Məhkəmə qərarları › İş №1(099)-334/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-334/2023

08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-334/2023 08.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər- Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri- Müdafiəçi1, Müdafiəçi2 və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə xx xxxxxx 1986-cı ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Abşeron rayonunun Hökməli qəsəbəsi, Xəqani küçəsi, ev 12-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxxx 1971-ci ildə Dəvəçi rayonunun (hazırda Şabran) Gəndab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Şabran rayonu, Şabran şəhəri, Tofiq Abbasov küçəsi, ev 214, mənzil 6-da qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1978-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli orta təhsilli, işləməyən, məhkum olunmamış, İmişli şəhəri, L.Vəliyev küçəsi, ev 67-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanması və daşınmasına razılaşıb, habelə Təqsirləndirilən şəxs1 qrupun şəxsiyyəti məlum olmayan digər üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan narkotik vasitələri əldə edib cinayətkar qrupun şəxsiyyəti məlum olmayan digər üzvünə çatdırılmasına qabaqcadan vəd vermiş, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilmiş 01 ədəd bağlamanın içərisində külli miqdarda-3036,7 qram qurudulmuş marixuananın və külli miqdardatəsiredici maddəsinin ümumi miqdarı 32,0 qram təşkil edən 800 ədəd metadon həblərin İmişli rayonunun Qaragüvəndikli kəndinin ərazisində (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 23-cü sərhəd zastavasının 4-cü sahəsinin arxa tərəfində) gizlədilməsi barədə Təqsirləndirilən şəxs1 məlumat verməsindən sonra aralarında olan razılaşmaya və ümumi niyyətə uyğun olaraq qabaqcadan əlbir olub bir qrup şəxs halında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birlikdə 29 avqust 2022-ci il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi, Tahir Rısulova məxsus “KİA RİO” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonunun Qaragüvəndikli kəndinin ərazisinə gəldikdən sonra Təqsirləndirilən şəxs3 avtomobildə qalıb gözləmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən düşüb əvvəlcədən Təqsirləndirilən şəxs1 verilmiş koordinata əsasən həmin ərazidə- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 23-cü sərhəd zastavasının 4-cü sahəsinin arxa tərəfində, gizlədilmiş yerdən 01 ədəd bağlamanın içərisində külli miqdarda-3036,7 qram narkotik vasitə olan qurudulmuş marixuananın və külli miqdarda-təsiredici maddəsinin ümumi miqdarı 32,0 qram təşkil edən narkotik vasitə olan 800 ədəd metadon həbləri götürüb satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib, saxlayıb avtomobilə daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində İmişli rayonunun Qaragüvəndikli kəndinin ərazisində, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 23-cü sərhəd zastavasının 4-cü sahəsinin arxa tərəfində, oradan keçən yolun kənarında açıq sahədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub saxlanılmış, Təqsirləndirilən şəxs3 isə avtomobili sürüb hadisə yerindən qaçıb uzaqlaşmış, bundan sonra saxlanılmış şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 01 ədəd bağlamanın içərisində külli miqdarda-3036,7 qram narkotik vasitə olan qurudulmuş marixuananın və külli miqdardatəsiredici maddəsinin ümumi miqdarı 32,0 qram təşkil edən narkotik vasitə olan 800 ədəd metadon həbləri aşkar edilib götürülmüş, daha sonra İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 02 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 tutulub istintaqa təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində üç azyaşlı uşağı vardır. Rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin iş olanda fəhləliklə məşğul olmuşdur. Təqsirləndirilən şəxs3 elektrik ustası, Təqsirləndirilən şəxs2 isə taksi sürücüsü kimi tanımış, onlarla münasibəti yaxşı olmuşdur. O, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də marixuanadan istifadə etmişdir. Tanışı Samirin narkotiklərdən istifadə etməsini bilsə də, tanışı Tahirin narkotiklərdən istifadə etməsindən məlumatı yoxdur. Tutulmamışdan bir neçə ay özünü İran vətəndaşı kimi təqdim edən “Araz” adlı şəxslə tanış olmuş və bu şəxslə istifadəsində olan mobil telefonla (üzərində 070/432-06-06 saylı mobil nömrəsi olan) vatsapla əlaqə saxlamış, iranlı da ona İran nömrəsi ilə (+**********75 nömrəsi) zəng etmişdir. Sonradan o, Arazdan öz istifadəsi üçün 100 qram marixuana istəmiş, başqa növ narkotik istəməmişdir. 28 avqust 2022-ci il tarixdə, saat 20 radələrində Arazla telefonla danışmış və Arazın dediyi yerdən özünün istifadəsi üçün 100 qram marixuana götürmək üçün İmişli rayonuna getmək qərarına gəlmişdir. İmişliyə getməzdən əvvəl o, alacağı 100 qram marixuanaya görə iranlıya verəcəyi 600 manat pulun 200 manatını kart vasitəsilə iranlıya göndərmişdir. Bundan sonra o, tanışı Samirə yol yoldaşı kimi onunla birlikdə İmişliyə getməyi təklif etmiş, Samir də razılaşmış, daha sonra taksi sürücüsü Tahirlə danışıb İmişliyi gedib-gələndən sonra 70 manat verəcəyini demiş, o da razılaşmışdır. Bundan sonra 28 avqust 2022-ci il tarixdə gecə saatlarında o və Samir Tahirin idarə etdiyi maşınla İmişli rayonuna getmişlər. Həmin vaxt Samir onun narkotik maddə götürmək məqsədilə getməsini bilsə də, Tahirin bundan xəbəri olmamışdır. Onlar İmişliyə çatdıqdan sonra o, narkotikin qoyulduğu yeri tapa bilməmiş və onlar geri, Bakı şəhərinə qayıtmışlar. İranlı ilə danışdıqdan sonra onlar ikinci dəfə 29 avqust 2022-ci il tarixdə, axşam saatlarıda İmişli rayonuna getmişlər. Həmin vaxt Tahir yorğun olduğu üçün Tahirin “Kia” markalı maşınını (“KİA RİO” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili) Samir idarə etmişdir. Maşınla yol gedərkən o, vatsapla iranlı ilə əlaqə saxlamış, iranlı da ona narkotikin qoyulduğu yerlə bağlı konum (məkan yeri) göndərmiş və onlar həmin konuma əsasən narkotikin qoyulduğu yerə, İmişli rayonunun Qaragüvəndikli kəndinin ərazisinə getmişlər. Həmin yerə gecə saat 22 radələrində çatdıqdan sonra o və Tahir maşından düşmüş, Samir isə maşında qalıb onları gözləmişdir. Sonra o, həmin yerdə yolun kənarında əraziyə qoyulmuş narkotik maddəni axtarmağa başlamış, elə həmin vaxt sərhədçilər onu və Tahiri tutmuş, Samir isə maşını sürüb oradan qaçıb getmişdir. O, narkotik maddəni tapıb götürə bilməmiş, sonradan bilmişdir ki, gizlədildiyi yerdən narkotiki sərhədçilər götürmüşdür. Sərhədçilər onu və Tahiri həmin gün saat təxminən N radələrində tutub hərbi hissəyə aparmışlar. Daha sonra ona məlum olmuşdur ki, götürülmüş bağlamanın içərisində marixuana və başqa növ narkotik vardır. Həmin narkotiklərdən 100 qram marixuana ona aid olsa da, digər narkotik maddə (metadon) ona məxsus deyil, o, istifadəsi üçün iranlıya 100 qram marixuana sifariş etmiş, başqa növ narkotik sifariş etməmişdir. O, istifadəsi üçün iranlıya 100 qram marixuana sifariş verib həmin narkotik maddəni götürmək üçün İmişliyə getdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) məhkəmdə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, tanışı Araz adlı İran vətəndaşı 28 avqust 2022-ci il tarixdə, saat 20 radələrində İran telefon operatoruna aid +**********75 saylı nömrədən istifadəsində olan 070/432-06-06 mobil nömrəsinə vatsapla zəng edib ona İmişli rayonun ərazisində gizlətdiyi narkotik vasitəni götürməsini təklif etmiş, lakin onun İmişli rayonu ərazisinə getməyə avtomobili olmadığı üçün onunla razılaşmamışdır. Sonra Araz yenidən zəng edib dediyi ərazidə gizlətdiyi narkotik vasitəni götürüb dediyi yerə qoysa ona 1000 manat pul verəcəyini demiş və o, bu dəfə onunla razılaşmışdır. Bundan sonra o, tanışı Təqsirləndirilən şəxs2 və dostu Təqsirləndirilən şəxs3 zəng edib onlara İmişli rayonun ərazisində gizlədilmiş narkotik vasitəni götürməyi təklif etmiş, onlarda razılaşmışlar. 28 avqust 2022-ci il tarixdə, gecə saat 01 radələrində onlar birlikdə Tahirin idarə etdiyi avtomobillə Arazın narkotik vasitəni qoyacağı istiqamətdə, yəni İmişli rayonunun Qaragüvənikli kəndi istiqamətdə hərəkət etmiş və səhər saat 07 radələrində Arazın ona vatsapla göndərdiyi koordinata çatmış, lakin həmin ərazidə narkotiki tapa bimədiklərinə görə o, Araza zəng edib narkotiki tapa bilmədiyini demiş, Araz da Bakı şəhərinə geri qayıtmağı və içərisində narkotik olan bağlamanın yerini sonra ona deyəcəyini bildirdiyindən onlar Bakı şəhərinə geri qayıtmışlar. 29 avqust 2022-ci il tarixdə, saat 16 radələrində Araz yenidən ona zəng edib içərisində narkotik maddə olan bağlamanın yerinin dəyişdiyini, yenidən həmin əraziyə gedib bağlamanı götürmək lazım olduğunu bildirmişdir. Bundan sonra o, Tahir və Samirə zəng edib gedib birlikdə narkotik vasitəni götürmələri müqabilində alacağı 1000 manat pulu aralarında bölməyi təklif etmiş, onlarda onunla razılaşmış və həmin gün saat 18 radələrində Bakı şəhərindən Tahirə məxsus avtomobillə İmişli rayonu istiqamətdə hərəkət etmiş, Tahir yorğun olduğundan avtomobili idarə edə bilməmiş, bu səbəbdən də avtomobili Samir idarə etmiş və saat 22 radələrində İmişli rayonunun ərazisində Arazın vatsapla ona göndərdiyi koordinata çatmışlar. Narkotik vasitəni götürmək üçün o və Tahir avtomobildən düşmüş, Samir avtomobildə qalıb onları gözləmişdir. Sonra o və Tahir həmin ərazidə narkotik vasitə olan bağlamanı tapıb götürüb avtomobilə tərəf gedərkən “Dayan” çağırışı verilmış, bu vaxt o, əlindəki bağlamanı həmin yerə-kənara yerə atmış, bundan sonra onu və Tahiri sərhədçilər tutmuş, Samir isə avtomobili sürüb oradan uzaqlaşıb getmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri (ittihamla bağlı hissələrini) təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, tutulduqdan sonra sərhədçilər ona qarşı təzyiqlər etməklə belə ifadələr yazılmışdır. O, narkotiklə bağlı iranlının ona 1000 manat pul verəcəyini və həmin puldan Samir və Tahirə verəcəyini deməmiş, həmçinin onun narkotiklə bağlı Samir və Tahirlə əvvəlcədən hər hansı razılaşması və ya sövdələşməsi olmamışdır. Narkotiklə bağlı söhbətləri iranlı Arazla özü etmiş, bundan Tahirin və Samirin məlumatı olmamış, narkotik maddələri götürməyə birlikdə getsələr də, Tahirin və Samirin narkotikin qoyulduğu yer barədə məlumatları olmamış, həmçinin götürəcəkləri narkotikə görə iranlının ona verəcəyi 1000 manat pulun öz aralarında bölünməsi ilə bağlı razılaşmaları da olmamışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və bununla bağlı, həm də qaçaqmalçılıqla bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün istifadəsi üçün 100 qram marixuana sifariş verib həmin narkotik maddəni götürmək üçün getdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki uşağı vardır, həmçinin bir azyaşlı uşağı ağır xəstədir. O, özünə məxsus “KİA RİO” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 çoxdan tanımış, onunla münasibəti yaxşı olmuş, həmçinin Təqsirləndirilən şəxs3 də tutulmamışdan bir az əvvəl tanımışdır. Narkotik vasitələrdən istifadə etməmiş, Natiqin və Samirin narkotik istifadəçiləri olmasını bilməmişdir. 28 avqust 2022-ci il tarixdə, gecə saatlarında Natiq ona zəng edib onu İmişli rayonuna aparmasını xahiş edib orada yaşayan qohumundan çanta götürməyə getdiyini və çantanı götürüb geri qayıdacağını bildirmiş, o da razılaşmışdır. Natiqlə yol pulu barədə əvvəlcədən danışığı olmamış, İmişliyə gedib-gələndən sonra Natiq ona yol pulunu verəcəyini demiş, o da razılaşmışdır. 28 avqust 2022-ci il tarixdə o, idarə etdiyi maşınla Natiqi və Samiri İmişli rayonuna aparmış, orada Natiqin dediyi yerdə yolun kənarında maşını saxlamış, Natiq maşından düşüb harasa getmiş, bir azdan geri qayıdıb qohumunun evdə olmadığını, qapı bağlı olduğunu demiş və onlar Bakı şəhərinə qayıtmışlar. 29 avqust 2022-ci il tarixdə Natiq ona zəng edib yenidən İmişliyə getməli oldunu demiş, o da razılaşıb Natiqgilə getmiş və axşam saatlarında Natiq, Samir və o, maşınla İmişli rayonuna getmişlər. Həmin vaxt o, yorğun olduğundan maşını idarə edə bilməmiş, maşında yatmış, maşını Samir idarə etmişdir. İmişli rayonuna Natiqin dediyi yerə gecə saat 22 radələrindən çatdıqdan sonra Samir maşında qalmış, Natiq isə maşından düşüb yolun kənarında olan sahəyə tərəf getmiş, bir az sonra özü də təbii ehtiyacını ödəmək üçün maşından düşüb yolun kənarına tərəf getmişdir. Natiqin yolun kənarında olan sahəyə nəyə görə getməsini bilməmiş, hava qaranlıq olduğundan, həm də Natiqlə aralarnda təxminən 25 metr məsafə olduğundan Natiqin orada nəsə axtarmasından məlumatı olmamışdır. Orada olduqları vaxt sərhədçilər onu və Natiqi tutmuş, Samir isə maşını sürüb oradan qaçıb getmişdir. Sərhədçilər onu və Natiqi həmin gün saat N radələrində tutub hərbi hissəyə aparmışlar. Tutulduqdan sonra ona məlum olmuşdur ki, Natiq həmin yerə narkotik maddələr götürmək üçün gəlmişdir. Tutulduqları yerdən götürülmüş bağlamada olan narkotik maddələr ona aid deyil və həmin narkotik maddələrin kimə məxsus olması barədə məlumatı da yoxdur. Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) məhkəmdə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, 28 avqust 2022-ci il tarixdə, axşam saatlarında tanışı Təqsirləndirilən şəxs1 ona zəng edib görüşmək istədiyni bildirib evinə çağırmış, o da Natiqin yaşadığı Hökməli qəsəbəsindəki evinə gedib onunla görüşmüş, sonra Natiq tanışı Samirlə birlikdə onun avtomobilinə əyləşmiş, daha sonra Natiq ona İmişli rayonunun ərazisində içərisində narkotik olan bağlamanı götürüb Bakı şəhərinə gətirməli olduqlarını təklif etmiş, o da Natiqin təklifi ilə razılaşmışdır. Bundan sonra onlar idarə etdiyi “KİA RİO” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonu istiqamətdə hərəkət etmişlər. İmişli rayonunda Natiqin telefonunda olan ünvana çatmış, həmin yerdə Natiq və Samir avtomobildən düşüb bağlamanı axtarmış, lakin bağlamanı tapmamışlar və bu səbəbdən onlar Bakı şəhərinə geri qayıtmışlar. Bakı şəhərinə çatdıqdan 1-2 saat sonra Natiq ona zəng etmiş və o, yenidən onunla birlikdə narkotik maddələri götürmək üçün İmişli rayonuna getməyə razılaşmış, bu dəfə yuxusuz olduğu üçün avtomobili Samir idarə etmiş və birlikdə İmişli raonuna getmişlər. Onlar İmişli rayonuna çatdıqdan sonra o və Natiq avtomobildən düşmüş, Samir isə avtomobildə qalmışdır. Sonra Natiq həmin ərazidə gizlədilmiş içərisində narkotik olan bağlamanı tapıb götürmüş, elə bu zaman onlara “Dayan” çağırışı verilmiş və onları sərhədçilər tutmuş, Samir isə onların tutulduğunu görüb avtomobili sürüb həmin ərazidən qaçıb uzaqlaşmışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini (ittihamla bağlı hissələrini) təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, tutulduqdan sonra sərhədçilər ona qarşı təzyiqlər etdiyindən onun adından belə ifadələr yazılmış, o da imzalamışdır. Əslində isə o, Natiqin və Samirin narkotik maddə götürmək üçün İmişliyə getdiyini bilməmiş, həmin yerə narkotik olan bağlamanı kimin qoyması barədə məlumatı olmamış, həmçinin narkotikin götürülməsi üçün onun Natiq və Samirlə birlikdə İmişliyə getdiyinə görə Natiqin ona pul verəcəyi ilə bağlı onun Natiqlə əvvəlcədən heç bir razılaşması olmamışdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsidə iki azyaşlı uşağı vardır vardır. Rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fərdi qaydada elektrik ustası işi ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 tanımış onula münasibəti yaxşı olmuş, taksi sürücüsü Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Tutulmamışdan xeyli müddət əvvəl marixunadan istifadə etməyə başlamışdır. Tanışı Natiq də narkotik istifadəçisidir. O, Natiqin evində elektrik ustası kimi işlədiyindən onunla yaxın münasibəti olmuşdur. 28 avqust 2022-ci il tarixdə, gecə saatlarında Natiq narkotik maddə götürmək üçün onunla birlikdə İmişli rayonuna getməyi, yəni ona yoldaşlıq etməyi təklif etmiş, o da razılaşmış və onlar birlikdə Tahirin maşını ilə İmişli rayonun Qaragüvəndikli kəndinin ərazisinə getmiş və orada olan fermanın ətrafında maşından Natiq və Tahir düşmüş, özü maşında qalmışdır. Həmin yerdə Natiq ərazini axtarmış, lakin narkotiki tapa bilmədiyinə görə geri Bakı şəhərinə qayıtmışlar. İkinci dəfə onlar 29 avqust 2022-ci il tarixdə İmişli rayonun Qaragüvəndikli kəndinə getmişlər. Həmin vaxt Tahir yorulduğu üçün maşını özü idarə etmişdir. Həmin gün gecə saat 22 radələrində Qaragüvəndikli kəndinin ərazisində Natiqin dediyi yerdə maşını saxlamış, Natiq və Tahir maşından düşmüş, özü maşında qalıb onları gözləmişdir. Bir az sonra sərhədçilər Natiq və Tahiri orada tutmuş, özü isə maşını sürüb oradan uzaqlaşıb Bakı şəhərinə gəlmiş və 02 sentyabr 2022-ci il tarixdə Hökməli qəsəbəsində polis əməkdaşları tərəfindən tutulmuşdur. O, Natiqin narkotik maddə götürmək üçün İmişliyə gedəcəyini bilmiş, lakin Tahirin bundan məlumatı olmamışdır. Həmçinin Natiqlə birliklə getməsinə görə Natiqin ona pul verəcəyi ilə bağlı aralarında razılaşması olmamışdır. Natiqin götürəcəyi narkotikin növü barədə, həm də həmin narkotikin ora kimin qoyması barədə onun heç bir məlumatı olmamış, sadəcə olaraq narkotik maddə götürmək üçün getmələrini bilmişdir. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və bununla bağlı, həm də qaçaqmalçılıqla bağlı verilmiş ittihamlar üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs3 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) məhkəmdə Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, 29 avqust 2022-ci il tarixdə, gecə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 istifadəsində olan 051/330-26-29 saylı telefon nömrəsinə zəng edib ona narkotik vasitə əldə etmək üçün İmişli rayonuna getməyi təklif etmiş və onunla getməyi müqabilndə ona hörmət edəcəyini bildirmiş, pula ehtiyacı olduğu üçün o da Natiqlə razılşamışdır. Sonra o, Natiqgilə getmiş və onlar gecə saat 03 radələrində Təqsirləndirilən şəxs2 idarə etdii avtomobillə İmişli rayonuna getmiş, 07 radələrində Natiqin dediyi yerə çatmışlar. Natiq avtomobildən düşmüş, bağlamanı axtarmış, lakin bağlamanı tapa bilmədiyindən onlar Bakı şəhərinə geri qayıtmışlar. Həmin gün saat 15 radələrində Natiq yenidən zəng edib bağlamanın götürmək üçün İmişli rayonuna getməyi təklif etmiş, o da Natiqin yaşadığı Hökməli qəsəbəsindəki evinə getmiş, təxminən yarım saat sonra Tahir də ora gəlmiş, Natiq ona Tahirin avtomobilini idarə edəcəyini demiş, o da razılaşb Tahirin avtomobilini idarə etmiş və onlar saat 21 radələrində İmişli rayonuna çatmışlar. Bundan sonra Tahir və Natiq avtomobildən düşmüş, özü isə avtomobildən düşməyib yolun kənarında onları gözləmişdir. Bir az sonra ərazidə sərhədçiləri görüb avtomobili sürüb oradan uzaqlaşıb Bakı şəhərinə gəlmiş, 02 sentyabr 2022-ci il tarixdə avtomobili Natiqgilə aparmaq məqsədilə Hökməli qəsəbəsinə getmiş və orada polis əməkdaşları tərəfindən tutub İmişli RPŞ-nə gətirilmiş, sonra o, hərbiçilərə təhvil verilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələrini (ittihamla bağlı hissələrini) təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, tutulduqdan sonra ona qarşı təzyiqlər olmaqla onun adından belə ifadələr yazılmışdır. O, Natiqin narkotik maddə götürmək üçün İmişliyə getdiyini bilsə də, həmin yerə narkotikin kimin qoyması barədə məlumatı olmamış, həmçinin narkotikin götürülməsi üçün Natiqlə birlikdə getdiyinə görə Natiqin ona pul veriləcəyi bağlı aralarında heç bir razılaşması olmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, DSX-nin N saylı hərbi hissəsinin hərbi qulluqçusudur. 29 avqust 2022-ci il tarixdə İmişli rayonun Qaragüvəndikli kəndinin ərazisində hərbi hissənin 23-ci sərhəd zastavasının 4-cu sahəsinin arxa tərəfində narkotik vasitələrin gizlədilməsi barədə daxil olmuş məlumat əsasında qeyd olunan ərazidə baş çavuş Şahid2lə birlikdə “Pusqu” sərhəd naryadına təyin olunmuşdur. Xidmətdə olduğu vaxt saat 22 radələrində İmişli rayonun Qaragüvəndikli kəndinin ərazisinə xidmətdə olduğu sahəyə bir avtomobil yaxınlaşıb dayanmış, həmin avtomobildən iki nəfər düşüb ərazidə, yol kənarındakı açıq sahədə olan kolluqda nəsə axtarmalarını müşahidə etmiş və dərhal bu barədə adiyyəti üzrə məruzə etmiş, bir az sonra həmin şəxslər kolluqların arasından bir ədəd torbanı götürüb oradan uzaqlaşarkən o, uca səslə “Dayan” komandası vermiş və həmin şəxslər dayanmış, sonra o, baş çavuş Samirlə birlikdə bu şəxsləri saxlamış, avtomobildə onları gözləyən şəxs isə avtomobili sürüb oradan uzaqlaşmışdır. Sonra tutulmuş şəxslər sərhəd zastavasına gətirilib aidiyyəti üzrə təhvil verilmiş, bundan sonra hərbi hissə komandanlığı təhqiqata başlamış və tutulmuş şəxslərin saxlandıqları yerə, həmin şəxslərin yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, həm də başqa şəxslərin iştirakı ilə baxış keçirilərək ərazidə bir ədəd bağlama aşkar edilib götürülmüşdür. Daha sonra sərhəd zastavasında tutulan şəxslərə, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus bağlamaya onların və hal şahidlərin iştirakı ilə baxış keçirilərkən həmin bağlamanın içərisindən narkotik maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 içərisində narkotik maddələr olan bağlamanı götürmək üçün tutulduqları əraziyə gəlmələrini bildirmişlər. Sərhəd naryadı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 29 avqust 2022-ci il tarixdə, saat N radələrində tutulmuş, həmin vaxt və bundan sonra sərhədçilər tərəfindən onlara qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin həmin şəxslərin hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, 29 avqust 2022-ci il tarixdə, gecə saatlarında sərhəd naryadı tərəfindən tutulmuş iki nəfər şəxsin tutulduğu əraziyə və bu şəxslərə aid bir ədəd bağlamaya baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Əvvlcə tutulmuş iki nəfər şəxsin (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2) iştirakı ilə bu şəxslərin saxlandıqları yerə (İmişli rayonunun Qaragüvədikli kəndinin ərazisində olan sahəyə) baxış keçirilmiş, baxış zaman həmin sahədə bir ədəd bağlama aşkar edilib götürülmüş, sonra zastavada bu bağlamaya tutulmuş şəxslərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı bağlamanın içərisində narkotik maddələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı tutulmuş iki nəfər şəxs (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2) içərisində narkotik maddələr olan bağlamanı götürmək üçün həmin əraziyə gəldiklərini bildirmişlər. Məhkəmə iclasında Şahid4 da Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, DSX-nin “N” saylı hərbi hissəsinin əməliyyat-axtarış şöbəsinin əməkdaşının 29 avqust 2022-ci il tarixli “Raport”u, habelə “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” və “Aşkar olunmuş predmetlərə baxış keçirilməsi haqqında” 30 avqust 2022-ci il tarixli protokollarla müəyyən olunur ki, 29 avqust 2022-ci il tarixdə İmişli rayonunun Qaragüvəndikli kəndinin ərazisində əkin sahəsində (23-cü sərhəd zastavasının 4-cü sahəsinin arxa hüdudunda) külli miqdarda narkotik vasitələrin gizlədilməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında qeyd olunan ərazidə-“N” saylı hərbi hissəsinin 23-cü sərhəd zastavasının 4-cü sahəsinin arxa hüdudunda “Pusqu” sərhəd xidməti təşkil olunmuşdur. 29 avqust 2022-ci il tarixdə, saat 22 radələrində göstərilən əraziyə **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlaşıb dayanması və avtomobildən iki nəfər şəxsin düşüb kolluq əraziyə daxil olub oradan 1 ədəd torbanı götürüb uzaqlaşmaları müşahidə edilmiş və bu zaman sərhəd naryadı tərəfindən “Dayan” komandası verilməklə həmin şəxslər tutulub saxlanılmışlar. Saxlanılmış şəxsləri əraziyə gətirən avtomobilin sürücü isə dərhal avtomobillə həmin ərazidən qaçaraq uzaqlaşmışdır. Saxlanılan şəxslər özünü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kimi təqdim etmişlər. Sonra təhqiqat orqanı (hərbi hissə) tərəfindən hal şahidləri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə onların saxlanıldıqları yerə baxış keçirilmiş və həmin yerdən bir ədəd bağlama aşkar edilib götürülmüşdür. Saxlanılan şəxslər qeyd olunan bağlamanı götürdükdən sonra sərhədçilər tərəfindən saxlanıldıqlarını və bağlamanın içərisində narkotik vasitələr olduğunu bildirmişlər. Bundan sonra şübhəli şəxslərə aid bağlamaya baxış keçirilmiş və bağlamanın içərisində narkotik vasitələrə oxşar kütlələr (qurudulmuş marixuana və 800 ədəd metadon həbləri) aşkar edilmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 30 avqust 2022-ci il tarixli, 6/4636 №-li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Zərflər üçün №-21” dairəvi möhür əksi olan bir ədəd sintetik torbada olan bir ədəd qara rəngli bağlamada bir ədəd sellofan paketdə ümumi sayı 800 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 32,0 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Ekspertiza tədqiqatından sonra qalıq 780 ədəd metadon həbləri. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 30 avqust 2022-ci il tarixli, 7/962 №-li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş sarı rəngli sintetik torbada 1 (bir) ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamadakı ağ rəngli polietilen paketdə təmiz çəkisi 3036,7 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 3036,6 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanınma haqqında” 31 avqust 2022-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 780 ədəd metadon həbləri və 3036,6 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, “Mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında” 05 sentyabr 2022-ci il tarixli protokolla müəyyən olunur ki, 07 iyun 2022-ci il tarixdən olmaqla, o cümlədən 28 avqust 2022-ci il tarixdən 29 avqust 2022-ci il tarixədək Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonun (üzərində 070/432-06-06 saylı mobil telefon nömrəsi olan) vatsap yazışmaları hissəsində İran telefon operatoruna aid +**********75 saylı telefon nömrəsi ilə yazışmalar, səslər və fotoşəkillər vardır. Belə ki, 28 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən “qardaşım neynəyim, mən maşını çağırım gəlsin?” (22:08 ), “qardaşım nə deyir bu?” (23:07), “elə vaxtda deyir ki, maşında problem olur” (23:08), “yox qardaşım mənim maşınım yoxdu”, “qardaşım mən yenə qaldım, malsız (23:31)” yazılı mesajlar göndərilmiş, 29 avqust 2022-ci il tarixdə “çatır qardaşım, çatan kimi mən hazıram, çıxacam (01:10)”, “qardaşım şöfer dedi mən Keşlədən çıxıram, indi ona yığıram telefonunu açmır, bilmirəm telefonu səssizdədir, nədir. Onu gözlüyürəm” (01:12) səs yazısnı göndərilmiş, “çatır, danışdım, 10-15 dəqiqəyə mən yola düşərəm (01:28), çatır qardaşım, narahat olma, xəbər verəcəm çıxanda (01:51), “maşın burdadı qardaşım, çıxırıq, yolda şəkil atacam 5-6 dəqiqəyə sənə” (02:01), “Qobustan tərəfdəyik, konum at deyim, bilmirəm ki hansı tərəfdi, qardaşım bu dəqiqədən sonra 3 saat var, Biləsuvar, sonra İmişli, sonra Beyləqan gəlir, biz çalışacağıq ki, səhər tam açılmamış çataq” (03:05), “sənin o əziyyətini yerə vurmayacam, lazım olsa qarnımı yarıb içinə yerləşdirəcəm amma onu Bakıya gətirəcəm” (03:48) yazılı mesajlar göndərilmiş, “orda bizi saxlıyan kim olsa deyəcəm burda mənim dayımın oğlu var əsgərlikdə gedirəm onuhn yanına, orda hərbi hissə var Beyləqanda, onun adı ilə gedib götürəcəm, heç bir narahatçılıq yoxdur" səs yazısnı göndərilmiş (03:53), “qardaşım 12 km qalmışıq sənə, video atıram bax, göz-gözü görmür amma bir yandan baxanda belə yaxşıdır” yazılı mesajlar göndərilmiş (06:13), 02 ədəd foto şəkil göndərilərək “qardaşım, 2 dənə yaxın stolpa var sağda və solda, düz ordayam, atdığı konum buranı göstərir, qardaş gəzirəm buraları, girmişəm aralara, qoşa stolpaları axtarırıq, konumu səhv atıb, çıxıb yolun qırağına ordan atıb, qardaşım ondan soruş biz tərəfə atın ya siz tərəfə sərhəd olan tərəfə, yolun alt tərəfinə ya üst tərəfinə atıb? ” (06:31), “qardaşım o ferma var ha, o fermada yaşayış var, o fermanın bütün axtarmışam, otda var, indi oranın şəklini çəkib atıram sənə, fermanın yanı ilə gedirəm sən dediyin kimi bir bu yanda var əyri stolpa bir də qabağında var, hər ikisinə baxmışam, bir lap qabaqda var gedim onada baxım” (06:40), (qeyd olunan fermanın və dirəklərin fotolarını göndərilmiş (06:41)), “tikanları aralayıb hər tərəfinə baxırıq, əyri durbalara baxırıq, əgər burdadısa tapacağıq”, “mən burdayam 1 km o tərəfə 1 km bu tərəfə baxmışam yeri tapa bilmirəm” (08:21) səs yazıları göndərilmiş, “qardaşım mən o yeri tapa bilmirəm, onunla danış” (08:21) yazılı mesajlar göndərilmiş, ++**********75 nömrəsindən “nətəri danışım, yatıb” (08:22) yazılı mesaj göndərilmiş, Təqsirləndirilən şəxs1 tərəfindən “mən o yeri tapa bilmirəm, şəkildəki yeri tapa bilmirəm, bu yol hardan girir onu tapa bilmirəm” (08:22), +**********75 nömrəsindən “google map-də kordinat göndərərək, konuma dəqiq bax qardaş” (08:30) yazılı mesajlar göndərilmiş, “google map-də kordinat göndərərək, bax qardaşım mən burdayam” səs yazısı və “bax şəkilə mən düz burdayam” (08:33) yazılı mesaj göndərilmiş, +**********75 nömrəsindən ”nətəri eliyək, buda yatıb, açmır zəngi, nə zibilə gəldim mən” (08:38) yazılı mesajlar göndərilmiş, Təqsirləndirilən şəxs1 “nə bilim qardaşım, sən de, sən necə deyirəsən elə edim, necə edim qardaşım gözləyim o adam dursun, yoxsa çıxım gedim” (08:43) yazılı mesajlar göndərilmiş, +**********75 nömrəsindən “çıx get Bakıya, geri qayıt, orda çox qalma çıx get evə” (08:43) yazılı mesajlar göndərilmiş, Təqsirləndirilən şəxs1 “yaxşı qardaşım” (08:44) yazılı mesajı göndərilmiş, +**********75 nömrəsindən ”o saat 4-də o tərəfdə duracaq, 4-də kimi şəhərdə qala bilərsən” (08:44) yazılı mesajı göndərilmiş, Təqsirləndirilən şəxs1 “yaxşı qardaşım qayıdıram, lazım olsa yenə gələrəm” (08:45) yazılı mesajı göndərilmiş, +**********75 nömrəsindən “get bir yerdə dincəl, Beyləqanda” (08:46) yazılı mesajı göndərilmiş, Təqsirləndirilən şəxs1 “pul yoxdu üstümdə qardaşım” yazılı mesajı göndərilmiş, “özümüzdə 3 nəfərik, şöferdir, birdə yanımızda kömək üçün gətirmişiq bir nəfər, gedirik Bakıya, gördə nə danışacaq, dəqiq yerini deyər bir yolunu tapıb yenə gələrəmdə, nə lazım olsa qulluğundayam, bu necə oyun oldu başım çıxmadı, niyə belə etdi, o boyda yolu biz risk alıb gəlirik, üstümə başıma baxasan bütün palçığın içindəyəm, yuxusuz gəlmişəm bbu yolu” (08:48) səs yazıları göndərilmiş, ++**********75 nömrəsindən “gedirəm qohumunun qapısına, yoldayam” (08:49) yazılı mesajı göndərilmiş, Təqsirləndirilən şəxs1 “bizimlə oyun oynuyur bunlar, özüvü zibilə salma” (08:49) səs yazısı göndərilmiş, “evdə” (13:46), “qardaşım təzə konumu atda mənə” (19:38), “qardaşım bizim 43 km yolumuz qalır” (20:06), “qardaşım at konumu” (20:07), “qardaşım bizim 19 km yolumuz qalır, neyniyirsən, maşını mən sürürdüm zəngivə cavab verə bilmədim, sən konumu at mənə” (20:52-20:54) yazılı mesajlar göndərilmiş, 28- 29 avqust 2022-ci il tarixlərdədə Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonun vatsap proqramında +**********75 saylı nömrəsi arasında 28 halda danışıqları olmuşdur. İşdə olan, “Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 05 sentyabr 2022-ci il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan "xxxx" MMC mobil operatoruna məxsus 051/330-26-29 saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 070/432-06-06 saylı mobil nömrəsi ilə 26 avqust 2022-ci il tarixdə 2 halda, 28 avqust 2022-ci il tarixdə 5 halda, 29 avqust 2022-ci il tarixdə 12 halda, habelə Təqsirləndirilən şəxs2 istifadəsində olan 051/443-55-05 saylı mobil nömrəsi ilə 29 avqust 2022-ci il tarixdə 6 halda danışıqlar olmuşdur. Təqsirləndirilən şəxs2 istifadəsində olan 051/443-55-05 mobil nömrəsi ilə 27 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan 070/432-06-06 mobil nömrəsi ilə 4 halda, 28 avqust 2022-ci il tarixdə 8 halda, 29 avqust 2022-ci il tarixdə 4 halda, Təqsirləndirilən şəxs3 istifadəsində olan 051/443-55-05 mobil nömrəsi ilə 29 avqust 2022-ci il tarixdə 6 halda danışıqlar olmuşdur. Həmçinin "xxxx" MMC-dən daxil olmuş məlumatları əsasən Təqsirləndirilən şəxs1un istifadəsində olmuş 070/432-06-06 saylı, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 051/443-55-05 saylı və Təqsirləndirilən şəxs3 istifadəsində olmuş 051/330-26-29 saylı mobil nömrələr 28-29 avqust 2022-ci il tarixlərdə Beyləqan və İmişli rayonları ərazilərində yerləşən antenaların əhatə dairəsində olmuşdur. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 19 sentyabr 2022-ci il tarixli, 5323 №-li rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınamsı məsləhət görülür. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 26 sentyabr 2022-ci il tarixli, 5495 №-li rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınamsı məsləhət görülür. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 19 sentyabr 2022-ci il tarixli, 5326 №-li rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabioidlərdən istifadə halları olub, lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 oktyabr və 28 noyabr 2022-ci il tarixli, 2826, 3144 və 3145 №-li rəyləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmirlər, onlara ittiham olunan əməl dövründə hər hansl bir xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Onlar öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşlar, onlara ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdırlar. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, öz hərəkətlərini dərk etmək, onları idarə etmək iqtidarındadırlar, məcburi müalicəyə ehtiyacları yoxdur və psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadırlar. İşdə olan, “Cinayət işinin materiallarından başqar cinayət işinin arılması və icraata qəbul edilməsi haqqında” 06 mart 2023-cü il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından “Araz” adlı İran vətəndaşı və digərlərinin barəsində Azərbaycan Respublikası CM-nin 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları, telefon danışıqlarına dair məlumatları və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1, Elvin Şıxəliyev, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (Təqsirləndirilən şəxs1 ifadələrində göstərdiyi xüsusatlar-tanışı Samir və Tahirlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməməsi, onun narkotiklə bağlı Samir və Tahirlə əvvəlcədən hər hansı razılaşması və ya sövdələşməsinin, eləcə də götürəcəkləri narkotikə görə iranlının ona verəcəyi 1000 manat pulun Samir və Tahirlə aralarında bölünməsi ilə bağlı razılaşmalarının olmaması, iranlıya yalnız özünün istifadəsi üçün 100 qram marixuana sifariş verməsi, Samirlə birlikdə İmişliyə narkotik maddə götürmək üçün getmələrinin Tahirin bilməməsi və onun bu işdə iştirak etməməsi, sərhədçilər tərəfindən tutulduğu üçün narkotik maddəni tapıb götürə bilməməsi, tutulduqdan sonra sərhədçilərin ona qarşı təzyiqlər etməsi və narkotik maddələrin satışı ilə məşğul olmamasına aid hallar, Təqsirləndirilən şəxs2 ifadələrində göstərdiyi xüsusatlar-tanışı Natiqin narkotik maddələr götürmək üçün İmişliyə getməsindən məlumatının olmaması, narkotiklə bağlı Natiq və Samirlə əlbir olub cinayət əlaqəsinə girməməsi, Natiqin yolun kənarında olan sahəyə nəyə görə getməsini bilməməsi və Natiqin orada nəsə axtarmasından məlumatının olmaması, götürüləcək narkotikə görə ona pul veriləcəyi ilə bağlı onun Natiqlə heç bir razılaşmasının olmamasına, tutulduqları yerdən götürülmüş bağlamada olan narkotik maddələrin ona aid olmaması və həmin narkotik maddələrin kimə məxsus olmasını bilməməsi, tutulduqdan sonra sərhədçilərin ona qarşı təzyiqlər etməsinə aid hallar, Təqsirləndirilən şəxs3 ifadələrində göstərdiyi xüsusatlar-Natiqlə birlikdə narkotik maddə götürməyə getməsinə görə Natiqin ona pul verəcəyi ilə bağlı aralarında razılaşmanın olmaması, tutulduqdan sonra ona qarşı təzyiqlər olması, narkotikin götürülməsi üçün Natiqlə birlikdə getdiyinə görə Natiqin ona pul veriləcəyi bağlı aralırında heç bir razılaşmanın olmaması, narkotiklə bağlı Natiq və Tahirlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tanışı Samir və Tahirlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməməsi, onun narkotiklə bağlı Samir və Tahirlə əvvəlcədən hər hansı razılaşması və ya sövdələşməsinin, eləcə də götürəcəkləri narkotikə görə iranlının ona verəcəyi 1000 manat pulun Samir və Tahirlə aralarında bölünməsi ilə bağlı razılaşmalarının olmaması, iranlıya yalnız özünün istifadəsi üçün 100 qram marixuana sifariş verməsi, Samirlə birlikdə İmişliyə narkotik maddə götürmək üçün getmələrinin Tahirin bilməməsi və onun bu işdə iştirak etməməsi, sərhədçilər tərəfindən tutulduğu üçün narkotik maddəni tapıb götürə bilməməsi, tutulduqdan sonra sərhədçilərin ona qarşı təzyiqlər etməsi və narkotik maddələrin satışı ilə məşğul olmamasına dair hallar, habelə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tanışı Natiqin narkotik maddələr götürmək üçün İmişliyə getməsindən məlumatının olmaması, narkotiklə bağlı Natiq və Samirlə əlbir olub cinayət əlaqəsinə girməməsi, Natiqin yolun kənarında olan sahəyə nəyə görə getməsini bilməməsi və Natiqin orada nəsə axtarmasından məlumatının olmaması, götürüləcək narkotikə görə ona pul veriləcəyi ilə bağlı onun Natiqlə heç bir razılaşmasının olmamasına, tutulduqları yerdən götürülmüş bağlamada aşkar olunmuş narkotik maddələrin ona aid olmaması və həmin narkotik maddələrin kimə məxsus olmasını bilməməsi, tutulduqdan sonra sərhədçilərin ona qarşı təzyiqlər etməsinə dair hallar, eləcə də Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni Natiqlə birlikdə narkotik maddə götürməyə getməsinə görə Natiqin ona pul verəcəyi ilə bağlı aralarında razılaşmanın olmaması, tutulduqdan sonra ona qarşı təzyiqlər olması, narkotikin götürülməsi üçün Natiqlə birlikdə getdiyinə görə Natiqin ona pul veriləcəyi bağlı aralırında heç bir razılaşmanın olmaması, narkotiklə bağlı Natiq və Tahirlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Elvin Şıxəliyev, Şahid2 və Şahid3 (həmin şahidlər ifadələrində ittihamda göstərilən xüsusatları təsdiq etmişlər), maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən telefon danışıqlarına dair məlumatlar, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdikləri ifadələri (həmin ifadələrində onlar ittihamda göstərilən xüsusatları təsdiq etmişlər) ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik maddələri əldə etmə, saxlama və daşıma cinayət əməli törətmişlər, habelə Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayətini törətmişdir. Habelə məhkəmə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik maddələri əldə etmə, saxlama və daşıma cinayət əməli törətmələri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən beynəlxalq adı “Heroin” və “Metadon” olan maddələr narkotik vasitələr. Heroin 0,15 qramdan və metadonun 0,02 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, heroin 2 qramı və metadounun 1,6 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Habelə bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, təqsirləndirilən şəxslərdən götürülmüş 3036,7 qram narkotik vasitə olan qurudulmuş marixuana və təsiredici maddəsinin ümumi miqdarı 32,0 qram təşkil edən narkotik vasitə olan 800 ədəd metadon şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir. Habelə məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, təqsirləndirilən şəxslər öz aralarında və cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların niyyəti külli miqdarda narkotik vasitələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 öz aralarında və şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımış, habelə Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələrin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişdir. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin bu əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Eyni zamanda dövlət ittihamçısı çıxışında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında deyil, bu cinayətin tək icraçısı kimi törədilməsində iştirakı təsdiq olunduğunu və buna görə də istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlinin CM-nin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmadığı qənaətinə gəlib onun bu əməlinin CM-nin 32-ci maddəsinə istinad olunmaqla CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməklə ittiham olunmalı olduğunu və Təqsirləndirilən şəxs1 CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərə tutulmuş cinayətləri törətməkdə ittiham olunmasını müdafiə edərək onun həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalı olmasını bildirmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq dövlət ittihamçısının Təqsirləndirilən şəxs1 münasibətdə ittihamla bağlı mövqeyini əsaslı hesab edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlinin CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməklə o, CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərə tutulmuş cinayətləri törətməkdə təqsirli hesab edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs1 ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin (şəxsiyyəti məlum olmayan iranlının) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik vasitənin qaçaqmalçılığını bir nəfər icra etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, şəxsiyyəti məlum olmayan bir nəfər şəxs (“Araz” adlı iranlı) tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsi təmin edilib bu maddələrin qoyulduğu yer barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs1 və digər təqsirləndirilən şəxslər birlikdə həmin maddələri qoyulduğu yerdən götürmüş, yəni göstərilən halda narkotik vasitənin qaçaqmalçılığı yalnız bir nəfər şəxs tərəfindən icra etmişdir. Eyni zamanda müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə etdiyi narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin bu maddəni satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmayan şəxs tərəfindən həmin maddənin qaçaqmalçılıq yolu ilə keçiriləcəyini əvvəlcədən bilmiş, həmçinin bu maddənin İrandan qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra əldə edib, saxlayıb realizə olunmasını təmin edəcəyinə vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddələri əldə edib, saxlayıb daşımaqla CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmiş, habelə Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçiriləcəyini əvvəlcədən bilməklə bu maddələrin İrandan qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra əldə edib, saxlayıb realizə olunmasını təmin edəcəyinə vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etməklə CM-nin 32.5,206.2-ci maddəsində nəzərədə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və onların təqsirliliyi tam sübuta yetirilmiş, habelə təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 30 avqust 2022-ci il tarixli protokollarla müəyyən olunur ki, həmin tarixdə cinayət törətməkdə şübhəli şəxs kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaq orqanı tərəfindən tutulmuşdur. İşdə olan, İmişli RPŞ-nin 02 sentyabr 2022-ci il tarixli arayışı ilə müəyyən edilir ki, həmin tarixdə İmişli RPŞ-nin əməkdaşları tərəfindən cinayət törətməkdə şübhəli şəxs Təqsirləndirilən şəxs3 tutulub istintaqa təhvil verilmişdir. İşdə olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 avqust və 03 sentyabr 2022-ci il tarixli qərarları ilə müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsetmənin əvvəli 30 avqust 2022-ci il tarixdən və Təqsirləndirilən şəxs3 həbsetmənin əvvəli 02 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Eyni zamanda işdə olan sənədlərlə, o cümlədən “N” saylı hərbi hissəsinin əməliyyataxtarış şöbəsinin əməkdaşının 29 avqust 2022-ci il tarixli “Raport”u, “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında”, “Aşkar olunmuş predmetlərə baxış keçirilməsi haqqında” 30 avqust 2022-ci il tarixli protokollar, “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 31 avqust 2022-ci il tarixli qərarlar, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 29 avqust 2022-ci il tarixdə, saat N radələrində DSX-nin əməkdaşları tərəfindən tutulmuşlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 faktiki olaraq 29 avqust 2022-ci il tarixdə, saat N radələrində tutulduqlarından onların barəsində həbsetmənin əvvəli 29 avqust 2022ci il tarixdən hesablanmalıdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamələrlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. İşdə olan, Abşeron rayonunun Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyinin 29 sentyabr 2022-ci il tarixli arayışı və xasiyyətnaməsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Abşeron rayonunun Hökməli qəsəbəsi, Xəqani küçəsi ev 12-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (nümayəndəliyə ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, AA 4552422, AZ 11519306 və AZE 11436870 №-li şəxsiyyət vəsiqələrinin surətləri ilə müəyyən edilir ki, X5 24 mart 2006-cı ildə, X9 20 iyul 2007-ci ildə və X3 10 aprel 2009-cu ildə anadan olmuşlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə və bir yetkinlik yaşına çatmayan uşağın olması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İşdə olan, Şabran şəhər İƏD üzrə Nümayəndəliyinin 02 avqust 2023-cü il tarixli xasiyyətnaməsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Şabran rayonu, Şabran şəhəri, 20 Yavar küçəsi, ev 3-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə birgəyaşayış qaydalarına riayət etməklə qohum və qonşuları ilə hörmətlə davranmışdır) xarakterizə olunur. İşdə olan, “Elektron hökumət portalı”ndan götürülmüş arayış-məlumatlara əsasən X13 18 noyabr 1999-cu ildə və X10 27 oktyabr 2016-cı ildə anadan olmuşlar. İşdə olan, Tibbi Sosial Ekspert Komissiyasının 11 may 2022-ci il tarixli tibbi arayışı ilə müəyyən edilir ki, 27 oktyabr 2016-cı il təvəllüdlü X10 “Kvadroplegik spastik serebral iflic” diaqonozu ilə xəstədir, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu olmaqla sağlamlıq imkanı məhduddur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2in himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İşdə olan, “Elektron hökumət portalı”ndan götürülmüş arayış-məlumatlara əsasən və İmişli şəhər İƏD üzrə Nümayəndəliyin 03 avqust 2023-cü il tarixli xasiyyətnaməsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 İmişli şəhəri, L.Vəliyev küçəsi, ev 67-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (ailə üzvləri və məhəllə sakinləri ilə mehriban davranmış, həmyaşıdlarının hörmətini qazınmışdır) xarakterizə olunur. İşdə olan, Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin 05 aprel 2023-cü il tarixli arayışları ilə müəyyən edilir ki, X4 28 iyul 2009-cu ildə və X6 09 iyun 2011-ci ildə anadan olmuşlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cazasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və Təqsirləndirilən şəxs1 CMnin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən hər birinin törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Habelə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətlərə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 29 avqust 2022-ci il tarixdən və Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 02 sentyabr 2022-ci il tarixdən hesablanmalı və bərələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyləri nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onlar cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, həmçinin yaşadıqları ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Həmçinin narkoloji tibbi yoxlamanın rəyi nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan 3036,6 qram qurudulmuş marixuana və 780 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X7 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərcləri-137 (bir yüz otuz yeddi) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 45 (qırx beş) manat 66 qəpik, Təqsirləndirilən şəxs2 45 (qırx beş) manat 66 qəpik və Təqsirləndirilən şəxs3 45 (qırx beş) manat 66 qəpik tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 29 avqust 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 29 avqust 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 02 sentyabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübutlar olan, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan, 3036,6 qram narkotik vasitə olan qurudulmuş marixuana və 780 ədəd narkotik vasitə olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərcləri-137 (bir yüz otuz yeddi) manat məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 45 (qırx beş) manat 66 qəpik, Təqsirləndirilən şəxs2 45 (qırx beş) manat 66 qəpik və Təqsirləndirilən şəxs3 45 (qırx beş) manat 66 qəpik tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar