Məhkəmə qərarları › İş №1(099)-335/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-335/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-335/2023 25.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, rəsmi olaraq işsiz, evli, Yardımlı rayonu, Zevin kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, 08 avqust 1980-cı il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, rəsmi olaraq işsiz, evli, Yardımlı rayonu, Zevin kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə, eləcə də haqqında icraat ayrılmış başqa şəxslə qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməklə əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq aralarında olan rol bölgüsünə əsasən haqqında icraat ayrımış başqa şəxs külli miqdarda narkotik vasitələr təmiz halda çəkisi 19242,1 qram qurudulmuş marixuananı (bundan sonra- qurudulmuş marixuana) və 700 ədəd həb şəklində narkotik vasitə olan təsir maddəsinin miqdarı 28 qram metadonu (bundan sonra- metadon) İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitələri 03 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində Yardımlı rayonu Zevin kəndi ərazisində Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 15-ci sərhəd zastavasının 21-ci sahəsində mühəndis texniki çəpərindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirərək mühəndis texniki çəpərin Azərbaycan Respublikası tərəfində olan Təqsirləndirilən şəxs2 verdikdən sonra, aralarında olan razılaşmaya görə ətrafı müşahidə etmək üçün kənarda pusquda durmuş cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 da həmin əraziyə gəldikdən sonra Təqsirləndirilən şəxs2la birlikdə həmin yerdə olan içərisində təmiz halda çəkisi 19242,1 qram külli miqdarda qurudulmuş marixuana və 700 ədəd həb şəklində təsir maddəsinin miqdarı 28 qram metadon olan iki ədəd qara rəngli bağlamanı qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən 03 sentyabr 2022-ci il tarixdə, saat 14 radələrində Dövlət Sərhəd Xidməti əməkdaşlarının onlara tərəf yaxınlaşdığını bilib içərisində qeyd olunan külli miqdarda narkotik vasitələr olan bağlamaları yerə atmaqla Təqsirləndirilən şəxs1 ilə birlikdə hadisə yerindən qaçaraq uzaqlaşmış, aparılan axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 05 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində Yardımlı rayonu, Zevin kəndi ərazisində saxlanılmışlar. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bu səhv əməli törətmişdir, lakin həmin narkotik vasitələri satış məqsədi olmamışdır. Həmin narkotik vasitəni götürüb müəyyən bir pul miqdarında bir yerə qoymaq məqsədi olmuşdur. İranlı Mehdi adlı şəxslə sosial şəbəkə vasitəsi ilə tanış olmuş, sonuncu ona narkotik vasitə təklif etmiş, lakin o, razılaşmamışdır. Bir neçə gün sonra “Mehdi” adlı şəxs ona zəng etmiş və narkotik vasitə göndərməyi təklif etmiş və ehtiyacı olduğundan o, “Mehdi” adlı şəxslə razılaşmış, Təqsirləndirilən şəxs1 da bu barədə məlumat vermiş və Zaur da onunla razılaşmışdır. İranlı şəxsin göndərdiyi narkotik vasitəni əldə edib Cəlilabad rayonu ərazisinə qoymaq məqsədləri olmuş və bunun müqabilində “Mehdi” adlı şəxs onlara 4.000 manat pul verəcəyini bildirmişdir. Həmin pulu da Təqsirləndirilən şəxs1la yarı bölməyə razılaşmışlar. Təqsirləndirilən şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, İranlı “Mehdi” adlı şəxslə özü danışmış, hadisədən bir gün əvvəl bu barədə Zaura məlumat vermiş və Zaur da onunla razılaşmışdır. Aralarında razılaşma belə olmuşdur ki, sərhəddə narkotik vasitəni qəbul edib Cəlilabad rayonuna deyiləcək yerə qoyacaqdılar. Narkotik vasitə olan bağlama ilə sərhəd telləri arasında təxminən 100 metr məsafə olmuşdur. “Mehdi” adlı şəxs 20 kq qurudulmuş marixuana göndərəcəyini demişdi, lakin orada metadon həblərinin olması barədə məlumatı olmamışdır. Sərhəd xidməti əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zor tətbiq edilməmiş, döyülməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 əməlindən peşman olduğunu, sərhəddə olmadığını, himayəsində iki azyaşlı uşağı və xəstə anası olmasını, qızının müalicəsinə pul lazım olduğu üçün bu cinayəti törətdiyini, islah olunmasını nəzərə alıb və ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı müvafiq olaraq 06 və 07 sentyabr 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü, məhkəmə istintaqında qeyd etdiyi kimi ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilmiş, lakin məhkəmə istintaqında göstərdiyindən fərqli olaraq göstərmişdir ki, təxminən 2022-ci ilin mart ayında Rəhman adlı tanışı vasitəsi ilə iranlı Mehdi adlı şəxslə “WhatsApp” mobil tətbiqi üzərindən tanış olmuş, Mehdi adlı şəxslə qeyd olunan vaxtda tanış olsa da sonuncu ilə həmin vaxtdan sonra saxlanılmasından təqribən iki ay əvvələdək heç vaxt danışığı olmamışdır. Saxlanılmasından təxminən iki ay öncə Mehdi adlı şəxs istifadəsində olan “+98-***-***-**-**” saylı mobil nömrədən özünün istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəsində olan “WhatsApp” mobil tətbiqinə zəng edərək ona qaçaq yolla İran İslam Respublikasından göndərəcəyi narkotik vasitəni əldə edib onun deyəcəyi yerə qoymasını təklif etmiş və bunun qarşılığında pul təklif etmiş, lakin həmin vaxt Mehdinin təklifi ilə tutulacağından qorxması səbəbindən razılaşmamış, bundan sonra Mehdi ona daha zəng etməmişdir. Sonuncu dəfə 03 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində Mehdi adlı şəxs özünün “+98-***-***-**-**” saylı mobil nömrəsindən onun istifadəsində olan “***-***-**- **” saylı mobil nömrədə olan “WhatsApp” mobil tətbiqinə zəng edərək qaçaq yolla İran İslam Respublikasından göndərəcəyi narkotik vasitəni əldə edib onun deyəcəyi yerə qoymasını təklif etmiş və bunun qarşılığında 4000 (dörd min) manat pul verəcəyini bildirmiş, həmin vaxt qızının gözdən əlilliyi ilə bağlı müalicəyə pul lazım olduğundan Mehdinin təklifi ilə razılaşmalı olmuş, Mehdidən göndərəcəyi narkotik vasitənin nə olacağını, çəkisinin nə qədər olacağını və həmin narkotik vasitələri haraya qoyacağını, yaxud kimə verəcəyini maraqlandıqda Mehdi özünün tanışı vasitəsi ilə içərisində narkotik vasitələr olan iki ədəd bağlama göndərəcəyini, həmin bağlamalarda təqribi çəkisi 20 kiloqram olmalı olan “nəşə”, yəni qurudulmuş marixuana və bir neçə qablaşmada üzərində “M/40” yazısı olmalı olan metadon dərman preparatları olacağını demişdir. Həmin narkotik vasitələri kimə verəcəyini soruşduqda isə Mehdi ona qeyd olunan narkotik vasitələri Cəlilabad rayonunun girişində hansısa bir yerə qoymasını, həmin yerin şəklini və konumunu ona göndərməsini, bundan sonra həmin narkotik vasitələri qoyulduğu yerdən Nərmin adlı, bildiyi qədər Gürcüstan vətəndaşı olmalı olan qadının əldə edəcəyini demişdir. Mehdi həmin iki ədəd bağlamanı götürmək üçün getdiyi zaman özü ilə əlavə olaraq bir nəfər şəxs də aparmasını demiş, Mehdi ilə telefonla danışdığı zaman yanında həmkəndlisi olan Təqsirləndirilən şəxs1 da olmuş, sonuncu, Mehdi ilə olan bütün danışıqlarını eşitmişdir. Mehdi ilə danışıb qurtardıqdan sonra Zaur ona narkotik vasitələri əldə etmək üçün özü ilə aparmaq üçün adam axtarmamasını, onu da özü ilə aparmasını demiş, sadəcə olaraq şərti ondan ibarət olmuşdur ki, Mehdinin bu işə görə ona verəcəyi 4000 (dörd min) manat pulu onunla yarı bölsünlər. O, Zaurla razılaşmış və Mehdinin göndərəcəyi narkotik vasitələri əldə etmək üçün sonuncu ilə birlikdə hərəkət etmişdir. 03 sentyabr 2022-ci il tarixdə saat təxminən 14 radələrində Mehdinin qaçaq yolla bir nəfər iranlı ilə göndərəcəyi içərisində narkotik vasitələr olan bağlamanı əldə etmək üçün Zevin kəndi istiqamətindən sərhəd xəttinə doğru Zaurla birlikdə irəliləmişlər. Həmin vaxt Mehdi zəng edərək adamının narkotik vasitələri götürəcəkləri yerə gətirdiyini demiş, bu vaxt İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində bir nəfər şəxsin hərəkət etdiyini Zaurla birlikdə görmüşlər. Həmin şəxsin Mehdinin adamı olduğunu təxmin etmişlər, belə ki, qeyd olunan şəxsin əlində iki ədəd bağlama olmuşdur. Bu vaxt Zaur əraziyə nəzarət edərək müşahidə aparması üçün nisbətən hündür yerdə durmuş, o isə narkotik vasitələri gətirən şəxsə doğru hərəkət etmiş, mühəndis texniki çəpərin yaxınlığına gəldikdə Mehdinin adamı olan, əvvəllər tanımadığı şəxs birinci bağlamanı çəpərin altından ona vermiş, ikinci bağlamanı da həmin yerdən vermək istədikdə bağlama böyük olduğundan məftillərə ilişmiş və həmin adam bağlamanı məftillərin üzərindən ona doğru atmışdır. Bundan sonra həmin şəxs ərazidən uzaqlaşaraq İran İslam Respublikasına doğru hərəkət etmiş, o isə həmin iki ədəd bağlamaları götürüb Zaura doğru hərəkət etmişdir. Bu vaxt bağlamaları daşımaqda kömək etmək üçün Zaur da ona doğru gəlmiş, bir-birilərinə doğru irəlilədikləri zaman Zaur olduqları istiqamətdə hərbi maşının gəldiyini demiş və həmin vaxt tutulacaqlarından qorxub dərhal əlində olan bağlamaları yerə tullamış və Zaurla birlikdə Zevin kəndi istiqamətində qaçmışlar. Sərhədçilər onları təqib etsələr də tuta bilməmişlər, lakin 05 sentyabr 2022-ci il tarixdə evinə sərhədçilər və polis əməkdaşları gələrək onu saxlamışlar. Saxlanıldıqdan sonra onunla sorğu-sual aparılarkən səmimi olaraq hər şeyi etraf etmişdir. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, gündüz saatları olduğuna görə sərhədə getməyə razılıq verməmişlər. İranlı şəxslə danışıqları elə olmuşdur ki, həmin narkotik vasitəni İranlı şəxs kəndə gətirəcəkdi, lakin yükü ağır olduğundan narkotik vasitəni kəndə gətirə bilməyib sərhəd çəpərinin yaxınlığına qoymuş və geri qayıtmışdır. O, da həmin narkotik vasitə olan torbaları sərhədin yaxınlığından götürmüşdür, lakin həmin torbaları iranlı şəxsdən sərhəd məftillərinin arasından qəbul etməmiş, iranlı şəxs torbalardan birini sərhəd məftilinin yuxarısından ona atmamışdır. Sərhədçilər belə dedikləri üçün o, bu məzmunda ifadə vermişdir. Qeyd edilənlərdən başqa ifadəsinin qalan hissəsini tam təsdiq edir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, sərhəddə getməmiş, kəndin kənarında gözləmiş, iranlı şəxslə də heç vaxt danışmamışdır. Narkotik vasitəni götürmək üçün sərhəd məftillərinin yanına Təqsirləndirilən şəxs2 getmiş, o, isə təpənin üzərində hündür yerdə durub ətrafa nəzarət etmişdir. Elmir gedən günü ona bu hadisə barədə məlumat vermiş, ona da pul lazım olduğundan Elmirlə razılaşmışdır. Özü heroindən istifadə etmişdir. Elmirin də narkotik vasitə heroindən istifadə etdiyini bilmişdir. Həmin narkotik vasitələri iranlı şəxsin dediyi yerə qoymaları müqabilində iranlı şəxs onlara 4000 manat pul vəd etmiş və Təqsirləndirilən şəxs2 həmin pulu onunla bölməyi təklif etmiş, o, da Təqsirləndirilən şəxs2la razılaşmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 bilməyərəkdən bir səhv nəticəsində bu cinayəti törətdiyini, iki azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 03 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evdən çıxıb “Tutdağ bulağı” deyilən ərazi istiqamətində hərəkət etdiyində aralıdan, yəni sərhəd istiqamətindən Zevin kəndi ərazisinə doğru iki nəfər şəxsin itisurətlə qaçdıqlarını, həmin şəxsləri isə sərhədçilərin təqib etdiklərini görmüşdür. Həmin vaxt bu hadisə diqqətini çəkdiyindən qaçan şəxslərin kim olduğunu bilmək üçün dəqiqliklə baxdıqda onların həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduqlarını görmüş, onlar qaçıb Zevin kəndi ərazisinə girib gözdən itmişlər. Bu vaxt sərhədçilər Elmirlə Zauru saxlaya bilmədiklərindən ona yaxınlaşaraq qaçan şəxslərin kim olduqlarını görüb-görmədiyini maraqlandıqlarında sərhədçilərə qaçıb kənd ərazisinə girən iki nəfər şəxsin həmkəndliləri olan Elmir və Zaur olduğunu bildirmişdir. Bundan sonra onu sərhəd zastavasına aparmışlar və o, gördüyü hadisə barədə sərbəst olaraq səmimi şəkildə izahat vermişdir. Elmirlə Zaur qaçan zaman demək olar ki, bərabər qaçırmışlar, sonuncuların arxası ilə hərəkət edən sərhədçilərlə aralarında təxminən 200 metr məsafə olmuşdur. Elmirlə Zaurun qaçdıqlarını gördüyü zaman sonuncuların əlində hansısa bir əşya, yaxud bağlama görməmiş, onların əlindən hansısa bağlamanı atdıqlarının şahidi olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi tanımamış, sadəcə olaraq narkotik vasitə istifadə etdiklərini kənd camaatından eşitmiş, onların istifadə etdikləri narkotik vasitələri haradan və kimdən əldə edib istifadə etdikləri barədə hər hansısa bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 03 sentyabr 2022-ci il tarixdə onu və Şahid7 N nömrəli hərbi hissənin 15-ci sərhəd zastavasının inzibati binasına hal şahidi kimi dəvət etmişlər. Bundan sonra onlara hüquq və vəzifələri izah olunmuş, razılıqları olduqdan sonra baxış başlanılmışdır. Sonra zastavanın otağında olanda torbalara baxış keçirilmiş və təxminən orada 15-20 kiloqram qurudulmuş marixuana olduğu bildirilmişdir. Həmçinin orada həb formasında dərmanlar da görmüş, lakin həmin dərmanların nə olmasını bilməmişdir. 05 sentyabr 2022-ci il tarixdə onunla ürsəl Lətifovu yenidən hal şahidi kimi dəvət edib hadisə yerindən qaçan iki nəfər Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılıdığını bildirib, həmin işlərin iştirakı ilə bağlamalara baxış keçirmişlər. Hazırda məhkəmə iclasında monitorda gördüyü şəxslər də həmin baxışda iştirak etmiş, həmin torbaların onlara aid olmasını bildirmişlər. Həmin şəxslərə qarşı hər hansı fiziki təzyiq edilməsini görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 da Şahid8 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DSX-nin hərbi qulluqçusu, kapitan Şahid5 ifadəsində göstərdi ki, 03 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində 15-ci sərhəd zastavasının rəisi kapitan Şahid4 onunla əlaqə saxlayıb həmin sərhəd zastavasının 21-ci sahəsi istiqamətində “KS-205K” işarəverici qurğusundan siqnal daxil olduğunu və həmin sahədən Zevin kəndi istiqamətində iki nəfər şəxsin qaçdığını bildirmişdir. Bundan sonra onlar sərhəd komendantlığının ehtiyyat qüvvəsi ilə birlikdə Zevin kəndi istiqamətində axtarış tədbirləri aparan zaman Zevin kənd sakini Şahid6 qeyd olunan şəxslərin qaçdığı istiqamətdə olduğunu görüb həmin şəxsə yaxınlaşaraq qaçan şəxsləri görüb-görmədiyini maraqlandıqlarında Şahid6 qaçan iki nəfər şəxsləri gördüyünü, həmin şəxslərin Zevin kənd sakinləri olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduqlarını bildirmişdir. Bundan sonra adları qeyd olunan şəxslərin axtarışına başlanılmış, axtarış tədbirləri gedən zaman Zaur və Elmirin Zevin kəndi ərazisində olan qəbiristanlıqda gizlənmələri barədə məlumat daxil olmuş, həmin məlumatın dəqiqləşdirilməsi məqsədilə gizir Şahid9 ilə qəbiristanlığa getdiklərində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kolluqda gizlənmələrini görüb həmin şəxsləri saxlamaq üçün “Dayan, dur!” çağırış komandası verdiklərində adları qeyd olunan şəxslər ərazidən qaçıb uzaqlaşmışlar. Bundan sonra həmin şəxslərin arxası ilə hərəkət etdiklərində qaçıb ərazidən uzaqlaşan zaman Zaurun üzərindən “Xiaomi” markalı mobil telefon düşmüşdür. Bundan sonra 05 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Zevin kəndində yerləşən evində gizləndiyi barədə məlumat daxil olmuş, Yardımlı RPŞ-in əməkdaşları ilə birlikdə ilkin olaraq Təqsirləndirilən şəxs2 saxlamışlar. Elmirin saxlanılmasından bir qədər sonra isə Təqsirləndirilən şəxs1 saxlanılmışdır. İlkin sorğu-sual zamanı Elmir və Zaur 15-ci sərhəd zastavasının arxa istiqamətində içərisində narkotik vasitələr olan bağlamaları əldə etmək üçün getdiklərini, sərhədçiləri gördükdən sonra isə bağlamaları atıb ərazidən uzaqlaşdıqlarını bildirmişlər. O, narkotik vasitələrin aşkar edildiyi yeri görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DSX-nin hərbi qulluqçusu Şahid9 da Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DSX-nin hərbi qulluqçusu, kapitan Şahid4 ifadəsində göstərdi ki, 03 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində rabitə növbətçisi ona yaxınlaşaraq sərhəd zastavasının 21-ci sahəsi istiqamətində “KS- 205K” işarəverici qurğusundan siqnal gəldiyini bildirmiş, o, dərhal sərhəd zastavasının şəxsi heyətini “Silaha” komandasına qaldırmış, komanda üzrə siqnalın daxil olduğu ərazi istiqamətində hərəkət etmişlər. Onun rəhbərliyi altında xidməti avtomobillə “Həyəcan qrupu”nun tərkibində qeyd olunan sahə istiqamətində hərəkət edərkən iki nəfər şəxsin mühəndis texniki çəpərdən Zevin kəndi istiqamətində qaçdıqlarını müşahidə etmiş, siqnalın daxil olduğu hadisə yerinə çatdıqdan sonra isə şəxsi heyəti “axtarış qrup”larına bölmüş, hərbi qulluqçu Şahid1la birlikdə nəzarət iz zolağını yoxladıqları zaman nəzarət iz zolağında bir nəfər şəxsə məxsus ayaq izlərinin İİR-AR istiqamətində və əks istiqamətdə olmasını, nəzarət iz zolağında bir ədəd mobil telefonun olmasını və mühəndis texniki çəpərin əyilməsini aşkar etmiş, digər axtarış qrupu isə Zevin kəndi istiqamətində qaçan şəxslərin arxası ilə getmişdir. Nəzarət iz zolağında olan izlərlə hərəkət etdikləri zaman bir nəfər şəxsin dövlət sərhədindən qanunsuz yolla İran İslam Respublikası istiqamətində keçdiyini və müqabil ölkə ərazisində olan traktora minərək ərazidən uzaqlaşdığını görmüşlər. Bir qədər sonra digər qrupun başçısı kiçik çavuş Allahverdi Axundzadə rabitə vasitəsi ilə əlaqə saxlayıb mühəndis texniki çəpərdən 100-150 metr aralıda iki ədəd qara rəngli bağlama aşkar etdiklərini bildirmiş, o, da aidiyyəti üzrə məlumat vermişdir. Lakin həmin şəxslərin tutulmasında iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DSX-nin hərbi qulluqçusu, əsgər Şahid1 da Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DSX-nin hərbi qulluqçusu, əsgər Şahid2 ifadəsində göstərdi ki, 03 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində rabitə növbətçisi zastava rəisi kapitan Şahid4 yaxınlaşaraq sərhəd zastavasının 21-ci sahəsi istiqamətində “KS-205K” işarəverici qurğusundan siqnal daxil olduğunu bildirmiş, kapitan Şahid4 dərhal sərhəd zastavasının şəxsi heyətini “Silaha” komandasına qaldırmış və şəxsi heyət komanda üzrə siqnalın daxil olduğu ərazi istiqamətində hərəkət etmişlər. Siqnalın daxil olduğu hadisə yerinə çatdıqdan sonra zastava rəisi ərazidə şəraiti qiymətləndirərək şəxsi heyəti “axtarış qrup”larına bölmüşdür. Zastava rəisinin rəhbərliyi altındakı axtarış qrupu nəzarət iz zolağını yoxladığı vaxt kiçik çavuş Allahverdi Axundzadənin rəhbərliyi altındakı axtarış qrupu isə Zevin kəndi istiqamətində qaçan şəxslərin arxası ilə hərəkət etmişlər. Mühəndis texniki çəpərdən çöl istiqamətə baxış keçirən zaman iki nəfərə məxsus ayaq izinin mühəndis texniki çəpər istiqamətində və əks istiqamətdə olmasını aşkar etmişlər. Zevin kəndi istiqamətində irəlilədikləri zaman mühəndis texniki çəpərdən 100-150 metr aralıda iki ədəd qara rəngli bağlama aşkar etmişlər və iki nəfər şəxsin qaçaraq Zevin kəndi istiqamətində getdiklərini görmüşlər. Dərhal bu barədə aidiyyəti üzrə rabitə vasitəsilə zastava rəisinə məlumat verilmiş, sonradan onlara məlum olmuşdur ki, tərəflərindən ərazidə aşkar edilmiş bağlamalarda müxtəlif növlü narkotik vasitələr olmuş və həmin narkotik vasitələrə görə Zevin kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DSX-nin hərbi qulluqçusu, əsgər Şahid3 da Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - DSX-nin vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022ci il tarixdə saat 13:48-də 15-ci sərhəd zastavasının 21-ci sahəsindən KS-205k işarəverici qurğudan daxil olmuş siqnala əsasən sərhəd zastavası “Silaha” komandasına qaldırılmış, ərazidə axtarış zamanı 1 ədəd mobil telefon və 90 nömrəli sərhəd nişanından 600 metr solda, dövlət sərhəd xəttindən 900 metr aralı, mühəndis texniki çəpərindən 100 metr arxa istiqamətdə iki ədəd qara rəngli bağlama aşkar edilmişdir. Aşkar edilmiş izləri təqib edən sərhəd naryadı iki nəfər şəxsin qaçaraq Zevin kəndi istiqamətinə getməsini müşahidə etmiş, kənd sakinləri ilə sorğu zamanı həmin şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmişdir. (İ cild, i.v. 7) - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin Yardımlı rayonu ərazisində yerləşən 15-ci sərhəd zastavasının 21-ci sahəsidir. 21-ci sahədə Azərbaycan Respublikası istiqamətində Yardımlı rayonu Zevin kəndi yerləşir. 15-ci zastavadan Zevin kəndinə qədər olan məsafə 700 metrdir. İran İslam Respublikası istiqamətində İİR-ın Germi rayonu, Həməşan kəndi yerləşir, oraya qədər məsafə 600 metrdir. Əraziyə baxış zamanı dövlət sərhəd xəttində, sərhədboyu zolaqda bir nəfərə məxsus ayaq izlərinin İİR istiqamətindən Azərbaycan Respublikası istiqamətinə hərəkət etməsi və geriyə qayıtması müşahidə olunur. Mühəndis texniki çəpərinə baxış zamanı 69-70-ci dirəklər arasında 1 və 2-ci tellərin əyilməsi müşahidə olunur. Nəzarət iz zolağının kənarında bir ədəd qara rəngli mobil telefon varıdr. Mühəndis texniki çəpərdən çöl istiqamətə baxış zamanı iki nəfərə məxsus ayaq izlərinin Azərbaycan Respublikası istiqamətindən mühəndis texniki çəpəri istiqamətinə və geriyə hərəkət etməsi müşahidə olunur. Mühəndis texniki çəpərdən 100 metr aralı iki ədəd qara rəngli bağlama aşkar olundu. (İ cild, i.v. 15-19) - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin Yardımlı rayonu Zevin kəndinin yoludur. Həmin yolda yaşayış evləri istiqamətində bir ədəd “XİAOMİ” markalı qara rəngli, smartfon tipli telefon aşkar olunmuşdur. ( İ cild, i.v. 20-21) - “Aşkar edilmiş predmetə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 15-ci sərhəd zastavasının 21-ci sahəsində aşkar edilmiş iki ədəd qara rəngli bağlamalara baxış keçirilmiş, həmin bağlamalara baxış keçirilən zaman içərisindən bükümlə birlikdə çəkisi 20400 qram olan kəskin qoxulu, ot şəkilli, marixuanaya bənzər maddə və 71 ədəd konvolyutda üzərində “Metadon 40” yazısı olan həblər aşkar olunmuşdur. (İ cild, i.v. 22-24 ) - DSX-nin vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022ci il tarixdə saat 12:15 radələrində əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmışlar. (İ cild, i.v. 38) - “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 05 sentyabr 2022-ci il tarixdə saat 12:50-də İXM-nin 570-ci maddəsində göstərilmiş inzibati xətanı törətdiyindən tutulmuşdur. (İ cild, i.v. 40 ) - “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində hər hansı predmet aşkar olunmamışdır. (İ cild, i.v. 41-42) - “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 05 sentyabr 2022-ci il tarixdə saat 13:20-də İXM-nin 570-ci maddəsində göstərilmiş inzibati xətanı törətdiyindən tutulmuşdur. (İ cild, i.v. 47 ) - “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən bir ədəd Samsung markalı mobil telefon aşkar olunmuşdır. (İ cild, i.v. 48-49) - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 15-ci sərhəd zastavasının 21-ci sahəsidir. Həmin istiqamətdə baxış keçirilən zaman saxlanılmış Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 03 sentyabr 2022-ci il tarixdə qeyd olunan yerdən aşkar edilərək götürülmüş bağlamaların onlara məxsus olduğunu, həmin bağlamalarda narkotik vasitə olduğunu, həmin bağlamaları əraziyə hərbi qulluqçuların gəldiyini görüb ataraq qaçdıqlarını bildirmişlər. (İ cild, i.v. 53-54) - “Aşkar edilmiş predmetə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 N nömrəli hərbi hissənin 15-ci sərhəd zastavasının 21-ci sahəsindən aşkar edilərək götürülmüş iki ədəd qara rəngli bağlamalara baxış keçirilən zaman içərisindən aşkar edilmiş bükümlə birlikdə çəkisi 20400 qram olan kəskin qoxulu, ot şəkilli, marixuanaya bənzər maddənin və 71 ədəd konvolyutda üzərində “Metadon 40” yazısı olan həblərin onlara məxsus olduğunu bildirmişlər. (İ cild, i.v. 55-57) - məhkəmə fiziki kimyəvi ekspertizasının 06 sentyabr 2022-ci il tarixli, 6/4820 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “2003 №-li Hərbi Hissə Liter L” dairəvi möhür əksi olan, bir ədəd qara rəngli sintetik torbada olan bir ədəd sellofan paketdə ümumi sayı 700 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər narkotik vasitə olan – metadondur, 700 ədəd metadonun təsir maddəsinin ümumi miqdarı 28 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. (İ cild, i.v.67-71 ) - məhkəmə bioloji ekspertizasının 06 sentyabr 2022-ci il tarixli, 7/986 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş iki ədəd qara rəngli sintetik torbada ümumilikdə on dörd ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış bükümlərdə olan qurudulmuş marixuananın ümumi təmiz çəkisi 19242,10 qram təşkil edir. (İ cild, i.v.72-75 ) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 07 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 139-140) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 07 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 150-151) - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)-341/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (İ cild, i.v. 189-192) - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)-342/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (İ cild, i.v. 193-196) - 07 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq edilən cinayət işinin ibtidai istintaqının davam etdirilməsi DSX-nin İstintaq və Təhqiqat İdarəsinə həvalə edilmişdir. (İ cild, i.v. 249-250) - Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən alınmış sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs2 2018 və 2019-cu illərdə dövlət sərhədindən 2 halda İİR istiqamətinə hərəkəti qeydə alınmışdır. (İİ cild, i.v. 05) - Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən əməliyyat tapşırığına verilmiş cavabda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissənin 15-ci sərhəd zastavasının 21-ci sahəsində aşkar olunmuş narkotik vasitələri əraziyə 1995-ci il təvəllüdlü İİR vətəndaşı, Germi şəhəri Üçağac kənd sakini X8 tərəfindən gətirilməsi, həyata keçirilmiş tədbirlər zamanı saxlanılmış Təqsirləndirilən şəxs2 narkotik vasitələri götürdükdən sonra iranlı tərəfindən deyiləcək ünvana aparılacağının öyrənildiyi göstərilmişdir. (İİ cild, i.v. 56) - “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 14 oktyabr 2022-ci il tarixli qərarlardan görünür ki, Səbail Rayon Məhkəməsinin inzibati binasında keçirilən məhkəmə iclası zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qaldıqlarını bildirdiklərindən həmin fakt üzrə Yardımlı rayon Prokurorluğunda ilkin yoxlama aparılmış və onlara qarşı fiziki zor tətbiq edilməsi faktı təsdiq edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. (İİ cild, i.v. 74-79; 80-83) - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)-570/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 (üç) ay müddətinə, yəni xx.xx.2022-ci il tarixdək uzadılmışdır. (İİ cild, i.v. 113-116) - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)-570/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 (üç) ay müddətinə, yəni xx.xx.2022-ci il tarixdək uzadılmışdır. (İİ cild, i.v. 117-120) - “Mobil telefona baxış keçirilməsi haqqında” 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1na məxsus «Xiaomi» markalı qara rəngdə mobil telefonda Azercell operatoruna məxsus “***-***-**-**” saylı mobil nömrə olmuş, həmin mobil nömrədə olan “WhatsApp” proqramına baxış keçirilən zaman xx.xx.2022-ci il tarixdə mobil telefonun yaddaşında adı qeyd edilməmiş şəxsin istifadəsində olan “+98-***-***-**- **” saylı nömrədən saat 14 radələrində göndərilmiş dörd ədəd səs yazısı olması aşkar olunmuş, həmin səs yazılarında Təqsirləndirilən şəxs1 20 kiloqram “malı” götürüb getdiyinə və deyilən ünvana çatdırmadığına görə hədə-qorxu dolu və nalayiq ifadələr olması müəyyən edilmişdir. Bundan başqa, qeyd olunan mobil telefondakı nömrənin “WhatsApp” proqramının zənglər bölməsinə baxış keçirilən zaman həmin mobil nömrədən xx.xx.2022-ci il tarixdə istintaqa məlum olmayan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı mobil nömrəyə “gedən”, lakin cavablandırılmamış zəng, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə istintaqa məlum olmayan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı mobil nömrəyə “gedən”, “gələn” olmaqla “48, 116, 50, 367, 43, 49, 75, 22, 47, 25” saniyəlik zənglər, xx.xx.2022-ci il tarixdə istintaqa məlum olmayan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı mobil nömrəyə “gedən”, lakin cavablandırılmamış zəngin olması aşkar edilmiş, bundan başqa həmin mobil telefonun zənglər bölməsinə baxış keçirilən zaman adı “İr Mehdi” kimi qeyd edilmiş şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı mobil nömrədən 05-xx.xx.2022-ci il tarixlərdə daxil olmuş, lakin cavablandırılmamış zənglərin olması aşkar edilmişdir. (İİ cild, i.v. 123) - “DVD diskə baxış keçirilməsi haqqında” 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 19 yanvar 2023-cü il tarixli ekspert rəyinə əlavə edilmiş DVD diskə baxış keşirilmişdir. Həmin diskdə “Samsung GSM_SM-N770F_DS Galaxy Not...” adlı qovluğa daxil olduqdan sonra həmin qovluqda olan “files” qovluğunun içərisində “Audio” bölmələrinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən 1 ədəd “01 dəqiqə 46 saniyəlik” audio yazı aşkar edilmiş, həmin audio yazıda iki nəfər kişi cinsli şəxsin aralarında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı danışmaları müəyyən edilmişdir. Həmin şəxslərin aralarında olan danışıqlar “Kişi olar adam, Mehdiyə səs atdı?, hə, Mehdi qulaq asdı genə də şey eləmədi, heç zad yazmadı, demədin böyün sabah iş verər xəbərimiz olmaz, yox ee nelə əlimdə mən qoymuram təsəvvür elə qaçmağa, bilirəm məsələn iş oldu xəbər eliyəcək, mənsiz o iş görməz, Mehdi mənsiz iş görməz, onu bilirəm, ama genədə, sənə görə mənə görə yox ee maşına görə, hə ona görə, şey eliyər də, ama bilərəm ee, bilirsən o mənə demişdi də dedi bayramdan sonra işdiyəciyik, obşim deyirəm də xəbərim olmaz da, ama ola bilməz ee xəbərim olmasın, çünki qulaq as xəbərim olmamağı mümkün deyil nə üçün? onun adamı yoxdu, burda adamı mən düzüb qoşacam da, ama bir iş var məsələn bu yanlarda yük zad tutuldu ondan qorxur, dirəşib oyana atım, mən də deyirəm ədə mən o yəni tanımıram, buruya, haranı?, Beyləqandı, Daşburundu nə bilim nədi, mən dedim adə oranı tanımıram, işi burdan gör ee, uje bir təhər yola gətirmişəm, buralara atılacey başa düşdün, buralara qoyulacey, yox buralara başqa yolu yoxdu, demişəm mən getmiyəcəm, deyib onda arxayınam aa sənə buralarda problem olmuyacaq, dedim adə heç vaxt problem olamaz narahat olma, gətirəcəksən işiyi görəciyik burdan, adam düzüb qoşacıyıq görəcəysən işiyi görəciyik inanırdıdı da yəni problem yoxdu” ibarət olması müəyyən edilmiş, bundan başqa, “Samsung GSM_SM-N770F_DS Galaxy Not...” adlı qovluğa daxil olduqdan sonra həmin qovluqda olan “thumbnails” bölməsinin içərisinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən, oxla işarələnmiş fotoşəkillər olması müəyyən edilmiş, həmçinin də, Təqsirləndirilən şəxs2 istifadəsində olan və “X14 10 Lite” markalı mobil telefona paralel şəkildə baxış keçirilən zaman “Files” qovluğuna daxil olduqda “Şəkillər” bölməsinə baxış keçirilən zaman 02-03 sentyabr 2022ci il tarixlərdə qeydə alınmış iş üçün əhəmiyyət kəsb edən, oxla işarələnmiş fotoşəkillər olması aşkar edilərək həmin fotoşəkillər protokola əlavə edilmişdir. (İİ cild, i.v. 128-131) - 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı, “Galaxy Note 10 Lite” modelli mobil telefon, həmçinin xx.xx.2022-ci il tarixdə hadisə yerinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Xiaomi” markalı mobil telefon və xx.xx.2022-ci il tarixdə nəzarət iz zolağına baxış keçirilən zaman aşkar edilmiş 01 ədəd “Nokia” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin İTİ-nin saxlanc yerinə təhvil verilmişdir. (İİ cild, i.v. 132-133) - xx.xx.2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə “***-***-**-**” (Təqsirləndirilən şəxs1 istifadəsində olan) saylı nömrə arasında xx.xx.2022-ci il tarixdə 1 halda “21” saniyəlik danışığın olması, həmin mobil nömrənin SMS yazışmalarına baxış zamanı isə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə “***-***-**-**” (X4 adına rəsmiləşdirilmiş) saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 09:56-da “Tural ölürəm telefonu aç 50 manatım var başüə dönüm pis gündəyəm”, xx.xx.2022-ci il tarixdə saat 13:28-də “Tural mənim pulumu ver borcum var qoşulub getdin Bakıya söz danışdıq” məzmununda, “***-***-**-**” (Təqsirləndirilən şəxs1 istifadəsində olan) saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***- **-** saylı nömrəyə xx.xx.2022-ci il tarixdə saat 16:28-da “WhatsApp-da söhbət edək” məzmununda SMS yazışmasının olması aşkar edilmişdir. (İİ cild, i.v. 134) - xx.xx.2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin SMS yazışmalarına baxış zamanı həmin mobil nömrə ilə “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə “Zaur mene bir kelme cavab ver pulu verirsen ver mal gelib burdadi, Ay alahsiz cavab verde qayterim mali dala ya ne eleyim” məzmununda, “+98-***-***-**-**” saylı iran operatoruna məxsus mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə “acde bu telfoi mene bir xeber de gorum neyneyim, mene bir soz de he ya yox de men neyneyim niye cavab vermirsen” məzmununda, xx.xx.2022-ci il tarixdə həmin mobil nömrə ilə “vatsapa gir bidene qaqa” məzmununda SMS yazışmasının olması aşkar edilmişdir. (İİ cild, i.v. 163) - Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 oktyabr 2022-ci il tarixli, 6290 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v. 184-185) - Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 oktyabr 2022-ci il tarixli, 6291 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v. 186-187) - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 14 noyabr 2022-ci il tarixli 3008 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur, hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. (İİ cild, i.v. 188-189) - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 14 noyabr 2022-ci il tarixli 3009 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur, hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. (İİ cild, i.v. 190-191) - 08 mart 2023-cü il tarixli qərardan görünür ki, hazırkı cinayət işindən şəxsiyyəti istintaqa “Mehdi” adı ilə məlum olan İİR vətəndaşı və cinayətin digər iştirakçıları barəsində Azərbaycan Respublikası CM-in 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. (İİ cild, i.v. 211-212) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 dövlət sərhədini pozmadığını, “Mehdi” adlı şəxsin dövlət sərhədindən keçirdiyi narkotik vasitəni dövlət sərhədinin yaxınlığında qəbul etdiyini bildirməsi, Təqsirləndirilən şəxs1 isə hər hansı iranlı şəxslə danışmaması, dövlət sərhəddi yaxınlığına gəlməməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadələri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə vermələri əsassız olaraq törətdikləri cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Təqsirləndirilən şəxslər tərəfindən qeyd edilən ifadələr özlərini müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində olan bütün ifadələrində “ ... Zaur əraziyə nəzarət etmək üçün nisbətən hündür yerdə durdu. Mən isə narkotik vasitələri gətirən şəxsə doğru hərəkət etdim. Mühəndis texniki çəpərin yaxınlığına gəldikdə “Mehdi”nin adamı olan, əvvəllər tanımadığım şəxs birinci bağlamanı çəpərin altından mənə verdi. İkinci bağlamanı da həmin yerdən vermək istədikdə bağlama böyük olduğundan məftillərə ilişdi və həmin adam bağlamanı məftillərin üzərindən mənə doğru atdı. “ deyə bildirmişdir. Həmçinin təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 da müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində olan bütün ifadələrində Təqsirləndirilən şəxs2 ifadəsində göstərdikləri ilə eyni məzmunlu ifadə verərək sonuncunun bağlamalardan birini mühəndis texniki çəpərin məftilləri arasından qəbul etdiyini, digər bağlamanı isə iranlı şəxsin çəpərin üstündən ona doğru atdığını, özünün isə kənarda kimsə gəldiyi halda kənarda durub nəzarət etdiyini göstərmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı “Mehdi” adlı şəxslə sosial şəbəkələr vasitəsi ilə danışdığını, sonuncunun göndərəcəyi narkotik vasitəni Təqsirləndirilən şəxs1la birlikdə qəbul edəcəklərini, bunun müqabilində 4000 manat pul alıb böləcəklərini, “Mehdi” adlı şəxsin adamının göndərdiyi narkotik vasitəni mühəndis texniki çəpərin məftilləri arasından qəbul etdiyini göstərmişdir. Onun ifadəsində göstərdiyi hallar isə cinayət işi materiallarında olan digər sübutlar- Təqsirləndirilən şəxs1, şahidlərin ifadələri, “hadisə yerinə baxış keçirilməsi”, “mobil telefona baxış keçirilməsi” haqqında protokollar və digər sübutlar və işin faktiki halları ilə tam təsdiq edilir. Lakin Təqsirləndirilən şəxs2 məhkəmə baxışı dövründə verdiyi ifadəsində dövlət sərhəd xəttini pozmadığını göstərməklə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla- yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin bir hissəsini (iranlı şəxs tərəfindən sərhəddən keçirilmiş narkotik vasitəni qəbul etməsi, həmin narkotik vasitələri mühəndis texniki çəpərin məftilləri arasından keçirməməsi) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadələrini (Təqsirləndirilən şəxs2 ifadəsinin yuxarıda qeyd edilən hissəsi istisna olmaqla) müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiklərinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və ya kənar keçirilməsi, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində isə müvafiq olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və ya daşıma cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş gömrük orqanlarının yerləşdiyi yerlərdən (gömrük məntəqələrindən) kənar və ya iş vaxtından sonra, yaxud da gömrük orqanlarının icazəsi olmadan gətirilməsi və ya aparılması ilə bağlı istənilən qəsdən törədilmiş hərəkətlər qaçaqmalçılıq cinayətinin tərkibini yaradır. Həmin qərarda qeyd edilmişdir ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Hazırkı cinayət işi materiallarından, həmçinin təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi ilə bağlı ilk növbədə “Mehdi” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş və aralarında olan razılığa əsasən narkotik vasitələr şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən Azərbaycan Respublikası gömrük sərhədinə gətirilmiş, Təqsirləndirilən şəxs2 da Azərbaycan Respublikası dövlət sərhədinə- mühəndis texniki çəpərin yanına gedərək məftillərin arasından sonuncunun gətirdiyi bağlamaları qəbul etmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin Azərbaycan Respublikası ərazisinə gətirilməsində həmkəndlisi Təqsirləndirilən şəxs1la da razılaşmış, sonucu isə mühəndis texniki çəpərdən kənarda olan nisbətən hündür ərazidə qalaraq aralarında olan rol bölgüsünə əsasən ətrafa nəzarət etmiş, hər hansı təhlükə olduğu halda Təqsirləndirilən şəxs2 xəbər vermək öhdəliyini öz üzərinə götürmüşdür. Bütun bunlara görə məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd edilən cinayətlərin törədilməsində birgə icraçı kimi iştirak etmişlər. Bundan əlavə qeyd edilməlidir ki, icra olunan hərəkətlərdən asılı olaraq iştirakçıların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının sərhəd xəttindən haqqında cinayət işi ayrılmış başqa şəxs tərəfindən gətirilmiş torbalarda olan narkotik vasitələri mühəndis texniki çəpərin məftilləri arasından çəkib çıxarmaqla, digər bağlamanı isə həmin məftillərin yuxarı hissəsindən qəbul etməklə ona ittiham olunan cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etməklə həmin cinayətlərin törədilməsində icraçı kimi çıxış etmişdir. Təqsirləndirilən şəxs1 isə mühəndis texniki çəpərdən kənarda qalıb ərazini müşahidə etmək, sərhədçilərin həmin əraziyə gəldikləri halda Təqsirləndirilən şəxs2 məlumat vermək barədə sonuncu ilə razılaşmış, Təqsirləndirilən şəxs1 bu hərəkətləri Təqsirləndirilən şəxs2 hərəkətlərini tamamlamış olduğundan Təqsirləndirilən şəxs1 da qeyd edilən cinayətin törədilməsində birgə icraçı kimi çıxış etmişdir. Həmçinin yuxarıda qeyd edilən qərarda qeyd edilmişdir ki, malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi yolu ilə törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan mal və ya əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Şəxsin mal və ya digər əşyaları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməmişdən əvvəl bu barədə məlumat aldıqdan sonra qəbul etməsi əməlində qaçaqmalçılıq cinayətinin tərkib əlamətlərini yaradır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayətkar qrupun İran İR vətəndaşı olan üzvü tərəfindən Azərbaycan Respublikasının sərhəd xəttinə gətirilmiş narkotik vasitəni gömrük nəzarətindən kənar keçirməklə qaçaqmalçılıq cinayətini törətmişlər. Bu səbəbdən iş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayətinə münasibətdə törətdiyi əməl Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bundan əlavə məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin pul qarşılığında külli miqdarda –qurudulmuş marixuana və metadon həblərini qanunsuz olaraq əldə edib, saxlamaq və daşımaqla digər şəxsin deyəcəyi ünvana çatdırmaq niyyətində olmaları, onların məhz həmin maddələrin qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, CM-in 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitəni satış məqsədi ilə əldə etmək üçün öz aralarında və digər şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən kənar yolla keçirilmiş narkotik vasitələri götürərək satış məqsədi ilə saxlamış, daşımışlar. Belə ki təqsirləndirilən şəxslərin ifadələrindən də görünür ki, Təqsirləndirilən şəxs2 iranlı şəxsdən əldə etdiyi narkotik vasitələri sonuncunun dediyi yerə qoyması müqabilində ona 4000 manat pul verməyi vəd etmiş, Təqsirləndirilən şəxs2 bu cinayəti törətməsi barədə Təqsirləndirilən şəxs1 da məlumat vermiş və sonuncu da onunla razılaşmışdır. Həmçinin Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2 narkotik vasitələri götürdüyü yerdən bir neçə metr aralıda nisbətən hündür yerdə duraraq ətrafa nəzarət etməklə cinayətin bilavasitə icraçısı olan Təqsirləndirilən şəxs2 kömək göstərməyə yönəlmiş hərəkətlər etmiş, Təqsirləndirilən şəxs2 narkotik vasitələri götürdükdən sonra da həmin yerə gələrək torbaların daşınmasında sonuncuya kömək etməklə qeyd edilən cinayətin oyektiv cəhətinə aid olan hərəkətləri də bilavasitə icra etmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri özlərinin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı verdikləri etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələri, “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, “Aşkar edilmiş predmetə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollar, digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi ekspertizasının 06 sentyabr 2022-ci il tarixli, 6/4820 nömrəli, məhkəmə bioloji ekspertizasının 06 sentyabr 2022-ci il tarixli, 7/986 nömrəli rəyləri, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, DSX-nin səlahiyyətli əməkdaşının tərtib etdiyi raport, digər sənədlər, “mobil telefona baxış keçirilməsi haqqında” 18 yanvar 2023-cü il tarixli, “DVD diskə baxış keçirilməsi haqqında” 18 yanvar 2023-cü il tarixli protokollar, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkum olunmamışlar . (İ cild, i.v. 131-132) -Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Zevin İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 həmin ərazidə yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət ərizəsi daxil olmamışdır. Ailə tərkibi həyat yoldaşı, xx.xx.2013-cü il təvəllüdlü oğlu və xx.xx.2015-ci il təvəllüdlü qızından ibarətdir. (İİ cild, i.v. 23-25) -Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Zevin İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 həmin ərazidə yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət ərizəsi daxil olmamışdır. Ailə tərkibi həyat yoldaşı, xx.xx.2011-cü il təvəllüdlü qızı və xx.xx.2014-cü il təvəllüdlü oğlundan ibarətdir. (İİ cild, i.v. 26-28) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, hər biri ayrı-ayrılıqda münasibətdə himayələrində iki azyaşlı uşağlarının olması ilə bağlı cəzalarını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən), həmçinin CM-in 61-ci maddəsinə əsasən onların cəzalarını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara, həmçinin təqsirləndirilən şəxslərin cinayətin törədilməsində iştirak dərəcələrinə əsasən təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduqları 05 sentyabr 2022-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 6290 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 6291 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 233 (iki yüz otuz üç) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 233 (iki yüz otuz üç) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DSX-nin İstintaq və Təhqiqat İdarəsinin Maddi sübutları saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 19241,4 qram qurudulmuş marixuana və 680 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut kimi tanınaraq DSX-nin İstintaq və Təhqiqat İdarəsinin Maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 aid “X15 10 Lite” markalı, Təqsirləndirilən şəxs1 aid “Xiaomi” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalı, 01 ədəd “Nokia” markalı mobil telefonun mülkiyyətçisi müəyyən edilmədiyindən və qaytarılması mümkün olmadığından həmin telefon hazırkı cinayət işindən 08 mart 2023-cü il tarixli qərarla ayrılmış və DSX-nin İstintaq və Təhqiqat İdarəsində istintaq edilən ********* №-li cinayət işi materiallarına əlavə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 52-1, 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 05 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 206.3.2-ci, maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 il 06 ay il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 05 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 233 (iki yüz otuz üç) manat məbləğində pul bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DSX-nin İstintaq və Təhqiqat İdarəsinin Maddi sübutları saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 19241,4 qram qurudulmuş marixuana və 680 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq DSX-nin İstintaq və Təhqiqat İdarəsinin Maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 aid “X15 10 Lite” markalı, Təqsirləndirilən şəxs1 aid “Xiaomi” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın, 01 ədəd “Nokia” markalı mobil telefonun mülkiyyətçisi müəyyən edilmədiyindən və qaytarılması mümkün olmadığından həmin telefon hazırkı cinayət işindən 08 mart 2023-cü il tarixli qərarla ayrılmış və DSX-nin İstintaq və Təhqiqat İdarəsində istintaq edilən ********* №-li cinayət işi materiallarına əlavə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar