Məhkəmə qərarları › İş №1(099)-334/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-334/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-334/2024 06.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X7 (sədrlik edən və məruzəçi), X12 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Elbrus Əlisahib oğlu Mikayılovun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi Qanuni nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, - Təqsirləndirilən şəxs1 (xx xxxxx 1978-ci il tarixdə Lənkəran rayonu, Kirov qəsəbəsində (indiki İstisu qəsəbəsi) doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı Regional X8 sabiq direktoru, Lənkəran Rayon Məhkəməsinin 1(049)-342/2021 nömrəli, 13 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.2-ci maddələrinə əsasən təqsirli bilinib, qəti olaraq 3.000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, məhkumluğu götürülmüş, Lənkəran rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 311.3.3-cü; - Təqsirləndirilən şəxs2 (xx xxxxxxxx 1984-cü il tarixdə Lənkəran rayonu, Ləj kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan olmaqla üç uşağı olan, əvvəllər məhkum olunmamış, cinayət törədilən vaxt Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı Regional Meşə X2 meşəbəyiliyinin meşəbəyisi vəzifəsində işləmiş, hazırda işləməyən, Lənkəran rayonu, Ləj kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş) həmin Məcəllənin 32.5,308.1 və 32.5,311.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 vəzifəli şəxs qismində qeyrisinin köməkçiliyi ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü və qeyrisi üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə külli miqdarda maddi neməti rüşvət qismində istəyərək almışdır. Belə ki, o, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 01 dekabr 2022-ci il tarixli, 1218/k nömrəli əmrə əsasən həmin tarixdən üç ay müddətinə Meşələrin İnkişafı Xidmətinin Lənkəran Regional X8 direktoru, Nazirlik üzrə 09 mart 2023cü il tarixli, 234/k nömrəli əmrə əsasən həmin tarixdən altı ay müddətinə həmin Xidmətin Lənkəran Regional X8 direktoru və 12 sentyabr 2023-cü il tarixli, 1075/k nömrəli əmrə əsasən həmin tarixdən həmin Xidmətin 1 saylı Regional X8 direktoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Xidmət tərəfindən təsdiq edilmiş vəzifə təlimatına və rəhbərlik etdiyi mərkəzin əsasnaməsinə əsasən müvafiq qanun, fərman, sərəncam, qərarlara, metodiki təlimatlara və tövsiyələrə uyğun olaraq müəssisənin əsas iş istiqamətlərinin müəyyən edilməsi, xidməti sahə üzrə illik və perspektiv inkişaf tapşırıqlarının müəyyən edilməsi, xidməti ərazisində meşələrin qorunub mühafizə edilməsi, onların bərpası, yeni meşə sahələrinin salınması işlərinin, aralıq istifadə üçün aparılan qırmaları və sanitar qırmalarını, bundan əldə edilən oduncağın, həmçinin ikinci dərəcəli meşə ehtiyatlarının və meşədən əlavə istifadə zamanı əldə olunan məhsulların tədarükünə və istifadəsinə aid olan fəaliyyəti, o cümlədən meşə fondu torpaqlarından istifadəyə nəzarətin həyata keçirilməsi, meşə fondundan səmərəli istifadə olunmasına, meşə istifadəçiləri tərəfindən icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl edilməsinə, həmçinin meşə fondundan istifadə üçün haqqın müəyyən olunmuş müddətdə ödənilməsinə nəzarət edilməsi, meşə fondunda baş verən dəyişikliklərə, meşə fondu torpaqlarının istifadə vəziyyətinə (dövlət ehtiyacları üçün torpaqların alınması, dəyişdirilməsi və ya meşə fonduna torpaq sahəsinin verilməsinə) nəzarətin həyata keçirilməsi, meşə qanunvericiliyinin pozulması halları ilə bağlı təqsirkarın inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi üçün sənədlərin aidiyyatı üzrə məhkəmə, polis, prokurorluq orqanlarına göndərilməsinin təmin edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Meşələrin İnkişafı Xidməti üzrə 05 aprel 2022-ci il tarixli əmrə əsasən Xidmətin 1 saylı Regional Meşə X2 meşəbəyiliyinin meşəbəyisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 müvafiq pul vəsaitlərini vətəndaşdan qəbul edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə, yəni Şirvan şəhər sakini Şahid1 2023-cü ilin oktyabr ayının əvvəllərində rəhbəri olduğu Mərkəzin balansında olan meşə fonduna aid, turizm üçün əlverişli olan, eyni zamanda yol kənarında yerləşən hər hansı torpaq sahəsinin kafe və ya restoran tikintisinin həyata keçirilməsi üçün ayrılması barədə müraciəti ilə əlaqədar sonuncuya rəhbəri olduğu Mərkəzin Osaküçə meşəbəyiliyinin 4-cü dolayının 3-cü kvartalında yerləşən 0,50 ha ölçüdə, meşə örtüyü ilə əhatə olunmayan, lakin meşə fonduna məxsus, Lənkəran rayonu Sinovli kəndindən Tükəvilə kəndinə gedən yolun üzərində yerləşən, əksər hissəsini düzənlik ərazi təşkil edən torpaq sahəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 1998-ci il tarixli, 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə” Qaydalarının müvafiq bəndlərinə əsasən mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin meşə fondu sahələrindən Azərbaycan Respublikasının Meşə Məcəlləsinə uyğun elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etməli olması, təqdim olunmuş ərizənin nazirlik tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilməli, baxılmalı və imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq bir ay müddətindən gec olmamaqla meşə istifadəçisi ilə müqavilə bağlanılmalı olması, həmçinin nazirlik tərəfindən müvafiq ərizəyə baxılarkən məsələyə dair yerli meşə təsərrüfatı orqanlarının rəyinin və şərtlərinin əsas tutulmalı olması barədə imperativ normaların tələblərinə əməl edilməsini təşkil etməli olduğu halda qeyd olunan hərəkətləri etməyərək Şahid1 tərəfindən müvafiq torpaq sahəsinin ölçüsünə görə icarə haqqının ödənilməsinin təmin edilməməsi, bundan başqa ilkin olaraq həmin ərazinin yaxınlığında olan kəndlərdə yaşayan vətəndaşlarda ikrah hissinin yaranmasının, gələcəkdə həmin vətəndaşların bu barədə edə biləcəkləri şikayətlərin qarşısının alınması məqsədilə arıçılığın inkişaf etdirilməsi adı altında ona verə biləcəyini və vətəndaşların Şahid1 ərazidə sahibkarlıq fəaliyyət ilə məşğul olması barədə şikayətləri olacağı təqdirdə həmin müraciətlərə “Arıçılıq haqqında” 02 fevral 2009-cu il tarixli, 765-İİİQ nömrəli Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsində göstərilmiş arı ailələrinin meşə, qoruq, yasaqlıq və digər dövlət mülkiyyətində olan ərazilərdən, habelə bələdiyyə mülkiyyətində olan meşə və meşə zolaqları, kolluq və örüş sahələrindən balyığma mənbəyi kimi mövsümi istifadəsinə görə arıxana sahiblərinin pul və ya digər formada haqq ödəmələrinin tələb olunmamalı, eyni zamanda sahələrdən arıçılıq məqsədləri üçün istifadənin məhdudlaşdırılmasına yol verilməməli olması kimi imperativ normaya əsaslanıb müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını həmin normaların tələbləri altında pərdələyərək Mərkəzin direktoru qismində özü tərəfindən cavab veriləcəyini və qısa müddət sonra həmin torpaq sahəsində ictimai iaşə obyektinin tikintisinə şərait yaradılacağını bildirib, bu hərəkətlərinə görə Şahid1 özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitini 2023-cü ilin oktyabr ayının əvvəllərində Mərkəzin ünvan 1 ünvanda yerləşən inzibati binasındakı xidməti otağında rüşvət qismində istəyib, Şahid1 razılığını aldıqdan sonra həmin niyyətlə 17 oktyabr 2023cü il tarixdə sonuncu tərəfindən 12.000 (on iki min) manat məbləğində pul vəsaiti gətirilməsi barədə Təqsirləndirilən şəxs2 tərəfindən özünə məlumat verilməsindən sonra həmin pul vəsaiti ilə razılaşmayaraq qalan 3.000 (üç min) manat məbləğində pul vəsaitinin sonuncunun adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus olan 4169-7388-9543-0514 nömrəli plastik bank kartına köçürülməsinə və Təqsirləndirilən şəxs2 tərəfindən həmin vəsaitin ünvan 2 ünvanda yerləşən bankomatdan nağdlaşdırılaraq Şahid1 təqdim edilməsinə nail olub, elə həmin gün, yəni 17 oktyabr 2023-cü il tarixdə ümumilikdə 14.900 (on dörd min doqquz yüz) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs2 tərəfindən Şahid1 Mərkəzin ünvan 1 ünvanda yerləşən inzibati binasında rüşvət qismində alınaraq həmin tarixdə və yerdə özünə təqdim edilməsi ilə özü və Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla külli miqdarda maddi nemət olan 14.900 (on dörd min doqquz yüz) manat məbləğində pul vəsaitini sonuncunun köməkçiliyi ilə rüşvət qismində alıb, onunla aralarında bölüb, şəxsi ehtiyaclarına sərf edərək, rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar 17 oktyabr 2023-cü il tarixdə müvafiq torpaq sahəsinin Şahid1 istifadəsinə verilməsini təsdiq edən sənəd kimi sonuncu, Təqsirləndirilən şəxs2 və Osaküçə meşəbəyiliyində gözətçi vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid4 iştirakı ilə akt tərtib edilib imzalanaraq Mərkəzin Osaküçə meşəbəyiliyinin 4-cü dolayının 3-cü kvartalında yerləşən 0,50 ha ölçüdə, meşə örtüyü ilə əhatə olunmayan, lakin meşə fonduna məxsus torpaq sahəsinin Şahid1 faktiki istifadəsinə verilməsinə nail olmuş və bununla da rüşvət almışdır. Təqsirləndirilən şəxs2 vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü və onun üçün birbaşa yolla özü vasitəsilə külli miqdarda maddi neməti rüşvət qismində istəyərək almasında köməkçi qismində iştirak etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Meşələrin İnkişafı Xidməti üzrə 05 aprel 2022-ci il tarixli, 115/k nömrəli əmrə əsasən həmin tarixdən Xidmətin Lənkəran Regional X8 (1 saylı X15 Mərkəzi) Osaküçə meşəbəyliyinin meşəbəyisi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 01 dekabr 2022-ci il tarixli, 1218/k nömrəli əmrə əsasən həmin tarixdən üç ay müddətinə Nazirlik yanında Meşələrin İnkişafı Xidmətinin Lənkəran Regional X8 direktoru, Nazirlik üzrə 09 mart 2023-cü il tarixli, 234/k nömrəli əmrə əsasən həmin tarixdən altı ay müddətinə həmin Xidmətin Lənkəran Regional X8 direktoru və 12 sentyabr 2023-cü il tarixli, 1075/k nömrəli əmrə əsasən həmin tarixdən bu Xidmətin 1 saylı Regional X8 direktoru vəzifəsinə təyin edilməklə Xidmət tərəfindən təsdiq edilmiş vəzifə təlimatının İİ bölməsi və mərkəzin əsasnaməsinə əsasən müvafiq qanun, fərman, sərəncam, qərarlara, metodiki təlimatlara və tövsiyələrə uyğun olaraq müəssisənin əsas iş istiqamətlərinin müəyyən edilməsi, xidməti sahə üzrə illik və perspektiv inkişaf tapşırıqlarının müəyyən edilməsi, xidməti ərazisində meşələrin qorunub mühafizə edilməsi, onların bərpası, yeni meşə sahələrinin salınması işlərinin, aralıq istifadə üçün aparılan qırmaları və sanitar qırmalarını, bundan əldə edilən oduncağın, həmçinin, ikinci dərəcəli meşə ehtiyatlarının və meşədən əlavə istifadə zamanı əldə olunan məhsulların tədarükünə və istifadəsinə aid olan fəaliyyəti, o cümlədən meşə fondu torpaqlarından istifadəyə nəzarətin həyata keçirilməsi, meşə fondundan səmərəli istifadə olunmasına, meşə istifadəçiləri tərəfindən icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl edilməsinə, həmçinin, meşə fondundan istifadə üçün haqqın müəyyən olunmuş müddətdə ödənilməsinə nəzarət edilməsi, meşə fondunda baş verən dəyişikliklərə, meşə fondu torpaqlarının istifadə vəziyyətinə (dövlət ehtiyacları üçün torpaqların alınması, dəyişdirilməsi və ya meşə fonduna torpaq sahəsinin verilməsinə) nəzarətin həyata keçirilməsi, meşə qanunvericiliyinin pozulması halları ilə bağlı təqsirkarın inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi üçün sənədlərin aidiyyatı üzrə məhkəmə, polis, prokurorluq orqanlarına göndərilməsinin təmin edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs Təqsirləndirilən şəxs1 xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncunun edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə, yəni Şirvan şəhər sakini Şahid1 2023-cü ilin oktyabr ayının əvvəllərində rəhbəri olduğu Mərkəzin balansında olan meşə fonduna aid, turizm üçün əlverişli olan, eyni zamanda yol kənarında yerləşən hər hansı torpaq sahəsinin kafe və ya restoran tikintisinin həyata keçirilməsi üçün ayrılması barədə Təqsirləndirilən şəxs1 müraciəti ilə əlaqədar sonuncunun Şahid1 rəhbəri olduğu Mərkəzin Osaküçə meşəbəyiliyinin 4-cü dolayının 3-cü kvartalında yerləşən 0,50 ha ölçüdə, meşə örtüyü ilə əhatə olunmayan, lakin, meşə fonduna məxsus, Lənkəran rayonunun Sinovli kəndindən Tükəvilə kəndinə gedən yolun üzərində yerləşən, əksər hissəsini düzənlik ərazi təşkil edən torpaq sahəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 1998-ci il tarixli, 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmitədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə” Qaydalarının müvafiq bəndlərinə əsasən mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin meşə fondu sahələrindən Azərbaycan Respublikasının Meşə Məcəlləsinə uyğun elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etməli olması, təqdim olunmuş ərizənin Nazirlik tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilməli, baxılmalı və imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq bir ay müddətindən gec olmamaqla meşə istifadəçisi ilə müqavilə bağlanılmalı olması, həmçinin Nazirlik tərəfindən müvafiq ərizəyə baxılarkən məsələyə dair yerli meşə təsərrüfatı orqanlarının rəyinin və şərtlərinin əsas tutmalı olması barədə imperativ normaların tələblərinə əməl edilməsini təşkil etməli olduğu halda qeyd olunan hərəkətləri etməyərək Şahid1 tərəfindən müvafiq torpaq sahəsinin ölçüsünə görə icarə haqqının ödənilməsinin təmin edilməməsi, bundan başqa ilkin olaraq həmin ərazinin yaxınlığında olan kəndlərdə yaşayan vətəndaşlarda ikrah hissinin yaramasının, gələcəkdə həmin vətəndaşların bu barədə edə biləcəkləri şikayətlərin qarşısının alınması məqsədilə arıçılığın inkişaf etdirilməsi adı altında verə biləcəyinin və vətəndaşların Şahid1 ərazidə sahibkarlıq fəaliyyət ilə məşğul olması barədə şikayətləri olacağı təqdirdə həmin müraciətlərə “Arıçılıq haqqında” 02 fevral 2009-cu il tarixli, 765-İİİQ nömrəli Azərbaycan Respublikasının Qanununun 13.3-cü maddəsində göstərilmiş “arı ailələrinin meşə, qoruq, yasaqlıq və digər dövlət mülkiyyətində olan ərazilərdən, habelə bələdiyyə mülkiyyətində olan meşə və meşə zolaqları, kolluq və örüş sahələrindən balyığma mənbəyi kimi mövsümi istifadəsinə görə arıxana sahiblərinin pul və ya digər formada haqq ödəmələri tələb olunmamalı, eyni zamanda sahələrdən arıçılıq məqsədləri üçün istifadənin məhdudlaşdırılmasına yol verilməməli olması kimi imperativ normaya əsaslanıb müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını həmin normanın tələbləri altında pərdələnərək cavab veriləcəyi və qısa müddət sonra həmin torpaq sahəsində ictimai iaşə obyektinin tikintisinə şərait yaradılacağının bildirilib, həmin hərəkətlərə görə Təqsirləndirilən şəxs1 tərəfindən Şahid1 özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin 2023-cü ilin oktyabr ayının əvvəllərində Mərkəzin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında rüşvət qismində istənilib, Şahid1 razılığının alınmasından sonra, həmin niyyətlə 17 oktyabr 2023cü il tarixdə sonuncu tərəfindən 12.000 (on iki min) manat məbləğində pul vəsaiti nağd qaydada, qalan 3.000 (üç min) manat məbləğində pul vəsaiti Şahid1 tərəfindən özünün adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus olan 4169-7388-9543-0514 nömrəli plastik bank kartına köçürülərək özü vasitəsi ilə həmin vəsaitin ünvan 2 ünvanında yerləşən bankomatdan nağdlaşdırılaraq Şahid1 təqdim etməsindən sonra, 17 oktyabr 2023-cü il tarixdə ümumilikdə 14.900 (on dörd min doqquz yüz) manat məbləğində pul vəsaitini Şahid1 Mərkəzin ünvan 3 ünvanında yerləşən inzibati binasında şəxsən alıb Təqsirləndirilən şəxs1 qeyd olunan tarixdə və yerdə təqdim etməklə həmin pul vəsaitini Təqsirləndirilən şəxs1lə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncunun Şahid1 külli miqdarda maddi nemət olan 14.900 (on dörd min doqquz yüz) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs1 və özü üçün birbaşa yolla özü vasitəsilə rüşvət qismində istəməklə almasında köməkçi qismində iştirak etmiş, rüşvət müqabilində edəcəkləri hərəkətin icrası ilə əlaqədar 17 oktyabr 2023-cü il tarixdə müvafiq torpaq sahəsinin Şahid1 istifadəsinə verilməsini təsdiq edən sənəd kimi sonuncu, özü və Osaküçə meşəbəyiliyində gözətçi vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid4 iştirakı ilə akt tərtib edilib imzalanaraq Mərkəzin Osaküçə meşəbəyiliyinin 4-cü dolayının 3-cü kvartalında yerləşən 0.50 ha ölçüdə, meşə örtüyü ilə əhatə olunmayan, lakin meşə fonduna məxsus torpaq sahəsinin Şahid1 faktiki istifadəsinə verilməsinə nail olmuş və beləliklə rüşvət almada köməkçi qismində iştirak etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 311.3.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 02 dekabr 2022-ci il tarixdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 1 saylı Regional X8 direktoru vəzifəsində işləmişdir. 2023-cü ilin oktyabr ayında tanışı Şahid5 onun istifadəsində olmuş 051 ***-**-** saylı mobil nömrəyə zəng edərək tanışı Şahid1 adlı şəxsin onun yanına gələcəyini, həmin şəxsin meşə fondundan torpaq sahəsini adına rəsmiləşdirmək istədiyini bildirmişdir. Bu zaman Şahid5 1 saylı Regional X8 direktoru olaraq müvafiq torpaq sahəsinin ayrılması barədə səlahiyyətinin olmadığını, bu səlahiyyətin Nazirliyə məxsus olduğunu demişdir. Danışıq zamanı Şahid5 ondan arıçılıq təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi tapmağı istəmiş, iki nəfər adamı onun yanına göndərəcəyini bildirib, onları qəbul etməsini xahiş etmişdir. Şahid5 dediyi həmin iki nəfər onun yanına gəlmiş və arıçılıq təsərrüfatı üçün torpaq sahəsi istədiklərini demişlər. Həmin şəxslər Şahid1 və Şahid3 olmuşlar. Onlara torpaq sahələrinin verilməsinin onun səlahiyyətində olmadığını bildirmiş, lakin onlar israrla torpaq sahəsi istəmişlər. Buna görə də, ilk əvvəl Şahid1 Lənkəran rayonu, Havzova kəndində yerləşən arvadının dayısı oğlu Emil Məmmədovun adına rəsmiləşdirilmiş, lakin faktiki olaraq ona məxsus olan 0,12 ha ölçüdə torpaq sahəsini təklif etmişdir. Orada əvvəl ferma olmuşdur. Həmin sahədə iki otaqlı ev olduğunu bildirmişdir. Sonra isə meşə fonduna məxsus torpağı mövsümi müqavilə ilə verə biləcəyini demişdir. Həmin aktın üç-altı ay müddəti olduğunu, rəsmi sənəd olmadığını, həmin sənəddə imzası və möhürü olmadığını, müqavilənin meşəbəyi, meşə gözətçisi və vətəndaş arasında bağlanıldığını və sonra arı ailəsi yerləşdiriləcəyini məhkəməyə bildirmişdir. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 mart 2018-ci il tarixli qərarı vardır. Onlara torpağı arıçılıq üçün verə biləcəyini, lakin satış məqsədilə 12 sot torpağı olduğunu və həmin torpağı yalnız sata biləcəyini bildirmişdir. Əvvəlcədən həmin torpaq sahəsini satmaq fikri olmuşdur. Həmin yeri 2008-2009-cu illərdə işlətmiş, son zamanlar yerə baxa bilməmişdir. Şahid1 əvvəl onunla razılaşmamış, bələdiyyə torpağında başları ağrıdığını bildirmişdir. Onlara həmin torpağı sənədləşdirib verəcəyini demişdir. Sonra aralarında arıların olması və onları qoymaq üçün yer tapmaq zərurəti barədə söhbət olmuşdur. Bu söhbətdən sonra mərkəzin sabiq əməkdaşı Şahid2 iki nəfər şəxsin Lənkəranda yer istədiyini demişdir. Bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı var, yəni ortada qanunsuz bir şey olmamışdır. Şahid2 ona Lənkəranda müəyyən yerləri saymışdır. Bundan sonra Mərkəzin əməkdaşı Təqsirləndirilən şəxs2 çağırmış və sonuncu onun yanına gəlmişdir. Təqsirləndirilən şəxs2 qonaqlara, yəni Şahid1la Şahid3 həm Osakücə meşəbəyiliyinin 4 saylı meşə dolayının 3-cü kvartalında olan, həm də ona məxsus ərazini göstərməsini tapşırmış, əraziyə baxış keçirildikdən sonra qərar verəcəyini bildirmişdir. Məlumat üçün məhkəməyə bildirmişdir ki, Osaküçədən asfalt yoldan çıxıb adi yolla 7 km gedib Sinovli kəndinə çatılır. Sinovlidən Tükəviləyə gedən at arabası yolu var. Arıçılıq üçün verilmiş yer həmin yolun kənarında olmuşdur. Həmin yer istirahət mərkəzi üçün yararlı olmamışdır. Bu yer üçün akt yazılmışdır. Aktın hüquqi qüvvəsinin müddəti üç və ya altı ay ola bilərdi. 15.000 (on beş min) manat məbləğində pulu üç aylıq müqaviləyə görə kimin ala və ya verə biləcəyi məzmununda ritorik sual vermişdir. Onlar Təqsirləndirilən şəxs2la gedib yerə baxmışlar. Təqsirləndirilən şəxs2 həmin yerin müvəqqəti olduğunu demişdir. Qanunsuz ağac kəsilərsə, nəsə tikilərsə, məsuliyyətin vətəndaşın üzərində olduğunun aktda yazıldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 Elçin Məmədovgilin yenə gələcəyini və onun fermasını almaq istədiklərini demişdir. Şahid1la Şahid3 daha sonra 17 oktyabr 2023-cü il tarixində onun yanına gəlmişlər. Pul söhbətlərindən xəbəri olmamış, səs yazılarında söhbətin əvvəli qeyd olunmamışdır. Səs yazıları Şahid1gil əraziyə baxıb gələndən sonra başlamış və sonuncular torpağa baxıb bəyəndiklərini demişlər. Heç kimə Şahid1gildən pul almağı tapşırmamışdır. Təqsirləndirilən şəxs2 ona məxsus torpaq sahəsinin satılması üçün çalışmasını istəmişdir. Fədailə arıçılıq təsərrüfatı üçün verilən aktın üç-altı ay müddəti olduğunu demişdir. Şahid1gil yaxşı uşaqlar olacağı halda torpağı onlarda saxlayacaqdır. Onlara həmin il çəpər çəkməyə icazə verməmiş, aralarında sonradan onun torpağını alacaqları barədə söhbət olmuşdur. Şahid1 cibindən çıxarıb pul vermək istədikdə ona, “bura bazar deyil, yeri get işinlə məşğul ol, mən Fədailə demişəm nə lazımdır” cavabını vermişdir. Onların çölə çıxıb nə söhbət etdiklərini bilməmişdir. İfadəsinin səmimi qəbul edilməsini xahiş etmişdir. Onları otaqdan qovmuşdur və bu fakt onu deməyə əsas verir ki, onlardan rüşvət almamışdır, çünki, heç kim rüşvət alacağı adamı otağından qovmaz, onunla kobud danışmaz. Bu iş həmin adamlar tərəfindən ona qarşı aparılan kampaniyadır. Təqsirləndirilən şəxs2 yalnız qanunamüvafiq tədbirlər görülməsini tapşırmışdır. Belə ki, vətəndaşın ərizəsinin üzərinə “Təqsirləndirilən şəxs2, xahiş edirəm qanunamüvafiq tədbir görün” məzmunda dərkənar qoyub, həmin ərizənin qeydiyyata alınması barədə Fədailə göstəriş vermişdir. Gizli iş görsəydi, aktı elektron sistemə daxil etməzdi. Çünki, akt sistemə daxil edildikdə bu nazirlikdə görünür. O halda rüşvət almış olardı ki, sənədə imza atmış olsun. Halbuki, sənəddə ona aid heç bir şey yoxdur. Akt tərtib olunduqdan sonra Şahid1gil çıxıb getmişlər. Bundan on-on beş gün sonra Təqsirləndirilən şəxs2 ona zəng vurub Elçingilin onun yanına gəlmək istədiklərini demiş, gəlişlərinin səbəbini soruşduqda, onun yerini almaq istədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs2 onların düzgün adama oxşamadıqlarını bildirmiş, onlarla konkret danışmasını, yerini alacaqları təqdirdə gəlmələrini bildirməsini istəmişdir. Bu söhbətdən sonra 30 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 ona zəng vurub onların gəldiklərini bildirmişdir. Əvvəl Təqsirləndirilən şəxs2 onların ferma ilə bağlı gəldiklərini demiş, sonra isə otağına gəlib, meşə ərazisi üçün gəldiklərini, 0,5 hektar torpaq sahəsinin ölçüsünün artırılaraq 1 hektar edilməsini 5.000 (beş min) manat da pul vermək istədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs2 onları qovmasını istəmiş, bundan on dəqiqə sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları otağa daxil olmuşlar. Həmin əməkdaşlar onda heç bir pul tapmamışlar. Şahid1 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə zəng vurmuş, idarə də onlara əməliyyat keçirtmək üçün pul vermişdir. Rüşvətxor olsaydı, onların gətirdiyi pulu götürmüş olardı. Ona qarşı oyun oynanılmışdır. Əgər 15.000 (on beş min) manat pul almışdısa, həmin pulların harada olmasını məhkəmədən soruşmuşdur. Şahid1 gətirdiyi 5.000 (beş min) manat məbləğində pulu götürməmişdir. İttiham aktında 12.000 (on iki min) manat pulu korrupsiya idarəsinin əməkdaşlarının verdiyi, həmin pulu Təqsirləndirilən şəxs2 götürməyib əlavə 3.000 (üç min) manat gətirmələrini istədiyi qeyd olunmuşdur. Əgər həmin pul ona verilmişdirsə, üstünə “korrupsiya 2023” və sair məzmunda nə isə yazılmalı idi. Bu vaxta qədər belə cinayət işi görməmişdir. Ortada heç bir sübut olmadığını iddia etmiş, bu işdə heç bir təqsiri olmadığını bildirmiş, fikirlərinin diqqətlə nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, əvvəllər cərimə cəzasına məhkum edilmişdir. Həmin hadisədə böyük bir qanunsuz hərəkət etməmişdir. Onda Təqsirləndirilən şəxs2 direktor olmaq istəməsi barədə məlumat olduğunu və buna görə sonuncunun onun əleyhinə ifadə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 eləcə də digər şəxslər tərəfindən ona pul verilməmişdir. Şahid1 Sabirabad Regional X8 müdiri Şahid5 ona zəng vurduqdan sonra tanımışdır. “Özlərini yaxşı aparsalar” ifadəsini işlətməyinin səbəbi kimi bildirmişdir ki, mövsümi müqavilə ilə verilən torpaqlarda qanunsuz tikili tikilməsi, ağac kəsilməsi kimi hallar olmuşdur. Yəni belə hallar olmasa, gələcək üçün yenidən müqavilə bağlana biləcəyini nəzərdə tutmuşdur. Amma istirahət mərkəzi üçün torpaq vermək onun səlahiyyətində olmamışdır. Şahid1 sonradan kafe-restoran açması üçün başqa ad altında torpaq sənədləşdirməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən tez-tez yoxlama gəldiyini, istirahət mərkəzi tikilməsinin onlar tərəfindən aşkar olunacağı təqdirdə ondan prokurorluğa şikayət olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs2 ona həmin şəxslərin arıçılıq təsərrüfatı qurmaq üçün ona pul vermək istədikləri barədə heç nə deməmişdir. Həmin yer üçün pul almaq mənasız idi. İbtidai istintaqdakı ifadəsini təsdiq etmiş, son sözündə məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,308.1 və 32.5,311.3.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2009-cü ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı Regional X9 müxtəlif vəzifələrdə, 2020-ci ildən isə Mərkəzin Osakücə meşəbəyiliyinin meşəbəyisi vəzifəsində işləmişdir. 10 oktyabr 2023-cü il tarixdə 1 saylı Regional X8 direktoru Təqsirləndirilən şəxs1 ona zəng edərək harada olduğunu soruşmuş, Osakücə meşəbəyiliyinin ərazisində olduğunu bildirəndən sonra Amil onu yanına çağırmış, o da Mərkəzin inzibati binasına getmişdir. Təqsirləndirilən şəxs1 xidməti otağına qalxanda mərkəzin sabiq əməkdaşı Şahid2 oradan düşdüyünü görmüş, ondan nə məqsədlə gəldiyini soruşduqda sonuncu ona Amil tərəfindən çağrıldığını və onun meşəbəyilik etdiyi ərazidən yer istəyən şəxsin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 xidməti otağına daxil olmuşdur. Otaqda Təqsirləndirilən şəxs1 ona iki nəfər qonağın gəldiyini, onlardan birinə onun rəhbərlik etdiyi meşəbəyiliyin 4-cü dolayının 3-cü kvartalının ərazisində yerləşən Sinovli kəndindən Tükəvilə kəndinə gedən torpaq yolun sol tərəfindən 0,50 ha torpaq sahəsi təklif etdiyini və həmin sahəni onlara göstərmək lazım olduğunu, həmin şəxslərin idarənin qarşısında olduqlarını bildirmişdir. Aşağı düşüb çölə çıxmış və həmin şəxsləri tapmışdır. Həmin şəxslər sonradan adlarını bildiyi Şahid1, Şahid3 olmuşlar və onlar qırmızı rəngli “VAZ-2106” markalı avtomobillə idarənin qarşısında gözləmişlər. Avtomobildə tanımadığı üçüncü bir şəxs də olmuşdur. Şahid1 və Şahid3la salamlaşıb birlikdə Təqsirləndirilən şəxs1 xidməti otağına qalxmışlar. Otaqda söhbət zamanı Təqsirləndirilən şəxs1 onlara əraziyə yerində baxış keçirməyi tapşırmışdır. Buna görə də, Şahid1 gəldiyi avtomobillə birlikdə torpaq sahəsinin yerləşdiyi əraziyə getmiş və orada torpaq sahəsinə baxış keçirmişlər. Baxış zamanı Şahid1 ayrılmasını istədiyi torpaq sahəsində meşə örtüyü olmadığını və arıçılıq təsərrüfatı üçün yararlı olduğunu, bu təsərrüfatın meşəyə ziyan vurmayacağını müəyyənləşdirmişlər. Şahid1 özü də həmin torpaq sahəsinin öz təsərrüfatı üçün yararlı ola biləcəyini demişdir. Bundan sonra birlikdə yenidən mərkəzə qayıdaraq Təqsirləndirilən şəxs1 qəbulunda olmuşlar. Şahid1 torpaq sahəsini bəyəndiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 xidməti otağını tərk etmiş və mərkəzin inzibati binasının qarşısında gözləmişdir. Bir müddət sonra Şahid1la Şahid3 da çölə çıxmış və ondan telefon nömrəsini istəmişlər. Onlardan telefon nömrəsini nə üçün istədiklərini soruşduqda Təqsirləndirilən şəxs1 onlara daha sonuncunun yanına gəlməmələrini, onunla əlaqə saxlamalarını bildirdiyi cavabını vermişlər. Təqsirləndirilən şəxs1 həmin torpaq sahəsinin ayrılması üçün onlardan 15.000 (on beş min) manat pul istəmiş və pulu ona verməyi tapşırmışdır. Təqsirləndirilən şəxs1 xidməti otağına gedib, ondan Şahid1 pulu ona vermək barədə tapşırığını dəqiqləşdirmiş, Amil də həqiqətən vətəndaşdan arıçılıq təsərrüfatının yerləşdirilməsi üçün torpaq sahəsinin ayrılmasından ötrü 15.000 (on beş min) manat pul istədiyini, pulu ona verməyi vətəndaşa dediyini bildirmiş və pulu vətəndaşdan aldıqdan sonra özünə verməyi tapşırmışdır. Təqsirləndirilən şəxs1 etiraz etməmişdir, çünki, tabeliyində olan işçi idi. Bundan bir neçə gün sonra, yəni 17 oktyabr 2023-cü il tarixdə təxminən günorta saatlarında Şahid1 ona zəng edərək Lənkəran şəhərində olduğunu bildirmiş və ondan harada olduğunu soruşmuş, kəndə getdiyini demişdir. Şahid1 onunla görüşmək istədiklərini bildirmiş, ona idarənin qabağına getməsini istəmiş və orada görüşmüşlər. Görüş zamanı Şahid1 ona pul vəsaitini tam düzəldə bilmədiyini, 12.000 (on iki min) manat pul düzəltdiyini bildirmişdir. Şahid1 Təqsirləndirilən şəxs1 qəbuluna getməyi və pulu Amilə verməyi təklif etmişdir. Bundan sonra isə Şahid1 bir neçə dəfə telefon vasitəsilə ona məlum olmayan şəxslə danışmışdır. Bir neçə dəqiqədən sonra Şahid1 kiminsə ona pul göndərməli olduğunu, lakin bank kartının olmadığını deyib, ondan bank kartı istəmiş və tanış adamdan həmin karta 3.000 (üç min) manat pul göndərməyi istəyəcəklərini bildirmişdir. Öz adına olan “birkart” adlı bank kartını onlara vermiş və birlikdə "xxxx" ASC-nin Lənkəran filialının qarşısına getmişlər. Şahid1 bankomatdan köçürülmüş 3.000 (üç min) manat pulu çıxardıb kartı ona qaytarmışdır. Yenidən birlikdə mərkəzin inzibati binasına gedərək Təqsirləndirilən şəxs1 xidməti otağına daxil olmuşlar. Şahid1 üzərində olan pulu çıxardıb Təqsirləndirilən şəxs1 göstərərək 14.800 (on dörd min səkkiz yüz) manat pulu olduğunu bildirmiş, Amil onlara gedib pulu ona verməyi və bu barədə özünə bildirmələrini tapşırmışdır. Daha sonra iclas zalında Şahid1 14.900 (on dörd min doqquz yüz) manat pulu sayıb ona vermiş, o da həmin pulu aparıb Təqsirləndirilən şəxs1 vermişdir. Sənədləşdirmə qurtardıqdan və Təqsirləndirilən şəxs1 qonaqları yola saldıqdan sonra onu yanına çağıraraq, ona 1.000 (bir min) manat pul vermişdir. Təqsirləndirilən şəxs2 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, məlum hadisəyədək Təqsirləndirilən şəxs1lə səkkiz ay olardı ki, birlikdə işləmişdir. Bu müddət ərzində ilk dəfə belə hadisə baş vermişdir. Təqsirləndirilən şəxs1 əvvəlki rəhbərin dövründə belə hallar olmamışdır. Təqsirləndirilən şəxs1 Mərkəzin sabiq əməkdaşı Şahid2la yer barədə məsləhətləşmiş, sonuncu da onun meşəbəyilik etdiyi ərazidə yer olduğunu bildirmişdir. 0,50 ha ərazi 1 saylı X15 Mərkəzinə məxsus meşə fondunun torpağı olmuş, idarənin həmin torpağı ayırmaq səlahiyyəti olmamış, yalnız arıçılıq üçün verməyə icazəsi olmuşdur. Şahid1 və Şahid3 birinci dəfə 2023-cü ilin 10 oktyabr, sonra isə 17 oktyabr tarixlərində Mərkəzə gəlmişlər. Şahid1la Şahid3 əvvəllər tanımamış, onları Vüsal adlı şəxsin tapşırdığını sonrada öyrənmişdir. Təqsirləndirilən şəxs1 ona 15.000 (on beş min) manatdan az pul verildiyi təqdirdə götürməməsini tapşırmışdır. Onlar bankomatdan əvvəlcə 2.000 (iki min), sonra isə 1.000 (bir min) manat olmaqla cəmi 3.000 (üç min) manat pul çıxarmışlar. Şahid1gilin hərəkətlərindən şübhələnmiş və bu barədə Təqsirləndirilən şəxs1 bildirmiş Amil Vüsal adlı şəxslə əlaqə saxlamış, sonuncu da onları tanıdığını və problem yaratmayacaqlarını bildirmişdir. 30 oktyabr 2023-cü il tarixdə Şahid1 yenidən Mərkəzə gəlmiş və arıçılıq təsərrüfatı üçün ayrılmış yerin sahəsini artırmaq istədiyini bildirmişdir. Bu barədə Təqsirləndirilən şəxs1 məlumat vermiş, sonuncu cavabında bunun üçün həmin torpaq sahəsinin sənədinin gətirilməli və əlavə 5.000 (beş min) manat pul verilməli olduğunu bildirmişdir. Həmin vaxt xidməti otaqdan çölə çıxanda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları gəlmişlər. Təqsirləndirilən şəxs1lə tabeçilik münasibətində olmuş və işçi kimi bir növ onun göstərişlərini, tapşırıqlarını icra etmişdir. Bunu etmək məcburiyyətində olmasa da, müdirlərin işçilərə tapşırdığı qanunsuz göstərişləri icra etmədiyi üçün onlara qarşı müəyyən yollarla tədbir gördüklərini eşitmişdir. Ona görə də, Təqsirləndirilən şəxs1 dediklərini etmiş, özü xidməti vəzifəsinə görə kiməsə torpaq vermək və ya satmaq ixtiyarında olmamışdır. Amil Abdulayevin güya onun direktor təyin olunması barədə məlumatlı olması barədə deməsi absurddur, çünki, belə bir söhbət ümumiyyətlə olmamışdır. Etdiyi hərəkətin qanunsuzluğu ona məlumdur, idarə rəhbərinin tapşırığını həyata keçirmişdir və əməlindən çox peşmandır. İbtidai istintaqdakı ifadəsini təsdiq etdiyini, himayəsində üç uşağının, ata-anasının xəstə, atasının təqaüdçü olmasını, məlum haladək heç vaxt belə bir səhvə yol vermədiyini, müdirinin tapşırığını yerinə yetirdiyi üçün işin gəlib bu vəziyyətə düşməsini bildirmiş və barəsində qeyd etdiklərinin nəzərə alınmaqla azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsinə dair yekun qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesinin tərəflərini dinləyərək, cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 32.5,311.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə heç bir düşmənçiliyi və ya ədavəti, qohumluq əlaqələri yoxdur. Onlar pul müqabilində meşə fonduna məxsus torpağı vətəndaşa verməklə cinayət əməli törətmişdirlər. Onların törətdikləri bu qanunazidd əməl nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nüfuzuna xələl gəlmiş və buna görə də, o ibtidai istintaq dövründə hüquqlarını təmsil etdiyi Meşələrin İnkişafı Xidməti zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. Nümayəndə Qanuni nümayəndə Meşələrin İnkişafı Xidmətinin təqsirləndirilən şəxslərə qarşı hər hansı iddia, tələb və ya şikayətinin olmadığını, onların törətdikləri əmələ görə barələrində qanunda nəzərdə tutulmuş qaydada tədbir görülməsini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və zərərçəkmişin nümayəndəsi Qanuni nümayəndə ilə əvvəllər tanışlığı olmamış, təqsirləndirilən şəxsləri məlum hadisə ilə əlaqədar tanımışdır. Şirvan şəhərində yaşayır. 2022-ci ildən Şirvan Şəhər Kommunal Kombinat Müəssisəsində fəhlə işləmişdir. Təxminən 2023-cü ilin sentyabr ayının sonlarında Rusiya Federasiyasında yaşayan və orada işləyən Natiq adlı tanışı ona birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Lənkəran rayonunun ərazisində dəyəri aşağı olan 0,50 ha torpaq sahəsi almağı təklif etmiş, həmin torpaq sahəsində kafe-restoran tipli tikili tikmək istədiyini demişdir. Həmin ərəfələrdə tanışı Şahid3 ilə bu məsələni müzakirə etmiş, sonuncu ona Sabirabad rayonunda yerləşən 3 saylı Regional X8 direktoru vəzifəsində işləyən Şahid5 tanıdığını və həmin şəxsdən bu məsələ ilə əlaqədar köməklik istəyəcəyini demişdir. Şahid5 şəxsən tanımamışdır. Müəyyən müddət sonra Şahid3 ona Şahid5 tərəfindən 1 saylı Lənkəran Regional X8 direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 məlumat verildiyini və birlikdə Amilin iş yerinə getməli olduqlarını demişdir. Bundan sonra 06 oktyabr 2023-cü il tarixdə Şahid3la birlikdə Təqsirləndirilən şəxs1 1 saylı Regional X9 yerləşən xidməti otağında sonuncu ilə görüşmüşlər. Bildiyinə görə Təqsirləndirilən şəxs1 Şahid5 zəng edib onları tapşırmış, onların yer üçün gələcəklərini demişdir. Görüş zamanı Təqsirləndirilən şəxs1 yolkənarı ərazidə yerləşən, təxminən 1 və ya 0,50 ha torpaq sahəsi almaq istədiyini bildirmişdir. Bir qədər sonra Şahid2 adlı şəxs otağa daxil olmuş və Təqsirləndirilən şəxs2 ərazisində münasib yer olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 zəng etmiş, sonuncu gələndən sonra üçü birlikdə yerə baxmağa getmişlər. Həmin ərazi yol kənarında yerləşmiş və kafe-restoran üçün əlverişli yer olmuşdur. Həmçinin, həmin vaxt ərazinin şəkillərini mobil telefon vasitəsilə çəkmişdir. Yer xoşuna gəlmişdir. Təqsirləndirilən şəxs1 yanına qayıtmışlar. Təqsirləndirilən şəxs1 ona həmin torpaq sahəsini vermək müqabilində 15.000 (on beş min) manat pul tələb etmiş, məbləğlə razılaşaraq üç-dörd günə gəlib beh verəcəyini bildirmişdir. Təxminən, bir həftədən sonra 3.000 (üç min) manat beh götürüb qayıtmış, Təqsirləndirilən şəxs1 pulu tam şəkildə istədiyini bildirmişdir. 17 oktyabr 2023-cü il tarixdə 12.000 (on iki min) manat pulla gəlmiş və Təqsirləndirilən şəxs2la görüşmüşlər. Təqsirləndirilən şəxs2 pulu götürməmiş, Amil müəllimin 15.000 (on beş min) manatı bütöv istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 bank kartına 3.000 (üç min) manat pul göndərtmiş, beləliklə 15.000 (on beş min) manat pulu cəmləşdirib Fuad İbadovla birlikdə Təqsirləndirilən şəxs1 otağına daxil olmuşdur. Təqsirləndirilən şəxs1 15.000 (on beş min) manatı ona yox, sahə rəisi Təqsirləndirilən şəxs2 verməyi tapşırmış və bunu ona əl hərəkətləri ilə işarə etmişdir. Otaqdan çölə çıxıb başqa otağa keçmişlər və orada 14.900 (on dörd min doqquz yüz) manat pulu sayıb Təqsirləndirilən şəxs2 vermişdir. Pulu aldıqdan sonra Təqsirləndirilən şəxs2 pulu Təqsirləndirilən şəxs1 vermək üçün onun otağına keçmiş, o da Fədailin ardınca otağa daxil olmuş, Amil ona gözləməyi tapşırmış və sənədinin yazılacağını bildirmişdir. Aşağı düşüb şəxsiyyət vəsiqəsini təqdim etmiş və akt tərtib olunmuşdur. Sənədi oxumuş, saxta sənədə bənzədiyini düşündüyü üçün yoxlatdırmaq qərarına gəlib yoxlatdırmış və sənədin elektron bazaya düşmədiyini öyrənmişdir. Sənəd saxta olmuşdur. Göstərdiyi səbəblərdən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdir. Şahid1 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarını cavablandıraraq bildirmişdir ki, Rusiyada olan tanışı Azərbaycanda yatırım etmək istəmiş, kömək edəcəyi halda ayda 1.000 (bir min) manat əmək haqqı verməklə işlə təmin ediləcəyini bildirmişdir. Arıçılıqla məşğul olmamış, Rusiyada yaşayan tanışlarının istəyinə əsasən kafe-restoran açmaq niyyəti ilə yer axtarmış və bildiyi qədər Şahid5 da Təqsirləndirilən şəxs1 bu barədə demişdir. Təqsirləndirilən şəxs1 öz torpağını ona satmağı təklif etmiş, qanuni sənədli yeri olduğunu bildirmişdir. Həmin yer uzaq olduğu üçün razılaşmamış, oraya baxmağa getməmiş, yolkənarı yer istəmişdir. Mərkəzdən Təqsirləndirilən şəxs1 yerinə qədər təxminən 17 km məsafə olmuşdur. Təqsirləndirilən şəxs1 0,50 ha torpaq sahəsini ancaq arı ailəsi saxlamaq üçün sənədləşdirə biləcəyini, yalnız iki-üç ilə yavaş-yavaş işlərini görə biləcəklərini demişdir. Baxdıqları torpaqda tikili olmamış, yolkənarı ağaclıq yer olmuşdur. Arı ailəsi saxlamaq istəyənlərə dövlət tərəfindən pulsuz torpaq sahəsi verildiyini, Təqsirləndirilən şəxs1 isə 15.000 (on beş min) manat pul qarşılığında arı ailəsi üçün yer verdiyini bildirmişdir. Torpaq sahəsi üçün üç-dörd min manat pul vermək istəmiş, lakin Təqsirləndirilən şəxs1 bu təklifini qəbul etməmişdir. Təqsirləndirilən şəxs1 yer üçün 3.000 (üç min) manat beh verməyə gedəndə onun özü ilə danışmış, həmin vaxt Amil pulu bütöv olaraq verməsini istəmiş, hətta pulu özünə yox, Təqsirləndirilən şəxs2 verməyini istəmişdir. Mərkəzdən ona təqdim olunan akt adi kağız üzərində əlyazma şəklində tərtib olunmuş, amma üzərinə möhür vurulmuşdur. Ona aktın kitaba qeyd olunacağını deyilmiş və cəmi iki sənəd təqdim olunmuşdur. Təqsirləndirilən şəxs1 yanında üç dəfə olmuş, onun ikisində danışıqlarının səsini yazmışdır. Səs yazısına Təqsirləndirilən şəxs1 ondan rüşvət istəməsi, pulu ona deyil Təqsirləndirilən şəxs2 verməsini istəməsi və sair dedikləri düşmüşdür. Səsyazılarını həm Rusiyada olan tanışının ona inanmasını təmin etmək, həm də aldadılmasından şübhələndiyi üçün aparmışdır. Təqsirləndirilən şəxs1 ilə telefon vasitəsilə əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs1 verdiyi pulu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən almışdır. Belə ki, Təqsirləndirilən şəxs1 yanında olandan və Amil ondan verəcəyi torpaq qarşılığında pul istədikdən sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gedərək bu barədə məlumat vermişdir. Əvvəllər heç vaxt həmin idarəyə heç bir şey barəsində şikayət etməmişdir. İkinci dəfə Təqsirləndirilən şəxs1 yanına videoçəkiliş vasitələri ilə getmiş, həmin vasitələri Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyatçıları onun üzərinə yerləşdirmişlər. Üçüncü dəfə pulu aparanda da yenə çəkilişlə getmişdir. Ondan pulu Təqsirləndirilən şəxs1 istəmiş, Təqsirləndirilən şəxs2 bu və ya digər məqsədlə ondan pul istəməmiş, sonuncu yalnız Amilin dedikləri əsasında onunla münasibətdə olmuşdur. Hətta pulu Təqsirləndirilən şəxs2 verəndə özünə yol pulu qalsın deyə puldan götürmək istədiyini deyəndə Fədail bu işlərə qarışmadığını, Amil müəllimin buna razı olmayacağını deyib, sonuncunun dediyi məbləği ödəməsini istəmişdir. Hadisədən müəyyən qədər vaxt keçdiyindən bəzi detalları xatırlamadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 İsrafil oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər və zərərçəkmişin nümayəndəsi ilə əvvəllər tanışlığı olmamış, onları hadisə ilə bağlı tanımış, aralarında qohumluq, düşmənçilik və ya ədavət yoxdur. 2022-ci ildən etibarən Şirvan Şəhər Kommunal Kombinat Müəssisəsində fəhlə işləmiş, Şahid1la iş yoldaşı olmuşdur. Təxminən 2023-cü ilin oktyabr ayının əvvəllərində Şahid1la söhbət zamanı Elçin Rusiya Federasiyasında yaşayan qohumunun kafe-restoran tikintisi həyata keçirmək üçün Lənkəran rayonu ərazisində torpaq sahəsi almaq istədiyini bildirərək ondan kömək istəmiş, ona Sabirabad rayonunda yerləşən Meşələrin İnkişafı Xidməti 3 saylı Regional X8 direktoru vəzifəsində işləyən Şahid5 müraciət edə biləcəyini demiş, həmin ərəfələrdə Vüsalla görüşmüş və ona yaxınının Lənkəran rayonu ərazisində torpaq sahəsi ilə maraqlandığını bildirmişdir. Şahid5 onun yanında 1 saylı Regional X8 direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 zəng edib danışmış, sonra ona Amilin iş yerinə gedə biləcəyini demişdir. 06 oktyabr 2023-cü il tarixdə Şahid1la birlikdə torpaq almaq məqsədilə 1 saylı Regional X8 inzibati binasına, Təqsirləndirilən şəxs1 yanına getmişdir. Təqsirləndirilən şəxs1 Şahid1la danışmış, bu zaman onların yanında olmuşdur. Təqsirləndirilən şəxs1 Şahid2 adlı şəxsi çağırıb onunla nəsə danışmış, daha sonra onlara Lənkəran rayonu, Osakücə kəndi ərazisində yerləşən 0,50 ha ölçüdə torpaq sahəsinə baxmağı təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 meşəbəyi Təqsirləndirilən şəxs2 gəlib torpaqları göstərməsi üçün çağrılmasını istəmiş, Fədail gələndən sonra birlikdə Osakücə kəndində yerləşən yolkənarı torpaq sahəsinə baxmağa getmiş, yerə baxandan sonra yenidən Amilin xidməti otağına getmişlər. Xidməti otaqda Təqsirləndirilən şəxs1 Şahid1 yerdən xoşu gəlib-gəlməməsi barədə soruşmuş, Elçin müsbət cavab verdikdə Amil rüşvət qismində 15.000 (on beş min) manat pul istəmişdir. Təqsirləndirilən şəxs1 həmçinin həmin yerin güya arıçılıq təsərrüfatı üçün veriləcəyi barədə rəsmiləşdirmə aparılacağını, bu barədə akt tərtib ediləcəyini, camaatın gözü öyrəşdikdən sonra istənilən formada yerdən istifadə edilə biləcəyini bildirmişdir. Bundan sonra Şahid1la birlikdə oradan çıxıb getdik. 17 oktyabr 2023-ci il tarixdə yenidən 1 saylı Regional X8 inzibati binasına gedib, binanın yanında Təqsirləndirilən şəxs2la görüşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 ilkin olaraq 12.000 (on iki min) manat məbləğində pul vəsaiti gətirdiklərini, qalan pulu da iki-üç gün ərzində verə biləcəklərini demişlər. Lakin Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 bununla razılaşmayacağını bildirərək, pulu götürməkdən imtina etmişdir. Ona görə də, çatışmayan 3.000 (üç min) manat pulu gedib bankomatdan çıxardıb Təqsirləndirilən şəxs1 yanına getmişlər. Təqsirləndirilən şəxs1 pulu Təqsirləndirilən şəxs2 verməyi tapşırmış və pulu Fədaildən götürəcəyini demişdir. Pulu sayıb Təqsirləndirilən şəxs2 vermiş, sonuncu da öz növbəsində Təqsirləndirilən şəxs1 vermişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs1lə görüşmüşlər. Onlara sənəd verilmiş, eyni zamanda həmin sənədin birbaşa nazirliyə verilməsi və elektron sistemə daxil edildiyi bildirilmişdir. Dəfələrlə torpaq satın aldığından torpaq alanda belə sənəd verilmədiyini bilmiş, aldadıqlarını öyrənmiş və bu barədə Şahid1 məlumat vermişdir. Şahid3 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, əslən Sabirabad rayonundandır, lakin Şirvan şəhərində yaşayır. Şahid1la həm tanış, həm də iş yoldaşı olublar. Rusiyada yaşayan şəxslər Şahid1 pul vermişlər. Şahid5 onu “Əli” adı ilə tanımışdır, belə ki, ona bu adla da müraciət olunur. Şahid5 söhbət əsnasında cənub bölgəsində torpaq olsa ona deməsini istəmişdir. Torpağı hər hansı bir yerdən istəmiş, sırf meşəlik ərazi olmasını istəməmişdir. Torpaq sahəsini əvvəlcə kafe-restoran açmaq niyyəti ilə, bu istəyi alınmadığı üçün arıçılıq məqsədilə istəmişlər. Şahid5 da bu barədə bilmişdir. Bu işdə Şahid1la şərik olmuşlar. Təqsirləndirilən şəxs1lə görüşəndə Amil onlara kafe-restoran açmaq məqsədilə torpaq verə bilməyəcəyini demiş, ərazini dəmir torla hasarlamalarını, bir müddət keçdikdən sonra üç-beş stol qoyub kafe kimi işlətməyi tövsiyə etmiş, onunla razılaşmışlar. Təqsirləndirilən şəxs1 öz yerini satmağı təklif etməsi barədə məlumatı olmamışdır. Birinci dəfə gedəndə səs yazısı aparmaq üçün nə onda, nə də Şahid1 səsyazma qurğusu olmuşdur. Təqsirləndirilən şəxs2la danışıqlarının səsi onun telefonuna yazılmışdır. Onun yanında Şahid1 üzərinə hər hansı qurğu quraşdırılmamışdır. Pulu Mərkəzin inzibati binasının iclas zalında Təqsirləndirilən şəxs2 vermişlər. Şahid1 100 (bir yüz) manat pulu özündə saxlayıb qalan pulu vermişdir. Təqsirləndirilən şəxs2 pulu Təqsirləndirilən şəxs1 verməsini görmüşdür. Torpaq sahəsi verilməsinə dair aktı onlara Şahid2 vermişdir. Şahid1 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə əməkdaşlıq etdiyini və pulu haradan əldə etdiyini görməmişdir. Pulu bankomatdan Şahid1la Təqsirləndirilən şəxs2 çıxarmışlar. Hazırki cinayət işi ilə bağlı ilk danışıqda, bir də pul verilən vaxt iştirak etmiş, digər proseslərdə iştirak etməmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında fərq görmədiyini, hər iki ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır, onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur, zərərçəkmişin nümayəndəsini isə tanımır. 1988-ci ildən 12 avqust 2023-cü il tarixinədək müəyyən fasilələrlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı Regional X9 müxtəlif vəzifələrdə işləmişdir. Xidməti fəaliyyətinin əsas hissəsində X4 və Mühafizəsi üzrə baş mühəndisi vəzifəsində işləmiş, 12 avqust 2023-cü il tarixdə 65 yaşı tamam olduğu üçün rəsmi olaraq təqaüdə çıxmışdır. Mütəxəssis olduğuna görə işdən çıxmış olsa belə ehtiyac olanda onu köməyə çağırmışlar. Belə günlərin birində 1 saylı Regional X8 direktoru Təqsirləndirilən şəxs1 zəng edib yanına qalxmasını istəmiş, etiraz etməmişdir. Təqsirləndirilən şəxs1 otağına daxil olduqda onun yanında əvvəllər tanımadığı iki nəfərin oturduğunu görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 ondan “Məhrəm, bu şəxslər Lənkəran rayonu ərazisində arıçılıq təsərrüfatı üçün yer istəyirlər, onlara haranı məsləhət görə bilərsən?” deyə soruşmuş, cavabında Prezidentin qərarı olduğunu, arı ailəsi qoymağa sərhəd olmadığını, kim harada istəsə qoya biləcəyini deyib, Osakücə meşəbəyiliyinin ərazisində Lənkəran rayonu Sinovli kəndi ilə Tükəvilə kəndini birləşdirən yolun kənarının onlara uyğun ola biləcəyini demişdir. Çünki, orada meşə fonduna məxsus torpaq sahələri demək olar ki, yola bitişik vəziyyətdə idi. Bu zaman Təqsirləndirilən şəxs1 ona “yaxşı onda, sən get, Təqsirləndirilən şəxs2 çağırmışam, vətəndaşlar onunla gedib əraziyə baxacaqlar” demiş, o da otağı tərk etmişdir. Təxminən bir ay sonra Təqsirləndirilən şəxs1 onu otağına çağırıb, ondan Osakücə meşəbəyiliyinin ərazisində olan torpaq sahəsinin Şahid1 verilməsi barədə nə etmək lazım olduğunu soruşmuşdur. İlk öncə ölkə Prezidentinin qərarını ona xatırlatmış, sonra isə arıçılıq haqqında qanuna əsasən arı ailəsinə yer ayrılması üçün rüsum tələb olunmadığını, ərazinin onlara təhvil verilməsi üçün akt tərtib etmək lazım olduğunu qeyd etmiş, meşə qanun pozucusu olduğu halda onların cavabdeh şəxs olacağını demişdir. Təqsirləndirilən şəxs1 ona sənədi yazmağı tapşırmış, o da üç nəfərin iştirakı, yəni meşə gözətçisi, Təqsirləndirilən şəxs2 və qonaqlardan birinin iştirakı ilə akt yazmaqla sənədləşdirib vermiş, bununla da işi başa çatmışdır. Şahid2 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladığı suallara cavab olaraq bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Aktı yazarkən otaqda iki qonaq, Fədail və özü olmuş, sonra qonaqlardan biri çölə çıxmışdır. Aktı yazarkən qonaqların öz arasında söhbət olmuş, onlardan biri nəsə verdiklərini, onlara yol pulu verilmədiyini demişdir. Kimin kimə nə alıb-verməsi barədə maraqlanmamışdır. Diabet xəstəsidir və yaddaşı zəifdir. 15.000 (on beş min) manat pulun verilməsi barədə eşitmiş, lakin yaddaşı zəif olduğu üçün xatırlamamışdır. Qonaqlar pulu kimə verdiklərini deməmişlər və o özü də pulun kimə verildiyini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır, onlarla düşmənçiliyi və ya ədavəti, qohumluq münasibəti yoxdur, zərərçəkmişin nümayəndəsini isə tanımır. Lənkəran rayonunun Tükəvilə kənd sakinidir. 2018-ci ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 1 saylı Regional X8 Osakücə meşəbəyiliyinin 4 saylı meşə dolayının meşə gözətçisi vəzifəsində işləyir. Bir müdir kimi Təqsirləndirilən şəxs1 pislik görməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 işçilərə qarşı yaxşı münasibəti olmuşdur. Hazırki cinayət işi üzrə şahid kimi heç nə eşitmədiyini bildirmişdir. Şahid4 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, istintaqdakı ifadəsini xatırlamır. Sadəcə olaraq ona təhkim olunmuş ərazidə xidmət aparmışdır. Heç bir sənədə imza atmamış, hər hansı sənədin tərtib olunmasında iştirak etməmişdir. Növbədə olduğu vaxt heç kimə ərazi göstərməmiş və bu barədə ona tapşırıq verilməmişdir. Şahid1 adlı adamı görməmişdir. Təsərrüfat qurulması üçün onun razılığının lazım olması barədə sonradan məlumatı olmuşdur. Rüşvət verilməsi haqqında eşitməmiş və maraqlanmamışdır. Hadisə barədə ona Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində danışmışlar. Məhkəmədə Şahid4 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 329.1-ci maddəsinə (şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir) əsasən elan edilmişdir. O, həmin ifadəsində 2018-ci il tarixdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 1 saylı X15 Mərkəzi Osaküçə meşəbəyiliyinin 4 saylı meşə dolayının meşə gözətçisi vəzifəsində işlədiyini bildirmişdir. Meşə gözətçisi qismində vəzifələri meşələrin mühafizəsi, meşələrin qırıntılardan və yanğından qorunması, meşə ərazilərinin təmizliyinə nəzarət etməkdən ibarətdir. Osaküçə meşəbəyiliyinin meşəbəyisi vəzifəsində Təqsirləndirilən şəxs2 işləmiş, hazırda işdən uzaqlaşdırılmışdır. Osaküçə meşəbəyiliyində bildiyi qədər 5 dolay vardır. Gözətçisi olduğu 4-cü meşə dolayının təxminən 683 hektar ərazisi vardır. Həmin dolay 3 kvartala bölünür. Hər bir kvartal təxminən 220 hektardır. 17 oktyabr 2023-cü il tarixli aktın aşağı hissəsində adının qarşısında olan imza ona məxsus deyildir. Aktın məzmunu da onun tərəfindən yazılmamışdır. Ümumiyyətlə latın qrafikalı əlifba ilə oxuya bilsə də, həmin əlifba ilə yaza bilmir. Həmin aktın tərtib olunması barədə heç məlumatı da olmamışdır. Yalnız Mərkəzin direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 həbs olunduqdan sonra sonuncunun rüşvət qarşılığında Osaküçə meşəbəyiliyinin 4 saylı meşə dolayının 3-cü kvartalında yerləşən 0,50 ha torpaq sahəsini Şahid1 istifadəsinə verməsini eşitmişdir. Yəni, onun əvvəlcədən həmin prosesdən məlumatı olmamış və həmin prosesdə hər hansı bir iştirakı olmamışdır. Müvafiq hadisələrdən sonra Nazirlikdən bir əməkdaş gəlib həmin əraziyə baxış keçirmişdir. Məhz bundan sonra Şahid1 adlı şəxsə məhz hansı ərazisinin verilməsini bilmişdir. Həmin ərazi Lənkəran rayonu, Sinovli kəndindən Tükəvilə kəndinə gedən yolun üzərində yerləşir və yol kənarı ərazidir. Həmin ərazi ictimai iaşə obyektinin tikilməsi üçün əlverişli yerdədir. 2023-cü ilin oktyabr ayının əvvəlində meşəbəyi Təqsirləndirilən şəxs2 torpaq sahəsini almaq istəyən şəxs Şahid1la həmin əraziyə gəlməsinin şahidi olmadığını bildirmişdir (cild 01, i.v. 229-231). Şahid4 məhkəmə iclasında elan olunan ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 27 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 3 saylı X17 Mərkəzinin direktoru vəzifəsinə təyin olunmuş, 01 noyabr 2023-cü il tarixdə könüllü ərizəsi əsasında tutduğu vəzifədən azad olunmuşdur. 2023-cü ilin iyun ayında Əli adı ilə tanıdığı və sonradan əsl adının Şahid3 olduğunu bildiyi şəxs yanına gəlmişdir. Onun əsl adını Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ondan hazırki işlə əlaqədar izahat alınanda öyrənmişdir. Şahid3 ilk dəfə onun yanına gələndə onu qəbul etmədiyi üçün nə məqsədlə gəldiyini bilməmiş, başqa bir nəfər ondan Faiqi qəbul etməsini xahiş etdikdən sonra sonuncunu qəbul etmişdir. Həmin ərəfədə Sabirabad rayonunda qardaşına məxsus ferma təsərrüfatını icarəyə vermək istəmişlər. Şahid3 onun iş yerinə getmiş və ona həmin təsərrüfatı götürmək istədiyini bildirmiş, Faiqi qardaşı ilə tanış etmişdir. Şahid3 ona Rusiyada yaşayan Hacı adlı şəxsin təsərrüfatını idarə etdiyini, sonuncunun bu təsərrüfatı da götürüb işlətmək istədiyini bildirmişdir. Müəyyən müddət keçsə də, Şahid3 təsərrüfatı icarəyə götürməmiş, Hacı adlı şəxsin Rusiyadan gəlməsini gözlədiyini bildirmiş, tez-tez ona zəng edib hal-əhval tutmuş, görüşməyi təklif etmiş, bir müddət sonra gəlib ondan Lənkəranda meşə idarəsinin müdiri ilə münasibətinin olubolmaması barədə soruşmuşdur. Şahid3 onun etibarını qazanmış, o da 1 saylı Regional X8 direktoru Təqsirləndirilən şəxs1 zəng vurub tanışının Lənkəran ərazisində arıçılıq təsərrüfatı qurmaq üçün yer istədiyini bildirərək ondan köməklik etməsini xahiş etmişdir. Şahid3 ona Lerikdə arı qutuları olduğunu, onları Lənkəranda götürəcəyi sahəyə qoyacağını bildirmişdir. Onun Təqsirləndirilən şəxs1lə yaxın münasibəti olmamış, sadəcə hər ikisi də ayrı-ayrılıqda regional meşə mərkəzinin müdiri olduqları üçün tanışlıqları olmuş, iclasdan-iclasa bir-birlərini görmüşlər. Şahid5 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, hal-hazırda Bakı şəhərində yaşayır. O özü meşəbəylərinə ferma təsərrüfatını almaq istəyən olsa ona demələrini tapşırmışdır. Katibə vətəndaşları müavininin qəbul etməsi barədə göstəriş vermədiyi üçün ilk dəfə Şahid3 qəbul etməmişdir. Şahid3 "xxxx" ASC-nin “Saatlı Aqrolizinq” filialının direktoru vasitəsilə tanımışdır. “Saatlı Aqrolizinq”in direktoru ondan Şahid3 qəbul etməsini xahiş etmişdir. Şahid3 qardaşı həmin şəxsin traktorçusu olmuşdur. Şahid3 Lənkərandan torpaq istəməsi ilə əlaqədar ona müraciət edəndə, təqribən üç ay müddətində tanışlıqları olmuş, onunla bir neçə dəfə görüşmüşdür. Şahid1 tanımamışdır. Onun rəhbərlik etdiyi mərkəzə də arıçılıqla əlaqədar müraciətlər olmuş, ona görə də, bu barədə Təqsirləndirilən şəxs1 deməkdə qəbahət görməmişdir. Təqsirləndirilən şəxs1lə bu hadisəyədək aralarında telefon danışığı olmamış, ilk dəfə bu işlə əlaqədar zəng edib, “Əli” adlı şəxsin onun yanına gedəcəyini demişdir. Təqsirləndirilən şəxs1 əvvəllər ona torpaq sahəsi satmaq, icarəyə vermək barədə heç nə deməmiş, zəng zamanı torpaq satmaq istədiyini demişdir. Şahid3 özü ona Təqsirləndirilən şəxs1 yanına getdiyini bildirmiş, lakin kiminlə getməsi barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs1 ona zəng vurub Şahid3 gəldiyini demişdir. Hadisə ilə əlaqədar məlumatı Təqsirləndirilən şəxs1 tutulduğu günün axşamı işlə əlaqədar Meşələrin İnkişafı Xidmətində şöbə müdirinə zəng etdikdə öyrənmişdir. Həmin vaxt ona Təqsirləndirilən şəxs1 tutulduğu deyilmişdir. Həmin şəxsdən soruşduqda Təqsirləndirilən şəxs1 tutduranın onun tərəfdən birinin olduğunu demiş, amma adını bilmədiyini söyləmişdir. Həmin şəxs ona Təqsirləndirilən şəxs1 tutduranın arıçılıq üçün müraciət edən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 tutulana qədər onun kimdənsə pul istəməsi barədə məlumatı olmamışdır. Rüşvət işinin üstü açılandan sonra Təqsirləndirilən şəxs1lə əlaqəsi olmamışdır. Şahid3 zəng vurub hadisə barədə soruşmuş, o da cavabında onluq heç bir şey olmadığını, növbəti gün gedib yeşiklərini torpaq sahəsinə yığacağını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş proses tərəfləri olan təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 etirafedici, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, habelə şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə yanaşı digər sənədləri də mötəbər sübut növləri kimi qəbul etmişdir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İstintaq İdarəsinin 30 oktyabr 2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild 01, i.v. 04-05). Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin 30 oktyabr 2023-cü il tarixli çıxarışından görünür ki, Lənkəran, Astara, Lerik inzibati rayonlarını əhatə edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin 1 saylı Regional X8 direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 Lənkəran rayonunun Osaküçə kəndi ərazisində yerləşən meşə fonduna məxsus 0,50 ha ölçüdə torpaq sahəsinin müqavilə əsasında arıçılıq məqsədilə istifadəyə verilməsi müqabilində vətəndaş Şahid1 15.000 (on beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində tələb etməsi barədə daxil olmuş əməliyyat məlumatı öz təsdiqini tapmış və həmin fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır (cild 01, i.v. 08). Şahid1 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə ünvanladığı 10 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Lənkəran şəhərində yerləşən Meşə İdarəsinin direktoru Təqsirləndirilən şəxs1 meşə sahəsindən 0,50 ha ölçüdə torpaq sahəsinin arıçılıqla məşğul olması üçün verilməsi məqsədi ilə 15.000 (on beş min) manat məbləğində pul vəsaitini ondan istəmiş, o, həmin qanunsuz prosesi audio yazıya almış və Təqsirləndirilən şəxs1 barəsində tədbir görülməsini xahiş etmişdir (cild 01, i.v. 12). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-2177/2023, 5(001)-2254/2023 nömrəli, 09, 19 oktyabr 2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində qərar qəbul edildiyi gündən başlayaraq altı ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və fotoçəkilişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərə, müəssisənin inzibati binasına, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilməsi barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş təqdimatlar təmin edilmişdir (cild 01, i.v. 15-17; 66-67). Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin 10 və 17 oktyabr 2023-cü il tarixli protokollarından görünür ki, əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə həmin idarənin əməkdaşı X18 tərəfindən Şahid1 2023-cü ilin müvafiq olaraq 10 oktyabr tarixində 3.000 (üç min) manat, 17 oktyabr tarixində isə 12.000 (on iki min) manat pul təqdim edilməklə pulun Təqsirləndirilən şəxs1 verilməsi zamanı audio və video yazının aparılması məqsədilə şikayətçinin üzərindəki paltara xüsusi səs və video yazan texniki avadanlığın quraşdırılması müəyyən edilir (cild 01, 18-62). Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin 30 oktyabr 2023-cü il tarixli çıxarışından görünür ki, 17 oktyabr 2023-cü il tarixdə rüşvət qismində tələb edilən 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin tamamlanması məqsədilə 3.000 (üç min) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs2 istifadəsində olan 4169-7388- 9543-0514 nömrəli plastik karta ünvan 7 ünvanında yerləşən “mpay” ödəniş aparatı vasitəsilə köçürülməsi tərəflərindən təmin edilmişdir (cild 01, i.v. 63). Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Preventiv Tədbirlər və Təhqiqat İdarəsinin 30 oktyabr 2023-cü il tarixli protokolundan görünür ki, 1 saylı Regional X8 direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 xidməti otağına keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus içərisində müxtəlif qeydlər aparılmış 02 ədəd qara rəngli kitabça, 01 ədəd “DVD” disk, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 1 saylı Regional X8 möhürü; həmin X1 meşəbəyisi Təqsirləndirilən şəxs2 olduğu yerə, yəni binanın ikinci mərtəbəsində yerləşən iclas zalı ilə bitişik olan otağa baxış keçirilən zaman Şahid1 tərəfindən yazılmış ərizə və 17 oktyabr 2023-cü il tarixli akt hər biri 01 vərəqdə, 98 vərəqdən ibarət üzərində “müqavilə 2022 2023” sözləri yazılan qovluq və digər sənədlər 08 vərəqdə iş üzrə gələcəkdə sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülmüşdür. Baxış keçirilməsi və götürmə aparılmasının videogörüntüləri özündə əks etdirən DVD disklər protokola əlavə olunmuş və həmin disklərə məhkəmə iclasında baxış keçirilmişdir (cild 01, i.v. 68-72). Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İstintaq İdarəsinin 30 oktyabr 2023-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 20:00da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və yaxın qohumuna məlumat verilməsi təmin olunmuşdur (cild 01, i.v 85-88). Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İstintaq İdarəsinin 30 oktyabr 2023-cü il tarixli protokolu və ona əlavə olunmuş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərmiş olduqları xüsusatları bir-birinin üzünə qarşı bildirməklə ifadələrini bir daha təsdiq etmişlər (cild 01, i.v. 113-116). Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İstintaq İdarəsinin 30 oktyabr 2023-cü il tarixli protokolu və ona əlavə olunmuş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərmiş olduqları xüsusatları bir-birinin üzünə qarşı bildirməklə ifadələrini bir daha təsdiq etmişlər (cild 01, i.v. 117-121). Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İstintaq İdarəsinin 31 oktyabr 2023-cü il tarixli protokolu və ona əlavə olunmuş fotocədvəllərdən görünür ki, 30 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı Regional X8 inzibati binasında keçirilmiş baxış istintaq hərəkəti zamanı götürülmüş 02 ədəd qara rəngli kitabçaya, 01 ədəd “DVR” adlı avadanlığa, Mərkəzin möhürünə, Şahid1 tərəfindən yazılmış ərizəyə, 17 oktyabr 2023-cü il tarixli aktın əslinə, üzərində 2022-2023 sözləri yazılan qovluğa və digər sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Şahid1 17 oktyabr 2023-cü il tarixli ərizəsini 1 saylı Regional X8 direktoru Təqsirləndirilən şəxs1 ünvanlamış, ərizənin məzmununda vətəndaşın arı ailəsinin qoyulması üçün meşə fondundan 0,50 ha ölçüdə torpaq sahəsinin ayrılması barədə xahişi öz əksini tapmışdır. Bundan başqa, həmin ərizənin üzərinə tikilmiş dərkənarda Mərkəzin direktoru Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 ünvanlanmış “xahiş edirəm müvafiq tədbir görün məzmununda” göstəriş qeyd edilmişdir. Ardınca, 17 oktyabr 2023-cü il tarixli aktın əslinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, aktda Şahid1 və Təqsirləndirilən şəxs2la yanaşı Osaküçə meşəbəyiliyinin 4 saylı dolayının meşə gözətçisi vəzifəsində işləyən Şahid4 da iştirakı qeyd edilmişdir. Aktın məzmununda Mərkəzin Osaküçə meşəbəyiliyinin 4 saylı dolayının, 3-cü kvartalında yerləşən meşə örtüyü ilə əhatə olunmayan 0,50 ha torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 mart 2018-ci il tarixli sərəncamına əsasən ərazidə heç bir əsaslı tikinti aparmamaq və dövlət meşə fonduna ziyan vurmamaq şərti ilə, arı ailəsinin qoyulması məqsədilə Şahid1 istifadəsinə verilməsi, habelə “Əgər hər hansı bir meşə qanun pozuntusu baş verərsə məsuliyyət Şahid1 üzərində qalır” sözlərinin, həmin aktın üzərinə tikilmiş dərkənarda isə Mərkəzin direktoru Təqsirləndirilən şəxs1 tərəfindən E.Fətullayevə ünvanlanmış “xahiş edirəm müvafiq tədbir görün məzmununda” göstərişin qeyd edilməsi müəyyən edilmişdir. Habelə qovluqda olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 01 dekabr 2022-ci il tarixli, 1218/k nömrəli əmrindən Təqsirləndirilən şəxs1 02 dekabr 2022-ci il tarixdən Lənkəran Regional X8 direktoru vəzifəsinə üç aylıq müddətə təyin olunması məlum olmuşdur (cild 01, i.v. 123-138). Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İstintaq İdarəsinin 31 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v. 142-144). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1099/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 30 oktyabr 2023-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 165-171). Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus 4169-7388- 9543-0514 nömrəli plastik bank kartından görünür ki, həmin bank kartı 2026-cı ilin mart ayına kimi etibarlıdır (cild 01, i.v. 182-183). Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İstintaq İdarəsinin 07 noyabr 2023-cü il tarixli protokolu və ona əlavə olunmuş fotocədvəllərdən görünür ki, ilk olaraq üzərində “Vətəndaş” sözü qeyd olunmuş “CD” diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin “CD” diskdə bir ədəd audioyazı formatında olan adı “Audio” kimi qeyd edilmiş fayl vardır. Həmin fayla baxış keçirən zaman audioyazının 14 dəqiqə 28 saniyədən ibarət olması müəyyən edilmişdir. İstintaq hərəkətində iştirak edən Şahid1 həmin yazının özünə məxsus olan mobil telefon vasitəsilə 06 oktyabr 2023-cü il tarixdə yazıldığını, audioyazıda 00:01 dəqiqədən 04:06 dəqiqəyə qədər olan hissənin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 1 saylı Regional X8 inzibati binasına girişləri və həmin inzibati binada Mərkəzin direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 qəbul otağında sonuncu tərəfindən qəbul olunmağı gözlədiyi dövrü əhatə etdiyini bildirmişdir. Bundan başqa Şahid1 müvafiq idarəyə həmin vaxt yaxını olan Şahid3 İsrafil oğlu birlikdə getdiyini bildirmişdir. Şahid1 audioyazının 04:06-cı dəqiqədə səslənən “Salam əleyküm, rəis” deyə başlayan səsin onunla birlikdə həmin inzibati binaya gedən Şahid3 məxsus olduğunu, ardınca səslənən “Elə bilirsiz direktor işləmək asandır?” deyə cavab verən şəxsin səsinin isə Təqsirləndirilən şəxs1 məxsus olduğunu bildirmişdir. Bundan sonra audioyazıda olan dialoqun məzmunu aşağıdakı kimidir: Şahid1: Nə qədər əsəbləşirsən? Nə olub sənə? Şahid3: Sənin yerinə mənim başım ağrıdı e burda. Allaha and olsun. Təqsirləndirilən şəxs1: Baxdınız yerə? Şahid1: Xoşumuza gəldi yer. Təqsirləndirilən şəxs1: Hə, 15.000 ver, götür, Allah xeyrinizi versin. Şahid1: 15.000? Təqsirləndirilən şəxs1: Bəli. Şahid1: Aşağı yeri? Amil Məmmədov: Qulaq as mənə. Mən Vüsalla danışdım. Sizi mənə Vüsal tapşırıb. Şahid1: Allah köməyin olsun. Təqsirləndirilən şəxs1: Orada biz sizə mövsümü müqavilə ilə yer veririk. O, deyir hamımız belə vermişik. Yeri aldın məndən. Mənə belə danışıb. Mən onunla danışmışam. Səninlə danışmamışam. Vüsal mənə dedi ki, gətirir arıları qoyur. Diqqətlə qulaq as, qardaş. Yəni, sözdür bu, biz danışırıq. Sabah mənim də özümü qurtarmağa yerim var, sizin də özünüzü qurtarmağa yeriniz var. Biz kişiyik. Söz danışırıqsa kişi kimi sözümüzün üstündə duraq. Dedi ki, arıları qoyur ora. Sonra çəpər eləyir. Dedim problem yoxdur. Sonrakı illərdə, yəni, 1-2 il keçəndən sonra yavaş-yavaş başlayır nəsə eləməyə. O da sən oranı çəpər elədin, arını qoydun ora, mən olmayım direktor, Həsənqulu olsun, Hüseynqulu olsun, onu sənə heç kim sökdürə bilməz. Başa düşdün məni? Biz müqaviləni bağlayırıq mövsümi. Yəni sizə... Onunla danışdım. Dedi, biz belə eləmişik başqa rayonlarda. Dedim Vüsal siz necə eləyirsiz? Mən “WhatsApp”la danışmışam. Dedi, biz bunu belə eləmişik, bunu da belə eləmişik. Dedim axı mən... siz mənə dediz də, o kişi məndən 05 illik müqavilə istəyir. Arıçılıq üçün 05 illik müqavilə yoxdur. Arıçılıq üçün daxili akt yazırıq, bu adam arı qoyur, mövsümü, biz bunu bu formada eləyirik. Bu yeri veririk və bunu çəpərləyir neynəyir. Mən Vüsala bu sözü dedim. Dedi siz nə formada istəyirsiz verin. Sən mənə bayaq dedin ki, beş illik mənə müqavilə ver. Bu verilmir, axı. Bunu verə bilməzlər e. Yəni, qanunda yoxdur bunu vermək. Qanunda nədir? Mən sənə düzünü deyirəm. Bu gün belə işləyirlər. Bunu verdim sən. Sən bura arını qoyandan sonra bunu çəpərlədin. Oldu sənin. Bunu arıçılıq üçün sənə veririk. Sonra başlayırsan nəsə, nə bilim e, onu sən bilərsən. Mən onu bilmirəm neyniyəcəksən. O da mənə söz dedi ki, Vüsal. Dedi bir-iki ildən sonra, indi təzəlikcə heç nə eləməz, sonra göz öyrəşir. Onun deməyini deyirəm. Yəni mən Vüsala görə bu işə gedirəm, xəbərin olsun. Şahid3: Allah canını sağ eləsin. Təqsirləndirilən şəxs1: Həmən yer üçün, 10.000 mənim “uçaska” müdirim, qardaş kimi deyirəm, gətirdi mənə. Dedi, heç nə orada bir şey salmaq istəyirdilər. Dedim, “yeri ..... burdan”. Mən o işə getmədim. Amma Vüsalla mənim münasibətim var. Qardaş, dost kimi. Keçə bilmirəm. Ona görə bunu eləyirəm. Bilmirəm indi, Allah göydədir, başıma nə gəlir onu da bilmirəm. Şahid1: Amil müəllim... Təqsirləndirilən şəxs1: İndi özünüz bilərsiz. Şahid1: İndi 15.000 deyirsən hə? Bir az aşağı elə. Təqsirləndirilən şəxs1: Ə kartoşka satıram mən burda?, Bazardı bura? Şahid1: Yaxşı, 15.000 verirəm. Bunun sənədləşməsini zadını hamısını eləyirsən? Təqsirləndirilən şəxs1: Sənəd nəyə deyirsən? Bəs nə deyirəm sənə? Mən aktla deyirəm verirəm. Meşədə sənəd yoxdur, qardaş. Şahid3: Aktı bir dənə izah eləyin ki. Aktı bir illik? Nə təhər yazılır? Təqsirləndirilən şəxs1: Qardaş, akt bir illik, mövsümi yazılır. Onu siz gözəl bilirsiz. Amma, bir məsələ var. Sən o yeri çəpərə salırsansa, arını ora qoyursansa sənə heç kim söz deyə bilməz. Bunu naziri də bilir, mən də bilirəm. Siz də bilirsiz. Başqa yerdə necə eləmisiniz? Mənə səhərdən burda cəfəngiyyat danışdırırsınız. Necə eləmisiniz? Dolamısınız məni? Şahid3: Yox, Allah eləməsin. Təqsirləndirilən şəxs1: Bir qardaş kimi deyirəm. Götür də, sənə veririk yeri. Hazır yerdir. Gedib çəpər edirsən. Arını qoyursan. Camaatın gözü öyrəşir. Yazacaqlar. Şahid1: Yazsınlar. Təqsirləndirilən şəxs1: Qulaq as da mənə. O, mənlikdi də. Sənlik deyil. Deyəcəm ki, arıçılıqdır. Nazirlər Kabinetinin qərarı var. Mən də yazacam ki, arı var. Keçdi bir il? İkinci il, üçüncü il nə istəyirsən elə də. Bu sənindir də. Şahid1: Mən ora vaqon gətirə bilərəm? Təqsirləndirilən şəxs1: Adə get qoy ora, həmən gün qoy. Mən sənə nə deyirəm ki? Yazacaqlar ondan sonra. Mən onlara qayıdıb deyəcəyəm ki, “arı saxlayır da, Nazirlər Kabinetinin qərarı var”. Şahid1: Ölənlərinə rəhmət. Şahid3: Müəllim bu onu demək istəmir e, onu deyir ki, aktı deyir, aktı nə vaxt inşallah verəcəksiz? Onu bilmək istəyir. Təqsirləndirilən şəxs1: Qardaş, pulunu ver, bu dəqiqə verim də. Nəyimə lazımdır? Mən aktı verirəm sənə, yeri göstərirəm. Sən birinci neynirsən?. Birinci gedirsən o arıları qoyursan ora. 150 dənə arı. Bax, şərtimizi belə kəsirik. Qardaş kimi, bayaq sən dedin e “şərti şumda”. Qardaş kimi söhbət eləyirik. Sən hər nə eləyə bilərsən. Mən özüm 20 ildir direktor işləyirəm. Hirkan Milli Parkının direktoru, Şəhər Soveti, indi yenə burda direktoram. Uşaqlıqdan, balaca uşaq idim, həmişə direktor olmuşam. İşi elə görərlər ki, incikçilik düşməsin. Şahid1: Nə şiş yansın, nə kabab. Təqsirləndirilən şəxs1: Birinci arını qoymalısan. Arını qoydun? Sonra çəpərləməlisən. Çəpərləyəcəksən, sonra nə istəyirsən elə. Mən onu verirəm sənə. Arını qoydun? Bir-iki ildən sonra elə. O yer “uje” sənindir. Onu səndən heç kim ala bilməz. Qalanını nə istəyirsən, ondan sonra elə. Şahid1: Eləyəcəm e, inşallah. Təqsirləndirilən şəxs1: Nə istəyirsən elə də. Nə deyim sənə bundan başqa. Şahid1: Allah köməyin olsun. Təqsirləndirilən şəxs1: Mən burda direktor olmadım başqası oldu. Onun mənə dəxli yoxdur. Amma mən sənə yeri verirəm, bu günləri. Çəpəri eləməyə də sənə icazə verirəm. Bir dənə vaqon gətir çırp ora, ona da icazə verirəm, daşın üstünə qoy. Amma arı yeşiyi hökmən olmalıdır. Belə sən oranı tuta bilməzsən. Camaat yazacaq, gələcəklər nazirlikdən, sənin arı yeşiyin olsun, nə bilim e, 100 dənə, 50 dənə, nə qədər. Deyəcəm ki, arıçılıq eləyir, Nazirlər Kabinetinin qərarı var. Şahid1: Mənim gözüm üstə. Onda, Allah xeyrimizi versin. Təqsirləndirilən şəxs1: Mən də Vüsala deyirəm e, bunlar dolu, gəliblər boş gəliblər? Şahid1: Yox, mən yox.... Şahid3: Dolu biz də sənin qulluğundayıq. Bizdə problem yoxdur. Şahid1: Biz gözlədik sizi, çox gözlədik. Sonra getdik çörək yeməyə. Uşaqlar desin. Təqsirləndirilən şəxs1: Çörək yeməyə getdin, 15.000-i də verdin də, gəldin? (gülür) Şahid1: Yox (gülür) Sözün düzü 15.000 gətirməmişik. Şahid3: 15.000-i başının dəstəsi ilə bəlkə bir həftəyə yeyə bilərsən. Təqsirləndirilən şəxs1: Qardaş Vüsal yaxşı oğlandır, deyib, problem yoxdur ki? Şahid1: Başına dönərəm. Təqsirləndirilən şəxs1: O, həmən yer var e, sizə göstəriblər e. O, şey mənə nə deyir, meşəbəyi, deyir ki, “Müəllim gətirdim 10.000 saydım”. Mən qovdum onu. Dedi “on beş verirəm”, dedim “...... burdan”. Deyir “axı bu kimdir axı”. Dedim “adə yeri get, burdan, get işinlə məşğul ol”. Sənin xətrini çox istəyirəm. Qardaş bilirsən necədir?. Bu gün Amildir də direktor. Şahid1: İndi mən sənə pulu gətirim? Təqsirləndirilən şəxs1: Qulaq as da mənə. Sən gəldin, bu yeri aldın. Bunu çəpərə saldın? Səni lap məhkəməyə versinlər, Avropa məhkəməsinə versinlər. Kim sənə neyniyə bilər? Heç nə eləyə bilməzlər. Bunu mən sənə deyirəm. Nazirlər Kabinetinin qərarı var. Şahid1: Əlbəttə ki, qanuni. Təqsirləndirilən şəxs1: Sən başqa neynirsənki? Mən də sənə akt verirəm, mövsümi. Danışdım Vüsalla. Dedim bəs bunlar məndən müqavilə istəyirlər. Müqaviləni Nazirlik verir. 50.000 pul alırlar. Həm də ki, sən onu neynirsənki? Sən get, birinci arını qoy. Sonra çəpəri çək. Mənə zəng vurarlar. Onsuz zəng vuracaqlar da, narazılıq olur. Mən də deyəcəm “qardaş, bu arı saxlayır, Nazirlər Kabinetinin qərarı var”. Ondan sonra göz öyrəşəcək “uje”. Bir il keçəcək, iki il keçəcək “vse”. Lap Amil olmasın, Həsənqulu olsun. Get nə istəyirsən elə. Lap səni çağırar, niyə belə, hayhuy eləyər, 5 manat ver ona. Lap, Amil olsun direktor. O sənə nə deyəcək. 5 manatı ver də. Şahid3: Kişinin deməyi odur ki, gətirirsən pulu veririk, sənədi yazır verir, Allah işini avand eləsin. Təqsirləndirilən şəxs1: Aktı yazıb verəcəyəm. Şahid1: 15.000-i inşallah gətirirəm, sonra nə gətirim, sənədi gətirim, passport? Təqsirləndirilən şəxs1: Bir dənə pasportu gətirirsən, müqavilə bağlanır. Uşaqlara da pul veririk. Şahid1: Hörmət edəcəm onlara. Problem deyil, şirinliklərini verəcəm. Təqsirləndirilən şəxs1: Mən bilmirəm, mən Vüsalı tanıyıram, o yan, bu yan olsa...Adə biz belə işlərə getmirik e. Hamı, bütün Azərbaycan qarışıb bir birinə. Özü də mən Vüsalı tanıyıram deyə... Şahid3: Müəllim, müəllim, biz kimin qapısına gəlmişik e. Şahid1: Biz kişi qapısına gəlmişik. Bizi kişi göndərib, kişi qapısına. Təqsirləndirilən şəxs1: Oldu, qardaş. Şahid1: Allah sənin köməyin olsun. Təqsirləndirilən şəxs1: Sağol. Şahid1: Bəlkə sabah gəldim. Sabah burdasız inşallah, ya birinci gün gəlim? Təqsirləndirilən şəxs1: Bütün günü burdayam. Ürəyinizə başqa şey gətirməyin. Mən birinci dəfə deyil direktor işləyirəm, 15-20 ildir direktor işləyirəm. Pulu sizdən mən almayacağam. adam deyəcəyəm, verəcəksiz ona, o, alacaq sizdən. Şahid1: Mənim gözüm üstə. Təqsirləndirilən şəxs1: Sizə deyilib də. Dəxli yoxdur ki. Sonra sən pasportunla gələrsən. Sizin üçün qaranlıq bir şey yoxdu ki? Şahid1: Yox. Şahid3: Bizə qaranlıq heç nə yoxdur. Pulu, belə də ki, kişi, kişiyə pul verər. Təqsirləndirilən şəxs1: Yox, mənim pulla, “pək”, “iyi” aram yoxdu4 e. Sənin nəyinə lazımdır. Şahid3: Yaxşı. Oldu. Şahid1: Sağolun. Təqsirləndirilən şəxs1: Sağolun. Yaxşı yol. İstintaq üçün əhəmiyyət kəsb edən həmin danışıqlar 13:24-cü dəqiqədə sona çatır. Həmin dəqiqədən audioyazının sonu olan 14:28 dəqiqəyə qədər olan hissə həmin şəxslərin inzibati binadan çıxıb nəqliyyat vasitəsinə əyləşdikləri zamanı əhatə edir. Bundan sonra Baş İdarənin Əməliyyat İdarəsindən daxil olmuş materiala əlavə edilmiş digər “CD” diskə baxış keçirilmişdir. Baxış zamanı Şahid1 həmin “CD” diskdə olan “Rec1_20231010_150244” adlı videonun 10 oktyabr 2023-cü il tarixə, digər 05 ədəd görüntünün 17 oktyabr 2023-cü il tarixə aid olduğunu və həmin görüntülərin Əməliyyat İdarəsi tərəfindən üzərinə quraşdırılmış xüsusi qurğu vasitəsilə lentə alındığını bildirmişdir. Həmin 05 ədəd video yazı olan faylların adları “Rec1_20231017_140555”, “Rec1_20231017_144009”, “Rec1_20231017_144939”, “Rec1_20231017_145946” və “Rec1_20231017_151138” kimidir. “Rec1_20231010_150244” adlı videoyazıya baxış zamanı müəyyən edilmişdir ki, görüntü 07 dəqiqə 51 saniyədən ibarətdir və həmin videoyazı Şahid1 və Şahid3 1 saylı Regional X8 inzibat binasının pilləkənlərlə qalxan hissəsindən başlayır. Mərkəz direktorunun xidməti otağına daxil olduqdan sonra dialoqlar aşağıdakı kimidir: Şahid1: Ay salam əleykim. Necəsiz? Vəziyyətiniz zadınız? Təqsirləndirilən şəxs1: Sağolun siz necəsiz? Şahid1: Allah köməyiniz olsun. Neynirsiz? Bağışla, 2 gün gecikdim. Təqsirləndirilən şəxs1: Heç problem yoxdur. Şahid1: Dedim gəlim sizi görüm. Təqsirləndirilən şəxs1: Neynirsiz? Şahid1: Heç nə salamatçılıq. Xoşlarına gəldilər. Danışdıq, elədik. Təqsirləndirilən şəxs1: Şəkillərini çəkmişdiz. Şahid1: Hə, hə. Baxdıq, elədik. Məsləhətləşdik. Qardaşlar da baxdı. Ona görə bir az gecikdim. Dedim gəlim. Deyir istəyən var yeri. Biz sözün düzü gələn həftə gəlmək istəyirdik. İndi gəldim ki, sənin behini, zadını verim inşallah. Amil Məmmədov: Mənə beh zad lazım deyil. Mən behi neynirəm, yerdir də qalıb orda. Gedib tam qurtararsan, nədir, nə deyilib sənə, götürərsən, gələrsən. Şahid1: Bu gün behi verim, inşallah dördüncü, beşinci gün gətirim pulu çatdırım. Təqsirləndirilən şəxs1: Qardaş, mən o işə getmirdim, “prosta” o şey məni çox “mazqi” eləyib, Sabirabadlı. İndi mənim dostumdur. Nə deyilib, gətirərsən onu, “uçaska”nın müdiri var, verərsən ona, həmin günə müqavilə bağlanacaq, yer veriləcək sizə, arını qoyursuz, çəpərləyirsiz, neynirsiz eləyirsiz, göz öyrəşə-öyrəşə. Bir il, iki il, üç il, dörd il. Belə olur. Bir il arını qoyarsan, sonra orda özün üçün başqa şey, sonra nə bilim. Akt yazacağam ki, arıçılıq üçün. Hamı belə edir. Akt yazılır ki, “burda 50 “sotka” torpaq verilir filankəsov filankəsə, arı ailələrinin yetişdirilməsi üçün.” Aktla təhviltəslim yazacağıq, verəcəyik. Şahid1: Pulu bütöv istəyirsiz? Pulu bütöv gətirim? Təqsirləndirilən şəxs1: Pulu mən... Belə olmalıdır. Mən behi neynirəm. Şahid1: 3.000 gətirmişəm, 3.000-i verim. Təqsirləndirilən şəxs1: Qardaş, mənim heç nəyə ehtiyacım yoxdur. 3.000-i neynirəm. Mənim pulum yoxdur bəyəm? Qurtararsan işi, nə idi, şey eləyərsən, çatdırarsan, gəlib götürüb işini görərsən. Oldu? Mən neynirəm ki, behi. Mən torpağı satıram bəyəm başqasına? Şahid1: Dedim, dördüncü, beşinci gün inşallah... Təqsirləndirilən şəxs1: Qardaş, heç bir şey, gedərsən, “pramoy”, konkret nədir, şey eləyərsən, bizim Fədail var, onunla danışarsan, onunla həll eləyərsən. Sənə yer lazım deyil, qardaş? Şahid1: Hə. Təqsirləndirilən şəxs1: Yer qalıb orada da, mən bu dəqiqə yeri heç kimə vermirəm ki. Şahid1: Fədailə sənin yanında 3.000 verim.... Təqsirləndirilən şəxs1: Ehtiyac yoxdur da, dedim də, konkret (telefonla zəng edir). Belə şey mənə lazım deyil, konkret, bir dəfəlik. Mən belə iş görmürəm. “Vabşe” belə iş görmürəm, görsəm də, mən iş görürəm, qurtardı getdi. Mən burda neynirəm? Al-ver edirəm? Torpaqdır qalır orda. (telefonda səslənir) Fədail bura gəl. Şahid1: Mənə inşallah, üçüncü gün pul vurmalıdırlar, o tərəfdən.... Təqsirləndirilən şəxs1: Qardaş, mən tələsmirəm. Mənim tələsəcək bir şeyim yoxdur. Şükür Allaha heç bir şeyə də ehtiyacım yoxdur. Sənə torpaq lazım deyil? Şahid1: Bəli. Təqsirləndirilən şəxs1: Arı qoymursan? Aktlaşacaq, rəsmiyyət, demişəm, qurtardı getdi. Bu otaqdır e. Adam hər şeyi deyə bilmir. Gətirərsən konverti. Onunla danışarsan, şey eləyərsən tam. Ondan sonra burada akt yazılacaq, qol çəkiləcək. Filan sotka torpaq ölçülüb veriləcək sizə. Arı yeşiyi gətir, heç olmasa 5-6 dənə. Şahid1: Arı yeşiyini də gətirim? Təqsirləndirilən şəxs1: Gətir də, əvvəli üçün gətir. Yeşik qoyginən, çünki, camaat deyəcək ki, yeri... Hərə bir dənə yazır axı o yan bu yana. Xidmətə biz məluma veririk... Bu hissədə Təqsirləndirilən şəxs1 mobil telefonuna zəng gəlir və 03:37 dəqiqədən 04:30 dəqiqəyədək istintaq üçün əhəmiyyət kəsb etməyən telefon danışığı aparılır. Ardınca elə məhz 04:30 dəqiqədə xidməti otağın qapısı döyülür. Həmin vaxt içəri Təqsirləndirilən şəxs2 daxil olur. Ardınca olan danışıq aşağıdakı kimidir: Təqsirləndirilən şəxs1: Bunlar beh deyir, nə deyir. Biz behə zada, heç bir şeyə tələsmirik ki, elə deyil? Gedib indi neçənci gün deyir, gün təyin edib gələrlər, tam sənə nə demişəm, onu götürərsən, ondan sonra ölçüb-biçərsən, şeyi, müqaviləni yazdırarsan, verərsən, sonra çıxsın işlərini görsünlər. Təqsirləndirilən şəxs2: Oldu. Təqsirləndirilən şəxs1: Orda da belədir, bax əvvəldən şərti şumda kəsək. Biz sizə akt veririk. O ərazi sizindir. Mən də burdayam. Fədail də burda, arı qoymaq üçün. Yəni, durub sən burda əsaslı tikinti aparasan.... Şahid1: Vaqon gətirib qoyacam da... Təqsirləndirilən şəxs1: Vaqon gətir də. Hissə-hissə də. Bir dəfəlik orda camaatın... 10 dənə 15 dənə arı yeşiyi gətir, sonra çəpər elə. Ondan sonra arada, üç-dörd ay, gördün sakitçilik düşdü, bir dənə vaqon qoy ora, millətin gözünü ki öyrəşdirdin ki, sənindir, ondan sonra “vse” də. Arını mənə Nazirlər Kabineti, mən ona don geyindirəcəm, icazəsini bilirəm necə edəcəyəm. Amma tikintiyə zada icazə verə bilmirəm. Bunu Vüsala da demişəm. Sizə də deyirəm. Yəni, sabahları, münasibətimiz.... Sənə yer lazımdır, o yeri də mən sənə verdim. Ondan sonra heç mən burda olmayım, o yeri heç kim səndən alan deyil. Çəpər elədin, arını qoydun qurtardı, getdi. Çünki, mən onu aktla verirəm sənə. Bir il keçir, üç il keçir, dörd il keçir, burda var da. Fədail birinə verib. Özü üçün bir dənə taxtadan orada, palçıqdan koma tikib. Bir dənə neynir, bir dənə quyu qazır. O sonrakı işlərdir. Sən bir az indi burda bir şey eləyəcəm, alınmayacaq. Bu formada hissə-hissə, göz öyrəşdirə-öyrəşdirə. Qaldı o biri tərəfi, indi sizə demişəm. Tam o dediyim şeyi alırsız. Bura gəlməyə ehtiyac yoxdur. O kişi (Təqsirləndirilən şəxs2 göstərir) ilə danışırsız. Ondan sonra o, götürür, gedir, müqaviləni zadı, hamısını, aktı zadı burada yazdırıram. Bizdə kitab var, müqavilə zad. Ondan sonra qalan işlər görülür. Başa düşdün məni? Şahid1: Çatdı. Şahid3: Bizdə o beh var e, müəllim. Təqsirləndirilən şəxs1: Mən neynirəm behi axı, başına dönüm. Yox e, behi niyə verirlər? Behi verirlər ki, o şeyi satmayasan. Mən neynirəm? Mən satıram? Al-ver edirəm? Şahid3: Bir dəqiqə müəllim, niyə hirslənirsən? Təqsirləndirilən şəxs1: Elə söz danışırsız ki, məntiqi yoxdur. Vaxt gedir e, bunun məntiqi yoxdur. Şahid1: Vüsalla danışdım, dedim aparım behini verim... Təqsirləndirilən şəxs1: Vüsal özü üçün deyir, Vüsal elə söz deməz heç vaxt. Biz neynirik ki, burda mən neynirəm, ev alıram burda? Ya ev satıram? Neynirəm axı mən onu? Nəyimə lazımdır? Məntiq var da, düşünün. Nəyimə lazımdır? Sən nə deyirlər elə. Aktı yazılsın. Get işini gör də. Mən neynirəm? Onun bir məntiqi yoxdur axı. Mən götürüb səndən başqasına verirəm? Sənə deyirəm ki, sən 5 günə gəlməsən, mən onu başqasına...? Mən torpağı heç kimə vermirəm. Qalıb orda. O torpağı məndən istəyiblər də, bu (əli ilə Fədaili göstərir) bilir. Mən verməmişəm ki, indi Vüsal deyib. Dedim ki, bir şey fikirləşərik. O şeyə razılaşsalar eləyərik. Yəni belədir də, eyni sözü on dəfə deməyin mənası yoxdur. Mənim də işlərim var. Şahid1: Bildim. Təqsirləndirilən şəxs1: Fədail, dediyim formada, nə cür demişəm, o formada, tam şey olandan sonra götürürsən bir yerdə, şey eləyirsən, qalanını da bura gətirirsən, Məhrəmə tapşırıram, aktı yazır nə formadadır, mövsümi olaraq, avtomatik arıların qoyulması üçün hər il zad. Qurtardı, getdi. Oldu? Yaxşı, sağolun. Şahid1: Sağolun. Təqsirləndirilən şəxs1: Fədail, sən bir dənə qal. Ardınca, “Rec1_20231017_140555” adlı fayla baxış keçirən zaman həmin faylda olan videogörüntünün 08 dəqiqə 15 saniyədən ibarət olması müəyyən edilir. Baxış zamanı Şahid1 videogörüntünün başladığı, Təqsirləndirilən şəxs2la danışıq apardığı yerin 1 saylı X8 inzibati binasının qarşısı olduğunu bildirdi. Həmin videoyazıda olan dialoq aşağıdakı kimidir: Şahid1: 12.000 manat inşallah verim. Həftənin axırı da, inşallah, beşinci gün 3.000miz qalır, gətirim 3.000-i də verim. Nə deyirsən? Təqsirləndirilən şəxs2: Yox, razılaşmayacaq. Tipin biridir e, o. Onu üçüncü gün düzəldin, bir dəfəlik gəlin. Şahid1: Yox e, 12.000 verim. Həftənin beşinci günü də 3.000-i gətirim verim. Nədir, nə deyil, sənədləşməni də eləyək. Təqsirləndirilən şəxs2: Qalıb səndə də. Gedərik yanına, o başqa bir nağıl danışar. Mən onun xasiyyətini bilirəm. Şahid1: Girək yanına, deyək. 12.000 verim. Kart var səndə? Zəng eləyim 2.000-i də karta vursunlar. Təqsirləndirilən şəxs2: Hə. Şahid1: Can hə də. Elənçiy eləyək. Deyim iki min də vursunlar sənin kartına, 14.000. Aramızda 1.000 manat qalmır? Təqsirləndirilən şəxs2: Hı Şahid1: Beşinci gün gəlim, nədir, nə deyil, sənədi zadı, halallaşaq da. Elə bil 14.000 indi verirəm, indi 12.000 üstümdə var, 12.000-i verim, mənə kart denən, oturaq burda yarım saat, deyək, 2.000 də vursunlar sənin kartına. Qardaş, 14.000 eləmir? Qalır aramızda 1.000 manat, onu da beşinci gün gəlim, görüşək də, şey, halallaşaq, gedək. Şahid3: Narahat olma da. Şahid1: Narahat olma, beşinci gün gətirirəm. 1.000 manatı gətirəndə də “setka”mı gətirim, yeşiklərimi gətirim, bir 15 dənə yeşik gətirim, 1.000 manatı da inşallah gətirim verim də. Aramızda bu qalsın. Nə məsləhət görürsən? Təqsirləndirilən şəxs2: Mənim üçün fərqi yoxdur, mən alıram, verirəm də. “Prosta” bu konkret dedi ki, 15 dənə düzəlməlidir, haçan düzələr, bir aydan sonra düzələr, gətirərlər, gələrlər bura, sən gələrsən dəyərsən bura, sənədi yazarlar. Beşinci gün demirsən ki, gəlirəm? Şahid1: Hə. Təqsirləndirilən şəxs2: Hə, pulu qoy cibinə, hamısını, niyə başımızı xarab eləyirik? Gedəcəyik, yenə başlayacaq nağıl danışmağa. Mən onun xasiyyətini bilirəm də. O dedi sözü, qurtardı, xeyri yoxdur. Beşinci gün gəlmirsən? Qardaş yeşiklərini qoy maşına, “setka”nı qoy maşına. Şahid1: 14.000 verirəm də indi. Təqsirləndirilən şəxs2: Bilirəm. Beşinci gün “setka”nı vur maşına, arılarını vur maşına.... Həmin vaxt görüntüdə Şahid3 mobil telefonla danışması görünür. Təqsirləndirilən şəxs2: Otur maşına, 15.000-i də qoy cibinə. Maşın gözləsin bizi o tərəfdə. Görüşək onunla, “vse” gedək ora, sənədi yazarlar, gəlib sənədi götürərsən. Şahid1: Mən deyim 2.000 manat vursunlar, 2.000 manat vurdular, 14.000-i verim, deyim sənin kartına vursunlar, 12.000-i verim sənə, 2.000-i sənin kartına vurdururam, qalır 1.000 manatım, mən də maşını götürüm, 15 dənə yeşikdi, “setka”dı, onları gətirim, 1.000 manatım qalır, gətirim onu da verim, belənçiy eləyək. Təqsirləndirilən şəxs2: Gedim deyim ona? Gedim deyim ona, gəlim. Baxım nə deyir də. Bu hissədə Şahid3 mobil telefonla danışa-danışa bu şəxslərə yaxınlaşır. Şahid3: Alo, sən ordan 3.000 pul at, “sroçnu” at karta. At karta, biz burada meşəbəyi ilə danışırıq, Allah canını sağ eləsin, deyir həmən 15.000-dir. Yazıb indi sənədi verəcək. Hə elə bu, atarsan, xalaoğlunun kartına. At bura, at deyəcəyəm. Şahid1: Nə deyir əmi? Şahid3: 12.000 belədir, danışdım, 3.000 də atır kartına, kartın var? Kartına pul atılır. 12.000-i gir ver. Təqsirləndirilən şəxs2: Yox, yox. Niyə verirsən? Qoy, 3.000-i atsın karta, 3.000-i biz indi çıxarda bilərik? Şahid1: Hə dana. 3.000-i də atıram sənin kartına... Təqsirləndirilən şəxs2: Deyirəm də, tərs adamdır. Şahid3: Tərs adamdır, mən bir söz demirəm. Şahid1: Kartın kodunu de də bizə, dayan kartın kodunu desin. Şahid3: Kartın kodunu de də. Təqsirləndirilən şəxs2: Gəl, maşındadır. Görüntüdə olan hər üç şəxs Təqsirləndirilən şəxs2 məxsus “Hyundai Accent” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilə doğru yaxınlaşırlar. Təqsirləndirilən şəxs2 avtomobildən plastik kartı götürüb Şahid3 təqdim edir və sonuncu həmin plastik kartın fotoşəklini mobil telefonu vasitəsilə çəkir. Təqsirləndirilən şəxs2: Biz 50 dənə belə iş görmüşük, bu gələndən sonra... Şahid1: Mən dedim şey eləyərdik, sonra verərdik, 1.000 manat aramızda... Təqsirləndirilən şəxs2: Mən bilirəm də, aramızda, biz, ayıb deyil? Biz kişiyik də, insanıq. Bunun xasiyyəti belədir. 10.000 sənə dedi də, 10.000-i biri verdi mənə, gəldim, eləmədi. Bunu niyə eləyir, bilmirəm. Şahid1: Nə adamdır? Təqsirləndirilən şəxs2: Getdi buna, bilmirəm niyə getdi, necə getdi, kim bundan xahiş eləyir, bilmirəm. Kimsə bundan xahiş eləyib səni? Şahid1: Hə, bir adam xahiş edib. Təqsirləndirilən şəxs2: Hə. Şahid1: “Kaprizni” adamdır e, elə bir qaçacağıq. Təqsirləndirilən şəxs2: Bizdə bilirsən necədir, qardaşına qulaq as, biz insanıq da, mən sizə etibar eləyirəm, məsələn, kartı verdim sizə Şahid1: Allah köməyin olsun. Təqsirləndirilən şəxs2: O birdən bilsə ki, mən sizə kartımı vermişəm. “Uje vse”, deyəcək ki, “otkaz” ver. Qorxağın biridir. Tərsin biridir. Başa düşürsən? Şahid1: Ay da, nə adamdır? Təqsirləndirilən şəxs2: Qardaşına bax, mən sənin sifətinə baxıram, sən də mənə baxırsan, mən bilirəm ki, sən zəhmətkeş oğlansan, zülm çəkən oğlansan, mən də kasıbçılıqla böyüyən oğlan olmuşam. İndi də zülm çəkirik. O insana baxan kimi bilmək olur da. Bu elə deyil e. Şahid1: Burda sənəd mənim olacaq... Şahid3: 5 dəqiqə gözləyin pulu vururlar. Şahid1: Burada sənəd mənim olacaq, beş, üç manat da mənə hörmət edəcəklər. Bildin? Yəni bura nəzarət elə də, indi özün kasıb adamsan. Elə bil beş, üç manat da mənim çörək pulum olacaq. Təqsirləndirilən şəxs2: Gedək onda "xxxx"a tərəf. Şahid3: Fədail, birdən çıxıb gedər ha. Təqsirləndirilən şəxs2: Hara gedir e. Şahid1: Bildin, Fədail beş-üç manat da mənim orada xeyrim var. Təqsirləndirilən şəxs2: Bilirəm. Bundan sonra həmin videogörüntünün sonunadək hər üç şəxs "xxxx" ASC-nin bankomatı istiqamətində irəliləyirlər. Ardınca “Rec1_20231017_144009” adlı videogörüntüyə baxış keçirilən zaman həmin görüntünün 09 dəqiqə 30 saniyə davam etməsi müəyyən edilir. Görüntünün 00:01-ci dəqiqəsindən 01:29-cu dəqiqəyədək hər üç şəxs "xxxx" ASC-yə məxsus bankomatın qarşısında növbə gözləyirlər. 01:29-cu dəqiqədə Təqsirləndirilən şəxs2 plastik kartı bankomata daxil edir və kodu yazır. Ardınca Təqsirləndirilən şəxs2 “iki min” sözünü deyir. Şahid1 “çıxar” sözünü ifadə edir. Daha sonra Təqsirləndirilən şəxs2 bankomatda əməliyyat icra edir və “pulunu götür” deyir. Şahid1 pulu götürür və 20 ədəd 100 manatlıq əskinasları sayır. Ardınca videoda olan dialoqlar aşağıdakı kimidir: Şahid3: 2.000 çıxartdız? Gözlə indi, 1.000 də gəlir. Atsalar sənin kartına, gəlib çıxardıb, aparıb verə bilməyəcəksən? Təqsirləndirilən şəxs2: Verəcəyəm e, deyir ki, gətir hamısını ver mənə. Şahid1: Dirənib də, bu neynəsin? Təqsirləndirilən şəxs2: Dirənib də. Deyir belədir. Ya bu işi eləmək istəmir, ya da deyir ki, bunu deyib ki, olar olar, olmaz olmaz. Deyir ki, “heyvanımı satıram, dədəmin qiymətinə”. Satmaq istəmirsən satma da, bu qiyməti buna nəyə deyirsən? Söhbət ondan gedir. Bəlkə də bu işi görmək istəmir. Belə qiymət deyir ki....Başa düşdün? Şahid3: Fikirləşir ki, “mən 15.000 deyim, bunlar getsin.” Təqsirləndirilən şəxs2: Bəlkə də. Şahid1: “Vabşe” aşağı almaq olardı. Məsləhət aldıq da. Gələcəyinə nəsə, 2 ilə zada yaxşı pul verəcək. İndi gözünün qabağında partladacağıq, inşallah, özün görəcəksən. Təqsirləndirilən şəxs2: Qardaşına qulaq as, məsəlçün, ora mənim ərazimdir də. Sən orda əməlli bir şey eləsən, gələcəkdə mənim də hörmətimi eləyəcəksən. O birilər də, məsəlçün gedirəm, mənim hörmətimi eləyirlər. O nöqteyi cəhətdən baxanda, mən deyirəm ki, qoy versin. Ardınca, Şahid3 zəng gəlir və sonuncu telefonla danışdıqdan sonra “Fədail get çıxart” deyir. 04:37-ci dəqiqədən etibarən şəxslər yenidən bankomata yaxınlaşırlar və videonun 07:53-cü dəqiqəsinə qədər bankomatın qarşısında növbə gözləyirlər. 07:53-cü dəqiqədə Təqsirləndirilən şəxs2 plastik kartı bankomata daxil edir və kodu yığır. Təqsirləndirilən şəxs2 əməliyyatı icra etdikdən sonra Şahid1 “gəl götür” deyə müraciət edir. Şahid1 bankomatdan pulu götürdükdən sonra 8 ədəd 100 manatlıq, 8 ədəd 20 manatlıq, 7 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq əskinasları sayır. Bundan sonra videonun sonu olan 09:30-cu dəqiqəyədək şəxslər 1 saylı X8 İnzibati binasına doğru irəliləyirlər. Daha sonra “Rec1_20231017_144939” adlı faylda olan videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin videogörüntü 10 dəqiqə 06 saniyədən ibarətdir. Həmin görüntüdə videonun başlandığı 00:01-ci dəqiqədən 08:33-cü dəqiqəyədək görüntüdə olan 3 nəfər şəxsin 1 saylı Regional X8 İnzibati binasına doğru irəliləməkləri və Mərkəzin direktorunun qəbul otağında gözləmələri müşahidə edilir. 08:33cü dəqiqədə Təqsirləndirilən şəxs2, Şahid1 və Şahid3 Mərkəzin direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 xidməti otağına daxil olurlar. Ondan sonrakı dialoq aşağıdakı kimidir: Şahid1: Ay salam əleyküm. Necəsiz Amil müəllim? Şahid3: Müəllim, salam. Təqsirləndirilən şəxs1: Oturun. Gör necə adamdır? Şəhid atasıdır gəlib, bir “Ural” odun istəyir. Deyirəm “yaxşı”, deyir “bir dənə də anam üçün 800 kiloqram ver də”. Sən bunu aparginən, adam bu qədər istifadə edər? Necə insanlardır bunlar? Təzyiq məni öldürdü. Belə şey mən görməmişəm. Elə bil mənim dədəmin... Mən ordan, burdan gətirib pulu ödəyirəm e. Şahid1: Vəziyyətin necədir e? Təqsirləndirilən şəxs1: Vəziyyət ...... kimi. Şahid1: Niyə e? Təqsirləndirilən şəxs1: Görmürsən günümüzü? Şahid1: Hirslənmə, yaxşı olacaq, haçan gəlirəm hirslənirsən. Təqsirləndirilən şəxs1: Mən həmişə beləyəm e, sizlik deyil. Şahid3: Adam da peşman olur. Təqsirləndirilən şəxs1: Burada peşman olmalı nə var? Şahid1: Gəldik çıxdıq. Təqsirləndirilən şəxs1: Gedin o kişi ilə, gedin qurtarın, bir dənə ərizə yazsın, orada neçə sotka istəyir. Gətirin akt yazın verin. Apar ölç ver ona, çıxın gedin. Şahid1: Mən pulumu gətirmişəm. Təqsirləndirilən şəxs1: Ay kişi, pul söhbətini burada eləmə də. Get onunla (əli ilə Təqsirləndirilən şəxs2 göstərir). Şahid1: Pulu yanında verim, sabah... Təqsirləndirilən şəxs1: Ay kişi, sən nədi... Şahid1: Sən bir dənə “dabro” ver... Təqsirləndirilən şəxs1: Qurtardı da, dedim, get o adamla. “Uçaska” müdirimdir, mən onunla işləyirəm də. Get onunla qurtarginən, nədi nə deyil, müqavilədir, nədir, şey eləyin. Şahid1: Sənədlərimi hazırlayın. Təqsirləndirilən şəxs1: Yaxşı. Qurtardı da, ərizə yazırsız ondan sonra, Fədail, bir dənə ərizə alırsan, sonra Məhrəm bir dənə akt yazır. Onlar hamısı sistemə dəyir ha. Akt yazsın ki, həmin sahə arı saxlamaqdan ötrü filankəsov filankəsə verilir. Ondan sonra, sənəd əlində gedib göstərirsən. Haradır, amma sizə yenə də deyirəm, şərti şumda, orada indidən tikinti-mikinti qəti olmaz. Ardınca, növbəti “Rec1_20231017_145946” adlı faylda olan videogörüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin videogörüntü 11 dəqiqə 51 saniyədən ibarətdir. Həmin görüntüdə dialoq aşağıdakı kimidir: Təqsirləndirilən şəxs1: Çəpər eləyirsiz, arını gətirirsiz. Qoyursuz ora, yavaşyavaş, göz öyrəşə-öyrəşə bir dənə vaqon gətirib qoyursuz ora, ondan sonra baxarıq. Şahid1: Çəpərləməyim? Təqsirləndirilən şəxs1: Çəpərlə də, çəpərləmədən arını hara qoyarsan, deyirəm çəpərləyin, amma, çəpərləyəndə arı gətirin də, qoyun ora. Şahid1: 15 dənə yeşik gətirirəm. Təqsirləndirilən şəxs1: Gətir də, nə qədər gətirə bilirsən gətir qoy ora. Şahid1: Vaqon da gətirirəm, 15 dənə yeşik gətirirəm. Təqsirləndirilən şəxs1: Mənə diqqətlə qulaq as. Bu işi görmüşük, təmiz iş görək. Birinci gətirirsən, çəpər eləyəndə 15 dənə arı qoyursan ora. Üstündən 3-4 gün keçir gətir vaqonu qoy. Qalanını da arı qoy ora. Sənə yer lazım deyil? Şahid1: Hə Təqsirləndirilən şəxs1: Bu oldu sənin, göz öyrəşə-öyrəşə, ondan sonra kimdir onu sənə sökdürən, ondan sonra, vaxt keçəndən sonra bir dənə orada tövlə, sonra da ki, işini gör də, nə deyim sənə bundan başqa mən. Oldu? Şahid1: Bax 14.800 pul verəcəm sənə (pulu çıxarıb əlində göstərir, 00:44-cü dəqiqə) Təqsirləndirilən şəxs1: Əşi sən al-verçi adamsan, get, mən nə demişəm odu. Şahid1: 14.800 Təqsirləndirilən şəxs1: Adə bəsdir, adə qoy cibinə, camaat eşidir, bura bazar deyil, yeri. Fədail, nə demişəm sənə, odu. Təqsirləndirilən şəxs2: Yaxşı. Bundan sonra Təqsirləndirilən şəxs2, Şahid1 və Şahid3 Mərkəzin direktorunun xidməti otağı ilə üzbəüz olan iclas zalına keçirlər. Görüntünün 01:23-cü dəqiqəsindən 04:37-ci dəqiqəsinə qədər Şahid1 ümumilikdə 14.800 manat məbləğində pul vəsaitini sayıb Təqsirləndirilən şəxs2 verir. Təqsirləndirilən şəxs2 da öz növbəsində həmin pul vəsaitlərini sayır. Ardınca, Təqsirləndirilən şəxs2 “200 də ver”, qarşılığında isə Şahid1 “100 verəcəm” deyir. Daha sonra Təqsirləndirilən şəxs2 “elə elə qışqırmasın” sözünə Şahid1 daha 100 manat verərək “qışqırmayacaq, mən özüm deyəcəm” deyə cavab verir. Bundan sonra hər üç nəfər həmin iclas zalını tərk edərək qəbul otağına keçirlər. İlk olaraq Təqsirləndirilən şəxs2 Mərkəzin direktoru Təqsirləndirilən şəxs1 xidməti otağına daxil olur. Təqsirləndirilən şəxs2 otaqdan çıxdıqdan sonra xidməti otağa Şahid1 və Şahid3 daxil olur. Həmin vaxt dialoq aşağıdakı kimidir: Şahid1: Mənim “brat”ım, Allah sənin köməyin olsun. Təqsirləndirilən şəxs1: Aşağıda gözlə, Məhrəmi çağırıram, ərizə yazarsan bir dənə. Pasportun üstündədir? Şahid1: Hə. Təqsirləndirilən şəxs1: Ərizə yazarsan, o deyəcək formasını, Sonra akt yazacağıq, aktı yazandan sonra, mövsümi, sənədin bir kopyası veriləcək, sonra gedib yeri zadı göstərər bu günləri, qurtarın daha. Nə eləyirsiz mən deyən kimi, təmkinlə, sakit-sakit. Şahid1: Allah canını sağ eləsin, salamat. Bundan sonra Şahid1 və Şahid3 inzibati binanın birinci mərtəbəsinə düşürlər. Ardınca Şahid2 Şahid1 istintaq materiallarında olan 17 oktyabr 2023-cü il tarixli ərizəni diktə edir və sonuncu həmin diktə əsasında ərizəni yazır. Videogörüntünün sonunadək həmin ərizə yazılır. Sonra, növbəti “Rec1_20231017_151138” adlı videogörüntüyə baxış keçirən zaman müəyyən edilmişdir ki, həmin görüntü 05 dəqiqə 33 saniyədən ibarətdir. Həmin görüntüdə də Şahid1 Şahid2 diktəsi ilə ərizə yazması, ardınca isə Şahid2 istintaq materiallarında olan 17 oktyabr 2023-cü il tarixli aktı yazması müşahidə olunmuşdur (cild 01, i.v. 191-204). Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İstintaq İdarəsinin 13 noyabr 2023-cü il tarixli protokolu və ona əlavə edilmiş əlavələrdən görünür ki, 1 saylı Regional X8 eksperimental möhür nümunələri həmin mərkəzin əməkdaşının iştirakı ilə götürülmüş və 13 noyabr 2023-cü il tarixli qəbz əsasında həmin möhürü Mərkəzin əməyin mühafizəsi üzrə baş mütəxəssisi X11 təhvil verilmişdir (cild 01, i.v. 227-228). "xxxx" ASC-nin 13 noyabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs2 məxsus ödəniş kartı üzrə çıxarışından görünür ki, sonuncuya məxsus karta 17 oktyabr 2023-cü il tarixdə bir dəfə 2.000 (iki min) manat və bir dəfə 1.000 (bir min) manat olmaqla, cəmi 3.000 (üç min) manat məbləğində pul köçürülmüş və həmin tarixdə bir dəfə 2.000 (iki min) manat və bir dəfə 1.000 (bir min) manat olmaqla, cəmi 3.000 (üç min) manat məbləğində pul ünvan 8 ünvanında yerləşən bankomatda nağdlaşdırılmışdır (cild 02, i.v. 05). Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Ləj kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 noyabr 2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Məmmədov X13 rayonunun Ləj kəndində qeydiyyatda olmaqla orada yaşayır, nümayəndəliyə onun barəsində heç bir şikayət daxil olmamışdır, ailə tərkibinə arvadı, övladları 31 oktyabr 2008-ci il təvəllüdlü Elmin Məmmədov, 03 mart 2011-ci il təvəllüdlü Elvin Məmmədov və 27 oktyabr 2016-cı il təvəllüdlü Zəhra Məmmədova daxildir (cild 02, i.v. 17-18). Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının İstisu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 noyabr 2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Lənkəran rayonunun İstisu qəsəbəsində yaşamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, ailə tərkibinə arvadı və yetkinlik yaşına çatmış övladları daxildir (cild 02, i.v. 19-20). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X21 15 noyabr 2023-cü il tarixli, 18043 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxanada müalicədə olmamışlar (cild 02, i.v. 23). Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İstintaq İdarəsinin 16 noyabr 2023-cü il tarixli protokolu və ona əlavə olunmuş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs2 və Şahid1 sonuncuya təqdim olunan 2023-cü ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs2la birlikdə gəlib baxdıqları ərazidə ifadələrində bildirdiklərini bir daha əyani olaraq göstərmişlər (cild 02, i.v. 30-34). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X25 10 saylı Lənkəran Ərazi Dairəsinin 16 noyabr 2023-cü il tarixli, 3-21-3-43/2-3229/2023 nömrəli məktubuna qoşma olaraq təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Şahid1 istifadəsinə verilən torpaq sahəsi kimi iddia olunan 0,50 ha torpaq sahəsinin koordinatları yerində müəyyən olunmuş və mövcud elektron kadastr baza məlumatlarına əsasən araşdırma zamanı həmin torpaq sahəsinin xüsusi qorunan ərazilərin torpaqlarına aid olması müəyyən olunmuşdur. Şahid1 istifadəsinə verilən torpaq sahəsi kimi iddia olunan 0,50 ha torpaq sahəsinin dövlət mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Qeyd olunduğu kimi mövcud elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin xüsusi qorunan ərazilərin torpaqlarına aid və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olması müəyyən olunmuşdur (cild 02, i.v. 36-39). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə verilmiş 01 dekabr 2022-ci il tarixli, 1218/K nömrəli əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilk dəfə Lənkəran Regional X8 direktoru vəzifəsinə 02 dekabr 2022-ci il tarixdə üç ay müddətinə təyin edilmiş, 09 mart 2023-cü il tarixli, 234/K nömrəli və 12 sentyabr 2023-cü il tarixli, 1075/K nömrəli əmrlərlə onunla bağlanmış əmək müqaviləsinin müddəti ardıcıl hər dəfə 6 (altı) ay müddət olmaqla iki dəfə uzadılmışdır (cild 02, i.v. 42-44). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti üzrə verilmiş 05 aprel 2022-ci il tarixli, 115/k nömrəli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdən X20 X2 meşəbəyiliyinə meşəbəyi vəzifəsinə təyin edilmişdir (cild 02, i.v. 45). “Regional X9 direktorun vəzifə təlimatı”ndan görünür ki, həmin vəzifədə işləyən şəxsin müəssisənin əsasnaməsinə, müvafiq qanun, fərman, sərəncam, qərarlara, metodiki təlimatlara və tövsiyələrə uyğun olaraq müəssisənin əsas iş istiqamətlərinin müəyyən edilməsi, xidməti sahə üzrə illik və perspektiv inkişaf tapşırıqlarının müəyyən edilməsi, xidməti ərazisində meşələrin qorunub mühafizə edilməsi, onların bərpası, yeni meşə sahələrinin salınması işlərinin, aralıq istifadə üçün aparılan qırmaları və sanitar qırmalarını, bundan əldə edilən oduncağın, həmçinin, ikinci dərəcəli meşə ehtiyatlarının və meşədən əlavə istifadə zamanı əldə olunan məhsulların tədarükünə və istifadəsinə aid olan fəaliyyəti, o cümlədən meşə fondu torpaqlarından istifadəyə nəzarətin həyata keçirilməsi, meşə fondundan səmərəli istifadə olunmasına, meşə istifadəçiləri tərəfindən icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl edilməsinə, həmçinin, meşə fondundan istifadə üçün haqqın müəyyən olunmuş müddətdə ödənilməsinə nəzarət edilməsi, meşə fondunda baş verən dəyişikliklərə, meşə fondu torpaqlarının istifadə vəziyyətinə (dövlət ehtiyacları üçün torpaqların alınması, dəyişdirilməsi və ya meşə fonduna torpaq sahəsinin verilməsinə) nəzarətin həyata keçirilməsi, meşə qanunvericiliyinin pozulması halları ilə bağlı təqsirkarın inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi üçün sənədlərin aidiyyatı üzrə məhkəmə, polis, prokurorluq orqanlarına göndərilməsinin təmin edilməsi və sair kimi vəzifə öhdəlikləri vardır (cild 02, i.v. 46-49). “Regional X9 meşəbəyinin vəzifə təlimatı”ndan görünür ki, həmin vəzifədə işləyən şəxsin meşəbəyiliyin ərazisində meşələrin qorunub mühafizə olunmasına, bərpasına və digər meşə təsərrüfatı tədbirlərinin aparılmasına rəhbərlik edilməsi, meşə istifadəçilərinin yanğın və digər təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət edilməsi, meşə qanunvericiliyinin pozulması haqda akt və ya protokolların vaxtında və düzgün tərtib edilməsi, habelə onların Mərkəzə təqdim edilməsi, meşəbəyilikdə bütün növ meşə təsərrüfatı tədbirlərinə dair plan-proqnozların hazırlanmasında iştirak edilməsi, meşəbəyilikdə qırma sahələrinin və qırıntıya təyin olunacaq təyin olunacaq ağacların qanunvericiliyə uyğun olaraq düzgün ayrılmasını və qiymətləndirilməsini təmin etmək və sair kimi vəzifə öhdəlikləri vardır (cild 02, i.v. 50-52). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X15 Mərkəzi haqqında Əsasnamədən görünür ki, həmin X16 Xidmətinin tabeliyindəki qurumdur. Mərkəzin Xidməti ərazisi Lənkəran şəhəri, Astara və Lerik rayonlarının inzibati ərazisi daxilində Nazirlik tərəfindən müəyyən olunmuş hüdudları əhatə edir. Mərkəz öz xidməti ərazisində meşələrin qorunub mühafizə edilməsi, onların bərpası, yeni meşə sahələrinin salınması işlərini, aralıq istifadə üçün aparılan qırmaları və sanitar qırmalarını, bundan əldə edilən oduncağın, həmçinin, ikinci dərəcəli meşə ehtiyatlarının və meşədən əlavə istifadə zamanı əldə edilən məhsulların tədarükünə və istifadəsinə aid olan fəaliyyəti, o cümlədən meşə fondu torpaqlarından istifadəyə nəzarəti həyata keçirir. Mərkəzin müstəqil balansı, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakı, xəzinə hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin, Xidmətin və öz adı əks olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. Mərkəzin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsi, Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu, büdcədənkənar xüsusi vəsaitlər, habelə qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilir. Mərkəz Lənkəran şəhərində yerləşir (cild 02, i.v. 56-60). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xasiyyətnamələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müsbət xasiyyətləndirilmişlər (cild 02, i.v. 62). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 noyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir (cild 02, i.v. 74). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 noyabr 2023-cü il tarixli tələbnaməsi və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 1(049)-342/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.2-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə qəti olaraq 3.000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 21 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.11-ci bəndinə əsasən təyin edilmiş cərimə cəzasından azad edilmişdir və məhkumluğu götürülmüşdür (cild 02, i.v. 75, 106-121). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum olunmuş şəxslər amnistiya aktı ilə cəzadan azad edilə bilərlər və cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Belə olan halda Təqsirləndirilən şəxs1 məhkumluğu götürülmüşdür. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4, 18.4.3 və 18.4.4-cü maddələrdə isə qeyd olunur ki, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş, habelə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivi yoxdur. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İstintaq İdarəsinin 21 noyabr 2023-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, "xxxx" ASC tərəfindən 20 noyabr 2023-cü il tarixli, 2023/111/12597 nömrəli məktuba əsasən göndərilmiş “CD” diskə baxış zamanı Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmiş "xxxx" ASC-yə məxsus 4169-7388-9543-0514 nömrəli plastik kartdan 17 oktyabr 2023-cü il tarixdə iki dəfə, ilk dəfə saat 14:41-də, ikinci dəfə isə saat 14:47-də pul vəsaitinin nağdlaşdırılması müəyyən edilmişdir. Müvafiq görüntülərə əsasən, pul vəsaitləri nağdlaşdırılan zaman Təqsirləndirilən şəxs2 yanında Şahid1 olması və hər iki dəfəsində pul vəsaitlərinin sonuncu tərəfindən götürülməsi müəyyən edilmişdir (cild 02, i.v. 77-85). Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İstintaq İdarəsinin 22 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 311.3.3-cü maddələrinə əsasən yenidən ittiham elan edilmişdir (cild 02, i.v. 122-125). Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İstintaq İdarəsinin 22 noyabr 2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,308.1 və 32.5,311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, qərarın surəti təqdim olunmuş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 02, i.v. 145-148: 169). Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İstintaq İdarəsinin 22 və 24 noyabr 2023-cü il tarixli qərarlarından və etbarnamədən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində Meşələrin İnkişafı Xidməti cinayət işi üzrə zərərçəkmiş şəxs, Xidmətin əməkdaşı Qanuni nümayəndə isə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır (cild 02, i.v. 171-172; 191; 194-195). Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 22 noyabr 2023-cü il tarixli, 2-2-02/04/3- 015596/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və ailə üzvlərinin mülkiyyətində Lənkəran rayonu, İstisu qəsəbəsi 0,0610 ha torpaq sahəsində fərdi yaşayış yeri (reyestr nömrəsi **********66), “Mercedes Benz C200” markalı, **-XE-***, “VAZ21214” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillər, Təqsirləndirilən şəxs2 və ailə üzvlərinin mülkiyyətində Lənkəran rayonu Haftoni qəsəbəsində 0,03 ha (reyestr nömrəsi **********55) və həyat yoldaşı X6 məxsus 0,04 ha (**********25) torpaq sahəsində fərdi yaşayış yeri olmuşdur (cild 02, i.v. 176). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsinin 17 noyabr 2023-cü il tarixli, 3-xx-xx/2158608/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlarına nəqliyyat vasitəsi qeydə alınmamışdır (cild 02, i.v. 178). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-fonoskopik ekspertizasının 17 noyabr 2023-cü il tarixli, 3-16-16/2-4/1859 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bir ədəd “Verbatim” markalı DVD-R diskdə aşkar edilən fonoqram (səs yazıları) tədqiqat üçün yararlıdır. Fonoqramın məzmunu rəyin tədqiqi hissəsində verilmiş yazılı mətndən ibarətdir və aşkar edilən fonoqramdakı əsas mövzu üzrə danışıqlar üç nəfər kişi (K1, K2 və K3) diktor tərəfindən aparılmışdır. Fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun nitqi və səsi Şahid1, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid3, “K3” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs1 məxsusdur. Aparılmış tədqiqatın dəyəri 176 (bir yüz yetmiş altı) manat müəyyən edilmişdir (cild 02, i.v. 180-188). Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İstintaq İdarəsinin 24 noyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 311.3.3-cü, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 32.5,308.1, 32.5,311.3.3-cü maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış; Baş İdarənin Əməliyyat İdarəsində toplanmış materiallara əlavə edilmiş müvafiq səs yazısı, əməliyyat görüntüləri və 30 oktyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokola əlavə edilmiş üç ədəd “CD” disk, Şahid1 tərəfindən yazılmış 17 oktyabr 2023-cü il tarixli ərizə və həmin ərizənin üzərinə tikilmiş Mərkəzin direktoru Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 ünvanlanmış “xahiş edirəm müvafiq tədbir görün məzmununda” göstəriş qeyd edilmiş dərkənar vərəqəsi, 1 saylı X9 tərtib edilmiş 17 oktyabr 2023-cü il tarixli Osaküçə meşəbəyiliyinin 4 saylı dolayının 3-cü kvartalında yerləşən meşə örtüyü ilə əhatə olunmayan 0,50 ha torpaq sahəsinin Şahid1 istifadəsinə verilməsi barədə olan akt və həmin aktın üzərinə tikilmiş Mərkəzin direktoru Təqsirləndirilən şəxs1 tərəfindən E.Fətullayevə ünvanlanmış “xahiş edirəm müvafiq tədbir görün məzmununda” göstəriş qeyd edilmiş dərkənar vərəqəsi, "xxxx" ASC-nin 20 noyabr 2023-cü il tarixli, 2023/111/12597 nömrəli məktubuna əsasən göndərilmiş bir ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 02, i.v. 204-245). Azərbaycan Respublikası Təbii Sərvətlər və X5 İttifaqı Komitəsinin 23 may 2021-ci il tarixli, 1130 nömrəli və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 22 may 2014-cü il tarixli sərəncamı ilə verilmiş 59 nömrəli fəxri fərmanların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə bu sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə fəxri fərmanlarla təltif olunmuşdur (cild 02, iş vərəqi 247-248). Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İstintaq İdarəsinin cinayət işi üzrə ittiham aktına əlavə olunmuş arayışında iş üzrə maddi ziyanın olmaması, təqsirləndirilən şəxslər tərəfindən rüşvət qismində alınan məbləğin 14.900 (on dörd min doqquz yüz) manat təşkil etdiyi və mülki iddia verilmədiyi göstərilmişdir (cild 02, i.v. 318). Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 hər biri ayrı-ayrılıqda məhkəməyə təqsirləndirilən şəxslərə münasibətdə müvafiq olaraq Müdafiəçi1 Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 24 (iyirmi dörd) saat 45 (qırx beş) dəqiqə, Rəşad Heqdərov Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 15 (on beş) iş saatı həcmində vaxt sərf etmələri barədə hesabat təqdim etmişlər. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, 125ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X10 Rusiya Federasiyasına qarşı» işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə bir qayda olaraq, açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) hüquqlarına hörmət edilmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, təqsirləndirilən şəxslər hər biri ayrı-ayrılıqda onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 32.5,311.3.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi (Təqsirləndirilən şəxs2 münasibətdə) yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Qeyd olunan Qərarında Plenum daha sonra göstərmişdir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət-prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair Cinayət-Prosessual Məcəllənin 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Konstitusiya Məhkəməsinin Plenumu başqa bir qərarında da eyni hüquqi mövqeyi məhkəmələrin diqqətinə çatdırmaqla əməlin düzgün tövsif edilməsinin əhəmiyyətini xüsusilə vurğulamışdır. Bundan başqa, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarlarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 1 saylı Regional X8 direktoru vəzifəsində işlədiyi vaxt 2023-cü ilin oktyabr ayında tanışı Şahid5 deməsi əsasında qəbul etdiyi Şahid1 və Şahid3 sonradan kafe-restoran açmaları üçün başqa ad, yəni arıçılıq təsərrüfatı ilə məşğul olmaq adı altında torpaq sahəsi sənədləşdirmədiyi, onlara torpaq sahələrinin verilməsinin onun səlahiyyətində olmadığını, sonra isə meşə fonduna məxsus torpağı mövsümi müqavilə ilə arıçılıq üçün verə biləcəyini, bununla da ziddiyyətli fikir bildirməsini, bundan başqa satış məqsədilə 12 sot torpağı olduğunu, həmin torpağı yalnız sata biləcəyini və sənədləşdirib verəcəyini deməsi və yalnız bunun müqabilində 15.000 (on beş min) manat pul istəməsi, Mərkəzin əməkdaşı Təqsirləndirilən şəxs2 onun tapşırığı əsasında Elçinə arıçılıq təsərüfatı ilə məşğul olması üçün göstərdiyi yerin istirahət mərkəzi üçün yararlı olmaması, həmin yer üçün tərtib olunmuş aktın hüquqi qüvvəsinin üç və ya altı ay olması, belə olan halda 15.000 (on beş min) manat məbləğində pulu üç aylıq müqaviləyə görə kiminsə ödəməsinin ağılabatan olmaması, Fədailin Elçingilin yenə gələcəyi və onun fermasını almaq istəməsi, Elçinlə Fədailin arasında olan pul söhbətlərindən xəbəri olmaması, səs yazılarında söhbətin əvvəlinin qeyd olunmaması, səs yazılarının aparılmasının Elçingilin əraziyə baxıb gələndən sonra başlaması, Elçinin torpağa baxıb bəyəndiyini deməsi, heç kimə Elçindən pul almağı tapşırmaması, Fədaildən ona məxsus torpaq sahəsinin satılması üçün çalışmasını xahiş etməsi, Elçingillə aralarında sonradan onun torpağını alacaqları barədə söhbət olması, Elçindən xidməti otağından çıxmasını tələb etdikdən sonra onun Fədaillə çölə çıxıb nə barədə söhbət etdiklərini bilməməsi, Elçini otağından qovması faktının ondan rüşvət almamasını bir daha təsdiq etməsi, bu işin həmin adamlar tərəfindən ona qarşı aparılan kampaniya olması, Fədailə yalnız qanunamüvafiq tədbirlər görülməsini tapşırması, heç bir gizlin iş görməməsi, Elçingil sonuncu dəfə gələndə Fədaildən onları qovmasını istəməsi, bundan on dəqiqə sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının otağa daxil olmaları, onda Fədailin direktor olmaq istəməsi barədə məlumat olduğu və buna görə sonuncunun onun əleyhinə ifadə verdiyini bildirməsi, Fədail, eləcə də digər şəxslər tərəfindən ona pul verilməməsi, “özlərini yaxşı aparsalar” ifadəsini mövsümi müqavilə ilə verilən torpaqlarda qanunsuz tikili tikilməsi, ağac kəsilməsi kimi hallar olmaması üçün işlətməsi, belə hallar olmasa, gələcək üçün yenidən müqavilə bağlana biləcəyini nəzərdə tutması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil və onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs1 tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, digər təqsirləndirilən şəxs, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan başqa sənədlərlə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Bundan başqa müdafiə tərəfi (Təqsirləndirilən şəxs1 və müdafiəçisi) cinayət işi üzrə şahidlər Şahid1 və Şahid3 məhkəmədə verdikləri ifadələrinin ibtidai istintaq zamanı verdikləri ifadələrlə fərqliliyinə istinad edərək onların yalan ifadə verdiklərini, bu işin güya Təqsirləndirilən şəxs2 direktor təyin olunması ilə əlaqədar Təqsirləndirilən şəxs1 qarşı bir oyun, qurma iş olduğunu, onun tərəfindən Şahid1 arıçılıq fəaliyyəti ilə məşğul olması üçün pul müqabilində torpaq sahəsi verilmədiyini, özünə məxsus olan torpaq sahəsini satması ilə əlaqədar Elçinlə aralarında pul söhbəti olmasını, istər Elçin, istərsə də Fədaildən, ümumiyyətlə heç kəsdən pul almadığını bildirmişlər. Cinayət işi üzrə digər Təqsirləndirilən şəxs2 və müdafiəçisi də eynilə iş üzrə şahidlər Şahid1 və Şahid3 məhkəmədə verdikləri ifadələrinin ibtidai istintaq zamanı verdikləri ifadələrlə ziddiyyətli olmasını vurğulamışlar. Bundan başqa Fədailin 1 saylı Regional X9 adi bir işçi, Təqsirləndirilən şəxs1 isə direktor olmasını, qanunda başqa cür yazılmasına baxmayaraq, psixoloji olaraq işçi öz müdiri tərəfindən verilən istər qanuni, istərsə də qeyriqanuni göstərişləri yerinə yetirməsə işdən çıxaralacığı və çörəyindən olacağı düşüncəsi ilə, habelə müdir tərəfindən verilən tapşırığı yerinə yetirməyi özünə borc bilib, əgər razılaşmasa müdirin onunla prinsip aparacağından ehtiyat etdiyi üçün belə hala razılıq verməsini göstərmişlər. Məhkəmə müdafiə tərəfinin yuxarıda göstərilən hər iki iddia ilə bağlı ilk növbədə onu qeyd edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 direktor təyin olunması barədə söhbət olması faktını təkzib etmiş, əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 direktor olduğu üçün onun göstərişlərini icra etməli olmuşdur. Şahid1 pul alıb Təqsirləndirilən şəxs1 çatdırması da sonuncunun ona növbəti, lakin bu dəfə fərqli göstərişlərindən biri olmuşdur. Onun kiməsə bu və ya digər məqsədlə torpaq sahəsi ayırmaq səlahiyyəti olmamış, heç vaxt belə işlərlə məşğul olmamışdır. Bundan başqa, məhkəmə cinayət işi üzrə şahidlərin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Şahid1 və Şahid3 ibtidai istintaq zamanı və məhkəmədə verdikləri ifadələri arasındakı ziddiyyətə aydınlıq gətirərək, Şahid1 hadisədən müəyyən qədər vaxt keçdiyindən bəzi detalları xatırlamadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Şahid3 isə ifadələri arasında elə bir fərq görmədiyini, hər iki ifadəsini təsdiq etdiyini bildirmişlər. Məhkəmə yuxarıda adları qeyd olunmuş hər iki şahidin ifadələri ilə əlaqədar bildirir ki, onların ibtidai istintaqda və məhkəmədə verdikləri ifadələr arasında yaranmış ziddiyyət təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın mahiyyətinə təsir etmir, yalnız işin ayrı-ayrı halları, məsələn məlum hadisə ilə bağlı təqsirləndirilən şəxslərin yanında neçə dəfə olmaları, hüquq-mühafizə orqanına Təqsirləndirilən şəxs1lə görüşəndən əvvəl və ya sonra müraciət edilməsi və sair bu kimi hallarla bağlı olmuşdur. Belə olan halda məhkəmə sözügedən şahid ifadələrini cinayət-prosessual qanunvericiliyin müddəlarının tələbləri baxımdan sübuti əhəmiyyət kəsb etməyən ifadə hesab etmir. “Azərbaycan Rspublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 31-ci bəndində göstərilmişdir ki, cinayət iştirakçılıqla törədilmişsə iştirakçılığın forması, hər bir iştirakçının hərəkətlərinin və yaxud hərəkətsizliyinin nədə ifadə olunması əks etdirilməklə onların rolları hökmdə təsvir edilməlidir. Bu mənada məhkəmə Təqsirləndirilən şəxs2 14.900 (on dörd min doqquz yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində alınmasında vasitəçilik etməklə köməkçi qismində iştirakından ibarət olan hərəkətini cinayət qanunvericiliyinin müddəaları, habelə özünün tam etirafedici, iş üzrə dindirilmiş şahidlərin və iş materiallarında olan istintaq hərəkəti protokollarına istinadən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə görə cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Bundan başqa, iş üzrə şahidlər Şahid1 ifadəsində göstərmişdir ki, məlum hadisə ilə əlaqədar şəxsən Təqsirləndirilən şəxs1lə danışmış, ona yer üçün 3.000 (üç min) manat beh verməyə gedəndə də onun özü ilə danışmış, həmin vaxt Amil pulu bütöv olaraq verməsini istəmiş, hətta pulu özünə yox, Təqsirləndirilən şəxs2 verməyini istəmişdir. Pulu Təqsirləndirilən şəxs2 verəndə özünə yol pulu qalsın deyə puldan götürmək istədiyini demiş, Fədail bu işlərə qarışmadığını, Amil müəllimin buna razı olmayacağını deyib, sonuncunun dediyi məbləği ödəməsini istəmişdir. Təqsirləndirilən şəxs2 bu və ya digər məqsədlə ondan pul istəməmiş, yalnız Təqsirləndirilən şəxs1 göstərişi əsasında onunla münasibətdə olmuşdur. Digər Şahid3 İsrafil oğlu da ifadəsində Təqsirləndirilən şəxs1 pulu Təqsirləndirilən şəxs2 verməyi tapşırmasını və pulu Fədaildən götürəcəyini deməsini, bundan sonra pulu sayıb Fədailə, sonuncunun da öz növbəsində Amilə verdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 pulu Təqsirləndirilən şəxs1 verməsini gördüyünü etiraf etmişdir. Şahidlərdən Şahid2 ifadəsində 1 saylı Regional X8 direktoru Təqsirləndirilən şəxs1 zəngi əsasında onun xidməti otağında əvvəllər tanımadığı iki nəfərin iştirakı ilə Amilin ondan “Məhrəm, bu şəxslər Lənkəran rayonu ərazisində arıçılıq təsərrüfatı üçün yer istəyirlər, onlara haranı məsləhət görə bilərsən?” deyə soruşmasını, cavabında Prezidentin qərarı olduğunu, arı ailəsi qoymağa sərhəd olmadığını, kim harada istəsə qoya biləcəyini, Osakücə meşəbəyiliyinin ərazisində Lənkəran rayonu Sinovli kəndi ilə Tükəvilə kəndini birləşdirən yolun kənarının onlara uyğun ola biləcəyini deməsini, bu zaman Amilin ona “yaxşı onda, sən get, Təqsirləndirilən şəxs2 çağırmışam, vətəndaşlar onunla gedib əraziyə baxacaqlar” dediyini bildirmişdir. Bundan əlavə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 1 saylı Regional X8 inzibati binasında keçirilmiş baxış istintaq hərəkəti zamanı götürülmüş Şahid1 həmin Mərkəzinin direktoru Təqsirləndirilən şəxs1 ünvanladığı arı ailəsinin qoyulması üçün meşə fondundan 0,50 ha ölçüdə torpaq sahəsinin ayrılması məzmunlu 17 oktyabr 2023-cü il tarixli ərizəsinin üzərinə tikilmiş dərkənarda Mərkəzin direktoru Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 ünvanlanmış “xahiş edirəm müvafiq tədbir görün məzmununda” göstərişin qeyd edildiyi müəyyən olnmuşdur. Bundan başqa Şahid1 məlum hadisə ilə bağlı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la görüşü zamanı üzərinə quraşdırılmış texniki vasitələrlə aparılmış audio yazılara baxış zamanı onların arasındakı “Şahid1: Xoşumuza gəldi yer”; “Təqsirləndirilən şəxs1: Hə, 15.000 ver, götür, Allah xeyrinizi versin; Qulaq as da mənə. O, mənlikdi də. Sənlik deyil. Deyəcəm ki, arıçılıqdır. Nazirlər Kabinetinin qərarı var. Mən də yazacam ki, arı var. Keçdi bir il? İkinci il, üçüncü il nə istəyirsən elə də. Bu sənindir də; Qardaş, pulunu ver, bu dəqiqə verim də. Nəyimə lazımdır? Mən aktı verirəm sənə, yeri göstərirəm; Uşaqlara da pul veririk; Pulu sizdən mən almayacağam. adam deyəcəyəm, verəcəksiz ona, o, alacaq sizdən; Nə deyilib, gətirərsən onu, “uçaska”nın müdiri var, verərsən ona, həmin günə müqavilə bağlanacaq, yer veriləcək sizə, arını qoyursuz, çəpərləyirsiz, neynirsiz eləyirsiz, göz öyrəşə-öyrəşə. Bir il, iki il, üç il, dörd il. Belə olur. Bir il arını qoyarsan, sonra orda özün üçün başqa şey, sonra nə bilim. Akt yazacağam ki, arıçılıq üçün. Hamı belə edir. Akt yazılır ki, “burda 50 “sotka” torpaq verilir filankəsov filankəsə, arı ailələrinin yetişdirilməsi üçün.” Aktla təhvil-təslim yazacağıq, verəcəyik; Şahid1: Pulu bütöv istəyirsiz? Pulu bütöv gətirim?”, “Təqsirləndirilən şəxs1: Mən behi neynirəm”; “Şahid1: 3.000 gətirmişəm, 3.000-i verim”, “Təqsirləndirilən şəxs1: Qardaş, mənim heç nəyə ehtiyacım yoxdur. 3.000-i neynirəm. Mənim pulum yoxdur bəyəm? Qurtararsan işi, nə idi, şey eləyərsən, çatdırarsan, gəlib götürüb işini görərsən; Qardaş, heç bir şey, gedərsən, “pramoy”, konkret nədir, şey eləyərsən, bizim Fədail var, onunla danışarsan, onunla həll eləyərsən”; Şahid1: Fədailə sənin yanında 3.000 verim....”, “Təqsirləndirilən şəxs1: Ehtiyac yoxdur da, dedim də, konkret Belə şey mənə lazım deyil, konkret, bir dəfəlik. Mən belə iş görmürəm. “Vabşe” belə iş görmürəm, görsəm də, mən iş görürəm, qurtardı getdi; Gətirərsən konverti. Onunla danışarsan, şey eləyərsən tam; Fədail bunlar beh deyir, nə deyir. Biz behə zada, heç bir şeyə tələsmirik ki, elə deyil? Gedib indi neçənci gün deyir, gün təyin edib gələrlər, tam sənə nə demişəm, onu götürərsən, ondan sonra ölçüb-biçərsən, şeyi, müqaviləni yazdırarsan, verərsən, sonra çıxsın işlərini görsünlər”; “Təqsirləndirilən şəxs2: Oldu”; “Təqsirləndirilən şəxs1: Fədail, dediyim formada, nə cür demişəm, o formada, tam şey olandan sonra götürürsən bir yerdə, şey eləyirsən, qalanını da bura gətirirsən, Məhrəmə tapşırıram, aktı yazır nə formadadır, mövsümi olaraq, avtomatik arıların qoyulması üçün hər il zad. Qurtardı, getdi. Oldu? Yaxşı, sağolun; Fədail, sən bir dənə qal”; “Şahid1: 12.000 manat inşallah verim. Həftənin axırı da, inşallah, beşinci gün 3.000-miz qalır, gətirim 3.000-i də verim. Nə deyirsən?”; “Təqsirləndirilən şəxs2: Yox, razılaşmayacaq. Tipin biridir e, o. Onu üçüncü gün düzəldin, bir dəfəlik gəlin; Qalıb səndə də. Gedərik yanına, o başqa bir nağıl danışar. Mən onun xasiyyətini bilirəm; Mənim üçün fərqi yoxdur, mən alıram, verirəm də. “Prosta” bu konkret dedi ki, 15 dənə düzəlməlidir, haçan düzələr, bir aydan sonra düzələr, gətirərlər; Hə, pulu qoy cibinə, hamısını, niyə başımızı xarab eləyirik? Gedəcəyik, yenə başlayacaq nağıl danışmağa. Mən onun xasiyyətini bilirəm də. O dedi sözü, qurtardı, xeyri yoxdur; Gedim deyim ona? Gedim deyim ona, gəlim. Baxım nə deyir də; Verəcəyəm e, deyir ki, gətir hamısını ver mənə; “Təqsirləndirilən şəxs1: Ay kişi, pul söhbətini burada eləmə də. Get onunla (əli ilə Təqsirləndirilən şəxs2 göstərir); Bu işi görmüşük, təmiz iş görək; Fədail, nə demişəm sənə, odu”; “Təqsirləndirilən şəxs2: Yaxşı”; “Təqsirləndirilən şəxs1: Aşağıda gözlə, Məhrəmi çağırıram, ərizə yazarsan bir dənə. Pasportun üstündədir?” məzmunda dioloqdan görünür ki, Şahid1 arıçılıq təsərrüfatı ilə əlaqədar torpaq sahəsinin ayrılması üçün pul 1 saylı Regional X8 direktoru Təqsirləndirilən şəxs1 tərəfindən tələb olunmuş və o bu tələbi birbaşa özü irəli sürməklə yanaşı, pulun alınıb ona çatdırılmasını Fədail Məmədovun vasitəsilə həyata keçirmişdir. Məhkəmə hər iki təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin rüşvət alma və rüşvət almağa köməkçilik etmə maddələri ilə verilmiş ittiham üzrə cinayət işinin materiallarında olan Şahid1 1 saylı Regional X8 direktoru Təqsirləndirilən şəxs1 ona arıçılıqla məşgul olması üçün 0,50 ha torpaq sahəsi verilməsindən ötrü ondan 15.000 (on beş min) manat istəməsi barədə ərizəsini (cild 01, i.v. 12), Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin pul əskinazlarının təqdim edilməsi və texniki vasitələrin quraşdırılması haqqında 10 oktyabr 2023-cü il tarixli protokolunu (cild 01, 18-62), 17 oktyabr 2023-cü il tarixdə rüşvət qismində tələb edilən 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin tamamlanması məqsədilə 3.000 (üç min) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs2 istifadəsində olan plastik karta “mpay” ödəniş aparatı vasitəsilə köçürülməsi barədə çıxarışı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xidməti otaqlarına keçirilən baxış zamanı oradan aşkar olunan materialları (cild 01, i.v. 68-72), Təqsirləndirilən şəxs1 və Şahid1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə protokollarını (cild 01, i.v. 113-121), Şahid1 tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la aralarında olan söhbətin əks olunduğu disklərə baxış keçirilməsi haqqında 07 noyabr 2023-cü il tarixli protokolu və ona əlavə olunmuş fotocədvəlləri (cild 01, i.v. 191-204), Təqsirləndirilən şəxs2 məxsus karta 17 oktyabr 2023-cü il tarixdə bir dəfə 2.000 (iki min) manat və bir dəfə 1.000 (bir min) manat olmaqla, cəmi 3.000 (üç min) manat məbləğində pul köçürülməsi, həmin tarixdə bir dəfə 2.000 (iki min) manat və bir dəfə 1.000 (bir min) manat olmaqla, cəmi 3.000 (üç min) manat məbləğində pulun ünvan 8 ünvanında yerləşən bankomatda nağdlaşdırılması barədə "xxxx" ASC-nin 13 noyabr 2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışını, bu barədə görüntüləri özündə əks etdirən CD diskə baxış keçirilməsi barədə 21 noyabr 2023-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəlləri (cild 02, i.v. 05; 77-85), Təqsirləndirilən şəxs2 və Şahid1 sonuncuya təqdim olunan ərazidəki ifadələrini özündə əks etdirən 16 noyabr 2023-cü il tarixli protokolu və ona əlavə olunmuş fotocədvəlləri (cild 02, i.v. 30-34), Şahid1 istifadəsinə verilən torpaq sahəsi kimi iddia olunan 0,50 ha torpaq sahəsinin dövlət mülkiyyətinə aid olmasının müəyyən olunduğu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X25 10 saylı Lənkəran Ərazi Dairəsinin 16 noyabr 2023-cü il tarixli, 3-21-3-43/2-3229/2023 nömrəli məktubunu (cild 02, i.v. 36-39), Təqsirləndirilən şəxs1 Lənkəran Regional X8 direktoru, Təqsirləndirilən şəxs2 həmin Mərkəzin Osaküçə meşəbəyiliyinə meşəbəyi vəzifəsinə təyin olunmaları barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə verilmiş müxtəlif tarixli və nömrəli əmrləri (cild 02, i.v. 42-45), Regional X9 direktorun və meşəbəyinin vəzifə təlimatlarını (cild 02, i.v. 46-52), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X15 Mərkəzi haqqında Əsasnaməni (cild 02, i.v. 56-60), Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-fonoskopik ekspertizasının 17 noyabr 2023cü il tarixli, 3-16-16/2-4/1859 nömrəli rəyini (cild 02, i.v. 180-188) işin faktiki hallarına uyğun olduğuna, habelə iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qəbul edir və qiymətləndirir. Bu mənada məhkəmə qanunvericiliyin müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 vəzifəli şəxs qismində qeyrisinin köməkçiliyi ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü və qeyrisi üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə külli miqdarda maddi neməti rüşvət qismində istəyərək alması, habelə Təqsirləndirilən şəxs2 vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü və onun üçün birbaşa yolla özü vasitəsilə külli miqdarda maddi neməti rüşvət qismində istəyərək almasında köməkçi qismində iştirakı müvafiq olaraq rüşvət alma (passiv rüşvətxorluq) və rüşvət almağa kömək etməyə yönəldilmiş hərəkətlər kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin hər birinin əməllərinin ayrı-ayrılıqda hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 311.3.3-cü, Təqsirləndirilən şəxs2 əməli həmin Məcəllənin 32.5,311.3.3-cü maddələri ilə düzgün tövsif edilsə də, Cinayət Məcəlləsinin müvafiq olaraq 308.1-ci və 32.5,308.1-ci maddələri ilə düzgün tövsif edilməmişdir. Bununla əlaqədar məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı hərəkətin edilməsinə görə vəzifəli şəxsin maddi və ya sair neməti almasına düzgün hüquqi qiymət verilməsi üçün ən əvvəl bu hərəkətin onun xidməti vəzifəsinin icrası ilə əlaqədar səlahiyyətlərinə aid olub-olmamasına dair bütün mötəbər sübutlar tam və ətraflı şəkildə araşdırılmalı və həmin sübutlar qanuna müvafiq qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi həmin maddənin 311.1 və 311.2-ci maddələrində (rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi; vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinin Qeyd hissəsinə görə həmin Məcəllənin 33-cü fəslinin maddələrində “vəzifəli şəxs” dedikdə hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları; dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər; 3) dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər; xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri; beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici andlı iclasçılar başa düşülür. Həmin Məcəllənin 311-ci maddəsinin Qeyd hissəsinə görə bu Məcəllənin 311.3.3-cü maddəsində "külli miqdar" dedikdə beş min manatdan artıq olan məbləğ başa düşülür. Cinayət hüququ nəzəriyyəsinə görə rüşvət alma (passiv rüşvətxorluq) cinayətinin obyektiv cəhəti vəzifəli şəxs tərəfindən şəxsən və ya vasitəçidən istifadə etməklə rüşvətin predmetini bilavasitə istəmədə və ya almaqda ifadə olunur. Vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası dedikdə bilavasitə tutduğu vəzifə səlahiyyətləri daxilində yerinə yetirməli olduğu vəzifələr, xidmət üzrə ümumi himayədarlığı dedikdə isə rüşvət alanın tutduğu vəzifənin əhəmiyyəti və mötəbərliyi sayəsində tabeçiliyində və ya nəzarəti altında olan başqa vəzifəli şəxslər tərəfindən rüşvətverənin xeyrinə müəyyən hərkətlərin edilməsinin mümkünlüyü başa düşülür. Rüşvət vəzifəli şəxsin vəzifə səlahiyyətlərinə daxil olan və ya onun öz qulluq mövqeyinə görə yardım edə bildiyi hərəkətləri (hərəkətsizliyi) etməsinə görə, yaxud xidmət üzrə ümumi himayədarlığa və ya laqeydliyə görə verilir. Burada vəzifəli şəxsin vəzifə səlahiyyətlərinə daxil olan hərəkətlər (hərəkətsizlik) dedikdə, qanunla və ya əmək müqaviləsi ilə vəzifəli şəxsə həvalə edilmiş səlahiyyətlərin icrası ilə əlaqədar edilən hərəkət və ya hərəkətsizlik başa düşülməlidir. Təqsirləndirilən şəxs1 arıçılıq təsərrüfatı qurulması üçün meşə fonduna məxsus torpaq sahəsinin ayrılması ilə bağlı Şahid1 rüşvət qismində pul vəsaitinin istənilməsi və qəbul edilməsinə görə təqsirləndirildiyindən, həmin səlahiyyətlərin onun xidməti vəzifələrinin (səlahiyyətlərinin) dairəsinə aid olub-olmamasının müəyyən edilməsi iş üzrə ən mühüm əhəmiyyət kəsb edən və mütləq qaydada sübuta yetirilməli olan hallardan birini təşkil edir. “Regional X9 direktorun vəzifə təlimatı”ndan görünür ki, həmin vəzifədə işləyən şəxsin müəssisənin əsasnaməsinə, müvafiq qanun, fərman, sərəncam, qərarlara, metodiki təlimatlara və tövsiyələrə uyğun olaraq müəssisənin əsas iş istiqamətlərinin müəyyən edilməsi, xidməti sahə üzrə illik və perspektiv inkişaf tapşırıqlarının müəyyən edilməsi, xidməti ərazisində meşələrin qorunub mühafizə edilməsi, onların bərpası, yeni meşə sahələrinin salınması işlərinin, aralıq istifadə üçün aparılan qırmaları və sanitar qırmalarını, bundan əldə edilən oduncağın, həmçinin, ikinci dərəcəli meşə ehtiyatlarının və meşədən əlavə istifadə zamanı əldə olunan məhsulların tədarükünə və istifadəsinə aid olan fəaliyyəti, o cümlədən meşə fondu torpaqlarından istifadəyə nəzarətin həyata keçirilməsi, meşə fondundan səmərəli istifadə olunmasına, meşə istifadəçiləri tərəfindən icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl edilməsinə, həmçinin, meşə fondundan istifadə üçün haqqın müəyyən olunmuş müddətdə ödənilməsinə nəzarət edilməsi, meşə fondunda baş verən dəyişikliklərə, meşə fondu torpaqlarının istifadə vəziyyətinə (dövlət ehtiyacları üçün torpaqların alınması, dəyişdirilməsi və ya meşə fonduna torpaq sahəsinin verilməsinə) nəzarətin həyata keçirilməsi, meşə qanunvericiliyinin pozulması halları ilə bağlı təqsirkarın inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi üçün sənədlərin aidiyyatı üzrə məhkəmə, polis, prokurorluq orqanlarına göndərilməsinin təmin edilməsi və sair kimi vəzifə öhdəlikləri vardır (cild 02, i.v. 46-49). Göründüyü kimi Təqsirləndirilən şəxs1 xidməti vəzifələrinin icrası ilə bağlı münasibətləri tənzimləyən Regional X8 direktorunun vəzifə təlimatında arıçılıq təsərrüfatı üçün meşə fonduna məxsus torpaq sahəsinin istifadəyə verilməsi onun səlahiyyəti dairəsinə aid olması öz əksini tapmışdır. Odur ki, arıçılıq təsərrüfatı üçün torpaq sahəsinin ayrılması Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Regional X8 vəzifəli şəxsinin səlahiyyəti olduğundan və qeyd edilən hərəkətə görə hər hansı bir məbləğdə pul vəsaitinin istənilməsi, eləcə də bu vəsaitin qəbul edilməsi bilavasitə xidməti vəzifənin (səlahiyyətlərin) icrası ilə əlaqədar olduğundan, bu hərəkət Cinayət Məcəlləsinin 311-ci maddəsində göstərilən rüşvət alma kimi qiymətləndirilməlidir. Bundan əlavə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, 14.900 (on dörd min doqquz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə rüşvət qismində almaqdan və bunun müqabilində Mərkəzin Osaküçə meşəbəyiliyinin 4-cü dolayının 3-cü kvartalında yerləşən 0,50 ha ölçüdə, meşə örtüyü ilə əhatə olunmayan, lakin meşə fonduna məxsus torpaq sahəsinin Şahid1 faktiki istifadəsinə verməkdən ibarət olan hərəkətləri ilə Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə meşə fondu torpaqlarının qorunması və bərpası sahəsində dövlət siyasətini həyata keçirən orqan kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.2-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs1 vəzifə səlahiyyətlərindən suiistifadə etmə və rüşvət almasından ibarət hərəkətinin həmin Məcəllənin 308.1 və 311.3.3cü maddələrində nəzərdə tutulmuş iki cinayət əməlinin tərkib əlamətlərini, yəni cinayətlərin ideal məcmusunu yaratması barədə nəticəyə gəlmişdir. Analoji hal digər Təqsirləndirilən şəxs2 qarşı da təkrarlanmışdır. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,308.1-ci maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, Şahid1 külli miqdarda maddi nemət olan 14.900 (on dörd min doqquz yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 və özü üçün birbaşa yolla özü vasitəsilə rüşvət qismində istəməklə almasında köməkçi qismində iştirak etmiş, rüşvət müqabilində edəcəkləri hərəkətin icrası ilə əlaqədar 17 oktyabr 2023-cü il tarixdə müvafiq torpaq sahəsinin Şahid1 istifadəsinə verilməsini təsdiq edən sənəd kimi sonuncu, özü və Osaküçə meşəbəyiliyində gözətçi vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid4 iştirakı ilə akt tərtib edilib imzalanaraq Mərkəzin Osaküçə meşəbəyiliyinin 4-cü dolayının 3-cü kvartalında yerləşən 0,50 ha ölçüdə, meşə örtüyü ilə əhatə olunmayan, lakin meşə fonduna məxsus torpaq sahəsinin Şahid1 faktiki istifadəsinə verilməsinə nail olmuş, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Respublikada ətraf mühitin mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən komponentlərinin vəhdəti olan meşə fondu torpaqlarının qorunması və bərpası sahəsində dövlət siyasətini həyata keçirən orqan kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində Meşələrin İnkişafı Xidmətinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsində köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 32.5,308.1-ci maddələri ilə irəli sürülmüş ittihamlarla bağlı məhkəmə hesab edir ki, qeyd edilən maddələr üzrə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham tamamilə qanunsuz və əsassızdır. Məhkəmə belə nəticəyə gələrkən ona əsaslanmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həm 311-ci, həm də 308-ci maddələrinin dispozitiv şərtləri həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar törədilməsini və faktiki olaraq eyni nəticələrin baş verməsini nəzərdə tutur. Başqa sözlə desək, hər iki maddədə nəzərdə tutulmuş cinayətlər vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar törədildiyi halda cinayət hesab olunur. Bu səbəbdən də, məhkəmə Cinayət Məcəlləsinin 308 və 311-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin mahiyyətini, dispozitiv şərtlərini və zəruri tərkib əlamətlərini qarşılıqlı şəkildə təhlil etməyi zəruri sayır. Belə ki, cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 308-ci maddəsində nəzərdə tutulmuş cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməklə hüquqi və ya fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyekti dövlət orqanlarının normal fəaliyyətidir. Əlavə obyekt qismində vətəndaşların və ya təşkilatların hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. İstənilən dövrdə, idarəetmə formasından və quruluşundan asılı olmayaraq dövlət vəzifəli şəxslərə öz xidməti öhdəliklərini icra etməyə dair xüsusi tələblər irəli sürür. Belə şəxslər tərəfindən həmin tələblərin pozulması müəyyən məsuliyyətə səbəb olur. Bu tamamilə başa düşüləndir və hakimiyyətin buna hüququ vardır. İctimai münasibətlərin normal tənzimlənməsi dövlətin cəmiyyət həyatının müxtəlif sahələrində iştirak etmək, əhalinin fəaliyyətinin ən müxtəlif aspektlərinin təşkilini həyata keçirmək və onlara nəzarət etmək zərurətini yaradır. Bununla da dövlət tərəfindən səlahiyyətli orqanlar vasitəsilə ictimai hakimiyyətin həyata keçirilməsi zamanı yaranan münasibətlərin müxtəlifliyi şərtləndirilir. Qulluq mənafeyi əleyhinə olan cinayətlər yalnız şəxsin vəzifə səlahiyyətlərindən suiistifadə etməsi yolu ilə törədilə bilər. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur:- vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; əməllə nəticə arasında səbəbli əlaqənin olması. Cinayət Məcəlləsinin 308-ci maddəsinin dispozitiv şərtinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən törədilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsirsizlik prezumpsiyası və təqsirə görə məsuliyyət prinsipləri ilə təqsir cinayət tərkibinin mütləq elementi kimi təsbit edilir və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsasını təşkil edir. Belə ki, Cinayət Məcəlləsinin 7-ci maddəsinə uyğun olaraq, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Əqli meyar ondan ibarətdir ki, təqsirli şəxs əməlin ictimai təhlükəliliyini və belə əməlin törədəcəyi ictimai təhlükəli nəticələri dərk edir. İradi element cinayətin subyektinin şüurunda baş verən iradəvi proseslərlə səciyyələnir: şəxs ictimai təhlükəli nəticələrin baş verməsini arzu edir və ya şüurlu surətdə onlara yol verir, yaxud yüngül fikirliliklə ictimai təhlükəli nəticələrin qarşısının alınmasına ümid edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin daha bir zəruri əlaməti cinayətin motividir. Cinayət Məcəlləsinin 308-ci maddəsində nəzərdə tutulmuş cinayətin motivi kimi vəzifəli şəxs tərəfindən özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi çıxış edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin subyekti yalnız vəzifəli şəxs ola bilər. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. Vəzifəli şəxslərin fəaliyyət dairəsi çox geniş olduğundan, vəzifə səlahiyyətlərindən sui-istifadənin konkret formaları çox müxtəlif ola bilər. Bu, həm hərəkətlə (öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi), həm də hərəkətsizliklə (vəzifəli şəxsin qulluq mənafeyi tələb etdiyi halda öz qulluq səlahiyyətlərindən istifadə etməməsini) edilə bilər. Cinayət Məcəlləsinin 311-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə gəldikdə isə qeyd edilməlidir ki, rüşvət alma (passiv rüşvətxorluq) korrupsiyanın ən geniş yayılmış və təhlükəli formalarından biridir. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, rüşvət alma hakimiyyətin və dövlət idarəçiliyinin əsaslarını sarsıdır, dövlət orqanlarını əhali arasında hörmətdən və nüfuzdan salır, vətəndaşların hüquq və mənafelərinin, mühüm sosial prinsiplər olan ədalətliliyin və bərabərliyin pozulmasına səbəb olur. Rüşvət alma cinayətinin obyekti dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluğun normal keçirilməsini təmin edən ictimai münasibətlərdir. Rüşvət alma cinayəti obyektiv cəhətdən aşağıdaki əməllərin törədilməsi ilə xarakterizə olunur:- vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü yaxud üçüncü şəxslər üçün maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi; vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü yaxud üçüncü şəxslər üçün maddi və sair neməti, imtiyazı və ya güzəşti alması; vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü yaxud üçüncü şəxslər üçün maddi və sair nemət, imtiyazı və ya güzəşt barədə təklifi və ya vədi qəbul etməsi. Təhlil edilən cinayətin obyektiv cəhətinə daxil olan əməl kimi rüşvət alma dedikdə, vəzifəli şəxsin rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə göstərdiyi “xidmət” müqabilində ona verilən pulu, qiymətli kağızı, əmlakı və ya əmlak mənfəətini istəməsindən, almasından və ya maddi və sair nemət, imtiyaz və ya güzəşt barədə təklifi və ya vədi qəbul etməsindən ibarət hərəkətlər başa düşülür. Rüşvət vəzifəli şəxsin vəzifə səlahiyyətlərinə daxil olan, yaxud xidmət üzrə himayədarlığa və ya laqeydliyə görə verilir. Rüşvət alma subyektiv cəhətdən birbaşa qəsdlə törədilən cinayətdir. Təqsirkar rüşvət aldığını dərk edir və bunu arzu edir. Rüşvət alma cinayətinin subyekti yalnız vəzifəli şəxs ola bilər. Vəzifəli şəxsin anlayışı Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeyd hissəsində öz əksini tapmışdır. Yuxarıda təhlil edilən maddi hüquq normalarından və nəzəri məsələlərdən görünür ki, Azərbaycan Rspublikası Cinayət Məcəlləsinin 308 və 311-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib elementləri, yəni obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhəti demək olar ki, eynilik təşkil edir. Bu isə ona dəlalət edir ki, Cinayət Məcəlləsinin 308 və 311-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri bir-birini istisna edən cinayət əməlləridir, yəni təqsirkar şəxsin əməlində Cinayət Məcəlləsinin 311-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi olduğu halda xüsusi norma kimi məhz həmin maddə əsas götürülməlidir. Belə olduğu halda təqsirkarın törətdiyi bir əməli eyni vaxtda Cinayət Məcəlləsinin həm 311.3.3-cü, həm də 308.1-ci maddəsi ilə tövsif edilməsi əsassız və qanunsuz olmaqla yanaşı, həmçinin ədalətsizdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 32.5,308.1-ci maddələri ilə ittiham irəli sürsə də, onların hansı əməllərinin göstərilən maddədə nəzərdə tutulmuş cinayət əməlini ehtiva və əhatə etdiyini, eləcə də törədilməsi iddia olunan cinayət əməlinin (Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə münasibətdə) nəticələrinin nədən ibarət olmasını müəyyən etməmişdir. Məhkəmə bu hissədə də ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, ibtidai istintaq orqanı buna heç bir əsas olmadığı halda təqsirləndirilən şəxslərə daha ağır ittiham irəli sürmək naminə və formal mülahizələr əsasında Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə onlara qarşı əlavə ittiham irəli sürmüşdür. Belə ki, təqsirləndirilən şəxslərin əməli Cinayət Məcəlləsinin müvafiq olaraq 311.3.3 və 32.5,311.3.3-cü maddələri ilə tövsif edildiyi halda, artıq ictimai təhlükəli əməl kimi qəbul edilmiş eyni əməllər ibtidai istintaq orqanı tərəfindən təkrarən ictimai təhlükəli əməl kimi qiymətləndirilərək Cinayət Məcəlləsinin müvafiq olaraq 308.1 və 32.5,308.1-ci maddələri ilə tövsif edilmişdir. Nəticədə təqsirləndirilən şəxslər tərəfindən törədilmiş əməl ibtidai istintaq orqanı tərəfindən iki dəfə cinayət əməli kimi qəbul edilərək qiymətləndirilmişdir ki, bu da öz növbəsində qanunsuzdur. Beləliklə, məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 311.3.3-cü, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 32.5,311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələri sübuta yetirildiyindən və onların əməli Cinayət Məcəlləsinin müvafiq olaraq 311.3.3 və 32.5,311.3.3-cü maddələri ilə tövsif edildiyindən, yəni onların törətdiyi cinayət əməli artıq Cinayət Məcəlləsinin müvafiq olaraq 311.3.3 və 32.5,311.3.3-cü maddələri ilə ixtisaslaşdırıldığından həmin əməlin təkrarən (yenidən) başqa cinayət əməli kimi qiymətləndirilməsinə yol verilmir, çünki belə yanaşma onun müdafiə hüququna birbaşa qəsddir. Başqa sözlə, təqsirkar şəxslərin eyni əməli eyni vaxtda Cinayət Məcəlləsinin həm 311, həm də 308-ci maddələri ilə tövsif edilə bilməz. Əks yanaşma törədilmiş eyni əməlin bir-birini istisna edən cinayət əməlləri kimi tövsif edilməsinə səbəb olacaqdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinin tələbinə görə heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz Eyni müddəa Cinayət Məcəlləsinin 8.2-ci maddəsində də nəzərdə tutulmuşdur (heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz). Beynəlxalq hüquq nəzəriyyəsində “Non bis in idem” prinsipi. Bundan başqa Cinayət Məcəlləsinin 17.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 311-ci maddəsi həmin Məcəllənin 308ci maddəsinə nisbətdə xüsusi norma kimi çıxış etdiyindən və məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 əməli Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə tövsif edildiyindən, təqsirləndirilən şəxsin eyni əməli təkrarən Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə tövsif edilə bilməz. Eyni hal digər Təqsirləndirilən şəxs2 barəsində də keçərlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxslərin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, onların əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqelərini, işin müəyyən edilmiş müvafiq faktiki hallarına və onların hüquqi tövsifi ilə bağlı qeyd edilənlərə əsaslanaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 14.900 (on dörd min doqquz yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində almaqdan ibarət olan hərəkətini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə yanaşı, səhvən həmin Məcəllənin 308.1-ci maddəsinə tövsif etdiyinə görə ona qarşı irəli sürülmüş ittihamdan 308.1-ci maddə ilə bağlı bənd, Təqsirləndirilən şəxs2 14.900 (on dörd min doqquz yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində alınmasında vasitəçilik etməklə köməkçi qismində iştirakından ibarət olan hərəkətini Cinayət Məcəlləsinin 32.5,311.3.3-cü maddəsi ilə yanaşı, səhvən 32.5,308.1-ci maddəsinə tövsif etdiyinə görə ona qarşı irəli sürülmüş ittihamdan 32.5,308.1-ci maddəsi ilə bağlı bənd çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 32.5,311.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onların əməllərində cinayət tərkibi vardır və bununla da onların təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü, Təqsirləndirilən şəxs2 əməli isə həmin Məcəllənin 32.5,311.3.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 eyni əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci və Təqsirləndirilən şəxs2 eyni əməli həmin Məcəllənin 32.5,308.1-ci maddəsi ilə yanlış tövsif edildiyindən onlara qarşı sürülmüş ittihamdan müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci və 32.5,308.1-ci maddələri ilə bağlı bəndlər çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü və Təqsirləndirilən şəxs2 əməlində həmin Məcəllənin 32.5,311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər, cinayət əməllərini qəsdən törətmişlər və əməlləri başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumların islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 yaşayış və iş yeri üzrə müsbət xasiyyətləndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan olmaqla üç uşağının olması, valideynlərinin xəstə olmalarını, ailənin yeganə qazanc gətirən fərdi olmasını, yaşayış və iş yeri üzrə müsbət xasiyyətləndirilməsi, Azərbaycan Respublikası Təbii Sərvətlər və X5 İttifaqı Komitəsinin, habelə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə fəxri fərmanlarla təltif olunması, əməlindən səmimi peşmançılıq çəkməsidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Fədail Məmədovun məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunmuşdur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə məhkəmə istintaqı zamanı əməlinin sübut olunmasında çətinlik yaratmamışdır. Təqsirləndirilən şəxslərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi sözügedən maddənin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da məhkəmə təqsirləndirilən şəxslərin ittiham olunduqları əməli vəzifəli şəxs olaraq xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar törətmələrini nəzərə alaraq, onların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinin tətbiq edilməklə müəyyən vəzifə tutma hüququndan məhrum olunmalarını əsaslı və qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsində göstərilir ki, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Göstərilən müddəa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında da əks olunmuşdur. Qərarda qeyd edilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Cinayət Məcəlləsinin 46.3-cü maddəsinin tələbinə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün azadlıqdan məhrum etmə cəzasına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu mənada məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunan müəyyən vəzifə tutma hüququndan məhrum etməyə dair əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalı və bu cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 28-33-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,311.3.3cü maddəsi ilə ittiham verilməsini nəzərə alaraq məhkəmə həmin Məcəllənin iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilməsindən bəhs edən 64-cü maddəsinə istinad etməyi qanunamüvafiq hesab edir. Sözügedən maddədə qeyd olunur ki, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə müvafiq olaraq həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 30 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,311.3.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, lakin onun cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun şəxsiyyətini xarakterizə edən halların məcmusunu, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini, bununla da azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunmasını mümkün sayır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli, 2668 nömrəli Sərəncamında göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Qeyd olunan səbəblərdən məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilməsi ona mənfi təsir göstərməklə yanaşı, onu ciddi məhrumiyyətlərə düçar edə bilər ki, bu kimi hallar da məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə, məhkumun üzərinə cinayət qanunvericiliyində nəzərdə tutulan, habelə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 25-ci bəndində göstərilir ki, şərti məhkum etmə haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini, onun ailədə davranışını və sair nəzərə alaraq məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən əlavə cəzalar isə real icra olunduğundan hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə əsas cəzası şərti hesab olunmaqla sınaq müddəti müəyyən edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Cinayət-prosessual qanunvericiliyin göstərilən müddəasına əsasən məhkəmə Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, davranışı ilə islah olunmasını sübut etmək kimi vəzifələrin qoyulmasını, sınaq müddəti ərzində üzərində nəzarətin yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsini, bu cəzanın icrasının məsul orqan tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-182-ci maddələrinin tələblərinə uyğun olaraq həyata keçirilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs2 barəsində təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla ona sınaq müddəti müəyyən ediləcəyindən dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza şərti hesab edildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, haqqında başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlak, maddi ziyan yoxdur, təqsirləndirilən şəxslər tərəfindən rüşvət qismində alınan məbləğ 14.900 (on dörd min doqquz yüz) manat təşkil edir, mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Belə olan halda cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində (məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi gündən bir il keçdikdən sonra və ya cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı qüvvəyə mindikdən sonra cinayət təqibi üzrə icraatın materiallarında olan sənədlərin əsilləri qanuni sahiblərinin xahişi ilə onlara qaytarıla bilər. Bu halda müstəntiq, prokuror və ya məhkəmə cinayət təqibi üzrə icraatın materiallarına saxlandığı yerdən asılı olaraq qaytarılan sənədlərin surətlərini çıxarmalı, doğruluğunu təsdiq etməli və həmin materiallarda saxlamalıdır) nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuş Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsində toplanmış materiallara əlavə edilmiş müvafiq səs yazısı, əməliyyat görüntüləri və 30 oktyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokola əlavə edilmiş üç ədəd “CD” disk, Şahid1 tərəfindən yazılmış 17 oktyabr 2023-cü il tarixli ərizə və həmin ərizənin üzərinə tikilmiş Mərkəzin direktoru Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 ünvanlanmış “xahiş edirəm müvafiq tədbir görün məzmununda” göstəriş qeyd edilmiş dərkənar vərəqəsi, 1 saylı X9 tərtib edilmiş 17 oktyabr 2023-cü il tarixli Osaküçə meşəbəyiliyinin 4 saylı dolayının 3-cü kvartalında yerləşən meşə örtüyü ilə əhatə olunmayan 0,50 ha torpaq sahəsinin Şahid1 istifadəsinə verilməsi barədə olan akt və həmin aktın üzərinə tikilmiş Mərkəzin direktoru Təqsirləndirilən şəxs1 tərəfindən E.Fətullayevə ünvanlanmış “xahiş edirəm müvafiq tədbir görün məzmununda” göstəriş qeyd edilmiş dərkənar vərəqəsi, "xxxx" ASC-nin 20 noyabr 2023-cü il tarixli, 2023/111/12597 nömrəli məktubuna əsasən göndərilmiş bir ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçilərlə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün, məhkəmənin qərarı ilə onların məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə onlara, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi və tərcüməçinin tərcümə xidmətləri ilə ilə bağlı təqdim etdikləri hesabatlara uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Bu mənada cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 176 (bir yüz yetmiş altı) manat məbləğdə pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər, yəni hər birindən ayrı-ayrılıqda 88 (səksən səkkiz) manat məbləğdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarları, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəaları, habelə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası, Avropa İnsan Hüquqları Məhkəməsinin ayrı-ayrı işlər üzrə qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180, 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,311.3.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə təyin olunmuş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə əsas cəzası şərti hesab olunsun və ona 3 (üç) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, davranışı ilə islah olunmasını sübut etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 sınaq müddəti ərzində üzərində nəzarət etmək yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və bu cəzanın icrası məsul orqan tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-182-ci maddələrinin tələblərinə uyğun olaraq həyata keçirilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə əlavə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Müəyyən vəzifə tutma hüququndan məhrum etməyə dair əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun və bu cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 28-33-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Qanuni nümayəndə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 176 (bir yüz yetmiş altı) manat məbləğdə pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər, yəni hər birindən ayrı-ayrılıqda 88 (səksən səkkiz) manat məbləğdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokuru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsində iş üzrə toplanmış materiallara əlavə edilmiş müvafiq səs yazısı, əməliyyat görüntüləri və 30 oktyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokola əlavə edilmiş üç ədəd “CD” disk, Şahid1 tərəfindən yazılmış 17 oktyabr 2023-cü il tarixli ərizə və həmin ərizənin üzərinə tikilmiş Mərkəzin direktoru Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 ünvanlanmış “xahiş edirəm müvafiq tədbir görün məzmununda” göstəriş qeyd edilmiş dərkənar vərəqəsi, 1 saylı X9 tərtib edilmiş 17 oktyabr 2023-cü il tarixli Osaküçə meşəbəyiliyinin 4 saylı dolayının 3-cü kvartalında yerləşən meşə örtüyü ilə əhatə olunmayan 0,50 ha torpaq sahəsinin Şahid1 istifadəsinə verilməsi barədə olan akt və həmin aktın üzərinə tikilmiş Mərkəzin direktoru Təqsirləndirilən şəxs1 tərəfindən E.Fətullayevə ünvanlanmış “xahiş edirəm müvafiq tədbir görün məzmununda” göstəriş qeyd edilmiş dərkənar vərəqəsi, "xxxx" ASC-nin 20 noyabr 2023-cü il tarixli, 2023/111/12597 nömrəli məktubuna əsasən göndərilmiş bir ədəd “CD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs1 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Esmira Məmmədova Hakimlər Neymət Məmmədov Nahid Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar