Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-331/2024 09.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Ələsgər oğlu və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Lənkəran şəhəri Şeyx Zahid küçəsi ev 19-da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il tarixdə Lənkəran şəhəri “Mərkəzi bazar” adlanan ərazidə satış məqsədi olmadan qanunsuz olaraq, öz istifadəsi üçün bir ədəd sellofan bükümdə 2,238 qram, külli miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş əməliyyat məlumat əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı 19 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində Lənkəran şəhəri Şeyx Zahid küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirildikdən sonra üzərində şəxsi axtarış aparılarkən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin əynindəkm şalvarının cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamın üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, Lənkəran şəhəri Şeyx Zahid küçəsi ev 19-da ailəsi ilə yaşayır, narkotik vasitə heroindən istifadə edir. 19 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində yaşadığı evin qarşısında küçədə oturduğu zaman polis işçisi ona yaxınlaşmış və ona bəlkə səni «istirahətə» göndərimdemişdir. Bundan az sonra isə bazara gedərkən yolda «Hüseyn Diki» adlanan yerdə polis işçiləri onu saxlamış, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirməklə onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində cibinə metamfetamin qoymuşlar. Polis işçiləri onu qorxutduqlarına görə məcbur olub metamfetaminin özünə məxsus olmasını bildirmiş və bu barədə ifadə vermişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, özünü elan olunmuş ittiham üzrə təqsirli hesab edir. 10 ildən artıq müddətdir ki, narkotik vasitə qəbul edir. Psixotrop maddə metamfetamini, yəni “şüşə”ni zərdə yandırıb tüstüsünü qəbul etməklə istifadə edir. Əvvəllər CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmuşdur. 18 sentyabr 2023-cü il tarixdə günorta saatlarında psixotrop maddə metamfetamin almaq üçün Lənkəran şəhəri mərkəzi bazar adlanan əraziyə getmişdir. Orada Astara avtobuslarının dayandığı yerdə bir nəfər tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün bir ədəd selofan bükümdə “şüşə” alıb əvəzində 30 manat pul vermişdir. Metamfetamini əynində olan şalvarın sol yan cibinə qoymuşdur ki, ağrıları olanda istifadə etsin. 19 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində yaşadığı Şeyx Zahid küçəsində olduğu zaman polis işçiləri tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ona üzərində narkotik vasitə olmasına şübhələr olduğunu bildirməklə onu Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsinə gətirildikdən sonra ona hüquq və vəzifələri izaha edilmiş, öz istəyi ilə Lənkəran Rayon Vəkil Bürsunun vəkili Müdafiəçi ona müdafiəçi təyin edilmişdir. Sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən həmin bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisi 2,40 qram olmuşdur. O, üzərindən aşkar edilmiş kütlənin metafetamin olduğunu, metamfetamini istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs Heydəp Əliyevin törətmiş olduğu cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Lənkəran Şəhər Rayon X2 mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini X3 narkotik vasitələri qəbul etməsi və üzərində narkotik vasitələri gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirləri həyata keçirməklə onu 19 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində Lənkəran şəhəri Ş.Zahid küçəsində saxlamışlar. Ona üzərnində narkotik vasitələri saxlamaqda şübhəli olduğunu bildirməklə polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsində şübhəli şəxs kimi tutulmuş, üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarəkn üzərində narkotik vasitə və yaxud qanunsuz başqa əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd bükümü çıxardıb təqdim etmiş, bükümün içərisində metamfetamin olduğunu, metamfetamini xx.xx.2023-cü il tarixdə Lənkəran şəhərində mərkəzi bazarda Astara avtobuslarının yanında üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 30 manat pula öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində başqa qanunsuz əşya aşkar olunmamışdır. Ona qarşı heç bir təsir-təzyiq göstərməmiş və üzərinə metamfetamin qoymamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilən polis əməkdaşları Şahid2 və Şahid3 da Faiq Baxşıyevlə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Şəxsi-axtarışın keçirilməsi haqqında 19 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən 1 ədəd bükümdə metamfetaminəbənzər maddə aşkar olunmuşdur. O, həmin maddəni 18 sentyabr 2023-cü il tarixdə Astara avtomobil dayanacağında üzdən tanıdığı şəxsdən 30 manat pul verməklə öz şəxsi istifadəsi üçün aldığını bildirmimşdir. Materialların məhkəmə ekspertizasının 19 avqust 2023-cü il tarixli, 19/879 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 2,238 qram olan, ağ rəngli, kristal formada olan maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 21 sentyabr 2023-cü il tarixli, 915 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs taksikomaniya xəstəliyi aşkar olunur, məcburu müalicəyə ehtiyyacı vardır, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tibbi ekspertizasının 21 sentyabr 2023-ci il tarixli, 966 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Lənkəran şəhər Psixatriya Xəstəxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda olmamışdır. İşdə olan tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Əliyev X4 Ağır Cinayətlər məhkəməsinin 06 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsnin qərarı ilə cəzası 06 il 9 aya endirilmiş, Xəzər Payon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay 27 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli, 3971 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs 19 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində yaşadığı evin qarşısında küçədə oturduğu zaman polis işçisinin ona yaxınlaşaraq bəlkə onu «istirahətə» göndərməsini deməsi, sonra isə polis işçiləri tərəfindən saxlanılarkən üzərində metamfetamin olmaması, metamfetaminin üzərinə polis işçiləri tərəfindən qoyulması, polis işçiləri onu qorxutduqlarına görə məcbur olub metamfetaminin özünə məxsus olmasını bildirməsi barpədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə onun ibtidai istintaqda verdiyi ifadəsini işin faktiki halları ilə uyğunlaq təşkil etdiyindən obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi, əməlində cinayətlərin təhlükəli residivinin olmasını isə CM-nin 61.1.1ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alır. Yəni təhlükəli residivə görə cəzanın müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Belə ki, onunu ittiham olunduğu CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən edilən cəzanın son həddi səkkiz il müəyyən edildiyindən ona təyin olunan cəzanın müddəti 05 il 04 aydan az ola bilməz. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə taksikomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 2,188 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Ekspertiza xərci 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2023-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə taksikomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 2,188 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-331/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-331/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver