Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-333/2022 24.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə,
1. xx xxxxxx 1981-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər Şirvan şəhər Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində 06 yanvar 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi və
2. xx xxxxx 1981-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış, barəsində 07 yanvar 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 03 yanvar 2022-ci ildə Hacıqabul şəhərində «Bakı dairəsi» kimi adlanan ərazidə 100 manat müqabilində tanışı, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, üç ədəd ayrı-ayrı polietilen kəsiyi bükümündə olmaqla ümumi təmiz çəkisi 1,556 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə heroini əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibində daşıyaraq saxlamış və 04 yanvar 2022-ci ildə saat 20:40 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, Həmid Həmidov küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilərək üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən qeyd olunan çəkidə narkotik vasitə heroin üç ədəd bükümdə əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən, 1270 qram çəkidə psixotrop maddə olan metamfetamini və ümumi təmiz çəkisi 1243,141 qram olmaqla külli miqdarda - narkotik vasitə heroini əldə edib daşıyaraq saxlamış, əldə etdiyi narkotik vasitə heroini səkkiz ədəd olmaqla ayrı-ayrı bükümlərə ayırdıqdan sonra heroinin 1,556 qram çəkidə olan hissəsini üç ədəd sellofan kəsiyi bükümündə qablaşdırılmış halda 03 yanvar 2022-ci ildə Hacıqabul şəhərində «Bakı dairəsi» kimi adlanan ərazidə tanışı, Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq 100 manata satmış, heroinin qalan 1241,585 qram çəkidə olan hissəsi və bir ədəd polietilen torbada qallaşdırılmış və ümumi çəkisi 1270 qram psixotrop maddə olan metamfetamin isə 06 yanvar 2022-ci ildə saat 13 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Hacıqabul-Şirvan yolunda yerləşən körpünün yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman əlində olan göy rəngli polietilen torbada aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olmaqla tutulana kimi narkotik vasitə heroin istifadə etmişdir. 03 yanvar 2022-ci ildə Hacıqabul şəhərində yerləşən dəmir yolunun kənarında gəzərkən yerdə bir ədəd sellofan bükümü görüb onu yerdən götürüb içinə baxarkən içərisində heroin olduğunu görmüş, həmin bükümü götürərək istifadəsi üçün əynində olan qara rəngli qış gödəkçəsinin sağ cibinə qoymuş, 04 yanvar 2022-ci ildə axşam saat 20 radələrində yaşadığı evdən çıxıb piyada gedərkən Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli qış gödəkçəsinin sağ çibində olan bir ədəd sellofan torbanın içərisində, 3 ədəd sellofan kəsiyindəki narkotik vasitə heroini çıxararaq polis əməkdaşına təqdim etmiş, sonra şəxsi axtarışla bağlı protokol tərtib olunaraq orada iştirak edən şəxslər, eləcə də onun tərəfindən imzalanmışdır. Hazırda əməlindən peşman olduğunu, narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 yanvar 2022-ci ildə yaşadığı evdə olarkən Hacıqabul rayon polis şöbəsinin əməkdaşları evinə gələrək onu polis şöbəsinə aparmış, şöbədə polis əməkdaşlarının psixi təsiri və təzyiqi nəticəsində 2 kiloqram narkotik vasitənin ona məxsus olması barədə izahat və ifadələrə imza etmiş, tanışı olan Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs1 satmamış, polis əməkdaşları tərəfindən döyülməsini bildirsə də bununla bağlı heç bir araşdırma aparılmamışdır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, Ramil İbrahimova heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə etmiş, 06 yanvar 2022-ci ildə Hacıqabul-Şirvan yolunda yerləşən körpünün altında Bakı şəhərinə getmək üçün dayanan zaman Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində saxladığı bir ədəd göy rəngli polietilen torbanın içərisindən 1 ədəd sellofan kəsiyində narkotik vasitə heroin, 1 ədəd şəffaf sellofan kəsiyində psixotrop maddə metamfetamin, 1 ədəd qırmızı rəngli dəmir qabın icərisində 4 ədəd ayrı-ayrı bükümlərdə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmiş, şifahi sorğu-sual zamanı üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroini və metamfetamini İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Ramil adlı şəxslə razılaşdıqları kimi sonuncunun qoyduğu yerdən, Bakı şəhəri, Lokbatan dairəsində yolun kənarından 03 yanvar 2022-ci ildə götüdüyünü, əvəzində terminal vasitəsilə həmin şəxsə 3000 (üç min) manat pul göndərdiyini, narkotik vasitə heroinin bir hissəsini tanışı Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs1 100 manata satmasını bildirmiş, üzərinə keçirilən şəxsi axtarışla bağlı tərtib olunan protokol orada iştirak edən şəxslər, eləcə də onun tərəfindən imzalanmışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda verilən ittiham üzrə cinayət əməlini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, Hacıqabul rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 məhkəmə baxışında şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, 04 yanvar 2022-ci ildə xidmətdə olarkən Hacıqabul şəhəri, H.Həmidov küçəsi, ev 142-də qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında əməliyyat qrupu yaradılaraq onun ola biləcəyi yerlər müşahidəyə götürülmüş, həmin gün axşam saat 20 radələrində sonuncu yaşadığı evin yaxınlığındakı küçədə saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan qara rəngli gödəkcəsinin cibindən bir ədəd sellofan torbacıq çıxarıb onlara təqdim etmiş, həmin sellofan torbacıq açıldıqda içərisindən 3 ədəd polietilen kəsiyi bükümlərində narkotik vasitə heroinə bənzər maddələr aşkar olunmuş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi maddələrin narkotik vasitə heroin olduğunu, onları 03 yanvar 2022-ci ildə dəmir yolunun kənarında yerdən tapdığını bildirmiş, keçirilən şəxsi axtarışla protokol tərtib olunaraq orada iştirak edən şəxslər, o cümlədən Həsən tərəfindən imzalanmışdır. İcraatına istintaq bölməsindən daxil olmuş əməliyyat tapşırığına əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə heroini tapmamış, onları Şirvan şəhəri, Xəqani küçəsində yaşayan Təqsirləndirilən şəxs2 əldə etmiş, 06 yanvar 2022-ci ildə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 həmin gün saat 13 radələrində Hacıqabul- Şirvan yolunda yerləşən körpünün yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə sonuncunun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 əlində olan göy rəngli polietilen torbanı təqdim edərək həmin torbada narkotik vasitə və psixotrop maddə olduğunu, qeyd olunan narkotik vasitələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı «Ramil» adlı şəxsdən 03 yanvar 2022-ci ildə 3000 manata həmin şəxsin qoyduğu yerdən, yəni Bakı şəhəri Lökbatan dairəsindən götürdüyünü, özünün narkotik vasitə və psixotrop maddə istifadə etdiyini, 03 yanvar 2022-ci ildə narkotik vasitə heroinin bir hissəsini tanışı Təqsirləndirilən şəxs1 100 manata satdığını bildirmiş, təqsirləndirilən şəxslər saxlanılarkən, eləcə də polis şöbəsinə gətirilərkən onlara qarşı heç bir təsir və ya təyziq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, taksi fəaliyyəti ilə məşğul olur. 03 yanvar 2022-ci ildə saat 18 radələrində sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 Şirvan şəhəri, Xəqani küçəsindən götürüb Hacıqabul şəhərinə aparıb-gətirməyə razılaşmış, Ramil Hacıqabul şəhərinin girişində yerləşən “Anar” marketin yanında avtomobili saxlatdıraraq düşüb bir nəfər şəxslə görüşdükdən sonra yenidən Şirvan şəhərinə geri qayıtmışlar. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış aparılması və götürmə haqında” 04 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd sellofan torbacıqda üç ədəd polietilen kəsiyi bükümündə narkotik vasitə heroinə bənzər maddələr aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan “şəxsi axtarış aparılması və götürmə haqında” 06 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən əlində olan göy rəngli polietilen torbadan bir ədəd sellofan kəsiyi bükümündə narkotik vasitə heroinə bənzər maddə, bir ədəd şəffaf sellofan kəsiyində psixotrop maddə metamfetaminə bənzər maddə, bir ədəd qırmızı rəngli qabın içərisindən dörd ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilərkən sonuncu üzləşdirmə zamanı ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 05 yanvar 2022-ci il tarixli, 18/12 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “./imza var/ Təqsirləndirilən şəxs1” sözləri yazılmış kağız paketdəki 1 ədəd sellofan torbacıqda 3 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,511 qram, 0,545 qram, 0,500 qram, ümumi çəkisi 1,556 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 07 yanvar 2022-ci il tarixli, 18/18 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “..Təqsirləndirilən şəxs2 imza...” sözləri yazılmış polietilen torbanı açdıqda 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 1270 qram olan ağımtıl rngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 1240 qram, 01 ədəd qırmızı rəngli dəmir qabda 04 ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkisi 0,352 qram, 0,310 qram, 0,480 qram, 0,443 qram, ümumi çəkisi 1241,585 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. X3 üzərindən aşkar edilmiş heroin ilə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroin eyni tərkiblidir. Heroinin ümumi çəkisi 1242,991 qramdır. İş materiallarında olan məhkəmə-texniki ekspertizasının 11 fevral 2022-ci il tarixli, 10/323 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş elektron tərəzinin «ON/OFF» düyməsini basmaqla tərəzinin tablosunda siqnallar yaranır və avtomatik olaraq kalibrovka («sıfırlaşma») olunur, ekranda «0.00g» göstəricisi əmələ gəldikdən sonra tərəzinin çəki gözünə hər hansı əşya qoyulduqda, ekranda əşyanın çəkisi görünür. Belə ki, tərəzinin çəki gözünə çəkisi əvvəldən müəyyən edilmiş əşyalar qoyuldu və ekranda həmin əşyaların çəkisinə uyğun rəqəmlər yazıldı. Tərəzinin üzərində mexaniki zədə və çatışmamazlıqlar yoxdur, aparılmış tədqiqatla elektron tərəzinin işlək vəziyyətdə olmaqla istismara yararlı olduğu müəyyən edildi. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 27 yanvar 2022-ci il tarixli 335 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 07 aprel 2022-ci il tarixli 1658 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Hacıqabul rayon polis şöbəsinin əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 ətrafında bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə etdiyi İran İslam Respublikası vətəndaşı “Ramil” adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamaları ilə bağlı bir sıra əməliyyat tədbirləri keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur. Eləcə də keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1 narkotik vasitə satması müəyyən olunsa da, lakin onun X7 narkotik vasitə satması ilə bağlı hər hansı bir məlumat əldə olunmamışdır. O, cümlədən keçirilmiş əməliyyat tədbirlərinə zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, həmçinin onun Təqsirləndirilən şəxs2la əlbirliyi ilə bağlı hər hansı bir əməliyyat məlumatı əldə olunmamışdır. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş bir ədəd elektron tərəzi, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 1242,591 qram qalığı və psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı 1269,95 qram qalığı Hacıqabul rayon polis şöbəsində saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdikləri etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələrinə məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, onlara istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onların tərəfindən törədilmişdir, bu cinayətlərə görə Təqsirləndirilən şəxs1 ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci və Təqsirləndirilən şəxs2 CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində onlar təqsirlidir və onların təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışında verdikləri ifadələrini obyektiv ifadə kimi qəbul etmir və hesab edir ki, həmin ifadələr işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsinin “üzərində aşkar edilən narkotik vasitəni Təqsirləndirilən şəxs2 almamış, onu tapmışdır” hissəsini səmimi, həqiqətə uyğun ifadə kimi qəbul etmir, onun digər təqsirləndirilən şəxs X4 müdafiə xarakterli ifadə kimi qiymətləndir. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək təqsirləndirilən şəxs X2 aşkar edilərək götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi qənaətinə gəlir, eyni zamanda Ramil İbrahimovun ifadəsində göstərdikləri bu xüsusatları onun cinayət məsulliyyətindən yanınmağa yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs2 əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avandanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin tövsifi məsələsini müzakirə edərək Təqsirləndirilən şəxs1 əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci, Təqsirləndirilən şəxs2 əməlini isə CM-in 234.4.3-cü maddəsinin dispozisiyası şərtlərinə uyğun gəldiyni nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olmadığından onların əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən olunmadı. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, onların barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Məhkumluq haqqında” digər tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1, əvvəllər bir neçə dəfə məhkum olunmuş sonuncu dəfə Şirvan şəhər məhkəməsinin 08 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuş, hazırda məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən sonra 2 il keçdikdə məhkumluq ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs1 məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş şəxs hesab olunur. Təqsirləndirilən şəxs1 məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli, digər Təqsirləndirilən şəxs1 isə CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onların şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmasını əsaslı sayır. İş materiallarında olan Hacıqabul rayon məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 04 yanvar 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Hacıqabul rayon məhkəməsinin 07 yanvar 2022-ci il tarixli digər qərarından görünür ki, həbsetmənin əvvəli 06 yanvar 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədaləti bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni sinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə törətdikləri cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 11 yanvar 2022-ci il tarixli, 65 nömrəli arayışdan görünür ki, təqsirləndirilən şəxs Məmmədov X6 RMX-nın konsultativ poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda deyil, lakin o, 2012-ci ildən narkoloji kabinetdə narkoman kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 17 yanvar 2022-ci il tarixli, 54 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Şirvan ŞMX-nın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş 18 yanvar 2022-ci il tarixli 453 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 31 avqust 2014-cü ildə Şirvan şəhərində doğulmuşdur. İş materiallarına əlavə edilmiş 19 yanvar 2022-ci il tarixli, 128 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Məmmədov X6 şəhəri, H.Həmidov küçəsi, ev 142-də qeydiyyatda olmaqla orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 Vidai oğluna cəza təyin edərkən təqsirini etiraf etməsini və narkomaniya xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikası CMin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda məhkəməyədək icraat zamanı təqsirini səmimi etiraf etməsini və ilk məhkumluğunu CM-in 59.2-ci maddəsinə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus, qanunverigiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul əmlak və s. müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul rayon polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı qalığı 1,406 qram və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş bir ədəd elektron tərəzi, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı qalığı 1242,591 qram və psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonrakı qalığı 1269,95 qram hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 181 (yüz səksən bir) manat 69 (altmış doqquz) qəpik hər birindən 90 (doxsan) manat 85 qəpik olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04 yanvar 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 06 yanvar 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul rayon polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı qalığı 1,406 qram və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş bir ədəd elektron tərəzi, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı qalığı 1242,591 qram və psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonrakı qalığı 1269,95 qram hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 181 (yüz səksən bir) manat 69 (altmış doqquz) qəpik hər birindən 90 (doxsan) manat 85 qəpik olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər:
1. (sədrlik edən) Cəlil Nəbiyev
2. Cavid Səfərli
3. Müşfiq Məmmədov