Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-330/2023 03.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X8 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 2000-ci ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işsiz, əvvələr məhkum olunmamış, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdə, saat 19:15 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yaşadığı mənzildə olarkən X9 19 noyabr 2022-ci il tarixdə 120 manat pula satdığı “İphone 5S” markalı mobil telefonun pulundan qalan 20 manatını verməməsi barədə sonuncunun atası Şahid5 telefonla məlumat verdiyinə görə İlkin Hüseynov telefon danışığı zamanı ona nalayiq ifadələr istifadə etdiyindən qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gələrək, həmin cinayətkar niyyətini həyata keçirmək üçün sonuncunu binanın həyətinə çağıraraq evindən bir ədəd bıçaq götürüb yaşadığı binanın həyətində İlkin Hüseynovla görüşüb mobil telefonda dediyi nalayiq ifadələri kimin ünvanına dediyini soruşmuşdur. İlkin Hüseynov həmin nalayiq ifadələri ona dediyini təsdiq etdikdə o, qəsdən öldürmək məqsədi ilə əlində olan bıçaqla İlkin Hüseynovu qəsdən bir dəfə vuraraq ona qəsdən döş qəfəsinin sağ yarısının ön səthində sağ döşyanı xətt üzrə 3-cü qabırğaarası sahədə döş boşluğuna keçən, sağ ağciyəri zədələyən, kəskin qanaxma ilə müşayiət olunan və ölümünə səbəb olan həyat üçün təhlükəli hesab edilən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmiş, İlkin Hüseynov ondan aralanıb qaçmaq istəyərkən o, öz cinayətkar hərəkətlərini davam etdirib İlkin Hüseynovu təqib edərək bıçaqla sonuncunun kürək və digər nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq, ona döş qəfəsinin sağ yarısının arxa səthində sağ kürək xətti üzrə 6-cı qabırğaarası sahədə döş boşluğuna keçməyən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bir ədəd, sol bazunun yuxarı 1/3nin bayır səthində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid iki ədəd, sağ bazunun orta 1/3-nin arxa səthində sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən bir ədəd sıyrıqdan ibarət bədən xəsarətləri yetirərək, X10 qəsdən öldürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X1 onunla qonşuluqda yaşamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2022-ci ilin noyabr ayının ortalarında “İphone 5S” markalı mobil telefonunu satmaq istəmiş, həmin vaxt binanın qarşısında olan zaman İlkin də orada olmuş, İlkinin öz telefonu xarab olduğundan telefonu ona satmasını demişdir. 19 noyabr 2022-ci il tarixdə, günorta saatlarında İlkinlə yenə binanın qarşısında görüşən zaman İlkin telefonu almaq qərarına gəldiyini demiş və 120 manat qarşılığında razılaşmışlar. İlkin ona telefonu verməsini, atası İlqar Türkiyədən gecə Gəncəyə gələcəyini, İmişli rayon Bəhrəmtəpə qəsəbəsinə gələn kimi pulunu verəcəyini demiş, o da razılaşmışdır. O, mobil telefonunu format etdikdən sonra həmin gün, saat 23 radələrində yenə binanın qarşısında görüşmüşlər və İlkinlə birlikdə onların evinə getmişlər, sonuncu da növbəti gün, səhər saatlarında Gəncəyə gedib atası ilə birlikdə qayıdan kimi 100 manat pulu verəcəyini, yerdə qalan 20 manat pulu da təxminən 3-4 gün ərzində pensiya alandan sonra verəcəyini demişdir. O da razılaşaraq evinə getmişdir. 21 noyabr 2022-ci il, saat 11-12 radələrində binanın qarşısında İlkinlə görüşdərək tanımadığı taksi ilə İmişli şəhərinə gəlmişlər. İlkin bazarın içərisində tanımadığı bir şəxsə dollar verib xırdalamış, həmin puldan 100 manat çıxarıb ona vermiş, təxminən 3- 4 günə pensiya yüklənən kimi 20 manat pulunu verəcəyini bildirmiş, o isə heç nə deməmişdir. 27 noyabr 2022-ci ilədək İlkin 20 manat pulunu verməmiş, həmin vaxtadək heç o da pulu istəməmişdir. 27 noyabr 2022-ci il tarixdə, saat 16-17 radələrində binanın qarşısında küçədə olan zaman 20 manat pulunu istəmiş, İlkin də pensiyanın yüklənmədiyini, yüklənən kimi verəcəyini demiş, o da heçnə deməmişdir. 02 dekabr 2022ci il tarixədək İlkinlə bir-birilərini binanın qarşısında görsələr də, ondan pulunu istəməmiş, İlkin də heçnə deməmişdir. Həmin müddət ərzində o, telefonsuz qalmışdır. 02 dekabr 2022-ci il tarixdə, saat 19 radələrində nənəsi Minarənin nömrəsi ilə İlkinə zəng vuraraq pulu nə vaxt verəcəyini soruşmuş, İlkin də ona “satdığın telefonun “İcloud”u yoxdur, onu açdırmaq üçün 40 manat ustaya pul vermişəm, pul batdı getdi, sənə nə pul verəcəm?!” deyə cavab vermişdir. O, pula ehtiyacı olduğunu desə də, İlkin sözlərini təkrarlayıb, pulu qaytarmayacağını deyərək telefonu söndürmüşdür. Nənəsinin mobil nömrəsi ilə İlkinə 2-3 dəfə zəng vursa da, İlkin telefonu açmamışdır. Daha sonra yenə nənəsinin nömrəsi ilə zəng vuran zaman İlkin telefonu açaraq “mən nə hayda, sən nə hayda, nə beynimi xarab edirsən?!” demiş, ancaq nə hayda olduğunu deməmişdir. O, yenə ehtiyacı olduğunu deyib pulu verməsini istəmiş, İlkin sözünü axıra kimi deməyə imkan verməyərək telefonu söndürmüş, o, yenə bir neçə dəfə zəng vursa da, İlkin telefonu açmamışdır. O, da İlkinin atası İlqara zəng edərək “oğlun İlkinə zəng vururam telefonu açmır, İlkin mənə satdığım telefona görə 20 manat pul borcludur, İlkin noyabrın 22-si 25-i arası pulu verəcəyini demişdi, ancaq vermir, bu kişiliyə, oğlanlığa sığan hərəkət deyil” demiş, İlqar da telefonda “arvaddı, kişidi, nədi, zəng vur özünə de” deyə cavab verərərk telefonu söndürmüşdür. Təxminən 5 dəqiqə sonra İlkin öz nömrəsi ilə onun nənəsinin telefonuna zəng vuraraq, ona “atama zəng edib nə demisən, mənim kişiliyimə şübhən var?!” demiş, o da “mən sənin atana nə demişəm, kişiliyə yaraşan hərəkət olmadığını demişəm” deyə cavab vermişdir. Bundan sonra İlkindən borclu qaldığı 20 manat pulu istəmiş, İlkin də telefonda onu söyərək pulu verməyəcəyini bildirmiş, sonra isə “nə deyirsən e, düş aşağı peysər” demişdir. İlkinin son söyüşündən sonra özündən çıxaraq əsəbi olduğu üçün öz yataq otağına keçib, paltar şkafında olan qatlanan bıçağını götürüb cibinə qoymuş, qapıdan çıxanda bıçağın tiyəsini açıb sol əlində tutaraq həyətə düşmüşdür. İlkinlə danışanda ailə üzvləri onun əsəbiləşdiyini və bıçağı götürüb həyətə düşdüyünü gördüklərinə görə nənəsi Minara onun arxasınca gəlmişdir. Bıçağı sol əlində tutub həyətə düşə-düşə qışqıraraq İlkini səsləmiş, sonuncunun evinə tərəf gedərkən yolun yarısında İlkinlə rastlaşmışdır. İlkinlə üzbəüz gələndə nənəsi Minara arxadan əl atıb onu saxlamaq istəmiş, ancaq həmin vaxt o, nənəsini əli ilə itələmişdir. İlkin onun üzərinə gələ-gələ ona, “qudurmusan, küçük?” demiş, telefonda söydüyü söyüşlərə görə üzbəüz gələn kimi sol əlindəki bıçaqla İlkinə zərbə endirmiş, ətraf qaranlıq olduğu üçün bıçağın hansı nahiyəyə girdiyini bilməmişdir. Bıçaqla bir dəfə zərbə vurduqdan sonra İlkin çevirilib öz darvazalarına tərəf qaçaraq darvazalarını keçmiş, o da əlində bıçaq İlkinin arxasınca qaçaraq çatmış, bu zaman İlkin ona tərəf çönərək yumruqla onu vurmaq istəyən zaman sağ əlindəki bıçaqla bir neçə dəfə zərbə vurmuşdur. Ancaq İlkinin söyüşünə görə özündən çıxdığı üçün dəqiq olaraq bıçaqla onun hansı nahiyələrinə, neçə zərbə vurduğunu xatırlamır. Bıçaqla bir neçə zərbə vurduqdan sonra İlkin küçənin ortasında beli üstə yerə yıxılmış, onun yıxıldığını görüb bıçağı yerə atmış, geriyə dönən zaman İlkingilin binasının qarşısında nənəsi Minarə ilə rastlaşmışdır. Nənəsinə İlkini bıçaqla vurduğunu demişdir. Həmin vaxt ailə üzvləri də binanın qarşısında olmuşlar. Səs-küyə qonum-qonşu da çölə çıxmış, o da qaçıb evə getmişdir. Təxminən 10-15 dəqiqə sonra nənəsi evə gələrək İlkini kiminsə maşınına qoyub xəstəyana apardıqlarını demişdir. Dayısı da evə gəlmiş və hadisədən təxminən 15 dəqiqə sonra dayısı Natiq və nənəsi Minarə ilə birlikdə yol taksisi ilə İmişli rayon polis şöbəsinə gələrək İlkini bıçaqladığını demişdirdir. Polis şöbəsinə gələn zaman İlkinin öldüyünü bilməmiş, İlkinin öldüyünü şöbədə eşitmişdir. İlkini öldürdüyünə görə əməlindən peşiman olmadığını, lakin ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, mərhum oğlu İlkin Hüseynov onlarla birlikdə yaşamışdır. Əri İlqarın dayısı nəvəsi Təqsirləndirilən şəxs da onlarla qonşuluqda yaşamışlar. 09 sentyabr 2022-ci il tarixdə əri İlqarla birlikdə X3 şəhərinə getmişlər və 19 noyabr 2022-ci il tarixdə qayıtmışlar. 20 noyabr 2022-ci il tarixdə evdə olarkən İlkin atasından 100 manat istəyərək “İphone” markalı telefon aldığını bildirmiş, lakin telefonu kimdən aldığını deməmişdir. İlqar da İlkinə 100 manat pul vermişdir. 02 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində İlkin gəlini Ramiləyə Xəyala 20 manat borcu olduğunu, onu bezdirdiyini demiş, həmin gün, saat 19:05 radələrində evdə olarkən İlqara zəng gəlmiş, İlqarla danışan şəxs əsəbi danışmışdır. İlqar danışığı bitirdikdən sonra kiminlə danışdığını soruşmuş, İlqar da Xəyalın ona zəng vurub İlkin haqqında təhqiredici sözlər dediyini və niyə evdən çölə çıxmadığını soruşduğunu, o da Xəyala sabah İlkinin yerinə 20 manat pulu verəcəyini dediyini bildirmişdir. İlqarla söhbət edən zaman İlkin Xəyalla yenidən telefonda danışıb həyətə düşmüş, lakin həmin vaxt onların bundan məlumatları olmamışdır. Təxminən 10-15 dəqiqə sonra gəlini Ramilə binanın qarşısında səs-küy olduğunu demiş, o da dava-dalaşdan qorxduğu üçün heç kəsin düşməməsini istəmişdir. Həmin vaxt X17 telefonla danışdıqdan sonra həyətə düşdüyünü demişdir. Bu sözləri eşitdikdən sonra İlqar evin giriş qapısından çıxan kimi qonşulardan kimsə Xəyalın İlkini küçədə bıçaqladığını demiş, o da dərhal İlqarla birlikdə həyətə düşmüşdür. Blokdan küçəyə çıxanda Xəyalın anası Aynurə və nənəsi Minara öz binaları istiqamətdən ona tərəf gələrək onlarlıq heç nə olmadığını demişlər. Həmin vaxt onlar hələ İlkini görməmiş və öldüyünü də bilməmişlər. Bundan sonra baldızı oğlu Elvinin qışqırıq səsini eşitmiş, Elvin qışqırıb İlkinin vəziyyətinin pis olduğunu deyərək tez maşın tapmalarını istəmişdir. Bundan sonra onlar binadan sola, Xanımzərin evinin qarşısına tərəf getmişlər. Həmin vaxt İlkin beli üstə yerdə uzanıqlı vəziyyətdə olmuş və nə qədər səsləsələr də, İlkin cavab verməmişdir. Bundan sonra avtomobillə İlkini xəstəxanaya aparmışlar. Orada həkimlər müayinə edib İlkinin öldüyünü bildirmişlər. Bu hadisələrdən sonra ona dəqəqliyi ilə məlum olmuşdur ki, Xəyal 02 dekabr 2022-ci il tarixdə, axşam saatlarında yaşadıqları binanın qarşısında, küçədə İlkinə 4 bıçaq zərbəsi vuraraq öldürmüşdür. Belə ki, Xəyal mobil telefona görə 20 manat pulu İlkindən istəmiş, İlkin də olan kimi 20 manat pulu verəcəyini demişdir. Xəyal da gözləməyib İlkinlə dalaşmış və daha sonra bıçaqlayaraq öldürmüşdür. Hadisə zamanı evdə olduqlarına görə orada kimin olduğunu dəqiq bilmir, həyətə düşəndə Xəyalın nənəsi Minara və anası Aynurə yaşadıqları binadan onlar tərəfə gəldiklərini görmüşdür. İlkin Vətən müharibəsində iştirak etmişdir. Məhkəmədən təqsirləndirilən şəxsə ən ağır cəza, ömürlük azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş mərhum Şahid5 və Şahid6 eyni məzmunlu ifadə verərək zərərçəkmiş şəxsin hüquqi varisi qisdmində dindirilmiş X2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uzaq qohumudur, İlkin isə dayısı İlqarın oğludur. Xəyal da İlkinlə qonşuluqda yaşamışlar. Xəyal və İlkini bir yerdə hadisədən təxminən 10 gün əvvəl, yaşadıqları binanın qarşısında küçədə deyib güldüklərini görmüş, İlkinə Xəyalın ailəsinin normal olmadığını deyib, ondan kənar olmasını demiş, İlkin də baş üstə deyib çıxıb getmişdir. Həmin vaxtdan sonra onları birlikdə görməmişdir. 02 dekabr 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı evdən küçəyə çıxan zaman İlkingilin evinin qarşısından səs gəldiyini eşitmiş, qaranlıq olduğu üçün heçnə görə bilməmişdir. Xəyalın nənəsi Minara Xəyala qışqıraraq “sonra söhbət eləyərsən” demiş, səsdən Minaranın Xəyalı tutub getməsini icazə vermədiyini başa düşmüşdür. Xəyal isə şiferə yumruq vurub qışqıraraq İlkinin ünvanına söyüş söymüş, Minara isə ona “adə belə gəl” demişdir. Təxminən 10 saniyəlik sakitlik olmuş, sonra boğuşma düşmüşdür. Xəyal qışqırıb “qaçma, qaçma” demişdir. O, İlkinlə Xəyalın mübahisə etdiklərini fikirləşsə də, ancaq bıçaqlaşma olacağını ağlına belə gətirməmişdir. Xəyalın yaşadığı blokun qarşısına çatan zaman Xəyalla üzbəüz gəlmiş, həmin vaxt Xəyal “2 dənə vurdum” demiş, nə vurduğunu soruşaraq İlkingilin blokuna tərəf getmiş, Xəyal heç bir cavab verməmişdir. İlkingilin blokuna çatdıqda Xəyalın nənəsi Minara İlqargilin blokunun qarşısında olduğunu görmüş, Minara qışqırıb “Ay Allah nə idi bu” demişdir. Xəyal həmin vaxt yenə qışqırıb “a toba öldü, a toba öldü” demişdir. İlkingilin blokunu keçib balaca artezian istiqamətində getmiş, İlkin Xanımzərin darvazasının qarşısında küçədə sağ böyrü üstə yerdə uzanıqlı vəziyyətdə olduğunu görüb onu səsləsə də, cavab verməmişdir. İlkin ayağa qaldırdıqda onun sinəsindən və ağzında qan axdığını görmüş, bundan sonra Xəyalın İlkini bıçaqla vurduğunu bilmişdir. Bundan sonra o, qışqırıb dayısı İlqarı çağırmış, İlqar onun səsinə aşağıya düşdükdən sonra İlkini maşına qoyub xəstəxanaya aparmışlar. Xəstəxanada müayinə edib İlkinin artıq öldüyünü demişlər. İlkini uzaq qohumu Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdə, saat 19 radələrində yaşadıqları binanın qarşısında, küçədə bıçaqla vurub öldürmüş, sonradan Xəyalın İlkinə 4 bıçaq zərbəsi vurduğunu bilmişdir. Bu hadisələrdən sonra ona məlum olmuşdur ki, qətldən təxminən 10-15 gün əvvəl Xəyal telefonunu İlkinə 120 manata satmış, sonuncu həmin pulun 100 manatını versə də, 20 manat borclu qalmış, hadisə günü də Xəyal İlkinə zəng vurub 20 manat pulu tələb etmiş və aralarında mübahisə yaranmışdır. Bundan sonra həyətə düşəndə Xəyal İlkini bıçaqlayıb öldürmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qızı Şahid3, nəvəsi Təqsirləndirilən şəxs və digər qohumları ilə birlikdə yaşayır. X1 onun əri Razi Surxayevin bacısının nəvəsidir. Hadisədən təxminən 15 gün əvvəl Xəyal özünə məxsus telefonu 120 manat qarşılığında İlkinə satmış, təxminən 10 gün əvvəl Xəyal evdə onun telefonu ilə İlkinə zəng vurub 20 manatını istəyən zaman Xəyal öz telefonunu satdığını bilmişdir. Xəyaldan soruşduqda Xəyal 100 manatını aldığını, 20 manatını isə İlkinin vermədiyini demiş, o da “vermir, vermir, mən özüm onu sənə verərəm” demişdir. Pulun üstündə Xəyalla İlkinin dalaşacaqlarını hiss etmişdir. Xəyal telefonu satdıqdan sonra onun telefonundan istifadə etmiş, arada Xəyal onun telefonu ilə İlkinə zəng vurub 20 manat pulu istəmiş, İlkin də verməyəcəyini demiş, Xəyal da ona “adam kişi olar, söz danışıqdan keçər” deyə cavab vermişdir. 02 dekabr 2022-ci il tarixdə, saat 19 radələrində Xəyal onun telefonunu götürüb İlkinlə danışmış, Xəyal öz yataq otağında olsa da, qapı aralı olmuş, o, zalda olduğu zaman Xəyal İlkinə telefonda “mənə deyirsən peysər sözünü? Peysər düşür aşağı” dediyini eşitmiş, İlkin də nəsə dedikdən sonra Xəyal otağından çıxıb birinci eyvana keçmiş, oradan da qayıdıb küçəyə çıxmışdır. Xəyal qapıdan çıxanda İlkinin Xəyalı söyüb aşağıya çağırdığını eşitmişdir. Onların dava edəcəyini görüb Xəyalın arxasınca çıxmış, həyətə düşəndə Xəyal binadan sol tərəfə, İlkingilin binasına tərəf dönmüş, orada olan dəmir dirəyə təpik vurub “Ay Allah məni qoru” demişdir. Xəyalın əlində nəsə olmuş, ancaq qaranlıq olduğu üçün nə olduğunu görməmişdir. Həmin vaxt İlkin də Xəyala tərəf gəlmişdir. İlkin və Xəyal həyətdə üzbəüz gəlmişlər. Həmin vaxt İlkinin əlində balaca taxta parçası olmuş, İlkin Xəyala çatmamış taxta parçasını yerə atmışdır. Xəyal söyüşü ona söydüyünü soruşduqda İlkin onu söydüyünü bildirmiş və İlkinlə Xəyal həmin yerdə tutaşmışlar. O, araya girib hər ikisinə sakitləşdirmək istəmiş, Xəyalın əlindən tutub dalaşmamasını bildirmişdir. Həmin vaxt Xəyal da onu itələmişdir. Küçədə heç kim olmamışdır. Bundan sonra onlar yenə süpürləşmişlər və İlkin öz darvazalarına tərəf qaçmağa başlamışdır. Xəyal da onun arxasınca qaçmış, o isə yaşlı olduğundan onlara çata bilməmiş. X11 darvazasını keçib üzü balaca arteziana tərəf getmişlər. O da İlkingilin darvazasına çatıb İlqara qışqıraraq “düş aşağı, dalaşırlar” demiş, həmin vaxt həm qaranlıq olduğundan İlkinlə Xəyalı görməmişdir. Sonra o, yenə Xəyalgilin yanına getmiş, həmin vaxt Xəyal qışqıraraq “vurmuşam, gəl belə” demişdir. İlkin balaca artizana çatmamış öz binaları ilə Xanımzərin evinin qarşısında küçədə yerdə uzanıqlı vəziyyətdə olmuş, o, İlkinə çatdıqda İlkinin üzü yuxarı yerdə uzanıqlı vəziyyətdə olduğunu, sinəsindən qan axdığını görmüş və Xəyalın İlkini bıçaqla vurduğunu bilmişdir. Qanı görüb dərhal yenə İlkingilin darvazasına gəlmiş və qışqıraraq İlkinin atası İlqarı çağırmışdır. Bu zaman Xəyal evə tərəf getmişdir. Onun qışqırıq səsinə qonşular küçəyə çıxmışlar. İlqar küçəyə çıxdıqda ona “bayaqdan qışqırıb səni çağırıram, niyə çıxmırsan, dincəldin, Xəyal İlkini vurub” demişdir. Bundan sonra o, evə getmiş, Xəyal da artıq evdə olmuşdur. Evə girdikdə Xəyal geyinərək polisə getmək istədiyini görmüş, həmin vaxt oğlu Natiq və yeznəsi Aqşin evdə olmamışlar. Təxminən 10-15 dəqiqə sonra Natiq gəlmiş, həyətə düşüb polisə gedən zaman isə blokun qarşısında Aqşin də gəlib çıxmışdır. Xəyalı aparıb polisə təhvil vermişlər. Orada, İlkinin artıq öldüyünü demişlər. Xəyal 02 dekabr 2022-ci il tarixdə, saat 19 radələrində yaşadıqları binanın qarşısında, küçədə İlkini bıçaqla vurub öldürmüşdür. Ancaq hava qaranlıq, yağışlı və yer palçıq olduğundan Xəyalın İlkinə neçə bıçaq zərbəsi vurduğunu görməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs bacısı Aynurənin oğludur, onlar birlikdə uyaşayırlar. Hadisədən təxminən 15 gün əvvəl Xəyal özünə məxsus ağ rəngli “İphone” markalı mobil telefonu 120 manat qarşılığında İlkinə satmış, Xəyal nənəsi Minarənin telefonunu götürüb işlədən zaman Xəyaldan öz telefonunun harada olduğunu soruşmuş, Xəyal da, “telefonu 120 manat qarşılığında İlkinə satmışam, 20 manat borcu qalıb” deyə cavab vermişdir. Həmin vaxt Xəyal İlkinə nənəsinin telefonundan zəng vuraraq 20 manat pulu istəmiş, İlkinin nə dediyini isə bilməmişdir. 02 dekabr 2022-ci il tarixdə, 18 radələrində evdən çıxıb ilk öncə Bəhrəmtəpə dairəsinə, oradan da atası Razifin evinə getmişdir. Saat 19 radələrində Aynurə zəng vuraraq “İlkinlə Xəyal küçədə savaşır, Minarə də ayıra bilmir, tez gəl” demiş, o da dərhal evə qayıtmışdır. Yolda olan zaman Aynurə yenə zəng vuraraq “tez gəl, Xəyal İlkini bıçaqla vurub, güclə evə gətiriblər, İlkini də xəstəxanaya aparıblar” demiş, o, evə gələndə Xəyal artıq evdə olmuş, nə baş verdiyini soruşduqda Xəyal İlkinin atasına zəng vurub İlkindən telefonu açmasını və 20 manat pulu qaytarmasını istədiyini bildirmişdir. Daha sonra İlkin Minarənin nömrəsinə zəng vurub Xəyala “peysər, düş aşağı” deyib söymüş, bundan sonra Xəyal küçəyə düşəndə İlkin aşağıdan yenə Xəyalı söyüb aşağı çağırmış, Xəyal da üzərində olan bıçaqla İlkini vurmuşdur. Xəyal ona “bilmirəm ölüb ya yox, İlkini xəstəxanaya apardılar” demişdir. Qapıdan çıxan zaman blokun qabağında bacısının əri Aqşinlə rastlaşmışlar, onlar Aqşinin avtomobili ilə anası Minarə, o və Aqşin Xəyalı gətirib İmişli rayon polis şöbəsinə təhvil vermişlər. Şöbəyə çatan zaman İlkinin öldüyünü və morqda olduğunu bilmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 7-8 il əvvəl Şahid3 ilə ailə qurmuş, lakin nikah bağlanmamışdır. Aynurə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində Aynurənin uşaqları Xəyal və İbrahim, Zəhra, qardaşı Natiq, anası Minarə və digər qohumları ilə birlikdə yaşayır. 1 dekabr 2022-ci il tarixdə evdə olan zaman Xəyalın özünə məxsus “İphone” markalı mobil telefonunu 120 manat qarşılığında İlkinə satdığını Minara ilə Xəyal söbət edəndə bilmiş, İlkin həmin pulun 100 manatını vermiş, qalan 20 manatını isə verməmişdir. Minara Xəyala “20 manatı vermir, istəmə, özüm verəcəm” demiş, Xəyal da İlkinin ona kişi kimi söz verdiyini, zəng vursa da, İlkinin telefonu açmadığını bildirmişdir. O, həmin gün Aynurəgildə qalmışdır. 2 dekabr 2022-ci il, günorta saatlarında o, evdən çıxmış, Bəhrəmtəpə qəsəbəsində yerləşən öz evinə getmiş, evdə işlərini gördükdən sonra sərnişin götürüb “VAZ-2106” markalı avtomobili ilə İmişli şəhərinə gəlmişdir. Axşam saatlarında Aynurə zəng edərək Xəyalın İlkinlə dalaşıb bıçaqla vurduğunu deyərək evə gəlməsini istəmişdir. Bundan sonra o, Aynurəgilin yaşadığı binanın qarşısına gəlmiş, bloka girən zaman Minara, Natiq və Xəyalla rastlaşmışdır. X19 rayon polis şöbəsinə apardıqlarını görmüş, Xəyal İlkini ona “peysər” deyib söydüyünə görə bıçaqla vurduğunu demişdir. Birlikdə İmişli rayon polis şöbəsinə getmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 28 nömrəli rəyində göstərilir ki, X1nun meyitinin müayinəsi zamanı aşağıddakı xəsarətlər aşkar edilmişdir: 1) döş qəfəsinin sağ yarısının ön səthində sağ döşyanı xətt üzrə 3-cü qabırğaarası sahədə olan döş boşluğuna keçən, sağ ağciyəri zədələyən və kəskin qanaxma ilə müşayiət olunan yara - 01 (bir) adǝd dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurma əlamətlərinə aid edilir və yara kanalının istiqaməti öndən arxaya, yuxarıdan aşağıya düz istiqamətdədir; 2) döş qəfəsinin sağ yarısının arxa səthində sağ kürək xətti üzrə 6-cı qabırğaarası sahədə olan döş boşluğuna keçməyən yara - 01 (bir) ədəd dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma əlamətlərinə aid edilir və yara kanalının istiqaməti arxadan önə, aşağıdan yuxarıya düz istiqamətdədir; 3) sol bazunun yuxan 1/3-nin bayır səthində olan yaralar - 02 (iki) ədəd dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurma əlamətlərinə aid edilir; 4) sağ bazunun orta 1/3-nin arxa səthində olan sıyrıq sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Döş qəfəsinin sağ yarısının ön səthində, döş qəfəsinin sağ yarısının arxa səthində və sol bazunun yuxarı 1/3-nin bayır səthində olan yaralar həyatidirlər, kəsici-deşici alətin (alətlərin), ola bilsin bıçağın (bıçaqların) təsirindən törənmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Sağ bazunun orta 1/3-nin arxa səthində olan sıyrıq həyatidir. Bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə əmələ gələ bilərdi, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Meyit əlamətlərinə əsasən X5 ölümünün müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, ölüm xəsarətlərin yetirildiyi andan az müddət ərzində baş vermişdir və ölümünə səbəb döş qəfəsinin sağ yarısının ön səthində döş boşluğuna keçən, sağ ağciyəri zədələyən yara xəsarətindən baş vermiş kəskin qanaxma olmuşdur. X5 fiziki inkişaf səviyyəsi nəzərə alınmaqla, o, almış olduğu ilkin xəsarətlərdən sonra qısamüddətli müəyyən məqsədyönlü hərəkətlər etmək iqtidarında ola bilərdi. Xəsarətlərin lokalizasiyasına və xarakterinə əsasən həmin xəsarətlərin zərərçəkmişə ayaq üstə və müxtəlif duruş vəziyyətlərində yetirilməsi istisna edilmir. X5 əynində olan paltarlar üzərindəki zədələr meyitin bədən səthində aşkar edilmiş xəsarətlərə uyğun gəlir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 869 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hə hansı bir xəsarət və ya xəsarətin izləri aşkar olunmamışdır. İş materiallarında olan «materialların məhkəmə ekspertizasının» 29 dekabr 2022-ci il tarixli 869 nömrəli rəyində göstərilir ki, xx.xx.2022-ci il tarixli, 6/6964 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və X9 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş, X9 məxsus olduğu qeyd edilən 01 ədəd idman şalvarının səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri rənginə va təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin səthi üzərindən aşkar edilmiş tünd boz rengli matiraolunmuş kimyəvi lifləri rənginə və təbiətinə görə X9 məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 154 (yüz əlli dörd) manat təşkil edir. İş materiallarında olan «məhkəmə trosoloji ekspertizasının» 06 yanvar 2023-cü il tarixli 869 nömrəli rəyində göstərilir ki, tədqiqata teqdim edilmiş üzərində "Ölmüş zərərçəkmiş şəxs Hüseynov llkin İlqar oğlunun əynində olmuş..." yazı qeydləri olan bağlamadan aşkar edilmiş idman şalvarının ön hissəsinin sol yuxarı tərəfində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş bir ədəd zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik sökülmə zədəsidir. Tədqiqata təqdim edilmiş üzərində "Ölmüş zərərçəkmiş şəxs X5 əynində olmuş..." yazı qeydləri olan bağlamadan aşkar edilmiş köynəyin səthində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş altı ədəd zədə vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmete tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Təqdim edilmiş bir ədəd köynəyin səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin öndən arxaya istiqamətdə, iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif istiqamətlərdə olmaqla yetirilmişdir. Tədqiqata təqdim edilmiş üzərində "...X5 əynində olmuş..." yazı qeydləri olan bağlamadan aşkar edilmiş mayka və tumanin köynəyin səthində zədə yoxdur. Tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs əynində olmuş..." yazı qeydləri olan bağlamadan aşkar edilmiş şalvar, pulover və gödəkçənin səthində zədə yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 786/2022-MTBŞ nömrəli rəyində göstərilir ki, X5 ABO sistemi üzrə qan qrupu-Balfa(H)/İİİ/dir. Ekspertizaya təqdim olunan 04 ədəd pambıq tampon, X9 məxsus qısaqol kofta, trusik, alt mayka və idman şalvarı üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «B», «H» antigenləri, əksər ləkələrdə həmçinin alfa aqqlyutinini alınmışdır. Bu qan ləkələri bir şəxsə məxsusdursa, Balfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş X9 məxsus ola bilər. İ.Şahid5 məxsus kofta və alt mayka üzərindəki qan ləkələri kişi genetik cinsinə məxsus olub periferik mənşəlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 892 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomanya xəstəliyinin əlamətləri aşkar olunmur. Hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan «kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının» xx.xx.2023-cü il tarixli, 376 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindeki anamnestik məlumatlar va hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessleri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, ferdi-psixi xüsusiyyətlərində, hərəkat va davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. X6 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. X7 hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. X13 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. İnadkarlıq, tənqidə və təhqirə qarşı həssaslıq, emosionallıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İş materiallarında olan 02 dekabr 2022-ci il tarixli «meyitə baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, meyit örtüyə bükülmüş halda təşrih masası üzərində uzadılmış vəziyyətdədir. Örtüyü açdıqda meyitin əynində aşağıdakı paltarlar vardır: 1) tünd boz rəngli uzunqollu idman köynəyi – köynəyin ön hissəsi sağ tərəfdə qanabənzər maddə ilə bulaşmış vəziyyətdədir, nəmdir, köynəyin ön döş hissəsində ətək tikişindən 45 sm yuxarıda sağ qoltuqaltı tikişdən 10 sm solda 2,2 sm ölçüdə kənarları hamar 1 ədəd zədə, köynəyin sol qolunun yuxarı 1/3 hissəsində 7 sm ölçüdə kənarları hamar 1 ədəd zədə və köynəyin arxa sağ hissəsində ətək tikişindən 40 sm yuxarıda, sağ yan tikişdən 9 sm solda 1,5 sm ölçüdə kənarları hamar 1 ədəd zədə var. Köynəyin arxa hissəsi nəmdir, qum gilələri ilə bulaşmış vəziyyətdədir. 2) qara rəngli qolsuz mayka – mayka nəmdir, mayka üzərində görünən zədə aşkar olunmadı. 3) tünd boz rəngli sol ayaq hissəsində ağ, sağ ayaq hissəsində ağ və qırmızı rəngdə paralel boylama xətvari naxışları olan idman şalvarı – şalvarın arxa hissəsi nəmdir, qum gilələri ilə bulaşmış vəziyyətdədir. 4) qara rəngli tuman – tuman üzərində görünən zədə aşkar olunmadı. Paltarlar orta dərəcədə geyinilmişdir. Paltarlar üzərində digər şübhəli zədə və ləkə aşkar edilməmişdir. Meyit kişi cinsinə mənsub, düzgün bədən quruluşlu, kafi köklükdədir. Meyitin boyu 175 smdir. Dəri örtüyü solğundur. Meyitin bədən səthi əllə yoxlandıqda soyuqdur. Meyit ləkələri zəif bənövşəyi rəngdə olub, meyit ləkələrinə barmaqla təzyiq etdikdə rəngi avazıyır və təzyiq kəsildikdən 5-10 saniyə sonra əvvəlki rənginə bərpa olunur. Meyit qacıması yoxlanılan bütün əzələ qruplarında zəif dərəcədə inkişaf etmişdir. Meyitdə çürümə əlamətləri gözlə görünən dərəcədə inkişaf etməmişdir. Başı adi konfiqurasiyada olub, tükləri qara rəngdədir, 4,5x5 sm sm uzunluğundadır. Başında xəsarət yoxdur. Kəllə qapağı sümükləri əlləndikdə tamdırlar. Sifətin dərisi solğundur. Üz skeleti sümükləri əlləndikdə tamdır. Gözləri örtülüdür, gözləri açdıqda göz bəbəkləri bərabər ölçüdə genəlmişdir, ağlı qişası solğun olub, buynuz qişa bir qədər tutqundur. Burun sümükləri və qığırdaqları əlləndikdə tamdırlar. Burun dəliklərindən ifrazat yoxdur. Xarici qulaq seyvanları elastiki olub, düzgün inkişaf etmişdir. Qulaq dəliklərindən ifrazat yoxdur. Ağzı örtülüdür, dodaqların selikli qişası solğun rəngdədir. Ağzı açdıqda görünən dişlər tam və təbiidir. Dili ağız boşluğunda olub, tamdır. Boynu bədəninə mütənasibdir, boynunda xəsarət yoxdur. Döş qəfəsi silindirik formada olub, simmetrikdir, döş qəfəsində xəsarət vardır. Qabırğalar əllə yoxlandıqda tamdırlar. Qarnı qabırğaların qövsü səviyyəsindədir, yumşaqdır. Xarici cinsiyyət üzvləri kişi tipli olub, düzgün formalaşmışdır, xayalar xaya kisəsində olmaqla tamdırlar. Anal dəlik örtülüdür, dəlikətrafı dəri təmizdir. Ətrafları bədəninə mütənasib olub, əllə yoxlandıqda ətrafların sümükləri tamdırlar. Sol və sağ bazu nahiyələrində xəsarətlər vardır. Kürək, çanaq və fəqərə sütunu sümükləri əlləndikdə tamdırlar. Xəsarətlər – 1) döş qəfəsinin sağ yarısının ön səthində ayaqaltından 137 sm yuxarıda, sağ döşyanı xətt üzrə 3-cü qabırğa arası sahədə yerləşmiş 2,5x0,5 sm ölçüdə yarıqşəkilli kənarları hamar, ucu iti bir ədəd yara, 2) sol bazunun yuxarı 1/3-nin bayır səthində 3x0,7 sm və 1,8x0,5 sm ölçüdə iki ədəd kənarları hamar yaralar, 3) döş qəfəsinin sağ yarısının arxa səthində ayaqaltından 122 sm yuxarıda sağ kürə xətti boyunca 6-cı qabırğa arası sahədə yerləşmiş 1,5x0,5 sm ölçüdə kənarları hamar, ucu iti bir ədəd yara, 4) sağ bazunun orta 1/3-nin arxa səthində 1,8x0,3 sm ölçüdə qırmızımtıl rəngdə, ətraf sağlam dəri səviyyəsindən aşağıda qeyridüzgün formada bir ədəd sıyrıq vardır. Yaraların daxili tünd qırmızımtıl rəngdə qansızmalıdır. Meyitə baxış zamanı başqa xəsarət və dəyişiklik aşkar edilməmişdir. İş materiallarında olan 02 dekabr 2022-ci il tarixli «hadisə yerinin baxışının aparılması haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində olan qəsəbə daxili yoldur. Yol örtüyü bərk torpaq səthdən ibarətdir, bəzi hissələrdə çınqıl daşları ilə örtülmüşdür. Yolun eni 05.27 metrdir. Həmin yolun sol və sağ kənarlarından metal materialdan hazırlanmış qaz boru xətləri keçir. Həmin qaz xətlərindən sonra isə sol və sağ tərəfdə iki mərtəbəli yaşayış binaları, binaların həyətləri, həmçinin fərdi yaşayış evləri, onların hasarları, giriş qapıları vardır. Yolun sol tərəfindən keçən hasar qırmızı rəngli boya ilə boyanmışdır. Digər hasarlar isə rənglənməmişdir. Baxışda iştirak edən Şahid2 Sərxan oğlu X1nun yaşadığı binanın qarşısında torpaq yolda qoyulmuş mişar daşının ətrafını göstərib 2 dekabr 2022-ci il tarixdə, saat 19:15 radələrində sonuncunu həmin yerdə uzanıqlı vəziyyətdə qan içində aşkar etdiyini bildirmişdir. Həmin mişar daşının yanında qirmizi boyalı hasardan 01.57 m məsafədə, yolun sağ kənarı ilə çəkilmiş qaz borusundan ise 03.70 m mesafede qanabənzər ləkələr vardır. Həmin ləkələrin yerləşdiyi yerdən mərhum İlkin Hüseynovun yaşadığı evə qədər 12.50 m məsafə vardır. Hadisə yerinə baxışının aparılması zamanı torpaq üzərində olan qana bənzər ləkələrdən hopdurma üsulu ilə üzərində nümunə götürülmüş dörd ədəd pambıq tampon əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan 03 dekabr 2022-ci il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Şahid1 məxsus “Redmi Note 5A Prime” markalı mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən telefona quraşdırılmış ***-***- **-** saylı mobil nömrədən 2 dekabr 2022-ci il, saat 18:32, 19:01-də 2 dəfə, 19:03-də “İlkin Qonsu” adı ilə kontaktda qeyd olunmuş ***-***-**-** saylı mobil nömrəyə 4 dəfə zəng edilmiş, lakin zənglərə cavab verilməmişdir. Bundan əlavə həmin gün, saat 18:33-də həmin mobil nömrədən “İlkin Qonsu” adı ilə kontaktda qeyd olunmuş ***-***-**-** saylı mobil nömrəyə zəng edilərək, 7 dəqiqə 52 saniyə, saat 19:00-da zəng edilərək 10 saniyə, saat 19:12-də zəng edilərək 2 dəqiqə 58 saniyə danışıq aparılmışdır. “İlkin Qonsu” adı ilə kontaktda qeyd olunmuş ***-***-**-** saylı mobil nömrədən baxış keçirilən mobil telefona quraşdırılmış ***-***-**-** saylı mobil nömrəyə 2 dekabr 2022-ci il, saat 19:09 və 19:10-da 2 dəfə zəng edilməsinə baxmayaraq telefona cavab verilməmişdir. Bundan əlavə baxış keçirilən mobil telefona quraşdırılmış ***-***-**-** saylı mobil nömrədən “İlkin Qonsu” adı ilə kontaktda qeyd olunmuş ***-***-**-** saylı mobil nömrəyə 1 dekabr 2022-ci il, saat 18:56da 2 dəfə, 19:08, 19:33-də 2 dəfə, 30 noyabr 2022-ci il, saat 14:51-də 1 dəfə, 29 noyabr 2022-ci il, saat 11:46, 11:47, 11:49-da 2 dəfə, 11:50-də 2 dəfə, saat 11:51, 14:48, 14:51-də, 28 noyabr 2022-ci il. saat 15:14, 15:15-də 2 dəfə, 15:16, 15:17, 15:39, 15:40-da 2 dəfə, 16:17, 16:22-də 2 dəfə, 16:23, 16:24, 16:25, 16:26, 16:27, 16:29-da 2 dəfə zəng edilməsinə baxmayaraq “İlkin Qonsu” adı ilə kontaktda qeyd olunmuş ***-***-**-** saylı mobil nömrədən zənglərə cavab verilməmişdir. Bundan başqa mobil telefona quraşdırılmış ***-***-**-** saylı mobil nömrədən “İlkin Qonsu” adı ilə kontaktda qeyd olunmuş ***-***-**-** saylı mobil nömrəyə 28 noyabr 2022-ci il, saat 15:18-də zəng edilərək 33 saniyə, 30 noyabr 2022-ci il tarix, saat 14:48-də zəng edilərək 1 dəqiqə 59 saniyə danışıq aparılmışdır. Baxışda iştirak edən Şahid1 bildirmişdir ki, qeyd olunan zənglər nəvəsi Təqsirləndirilən şəxs ilə X1 arasında aparılan zənglərdir, ***-***-**-** saylı mobil nömrə Şahid5 məxsusdur, Təqsirləndirilən şəxs 2 dekabr 2022-ci il, saat 19:12-də İlkin Hüseynovla danışdıqdan sonra küçəyə çıxmış və hadisə baş vermişdir. Bundan başqa müəyyən olunmuşdur ki, mobil telefona quraşdırılmış ***-***-**-** saylı mobil nömrədən “İLQAR QONSU” adı ilə kontaktda qeyd olunmuş ***-***-**-** saylı mobil nömrəyə 2 dekabr 2022-ci il, saat 19:01, 19:04, 19:05 və 19:07-də 4 dəfə zəng edilmiş, lakin zənglərə cavab verilməmiş, saat 19:07-də edilən 2-ci zəng zamanı isə aralarında 27 saniyə danışıq aparılmışdır. İş materiallarında olan 03 dekabr 2022-ci il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Şahid3 məxsus “Mİ A2” markalı mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən telefona quraşdırılmış ***-***-**-** saylı mobil nömrədən “Natiq” adı ilə kontaktda qeyd olunmuş ***-***-**-** saylı mobil nömrəyə 2 dekabr 2022-ci il, saat 19:16-da zəng edilərək 13 saniyə danışıq aparılmış, saat 19:20-də zəng edilərək 15 saniyə danışıq aparılmışdır. Baxış keçirilən telefona quraşdırılmış ***-***- **-** saylı mobil nömrədən “Canm” adı ilə kontaktda qeyd olunmuş ***-***-**-** saylı mobil nömrəyə 2 dekabr 2022-ci il, saat 16:02-də zəng edilərək 36 saniyə, saat 19:14-də zəng edilərək 29 saniyə, saat 19:26-da zəng edilərək 23 saniyə, saat 20:07-də zəng edilərək 32 saniyə danışıq aparılmışdır. Bundan əlavə, baxış keçirilən telefona quraşdırılmış ***-***-**- ** saylı mobil nömrədən “Canm” adı ilə kontaktda qeyd olunmuş ***-***-**-** saylı mobil nömrəyə həmin gün, saat saat 19:19, 19:21-də 2 dəfə, 19:22, 19:23, 19:25-də 2 dəfə, 19:26-da zəng edilməsinə baxmayaraq zənglərə cavab verilməmişdir. Baxışda iştirak edən Şahid3 bildirmişdir ki, “Canm” adı ilə kontaktda qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə əri Şahid4 məxsusdur. İş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin 24 yanvar 2023-cü il tarixli, 1831 nömrəli məktubuna əlavə edilmiş diskə baxışın aparılması haqqında 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, **********, ********** və ********** saylı mobil nömrələri X5 adına, **********, **********, **********, **********, ********** və ********** saylı mobil nömrələri Şahid1 adına, ********** saylı mobil nömrəsi Təqsirləndirilən şəxs adına, ********** saylı mobil nömrəsi Şahid3 adına, ********** saylı mobil nömrəsi isə Şahid4 adına qeydiyyatdadır. Həmin mobil nömrələrdən 29 dekabr 2021-ci il tarixdə 29 dekabr 2022-ci il tarixədək müxtəlif nömrələrə zənglər edilmiş və müxtəlif nömrələrdən zənglər qəbul olunmuş, mesajlaşma aparılmışdır. 1) Şahid1 adına olan ********** saylı mobil nömrədən X5 adına olan ********** saylı mobil nömrəyə zənglər edilərək xx.xx.2022-ci il tarixdə, saat 00:42:18-da 29 saniyə, saat 11:06:43-də 49 saniyə, saat 11:42:30-da 27 saniyə, saat 11:46:51-də 18 saniyə, saat 13:04:19-da 11 saniyə, saat 15:57:51-də 17 saniyə, saat 16:06:07-də 7 saniyə, saat 17:21:04-də 33 saniyə, saat 17:51:56-da 59 saniyə, saat 17:19:37-də 75 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 19:00:54-də 10 saniyə, saat 19:07:04-də 22 saniyə, saat 19:12:25-də 178 saniyə müddətində danışıq aparılmışdır. X5 adına olan ********** saylı mobil nömrədən Şahid1 adına olan ********** saylı mobil nömrəyə zəng edilərək xx.xx.2022-ci il tarixdə saat 14:48:51-də 122 saniyə danışıq aparılmışdır. X5 adına olan ********** saylı mobil nömrə ilə Şahid1 adına olan ********** saylı mobil nömrənin arasında mesajlaşma aparılmamışdır. 2) Baxış keçirilən dövrə nəzər yetirdikdə məlum olur ki, Şahid1 adına olan ********** saylı mobil nömrədən Şahid5 adına olan ********** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 19:08:05-də zəng edilərək 28 saniyə müddətində danışıq aparılmışdır. 3) Baxış keçirilən dövrə nəzər yetirdikdə məlum olur ki, Təqsirləndirilən şəxs adına olan ********** saylı mobil nömrədən Şahid3 adına olan ********** saylı mobil nömrəyə zənglər edilərək xx.xx.2022-ci il tarixdə, saat 19:11:30-da 30 saniyə, saat 19:24:20-də 23 saniyə, saat 20:04:23-də 33 saniyə, saat 20:06:20-də 179 saniyə, saat 20:11:16-da 195 saniyə, saat 20:15:00-da 22 saniyə, saat 20:15:40-da 14 saniyə, saat 20:17:19-da 60 saniyə, saat 20:19:07-də 34 saniyə, saat 20:20:22-də 32 saniyə, saat 20:22:57-də 17 saniyə, saat 20:25:32-də 53 saniyə, saat 20:27:42-də 54 saniyə, saat 20:30:14-də 2 saniyə, saat 20:30:30-da 47 saniyə, saat 20:35:47-də 177 saniyə, saat 20:39:26-da 14 saniyə, saat 20:46:22-də 31 saniyə, saat 20:47:01-də 16 saniyə, saat 20:47:59-da 18 saniyə saat 20:48:39-da 99 saniyə müddətində danışıqlar aparılmışdır. 4) Baxış keçirilən dövrə nəzər yetirdikdə məlum olur ki, Təqsirləndirilən şəxs adına olan ********** saylı mobil nömrədən Şahid1 adına olan ********** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 19:13:55-də 14 saniyə, saat 19:18:19-da zənglər edilərək 16 saniyə müddətində danışıq aparılmışdır.. İş materiallarında olan 02 dekabr 2022-ci il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 dekabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 20 dekabr 2022-ci il tarixli İmişli rayon Bəhrəmtəpə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi anasından və qardaşından ibarətdir, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış yaşayış yeri üzrə müsbət xarakterizzə olunur. İş materiallarında olan «maddi sübut kimi tanınması haqqında» 28 fevral 2023-cü il taixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd qəhvəyi rəngli jaket, 01 ədəd qara rəngli cins şalvar və 01 ədəd qara rəngli gödəkçə, zərərçəkmiş şəxs X5 əynində olmuş 01 ədəd tünd boz rəngli, uzunqollu idman köynəyi, 01 ədəd qara rəngli qolsuz mayka, 01 ədəd tünd boz rəngli idman şalvarı və 01 ədəd qara rəngli trusik, hadisə yerinin baxışının aparılması zamanı torpaq üzərində aşkar edilmiş qana bənzər ləkələrdən hopdurma üsulu ilə üzərində nümunə götürülmüş 04 ədəd pambıq tampon, "xxxx" MMCdən daxil olmuş 24 yanvar 2023-cü il tarixli, 1831 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD disk maddi sübut kimi tanınmış, maddi sübutlar rayon prokurorluğunun saxlanc otağına təhvil verilmiş, "xxxx" MMC-dən daxil olmuş 24 yanvar 2023-cü il tarixli, 1831 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materillarına əlavə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif edilərək ittiham edilmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, ilk dəfə məhkum olunmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ağırlığını, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən olunmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – İmişli rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd qəhvəyi rəngli jaket, 01 ədəd qara rəngli cins şalvar və 01 ədəd qara rəngli gödəkçə, həmçinin hadisə yerinin baxışının aparılması zamanı torpaq üzərində aşkar edilmiş qana bənzər ləkələrdən hopdurma üsulu ilə üzərində nümunə götürülmüş 04 ədəd pambıq tampon məhv edilməli, zərərçəkmiş şəxs X5 əynində olmuş 01 ədəd tünd boz rəngli, uzunqollu idman köynəyi, 01 ədəd qara rəngli qolsuz mayka, 01 ədəd tünd boz rəngli idman şalvarı və 01 ədəd qara rəngli trusik yaxın qohumlarına qaytarılmalı, "xxxx" MMC-dən daxil olmuş 24 yanvar 2023-cü il tarixli, 1831 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlandığı müddət ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə 239 (iki yüz otuz doqquz) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 02 dekabr 2022-ci il tarixdən başlanılmasını məhkəmə əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 dekabr 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış: – İmişli rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd qəhvəyi rəngli jaket, 01 ədəd qara rəngli cins şalvar və 01 ədəd qara rəngli gödəkçə, həmçinin hadisə yerinin baxışının aparılması zamanı torpaq üzərində aşkar edilmiş qana bənzər ləkələrdən hopdurma üsulu ilə üzərində nümunə götürülmüş 04 ədəd pambıq tampon məhv edilsin. - Zərərçəkmiş şəxs X5 əynində olmuş 01 ədəd tünd boz rəngli, uzunqollu idman köynəyi, 01 ədəd qara rəngli qolsuz mayka, 01 ədəd tünd boz rəngli idman şalvarı və 01 ədəd qara rəngli trusik yaxın qohumlarına qaytarılsın. - "xxxx" MMC-dən daxil olmuş 24 yanvar 2023-cü il tarixli, 1831 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlandığı müddət ərzində işdə saxlanılsın. İş üzrə 239 (iki yüz otuz doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədova Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-330/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-330/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver