Məhkəmə qərarları › İş №1(099)-333/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-333/2023

28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-333/2023 28.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxx 2002-ci ildə Cəlilabad rayonu Tahirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Cəlilabad rayonu Privolnoye kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdə digər şəxslərlə İmişli rayonu Aranlı kəndi ərazisində qoyulmuş hər biri külli miqdarda olmaqla 2800 qram narkotik vasitə heroini, 28,778 qram qupudulmuş marixuananı və 520 qram psixotrop maddə metamfetamini qoyulduğu yerdən götürməklə satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması barədə qabaqcan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə həmin gün saat 23:30 radələrində İmişli rayonu Aranlı kəndinin ərazisinə getmiş, orada əsas avtomobil yolunda ikinci işıq dirəyindən 100 metr sağda qoyulmuş, içərisində göstərilən külli miqdarda narkotik vasitələr və psixotrop maddə olan bir ədəd torbanı götürərək həmin maddələri ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlayıb daşıyarkən bu barədə məlumat almış Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində hadisə yerində saxlanılmış, ondan götürülmüş torbaya baxış keçirilərkən həmin miqdarda narkotik vasitələr və psixotrop maddə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrin ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 01 iyun 2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri Ceyranbatan qəsəbəsində dostunun ad günündə olduğu zaman ona məxsus telefona atasının tanışı olan Ağaxan adlı şəxs VhatsApp proqramı vasitəsi ilə zəng edib danışaraq ona yaşadığı Privolnoye kəndi ərazisində narkotik vasitə qoydurduğunu, həmin narkotik vasitələri qoyulduğu yerdən götürmək üçün adam göndərəcəyini, həmin adamın narkotiki götürəcəyini, onunla birlikdə getməsini xahiş etmişdir. O, getmək istəməmiş, lakin Ağaxan adlı şəxs pis vəziyyətdə qaldığını bildirmiş, ondan xahiş etmiş və ona pul verəcəklərini bildirmişdir. Ona görə də Ağaxan adlı şəxsin təklifi ilə razılaşmış, Bakı şəhərindən Cəlilabad rayonu Privolnoye kəndində yerləşən evinə getmişdir. Evdə təxminən bir saat gözlədikdən sonra Ağaxanın oğlu Mehdi ona zəng edərək sürücünün onu evinin yaxınlığında, yolun kənarında gözlədiyini bildirmişdir. O, evdən çıxaraq yola tərəf getdikdə Mehdinin dediyi avtomobilin dayandığını görmüşdür. Avtomobilə minmiş Sürücü avtomobili İmişli rayonu ərazisinə sürmüşdür. Sürücü ona atılmış konum üzrə avtomobili narkotik vasitələrin qoyulduğu yerə sürmüşdür. Sürücü orada avtomobili saxlamış və ona təxminən 100 metr kənardakı eletrik diryinin altında qoyulmuş, içərisində narkotik vasitələr olan torbanı götürüb avtomaşına gətirməsini demişdir. O, avtomaşından düşmüş, narkotiki götürmyə gedərkən torbanı götürmədiyi halda onu sərhədçilər tutmuşlar. Sonra içərisində narkotik vasitələr olan torbanı onun qabağına qoyaraq demişlər ki, boynuna götür. Əks halda torbanı ailəsindən çıxaracaqlarını, atasının da tutulacağını demişlər. Onu döyərək qorxutmuş və ona iki il iş veriləcəyini demişlər. Ona görə də məcbur olub torbanı və içərisində olan narkotik vasitələri boynuna götürmüşdür. Onun hər hansı iranlı şəxslə əlaqəsi olmamışdır. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 01 iyun 2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri Ceyranbatan qəsəbəsində olduğu zaman ona məxsus ***-***-**-** telefon nömrəsinə atasının tanışı olan Ağaxan adlı şəxs VhatsApp proqrammı vasitəsi ilə səsli sms göndərməklə atası ilə danışmaq istədiyini bildirmişdir. O isə bu barədə atasına dedikdə atası Ağaxan adlı şəxsin onunla narkotik barədə danışacağını bilərək həmin şəxslə danışmaqdan imtina etmişdir. Belə olduqda Ağaxan adlı şəxs ona yaşadığı Priolnoye kəndi ərazisində narkotik vasitə qoydurduğunu, həmin narkotik vasitələri qoyulduğu yerdən götürüb onu evinin yaxınlığında yolda gözləyən sürüyüyə verməsini xahiş etmişdir. Ağaxan adlı şəxsin təklifi ilə razılaşmış, lakin ona Bakı şəhərindən Privolnoye kəndinə getməyə yol pulu olmadığını bildirmişdir. Ağaxan adlı şəxs ona yol pulunu artıqlaması ilə göndərəcəyini bildirmişdir. Bundan sonra Ceyranbatan qəsəbəsindən Cəlilabad rayonu istiqamətində yola düşmüşdür. Yolda olduğu zaman atası ilə danışarkən atası ona Ağaxan adlı şəxsin təklifini yerinə yetirməməsini demişdir. Lakin atasına söz versə də, Ağaxan adlı şəxsin tapşırığını yerinə yetirməkdə qərarlı olmaqla Privolnoye kəndində yerləşən evinə getmişdir. Həmin vaxt atası evdə olmamışdır. Evdə təxminən bir saat gözlədikdən sonra Ağaxanın oğlu Mehdi ona zəng edərək sürücünün onu evinin yaxınlığında, yolun kənarında gözlədiyini bildirmişdir. O, evdən çıxaraq yola tərəf getdikdə Mehdinin dediyi avtomobilin dayandığını görmüşdür. Avtomobilə minmiş Sürücü avtomobili İmişli rayonu ərazisinə sürmüşdür. Sürücü ona atılmış konum üzrə avtomobili narkotik vasitələrin qoyulduğu yerə sürmüşdür. Sürücü orada avtomobili saxlamış və hər ikisi avtomobildən düşmüşlər. Sürücü ona təxminən 100 metr kənardakı eletrik diryinin altında qoyulmuş, içərisində narkotik vasitələr olan torbanı götürüb avtomaşına gətirməsini demişdir. O, həmin yerə yaxınlaşaraq elektrik dirəyinin altında olan torbanı götürmüş və avtomobilə tərəf qaçarkən dövlət sərhəd xidmətinin əməkdaşları tərəfəindən saxlanılmışdır. Onun iştirakı ilə torbaya baxılarkən narkotik vasiətəlrə bənzər maddələrin olması məlum olmuşdur. Torbada olan maddələrə baxış keçirilməsində iki nəfər hal şahidləri də iştirak etmişlər. Həmin maddələr götürülmüş və bu bərədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəcslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə übuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi zissəinin 1-ci sərhəd komendantlığının əməliyyat müvəkkili Şahid1 məhkəmədə şahid kimi verdiyi ifadəsində göstərdi ki, 01 iyun 2022-ci il tarixdə 2-ci sərhəd zastavasının 23-cü sahəsi istiqamətində külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında o və baş leytenant Şahid2 həmin sahədə, İmişli rayonu Aranlı kəndi istiqamətində «pusqu» xidmətinə təyin olunmuşlar. Xidməti həyata keçirdikləri zaman saat 23:30 radələrində bir nəfər şübhəli şəxsin ərazidən bağlama götürdüyünü və uzaqlaşmaq istədiyini görmüş və ona dayanması barədə komanda vermişlər. Həmin şəxs bağlamanı əlindən yerə atmış və qaçmaq istərkən onu saxlamışlar. Sorğu zamanı həmin şəxsin Cəlilabad rayonu Privolnoye kənd sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bağlamada narkotik vasitələr olmasını, həmin yerə torbanı götürmək məqsədi ilə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs və onun götürdüyü, üzərinə «ARACANİ» yazılmış bağlama zastavaya aparılmışdır. Zastavada bağlamaya hal şahidlərinin iştirakı ilə baxış keçirilərkən bağlamanın içərisində narkotik vasitələrin olması müəyyən edilmişdir. Məhkəmədə şahid kimi dindirilən dövlət sərhəd xidmətinin «N» saylı hərbi hissəsinin əməliyyat-axtarpış şöbəsinin əməliyyat müvəkkili Şahid2 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə şahid kimi dindirilən Şahid3 göstərdi ki, 01 iyun 2022-ci il tarixdə 2-ci sərhəd zastavasının ərazisində İmişli rayonu Aranlı kəndinin ərazisində yoldan kənarda Təqsirləndirilən şəxs göstərdiyi əraziyə baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Həmin ərazidən bir ədəd torba aşkar olunaraq götürülmüşdür. Həmin torbanı sərhəd zastavasına aparmaqla isçərisinə onun iştirakı ilə baxış keçirmişlər. Torbanın içərisindən 2-3 kiloqram çəkidə maddələr aşkar olunmuşdur. Həmin maddələrin bir hissəsi ot halında, bir hissəsi isə paroşok halında olmuşdur. Həmin maddələrin narkotik olimasını demişlər. Fərəc Abbasov həmin maddələri götürmək üçün gəldiyini bildirmişdir. Onun yanında sərhədçilər tərəfindən Təqsirləndirilən şəxs qarşı-heç bir təzyiq-təsir göstərilməmişdir. Hadisə yerinə baxış keçirilməsi barədə 01 iyun 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri dövlət sərhəd xidmətinin «N» saylı hərbi hissəsinin 2-ci sərhəd zastavasının 23-cü sahəsindədir. Sərhəd və nəzarət iz zolağında hər hansı ayaq izləri aşkar olunmamışdır. Baxış zamanı əraziddə üzərinə «APACHİ» sözləri yazılmış torba aşkar olunaraq götürülmüşdür. Baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs torbanın ona məxsus olduğunu bildirmişdir. 02 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürdüyü torbaya baxış keçirilərkən torbada 30 qram narkotik vaitə olan qurudulmuş marixuanayabənzər, 2800 qram heroinəbənzər maddə, 515 qram isə psixotrop maddə olan metamfetaminəbənzər maddə aşkar olunaraq götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/570 saylı rəyində göstərilmişdir ki, ekspertizaya bir ədəd paketdə təqdim olunmuş, çəkisi 28,778 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3151 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş beş ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 1000 qram, 500 qram, 280 qram, 20 qram-ümumi çəkisi 2800 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, həmin heroinlər kimyavi tərkiblərinə eynidirlər. İki ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 495 qram və 25 qram-ümumi çəkisi 520 qram olan, ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, həmin metamfetaminlər kimyavi tərkiblərinə görə eynilik təşkil edirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4646 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2373 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir, törətdiyi əməl barəsində anlaqlıdır, əməli CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. «Respublika Psixatriya Xəstəxanası» publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli arayışıdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyata alınmamışdır. «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli arayışıdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyata alınmamışdır. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında xx.xx.2022-ci il tarixli, 472 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır, himayəsində xx.xx.2006-cı ildə doğulmuş bir uşağı vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində ərazi üzrə nümayəndəliyə şikayət daxil olmamışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsində iştirak etmiş və Azərbaycan Respublikasının medalları ilə təltif edilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs içərisində narkotik vasitələr olan torbanın qoyulduğu yerə getsə də, oradan narkotik vasitələri faktiki olaraq götürməməsi baprədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayti törətməyə görə CM-nin 206.3.2-ci maddəsi ilə ittiham verilsə də, iş üzrə cinayətin predmeti olan narkotik vasitələrin və psixotrop maddənin Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilməsi müəyyən edilmir. Əgər qaçaqmalçılıq yolu ilə keçirilmişdirsə, həmin cinayətin törədilməsində Fərəc Abbasovun iştirakı müəyyən edilmir. Belə ki, müəyyən edilir ki, narkotik vasitələr artıq Azərbaycan Respublikası ərazisində olduğu halda 01 iyun 2022-ci il tarixdə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlamaqla narkotik vasitələrin yeri barədə məlumat verməklə onları götürmək tapşırığı vermiş və Fərəc Abbasov bundan sonra narkotik vasitələri götürmək üçün həmin yerə getmişdir. Odur ki, F.Abbazdənin onua CM-nin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamda göstərilmiş qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı formada təqsirliliyi müəyyən edilməmişdir. Bundan əlavə cinayət işinin məhkəmə baxışı gedişində dövlət ittihamçısı Təqsirləndirilən şəxs CM-nin 206.3.2-ci maddəsi ilə verilmiş cinayət təqibindən imtina etdiyindən 28 aprel 2023-cü il tarixli qərarla CPM-nin 43.1 və 43.1.1-ci maddələrinə əsasən iş üzrə CM-nin 206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Vətən müharibəsinin iştirakçısı olmaqla Azərbaycan Respublikasının medalları ilə təltif olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onu cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 01 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan 28,758 qram narkotik vasitə qurudulmuş marixuana, 2799,75 qram narkotik vasitə heroin və 519,9 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə ekspertiza xərci 182 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 iyun 2022-ci il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan 28,758 qram narkotik vasitə qurudulmuş marixuana, 2799,75 qram narkotik vasitə heroin və 519,9 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə ekspertiza xərci 182 (yüz səksən iki) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar