Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-332/2024 24.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri X3 və Müdafiəçi1 və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1980-ci ildə Ağcabədi rayonunun Kürdlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Ağcabədi rayonunun Kürdlər kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxxx 1990-cı ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağcabədi şəhəri, Ş.Qurbanov küçəsi, ev 175də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 126.2.2, 234.4.1, 234.4.3 və 315ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə olunması, saxlanması və daşınmasına razılaşıb, cinayətkar qrupun üzvü tərəfindən bir ədəd torbanın içərisində qablaşdırılmış külli miqdarda-11065,1 qram (11 kq 65,1 qram) narkotik vasitə olan qurudulmuş marixuananın Beyləqan rayonunun İmamverdili kəndi ərazisindəki körpünün yaxınlığında olan elektrik dirəyinin yaxınlığında gizlədilməsi barədə Təqsirləndirilən şəxs1 məlumat verməsindən sonra, aralarında olan razılaşmaya və ümumi niyyətə uyğun olaraq qabaqcadan əlbir olub bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə 15 aprel 2023-cü il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Renault” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonunun İmamverdili kəndinin ərazisindəki körpünün yaxınlığına gedib, avtomobildən düşüb gizlədilmiş yerdən bir ədəd torbanın içərisində qablaşdırılmış külli miqdarda- 11065,1 qram (11 kq 65,1 qram) narkotik vasitə olan qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz olaraq birgə əldə etdikdən sonra, əvvəlcədən aralarındakı razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs1 torbanın içərisindən bir bükümdə 97,6 qram narkotik vasitə olan qurudulmuş marixuana götürüb Təqsirləndirilən şəxs2 vermiş, daha sonra birgə əldə edilmiş həmin narkotik vasitənin bir ədəd torbanın içərisində olan hissəsini Təqsirləndirilən şəxs1 həmin torbada əlində, bir ədəd bükümdə olan hissəsini Təqsirləndirilən şəxs2 üzərində saxlayıb avtomobilin saxlandığı istiqamətdə daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı “Pusqu” sərhəd naryadı qrupun üzvü baş leytenant Zərərçəkmiş şəxs “Dayan” çağırışı verilib Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dayanmaları tələb edilmiş, lakin onlar “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının Qanununun 34cü maddəsinə əsasən hakimiyyət nümayəndəsi hesab olunan Zərərçəkmiş şəxs qanuni tələblərini icra etməyə borclu olduqları halda dayanıb təslim olmaqdan imtina edərək hərəkətlərini davam etdirdikləri üçün Zərərçəkmiş şəxs onlara yaxınlaşıb bir əli ilə Təqsirləndirilən şəxs1, digər əli ilə Təqsirləndirilən şəxs2 tutub saxlamağa çalışarkən Təqsirləndirilən şəxs2 ələ keçməmələri üçün Təqsirləndirilən şəxs1la razılaşdırılmış ümumi niyyətdə kənara çıxaraq əlinə götürdüyü bərk predmetlə (daş və ya başqa bərk əşya ilə) xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N saylı hərbi hissəsinin Əməliyyat-axtarış şöbəsinin əməkdaşı baş leytenant Zərərçəkmiş şəxs başının təpə nahiyəsinə bir dəfə qəsdən zərbə vurub ona baş-beyinin yüngül silkələnməsi və sağ təpə sümüyünün basılmış sınığı ilə nəticələnmiş qapalı kəllə-beyin travması xarakterli dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətr yetirərək zor tətbiq etməklə müqavimət göstərib qaçmaq istəyərkən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Norkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub saxlanılmış, bundan sonra onların üzərində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əlindəki narıncı rəngli torbanın içərisindən dörd ədəd bağlamada, ayrı-ayrılıqda 3953,6 qram, 842,5 qram, 3268,7 qram və 2.902,7 qram olmaqla cəmi 10967,5 qram narkotik vasitə olan qurudulmuş marixuana, habelə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı əynindəki idman gödəkcəsinin cibindən bir ədəd bükümdə 97,6 qram narkotik vasitə olan qurudulmuş marixuana (qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq vahid niyyətlə əldə olunub saxlanmaqla daşınmış cəmi 11065,1 qram (11 kq 65,1 qram) narkotik vasitə olan qurudulmuş marixuana) aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində dörd azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Ağcabədi rayonunun Kürdlər kəndində qeydiyyatda olmaqla yaşamış, heç bir yerdə işləməmiş, təsərrüfat işləri ilə məşğul olmuşdur. Əvvəllər iki dəfə məhkum olunmuş, sonuncu dəfə oğurluqla bağlı məhkum olunmuş və 2021-ci ildə cəzasını çəkib qurtarmışdır. Xeyli müddətdir ki, marixuanadan istifadə etməyə başlamışdır. Digər təqsirləndirələn şəxs Təqsirləndirilən şəxs2 qohumudur, o da narkotik istifadəçisidir. Zərərçəkmiş şəxs tanımamışdır. Tutulduğu gündən bir müddət əvvəl özünü iranlı kimi təqdim edən “Vəli” adlı şəxs ona zəng etmiş, sonra həmin şəxslə danışmışdır. Həmin şəxs ona Beyləqan rayonunun ərazisində narkotik maddə qoyulduğunu və həmin yerə gedib narkotik maddəni götürüb özünün dediyi yerə qoysa ona müəyyən qədər pul verəcəyini demiş, maddi vəziyyəti pis olduğundan o, bu təkliflə razılaşmışdır. Bundan sonra o, 15 aprel 2023-cü il tarixdə qohumu Novruzla birlikdə özünə məxsus avtomobillə Beyləqan rayonunun ərazisinə getmiş, həmin vaxt Novruz nəyə görə Beyləqana getməsini bilməmiş, yol yoldaşı kimi onunla birlikdə Beyləqan rayonuna getmiş, lakin sonradan ərazidə olarkən Novruz narkotik maddə götürmək üçün gəldiyini bilmişdir. Beyləqan rayonuna çatdıqdan sonra “Vəli” adlı şəxs mobil telefonuna göndərdiyi konum vasitəsilə narkotik maddənin qoyulduğu yerə-Beyləqan rayonunun İmamverdili kəndinin ərazisinə getmişlər. Gecə saatlarında avtomobili kənarda saxladıqdan sonra onlar həmin əraziyə qoyulmuş narkotik maddəni axtarmış, lakin narkotik maddə olan torbanı tapa bilməmişlər, sonra onlar avtomobilə tərəf qayıdarkən polis əməkdaşları tərəfindən tutulub Beyləqan RPŞ-nə gətirilmişlər. Tutulan vaxt gecə vaxtı olduğundan onları tutan şəxslərin polis əməkdaşları, həm də sərhədçilər olmasını bilməmiş, sonradan ona məlum olmuşdur ki, polislər sərhədçilərlə birlikdə onları tutmuşlar. Həmin vaxt o, Novruzun kimisə, o cümlədən Zərərçəkmiş şəxs vurmasını görməmişdir. Polis şöbəsində üzərində axtarış aparılmış və üzərində heç nə aşkar olunmamışdır. Sonra polis əməkdaşlarının ona təqdim etdiyi və əlində tutduğu torbaya onun və Novruzun iştirakı ilə, həm də videoçəkilişlə baxış keçirilmişdir. Həmin vaxt torbanın içərisində olan bir neçə ədəd bağlamada marixuana kütlələri aşkar edilmişdir. Polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün o, torbada aşkar olunmuş marixuananın özünə məxsus olmasını demişdir. Əslində isə o, həmin torbanı tutulduğu yerdə ərazidən götürməmiş, onlar tutulduqdan sonra polis əməkdaşları və sərhədçilər həmin torbanı götürmüş, sonra da torbanın ona məxsus olmasını deməyə məcbur etmişlər. Hesab edir ki, tutulduğu əraziyə içərisində narkotik maddə olan torbanı sərhədçilər qoymuşdur. O, yalnız narkotik maddə götürmək üçün Beyləqana getdiyinə görə özünü təqsirli bilir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, istifadəsində üzərində 050/669-20-49 saylı mobil nömrə olan “Samsung” markalı mobil telefon və özünə məxsus “Renault Megan” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Digər Təqsirləndirilən şəxs2 qohumudur. Təxminən 5-6 ay əvvəl vatsapla səhvən ona zəng etmiş, özünü İran vətəndaşı kimi təqdim edən “Vəli” adlı şəxslə tanış olmuş, sonradan aralarında telefonla olan danışıqlar zamanı “Vəli” ona təklif edərək ölkə ərazisinə (Azrbaycan Respublikasının ərazisinə) narkotik vasitələr göndərdiyini və bu narkotik vasitələri Beyləqan rayonundan götürüb deyəcəyi yerə qoyacağı təqdirdə ona 2000 manat pul və istifadəsi marixuana verəcəyini demiş, o da razılaşmışdır. 15 aprel 2023-cü il tarixdə, dəqiq xatırlamadığı saatda “Vəli” ona zəng edib yaxın adamlarının narkotik vasitəni axşam saatlarında Beyləqan rayonuna yerləşdirəcəklərini və ona məlumat verdikdən sonra təcili gedib narkotik vasitələri götürməyi tapşırmışdır. Həmin gün axşam saatlarında qohumu Novruz onların evinə gəlmiş və o, Novruza onunla birlikdə Beyləqan rayonuna gedəcəyi təqdirdə ona istifadə etmək üçün 50-100 qram marixuana verəcəyini demiş, Novruz da razılaşmışdır. “Vəli” axşam saatlarında ona zəng edib təcili Beyləqan rayonuna getməyi, ora çatdıqdan sonra onunla əlaqə saxlamağı və ona narkotik vasitələrin olduğu yerin “konum”unu göndərəcəyini bildirmişdir. Bundan sonra o, idarə etdiyi “Renault Megan” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Novruzla birlikdə Beyləqan rayonuna getmiş və onlar Beyləqan rayonuna çatan vaxt o, “Vəli” ilə daışmış, sonra Novruza qeyd olunan yerə narkotik vasitələr götürmək üçün gəldiyini və narkotiki götürdükdən sonra ona qurudulmuş marixuana verəcəyini demişdir. Həmin vaxt “Vəli” vatsapla narkotik vasitələrin olduğu yerin “konum”unu ona göndərmişdir. O, həmin konuma əsasən avtomobili Beyləqan rayonun İmamverdili kəndinə yaxın ərazidə yerləşən “Üç yol” adlanan yerə sürüb orada avtomobili saxlamış, sonra o, Novruzla birlikdə avtomobildən düşüb “konum”un göstərdiyi yerə doğru hərəkət edib, həmin yerdə içərisində narkotik maddə olan torbanı tapmışlar. Torbada “Vəli”nin ona istifadəsi üçün göndərdiyi içərisində narkotik maddə olan kiçik bağlama da olmuş və o, həmin bağlamanı götürüb əvvəldən razılaşdığı kimi Novruza vermiş, Novruz da bağlamanı cibinə qoymuşdur. Sonra o, torbanı götürüb Novruzla birlikdə gəldiyikləri yolla avtomobilə tərəf hərəkət edərkən dörd nəfər mülki geyimli polis əməkdaşları onları saxlayıb X2 dövriyyəsi ilə məşğul olduqları bildirilib Beyləqan RPŞ-nə aparılmışlar. Polis şöbəsində ondan üzərində qanunla qadağan edilən əşya və ya predmetin olub-olmadığını soruşulmuş, olduğu təqdirdə təqdim etməyi təklif edilmiş, bundan sonra o, əlində tutduğu torbanı təqdim etmişdir. Həmin torbanın içərisində dörd ədəd bağlama və bu bağlamaların içərisində marixuana kütələri aşkar olunmuşdur. Bundan sonra polis əməkdaşları Novruzun da üzərində axtarış aparmış, Novruz da əynindki gödəkcəsinin cibindən bir ədəd bağlamada olan marixuananı çıxarıb polislərə təqdim etmişdir. Şifahi sorğu zamanı o, (Təqsirləndirilən şəxs1) tanış olduğu İran vətəndaşı “Vəli” adlı şəxslə danışdığını və onun göndərdiyi konuma əsasən gəlib içərisində narkotik maddə olan torbanı götürdüyünü, həmin torbanı “Vəli”nin dediyi yerə qoyacağı təqdirdə ona 2000 manat pul verilməli olduğu, Novruzun da onunla birlikdə narkotik maddəni götürmək üçün gəldiyinə görə ona da istifadəçi üçün bir bağlamada marixuana verdiyini bildirmişdir. Aşkar edilmiş kütlələr tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, həmçinin özünə məxsüs bir ədəd “Samsung” markalı mobil telefon da ondan götürülmüşdür. O, içərisində narkotik maddə olan torbanı götürüb Novruzla birlikdə avtomobilə tərəf qayıdarkən, Novruz ondan bir qədər aralıda olmuş, həmin vaxt sərhədçilər onlara “Dayan” komandası verməmiş, saxlanılan vaxt Novruzun sərhədçi Zərərçəkmiş şəxs daşla vurmasını görməmiş, həmin şəxsin xəsarət almasını Beyləqan RPŞ-də olarkən məlumat almışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı videoçəkiliş tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir, həmin ifadəsini polislərin təzyiqi altında vermişdir. Telefonda kimlə danışdığını və danışdığı şəxsin iranlı olmasını bilməmişdir. Onun telefonla danışıqlarından Novruzun xəbəri olmamış və o, bu barədə Novruza heç nə deməmişdir. O, telefonda deyilən yerə getsə də, torbanı götürməmiş və geri qayıdanda tutulmuşdur. O, istifadəsi üçün Novruza narkotik maddə verməmiş, Novruzun üzərində narkotik maddə olmasından xəbəri olmamışdır. Tutulandan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, Novruzla birlikdə narkotik maddə götürmək üçün gəldiklərini bildirmişdir. Əslində isə o, telefonda ona deyilən yerə getsə də, torbanı götürməmiş və geri qayıdanda tutulmuşdur. O, narkotik maddə götürmək üçün Beyləqana gəldiyinə görə özünü təqsirli bilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 126.2.2, 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Ağcabədi şəhəri, Ş.Qurbanov küçəsi, ev 175-də qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin işlənmiş dəmir yığıb satmaqla məşğul olmuşdur. Digər Təqsirləndirilən şəxs1 qohumudur. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Əvvəllər narkotikdən istifadə etsə də, sonradan narkotiklərdən istifadə etməmişdir. 15 aprel 2023-cü ildə o, qohumu Aydıngilə getmiş, həmin gün axşam saatlarında Aydının xahişi ilə yol yoldaşı kimi onunla birlikdə Aydının avtomobili ilə Beyləqan rayonuna getmişlər. Aydının nə üçün Beyləqana getdiyini bilməmişdir. Gecə saatlarında Beyləqana çatmışlar və tanımadığı yerdə Aydın avtomobili saxlamış, sonra onlar avtomobildən yerə düşmüşlər. Həmin yerdə Aydın və o, oradan heç nə götürməmiş, Aydın ona narkotik maddə verməmişdir. Sonra onlar maşına tərəf gedərkən polis əməkdaşları onları tutub Beyləqan RPŞ-nə aparmışlar. Polis şöbəsində polislər ona bir bükümdə təxminən 100 qram “nəşə” (marixuana) veriblər ki, üzərində saxlasın, sonra videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü cibindən bir bükümdə 100 qram “nəşə”ni (marixuananı) çıxarıb polislərə təqdim etmişdir. Polis tərəfindən həmin marixuna və özünə məxsus bir ədəd “Nokia” markalı mobil telefon götürülmüşdür. Polis və sərhədçilər onları tutmamışdan əvvəl o, qaçarkən yıxılmış, sonra polislər onu tutub saxlamışdır. Həmin vaxt o, daşla heç kimi, heç bir sərhədçini vurmamış, heç kimə xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs necə xəsarət almasını bilməmişdir. O, narkotik maddə götürmək üçün Beyləqana getlməmiş, Aydının da nəyə görə getməsini bilməmiş, tutulandan sonra polis şöbəsində olarkən ona məlum olmuşdur ki, Aydın narkotik maddə götürmək üçün ora getmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) məhkəmdə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, 27 yaşından qurudulmuş marixuanadan istifadə edir, narkotik maddəni tanımadığı şəxslərdən alıb istifadə etmişdir. istifadəsində üzərində 051/657-26-25 saylı mobil nömrə olan “Nokia” markalı mobil telefon olmuşdur. 15 aprel 2023-cü il tarixdə qohumu Təqsirləndirilən şəxs1 övladı olması münasibəti ilə göz aydınlığı vermək üçün Aydının evinə getmişdir. Evdə Aydın ondan birlikdə Beyləqan rayonuna getməyi xahiş etmiş, o da razılaşmışdır. 15 aprel 2023-cü il tarixdə, axşam saatlarında Aydının idarə etdiyi avtomobillə onlar Beyləqan rayonuna getmişlər. Orada Aydın ona İrandan göndərilmiş narkotik vasitə olan bağlamanı götürməyə getdiyini, həmin bağlamanı götürdükdən sonra ona istifadə etmək üçün 100 qram narkotik verəcəyini demiş, o da razılaşmışdır. Onlar Beyləqan rayonunun İmamverdili kəndinin ərazisində yerləşən, “Üç yol” adlanan əraziyə çatdıqdan sonra Aydın avtomobili narkotik maddələr olan yerdən təxminən 300 metr aralıda saxlamış, əvvəl Aydın, sonra özü avtomobildən düşüb piyada narkotik vasitələrin olduğu yerə doğru hərəkət etmişlər, həmin vaxt saat 23 radələri olmuşdur. Beyləqan rayonun İmamverdili kəndinin yaxınlığında dəmir yolu xəttinin üzərindən keçən körpünün altından Aydın içərisində narkotik vasitə olan torbanı götürmüş, sonra Aydın torbadan bir ədəd kiçik bağlamada olan 100 qram narkotik maddəni ona vermiş, o da həmin bağlamanı əynindəki idman gödəkcəsinin cibinə qoymuşdur. Aydın torbanı götürdükdən sonra onlar avtomobil istiqamətdə hərəkət edərkən mülki geyimli polis əməkdaşları onları saxlayıb narkotik maddələr saxlamaqda şübhəli olduqları bildirilib Beyləqan RPŞ-nə aparılmışlar. Polis şöbəsində onlardan üzərilərində qadağan olunmuş əşya və ya predmet olub-olmadığını soruşmuş, olduğu təqdirdə təqdim etmələri təklif etmiş, bundan sonra Aydın əlində olan torbanı təqdim etmişdir. Həmin torbanın içərisində dörd ədəd baglamada və bu bağlamaların içərisində narkotik maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı Aydın aşkar olunmuş narkotik maddəni ona İrandan “Vəli” adlı şəxsin göndərdiyini və həmin narkotiki onun dediyi yerlərə qoymalı olduğunu, qarşılığında ona 2000 manat pul verməli olduğunu demişdir. Sonra polis əməkdaşı ondan üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya predmet olub-olmadığını soruşmuş, olduğu təqdirdə təqdim etməyi təklif etmiş, o da əynindəki idman gödəkcəsinin cibindən bir ədəd bağlamanı təqdim etmişdir. Bağlamanın içərisində qurudulmuş marixuana aşkar edilmişdir. Şifahi sorğu zamanı o, Beyləqan rayonuna Aydınla birlikdə narkotik maddə olan torbanı götürməyə gəldiyini, Aydın narkotik maddə olan torbanı götürdükdən sonra ona istifadə etməyi üçün 100 qram qurudulmuş marixuana verəcəyini dediyindən o da razılaşıb onunla birlikdə gəldiyini bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən üzərində aşkar olunmuş qurudulmuş marixuana və özünə məxsus bir ədəd “Nokia” markalı mobil telefon qablaşdırılıb götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, 15 aprel 2023-cü il tarixdə, saat 23 radələrində Aydın narkotik maddə olan torbanı götürən vaxt aralarında təxminən 50-100 metr məsafə olmuşdur. O, içərisində narkotik maddə olan torbanı götürməkdə Aydına köməlik etməmiş və həmin torbanı götürməmişdir. Aydının götürdüyü torba bir qədər böyük və sarı rəngli polietilen torba olmuşdur. O, İran vətəndaşı “Vəli” adlı şəxsi tanımır və aralarında hər hansı bir əlaqə olmamışdır. Sonradan ona məlum olmuşdur ki, “Vəli” adlı şəxs Aydına narkotik maddə göndərmişdir. Polis əməkdaşları və sərhədçilər tərəfindən saxlanılarkən, sonra üzərində şəxsi axtarış zamanı ona qarşı hər hansı formada təzyiq olmamışdır. Bu hadisədən əvvəl dəmir yığarkən başına dəmir dəyməsi nəticəsində başından xəsarət almışdır. Üzündə olan xəsarətləri polis əməkdaşları tərəfindən saxlanılarkən qaçmaq istəyən vaxt ayağı burxulub yıxılarkən almışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən orada sərhədçilərin olmasını görməmiş, polis və ya sərhəd xidməti əməkdaşının “Dayan” komandası verildiyi yadına gəlmir və onların “Dayan” komandası verilməsini eşitməmişdir. O, sərhəd xidməti əməkdaşı Zərərçəkmiş şəxs başına çay daşı ilə vurmamış, saxlanılarkən kiminsə Zərərçəkmiş şəxs vurduğunu da görməmiş, Zərərçəkmiş şəxs nə vaxt və hansı şəraitdə xəsarət aldığını bilməmişdir. O, saxlanılan vaxt çox həyəcan və qorxu hissi keçirdiyindən ətrafda sərhəd xidmətinin əməkdaşlarının olmağını bilməmiş, Zərərçəkmiş şəxs başına daşla vurmamış və Rəvanın başından qan gəlməsini görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı videoçəkiliş tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zamanı ifadəsini polislərin təzyiqi altında vermişdir. O, Aydının narkotik maddə götürmək üçün Beyləqana getməsini əvvəldən bilməmiş, yol yoldaşı kimi onunla birlikdə Beyləqana getmiş, tutulduqları ərazidə Aydının torba götürməsini görməmiş, orada Aydın ona marixuana olan bağlama verməmiş, üzərində aşkar olunan marixuananı üzərinə polis əməkdaşları qoymuşdur. O, Zərərçəkmiş şəxs daşla vurmamış, onun orada hansı şəraitdə xəsarət almasını bilməmişdir. Ona görə də o, verilmiş ittihamlar üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, DSX-nin N saylı hərbi hissəsinin əməliyyat-axtarış şöbəsinin əməkdaşıdır. Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsindən xidmət etdiyi hərbi hissənin rəhbərliyinə İmişli-Beyləqan avtomobil yolunun Beyləqan rayonun İmamverdili kəndinin ərazisindən keçən 102-ci kilometrliyində narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə həmin idarənin əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin keçiriləcəyi barədə məlumat verilmiş, bundan sonra hərbi hissə komandirinin müvafiq əmri ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birlikdə əməliyyat tədbirinin keçirilməsi ilə bağlı o və gizir Şahid5 15 aprel 2023-cü il tarixdə, saat 20:00-dan xüsusi göstərişədək Beyləqan rayonun İmamverdili kəndinin ərazisində hərbi hissənin 22-ci sərhəd zastavasının 31-ci sahəsinin arxa istiqamətində “Pusqu” sərhəd naryadı xidmətinə təyin edilmişlər. Bundan sonra, o və Samir birlikdə 22-ci sərhəd zastavasının 31-ci sahəsinin arxa istiqamətinə gedib xidməti vəzifələrinin icrasına başlayaraq, polis əməkdaşları ilə birlikdə ərazinin müşahidəsi təşkil edilməklə əməliyyat şəraitinə uyğun özlərinə mövqe seçmişlər. Seçdikləri yer ərazidə olan körpüdən bir neçə metr aralıda yerləşən beton işıq dirəyinin və yabanı kol-kos bitkilərinin arxası olmuşdur. 15 aprel 2023-cü il tarixdə, saat 23 radələrində iki nəfər şəxsin həmin əraziyə gəlmələrini, həmin şəxslərdən biri əlindəki fənəri yandırıb-söndürərək oradakı işıq dirəyinin yaxınlığında nəsə axtarmalarını, bir qədər sonra onlardan biri, yəni sonradan adının Aydın olduğunu öyrəndiyi şəxs işıq dirəyinin yaxınlığından bir ədəd torbanı götürməsini, sonra Aydının torbadan nəsə çıxarıb yanındakı şəxsə, yəni sonradan adının Novruz olduğunu öyrəndiyi digər şəxsə verdiyini müşahidə etmişdir. Bundan sonra onlar gəldikləri istiqamətdə hərəkət etmişlər. Həmin vaxt o, gizləndiyi yerdən çıxıb Aydına və Novruza “Dayan” çağırışı verib Dövlət Sərhəd Xidmətinin əməkdaşı olduğunu demiş, lakin Aydın və Novruz onun çağırışına heç bir əhəmiyyət verməyib qaçmağa çalışarkən o, cəld tərpənib yaxınlaşıb bir əli ilə Aydını şalvarının kəmərindən tutub saxlamış, Samiri də köməyə çağırmış, digər əli ilə Novruzu tutmağa çalışmış, elə həm vaxt Novruz əlindəki daşla onun başına vurmuş, o da zərbənin təsirindən yerə yıxılmış və başının sağ tərfindən qan axmağa başlamışdır. Aydın və Novruz onun yerə yıxıldığını və başının qanadığını görüb oradan qaçmağa başlamışlar. Novruz qaçmaq istəyərkən ayağı büdrəyib üzüüstə yerə yıxılmış, həmin vaxt polis əməkdaşları çatıb əvvəlcə Aydını, körpünün yanında isə Novruzu tutub saxlamışlar. Həmin vaxt başından qan axdığı üçün Samir ona ilkin tibbi yardım göstərmiş, polis əməkdaşı Seymur onu göstərərək Novruzdan nə üçün sərhədçinin başına daşla vurduğunu soruşmuş, Novruz da anidən bərk qorxduğunu və tutulmamaq üçün qaçmaq istədiyini, buna görə də sərhədçini daşla vurduğunu demişdir. Sonra Samir onu avtomobillə Beyləqan rayon xəstəxanasına aparmış və orada ona tibbi yardım göstərildikdən sonra o, Samirlə birlikdə Beyləqan RPŞ-nə getmişlər. Polis şöbəsində ona məlum olmuşdur ki, tutulmuş şəxslər Novruz və Aydın polis şöbəsinə aparılmış və orada Aydının əlində olan torbanın içərisində narkotik maddə aşkar olunmuşdur. Hadisə vaxtı o, Novruzun sifətini gördüyündən polis şöbəsində Novruzu görüb onun başına daşla vuran şəxsin Novruz olduğuna bir daha əmin olmuşdur. O, Novruzdan onu nə üçün daşla vurduğunu soruşmuş, Novruz da tutulmaq istəmədiyini, anidən qorxduğunu, qorxduğuna görə bilmədən onun başına daşla vurduğunu deyib ondan üzr istəmişdir. Daha sonra onlar hərbi hissəyə qayıtmışlar. O, hərbi hissənin tibb məntəqəsində qeydiyyata düşdükdən sonra hərbi hospitalına getmiş və orada tibbi müayinə zamanı qapalı kəllə-beyin travması aldığı müəyyən edilmişdir. O, bir müddət müalicə olunduqdan sonra xidmət yerinə qayıtmış, hazırda hərbi xildmətini davam etdirir. Zərərçəkmiş şəxs kimi Təqsirləndirilən şəxs2 qarşı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında Şahid5 Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra BNMİ-nin) əməkdaşıdır. 15 aprel 2023-cü il tarixdə Ağcabədi rayon sakinləri Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə BNMİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış, daha sonra əməliyyat tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuş yer-İranla sərhəd ərazidə yerləşən Beyləqan rayonun İmamverdili kəndinin ərazisi olduğundan sərhədçilərin iştirakı ilə (DSX-nin əməkdaşları ilə birlikdə) əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır. Bundan sonra həmin gün saat 23 radələrində İmişli-Beyləqan avtomobil yolunun Beyləqan rayonun İmamverdili kəndinin ərazisindən keçən 102-ci kilometrliyində olan ərazidə əməliyyat-axtarış tədbiri keçirilmişdir. Əməliyyat tədbiri zamanı müşahidə olunmuşdur ki, qeyd olunan ərazidə olan körpünün yanına iki nəfər şəxs, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxınlaşmış, sonra onların körpünün yaxınlığındakı beton pilləkənlərdən aşağıya doğru hərəkət etdiklərini, Aydının əlindəki telefonda olan fənəri yandırıb-söndürərək oradakı işıq dirəyinin yaxınlığında nəsə axtardığını görmüşdür. Bir qədər axtardıqdan sonra Aydın işıq dirəyinin yaxınlığından bir ədəd torbanı əlinə götürmüş, sonra Aydın həmin torbadan bir ədəd nəsə çıxarıb Novruza vermiş, Novruz da götürdüyü əşyanı (içərisində narkotik maddə olan bükümü) əynindəki gödəkcəsinin cibinə qoymasını görmüşdür. Sonra Aydın əlində tutduğu torba ilə Novruzla birlikdə gəldikləri istiqamətdə geri qayıdarkən işıq dirəyinin və kol bitkilərinin arxasından sərhədçi Zərərçəkmiş şəxs çıxıb Aydına və Novruza özünü təqdim edib “Dayan” komandası vermiş, lakin onlar buna əhəmiyyət verməyib qaçmağa çalışmışlar. Həmin vaxt sərhədçi Zərərçəkmiş şəxs əli ilə Aydını və Novruzu tutmaq istəyərkən Novruz əlindəki daşla Rəvanın başına vurub qaçmağa çalışarkən ayağı büdrəyib yerə yıxılmış, elə həmin anda o, yaxınlaşıb Aydını, digər polis əməkdaşları Elməddin və Vasif isə Novruzu tutub saxlamışlar. Həmin vaxt o, Rəvanın başından qan axdığını görmüşdür. Sonra onlar Aydına və Novruza narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqları bildirilib Aydından əlindəki torbanın içərisində nə olması soruşulmuş, Aydın da əlindəki torbanın içərisində narkotik maddə olduğunu və Novruzla birlikdə həmin narkotik maddəni götürmək üçün gəldiklərini bildirmişdir. Sonra Aydın narkotik maddəni İran vətəndaşı olan tanışı “Vəli” adlı şəxsin vasitəsilə əldə etdiyini, həmin narkotik maddəni “Vəli”nin dediyi yerə çatdırmasına görə ona 2000 manat pul verəcəyini, həmçinin onunla gəldiyinə görə Novruza da narkotik maddə verdiyini demiş, Novruz da Aydının dediklərini təsdiq etmişdir. Həmçinin o, Novruzdan nə üçün sərhdçinin başına daşla vurduğunu soruşmuş, o da anidən bərk qorxduğunu və tutulmamaq üçün qaçmaq istədiyini, buna görə yerdən götürdüyü daşla sərhədçini vurduğunu demişdir. Sonra Samir avtomobillə Rəvanı xəstəxanaya aparmışdır. Bundan sonra onlar xidməti avtomobillə Aydını və Novruzu onların götürdüyü torba ilə birlikdə Beyləqan RPŞ-nə aparmışlar. Polis şöbəsində təhqiqatçı Yelmar Vahabov tərəfindən müdafiəçilərin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə Aydına üzərində qadağan edilən əşya və maddə varsa təqdim etməsi təklif edilmiş, bundan sonra Aydın əlində saxladığı torbanı təqdim edib içərisində marixuana olduğunu bildirmişdir. Həmin torbanın içərisindən dörd ədəd bağlama və bu bağlamaların içərisində qurudulmuş marixuanaya oxşar kütlələrin aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunan narkotik maddəni İran vətəndaşı olan tanışı “Vəli” adlı şəxsin vasitəsilə əldə etdiyini, həmin narkotik maddəni “Vəli”nin dediyi yerə çatdırmasına görə ona 2000 manat pul verəcəyini, həmçinin onunla gəldiyinə görə Novruza da narkotik maddə verdiyini bildirmişdir. Daha sonra Novruzun üzərində şəxsi axtarış aparılmış və Novruz da əynindəki gödəkcəsinin cibindən bir ədəd bükümü çıxarıb təqdim edib bükümün içərisində marixuana olduğunu və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Novruz narkotik maddə götürmək üçün Aydınla birlikdə gəldiyini, onunla gəldiyinə görə Aydının ona bir büküm marixuana verdiyini bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr, həmçinin Aydın və Novruza məxsus mobil telefonlar qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən onlara qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərilərində axtarış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, BNMİ-nin əməkdaşının 15 və 16 aprel 2023-cü il tarixli “Raport”ları ilə müəyyən edilir ki, 15 aprel 2023-cü il tarixdə Ağcabədi rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Beyləqan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat üzrə 15 aprel 2023-cü il tarixdə, saat 23:45-də BNMİ-nin DSX-nin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Beyləqan rayonunun İmamverdili kəndinin ərazisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılıb Beyləqan RPŞ-nə gətirilmişlər. İşdə olan, Azərbaycan Respublikası DSX-nin N saylı hərbi hissə komandirinin “Pusqu sərhəd naryadı xidmətinin təşkili haqqında” 14 aprel 2023-cü il tarixli əmrindən çıxarışla müəyyən edilir ki, 15 aprel 2023-cü il tarixdə, saat 20:00-dan xüsusi göstərişədək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsindən daxil olmuş əməliyyat məlumatına əsasən 22-ci sərhəd zastavasının 31-ci sahəsinin arxa istiqamətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə “Pusqu” sərhəd naryadı xidməti təşkil edilmiş və hərbi hissəsinin Əməliyyat-axtarış şöbəsinin əməliyyat müvəkkili baş leytenant Zərərçəkmiş şəxs ilə Çevik hərəkət bölüyünün 2-ci taqım 3-cü manqanın komandiri gizir Şahid5 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 15 aprel 2023-cü il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Beyləqan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarışın tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Beyləqan Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 15 aprel 2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 27 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət- baş-beyinin yüngül silkələnməsi və sağ təpə sümüyünün basılmış sınığı ilə nəticələnmiş qapalı kəllə-beyin travması-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və şəxsin məhkəmə-tibbi ekspertizası zamanı özünün göstərdiyi müddətdə (xx.xx.2023) və şəraitdə yetirilməsi inkar olunmur, dərəcəsinə görə isə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 aprel 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Beyləqan RPŞ-də, BNMİ-nin TQ-nun təhqiqatçısı Yelmar Vahabov tərəfindən müdafiəçilər Vəkil Quliyev və Fəxri Rüstəmovun iştirakları ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əlində saxladığı bir ədəd polietilen torbanı təqdim edib torbanın içərisində narkotik maddə (qurudulmuş marixuana) olduğunu bildirmiş və həmin torbanın içərisində dörd ədəd bağlama, bu bağlamaların hər birinin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Habelə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki gödəkcənin cibindən bir ədəd bağlama çıxarıb təqdim etmiş və həmin bağlamanın içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri özünü İran vətəndaşı kimi təqdim edən “Vəli” adlı şəxslə bir gün əvvəl danışıb Beyləqan rayonun ərazisinə əvvəlcədən qoyulmuş yerdən götürüb sonradan ona deyiləcək ünvanlara qoymaq məqsədilə əldə etdiyini və buna görə “Vəli”nin ona 2000 manat pul verəcəyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərində aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, Təqsirləndirilən şəxs1 məxsus narkotik vasitəni Beyləqan rayonun ərazisindən götürməyinə köməklik etdiyi üçün Aydının da ona narkotik maddə verdiyini və istifadəsi üçün həmin narkotik maddəni üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Nokia” markalı mobil telefon aparatları təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə- bioloji ekspertizasının 16 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, vət. Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd bağlamada təmiz çəkisi 97,6 qram və Təqsirləndirilən şəxs1 götürülmüş dörd ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 3953,6 qram, 842,5 qram, 3268,7 qram, 2.902,7 qram, ümumi çəkisi 10967,5 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 11065,1 qramdır. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 11064,85 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 manat təşkil edir. İşdə olan, “Maddi sübut hesab etmə haqqında” və “Maddi sübut kimi tanıma haqqında” 18 aprel və 06 dekabr 2023-cü il tarixli qərarlarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq 11064,85 qram qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Nokia” markalı mobil telefon aparatları iş üzrə maddi sübut kimi tanınmış, 11064,85 qram qurudulmuş marixuana saxlanması üçün Beyyləqan RPŞ-nin maddi sübutlar otağına və mobil telefon aparatları Beyləqar rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk və telefon tanışıqlarına dair bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 15 may 2023-cü il tarixli, 2926 №-li rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 sintetik opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məhkəmə-psixatrik ekspertizasının 28 avqust 2023-cü il tarixli, 2435 rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1, həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 15 may 2023-cü il tarixli, 2925 №-li rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məhkəmə-psixatrik ekspertizasının 28 avqust 2023-cü il tarixli, 2433 №-li rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs2 aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakteri və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Halhazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkəti CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31 oktyabr 2023-cü il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olunmaqla döyülməsi barədə məhkəmədən daxil olmuş məlumat üzrə Beyləqan rayon prokurluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs1 verdiyi izahatında göstərmişdir ki, saxlanılarkən və istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər edilməmiş, şikayət və tələbi yoxdur, həmçinin verilmiş ittihamda göstərilənləri təsdiq edir. Araşdırma zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 hər hansı zorakılığa məruz qalması faktı təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 dekabr 2023-cü il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 tibbi müayinə zamanı daxili orqanında yad cisim aşkar edilməsi ilə bağlı Bakı İstintaq Təcridxanqasından daxil olmuş məlumat üzrə Beyləqan rayon prokurluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs2 MSY-də ona qarşı qanunsuz hərəkətlərə yol verilməsi faktları təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İşdə olan, “Cinayət işinin ayrılması və aidiyyəti üzrə göndərilməsi haqqında” 06 dekabr 2023-cü il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından cinayətkar qrupun şəxsiyyətləri məlum olmayan digər iştirakçıları barəsində CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə Zərərçəkmiş şəxs, şahidlər Şahid5, Şahid1 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (Təqsirləndirilən şəxs1 ifadələrində göstərilən-tutulduğu ərazidə içərisində narkotik maddə olan torbanı əlinə götürməməsi, tutulduqdan sonra polis əməkdaşlarının ona qarşı təzyiqləri olması səbəbindən torbanın içərisində olan narkotik maddəni (qurudulmuş marixuananı) qohumu Novruzla birlikdə götürməyə gəldiyini və onunla gəldiyinə görə həmin torbanın içərisindən bir ədəd bağlamada marixuananı götürüb Novruza verdiyini deməsi, əslində isə yol yoldaşı kimi Novruzun onunla birlikdə Beyləqana gəlməsi, tutulduğu ərazidə içərisində narkotik maddə olan torbanı axtarıb tapmaması və orada Novruza heç bir narkotik maddə verməməsi, narkotik maddələrin satışı ilə məşğul olmamasına aid hallar, eləcə də Təqsirləndirilən şəxs2 ifadələrində göstərilən-qohumu Aydının narkotik maddə götürmək üçün Beyləqana getməsini bilməməsi və bu barədə Aydının ona heç nə deməməsi, tutulduğu ərazidə Aydının içərisində narkotik maddə olan torbanı götürməsini görməməsi, onunla getdiyinə görə Aydının ona narkotik maddə verməməsi, tutulduqdan sonra polis əməkdaşlarının üzərinə narkotik maddə qoyması və ona qarşı təzyiqlər edərək həmin narkotik maddənin özünə məxsus olmasını, həm də Aydınla birlikdə Beyləqana gəldiyinə görə Aydının ona narkotik maddə verməsini deməsi, əslində isə üzərində aşkar olunmuş narkotik maddənin ona məxsus olmaması, həmin narkotik maddəni üzərinə polis əməkdaşların qoyması, tutularkən sərhədçi Zərərçəkmiş şəxs qarşı müqavimət göstərməməsi və onu daşla vurub xəsarət yetirməməsi və narkotik maddələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tutulduğu ərazidə içərisində narkotik maddə olan torbanı əlinə götürməməsi, tutulduqdan sonra polis əməkdaşlarının ona qarşı təzyiqləri olması səbəbindən torbanın içərisində olan narkotik maddəni (qurudulmuş marixuananı) qohumu Novruzla birlikdə götürməyə gəldiyini və onunla gəldiyinə görə həmin torbanın içərisindən bir ədəd bağlamada marixuananı götürüb Novruza verdiyini deməsi, əslində isə yol yoldaşı kimi Novruzun onunla birlikdə Beyləqana gəlməsi, tutulduğu ərazidə içərisində narkotik maddə olan torbanı axtarıb tapmaması və orada Novruza heç bir narkotik maddə verməməsi, narkotik maddələrin satışı ilə məşğul olmamasına dair hallar, habelə Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdikləri xüsusatlar, yəni qohumu Aydının narkotik maddə götürmək üçün Beyləqana getməsini bilməməsi və bu barədə Aydının ona heç nə deməməsi, tutulduğu ərazidə Aydının içərisində narkotik maddə olan torbanı götürməsini görməməsi, onunla getdiyinə görə Aydının ona narkotik maddə verməməsi, tutulduqdan sonra polis əməkdaşlarının üzərinə narkotik maddə qoyması və ona qarşı təzyiqlər edərək həmin narkotik maddənin özünə məxsus olmasını, həm də Aydınla birlikdə Beyləqana gəldiyinə görə Aydının ona narkotik maddə verməsini deməsi, əslində isə üzərində aşkar olunmuş narkotik maddənin ona məxsus olmaması, həmin narkotik maddəni üzərinə polis əməkdaşların qoyması, tutularkən sərhədçi Zərərçəkmiş şəxs qarşı müqavimət göstərməməsi və onu daşla vurub xəsarət yetirməməsi və narkotik maddələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs, şahidlər Şahid5, Şahid1 və Şahid2 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlar (prokurorluq tərəfindən aparılmış araşdırma zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmaları faktları təsdiq olunmamışdır), məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən şəxsi axtarışla bağlı protokolla, habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələri (həmin ifadələrində onlar ittihamda göstərilmiş bütün halları təsdiq etmişlər), eləcə də təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri qismən etirafedici ifadələri ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamda göstərilən cinayət əməlini törətmişlər. Habelə məhkəmə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik maddəni əldə etmə, saxlama və daşıma cinayət əməli törətmələri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya (15 aprel 2023-cü il tarixədək qüvvədə olmuş) əsasən beynəlxalq adı “Marixuana-Kannabis” olan maddə narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 11-ci bəndində izah verilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, təqsirləndirilən şəxslərdən götürülmüş 11065,1 qram (11 kq 65,1 qram) narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir. Habelə məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, təqsirləndirilən şəxslər öz aralarında və cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların niyyəti külli miqdarda narkotik vasitənii məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımış, habelə Təqsirləndirilən şəxs2 hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, ittiham tərəfindən Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-nin 126.2.2, 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və onların təqsirliliyi tam sübuta yetirilmiş, habelə təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Beyləqan Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli qərarları ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 aprel 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan, Ağcabədi şəhər İƏD üzrə Nümayəndəliyinin 08 may 2023-cü il tarixli arayışı və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Ağcabədi şəhəri, Ş.Qurbanov küçəsi, ev 175-də qeydiyyatda olmaqla yaşamş və yaşayış yeri üzrə qənaətbəxş (nümayəndəliyə ondan şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Ağcabədi şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 08 may 2023-cü il tarixli arayışla, həm də şəxsiyyət vəsaqələrinin surətləri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 evlidir və onun himayəsində xx.xx.2016-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X10 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə, habelə Təqsirləndirilən şəxs2 “Emosional davamsız şəxsiyyət pozuntusu” diaqnozu ilə psixi xəstəlikdən əziyyət çəkməsi həmin Məcllənin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə, məhkəmə hökmlərinin və qərarlarının surətləri ilə müəyyən olunur ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 28 aprel 2009-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 149.1 və 150.1-ci maddələri ilə təqsirli bilinib 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 27 dekabr 2010-cu il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək ona 04 il 04 ay 04 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2012-ci il tarixli qərarı ilə o, cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 318.2-ci maddələri ilə təqsirli bilinib 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli qərarı ilə 19 sentyabr 2016-cı il tarixli hökmlə təyin edilmiş cəza (“Azərbaycan Respublikasının Cinayət Məcələsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunun tətbiqi ilə bağlı) azaldılaraq üzərində 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və o, 18 avqust 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzasını çəkil qurtardığı gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) 28 aprel 2009-cu il tarixli hökm üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmiş, lakin 19 sentyabr 2016-cı il tarixli hökm üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də o, hazırda məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməlində cinayətin residivi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən CM-nin 65.2ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. İşdə olan, Ağcabədi rayon Kürdlər kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 22 may 2023-cü il tarixli arayışı və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Ağcabədi rayonunun Kürdlər kəndində qeydiyyatda olmaqla yaşamş və yaşayış yeri üzrə qənaətbəxş (nümayəndəyliyə ondan şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Ağcabədi rayon Kürdlər kənd Nümayəndəliyindən verilmiş 22 may 2023-cü il tarixli arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 evlidir və onun himayəsində xx.xx.2007-ci il təvəllüdlü X15, xx.xx.2008-ci il təvəllüdlü X16, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X4 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində dörd azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Habelə işdə olan, DSX-nin N saylı hərbi hissədən verilmiş sənədlərlə müəyyən olunur ki, hərbi hissə komandirinin N sentyabr 2021-ci il tarixli, 0209 №-li əmri ilə baş leytenant Zərərçəkmiş şəxs hərbi hissənin Əməliyyat-axtarış şöbəsinin kəşfiyyat üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin edilmiş və o, hərbi xidmətdə olduğu müddətdə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və Təqsirləndirilən şəxs1 CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin, habelə Təqsirləndirilən şəxs2 CM-nin 126.2.2, 234.4.1, 234.4.3 və 315-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halı (Təqsirləndirilən şəxs1 münasibətdə), habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərinə görə CM-nin bir neçə maddələrlə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, habelə CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadılqdan məhrumetmə cəzasının müddəti ittiham olunduğu CM-nin 234.4.1 və 234.4.3cü maddələri üzrə müəyyən edilmiş daha ciddi cəza növü-azadılqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmamalıdır. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 15 aprel 2023-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəylərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-nin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onlar cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadıqları ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Beyləqan RPŞ-nin maddi sübutlar otağında saxlanılan 11064,85 qram (11 kq 64,85 qram) narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X5 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Eyni zamanda hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar olan və Beyləqan rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung Galaxy A12” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs1 qardaşı Amil Şirinova və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Nokia” mobil telefon aparatı Təqsirləndirilən şəxs2 atası Vahid Nəcəfova təhvil verilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-72 (yetmiş iki) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 36 (otuz altı) manat və Təqsirləndirilən şəxs2 36 (otuz altı) manat tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 15 aprel 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 234.4.1, 234.4.3 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 126.2.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 15 aprel 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Beyləqan Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 11064,85 qram (11 kq 64,85 qram) narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Habelə iş üzrə maddi sübut olan və Beyləqan rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung Galaxy A12” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 qardaşı X11 təhvil verilsin. Həmçinin iş üzrə maddi sübut olan və Beyləqan rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Nokia” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 atası X1 təhvil verilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-72 (yetmiş iki) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 36 (otuz altı) manat və Təqsirləndirilən şəxs2 36 (otuz altı) manat tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-332/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-332/2024
24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver