Məhkəmə qərarları › İş №1(099)-335/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-335/2024

14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-335/2024 14.08.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs1, müdafiəçisi - Bakı şəhəri, 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs X1, müdafəiçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs3, müdafiəçisi Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1982-ci ildə Lənkəran rayonu Avrora qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəilə təqsirli bilinib 1 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasıını tam çəkmiş, məhkumluğu ödənilmiş, Lənkəran rayon Bürcəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 2023-cü ilin iyun ayının əvvəlində tanışı, Bakı şəhər sakini Təqsirləndirilən şəxs3, Lənkəran rayonu, Bürcəli kənd sakini olan qohumu Təqsirləndirilən şəxs2, istintaqa Arif adı ilə məlum olan şəxs və digər şəxslərlə külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin Lənkəran rayonunda əldə edilməsi, saxlanması, Bakı şəhərinə daşınması və satışından qazanc əldə etmələri ilə bağlı əvvəlcədən razılığa gəlib, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə əldə edilmiş razılığa və ümumi niyyətə uyğun olaraq, 12 iyun 2023-cü il tarixdə saat 16 radələrində qrup üzvü Təqsirləndirilən şəxs3 ilə birlikdə istifadəsində olan “Toyota Prius” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən çıxıb, həmin gün saat 20 radələrində Lənkəran rayonu, Bürcəli kəndinə gəlmiş, orada qrupun digər üzvü Təqsirləndirilən şəxs2 ilə görüşüb, külli miqdarda narkotik vasitələri və psixotrop maddəni götürəcəkləri ərazi və vaxt barədə öz aralarında və “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlamaqla qrup üzvü Arif adlı şəxslə razılığa gəldikdən sonra əvvəlcədən razılaşdıqları kimi Arif adlı qrup üzvünün tapşırığı ilə qrup üzvü olan digər şəxslərin istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri 2 (iki) ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 1520,0 qr və 1080,0 olmaqla, ümumi təmiz çəkisi 2600,0 qram olub külli miqdar təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə heroini, 1 (bir) ədəd bağlamada, təmiz çəkisi 2130,0 qram olub külli miqdar təşkil edən, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuananı və 1 (bir) ədəd bükülüdə təmiz çəkisi 480,0 olub külli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini 12 iyun 2023-cü il tarixdə köhnə Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu, Göyşaban kəndinin ərazisindən keçən hissəsində üzərində sürət həddini göstərən 70 yazısı həkk olunmuş dəmir lövhə nişanın yanında gizlətdikdən sonra, saat 22 radələrində Arif adlı qrup üzvündən həmin narkotik vasitələrin və psixotrop maddənin gizlədildiyi yer barədə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə məlumat alıb, əvvəlcədən razılaşdıqları kimi 13 iyun 2023-cü il tarixdə gecə saat 00:00 radələrindən etibarən özünün idarə etdiyi “Toyota Prius” markalı avtomobildə qrup üzvləri avtomobilin ön sərnişin oturacağında əyləşmiş Təqsirləndirilən şəxs3 və arxa sərnişin oturacağında əyləşmiş Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik vasitələrin və psixotrop maddənin gizlədildiyi, Lənkəran rayonu, Göyşaban kəndindən keçən avtomobil yolundakı üzərində sürət həddini göstərən 70 yazısı həkk olunmuş dəmir lövhənin yanına çatıb, aralarında olmuş ümumi niyyətə uyğun olaraq qrup üzvü Təqsirləndirilən şəxs2 avtomobildən düşüb dəmir lövhənin yanında gizlədilmiş sarı rəngli torbanın içərisində qeyd olunan çəkidə və bağlamalarda narkotik vasitələr heroin, qurudulmuş marixuana və psixotrop maddə metamfetamini götürüb avtomobilə əyləşmiş, birlikdə torbaya baxış keçirib, onların Arif adlı qrup üzvünün qoydurduğu maddələr olduğuna əmin olduqdan sonra hər üçü həmin çəkidə və bükümlərdə narkotik vasitələri və psixotrop maddəni əldə edib, salonunda olduqları “Toyota Prius” markalı avtomobilin yük yerində saxlayaraq, üzü Bakı şəhəri istiqamətində daşıyarkən, Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının həmin tarixdə saat 00:30 radələrində keçirdikləri əməliyyat tədbirləri nəticəsində idarə etdiyi avtomobildə Lənkəran rayonu, Göyşaban kəndində hərəkətdə olduqlarıvaxt saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına aparılmış, şöbənin həyətində iştirakları ilə “Toyota Prius” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən 1 (bir) ədəd sarı rəngli bağlamanın içərisindən külli miqdarda - 2 (iki) ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 1520,0 qr və 1080,0 olmaqla, ümumi təmiz çəkisi 2600,0 qram olan narkotik vasitə heroin, 1 (bir) ədəd bağlamada, təmiz çəkisi 2130,0 qram olan narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd bükülüdə təmiz çəkisi 480,0 olan psixotrop maddə metamfetamin aşkar edilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2023-cü il iyun ayının 4-dən 5-nə keçən gecə tanımadığı iran nömrəsindən ona zəng gəlmiş, iranlıya onu tanımadığını demişdir. İranlı ona pul qarşılığında narkotik verə biləcəyini desə də, o iranlı ilə razılaşmamışdır. Bu barədə Sabunçu Rayon Polis Şöbəsinə məlumat vermiş, əməldə cinayət tərkibi olmadığından onun şikayətinə baxılmayacağını bildirmişlər. Bundan sonra iranlı ona yenə yazaraq narkotik təklif etmiş, iranlıdan öz istifadəsi üçün marixuana göndərməsini bildirmiş və iranlının göndərdiyi kart nömrəsinə 200 manat pul göndərmişdir. Pulu göndərdikdən sonra iranlı onun nömrəsini bloka atmışdır. 11 iyun 2023-cü il tarixdə uşaqlıq dostu olan Rövşən kimi çağırdıqları Nərimana Lənkərana gedəcəyini, istirahət etmək üçün onunla getməsini təklif etmiş, Nəriman razılaşmışdır. 12 iyun 2023-cü il tarixdə saat 16:00-da Nərimanla Lənkərana yola çıxmış, həmin gün iranlı ona zəng edərək 05 iyun tarixində narkotiki ona göndərə bilmədiyi üçün üzr istəmiş və narkotiki bu gün göndərəcəyini bildirmişdir. Lənkəran rayonuna çatanda uzaq qohumu Təqsirləndirilən şəxs2 zəng edib kənddə çayxanada olduğunu demişdir. Çayxanadan evə gedib ailəsinə baş çəkmiş və təxminən bir saat sonra yenidən çayxanaya qayıtmışdır. Çayxanada oturan zaman saat 21 radələrində iranlı ona narkotikin olduğu konumu atmış və gedib götürməsini bildirmişdir. Bundan sonra Amil və Nərimana narkotik barədə demiş və iranlının dediyi yerdən bağlamanı götürəcəyini bildirmişdir. Amil və Nəriman onunla getməyə etiraz etməmişlər. İranlı ona konumun Göyşaban kəndi ərazisində miqrasiya idarəsindən sonra olduğunu demişdir. Avtomobili özü idarə etmiş, Nəriman qabaqda, Amil arxada oturmuşdur. Konumda göstərilən yerə çatanda o, avtomobili saxlamış və Amil avtomobildən düşüb dəmir lövhənin altında olan sarı rəngli düyü çantasını götürüb ona təqdim etmişdir. Çantanı götürəndən sonra, avtomobillə “samovara” tərəf təxminən 500-600 metr hərəkət edərkən, X9 əməkdaşları onları saxlamışlar. O, avtomobili sağa çəkib saxlamış, elə bu vaxtı polis əməkdaşları onlara yaxınlaşıb bildirmişlər ki, avtomobildə və üzərlərində narkotik vasitə olması ehtimalı vardır, bunun üçün də, polis şöbəsinə getməlidirlər.Şöbəyə aparılmışlar və maşina keçirilən baxış zamanı sarı rəngli düyü torbasının içərisindən marixuana, heroin və metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, metamfetamin və marixuanadan istifadə etmişdir. Narkotiki şəxsi istifadəsi üçün götürmüşdür. Marixuananı götürdükdən sonra Amil və Nərimanla birlikdə istifadə etmək fikirləri olmuşdur. Amil kisəni ona verdikdən sonra içinə baxmamış, kisəni əli ilə üstdən yoxlamışdır. Kisəni əli ilə yoxladıqda, içərisində 250-300 qram marixuana olduğunu yəqin etmişdir. Saxlanılarkən polis əməkdaşları üzərini yoxlamamışdır. Şöbəyə Səbuhi adlı polis əməkdaşı ilə birlikdə getmiş, Amillə Nərimanın kiminlə şöbəyə getdiyindən məlumatı olmamışdır. Heçkimə narkotik satmamışdır. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi ilkin etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində göstərmişdir ki, Arif adında iranlını tanıyır. Arif ona təklif etmişdir ki, əgər istəsə onun özünə narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin bir qramını 25 manata sata bilər. O, Arifə pulunun olmadığını demişdir. Həmin gün Arif ona zəng etmiş və danışıq əsnasında bildirmişdir ki, əlində nə qədər pul varsa ona göndərsin sonra da, qalan pulu ödəyər. O, Ariflə razılaşmış və bildirmişdir ki, 200 manat ödəyə bilər. Arif ona vhatsapp da, bir kod göndərmiş və ona həmin pulu bu koda yükləməyini istəmişdir. O, həmin gün Bakı şəhəri Sabunçu rayonunda sabunçu keçidi kimi adlanan yerdə yerləşən “Bolmart” supermarketin içərisində qurulmuş Milliön ödəmə terminalı vasitəsilə 200 manat pulu Arifin dediyi koda yükləmişdir. Pulu ödəyəndən sonra ödəniş qəbzinin şəklini iranlı Arifə göndərmişdir. Pulu göndərəndən sonra Arif ona bildirmişdir ki, onun üçün 20 qram heroin, 30 qram metamfetamin göndərəcəkdir. O, Ariflə razılaşmışdır. Arif ona bazar günü, yəni 11 iyun 2023-cü il tarixdə gecə vhatsapp vasitəsilə zəng etmiş və bildirmişdir ki, söz verdiyi heroin və metamfetamini Lənkəran rayonunda bir yerdə qoyduracaq və o gedib götürməlidir. Həmçinin qeyd etmişdir ki, narkotikləri geçikdirdiyinə görə əlavə də, onun üçün 3 baş marixuana qoyduracaqdır. Bundan başqa onun üçün 50 qram heroin və metamfetamin qoyduracaqdır. Arif həmçinin ona səs atıb demişdir ki, malları Yardımlı rayonu ərazisindən keçir. 35-50 kq narkotik vasitəni İran İslam Respublikasından Yardımlı rayonuna keçirtmişdir. Həmin narkotik vasitədən bir hissəsini Lənkəran rayonundakı adamındadır. Həmin şəxs də narkotik vasitələri Lənkəran rayonunda hansısa bir yerdə qoyacaqdır. O, narkotik vasitələri oradan götürüb Bakı şəhərinə gətirməlidir. İçində ona çatacaq narkotik vasitələr də olacaqdır. O, Ariflə razılaşmışdır. Arifə “onsuz ailəm Lənkəran rayonundadır gedib onlara baş çəkməliyəm” deyib razılaşmışdır. Təqsirləndirilən şəxs3 onun tanışı və qonşusudur. Bakı şəhərində bir yerdə tez tez olurmuşlar. Nərimanı dost-tanış arasında Rövşən kimi çağırırmışlar. İranlı ilə danışdığı gün elə Bakı şəhərində Nərimanla görüşmüş və Nərimana ertəsi günü, yəni 12 iyun 2023-cü il tarixdə Lənkəran rayonuna evdəkilərə baş çəkməyə gedəcəyini deyib, əgər istəyirsə onunla gəlib biraz rayonda istirahət edib qayıdacağını bildirmişdir. Nəriman da, onunla razılaşmış və 12 iyun 2023-cü il tarixdə, saat 16 radələrində Nərimanı Bakı şəhərində evindən götürüb Lənkəran rayonuna çıxmışlar. Lənkəran rayonuna çatanda uzaq qohumu Təqsirləndirilən şəxs2 zəng edib kənddə çayxanada olduğunu demişdir. Çayxanadan o, evə gedib ailəsinə baş çəkmiş və təxminən bir saat sonra yenidən çayxanaya qayıtmışdır. Çayxanada oturan zaman saat 21 radələrində iranlı ona konum atmış və bildirmişdir ki, söz verdiyi narkotiklər rayonun Göyşaban kəndində Miqrasiya idarəsini keçəndən sonra körpü var körpünü də keçirsən 70 yazısı yazılan dəmir lövhənin dibində sarı rəngli düyü çantasının içərisində qoydurmuşdur. Həmin lövhənin şəklini ona atmışdır. Bundan sonra, o, narkotik söhbətini Amil və Rövşənin yanında açmış və bildirmişdir ki, “iranlı konum atdığı yerdə marixuana, heroin və metamfetamin qoyacaq, gedib götürmək lazımdır. Əgər gəlmək istəməsəniz gəlmiyə bilərsiniz”. Amillə Rövşən buna etiraz etməmiş və onunla gəlmişlər. Amil ondan həmin narkotik vasitlərdən bir az çəkməsi üçün verməsini istəmişdir. O, da Amilə verə biləcəyini demişdir. Saat 22-23 radələrində onun avtomobilinə oturub konumda göstərilən ünvana getmişlər. Nərimana isə üç baş marixuana almaq üçün getdiklərini, birlikdə çəkəcəklərini demişdir. İranlı ona konumun Göyşaban kəndi ərazisində miqrasiya idarəsindən sonra olduğu yeri demişdir. Avtomobili o, özü idarə edirmiş. Nəriman qabaqda, Amil arxada oturmuşdur. Yol boyu iranlı ilə vhatsappda danışırmış, yəni Arif ona, o, da Arifə səs atmışdır. İranlı ona narkotik vasitə olan torbanın şəklini və atılan lövhənin yerinin şəklini çəkib atmışdır. Konumda göstərilən yerə çatanda o, avtomobili saxlamış və Amil avtomobildən düşüb dəmir lövhənin altında olan sarı rəngli düyü çantasını götürüb ona təqdim etmişdir. Bundan sonra iranlıya səs atmışdır ki, narkotiki götürdüm. Götürəndən sonra o, avtomobillə “samovara” tərəf təxminən 500-600 metr hərəkət edərkən DYP əməkdaşları onları saxlamışlar. Saxlanılan zaman polis əməkdaşlarından biri ondan soruşmuşdur ki, “avtomobildə nə var?”, cavabında avtomobildə narkotik vasitə olduğunu demişdir. Polis şöbəsinə aparlmışlar. Şöbədə avtomobil duracağa qoyulmuş və qapısı açarla bağlandıqdan sonra idarəyə qalxmışlar. Polis şöbəsində üzərindən qanunsuz heç nə aşkar edilməmişdir. 13 iyun 2023-cü il tarixdə isə avtomobilinə keçirilən baxış zamanı yük yerindən həmin sarı rəngli düyü çantası aşkar edilmiş və götürülmüşdür. Düyü çantasının içərisinə baxış zamanı 4 bağlama narkotik aşkar edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 12 iyun 2023-cü il tarixdə, səhər saatlarında Elçin ona zəng edib Lənkəran rayonuna ailəsinə baş çəkmək üçün getmək istədiyini, vaxtı varsa onunla getməyi təklif etmişdir. Elçinlə razılaşmış və saat 16 radələrində Bakıdan Elçinin idarə etdiyi «Toyota Prius» markalı mşınla çıxmışlar. Axşam saat 19 radələrində Lənkərana çatmışlar. Elçin evdəkilərə baş çəkmək üçün valideyinləriğilə getmiş və bir müddət sonra tanımadığı Amillə çayxanaya onun yanına gəlmişdir. Çayxanada oturduqları zaman Elçinə kimnənsə zəng gəlmiş, çayxanadan çıxıb marketdən siqaret aldıqdan sonra Elçinlə birlikdə Göyşaban kəndi istiqamətində getmişlər. Avtomobildə özü ön sərnişin oturacağında, Amil isə arxa oturacaqda əyləşmişdir. Göyşaban kəndində 70 yazısı olan lövhənin yanına çatdıqda Elçin avtomobili saxlamış, Amil avtomobildən düşərək lövhənin altında olan torbanı götürüb avtomobilə qoymuşdur. Torbanı götürdükdən sonra avtomobillə hərəkətdə olan zaman Elçindən torbanın içində nə olduğunu soruşmuş, bu zaman X9 əməkdaşları onları saxlamışlar və şöbəyə aparmışlar. Şöbədə Elçinin idarə etdiyi maşına baxış keçirilən zaman torbada çoxlu narkotik aşkar edilmişdir. Təqsirləndirilən şəxs3 verilən suallara cavab olaraq bildirmişdir ki, Göyşaban kəndinə gedərkən Elçinin öz istifadəsi üçün marixuana götürməyə getdiyini bilmişdir. Torbanın içərisində çoxlu narkotikin olduğunu bilməmişdir. Saxlanıldıqdan sonra polis əməkdaşları ona, Elçin ifadəsində Nərimanın da narkotikdən xəbərinin olduğunu dediyini, onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini bildirmişlər. Amilin götürdüyü sumka düyü sumkası olmuşdur. Saxlanılarkən əməliyyatçılar tərəfindən döyülmüşdür. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi ilkin etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində göstərmişdir ki, 12 iyun 2023-cü il tarixdə, səhər saatlarında Elçin ona zəng edib Lənkəran rayonuna ailəsinə baş çəkmək üçün getmək istədiyini, vaxtı varsa onun da gələ biləcəyini bildirmişdir. O, da Elçinə gələ biləcəyini demiş və saat 16 radələrində Bakıdan çıxmışlar. Bürcəli kəndində olan zaman Elçin gedib Avrora kəndində öz ailəsinə baş çəkmiş, o, isə çayxanada oturub Elçini gözləmişdir. Sonradan isə bir nəfər, ilk dəfə gördüyü Amil adlı şəxs çayxanaya gəlmişdir. Amili o, birinci dəfə görmüş və Amillə əvvəllər münasibəti olmamışdır. Bir müddət çayxanada oturub söhbət etdikdən sonra saat 22 radələrində Elçin bildirmişdir ki, “gedib şəhər tərəfdə bir yerdən marixuana alaq çəkək”. O, da marixuana istifadəçisi olduğuna görə razılaşmışdır. Elçin özü avtomobili idarə edirmiş. O, avtomobildə qabaqda, Amil arxada oturmuşdur. Yeni magistral yol ilə gəlib Ləvəngi dairəsindən keçmişlər. Yolda Elçin bir nəfərlə mobil telefonda səsli danışaraq həmin şəxsə “hə qaqaş Ləvəngini keçdim çatıram ora” demişdir. Həmin şəxsin kim olduğunu o, bilməmişdir. Elçinin həmin şəxslə söhbətindən başa düşmüşdür ki, Elçin kiminləsə əlbəəl görüşüb malı alacaqmış. Ləvəngidən keçib bir qədər getdikdən sonra Elçin avtomobili 70 yazısı olan dəmir lövhənin yanında saxlamış və Amilə avtomobildən düşməsini bildirmişdir. Amil cəld avtomobildən düşüb lövhənin yanında qoyulmuş sarı rəngli çantanı götürmüş və avtomobilə oturmuşdur. Oturandan sonra Elçin arxaya çönüb Amilin əlində olan çantaya baxmış və sonra hərəkət etməyə başlamışlar. Bir az getdikdən sonra polis əməkdaşları avtomobili saxlatdırmışlar. Avtomobildə narkotik vasitə olması şübhəsi ilə polis şöbəsinə aparılmışlar. Şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra, Elçinin idarə etdiyi «Toyota Prius» markalı avtomobilə onun da iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 avtomobilin yük yerində olan sarı rəngli düyü çantasını təqdim etmişdir. Çantaya baxış zamanı içərisindən 4 ədəd bağlama aşkar edilmiş və götürülmüşdür. Bağlamalardan biri marixuana, biri metamfetamin, ikisi isə heroin olmuşdur. Elçin ona marixuana dalınca getdiklərini və marixuana götürəcəklərini demişdir. Polis şöbəsində ona heç bir psixi və ya fiziki təzyiq olmamışdır. Elçinlə Amilin danışıqlarından başa düşmüşdür ki, Amilin Elçinin narkotik götürəcəyindən məlumatı olmuşdur. Elçin avtomobili saxlayan kimi Amilin cəld düşüb çantanı götürüb avtomobilə oturduğunu görmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2023-cü il iyun ayının 12-si axşam saat 5, 6 radələrində uşaqlıqdan tanıdığı Təqsirləndirilən şəxs1 ona zəng edərək Bakı şəhərindən Lənkəran rayonuna gəldiyini bildirmiş, ona çayxanaya gedib çay içməyi təklif etmişdir. Elçinlə çayxanada görüşmüş, onun yanında adını sonradan bildiyi Təqsirləndirilən şəxs3 da olmuşdur. Çayxanadan siqaret almaq üçün marketə getmişlər. Marketdən çıxdıqdan sonra Elçin ona, Göyşaban kəndi ərazisində əşyaları olduğundan oraya gedəcəklərini bildirmişdir. Elçin Göyşaban kəndində yolun qırağında 70 yazısı olan lövhənin yanında avtomobili saxlamış, lövhənin altından içində öz əşyaları olan torbanı götürməsini bildirmişdir. Elçinin dediyi torbanı lövhənin altından götürərək avtomobilə qoymuşdur. Torbanı götürdükdən sonra Göyşaban kəndi istiqamətində üzü “samovara” tərəf hərəkət edərkən X9 əməkdaşları onları saxlamışlar. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, torbanın içərisində narkotik olduğunu bilməmişdir. Polislər onları saxlayanda Elçin torbanı avtomobilin arxa oturacağa qoymuş, özü isə torbanı götürüb yük yerinə atmışdır. Əvvəllər Elçinlə birlikdə narkotik istifadə etmişlər. Saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməmiş, ona qarşı sözlə təzyiq olunmuş və etirafedici ifadə verməyə məcbur edilmişdir. Təqsirləndirilən şəxs Amil Malıyevin məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi ilkin etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki,13 iyun 2023-cü ildə saat 20 radələrində qohumu Təqsirləndirilən şəxs1 bir nəfər tanışı ilə rayona gəlib çayxanada görüşmüşlər. Elçin kiminləsə telefonla danışıb «çatdı, atdı» sözləri işləmiş, sonra Elçindən hara getmələrini soruşmuş, Elçin mobil telefonunda olan sarı rəngli selofan torbanı ona göstərib «bax bunu atıblar, gedib götürmək lazımdır» deyərək həmin çantanın içərisində heroin olduğunu bildirmiş, Elçindən götürəcək narkotikdən bir qədər istəmişdir. Elçin ona bir qədər verəcəyini, ancaq narkotiki başqasına çatdıracağını bildirmişdir.Onlar Elçinin idarə etdiyi avtomobillə Ləvəngi dairəsini keçib Göyşaban kəndi istiqamətinə yollanmışlar. Elçin yol boyu kimnləsə telefonda danışmış, torbanın hansısa körpünü keçəndən sonra 70 yazısı olan dəmir lövhənin altına qoyulduğunu məlum olmuşdur. Elçin avtomobili həmin lövhənin yanında saxlamış, özü maşından düşüb narkotik olan sarı rəngli torbanı qoyulduğu yerdən götürüb Elçinə vermiş və maşina oturmuşdur. Elçin torbanı əli ilə yoxlayıb həmin adama narkotiki verəcəyini demişdir. Sonra Göyşaban kəndi istiqamətindən üzü «samovar» dairəsi tərəfə hərəkət edərkən maşın polis əməkdaşları tərəfindən saxlanılmış və onlar Lənkəran ŞRPŞ-yə aparılmışlar. Maşına keçirilən baxışda özü avtomobilin arxasına qoyduğu bir ədəd sarı rəngli düyü çantasını təqdim etmiş, baxış zamanı çantanın içərisində 4 bağlama narkotik aşkar edilmişdir. Polis şöbəsində ona qarşı zor tətbiq olunmamışdır. Şöbədə sərbəst ifadə vermişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmişlər. Onların törətdikləri cinayət əməli məhkəmədə tədqiq olunmuş ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri ilə ynaşı, şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq hərəkətinin protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmsə istintaqında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə icraatına Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələri əldə etməsi, üzərində saxlaması, satması, Bakı şəhər sakini Təqsirləndirilən şəxs3 və Lənkəran rayonu Bürcəli kəndində yaşayan Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış, qrupa özü rəhbərlik etmişdir. 13 iyun 2023-cü il tarixdə, saat 00:30 radələrində qrup üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs1 idarə etdiyi Toyota Prius markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil Lənkəran rayonu Göyşaban kəndi ərazisində 70 yazısı olan lövhənin yanında saxlayıb arxa sağ oturacaqda oturan şəxs avtomobildən düşüb lövhənin altından nə isə götürüb avtomobilə əyləşdiyini görmüşdür. Əməliyyata YPX-nin əməkdaşları da cəlb olunmuşlar. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobil saxlanılmışdır. Həmin vaxt avtomobildə Təqsirləndirilən şəxs1 başqa 2 nəfər şəxs də olmuşdur. Həmin şəxslərdən biri qarşıda, digəri arxada, Elçin isə sükan arxasında olmuşdur. Onları Lənkəran ŞRPŞ-yə aparmışlar. Təqsirləndirilən şəxs1 avtomobilin yük yerində narkotik vasitə olduğunu bildirmişdir. Polis şöbəsində avtomobili həyətə daxil edib avtomobilin qapısını kilitləyəndən sonra açarı Elçinin özünə təqdim etmişdir. Şəxsi axtarış zamanı onların üzərlərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərində keçirilən şəxsi axtarış zamanı Arif adlı İran vətəndaşının göndərdiyi bir ədəd bağlamada narkotik vasitələri Lənkəran rayonunun Göyşaban kəndində əldə etdiklərini, narkotik vasitələri Təqsirləndirilən şəxs2 götürdüyünü, narkotik vasitələr barədə götürmək üçün Bürcəli kəndindən Göyşaban kəndinə gedərkən avtomobildə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 dediyini, həmçinin istifadələri üçün sonunculara narkotik vasitə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 də üzərində şəxsi axtarış aparılarkən narkotik vasitəni götürmək üçün gedərkən avtomobildə Təqsirləndirilən şəxs1 bu barədə ona bildirdiyini, Elçinin ona narkotik vasitələrin başqasının olduğunu, Bakı şəhərinə aparacağını, həmin narkotik vasitələrdən istifadəsi üçün ona verəcəyini demişdir. Təqsirləndirilən şəxs3 isə şəxsi axtarış zamanı narkotik vasitələrdən məlumatının olmadığını, yolda sadəcə çəkməkdən ötrü narkotik vasitə almaq üçün getdiklərini Elçin ona bildirmişdir. Şəxsi axtarışlar zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərindən aşkarlanmış mobil telefonlar təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra, Təqsirləndirilən şəxs1 avtomobilinin qapılarını özündə olan açarla açdıqdan sonra Təqsirləndirilən şəxs2 avtomobilin arxa yük yerindən bir ədəd sarı rəngli üzərində “Besta” yazısı yazılmış düyü çantasını götürüb təqdim etmişdir. Düyü çantasına baxış zamanı içərisindən bir ədəd böyük bağlamada narkotik vasitə marixuana, 2 ədəd bağlamada narkotik vasitə heroin və 1 ədəd bağlamada psixotrop maddə metamfetamin aşkar edilmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş, marixuananın çəkisi 2 kq 680 qram, heroinin çəkisi 2 kq 235 qram, metamfetaminin çəkisi isə 570 qram olmuşdur. Təqsirləndirilən şəxs1, Amil Malıyev və Təqsirləndirilən şəxs3 saxlanılarkən onlara qarşı ğzor tətbiq olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin porlis əməkdaşları Şahid3, Şahid2, Şahid4 iş üzrə Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs1, Amil Malıyev və Təqsirləndirilən şəxs3 saxlanılarkən onlara qarşı zor tətbiq olunmadığını göstərmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək xx.xx.2023-cü il tarixdə, İran vətəndaşının Lənkəran rayonu Göyşaban kəndində, yolun kənarında qoydurduğu narkotik vasitəni əldə etmək üçün gedərkən ona bu barədə bildirdiyini və həmin yerə çatarkən avtomobili saxlayıb narkotik vasitəni götürməsini istədiyini və onun külli miqdarda narkotik vasitələri və psixotrop maddələri avtomobildən düşüb götürdüyünü Təqsirləndirilən şəxs2 üzünə demişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə kimyəvi və bioloji ekspertizasının 14 iyun 2023-cü il tarixli 19/649 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 məxsus Toyota Prius markalı 77XY128 dqn-lı avtomobildən aşkar olunmuş kütlə..” sözlər və imzalar olan bağlamadakı, 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1520,0 qram; 1080,0 qram; ümumi təmiz çəkisi 2600,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. - Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 məxsus Toyota Prius markalı 77XY128 dqn-lı avtomobildən aşkar olunmuş kütlə...” sözlər və imzalar olan bağlamadakı, 1 ədəd bükülüdə təmiz çəkisi 480,0 qram olan ağ rəngli kristallardan ibarət olan maddə psixotrop maddə metamfetamindir. - Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 məxsus Toyota Prius markalı 77XY128 dqn-lı avtomobildən aşkar olunmuş kütlə...” sözlər və imzalar olan bağlamadakı, 1 ədəd bükülüdə təmiz çəkisi 2130,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-narkoloji ekspertizasının 16 iyun 2023-cü il tarixli, 635 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulundan yaranan asililiq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nin təqdim etdiyi arayışa əsasən İİİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəməldə tədqiq edilmiş və işdə olan məhkəmə-narkoloji ekspertizasının 16 iyun 2023-cü il tarixli, 637 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 opioidlərin qəbulundan yaranan asililiq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-narkoloji ekspertizasının 16 iyun 2023-cü il tarixli, 638 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulundan yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və işdə olan «kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji» ekspertizasının xx.xx.2023-cü il tarixli, 2728 saylı rəyindən görünür ki, - məhkəmə-psixiatrik ekspertizası üzrə: Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezində keçirilmiş kəllə-beyin travması müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anıaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. - məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs1 idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarında normadan kənaraçıxma hallarına rast gəlinmədi. Hövsələsizlik, inadkarlıq, özünəməxsus mövqe və prinsipə malik olmaq, söz götürməmək və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. İşdə olan 13 iyun 2023-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə Təqsirləndirilən şəxs1 məxsus "Toyota Prius " markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 özünə məxsus avtomobilin qapılarının kilidlərini açmış, Təqsirləndirilən şəxs2 isə sərnişin kimi əyləşdiyi avtomobilin arxa saxlanc yerində olan sarı rəngli düyü torbasını təqdim etmişdir. Bağlamanın içərisindən iki ədəd bükümdə 2 kq, 680 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd bükümdə 2 kq, 235 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və bir ədəd bükümdə 570 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. İşdə olan 13 iyun 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 bildirmirşdir ki, saxlanılan zaman fiziki təzyiqə məruz qalmayıb, heç kim bununla bağlı ona təzyiq göstərməmişdir. İşdə olan 13 iyun 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və videoçəkilişdən görünür ki, Lənkəran rayon sakini Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 00:30-da Lənkəran rayonu Göyşaban kəndi ərazisində Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşında saxlanılaraq, üzərində və avtomobildə axtarış keçirilməsi üçün Lənkəran ŞRPŞ-nə gətirilmiş, xidməti otaqda Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən bir ədəd mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, saxlanılan zaman fiziki zorakılığa məruz qalmayıb, heç kim bununla bağlı ona təzyiq göstərməmişdir. İşdə olan 13 iyun 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və videoçəkilişdən görünür ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən bir ədəd “Redmi” markalı mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs3 bildirmişdir ki, saxlanılan zaman fiziki zorakılığa məruz qalmayıb, hadisə danışdığı kimi olmuşdur, heç kim bununla bağlı ona təzyiq göstərməmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 məxsus «Toyota Prius» markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş 1 ədəd bükülüdə təmiz çəkisi 480,0 qram psixotrop maddə metamfetamin, 2 ədəd bükülüdə ümumi təmiz çəkisi 2600,0 qram narkotik vasitə heroin, 1 ədəd bükülüdə təmiz çəkisi 2130,0 qram narkotik vasitə qurudulmuş marixuana və təqsirləndirilən şəxslərin üzərlərində, həmçinin Təqsirləndirilən şəxs1 avtomobilinə baxış keçirilərkən qeydə alınmış videogörüntülərin köçürüldüyü 04 ədəd CD disk maddi sübut kimi tanınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli qərarla bir ədəd Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy” markalı mobil telefon (içərisində ***-***-**-** saylı mobil sim nömrə ilə birlikdə), Whatsapp danışıqlarının çıxarışları, səs yazıları olan bir ədəd CD disk maddi sübut kimi tanınmışdır. İşdə olan 01 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş “Samsung Galaxy A51” markalı mobil telefonun “Whatsapp” ani mesajlaşma sisteminə baxış zamanı, Təqsirləndirilən şəxs1 “.arif” kimi mobil telefonun yaddaşına qeydə aldığı Arif adlı İran vətəndaşı ilə aşağıdakı kimi danışıqları mövcuddur. 5 iyun 2023 [01:16] İranlı Arif (yazı): Salam [01:16] İranlı Arif (səs): Salam aleyküm Elçin qardaş, necəsən, nə var nə yox? [01:16] Təqsirləndirilən şəxs1 (səs): Sağol qardaşım, yaxşı ol, sən necəsən? Tanımadım. [01:17] İranlı Arif (səs): Elçin müəllimnən danışıram? [01:17] Təqsirləndirilən şəxs1 (səs): Həəə, müəllimi çıxsan zor olar qaqaş, Elçinlə danışırsan. Tanımadıme qardaşım, kimdi danışan? Səsin nəsə tanış gəlir, prosta birdənə yadıma salan lazımdı. [01:18] İranlı Arif (səs): Sənin qadan alım Elçin, ürəysən sən, pramoy bilmirəm vallah elə kontaktlara baxırdım, gördüm Elçin yazmışam, dedim bir zəng eliyim ya səs atım, yığım qardaşla danışım. İranlıyam, Arif, Ərdəbil şəhərindən. [01:18] Təqsirləndirilən şəxs1 (səs):Həəə, mənim başıma o qədər işlər gəlib qardaşım. Bilmədime qaqaş, ətağa, şeyi göndərdim, başıma oyun açıblar neçə dəfə, bilmədim ki, ətağa, qardaşım, sən öl, səsləri belə göndərə bilsəydin tək-tək bilərdim. [01:19] İranlı Arif (səs): Yoxe, sənin qadam, yazışmamışıq sənlə, sənə qurban kəsim. [01:19] Təqsirləndirilən şəxs1 (səs): Həə, Allah sənin köməyin olsun, Allah sənin canını sağ eləsin, qardaşım, yada saldığıva görə. Prosta, mənim qardaşım, bu iranlılar mənim başıma, lətifəsi səndən uzaq, bilirsən nə qədər oyun açıblar, nə qədər bləd, pulum zadım batıb oğrəş, ona görə bləd, nə bilim, lətifəsi səndən uzaq, yəni belə bir xoş təsir bağışlamadıye brat, qadan alaram, səndən uzaq lətifəsi, ətağa. Başıma olmazın oyunların açdılar. [01:20] İranlı Arif (səs): Danışa bilirsənsə görüntülü yığım danışaq. Bekaram, elə oturmuşam, təkəm vallah. Görüm dərdləşək bir az. [01:42] İranlı Arif (səs): Sənə quzu kəsim, qardaşım gəldi. Bir dəqiqə dayan, maşına gedim, yığım səni mən. [15:49] İranlı Arif (səs): Salam aleyküm Elçin qaqa, nə var nə yox? Neynirsən? [16:08] Təqsirləndirilən şəxs1 (səs): Sağol ağa, sağol, sən necəsən, qardaşım? Neynirsən? Yaxşısanmı qardaş? [16:26] İranlı Arif (səs): Sağol, sağol, sənə qurban, yaxşıyam. Nə xəbər, neynirsən, nə kefdəsən? [18:16] İranlı Arif (səs): Elçin, quzu kəsim sənə, maşın şey eliyirdim, yudurdum, başına dönüm, zəngini indi görmüşəm. O qardaşa səs atdım elə bil, onunla danışdım, narahat olma. Dedim qardaşım rayondan gəlir, həll eliyərsən onu. Dedi problem yoxdu, gələndə mənə deyərsən ataram. [22:18] Təqsirləndirilən şəxs1 (səs): Qadan alaram qardaşım, birdənə yığ da məni, gəlib çıxmışam Bakıya. Birdənə danışmaq istəyirdim sənlə görüntülü ki, nə qədər çəkir? Burda da mən söz deyirəm də elə bil. Təxmini 1 saat çəkir, 20 dəqiqədi, nədi uje, bildime mən rayondan çıxanda sən şey eliyirdin, bükdürürdün, paketləyirdin. Birdənə mənlə svyaza çıxda başına dönərəm. [22:22] İranlı Arif (yazı): 99-337-1037, M10 seçib pul yuklesin, Million aparatinan yuklesin, [22:23] İranlı Arif (səs): Bu kartdı, Elçin, sənin qadan alım. MilliÖn aparata gedirsən, ordan M10 kartın seçirsən, sonra şey, bu nömrəni vurursan, bu 99-337-1037 vara, onu vurursan, sonra pulu yükləyirsən, sənin qadan alım. [22:23] İranlı Arif (səs):pulu vur çıx Neftçilərərə.səni qadan alım…Neftçilər tərəfə çıx.. [22:23] İranlı Arif (səs):vurada bilməsən aparatın qabağından qardaşına görüntülü yığasan həll edərəm… [22:23] Təqsirləndirilən şəxs1 (səs):heç nə indi Arif Milliönə çatıb yığıram səni qardaşım..hələ heç nə üzü Neftçilərə tərəf hərəkət edirəm. onu vurum gedim ora.. [22:24] İranlı Arif (səs): Oldu qadan alım oldu..birdə klientlərlə danışıbsanda səni qadan alım..malı götürəndən 2 saat sonra səni yığacam…qadan alım.. [22:48] İranlı Arif (səs): Qaqa nağardın? [22:48] Təqsirləndirilən şəxs1 (səs): De de dee..3 dəyqə brat səbirli ol Arif səni qadan alaram..3 dəyqə səbirli ol Milliönün qabağından yığaram səni.gedirəm Milliönə. [22:49] İranlı Arif (səs):Oldu abi oldu..səni gözdürəma amma.. [22:55] Təqsirləndirilən şəxs1 (şəkil): Qəbzin şəklin göndərib və qəbzdən görünür ki, 200 AZN pul 22:54 dəqiqədə Sabunçu rayonunda yerləşən Bolmart marketdə qoyulmuş 50063 saylı terminaldan MilliÖn elektron ödəmə sistemi vasitəsilə +994 99 *** ** ** mobil telefon nömrəsinin M10 hesabına göndərilmişdir. [22:56] İranlı Arif (səs):Sənin qadan alım Neftçilər metrosu tərəfə get..qardaşa da deyirəm atır.. [22:55] Təqsirləndirilən şəxs1 (səs):Fsyoo mənim qardaşım 10 dəyqəyə ordayam..bayaq elə bil yol gəldik Neftçilərə tərəf sən deyəndə.. bir dənə başının ucalığı üçün hərəkət elə qadan alaram sənin.. yəni uşaqlar yanında biabır olmayaqda.. hörmətimiz izzətimiz bir iki qram var.. can mənim qardaşım.. (gülür)…səni verənə şükür…[22:56] İranlı Arif (səs): Sənin qadan alım, indi qardaşa dedim, adam çıxarda tapa, senin qadan alım. Sən mənə deyəndə hazıram, gedirəm ora, ona demişəm çıxa, narahat olma qadan alım. [22:56] İranlı Arif (səs): Sənin qadan alım, öpürəm səni, narahat olma, qadan alım. [22:57] Təqsirləndirilən şəxs1 (yazı): Öpmək smayliki [22:58] İranlı Arif (yazı):Öpmək smayliki [23:08] Təqsirləndirilən şəxs1 (səs): Dee… Arif qərdeş, mən şeydəyəm, düz Neftçilər metrosundayam, mənim qərdeşim. Belə təxminən bilmirsən, burda nə qədərə alınar? Bir dənə mən raşotumu götürümdə…Bilirəme yəni dedin tez alınacaq, təxminən nə qədərə bu alınar? [23:28] Təqsirləndirilən şəxs1 (yazı): Arif ne xeber [23:45] Təqsirləndirilən şəxs1 (yazı): Aga men burdayam axi gozduyrem senin qadan alim [23:52] Təqsirləndirilən şəxs1 (səs): Qaqaş, birdənə cavab verdə qadan alım sənin, qaqaş. Narahat olur axı adam. Salamatçılıqdı? [23:58] Təqsirləndirilən şəxs1 (yazı): Arif alınmır? 6 iyun 2023 [00:04] Təqsirləndirilən şəxs1 (səs): Həə…Uşağın telefonundan zəng eliyirdim. Hə.. şey olsa promoy mənə atarsanda…yaxşıdı, mənlə olan uşaqdı, pulu vuran.. bir yerdəyik, prosta mənə şey eliyərsəndə, qadan alım. Yubanır hə? 8 iyun 2023 [14:53] Təqsirləndirilən şəxs1 (yazı): Ay cirig 9 iyun 2023 [01:32] Təqsirləndirilən şəxs1 (yazı): Niye bele eledin ki [01:34] Təqsirləndirilən şəxs1 (yazı): Bu sene senol baha bawa gelecey seni s 11 iyun 2023 [17:46] İranlı Arif (səs): Salam Elçin, necəsən, nə var nə yox, sənin qadan alım? Elçin bir az üzrlü say, ürəyim qurban sənə. Bir az da başıma problem zad gəlmişdi, qadan alım. [17:46] Təqsirləndirilən şəxs1 (səs): Hə.. qaqa narahat elədin məni sənöl. Elə bildim… neynirsən başqa? [17:46] İranlı Arif (səs): İnşallah Lənkəranda olarsan. Bu gün yox, səhər axşam tərəfi, saat 7-8 tərəfi həll eliyəcəm sənə. Bir az da vəsait edərəm sənə, Lənkəranda götürərsən. Elə bil mənim öz malım, nə deyərlər, Bakıda yox idi. Mal göndərmişdim gələ, Yardımlı tərəfdən, bizim Germi Yardımlı tərəfdən, ordan malımız yetişib, Lənkərandadı indi. Ondan birazca verərəm sənə ordan, həm də birazca Bakıya gətirə bilsən, lap bomba olar ondan. Nəşə də var, daş da var, torpaq da var. [17:47] İranlı Arif (səs): Sənə belə quzu kəsərəm, sənin qadan alım. Bağışlaginan qardaşını, başıma problem gəlmişdi, ürəyim qurban sənə. İnşallah yavaş-yavaş bekar olanda görüntülü yığaram, danışarıq təmiz, ətraflı. [17:47] İranlı Arif (səs): İnşallah qardaşın səni görəcək narahat olma. Yəni sənin yanında çox utanıram qadan alım sənin. Qarşında artıqlamasıyla əmanət verəcəm, yerbəyer eləyəcəksən. Həm bir tikə sən çörək apar, həm də mən. [17:48] Təqsirləndirilən şəxs1 (səs): Hə.. eybi yoxdu, xəbər eliyərsəndə qaqaş. [17:49] İranlı Arif (səs): Bilirəme narahatsan qardaşıvın şeyindən. Narahat olma ürəyim qurban sənə. Lənkərandasan bu deyqa yoxsa səhər gedəcəksən Lənkərana? [17:49] Təqsirləndirilən şəxs1 (səs): Mənimçün fərqi yoxdu, Bu dəyqə də olar, sabah da olar. Yəni təki bi dənə götürüme, yəni problem deyil. qalmışıq nakam. Belə Bakıdayam, orda adamlar var. Lazım olar özüm də gedərəm, problem deyil. [17:51] İranlı Arif (səs): Bildim sənin qadan alım. Narahat olma, inşallah həll eliyəcəm səhər. Səhər abed çağı danışaram sənlə, çıxarsan Lənkərana, orda qalarsan, axşam tərəfi mal atılacaq. Ordan gedib götürüb gətirəcəksən qadan alım. Biraz da öz əmanətim var orda, bir az da uşaqların 1-2 əmanəti var, qadan alım sənin, o da gəlməlidi. Nə deyərlər, səni də artıqlamasıyla görəcəm. [17:51] İranlı Arif (səs): Bir 50 dənə sənə verirəm, 50 qr görər səni? 50 qr sənin özüvə verirəm, bir az da uşaqların vəsaiti var, onları da gətirərsən qadan alım, Bakıda yerbəyer eliyərsən, atarsan bir yerə, gəlib götürərlər. [17:52] Təqsirləndirilən şəxs1 (səs): Oldu ağa, baş üstə qardaş, xəbər elə luboy vremya həll eliyək. [17:54] İranlı Arif (səs): İnşallah axşam bekar olanda görüntülü yığaram səni danışarıq, üzrlü say məni. [17:54] Təqsirləndirilən şəxs1 (səs): Oldu ağa, narahat olma, üzürlü düşmənin olmasın. Xəbər elə də yəni, nə oldu orda burda. [17:57] İranlı Arif (səs): 100%di, narahat olma, qadan alım, ürəyim qurban. [19:19] Təqsirləndirilən şəxs1 (səs): İmkan olanda zəng elə bir görüntüynən danışaq görey necedi vəziyyət, plannan da ağılnan başnan eliyək görəy nədi. sən burdan bu dəyiqə heçnə eliyə bilmirsən bu dəyqə, burda Bakıda [19:21] Təqsirləndirilən şəxs1 (yazı): Ne xeber [19:42] İranlı Arif (səs): Yox sən öl özüm ölüm deyirəm Bakıda heç zadım yoxdu allahımıza and olsun deyirəm inşallah səhər axşamçağı orda yerbeyer eliyəcəm qadan alım birazda başım qarışıqdı axşam tərəfi bekar olanda zəng eliyəcəm qadan alım sənin mən [19:44] Təqsirləndirilən şəxs1 (səs): Yaxşı, arif axşam zəng elə danışaq görəy nədi nə deyil dəqiq birşey danışaq [21:08] İranlı Arif (səs): Elçin quzu kəsim sənə, 50 qram sənin özüvə belə verəcəm mən sənin qadan alım indidən deyim biləsən 50qram, 30 dənə daş, daş deyirəmee 30 dənə torpaq 20 dənə daş sənin özüvə allahaqqı bağlatdırmışam sənin qadan alım bidə uşaqların ee təqribən deyim 3 dənə ot olacaq eeee 5 dənə kakos bi də bilmirəm nə qədər fasağzad var ba təqribən 10 dənəyə yaxındı belədi [21:09] İranlı Arif (səs): Bi də mənim özümün də orda qoy deyim dənə təqribi 100 dənə fəsal olacaq daş torpaq da mənim 100 dənə fəsalım var sənin qadan alım 50 qram sənin özünündü, belə sənən heç zad isdəmirəm yol kirayə pulundu mənə pul vurmuşduna olardı hamısı bir də ələy mayası almaq üçün biraz da puldu qadan alım [21:10] İranlı Arif (səs): İnşallah buları sağ salamat gətir Bakıya oların 10 dənəni ünvan eliyəcəysən bi də 100 dənə mənimkini ünvan eliyəcəysən sənin qadan alım [21:10] Təqsirləndirilən şəxs1 (səs): Bə indi onu nə vaxt götürəcəm mən, hardan götürəcəm bi dənə şey elədə onu da hə başa düşdüm başa düşdüm həə, hə problem deyile nə di ye o, hə bidənə oo ünvan da eliyərsən də mən bilim harda necə nə cür nə vaxt saat neçədə bu gün sabah yəni necə deyirsən elədə [21:11] İranlı Arif (səs): Elçin sənə ürəyim qurban inşallah buları yerbəyer elə ginən sora kilo-kilo vəsallar olacaq oları deyəcəm o yandan gətirəciysən bu Yardımlı sizin Lənkəran tərəfdən bizim yolumuz keçir qadan alım sənin ordan inşallah yol keçdikcən sənə deyəcəm ordan gətirəciysən ordan orda qardaşdar sənə ünvan eliyəcəylər ordan da sən gətirəciysən Bakıya qadan alım öz haqqıvı da alacaysan sən [21:12] İranlı Arif (səs): Ünvan ürəyim qurban sənə təqribən deyim dənə mən sənə axşam tərəfi atılacaq Lənkəranın öz içində Lənkəranda olacaq bildin qadan alım sənin Lənkərandan götürüb gələcəysən Bakıya ya həmən axşamı gələrsən gələrsən ya da şey nə cür özün fikirləşirsən nə cür özün ağlıva getsə ya da səhər gələrsən səhər abed çağı gələrsən mənim də orda vəsaitlərim olacaq orda dostumun da vəsaiti var olar da yer bə yer olmalıdı qadan alım sənin önçün deyirəm inşallah bunu gətir ginən qardaşın kilo-kilo vəsallar verəcək kilo başına da qardaşın nə deyərlər haqqıvı verəcək sənə [21:12] İranlı Arif (səs): Səhər axşam tərəfi sənin qadan alım elə bil bu gün mal keçib bildin indi burda hamısı yerbəyer olunur kimindi mal kimin olacaq ovcuna birbəbir ünvan atılacaq bildin sənin qadan alım önçün səhərə qalacaq [21:12] İranlı Arif (səs): Bu gün sübh keçib təqribən 35-50 kilo zad belə keçmişdi ee 35-50 arası bunun yarısı bizimdi, yarısı da uşaqlarındı [21:14] Təqsirləndirilən şəxs1 (səs): Problem yoxdu mənim qardaşım allah sənnən razı olsun burda prosta ki mən də qoyacam götürəcəylər də beləçinəə yoxsa necə konkret ünvan var ora getməlidi burdakı yəni bura gəldi çıxdı bura gətirib çıxardıram mən burda mən ancaq yəni üzbəüz görüşə bilmiyəcəm də yəni harasa qoyaram götürərlər belənçinə ancaq ya necə diyirsən [21:37] İranlı Arif (səs): Yoxe yox sənin qadan alım sən hara könlün istiyir atacaysan bi yerə gəlib götürəcəylər. Bakının hansısa bi yerində [21:46] Təqsirləndirilən şəxs1 (səs): Həə Arif durdum burda yerim darısqallıq idi üzürlü hesab elə qadan alaram sənin yığa bilisən görüntüynən danışa bilirik bir dənə danışaq yoxsa necə [22:01] İranlı Arif (səs): Uşaqları aparıram evə yığaram səni sənin qadan alım [22:02] Təqsirləndirilən şəxs1 (yazı): Yaxşı [22:16] İranlı Arif (Ürək smaylinki): [22:28] İranlı Arif (səs): Qaqam sənə qurban səhər abed çağı yığacam inşallah mən diyəndə çıxarsan Lənkərana qurban sənə [22:28] Təqsirləndirilən şəxs1 (yazı): Yaxşı [22:30] İranlı Arif (səs): Evə gedəndə yığaram inşallah birdə qaqa çöldə idim işim var idi dedim sənə zəng eliyim yanımda adamlar var onuncun yığa bilmədim inşallah evə gedəndə bir də yığaram müsait olsan açarsan ətraflı danışarıq [22:57] Təqsirləndirilən şəxs1 (səs): Yaxşı Arif danışarıq 12-dən sonra elə bil evdə olacam da yaxşı [22:58] İranlı Arif (səs): Oldu qaqam yığaram onda [22:58] Təqsirləndirilən şəxs1 (əl smaylinki): 12 iyun 2023 [00:52] İranlı Arif (səs): Salam qaqa evdəsən yoxsa çöldə danışa bilirsən [00:53] Təqsirləndirilən şəxs1 (səs): 10-15 dəqiqəyə Arif çatım evə yığaram səni həəə evə gedirəm [00:53] İranlı Arif (səs): Oldu qadan alım sənin oldu evə gedərsən yığarsan bi ətraflı danışarıq qurban sənə [00:54] Təqsirləndirilən şəxs1 (əl smaylinki): [01:31] Təqsirləndirilən şəxs1 (səs): Həə neynirsən Arif evdəyəm ee mən yığa bilərsən yoxsa yığım necə deyirsən necə eliyək rahatçılıqdı evdə [01:46] İranlı Arif (səs): Quzu kəsərəm sənə Elçin ürəyim qurban səhər abed çağı yığım da mən səni olar ürəyim qurban sənə [01:47] İranlı Arif (səs): Gecən xeyrə, şirin yuxular qadan alım sənin öpürəm səni inşallah səhər zəng vuracam səhər onu 100 faiz eliyim çıx Lənkərana qadan alım sənin [01:47] İranlı Arif (ürək smaylinki): [01:47] Təqsirləndirilən şəxs1 (səs): Yaxşı Arif olar qardaş yat sənin də yuxuların şirin səhər bidənə prosta dəqiq bir şey denən dəqiq is deyisən iş görək də yaxşı brat gecən xeyrə [01:48] İranlı Arif (səs): Sənin qadan alım 100 faizdi ürəyim qurban sənə onu danışım səhər atılmağın 100 faiz eliyim də qadan alım sənin onçun deyirəm inşallah səhər danışacam mən deyəcəm çıxacaqsan Lənkərana qadan alım inşallah yaxşı olacaq [01:49] Təqsirləndirilən şəxs1 (səs): Heçnə Arif onda sənnən xəbər gözlüyürəm də qardaşım inşallah salamatçılıq olsun yaxşı olacaq inşallah hər şey [13:00] İranlı Arif (səs): Salam qardaş sabahın xeyir necəsən nə var nə yox Buraxılmış video zəng 13:02 [13:03] İranlı Arif (səs): Qaqam Duran kimi mənnən svyaza çıxarsan da qurban sənə [13:08] Təqsirləndirilən şəxs1 (səs): Həə sabahın xeyir Arif neyniyirsən durmuşam prosta qaça qovdayam məktəbə zada belə neynirsən sən neynirsən [13:16] Təqsirləndirilən şəxs1 (yazı): Neynedin [13:24] İranlı Arif (səs): Hardasan, qaça qoc? [13:24] Təqsirləndirilən şəxs1 (səs): Harda, burda da evdəyəm, yəni məktəb zad qutarıb uşaqları kitabların zadın verirdim belənçiy sən neynirsən, neylədin, danışa biliriy yoxsa necə [13:36] İranlı Arif (səs): Elçin qurban sənə təqribən nə qədərə çıxarsan inşallah bir də saat neçədə orda olarsan [13:37] Təqsirləndirilən şəxs1 (səs): Saat 6-da mən ordayam 6da yəni sən götür ki 6-da mən ordayam uje həə [13:38] İranlı Arif (səs): Oldu qadan alım telefonu qoyuram zaryatkaya səs zad atsan bi yarım saata bi saata baxacam yəni narahat olma qadan alım sənin [13:38] Təqsirləndirilən şəxs1 (yazı): Oldu [13:54] Təqsirləndirilən şəxs1 (səs): Şeyyy, qoydun telefonu qırağa yoxsa necə Arif [13:55] İranlı Arif (səs): Çıx allah rast gətirsin çıx sənin qadan alım çıx yetişəndə mənə deyərsən də qadan alım Buraxılmış video zəng 15:10, Buraxılmış video zəng 15:10 [15:11] İranlı Arif (səs): Aycan Elçin ay can [17:32] Təqsirləndirilən şəxs1 (şəkil): Yolun şəklin göndərib və şəkildən görünür ki, Təqsirləndirilən şəxs1 Ələt-Astara magistral avtomobil yolunun Lənkəran rayonu Girdəni kəndindən keçən hissəsində “Astara düz, Lənkəran Girdəni sağa” lövhəsinin şəklini çəkib göndərmişdir. [17:32] İranlı Arif (səs): Oldu qadan alım [17:35] İranlı Arif (səs): Çayxanadayamee sənin qadan alım set zəifdi burda gedim evə yığım səni [17:36] İranlı Arif (səs): Çayxanadayam gedim evə yığıram gördüm sənə qurban kəsim gördüm [17:57] İranlı Arif (səs): Oldu qadan alım qoy biraz hava qaranlıqlasın danışmışam ürəyim qurban [17:58] Təqsirləndirilən şəxs1 (səs): Heç nə də brat həə bilirəm də hava qaralmalıdıda burdayam da mən şəhər eləmə də qıraq elə bi dənə başıva dönüb sənin qıraq elə götürüm [17:59] İranlı Arif (səs): Oldu çalışacam, yəni o qardaş öz işin bilir dənə sənin qadan alım o qardaş öz işin bilir uzaq bi yerə zada atacaq sən narahat olma kamera zad olmayacaq əvvəl deyil bu ünvana atıraaa yəni əvvəl deyil bu çox atıb [18:00] İranlı Arif (səs): Öpürəm səni qoy biraz da hava qaranlıqlasın inşallah həll eliyirəm ürəyim qurban sənə sənnən çox mən özüm də tələsirəm ordakı qardaşlar var Bakıda oların da vəsaiti yoxdu olardan da pul almışam [20:53] İranlı Arif (səs): Elçin sənə qurban xəbər gözlüyürəm qoy xəbər versinlər göndərirəm sənə [20:57] İranlı Arif (səs): Çayxanadayam ürəyim qurban can can səs at ginən [20:58] Təqsirləndirilən şəxs1 (səs): Hə qadan alaram qaqaş başqa qardaşı yığırdım Bakını yığırdım əlim dəydi sənə zəng gəldi brat heçnə brat narahat olma brat xəbər eliyərsən [21:00] İranlı Arif (səs): Oldu qadan alım sənin biraz da səbirli ol deyəcəm [21:58] İranlı Arif (şəkil): Yolun və “maksimum sürət həddi 70” olan yol nişanının şəklini göndərib və şəkildən görünür ki, şəkil xx.xx.2023-cü il tarixdə saat 21:44də çəkilib. [21:58] İranlı Arif (şəkil): Yol nişanının altında kolluğun şəklini göndərib və şəkildən görünür ki, yol nişanının altında kolluqda sarı rəngli bağlama vardır. şəkil xx.xx.2023-cü il tarixdə saat 21:44-də çəkilib. [21:58] İranlı Arif (şəkil): Yol nişanının altında kolluğun şəklini göndərib və şəkildən görünür ki, yol nişanının altında kolluqda sarı rəngli bağlama vardır. şəkil xx.xx.2023-cü il tarixdə saat 21:44-də çəkilib. [21:59] İranlı Arif (yazı): Ləvənginin kurqunan smavara teref gedende yolun saqında 70 yazılan plakatın dibində körpünü keçen kimi miqrasiya idarəsinə çatmamış [21:59] Təqsirləndirilən şəxs1 (səs): Arif sənin qadan alım bi dənə bunun yeri haradı hardadı bu qəşəngdi yeri yaxşıdı bi dənə o reysi də at da gedim ora [22:00] İranlı Arif (səs): Atdım sənə qadan alım yazını da atdım qoy görüm konum ala bilsəm konum da alaram [22:00] Təqsirləndirilən şəxs1 (səs): Yaxşı təxmini belə bildim yaxşı [22:00] Təqsirləndirilən şəxs1 (səs): Yaxşı qardaş gözdüyürəm mənim burdan ora hardasa bir 40 dəqiqəlik yolum var biraz mən Astara tərəfdəyəm [22:00] İranlı Arif (səs): Ürəyim qurban sənə elə bil bu qoca kişidi konumdan başı çıxmır ürəyim qurban sənə yazı atıb [22:00] İranlı Arif (səs): Təxmini nə qədər yolun var [22:00] İranlı Arif (səs): Ürəyim qurban sən bir azca tələs qadan alım [22:00] İranlı Arif (səs): Xəbər gözlüyürəm Elçin sənə qurban kəsim [22:01] Təqsirləndirilən şəxs1 (səs): Arif sənin qadan alım nə xəbəri mən Astara tərəfdəyəm qardaşım o ləvəngini başa düşdüm tanıyıram prosta ki hardan gələndə bi dənə indi veyznən dəqiq şeyin atsaydı yəni hara gedirəm. [22:02] İranlı Arif (səs): Qoy dayan qoy soruşum deyim sənə [22:05] İranlı Arif (səs): Ürəyim qurban sənə dedim indi yazıya bax qadan alım sənin özün də birazca tələs az vəsait deyil [22:06] İranlı Arif (yazı): Ləvənginin kurquna çat samavara teref dön [22:06] İranlı Arif (səs): Yazıyada bax qadan alım [22:06] İranlı Arif (yazı): Naxardem qardaş Buraxılmış video zəng 22:40 [22:40] İranlı Arif (yazı): Ne oldu qaqa Buraxılmış video zəng 22:42 [22:45] İranlı Arif (səs): Elçin qurban sənə onun içində bir kilo yarım nəşə var iki yarım kakosdu bir dənə üç dənə şey var daş vara qadan alım sənin inşallah sağ salamat ged evə mənə denən Bakıda deyəcəm onları ünvan eliyəcəysən qadan alım sənin xəbər gözlüyürəm sənnən Buraxılmış video zəng 22:47 [22:48] İranlı Arif (yazı): Sən balanın canı mənə xəbər elə, abi Buraxılmış video zəng 22:48 [22:51] İranlı Arif (səs): Elçin sənin qadan alım o iki yarım torpağı inşallah bi dənə qardaş var ona verəcəm ürəyim qurban sənə onun şeyinnən də iki min manat sənin kartıva vurduracam o üç dənə də daşı inşallah yer bə yer eliyəcəm danışmışam onu da hamısın yerbəyer eliyim kilo başına min manat sənindi o bir yarım nəşəni də saxla ha ürəyim qurban sənə onu inşallah özüm əridəcəm yavaş yavaş 10 qram 20 qram belə əridəcəm [22:51] İranlı Arif (səs): Tərəzinin də şəklin atarsan da mənə qoy uşaqlar şəkli atmışdı mənə atım bax ginən olardı yəni bir qram zad əksik ola bilməz bildin. Mobil telefonun “Whatsapp” ani mesajlaşma sistemində olan zənglərə baxış zamanı, Təqsirləndirilən şəxs1 “.arif” kimi mobil telefonun yaddaşına qeydə aldığı İran İslam Respublikasına aid mobil nömrə ilə 12 iyun 2023-cü il tarixdə 29 dəfə, 11 iyun 2023cü il tarixdə 5 dəfə, 06 iyun 2023-cü il tarixdə 1 dəfə, 05 iyun 2023-cü il tarixdə 26 dəfə “Whatsapp” zəng və videogörüntülü zəng danışıqlarının olması aşkar edilmişdir. İşdə olan Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 1037 nömrəli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs2 xəstəxanada qeydiyyatda deyildir. İşdə olan Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 11793 nömrəli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 xəstəxanada müalicədə olmamışlar. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2010-cu il tarixdə RF Tomsk şəhəri, Oktyabr Rayon Məhkəməsinin hökmü ilə RF CM-nin 30.3, 228-1.1, 228.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 02 ay müddətində azadlıqdan məhrum edilmiş,xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2019-cu il tarixdə Lənkəran rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 l 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasını tam çəkib qurtarmış və məhkumluğu ödənilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Amil Malıyevin ailə tərkibi arvadı Əfsanə Vahabzadədən, xx.xx.2016-cı il təvəllüdlü oğlu Bayram Malıyevdən və anası Mirbani Malıyevdən ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 ailəsi ilə birlikdə Bakı şəhəri, Zabrat qəsəbəsi, Yeni Məhəllə 3 C ünvanında qeydiyyatdaır, ailə tərkibi arvadı Aysel Ağayevadan, 2010-cu il təvəllüdlü oğlu Kənan Ağayevdən, 2012-ci il təvəllüdlü qızı Zəhra Ağayevadan və 2015-ci il təvəllüdlü qızı Xədicə Ağayevadan ibarətdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək əldə etdiyi narkotiki öz istifadəsi üçün gətirdiyini, həmin narkotiki Amil və Nərimanla birlikdə istifadə edəcəklərini göstərmişdir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək Göyşaban kəndinə gedərkən Elçinin öz istifadəsi üçün marixuana götürməyə getdiklərini bildiyini, Amilin götürdüyü torbanın içərisində çoxlu narkotikin olduğunu bilmədiyini, saxlanılarkən polis şöbəsində döyüldüyünü göstərmişdir. Təqsirləndirilən şəxs Amil Malıyev məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək torbanın içərisində narkotik olduğunu bilmədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin özlərinin müdafiəsi üçün gətirdikləri bu xüsusatlara tənqidi yanaşaraq onların ifadələrinin bu hissəsini işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özlərini müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onların ifadələrinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ilk gündən ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 və Amil Malıyevə narkotik dalınca gedəcəyini və onunla getmələrini təklif etmiş, sonuncular da onunla razılaşmışlar. Yəni, saxlanılana kimi Təqsirləndirilən şəxs3 və X7 birlikdə narkotiki götürməyə getdiklərini dərk etmişlər. Hətta Elçin maşını saxlamış və Amil torbanı götürüb maşına qoymuşdur. Bu xüsusat təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ilkin etirafedici ifadələri, keçirilən «üzləşdirmə», habelə avtomobilə baxış keçirmə haqqında istintaq hərəkətinin protokolları və videoçəkilişlə də təsdiq olunur. Eyni zamanda, məhkəmə, Təqsirləndirilən şəxs3 saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı xüsusata hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, işdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 600 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində heç bir xəsarət izi aşkar edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 ibtidai istintaq başlandığı ilk gündən məhkəmə istintaqı başa çatanadək ona qarşı zor tətbiq olunması ilə bağlı heç bir səlahiyyətli orqanlara müraciət etməmişdir. Odur ki, Təqsirləndirilən şəxs3 qarşı polis əməkdaşları tərəfindən hər hansı bir zor tətbiq olunması faktı təsdiq olunmur. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin məhkəmə baxışı dövründə özlərinin müdafiəsi üçün gətirdikləri bu dəlillərin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini göstərir, təqsirləndirilən şəxslər Amil Malıyevin və Təqsirləndirilən şəxs3 qeyd olunan mərhələdə verdikləri ifadələri yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxslərin ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdikləri ilkin etirafedici ifadələrini, habelə eskpertizanın rəylərini, «baxış», «şəxsi axtarış» protokollarını, “mobil telefon aparatına baxış keçirilməsi”, üzləşdirmə haqqında protokolları əməllərini etiraf etməsinə dair videoçəkilişi və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən təqsirləndirilən şəxslərin avtomobilində külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin aşkar edilməsi, Təqsirləndirilən şəxs1 daimi iranlı Ariflə narkotik götürülməsi ilə bağlı çoxsaylı telefon danışıqları, Arifin göstərişi ilə sonuncu tərəfindən göndərilən narkotikləri Bakı şəhərində naməlum şəxslərə çatdırmaq məqsədi ilə Lənkəran rayonunun ərazisində yolkənarında «70» yazısı olan lövhənin yaxınlığında gizlədilməsi, Təqsirləndirilən şəxs1 Amil Malıyevə və Təqsirləndirilən şəxs3 həmin bağlamanı götürmək üçün narkotik dalınca gedəcəyini deyərək onunla gedə biləcəklərini təklif etdikdən sonra sonuncuların Təqsirləndirilən şəxs1 bu qanunsuz təklifi ilə razılaşmaları və həmin yerə birgə getmələri həqiqətən də onların qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında həmin narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin, qurudulmuş marixuana narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. Metamfetaminin və heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Amil Malıyev və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmələri saxlamaları və daşımaları məhkəmədə tədqiq olunmuş mötəbər sübutlarlatəsdiq olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin əməlləri Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Amil Malıyev və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların cinayət məsuliyyətindən və ya cəzadan azad olunması üçün əsaslar yoxdur, odur ki, onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. Məhkəmə cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halarl müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. İşdə olan 13 iyun 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşlar. İşdə olan qərarlardan görünür ki, 14 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddələrdə nəzərdə tutulmuş ittiham onlara elan edilmiş və barələrində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayətlərin təsnifatına (mad.15.4) görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri “ağır” cinayətlər növünə aiddir, həmin maddələrin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bunun nəticəsində əhalinin sağlamlığına ciddi zərər vurulur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və yüksək ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin gələcəkdə islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Amil Malıyevə və Təqsirləndirilən şəxs3 təqsirləndirildikləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və onlar təyin olunmuş cəzanı çəkməlidirlər. CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Amil Malıyev və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, hər birinin cəzaçəkmə müddətinin başlanğıcı 13 iyun 2023-cü ildən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Amil Malıyevin İİİ qrup əlil olmasını nəzərə alıb barəsində narkomaniyadan məcburi müalicə təyin olunmasını məqsədəmüvafiq hesab etmir. Amil Malıyev ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və onlar ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Lənkərəan ŞRPŞ-də saxlanılan 479,9 qram psixotrop maddə metamfetamin, 2599,7 qram narkotik vasitə heroin, 2129,9 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy” markalı mobil telefon (içərisində ***-***-**-** saylı mobil sim nömrə ilə birlikdə) onun yaxın qohumlarına qaytarılmalı, səs yazıları olan bir ədəd CD disk, təqsirləndirilən şəxslərin üzərlərində, həmçinin Təqsirləndirilən şəxs1 avtomobilinə baxış keçirilərkən qeydə alınmış videogörüntülərin köçürüldüyü 4 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 20 (iyirmi) manat tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə təyin edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin oğlunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 13 iyun 2023-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. X1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 9 (doquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin oğlunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 13 iyun 2023-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Amil Malyıev ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin oğlunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 13 iyun 2023-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Lənkərəan ŞRPŞ-də saxlanılan 479,9 qram psixotrop maddə metamfetamin, 2599,7 qram narkotik vasitə heroin, 2129,9 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məzhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy” markalı mobil telefon (içərisində ***-***-**-** saylı mobil sim nömrə ilə birlikdə) onun yaxın qohumlarına qaytarılsın, səs yazıları olan bir ədəd CD disk, təqsirləndirilən şəxslərin üzərlərində, həmçinin Təqsirləndirilən şəxs1 avtomobilinə baxış keçirilərkən qeydə alınmış videogörüntülərin köçürüldüyü 4 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 20 (iyirmi) manat tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Müşfiq Məmmədov Cəlil Nəbiyev Cavid Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar