Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-331/2023 24.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X27, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin hüquqi varisləri X45, X46 və müdafiəçi- Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1995-ci ildə Beyləqan rayonu, Tatalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, məhkumluğu olmayan, Beyləqan rayonu, Tatalılar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 28,120.2.7, 120.2.4 və 120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs yaşadıqları Beyləqan rayonu, Tatalılar kəndində yerləşməklə 14 iyun 2005-ci il tarixli, J№ 0617 nömrəli Dövlət Aktına əsasən atası X28 məxsus olan 1,38 hektar torpaq sahəsindən istifadə edilməsi ilə əlaqədar onların ailəsi ilə qonşuluqlarında yaşayan X47 və sonuncunun ailə üzvləri arasında yaranmış münaqişənin gündən-günə kəskinləşməsindən bezib X29, X16, X41, X30, X31 və X32 onlardan qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gəlib, 24 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində 1495 nömrəli şəhadətnamə ilə özünün adına qeydiyyata alınmış bir ədəd 2014-cü ildə Türkiyədə zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 76 mm olan, 12 kalibrli, “DERYA” markalı, 14.0004 nömrəli, daxili çaxmaqlı, təklüləli yivsiz odlu ov silahını və həmin silahda istifadə edilməsi üçün məlum olmayan sayda patron alaraq yaşadığı evdə özünün yataq otağında gizlətmiş və ayrı-ayrı vaxtlarda yaşadığı Beyləqan rayonu, Tatalılar kəndinin yaxınlığında yerləşən boş torpaq sahələrində həmin odlu ov silahından müxtəlif hədəflərə atəşlər açaraq silahdan istifadə etməyi vərdiş halına salmaqla planlaşdırdığı cinayəti törətmək üçün hazırlıq hərəkətləri edərək, özünün planlaşdırdığı cinayətkar niyyətini həyata keçirmək üçün əlverişli məqam gözləmiş, 02 dekabr 2022-ci il tarixdə, saat 19 radələrində idarə etdiyi AE N054237 nömrəli qeydiyyat şəhadətnaməsi ilə atası X18 mülkiyyətində olan “VAZ-21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə özünün yaşadığı Beyləqan rayonu, Tatalılar kəndində yerləşən evinə gedərkən yaşadığı evə gedən yolun ağac budaqları ilə bağlanmasını görüb avtomobildən düşərək həmin budaqları yoldan kənara atarkən onunla qonşuluqda yaşamaqla daim münaqişədə olduqları X47 və bir qədər sonra X50 onun yanına gələrək onunla mübahisə edib həmin budaqların götürülməsinə mane olmaq istədikləri üçün o, həmin şəxslərin əvvəllər də eyni üsulla onun və ailə üzvlərinin gedişgəlişinə maneçilik törətmələrindən hiddətlənib əvvəlcədən hazırlaşdığı cinayəti törətməyə şərait yarandığını düşünüb, Amin Quluzadəyə yaxınlıqda yerləşən körpünün yanında görüşüb mübahisəyə son qoymağı təkid etmiş, Amin Quluzadə onunla razılaşdığı üçün o, idarə etdiyi “VAZ-21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin körpünün yanına gedərək avtomobili orada saxlayıb, yaşadığı evə qayıdıb, əvvəlcədən evin yataq otağında gizlətdiyi bir ədəd 12 kalibrli, “DERYA” markalı, 14.004 nömrəli təklüləli odlu ov silahını və içərisində zavod üsulu ilə hazırlanmış, 12 kalibrli olmaqla, həmin kalibrə malik, patronluqlarının uzunluqları 76 mm-dək olan yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş 15 ədəd patron olan torbanı götürüb avtomobilin yanına qayıdaraq silahın patron yuvasına bir ədəd patron yerləşdirdikdən və torbadan təxminən 3-4 ədəd patron götürüb əynindəki qolsuz gödəkcənin cibinə qoyduqdan sonra silahı və içərisində patronlar olan torbanı avtomobilin yük yerinə qoyub gizlətməklə Amin Quluzadənin gəlməsini gözləmiş, təxminən yarım saatdan sonra X50 qardaşı X48 ilə birlikdə onun avtomobilinə yaxınlaşıb, Amin Quluzadə avtomobilin sürücünün arxa tərəfindəki sol oturacağında, Ramin Quluzadə isə sağ qabaq sərnişin oturacağında əyləşdikdən sonra o, X50 və X30 öldürmək barədə qabaqcadan planlaşdırdığı cinayətkar niyyətini həyata keçirmək məqsədilə avtomobili Beyləqan rayonu, Tatalılar kənd qəbiristanlığına sürüb özü üçün əlverişli hesab etdiyi yerdə saxladıqdan dərhal sonra aşağı düşərək avtomobilin yük yerindən odlu ov silahını götürüb avtomobildən bir qədər aralanıb atəş açmaq üçün əlverişli mövqe seçib, X33 və X19 avtomobildən düşmələrini gözləmiş, Ramin Quluzadə qapını açaraq avtomobilin sağ qabaq oturacağından düşüb ona tərəf gəlmək istəyərkən o, avtomobildə olan Amin Quluzadənin gözü qarşısında qardaş kimi onların bir-birilərinə əziz və dəyərli olmalarını, hərəkətləri ilə onların hər birinə xüsusi əzab və işgəncə verəcəyini dərk edib bunları arzu edərək müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək əlindəki odlu ov silahından X19 qarın nahiyəsinə onu öldürmək məqsədilə qəsdən bir dəfə açdığı atəş nəticəsində Ramin Quluzadə yerə yıxıldıqdan sonra avtomobilin arxa oturacağından düşərək qaçıb oradan uzaqlaşmağa çalışan X41 təqib etmiş, Amin Quluzadə bir qədər qaçdıqdan sonra ona tərəf dönmək istəyərkən əlindəki odlu ov silahından Amin Quluzadənin qarın nahiyəsinə onu öldürmək məqsədilə qəsdən bir dəfə açdığı atəş nəticəsində Amin Quluzadə yaxınlıqdakı kanala yıxılmış, o, Amin Quluzadənin ölməsinə tam əmin olmaq üçün kanala düşərək Amin Quluzadənin baş nahiyəsinə qəsdən bir dəfə də atəş açaraq Amin Quluzadəyə odlu silah-qırma (karteç) yaralanması nəticəsində baş beyin toxumasının əzilib-dağılması nəticəsində ölümünə səbəb olan kəllə sümüklərinin çoxsaylı qəlpələnmiş sınıqları və baş beyin maddəsinin əzilib-dağılması, bağırsaqların çoxsaylı zədələnməsi, hemoperitoneumla (qarın boşluğuna qan yığılması) müşayiət olunan bir ədəd baş nahiyəsini, bir ədəd isə qarın boşluğunu dəlib-keçən odlu silah-qırma (karteç) yarası xarakterli sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə onu qəsdən öldürdükdən dərhal sonra X30 vurduğu yerə qayıdaraq Ramin Quluzadənin ölməsinə tam əmin olmaq üçün onun da baş nahiyəsinə qəsdən bir dəfə atəş açaraq Ramin Quluzadəyə odlu silah-qırma (karteç) yaralanması nəticəsində baş beyin toxumasının əzilib-dağılması nəticəsində ölümünə səbəb olan kəllə sümüklərinin çoxsaylı qəlpələnmiş sınıqları və baş beyin maddəsinin əzilib-dağılması, bağırsaqların çoxsaylı zədələnməsi, hemoperitoneumla (qarın boşluğuna qan yığılması) müşayiət olunan bir ədəd baş nahiyəsini dəlib-keçən və bir ədəd qarın boşluğunu dəlib-keçən odlu silah-qırma (karteç) yaralanması xarakterli sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə onu xüsusi amansızlıqla qəsdən öldürmüş, bundan sonra o, cinayətkar niyyətini davam etdirib qabaqcadan planlaşdırdığı kimi Amin Quluzadə və Ramin Quluzadənin valideynləri X29 və X16 qəsdən öldürmək məqsədilə odlu ov silahının patron yuvasına bir ədəd patron yerləşdirib, əynindəki qolsuz gədəkcənin cibinə təxminən 3-4 ədəd patron qoyub silahı idarə etdiyi avtomobilin yük yerinə qoyaraq sonuncuların yaşadıqları evin yaxınlığına getmiş, özünün cinayətkar niyyətini həyata keçirmək üçün əlverişli şərait yaratmaq məqsədilə X34 məxsus evə gedən elektrik naqillərini yaxınlıqdakı çəpərdən sökərək düzəltdiyi qarmaq vasitəsilə dartaraq onların evinin işıqlarını söndürdükdən sonra evin yaxınlığındakı kolların arxasında gizlənib Nadir Quliyevin evdən çıxmasını gözləmiş, bir neçə dəqiqə gözlədikdən sonra Nadir Quliyevin evdən çıxıb işıq dirəyinə doğru getdiyini görüb gizləndiyi yerdən çıxaraq əlindəki odlu ov silahından X20 qarın nahiyəsinə onu öldürmək məqsədilə qəsdən bir dəfə açdığı atəş nəticəsində Nadir Quliyev yerə yıxıldıqdan sonra ona yaxınlaşıb, Nadir Quliyevin ona yalvararaq aman diləməsinə məhəl qoymaraq müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək Nadir Quliyevin ölməsinə tam əmin olmaq üçün onun boğaz nahiyəsinə də qəsdən bir dəfə atəş açaraq Nadir Quliyevə odlu silah-qırma (karteç) yaralanması nəticəsində döş və qarın boşluğu orqanlarının zədələnməsindən törənmiş kəskin qanitirmə nəticəsində ölümünə səbəb olan sol kürək sümüyünün deşilmiş sınığı, sağ ağciyərin zədələnməsi və sağ tərəfli hemotoraksla (döş boşluğuna qan yığılması), qaraciyərin, mədənin və bağırsaqların çoxsaylı zədələnməsi, hemoperitoneumla (qarın boşluğuna qan yığılması) müşayiət olunan, bir ədəd döş boşluğunu dəlib-keçən və bir ədəd qarın boşluğunu dəlib-keçərək sol said nahiyəsinin yumşaq toxumalarında kor şəkildə qurtaran odlu silah-qırma (karteç) yarası xarakterli sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə onu xüsusi amansızlıqla qəsdən öldürdükdən sonra o, cinayətkar niyyətini davam etdirib, X16 öldürmək məqsədilə sonuncunun yaşadığı evin həyətinə daxil olaraq həyətdəki ağacların arxasında bir müddət gizlənib gözlədikdən sonra Tərgül Quliyeva evdən çıxıb işıq sayğacına baxan zaman o, əlindəki odlu ov silahından Tərgül Quliyevanın sinəsinə onu öldürmək məqsədilə qəsdən bir dəfə açdığı atəş nəticəsində Tərgül Quliyeva yerə yıxıldıqdan sonra ona yaxınlaşaraq ölməsinə tam əmin olmaq üçün Tərgül Quliyevanın baş nahiyəsinə də qəsdən bir dəfə atəş açaraq Tərgül Quliyevaya odlu silah-qırma (karteç) yaralanması nəticəsində baş beyin toxumasının əzilib-dağılması nəticəsində ölümünə səbəb olan üz sklet, kəllə tağı və kəllə əsası sümüklərinin çoxsaylı qəlpələnmiş sınıqları və baş beyin maddəsinin əzilib-dağılması, bağırsaqların çoxsaylı zədələnməsi, hemoperitoneumla (qarın boşluğuna qan yığılması), sol süd vəzi nahiyəsində yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunan bir ədəd baş nahiyəsini dəlib-keçən, bir ədəd qarın boşluğunu dəlib-keçərək sol süd vəzinin yumşaq toxumalarına toxunub-keçən odlu silah-qırma (karteç) yarası xarakterli sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə onu qəsdən öldürmüş, beləliklə, o, X30 və X29 xüsusi amansızlıqla olmaqla dörd şəxsi, yəni X30, X41, X29 və X16 vahid qəsdlə öldürmüş, yəni onları qəsdən həyatdan məhrum etmiş, lakin özünün iradəsindən asılı olmayaraq, yəni həmin vaxt evdə olmamaqla Bakı şəhərində olmaları, həmçinin, onların Bakı şəhərində yaşadıqları ünvanı bilməməsi və artıq törətdiyi cinayətə görə tezliklə hüquq-mühafizə orqanları tərəfindən tutulacağının qaçılmaz olması səbəbindən X31 və X32 qəsdən öldürə bilməmiş və bununla da onlarla bağlı vahid niyyətlə planlaşdırdığı cinayəti başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 28,120.2.7, 120.2.4 və 120.2.7-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib, iş üzrə ibtidai istintaq zamanı ifadə verdiyini və həmin ifadələrini təsdiq etdiyini bildirib ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyi üçün Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan oluna bilər) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan olunmaqla tədqiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 02 dekabr 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evə getmiş, evlərinə gedən yola tut ağacından kəsilmiş təxminən iki metr uzunluğunda olan şaxlar-odun parçaları qoyularaq yolun bağlandığını görmüşdür. O, avtomobili söndürmədən aşağı düşmüş, avtomobilin işığında həmin şaxlardan birini götürüb kənara atmış, digər şaxı atan zaman qonşuluqda yaşayan Nadir oraya gəlib, evinin həyətinin giriş qapısının yanında dayanmış və ona şaxlara dəyməməsini demişdir. O, Nadirə “necə yəni dəymə, artıq bizi bezdirmisən, evimin yoludu, sən kimsən ki, evimin yolunu şaxlar qoyub kəsirsən” deyə bildirmiş, Nadir həyətdən yola çıxaraq ona tərəf gəlmiş və “ə, sənə demirəm, şaxlara əl vurma” deyərək onu itələmiş, o da Nadiri itələyərək qarşılıq vermiş, lakin biz bir-birilərini vurmamışlar. O, Nadirə “sən mənim əsəblərimi oynadırsan, Allaha and olsun, səni bir təhər edəcəm, get, işinlə məşğul ol” demiş, Nadir isə onu itələməyə davam etmişdir. Onlar sözdə mübahisə edərək bir-birilərini bir neçə dəfə itələmişlər. Nadirlə o, bir-birilərini həmin vaxt vurmamışlar və xəsarət yetirməmişlər. Həmin vaxt Nadirin oğlu Amin onların yanına gəlmiş, o, Aminə atasını kənara çəkməsini, atasının artıq onun canını boğazına yığdığını demişdir. Amin ona artıq-əksik danışmamasını deyərək anidən onun üstünə cummuş, onu yumruqla vurmaq istəmişdir. Nadir Aminin qolundan tutaraq qarşımamasını demiş və Amini bir təhər yaşadıqları evin həyətinə aparmışdır. Amin ona “Bəxtiyarın goru haqqı səni də, ailəni də buradan qaçaq salacam, o yerdən sizə keçməyəcəm” deyə bildirmiş, o, Aminə və Nadirə gedib ağlını başına toplamalarını demişdir. Bu vaxt Amin yenidən onun üstünə şığımış, Nadirin əlindən çıxıb, təpiklə onun sağ ayağına vurmuş, təpik sürtüb keçmiş, lakin yeri ağrımışdır. Nadir yenə Amini tutmuş, itələyə-itələyə evin həyətinə aparmışdır. O, Aminə “səni körpüdə gözləyirəm, ora gəl, nə söhbətin varsa, orada həll edək” deyə bildirmiş, Aminin atası Nadir isə ona çıxıb getməsini demişdir. O, yenidən Aminə “səni gözləyəcəm, gələrsən körpünün yanına” deyib bir neçə dəfə Amini körpünün yanına çağırmış, gəlməsini təkid etmişdir. Bundan sonra o, avtomobilə əyləşib, evlərinin yaxınlığındakı körpünün yanına getmiş, körpünün yanına çatan kimi avtomobili saxlayaraq aşağı düşüb evə getmiş, evin qapısını sakitcə açmışdır. Həmin vaxt bacısı oğlu Fərid və öz valideynləri evdə oturub televizora baxmışlar. O, sakitcə digər otağa keçib, şkafın başından oraya qoyduğu ov tüfəngini, içində 15 ədəd patron olan torbanı, otaqda olan jiletini və qış çəkmələrini götürərək evdən çıxmışdır. Onun evə daxil olmasını və evdən çıxmasını valideynləri görməmiş və hiss etməmişlər. Bundan sonra o, açıq halda, üzərini örtmədən əlində tüfəng və götürdüyü digər əşyalarla avtomobilin yanına qayıtmış, həmin vaxt ətrafda heç kəs olmadığından onu heç kəs görməmiş, o, heç kəslə rastlaşmamışdır. Avtomobilin yanına çatanda avtomobilin yük yerini açaraq tüfəngi, patronları, jileti və çəkmələrini yük yerinə qoymuş, sonra jileti əyninə geyinmiş, telefonunun işığında baxaraq təxminən 3-4 ədəd patron (donuz gülləsi) götürüb, jiletin cibinə qoymuşdur. Daha sonra o, bir ədəd donuz gülləsi patronu tüfəngə yerləşdirmiş, tüfəngi çəpinə avtomobilin yük yerinə qoymuşdur. Həmin patronlar zavod üsulu ilə Rusiyada istehsal edilmişlər. Avtomobili saxladığı həmin körpüdən yaşadığı evə qədər təxminən 100 metr məsafə vardır. Bundan sonra o, avtomobilin sürücü oturacağında əyləşərək Aminin gəlməsini gözləməyə başlamışdır. Avtomobili körpünün yanında arxası evə tərəf vəziyyətdə saxlamış, Nadirin evinə tərəf gedən yolu avtomobilin arxasını göstərən güzgülərdən görə bilmişdir. Həmin vaxt hava tam qaralmışdır, yoldan bir-iki avtomobil keçsə də, orada onu görə bilməzdilər, həmin yerdə kamera da yoxdur. Təxminən yarım saatdan sonra o, avtomobilin arxa tərəfini göstərən güzgülərindən Nadirin evi tərəfdən əllərində telefon işığına bənzəyən işıq olan iki nəfərin yavaş-yavaş ona tərəf gəldiyini görmüş, həmin şəxslər maşına çatdıqda onların Amin və qardaşı Ramin olduğunu görmüş, Ramin avtomobilin ön oturacağında, onun yanında, Amin isə onun arxasında olan oturacaqda əyləşmişdir. Amin və Raminin birində sadə tipli, digərində isə smartfon tipli mobil telefon olmuşdur. Amin və Ramin avtomobilə əyləşəndə o, avtomobilin salonun işığının yanması, onların əllərində nə isə olsa, görə bilsin deyə öz tərəfində olan qapısını açıq qoymuşdur. Həmin vaxt Raminin əynində açıq qəhvəyi rəngli qalın köynək və açıq göy rəngli cins şalvar, Aminin əynində isə üzərində “Nike” yazılmış qara rəngli kapişyonlu kurtka və göy rəngli cins şalvar olmuşdur. Avtomobilə əyləşəndə Raminin əynindəki ağ rəngli kofta yuxarı qalxdığı zaman o, Raminin kəmərində bir ədəd bıçaq olduğunu görmüşdür. Həmin bıçaq qatlanmayan, orta ölçülü mətbəx bıçağı, kəsici hissəsi təxminən 12-13 santimetr, dəstəyi isə təxminən 8 santimetr, dəstəyi qara rəngli olmuşdur. O, avtomobildə tüfəng olduğu üçün qorxmamış, özlüyündə onsuz da, onları öldürəcəyəni fikirləşmiş, lakin Aminin arxadan avtomobilin təhlükəsizlik kəməri ilə onu boğa biləcəyindən və onu arxadan vurmasından ehtiyat etmişdir. Amin və Ramin avtomobilə əyləşdikdən sonra o, Aminə “sən nə istəyirsən, nədir sənin fikrin, denən, mən də başa düşüm, belə çox getməz” deyə bildirmiş, həmin vaxt Ramin ona onunla danışmasını, harada istəsə, danışa biləcəklərini, onun üçün fərqinin olmadığını demişdir. Bundan sonra o, Ramingilə onun üçün də heç bir fərqinin olmadığını demiş, avtomobili Tatalılar kənd qəbiristanlığına sürmüşdür. Yol boyu onlar bir-biriləri ilə bir kəlimə də olsun danışmamışlar. O, yolda olan zaman qəbiristanlığın qapısının açıq olduğunu görüb qəbiristanlığa dönmüşdür. Əgər qəbirstanlığın qapısı bağlı olsa idi, o, avtomobili yaxınlıqdakı meşəyə doğru sürəcəkdi. Onun məqsədi getdikləri yerdə heç kəsin olmaması olmuşdur. Kəndin qəbiristanlığı iki hissəyə ayrılmış haldadır, o, avtomobili həmin ayrılmış boş sahəyə sürmüş, kolluğa yaxın yerdə saxlamışdır. O, Ramində bıçaq olduğunu gördüyündən və Aminin onu arxadan təhlükəsizlik kəməri ilə boğa biləcəyini fikirləşdiyi üçün avtomobili saxlayan kimi cəld aşağı düşmüş, avtomobilin yük yerinə yaxınlaşaraq, yük yerini açıb oradan tüfəngi götürmüşdür. O, tüfəngi götürəndə Ramin avtomobilin qabaq oturacağından sağ əlində bıçaqla düşmüş, o, təxminən bir metr avtomobildən sağ arxa qanadı istiqamətində aralanmış, Ramin əlindəki bıçaqla onun üstünə gələn zaman o, sol əli ilə tüfəngin lüləsinin altındakı plastmas hissədən, sağ əli ilə isə tüfəngin qundağından tutaraq qundağı çiyninə söykəmədən Raminin sinəsinə bir dəfə atəş açmış, həmin vaxt Ramin avtomobilin sağ arxa qapısının bərabərində, onunla üzbəüz, bir qədər çəpəki vəziyyətdə dayanmışdır. Güllə Raminin qarın nahiyəsinə girmiş, qıjıltı səsi gəlmişdir. Güllə Raminin belindən çıxıb, avtomobilin sağ arxa qapısının şüşəsindən girmiş və ön alın şüşəsindən çıxmış, nəticədə avtomobilin arxa sağ şüşəsi və ön alın şüşəsi deşilmişdir. Ramin avtomobilin qabaq sağ qanadı ilə kapotun birləşdiyi yerə dəymiş, avtomobilə sürtülərək beli üstə yerə yıxılmış, başı avtomobilin sağ qabaq təkərinin yanında dayanmışdır. Bu vaxt Amin avtomobilin qapısını açaraq arxasına baxmadan qaçmağa başlamış, o, Aminin arxasınca qaça-qaça tüfəngin içindəki gilizi çıxardıb yerə atmış, cibindəki patronlardan birini tüfəngə yerləşdirmiş, Amin təxminən 30-40 metr qaçdıqdan sonra qəbiristanlığın yaxınlığından keçən kanalın yanındakı sıra ilə düzülmüş çinar ağaclarının yanında ona tərəf dönmüş, o, təxminən 4 metr məsafədən sol əli ilə tüfəngin lüləsinin altındakı plastmas hissədən, sağ əli ilə isə tüfəngin qundağından tutaraq qundağı çiyninə söykəmədən Aminin sinə nahiyəsinə bir dəfə atəş açmışdır. O, Aminə atəş açan zaman onlar üzbəüz vəziyyətdə olmuşlar. Amin arxaya yarı çevrilmiş halda olmuşdur. Atəşdən sonra Amin başı üstə kanala düşmüş, o, Aminin arxasınca kanala düşərək Aminin xırıldadığını görmüş, tüfəngdən gilizi çıxarıb yerə atmış, cibindəki patronlardan birini yenidən tüfəngə yerləşdirərək yaxından Aminin başına atəş açmışdır. Güllə Aminin sağ qulağından dəymişdir. O, Aminin ölməsini dəqiqləşdirmək üçün başından ikinci dəfə atəş açmış, Aminin öldüyünü dəqiqləşdirdikdən sonra kanaldan çıxıb, avtomobilə tərəf qayıtmışdır. O, avtomobilə çatdıqda Raminin həminki vəziyyətdə, yəni başı avtomobilin qabaq sağ təkərin yanında beli üstə uzanmış halda olduğunu və xırıldadığını görmüş, qanı avtomobilin qabaq sağ təkərinə də bulaşmışdır. O, Ramini avtomoildən təxminən bir metr aralamış, ölməsini dəqiqləşdirmək üçün cibindəki patronlardan birini tüfəngə yerləşdirərək yaxından Raminin baş nahiyəsinə boynunun arxasından atəş açmış, bununla da, o, Raminin ölməsinə əmin olmuşdur. Ramin ölsə də, əlindəki bıçağı buraxmamış, o, həmin bıçağa toxunmamışdır. O, Ramingilin atası Nadiri və anası Targülü öldürmək üçün gedəcəyindən tüfəngi təmizləmiş, boş gilizi çıxarıb orada yerə atmış və cibindəki partonu tüfəngə yerləşdirmiş, tüfəngi avtomobilin yük yerinə çəpəki qoymuş və yenidən təxminən 4 ədəd patron (donuz gülləsi) götürüb cibinə qoymuşdur. Avtomobilin oturacağında şüşə qırıqları olduğu üçün oturacağı əli ilə təmizləyib yola düşmüşdür. Asfalt yola çıxandan sonra o, Aminin və Raminin telefonlarını götürmək üçün geri qaytmış, telefonlarına zəng gəldikdə həmin zəngin səsini eşidən şəxslərin meyitləri tapa biləcəyini düşünmüşdür. Aminin telefonu yanında, Raminin telefonu isə cibində olmuş, o, meyitlərin yanına gedib hər ikisinin telefonunu götürmüş, həmin telefonları aparıb qəbiristanlığın yanından keçən bol sulu kanala atmışdır. Bundan sonra o, avtomobilə əyləşmiş, evlərinin yaxınlığındakı kanalda olan zibilliyə getmişdir. Həmin zibillik həftədə bir-iki dəfə yandırılan zaman zibilikdə olan flakonlar, butulkalar və digər tullantılar partladığına görə o, tüfəngdən gələn atəş səslərinin şübhə yaratmaması üçün əvvəlcə zibillikdəki təkərləri yandırmış, lakin partlayış olmamışdır. O, tüfəngin səsinə çölə çıxan adamların zibiliyin yandığını görərək partlayışın zibilliyin yanmasına görə baş verdiyini düşünəcəklərini fikirləşmişdir. Daha sonra o, avtomobilə əyləşib, yaşadığı evin yaxınlığındakı körpünün yanında avtomobili saxlayaraq Nadiri və arvadı Tərgülü öldürmək üçün birbaşa həmin şəxslərin yaşadıqları evə getmiş, lakin evdə işıqların yandığını görüb onların onu vurmamaları üçün birbaşa evə getmək fikrindən daşınmış, avtomobilin yük yerindən kəlbətini götürüb, körpünün yanında olan çəpərdən metal məftil kəsmiş və 4-5 metr uzunluğunda ağac götürmüşdür. Əvvəllər Nadirin evinə gedən elektrik xəttinin üstünə ağac düşdüyünə görə qırıldığını bildiyi üçün Nadirin evinə gedən işığı söndürmək məqsədilə kəsdiyi məftili qarmaq şəklində ağacın ucuna bağlayaraq bundan istifadə edib Nadirin evinə gedən naqili dartaraq qırmış, Nadirgilin işıqları sönmüşdür. Bundan sonra ağacı arxın içinə atmış və tüfəngi götürüb, bir qədər qabağa gedərək kolun dibində gizlənmişdir. Təxminən 5 dəqiqədən sonra Nadir əlində fənərlə çölə çıxmış, həyətində olan işıq sayğacına baxdıqdan sonra həmin qırılmış naqilə doğru getməyə başlamışdır. Nadir onun yanından keçib yolun ortasında olan işıq dirəyini də keçdikdən sonra təxminən ondan 15-20 metr məsafədə olan zaman o, koldan çıxıb Nadirə yaxılaşmış və “Yusif” deyə çağırmışdır. Kənd arasında Nadiri həm də Yusif deyə çağırmışlar. Nadir tam geriyə çevrilməmiş o, təxminən 5 metr məsafədən sol əli ilə tüfəngin lüləsinin altındakı plastmas hissədən sağ əli ilə isə tüfəngin qundağından tutaraq qundağı çiyninə söykəmədən Nadirin sinəsinə doğru bir dəfə atəş açmış, Nadir yolun ortasında yerə yıxılmışdır. O, boş gilizi tüfəngdən çıxarıb yerə atmış, tüfəngə dolu patronu qoyub Nadirə yaxınlaşmışdır. O, yaxınlaşan zaman Nadir zarıyaraq “başına dönüm, eləmə” demişdir. O, tüfəngi Nadirin başına çox yaxın tutduğu üçün Nadir əli ilə tüfəngin lüləsindən tutmuş, o, tüfəngin lüləsini dartmış və ölümünün dəqiq olması üçün Nadirin başından bir dəfə atəş açmışdır. Güllə Nadirin boğazına dəymişdir. Həmin vaxt Nadirin əynində qara rəngli gödəkçə və göy rəngli cins şalvar olmuş, o, meyiti yolun ortasından çəkərək üzü üstə yolun sol tərəfində, işıq dirəyinin yanından keçən çəpərin dibindəki dayaz arxa tullamışdır. Bundan sonra o, tüfəngdəki gilizi tullamış, tüfəngə dolu patron qoyaraq Nadirin evinin həyətinə daxil olmuş və heyva ağaclarının arasında gizlənmişdir. Həyətdəki it onu gördükdə hürməmiş, o, orada Nadirin arvadı Tərgülü öldürmək üçün çölə çıxmasını gözləmişdir. Təxminən yarım saatdan sonra evdən əlində alışqan fənəri ilə bir nəfər adam çıxmış, həmin şəxs yaxınlaşdıqda Tərgül olduğunu görmüşdür. Tərgül əvvəlcə işıq sayğacına baxmış, daha sonra yola tərəf getməyə başlamışdır. O, evin həyətində Tərgüllə evin arasında dayanmış, sonra isə Tərgülə bir qədər yaxınlaşmışdır. Tərgül onu görüb tanımış, yerində donub qalaraq ona heç nə deməmişdir. O, heç nə demədən sol əli ilə tüfəngin lüləsinin altındakı plastmas hissədən sağ əli ilə isə tüfəngin qundağından tutaraq qundağı çiyninə söykəmədən təxminən iki metr məsafədən Tərgülün sinəsinə doğru atəş açmış, Tərgül böyrü üstə yerə yıxılmışdır. O, tüfəngdən gilizi çıxarıb yerə tullamış və tüfəngə patron yerləşdirib Tərgülə yaxınlaşmış, ölməsinə tam əmin olmaq üçün Tərgülün başına doğru atəş açmışdır. Bundan sonra o, avtomobilə tərəf geri qayıtmış, yolda Nadirin əlindəki fənəri götürüb yerə çırparaq qırmışdır. O, Nadirin meyitinin yanından keçəndə “Nadir kişi, get, indi yaşa” demişdir. O, Nadirin ölüb-ölməməsini müəyyən etmək üçün yenidən baxmış, hərəkət etmədiyini görüb öldüyünə əmin olmuşdur. Daha sonra avtomobilin yük yerini açıb, tüfəngi yük yerinə qoyub Azərbacyan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək 4 nəfər adam qətlə yetirdiyini bildirmiş və olduğu yeri demişdir. Bundan sonra o, avtomobilin yük yerinə qoyduğu qış çəkmələrini geyinib, avtomobilə əyləşmiş, asfalt yola doğru sürüb kanalın yaxınlığında saxlayaraq polis əməkdaşlarının gəlməsini gözləmişdir. Polis əməkdaşları onun olduğu yerə gəldikdən sonra tüfəngi və üzərində olan 7 ədəd patronu təhvil verərək təslim olmuşdur. Həmin 7 ədəd patronun 3 ədədi qırma ilə doldurulmuş, 4 ədədi isə donuz gülləsi olmuşdur. Nadir, arvadı Tərgül, övladları Amin və Ramin özünü tanıyandan onunla qonşuluqda yaşamışlar, digər övladları Elvin və Xəyal isə Bakı şəhərində yaşayırlar. O, özünü tanıyandan Nadirgil X70 və ailə üzvləri ilə çəkişmiş və daim münaqişədədirlər. Belə ki, Beyləqan rayonu, Tatalılar kəndində onların yaşadığı evin yanında 01.37 hektar torpaq sahəsinin bir hissəsi onların yaşadıqları evin, digər hissəsi isə Nadirgilin evinin qarşısındadır. Həmin torpaq sahəsi Beyləqan rayonu, Tatalılar kəndi sakini Məhyəddinin oğlu Qoşqara məxsus olmuşdur. Qoşqar həmin torpaq sahəsini atası Loğmana satmışdır. Loğman həmin torpaq sahəsini alanda o, uşaq olmuş, neçə yaşı olmasını dəqiq xatırlamır. X70 həmin torpaq sahəsini aldıqdan sonra Nadir həmişə Loğman ilə yersiz mübahisə etmiş, həmin torpaq sahəsini nə üçün aldığını bildirirək söz-söhbət yaratmışdır. Nadir əgər Loğman torpaq sahəsini almasa idi həmin sahənin ona pulsuz qalacağını demiş, Loğman torpağı pul verib aldığını, mehriban qonşu olduqlarını, mübahisə etməməyi bildirmişdir. Təxminən 20-25 may 2009-cu il tarixdə ot biçini zamanı Nadir həmin sahəyə gələrək ot biçininin qarşısını almış və həmin sahədə ot biçilməsinə maneçilik törətdiyinə görə Loğman yaba ilə Nadirin qarnına, bıçaqla sol qoluna xəsarətlər yetirmişdir. Həmin fakt ilə əlaqədar olaraq cinayət işi başlanmış və Loğman 11 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bir müddət sonra Nadir 2500 manat pul qarşılığında Loğmanla barışması ilə əlaqdar ərizə yazmışdır. Həmin pulu onun dayıları İldirım, Zabit, əmiləri Xanoğlan, Astan, Kamil və Arzu yığıb Nadirə vermişlər, pulu əlbəəl Nadirə kimin verməsini o, bilməmişdir. Nadir bundan sonra ərizə yazaraq Loğmanla barışdığını göstərmiş, apellyasiya məhkəməsində Loğmana verilmiş cəza 5 ilə endirilmiş, cəzasının 6 il 3 ayı götürülmüşdür. Bundan sonra o və ailə üzvləri ilə Nadir arasında narazılıq yaranmışdır. Nadir barışdıqdan sonra onların arasında heç vaxt dava-dalaş olmamış, yalnız sözlə mübahisələri olmuşdur. Son 5 ildə Loğman və onun ailə üzvləri Nadir və ailə üzvləri barəsində şikayət etməmişlər. Nadir onlara torpaq sahəsindən istifədəyə imkan vermədiyindən Nadir və onun ailə üzvləri ilə onların arasında narazılıq davam etmişdir. 02 dekabr 2022-ci il tarixdən əvvəlki tarixlərdə onunla Nadir və ailə üvləri arasında heç vaxt dava-dalaş olmamış, yalnız sözlə mübahisələr etmişlər. O, Nadir və ailə üzvləri ilə bir-birilərini söysələr də heç vaxt bir-birilərinə xəsarət yetirməmişlər. O, ümumiyətlə spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. Hadisədən təxminən 10 gün əvvəl Nadir onun evinə gedən yolu simlə bağlamışdır. Nadir həmin yolu əvvəllər təxminən 4 dəfə, bir dəfə kəndir, iki dəfə sim, bir dəfə də şaxla bağlamışdır. Təxminən son 10 gün ərzində Nadir iki dəfə onun evinə gedən yolu bağlamışdır. Buna görə də onların arasında sözlü mübahisə yaranmış, lakin bir-birilərinə heç bir xasarət yetirməmişlər, dalaşmamışlar. Onun 12 kalibrli təklüləli ov tüfəngi vardır, həmin tüfəngin sənədləri qaydasındadır, və öz adına sənədləşdirilmişdir. O, tüfəngi və patronları 2022-ci ilin yay aylarında Beyləqan rayonunda yerləşən “Ovçular” adlanan mağazadan təxminən 700-800 manata almışdır. O, tüfəngi ona satan adını xatırlamadığı şəxsin köməyi ilə rəsmi qaydada sənədləşdirmiş, “Ovçular” adlanan mağazada tüfənglə bağlı sənədlərə imza etmiş, lakin tüfəngin sənədlərini təxminən iki ay əvvəl itirmişdir. O, tüfəngi və patronları qonşuları Nadiri, Tərgülü, onların övladları Ramini, Amini, Elvini və Xəyalı öldürmək üçün almışdır. Nadir Quliyev və ailə üzvlərini öldürmək fikri ondan təxminən 5-6 il əvvəl yaranmışdır. O, tüfəngi Nadiri və onun ailə üzvlərini öldürmək üçün aldığı barədə heç kimə məlumat verməmiş, bu barədə heç kimin məlumatı olmamışdır. Lakin o, tüfəngi əldə edən zaman məqsədinin nə olduğunu soruşmuşlar, o, tüfəngi ov üçün aldığını bildirmişdir. Əgər o, başqa cür desəydi, tüfəng əldə edə bilməyəcəkdi. Onun tüfəng almasından ailə üzvlərinin və ya digər şəxslərin heç bir məlumatı olmamışdır. O, bu barədə heç kimə heç nə deməmişdir. O, tüfəngi və patronları evdə şkafın üzərində heç kimin görmədiyi, baxmadığı və bilmədiyi yerdə saxlamışdır. Tüfəngi onun anası Ulduzə və atası Loğman, eləcə də başqa şəxslər görməmişlər. O, öz təsərrüfatlarına məxsus olan heyvanları sataraq tüfəng almaq üçün pul əldə etmiş, atası heç bir zaman ondan pulları hara xərclədiyini soruşmamış və ona inandığı üçün etibar etmişdir. Onun tüfənginin olmasından heç kimin məlumatı olmamışdır. O, həmin tüfənglə iki dəfə tək ova getmiş, ova getməsi barədə heç kimin məlumatı olmamışdır. Onun ova getməkdə məqsədi heyvan ovlamaq olmamışdır. Hər dəfə ova gedəndə tüfəngin qundağını çiyninə dirəyib və əlində tutaraq atəş açmağı məşq etmiş, yekun olaraq tüfəngi əlində tutaraq atəş açmağı qərarlaşdırmışdır. O, həmin tüfəngdən ovda 4 atəş və 10 atəş olmaqla cəmi iki dəfə atəş açmışdır. Həmin patronlar kortec, tək güllə (donuz gülləsi), 3-lü, 4-lü, 6-lı qırmalı patronlar olmuşdur. Patronların konkret olaraq neçəsinin hansı növ olmasını xatırlamır. O, 02 dekabr 2022-ci il tarixdə Nadiri və ailə üzvlərini öldürən zaman yalnız tək gülləli patronlardan (donuz gülləsindən) istifadə etmişdir. O, tüfəngi aldıqdan sonra Nadiri, Tərgülü, Ramini, Amini, Elvini və Xəyalı öldürmək üçün əlverişli zaman gəlməsini gözləmiş, həmin şəxslərin hamısının bir yerə yığışmasını gözləməsinə baxmayaraq onların hamısını bir yerdə olan vəziyyətdə tuta bilməmişdir. O, dəfələrlə ayaqyolundan istifadə edəndə hamısının evdə olub-olmamasını öyrənmək üçün Nadirin evnin həyətinə baxmış, 2022-ci ilin yay aylarından Nadirin bütün ailə üzvlərini güllələyib öldürmək üçün birlikdə olmalarını gözləmişdir. O, Nadirin övladları Elvin və Xəyalı da öldürmək istəmişdir. Elvin və Xəyal Bakı şəhərində yaşayıb işləmişlər, Amin və Ramin isə Tatalılar kəndində Nadirin özü ilə birlikdə yaşamışlar. O, tüfəng üçün cəmisi iki dəfə patron almış, birinci dəfə aldığı patronları məşq zamanı istifadə etmiş, sonradan 15 ədəd də patron almış, 3 ədədi qırma patronu, 12 ədədi isə tam gülləli patron, yəni donuz gülləsi olmuşdur. O, həmin patronları ağ rəngli sellofan torbaya qoymuşdur. Onun patronları saxlamaq üçün xüsusi geyimi olmamış, patronları ağ rəngli sellfon torbada salxamışdır. O, əvvəllər tüfəngdən istifadə etmədiyindən hansı qaydada atəş açmağın rahat olduğunu ov adı ilə çöllük ərazidə məşq etmiş, bundan başqa qundağı çiyinə dayayaraq və aşağıdan əllə atəş açmağı yoxlamış, lakin qundağı çiyinə söykəyərək atəş açmağın daha çətin olduğunu düşünmüş, buna görə də əli ilə tutaraq atəş açmaq qərarına gəlmişdir. Çünki o, Nadiri və ailə üzvlərini öldürmək üçün tüfəngin qundağını çiyininə dayayıb rahat atəş aça və onları öldürə bilməyəcəyini düşünmüşdür. O, həmçinin, patronların növlərinin necə olmasını atəş açaraq yoxlamış, qırma patronun və donuz gülləsinin necə təsir göstərdiyini atəş açaraq yoxlamışdır. O, əvvəllər Xəyal və Elvini öldürməyə cəhd etməmişdir. O, 2022-ci ilin yay aylarından Nadirin ailə üzvlərinin hamısını öldürmək üçün onların bir yerdə olmasını gözləmiş, Xəyal və Elvin həmin vaxt orada olsaydılar o, onları da öldürəcəkdi. Hadisə zamanı ona məxsus avtomobildə pul, qızıl-zinət əşyaları və ya digər dəyərli əmlak olmamışdır. O, tamamilə sağlamdır, əvvəllər psixoloji və ya psixiatrik xəstəlik keçirməmiş, hazırda hər hansı psixoloji və ya psixiatrik xəstəlikdən əziyyət çəkmir. Onun göy rəngli, 2005-ci ildə istehsal edilmiş, atası Loğmanın verdiyi etibarnamə səasında idarə etdiyi “VAZ-2107” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil atasının adına sənədləşdirilmişdir. O, X29, X16, X41 və X30 tək öldürmüş, atasının və başqa şəxslərin onun Nadir və ailə üzvlərini öldürəcəyindən məlumatı olmamış, ona hər hansı formada kömək edilməmişdir. O, X21 və X22 hadisə baş verən gün, yəni 02 dekabr 2022-ci il tarixdə Bakı şəhərində olduqlarını bilmiş, lakin konkret olaraq ünvanlarını bilməmişdir. X46 və X45 arabir kəndə gəlmişlər, hər dəfə gələndə onun məlumatı olmuşdur. Lakin o, Nadir Quliyevin ailə üzvlərinin hamısının bir yerdə olmalarını gözlədiyi üçün Elvin və Xəyalı öldürməmişdir. O, Nadirin özünü, arvadını və 4 oğlunun hamısını öldürmək istəmiş, onların hamısının bir yerdə olmasını gözləmişdir. Lakin o, Nadir və ailə üzvlərinin hamısını bir yerdə tuta bilmədiyi üçün Elvin və Xəyalı öldürə bilməmişdir. O, yeni il bayramına kimi gözləsəydi Elvin və Xəyal bayramda evlərinə gəldikdə onların hamısını öldürə bilərdi, heyif ki, bayramı gözləməyə səbri çatmamışdır. O, 02 dekabr 2022-ci il tarixdə məsələni sona çatdırmaq üçün Amin Quluzadəni dəvət etməkdə məqsədi aparıb münasib yerdə rahat şəkildə öldürmək, daha sonra isə qayıdıb atası Nadiri, anası Tərgülü və qardaşı Ramini öldürməkdən olmuşdur. Aminin Ramin ilə gəlməsi əslində yaxşı olmuş, o, əvvəlcə Amin və Ramini, daha sonra isə valideynlərini tək-tək rahatlıqla öldürmüşdür. O, Ramin Quluzadə və Amin Quluzadəni idarə etdiyi avtomobillə Beyləqan rayonu, Kəbirli kəndi istiqamətində heç kəsin olmadığı boş əraziyə öldürmək məqsədi ilə aparmış, yolda qəbiristanlığın darvalarının açıq olduğunu gördükdə gecə vaxtı orada heç kəsin olmayacağını düşünmüş və avtomobili qəbirstanlığa sürmüşdür. X15 və X35 olan münasibəti hələ də dəyişməmiş, indi əlinə düşsələr Elvin və Xəyalı öldürər. O, 02 dekabr 2022-ci il tarixdə, saat 22:10-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzi sisteminə zəng edərək 4 nəfər şəxsi qətlə yetirməsi barədə məlumat verən zaman Xəyal Quluzadə və Elvin Quluzadəni öldürmək niyyətindən daşınmamış, hətta Tərgülü öldürdükdən sonra Bakı şəhərinə gedərək Elvin və Xəyalı öldürməyi düşünmüş, lakin Bakı şəhərindəki yaşadıqları ünvanı bilmədiyi üçün bunu edə bilməmişdi. Həmçinin, onun avtomobilinin sağ arxa qapısının şüşəsi və ön alın şüşəsi güllənin təsirindən qırıldığından polislərin yolda onu saxlayacaqlarını düşündüyü üçün də Elvin və Xəyalı tapıb öldürmək üçün Bakı şəhərinə getməmişdir. O, harada gizlənsə polis əməkdaşlarının onu tapacaqlarını düşündüyündən X29, X16, X41 və X30 öldürdükdən sonra gizlənərək Elvin Quluzadə və Xəyal Quluzadənin Bakı şəhərindən gəlmələrini gözləməmişdir. O, ***-***-**-** saylı mobil nömrədən başqa mobil nömrə işlətməmiş və 102 xidmətinə də həmin mobil nömrə vasitəsilə zəng edib məlumat vermişdir. O, “Samsung A10” markalı mobil telefon işlətmişdir. Raminin mobil telefonu markasını bilmədiyi smartfon tipli olmuş, Aminin mobil telefonu isə sadə tipli “Nokia” markalı olmuşdur. O, hadisədən sonra onsuz da tutulacağını və daha mobil telefona ehtiyacı olmayacağını fikirləşdiyi üçün öz mobil telefonunu da Amin və Raminin telefonları ilə birlikdə kanala atmışdır. X47 və ailə üzvləri neçə illər idi ki, onu bezdirmişlər. Nadir və ailə üzvləri gah onun yaşadığı evə gedən yolu bağlamış, gah həyətlərinə daş, zir-zibil atmış, gah yola su axıtmış, avtomobilinin təkərləri partlasın deyə yola şüşə qırıntıları səpmişlər. Bütün bu səbəblərdən o, Nadir və bütün ailə üzvlərini öldürmək qərarına gəlmiş, heyif ki, Elvin ilə Xəyalı öldürə bilməmişdir. O, X29, X16, X41 və X30 öldürdükdən sonra həmin şəxslərin yaşadıqları evə daxil olmamış, Tərgülü öldürdükdən sonra həyətdən evə tərəf baxmış, lakin evə daxil olmamışdır. O, Elvin və Xəyalın Bakı şəhərində yaşamalarını bildiyinə görə evə daxil olaraq onları axtarmamışdır. İfadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs həmin ifadəsində göstərilənləri təsdiq etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X56 ifadəsində göstərmişdir ki, təxminən 2009-cu ildə atası Nadir ilə Fuadın atası Loğman arasında mübahisə olmuş, özü hadisə yerində olmasada eşitmiş ki, mübahisə zamanı Fuadın anası gəlib kürəklə Nadiri vurmuş, bundan istifadə edən Loğman isə atası Nadiri mədəsindən və qolundan bıçaqlamışdır. Həmin hadisədən sonra isə aralarında barışıq olub. Daha sonra isə yaşadıqları Beyləqan rayonu, Tatallar kəndində onların evinin qarşısındakı torpaq sahəsi olub, atası Nadir oranı almaq istəmiş, lakin Fuadın atası Loğman Nadirin həmin torpaq sahəsini almaq istəməsini bilə-bilə həmin torpaq sahəsini almışdır. Bundan sonra Nadirlə Loğman arasında narazılıq yaranmış, aralarında sözlə mübahisələr olmuşdur. Bir müddətdən sonra da elə həmin torpaq sahəsi ilə bağlı dalaşmışlar, Loğman Nadirə yaba və bıçaqla xəsarətlər yetirmişdir. Nadirlə Loğman arasında bu hadisədən əvvəl isə digər hər hansı məsələ ilə bağlı narazılıq olmamışdır. Özü Bakı şəhərində qardaşı X46 ilə birlikdə kirayə tutduğu mənzildə yaşayır. Əvvəllər onun yanında qardaşı Amin işləyib, bir ay olar ki, Amin kəndə qayıtmış, onun yerinə qardaşı Xəyal işləməyə gəlmişdir. X47 onun atası, X36 anası, X50 və X48 isə qardaşlarıdır. Təqsirləndirilən şəxs Beyləqan rayonu, Tatalılar kəndində onların qoşusudur. Evləri bir-birinə yaxındır, aralarında 50 metr məsafə vardır. 02 dekabr 2022-ci il tarixdə axşam işdən evə gələn zaman Beyləqan rayonu, Tatalılar kəndində güllələnmə hadisəsinin baş verdiyini eşitmiş, bir qədər sonra hazırda adını xatırlamadığı şəxsdən qonşusu Fuadın onun ailə üzvlərini güllələdiyini öyrənmiş, dərhal evə əmisi oğluna zəng vurmuş, o isə Aminin güllələndiyini, xəstəxanada olduğunu bildirmişdir. Bundan sonra Bakı şəhərində yaşayan dayısı X23 zəng etmiş, Hamlet ona heç nədən xəbərinin olmadığını, onları götürməyə gələcəyini və təcili Beyləqana gedəcəklərini demişdir. Həmin gün onlar gecə saatlarında Beyləqan rayonuna çatdıqdan sonra polislər ona zəng vurub morqa gəlməli olduğunu bildirmişdir. Ora çatdıqda isə polis əməkdaşları valideynlərinin həkim nəzarətində olduğunu, heçnəyin olmadığını demişlər. Lakin sonradan bilmiş ki, Fuad ailə üzvlərini güllələyib öldürüb. Atası tərəfindən Fuadgilə gedən yol heç vaxt kəsilməmiş, onlar evlərinə həmişə maneəsiz getmişlər. Hazırda Fuaddan şikayətçidir, məhkəmədən ona ömürlük cəza təyin edilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X46 zərərçəkmiş şəxsin hüquqi varisi X22 bildirdiklərindən başqa bir əlavəsinin olmadığını, istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, Fauda ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, X36, X47, X50 və X48 onun qonşularıdırlar. Nadirin evi ilə onun evlərinə gedən yol eynidir. Onun əri Loğmanla Nadir arasında torpaq üstündə ədavətləri olmuşdur. Belə ki, Nadir tez-tez evlərinə gedən yolu kəsib, onlara maneəçiliklər törədirmiş. Onlar isə evlərindən çıxdıqdan sonra evə geri qayıda bilmirlərmiş. Hadisədən də neçə gün əvvəl də Nadir yollarını kəsmiş, oğlu Fuad isə nəvəsini məktəbə aparıb-gətirə bilməmişdir. Nadir onlarla ədavəti bitmirmiş, yolu bağlayıb nalayiq söyüşlər edirmiş axırı da bu yerə gətirmişdir. Bu barədə dəfələrlə də polisə şikayətləri olmuşdur. Oğlu Fuadın isə hadisədən qabaq tüfəng almasından heç bir məlumatı olmamışdır. Hadisə günü səsə-küyə evdən çıxmışdır, həmin vaxt bütün kənd və çoxlu polis əməkdaşları Nadirin evinin qarşısında olmuşdur. O zaman demişlər ki, oğlunuz belə bir hadisə törədib. Eşitmiş ki, oğlu Fuad Nadiri yolda vurub, uşaqlarını isə qəbiristanlığa gedib, deyiblər ki, orada hesablaşaq orda vurub, qadını isə qapılarında vurub. Bu hadisə nəticəsində özünün də, onların da evi dağılıb, həmin şəxslərlə heç bir münasibəti yoxdur. Bildiyi qədər oğlu Fuadla Nadirgil elə həmin gün yolda dava edib, daha sonra Nadirin oğlanları ilə qəbiristanlığa gediblər. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Fuad onun qardaşı Loğmanın oğludur. Tərgül, Nadir, Amin və Ramin isə qardaşı Loğmanın qonşuları olub. Onun şahidi olub ki, uzun müddətdir ki, 1,5 ha torpaq sahəsi üstə qardaşı Loğmanla, qonşusu Nadir arasında mübahisə olub. Nadir illər əvvəl elə bu mübahisəyə qardaşın tutdurub, qardaşı Loğman cəzasını çəkib gəldikdən sonra isə özü onları barışdırmış, bu məsələyə son qoymuşdur. Lakin bir-iki il sonra onlar arasında yenə xırda-xırda mübahisələr başlamışdır. Belə ki, Nadir tez-tez qardaşıgilə gedən yolu kəsib, onlara keçməyə icazə vermirmiş. Həmin yolu bir dəfə qardaşı Loğman çınqıl töküb düzəldirmək də istəmiş, lakin Nadir buna da imkan verməmişdir. Bu mübahisələr ərəfəsində Nadir bir dəfə üzünə demişdir ki, “qardaşın Loğmanı öldürəcəm”. O isə demiş ki, “niyə qardaşımı öldürməlisənki, torpaq üstədisə bütün bunlar, torpağı sənə verər qardaşım”. Aralarında barışıq olsun deyə çox çalışmış, qardaşı Loğmanla da bu barədə danışmış və belə razılığa gəlmişlər ki, Loğman Nadirə həmin mübahisəli torpağı aldığı qiymətə də satsın. Bu təklifi özü gedib Nadirə bildirmiş, lakin həmin vaxt Nadir demişdir ki, “neynirəm torpağı, mən onu almaram, özüm belə edirəm ki, o torpağı heç kim almasın, boş mənə qalsın”. Bundan sonrası isə iş bu yerə kimi gəlib çıxmışdır. Onlar arasında barışıq olsun deyə daima təbliğat aparmış, hadisədən üç gün qabaq da Fuadı görmüş, ondan qonşuları ilə münasibətlərinin necə olmasını maraqlanmış, Fuad isə demiş ki, “heçnə aramızda nə var ki”. Özü bilsə imiş belə bir iş olacaq əvvəlcədən ona mane olarmış. Onlar arasında hadisə günü də mübahisənin olmasından məlumatsız olmuşdur. Nadir oğlulları da Fuadı öldürməklə hədələyib, lakin Fuad açıb demirmiş. Bu hadisədən də xəbərləri olmayıb. Hadisə gün evində oturan zaman, görmüş ki, polislər evinin qarşısından keçib gedir. Onların arxasında getmiş, görmüş ki, polislər Nadirin evin əhatə ediblər, heç kimi buraxmırlar. Orada eşidib bilmiş ki, Fuad birinci uşaqları vurub, daha sonra isə dədə nənəsin vurub. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Nadirlə Loğman qonşuluqda yaşamış, onların evlərinə gedən yol eynidir, orada torpaq sahəsi vardır, həmin torpaq sahəsi ilə bağlı da aralarında mübahisələr olmuşdur. Özü isə Nadirlə 500 metr məsafədə qonşuluqda yaşayır. Hadisə günü yaşadığı evdə arvadı Heyvagül ilə birlikdə evdə olmuşdur. Həmin zaman çöldən iki dəfə tüfəng səsi eşitmişdir. Lakin ilk əvvəl səsin tüfəng səsi olduğun başa düşməmiş, tövlədəki iribuynuzlu heyvanların bir-birini vurduğunu fikirləşmiş, buna görə də evdən çıxıb həyətdəki tövləyə baxmış, tövlədəki heyvanların qaydasında olduğunu gördüyü üçün evə qayıtmışdır. Təxminən saat 22:30 radələrində yatdığı vaxt dayısı oğlu ona zəng edərək Fuadın Nadiri, Amini, Tərgülü, Ramini güllə ilə vurub öldürdüyünü demişdir. O, evdən çölə çıxmış və polis əməkdaşlarının artıq Nadirin evinin qarşısında olduğunu görmüşdür. Daha sonra onların meyitini polislər götürmüşdür. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən Beyləqan rayonu, Tatalılar kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs həmkəndlisi Loğmanın oğlu, X36, X47, X50 və X30 Beyləqan rayonu, Tatalılar kənd sakinləri kimi tanımış, hər iki ailə kənd sakinləri olmuşdur. Həmin ailələr arasında dəfələrlə yol üstə münaqişələr olmuş, polislərlə həmin yerə getmiş, məsələni aydınlaşdırmağa çalışmışlar. Həmin yolda əvvəlcə Loğman kolxoz dağılanda ev tikmişdir, evinə isə yol qoymuşdur. Sonradan həmin yola yaxın isə Nadir orada ev tikib yaşamağa başlamışdır. Onlar arasında 2009-cu ildən ciddi mübahisələr olmuşdur, nəhayət həmin mübahisələr böyük davaya çevrilmişdir. Nəticədə isə Loğman iş almış, daha sonra gedib cəzasını çəkib gəlmişdir. Lakin mübahisə bundan sonra da davam etmişdir. Nadir isə dəfələrlə həmin yolu bağlayıb, gediş-gəlişə maneəçilik törətmişdir. Nadir hər dəfəsində yolu bağlayanda polislər vasitəsilə gedib yolu yenidən açmışlar. Loğmangilin şikayətləri haqlı şikayətlər olmuşdur. Özü hətta kəndin ağsaqqallarını və ziyalılarını yığıb Nadirlə bu barədə danışmış, ictimai qınaq etmişdir. Eyni zamanda dəfələrlə Nadir və Loğmana demişdir ki, ikinizdən bir bu kənddən çıxın, belə münaqişənin sonu yoxdur, sizin övladlarınız var daha sonra pis ziddiyyətlər olar. Hətta Nadirə məsləhət də etmiş ki, sən sənətkarsan, qaynaq ustasısan, övladlarını da götür get Bakıya orada qaynaqçı işi gör, uşaqlarında işləsin, dolanışığınız yaxşı olsun. Nadir isə bu münaqişəyə son qoymamış, dəfələrlə ona yolu kəsməməyi barədə xəbərdarlıqlar etmişdir. Əslində isə həmin yol bələdiyyənin mülkiyyətində olmuş, Nadir yola maneçilik törətmək üçün bir dəfə ora ağac da əkmişdir. Lakin tərəflərindən həmin ağac çıxarılmış, bu barədə akt tərtib etmişlər. Hadisə günü axşamüstü işdən evə gəlmiş, evində olmuşdur, təxminən bir saat sonra hüquqmühafizə orqanlarından ona zəngə gəlmişdir. Həmin vaxt Fuadın bu hadisəni törətdiyini bilmişdir. Özü isə dərhal kəndin icra nümayəndəsinin müavininə zəng vurmuş, demişdir ki, eviniz Fuadgilə yaxındı, sən ora get, özü də dərhal gəlir. Özü isə gedib həmin əraziyə çatdıqda görmüş ki, PPX artıq yolu bağlayıb, heç kəsi əraziyə buraxmırlar. Onun özünə də ora keçməyə icazə verməmişlər. Daha sonra ərazidə olan polis rəisinin və prokurorun tapşırığı ilə hadisə yerinə icra nümayəndəsi ilə birlikdə keçmişlər. Orada iki nəfərin Nadirin və arvadının cəsədini görmüşdür. Həyətə keçdikdə evlərinin işığının yanmadığını görmüş, lakin həmin vaxt kənddə işıq yanırmış, sonradan bilmiş evin işıqların Fuad söndürüb. Eyni zamanda yerdə gilizlərin də olmasına şahid olmuşdur. Daha sonra icra nümayəndəsi ilə onu X12 dəvət etmişlər. O da icra nümayəndəsi ilə birlikdə həmin yerə getmişdir. Orada morqun qarşısında gözləmişlər, öldürülən şəxslər isə içəridə olmuşdur. Səhər saat 06:30 radələrində isə qayıdıb kəndə onların dəfn edilmələri üçün işlərə başlamışlar. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş, həmin ifadəsində Şahid4 bildirmişdir ki, Nadirin və Loğmanın evləri qonşuluqda yerləşir, evlərinə gedən yol eynidir. Onların evlərinin qarşısında torpaq sahəsi vardır. Nadir əvvəllər həmin torpaq sahəsini almaq istəmiş, lakin bunun üçün lazım olan pulu olmamışdır. Loğmanın maddi imkanı Nadirdən yaxşı olduğu üçün pul verərək həmin torpaq sahəsini satın almışdır. Bu səbəbdən Nadir ilə Loğman arasında münasibətlər pisləşmiş, aralarında mübahisə və münaqişələr başlamışdır. Təxminən 2010-cu ilin may ayında, ot biçini vaxtında Loğman həmin torpaq sahəsini biçdirmək istəmiş, Nadir ona imkan vermədiyi üçün Loğman Nadiri yaba ilə vurub xəsarət yetirmiş, bununla bağlı istintaq aparılmış və Loğman təxminən 5 il müddətə azadlıqdan məhrum edilmişdir. Loğman tutulduqdan sonra onun və Nadirin ailəsi arasında münasibətlər pozuldu. Loğman azadlığa buraxıldıqdan sonra bildiyinə görə onlar barışmış, hər ikisi öz evində yaşamışdır. Sonralar onların arasındakı münasibətlərin necə olması barədə məlumatı yoxdur. 02 dekabr 2022-ci il tarixdə, saat təxminən 21 radələrində yaşadığı evə həyat yoldaşı Kərim ilə birlikdə televizora baxırmış. Həmin zaman çöldən bir dəfə elektrik lampası partlamasına bənzər səs eşitmişdir. Fikirləşmiş ki, bəlkə də tövlədəki iribuynuzlu heyvanları bir-birini vurub. Buna görə də pəncərədən çölə baxmış, lakin çöldə kiminsə olmasını, nə isə hadisə baş verməsini görməmişdir. Kərim evdən çıxıb həyətdəki tövləyə baxmış, tövlədəki heyvanların qaydasında olduğunu gördüyü üçün evə qayıtmışdır. Təxminən 20-25 dəqiqə sonra o, bir dəfə də çöldən elektrik lampası partlamasına bənzər həmin səsi eşitmişdir. O və Kərim bu dəfə həmin səsə reaksiya verməmiş və bir neçə dəqiqə yerinə girib yatmışlar. Təxminən saat 22:45 radələrində yatdığı vaxt hazırda adını xatırlamadığı qohumu Kərimə zəng edərək Fuadın Nadiri, Amini, Tərgülü, Ramini güllə ilə vurub öldürdüyünü demişdir. O, evdən çölə çıxmış və polis əməkdaşlarının artıq Nadirin evinin qarşısında olduğunu görmüşdür. İşdə olan, “Hadisə yerinin baxışının aparılması haqqında” 02 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri X34 məxsus olan Beyləqan rayonu, Tatalılar kəndi ərazisində yerləşən fərdi yaşayış evinə gedən yol, həmin fərdi yaşayış evinin həyətyanı sahəsi və Tatalılar kənd qəbiristanlığıdır. X20 yaşadığı ev istiqamətində getdikdə yolun sağ tərəfində ağacdan hazırlanmış və yerə basdırılaraq bərkidilmiş bir ədəd dirək vardır, dirəyin üzərindən X20 yaşadığı evə doğru gedən elektrik xətti keçir. Həmin dirəkdən ev istiqamətində deyil, əks istiqamətdə 03.30 metr məsafədə bir kişi cinsli meyit vardır. Meyit üzü üstə, bir qədər sol çiyinə doğru meyllənmiş vəziyyətdə yerdə uzanmış haldadır. Meyitin boyu 01,79 metrdir. Yolun kənarındakı kol bitkilərinə qədər meyitin sol əlindən 01.16 metr, ayağından isə 01.39 metr məsafə vardır. Meyitin sağ ayağından yolun hərəkət hissəsinə qədər 02.70 metr məsafə vardır. Meyitin ayağından ev istiqamətində 03,83 metr məsafədə bir ədəd yaşıl rəngli üzərində kiril qrafikası ilə “TANDEM” sözü yazılmış qurtaracağında qızılı rəngli metal lövhə olan bir ədəd boş giliz aşkar edilmiş və sübut əhəmiyyəti kəsb etdiyi üçün müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Meyit kürəyi üstə çevrilərkən müəyyən olunmuşdur ki, onun əynində bir ədəd dəriyə bənzər materialdan hazırlanmış qara rəngli gödəkcə, bir ədəd yerliyi qəhvəyi rəngli üzərində ağ və qara üfüqi zolaqlar olan boyunluqlu köynək, bir ədəd göy rəngli cins şalvar, sağ ayağında isə bir ədəd açıq-göy rəngli rezin materialdan hazırlanmış başmaq vardır. Başmağın digər tayı meyitin sağ ayağından 12 santimetr kənardadır. Meyitin əynindəki köynək və gödəkcə qana bənzər maddəyə bulaşmış haldadır. Baxış iştirakçısı X49 bildirmişdir ki, həmin meyit qarşıdakı evin sahibi Beyləqan rayonu, Tatalılar kəndi sakini X37r. X20 meyiti şərti olaraq “1” rəqəmi ilə işarələnmişdir. X20 meyitin aşkar olunduğu yerdəki qana bənzər ləkələrdən pambığa hopdurulmaqla nümunələr götürülmüşdür. Daha sonra baxış iştirakçıları ilə birlikdə bir qədər irəlidə olan X34 məxsus fərdi yaşayış evinin həyətinə gedilmiş və müəyyən edilmişdir ki, həyətin giriş darvazası açıqdır. Həyətin təxminən orta hissəsində bir qadın cinsli meyit vardır. Meyit sol çiyini üstə uzanmış vəziyyətdədir. Meyitin əynində bir ədəd göy rəngli don, bir ədəd qara rəngli şalvar, ayaqlarında isə bir cüt çəhrayı rəngli rezin materialdan hazırlanmış başmaq vardır. Meyitin sol qolu öz altında qalmış, sağ qolu isə dirsəkdən bükülmüş haldadır. Meyitin sağ əli burnu ilə mütənasib dayanmışdır. Meyitin əynindəki don sağ yan hissəsində tünd-qırmızı rəngli qana bənzər maddəyə bulaşmışdır. Meyitin üzünün sağ hissəsində deşilmiş yara vardır. Baxış iştirakçısı X49 bildirmişdir ki, həmin qadın cinsli meyit X20 arvadı X17r. X13 meyiti şərti olaraq “2” rəqəmi ilə işarələnmişdir. X13 meyitindən evə tərəf bir qədər sol istiqamətdə 02.97 metr məsafədə üzərində qaz sayğacı olan bir ədəd metal dirək, 03.32 metr məsafədə isə üzərində elektrik sayğacı olan ağacdan hazırlanmış bir ədəd dirək vardır. Elektrik sayğacının yerləşdiyi metal qutunun qapağı açıq vəziyyətdədir. Meyitdən qeyd edilən dirəklər istiqamətində 04.28 metr və 05 metr məsafələrdə yerdə yaşıl rəngli üzərində kiril qrafikası ilə “TANDEM” sözü yazılmış qurtaracağında qızılı rəngli metal lövhə olan iki ədəd boş giliz aşkar edilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Meyitin aşkar olunduğu yerdə ot örtüyünə tünd-qırmızı rəngli qana bənzər maddə bulaşmışdır. Həmin qana bənzər ləkələrdən pambığa hopdurulmaqla nümunələr götürülmüşdür. X13 meyiti aşkar edilərkən onun başının olduğu yerdə torpaq-ot örtüyü bir qədər qazılmış və oradan bir ədəd metal güllə-qırma aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra hadisə yerinin baxışı Beyləqan rayonu, Tatalılar kənd qəbiristanlığında davam etdirilmişdir. Müəyyən edilmişdir ki, Tatalılar kənd qəbiristanlığının giriş darvazası açıqdır. Darvazadan içəri daxil olduqda düz istiqamətdə və sol tərəfdə müxtəlif ölçülü qəbirlər və qəbir daşları vardır. Darvazadan içəri daxil olduqda sağ tərəfdə isə avtomobil təkəri izləri olan, avtomobil yolu kimi istifadə edilən və qəbiristanlığın sonuna kimi uzanan boş ərazi vardır. Yolun orta hissəsində, kol bitkilərindən yola tərəf 01.84 metr, yolun ortasından kol bitkilərinə tərəf isə 01.81 metr məsafədə kişi cinsli meyit aşkar edilmişdir. Meyit üzü üstə uzanmış vəziyyətdədir. Meyitin sol qolu dirsəkdən bir qədər bükülmüş, sağ qolu isə kənara doğru tam açılmış vəziyyətdədir. Meyitin sağ əlində dəstəyi qara rəgli qatlanmayan bir ədəd bıçaq vardır. Həmin əlin barmaqları dəstəyin ətrafında bükülmüş formadadır. Qeyd edilən bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Meyitin əynində bir ədəd boz rəngli jaket, bir ədəd belində qara rəngli kəmər olan göy rəngli cins şalvar və ayaqlarında isə bir ədəd boz-göy rəngli idman ayaqqabısı olmuşdur. Meyitin əynindəki jaket bir qədər yuxarıya doğru dartılmışdır. Jaketin altında qara rəngli köynək və yaxud mayka vardır. Meyitin əynindəki jaket sağ böyür hissəsində qana bənzər maddəyə bulaşmışdır. Meyitin başının sağ arxa tərəfində deşilmiş yara vardır. Meyit kürəyi üstə çevrilmiş, X49 bildirmişdir ki, həmin kişi cinsli meyit X20 oğlu Ramin Quluzadədir. X19 meyiti şərti olaraq “3” rəqəmi ilə işarələnmişdir. Meyitin əynindəki jaket sol ön hissədə qana bənzər maddəyə bulaşmış haldadır. Meyitdən 0.54 metr məsafədə yerdə tünd-qırmızı rəngli qana bənzər kütlə vardır, həmin kütlədən 0.64 məsafədə də qana bənzər kütlələr vardır. Həmin qana bənzər kütlələrdən pambığa hopdurulmaqla nümunələr götürülmüşdür. X24 meyiti aşkar edilərkən onun başının olduğu yerdə torpaq-ot örtüyü bir qədər qazılmış və oradan bir ədəd metal güllə-qırma aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Meyitdən 14.70 metr məsafədə yaşıl rəngli üzərində kiril qrafikası ilə “TANDEM” sözü yazılmış qurtaracağında qızılı rəngli metal lövhə olan bir ədəd boş giliz aşkar edilmiş və həmin giliz müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Qeyd olunan yol ilə kanal boyu bir qədər irəli getdikdən sonra kanalın içərisində, bir kişi cinsli meyit aşkar edilmişdir. Meyitin əynində boz-qara rəngli idman gödəkçəsi, göy rəngli cins şalvar, ayaqlarında sarımtıl rəngli bir cüt idman ayaqqabısı vardır. Meyit üzü üstə, nisbətən sol böyrü üstə uzanmış vəziyyətdədir. Meyitin sol qolu öz altında qalmışdır, sağ qolu isə sərbəstdir, kənara doğru istiqamətlənmiş haldadır. Meyitin sol aşağı ətrafı açıq, sağ aşağı ətrafı isə dizdən bükülmüş vəziyyətdədir. Meyit kanaldan çıxarılmış, X49 bildirmişdir ki, həmin kişi cinsli meyit X20 oğlu Amin Quluzadədir. X33 meyiti şərti olaraq “4” rəqəmi ilə işarələnmişdir. Meyitin sifətinin sol hissəsi, qarın nahiyəsi, əynindəki gödəkçə və şalvar qana bənzər mayeyə bulaşmış haldadır. Kanaldan qəbiristanlıq istiqamətində 5,32 metr məsafədə yaşıl rəngli üzərində kiril qrafikası ilə “TANDEM” sözü yazılmış qurtaracağında qızılı rəngli metal lövhə olan bir ədəd boş giliz aşkar edilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Meyitin aşkar ediliyi yerdə olan qana bənzər ləkələrdən pambığa hopdurulmaqla nümunələr götürülmüşdür. Daha sonra baxış iştirakçıları ilə birlikdə X20 yaşadığı ev istiqamətində geri qayıdılmış, Nadir Quliyevin yaşadığı evə dönən yola çatmamış yolun sağ tərəfində bir ədəd tünd-göy rəngli “VAZ-21074” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Avtomobilin sağ arxa qapısındakı şüşədə dairəvi formalı 08.30x05.10 santimetr ölçülərdə zədə vardır, həmin şüşə çiliklənmiş haldadır. Avtomobilin ön alın şüşəsinin orta hissəsində, bir qədər sükan tərəfə analoji formalı 07.20x04.30 santimetr ölçülərdə zədə vardır. Avtomobilin yük yeri açılmış və müəyyən edilmişdir ki, avtomobilin yük yerində bir ədəd metal materialdan hazırlanmış, üzəri nisbətən paslanmış vəziyyətdə olan köhnəlmiş kiçik ölçülü sandıq vardır. Həmin sandıq açıldıqdan sonra müəyyən edilmişdir ki, içərisində kəlbətin, açar, vintaçan və digər ləvazimatlar vardır. Həmçinin, avtomobilin yük yerində əlavə olaraq iki ədəd açar və yerliyi sarı rəngli üzərində qəhvəyi rəngli damaları olan bir ədəd ədyal vardır. Avtomobilin qapıları açılaraq solununun ümumi baxışı aparılmış, avtomobilin arxa oturacağının üzərində şüşə qırıntılarının olması aşkar edilmişdir. Avtomobilin ön sağ təkərində, yük yerinin üzərində, sağ arxa qapısında və həmin qapının cəftəsində qana bənzər ləkələr aşkar olunmuş, həmin ləkələrdən pambığa hopdurulmaqla nümunələr götürülmüşdür. (c İ, i.v 7-36) İşdə olan, “Meyitin baxşının aparılması haqqında” 03 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, X13 meyiti düzgün bədən quruluşlu, kafi qidalıdır. Meyitin əynində aşağıdakı paltarları vardır: 1. Yerliyi yaşıl rəngdə, üzərində ağ rəngdə gül naxışları olan don. Donun ön səthində, aşağı sərbəst kənarından 60 sm yuxarı, sol yan tikişdən 18 sm yuxarı məsafədə 3,5x3 sm ölçüdə, toxuma defekti ilə müşayiət olunan, kənarları qeyridüzgün, liflənmiş, ətrafı qanabənzər maddə ilə bulaşmış, toxumanı dəlib-keçən zədə vardır. Donun sağ arxa yarısında, aşağı sərbəst kənarından 65 sm, sağ yan tikişdən 5,5 sm məsafədə 1,8x1,5 sm ölçüdə analoji xarakterli zədə vardır. 2.Qara rəngdə idman şalvarı. 3.Tünd göy rəngdə bir cüt corab. Meyit periferik hissələrində soyumuş, qarın, qasıq və qotuqaltı nahiyələrdə istihaldır. Meyit qajıması periferik əzələ qruplarında qismən inkişaf etmişdir. Meyit ləkələri arxa səthlərində adacıqlar şəkilində olmaqla solğun bənövşəyimtil rəngdədir, təzyiq etdikdə ağarır, 1,5-2 dəqiqəyə bərpa olur. Başının tük örtüyü qara rəngdədir, 20-25 sm uzunluğundadır, sol gicgah nahiyəsində əzilib-dağılmış baş beyin maddəsi ilə bulaşmış haldadır. Gözləri qapalıdır, birləşdirici toxuma qişaları kəskin solğundur. Buynuz qişa parlaqdır, bəbəklər dairəvidir, simmetrikdir, 0,4 sm diametrlidir. Burun dəliklərində və sağ qulaq keçəcəyində laxtalanmış qanabənzər izlər müşahidə olunur. Əlləmə zamanı burun sümük-qığırdaqları tamdırlar. Dodaqları qurudur və solğundur. Damaqda dişləri yoxdur, diş yuvaları tam dolmuş, hamarlaşmışdır. Dili ağız boşluğunda sərbəst yerləşmişdir. Boynu bədənə mütanasibdir. Döş qəfəsi silindirik formadadır, simmetrik, elastikidir. Süd vəziləri kasavarı formadadır, lırtdır, gilələri solğun qəhvəyimtil rəngdə piqmentasiyalıdır, ifrazatsızdır. Ön qarın divarı qabırğa qövsü səviyyəsindədir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf edib formalaşmışdır, qadın cinslidir, dəliyi ifrazatsızdır. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dəri örtüyü təmizdir. Ətrafları bədənə mütanasibdir. Əlləmə zamanı döş qəfəsi və ətraf sklet sümükləri tamdırlar. Xəsarətləri: Yara №1-yanağın sağ yarısının orta üçdə-birində, orta xətdən 1,5 sm solda, daban altından 142 sm yuxarı məsafədə dəri və sümük toxumasının defekti ilə müşayiət olunan, nisbi ovalşəkilli formada, 5,2x3,5 sm ölçüdə bir ədəd dəlib-keçən yara vardır. Yara kənarlarını yaxınlaşdırdıqda önun ölçüləri 2,0x1,5 sm təşkil edir. Yaranın kənarları qeyridüz, nisbi girintili-çıxıntılıdır, divarları isə nahamardır, ətraf dəri örtüyü qaramtıl hisslidir. Yara kənarından radial istiqamətdə, uzunluğu 0,3 sm-dən 1,5 sm-ə qədər olan cırılmalar ayrılır. Həmçinin, yaranın bir kənarından, tam dəlib-keçən uzunluğu 5,2 sm olan cırılma ayrılır. Yara ətrafında eni 0,2-0,3 sm-ə qədər olmaqla epidermis qatının pozulması ilə müşayiət olunan sıyrılma sahəsi vardır. Yara №2- sol gicgah nahiyəsində, daban altından 145 sm yuxarı məsafədə 4,5x3,5 sm ölçüdə, kənarları qeyri-düz, nahamar, xaricə doğru qabarmış kənarlarından radial cırılmalarla müşayiət olunan, kənarlarını yaxınlaşdırdıqda mərkəzi hissədə toxuma defekti qeyd olunmayan bir ədəd yara vardır. Yara №3- qarın nahiyəsinin sol yarısında, döş-körpücük-məmə xətti üzrə daban altından 102 sm yuxarı məsafədə, 3x2 sm ölçüdə, mərkəzi hissədə 1,2x1 sm ölçüdə toxuma defekti ilə müşayiət olunan, nisbi ovalşəkilli bir ədəd dəlib-keçən yara vardır. Yaranın kənarları qeyri-düz, nisbi girintili-çıxıntılıdır, divarları isə nahamardır. Yara ətrafında eni 0,2-dən, 0,5 sm-ə qədər olmaqla epidermis qatının pozulması ilə müşayiət olunan sıyrılma sahəsi vardır. Yara №4bel nahiyəsinin sağ yarısında, orta qoltuq xətti üzrə daban altından 100 sm yuxarı məsafədə, 3x2 sm ölçüdə, kənarları qeyri-düz, nahamar, xaricə doğru qabarmış, radial cırılmalarla müşayiət olunan, kənarlarını yaxınlaşdırdıqda mərkəzi hissədə toxuma defekti qeyd olunmayan bir ədəd yara vardır. Yara №5- sol süd vəzinin aşağı ön kvadratında 4,5x0,3 sm ölçüdə yumşaq toxumanın defekti ilə müşayiət olunan, kənarları nisbi-düzgün, divarları nisbi hamar, novvari formalı yara vardır. Meyitə xarici baxış zamanı digər hərhansı bir xəsarət və ya dəyişiklik aşkar olunmamışdır. (c İ, i.v 37-47) İşdə olan, “Meyitin baxşının aparılması haqqında” 03 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, X33 meyiti düzgün bədən quruluşlu, kafi qidalıdır. Meyitin əynində aşağıdakı paltarları vardır: 1. Ağ-qara rəngdə idman gödəkçəsi. Gödəkcənin sağ yan səthində, aşağı sərbəst kənarından 28 sm yuxarı, orta zəncirbənddən 6 sm məsafədə 3,5x3 sm ölçüdə, toxuma defekti ilə müşayiət olunan, kənarları qeyri-düzgün, liflənmiş, ətrafı qanla bulaşmış, toxumanı dəlib-keçən zədə vardır. Gödəkcənin arxa səthində, solda, aşağı sərbəst kənarından 24 sm yuxarı, sol yan tikişdən 7,5 sm məsafədə 4x2,5 sm ölçüdə analoji xarakterli zədə vardır. Zədələrin ətrafı yarıqurumuş qanabənzər maddə ilə örtülüdür. 2. Qara rəngdə kofta. Koftanın ön səthində –aşağı sərbəst kənarında 25 sm yuxarı, sol sərbəst kənarında 17 sm məsafədə 3x2 sm ölçüdə, toxuma defekti ilə müşayiət olunan, kənarları qeyri-düzgün, liflənmiş, ətrafı qanla bulaşmış, toxumanı dəlib-keçən zədə vardır. Koftanın arxa səthində solda, aşağı sərbəst kənarından 21 sm yuxarı, sol yan tikişdən 6,5 sm məsafədə 1,5x1,5 sm ölçüdə, analoji xarakterli zədə vardır. Zədələrin ətrafı yarıqurumuş qanabənzər maddə ilə bulaşmış haldadır. 3.Qara rəngdə idman şalvarı. 4. Göy rəngdə cins şalvar. 5.Qara rəngdə bir cüt corab. 6.Ağımtıl-boz rəngdə idman ayaqqabısı. Meyit soyumuşdur. Meyit qacıması yoxlanılan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Meyit ləkələri arxa və qismən yan səthlərində adacıqlar şəklində olmaqla solğun bənövşəyimtil rəngdədir, təzyiq etdikdə ağarır, 3-4 dəqiqəyə bərpa olur. Başının tük örtüyü tünd qəhvəyi rəngdədir, 5-6 sm uzunluğundadır, xəsarət nahiyələrində əzilib-dağılmış baş beyin maddəsi ilə bulaşmış haldadır. Gözləri qapalıdır, birləşdirici toxuma qişaları kəskin solğundur. Buynuz qişa parlaqdır, bəbəklər dairəvidir, simmetrikdir, 0,4 sm diametrlidir. Burun dəliklərində və qulaq keçəcəyində laxtalaşmış qanabənzər izlər müşahidə olunur. Əlləmə zamanı burun sümük-qığırdaqları tamdırlar. Dodaqları qurudur və solğundur. Görünən dişləri tamdır, təbiidir. Dili ağız boşluğunda sərbəst yerləşmişdir. Boynu bədənə mütanasibdir. Döş qəfəsi silindirik formadadır, simmetrik, elastikidir. Ön qarın divarı qabırğa qövsündən aşağı səviyyədədir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf edib formalaşmışdır, kişi cinslidir, xayalar xaya kisəsindədir, sonuncunun dərisi qəhvəyimtil piqmentasiyalı olmaqla qırışlıdır. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dəri örtüyü təmizdir. Ətrafları bədənə mütanasibdir. Əlləmə zamanı döş qəfəsi və ətraf skelet sümükləri tamdırlar. Xəsarətləri: Yara № 1-sağ qulaq keçəcəyi nahiyəsində, daban altından 155 sm yuxarı məsafədə, dəri və sümük toxumasının defekti ilə müşayiət olunan, 2,5x2 sm ölçüdə, nisbi ovalşəkilli formalı bir ədəd dəlib-keçən yara vardır. Yara kənarlarını yaxınlaşdırdıqda önun ölçüləri 1,2x1,0 sm təşkil edir. Yaranın kənarları qeyri-düz, nisbi girintili-çıxıntılıdır, divarları isə nahamardır, ətrafı qaramtıl hisslidir. Yara kənarından radial istiqamətdə, uzunluğu 0,2 sm-dən 0,5 sm-ə qədər olan cırılmalar ayrılır. Yara ətrafında eni 0,2-0,4 sm-ə qədər olmaqla epidermis qatının pozulması ilə müşayiət olunan sıyrılma sahəsi vardır. Yara №2- sol gicgah-təpə nahiyəsində, daban altından 168 sm yuxarı məsafədə 4,0x3,0 sm ölçüdə, kənarları qeyri-düz, nahamar, xaricə doğru qabarmış, mənfəzindən əzilibdağılmış baş beyin maddəsinin qabarması və 2,5-3 sm uzunluğunda radial cırılmalarla müşayiət olunan, kənarlarını yaxınlaşdırdıqda mərkəzi hissədə toxuma defekti verməyən bir ədəd yara vardır. Yara №3- ön qarın divarının sağ yarısında, orta xətdən 2 sm, daban altından 108 sm yuxarı məsafədə, 2,5x2 sm ölçüdə, kənarlarını yaxınlaşdırdıqda mərkəzi hissədə 1,0x0,8 sm ölçüdə toxuma defekti ilə müşayiət olunan, nisbi ovalşəkilli bir ədəd dəlib-keçən yara vardır. Yaranın kənarları qeyri-düz, nisbi girintili-çıxıntılıdır, divarları isə nahamardır. Yara ətrafında eni 0,3-0,4 sm-ə qədər olmaqla epidermis qatının pozulması ilə müşayiət olunan sıyrılma sahəsi vardır. Yara №4- bel nahiyəsinin sol yarısında arxa qoltuq xətti üzrə daban altından 107 sm yuxarı məsafədə, 3x2,5 sm ölçüdə, kənarları qeyri-düz, nahamar, xaricə doğru qabarmış, radial cırılmalarla müşayiət olunan, kənarlarını yaxınlaşdırdıqda mərkəzi hissədə toxuma defekti qeyd olunmayan, mənfəzindən bağırsaq ilgəyinin eventrasiyası qeyd olunan bir ədəd yara vardır. Yuxarıda qeyd olunan yaralar ətrafında ətraf dəri örtüyü qanla bulaşmış haldadır. Meyitdə xarici baxış zamanı digər hər – hansı bir xəsarət və ya dəyişiklik aşkar olunmamışdır. (c İ, i.v 51-61) İşdə olan, “Meyitin baxşının aparılması haqqında” 03 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, X19 meyiti düzgün bədən quruluşlu, kafi qidalıdır. Meyitin əynində aşağıdakı paltarları vardır: 1.Boz rəngdə jaket. Jaketin ön səthi yarıqurumuş qanabənzər maddəyə bulaşmış haldadır, ön səthində-aşağı sərbəst kənarından 20 sm yuxarı, sağ qoluqaltı tikişdən 22 sm msafədə 3,5x3 sm ölçüdə, toxuma defekti ilə müşayiət olunan, kənarları qeyri-düzgün, liflənmiş, ətrafı qanabənzər maddəyə bulaşmış, toxumanı dəlibkeçən zədə vardır. Jaketin arxa səthində, aşağı sərbəst kənarından 21 sm yuxarı, sağ yan tikişdən 17 sm məsafədə 2x1,5 sm ölçüdə analoci xarakterli zədə vardır. 2.Sarı rəngdə qısaqol kofta. Koftanın ön səthində, aşağı sərbəst kənarından 32 sm yuxarı, sağ qoltuqaltı tikişdən 21 sm məsafədə 7x5 sm ölçüdə analoci xarakterli zədə vardır. Koftanın arxa səthində aşağı sərbəst kənarından 29 sm yuxarı, sağ qoluqaltı tikişdən 24 sm məsafədə 2x1,5 sm ölçüdə analoji xarakterli zədə vardır. Koftanın ön və arxa səthləri yarıqurumuş qanabənzər maddəyə qismən bulaşmış haldadır. 3.Göy rəngdə cins şalvar. 4.Tünd boz rəngdə bir cüt corab. Meyit soyumuşdur. Meyit qacıması yoxlanılan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Meyit ləkələr arxa və qimsən yan səthlərində adacıqlar şəklində olmaqla solğun bənövşəyimtil rəngdədir, təzyiq etdikdə ağarır, 3-4 dəqiqəyə bərpa olur. Başının tük örtüyü tünd qəhvəyi-qara rəngdədir, 7-8 sm uzunluqdadır, xəsarət nahiyələrində əzilib-dağılmış baş beyin maddəsi ilə bulaşmış haldadır. Gözləri qapalıdır, birləşdirici toxuma qişaları kəskin solğundur. Buynuz qişa parlaqdır, bəbəklər dairəvidir, simmetrikdir, 0,4 sm diametrlidir. Burun dəliklərində və qulaq keçəcəyində laxtalaşmış qanabənzər izlər müşahidə olunur. Əlləmə zamanı burun sümük-qığırdaqları tamdırlar. Dodaqları qurudur və solğundur. Görünən dişləri tamdır, təbiidir. Dili ağız boşluğunda sərbəst yerləşmişdir. Boynu bədənə mütanasibdir. Döş qəfəsi silindirik formadadır, simmetrik, elastikidir. Ön qarın divarı qabırğa qövsündən aşağı səviyyədədir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf edib formalaşmışdır, kişi cinslidir, xayalar xaya kisəsindədir, sonuncunun dərisi qəhvəyimtil rəngdə piqmentasiyalı olmaqla qırışlıdır. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dəri örtüyü təmizdir. Ətrafları bədənə mütanasibdir. Əlləmə zamanı döş qəfəsi və ətraf skelet sümükləri tamdırlar. Xəsarətləri: Yara №1- sol gicgah nahiyəsində, öndə, daban altından 166 sm yuxarı məsafədə dəri və sümük toxumasının defekti ilə müşayət olunan, 2,2x1,8 sm ölçüdə ,nisbi ovalşəkilli bir ədəd dəlib-keçən yara vardır. Yara kənarlarını yaxınlaşdırdıqda mərkəzi hissədə toxuma defekti 1,0x0,9 sm ölçüdə təşkil edir. Yaranın kənarları qeyri-düz, nisbi girintili-çıxıntılıdır, bir qədər çıxıntılı olmaqla divarları nahamardır, ətrafı qaramtıl hisslidir. Yara kənalarından radial istiqamətdə 1-1,2 sm uzunluğunda cırılmalar qeyd olunur. Yara ətrafında eni 0,4 sm-ə qədər olmaqla epidermis qatının pozulması ilə müşayiət olunan bozumtul rəngdə sıyrılma sahəsi vardır. Yara №2- sağ gicgah-ənsə nahiyəsində, daban altından 170 sm yuxarı məsafədə 3,5x3,0 sm ölçüdə, kənarları qeyri-düz, nahamar, xaricə doğru qabarmış, cırılmalarla müşayiət olunan, kənarlarını yaxınlaşdırdıqda mərkəzi hissədə toxuma defekti qeyd olunmayan bir ədəd yara vardır. Yara №3- ön qarın divarında orta xətt üzrə daban altından 119 sm yuxarı məsafədə, 2x2 sm ölçüdə, kənarlarını yaxınlaşdırdıqda mərkəzi hissədə 1,0x0,8 sm ölçüdə toxuma defekti ilə müşayiət olunan, nisbi ovalşəkilli bir ədəd dəlib-keçən yara vardır. Yaranın kənarları qeyri-düz, nisbi girintili-çıxıntılıdır, divarları isə nahamardır. Yara kənarlarında 0,6x1 sm uzunluğunda cırılmalar qeyd olunur. Yara ətrafında eni 0,4-0,6 sm-ə qədər olmaqla epidermis qatının pozulması ilə müşayiət olunan sıyrılma sahəsi vardır. Yara №4- bel nahiyəsinin sağ yarısında orta kürək xətti üzrə daban altından 119 sm yuxarı məsafədə, 2,5x2 sm ölçüdə, kənarları qeyri-düz, nahamar, xaricə doğru qabarmış, radial cırılmalarla müşayiət olunan, kənarlarını yaxınlaşdırdıqda mərkəzi hissədə toxuma defekti qeyd olunmayan, mənfəzindən bağırsaq ilgəyinin eventrasiyası (qabarması-çıxması) müşahidə olunan bir ədəd yara vardır. Yuxarıda qeyd olunan yaralar ətrafında ətraf dəri örtüyü qanla bulaşmış haldadır. Meyitə xarici baxış zamanı digər hər-hansı bir xəsarət və ya dəyişiklik aşkar olunmamışdır. (c İ, i.v 65-75) İşdə olan, “Meyitin baxşının aparılması haqqında” 03 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, X20 meyiti düzgün bədən quruluşlu, kafi qidalıdır. Meyitin əynində aşağıdakı paltarları vardır: 1.Qara rəngdə gödəkcə. Gödəkcə yarıqurumuş qanabənzər maddə ilə bulaşmış haldadır. Gödəkcənin sol yarısında, aşağı sərbəst kənarından 29 sm yuxarı, sol orta qoltuq tikişindən 7 sm məsafədə 2x1,5 sm ölçüdə, toxuma defekti ilə müşayiət olunan, kənarları qeyri-düzgün, liflənmiş, ətrafı qanabənzər maddə ilə bulaşmış, toxumanı dəlib-keçən zədə vardır. Gödəkcənin sol qolunun aşağı sərbəst kənarından 16 sm yuxarı iç səthində 2,5x2 sm ölçüdə analoji xarakterli zədə vardır. Gödəkcənin boyunluq hissəsinin sağ yarısının yuxarı sərbəst kənarında 5,5 sm aşağı, orta xətdən 4 sm sağda 2,5x2 sm ölçüdə, arxa səthinin sol yarısının aşağı sərbəst kənarından 47 sm yuxarı məsafədə , orta xətdən 6 sm solda 1,5x1,5 sm ölçülərdə analoji xarakterli zədələr vardır. Gödəkcənin sol içəri döş cibindən bir ədəd üzərində zədə olan qara rəngli smartfon tipli mobil telefon aşkar edildi. 2.Yerliyi qəhvəyi rəngdə, üzərində ağ-qara rəngdə köndələn zolaqları olan kofta. Kofta ön və arxa səthlərində hissəvi olaraq qanla bulaşmış haldadır. Koftanın boyunluğunun sağ yarısında 3x2,5 sm, ön səthinin sol yarısında, aşağı sərbəst kənarından 20 sm yuxarı, sol yan tikişdən 7 sm sağda 2x1,5 sm, arxa səthinin sol yarısının aşağı sərbəst kənarından 48 sm yuxarı, sol qoltuq tikişindən 17 sm sağda 2x1 sm, koftanın arxa səthinin sağ yarısında, aşağı sərbəst kənarından 13 sm yuxarı, sağ yan tikişdən 17 sm solda 2x2 sm ölçülərdə analoji xarakterli zədələr vardır. 3.Tünd boz rəngdə isti qış alt gecə köynəyi. Yarıqurumuş qanabənzər maddə ilə bulaşmış haldadır. Alt gecə köynəyinin ön səthinin sol yarısında, aşağı sərbəst kənarından 19 sm yuxarı, sol yan tikişdən 7,5 sm sağda 1,5x1 sm, köynəyin sol qol nahiyəsinin iç səthində, aşağı sərbəst kənarından 6 sm yuxarıda 2x2 sm, köynəyin sol yarısının arxa səthində, aşağı sərbəst kənarından 48 sm yuxarı, sol qoluq tikişindən 14 sm sağda1,5x1 sm, köynəyin arxa səthinin sağ yarısında, aşağı sərbəst kənarından 16 sm yuxarıda, sağ yan tikişdən 14,2 sm solda 2,5x2,5 sm ölçülərdə analoji xarakterli zədələr vardır. 4.Göy rəngdə cins şalvar. Şalvarın arxa cibindən bir ədəd qatlanan bıçaq aşkar olundu. 5.Qara rəngdə bir cüt corab 6.Qara rəngdə trusik. Meyit soyumuşdur, meyit qacıması yoxlanılan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Meyit ləkələri arxa və qimsən yan səthlərində adacıqlar şəkilində olmaqla solğun bənövşəyimtil rəngdədir, təzyiq etdikdə ağarır, 4-5 dəqiqəyə bərpa olur. Başının tük örtüyü çallaşmışdır, 2-3 sm uzunluğundadır. Gözləri qapalıdır, birləşdirici toxuma qişaları kəskin solğundur. Buynuz qişa parlaqdır, bəbəklər dairəvidir, simmetrikdir, 0,4 sm diametrlidir. Burun dəlikləri və xarici qulaq keçəcəkləri sərbəstdir. Əlləmə zamanı burun sümük-qığırdaqları tamdırlar. Dodaqları qurudur və solğundur. Üst çənədə dişləri yoxdur, diş yuvaları tam dolmuş hamarlaşmışdır. Alt çənədə görünən dişləri tamdır, təbiidir. Dili ağız boşluğunda sərbəst yerləşmişdir. Boynu bədənə mütanasibdir. Döş qəfəsi silindirik formadadır, simmetrik, elastikidir. Ön qarın divarı qabırğa qövsündən aşağı səviyyədədir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf edib formalaşmışdır, kişi cinslidir, xayalar xaya kisəsindədir, sonuncunun dərisi qəhvəyimtil rəngdə piqmentasiyalı olmaqla qırışlıdır. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dəri örtüyü təmizdir. Ətrafları bədənə mütanasibdir. Əlləmə zamanı kəllə və ətraf sklet sümükləri tamdırlar. Xəsarətləri: Yara №1sol kürəküstü nahiyədə, orta kürək xətti üzrə daban altı nahiyədən 141 sm yuxarı məsafədə, 2,0x1,0 sm ölçüdə, kənarlarını yaxınlaşdırdıqda mərkəzi hissədə 0,7x0,6 sm ölçüdə toxuma defekti ilə müşayiət olunan, nisbi dairəvi formada, toxumanı dəlib-keçən bir ədəd yara vardır. Yaranın kənarları qeyri-düz, nisbi girintili-çıxıntılıdır, divarları nahamardır. Yaranın kənarlarından radial istiqamətdə, uzunluqları 0,5 sm-dən 0,8 sm-ə qədər olan cırılmalar vardır. Yara №2- sağ körpücükaltı nahiyədə, sağ döşyanı xətt üzrə daban altı səthdən 139 sm yuxarı məsafədə 3,0x2,0 sm ölçüdə, kənarları qeyri-düz, nahamar, xaricə doğru qabarmış, 1,5-2,0 sm uzunluğunda radial cırılmalarla müşayiət olunan, kənarlarını yaxınlaşdırdıqda mərkəzi hissədə toxuma defekti verməyən bir ədəd yara vardır. Yara №3sağ bel nahiyəsində- orta kürək xətti üzrə dabanaltı səthdən 104 sm yuxarı məsafədə 1,5x1,5 sm ölçüdə, kənarlarını yaxınlaşdırdıqda mərkəzi hissədə 0,9x0,7 sm ölçüdə toxuma defekti ilə müşayət olunan, nisbi ovalşəkilli formalı bir ədəd dəlib-keçən yara vardır. Yaranın kənarları qeyri-düz, nisbi girintili-çıxıntılıdır, divarları isə nahamardır. Yara ətrafında bozumtul rəngdə, eni 0,4-1,0 sm-ə qədər olmaqla epidermis qatının pozulması ilə müşayiət olunan sıyrılma sahəsi vardır. Yara №4- sol orta qoltuq xətti üzrə daban altı səthdən 108 sm yuxarı məsafədə 2,5x2 sm ölçüdə, mənfəzindən böyük piyliyin hissəvi qabarması ilə müşayət olunan kənarları qeyri-düz, nahamar, xaricə doğru qabarmış, radial cırılmalarla müşayiət olunan, kənarlarını yaxınlaşdırdıqda mərkəzi hissədə toxuma defekti qeyd olunmayan bir ədəd yara vardır. Yara №5- sol saidin orta üçdə-birinin ön səthində isə 1,5x1,4 sm ölçüdə, kənarları qeyri-düz, nahamar, mənfəzində bir ədəd metal yad cisim(qırma-kartec) qeyd olunan kor yara vardır. Yaranın içərisindən bir ədəd metal materialdan hazırlanmış güllə-qırma aşkar edildi. Yuxarıda qeyd olunan yaralar ətrafında ətraf dəri örtüyü qanla bulaşmış haldadır. Meyitə xarici baxış zamanı digər hər –hansı bir xəsarət və ya dəyişiklik aşkar olunmamışdır. (c İ, i.v 79-93) İşdə olan, şübhəli şəxsin tutulması haqqında 03 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 129-130) İşdə olan, xx.xx.2022-ci il tarixli Beyləqan RPŞ-nin məsul növbətçisi Teyyub Əsədov tərəfindən yazılmış raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:10 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə daxil olmuş məlumatda Beyləqan rayonu, Tatalılar kənd sakini Təqsirləndirilən şəxs 4 nəfər qonşusunu ov tüfəngi ilə qətlə yetirdiyi barədə məlumat vermiş, könüllü təslim olmaq istədiyini bildirmişdir. (c İ, i.v 156) İşdə olan, xx.xx.2022-ci il tarixli götürmə və baxış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs özündə saxladığı bir ədəd təklüləli tüfəngi, yeddi ədəd dolu patronu könüllü surətdə təqdim etdi. (c İ, i.v 158-163) İşdə olan, xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, X47, X36, X50 və X48 zərərçəkmiş şəxs qismində tanınmışlar. (c İ, i.v 197) İşdə olan, xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X18 mülkiyyətində olan və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti dayanacağında saxlanılan VAZ 21074 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin sağ arxa qapısındakı şüşədə dairəvi formalı 08.30x05.10 santimetr ölçülərdə zədə vardır, həmin şüşə çiliklənmiş haldadır. Avtomobilin ön alın şüşəsinin orta hissəsində, bir qədər sükan tərəfə analoji formalı 07.20x04.30 santimetr ölçülərdə zədə vardır. (c İ, i.v 204-210) İşdə olan, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(020)-78/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 dekabr 2022-ci ildən hesablanmışdır. (c İ, i.v 248-252) İşdə olan, Beyləqan Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, “Dərya” markalı, 12 kalibrli, 140004 nömrəli mülki ov tüfəngi xx.xx.2022-ci il tarixdə DİN-in BİTİ-si tərəfindən 1495 saylı şəhadətnamə ilə xx.xx.1995-ci il təvəllüdlü Beyləqan Rayon Tatalılar kənd sakini Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır. (c İİ, i.v 1) İşdə olan, Məhkəmə-tibbi ekspertizasının 03 dekabr 2022-ci il tarixli, 947/22 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. (c İİ, i.v 3-4) İşdə olan, “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X69 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X50 xx.xx.2016-cı il tarixdən “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X63 psixoloji kabinetində “Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” diaqnozu ilə dispanser qeydiyyatındadır. (c İİ, i.v 21-22) İşdə olan, zərərçəkmiş şəxslərin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X45 zərərçəkmiş şəxslər X20 və X33 hüquqi varisi qismində tanınmışdır. (c İİ, i.v 29-31) İşdə olan, zərərçəkmiş şəxslərin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X46 zərərçəkmiş şəxslər X13 və X19 hüquqi varisi qismində tanınmışdır. (c İİ, i.v 47-49) İşdə olan, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən, videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadəsini hadisənin baş verdiyi yerlərdə təsdiq etməklə əyani şəkildə göstərmişdir. (c İİ, i.v 68-97) İşdə olan, xx.xx.2022-ci il tarixli hadisə yerinə əlavə baxışın aparılması haqqında protokoldan görünür ki, X34 məxsus olan Beyləqan rayonu, Tatalılar kəndi ərazisində yerləşən fərdi yaşayış evinə gedən yola, yolun başlanğıcının yanından keçən kanala baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, X20 yaşadığı evə doğru gedən elektrik xətti keçir. Həmin dirəyin yaxınlığından, kanalın arxın içərisində bir ədəd ucuna qarmaqvari məftil bağlanmış ağac parçası aşkar olundu. Həmin ağac parçası sübut əhəmiyyəti kəsb etdiyi üçün müvafiq qaydada qablaşdırılmaqla götürüldü. Həmçinin, dirəyin yaxınlığında, torpaq yolun hərəkət hissəsindən 1,16 metr məsafədə üzərində kiril qrafikası ilə “TANDEM” sözü yazılmış qurtaracağında qızılı rəngli metal lövhə olan bir ədəd boş giliz aşkar edildi. Həmin giliz sübut əhəmiyyəti kəsb etdiyi üçün müvafiq qaydada qablaşdırılmaqla götürüldü. Torpaq yolun başlanğıcı istiqamətində bir qədər getdikdən sonra yolun ortasında yaşıl-sarı rəngli, qırılıb-sınmış plastik materialdan hazırlanmış fənərin qalıqları aşkar edildi. Həmin plastik qırıqları (fənər) sübut əhəmiyyəti kəsb etdiyi üçün müvafiq qaydada qablaşdırılmaqla götürüldü. Daha sonra yolun başlanğıcının yaxınlığından keçə kanala baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus 1 ədəd ağ rəngli mayka və 1 ədəd göy rəngli jilet aşkar edildi. Həmin mayka və jilet sübut əhəmiyyəti kəsb etdiyi üçün müvafiq qaydada qablaşdırılmaqla götürüldü. Daha sonra kanalın həmin hissədən keçən hissəsinə ətraflı baxış aparıldı, lakin Təqsirləndirilən şəxs, X42 və X38 məxsus mobil telefonları aşkar etmək mümkün olmadı. (c İİ, i.v 98-100) İşdə olan, xx.xx.2022-ci il tarixli, 314 nömrəli Beyləqan RİHB-nın Tatalılar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Beyləqan rayon, Tatalılar kəndində yaşayır, ailə üzvləri atası və anasından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İİ, i.v 114, 116) İşdə olan, Azərbaycan Respublikası DİN-nin X11 İdarəsindən daxil olmuş xx.xx.2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c İİ, i.v 191) İşdə olan, Məhkəmə-tibbi ekspertizasının 02 yanvar 2023-cü il tarixli, 37/22 nömrəli rəyindən görünür ki, X7 meyitində bir ədəd baş nahiyəsini, bir ədəd isə qarın boşluğunu dəlib-keçən odlu silah-qırma (karteç) yarası aşkar olunmuşdur. Odlu silah-qırma (karteç) yaralarından biri baş nahiyəsində yerləşir. Yara kanalının giriş dəliyi sağ qulaq keçəcəyi nahiyəsində, çıxış dəliyi isə sol təpə-gicgah nahiyəsində yerləşməklə kəllə sümüklərinin çoxsaylı qəlpələnmiş sınıqları və baş beyin maddəsinin əzilib-dağılması ilə müşayiət olunur. Yara kanalının istiqaməti sağdan sola, öndən bir qədər arxaya, aşağıdan cüzi yuxarıyadır. Odlu silah-qırma (karteç) yaralarından ikincisi qarın nahiyəsində yerləşir. Yara kanalının giriş dəliyi qarının sağ ön divarında yerləşməklə, daban altından 108 sm yuxarı məsafədə, çıxış dəliyi isə sol bel nahiyəsində, daban altından 107 sm yuxarı məsafədə yerləşməklə bağırsaqların çoxsaylı zədələnməsi, hemoperitoneumla (qarın boşluğuna qan yığılması) ilə müşayiət olunur. Yara kanalının istiqaməti sağdan sola, öndən arxaya, yuxarıdan cüzi aşağıyadır. X7 meyitində aşkar olunmuş odlu silah yaraları qurğuşun tərkibli qırma (mərmi) ilə doldurulmuş odlu silahdan, qırmaların (mərmilərin) kompakt təsir etdiyi məsafədən açılmış atəşlər nəticəsində əmələ gəlmişdirlər. Atəşin məsafəsinin və istiqamətinin dəqiq olaraq təyinində hadisə zamanı mərhumun əynində olmuş paltarların xüsusi müayinəsinin keçirilməsi məqsədəuyğundur. Qeyd olunan xəsarətlər patronu qırma (karteç) ilə doldurulmuş ov tüfəngindən açılan iki atəşlə yetirilə bilərdi. X7 meyitində aşkar olunmuş odlu silah-qırma (karteç) yaraları, yara kanalları boyu yumşaq toxumalara yayılmış qansızmaların olmasına görə, həyati xarakterlidir, mərhumun ölümündən az əvvəl qısa zaman çərçivəsində yetirilmişdir, həyatla bir araya sığmayan xəsarətlər olmaqla sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X7 ölümünə səbəb odlu silahqırma (karteç) yaralanması nəticəsində baş beyin toxumasının əzilib-dağılması olmuşdur. X7 meyitində aşkar olunmuş odlu silah-qırma (karteç) yaralarının lokalizasiyasına, morfoloji görünüşünə və əlyetərsizliyinə əsaslanaraq demək olar ki, bunlar mərhumun özü tərəfindən yetirilə bilməzdi. X8 aşkar olunmuş xəsarətlərin morfoloji görünüşlərinə, lokalizasiyalarına, yara kanallarının istiqamətinə və bədən səthindəki qan axıntısının istiqamətlərinə əsaslanaraq demək olar ki, qarın nahiyəsinə atəş açılarkən mərhum ayaq üstə, baş nahiyəsinə açılan atəş zamanı isə uzanıqlı qarşılıqlı vəziyyətdə ola bilərdi. X8 aşkar olunmuş odlu silah yaraları qısa zaman çərçivəsində yetirildiyi və onlardan birinin baş nahiyəsində yerləşməklə baş beyin toxumasının əzilib-dağılması ilə nəticələndiyi üçün o, hadisədən sonra hər-hansı bir məqsədyonlü aktiv hərəkətlər (qaçmaq, qışqırmaq, müqavimət göstərmək və sair) edə bilməzdi. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsini və ilin fəsilini nəzərə alaraq demək olar ki, X7 ölümünün müddəti onun meyitinin müayinəsindən təxminən 5-7 saat əvvələ uyğun gəlir. X7 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı zamanı 1,3 promilli qatılığında etil spirti aşkar olunmuşdur ki, bu da canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. (c İİİ, i.v 111- 118) İşdə olan, Məhkəmə-tibbi ekspertizasının 02 yanvar 2023-cü il tarixli, 38/22 nömrəli rəyindən görünür ki, X3 meyitində bir ədəd baş nahiyəsini dəlib-keçən və bir ədəd qarın boşluğunu dəlib-keçən odlu silah-qırma (karteç) yaralanması aşkar olunmuşdur. Odlu silah-qırma (karteç) yaralarından biri baş nahiyəsində yerləşir. Yara kanalının giriş dəliyi sol ön gicgah nahiyəsində, çıxış dəliyi isə sağ gicgah-təpə nahiyəsində yerləşməklə kəllə sümüklərinin çoxsaylı qəlpələnmiş sınıqları və baş beyin maddəsinin əzilib-dağılması ilə müşayiət olunur. Yara kanalının istiqaməti soldan sağa, öndən cüzi arxaya, aşağıdan cüzi yuxarıyadır. Odlu silah-qırma yaralarından ikincisi qarın nahiyəsində yerləşir. Yara kanalının giriş dəliyi qarının ön orta divarında yerləşməklə, daban altından 119 sm yuxarı, çıxış dəliyi isə sağ yuxarı bel nahiyəsində, daban altından 119 sm yuxarı məsafədə yerləşməklə bağırsaqların çoxsaylı zədələnməsi, hemoperitoneumla (qarın boşluğuna qan yığılması) ilə müşayiət olunur. Yara kanalının istiqaməti öndən arxaya, soldan bir qədər sağ olmaqla üfiqidir. X3 meyitində aşkar olunmuş odlu silah yaraları qurğuşun tərkibli qırma (mərmi) ilə doldurulmuş odlu silahdan, atəşin əlavə faktorlarının təsir etmədiyi məsafədən açılmış atəşlər nəticəsində əmələ gəlmişdirlər. Atəşin məsafəsinin və istiqamətinin dəqiq olaraq təyinində hadisə zamanı mərhumun əynində olmuş paltarların xüsusi müayinəsinin keçirilməsi məqsədəuyğundur. Qeyd olunan xəsarətlər patronu qırma (karteç) ilə doldurulmuş ov tüfəngindən açılan iki atəşlə yetirilə bilərdi. X3 meyitində aşkar olunmuş odlu silah-qırma (karteç) yaraları, yara kanalları boyu yumşaq toxumalara yayılmış qansızmaların olmasına görə, həyati xarakterlidir, mərhumun ölümündən az əvvəl qısa zaman çərçivəsində yetirilmişdir və həyatla bir araya sığmayan xəsarətlər olmaqla sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X3 ölümünə səbəb odlu silahqırma (karteç) yaralanması nəticəsində baş beyin toxumasının əzilib-dağılması olmuşdur. X3 meyitində aşkar olunmuş odlu silah-qırma (karteç) yaralarının lokalizasiyasına, morfoloji görünüşünə və əlyetərsizliyinə əsaslanaraq demək olar ki, bunlar mərhumun özü tərəfindən yetirilə bilməzdi. X4 aşkar olunmuş xəsarətlərin morfoloji görünüşlərinə, lokalizasiyalarına, yara kanallarının istiqamətinə və bədən səthindəki qan axıntısının istiqamətlərinə əsaslanaraq demək olar ki, qarın nahiyəsinə atəş açılarkən mərhum ayaq üstə, baş nahiyəsinə açılan atəş zamanı isə uzanıqlı vəziyyətdə ola bilərdi. X4 aşkar olunmuş odlu silah yaraları qısa zaman çərçivəsində yetirildiyi və onlardan birinin baş nahiyəsində yerləşməklə baş beyin toxumasının əzilib-dağılması ilə nəticələndiyi üçün o, hadisədən sonra hər-hansı bir məqsədyönlü aktiv hərəkətlər (qaçmaq, qışqırmaq, müqavimət göstərmək və sair) edə bilməzdi. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsini və ilin fəsilini nəzərə alaraq demək olar ki, X3 ölümünün müddəti onun meyitinin müayinəsindən təxminən 5-8 saat əvvələ uyğun gəlir. X3 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı zamanı 0,5 promilli qatılığında etil spirti aşkar olunmuşdur ki, bu da canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. (c İİİ, i.v 119- 126) İşdə olan, Məhkəmə-tibbi ekspertizasının 02 yanvar 2023-cü il tarixli, 39/22 nömrəli rəyindən görünür ki, X5 meyitində bir ədəd döş boşluğunu dəlib-keçən və bir ədəd qarın boşluğunu dəlib-keçərək sol said nahiyəsinin yumşaq toxumalarında kor şəkildə qurtaran odlu silah-qırma (karteç) yarası aşkar olunmuşdur. Odlu silah-qırma (karteç) yaralarından biri döş qəfəsində yerləşir, dəlib-keçəndir. Yara kanalının giriş dəliyi sol kürəküstü nahiyədə yerləşməklə, orta kürək xətti üzrə daban altından 141 sm yuxarı məsafədə, çıxış dəliyi (yara №2) isə sağ körpüçükaltı nahiyədə, daban altından 139 sm yuxarı məsafədə yerləşməklə sol kürək sümüyünün deşilmiş sınığı, sağ ağciyərin zədələnməsi və sağ tərəfli hemotoraksla (döş boşluğuna qan yığılması) ilə müşayiət olunur. Yara kanalının istiqaməti soldan sağa, arxadan önə, yuxarıdan cüzi aşağıyadır. Odlu silah-qırma (karteç) yaralarından ikincisi qarın nahiyəsində yerləşir. Yara kanalının giriş dəliyi sağ bel nahiyəsində yerləşməklə, orta kürək xətti üzrə daban altı səthdən 104 sm yuxarı məsafədə, çıxış dəliyi isə sol orta qoltuq xətti üzrə daban altından 108 sm yuxarı məsafədə yerləşməklə qaraciyərin, mədənin və bağırsaqların çoxsaylı zədələnməsi, hemoperitoneumla (qarın boşluğuna qan yığılması) ilə müşayiət olunur. Yara kanalının istiqaməti sağdan sola, arxadan cüzi önə, aşağıdan cüzi yuxarıyadır. X5 sol said nahiyəsində aşkar olunmuş, mənfəzində bir ədəd qırma (karteç) aşkar olunmuş kor odlu silah qırma yarası qarın boşluğunu dəlib keçən yara kanalının davamı kimi qiymətləndirilə bilər. X5 oğlunun meyitində aşkar olunmuş odlu silah yaraları qurğuşun tərkibli qırma (mərmi) ilə doldurulmuş odlu silahdan, atəşin əlavə faktorlarının təsir etmədiyi məsafədən açılmış atəşlər nəticəsində əmələ gəlmişdirlər. Atəşin məsafəsinin və istiqamətinin dəqiq olaraq təyinində hadisə zamanı mərhumun əynində olmuş paltarların xüsusi müayinəsinin keçirilməsi məqsədəuyğundur. Qeyd olunan xəsarətlər patronu qırma (karteç) ilə doldurulmuş ov tüfəngindən açılan iki atəşlə yetirilə bilərdi. X5 meyitində aşkar olunmuş odlu silah-qırma (karteç) yaraları, yara kanalları boyu yumşaq toxumalara yayılmış qansızmaların olmasına görə, həyati xarakterlidir, mərhumun ölümündən az əvvəl qısa zaman çərçivəsində yetirilmişdir və həyatla bir araya sığmayan xəsarətlər olmaqla sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X5 ölümünə səbəb odlu silahqırma (karteç) yaralanması nəticəsində döş və qarın boşluğu orqanlarının zədələnməsindən törənmiş kəskin qanitirmə olmuşdur. X5 meyitində aşkar olunmuş odlu silah-qırma (karteç) yaralarının lokalizasiyasına, morfoloji görünüşünə və əlyetərsizliyinə əsaslanaraq demək olar ki, bunlar mərhumun özü tərəfindən yetirilə bilməzdi. X6 aşkar olunmuş xəsarətlərin morfoloji görünüşlərinə, lokalizasiyalarına, yara kanallarının istiqamətinə və bədən səthindəki qan axıntısının istiqamətlərinə əsaslanaraq demək olar ki, atəş açılarkən mərhum hücum edən şəxslə həm ayaq üstə, həm də uzanıqlı qarşılıqlı vəziyyətində ola bilərdi. X10 almış olduğu xəsarətlərdən sonra qısa zaman çərçivəsində (təxminən bir neçə dəqiqə ərizində) müəyyən məqsədyönlü hərəkətlər (qışqırmaq, kömək istəmək və s) edə bilərdi. İlkin meyit əlamətlərinin inkişaf dərəjəsini və ilin fəsilini nəzərə alaraq demək olar ki, X5 ölümünün müddəti onun meyitinin müayinəsindən təxminən 5-8 saat əvvələ uyğun gəlir. X5 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı zamanı spirt və narkotik tərkibli maddələr aşkar olunmamışdır. (c İİİ, i.v 127-134) İşdə olan, Məhkəmə-tibbi ekspertizasının 02 yanvar 2023-cü il tarixli, 36/22 nömrəli rəyindən görünür ki, X1 meyitində bir ədəd baş nahiyəsini dəlib-keçən və bir ədəd qarın boşluğunu dəlib-keçərək sol süd vəzinin yumşaq toxumalarına toxunub-keçən odlu silahqırma (karteç) yarası aşkar olunmuşdur. Odlu silah-qırma (karteç) yaralarından biri baş nahiyəsində yerləşir. Yara kanalının giriş dəliyi yanağın sağ yarısında - orta xəttdən 1 sm solda, daban altından 142 sm yuxarı məsafədə, çıxış dəliyi isə sol gicgah nahiyəsində, daban altından 145 sm yuxarı məsafədə yerləşməklə üz sklet, kəllə tağı və kəllə əsası sümüklərinin çoxsaylı qəlpələnmiş sınıqları və baş beyin maddəsinin əzilib-dağılması ilə müşayət olunur. Yara kanalının istiqaməti sağdan sola, öndən bir qədər arxaya, aşağıdan cüzi yuxarıyadır. Odlu silah-qırma (karteç) yaralarından ikincisi qarın nahiyəsində yerləşir. Yara kanalının giriş dəliyi qarının sol yan divarında yerləşməklə, daban altından 102 sm yuxarı məsafədə, çıxış dəliyi isə sağ bel nahiyəsində, daban altından 100 sm yuxarı məsafədə yerləşməklə bağırsaqların çoxsaylı zədələnməsi, hemoperitoneumla (qarın boşluğuna qan yığılması) ilə müşayiət olunur. Yara kanalının istiqaməti soldan sağa, öndən bir qədər arxaya, yuxarıdan bir qədər aşağıyadır. X1 meyitinin sol süd vəzi nahiyəsində aşkar olunmuş yara yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunaraq açıq formada toxunub keçəndir, novvaridir, çox güman ki, birinci atəş nəticəsində qırmalardan (karteçlərdən) birinin təsirindən törənmişdir, mərhumun ölümü ilə bir başa səbəbli əlaqəsi yoxdur. X1 meyitində aşkar olunmuş odlu silah yaraları qurğuşun tərkibli qırma (mərmi) ilə doldurulmuş odlu silahdan, atəşin əlavə faktorlarının (his, barıt, metal hissəciklərinin) təsir etdiyi məsafədən açılmış atəşlər nəticəsində əmələ gəlmişdirlər. Atəşin məsafəsinin və istiqamətinin dəqiq olaraq təyinində hadisə zamanı mərhumun əynində olmuş paltarların xüsusi müayinəsinin keçirilməsi məqsədəuyğundur. Qeyd olunan xəsarətlər patronu qırma (karteç) ilə doldurulmuş ov tüfəngindən açılan atəşlərlə (çox güman ki, iki atəşlə) yetirilə bilərdi. X1 meyitində aşkar olunmuş odlu silah-qırma (karteç) yaraları, yara kanalları boyu yumşaq toxumalara yayılmış qansızmaların olmasına görə həyati xarakterlidir, mərhumun ölümündən az əvvəl qısa zaman çərçivəsində yetirilmişdir və həyatla bir araya sığmayan xəsarətlər olmaqla sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb odlu silah-qırma (karteç) yaralanması nəticəsində baş beyin toxumasının əzilib-dağılması olmuşdur. X1 meyitində aşkar olunmuş odlu silah-qırma (karteç) yaralarının lokalizasiyasına, morfoloji görünüşünə və əlyetərsizliyinə əsaslanaraq demək olar ki, odlu silahdan açılan atəşlər mərhumun özü tərəfindən yetirilə bilməzdi. X2 aşkar olunmuş xəsarətlərin morfoloji görünüşlərinə, lokalizasiyalarına, yara kanallarının istiqamətinə və bədən səthindəki qan axıntısının istiqamətlərinə əsaslanaraq demək olar ki, qarın nahiyəsinə atəş açılarkən mərhum hücum edən şəxslə ayaq üstə, baş nahiyəsinə açılan atəş zamanı isə uzanıqlı qarşılıqlı vəziyyətdə ola bilərdi. X2 aşkar olunmuş odlu silah yaraları qısa zaman çərçivəsində yetirildiyi və onlardan birinin baş nahiyəsində yerləşməklə baş beyin toxumasının əzilibdağılması ilə nəticələndiyi üçün o, hadisədən sonra hər-hansı bir məqsədyönlü aktiv hərəkətlər (qaçmaq, qışqırmaq, müqavimət göstərmək və sair) edə bilməzdi. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsini və ilin fəslini nəzərə alaraq demək olar ki, X1 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı zamanı spirt və narkotik tərkibli maddələr aşkar olunmamışdır. (c İİİ, i.v 135-142) İşdə olan, Materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 6/7161 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, X19, X33, X20 və X13 geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti 1 saylı cədvəlində göstərilmişdir. Həmin kənar lif mikrohissəciklərinin arasında, Tərgül Quliyevanın, Nadir Quliyevin, Ramin Quluzadənin və Amin Quluzadənin geyim paltarlarının üzərində Təqsirləndirilən şəxs geyim paltarlarının tərkib liflərindən yoxdur, Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində Tərgül Quliyevanın, Nadir Quliyevin, Ramin Quluzadənin və Amin Quluzadənin geyim paltarlarının tərkib liflərindən yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. (c İİİ, i.v 143-149) İşdə olan, Materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 6/365 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd jiletinin və bir ədəd maykasının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti 1 saylı cədvəlində göstərilmişdir. Həmin kənar lif mikrohissəciklərinin arasında, Tərgül Quliyevanın, Nadir Quliyevanın, Ramin Quluzadənin və Amin Quluzadənin geyim paltarlarının tərkib liflərindən yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. (c İİİ, i.v 150-154) İşdə olan, Kompleks məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli. 3/1806;1807;1808;122 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah - 2014-cü ildə, Türkiyədə, zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 76 mm olan, 12 kalibrli, “DERYA” markalı, 14.0004 nömrəli, daxili çaxmaqlı, təklüləli tüfəngdir, üzərindəki zavod işarələrində pozuntu, dəyişiklik və detallarında təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, döyüş vəziyyətinə gətirib, tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır. Həmin silahın da aid olduğu yivsiz odlu ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 12 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar təxminən 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, 5 mm diametrli qırmalar 500 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan müxtəlif güllələr isə növündən asılı olaraq, müxtəlif məsafələrə uçmaqla, təxminən 1000-1500 metr məsafəyə uça və həmin məsafələrdəki hədəfdə (o cümlədən canlı hədəfdə) müvafiq xassəli zədələr yarada bilərlər. Tədqiqata təqdim edilmiş 7 (yeddi) ədəd patron - 04 ədədinə digər atəş komponentləri ilə birlikdə “Tandem” tipli silindrik formalı güllələr, 02 ədədinə diametrləri 2,75 mm olan 6 nömrəli, 01 ədədinə diametrləri 2,25 mm olan 8 nömrəli qırmalar doldurulmaqla, zavod üsulu ilə hazırlanmış, 12 kalibrli olmaqla, həmin kalibrə malik, patronluqlarının uzunluqları 76 mm-dək olan yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar, üzərlərində atəş prosesində və atəşə hazırlıq zamanı odlu silahın hissə və mexanizmlərindən yaranmağa xarakterik olan izlər, o cümlədən pistonları üzərində odlu silahın vurucusunun izi yoxdur, atəşə (istifadəyə) yararlıdırlar. Təyinatlarına uyğun olaraq, həmin patronlardan istifadə olunmaqla yivsiz odlu ov tüfənglərindən, o cümlədən tədqiqata təqdim edilmiş 12 kalibrli, “DERYA” markalı, 14.0004 nömrəli təklüləli ov tüfəngindən 20-30 dərəcə bucaq altında atəş açılarkən, müvafiq patronlara doldurulmuş “Tandem” tipli, silindrik formalı güllələr 100 metr, 2,75 mm və 2,25 mm diametrli qırmalar isə təxminən 200 metr məsafəyə uçmaq və həmin məsafələr daxilində hədəfə (o cümlədən canlı hədəfə) müvafiq zədələr yetirmək gücünə malik ola bilərlər və eləcə də konstruksiyasına əsasən, həmin tüfəngin də aid olduğu yivsiz odlu ov silahlarından zavod üsulu ilə hazırlanmış patronlardan istifadə olunmaqla (patronlara doldurulmuş qırmaların diametrləri, sayı və s. nəzərə alınmaqla) atəş açılarkən, qırmalar silahın lüləsinin ağız kəsiyindən başlayaraq təxminən 1,5-2 metr məsafəyədək yığcam (kompakt) şəkildə - yayılmadan hərəkət edir, 1,5-2 metrdən 3-5 metrə qədər məsafədə nisbətən yığcam(kompakt) şəkildə - kiçik radiusda yayılır, 3-5 metr məsafədən başlayaraq isə onların yayılma sahəsi artır (genişlənir) və müvafiq məsafələrdə hədəflə təmas etdikdə (o cümlədən canlı hədəfdə) müvafiq zədə yetirmə xassəsinə malik olurlar, güllələr isə tək mərmi olduqlarına görə, atəş zamanı yayılma radiusu barədə məlumatlar onlara aid edilmir. Tədqiqata təqdim edilmiş 5 (beş) ədəd giliz - zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 12 kalibrli patronların atəşlə ayrılmış hissələridirlər - gilizləridirlər. Həmin gilizlər, təqdim edilmiş 12 kalibrli, DERYA” markalı, 14.0004 nömrəli təklüləli ov tüfəngindən atılmışlar. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd güllə formalı metal predmetlər - 12 kalibrli, yivsiz (hamar lüləli), odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissəsidir - “Tandem” tipli, silindrik formalı güllələrdirlər. Təyinatlarına uyğun olaraq, həmin güllələrin, digər atəş komponentləri ilə birlikdə təqdim edilmiş 5 (beş) ədəd gilizin hər hansı birinə və eləcə də başqa hər hansı gilizlərə doldurulması ilə hazırlanmış patronlardan istifadə etməklə, təqdim edilmiş 12 kalibrli, “DERYA” markalı, 14.0004 №-li təklüləli ov tüfəngindən də atəş açılması mümkündür, lakin konstruksiyalarına uyğun olaraq, həmin güllələrin üzərlərində atıldıqları silahın lülə kanalından və atəşədək doldurulduqları patronların gilizilərinin daxili divarlarından əmələ gəlməyə xarakterik olan sürtünmə izləri qalmadığına görə, eyniləşmə tədqiqatı üçün yararsız olduqları üçün, onların təqdim edilmiş 5 (beş) ədəd 12 kalibrli gilizlərin hər hansı birinə və ya başqa hansısa konkret bir gilizə atəş komponenti kimi doldurulub- doldurulmadıqlarını, o cümlədən həmin gilizlərin hansındansa və eləcə də təqdim edilmiş 12 kalibrli, “DERYA” markalı, 14.0004 №-li təklüləli ov tüfəngindən, yaxud başqa hansısa konkret bir gilizdən və ya silahdan atılıb-atılmadıqlarını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd tıxacabənzər plastmas predmet - 12 kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissəsidir - “konteyner” tipli polietilen tıxacdır. Təyinatına uyğun olaraq, həmin tıxacın digər atəş komponentləri ilə birlikdə, təqdim edilmiş 5 (beş) ədəd gilizin hər hansı birinə və eləcə də başqa hər hansı gilizə doldurulması ilə hazırlanmış patrondan istifadə etməklə, təqdim edilmiş 12 kalibrli, “DERYA” markalı, 14.0004 №-li təklüləli ov tüfəngindən də atəş açılması mümkündür, lakin tıxacın üzərində atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, onun təqdim edilmiş 5 (beş) ədəd 12 kalibrli gilizlərin hər hansı birinə və ya başqa hansısa konkret bir gilizə atəş komponenti kimi doldurulub- doldurulmadığını, o cümlədən həmin gilizlərin hansındansa və eləcə də təqdim edilmiş 12 kalibrli, “DERYA” markalı, 14.0004 №-li təklüləli ov tüfəngindən, yaxud başqa hansısa konkret bir gilizdən və ya silahdan atılıb-atılmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş, “1” rəqəmi ilə işarələnmiş bıçaq - zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş, “2” rəqəmi ilə işarələnmiş bıçaq - zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş bir ədəd silahın lülə kanalından atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan atəş (atəşlər) açılmışdır. Lakin müvafiq elmi metodik vəsait olmadığından silahdan sonuncu dəfə nə vaxt atəşin açıldığını, o cümlədən həmin tüfəngdən 02 dekabr 2022-ci il tarixdə atəşin açılıb-açılmadığını müəyyən etmək mümkün deyil. Təqdim edilmiş gilizlərin səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Bu hissəciklər təqdim edilmiş tüfəngin lülə kanalından aşkar edilmiş barıt hissəcikləri öz kimyəvi tərkibinə görə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş “Amin Quluzadəyə” məxsus olduğu qeyd edilən bir ədəd idman pencəyi və bir ədəd uzunqol köynəyin üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədələr vardır. Həmin zədələrin ətrafından qurğuşun və mis metal izinin aşkar edilməməsinə baxmayaraq, onların ətrafından atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə, zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən bir ədəd idman pencəyinin üzərindəki “a” və “b” zədələri, bir ədəd uzunqol köynəyin üzərindəki “d” zədəsi giriş, bir ədəd idman pencəyinin üzərindəki “c” zədəsi, bir ədəd uzunqol köynəyin üzərindəki “e” zədəsi isə çıxış zədəsi olmaqla, hamarlüləli odlu silahdan açılan atəşlər nəticəsində mərminin təsirindən, 1 metrdən yuxarı məsafədən, öndən arxaya doğru istiqamətdə yetirilməyə xarakterikdir. Zədələr təqdim edilmiş silahdan açılan atəşlər nəticəsində təqdim edilmiş gilizlərin təsirindən yarana bilər. Zədələrin ətrafından aşkar edilmiş barıt hissəcikləri təqdim edilmiş silahın lülə kanalından və gilizlərin səthindən aşkar edilmiş barıt hissəcikləri ilə öz kimyəvi tərkibinə görə eynilik təşkil edir. Bu hissəciklər təqdim edilmiş silahdan və gilizlərdən açılan atəşlər nəticəsində yarana bilər. Tədqiqata təqdim edilmiş “Ramin Quluzadəyə” məxsus olduğu qeyd edilən bir ədəd sviter və bir ədəd qısaqol alt köynəyinin üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədələr vardır. Həmin zədələrin ətrafından qurğuşun və mis metal izinin aşkar edilməməsinə baxmayaraq, onların ətrafından atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə, zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən bir ədəd sviterin üzərindəki “f” zədəsi, bir ədəd qısaqol alt köynəyinin üzərindəki “h” zədəsi giriş, bir ədəd sviterin üzərindəki üzərindəki “g” zədəsi, bir ədəd qısaqol alt köynəyinin üzərindəki “i” zədəsi isə çıxış zədəsi olmaqla hamarlüləli odlu silahdan açılan atəşlər nəticəsində təqdim edilmiş gilizlərin təsirindən yarana bilər. Zədələrin ətrafından aşkar edilmiş barıt hissəcikləri təqdim edilmiş silahın lülə kanalından və gilizlərin səthindən aşkar edilmiş barıt hissəcikləri ilə öz kimyəvi tərkibinə görə eynilik təşkil edir. Bu hissəciklər təqdim edilmiş silahdan və gilizlərdən açılan atəşlər nəticəsində yarana bilər. Tədqiqata təqdim edilmiş “Tərgür Quliyevaya” məxsus olduğu qeyd edilən bir ədəd şərf və bir ədəd xalatın üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədələr vardır. Həmin zədələrin ətrafından qurğuşun və mis metal izinin aşkar edilməməsinə baxmayaraq, onların ətrafından atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə, zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən bir ədəd şərfin üzərindəki “z” və “aa” zədələri, bir ədəd xalatın üzərindəki “bb” zədəsi giriş, bir ədəd şərfin üzərindəki “x”, “y” zədələri, bir ədəd xalatın üzərindəki “cc” zədəsi isə çıxış zədəsi olmaqla, hamarlüləli odlu silahdan açılan atəşlər nəticəsində mərminin təsirindən, 1 metrdən yuxarı məsafədən, şərfin üzərindəki zədələr sağdan sola,xalatın üzərindəki zədələr öndən arxaya doğru istiqamətdə yetirilməyə xarakterikdir. Zədələr təqdim edilmiş silahdan açılan atəşlər nəticəsində təqdim edilmiş gilizlərin təsirindən yarana bilər. Zədələrin ətrafından aşkar edilmiş barıt hissəcikləri təqdim edilmiş silahın lülə kanalından və gilizlərin səthindən aşkar edilmiş barıt hissəcikləri ilə öz kimyəvi tərkibinə görə eynilik təşkil edir. Bu hissəciklər təqdim edilmiş silahdan və gilizlərdən açılan atəşlər nəticəsində yarana bilər. Tədqiqata təqdim edilmiş “Nadir Quliyevə” məxsus olduğu qeyd edilən bir ədəd gödəkçə, bir ədəd uzunqol alt köynəyi, bir ədəd qısaqol köynək, bir cüt corabın üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədələr vardır. Həmin zədələrin ətrafından qurğuşun və mis metal izinin aşkar edilməməsinə baxmayaraq, onların ətrafından atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə, zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən bu zədələr giriş-çıxış zədəsi olmaqla, hamarlüləli odlu silahdan açılan atəşlər nəticəsində mərmininqırmaların təsirindən, 1 metrdən yuxarı məsafədən, müxtəlif istiqamətlərdə yetirilməyə xarakterikdir. Zədələr təqdim edilmiş silahdan açılan atəşlər nəticəsində təqdim edilmiş gilizlərin təsirindən yarana bilər. Zədələrin ətrafından aşkar edilmiş barıt hissəcikləri təqdim edilmiş silahın lülə kanalından və gilizlərin səthindən aşkar edilmiş barıt hissəcikləri ilə öz kimyəvi tərkibinə görə eynilik təşkil edir. Bu hissəciklər təqdim edilmiş silahdan və gilizlərdən açılan atəşlər nəticəsində yarana bilər. Tədqiqata təqdim edilmiş “Nadir Quliyevə” məxsus olduğu qeyd edilən bir ədəd mobil telefonun üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədə vardır. Həmin zədənin ətrafından qurğuşun və mis metal izinin aşkar edilməməsinə baxmayaraq, onun ətrafından atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə, zədənin formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən həmin zədə giriş zədəsi olmaqla, hamarlüləli odlu silahdan açılan atəş nəticəsində mərminin təsirindən, 1 metrdən yuxarı məsafədən, öndən arxaya doğru istiqamətdə yetirilməyə xarakterikdir. Zədə təqdim edilmiş silahdan açılan atəş nəticəsində təqdim edilmiş gilizin təsirindən yarana bilər. Zədənin ətrafından aşkar edilmiş barıt hissəcikləri təqdim edilmiş silahın lülə kanalından və gilizlərin səthindən aşkar edilmiş barıt hissəcikləri ilə öz kimyəvi tərkibinə görə eynilik təşkil edir. Bu hissəciklər təqdim edilmiş silahdan və gilizlərdən açılan atəşlər nəticəsində yarana bilər. Tədqiqata təqdim edilmiş üzərində “Amin Quluzadəyə” məxsus olduğu qeyd edilən bir ədəd belində kəməri olan, cins şalvar, bir ədəd idman şalvarı, bir ədəd isti alt şalvarı, bir cüt corab, “Ramin Quluzadəyə” məxsus olduğu qeyd edilən bir ədəd belində kəməri olan, cins şalvar, bir cüt corab, “Nadir Quliyevə” məxsus olduğu qeyd edilən belində kəməri olan cins şalvar, bir cüt corab, “Nadir Quliyevə” məxsus olduğu qeyd edilənbir ədəd yaylıq, bir ədəd idman şalvarı, bir cüt corab və üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthində odlu silahdan açılan atış nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində “Amin Quluzadəyə” məxsus olduğu qeyd edilən bir ədəd belində kəməri olan cins şalvar, bir ədəd idman şalvarı, bir ədəd isti alt şalvarı, bir cüt corab, “Ramin Quluzadəyə” məxsus olduğu qeyd edilən bir ədəd belində kəməri olan cins şalvar, bir cüt corab, “Nadir Quliyevə” məxsus olduğu qeyd edilən belində kəməri olan, cins şalvar, bir ədəd alt tumanı, “Tərgül Quliyevaya” məxsus olduğu qeyd edilən bir ədəd yaylıq, bir ədəd idman şalvarı, bir cüt corab və üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Geyim əşyalarının səthindən aşkar edilmiş barıt hissəcikləri təqdim edilmiş silahın lülə kanalından və gilizlərin səthindən aşkar edilmiş barıt hissəcikləri ilə öz kimyəvi tərkibinə görə eynilik təşkil edir. Bu hissəciklər təqdim edilmiş silahdan və gilizlərdən açılan atəşlər nəticəsində yarana bilər. Atəşin açıldığı patronların içərisidə barıt qalmadığından onların hansı növ barıtla doldurulduğunu müəyyən emək mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs”, “Amil Quluzadə”, “Ramin Quluzadə”, “Nadir Quluzadə” və “Tərgül Quliyevaya” məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərində hər hansı trasoloji zədə, o cümlədən təqdim edilmiş bıçaqlarla yetirilməyə, tərəflərin əlbəyaxa olması və dalaşması zamanı fiziki qüvvənin təsirindən yaranmağa xarakterik zədə(lər) aşkar olunmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 366 manat təşkil edir. (c İİİ, i.v 155-170) İşdə olan, Kompleks-ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 269 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında qəzəb, aqressiya yaranmışdır. Həmni halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda (hövsələsizlik, inadkarlıq, söz götürməmək, kinlilik, özünə və ailəsinə qarşı hörmət tələb etmək, tez özündən çıxmaq və s.) situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (c İİİ, i.v 171-177) İşdə olan, maddi sübutların ekspertizasının xx.xx.2023-cü il tarixli, 118/2023-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus jilet üzərində qana şübhəli ləkələr, alt mayka üzərindəki isə qan aşkar olunmadı. (c İİİ, i.v 179-181) İşdə olan, Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 817/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-O/İ/, X20 təqdim olunan aktiv vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-B/İİİ/, X19 təqdim olunan aktiv vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-O/İ/, X33 təqdim olunun aktiv vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-B/İİİ/, X13 təqdim olunan aktiv vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-O/İ/-dir. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus jilet, şalvar, köynək, papaq və trusik üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Tədqiqata təqdim olunmuş X34 məxsus gödəkcə, alt köynək, şalvar, köynək, 01 cüt corab, trusik üzərində və onun meyitinin olduğu yerdən 02 ədəd pambıq tampona hopdurulmuş ləkələrdə insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda «B» və «H» antigenləri, bəzi ləkələrdə həmçinin «alfa» aqllyutinini alındı.Bu qan ləkələri bir şəxsə məxsusdursa Balfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən X34 oğluna məxsus ola bilər, gər onun qanında müşayiətçi H antigeni varsa. Qanm qarışıq olduğu halında və hadisə zamanı Oalfa,beta(İ) qruplu Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarət olubsa, ləkələrdə onunda qarışmış qanının olması inkar olunmur. Tədqiqata təqdim olunan X38 məxsus şalvar, qısaqol mayka, sviter üzərində və onun meyitinin olduğu yerdən 02 ədəd pambıq tampona hopdurulmuş ləkələrdə insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda «H» antigeni, bəzi ləkələrdə həmçinin «alfa» və «beta» aqllyutininləri alındı.Bu qan ləkələri Oalfa,beta(İ) qruplu şəxsə, o cümlədən X38 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər ( əgər hadisə zamanı onda qanaxma ilə müşahidə olunan xəsarət varsa). Ona məxsus 01 cüt corab üzərində isə qanä şübhəli ləkələr aşkar olunmadı. Tədqiqata təqdim olunmuş X40 məxsus gödəkcə, kofta, şalvar, idman şalvarı və 01 cüt corab üzərində və onun meyitinin olduğu yerdən 01 ədəd pambıq tampona hopdurulmuş ləkələrdə insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda «B» və «H» antigenləri, bəzi ləkələrdə həmçinin «alfa» aqllyutinini alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa Balfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən X40 məxsus ola bilər. (əgər onun qanında müşayiətçi H antigeni varsa). Qanın qarışıq olduğu halında və hadisə zamanı Oalfa,beta(İ) qruplu Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarət olubsa, ləkələrdə onunda qarışmış qanının olması inkar olunmur. Ekspertiza tədqiqatına təqdim olunan X43ma məxsus baş yaylığı, şalvar, don üzərində və onun meyitinin olduğu yerdən 01 ədəd pambıq tampona hopdurulmuş ləkələrdə insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda «H» antigeni, bəzi ləkələrdə həmçinin «alfa» və «beta» aqllyutininləri alındı.Bu qan ləkələri Oalfa,beta(İ) qruplu şəxsə, o cümlədən X43ma və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. (əgər hadisə zamanı sonuncuda qanaxma ilə müşahidə olunan xəsarət varsa.) Ona məxsus 01 cüt corab üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Ekspertizaya təqdim olunan «ll-BJ-349 d/q nişanlı, «VAZ-2107» markalı avtomobilin üzərindən 03 ədəd pambıq tampona götürülmüş ləkələrdə insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız «H» antigeni alındı.Bu qan ləkələri Oalfa,beta(İ) qruplu şəxsə, o cümlədən X38, X43ma və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət varsa.) Tədqiqata təqdim edilmiş 02 ədəd bıçaq və mobil telefon üzərində qan aşkar olunmamışdır. (c İİİ, i.v 183-196) İşdə olan, xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, xüsusiyyətlərinə, əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə, habelə üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən hadisə yerinin baxışı aparılan zaman aşkar edilərək götürülmüş altı ədəd giliz, iki ədəd güllə-qırma, bir ədəd qatlanmayan, dəstəyi qara rəngli bıçaq, bir ədəd qurtaracağına məftil bağlanmış ağac parçası, bir ədəd yaşıl rəngli plastik qalığı (fənər), Təqsirləndirilən şəxs məxsus bir ədəd göy rəngli jilet, bir ədəd mayka, X13 əynində olmuş əynində olan bir ədəd yaşıl rəngli don, bir ədəd qara rəngli idman şalvarı, bir cüt tünd göy rəngli corab, meyitinin müayinəsi zamanı aşkar edilmiş bir ədəd tıxac, X33 əynində olmuş bir ədəd ağ-qara rəngdə idman gödəkcəsi, bir ədəd yerliyi qara rəngli köynək, bir ədəd qara rəngli idman şalvarı, bir ədəd göy rəngli cins şalvar, bir cüt qara rəngli corab, X19 əynində olmuş bir ədəd boz rəngli jaket, bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd göy rəngdə cins şalvar, bir cüt tünd rəngdə corab X20 meyitinin xarici müayinəsi aparılan zaman aşkar olunmuş bir ədəd qırma, əynində olmuş bir ədəd qara rəngli gödəkcə, bir ədəd yerliyi qəhvəyi rəngli qısaqol köynək, bir ədəd tünd boz rəngdə isti alt köynəyi, bir ədəd göy rəngdə cins şalvar, şalvarın cibində aşkar edilmiş bir ədəd qatlanan bıçaq, bir ədəd qara-boz rəngli trusik, bir cüt qara rəngli corab gödəkcəsinin cibində aşkar olunmuş bir ədəd smartfon tipli mobil telefon, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qara rəngli jilet, bir ədəd tünd boz-tünd qırmızı rəngli köynək, bir ədəd tünd boz rəngli şalvar, bir ədəd qara rəngli papaq, bir ədəd göy rəngli trusik, bir cüt qara rəngli corab, Təqsirləndirilən şəxs özündə saxladığı bir ədəd qara rəngli, üzərində “DERYA” markalı, 14.004 nömrəli təklüləli odlu ov silahı, 7 ədəd patron və “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokola əlavə olunmuş 2 ədəd disk maddi sübut kimi tanınmış və 2 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınaraq digər maddi sübutlar saxlanması üçün Beyləqan rayon prokurorluğunun maddi sübutların saxlanc otağına təhvil verilmişdir. (c İİİ, i.v 208-209) Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 28,120.2.7, 120.2.4 və 120.2.7-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 28, 120.2.7, 120.2.4 və 120.2.7-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 2- ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Həmin qərarın 3-cü bəndində göstərilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə hər bir adamöldürmə əməli insanın həyatdan məhrum edilməsi ilə nəticələnən qəddar və amansız cinayətdir. Lakin qanunvericilikdə sadəcə amansızlıqla deyil, xüsusi amansızlıqla törədilən qətl cinayətləri ağırlaşdırıcı hallarda törədilən qəsdən həyatdan məhrumetmə əməllərinə aid edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.7ci maddələri ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər X30 və X29 xüsusi amansızlıqla olmaqla dörd şəxsi, yəni X30, X41, X29 və X16 vahid qəsdlə öldürməsi, yəni onları qəsdən həyatdan məhrum etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı təsdiq etdiyi ifadələrində səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir. Belə ki, hazırki cinayət işi üzrə məhkəmə Təqsirləndirilən şəxs mərhum zərərçəkmiş şəxslər Nadir Quliyevə, Amin Quluzadəyə, Ramin Quluzadəyə və Tərgül Quliyevaya yetirmiş olduğu xəsarətlərin lokalizasiyası, yetirilmə mexanizmi, təqsirkarın və zərərçəkmişlərin qüvvələrinin nisbəti və sair halları nəzərə alıb hesab edir ki, təqsirkar Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsi prosesində zərərçəkmiş şəxslərə (Ramin Quluzadə və Nadir Quliyevə) müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş edilərək, Ramin Quluzadəyə onun qardaşı Amin Quluzadənin gözü qarşısında əlindəki odlu ov silahından qarın nahiyəsinə bir dəfə atəş açmış nəticədə sonuncunun qarın boşluğunu dəlib-keçən odlu silah-qırma (karteç) yaralanması xarakterli sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirmiş, bununla da qardaş kimi onların birbirilərinə əziz və dəyərli olmalarını, hərəkətləri ilə onların hər birinə xüsusi əzab və işgəncə verəcəyini dərk edib bunları arzu etmiş, daha sonra isə onu vurduğu yerə qayıdaraq Ramin Quluzadənin ölməsinə tam əmin olmaq üçün onun baş nahiyəsinə qəsdən bir dəfə atəş açaraq Ramin Quluzadəyə odlu silah-qırma (karteç) yaralanması nəticəsində baş beyin toxumasının əzilib-dağılması nəticəsində ölümünə səbəb olan kəllə sümüklərinin çoxsaylı qəlpələnmiş sınıqları və baş beyin maddəsinin əzilib-dağılması, bağırsaqların çoxsaylı zədələnməsi, hemoperitoneumla (qarın boşluğuna qan yığılması) müşayiət olunan bir ədəd baş nahiyəsini dəlib-keçən və bir ədəd qarın boşluğunu dəlib-keçən odlu silah-qırma (karteç) yaralanması xarakterli sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə, Nadir Quliyevin isə qarın nahiyəsinə onu öldürmək məqsədilə qəsdən bir dəfə açdığı atəş nəticəsində Nadir Quliyev yerə yıxıldıqdan sonra ona yaxınlaşıb, Nadir Quliyevin ona yalvararaq aman diləməsinə məhəl qoymaraq müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək Nadir Quliyevin ölməsinə tam əmin olmaq üçün onun boğaz nahiyəsinə də qəsdən bir dəfə atəş açaraq Nadir Quliyevə odlu silah-qırma (karteç) yaralanması nəticəsində döş və qarın boşluğu orqanlarının zədələnməsindən törənmiş kəskin qanitirmə nəticəsində ölümünə səbəb olan sol kürək sümüyünün deşilmiş sınığı, sağ ağciyərin zədələnməsi və sağ tərəfli hemotoraksla (döş boşluğuna qan yığılması), qaraciyərin, mədənin və bağırsaqların çoxsaylı zədələnməsi, hemoperitoneumla (qarın boşluğuna qan yığılması) müşayiət olunan, bir ədəd döş boşluğunu dəlib-keçən və bir ədəd qarın boşluğunu dəlib-keçərək sol said nahiyəsinin yumşaq toxumalarında kor şəkildə qurtaran odlu silah-qırma (karteç) yarası xarakterli sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə onların hər ikisini xüsusi amansızlıqla qəsdən öldürməsi cinayət işinin mübahisəsiz hallarıdır və təqsirləndirilən şəxsin etirafedici ifadələri ilə yanaşı iş materiallarında olan yuxarıda sadalanan çoxsaylı sübutlarla da tam təsdiq edilir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 28, 120.2.7-ci maddəsi ilə irəli sürülmüş ittihama münasibət bildirərək qeyd edir ki, cinayətə hazırlıq törədilməsi planlaşdırılan əməlin baş verməsinə istiqamətlənən aktiv hərəkətlərin törədilməsində ifadə olunur. Lakin, bu hərəkətlər hələ bilavasitə törədiləcək cinayətin obyektiv cəhətini yaradan hərəkətlərə deyilir. Cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə qanuni və ya qeyri-qanuni üsullar vasitə və ya alətin əldə edilməsini nəzərdə tutur. Cinayətin edilmə vasitəsi edilmə alətindən fərqli olaraq, kriminal əməlin edilməsini asanlaşdıran predmetlərdir. Alət və ya vasitə axtarışında, belə predmetlərin pulla alınmasında dəyişdirilməsində, müvəqqəti istifadə üçün götürmədə, oğurlamada və s. ifadə oluna bilər. Hazırki cinayət işinin mübahəsiz halları ondan ibarətdir ki, Təqsirləndirilən şəxs qonşuluqlarında yaşayan zərərçəkmiş şəxslər X47 və sonuncunun ailə üzvləri arasında yaranmış torpaq münaqişəsinin gündən-günə kəskinləşməsindən bezib X29, X16, X41, X30, X31 və X32 onlardan qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gəlib, 24 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində 1495 nömrəli şəhadətnamə ilə özünün adına qeydiyyata alınmış bir ədəd 2014-cü ildə Türkiyədə zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 76 mm olan, 12 kalibrli, “DERYA” markalı, 14.0004 nömrəli, daxili çaxmaqlı, təklüləli yivsiz odlu ov silahını və həmin silahda istifadə edilməsi üçün məlum olmayan sayda patron alaraq yaşadığı evdə özünün yataq otağında gizlətmiş və ayrı-ayrı vaxtlarda yaşadığı Beyləqan rayonu, Tatalılar kəndinin yaxınlığında yerləşən boş torpaq sahələrində həmin odlu ov silahından müxtəlif hədəflərə atəşlər açaraq silahdan istifadə etməyi vərdiş halına salmaqla planlaşdırdığı cinayəti törətmək üçün hazırlıq hərəkətləri etmişdir. Lakin, hadisə günü Təqsirləndirilən şəxs özünün iradəsindən asılı olmayaraq, yəni həmin vaxt evdə olmamaqla Bakı şəhərində olmaları, həmçinin, onların Bakı şəhərində yaşadıqları ünvanı bilməməsi, avtomobilinin sağ arxa qapısının şüşəsi və ön alın şüşəsi güllənin təsirindən qırıldığından polislərin yolda onu saxlayacaqları və artıq törətdiyi cinayətə görə tezliklə hüquq-mühafizə orqanları tərəfindən tutulacağının qaçılmaz olması səbəbindən X31 və X32 qəsdən öldürə bilməmiş və bununla da onlarla bağlı vahid niyyətlə planlaşdırdığı cinayəti məhz Elvin Quluzadə və Xəyal Quluzadəyə münasibətdə başa çatdıra bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 120.2.7-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 28,120.2.7, 120.2.4 və 120.2.7-ci maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsi Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna alması isə Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cinayəti odlu silahdan istifadə etməklə törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Eyni zamanda cəza təyinində törədilən cinayətin xarakteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan hallardan başqa təqsirləndirilən şəxsə cəza təyin edilərkən onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Şəxsin ictimai təhlükəlliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olubolmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Bundan başqa məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Məhkəmələrin cəza təyinində nəzərə aldığı hallardan biri də cinayətin xarakteridir. Bu, konkret cinayətlərin tipik əlamətidir. Cinayətin xarakteri müəyyən qrup, yaxud da növ cinayətlər üçün təsnifat meyarı rolunu oynayır. Belə ki, konkret əməlin ictimai təhlükəliliyinin xarakterinə, onun hansı qrupa – böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və ya xüsusilə ağır cinayətlər qrupuna mənsub olmasından, CM-in Xüsusi hissəsinin hansı fəslinə daxil olmasından asılı olaraq qiymət verilir. Beləliklə, məhkəmələr cəza təyin edərkən əməlin təhlükəlilik dərəcəsinə görə hansı cinayətlər qrupuna aid olduğunu, CM-in Xüsusi hissəsinin hansı fəslində nəzərdə tutulduğunu, belə cinayətlərlə dövlətin cinayət-hüquqi mübarizə siyasətini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 57.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir. Məhkəmə baxışı zamanı təkzibedilməz və mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyət əleyhinə olan xüsusilə ağır cinayətləri törətmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 28,120.2.7, 120.2.4 və 120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli xüsusilə ağır cinayətdir və ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırmalıdır. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona ömürlük azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin ediləcək ömürlük azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.5-ci maddəsinə əsasən həbsxanada çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 02 dekabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 49-cu bəndinə əsasən təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hökmün elan edilməsindən sonra ona əfv haqqında vəsatət qaldırmaq hüququ izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Beyləqan Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan altı ədəd giliz, iki ədəd güllə-qırma, bir ədəd qatlanmayan bıçaq, bir ədəd qurtaracağına məftil bağlanmış ağac parçası, bir ədəd plastik qalığı (fənər), Təqsirləndirilən şəxs məxsus bir ədəd jilet, bir ədəd mayka, X13 əynində olmuş bir ədəd don, bir ədəd idman şalvarı, bir cüt corab, meyitinin müayinəsi zamanı aşkar edilmiş bir ədəd tıxac, X33 əynində olmuş bir ədəd idman gödəkcəsi, bir ədəd köynək, bir ədəd idman şalvarı, bir ədəd cins şalvar, bir cüt corab, X19 əynində olmuş bir ədəd jaket, bir ədəd qısaqol köynək, bir ədəd cins şalvar, bir cüt corab X20 meyitinin xarici müayinəsi aparılan zaman aşkar olunmuş bir ədəd qırma, əynində olmuş bir ədəd gödəkcə, bir ədəd qısaqol köynək, bir ədəd isti alt köynəyi, bir ədəd cins şalvar, şalvarın cibində aşkar edilmiş bir ədəd qatlanan bıçaq, bir ədəd trusik, bir cüt corab, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd jilet, bir ədəd köynək, bir ədəd şalvar, bir ədəd papaq, bir ədəd trusik, bir cüt corab məhv edilməli, X20 meyitinin xarici müayinəsi aparılan zaman gödəkcəsinin cibində aşkar olunmuş bir ədəd smartfon tipli mobil telefon onun hüquqi varisi X35 qaytarılmalı, iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokola əlavə olunmuş 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Beyləqan Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan bir ədəd qara rəngli, üzərində “DERYA” markalı, 14.004 nömrəli təklüləli odlu ov silahı, 7 ədəd patron dövlət nəfinə xüsusi müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 594 (beş yüz doxsan dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 28,120.2.7, 120.2.4 və 120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 28,120.2.7-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.7-ci maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş ömürlük azadlıqdan məhrumetmə cəzasını həbsxanada çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 02 dekabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Beyləqan Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan altı ədəd giliz, iki ədəd güllə-qırma, bir ədəd qatlanmayan bıçaq, bir ədəd qurtaracağına məftil bağlanmış ağac parçası, bir ədəd plastik qalığı (fənər), Təqsirləndirilən şəxs məxsus bir ədəd jilet, bir ədəd mayka, X13 əynində olmuş bir ədəd don, bir ədəd idman şalvarı, bir cüt corab, meyitinin müayinəsi zamanı aşkar edilmiş bir ədəd tıxac, X33 əynində olmuş bir ədəd idman gödəkcəsi, bir ədəd köynək, bir ədəd idman şalvarı, bir ədəd cins şalvar, bir cüt corab, X19 əynində olmuş bir ədəd jaket, bir ədəd qısaqol köynək, bir ədəd cins şalvar, bir cüt corab X20 meyitinin xarici müayinəsi aparılan zaman aşkar olunmuş bir ədəd qırma, əynində olmuş bir ədəd gödəkcə, bir ədəd qısaqol köynək, bir ədəd isti alt köynəyi, bir ədəd cins şalvar, şalvarın cibində aşkar edilmiş bir ədəd qatlanan bıçaq, bir ədəd trusik, bir cüt corab, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd jilet, bir ədəd köynək, bir ədəd şalvar, bir ədəd papaq, bir ədəd trusik, bir cüt corab məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Beyləqan Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan X20 meyitinin xarici müayinəsi aparılan zaman gödəkcəsinin cibində aşkar olunmuş bir ədəd smartfon tipli mobil telefon onun hüquqi varisi X35 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış Beyləqan Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan bir ədəd qara rəngli, üzərində “DERYA” markalı, 14.004 nömrəli təklüləli odlu ov silahı, 7 ədəd patron dövlət nəfinə xüsusi müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokola əlavə olunmuş 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-594 (beş yüz doxsan dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs izah edsin ki, onun Azərbaycan Respublikasının Prezidenti qarşısında əfv haqqında vəsatət qaldırmaq hüququ vardır. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-331/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-331/2023
24.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver