzərinə möhür vurmuşdur. Bu barədə protokol tərtib olunmuş, protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəhər sakinləri kimi tanımışdır. 17 yanvar 2024-cü il tarixdə saat 15 radələrində ona Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edəcəkləri və Təqsirləndirilən şəxs2 idarə etdiyi “BMW” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyacaqları barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət başında yaxalanmaları məqsədi ilə təxirəsalınmadan əməliyyat tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətdə olduqları “BMW” markalı, ** BL *** qeydiyyat nişanlı avtomobil 17 yanvar 2024-cü il tarixdə saat 21:00 radələrində Lənkəran rayonu Balıqçılar qəsəbəsindən Lənkəran şəhəri istiqamətində hərəkətdə olduqları zaman Lənkəran rayonu Nərimanabad qəsəbəsi ərazisində saxlanılaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasının həyətinə gətirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iş üzrə şübhəli şəxs kimi tutulmuşlar, onların üzərlərində şəxsi axtarış aparılmış, lakin qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomaşında qanunsuz əşya olub-olmamasını soruşulduqda Təqsirləndirilən şəxs1 avtomobilin yük yerində Fərhad adlı şəxsin onlara göndərdiyi narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və onların həmin narkotik vasitəni Balıqçılar qəsəbəsi ərazisində üzərinə “Balıqçılar” sözü yazılmış lövhənin altından götürdüklərini, Fərhad adlı şəxsin deyəcəyi yerə qoymaq üçün avtomobilə qoyduqlarını, buna görə Fərhad adlı şəxsin ona 2000 manat pul göndərəcəyini və həmin pulun 500 manatını Mirsalehə verəcəyini bildirmişdir. Bundan sonra videoçəkilişdən istifadə olunmaqla avtomaşına baxış keçirilərkən Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə narkotik vasitə olduğunu və həmin narkotik vasitəni Lənkəran rayonunun Balıqçılar qəsəbəsi ərazisində yerləşən "Balıqçılar" sözü yazılmış lövhənin yanından götürməyi Zamiqin ona təklif etdiyini və bunun müqabilində Zamiqin ona 500 manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin yük yerindən bir ədəd qara rəngli bağlamanı və bir ədəd içərisində heç nə olmayan ağ rəngli kisəni götürüb yerə qoymuşdur. Qara rəngli bağlamaya baxış keçirildikdə bağlamanın içərisindən narkotik vasitə qurudulmuş marixuanayabənzər kütlə aşkar olunmuşdur. Həmin maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılıb götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid4 göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsində Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsində əməliyyat-axtarış qrupunun üzvü olaraq o da iştirak etmişdir. Əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 17 yanvar 2024-cü il tarixdə saat 21 radələrində Mirsalehin idarə etdiyi BMW markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonu Balıqçılar qəsəbəsindən Lənkəran şəhəri istiqamətində hərəkətdə olduqları zaman Nərimanabad qəsəbəsi ərazisində yol polisi əməkdaşları tərəfindən saxlanılaraq, Lənkəran şəhər-rayon polis şöbəsinin inzibati binasının həyətinə gətirilmişlər. Rolis şöbəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bildirmişlər ki, Balıqçılar qəsəbəsində “Balıqçılar” sözu yazılmış lövhənin altından narkotik vasitə götürmüşlər, narkotik vasitə avtomaşının baqajındadır, narkotik vasitəni deyilən yerə çadırmalı olmuşlar, bunun müqabilində Zamiqə 2000 manat pul göndərilməli olmuş, Zamiq də pulun 500 manatını Mirsalehə verməli olmuşdur. Onların hər ikisinin üzərlərində qanunsuz əşya aşkar olunmamışdır. Sonra avtomaşına baxış keçirərkən Təqsirləndirilən şəxs2 idarə etdiyi həmin avtomobilin yük yerində narkotik vasitə olduğunu bildirib, maşının yük yerindən bir ədəd qara rəngli bağlamanı və bir ədəd içərisində heç nə olmayan ağ rəngli kisəni götürüb yerə qoymuşdur. Qara rəngli bağlamanın içərisində nə olduğunu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 soruşduqda Təqsirləndirilən şəxs1 bağlamanın içərisində "nəşə" deyilən qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin qara rəngli bağlamaya baxış keçirildikdə bağlamanın içərisindən narkotik vasitə olan qurudulmuş marixuanayabənzər kütlə aşkar olunmuşdur. Həmin maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Sorğu zamanı Zamiq Mirsalehə 500 manat pul verəcəyini bildirmişdir. Zamiqə və Mirsalehə təsir və təzyiq göstərməmişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid6 göstərdi ki, Lənkəran Şəhər Rayon X9 Yol Polisi bölməsində yol patrul xidməti inspektoru vəzifəsində işləyir. 17 yanvar 2024-cü il tarixdə ona və yol polisi müfəttişi Şahid5 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sonuncunun idarə etdiyi BMW markalı, ** BL *** qeydiyyat nişanlı avtomaşında narkotik vasitələri daşımaları barədə məlumat verməklə həmin avtomaşını saxlamaq barədə göstəriş verilmişdir. Əməliyyat qrupunun tərkibində olmaqla həmin avtomobili müşahidəyə götürmüş və 17 yanvar 2024-cü il tarixdə saat 21:00-da Lənkəran rayonu “Balıqçılar” qəsəbəsindən Lənkəran şəhəri istiqamətində hərəkətdə olduğu zaman Lənkəran rayonu Nərimanabad qəsəbəsi ərazisində saxlatdırmışlar. Həmin vaxt avtomaşını Təqsirləndirilən şəxs2 sürmüş, Təqsirləndirilən şəxs1 isə qabaq sərnişin oturacağında oturmuşdur. Təqsirləndirilən şəxs1 və Mirsaleh Şükürzadəni avtomaşınla birlikdə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə aparmışlar. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində narkotik vasitə aşkar olunmamışdı. Lakin avtomaşının baqajında kisədə narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, narkotik vasitəni ona veriləcək 2000 manat pul müqabilində götürmüş və ona deyilən yerə qoymalı olmuşdur, pulun 500 manatını da Mirsalehə verməli olşmuşdur. Zamiqə və Mirsalehə heç bir təzyiq-təsir göstərməmişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid5 göstərdi ki, Lənkəran Şəhər Rayon X9 Yol Polisi bölməsində yol patrul xidməti inspektoru vəzifəsində işləyir. 17 yanvar 2024-cü il tarixdə polis şöbəsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olmaları və Təqsirləndirilən şəxs2 məxsus BMW markalı, ** BL *** qeydiyyat nişanlı avtomobilidə narkotik vasitələri daşımaları barədə əməliyyat məlumatı daxil olmuşdur. O və yol polisi Şahid6 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifşa olunmaları üçün yaradılmış əməliyyat qrupunun tərkibinə daxil edilmişlər. Onlara avtomobili saxlatdırmaq tapşırığı verilmişdir. Əməliyyat qrupunun tərkibində hərəkət etməklə həmin avtomobilin 17 yanvar 2024-cü il tarixdə saat 21 radələrində Lənkəran rayonu Balıqçılar qəsəbəsindən Lənkəran şəhəri istiqamətində hərəkətdə olduğunu müəyyən etmişlər. O, Lənkəran rayonu Nərimanabad qəsəbəsi ərazisində avtomobili idarə edən Təqsirləndirilən şəxs2 avtomobili saxlamaq işarəsi vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 də avtomobildə qabaq sərnişin oturacağında oturmuşdur. O, avtomaşına saxlamaq işarəsi verəndə Təqsirləndirilən şəxs2 avtomaşını saxlamaqda tərəddüt etmiş, avtomaşını bir qədər qabağa sürdükdən sonra yolun kənarına çəkib saxlamışdır. O, avtomaşına yaxınlaşmışdır. Mirsaleh ondan avtomaşını saxlatdırmasının səsəbini soruşmuşdur. O isə guya avtomaşını uzaq işıqla sürdüyünə görə saxlatdırdığını demişdir. Mirsaleh hətta ona avtomaşını buraxması üçün 40 manat pul da təklif etmişdir. Bu zaman əməliyyatçılar avtomaşına yaxınlşmışlar. Onlara narkotik vasitələri daşımaqda şübhəli olduqlarını bildirməklə Lənkəran Şərər-Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, Mirsalehin avtomaşınını sürmüşdür. O qabaqda, Şahid6 isə yol polisi avtomobilini arxada sürməklə onları rayon polis şöbəsinin həyətinə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomaşında qanunsuz əşya olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs1 avtomobilin yük yerində Fərhad adlı şəxsin onlara göndərdiyi narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və onların həmin narkotik vasitəni Balıqçılar qəsəbəsi ərazisində olan plakatın altından götürdüklərini, Fərhad adlı şəxsin deyəcəyi yerə qoymaq üçün avtomobilə qoyduqlarını, buna görə Fərhad adlı şəxsin ona 2000 manat pul verdiyini, həmin pulun 500 manatını Mirsalehə verdiyini bildirmişdir. Həttda Təqsirləndirilən şəxs1 ağlamış, təzə uşağının doğulduğunu bildirməklə ona kömək etmələrini xahiş etmişdir. Mirsaleh də ona 500 manat pul çatdığını və buna görə narkotiki avtomaşını ilə apardığını bildirmişdir. Müdafiəçilər dəvət olunmuşlar. Müdafiəçilərin iştirakları ilə və videoçəkiliş aparılmaqla Mirsalehin və Zamiqin üzərlərində şəxsi axtarış aparılmış, qanunsuz əşya aşkar olunmamışdır. Sonra Zamiqin, Mirsalehin və müdafiəçilərin iştirakları ilə avtomaşının yük yerinə baxış kekeçirilmişdir. Avtomaşının yük yerini Mirsaleh açmışdır. Baxış keçirilərkən yük yerində bir ədəd torbada narkotik vasitə olan qurudulmuş marixuanayabənzər kütlə aşkar olunaraq götürülmüşdür. Zamiq və Mirsaleh hər ikisi öz əməllərindən peşiman olduqlarını, narkotik vasitənin onlara məxsus olduğunu bildirmişlər. Həmin vaxt onlar balıq aparmaları barədə heç bir söhbət etməmişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3 göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edəcəkləri və Təqsirləndirilən şəxs2 idarə etdiyi BMW markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyacaqları barədə əməliyyat məlumatı daxil olmuşdur. Onların cinayət başında yaxalanmaları məqsədi ilə təxirəsalınmadan əməliyyat tədbirləri keçirilməklə 17 yanvar 2024-cü il tarixdə saat 21:00 radələrində Mirsalehin sürdüyü həmin avtomobildə Lənkəran rayonu Balıqçılar qəsəbəsindən Lənkəran şəhəri istiqamətində hərəkətdə olduqları zaman Lənkəran rayonu Nərimanabad qəsəbəsi ərazisində saxlanılaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasının həyətinə gətirilmişlər. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomaşında qanunsuz əşya olub-olmamasını soruşulduqda Təqsirləndirilən şəxs1 avtomobilin yük yerində Fərhad adlı şəxsin onlara göndərdiyi narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və onların həmin narkotik vasitəni Balıqçılar qəsəbəsi ərazisində olan “Balıqçılar” sözü yazılmış plakatın altından götürdüklərini, Fərhad adlı şəxsin deyəcəyi yerə qoymaq üçün avtomobilə qoyduqlarını, buna görə Fərhad adlı şəxsin ona 2000 manat pul göndərəcəyini və həmin pulun 500 manatını Mirsalehə verdiyini bildirmişdir. Bundan sonra videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs2 idarə etdiyi BMW markalı avtomaşına baxış keçirilmişdir. Avtomaşının yük yerindən bir ədəd ağ rəngli kisədə narkotik vasitə qurudulmuş marixuanayaoxşar maddə aşkar oldunmuşdur. Həmin maddə elektron tərəzidə çəkilərək qablaşdırılıb götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 öz təqsirsizliyi barədə heç bir söz deməmişdir. Əksinə Mirsaleh bildirmişdir ki, 500 manat pula görə maşını ilə gedib narkotiki «Balıqçılar» sözü yazılmış plakatın altından götürmüşdür. Mirsaleh və Zamiq avtomaşınla balıq götürməyə getmələri barədə heç bir söz deməmişlər. Baxış keçirilməsi barədə 17 yanvar 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi BMW 323İ minik markalı, ** BL *** qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən bir ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanayabənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı onlara Fərhad adlı şəxsin göndərdiyini, narkotiki qoyulduğu yerdən götürdüklərini, onlara deyilməli yerə çatdırmalı olduqlarını, bunun əvəzində Təqsirləndirilən şəxs1 2000 manat pul verilməli olduğunu, onun da həmin pulun 500 manatını Təqsirləndirilən şəxs2 verməli olduğunu bildirmişlər. 21 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Mirsael Əbülfətzadənin ifadəsi yerində yoxlanılarkən o, 17 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1lə birlikdə narkotik vasitəni götürdükləri yeri göstərmişlər. Məhkəmə-bioloji ekspertizasının 18 yanvar 2024-cü il tarxli, 19/46 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtobobildən götürülmüş bir ədəd bağlamada 4 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1110 qram, 1120 qram, 1140 qram və 1125,0 qram-ümumi təmiz çəkisi 4495 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 18 yanvar 2024-cü il tarixli, 32 və 33 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 psixi və fiziki asılılıq olmadan narkotik vasitədən istifadə halları istisna olunmur, məcburi müalicəyə ehtiyacları yoxdur, ərazi narkoloji xəstəxanasında profilaktik qeydiyyata alınmaları məsləhət görülür. Təqsirləndirilən şəxs1 17 yanvar 2024-cü il tarixdə saxlanılarkən üzərində olan, «Bakcell» mobil operatoruna məxsus (055) ***-**-** telefon nömrəsi quraşdırılmış mobil telefonu təqdim etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər onların saxlanılmalarında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi X4 iştirak etdiyini və onun telefon vasitəsi ilə Təqsirləndirilən şəxs1 zəng edərək onu cinayətə təhrik etməsinin ehtimal olunması barədə ifadələrini nəzərə alaraq Səbuhi Mirzəyevin istifadəsində olan ***- ***-**-** telefon nömrəsi ilə 17 yanvar 2024-cü il tarixdə aparılmış danışıqların əldə olunaraq cinayət işinə əlavə olunması barədə vəsatət vermişlər. Məhkəmə müdafiə tərəfinin vəsatətini təmin etmiş və Səbuhi Mirzəyevin istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə 2024-cü il yanvar ayının 1-dən 18-dək olan müddətdə aparılmış danışıqlar barədə məlumatlar əldə edilərək cinayət işinə əlavə olunmuşdur. Telefon danışıqları barədə məlumatlardan görünür ki, Səbuhi Mirzəyevin istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə 2024-cü il yanvar aynın 1-dən 18-dək olan müddətdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** telefon nömrələri arasında heç bir danışıq aparılmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** telefon nömrələri ilə 01-18 yanvar 2024-cü il tarixlərdə aparılmış danışıqlar və telefon nömrələrinin abunəçiləri barədə məlumatlardan görünür ki, həmin müddətdə onların telefon nömrələrinə hər hansı polis işçisinin istifadəsində olan nömrədən zəng olunmamış və danışıq aparılmamışdır. Bundan əlavə müdafiə tərəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1lə İran İslam Respublikasına məxsus mobil telefon nömrəsindən "whatsApp" proqramı vasitəsi ilə “Fərhad” adı altından narkotiklə bağlı danışıq aparılmış şəxsin polis əməkdaşı olmasını ehtimal etməklə Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** telefon nömrəsi ilə 17 yanvar 2024-cü il tarixdə "whatsApp" proqramı vasitəsi ilə danışıq aparılmış İran İslam Respublikası operatoruna məxsus telefon nömrəsi, həmin nömrənin abunəçisi, hansı İMEİ kodlu telefon aparatında istifadə olunması barədə məlumatların əldə edilməsinə dair vəsatət vermişdir. Məhkəmə müdafiə tərəfinin vəsatətini təmin etməklə bu barədə qərar qəbul edərək icra olunması üçün "xxxx" MMC-nə göndərmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" MMC "whatsApp" proqramı vasitəsi ilə göndərilmiş mətnlərə dair məlumat vermək üçün texniki imkana malik deyildir. Eyni zamanda məhkəmə müdafiə tərəfinin vəsatətinin hərtərfli yoxldanılması üçün Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** telefon nömrəsi ilə 01-18 yanvar 2024-cü il tarixlərdə İran İslam Respublikasına aid telefon nömrəsi ilə danışıqların aparılıb aparılmaması, əgər aparılmışdırsa, İran İslam Respublikası operatoruna məxsus telefon nömrəsinin abunəçisi, hansı İMEİ kodlu telefon aparatına quraşdırılması və həmin telefon aparatının kimin adına qeydiyyata alınması barədə məlumatların əldə olunması barədə qərar qəbul olunmaqla icra olunması üçün Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nə göndərilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, 1-18 yanvar 2024-cü il tarixlərdə Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** telefon nömrəsi ilə İran İslam Respublikası operatoruna aid telefon nömrəsi ilə danışıq aparılması qeydə alınmamış, eyni zamanda "xxxx" MMC-nin məlumat bazasında xarici ölkələrə məxsus telefon nömrələrinin İMEİ kodları, daxil olan SMS-lər, səsli mesajlar, fotoşəkillər və s. barədə məlumatlar mövcud deyildir. Lənkəran şəhər Psixiatriya xəstəxanasının 10 fevral 2024-cü il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin xəstəxanada qeydiyyatda olmamışlar. Məhkəmə-tibb ekspertinin 18 yanvar 2024-cü il tarixli, 47 və 48 nömrəli rəylərindən görünür ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müayinə olunarkən onların bədənləri üzərində xəsarət aşkar olunmamışdır. Ailə tərkibi haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir, himayəsində xx.xx.2023-cü ildə doğulmuş bir uşağı vardır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs1 barəsində yaşayış yeri üzrə nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. Ailə tərkibi haqqında 09 fevral 2024-c2 il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 subaydır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs2 barəsində yaşayış yeri üzrə nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası silahlı qüvvələrinin zabiti olmaqla erməni işğalçılarına qarşı 2016-cı il aprel döyüşlərində və 2020-ci il Tovuz döyüşlərində iştirak etmiş və Azərbaycan Respublikasının 100 illin yubley medalı ilə təltif edilmişdir. Onun əmisi X5 erməni işğalçılarına qarşı döyüşdə şəhid olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 09 sentyabr 2021-ci il tarixdən həmin idarədə böyük mütəxəssis vəzifəsində işləmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmələri, saxlamaları və daşımaları, əməllərində cinayət tərkibinin və cinayət hadisəsinin olması, təqsirlililikləri kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdikləri-17 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə Balıqçılar qəsəbəsi ərazisinə gedərkən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitəni götürmək üçün getməsi barədə məlumatının olmaması, Təqsirləndirilən şəxs1 ona həmin yerdən ağ balıq götürmək üçün getmələrini deməsi barədə ifadələrini öz məsuliyyətlərini yüngülləşdirmək və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətdən yayındırmaq məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir, onların ibtidai istintaqda verdikləri ifadələrini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuş və onlara həmin maddələr ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxlərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, habelə hər birinin cinayətin törədilməsində faktiki iştiraklarının xarakterini və dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 bilavasitə digər şəxslərlə cinayət əlaqəsinə girməklə narkotik vasitənin əldə etmə yerinə qoyulmasını təşkil etməsini, narkotik vasitəni qoyulduğu yerdən götürüb cinayətkar qrupun digər üzvlərinə çatdırılmasını öhdəsinə götürməsini, həmin işlərin icra olunması üçün avtomobil lazım olduğundan Təqsirləndirilən şəxs2 sürücü qismində qrupa cəlb etməsini nəzərə alaraq hesab edir ki, təyin olunan cəza fərdiləşdirilməklə Təqsirləndirilən şəxs1 təyin edilən cəzanın müddəti Təqsirləndirilən şəxs2 nisbətdə çox olmalıdır. Təqsirləndirilən şəxs2 isə nisbətdə daha az cəza təyin edilməlidir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 təyin olunan cəzanın müddətini müəyyən edərkən onun Azərbaycan Respublikasının silahlı qüvvələrində zabit olmaqla erməni işğalçılarına qarşı 2016-cı il aprel və 2020-ci il Tovuz döyüşlərində iştirak etməsini, Azərbaycan Respublikasının medalı ilə təltif olunmasını və əmisi X2 erməni işğalçılarına qarşı döyüşlərdə şəhid olmasını CM-nin 59.1.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2024-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 4494,6 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, cinayət işinə əlavə olunmuş istintaq hərəkətləri barədə videogörüntülərə dair 05 ədəd DVD disklər, telefon danışıqları barədə 02 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus «Redmi» markalı mobil telefonlar onların ailələrinə verilməli, «BMV» markalı, ** BL *** qydiyyat nişanlı avtomobilin, onun açarının və qeydiyyat şəhadətnaməsinin Təqsirləndirilən şəxs2 atası X3 verilməsi nəzərə alınmalıdır. Ekspertiza xərci 60 (altmış) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 30 (otuz) manat alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 4494,6 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmiş istintaq hərəkətlərinin videogörüntüləri barədə 05 ədəd DVD disklər və telefon danışıqları barədə 02 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus «Redmi» markalı mobil telefonlar onların ailələrinə verilsin, «BMV» markalı, ** BL *** qydiyyat nişanlı avtomobilin, onun açarının və qeydiyyat şəhadətnaməsinin Təqsirləndirilən şəxs2 atası X3 verilməsi nəzərə alınsın. Ekspertiza xərci 60 (altmış) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 30 (otuz) manat alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar