Məhkəmə qərarları › İş №1(099)-333/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-333/2024

09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-333/2024 09.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X15, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı İixtiyar oğlu, zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümyəndəsi X38, müdafiəçilər Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə 24 iyun 1982-ci ildə, Cəbrayıl rayonu, Nüsus kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Tibbi Ərazi Bölməlirinin İdarəetmə Birliyi (TƏBİB)-in nəzdində “Cəbrayıl rayon X23 Hüquqi Şəxs”-in direktoru vəzifəsində işləyən, məhkum olunmamış, Cəbrayıl rayonu, Nüsus kəndində qeydiyyatda olmaqla Biləsuvar rayonu ərazisində ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 311.3.1 və 311.3.2ci maddələri ilə xx xxx 1965-ci ildə, Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “Beyləqan Rayon X23 Hüquqi Şəxs”də həkim-nevroloq vəzifəsində işləyən, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 311.3.1 və 311.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 01 dekabr 2011-ci il tarixdən 03 aprel 2020-ci il tarixədək Füzuli Rayon X19 şöbəsinin müdiri vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən suiistifadə edərək xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş Tibb Müəssisəsində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlarına uyğun olaraq diaqnozların düzgünlüyünə nəzarəti həyata keçirməyə və sair səlahiyyətlərə malik olmasına, vəzifə funksiyalarını həmin təlimata uyğun keçirməli olmasına baxmayaraq, həmin tələbləri yerinə yetirməyərək, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, vəzifəli şəxs olaraq edəcəyi qanunsuz hərəkətlərə görə, digər Təqsirləndirilən şəxs2 isə 2017-ci və 2018-ci illərdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında həkim-məsləhət komissiyasının sədri vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli qərarı ilə təsdiq olunmuş “Tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” qaydalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq olunmuş “Tibbi sosial ekspert komissiyaları haqqında Əsasnaməyə” əsasən əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə məlumatın elektron qaydada real vaxt rejimində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya sistemində Tibbi- Sosial Ekspertiza və X18 göndərilməsi, göndərişlərin onlara xidmət göstərən ambulatorpoliklinika müəssisəsi, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən, şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması və müəyyən olunan digər əsaslara görə göndərişin verilməsi üçün müraciət edən şəxslərin müraciət etdikdən sonra 7 (yeddi) iş günündən gec olmayaraq səhiyyə müəssisəsi tərəfindən sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələrin aparılması, xəstəlik tarixindən çıxarışların (epikrizlərin) toplanılması, ehtiyac yaranarsa diaqnozun dəqiqləşdirilməsi üçün şəxsin əlavə və ambulator və ya stasionar müayinəyə göndərilməsi, göndərişin müalicə həkimi tərəfindən göndərişdə şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməklə, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu göstərilərək protokolla rəsmiləşdirilib həkim məsləhət komissiyasının sədri kimi imzalaması və gücləndirilmiş elektron imza ilə reyestrə daxil edilməsi və sair səlahiyyətlərə malik olmasına, vəzifə funksiyalarını həmin qaydalara və əsasnaməyə uyğun keçirməli olmasına baxmayaraq həmin tələbləri yerinə yetirmədən, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, vəzifəli şəxs olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətlərə görə bir-biriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Beyləqan rayonu Mayak kəndində qeydiyyatda olmaqla yaşayan X21 qanunsuz və əsassız əlillik dərəcəsi təyin olunmasına əsas ola biləcək müvafiq tibbi sənədlərin hazırlanması, eləcə də əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə məlumatı elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya sistemində Tibbi- Sosial Ekspertiza və X18 göndərilməsi müqabilində sonuncunun atası Şahid1 4.000 manat pul vəsaitini 2017-ci ilin yanvar ayında Füzuli Rayon Diaqnostika Mərkəzinin yaxınlığında birbaşa yolla rüşvət qismində istəyərək Təqsirləndirilən şəxs1 vasitəsilə almışlar. Bundan sonra Təqsirləndirilən şəxs1 Ruslan Rzazadəyə əlillik dərəcəsi təyin olunmasına səbəb ola biləcək saxta məlumatlar əks olunmuş tibbi sənədləri 2017-ci ilin yanvar ayının sonlarında əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə məlumatın elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya sistemində Tibbi-Sosial Ekspertiza və X18 göndərilməsi üçün Beyləqan Rayonu Mərkəzi Xəstəxanasında yerləşən xidməti otağında Təqsirləndirilən şəxs2 təhvil vermiş və onun tərəfindən 21 fevral 2017-ci il tarixdə Tibbi-Sosial Ekspertiza və X18 təqdim edilmiş məlumatlar əsasında X21 Tibbi Sosial Ekpsertiza Komissiyası tərəfindən İ dərəcəli əlillik təyin edilməsi nəticəsində sonuncuya xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 8.406 manat (səkkiz min dörd yüz altı) manat məbləğində qanunsuz sosial ödənişlərin ödənilməsini təmin edib, ümumilikdə onlara etibar olunmuş xeyli miqdarda özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə israfetmə yolu ilə talamış, bununla da sosial təminat sahəsində dövlətin həyata keçirdiyi sistemli və davamlı fəaliyyətə xələl gətirən həmin əməlləri ilə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişlər. Bundan başqa, Zamanov X33 Rayon Mərkəzi Xəstəxanasında həkim-məsləhət komissiyasının sədri vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşayan Şahid2 qanunsuz və əsassız əlillik dərəcəsi təyin olunmasına əsas ola biləcək müvafiq tibbi sənədlərin hazırlanması, eləcə də əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə məlumatın elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya sistemində Tibbi-Sosial Ekspertiza və X18 göndərilməsi müqabilində Şahid2 3.000 manat pul vəsaitini 2017-ci ilin fevral ayında Füzuli Rayon Diaqnostika Mərkəzinin yaxınlığında birbaşa yolla təkrar rüşvət qismində istəyərək Təqsirləndirilən şəxs1 vasitəsilə almışlar. Bundan sonra Təqsirləndirilən şəxs1 Şahid2 əlillik dərəcəsi təyin olunmasına səbəb ola biləcək saxta məlumatlar əks olunmuş tibbi sənədləri 2017-ci ilin yanvar ayının sonlarında əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə məlumatı elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya sistemində Tibbi-Sosial Ekspertiza və X18 göndərilməsi üçün Beyləqan rayonu Mərkəzi Xəstəxanasında yerləşən xidməti otağında Təqsirləndirilən şəxs2 təhvil vermiş və onun tərəfindən Tibbi-Sosial Ekspertiza və X18 təqdim edilmiş məlumatlar əsasında Şahid2 Tibbi Sosial Ekpsertiza Komissiyası tərəfindən İ dərəcəli əlillik təyin edilməsi nəticəsində sonuncuya xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 7.415 manat (yeddi min dörd yüz on beş) manat məbləğində qanunsuz sosial ödənişlərin ödənilməsini təmin edib, ümumilikdə onlara etibar olunmuş xeyli miqdarda özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə təkrar israfetmə yolu ilə talamış, bununla da sosial təminat sahəsində dövlətin həyata keçirdiyi sistemli və davamlı fəaliyyətə xələl gətirən həmin əməlləri ilə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə etmişlər. Bundan əlavə, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Beyləqan rayonu Dünyamalılar kəndində qeydiyyatda olmaqla yaşayan Şahid3 qanunsuz və əsassız əlillik dərəcəsi təyin olunmasına əsas ola biləcək müvafiq tibbi sənədlərin hazırlanması, eləcə də əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə məlumatı elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya sistemində Tibbi-Sosial Ekspertiza və X18 göndərilməsi müqabilində 2018-ci ilin aprel ayında Şahid3 400 manat pul vəsaitini bir başa yolla təkrar rüşvət qismində istəyərək Təqsirləndirilən şəxs2 vasitəsilə sonuncunun Beyləqan Rayon Mərkəzi Xəstəxanasının inzibati binasındakı xidməti otağında almışlar. Bundan sonra, Təqsirləndirilən şəxs1 Şahid3 əlillik dərəcəsi təyin olunmasına səbəb ola biləcək saxta məlumatlar əks olunmuş tibbi sənədləri 2018-ci ilin aprel ayında əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə məlumatın elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya sistemində Tibbi-Sosial Ekspertiza və X18 göndərilməsi üçün Beyləqan Rayonu Mərkəzi Xəstəxanasında yerləşən xidməti otağında Təqsirləndirilən şəxs2 vermiş və onun tərəfindən 23 aprel 2017-ci il tarixdə Tibbi-Sosial Ekspertiza və X18 təqdim edilmiş məlumatlar əsasında Şahid3 Tibbi Sosial Ekpsertiza Komissiyası tərəfindən İ dərəcəli əlillik təyin edilməsi nəticəsində sonuncuya xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 278 (iki yüz yetmiş səkkiz) manat məbləğində qanunsuz sosial ödənişlərin ödənilməsini təmin edərək, bununla da sosial təminat sahəsində dövlətin həyata keçirdiyi sistemli və davamlı fəaliyyətə xələl gətirən həmin əməlləri ilə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 308.1, 311.3.1 və 311.3.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərmişdir ki, 2011-ci ilin oktyabr ayında Füzuli Rayonu Müalicə X1 şöbəsində həkim nefroloq kimi işə düzəlmiş, 2011-ci sonlarında hemodializ şöbəsinin müdiri təyin olunmuş və 2020-ci ilin aprel ayının əvvəllərinə qədər həmin vəzifədə çalışmışdır. 2020-ci ilin aprel ayından Cəbrayıl Rayon Mərkəzi X8 kənd həkim məntəqəsinə baş həkim təyin olunmuşdur. 2022-ci ilin yay aylarında Cəbrayıl Rayon X23 Hüquqi Şəxsin poliklinika şöbəsinin müdiri, 2022-ci ilin oktyabr ayından isə Cəbrayıl Rayon X23 Hüquqi Şəxsin direktoru vəzifəsinə təyin olunmuş və hazırda da həmin vəzifədə çalışır. Şahid2 Füzuli rayonundadır, onun qardaşı qızı tibb bacısı işləmişdir, onun əli ilə də Ziyadxanla tanış olmuş, yaxın münasibətləri olmuşdur. Ziyadxan şəkər xəstəsi olmuş və başqa başqa xəstəliklərdən əziyyət çəkmişdir. Onu ambulator müalicə etmişlər. Ziyadxan əlilliklə bağlı ona köməklik etməsi üçün müraciət edib. O vaxt elə olmuş ki, uşağı qan xəstəsi olmuş imkansızlıqdan bu yola getmişdir. Ziyadxanla bağlı ifadəsini təsdiq edir, ondan 3000 manat pul almışdır. Lakin sonradan geri qaytarmışdır. İstintaq zamanı ifadələr vermiş, həmin ifadələrini tam təsdiq edir. Təqsirləndirilən şəxs2 ilə həkim yoldaşı olmuşlar, onu 2016-2017-ci ildən tanıyır. Aldığı puldan isə Təqsirləndirilən şəxs2 verməmiş, yalnız ondan xahiş etmişdir. Xahişi Təqsirləndirilən şəxs2 yanına gedərək özü etmişdir. 400 manat pulu Təqsirləndirilən şəxs2 alıb. Məhkəmədən ona əldən gəldiyi qədər köməklik edilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 308.1, 311.3.1 və 311.3.2-ci maddələri ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək törətdiyi cinayət əməlləri barədə ibtidai istintaq zamanı verdiyi ifadələrində bildirmişdir ki, o, 2011-ci ilin oktyabr ayında Füzuli Rayonu Müalicə X1 şöbəsində həkim nefroloq kimi işə düzəlmiş, 2011-ci sonlarında hemodializ şöbəsinin müdiri təyin olunmuş və 2020-ci ilin aprel ayının əvvəllərinə qədər həmin vəzifədə çalışmışdır. 2020-ci ilin aprel ayından Cəbrayıl Rayon Mərkəzi X8 kənd həkim məntəqəsinə baş həkim təyin olunmuşdur. 2022-ci ilin yay aylarında Cəbrayıl Rayon X23 Hüquqi Şəxsin Poliklinika şöbəsinin müdiri, 2022-ci ilin oktyabr ayından isə Cəbrayıl Rayon X23 Hüquqi Şəxsin direktoru vəzifəsinə təyin olunmuş və hazırda da həmin vəzifədə çalışır. İşlədiyi xəstəxana Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan məcburi köçkün düşmüş şəxslər üçün inşa edilmiş “Cəbrayıl qəsəbəsi” adlanan ərazidə yerləşir. Azərbaycan Respublikası vətəndaşları Şahid2, X29 və Şahid3 adlı şəxsləri tanıyır. O, təxminən 2016-cı ilin sonlarında Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini, həmçinin həkim məsləhət komissiyasının sədri işləmiş Təqsirləndirilən şəxs2 yanına gedərək ondan müəyyən xəstələrə xroniki böyrək çatışmazlığının terminal mərhələsi formasında saxta diaqnoz qoyacağını, bu barədə xəstələrin tibbi kartoçkalarına müəyyən qeydlər edəcəyini, eləcə də xəstələrin hemodializ müalicəsi alması barədə saxta arayış verəcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 şəxslərin əlillik dərəcəsi almaq üçün həkim məsləhət komissiyasının rəylərini saxtalaşdırmağı və əlillik dərəcələrinin təyin olunmasına əsas verə biləcək şəkildə yalan məlumatları informasiya resurslarına, yəni Tibbi Sosial Ekspertiza və Reabilitasiya Sisteminə həkim-məsləhət komissiyası adından daxil etməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs2 öz razılığını bildirərək hər xəstənin məlumatlarını Forma 88 formasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya sistemində Tibbi-Sosial Ekspertiza və X18 göndərilməsi üçün 500 manat pul vəsaiti istəmiş və o da bununla razılaşmışdır. Şahid2 onun yanına Füzuli rayon müalicə və diaqnostika mərkəzinə müalicəyə gəlmişdir. Söhbət əsnasında Şahid2 saxta əsaslara əlillik dərəcəsi təyin etdirə biləcəyini demişdir. Şahid2 bunun müqabilində rüşvət qismində 3000 manat pul vəsaiti istəmiş, təxminən 2017-ci ilin fevral ayının sonlarında Şahid2la Füzuli Rayon Diaqnostika Mərkəzinin yaxınlığında görüşərək sonuncudan rüşvət qismində 3000 manat məbləğində pul vəsaiti almışdır. Bundan sonra Şahid2 adına hemodializ xəstəsi olması barədə arayış və saxta məlumatlar əks olunmuş, yəni diaqnozlara uyğun xəstəliyi barədə epikriz hazırlamışdır. O, 2017-ci ilin fevral ayının sonlarında Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini-həkim məsləhət komissiyasının sədri olmuş Təqsirləndirilən şəxs2 qeyd etdiyi arayışı, epikrizi və qabaqcadan razılaşdırdıqları 500 manat pul vəsaitini vermişdir. 2017-ci ilin may ayında Şahid2 1-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Yerdə qalan 2500 manatı özündə saxlamış və öz ehtiyacları üçün xərcləmişdir. Rzayev X35 rayonu, Mayak kəndindən olan Sahil adlı dostunun həmkəndlisidir. 2017-ci ilin əvvəllərində Sahil ondan qonşusu Şahid1 oğlu Ruslan Rzazadəyə saxta əsaslara əlillik təyin olunmasını xahiş etmişdir. O, 4000 manat müqabilində onlara kömək edəcəyini bildirmişdir. 2017-ci ilin yanvar ayının sonlarında Füzuli diaqnostika Mərkəzinin yaxınlığında Sahil adlı tanışı ilə birlikdə gələn Şahid1lə görüşmüş, Şahid1 ona 4000 manat pul vəsaitini şəxsən vermişdir. 2017-ci ilin yanvar ayının sonlarına X16 adına hemodializ xəstəsi olması barədə arayış və saxta məlumatlar əks olunmuş yəni diaqnozlara uyğun xəstəliyin klinikası barədə epikriz hazırlamışdır. O, 2017-ci ilin yanvar ayının sonlarında Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini-həkim məsləhət komissiyasının sədri olmuş Təqsirləndirilən şəxs2 qeyd etdiyi arayışı, epikrizi və qabaqcadan razılaşdırdıqları 500 manat pul vəsaitini vermişdir. 2017-ci ilin fevral ayında Ruslan Rzazadəyə 1-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Qalan 3500 manat pul vəsaitini özündə saxlamış və öz ehtiyacları üçün xərcləmişdir. Şahid3 adlı şəxs onun atasının dostu olmuşdur. Həmçinin indi onun özü ilə dostluq münasibətləri vardır. 2017-ci ilin sonlarında Şahid3 ona müraciət edərək saxta əlillik dərəcəsi almaq istədiyini bildirmişdir. Şahid3 onun atası ilə və özü ilə yaxın olduğu üçün Şahid3 etiraz etməmişdir. 2018-ci ilin aprel ayının əvvəllərində Şahid3 adına hemodializ xəstəsi olması barədə arayış və saxta məlumatlar əks olunmuş, yəni diaqnozlara uyğun xəstəliyin klinikası barədə epikriz hazırlamışdır. O, 2018-ci ilin aprel ayının əvvəllərində Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini-həkim məsləhət komissiyasının sədri olmuş Təqsirləndirilən şəxs2 qeyd etdiyi arayışı və epikrizi ona təqdim etmişdir. Həmçinin sonuncuya demişdir ki, Şahid3 özü onun yanına gələcək və 400 manat pul vəsaiti verəcəkdir. Bundan sonra Nazimə Beyləqan Rayon X5 xanıma yaxınlaşaraq 400 manat verməsini tapşırmışdır. Bundan sonra Şahid3 onunla təxminən 2018-ci ilin aprel ayının əvvəllərində əlaqə yaradaraq 400 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 verdiyini demiş və az müddət sonra ona 1-ci qrup əlilik təyin olunmuşdur. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkim-məsləhət komissiyasının üzvləri olmuş Şahid6, Şahid4, Şahid14 adlı şəxsləri tanımır və onlarla heç bir münasibəti olmamışdır. O yalnız həkim məsləhət komissiyasının sədri Təqsirləndirilən şəxs2 tanıyır. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkim-məsləhət komissiyasının sədri olmuş Təqsirləndirilən şəxs2 vətəndaşlar Şahid2, X29 və Şahid3 qanunsuz və əsassız əlillik dərəcəsi təyin olunması üçün Tibbi Sosial Ekspertiza Komissiyasının üzvlərinə rüşvət qismində pul vəsaiti yaxud hər hansı maddi nemət verməsi barədə hər hansı məlumata malik deyildir. Ona təqdim olunmuş sənədlərə baxış keçirərək bildirmişdir ki, qiymətləndirmənin nəticələrinin əlillik altsisteminə daxil edən TSEK üzvləri Şahid12 Fərhad oğlu, Şahid10 və TSEK sədri Şahid7 adlı şəxsləri tanımır. Həmçinin sənədlərdə Şahid3 25 nömrəli tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə xroniki böyrək çatışmamazlığının terminal mərhələsi ilə birinci dərəcə əlillik təyin olunması və sonradan ləğv edilməsi görünür. Ona təqdim olunmuş sənədlərə baxış keçirərək bildirmişdir ki, qiymətləndirmənin nəticələrinin əlillik altsisteminə daxil edən TSEK sədri X39 adlı şəxsi tanımır. Həmçinin sənədlərdə X21 23 nömrəli tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2017-ci il tarixdə xroniki böyrək çatışmamazlığının terminal mərhələsi ilə birinci dərəcə əlillik təyin olunması və sonradan ləğv olunması görünür. Ona təqdim olunmuş sənədlərə baxış keçirərək bildirmişdir ki, qiymətləndirmənin nəticələrinin əlillik altsisteminə daxil edən TSEK üzvləri Şahid8, Şahid11 Zəkəriyyə oğlu, Şahid13, X22, Şahid9 və TSEK sədri Şahid5 tanımır. Həmçinin sənədlərdə Şahid2 23 nömrəli tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2017-ci il tarixdə xroniki böyrək çatışmamazlığının terminal mərhələsi ilə birinci dərəcə əlillik təyin olunması görünür. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 verilmiş suallara cavab olaraq elan edilmiş ifadələrini təsdiq etmədiyini, ifadələri alınarkən müdafiəçisinin yanında olmadığını, ifadələrini oxumadan həyacanlı olduğundan imzaladığını bildirmişdir. Ona qarşı müstəntiq tərəfindən heç bir təsir və ya təzyiq göstərilməmişdir. Şahid2 3000 manat pulu uşağı xəstə olduğundan borc almış, ehtiyacı olmuş həmin vaxt, lakin sonradan pulu Ziyadxana geri qaytarmışdır. Ziyadxana həqiqətən ekipriz hazırlamış, lakin onu Təqsirləndirilən şəxs2 aparıb verməsini deməmişdir. Şahid1 4000 manat pulu isə uşağı xəstə olduğundan almışdır. Ona arayış, ekipriz verməmiş, aldığı pulu uşağının müalicəsinə xərcləmiş, əlilik dərəcəsin isə necə aldığından məlumatı yoxdur. Həmin 4000 manat pulu isə sonradan ondan istəməyiblər. Şahid3 xəstə olduğu üçün ona arayış və ekipriz vermiş, onunla dost olmuşdur. Onun əlillik dərəcəsi almasına köməklik etməmiş, əlillik dərəcəsin necə alıb məlumatı yoxdur. Şahid3 Təqsirləndirilən şəxs2 400 manat pul verməsindən xəbəri yoxdur, ona pul verməsi barədə heçnə deməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 308.1, 311.3.1 və 311.3.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, 2010-cu ildən Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini, 2016-cı ilin sonlarından 2017-ci ilin əvvəllərinə kimi həkim məsləhət komissiyasının sədri işləmiş, ondan sonra isə sədr baş həkimin özü olmuşdur. Daha sonra həkim məsləhət komissiyasının üzvi olmuş, 2020-ci ilin may ayından həmin xəstəxanada direktor müavini vəzifəsində işləmişdir. Şahid2, Şahid1 və Şahid3 tanımır. Anar həkimi kənardan tanımışdır. Ola bilər ki, Anar həkim gəlib ona yaxınlaşar ki, hansısa xəstəyə köməklik göstər. Həmin dövrdə işlədiyi müəssisədə internet zəif olmuş, bir gün ərzində yalnız üç-dörd nəfərin sənədləri sistemə işlənmişdir. Bu səbəbdən də ağır xəstələri qabağa salmışlar. Anar həkim də ola bilər ki, hansısa xəstənin sənədlərinin sistemə işlənməsinin qabağa salınmasını xahiş etmişdir. O həkim məsləhət komissiyasında olmuş, işi isə yalnız xəstənin sənədlərini alt sistemə vurmaq olmuşdur, həmin xəstəni sonradan ekspertiza yoxlamışdır. Ona sənədləri sistemə vurmaq üçün heç bir məbləğdə pul verilməyib, həmin şəxsləri tanımır. Adı çəkilən xəstələrin göndərişini Bakıdan verirlər, hemodialez xəstələrə göndəriş yalnız Bakıdan verilir. Hər üç şəxslə bağlı Anar həkim ondan xahiş etməyib, Anar həkimi istintaq vaxtı tanımışdır. Ola bilər ki, Anar həkim ondan hansısa xəstəni xahiş edər, lakin özü Anar həkimi tanımamışdır. Xəstələri alt sistemə yerləşdirən zaman komissiya sənədə baxır, qərar verir və sistemə vururlar. Onlar dörd nəfərlik komissiya olub, hər biri ayrı-ayrılıqda asan imza vasitəsilə təsdiq edir. Özü DTX-ya çağırılarkən həmin şəxsləri tanımadığını, ola bilər ki, Anar həkim, həkim yoldaşı kimi hemodialez xəstəsinin sənədlərinin qabağa salınmasını ondan xahiş etdiyini bildirib. Sənədlərdə möhür və imzalar tərəfindən yoxlanılıb, sistemə vurulub. Həmin şəxsə əlillik dərəcəsi verilə də bilər, verilməyədə bilər. Hemodialezli xəstələrin siyahısın isə yoxlaya bilmirlər. Ona qarşı heç bir təsir və ya təzyiq göstərilməyib, Anar həkimə qarşı ifadə verməyə məcbur edilməyib. Özü heç bir məbləğdə pul almamışdır. Müstəntiqə birinci dəfə belə ifadə vermiş, lakin ikinci dəfə çağırılanda həyacanlı olmuş, qapalı mühit onu sıxmış, nə dediyini bilməmişdir. Ona təqdim edilmiş sənədlərin isə saxta olduğunu yoxlaya bilməzmiş, geri qaytarmaq kimi də səlahiyyəti olmamışdır. Sistemə yazdıqları vətəndaşların isə sonradan əlillik dərəcəsi alıb-almamaları ilə bağlı isə onlarda məlumat olmamışdır. İbtidai istintaqda ifadə verərkən vəkili yanında olmuşdur. Ailəsi ona ali təhsil vermiş, düzgün tərbiyə almışdır, bu bir il ərzində isə xəstəlik tutmuşdur, başında ocaqlar yaranmışdır. Bunlar isə özünə psixoloji təsirlər etmişdir. Özü iki övladını və bacısı oğlunu böyütmüşdür, bacısı oğlu “Vətən Müharibəsi” zamanı şəhid olmuşdur. Covid dövründə çox ciddi xidmətlər göstərmiş, rəhbərlik tərəfindən xidmətləri bəyənilmiş, Coviddən sonra isə 44 günlük “Vətən Müharibəsi”ndə iştirak etmiş, yaralı əsgər və zabitlərə tibbi yardım göstərərək xidmət etmişdir. Müharibədən sonra isə Covidlə əlaqədar vaksinasiya prosesində ciddi xidmətlər göstərmişdir. Onun bütün bu xidmətləri qiymətləndirilərək öz seçimi əsasında Xocavənd Rayon Mərkəzi Xəstəxanasına direktor vəzifəsinə təyin edilmişdir. Həmin xəstəxanada işlədiyi dövrdə də ciddi xidmətlər göstərib, həyətyanı sahədə yaşıllıqlar salmış, kanalizasiya sistemi çəkdirmiş, xəstələrə xidmət göstərmişdir. Daha sonra yeni nəvəsinin doğulması ilə əlaqədar, onun yanında olmaq üçün öz ərizəsi ilə həmin işdən çıxmışdır. Bu qədər böyük işlər görən şəxs kimi ittihamda göstərilən kimi həmin məbləğlərdə pulu rüşvət kimi alması da ağlasığmazdır. Təqsirləndirilən şəxs1 tanımamış, onu yalnız DTX-ya çağırılarkən orada rastlaşanda tanış olmuşdur. İttihamı qəbul etmir, məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 308.1, 311.3.1 və 311.3.2-ci maddələri ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək törətdiyi cinayət əməlləri barədə verdiyi ifadələrində bildirmişdir ki, 2016-cı ilin sonlarında Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini, həmçinin həkim məsləhət komissiyasının sədri işlədiyi dövrdə Təqsirləndirilən şəxs1 yanına gələrək müəyyən xəstələrə xroniki böyrək çatışmamazlığının terminal mərhələsi formasında saxta diaqnoz qoyacağını, bu barədə xəstələrin tibbi kartoçkalarına müəyyən qeydlər edəcəyini, eləcə də xəstələrin hemodializ müalicəsi alması barədə saxta arayış verəcəyini bildirmişdir. Həmçinin əlillik dərəcəsi almaq üçün həkim məsləhət komissiyasının rəylərini saxtalaşdırmağı və əlillik dərəcələrinin təyin olunmasına əsas verə biləcək şəkildə yalan məlumatları informasiya resurslarına, yəni Tibbi Sosial Ekspertiza və Reabilitasiya Sisteminə həkim-məsləhət komissiyası adından daxil etməyi xahiş etmişdir. O, öz razılığını bildirərək hər xəstənin məlumatlarını Forma 88 formasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya sistemində Tibbi-Sosial Ekspertiza və X18 göndərilməsi üçün 500 manat pul vəsaiti istəmiş və Təqsirləndirilən şəxs1 bu təkilflə razılaşmışdır. Şahid2 Forma 88 adlanan sənədlərini TSERAS alt sisteminə elektron qaydada göndərilməsi üçün 2017-ci ilin fevral ayının sonlarında Beyləqan rayonunda xidməti otağında Təqsirləndirilən şəxs1 500 manat pul vəsaitini və Şahid2 dair tibbi sənədləri qəbul etmişdir. Şahid2 həkim-məsləhət komissiyasın qəbulunda olmadan sonuncunun sənədləri onun tərəfindən TSERAS alt sisteminə yüklənilmişdir. Şahid2 həkim-məsləhət komissiyasının qəbulunda olmamışdır. Komissiyanın digər üzvlərinin elektron imzaları onda olduğu üçün o, bütün komissiya üzvləri adından TSERAS altsisteminə yüklənmiş sənədləri elektron qaydada komissiya üzvlərinin xəbəri olmadan imzalamışdır. Təqsirləndirilən şəxs1 aldığı 500 manat pul vəsaitini şəxsi ehtiyaclarına xərcləmişdir. X17 Forma 88 adlanan sənədlərini TSERAS alt sisteminə elektron qaydada göndərilməsi üçün 2017-ci ilin yanvar ayının sonlarında Beyləqan rayonunda xidməti otağında Təqsirləndirilən şəxs1 500 manat pul vəsaitini və Ruslan Rzazadəyə dair tibbi sənədləri qəbul etmişdir. Ruslan Rzazadə həkim-məsləhət komissiyasın qəbulunda olmadan sonuncunun sənədləri TSERAS alt sisteminə onun tərəfindən yüklənilmişdir. Komissyanın üzvləri Şahid4, Şahid14 və Şahid6 elektron imzaları onda olduğu üçün onların adından TSERAS altsisteminə yüklənmiş məlumatları onların xəbəri olmadan elektron qaydada imzalamışdır. Təqsirləndirilən şəxs1 aldığı 500 manat pul vəsaitini şəxsi ehtiyaclarına xərcləmişdir. Şahid3 Forma 88 adlanan sənədlərini TSERAS alt sisteminə elektron qaydada göndərilməsi üçün 2018-ci ilin aprel ayının əvvəllərində Beyləqan rayonunda xidməti otağında Təqsirləndirilən şəxs1 Şahid3 dair tibbi sənədləri qəbul etmişdir. Təqsirləndirilən şəxs1 Şahid3 yaxın adam olduğunu özünün ona yaxınlaşaraq 400 manat verəcəyini bildirmişdir. Təxminən 2018-ci ilin aprel ayının ortalarında Şahid3 onun xidməti otağına gələrək 400 manat pul vəsaitini şəxsən ona vermişdir. Həkim-məsləhət komissiyasının üzvləri Şahid4, Şahid14 və Şahid6 qeyd olunan hadisədən xəbərləri olmamışdır. Sadəcə onların elektron imzaları onda olduğu üçün onların adından imzalamışdır. Təqsirləndirilən şəxs1 aldığı 400 manat pul vəsaitini şəxsi ehtiyaclarına xərcləmişdir. Qeyd edilən hər 3 şəxs həkim-məsləhət komissiyasının qəbulunda olmadan onların sənədləri elektron sistemə yüklənərək onun tərəfindən komissiya üzvləri adından imzalanmışdır. Təqsirləndirilən şəxs1 həmin şəxslərdən konkret olaraq hansı məbləğdə pul almasından məlumatsızdır. Lakin saxta tibbi sənədlərə görə hər iki şəxsdən pul aldığın təxmin etmişdir. Çünki pul almadığı halda Anarın ona öz cibindən pul verməsinə inanmamışdır. Sadəcə bir halda Şahid3 məsələsində Anar ona yaxın adam olduğunu və ondan pul almadığını bildirmişdir. Qeyd olunan şəxslərin hər üçünə birinci qrup əlillik dərəcəsi təyin olunmuşdur. X30, Şahid3, Şahid2 adına açılmış Tibbi kartoçkalar və əlillik təyinatına səbəb olmuş digər tibbi sənədlərin saxta olması səbəbindən onları tibbi kartoçkalarını saxlanılması üçün arxivə göndərmədiyindən həmin sənədlər Beyləqan Rayon Mərkəzi Xəstəxanasında aşkar edilməmişdir. Həmin sənədlərin harada olmasını, onun tərəfindən məhv edilib-edilməməsini hazırda xatırlamır. Əlillik dərəcəsi təyin olunması üçün heç bir Tibbi Sosial Ekspert Komissiyasının üzvünə, eləcə də həkimməsləhət komissiyasanın üzvlərinə hər hansı miqdarda pul vəsaiti verməmiş, sadəcə olaraq tibbi sənədlər saxtalaşdırıldığı üçün qeyd olunan şəxslərə əlillik dərəcəsi verilmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 verilmiş suallara cavab olaraq, həmin ifadələrinin doğru olmadığını bildirsə də, hansı səbəbdən müdafiəçisinin iştirakı ilə yuxarı göstərilən ifadələri verməsinin səbəbini izah edə bilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, təqsirləndirilən şəxslərə qarşı barışıq yoxdur, şikayətçidir, onlardan dövlətə vurulmuş zərərin ödənilməsini tələb edir, məhkəmədən isə təqsirləndirilən şəxslərə cərimə cəzasının verilməsini xahiş etmişdir. Daha sonra isə xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, dəymiş zərərin təqsirləndirilən şəxslər tərəfindən ödənildiyini, onlarla barışdıqlarını, şikayətlərinin olmadığını, yekun məhkəmə aktı çıxarılarkən isə nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, özü şəkər xəstəsi olmuş, sonradan böyrəkləri də sıradan çıxmış, on bir ədəd damar çıxarmışlar. Bununla əlaqədar Anar həkimə yaxınlaşmış, Anar həkim ona yeddi kurs müalicə yazmış, onu həyata qaytarmışdır. Sonradan isə qaraciyərində hepatit xəstəliyi də aşkar edilmişdir. Özündə dörd növ xəstəlik olmuşdur. Əliliyini isə hazırda hökumət kəsmişdir. İki ildən artıq isə əlillik pensiyası almışdır. Əlillik dərəcəsin 2017-ci ildə almışdır. Həmin vaxtadək başqa həkimlərə müalicə üçün getmişdir. Anar həkimi isə onu müalicə edib, reseptlər yazarkən tanımışdır. Şəxsi münasibətləri yaranmışdır. Anar həkimi evinə də dəvət edib, çay içmişlər. Anar həkimə pensiyaya görə pul verməmiş, onun övladı qan xəstəsi olduğundan bir dəfə köməklik etməsi üçün xahiş edib, özü isə kimdənsə pul alıb Anar həkimə vermişdir. Həmin pul 450-500 manat məbləğində olmuş, sonradan Anar həkim o pulu qaytarmışdır. Ola bilər ki, tam rəqəmi dəqiq demir, Anar həkimə 150-200 manat məbləğində də köməklik etmişdir. Özü heç vaxt dialez almamışdır. Beyləqan Rayon Mərkəzi Xəstəxanasında olmuşdur, Kifayət həkimi xatırlamır, yaddaşı zəifdi. Ona demişlər ki, qalx ikinci mərtəbəyə, özü də qalxıb sənədlərinə qol çəkdirmişdir. Sənədlərinə uyğun pensiya almışdır. Beyləqan xəstəxanasında komissiyada olmuşdur. Anar həkimin göstərişi ilə komissiyada heç kimə pul verməmişdir. xx.xx.2020-ci ildə pensiyası ləğv olunub, üç uşağını dövlət oxutduğundan bu barədə heç bir yerə də müraciət etməmişdir. 3000 manat pulu Anar həkimə əlilliklə bağlı verməmişdir. Müstəntiqə ifadə verərkən oxuyub, yaza bilmədiyindən imza çəkmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 01 may 2017-ci il tarixdə ona İ-qrup əlil kimi pensiya təyin olunmuşdur. Şahid2 2017-ci ilin təxminən əvvələrində prostat vəzisinində yaranan narahatlıqlarla bağlı həmin vaxt X24 Mərkəzində böyrək həkimi işləyən Anar adlı şəxsə müraciət etmiş, sonuncu tərəfindən müayinə olunaraq bir neçə dərman resepti yazılmışdır. Bununla bağlı həmin vaxtlar hərdən ümumi müayinə üçün Anar həkimin yanına getməsi ilə əlaqədar aralarında yaranmış isti münasibətə görə Anar həkim Şahid2 onu böyrək xəstəliyi qeyd olunması yolu ilə saxta əsaslarla pensiyaya çıxara biləcəyini bildirmişdir. Şahid2 bu barədə Anar adlı həkimdən daha təfərrüatlı məlumat alarkən, sonuncu onun saxta tibbi sənədlərlə hemodializ alan xəstə kimi göstəriləcəyini və bununla da ona 1-ci qrup əlillik dərəcəsi təyin olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 həmçinin 3000 manat rüşvət müqabilində Şahid2 İ-qrup əlillik dərəcəsinin təyin olunmasında kömək edə biləcəyini bildirmiş, sonuncu isə maddi vəziyyətimin pis olması səbəbindən Təqsirləndirilən şəxs1 bu təklifini qəbul etmişdir. 2017ci ilin fevral ayında X24 Mərkəzinin yaxınlığında baş tutmuş görüş zamanı Şahid2 3000 manat pul vəsaitini və özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini Təqsirləndirilən şəxs1 vermişdir. Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində heç bir xəstəxanada müalicə almadan, ümumiyyətlə heç bir tibbi sənəd almadan 2017-ci ilin may ayında ona 1-ci dərəcə əlilliyə görə pensiya təyin edildiyini və bu barədə telefonuna bildiriş gəldiyini, habelə Həkim Məsləhət Komissiyasının üzvləri Təqsirləndirilən şəxs2, Şahid6, Şahid4 və Şahid14 tanımadığını və əlillik dərəcəsini aldığı zaman həkim məsləhət komissiyasının yoxlanışında iştirak etmədiyini, eləcə də əlillik dərəcəsinin qiymətləndirilməsində iştirak etmiş Tibbi-Sosial Ekspert Komissiyasının üzvləri Şahid8, Şahid11 Zəkəriyyə oğlu, Şahid13, X22, Şahid9 və komissiyanın sədri Şahid5 adlı şəxsləri tanımadığını bildirmişdir. Bundan başqa Şahid2 xx.xx.2017-ci il tarixdən xx.xx.2020-cı il tarixədək 7.415 manat miqdarında pensiya almasını və həmin pensiya məbləğinin dayandırılma səbəbinin onun qanunsuz təyin olunması olduğunu bildiyini təsdiq etmişdir. O, pul vəsaitini aylıq olaraq bankomatdan özünün çıxarmasını, həmin məbləğləri şəxsi ehtiyacları üçün xərcləməsini və ona 1-ci qrup əlillik dərəcəsi əsasında pensiya təyin olunması müqabilində Anar həkimə verdiyi pul vəsaitinin sonuncu tərəfindən ona qaytarılmadığını bildirmişdir. İfadəsi elan olunduqdan sonra Şahid2 həmin ifadəsini təsdiq etmədiyini, ifadəsini oxumadan, eləcədə ifadəsi ona oxunmadan imza etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, uşağı Ruslan anadangəlmə nitq qüsurla və böyrək xəstəsi olmuşdur. Bununla bağlı Anar həkimin yanına gəlmişlər, bir ay müalicə eləmiş, demiş ki, bu uşağa pensiya düşür düzəldək. 2017-ci ildə oğlu Ruslana pensiya düzəltmişlər, 2020-ci ildə isə həmin pensiya kəsilmişdir. Pensiya işi ilə bağlı Anar həkimə pul verməmişdir. Anar həkimə dost kimi pul vermiş, o isə bir ay sonra həmin pulu geri qaytarmışdır. Anar həkimə 3500 manat pul vermişdir. Kifayət həkimi bir həkim kimi tanımış, sənədlərini ona aparmış, sənədinə möhür vurub özü isə çıxıb getmişdir. Kifayət həkimə pul verməmişdir. Anar həkimlə münasibət yarandıqdan sonra, ona demişdir ki, uşağı xəstədir, bu səbəbdən pul vermiş, Anar həkimdə verdiyi pulu bir ay sonra qaytarmışdır. Anar həkimi əvvəllər tanımamış, qonşusu uşağını müalicə etdirmək üçün məsləhət bilmiş, onun vasitəsilə yanına getmişdir. Uşağı müalicə elədikdə Anar həkimlə tanış olmuşdur. Pulu müalicədən 10-15 gün sonra Anar həkimə vermişdir. Oğlu Ruslana əvvəl 2017-2020-ci illərdə dialez verilmiş, sonradan isə müalicələrlə yaşayır. Müstəntiqə ifadə verərkən verilmiş suallara cavab verib, ona qarşı heç bir təsir və ya təzyiq olunmayıb, özü də heç kimin üzünə durmaz. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, 1967-ci ildə Beyləqan rayonunun Mayak kəndində doğulmuşdur. Orta təhsillidir. 1-ci Qarabağ müharibəsinin veteranıdır, 1-ci qrup əlildir. Hazırda heç bir yerdə işləmir. X2 doğuşdan kəmağıllılıq xəstəliyi vardır. Bakı şəhərində ixtisaslaşmış xəstəxanalarda xəstəliyinə görə müalicə almış və hərbi xidmət çəkməkdən azad edilmişdir. Təxminən 2017-ci ildə oğlu Ruslan Rzazadəyə əlilliklə bağlı pensiya düzəltmək qərarına gəlmişdir. Həmin vaxt Mayak kəndindən qonşusu olan Şahid15 Füzuli Rayon Mərkəzi Xəstəxanasında Anar adlı tanışının həkim işlədiyini və 4000 manat müqabilində Ruslan Rzayevə 1-ci qrup əlillik təyin elətdirə biləcəyini demişdir. O, 2017-ci ilin əvvəllərində Füzuli Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında Şahid15lə birlikdə Anar adlı böyrək həkimi ilə görüşmüş, Anar söhbət zamanı 4000 manat rüşvət müqabilində Ruslan Rzazadənin guya böyrək çatışmamazlığından əziyyət çəkməsi, onun hemodializ xəstəsi kimi guya müalicə alması barədə saxta tibbi sənədlər hazırlayaraq 1-ci qrup əllilik dərəcəsi təyin etdirə biləcəyini bildirmişdir. Bundan sonra o, Şahid15lə birlikdə geri Beyləqana qayıtmışdır. Maddi vəziyyətinin pis olması ilə bağlı 2017-ci ilin yanvar ayının sonlarında 4000 manat pul vəsaitini və oğlunun şəxsiyyət vəsiqəsinin surətini Füzuli Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında Təqsirləndirilən şəxs1 vermişdir. Bundan bir müddət sonra 2017-ci ilin fevral ayında Ruslan Rzazadəyə 1-ci qrup əlillik təyin edilmişdir. Daha sonra Beyləqan Rayon Dövlət Sosial Müdafiə Fondunda müəyyən sənədləşmələr aparıldıqdan sonra bankdan ona pensiya kartı təqdim olunmuşdur. İlkin olaraq aylıq 140 manat pensiya məbləğini çıxararaq ailəsinin maddi ehtiyacları üçün xərcləmişdir. Sonradan həmin məbləğ 240 manat olmuşdur. Həmçinin oğluna yoldaşı X31 qəyyum olaraq təyin edilmişdir. Ümumilikdə xatırladığı qədər 8406 manat vəsaiti pensiya kimi çıxarmışdır. 31 iyul 2020-ci ildə X43 əllilik dərəcəsi ləğv edilmişdir. O, Təqsirləndirilən şəxs1 rüşvət qismində verdiyi 4000 manat pul vəsaitini geri almamışdır. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkimməsləhət komissiyasının sədri Təqsirləndirilən şəxs2, komissiyanın üzvləri Şahid14 və Şahid6 adlı şəxsləri tanımır. Ümumiyyətlə oğluna əlillik dərəcəsi təyin olunması üçün heç bir həkim məsləhət komissiyasının qəbulunda olmamış, Təqsirləndirilən şəxs1 oğluna əllilik dərəcəsi təyin olunmasını kimin vasitəsi ilə həyata keçirdiyi barədə məlumatı olmamışdır. X43 əlillik dərəcəsinin qiymətləndirilməsində iştirak etmiş Tibbi-Sosial Ekspert Komissiyasının sədri X39 adlı şəxsi tanımır. X7 xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək 5 gün Füzuli Rayon Mərkəzi xəstəxanasında “kəskin şiddətlənən nefritik” diaqnozu ilə stasionar müalicə almamışdır. Ümumiyyətlə oğlu heç vaxt X3mamışdır. İfadəsi elan olunduqdan sonra Şahid1 həmin ifadəsini oxuyub imzaladığını, ifadəsini təsdiq etmədiyini, Anar həkimin ona verdiyi pulu isə bir ay sonra qəpiyə-qəpik özünə qaytardığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid14 ifadəsində bildirmişdir ki, 2016-2018-ci illərdə əlillik dərəcəsinin qiymətləndirilməsi üçün həkim-məsləhət komissiyasının üzvü olmuşdur. Ona həmin dörvdə hazır sənədlər gətirilmiş, terapevt kimi imza etmişdir. Şahid2, Şahid1 və Şahid3 adlarını indi eşidir. Həmin şəxslər isə görməmişdir. Bəlkə də xəstəxanaya gəliblər, lakin xatırlamır. Asan imzası özündə olmuş, Kifayətə verməmiş, əsasən texniki işçilərdə olub. Onun Asan imzası vasitəsilə sənədləri texniki işçilər sistemə yerləşdirib. Kifayətin pul almasını eşitməmişdir. Təqdim edilmiş sənədlərin isə saxta olduğunu bilə bilməzlərmiş. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid14 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, 1982-ci ildə Bakı şəhərində Tibb Universitetinin müalicə-proflaktika fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1983-cü ildə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt kimi başlamışdır. Təxminən 2016-2018-ci illərdə əlillik dərəcəsinin qiymətləndirilməsi üçün həkim-məsləhət komissiyasının üzvü olmuşdur. Onun həkim-məsləhət komissiyasının üzvü olduğu dövrdə həkim-məsləhət komissiyasının sədri Təqsirləndirilən şəxs2 olmuşdur. Həmçinin Şahid4 və Şahid6 də həkim-məsləhət komissiyasının üzvləri olmuşdur. Həkim-məsləhət komissiyası əlillik dərəcəsi almaq istəyən şəxsləri əyani müayinə edərək əlillik meyarlarına uyğun gələn şəxslər barədə Forma 88 adlanan göndəriş formasını dolduraraq elektron imza bütün üzvlər tərəfindən imzalandıqdan sonra xəstə barədə məlumatlar real vaxt rejimində TSERAS alt sisteminə yükləmişlər. Daha sonra Tibbi Sosial Ekspert Komissyaları tərəfindən şəxsə əlillik dərəcəsi müəyyən edilirmiş və yaxud imtina olunurmuş. Onun elektron imzası adətən Təqsirləndirilən şəxs2 olmuşdur. Komissiyanın qəbulu həftənin 2-ci və 5-ci günlər keçirilmişdir. Füzuli rayon müalicə və X1 şöbəsinin müdiri vəzifəsində işləmiş, hazırda “Cəbrayıl Rayon X23 Hüquqi Şəxsi”-in direktoru işləyən Təqsirləndirilən şəxs1 adlı şəxsi tanımır. Təqsirləndirilən şəxs2 Beyləqan Rayon Mərkəzi Xəstəxanasında həkim-məsləhət komissiyasının sədri işlədiyi dövrdə həkim-məsləhət komissiyasının qəbulunda olmadan Şahid2 barədə tibbi məlumatların TSERAS altsisteminə real vaxt rejimində göndərilməsi üçün 2017-ci ilin fevral ayının sonlarında Təqsirləndirilən şəxs1 rüşvət qismində 500 manat pul vəsaiti almasından məlumatsızdır. Təqsirləndirilən şəxs2 Beyləqan Rayon Mərkəzi Xəstəxanasında həkim-məsləhət komissiyasının sədri işlədiyi dövrdə həkim-məsləhət komissiyasının qəbulunda olmadan X30 barədə tibbi məlumatların TSERAS altsisteminə real vaxt rejimində göndərilməsi üçün 2017-ci ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs1 rüşvət qismində 500 manat pul vəsaiti almasından məlumatsızdır. Təqsirləndirilən şəxs2 Beyləqan Rayon Mərkəzi Xəstəxanasında həkimməsləhət komissiyasının sədri işlədiyi dövrdə həkim-məsləhət komissiyasının qəbulunda olmadan Şahid3 barədə tibbi məlumatların TSERAS altsisteminə real vaxt rejimində göndərilməsi üçün 2018-ci ilin aprel ayının ortalarında Şahid3 rüşvət qismində 400 manat pul vəsaiti almasından məlumatsızdır. Həkim-məsləhət komissiyasının sədri Təqsirləndirilən şəxs2 komissiyanın digər üzvlərinə hər hansı məbləğdə rüşvət qismində pul verməsindən məlumatsızdır. Təqsirləndirilən şəxs2 ona pul verməmişdir. Ona təqdim olunmuş sənədləri nəzərdən keçirərək bildirmişdir ki, qiymətləndirmənin nəticələrinin əlillik altsisteminə daxil edən TSEK üzvləri Şahid12 Fərhad oğlu, Şahid10, və TSEK sədri Şahid7 adlı şəxsləri tanımır. Həmçinin sənədlərdə Şahid3 25 nömrəli tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə xroniki böyrək çatışmamazlığının terminal mərhələsi ilə birinci dərəcə əlillik təyin olunması görünür. Ona təqdim olunmuş sənədləri nəzərdən keçirərək bildirmişdir ki, qiymətləndirmənin nəticələrinin əlillik altsisteminə daxil edən TSEK sədri X39 adlı şəxsi tanımır. Həmçinin sənədlərdə X21 23 nömrəli tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2017-ci il tarixdə xroniki böyrək çatışmamazlığının terminal mərhələsi ilə birinci dərəcə əlillik təyin olunması görünür. Ona təqdim olunmuş sənədləri nəzərdən keçirərək bildirmişdir ki, qiymətləndirmənin nəticələrinin əlillik altsisteminə daxil edən TSEK üzvləri Şahid8, Şahid11 Zəkəriyyə oğlu, Şahid13, X22, Şahid9 və TSEK sədri Şahid5 tanımır. Həmçinin sənədlərdə Şahid2 23 nömrəli tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2017-ci il tarixdə xroniki böyrək çatışmamazlığının terminal mərhələsi ilə birinci dərəcə əlillik təyin olunması görünür. Onun elektron imzası, bir qayda olaraq, Təqsirləndirilən şəxs2 olmuşdur. Sonuncu onun adından hansısa Forma 88-i komissiya üzvü kimi imzalamışdırsa da onun bundan xəbəri olmamışdır. İfadəsi elan olunduqdan sonra Şahid14 həmin ifadəsini oxuyub imzaladığını, ifadəsini təsdiq etdiyini, Asan imzasının Kifayətdə olduğunu, ola bilər ki, özü xəstəyə çıxdıqda imzasının otaqda qaldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid15 ifadəsində bildirmişdir ki, Şahid1 onun qonşusudur. Anar həkimi arvadını müalicə edərkən tanımışdır. Oqtay ona uşağının xəstə olduğunu demiş, o isə uşağı Oqtayla birlikdə Anar həkimin yanına gətirmişdir. Anar həkim uşağı müalicə eləmişdir. Bundan sonra xəstəliklə bağlı Anar həkim təyinat vermiş və uşağa əlillik verilmişdir. Oqtay isə Anar həkimə 3500 manat pul vermiş, həmin pulu yoldaş kimi həkimə vermişdir. Pulu verərkən özü də orada olmuş, pul diaqnostika mərkəzində həkimə verilmişdir. Oqtay pulu həkimə xəstəxananın həyətində vermişdir. Həmin vaxt Oqtay dostluğa görə kömək etdiyini demişdir. Oqtayla Anar həkimin yanına iki dəfə getmiş, pul da ikinci görüşlərində verilmişdir. Görüşləri 20 gün və ya bir ay arayla baş vermişdir. Pulu ikinci dəfə gedəndə köməklik niyyətilə vermişdir. İbtidai istintaq zamanı isə belə ifadə verməmiş, müstəntiqə köməklik etmək məqsədilə pul verdiyini deməmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid15 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid15 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Oktay Rzayev onun Mayak kəndindən qonşusudur. Onun oğlu Ruslan Rzayevin doğuşdan kəmağıllıq xəstəliyi vardır. Təxminən 2017-ci ilin yanvar ayında X36 Rzayev üçün əlillik dərəcəsi düzəltmək istədiyini bildirmişdir. O isə Füzuli Rayon Diaqnostika Mərkəzində Təqsirləndirilən şəxs1 adlı həkimin bu işlərlə məşğul olduğunu eşitmişdir. Onun Təqsirləndirilən şəxs1la münasibəti 2015-ci ildə yaramışdır. Sonuncu onun yoldaşı Təhminə Əliyevanı əməliyyat etmiş, bundan sonra onlar ara-sıra Təqsirləndirilən şəxs1 yanına müayinə üçün getmişlər. 2017-ci ilin yanvar ayında Oktay Rzayevlə birlikdə Füzuli rayonuna gedərək Təqsirləndirilən şəxs1la görüşmüş, Təqsirləndirilən şəxs1 saxta sənədlər əsasında Ruslan Rzazadəyə əlillik dərəcəsi təyin etdirə biləcəyini demiş və bunun müqabilində 4000 manat pul vəsaiti istəmişdir. Təxminən 2017-ci ilin yanvar ayının sonları Oktay Rzayevlə birlikdə yenidən Füzuli rayonuna getmişlər. X10 yaxınlığında Təqsirləndirilən şəxs1la görüş zamanı Oktay Rzayev 4000 manat pul vəsaitini onun yanında Təqsirləndirilən şəxs1 vermişdir. Bir müddət sonra Oktay Rzayev oğluna birinci qrup əlillik təyin edildiyini ona bildirmişdir. Bu hadisədə onun iştirakı sadəcə Təqsirləndirilən şəxs1 tanıdığına və Təqsirləndirilən şəxs1la aralarında səmimiyyət olduğuna görə olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1la bir daha görüşməmişdir. X25 əlillik dərəcəsi ləğv olunduğunu Oktay Rzayevdən öyrənmişdir. Onda olan məlumata görə Təqsirləndirilən şəxs1 aldığı 4000 manat pul vəsaitini hələ də qaytarmamışdır. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkim-məsləhət komissiyasının sədri Təqsirləndirilən şəxs2, komissiyanın üzvləri Şahid14 və Şahid6 adlı şəxsləri tanımır. X29 xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək 5 gün Füzuli Rayon Mərkəzi Xəstəxanasında “kəskin şiddətlənən nefritik” diaqnozu ilə stasionar müalicə alması ilə bağlı məlumat həqiqəti əks etdirmir. X26 xəstə uşaqdır və bu məsələlərin heç birində iştirak etməmişdir. İfadəsi elan olunduqdan sonra Şahid15 həmin ifadəsini oxumadan imzaladığını, ifadəsini təsdiq etmədiyini, müstəntiqin ona heç bir təsir və ya təzyiq göstərmədiyini, müstəntiqə 3000 və ya 3500 manat pul verildiyini dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində bildirmişdir ki, 2015-ci ildə Respublika Tibbi Sosial Ekspertiza Mərkəzi ləğv edilərək onun bazasında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidməti yaradılmış və o həmin xidmətdə rəis müavini kimi işini davam etmişdir. Təxminən 2018-ci ilin avqust ayında ƏƏSMN-nin Əlillik siyasəti şöbəsində monitorinq şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 2023-cü ilin iyun ayının 10 da yaşı ilə əlaqədar təqaüdə çıxmışdır. O, Azərbaycan Respublikası vətəndaşı Şahid2, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkim-məsləhət komissiyasının sədri Təqsirləndirilən şəxs2, həmin komissiyanın üzvləri Şahid6, Şahid4 və Şahid14 tanımamışdır. 2016-cı ilin noyabr ayında Tibbi-sosial ekspert komissiyası haqqında əsasnamədə dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərə əsasən vətəndaşların əlillik vəziyyəti tibb müəssisələrinin göndərişi əsasında şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə elektron əllilik alt sistemi üzərindən qiymətləndirilməklə aparılmağa başlanılmışdır. Qeyd olunan dəyişikliyin mahiyyəti ondan ibarət olmuşdur ki, tibb müəssisəsi tərəfindən göndərilən Forma-88 ƏƏSMN-in mərkəzi elektron informasiya sisteminə daxil olduqdan sonra avtomatlaşdırılmış qaydada şəxsin kimliyini, yaşadığı yeri və göndərişin hansı tibb müəssisəsi tərəfindən rəsmiləşdirildiyini bildirən bütün birbaşa və dolayı məlumatlar silinməklə adsızlaşdırılmış sənəd formalaşdırılır. Bundan sonra adsızlaşdırılmış sənəd avtomatik qaydada iki yaxud üç ərazi tibbi sosial ekspert komissiyaları arasında bölüşdürülür, komissiyalar tərəfindən eyni qərar verildiyi halda həmin qərar yekun qərar olmaqla bu barədə məlumatlar vətəndaşa və pensiya təyinatı aparan orqana avtomatik olaraq göndərilir. Əlillik dərəcələri qoyulmuş diaqnoza uyğun təyin olunur. Diaqnoza isə həmin müalicə həkimi cavabdehlik daşımışdır. Hazırki iş üzrə əlillik almış şəxslərlə bağlı isə heç bir məlumatı yoxdur, heç kimdən pul almamışdır. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, 2012-ci ildən 2021-ci ilin fevral ayına qədər Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləmiş, işlədiyi dövrdə Təqsirləndirilən şəxs2 onun müavinlərindən biri olmuşdur. Təqsirləndirilən şəxs2 həkim-məsləhət komissiyasının 2018-ci ilədək sədri olmuşdur. Şahid2, Şahid1 və Şahid3 tanımır, həmin şəxslərin adını DTX-ya çağırılarkən eşitmişdir. Özü isə 2018-ci ildən həkim-məsləhət komissiyasının sədri olmuşdur. Adı çəkilən şəxslərə əlillik dərəcəsinin təyin olunması ilə bağlı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 rüşvət almalarından məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, Beyləqan rayonu, Dünyamalılar kəndində yaşayır. Özü böyrək xəstəsi olmuş, Bakıya gedib müalicə almışdır. Sonradan böyrək həkimi kimi Anar həkimlə tanış olmuşdur. Anar həkim onu müalicə edib. Uçota düşmüş bununla bağlı, xəstəliyi ilə əlaqədar ona mesaj gəlmiş, pensiya təyin olunmuşdur. Bir ay tamam olandan sonra isə təyin olunmuş pensiyası ləğv edilmişdir. Anar həkimə və Kifayət həkimə pensiya təyini ilə bağlı pul verməmişdir. İlk dəfə ağrısı olduqda bir dəfə X11 dialez almışdır. Ona İ qrup əlillik verilmişdir. Ona Anar həkim heç bir sənəd verməyib. Pensiyasının hansı səbəbdən ləğv olunmasını bilmir. Anar həkim onu müalicə edib, lakin ona sənəd verməyib. Özü sənədlərini aparıb komissiyaya təqdim etmişdir. Sənədləri Kifayət həkimə vermiş, onunla təklikdə görüşməmiş, orada başqa həkimlər də olmuşdur. Bir ay ərzində 278 manat pensiya almışdır. Sonradan həmin pulu da qaytarmışdır. Müstəntiq ona heç bir təsir və ya təzyiq göstərməyib, komyuterdə yazıb, sora deyib ki, “imza elə get, sənlik bir şey yoxdur”. Kifayət həkimə pul verməmişdir. Kifayət həkim komissiyada oturmuş, sənədləri ona təqdim etmişdir. İstintaq zamanı ifadəsini oxumadan imza etmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə ona İ qrup əlil kimi pensiya təyin edilmişdir. 2017-ci ilin təxminən oktyabr-noyabr aylarında özünə əlillik pensiyası düzəltmək üçün bəzi şəxslərə müraciət etmişdir. Əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1 təsadüfən söhbət əsasında eşitmişdir ki, həkim işlədiyindən əlillik məsələlərinə köməklik göstərə bilir. Anar həmin dövr X24 Mərkəzində həkim işləyirmiş. Bu pensiyaya maddi cəhətdən və ya xəstəliyi səbəbindən heç zaman ehtiyacı olmamışdır. Həmin dövr onun normal gəlir gətirən heyvandarlıq təsərrüfatı olmuşdur. Həmin fəaliyyəti hal-hazırda da davam edir. 2017-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs1la görüşmüş və ona qanunsuz əlillik pensiyası almaq istədiyini bildirmişdir. Anar yaxın olduqları səbəbindən saxta tibbi sənədlərin hazırlanması üçün ona hər hansı maddi nemət almadan köməklik etməyi vəd etmişdir. Anarın sözlərinə görə onun hemodializ xəstəsi olması ilə bağlı saxta tibbi sənədlər hazırlamalı imiş. Anar lazımi bütün sənədləri, epikrizləri onun səhhətində heç bir problem olmamasına baxmayaraq saxta yollarla özü hazırlamışdır. Daha doğrusu böyrək çatışmamazlığı ilə bağlı saxta sənədlər hazırladığını bildirmişdir. 2018-ci ilin aprel ayında Təqsirləndirilən şəxs1 tapşırığı ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında işləyən Təqsirləndirilən şəxs2 yaxınlaşmış, Təqsirləndirilən şəxs2 öz otağında məsələdən xəbərdar olduğunu yaxın günlərdə Təqsirləndirilən şəxs1 onun böyrək xəstəsi olmasına dair müvafiq sənədləri verəcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 əlillik dərəcəsi təyin olunması üçün ondan rüşvət qismində 400 manat istəmişdir. O, bir neçə gün təxminən 2018-ci ilin aprel ayının ortalarında 400 manat pul vəsaitini xidməti otağında Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 əllilik təyin olunması üçün sistemə işləniləcək müvafiq saxta tibbi sənədləri artıq Təqsirləndirilən şəxs1 təhvil aldığını ona bildirmişdir. xx.xx.2018-ci il tarixdə ona pensiya təyin edilmiş və ayrılan bank kartı təxminən 2018-ci ilin may ayında Kapital bank vasitəsi ilə ona təqdim edilmişdir. xx.xx.2018-ci il tarixdə Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən aldığı pensiya dayandırılmışdır. Pensiya ləğv olunan zaman səhhətində hansısa xəstəlik olmadığı üçün təkrar müayinədən keçməmişdir. Ona İ qrup üzrə təyin olunan pensiya dərəcəsi X24 Mərkəzinin həkimi olmuş Anarla yaxın olmağı səbəbindən heç bir xəstəxanada yatmadan hazırlatdığı epikrizlər və Anarın göstərişi ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkim məsləhət komisiyanında sədri kimi işləmiş Təqsirləndirilən şəxs2 verdiyi 400 manat hesabına qanunsuz yolla təyin olunmuşdur. Komisiyada heç zaman iştirak etməmiş, Komisiyanın üzvləri kimi qeyd edilən şəxslərin heç birini tanımamışdır. Komisiyanın sədri olmuş X6 isə şəxsən tanıyır. Həmin şəxs ona pensiya təyin olunması forma 88 göndərişini tərtib edən şəxs olmuşdur və bunun əvəzinə ondan 400 manat pul vəsaitini Anarın tapşırığı ilə almışdır. Onun əlillik dərəcəsinin qiymətləndirilməsində iştirak etmiş Tibbi-Sosial Ekspert Komissiyasının üzvləri Şahid12 Fərhad oğlu, Şahid10 və komissiyanın sədri Şahid7 adlı şəxsləri tanımır. xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək,xx.xx.2017-ci tarixdən xx.xx.2017-ci il tarixədək Beyləqan Rayon Mərkəzi Xəstəxanasında və xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X24 Mərkəzində xroniki böyrək xəstəliyi ilə əlaqədar stasionar müalicədə olmamışdır. Həmin xəstəxanalardan yalnız Beyləqan və X14 tanıyır. Həmin xəstəxanalarda heç zaman əlillik təyinatı ilə bağlı müalicə və müayinədə olmamış, hər hansısa bir analiz verməmiş, yoxlamalardan keçməmiş və stasionar müalicədə olmamışdır. Onun səhhətində heç zaman böyrəklə bağlı bir xəstəlik olmamışdır. Ona İ qrup üzrə əlillik pensiyası təyin etdirilməsi qarşılığında Təqsirləndirilən şəxs1 göstərişi ilə həmin dövr Beyləqan rayon Mərkəzi Xəstəxanasının həkim məsləhət komissiyanının sədri Təqsirləndirilən şəxs2 verdiyi 400 manat pul vəsaitini Təqsirləndirilən şəxs1 və ya Kifatət Hacıyeva geri qaytarmamışdır. İfadəsi elan olunduqdan sonra Şahid3 həmin ifadəsini oxumadan imzaladığını, ifadəsini təsdiq etmədiyini, müstəntiqin ona heç bir təsir və ya təzyiq göstərmədiyini, Kifayət həkimə pul vermədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində bildirmişdir ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasında cərrah həkim işləmişdir. Eyni zamanda komissiyanın üzvi olmuşdur. Özünə məxsus elektron imza oradakı işçidə olmuşdur. Həmin şəxsin adını xatırlamır. Kifayət həkimə imzasını verməmişdir. Komissiya zamanı isə imzası Kifayət həkimdə olmuş, o isə imzalayıb özünə qaytarmışdır. Kifayət həkimin kimdənsə pul alması barədə qətiyyən məlumatı olmamışdır. Xəstələrin komissiya vaxtı Forma 88 və tibbi anketinə baxmışlar. Orada məlumatları müalicə həkimi yazıb komissiyaya göndəribdir. Xəstənin stasionar və ambulator müalicədə olması orada göstərilmişdir. Özü isə elektron imzasın Kifayət həkimə vermiş, Kifayət həkim imzalamışdır, çünki özünün bu işdən başı çıxmamışdır. Elektron imzasın əsasən texniki işçinin stoluna qoyub, sonra isə gedib götürmüşdür. Kifayət həkim komissiya sədri kimi göstəriş verirmiş, oradakı texniki işçi isə sənədləri imzalayırmış. İstintaq zamanı ifadə verərkən ona heç bir təsir və ya təzyiq edilməyib, ifadəsi özü tərəfindən imzalanmışdır. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, 1984-cü ildə Bakı şəhərində Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1985-ci ildə Hadrut rayonu mərkəzi xəstəxanasında başlamışdır. 1989-cu ildən hazıradək Beyləqan Rayon Mərkəzi Xəstəxanasında cərrah kimi işləyir. Beyləqan Rayon Mərkəzi Xəstəxanasında həkim-məsləhət komissiyası fəaliyyət göstərmişdir. Həkim-məsləhət komissiyasının funksiyası əlillik dərəcəsi almaq üçün müraciət edən şəxslərin tibbi sənədləri uyğun olduğu halda Forma 88 adlanan elektron göndərişlərini TSERAS altsisteminə yüklənilməsindən ibarət olmuşdur. Bundan sonra ƏƏSMN-nin Tibbi Sosial Ekspert Komissiyaları şəxs barədə əlillik meyarlarına baxaraq qərar qəbul etmişdir. Şəxslər barədə Forma 88 tərtib olunaraq sistemə işlənildikdən sonra komissiyanın üzvləri elektron imza ilə imzalamışdır. O, işlədiyi dövrdə son 3 ilə qədər onun elektron imzası həkim-məsləhət komissiyasının sədri Təqsirləndirilən şəxs2 olmuşdur. Təqsirləndirilən şəxs2 baş həkimin müavini olduğu dövrlərdə də həkim-məsləhət komissiyasının işi Təqsirləndirilən şəxs2 həvalə edilmişdir. Onun və digər komissiya üzvlərinin elektron imzası Təqsirləndirilən şəxs2 olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs2 müşayiəti ilə komissiya üzvləri tərəfindən elektron imza ilə Forma 88 məlumatlarını imzalamışdırlar. Füzuli Rayon Müalicə və X1 şöbəsinin müdiri vəzifəsində işləmiş, hazırda “Cəbrayıl Rayon X23 hüquqi şəxsi”-in direktoru işləmiş Təqsirləndirilən şəxs1 adlı şəxsi tanımır. Hacıyeva X13 Rayon Mərkəzi Xəstəxanasında həkim-məsləhət komissiyasının sədri işlədiyi dövrdə həkim-məsləhət komissiyasının qəbulunda olmadan Şahid2 barədə tibbi məlumatların TSERAS altsisteminə real vaxt rejimində göndərilməsi üçün 2017-ci ilin fevral ayının sonlarında Təqsirləndirilən şəxs1 rüşvət qismində 500 manat pul vəsaiti almasından məlumatsızdır. Hacıyeva X13 Rayon Mərkəzi Xəstəxanasında həkim-məsləhət komissiyasının sədri işlədiyi dövrdə həkim-məsləhət komissiyasının qəbulunda olmadan X30 barədə tibbi məlumatların TSERAS altsisteminə real vaxt rejimində göndərilməsi üçün 2017-ci ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs1 rüşvət qismində 500 manat pul vəsaiti almasından məlumatsızdır. Hacıyeva X13 Rayon Mərkəzi Xəstəxanasında həkimməsləhət komissiyasının sədri işlədiyi dövrdə həkim-məsləhət komissiyasının qəbulunda olmadan Şahid3 barədə tibbi məlumatların TSERAS altsisteminə real vaxt rejimində göndərilməsi üçün 2018-ci ilin aprel ayının ortalarında Şahid3 rüşvət qismində 400 manat pul vəsaiti almasından məlumatsızdır. Həkim-məsləhət komissiyasının sədri Təqsirləndirilən şəxs2 komissiyanın digər üzvlərinə pul verməsi barədə məlumatı yoxdur. Qiymətləndirmənin nəticələrinin əlillik altsisteminə daxil edən TSEK üzvləri Şahid12 Fərhad oğlu, Şahid10, və TSEK sədri Şahid7 adlı şəxsləri tanımır. Həmçinin ona təqdim olunan sənədlərdə Şahid3 25 nömrəli tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə xroniki böyrək çatışmazlığının terminal mərhələsi ilə birinci dərəcə əlillik təyin olunması və sonradan ləğv olunması görünür. Qiymətləndirmənin nəticələrinin əlillik altsisteminə daxil edən TSEK sədri X39 adlı şəxsi tanımır. Həmçinin ona təqdim olunan sənədlərdə X21 xroniki böyrək çatışmazlığının terminal mərhələsi ilə birinci dərəcə əlillik təyin olunması və sonradan ləğv edilməsi görünür. Qiymətləndirmənin nəticələrinin əlillik altsisteminə daxil edən TSEK üzvləri Şahid8, Şahid11 Zəkəriyyə oğlu, Şahid13, X22, Şahid9 və TSEK sədri Şahid5 tanımır. Həmçinin ona təqdim olunmuş sənədlərdə Şahid2 23 nömrəli tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2017-ci il tarixdə xroniki böyrək çatışmazlığının terminal mərhələsi ilə birinci dərəcə əlillik təyin olunması və sonradan ləğv edilməsi görünür. Elektron imzasını baş həkim Şahid4 tapşırığı ilə həkim məsləhət komissiyasının sədri Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 onlara bildirmədən gizlin formada yuxarıda adları qeyd olunan şəxslərin Forma 88-lərini imzalamışdır. Sonradan Təqsirləndirilən şəxs2 bu cür qanunsuz əməlləri barədə məlumat əldə etmişlər. İfadəsi elan olunduqdan sonra Şahid6 həmin ifadəsinin doğru olduğunu və təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid11 Zəkəriyyə oğlu ifadəsində bildirmişdir ki, özü Tibbi Sosial Ekspertiza Mərkəzində həkim-onkoloq kimi işləmişdir. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkim-məsləhət komissiyasının sədri Təqsirləndirilən şəxs2 və digər üzvləri tanımır. İşlədiyi dövrdə TSEK-ə göndərişə əsas olan Forma-88 sistemə daxil edilmiş, kompyuter vasitəsilə diaqnoz və müalicə sənədləri daxil olmuş, həmin vaxt qüvvədə olan Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına” müvafiq olaraq əlilliyin təyininə əsas olduqda komissiya üzvü kimi həmin qərarı imzalamışdır. Onun işi şəxsə əllik düşür və ya düşmür məsələsin daxil olmuş sənədlər əsasında müəyyən etmək olmuşdur. İşlədiyi dövrdə onlara yalnız sənədlər gəlib, həmin sənədlərin isə düz ya səhv olmasını isə onlar yoxlaya bilməmişdir. Onlarda xəstənin adı, yaşı və digər məlumatları anonim şəkildə olmuş, xəstəni isə görməmişlər. Yalnız daxil olmuş xəstənin diaqnozu və müalicə cavabları əsasında rəy vermişlər. Rəy verərkən isə xəstənin kimliyi onlara məlum olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində bildirmişdir ki, Respublika Tibbi Sosial Ekspertiza Mərkəzində həkim-nevropotoloq kimi işləmiş daha sonra isə başlamışdır. 25 nömrəli tibbi-sosial ekspertiza mərkəzinin sədri vəzifəsində işləmişdir. Özü Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkim-məsləhət komissiyasının sədri Təqsirləndirilən şəxs2, həmin komissiyanın digər üzvlərini tanımır. İşlədiyi dövrdə onlara poliklinika və müalicə idarələri tərəfindən Forma 88 sənədləri gəlib, orada xəstənin bütün məlumatları olmuşdur. Onlar isə həmin sənədləri qiyabi qaydada dəyərləndirib, xəstələrə əlillik dərəcələri təyin ediblər. Xəstələrin adı isə 16 rəqəmli kodla, anonim şəkildə daxil olmuşdur. Şahid3 adlı şəxsi tanımır, çünki onlara xəstənin adları daxil olmamış, xəstəni isə görməmişlər. Məhkəmə istintaqı zamanı Şahid12 Fərhad oğlu ifadəsində bildirmişdir ki, Respublika Tibbi Sosial Ekspertiza Mərkəzində ekspert cərrah kimi işə başlamış, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 9 saylı Tibbi Sosial Ekspertiza Komissiyasının sədri işləyir. Özü Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkimməsləhət komissiyasının sədri Təqsirləndirilən şəxs2 və digər üzvlərini tanımır. Əlillik dərəcəsi təyin olunmasına əsas olan sənədlərə baxıb, həmin xəstəyə əllik dərəcəsi təyin edilməsi barədə rəy vermişdir. Sənədlər isə onlara anonim şəkildə daxil olmuş, xəstə haqqında yeganə məlumat onun qadın və ya kişi cinsindən olması, doğum ayı və ili olmuşdur. Lakin xəstənin başqa heç bir məlumatları onlarda olmamış. Daxil olmuş sənədlərdəki diaqnozları isə tərəflərindən yoxlamaq mümkünsüz olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində bildirmişdir ki, 2020-ci ilin əvvəllərində Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətində Tibbi Sosial Ekspertiza şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 2020-ci ilin avqust ayında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidməti ləğv olunaraq publik hüquqi şəxs kimi təsis olunmuş və təşkilatın adı Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyi olmuşdur. Bundan sonra onu Dövlət Tibbi Sosial Ekspertiza və X4-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini təyin etmişlər və hazırda o həmin vəzifədə çalışır. 2016-cı ilin noyabr ayında Nazirlər Kabinetinin 441 saylı qərarı ilə 5 fevral 2016-cı il tarixli Nazirlər Kabinetinin 36 nömrəli qərarı ilə təsdiq olunmuş Tibbi-sosial ekspert komissiyası haqqında əsasnamədə dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərə əsasən vətəndaşların əlillik vəziyyəti tibb müəssisələrinin göndərişi əsasında şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə elektron əllilik alt sistemi üzərindən qiymətləndirilməklə aparılmağa başlanılmışdır. Qeyd olunan dəyişikliyin mahiyyəti ondan ibarət olmuşdur ki, tibb müəssisəsi tərəfindən göndərilən Forma-88 ƏƏSMN-in mərkəzi elektron informasiya sisteminə daxil olduqdan sonra avtomatlaşdırılmış qaydada şəxsin kimliyini, yaşadığı yeri və göndərişin hansı tibb müəssisəsi tərəfindən rəsmiləşdirildiyini bildirən bütün birbaşa və dolayı məlumatlar silinməklə adsızlaşdırılmış sənəd formalaşdırılır. Bundan sonra adsızlaşdırılmış sənəd avtomatik qaydada iki yaxud üç ərazi tibbi sosial ekspert komissiyaları arasında bölüşdürülür, komissiyalar tərəfindən eyni qərar verildiyi halda həmin qərar yekun qərar olmaqla bu barədə məlumatlar vətəndaşa və pensiya təyinatı aparan orqana avtomatik olaraq göndərilir. Bu məlumatlar vətəndaşa SMS vasitəsi ilə, pensiya təyinatı orqanına isə altsistem vasitəsi ilə elektron qaydada gedir. Pensiya təyinatı aparan orqana yalnız şəxsə əllilik dərəcəsi təyin edildikdə məlumat verilir. İmtina olduqda isə pensiya təyinatı ilə məşğul olan orqana məlumat verilmir. Həmçinin Tibbi Sosial Ekspertiza müayinəsinə göndəriş olan Forma-88- rəsmiləşdirən müəssisəyə də qərar haqqında məlumat avtomatik qaydada altsistem vasitəsi ilə göndərilir. Ərazi tibbi sosial ekspert komissiyaları tərəfindən adsızlaşdırılmış sənədlərə fərqli qərarlar verildikdə göndəriş yekun qərar verilməsi üçün Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Tibbi-Sosial ekspert komissiyasına göndərilir. Bu zaman yekun qərar Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Tibbi-Sosial ekspert komissiyası tərəfindən verilir. Bütün proseslər şəxsin iştirakı olmadan icra olunur. Qiymətləndirmə göndərişdə, yəni Forma 88-də yazılan diaqnozlar əsasında Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına” müvafiq olaraq aparılır. Özü barələrində qərar qəbul edilmiş şəxsləri və Beyləqan Rayon Mərkəzi Xəstəxanasında işləyən həkim məsləhət komissiyasının üzvlərini tanımır. Eyni zamanda Təqsirləndirilən şəxs1, Şahid2 və Təqsirləndirilən şəxs2 tanımır, həmin fakta dair hər hansı məlumatı yoxdur, heç bir təyinata görə rüşvət qismində pul vəsaiti almamışdır. İş materiallarında olan 01 iyul 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, hazırki cinayət işi Azərbaycan Respublikası sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov və qeyrilərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edib külli miqdarda dövlət vəsaitini mənimsəmələri və sair faktlar üzrə ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı, Sabunçu, Nizami, Yasamal, Nərimanov, Xətai, Zaqatala, İsmayıllı, Ağstafa, Bərdə, Ağsu, Abşeron, Füzuli və Şamaxı rayon, Lənkəran və Şirvan şəhər şöbələri, həmçinin Lənkəran, Lerik, Astara, Ağsu, Neftçala, Salyan, İsmayıllı, Zaqatala, Balakən və Qax rayon, Şəki və Şirvan şəhər Məşğulluq mərkəzlərinin vəzifəli şəxslərinin qanunsuz əməlləri, eləcə də digər xüsusatlar üzrə Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə ayrıca icraata ayrılması və iş üzrə müəyyən edilmiş qrup üzvlərinin tərkibi saxlanılmaqla ibtidai istintaqın aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 1-4) İş materiallarında olan 08 sentyabr 2023-cü il tarixli baxış protokolunun məzmunundan görünür ki, - xx.xx.1966-cı il təvəllüdlü Şahid3 Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən yazılmış Forma 88 nömrəli göndəriş əsasında xx.xx.2018-ci il tarixdə 1-ci qrup əlillik təyin olunmuş, əlilliklə bağlı o müavinət almış, sonradan adı hemodializ xəstələrinin siyahısında aşkar edilmədiyi üçün ona təyin olunmuş əlillik xx.xx.2018-ci il tarixdə etibarsız hesab edilmişdir; - xx.xx.1970-ci il təvəllüdlü Şahid2 Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən yazılmış Forma 88 nömrəli göndəriş əsasında xx.xx.2017-ci il tarixdə 1-ci qrup əlillik təyin olunmuş, əlilliklə bağlı o pensiya almış, sonradan adı hemodializ xəstələrinin siyahısında aşkar edilmədiyi üçün ona təyin olunmuş əlillik xx.xx.2020-ci il tarixdə etibarsız hesab edilmişdir; - xx.xx.1995-ci il təvəllüdlü X21 Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən yazılmış Forma 88 nömrəli göndəriş əsasında xx.xx.2017-ci il tarixdə 1-ci qrup əlillik təyin olunmuş, əlilliklə bağlı o pensiya almış, sonradan adı hemodializ xəstələrinin siyahısında aşkar edilmədiyi üçün ona təyin olunmuş əlillik xx.xx.2020-ci il tarixdə etibarsız hesab edilmişdir. (cild 1, iş vərəqə 196-197) İş materiallarında olan 07 noyabr 2023-cü il tarixli məhkumluq barədə tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 253-254) İş materiallarında olan Beyləqan RİHB-nın Beyləqan Şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3813 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi əri, 1992-ci il və 1995-ci il təvəllüdlü uşaqlarından ibarətdir, barəsində indiyədək nümayəndəliyə şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 256-258) İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyindən xx.xx.2023-cü il tarixdə 339-9/1-3968/23 saylı məktubdan görünür ki, X30, Şahid3 və Şahid2 əlilliyinin dayandırılmasına əsas olan sənədlərin surətləri istintaq orqanına daxil olmuşdur. Həmin məktubun məzmunundan görünür ki, Şahid3 birinci qrup əlillik təyin edilmiş xroniki böyrək çatışmamazlığına dair tədbirlər proqramı çərçivəsində dövlət hesabına hemodializ seanslarını qəbul edən xəstələrin siyahısında mövcud deyildir. Şahid2 və X21 hemodializ müalicəsi almaq üçün hemodializ mərkəzlərinə göndəriş verilmiş, lakin onlar həmin mərkəzlərə müraciət etmədikləri üçün siyahıdan çıxarılmışdırlar. (cild 1, iş vərəqə 261-266) İş materiallarında olan Cəbrayıl RİHB-nın Xələfli Kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 153 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi arvadı və xx.xx.2009-cu il, xx.xx.2011-ci il, xx.xx.2013cü il təvəllüdlü uşaqlarından ibarətdir, barəsində nümayəndəliyə heç bir şikayət xarekterli ərazi və məlumat daxil olmamışdır. (cild 1, iş vərəqə 268-270) İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyindən xx.xx.2023-cü il tarixdə daxil olmuş 3-39-9/1-4040/23 saylı məktubun məzmunundan görünür ki, Şahid3 xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək İ dərəcə əlilliyə görə sosial müavinət alan bəzi kateqoriya şəxslərə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü üzrə 73.00 manat olmaqla, ümumilikdə 278.00 manat məbləğində artıq ödənilmiş vəsait bərpa edilmişdir. X21 xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ı dərəcə əlilliyə görə sosial müavinət üzrə 4331.00 manat, İ dərəcə əlilliyə görə sosial müavinət alan bəzi kateqoriya şəxslərə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü üzrə 3275.00 manat, əlavə olaraq İ dərəcə əlilliyi olan X21 qulluğa görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü üzrə 800 manat olmaqla ümumilikdə 8406.00 manat məbləğində vəsait ödənilmişdir. Ödənişlər əlilliyin etibarsız edilməsi səbəbi ilə xx.xx.2020-ci il tarixdən dayandırılmış, 8406.00 manat məbləğində artıq ödəniş vəsaiti bərpa edilməmişdir. Şahid2 xx.xx.2017-ci il tarixdən xx.xx.2020-cil tarixədək İ dərəcə əlilliyə görə sosial müavinət üzrə 4206.00 manat, İ dərəcə əlilliyə görə sosial müavinət alan bəzi kateqoriya şəxslərə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü üzrə 3209.00 manat olmaqla, ümumilikdə 7415.00 manat vəsait ödənilmişdir. Ödənişlər əlilliyin etibarsız edilməsi səbəbi ilə xx.xx.2020-ci il tarixdən dayandırılmış, 7415.00 manat məbləğində artıq ödənilmiş vəsait bərpa edilməmişdir. (cild 2, iş vərəqə 1-6) İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən xx.xx.2023-cü il tarixdə daxil olmuş 3-39-9/1-4073/23 saylı məktuba əlavə edilmiş xx.xx.2017-ci il tarixli 5 nömrəli əmrdən çıxarışın məzmunundan görünür ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin xx.xx.2017-ci il tarixli 5 nömrəli əmri ilə həkim-məsləhət komissiyası yaradılmışdır. Təqsirləndirilən şəxs2 həkim-məsləhət komissiyasının sədri, X12 və Şahid6 həkim-məsləhət komissiyasının üzvü təyin edilmişdir. Həmçinin həmin məktuba əlavə edilmiş xx.xx.2018-ci il tarixli 16 nömrəli əmrdən çıxarışın məzmunundan görünür ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin xx.xx.2018-ci il tarixli 16 nömrəli əmri ilə həkim-məsləhət komissiyası yaradılmışdır. Təqsirləndirilən şəxs2 həkim-məsləhət komissiyasının sədri, X12, Şahid6 və Şahid4 Feyuz oğlu həkim-məsləhət komissiyasının üzvü təyin edilmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən xx.xx.2023-cü il tarixdə daxil olmuş 3-39-9/1- 4073/23 saylı məktuba əlavə edilmiş 16 iyul 2021-ci il tarixli əmrdən çıxarışın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən “Beyləqan rayonu Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsindən azad edilmişdir. (cild 2, iş vərəqə 60-66) İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən xx.xx.2023-cü il tarixdə daxil olmuş 18-1-29/2-1303/2023 saylı soğuya cavab məktubun məzmunundan görünür ki, X30, Şahid2 və Şahid3 dair ambulator tibbi kartalar Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə aşkar edilməmişdir. (cild 2, iş vərəqə 67-68) İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən xx.xx.2023-cü il tarixdə daxil olmuş 18-1-36/2-781/2023 saylı sorğuya cavab məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2011-ci ildə əmək müqaviləsi əsasında Füzuli rayonu X19 şöbəsinə həkim-nefroloq vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2011-ci il tarixdən əmək müqaviləsi əsasında Füzuli rayon Tibb Mərkəzinin hemodializ şöbəsinə şöbə müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. (cild 2, iş vərəqə 69-74) İş materiallarında olan xx.xx.2023-cü il tarixdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə ünvanlanmış sorğuya cavab olaraq istintaqa xx.xx.2023-cü il tarixdə daxil olmuş 3-39-9/1- 4186/23 saylı məktubun məzmunundan görünür ki, X30 xx.xx.2017-xx.xx.2017-ci il tarixdə, Şahid3 xx.xx.2015-xx.xx.2015-ci il tarixlərdə, xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə Füzuli Rayon Müalicə Diaqnostik Mərkəzinə müraciət etməmişlər. (cild 2, iş vərəqə 77) İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə zamanı hər iki təqsirləndirilən şəxs ifadələrində göstərdikləri xüsusatları bir birinin üzünə qarşı bildirmişlər. (cild 3, iş vərəqə 1-5) İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən xx.xx.2023-cü il tarixdə daxil olmuş 18-1-36/2-835/2023 saylı sorğuya cavab məktubun məzmunundan görünür ki, Şahid2 2017-ci il üzrə Füzuli diaqnostika Mərkəzinə müraciət etməmişdir. (cild 3, iş vərəqə 47) İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 3, iş vərəqə 107-110) İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 3, iş vərəqə 141-145) İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 3, iş vərəqə 148-149) İş materiallarında olan 044452 nömrəli Hərbi Biletin surətindən görünür ki, Kiafyət Hacıyeva xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Beyləqan MRX- da Hərbi Toplanışda iştirak etmişdir. Yaralı əsgərlərin xəstəxanaya yerləşdirilməsində, tibbi yardım göstərilməsində, ambulator, nevroloji xəstələrə ilkin yardım edilməsi və müalicəsi ilə məşğul olmuş və əsgərlərə tibb işçiləri tərəfindən qulluğun təşkilində, dərman preparatlarının və qidalanmanın təmin edilməsində yaxından iştirak etmişdir. Eyni zamanda yaralı əsgərlərin Respublikanın digər rayonlarında xəstəxanalara və hospitallara təxliyyəsi ilə məşğul olmuşdur. (cild 4, iş vərəqə 163-167) İş materiallarında olan AZ-İİ N 126322 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 bacısı oğlu X32 xx.xx.2020-ci ildə hərbi əməliyyatlar nəticəsində odlu silah və digər adi silah növləri ilə törədilmiş zədələnmələr səbəbindən ölmüşdür. (cild 4, iş vərəqə 169) İş materiallarında olan Fəxri Fərmanlardan görünür ki, Təqsirləndirilən şəxs2 44 günlük Vətən Müharibəsində yaralı əsgərlərə göstərdiyi fədakarlığa görə, Azərbaycan Ordusuna göstərdiyi dəstəyə və fədakar əməyinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən Müharibəsində yaralıların müayinə, müalicəsində fəal iştirak etdiyinə və xüsusi fədakarlığına görə təltif edilmişdir. (cild 4, iş vərəqə 170-172) İş materiallarında olan xx.xx.2024-cü il tarixli Kranio-Cerebral MRT İncələməsi (C) nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs2 yoxlama nəticəsində hər iki böyük beyin yarımkürələri ağ maddələri boyu yayılım göstərən 12 mm-dək ölçülü mikroangiopatiya mənşəli xr. İşemiya ocaqları qeyd edilir. (cild 4, iş vərəqə 175) İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, 15881 manat artıq ödənilmiş pensiya Təqsirləndirilən şəxs1 tərəfindən müvafiq hesaba geri qaytarılmışdır. (cild 4, iş vərəqə 199) İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 3965 manat məbləğində pul vəsaiti vurulmuş zərərin 25%-i qismində müvafiq bank hesabına Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir. (cild 4, iş vərəqə 224) İş materiallarında olan xx.xx.2023-cü il tarixli 532 nömrəli əmrdən görünür ki, Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərində tibb işçilərinə zəruri ehtiyacın yaranması ilə əlaqədar olaraq TƏBİB-in tapşırığına uyğun olaraq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Təqsirləndirilən şəxs1 Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərində tibbi fəaliyyət göstərmək üçün Qarabağa göndərilməsi əmr edilmişdir. (cild 5, iş vərəqə 2-3) İş materiallarında olan 066630 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 atası Sahib Zamanov İ Qarabağ Müharibəsi veteranıdır. (cild 5, iş vərəqə 4) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X20 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdikləri müdafiəçiləri vasitəsi ilə suallar vermiş, habelə onlara qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Belə ki, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə, şəxsən özləri üçün birbaşa yolla pul vəsaitləri qismində maddi nemətləri istəyərək qəbul edib təkrar rüşvət almışlar. Məhkəmə bu hissədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində göstərdikləri xüsusatları, yəni Təqsirləndirilən şəxs1 Şahid2 3000 manat pulu uşağı xəstə olduğundan borc alması, həmin vaxt ehtiyacının olması, lakin sonradan pulu Ziyadxana geri qaytarması, Ziyadxana həqiqətən ekipriz hazırlaması, lakin onu Təqsirləndirilən şəxs2 aparıb verməsini deməməsi, Şahid1 4000 manat pulu isə uşağı xəstə olduğundan alması, ona arayış, ekipriz verməməsi, aldığı pulu uşağının müalicəsinə xərcləməsi, əlilik dərəcəsin isə necə aldığından məlumatının olmaması, həmin 4000 manat pulu isə sonradan ondan istəməmələri, Şahid3 əlillik dərəcəsi almasına köməklik etməməsi, əlillik dərəcəsin necə almasından məlumatının olmaması, Şahid3 Təqsirləndirilən şəxs2 400 manat pul verməsindən xəbərinin olmaması, ona pul verməsi barədə heçnə deməməsi, Təqsirləndirilən şəxs2 isə hər üç şəxslə bağlı Anar həkimin ondan xahiş etməməsi, Anar həkimi istintaq vaxtı tanıması, ola bilər ki, Anar həkim ondan hansısa xəstəni və ya hemodialez xəstəsinin sənədlərinin qabağa salınmasını ondan xahiş etsə də, lakin özünün Anar həkimi tanımaması, hemodialezli xəstələrin siyahısın isə yoxlaya bilməməsi, özünün heç bir məbləğdə pul almaması, müstəntiqə birinci dəfə belə ifadə verməsi, lakin ikinci dəfə çağırılanda həyacanlı olub, qapalı mühitin onu sıxması, nə dediyini bilməməsi, ona təqdim edilmiş sənədlərin isə saxta olduğunu yoxlaya bilməməsi, geri qaytarmaq kimi də səlahiyyətinin olmaması, sistemə yazdıqları vətəndaşların isə sonradan əlillik dərəcəsi alıb-almamaları ilə bağlı isə onlarda məlumatın olmaması barədə göstərdiklərini inandırıcı saymayaraq belə hesab edir ki, onlar qeyd edilən məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cazadan yaxa qurtarmaq məqsədi güdmüşlər. Məhkəmə həmin ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə əsl həqiqəti gizlətməklə cinayət məsuliyyətindən yayınmaq istəmələri məqsədilə verilmiş özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir, onların bu ifadələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 11 dekabr 2023-cü ildə üzləşdirmə zamanı (cild İİİ– i.v. 1-5), daha sonra müdafiəçilərinin iştirakı ilə xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İİİ – i.v. 103-106, 138- 140) şəxs qismində verdikləri ifadələrində işin faktiki hallarına uyğun gələn ifadələr vermişlər. Həmin ifadələrində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təxminən 2016-cı ilin sonlarında müəyyən xəstələrə xroniki böyrək çatışmazlığının terminal mərhələsi formasında saxta diaqnozun Təqsirləndirilən şəxs1 tərəfindən qoyulacağını, bu barədə xəstələrin tibbi kartoçkalarına müəyyən qeydlər edəcəyini, eləcə də xəstələrin hemodializ müalicəsi alması barədə saxta arayış verəcəyini, həmçinin Təqsirləndirilən şəxs2 şəxslərin əlillik dərəcəsi almaq üçün həkim məsləhət komissiyasının rəylərini saxtalaşdırmağını və əlillik dərəcələrinin təyin olunmasına əsas verə biləcək şəkildə yalan məlumatları informasiya resurslarına, yəni Tibbi Sosial Ekspertiza və Reabilitasiya Sisteminə həkim-məsləhət komissiyası adından daxil etməyini, Təqsirləndirilən şəxs2 da hər xəstənin məlumatlarını Forma 88 formasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya sistemində Tibbi- Sosial Ekspertiza və X18 göndərilməsi üçün 500 manat pul vəsaiti istəməsini və aralarında razılaşmalarını, Şahid2 saxta əsaslara əlillik dərəcəsi təyin etdirə biləcəyi bunun müqabilində rüşvət qismində 3000 manat pul vəsaitini Təqsirləndirilən şəxs1 tərəfindən istənilməsini, təxminən 2017-ci ilin fevral ayının sonlarında Şahid2la Füzuli Rayon Diaqnostika Mərkəzinin yaxınlığında görüşərək sonuncudan rüşvət qismində 3000 manat məbləğində pul vəsaitini şəxsən Təqsirləndirilən şəxs1 almasını, bundan sonra Şahid2 adına hemodializ xəstəsi olması barədə arayış və saxta məlumatlar əks olunmuş, yəni diaqnozlara uyğun xəstəliyi barədə epikriz hazırlanmasını, Təqsirləndirilən şəxs1 2017-ci ilin fevral ayının sonlarında Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini-həkim məsləhət komissiyasının sədri olmuş Təqsirləndirilən şəxs2 qeyd etdiyi arayışı, epikrizi və qabaqcadan razılaşdırdıqları 500 manat pul vəsaitini verməsini, 2017-ci ilin may ayında Şahid2 1-ci qrup əlillik dərəcəsi təyin olunmasını, yerdə qalan 2500 manatı özündə saxlayıb və öz ehtiyacları üçün xərcləməsini, 2017-ci ilin əvvəllərində Sahilin ondan qonşusu Şahid1 oğlu Ruslan Rzazadəyə saxta əsaslara əlillik təyin olunmasını xahiş etməsini, Təqsirləndirilən şəxs1 4000 manat müqabilində onlara kömək edəcəyini bildirməsini, 2017-ci ilin yanvar ayının sonlarında Füzuli diaqnostika Mərkəzinin yaxınlığında Sahil adlı tanışı ilə birlikdə gələn Şahid1lə görüşüb, Şahid1 ona 4000 manat pul vəsaitini şəxsən verməsini, 2017-ci ilin yanvar ayının sonlarına X16 adına hemodializ xəstəsi olması barədə arayış və saxta məlumatlar əks olunmuş yəni diaqnozlara uyğun xəstəliyin klinikası barədə epikriz hazırlamasını, Təqsirləndirilən şəxs1 2017-ci ilin yanvar ayının sonlarında Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini-həkim məsləhət komissiyasının sədri olmuş Təqsirləndirilən şəxs2 qeyd etdiyi arayışı, epikrizi və qabaqcadan razılaşdırdıqları 500 manat pul vəsaitini verməsini, 2017-ci ilin fevral ayında Ruslan Rzazadəyə 1-ci qrup əlillik dərəcəsi təyin olunmasını, qalan 3500 manat pul vəsaitini Təqsirləndirilən şəxs1 özündə saxlayıb və öz ehtiyacları üçün xərcləməsini, 2017ci ilin sonlarında Şahid3 Təqsirləndirilən şəxs1 müraciət edərək saxta əlillik dərəcəsi almaq istədiyini bildirməsini, Şahid3 onun atası ilə və özü ilə yaxın olduğu üçün Şahid3 etiraz etməməsini, 2018-ci ilin aprel ayının əvvəllərində Şahid3 adına hemodializ xəstəsi olması barədə arayış və saxta məlumatlar əks olunmuş, yəni diaqnozlara uyğun xəstəliyin klinikası barədə epikriz hazırlamasını, 2018-ci ilin aprel ayının əvvəllərində Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini-həkim məsləhət komissiyasının sədri olmuş Təqsirləndirilən şəxs2 qeyd etdiyi arayışı və epikrizi ona təqdim etməsini, həmçinin sonuncuya Şahid3 özünün onun yanına gələrək və 400 manat pul vəsaiti verməsini deməsini, bundan sonra Nazimə Beyləqan Rayon X5 xanıma yaxınlaşaraq 400 manat verməsini tapşırmasını, bundan sonra Şahid3 onunla təxminən 2018-ci ilin aprel ayının əvvəllərində əlaqə yaradaraq 400 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 verdiyini deməsini və az müddət sonra ona 1-ci qrup əlilik təyin olunmasını bilvasitə öz seçimləri əsasında cəlb edilmiş peşəkar vəkillərinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişlər. Bununla yanaşı onların barəsində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti İstintaq Baş İdarəsində cinayət təqibi başlanan andan, barələrində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün ifadələrində məhkəmə istintaqı zamanı ifadələrində göstərdikləri xüsusatlarla bağlı fikir ifadə etməmişlər. Ümumiyyətlə təqsirləndirilən şəxslər məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə vermələrini hər hansı bir halla əsaslandırmamış, lakin özlərinə qarşı verdikləri ifadələri inkar etmişlər. Artıq bu hallar təqsirləndirilən şəxslərin məhkəmə baxışı dövründə verdikləri ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdikləri ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxslər bu formada ifadə verməklə özlərini məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Anar Rzayev və Təqsirləndirilən şəxs2 cinayət işinin ibtidai araşdırma mərhələsində təqsirləndirilən şəxs qismində verdikləri ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə təqsirləndirilən şəxslər Anar Rzayev və Təqsirləndirilən şəxs2 məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üstüstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Anar Rzayev və Təqsirləndirilən şəxs2 cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Bununla yanaşı Anar Rzayev və Təqsirləndirilən şəxs2 xx.xx.2023xx.xx.2023-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsalar da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişlər. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı sərbəst ifadə verərkən, Ziyadxanın əlilliklə bağlı ona köməklik etməsi üçün müraciət etdiyini, o vaxt elə olmuş ki, uşağı qan xəstəsi olmuş imkansızlıqdan bu yola getdiyini, Ziyadxanla bağlı ifadəsini təsdiq etdiyini, ondan 3000 manat pul aldığını, lakin sonradan geri qaytardığını, istintaq zamanı ifadələr verdiyini, həmin ifadələrini tam təsdiq etdiyini, Təqsirləndirilən şəxs2 ilə həkim yoldaşı olduğunu, onu 2016-2017-ci ildən tanıdığını, xahişi Təqsirləndirilən şəxs2 yanına gedərək özünün etdiyini, 400 manat pulu Təqsirləndirilən şəxs2 aldığını bildirsə də, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan və tətqiq edildikdən sonra isə ziddiyətli ifadələr verərək, az əvvəl məhkəmə istintaqında göstərdiyi xüsusatları təkzib etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 tanımadığını, onu yalnız DTX-ya dəvət edilərək görüb, tanış olması barədə ifadələri də özünün ibtidai istintaq zamanı vermiş olduğu ifadələrlə yanaşı, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı digər Təqsirləndirilən şəxs1 vermiş olduğu ifadələrlə, eləcədə ibtidai istintaq zamanı hər iki təqsirləndirilən şəxsin üzləşdirilməsi zamanı bir-birinin üzünə qarşı vermiş olduqları ifadələrlə də tam təkzib olunmuşdur. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşlər. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai araşdırma dövründə verdikləri ifadələrlə məhkəmə baxışında verdikləri ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə verdikləri və məhkəmə istintaqı zamanı elan və təqiq olunmuş yuxarıda qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçilərinin iştirakı ilə törtədiklərii cinayət əməllərini etiraf etmiş və onların bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Beləliklə də, məhkəmə, təqsirləndirilən şəxslərin bir-biri ilə ziddiyyət təşkil edən çoxsaylı ifadələrini nəzərə alaraq, yuxarıda qeyd edilən cinayət əməllərini törətmələrini inkar etmələri barədə məhkəmədə verdiyi ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Qeyd edilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini həqiqətən də törətmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində onlara ayrı-ayrılıqda irəli sürülmüş hər bir ittiham öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə şahidlər Şahid2, Şahid1, Şahid15, və Şahid3 məhkəmə istintaqında verdikləri ifadələrində göstərilən xüsusatları; yəni Şahid2 ifadəsində Təqsirləndirilən şəxs1 pensiyaya görə pul verməməsi, onun övladı qan xəstəsi olduğundan bir dəfə köməklik etməsi üçün xahiş etdiyindən, özünün isə kimdənsə pul alıb Anar həkimə verməsi, həmin pulun 450-500 manat məbləğində olması, sonradan Anar həkimin o pulu qaytarması, Beyləqan Rayon Mərkəzi Xəstəxanasında olması, sənədlərinə uyğun pensiya alması, 3000 manat pulu Anar həkimə əlilliklə bağlı verməməsi, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməməsinə dair göstərdiyi hallar, Şahid1 ifadəsində pensiya işi ilə bağlı Anar həkimə pul verməməsi, Anar həkimə dost kimi pul verməsi, onun isə bir ay sonra həmin pulu geri qaytarması, Anar həkimə 3500 manat pul verməsi, Anar həkimlə münasibət yarandıqdan sonra uşağı xəstə olması səbəbdən pul verməsi, Anar həkim də verdiyi pulu bir ay sonra qaytarması, oğlu Ruslana əvvəl 2017- 2020-ci illərdə dialez verilməsi, sonradan isə müalicələrlə yaşaması, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməməsinə dair göstərdiyi hallar, Şahid15 Oqtayın Anar həkimə 3500 manat pulu yoldaş kimi verməsi, həmin vaxt Oqtayın dostluğa görə kömək etməsi, pulu ikinci dəfə gedəndə köməklik niyyətilə verməsi, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməməsinə dair göstərdiyi hallar, Şahid3 Anar həkimə və Kifayət həkimə pensiya təyini ilə bağlı pul verməməsi, ona Anar həkimin heç bir sənəd verməməsi, özünün sənədlərini aparıb komissiyaya təqdim etməsi, sənədləri Kifayət həkimə verməsi, onunla təklikdə görüşməməsi, orada başqa həkimlərin də olması, Kifayət həkimə pul verməməsi, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməməsinə dair göstərdiyi hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Şahid2, Şahid1, Şahid15 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələri ilə (həmin ifadələrində hər biri birmənalı olaraq Anar adlı həkimdən daha təfərrüatlı məlumat alarkən, sonuncunun Şahid2 saxta tibbi sənədlərlə hemodializ alan xəstə kimi göstəriləcəyini və bununla da ona 1-ci qrup əlillik dərəcəsi təyin olunacağını bildirməsini, Təqsirləndirilən şəxs1 həmçinin 3000 manat rüşvət müqabilində Şahid2 İ-qrup əlillik dərəcəsinin təyin olunmasında kömək edə biləcəyini bildirməsini, sonuncu isə maddi vəziyyətinin pis olması səbəbindən Təqsirləndirilən şəxs1 bu təklifini qəbul etməsi və 2017-ci ilin fevral ayında X24 Mərkəzinin yaxınlığında baş tutmuş görüş zamanı Şahid2 3000 manat pul vəsaitini və özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini Təqsirləndirilən şəxs1 verməsini, Şahid2 heç bir xəstəxanada müalicə almadan, ümumiyyətlə heç bir tibbi sənəd almadan 2017-ci ilin may ayında ona 1-ci dərəcə əlilliyə görə pensiya təyin edilməsini və bu barədə telefonuna bildiriş gəlməsini, Mayak kəndindən qonşusu olan Şahid15 Füzuli Rayon Mərkəzi Xəstəxanasında Anar adlı tanışının həkim işlədiyini və 4000 manat müqabilində Ruslan Rzayevə 1-ci qrup əlillik təyin elətdirə biləcəyini deməsini, 2017-ci ilin əvvəllərində Füzuli Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında birlikdə Anar adlı böyrək həkimi ilə görüşməsini, Anarın söhbət zamanı 4000 manat rüşvət müqabilində Ruslan Rzazadənin guya böyrək çatışmamazlığından əziyyət çəkməsi, onun hemodializ xəstəsi kimi guya müalicə alması barədə saxta tibbi sənədlər hazırlayaraq 1-ci qrup əllilik dərəcəsi təyin etdirə biləcəyini bildirməsini, bundan sonra birlikdə geri Beyləqana qayıdıb 2017-ci ilin yanvar ayının sonlarında 4000 manat pul vəsaitini və oğlunun şəxsiyyət vəsiqəsinin surətini Füzuli Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında Təqsirləndirilən şəxs1 verməsini, bundan bir müddət sonra 2017-ci ilin fevral ayında Ruslan Rzazadəyə 1-ci qrup əlillik təyin edilməsini, 2017-ci ilin yanvar ayında Oktay Rzayevlə birlikdə Füzuli rayonuna gedərək Təqsirləndirilən şəxs1la görüşməsini, Təqsirləndirilən şəxs1 saxta sənədlər əsasında Ruslan Rzazadəyə əlillik dərəcəsi təyin etdirə biləcəyini deməsini və bunun müqabilində 4000 manat pul vəsaiti istəməsini, təxminən 2017-ci ilin yanvar ayının sonları Oktay Rzayevlə birlikdə yenidən Füzuli rayonuna getmələrini, X10 yaxınlığında Təqsirləndirilən şəxs1la görüş zamanı Oktay Rzayevin 4000 manat pul vəsaitini onun yanında Təqsirləndirilən şəxs1 verməsini, bir müddət sonra Oktay Rzayev oğluna birinci qrup əlillik təyin edildiyini ona bildirməsini, 2018-ci ilin aprel ayında Təqsirləndirilən şəxs1 tapşırığı ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında işləyən Təqsirləndirilən şəxs2 yaxınlaşmasını, Təqsirləndirilən şəxs2 öz otağında məsələdən xəbərdar olduğunu yaxın günlərdə Təqsirləndirilən şəxs1 onun böyrək xəstəsi olmasına dair müvafiq sənədləri verəcəyini bildirməsini, həmçinin Təqsirləndirilən şəxs2 əlillik dərəcəsi təyin olunması üçün ondan rüşvət qismində 400 manat istəməsini, bir neçə gün təxminən 2018-ci ilin aprel ayının ortalarında 400 manat pul vəsaitini xidməti otağında Təqsirləndirilən şəxs2 verməsini, Təqsirləndirilən şəxs2 əllilik təyin olunması üçün sistemə işləniləcək müvafiq saxta tibbi sənədləri artıq Təqsirləndirilən şəxs1 təhvil aldığını ona bildirməsini göstərmişlər), onların özlərinin ibtidai istintaq zamanı vermiş olduqları şahid qismində ifadələri, eləcə də təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələri və iş materiallarında olan mötəbər dəlillərlə tam təkzib olunduğundan məhkəmə Şahid2, Şahid1, Şahid15, və Şahid3 məhkəmə iclasında verdikləri ifadələrini yuxarıda göstərilən hissəsində sübut kimi qəbul etmir və onların bu ifadələrini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsinə öz mülahizələri baxımından yanlış təqdim etmələri kimi qiymətləndirir. Məhkəmə eyni zamanda şahidlərin məhkəmə istintaqında qeyd etdiklərini Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə də müqayisəli təhlilin aparmışdır. Belə ki, şahidlər Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs1 köməklik məqsədilə pul verdiklərini bildirsələrdə, onlar arasında hər hansı bir qohumluq, dotluq və bu kimi digər etibarlı münasibət olmadan yalnız Şahid2 ümumi müayinə üçün ona müraciət etməklə tanıması, bundan sonra Təqsirləndirilən şəxs1 köməklik məqsədilə bir başqa şəxsdən pul alıb Təqsirləndirilən şəxs1 maddi yardım etməsi, eləcədə Şahid1 isə öz övladının müalicəsi ilə əlaqədar Təqsirləndirilən şəxs1la tanışlığından və onunla bir dəfə görüşüb, bir neçə həftə sonra ikinci dəfə görüşlərində Təqsirləndirilən şəxs1 borc olaraq pul verməsi, sonradan isə həmin pulun Təqsirləndirilən şəxs1 tərəfindən özünə qaytarılması, Şahid3 isə Təqsirləndirilən şəxs1 göstərişi ilə 400 manat məbləğində pulu rüşvət qismində Təqsirləndirilən şəxs2 verməməsi barədə göstərdikləri xüsusatları məhkəmə ağabatan və inandırıcı hesab etmir. Eyni zamanda şahidlərin qeyd etdikləri hallar elə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi yəni, Şahid2 məhz rüşvət qismində pul alması, Şahid1 isə ona verdiyi pulu sonradan istəməməsi və tərəfindən qaytarılmaması, Təqsirləndirilən şəxs2 isə Şahid3 400 manat pul alması barədə bildirdikləri ilə təkzib olunmuşdur. İşin faktiki halları və yuxarıda göstərilən təkzibedilməz sübutlarla müəyyən edilir ki, Şahid3 birinci qrup əlillik təyin edilmiş xroniki böyrək çatışmamazlığına dair tədbirlər proqramı çərçivəsində dövlət hesabına hemodializ seanslarını qəbul edən xəstələrin siyahısında mövcud olmamış, Şahid2 və X21 hemodializ müalicəsi almaq üçün hemodializ mərkəzlərinə göndəriş verilsədə, lakin onlar həmin mərkəzlərə müraciət etmədikləri üçün siyahıdan çıxarılmış, X30, Şahid2 və Şahid3 dair ambulator tibbi kartalar Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə aşkar edilməmiş, eyni zamanda X30 xx.xx.2017-xx.xx.2017-ci il tarixdə, Şahid3 xx.xx.2015-xx.xx.2015-ci il tarixlərdə, xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə Füzuli Rayon Müalicə Diaqnostik Mərkəzinə müraciət etməmiş, Şahid2 isə 2017-ci il üzrə Füzuli diaqnostika Mərkəzinə müraciət etməmişdir. Lakin bütün bunlara baxmayaraq təqsirləndirilən şəxslər öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, vəzifəli şəxs olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkətlərə görə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Şahid2, X21 və Şahid3 qanunsuz və əsassız əlillik dərəcəsi təyin olunmasına əsas ola biləcək müvafiq tibbi sənədlərin hazırlanması, eləcə də əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə məlumatın elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya sistemində Tibbi-Sosial Ekspertiza və X18 göndərilməsi müqabilində qrup üzvləri arasında qabaqcadan əldə olunmuş razılığa əsasən Şahid1 Təqsirləndirilən şəxs1 vasitəsilə 2017-ci ilin yanvar ayında 4.000 manat pul vəsaitini birbaşa yolla rüşvət qismində istəyərək Füzuli rayon Diaqnostika Mərkəzinin yaxınlığında, Şahid2 Təqsirləndirilən şəxs1 vasitəsilə 2017-ci ilin yanvar ayında 3.000 manat pul vəsaitini birbaşa yolla təkrar rüşvət qismində istəyərək Füzuli rayon Diaqnostika Mərkəzinin yaxınlığında, 2018-ci ilin aprel ayında Təqsirləndirilən şəxs1 vasitəsilə Şahid3 400 manat pul vəsaitini birbaşa yolla təkrar rüşvət qismində istəyərək sonuncudan Beyləqan Rayonu Mərkəzi Xəstəxanasında xidməti otağında isə Təqsirləndirilən şəxs2 şəxsən almışdır. Göstərilənlər hallar məhkəmə araşdırması zamanı tətqiq edilmiş və yuxarıda sadalanan mötəbər sübutlarla tam təsdiq edilmişdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri - məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri müəyyən edilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsində rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi cinayət tərkibi kimi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə bu cinayətin obyektiv cəhəti - vəzifəli şəxs tərəfindən şəxsən və ya vasitəçidən istifadə etməklə rüşvətin predmetini bilavasitə istəmədə və ya almaqda ifadə olunur. Vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası dedikdə isə bilavasitə tutduğu vəzifə səlahiyyətləri daxilində yerinə yetirməli olduğu vəzifələr başa düşülür. Vəzifəli şəxsin xidmət üzrə ümumi himayədarlığı dedikdə rüşvətalanın tutduğu vəzifənin əhəmiyyəti və mötəbərliyi sayəsində tabeçiliyində və ya nəzarəti altında olan başqa vəzifəli şəxslər tərəfindən rüşvətverənin xeyrinə müəyyən hərkətlərin edilməsinin mümkünlüyü başa düşülür. Rüşvət vəzifəli şəxsin vəzifə səlahiyyətlərinə daxil olan və ya onun öz qulluq mövqeyinə görə yardım edə bildiyi hərəkətləri (hərəkətsizliyi) etməsinə görə, yaxud xidmət üzrə ümumi himayədarlığa və ya laqeydliyə görə verilir. Burada vəzifəli şəxsin vəzifə səlahiyyətlərinə daxil olan hərəkətlər (hərəkətsizlik) dedikdə, qanunla və ya əmək müqaviləsi ilə vəzifəli şəxsə həvalə edilmiş səlahiyyətlərin icrası ilə əlaqədar edilən hərəkət və ya hərəkətsizlik başa düşülməlidir. Cinayət Məcəlləsinin 311-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə bağlı qeyd edilməlidir ki, rüşvət alma korrupsiyanın ən geniş yayılmış və təhlükəli formalarından biridir. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, rüşvət alma hakimiyyətin və dövlət idarəçiliyinin əsaslarını sarsıdır, dövlət orqanlarını əhali arasında hörmətdən və nüfuzdan salır, vətəndaşların hüquq və mənafelərinin, mühüm sosial prinsiplər olan ədalətliliyin və bərabərliyin pozulmasına səbəb olur. Rüşvət alma cinayətinin obyekti dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluğun normal keçirilməsini təmin edən ictimai münasibətlərdir. Rüşvət alma cinayəti obyektiv cəhətdən aşağıdaki əməllərin törədilməsi ilə xarakterizə olunur: - vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü yaxud üçüncü şəxslər üçün maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi, - vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü yaxud üçüncü şəxslər üçün maddi və sair neməti, imtiyazı və ya güzəşti alması, - vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü yaxud üçüncü şəxslər üçün maddi və sair nemət, imtiyazı və ya güzəşt barədə təklifi və ya vədi qəbul etməsi. Təhlil edilən cinayətin obyektiv cəhətinə daxil olan əməl kimi rüşvət alma dedikdə, vəzifəli şəxsin rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə göstərdiyi “xidmət” müqabilində ona verilən pulu, qiymətli kağızı, əmlakı və ya əmlak mənfəətini istəməsindən, almasından və ya maddi və sair nemət, imtiyaz və ya güzəşt barədə təklifi və ya vədi qəbul etməsindən ibarət hərəkətlər başa düşülür. Rüşvət vəzifəli şəxsin vəzifə səlahiyyətlərinə daxil olan, yaxud xidmət üzrə himayədarlığa və ya laqeydliyə görə verilir. Məhkəmə eyni zamanda verilmiş ittihamın CM-nin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə bağlı da qeyd etməyi zəruri hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərarları həmin hissədə cinayət işinə hissəvi xitam verilmişdir. (ayrıca aktlarla) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş, həmçinin bu cinayətlərin törədilməsində onların hər biri onlara irəli sürülmüş ittiham üzrə təqsirlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 311.3.1 və 311.3.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2ci maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Göstərilən maddənin (CM-nin 41.2-ci maddəsi) məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. İş üzrə Təqsirləndirilən şəxs1 himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağının olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, ali təhsilli olmaqla kifayət qədər uzun müddət ərzində tibb xidməti sahəsində həkim olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, ailədə yeganə qazanc gətirən şəxs olması, xidməti vəzifəsinin icrası ilə əlaqədar Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərində tibbi fəaliyyət göstərməsi, atasının isə İ Qarabağ Müharibəsi veteranı olması, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, ali təhsilli olmaqla kifayət qədər uzun müddət ərzində tibb xidməti sahəsində həkim olması, xidməti vəzifəsinin icrası ilə əlaqədar “Vətən Müharibəsi” zamanı yaralı əsgər və zabitlərimizə tibbi yardımlar göstərməklə ambulator və nevroloji xəstələrə ilkin yardımlar etməsi, onların müalicəsi ilə məşğul olub və əsgərlərə tibb işçiləri tərəfindən qulluğun təşkilində, dərman preparatlarının və qidalanmanın təmin edilməsində yaxından iştirak etməsi, eyni zamanda yaralı əsgərlərin Respublikanın digər rayonlarında xəstəxanalara və hospitallara təxliyyəsi ilə məşğul olması, bacısı oğlunun “Vətən Müharibəsi” zamanı şəhid olması, hazırda özünün müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən “Vətən Müharibəsi”ndə yaralıların müayinə, müalicəsində fəal iştirak etdiyinə və xüsusi fədakarlığına görə Fəxri Fərmanlarla təltif edilməsi, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İttiham tərəfi Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsinə əsasən cinayətlərin tamah məqsədilə törədilməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməsini qeyd etsə də, cinayətin obyektiv cəhətinə daxil olan əməl kimi rüşvət alma dedikdə, vəzifəli şəxsin rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə göstərdiyi “xidmət” müqabilində ona verilən pulu, qiymətli kağızı, əmlakı və ya əmlak mənfəətini istəməsindən, almasından və ya maddi və sair nemət, imtiyaz və ya güzəşt barədə təklifi və ya vədi qəbul etməsindən ibarət hərəkətlər başa düşülür və göstərilən əməllər özüözlüyündə məhz tamah niyyəti ilə törədildiyindən, artıq tamah niyyəti bu cinayətin tövsifedici əlaməti kimi qəbul edilməlidir. Belə olan halda əməlin taham niyyəti ilə törədilməsi təkrarən ağırlaşdırıcı hal kimi nəzərə alınmamalıdır. Beləliklə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Həmçinin məhkəmə işin bütün hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə onların təqsirli bilindikləri CM-nin 311.3.1 və 311.3.2-ci maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yanaşı, onların hər birinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən əlavə cəza kimi dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası 311.3.1 və 311.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 311.3.1 və 311.3.2-ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə bu cinayətlər ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Lakin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onların cəzasını yüngülləşdirən halların məcmusunu, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən də onların islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, təqsirləndirilən şəxslərin cəmiyyətdən təcrid edilməsi onlara mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsləri ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, onlara öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onların davranışı üzərində nəzarət daimi qeydiyyatda olduqları yer üzrə aidiyyəti icra və probasiya şöbələrinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edildiyindən onların barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 311.3.1 və 311.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CMnin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 311.3.1 və 311.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CMnin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar