Məhkəmə qərarları › İş №1(099)-332/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-332/2025

03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-332/2025 03.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), X16 və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1977-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, İmişli şəhər, N.Ocaqov küçəsi ev 05 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Lənkəran Penitensiar Kompleksində həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-nin) 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, xx.xx.1983-cü ildə Qardabani rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Qida-Aqro MMC-nin İmişli şəkər zavodunda qaynaqçı vəzifəsində işləyən, məhkumluğu olmayan, İmişli rayonu, Mirili kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 (FİN xxxxxxx) Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 03 dekabr 2025-ci il tarixdə saat 11:10-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 1 nömrəli məhkəmə iclas zalında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 30 iyun 2024-cü il tarixdə İmişli şəhərində tanışı X37 ilə psixotrop maddələrin birgə istehlakı barədə razılaşıb Təqsirləndirilən şəxs1 50 (əlli) manat pul qarşılığında 0,585 qram, xeyli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək X26 vermiş, İmişli Rayon Polis Şöbəsinin (bundan sonra mətndə - İmişli RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X37 01 iyul 2024-cü il tarixdə saat 15 radələrində İmişli şəhəri Q.İsmayılzadə küçəsində saxlanılaraq İmişli RPŞ-nin inzibati binasına gətirilmiş, həmin gün saat 16:30-dan etibarən üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın ön sağ cibindən bir ədəd bükümdə 0,585 qram, xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məlum olmayan mənbədən, naməlum tarixdə və şəraitdə satış məqsədilə qanunsuz olaraq əldə etdiyi 0,585 qram psixotrop maddə metamfetamini 30 iyun 2024-cü il tarixdə İmişli şəhərində Təqsirləndirilən şəxs2 Sahib oğluna qanunsuz olaraq satmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə təkrarən qanunsuz olaraq satış məqsədilə əldə etdiyi külli miqdarda - 17,021 qram narkotik vasitə olan heroin və külli miqdarda - 5,213 qram psixotrop maddə metamfetamini üzərində qara rəngli əl çantasının içərisində saxlamaqla daşıyarkən 6 oktyabr 2024-cü il tarixdə saat 20 radələrində İmişli RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı İmişli-Saatlı rayonlararası avtomobil yolunun İmişli rayonu, Bəcirəvan kəndi ərazisindən keçən hissəsində saxlanılaraq İmişli RPŞ-nin inzibati binasına gətirilmiş və həmin gün saat 21:40-dan etibarən üzərində aparılan şəxsi axtarış zamanı əlindəki qara rəngli əl çantasının içərisindən 13 (on üç) ədəd büküm halında olmaqla, ayrı-ayrılıqda 12,824 qram, 0,394 qram, 0,803 qram, 0,705 qram, 0,301 qram, 0,311 qram, 0,308 qram, 0,257 qram, 0,298 qram, 0,238 qram, 0,272 qram, 0,062 qram və 0,248 qram çəkilərdə, ümumilikdə 17,021 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə olan heroin, 11 ədəd büküm halında olmaqla, ayrı-ayrılıqda 0,930 qram, 0,920 qram, 0,878 qram, 0,386 qram, 0,415 qram, 0,420 qram, 0,192 qram, 0,366 qram, 0,392 qram, 0,174 qram, 0,140 qram çəkilərdə, ümumilikdə 5,213 qram çəkidə, yəni külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 06 oktyabr 2024-cü il tarixdə taksi ilə Bakı şəhərindən İmişli rayonuna gələrkən Saatlı-İmişli avtomobil yolunda yol-patrul xidməti əməkdaşı onun olduğu avtomobili saxlamış, bundan sonra polis əməkdaşları avtomobilə yaxınlaşaraq onu saxlamışlar. Həmin vaxt polis əməkdaşları onun üzərini axtarmış, lakin üzərində heç bir qanunsuz predmet aşkar edilməmişdir. Polis əməkdaşları onu polis şöbəsinə aparmış, polis şöbəsində stolun üzərinə narkotik vasitələr qoyaraq ondan həmin narkotik vasitələrin ona məxsus olmasını etiraf etməyi tələb etmişlər. Bundan sonra videoçəkiliş aparılmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsinə davam edərək göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində heç bir narkotik vasitə olmamışdır. Onun əl çantası saxlanıldıqdan sonra gəldiyi avtomobilin salonunda qalmış, təxminən bir saat sonra polis əməkdaşları həmin çantanı özləri ilə gətirmişlər. O, uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir. Onun narkotik vasitə istifadəçisi olmasını yaşadığı rayonda hər kəs bilir. Lakin, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, şəxsi istifadəsi üçün narkotik vasitələri müxtəlif vaxtlarda tanımadığı, özünü iranlı kimi təqdim edən şəxs vasitəsilə əldə etmişdir. Belə ki, hər dəfə narkotik vasitəyə ehtiyacı olduqda iranlı şəxsə bu barədə demiş, həmin şəxs də, narkotik vasitəni gizlətdiyi yerin konumunu göndərmiş, o isə həmin konumun olduğu yerə gedərək narkotik vasitəni götürüb pulunu həmin yerə qoymuş, bəzən isə narkotik vasitənin pulunu ödəniş terminalı vasitəsilə iranlının istifadə etdiyi bank kartına göndərmişdir. Yunisi təxminən bir-iki il müddət olar ki, tanıyır. Yunislə yaxın münasibətləri olmamış, Yunisin narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. Ümumiyyətlə, heç vaxt Yunisə narkotik vasitə verməmişdir. O, Zaur Əliyevi tanımır, onunla heç bir münasibəti olmamışdır. Yunisin üzərində narkotik maddə aşkar edilməsi ilə əlaqədar həbs edildiyini eşitmiş, lakin onun narkotik vasitəni kimdən, nə vaxt almasını bilməmişdir. 01 iyul 2024-cü il tarixdən 05 oktyabr 2024-cü il tarixədək İmişli rayonu və Bakı şəhəri ərazisində olmuş, həmin müddət ərzində polis əməkdaşlarının onu axtarmasını bilməmişdir. Polis əməkdaşları onu 06 oktyabr 2024-cü il tarixdə saat 17-18 radələrində saxlamışlar. Polis şöbəsində olarkən polis əməkdaşları onu döyməmiş, yalnız mədə nahiyyəsinə bir-iki yumruq zərbəsi vurmuşlar. Həmin zərbələrdən bədənində heç bir xəsarət əmələ gəlməmişdir. Polis əməkdaşları onu evində narkotik vasitə aşkar etməklə hədələdiklərindən məcbur olub onların dedikləri ilə razılaşmış, qeyd edilən narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM-nin) 327.1.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmiş, Təqsirləndirilən şəxs1 həmin ifadəsində özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, İmişli şəhəri, N.Ocaqov küçəsi 5 saylı evdə qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Özü müxtəlif illərdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkumluq həyatı yaşamış və sonuncu dəfə isə 2017-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. O, tutulmamışdan əvvəl narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən inyeksiya vasitəsi ilə istifadə etmişdir. 6 oktyabr 2024-cü il tarixdə saat təxminən 18 radələrində Bakı şəhərindən yaşadığı İmişli rayonuna gəlmək üçün Bakı şəhəri 3-cü mikrorayon dairəsinə gəlmişdir. Orada Bakı-İmişli arası taksi fəaliyyəti ilə məşğul olan tanımadığı taksi sürücüsü ilə onu İmişli rayonuna gətirməsi qarşılığında 15 manata razılaşmışdır. Taksi sürücüsünü əvvəllər tanımamışdır. Həmin taksi sürücüsü “Mercedes Benz C” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili idarə etmişdir. O, avtomobilin qabaq oturacağında əyləşmişdir. Bundan başqa arxa oturacaqda isə tanımadığı iki nəfər sərnişin əyləşmişdir. İmişli rayonu, Bəcirəvan kəndi ərazisindən keçən avtomobil yolunda o, avtomobili saxlatmış və sürücüyə 15 manat yol haqqı verib yola salmışdır. Çünki, ağrıları başlamış və çantasında olan narkotik vasitə olan heroindən bir qədər iyləmiş və özünə gəlmişdir. Bu vaxt yola çıxıb yol maşınlarından biri ilə İmişli şəhərinə getmək üçün yolda dayananda 3-4 nəfər mülki geyimdə olan şəxs ona tərəf yaxınlaşıb özlərini təqdim edərək İmişli rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra ona barəsində narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmasını və onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə İmişli rayon polis şöbəsinin inzibati binasına getməsini təklif etmişlər. O, onlara heç bir etiraz etməmiş və polis əməkdaşlarının gəldiyi ağ rəngli polis maşını ilə İmişli rayon polis şöbəsinin inzibati binasına gəlmişdir. Polis əməkdaşları onu növbətçi hissəyə təhvil vermiş və növbətçi hissəyə təhvil verilərkən özünə məxsus qara rəngli dəri çantasının içərisində müxtəlif növ narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Daha sonra o, növbətçi hissədə saat 21:20-də saxlanılmış və bundan sonra İmişli RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru Namiq Fərzəliyev tərəfindən həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, hüquqlarını müdafiə etmək üçün öz istəyilə ona təqdim edilmiş vəkillərin siyahısından müdafiəçi X7 dəvət olunmuş və üzərinə müdafiəçinin iştirakı ilə növbətçi hissədə videoçəkiliş əsasında şəxsi axtarış həyata keçirilmişdir. Bundan sonra onun çantasının içərisində saxladığı 11 ədəd bükümdə psixotrop maddə olan metamfetamin və 13 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar olunmuşdur. Bundan başqa ona məxsus qara rəngli dəri çantanın içərisindən aşkar edilmiş üzərində 4098 5844 9461 8794 nömrəsi olan “Leo bank”a məxsus bir ədəd plastik kart, bir ədəd AA******* seriyalı ona məxsus şəxsiyyət vəsiqəsi və eyni zamanda ona məxsus bir ədəd AC514098 seriyalı B kateqoriyalı sürücülük vəsiqəsi, bir ədəd şəffaf qabda olan ətir, bir ədəd “Bakcell”ə məxsus mobil nömrə qabı, bir ədəd "xxxx"ə məxsus boş nömrə qabı, bir ədəd Nar operatoruna məxsus nömrə qabı və əynində olan tünd göy rəngli qolu kəsik gödəkcənin sol yan cibindən isə bir ədəd “Honor” markalı mobil telefon və həmin telefona quraşdırılmış ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ilə birlikdə təhqiqatçı Namik Fərzəliyev tərəfindən götürülmüşdür. Ona məxsus qara rəngli dəri çantanın içərisindən aşkar edilmiş 11 ədəd bükümdə olan psixotrop maddə metamfetamin və 13 ədəd bükümdə olan heroin onun və müdafiəçisi Məmməd Süleymanovun gözü qarşısında Namik Fərzəliyev tərəfindən elektron tərəzidə çəkilmişdir. Bundan sonra aşkar olunmuş 11 ədəd bükümdə psixotrop maddə olan metamfetamin və 13 ədəd bükümdə narkotik vasitə olan heroin bir ədəd ağ kağız zərfin içərisinə qoyulmuş və İmişli RPŞ-nin 179 saylı möhürü ilə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib olunduğu üçün onun, müdafiəçisi Məmməd Süleymanovun və axtarışda iştirak edən polis əməkdaşları tərəfindən protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Bundan başqa o, İmişli rayonu, Mirili kənd sakini Təqsirləndirilən şəxs2 İmişli rayon sakini kimi tanımışdır. Onunla əvəllər münasibəti nomal olmuş, tutulmamışdan əvvəl son bir ildə isə heç bir münasibətləri olmamışdır. Çünki, bir il əvvəl aralarında anlaşılmazlıq yarandığından söz-söhbət olmuş və buna görə də aralarında inciklik yaranmışdır. Buna görə də həmin vaxtdan bəri heç bir münasibətləri olmamışdır. O, əsasən Bakı şəhərində, xüsusilə də Xırdalan şəhərində yaşamışdır. İmişli rayonuna isə ara-sıra gəlib getmişdir. Bildiyinə görə isə Yunis mütəmadi olaraq İmişli rayonunda yaşamışdır. O, Yunislə son bir ildə nə Bakı şəhərində, nə də ki, İmişli rayonunda xüsusi olaraq görüşüb hər hansı mövzuda söhbət etməmişlər. O, təxminən 20 ildir ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadə edir. O, heç vaxt narkotik vasitələr və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamışdır. İmişli rayon polis şöbəsinə gətirilərkən və İmişli rayon polis şöbəsində saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq hərəkətləri və ya qeyri-insani davranışlar olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra bədən səthi üzərində heç bir xəsarəti olmamışdır. Ona məxsus qara rəngli dəri çantanın içərisindən aşkar edilmiş 11 ədəd bükümdə psixotrop maddə olan metamfetamin və 13 ədəd bükümdə narkotik vasitə olan heroini şəxsi istifadə etmək üçün üzərində saxlayaraq daşımışdır. Həmin narkotik vasitələri və psixotrop maddələri şəxsi istifadə etmək üçün İmişli rayonuna gətirmişdir. O, özünə məxsus qara rəngli dəri çantasının içərisində saxladığı narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini 27 sentyabr 2024-cü il tarixdə saat təxminən 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Badamdar qəsəbəsi ərazisində ağacın dibindən ona məxsus mobil telefona tanımadığı İran İslam Respublikası vətəndaşı tərəfindən atılmış məkan vasitəsi ilə gedib götürmüşdür. Həmin vasitələri isə o, 40 manat pul müqabilində almış və pulu da həmin vasitələri götürdüyü yerə qoymuşdur. Adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı özü ona “Whatsapp” vasitəsilə zəng vurub tanış olmuşdur. O, ona narkotik vasitələr və psixotrop maddələr sata biləcəyini demişdir. O da narkotik vasitələr və psixotrop maddələr istifadəçisi olduğundan onun təklifi ilə razılaşmışdır. Bundan sonra həmin şəxs ona “Whatsapp” vasitəsilə konum atmış və o da 27 sentyabr 2024-cü il tarixdə saat təxminən 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Badamdar qəsəbəsi ərazisində ağacın dibindən üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini götürmüşdür. O, 27 sentyabr 2024-cü il tarixdə saat təxminən 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Badamdar qəsəbəsi ərazisində ağacın dibindən götürdüyü narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən tutulana qədər bir neçə dəfə istifadə etmişdir. O, əvvəllər bir qram narkotik vasitə olan heroini və bir qram olan metamfetamini 25-40 manat arası qiymətə almışdır. Bildirmişdir ki, o, İran İslam Respublikasının vətəndaşından bir qram narkotik vasitə olan heroin istəmiş və ona bir qram üçün 40 manat pul verəcəyini bildirmişdir. Sadəcə olaraq o, İran İslam Respublikasının vətəndaşının atmış olduğu məkan vasitəsilə gedib razılaşdıqları kimi bir qram heroini götürən zaman orada külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. O, bundan sonra İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayıb narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin razılaşdıqlarından çox olduğunu demişdir. Həmin şəxs də ona həmin malları hələlik pay verdiyini, daha sonra gələcəkdə pulu olsa verə biləcəyini demişdir. O, uzun müddətidir ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən inyeksiya yolu ilə istifadə etdiyi üçün yaddaşında problemlər yaranmışdır. Buna görə də üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini 27 sentyabr 2024-cü il tarixdə saat təxminən 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Badamdar qəsəbəsi ərazisində hansı ağacın dibindən götürdüyü onun yadında deyildir. Ona məxsus “HONOR” markalı telefonda ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş olduğu “Whatsapp” proqamında İran İslam Respublikasının adını bilmədiyi vətəndaşının İran İslam Respublikasının mobil operatorundan etmiş olduğu zənglər və ona yazmış olduğu sms mətnlərinin nə üçün aşkarlanmaması barədə heç bir məlumatı yoxdur. Ona məxsus “HONOR” sözü yazılmış, model nömrəsi WOD-LX1, seriya nömrəsi R58N70HTEPB, İMEİ (giriş 1) **********98144 və İMEİ (giriş 2) **********98149 olan “HONOR” markalı telefonda ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş olduğu “Whatsapp” proqamında olan Məmməd, Xelil sim, Məmməd Teze adı ilə qeyd edilmiş şəxsləri tanımır. Belə ki, uzun müddət narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə etdiyi üçün onun yaddaşında problemlər vardır. Ona məxsus “HONOR” sözü yazılmış, model nömrəsi WOD-LX1, seriya nömrəsi R58N70HTEPB, İMEİ (giriş 1) **********98144 və İMEİ (giriş 2) **********98149 olan “HONOR” markalı telefonun “Whatsapp” proqamı ilə kimlərlə hansı mövzuda yazışması, danışması və səs atması onun yadında deyildir. Buna görə ona məxsus “HONOR” sözü yazılmış, model nömrəsi WOD-LX1, seriya nömrəsi R58N70HTEPB, İMEİ (giriş 1) **********98144 və İMEİ (giriş 2) **********98149 olan “HONOR” markalı telefonun “Whatsapp” proqamından aşkar edilmiş sms mətnləri və səs yazlıları ilə bağlı verilən suala cavab verə bilməyəcəyini bildirmişdir. Onun üzərindən aşkar edilmiş “HONOR” sözü yazılmış, model nömrəsi WOD-LX1, seriya nömrəsi R58N70HTEPB, İMEİ (giriş 1) **********98144 və İMEİ (giriş 2) **********98149 olan “HONOR” markalı telefonda ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş olduğu “Whatsapp” proqamından aşkar edilmiş sms mətnləri və səs yazıları ona məxsusdur və onun tərəfindən icra edilmişdir. "xxxx" MMC-nin 17 oktyabr 2024-cü il tarixli, 22457 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd diskdəki məlumatlar ona elan edilmişdir. Həmin məlumatda qeyd edilən şəxsləri tanımır və sms mətnlərindən də məlumatı yoxdur. Onun adına çoxlu sayda nömrələr olmuş, əksəriyyəti də başqa şəxslər istifadə etmişdir. Belə ki, o, əvvəllər Bakı şəhərində telefon və nömrə satışı ilə məşğul olmuşdur. Həmin vaxtlar nömrə almaq istəyən vətəndaşlardan şəxsiyyət vəsiqəsi tələb edilmiş, vətəndaşlar çox vaxt üzərilərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirdikləri üçün o, nömrə satmağa görə vətəndaşlara satdığı nömrələri öz adına qeydiyyatdan keçirmişdir. Həmçinin, vətəndaşlara satmış olduğu nömrələrin üç gün ərzində bağlanmaması üçün həmin nömrələri öz adına qeydiyyatdan keçirib vətəndaşlara vermişdir. Yunis onun haqqında yalan ifadə vermişdir. O, Yunislə heç vaxt çayxanada oturan zaman ona deməmiş ki, onda satmaq üçün metamfetamin vardır. Həmçinin o, Yunislə əlaqə saxlamamış və Yunisdən metamfetamin almamışdır. İmişli şəhər sakini olan X27 isə İmişli şəhər sakini kimi tanısa da onunla arasında heç vaxt münasibət olmamışdır. Yunisin isə özünün narkotik vasitə istifadəçisi olması haqqında onun məlumatı olmamışdır. O, Yunisi İmişli rayon sakini kimi tanımış və qaynaqçı işlədiyini bilmişdir. Heç vaxt aralarında narkotik vasitə ilə bağlı söhbət olmamışdır. Onun tutulması barədə də o, çox sonralar eşitmişdir. Çünki, son bir ildir ki, aralarında ümumiyyətlə münasibət yoxdur. Tutulan zaman isə üzərindən aşkar edilən metamfetamini də haradan əldə etməsi və kimdən alması haqqında heç bir məlumatı yoxdur. Həmçinin, Yunislə Zaur arasında da nə münasibət olmasını bilməmişdir. Bütün İmişli rayonu onun narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Amma heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Həmçinin, Yunislə də təxminən bir il əvvəl aralarında yaranan inciklik səbəbindən münasibətləri pozulduğu üçün hesab edir ki, o, əldə etdiyi psixotrop maddə metamfetamini ondan almasını demişdir. Bir sözlə Yunis onu da özü kimi tutdurmaq istəmişdir. O, bu ilin yay aylarında ancaq Bakı şəhərində olmuş və rayona gəlməmişdir. Onunla Təqsirləndirilən şəxs2 arasında inciklik uzun müddət bundan əvvəl yarandığından hazırda hansı səbəbə görə aralarında inciklik yarandığını dəqiq xatırlamır. Onunla Təqsirləndirilən şəxs2 arasında əvvəllər heç vaxt telefon əlaqəsi olmamışdır. Bundan başqa o, ola bilsin ki, İmişli rayonu ərazisində yerləşən çayxanalardan hansısa birində Yunislə rastlaşıb görüşmüşdür. Ancaq o, Yunislə İmişli rayonu ərazisində yerləşən hansısa çayxanada xüsusi olaraq görüşüb hər hansı mövzuda söhbət etməmişdir. O, 2024-cü ilin iyun və iyul aylarında İmişli rayonu ərazisində olmamışdır. O, həmin vaxtlar Bakı şəhərində olmuşdur. O, Yunisin dediyi kimi onunla İmişli rayonunda görüşüb ona 50 manat qarşılığında psixotrop maddə olan metamfetamin satmamışdır. ***-***-**-** saylı mobil nömrənin onun istifadəsində olması onun yadında deyildir. Həmin mobil nömrə ilə Yusin Rüstəmovun istifadə etdiyi mobil nömrə arasında olan sms mətnləri barədə heç bir məlumatı yoxdur. Bundan başqa ***-***-**-** saylı mobil nömrə onun istifadəsində olsa da həmin mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrəyə daxil olmuş sms mətni ilə bağlı heç bir məlumatı yoxdur. **********12 saylı mobil nömrə 2021-ci ildə onun istifasində olmuşdur. Bundan başqa **********05 saylı mobil nömrənin kimə məxsus olmasını bilmir. Göstərilən tarixdə istifadə etmiş olduğu **********12 saylı mobil nömrədən **********05 saylı mobil nömrəyə hansı məzmunda sms mətnələrinin yazılması onun yadında deyildir və bu barədə heç bir məlumatı yoxdur. **********12 saylı mobil nömrə 2022-ci ildə onun istifadəsində olmuşdur. Bundan başqa **********61 saylı mobil nömrənin kimə məxsus olmasını bilmir. Göstərilən tarixdə istifadə etmiş olduğu **********12 saylı mobil nömrədən **********61 saylı mobil nömrəyə hansı məzmunda sms mətnələrinin yazılması onun yadında deyildir və bu barədə heç bir məlumatı yoxdur. O, xx.xx.2024-cü il tarixdə saat 12:05 dəqiqədən xx.xx.2024-cü il tarixdə saat 21:33 dəqiqəyədək Bakı şəhər ərazisində olmuşdur. Ola bilsin ki, o, xx.xx.2024-cü il tarixdə saat 12:05 dəqiqədən xx.xx.2024-cü il tarixdə saat 21:33 dəqiqəyədək İmişli şəhər ərazisində olmuşdur. Sadəcə olaraq yaddaşında problemlər olduğundan əvvəlki ifadələrində xx.xx.2024-cü il tarixdə saat 12:05 dəqiqədən xx.xx.2024-cü il tarixdə saat 21:33 dəqiqəyədək İmişli şəhər ərazisində olmamasını göstərmişdir. Əgər “Azerfon” LLC-nin 5 dekabr 2024-cü il tarixli, AZF/LGL-10869/24 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd diskdəki məlumatlardakı kimi onun istifadə etdiyi **********12 saylı mobil nömrənin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 12:05 dəqiqədən xx.xx.2024-cü il tarixdə saat 21:33 dəqiqəyədək İmişli şəhər ərazisində çıxırsa deməli İmişli şəhərində olmuşdur. O, tutulmamışdan əvvəl rəsmi olaraq heç bir yerdə işləməmişdir. Ancaq o, tutulmamışdan əvvəl Bakı şəhərində yerləşən müxtəlif bazarlarda meyvə-tərəvəz satmaq işi ilə məşğul olmuşdur. Bazarlardan qazandığı pullarla maddi təminatını təmin etmişdir. Bildirmişdir ki, 4098 5844 9461 8794 saylı hesab kartı ona məxsusdur. Həmin kart xx.xx.2024-cü il tarixdə şəxsi axtarış zamanı üzərindən aşkar edilmişdir. Ona məxsus 4098 5844 9461 8794 saylı hesab kartına müxtəlif vaxtlarda, müxtəlif hesablardan müxtəlif məbləğlərdə pullar məxadil olmuş, həmçinin həmin kartdan müxtəlif məbləğlərdə pullar məxaric olmuşdur. Dəqiq olaraq ona məxsus 4098 5844 9461 8794 saylı hesab kartına kimlərinsə nə vaxt və hansı məbləğdə pullar köçürməsi və ya onun kimlərinsə hesab nömrələrinə hansı məbləğdə pullar köçürməsi onun yadında deyildir. Ola bilsin ki, o, bazarlarda meyvə-tərəvəz satmaq işi ilə məşğul olduğundan ya həmin şəxslər ona məxsus 4098 5844 9461 8794 saylı hesab kartına pullar köçürmüş və ya o, həmin kart hesabından həmin şəxslərə pullar köçürmüşdür. Ancaq hazırda həmin şəxslərdən heç birisi onun yadında deyildir. Buna görə də onlar barəsində istintaqa heç bir məlumat verə bilmir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ibtidai istintaq zamanı müstəntiq üzərində aşkar edilmiş narkotik vasitələrlə bağlı özü istədiyi məzmunda ifadə yazmış, ifadəsini oxumamış, oxumadan imzalamışdır. Hal-hazırda üzərində aşkar edilmiş narkotik və psixotrop maddələrlə bağlı ibtidai istintaq zamanı göstərdiyi xüsusatları təsdiq etmir. İbtidai istintaq zamanı müdafiəçisinə narkotik vasitələrin polis əməkdaşları tərəfindən üzərinə “qoyulması” ilə bağlı heç nə deməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, İmişli rayonunda yerləşən şəkər zavodunda qaynaqçı vəzifəsində işləyir. İşə hər gün saat 08:00-da gedib saat 17:00-da işdən çıxır. İşə giriş-çıxış rejimi giriş qapısına quraşdırılmış aparata hər bir işçiyə məxsus fərdi kart daxil edilməklə həyata keçirilir. 01 iyul 2024-cü il tarixdə saat 16:50 radələrində zavodun qapısına yaxınlaşarkən mühafizəçi ona zəng edib səhər işə gələrkən kartının qeydiyyata düşmədiyini və otağa yaxınlaşmasını bildirmişdir. Bundan sonra o, mühafizə otağına yaxınlaşmış, mühafizə otağında olan üç nəfər mülki geyimli şəxs ondan “Təqsirləndirilən şəxs2 sənsən?” deyə soruşmuş, o, təsdiqlədikdə həmin şəxslər onun qollarını qandallamış və üzərini axtarmağa başlamışlar. O, həmin şəxslərin polis əməkdaşları olmasını anlamışdır. Polis əməkdaşları onun üzərini axtararkən üzərində heç bir qanunsuz predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onu özləri ilə polis şöbəsinə aparmış, polis şöbəsində ona işgəncə verərək, eləcə də, evinə narkotik vasitə qoyaraq ailə üzvlərini də cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədələməklə Təqsirləndirilən şəxs1 narkotik vasitə aldığını və həmin narkotik vasitəni Zaur Əliyevə verdiyini etiraf etməsini tələb etmişlər. O, məcbur qalıb polis əməkdaşlarının dedikləri ilə razılaşmış, polis əməkdaşları onun cibinə narkotik vasitə qoyduqdan sonra videoçəkiliş aparılmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 ifadəsinə davam edərək göstərmişdir ki, Madəri tutulmamışdan təxminən bir-iki il öncə bazarda alver edərkən, Zaur Əliyevi isə iki-üç ay qabaq tanımışdır. O, Zaurla birlikdə qaynaqçı işləmişdir. Onunla Madər arasında heç vaxt narkotik vasitələrlə bağlı əlaqə olmamış, o, Madərdən heç vaxt narkotik vasitə almamışdır. Zaurla isə bir neçə dəfə birlikdə marixuana istifadə etmişlər. O, heç vaxt metamfetamindən istifadə etməmişdir. Polis əməkdaşları onu 01 iyul 2024-cü il tarixdə saat 16:50 radələrində işlədiyi zavodun mühafizə otağında saxlamışlar. Mühafizə otağına yaxınlaşmağı ona həmin zavodda işləyən əmisioğlu Tariyel Rüstəmov zəng edərək demişdir. Həmin vaxt o, iş vaxtının başa çatması ilə əlaqədar işdən çıxmağa hazırlaşırmış. Belə ki, mühafizəçi onun mobil telefon nömrəsini bilməmişdir. Onu mühafizə otağına girişçıxış kartında problem olması bəhanəsi ilə çağırmışlar. Polis əməkdaşları üç nəfər olmuş, həmin vaxt zavodun mühafizəçisi vəzifəsində işləyən Allahverən Əliyev də orada olmuşdur. Mühafizə otağında polis əməkdaşları tərəfindən üzərində axtarış aparılarkən heç bir narkotik vasitə aşkar edilməmiş, həmin vaxt üzərində beş manat pul, mobil telefon, bir qutu siqaret və alışqan olmuşdur. Mühafizə otağında onu saxlayan üç polis əməkdaşından yalnız birini- Ümid adlı polis əməkdaşını tanımış, digər polis əməkdaşlarını tanımamış və adlarını bilməmişdir. Polis şöbəsi ilə işlədiyi zavod arasında məsafə iki kilometrdir. Saxlanıldıqdan təxminən 5-6 dəqiqə sonra polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində polis əməkdaşları ondan Zaur Əliyevi tanıyıb-tanımadığını, Zaurla birlikdə narkotik vasitə istifadə edib-etmədiklərini, kiməsə narkotik vasitə satıb-satmadığını soruşmuş, o, Zauru tanıdığını, lakin, onunla narkotik istifadə etmədiyini, heç kəsə narkotik vasitə satmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun qollarını bağlayaraq döymüş, ayağının altında və qollarında xəsarətlər yaranmışdır. Belə ki, polis əməkdaşları onun əllərini kağız üzərindən yapışqan lentlə bağlamış, diz nahiyyəsindən də ayaqlarını bağlayıb, qollarının arasından taxta parçası keçirməklə iki stol arasında asıb, dəyənəklə ayağına vurmuşlar. Onu döyən polis əməkdaşlarından yalnız Ümidin adını bilir, lakin digərlərini də görsə üzdən tanıyar. O, əvvəlcə polis əməkdaşlarının dedikləri ilə razılaşmasa da, polis əməkdaşları onu atasının evinə narkotik vasitə qoymaqla hədələdiyindən məcbur qalıb onların dedikləri ilə razılaşmışdır. O, videoçəkiliş zamanı üzərində aşkar edilmiş metamfetaminin ona məxsus olduğunu deməyə məcbur qalmışdır. Bu barədə müdafiəçisinə desə də, müdafiəçisi heç nə etməmişdir. Barəsində İmişli rayon məhkəməsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılarkən ondan heç nə soruşulmadığından döyülməsi və metamfetaminin üzərinə qoyulması barədə məhkəməyə heç nə deməmişdir. İstintaq təcridxanasına daxil olarkən tibbi müayinə zamanı bədənində xəsarətlər aşkar edilərək qeyd edilmiş, müayinə zamanı həmin xəsarətlərin polis əməkdaşları tərəfindən yetirildiyini bildirmişdir. O, 01 iyul 2025-ci il tarixdə Zaurla görüşməmiş, Zaurla sonuncu görüşü xx.xx.2025-ci il tarixdə olmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixdə Zaurun doğum günü tədbirində iştirak etmiş, həmin tədbirdə Zaurla birlikdə marixuana istifadə etmişdir. Həmin marixuananı da tədbirə o özü gətirmişdir. O, Madərdən narkotik vasitə almamış, Zaura və ya digər şəxslərə heç vaxt narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, həmin ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, o, özü İmişli rayonu ərazisində fərdi usta kimi qaynaqçı işləyir. Balıq ovuna görə İmişli rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə 6 ay islah işləri cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmişdir. Narkotik vasitə istifadəçisi deyildir. Təxminən 2003-2005-ci illərdə Bak şəhərində olan zaman bir neçə dəfə patı adlanan metamfetamin istifadə etmişdir. Həmin vaxtdan bəri isə heç nə istifadə etməmişdir. İmişli şəhər sakini X27 isə təxmini dörd ay olar ki, tanıyır. Münasibəti yaxşıdır. Zaur da onun kimi usta işləyir. Bir neçə dəfə bir yerdə işləmişlər. Münasibətləri oradan yaranmışdır. Hətta bir ay əvvəl onun ad günündə iştirak etmiş və yeyib-içmişlər. Onun narkotik vasitə istifadə etdiyini isə son vaxtlar, təxminən bir ay müddət olar ki, bilmişdir. Təxminən on gün əvvəl Zaur ona zəng edib demiş ki, “patı” istəyir. O da ona demiş ki, tapa bilər. Bunun üçün o, İmişli şəhər sakini olan və Madər kimi tanıdığı şəxsə müraciət etmişdir. Belə ki, Madəri beş altı il olar ki, tanıyır. Onunla münasibəti rayon sakini kimi olmuş və onun narkotik vasitə istifadə etdiyini bilmişdir. Çünki, Madərlə İmişli şəhəri ərazisində, yadında qalmayan ünvanda çayxanaların birində oturan zaman o, yanında patı istifadə etmişdir. Patını işıq lampasında yanında istifadə etmiş və ona demiş ki, axtaran olsa ona desin. O da deyəcəyini demişdir. Zaur da ondan ona patı adlanan metamfetamin tapmasını istəyəndə o, Madərə müraciət etmişdir. Təxminən elə on gün əvvəl Zaurla onun yaşadığı küçənin yaxınlığında görüşmüş və ona 50 manat pul vermişdir. O da həmin gün saat 15-16 radələrində Madərin yaşadığı evə getmiş, onu çağırmış və niyyətini demişdir. Madər də 50 manata ona bir büküm patı adlanan metamfetamin vermişdir. O da həmin metamfetamindən bir qədər götürmüşdür. Sonra qalan hissəni isə gətirib Zaura “Elçin” şadlıq sarayının yaxınlığında vermişdir. Madərdən aldığı metafetaminin üzərindən bir qədər götürüb üzərində saxlamışdır. 01 iyul 2024-cü il tarixdə, saat 18 radələrində işlədiyi X31 çıxan zaman, İmişli şəhəri S.Fətəliyev küçəsində polis əməkdaşları ona yaxınlaşmış və xidməti vəsiqələrini təqdim etməklə özlərinin polis əməkdaşı olmalarını bildirmişlər. Onlar ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumata görə birlikdə İmişli rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. O da heç bir etiraz etmədən onlarla birlikdə İmişli rayon polis şöbəsinə gəlmişdir. Orada otaqların birinə daxil olmuşlar. Onun yanında bir neçə nəfər polis əməkdaşı olmuşdur. Onlar onu nəzarətdə saxlamışdır. Sonra təhqiqatçı içəri daxil olmuş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etməsi ilə bağlı şübhələr olduğunu bildirmişdir. Buna görə də üzərində şəxsi axtarış aparılacaqdır. Həmçinin ondan özünün vəkilinin olub-olmasını soruşmuşlar. O, vəkilinin olmadığını, həmçinin vəkil tutmağa da imkanının olmadığını demişdir. Ona İmişli rayon Vəkil bürosunun vəkilərinin siyahısını təqdim etmişlər və həmin siyahıdan X1. Həmin vəkilə məlumat veriləndən az sonra vəkil gəlmişdir. Müdafiəçinin iştirakı ilə ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş və bir daha üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olması bildirilmişdir. Sonra otaqda video kamera ilə çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilən əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. O da təsdiq edib, əynindəki şalvarın sağ ön cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm Madərdən tanışı Zaur üçün 50 manata aldığı metamfetaminin üzərindən götürdüyü büküm olduğunu bildirmişdir. Sonra bükümü onun gözünün qarşısında təhqiqatçı açmış və elektron tərəzidə çəkmişdir. Sellofan qab qarışıq 0,8 qram çəki görünmüşdür. Sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən bir ədəd mobil telefon və 5 manat pul aşkar edilmişdir. Pulu qaytarmışlar, telefonu isə sübut əhəmiyyəti kəsb etdiyini qeyd edib götürmüşlər. Həmin bükümü haradan əldə etməsi ilə bağlı ona sual olunmuşdur. O da yuxarıda qeyd etdiyi formada bükümü Madər adlı şəxsdən alıb üzərindən bir qədər götürdüyünü və qalanını da Zaura 50 manata satdığını demişdir. Sonra həmin bükümü təhqiqatçı onun gözünün qarşısında ağ rəngli zərfə qoymuş və ağzını möhürləmişdir. Bildirilmişdir ki, bu büküm dəqiq çəkisi və tərkibi müəyyən edilməsi üçün ekspertizaya göndəriləcək. Sonra bu barədə protokol tərtib edilmiş və o da imzalamışdır. Madər adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını onunla birlikdə çayxanada oturanda Madər onun yanında metamfetamin istifadə etmiş və ona da demiş ki, axtaran olsa ona desin. O da buna görə Zaur patı istəyən zaman ona müraciət etmişdir. Uzun müddətdir ki, heç bir narkotik vasitə istifadə etməmişdir. Madər adlı şəxsdən aldığı metamfetamindən elə-belə maraq üçün götürmüş, çəkib istifadə edəcəyi barədə fikirləşmişdir. Madər adlı şəxs ondan metamfetamin alan zaman həmin vasitəni Zaur Əliyev üçün almasını bilmədiyini, Madərə bu barədə demədiyini bildirmişdir. Sadəcə Madərə bir büküm lazım olduğunu demişdir. Madər də qiymətinin 50 manat olmasını demişdir. Zaur Əliyev ondan metamfetamin istəyəndən sonra o, Madərə demiş ki, bir nəfər tanışı istəyir. O da bir bükümün 50 manat olmasını demişdir. O da bunu Zaura demişdir. Ona görə də Zaur ona 50 manat pul vermişdir. Madər adlı şəxs onun aldığı metamfetaminin üzərindən götürdüyünü bilməmişdir. Zaur Əliyevin metamfetamin üçün 50 manat pulu onun kart hesabına göndərməmişdir. Zaur Əliyev ona əlbəəl pul vermiş, o da həmin pulu aparıb Madərə verib ondan metamfetamin almışdır. O, polis şöbəsinə gətiriləndən sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmazdan əvvəl onun üzərinə heç kim axtarış aparmamışdır. Ancaq təhqiqatçı üzərini axtarmış, həm də o, özü cibindən çıxarıb təqdim etmişdir. O, saxlanılan zaman, İmişli RPŞ-yə gətirilən zaman, orada olan zaman, həmçinin şübhəli şəxs qismində Sabirabad RPŞ-nin MSY-də saxlanılan zaman fiziki zorakılığa və ya hədəyə məruz məruz qalmamışdır. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumamış, müstəntiq ifadəsini yazdıqdan polis əməkdaşları imzalamasını tələb etmiş, o da həmin ifadəni oxumadan imzalamışdır. Hal-hazırda məhkəmə istintaqı zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə, CPM-nin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-nin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, onlar tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Zaur adlı şəxs saxlanılmış, onun üzərindən metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu-sual zamanı Zaur həmin psixotrop maddəni Yunis adlı şəxsdən əldə etdiyini bildirmişdir. Daha sonra onlar tərəfindən əməliyyat tədbirləri keçirilərək Təqsirləndirilən şəxs2 saxlanılmış və saxlanılma zamanı onun üzərindən psixotrop maddə aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 həmin psixotrop maddəni Təqsirləndirilən şəxs1 əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 harada olması barədə axtarışlar aparılmış lakin o, həmin dönəmdə Bakı şəhərində yaşadığı üçün Təqsirləndirilən şəxs1 yerini təsbit etmək mümkün olmamışdır. 06 oktybar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Bakı şəhərindən İmişli rayonu istiqamətində hərəkət etməsi barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs1 Saatlı-İmişli yolunda hərəkətdə olduğu avtomobildən endikdən sonra Ələddin Quliyev və Şahid5la birlikdə ona yaxınlaşıb özlərini təqdim etmiş, polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olması barədə sual verdikdə o, üzərində narkotik vasitə olduğunu bildirmişdi. Şəxsin üzərinə baxış zamanı üzərində olan çantada sayını dəqiq xatırlamadığı bükümdə metamfetaminə bənzər və heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid6 ifadəsinə davam edərək göstərmişdir ki, o, həm Təqsirləndirilən şəxs2, həm də, Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etmişdir. Madər İmişli rayonu Bəcirəvan kəndi ərazisində saxlanılmış, saxlanılarkən yol kənarında tək olmuşdur. Polis əməkdaşları tərəfindən nə Yunisə, nə də ki, Madərə heç bir fiziki və ya psixi təzyiq, təsir olmamışdır. Təqsirləndirilən şəxs2 saxlanılma və polis şöbəsinə gətirilmə vaxtını xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2024-cü ilin oktyabr ayının əvvəllərində İmişli rayon Polis şöbəsində məsul növbətçi olarkən axşam saatlarında əməliyyat müvəkkilləri Şahid1 və X42 Nəsirovu şöbəyə gətirmişlər. Təhqiqatçı dəvət edildikdən sonra Təqsirləndirilən şəxs1 üzərinə onun da iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, şəxsin üzərində olan qara rəngli çantanın içərisində kağız bükülülərdə narkotik vasitələr aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitələr barədə sual verildikdə Madər həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Şahid7 məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən təqsirləndirilən şəxs X46 adlı polis əməkdaşı ilə birlikdə onun əllərini bağlayaraq döyən polis əməkdaşlarından birinin Şahid7 olduğunu bildirmiş, bu barədə ona sual ünvanlandıqda Şahid7 Yunisə qarşı zor tətbiq etmədiyini, İmişli RPŞ-də Ümid Qasımov adlı polis əməkdaşının xidmət etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 Şahid7 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra videoçəkiliş aparmaq üçün onu dəvət etmişlər. O, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi zamanı videoçəkiliş aparmış, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs2 üzərindəki narkotik vasitəni təqdim etmiş, həmin narkotik vasitəni 5-6 gün əvvəl Madərdən aldığını, yarısını isə Zaur adlı şəxsə satdığını bildirmişdir. O, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 qarşı fiziki və ya psixi təzyiq edilməsinin şahidi olmamış, videoçəkiliş bir dəfə aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 barəsində istintaq orqanı tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat tapşırığı verilmiş, həmin tapşırığa uyğun olaraq 06 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Bakı şəhərindən İmişli rayonuna gəlməsi barədə məlumat daxil olmuşdur. Onlar Təqsirləndirilən şəxs1 hərəkət etdiyi avtomobili nəzarətə götürdükdən sonra onun avtomobildən endiyini, üzərində olan çantanı açıb nəyisə burnuna çəkdiyini görmüş, ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə Madərin üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs1 üzərindən psixotrop maddə metamfetamin, narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 qarşı heç bir fiziki və ya psixi zorakılıq hallarına yol verilməmişdir. Təqsirləndirilən şəxs1 avtomobildə deyil, yol kənarında tək olarkən saxlanılmışdır. Onun saxlanılmasında yol-patrul xidməti əməkdaşlarından heç kəs iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, İmişli RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində İmişli rayonu ərazisində Zaur Əliyev adlı şəxs saxlanılmış və üzərinə baxış zamanı narkotik vasitə aşkar edilmişdir. Zaur Əliyev aşkar edilmiş narkotik vasitəni Yunis adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra əməliyyat qrupu yaradılmış, əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 X35 yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş və üzərinə baxış zamanı narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş narkotik vasitəni Madər adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra Madər adlı şəxsin yeri müəyyən edilərək Bakı şəhərindən İmişli rayonuna gəldiyi müəyyən edilmiş, Təqsirləndirilən şəxs1 Saatlı rayonu Bəcirəvan kəndi ərazisində avtomobildən enərək başqa avtomobil gözləyərkən ona yaxınlaşaraq İmişli RPŞ-yə dəvət etmişlər. İmişli RPŞ-də Madərin üzərinə şəxsi axtarış aparılarkən ona məxsus qara rəngli çantanın içərisində narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, həm Təqsirləndirilən şəxs1 həm də, Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmiş, Təqsirləndirilən şəxs2 cibindən metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 İmişli şəkər zavodun yaxınlığında saxlanılmış, onlar zavodun ərazisinə daxil olmamışlar. Yunisin saxlanıldığı yerdən İmişli RPŞ-nin inzibati binasına 10 dəqiqəlik yol olmuşdur. Təqsirləndirilən şəxs2 saxlanılarkən tək olmuşdur. Təqsirləndirilən şəxs2 hansı saatda saxlanılmasını hal-hazırda xatırlamır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq hərəkətləri olmamışdır. Təqsirləndirilən şəxs1 saxlanılarkən yol kənarında tək olmuş, onun saxlanılmasında yol-patrul xidməti əməkdaşlarından heç kəs iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, keçirilmiş əməliyyat tədbiri nəticəsində Zaur adlı şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və onun üzərində narkotik vasitə aşkar edilmişdir. Zaur adlı şəxs narkotik vasitəni Yunis adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra əməliyyat tədbiri keçirilərək Təqsirləndirilən şəxs2 yeri müəyyən edilmiş, o, saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Yunisin üzərinə videoçəkilişlə baxış keçirilərkən narkotik vasitə aşkar edilmişdir. Verilən suallara cavab olaraq Şahid2 ifadəsinə davam edərək göstərmişdir ki, o, Madərin saxlanılması ilə bağlı əməliyyat tədbirində iştirak etməmiş, lakin Madərin saxlanılıb üzərindən heroin və metamfetamin aşkar edilməsi barədə məlumatı olmuşdur. Yunisi X31 təxminən 500 metr aralıda saxlamışlar. Yunisə saxlanıldığı zaman eləcə də, polis şöbəsində olarkən heç bir fiziki və ya psixi təzyiq olmamışdır. Yunisin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olsa da, onun narkotik vasitəni konkret olaraq kimə satması barədə məlumat əldə edə bilməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun əmisioğludur. O, 09 aprel 2021-ci il tarixdə İmişli şəkər zavodunda işləyir. Yunis tutulduğu gün o İmişli şəkər zavodunda işdə olmuş, həmin gün saat 16:00-da işdən çıxmışdır. Saat təxminən 16:50 radələrində zavodun mühafizəçisi Allahverən Əliyev onun ***-***-**-** saylı nömrəsinə zəng etmiş, Təqsirləndirilən şəxs2 tanıyıb-tanımamasını soruşmuşdur. O, Yunisi tanıdığını dedikdə Allahverən ona Yunisə kartında problem olması ilə əlaqədar mühafizə otağını gəlməsi barədə məlumat verməyini bildirmişdir. O, Yunisin mobil telefonuna zəng edərək mühafizə otağına yaxınlaşmağı bildirmiş, təxminən 1 saat sonra Yunisə zəng etdikdə Yunisin mobil nömrəsini zəng çatmamış, o, Allahverənlə mobil telefon vasitəsilə əlaqə yaratmış, Allahverən ona Yunisin polis əməkdaşları tərəfindən saxlanılaraq aparıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, X31 mühafizəçi vəzifəsində işləyib, hal-hazırda həmin zavodda işləmir. Dəqiq xatırlamadığı tarixdə saat 16:45 radələrində mülki geyimli şəxslər zavodun buraxılış məntəqəsinə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona sonradan tanıdığı Rüstəm Yunisovun şəklini götərərək tanıyıb-tanımadığını soruşmuşlar. O, şəkilə baxıb həmin şəxsi tanımadığını bildirmiş, polis əməkdaşlarından həmin şəxsin haralı olmasını soruşmuşdur. Polis əməkdaşları Yunisin Mirili kəndindən olduğunu bildirmişlər. O, Mirili kəndindən Tariyeli tanıdığından ona zəng edərək Mirili kəndindən Yunis adlı şəxsi maraqlanmış, Tariyel Yunisin onun əmisioğlu olduğunu bildirmişdir. O, Tariyelə Yunisə zəng edərək buraxılış məntəqəsinə yaxınlaşmasını deməsini bildirmişdir. Yunis buraxılış məntəqəsinə gəldikdə polis əməkdaşları onun üzərini axtarmış, o, polis əməkdaşlarının konkret olaraq nə axtarmasını bilməmişdir. Həmin vaxt Yunisin üzərində siqaret və kartlar çıxmışdır. Bundan sonra polis əməkdaşları Yunisi özləri ilə aparmışlar. Buraxılış məntəqəsində mühafizə otağında olarkən polis əməkdaşları Yunisə qarşı heç bir zorakılıq hərəkətləri etməmişlər. Həmin vaxt mühafizə otağında zavodun əməkdaşlarından ondan başqa heç kəs olmamışdır. O, polis əməkdaşlarının gəlib Yunisi özləri ilə aparması barədə mühafizə rəisi Elşən Xudiyevə məlumat vermişdir. Polis əməkdaşları zavoda işə görə gəlmədiklərindən onların gəlişini qeydiyyat kitabında qeydə almamışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X37 ifadəsində göstərmişdir ki, Yunisi tanıyır, Yunis birlikdə qaynaqçı işləmişdir. 2024-cü ilin iyun ayında onlar zəngləşib psixotrop maddə olan metamfetamindən istifadə etmək üçün razılaşmışlar. Yunis ona zəng edərək metamfetamin alıb istifadə etməyi təklif etmişdir. Yunislə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə danışmışdır. O, metamfetamin almaq üçün Yunisə 50 manat pul vermişdir. Pulu Yunisə əlbəəl verməsini və ya kartla göndərmisini dəqiq xatırlamır. Bildiyinə görə həmin pulun üzərinə Yunis də təxminən o qədər məbləğdə pul qoyub metamfetamin almışdır. Yunis metamfetamini aldıqdan sonra onlar küçədə görüşüb evə gedərək evdə metamfetamin istifadə etmişlər. Metamfetaminin bir hissəsini istifadə etdikdən sonra qalan hissəsini bölmüşlər. Yunisin metamfetamini kimdən almasını bilməmiş, bu barədə Yunisdən heç nə soruşmamışdır. Yunislə 25 iyun 2024-cü il tarixdə onun doğum günü tədbirində evlərinin həyətində yeyib-içmişlər. Yunislə birlikdə metamfetamin istifadə etdikləri gündən sonrakı gün polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları metamfetamini kimdən aldığını öyrənmək üçün onu döymüşlər. Lakin, metamfetamini məhz Yunisdən almasını deməsi ilə bağlı ona heç bir təzyiq etməmişlər. Yunis də tutulduqdan sonra polis şöbəsində onların hər ikisini birlikdə ağac parçası ilə döymüşlər. Məhkəmə istintaqı zamanı məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş məhkəmə-tibbi eksperti Şahid9 ifadəsində göstərmişdir ki, 20 avqust 2025ci il tarixdə onun tərəfindən Təqsirləndirilən şəxs2 müayinə edilmiş, müayinə zamanı Təqsirləndirilən şəxs2 bədən səthində hər-hansı xəsarət aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 adına açılmış tibbi kitabçanın qeydlərinə baxdıqda şəxsin Bakı İstintaq Təcridxanasına 06 iyul 2025-ci il tarixdə daxil olduğunu, 07 iyul 2025-ci il tarixdə tibb məntəqəsinin həkimi tərəfindən baxış keçirilərkən sağ bazunun ön səthinin yuxarı hissəsində bənövşəyi rəngli kənarları sarımtıl çalarlı, sol bazunun yuxarı hissəsində sarımtıl qançırın aşkar edilməsinin qeyd edildiyini müəyyən etmişdir. Həmin tibbi kitabçada hər iki bazuda simmetrik qançırların olduğu qeyd edilmişdir. Onun tərəfindən tərtib olunmuş rəydə xəsarətin ölçülərini, lokalizasiyasını, yayılmasını, həcmini və dəyişmə prinsipini, qançır xəsarətinin artıq sarımtıl çalarda olmasını, təqsirləndirilən şəxsin həmin xəsarətləri saxlanıldığı vaxt almasını deməsini nəzərə alaraq Təqsirləndirilən şəxs2 qeyd edilən xəsarətləri müayinə tarixindən 09-11 gün arası aldığını yuxarı hədd olaraq rəydə qeyd etmişdir. Lakin, təqsirləndirilən şəxsin bədənində olan xəsarətləri şəxsən özü görmədiyinə görə tam dəqiq tədqiq etməsi mümkün olmamışdır. Şəxs 07 iyul 2025-ci il tarixdə təcridxanaya daxil olmuş və deməsinə görə xəsarəti 01 iyul 2025-ci il tarixdə almışdır. Sağ bazunun bənövşəyi rəngli kənarları sarımtıl rəngli qançırı xəsarətinin şəxsin göstərdiyi tarixdə yəni, 01 iyul 2024-cü il tarixdə əmələ gəlməsini inkar etmir. Lakin, Təqsirləndirilən şəxs2 adına açılmış tibbi kitabçada xəsarətlərin ölçüsü dəqiq yazılmadığı üçün ümumi olaraq 9-11 gün qeyd etməklə rəy vermişdir. Əgər yalnız sağ tərəfdə olan xəsarəti götürsək və oraya bir deyil bir neçə zərbənin dəydiyini nəzərə alsaq qançırın bənövşəyi rəngdə olmasını təxmini 05-06 və ya 07 gün nəzərə alacağıq, kənarları sarımtıl olacağı halda 07-09 və ya 09-15 gün ola bilər və bu halları nəzərə alıb birləşdirdiyimiz zaman ortalama 06-08 gün alırıq. Sol bazudakı qançır xəsarəti isə tam sarımtıl rəngli olduğundan həmin xəsarətin yaranma tarixi müayinə olunduğu vaxtdan 9-15 gün əvvələ təsadüf edir, yəni sol bazudakı xəsarətin şəxsin göstərdiyi tarixdə əmələ gəlməsi inkar olunur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: İşdə olan, 06 oktyabr 2024-cü il tarixli şübhə edilən şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 06 oktyabr 2024-cü il tarixdə, saat 21:35 dəqiqədə MK-1/2804 saylı material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v. 6; Cild 1, i.v. 20-21;) İşdə olan, 06 oktyabr 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 üzərində qeyri-qanuni əşya və predmet olub-olmaması, olduğu halda təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərində daşıdığı qara rəngli çantanı təqdim edib içərisində olan əşyaları masanın üzərinə boşaldan zaman çantanın içərisindən 1 (bir) ədəd tünd qəhvəyi rəngli pul qabı, şəffaf sellofan bükümlərdə olan 1 (bir) ədəd qəhvəyi rəngli və 1 (bir) ədəd şəffaf rəngli maddələr düşmüşdür. Təqsirləndirilən şəxs1 üzərində daşıdığı qara rəngli çantanın içərisindən aşkar olunmuş 1 (bir) ədəd şəffaf sellofan bükümün içərisində psixotrop maddə olan metamfetamin ə bənzər kütlə, hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, çəkiləri 1 qram, 0,4 qram, 0,2 qram, 0,5 qram, 0,5 qram, 0,2 qram, 0,5 qram, 1,1 qram, 1 qram və 0,5 qram olması, digər 1 (bir) ədəd şəffaf sellofan bükümün içərisində isə 15,1 qram, 0,5 qram, 0,5 qram, 0,4 qram, 0,5 qram, 0,4 qram, 0,5 qram, 0,9 qram, 0,5 qram, 0,4 qram və 0,3 qram çəkilərdə olan ilk görünüşündən narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli kütlələr aşkar olunmuşdur. Daha sonra həmin bükümün içərisində gümüşü rəngli kağızın içərisindən 1 (bir) ədəd çəkisi 0,3 qram “metamfetamin"ə bənzər kütlə və 1 (bir) ədəd 0,2 qram olan narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Aşkar olunmuş vasitələr 01 ədəd zərfin içərisinə qoyulmuş, zərf İmişli RPŞ-nin 179 saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri baxışda iştirak edən şəxslər, şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Məmməd Süleymanov tərəfindən imzalanmışdır. (Cild 1, i.v. 23-25;) İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza X13 Bölməsinin 7 oktyabr 2024-cü il tarixli, 18/848 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış kağız paketdə 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 12,824 qram, 0,394 qram, 0,803 qram, 0,705 qram, 0,301 qram, 0,311 qram, 0,308 qram, 0,257 qram, 0,298 qram, 0,238 qram, 0,272 qram, 0,062 qram, 0,248 qram, ümumi çəkisi – 17,021 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə olan heroindir. 11 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi - 0,930 qram, 0,920 qram, 0,878 qram, 0,386 qram, 0,415 qram, 0,420 qram, 0,192 qram, 0,366 qram, 0,392 qram, 0,174 qram, 0,140 qram, ümumi çəkisi – 5,213 qram olan ağımtıl rəngli maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komopenentlərinə görə eyni tərkibli psixotrop maddə olan metamfetamindir. Heroin - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”-na (İ siyahı) daxildir. Metamfetamin - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik psixotrop maddələr”-in siyahısına (İ siyahı) daxildir. Qeyd: heroinin ümumi çəkisi – 17,021 qram, cəmi tədqiqata sərf edildi – 0,390 qram (13 obyektdən – 0,03 qram), qalıq – 16,631 qram, metamfetaminin ümumi çəkisi – 5,213 qram, cəmi tədqiqata sərf edildi – 0,550 qram (11 obyektdən – 0,05 qram), qalıq – 4,663 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat, doxsan beş qəpik) manat təşkil edir. (Cild 1, i.v. 31-33;) İşdə olan, 08 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. (Cild 1, i.v. 39;) İşdə olan, 08 oktyabr 2024-cü il tarixli, 4(036)-80/2024 nömrəli İmişli Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 06 oktyabr 2024-cü ildən hesablanmışdır. (Cild 1, i.v 62-68;) İşdə olan, 08 oktyabr 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 16,631 qram (bir ədəd kağız zərfdə, möhürlənmiş vəziyyətdə) narkotik vasitlə olan heroin və ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 4,663 qram (bir ədəd kağız zərfdə, möhürlənmiş vəziyyətdə) psixotrop maddə olan metamfetaminin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün İmişli RPŞ-də olan maddi sübutların saxlanılması otağına təhvil verilməsi qərara alınmışdır. (Cild 1, i.v 74-75;) İşdə olan, xx.xx.2024-cü il tarixli DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin 30 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən həmin cəza 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirilmiş, Suraxanı Rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixli qərarı ilə çəkilməmiş 02 ay 23 gün cəzasından vaxtından əvvəl şərti azad edilmişdir. (Cild 1, i.v 102-103;) İşdə olan, İmişli Rayon Mərkəzi X19 Şəxs tərəfindən verilmiş 29 oktyabr 2024-cü il tarixli, 18-1-46/2-1098/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 18 oktyabr 2022-ci il tarixdən İmişli Rayon Mərkəzi X19 Şəxsin narkoloji kabinetində qeydiyyatdadır. Ruhi-əsəb və nevroloji kabinetlərdə qeydiyyatda dayanmır. (Cild 1, i.v 105;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji X40 Şəxsi Ambulator X2 15 noyabr 2024-cü il tarixli, 7294 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, i.v 134-135;) İşdə olan, 24 dekabr 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi, cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, İmişli RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Tusi Məhərrəmov tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin 24 dekabr 2024-cü il tarixdə icraata qəbul edilməklə həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək ********* nömrəsi saxlanılmaqla həmin məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilib ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır. (Cild 1, i.v 147-149;) İşdə olan, 01 iyul 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 01 iyul 2024-cü il tarixdə saat 18:40 dəqiqədə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v. 154; Cild 1, i.v. 167;) İşdə olan, 01 iyul 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə İmişli rayon polis şöbəsinin xidməti otaqların birində saat 18:50-də üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ ön cibindəki ağ rəngli sellofan bükümdə çəkisi 0,8 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şifahi sorğu sual zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan psixotrop maddə metamfetaminə bənzər kütləni bir neçə gün əvvəl Madər adlı şəxsdən 50 manata aldığını və həmin kütlənin üzərindən bir qismini özündə saxlayıb qalan hissəsini isə 50 manata Zaur Əliyevə satdığını bildirmişdir. (Cild 1, i.v. 170-172;) İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza X13 Bölməsinin 02 iyul 2024-cü il tarixli, 3-16-16/2-18/632 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,689 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik psixotrop maddələr”-in İ siyahısına daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi – 0,689 qram, cəmi tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,639 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat, doxsan beş qəpik) manat təşkil edir. (Cild 1, i.v. 178-179;) İşdə olan, 03 iyul 2024-cü il tarixli cinayət işinin tövsif olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin həmin məcəllənin 234.2-ci maddəsinə tövsif olunması və istintaqın davam etdirilməsi qərara alınmışdır. (Cild 1, i.v. 198;) İşdə olan, 03 iyul 2024-cü il tarixli, 4(036)-55/2024 nömrəli İmişli Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 01 iyul 2024-cü ildən hesablanmışdır. (Cild 1, i.v 221-226;) İşdə olan, 15 iyul 2024-cü il tarixli DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 İmişli Rayon Məhkəməsinin 22 sentyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə 06 ay müddətinə 10% islah işlərinə məhkum edilmiş, hazırda məhkumluğu ödənilmişdir. (Cild 2, i.v 1-2;) İşdə olan, İmişli Rayon Mərkəzi X19 Şəxs tərəfindən verilmiş 17 iyul 2024-cü il tarixli, 18-1-46/2-698/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 İmişli RMX PHŞ-nin ruhi-əsəb, nevroloji və narkoloji kabinetdə qeydiyyatda dayanmır. (Cild 2, i.v 4;) İşdə olan, 29 avqust 2024-cü il tarixdə "xxxx" MMC tərəfində daxil olmuş məktubdan və ona əlavə bir ədəd diskdən, 01 sentyabr 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadə etdiyi mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadə etdiyi mobil nömrə arasında sms mətnləri olmuş və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 2024-cü ilin iyun ayında anten dairəsinin Bakı şəhər ərazisində olmaması və həmin tarixdə Təqsirləndirilən şəxs2 İmişli rayon ərazisində olması müəyyən edilmişdir. (Cild 2, i.v 49- 51;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji X40 Şəxsi Ambulator X2 27 iyul 2024-cü il tarixli, 5131 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, i.v 60-61;) İşdə olan, İmişli rayon İHB-nın Qaravəlli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 İmişli rayonu, Mirili kəndinin sakinidir, hadisəyə qədər onun mənfi xüsusiyyətləri qeydə alınmamışdır. Onun aşağıdakı tərkibdə ailə üzvləri vadır: 1.Arvadı: X28. 2.Qızı: X21-(xx.xx.2004-cü il təvəllüdlü) 3.Oğlu: X22-(xx.xx.2008-ci il təvəllüdlü) (Cild 2, i.v 75-76;) İşdə olan, 27 sentyabr 2024-cü il tarixli, 4(036)-77/2024 nömrəli İmişli Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 02 ay müddətinə, yəni 01 dekabr 2024-cü il tarixədək uzadılmışdır. (Cild 2, i.v 101-107;) İşdə olan, 22 oktyabr 2024-cü il tarixli üzləşdirmə aparmaq haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə aparılan zaman X45 Nəsirovdan heç vaxt narkotik vasitə və ya psixotrop maddə almadığını, Təqsirləndirilən şəxs1 Rüstəm Nəsirova heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmadığını bildirmişdir. (Cild 2, i.v 147-148;) İşdə olan, 29 noyabr 2024-cü il tarixli, 4(036)-92/2024 nömrəli İmişli Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 02 ay müddətinə, yəni 01 fevral 2025-ci il tarixədək uzadılmışdır. (Cild 2, i.v 186-187;) İşdə olan, 19 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə yenidən ittihamın elan edilməsi qərara alınmışdır. (Cild 2, i.v. 211;) İşdə olan, 30 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittihamın elan edilməsi qərara alınmışdır. (Cild 2, i.v. 250-251;) İşdə olan, 30 yanvar 2025-ci il tarixli, 4(036)-27/2025 nömrəli İmişli Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 03 ay müddətinə, yəni 06 may 2025-ci il tarixədək uzadılmışdır. (Cild 3, i.v 22-30;) İşdə olan, 01 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 01 fevral 2025-ci il tarixdə həbsdə saxlanılma müddəti bitdiyindən o, Saatlı RPŞ-nin MSYdən dərhal azad olunmuş və barəsində onun “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 3, i.v 31-34;) İşdə olan, 02 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə yenidən ittihamın elan edilməsi qərara alınmışdır. (Cild 3, i.v. 38-39;) İşdə olan, İmişli şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 İmişli şəhəri, N.Ocaqov küçəsi, ev 5 saylı ünvanda qeydiyyatdadır, onun barəsində İmişli şəhər İƏD-si üzrə nümayəndəliyinə heç bir ərizə və ya şikayət daxil olmamışdır. (Cild 3, i.v. 117-118;) İşdə olan, 02 aprel 2025-ci il tarixli cinayət işinin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin həmin məcəllənin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edilib istintaqın davam etdirilməsi qərara alınmışdır. (Cild 3, i.v 121-124;) İşdə olan, 02 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən ittihamın elan edilməsi qərara alınmışdır. (Cild 3, i.v. 126-127;) İşdə olan, 25 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə yenidən ittihamın elan edilməsi qərara alınmışdır. (Cild 3, i.v. 150-151;) İşdə olan, 26 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən ittihamın elan edilməsi qərara alınmışdır. (Cild 3, i.v. 186-187;) İşdə olan, 26 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 üzərindən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi çəkisi 0,689 qram, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,639 qram psixotrop maddə olan metamfetaminin (bir ədəd kağız bağlamada, möhürlənmiş vəziyyətdə) cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanması üçün İmişli RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş model nömrəsi W0D-LX1, seriya nömrəsi R58N70HTEPB, İMEİ (giriş 1) **********98144 və İMEİ (giriş 2) **********98149 olan “HONOR” markalı telefon və Leobanka məxsus 4098 5844 9461 8794 saylı hesab kartın cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanması üçün İmişli RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilməsi, iş üzrə 6 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 üzərinə videokamera ilə keçirilmiş şəxsi axtarışı özündə əks etdirən bir ədəd disk, “Azercell Telecom" MMC-nin xx.xx.2024-cü il tarixli, 22457 nömrəli məktubuna əlavə edilmiş bir ədəd disk, 1 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 üzərinə videokamera ilə keçirilmiş şəxsi axtarışı özündə əksə etdirən bir ədəd disk, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 18985 nömrəli məktubuna əlavə edilmiş bir ədəd disk, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 22455 nömrəli məktubuna əlavə edilmiş bir ədəd disk, “Azerfon” LLC-nin xx.xx.2024-cü il tarixli, AZF/LGL-10869/24 nömrəli məktubuna əlavə edilmiş bir ədəd disk, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 26842 nömrəli məktubuna əlavə edilmiş bir ədəd disk, "X25” ASC-nin 3101.2025-ci il tarixli, HTİD-OUT- 00775-2025 nömrəli məktubuna əlavə edilmiş bir ədəd disk və “Azercell Telecom" MMCnin xx.xx.2024-cü il tarixli, 4598 nömrəli məktubuna əlavə edilmiş bir ədəd diskin maddi sübut kimi qəbul edilməsi və cinayət işi materiallarına əlavə olunması qərara alınmışdır. (Cild 3, i.v. 221-257;) İşdə olan, 02 may 2025-ci il tarixli, 4(036)-58/2025 nömrəli İmişli Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 15 gün müddətinə, yəni 21 may 2025-ci il tarixədək uzadılmışdır. (Cild 3, i.v 311-318;) İşdə olan, 03 saylı İstintaq Təcridxanasının 09 iyul 2025-ci il tarixli, 3-16-20-10/2-415 nömrəli məktubundan, ona əlavə edilmiş məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs2 07 iyul 2024-cü il tarixdə tibb məntəqəsində müayinə olunrakən onun bədən səthində sağ bazunun ön səthinin yuxarı 1/3-də bənövşəyi rəngli kənarları sarımtıl, sol bazunun bayır səthinin yuxarı 1/3-də sarımtıl rəngli qançır izləri aşkar edilmişdir. (Cild 4) İşdə olan, “Məhkəmə-Tibbi Ekspertiza və X15” X48 tərəfindən verilmiş 15 sentyabr 2025-ci il tarixli, 409/MES nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 ilkin tibbi müayinədən keçirilərkən, təqsirləndirilən şəxs xəsarət aldığını bildirmiş, bədən baxışı zamanı sağ bazunun ön səthinin yuxarı 1/3-də bənövşəyi rəngli kənarları sarımtıl, sol bazunun bayır səthinin yuxarı 1/3-də sarımtıl rəngli qançır izləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdilər, törənmə müddətləri rəng göstəricilərinə əsasən 07 iyul 2024-cü il tarixdə 03 saylı İstintaq Təcridxanasında TSH-də müayinəsindən 9-11 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. (Cild 4;) İşdə olan, İmişli Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 1(036)-77/2024 nömrəli hökmündən görünür ki, X37 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, iş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi - 0,535 qram olan psixotrop maddə metamfetaminin məhv edilməsi hökm edilmişdir. (Cild 4;) İşdə olan, İmişli Rayon Polis Şöbəsinin 10 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, İmişli Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 1(036)-77/2024 nömrəli hökmü 25 noyabr 2024-cü il tarixdə qanuni qüvvəyə minmiş, həmin hökmə əsasən iş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi - 0,535 qram olan psixotrop maddə metamfetamin məhv edilməmişdir. (Cild 4;) İşdə olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sorğusuna cavab olaraq (maddi sübutun tələb edilməsinə dair) İmişli Rayon Polis Şöbəsinin 06 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, X23 üzərindən götürülmüş 0,535 qram psixotrop maddə metamfetamin məhv edilmişdir. (Cild 4) İşdə olan, "xxxx" MMC tərəfindən verilmiş 23 may 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 "xxxx" MMC-də qaynaqçı vəzifəsində işlədiyi dövrdə 01 iyul 2024-cü il tarixdə 08:00-17:00 iş qrafiki üzrə saat 07:51-dən 16:58-ə qədər iş yerində olmuşdur. (Cild 4;) İşdə olan, "xxxx" MMC-nin 02 sentyabr 2025-ci il tarixli 1014/25 nömrəli məktubundan görünür ki, X35 buraxılış məntəqəsinin müşahidə kameralarının yaddaşı 3 (üç) aylıq olması və öz-özünü yeniləməsi səbəbindən buraxılış məntəqəsinin 01 iyul 2024cü il tarixə olan görüntüləri məhkəməyə təqdim edilə bilməmişdir. 01 iyul 2024-cü il tarixdə saat 08:00-dan saat 20:00-dək buraxılış məntəqəsində "xxxx" MMC-nin mühafizə bölməsinin gözətçisi X11 xidmətdə olmuşdur. X12 28 iyul 2025-ci il tarixdən işdən çıxmışdır. (Cild 4) İşdə olan, İmişli Rayon Polis Şöbəsinin 30 oktyabr 2025-ci il tarixli, 31383/2-29251 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 İmişli Rayon Polis X9 Yerində saxlanılarkən bədəni üzərində heç bir xəsarət olmamış, bundan başqa Təqsirləndirilən şəxs2 barəsində tibbi müayinədən keçirilməsinə dair tərtib olunmuş sənədlərin surətləri İmişli Rayon Polis Şöbəsində olmadığından təqdim etmək mümkün olmamışdır. (Cild 4;) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü müdafiə üçün irəli sürdüyü dəlilləri yəni, Təqsirləndirilən şəxs2 psixotrop maddə satmaması, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir psixotrop maddə və narkotik vasitə olmaması, həmin gün polis şöbəsində polis əməkdaşlarının onu evinə külli miqdarda narkotik vasitə qoymaqla hədələyib çantasına qeyd olunan narkotik vasitə və psixotrop maddələri qoyması, polis əməkdaşlarının hədə və təzyiqləri altında məcbur qalıb videoçəkiliş zamanı həmin narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmasını etiraf etməsi, heç vaxt narkotik vasitələrin satışıyla məşğul olmaması ilə bağlı göstərdiklərini təqsirləndirlən şəxsin şəxsi mülahizələrinə əsaslanan, məhkəmədə tədqiq olunan sübutlarla o cümlədən, 06 oktyabr 2024-cü il tarixli “axtarış və götürmə aparılması haqqında” protokol və protokola əlavə edilmiş CD diskdə olan videogörüntülər, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, digər sənədlər və iş materialları ilə təkzib olunan, onun əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına yönəlmiş özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və həmin hissələrdə sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini (xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilməsi, polis şöbəsində müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində axtarış aparılması, axtarış zamanı ona məxsus əl çantasının içərisində çox saylı bükümlərdə metamfetamin və heroin aşkar edilməsi hissəsində) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən 06 oktyabr 2024-cü il tarixli “axtarış və götürmə aparılması haqqında” protokol və protokola əlavə edilmiş CD diskdə olan videogörüntülər, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq qeyd olunan hissələrdə sübut kimi qəbul edir Bundan başqa məhkəmə digər Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü müdafiə üçün irəli sürdüyü dəlilləri yəni, Təqsirləndirilən şəxs1 metamfetamin almaması, X26 metamfetamin verməməsi, ümumiyyətlə heç vaxt metamfetamin istifadə etməməsi ilə bağlı göstərdiklərini məhkəmədə tədqiq olunan sübutlarla və iş materialları ilə təkzib olunan, onun əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına yönəlmiş özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və həmin hissələrdə sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi digər xüsusatlara yəni, 01 iyul 2024-cü il tarixdə Zaur Əliyevlə görüşməməsi, həmin tarixdə saat 16:50 radələrində işlədiyi X35 buraxılış məntəqəsində saxlanılması, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir psixotrop maddə olmaması, polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalaraq cibinə bir bükümdə metamfetamin qoyulması, məcbur qalıb həmin metamfetaminin ona məxsus olmasını etiraf etməsi ilə bağlı göstərdiklərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə istintaqı zamanı həm iş materiallarında olan sübutların tədqiqi, həm də əldə olunan əlavə sübutların tədqiqi ilə müəyyən olunan hallar Təqsirləndirilən şəxs2 ətrafında cərəyan edən hadisələrin (polis əməkdaşları tərəfindən nə vaxt və harada saxlanılması, axtarış zamanı üzərində metamfetamin aşkar edilməsi) heç də cinayət işinin materiallarında əks etdirildiyi kimi deyil, daha fərqli olduğu qənaətinə gəlməyə əsas vermiş, dolayısı ilə də məhkəmə heyətində iş üzrə maddi sübut qismində tanınan Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş 0,689 qram psixotrop maddə metamfetaminin aşkar edilməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlərin etibarlılığına dair şübhələr yaratmışdır. Belə ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs2 01 iyul 2024-cü il tarixdə saat 18 radələrində İmişli şəhəri S.Fətəliyev küçəsində piyada hərəkətdə olarkən saxladıqlarını qeyd etsə də, Rüstəm Yunisov X35 ərazisində buraxılış məntəqəsində həmin vaxt mühafizəçi olmuş Allahverən Əliyevin yanında saat 16:50 radələrində saxlandığını bildirmişdir. Bununla bağlı məhkəmənin müvafiq sorğusuna əsasən "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubu ilə 01 iyul 2024-cü il tarixdə saat 08:00-dan saat 20:00-dək X5 buraxılış məntəqəsində gözətçi vəzifəsində xidmətdə olduğu müəyyən edilmiş, Allahverən Əliyev məhkəmədə əlavə şahid qismində dindirilmiş, ifadəsində həmin gün saat 16:40 radələrində mülki geyimli polis əməkdaşlarının zavodun buraxılış məntəqəsinə gəlmələrini, Təqsirləndirilən şəxs2 axtarmalarını, Yunisin əmisioğlu Tariyel vasitəsilə Yunisi buraxılış məntəqəsinə çağırtdırdığını, buraxılış məntəqəsində polis əməkdaşlarının Yunisi saxlayaraq özləri ilə apardığını təsdiq etmişdir. Göstərilənləri (Allahverən Əliyevin zəng edərək Yunisi buraxılış məntəqəsinə çağırtdırması, daha sonra Allahverən Əliyevin ona Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılması hissəsində) məhkəmədə əlavə şahid qismində dindirilmiş Tariyel Rüstəmov da təsdiq etmişdir. Beləliklə aydın olmuşdur ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının qeyd etdiyi saatda və şəraitdə deyil, Təqsirləndirilən şəxs2 göstərdiyi kimi 01 iyul 2024-cü il tarixdə saat 16:50 radələrində X35 buraxılış məntəqəsində saxlanılmışdır. Məhkəmə istintaqı zamanı həm şahidlər, həm də təqsirləndirilən şəxs saxlanıldıqdan 10 dəqiqə sonra onun İmişli RPŞ-yə gətirilməsini bildirmişlər. Yəni, bundan belə bir nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 17:10-da İmişli RPŞ-nin inzibati binasında olmuşdur. Dolaysıyla Təqsirləndirilən şəxs2 İmişli RPŞ-nin inzibati binasında axtarış və götürmə istintaq hərəkətinin aparıldığı saat 18:45-dək müdafiəçisiz və polis əməkdaşlarının nəzarəti altında qalmışdır. “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmamışdır. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həbslə axtarış arasındakı təxminən 30 (otuz) dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarmış, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın olmamışdır. Həmçinin məhkəmə iş üzrə ərizəçinin 2005-ci il 17 martda polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyən etmişdir. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin 12 fevral 2016cı il tarixli qərarının məzmununa əsasən şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət (həmin qərarda 20 dəqiqə) keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ifadəsində polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona işgəncə verildiyini, ona qarşı edilmiş zorakılığın mexanizmini ətraflı təsvir edərək ayaq və qollarından xəsarət aldığını bildirmişdir. Bununla bağlı məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 həbs edildikdən sonra köçürüldüyü, Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasına müvafiq sorğu ünvanlanmış, həmin sorğuya cavab olaraq göndərilmiş 09 iyul 2025-ci il tarixli, 3-16-20- 10/2-415 nömrəli müşayiət məktubunda və məktuba əlavə edilmiş məhkumun tibbi kitabçasında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 07 iyul 2024-cü il tarixdə tibb məntəqəsində müayinə olunarakən onun bədən səthində sağ bazunun ön səthinin yuxarı 1/3-də bənövşəyi rəngli kənarları sarımtıl, sol bazunun bayır səthinin yuxarı 1/3-də sarımtıl rəngli qançır izləri aşkar edilmişdir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında qərar qəbul edilmiş, 15 sentyabr 2025-ci il tarixli, 409/MES nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 ilkin tibbi müayinədən keçirilərkən, təqsirləndirilən şəxs xəsarət aldığını bildirmiş, bədən baxışı zamanı sağ bazunun ön səthinin yuxarı 1/3də bənövşəyi rəngli kənarları sarımtıl, sol bazunun bayır səthinin yuxarı 1/3-də sarımtıl rəngli qançır izləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdilər, törənmə müddətləri rəng göstəricilərinə əsasən 07 iyul 2024cü il tarixdə 03 saylı İstintaq Təcridxanasında TSH-də müayinəsindən 9-11 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Göründüyü kimi ekspert rəyində qeyd edilən xəsarətlərin 01 iyul 2024-cü il tarixdə əmələ gəlməsi inkar olunmuşdur. Bununla belə məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş məhkəmətibbi eksperti Şahid9 ifadəsində sağ bazu nahiyyəsində olan qançır xəsarətinin bənövşəyi rəngli sarımtıl çalarlı olması ilə əlaqədar əmələ gəlmə müddəti kimi 9-11 gün yuxarı hədd qeyd etdiyini, həmin xəsarətin tibb məntəqəsində müayinə oldunduğu tarixdən 6-8 gün əvvəl, yəni 01 iyul 2024-cü il tarixdə əmələ gəlməsinin inkar olunmadığını qeyd etmişdir. Şahid9 sağ bazu nahiyyəsindəki xəsarətin isə birmənalı olaraq 01 iyul 2024-cü il tarixdə əmələ gəlməsinin inkar olunduğunu qeyd etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarətlərin əmələ gəlmə müddətləri sonuncunun İmişli RPŞ-nin əməkdaşları tərəfindən saxlanıldığı tarixə uyğun gəlir. Təqsirləndirilən şəxs2 3 saylı istintaq təcridxanasına daxil olarkən də bədəni üzərində həmin xəsarətlər aşkar olunmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 hazırkı məhkəmə istintaqı zamanı verdiyi ifadəsində zorakılığa və hədəyə məruz qalmasını bildirməsi barədə ifadələrinə münasibət bildirərək qeyd edir ki, sözügedən halla bağlı cinayət işi üzrə müəyyən olunan hallar İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” işi üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə kollegiyası “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Belə ki, “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin tələblərinin pozulması hallarının araşdırılması ilə bağlı qeyd edilmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 103-cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmətibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar (bax: “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-İV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı” (Gülv. Turkey, no. 22676/93, § 89, 14 December 2000). Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə əsasən qeyd edilir ki, ... Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən fundamental dəyərlərindən birini təsbit edir. Terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı kimi hətta ən çətin hallarda Konvensiya mütləq şərtlərdə işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının əksər maddi cəhətlərindən fərqli olaraq, Konvensiyanın 3-cü maddəsi istisnalar üçün hər hansı müddəaları əks etdirmir və bu qaydadan hətta millətin həyatına təhlükə törədən ictimai həyəcan halında belə, Konvensiyanın 15-ci maddəsinin 2-ci bəndinə əsasən hər hansı kənara çıxma yolverilməzdir (baxın, “Selmoni Fransaya qarşı və “Assenov və digərləri Bolqarıstana qarşı”). Məhkəmə onu da qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş 0,689 qram metamfetamini onun Madər Əliyevdən aldığı 1,284 qram metamfetaminin Zaur Əliyevə satdıqdan sonra üzərində saxladığı hissəsi kimi qiymətləndirsə də, Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş 0,689 qram metamfetaminlə X23 üzərində aşkar edilmiş 0,585 qram metamfetaminin kimyəvi komponentlərinə görə eyni tərkibli olub-olmaması ilə bağlı məhkəmə-kimyəvi ekspertizası təyin edilib keçirilməmiş (halbuki həmin xüsusatın müəyyən edilməsi ittihamın mövqeyini əhəmiyyətli dərəcədə gücləndirə bilərdi), məhkəmə istintaqı zamanı isə məhkəmə qeyd olunan hissədə araşdırma apararkən X23 üzərində aşkar edilmiş 0,585 qram metamfetamin İmişli rayon məhkəməsinin sonuncunun barəsində olan hökmünə əsasən məhv edildiyindən məhkəmə-kimyəvi ekspertizasının təyin edilməsi mümkün olmamışdır. CPM-nin 125.1-ci maddəsində qeyd edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2.2-ci maddəsində göstərilmişdir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Ən çıxılmaz halda belə Konvensiyanın 3-cü maddəsinin müddəalarının pozulmasına yol verilməməsinə dair Avropa Məhkəməsinin əvvəlki qərarlarında, o cümlədən yuxarıda adıçəkilən qərarında yaratdığı presedent hüququnu və CPM-nin 125.2.2-ci maddəsini əsas götürən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən hallar 01 iyul 2024-cü ildə saat 18:45-də Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi zamanı 0,689 qram psixotrop maddə götürülməsinə dair «şəxsi axtarış və götürmə aparılması haqqında» 01 iyul 2024-cü il tarixli protokolun mötəbərliyini ciddi formada şübhə altına almaqla yanaşı, həmin protokolun həqiqiliyinə şübhə yarandığından qeyd edilən protokol və onun ibtidai istintaqı zamanı həmin psixotrop maddənin ona məxsus olması barədə “etirafedici” ifadəsi iş üzrə sübut hesab olunmamalıdır. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 məhz hansı tarixdə metamfetamin alması ilə bağlı məsələyə münasibət bildirərək qeyd edir ki, istintaq orqanı tərəfindən ittiham aktının nəticəvi hissəsində Təqsirləndirilən şəxs1 01 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 metamfetamin satdığı qeyd edilsə də, məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X50 Rüstəmovla tutulmamışdan bir gün əvvəl, yəni 30 iyun 2024-cü il tarixdə metamfetamin əldə edib istifadə etdiklərini göstərmiş, eyni zamanda "xxxx" MMC tərəfindən təqdim edilmiş 23 may 2025-ci il tarixli 1003/25 nömrəli arayışla Təqsirləndirilən şəxs2 01 iyul 2024-cü il tarixdə saat 07:51-dən saat 16:58-dək iş yerində olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları eləcə də, 01 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 əvvəlcə Təqsirləndirilən şəxs1 metamfetamin alıb daha sonra Zaur Əliyevlə görüşüb həmin metamfetaminin bir hissəsini istifadə etməsinin fiziki olaraq mümkün olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Zaur Əliyevin ifadəsində qeyd etdiyi tarixdə yəni, qeyri-iş günü olan 30 iyun 2024-cü il tarixdə (həftənin bazar günü) əldə etməsi daha inandırıcıdır. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş İ siyahısının 83-cü qrafasında narkotik vasitə heroinin xeyli miqdarının aşağı həddi 0,15 qram, külli miqdarının aşağı həddi 2 qram, xüsusilə külli miqdarının aşağı həddi 800 qram, İİ siyahısının 118-ci qrafasında psixotrop maddə metamfetaminin aşağı həddi 0,15 qram, külli miqdarının aşağı həddi 2 qram, xüsusilə külli miqdarının aşağı həddi 400 qram olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə, bu Qərarın 12-ci bəndində izah edilir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni müxtəlif əməllərə) görə və CPM-nin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Narkotik vasitə və ya psixotrop maddə ilə əlaqədar qanunsuz hərəkətlər satış məqsədi olmadan, lakin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə əməlin CM-in 234.4.1-ci maddəsində göstərilən əlamət üzrə tövsif edilməsi istisna olunsa da, CM-in 61.1.3-cü maddəsi həmin xüsusatın (cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin) cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasını tələb edir. Həmin Qərarın 14-cü bəndində izah edilmişdir ki, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə, onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən qeyd olunan cinayətlərin yenidən törədilməsi təkrarlıq əlamətini yaratmır. Təkrarlıq əlamətinin təfsiri zamanı CM-in 16-cı maddəsinin qeyd olunan müddəaları ilə yanaşı, o da nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 15 mart tarixli Qərarına əsasən CM-in 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda, ikinci əməl təkrarlıq yarada bilməz. Həmin Qərarın 16-cı bəndində göstərilmişdir ki, CM-nin 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan əməli qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi ilə bağlı nəticəyə gəlmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ümumi ittihamdan həmin Məcəllənin 234.4.1-ci maddəsi çıxarılmalıdır. Eyni zamanda ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 satış məqsədilə qanunsuz olaraq psixotrop maddə əldə etməsi və həmin maddənin bir hissəsini Zaur Əliyevə satması ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Zaur Əliyev ifadəsində qeyd olunan psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs2la aralarındakı razılaşmaya əsasən birgə istifadələri üçün sonuncunun əldə etdiyini, həmin metamfetaminin bir hissəsini istifadə edib, yerdə qalan hissəsini böldüklərini bildirmişdir. X20 üzərində aşkar edilmiş 0,585 qram metamfetamin ümumi əldə olunmuş metamfetaminin istifadə edilməsi və bölüşdürülməsindən sonra ona qalan hissəsi olmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 daha artıq miqdarda yəni, 0,585 qramdan artıq çəkidə metamfetamin alması məhkəmədə heç bir şübhə doğurmur. Lakin, predmetin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, habelə onun miqdarı dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında cinayət məsuliyyətinə cəlb oluna bilməz. Eyni zamanda məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı aşkar edilmiş 0,689 qram metamfetaminin ona məxsus olmaması ilə bağlı gəldiyi nəticəyə dair izahını təkrarlığa yol vermədən qeyd edərək 0,689 qram metamfetaminin ona verilmiş ittihamın həcmindən çıxarılmalı olduğunu bildirir. Bu isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 yalnız onun tərəfindən əldə edilmiş, birgə istifadələrindən sonra Zaur Əliyevin üzərində saxladığı 0,585 qram metamfetaminin əldə edilməsi ilə bağlı ittiham irəli sürülməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Zaur Əliyevlə birgə istifadəsi üçün psixotrop maddə əldə etməsi, hətta həmin psixotrop maddəyə görə ödənişin yalnız Zaur Əliyev tərəfindən ödənildiyi halda belə psixotrop maddənin satışı kimi qiymətləndirilə bilməz. Belə ki, Ali Məhkəmənin yuxarıda qeyd olunan Plenum qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs1 isə həmin Məcəllənin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və onlar həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 234.1-ci maddəsində bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin, təqsirləndirilən şəxslərin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs2 məhkəm iclas zalında həbs edilərək barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5- ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə, CPM-nin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 06 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 01 iyul 2024-cü il tarixdən 01 fevral 2025-ci il tarixədək, şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 07 ay müddət, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı üzərində qəti cəza saxlanılmalıdır. Ambulator məcburi narkoloji ekspertizasının müvafiq rəyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 ambulator məcburi narkoloji yoxlamanın müvafiq rəyi nəzərə alınaraq ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq İmişli RPŞ-nin maddi sübutları saxlama yerində saxlanılan, ekspert tədqiqatından ümumi qalıq çəkisi 16,631 qram narkotik vasitə olan heroin, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 4,663 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus “HONOR” markalı mobil telefon və Leobanka aid 4098 5844 9461 8794 saylı hesab kartı onun yaxın qohumlarına qaytarılmalı, 09 (doqquz) ədəd CD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra CPM-nin 350.4-cü maddəsinə əsasən ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 0,639 qram psixotrop maddə metamfetaminə münasibətdə cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, maddi sübut kimi tanınaraq İmişli RPŞnin maddi sübutları saxlama yerində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 0,639 qram psixotrop maddə metamfetamin həmin materiala əlavə edilməlidir. CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 iş üzrə olan 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğdə ekspertiza xərcinin ödənilməsindən azad edilməli və həmin məbləğ dövlət büdcəsinə aid edilməlidir. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 52-1, 344-349, 351- 353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə verilmiş ümumi ittihamdan həmin Məcəllənin 234.4.1-ci maddəsi çıxarılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 06 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji kabinetində qeydiyyata olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 01 iyul 2024-cü il tarixdən 01 fevral 2025-ci il tarixədək, şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 07 (yeddi) ay müddət ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu 03 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq İmişli RPŞ-nin maddi sübutları saxlama yerində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 16,631 qram narkotik vasitə olan heroin, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 4,663 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 məxsus “HONOR” markalı mobil telefon və Leobanka aid 4098 5844 9461 8794 saylı hesab kartı onun yaxın qohumlarına qaytarılsın, 09 (doqquz) ədəd CD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 0,639 qram psixotrop maddə metamfetaminə münasibətdə cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq İmişli RPŞ-nin maddi sübutları saxlama yerində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 0,639 qram psixotrop maddə metamfetamin həmin materiala əlavə edilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. Təqsirləndirilən şəxs2 iş üzrə olan 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğdə ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Cavanşir Nəbiyev Hakimlər: Ənnağı Məmmədli Esmira Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar