Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-336/2022 18.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1983-cü ildə Lənkəran rayonunun Xanlıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Lənkəran rayonunun Xanlıqlı kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özünə məlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-1279,583 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı Lənkəran rayonunun Xanlıqlı kəndində yerləşən evinə gətirib, evin zirzəmisində gizlətməklə saxlamış, bundan sonra satışını realizə etmək üçün həmin narkotik maddəninin 179,583 qram olan hissəsini ayrı-ayrılıqda 4,527 qram, 5,276 qram, 5,464 qram, 6,251 qram, 5,765 qram, 4,288 qram, 5,478 qram, 4,734 qram, 6,156 qram, 4,993 qram, 4,776 qram, 7,563 qram, 7,794 qram, 4,552 qram, 4,274 qram, 5,244 qram, 7,843 qram, 6,607 qram, 6,833 qram, 7,915 qram, 5,857 qram, 4,992 qram, 7,453 qram, 5,309 qram, 3,903 qram, 4,752 qram, 3,905 qram, 6,123 qram, 4,282 qram, 5,194 qram, 4,587 qram və 6,893 qrama ayırıb 32 ədəd kibrit qutularına yığdıqdan sonra onları və qurudulmuş marixuananın qalan 1100,0 qram hissəsini bir ədəd plastik vedrənin içərisinə qablaşdırıb və həmin vedrəni bir ədəd sellofan torbanın içərisinə qoyub əlində tutub yaşadığı ərazidə daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşları tərəfindən 14 yanvar 2022-ci il tarixdə, saat 10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Lənkəran rayonunun Xanlıqlı kəndi ərazisində yaşadığı evin yaxınlığında küçə ilə piyada hərəkət edərkən saxlanılıb üzərində şəxsi axtarış zamanı bir ədəd sellofan torbada olan bir ədəd plastik vedrənin içərisində bir ədəd sellofanda 1100 qram və 32 ədəd kibrit qutularda 179,583 qram olmaqla cəmi külli miqdarda-1279,583 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib (CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilib) ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı varıdır və ailəsi ilə birlikdə Lənkəran rayonunun Xanlıqlı kəndində yaşayır. Rəsmi olaraq heç yerdə işləməsə də, fərdi qaydada təsərrüfat işləri ilə məşğul olmuşdur. Xeyli müddətdir ki, marixuanadan istifadə etməyə başlamış, marixunadan başqa narkotik maddə qəbul etməmişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində mal-qara otarmaq, həm də böyürtkən yığmaq məqsədi yaşadığı kənddin yaxılığında olan meşəlik sahədə olarkən kol-kosun içərisində çətənə bitkilərinin olmasını görüb həmin bitkilərin yarpaqlarını yığmışdır ki, istifadə etsin. Həmin yerdə çətənə bitkilərindən yığdığı yarpaqları yaşadığı evə gətirib evin zirzəmisində gizlətmişdir. Sonra həmin yarmaqların istifadə üçün yararlı hissələrindən əldə etdiyi marixuananı (qurudulmuş) 12 ədəd kibrit qutularına yığmış, sonra yarmaqların yararsız vəziyyətdə olan az miqdarda hissəsini və 12 ədəd kibrit qutuları plastmas vedrəyə yığıb saxlamışır. Bir müddət əldə etdiyi marixuanadan özü siqaret kimi çəkməklə istifadə etmiş, həmin marixuanadan heç kim verməmiş və satmamışdır. 2022-ci ilin yanvar ayının əvvəllərində marixuananı tərgitmək istəmiş, buna görə də vedrədə saxladığı marixuananı aparıb evindən kənara, zibilliyə tullamaq qərarına gəlmişdir. Bu məqsədlə 14 yanvar 2022-ci il tarixdə, səhər saatlarında içərisində marixuana olan 12 ədəd kibrit qutuları və az miqdarda yararsız halda marixuana hissələri olan həmin vedrəni bir ədəd sellofan torbaya qoyub evdən çıxmışdır ki, aparıb kənddə zibilliyə atsın. Evindən çıxıb küçə ilə hərəkət edərkən bir neçə polis əməkdaşı onu tutub regional polis şöbəsinə aparmışlar. Polis şöbəsində polis əməkdaşları ona məxsus plastmas vedrəni qarşısına qoyub içərisində olan marixuananın ona məxsus olmasını bildirmişlər. Bundan sonra polis əməkdaşları vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış, üzərindən narkotik maddə və ya başqa qadağan olunmuş əşyalar aşkar edilməmişdir. Sonra özünə məxsus olan və tutulan vaxt polis əməkdaşları tərəfindən götürülmüş plastmas vedrəyə baxış keçirilmişdir. Baxış zamanı vedrənin içərisindən 32 ədəd kibrit qutusunda və sellofan torbanın içərisində marixuana aşkar olunmuşdur. Həmin vaxt polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün o, plastmas vedrənin içərisində aşkar olunmuş 32 ədəd kibrit qutularında və sellofan torbada olan marixuananın özünə məxsus olmasını, meşəlik ərazidən tapdığını demişdir. Əslində isə həmin kibrit qutularından yalnız 12 ədəd qutuda olan marixuana ona məxsusdur, qalan qutularda və sellofan torbada olan marixuana ona məxsus deyil, sonradan həmin marixuananı vedrəyə polis əməkdaşları qoymuşdur. O, aşkar edilmiş marixuananı satmaq məqsədi ilə saxlamasına dair verilmiş ittiham üzrə (CMnin 234.4.3-cü maddəsi ilə) özünü təqsir bilmir, lakin özünün şəxsi istifadəsi məqsədi ilə marixuana əldə edib saxladığına görə (CM-nin 234.1-ci maddəsi ilə) özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, xeyli müddətdir ki, narktoik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başlamış, marixunadan başqa narkotik vasitə qəbul etməmişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində böyürtkən yığıb satmaq üçün yaşadığı kənddə yerləşən meşəlik sahəsinə getmiş və orada yerdən kiçik bir bağlama tapmış, həmin bağlamanın içərisində qurudulmuş marixuana olmuşdur. Sonra o, bağlamanı evinə gətirib evin zirzəmisində gizlətmiş və fikirləşmişdir ki, onu hissə-hissə çəkib qəbul edər. Həmin vaxtdan başlayaraq 4-5 gündən bağlamdan bir dəfəlik marixuananın yarpaqlarını götürüb siqaretə doldurub çəkməklə qəbul etmişdir. 2021-ci ilin dekabr ayında həmin bağlamada olan marixuananın yaxşı olan yarpaqlarını kibrit qutularına doldurmuşdur ki, hər dəfə lazım olanda həmin kibriti qutulardan birini götürüb istifadə etsin. Bağlamada qalan marixuananı kiçik bir vedrənin içərisinə doldurub saxlamışdır ki, kibrit qutularına doldurduğu marixuana qurtardıqdan sonra vedrədə olan marixuanadan istifadə etsin. Həmçinin marixuananın istifadəyə yararlı yarpaqlarını çəkidikdən sonra qalanını tullamaq fikrində olmuşdur. Əldə etdiyi marixuandan heç kəsə qəbul etmək üçün verməmiş və satmamış, onda marixuananın olmasından heç kəsin xəbəri olmamış, həmçinin tapdığı marixuananın kimə məxsus olması barədə məlumatı yoxdur. 2022-ci ilin yanvar ayının əvvəllərində marixuananı tərgitmək istəmiş və bu səbəbdən də özünə olan marixuananı aparıb zibilliyə atmaq qərarına gəlmişdir. Bu məqsədlə o, 14 yanvar 2021-ci il tarixdə, saat 10 radələrində həmin vedrənin və kibrit qutularında olan marixuananı bir sellofan torbaya yığıb kənddə olan zibilxnaya tullamaq üçün özü ilə göütürüb evdən çıxmışdır. Yaşadığı kənddə evin yaxınlığında piyada gedərkən üç nəfər polis əməkdaşı onu saxlayıb X3 dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu bildirilib regional polis şöbəsinə aparılmışdır. Polis şöbəsində təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əlində olan sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin torbadan bir ədəd vedrə, vedrənin içərisində olan 32 ədəd kibrit qutularda və bir ədəd sellofanda qurudulmuş marixuanan aşkar olunmuşdur. Şifahi soğru zamanı o, aşkar olunmuş kütlələrin marixuana olduğunu, tapdığını demək istəsə də, ona inanmayacaqlarına görə həmin marixuananı yaşadığı ərazidə olan meşəlik sahəsində bitən çətənə bitkilərindən əldə etdiyini, özünün istifadəsi üçün saxladığını bildirmişdir. O, həmin marixuananı özünün şəxsi istifadəsi üçün əldə edib saxlamış, heç kimə verməmiş və satmamışdır. Tutularkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə üzərində şəxsi axtarışın keçirilmsi ilə bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, ona məxsus vedrənin içərisində 12 ədəd kibrit qutusunda marixuana olmuş, həmin marixuananı satış məqsədi ilə yox, şəxsi istifadəsi üçün əldə edib saxlamış, həmçinin tutulduqdan sonra həmin vedrənin içərisində aşkar olunmuş 12 ədəd kibrit qutusunda olan marixuana özünə məxsus olmuş, qalan qutularda olan marixuana ona məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, tutalan vaxt aşkar olunmuş marixuananın hamısının özünə məxsus olmasını demişdir. Əslində isə həmin kibrit qutularından yalnız 12 ədəd qutuda olan marixana ona məxsusdur, qalan qutularda və sellofan torbada olan marixuana ona məxsus deyil, sonradan həmin marixuana vedrəyə polis əməkdaşları tərəfindən qoyulmuşdur. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, heç kimə narkotik maddə satmamış, yalnız az miqdarda marixuananı şəxsi istifadəsi üçün əldə edib saxladığına görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, CBRŞ-nin əməkdaşıdır. 14 yanvar 2022-ci il tarixdə Lənkəran rayonunun Xanlıqlı kənd sakini Təqsirləndirilən şəxs X3 dövriyyəsi ilə məşqul olması barədə ona əməliyyat məlumatı daxil olmuşur. Həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış qrupu yaradılmış və həmin gün saat 10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiriləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin (Lənkəran rayonunun Xanlıqlı kəndində) yaxınlığında saxlanılmış və saxlanılan vaxt onun əlində sellofan torba olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs X3 dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu bildirilmiş və o, əlindəki torba ilə birlikdə regional polis şöbəsinə gətirilmişdir. Şöbədə təhqiqatçı Famil Həsənov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qadağan olunmuş əşya aşkar edilməmiş, lakin onun təqdim etdiyi bir ədəd sellofan torbada bir ədəd plastmas vedrə, həmin vedrənin içərisində 32 ədəd kibrit qutularındvə və bir ədəd sellofan torbada qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin marixuna olduğunu, bir müddət əvvəl yaşadığı ərazidə olan meşəlik sahəsində bitən çətənə bitkilərindən əldə etdiyini bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdə sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, DİN-nin BNMİ-nin CBRŞ-nin əməkdaşının 14 yanvar 2022-ci il tarixli “Raport”larla müəyyən olunur ki, Lənkəran rayonunun Xanlıqlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə məlumatlar daxil olmuş və bu məlumat əsasında həmin tarixdə, saat 10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran rayonunun Xanlıqlı kəndində yaşadığı evin yaxınlığında saxlanılmış və əlində olan bir ədəd sellofan torba ilə birlikdə CBRŞ-nə gətirilmişdir. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” 14 yanvar 2022-ci il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Lənkəran rayonunun Xanlıqlı kəndində yaşayan Təqsirləndirilən şəxs X3 dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün təxirəsalınmaz əməliyyat-axtarışın tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” 14 yanvar 2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 yanvar 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə CBRŞ-nin təhqiqatçısı Famil Həsənov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan torbaya baxış keçirilmiş və həmin torbanın içərisində bir ədəd plastmas vedrə, həmin vedrədə bir ədəd sellofan bükümdə, habelə 32 ədəd kibrit qutuların içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş qurudulmuş marixuananı bir ədəd torbanın içərisində bir müddət əvvəl tapdığını və şəxsi istifadəsi üçün özündə saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş və şəxsi axtarış zamanı aparılmış videoçəkliş 01 ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 14 yanvar 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “... Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd selofan torbada və 32 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi ... ” sözlər və imzalar olan bir ədəd bağlamdakı, 1 ədəd bükümün təmiz çəkisi-1100,0 qram olan bitki mənşəlli kütlə və 32 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkilər-4,527 qram, 5,276 qram, 5,464 qram, 6,251 qram, 5,765 qram, 4,288 qram, 5,478 qram, 4,734 qram, 6,156 qram, 4,993 qram, 4,776 qram, 7,563 qram, 7,794 qram, 4,552 qram, 4,274 qram, 5,244 qram, 7,843 qram, 6,607 qram, 6,833 qram, 7,915 qram, 5,857 qram, 4,992 qram, 7,453 qram, 5,309 qram, 3,903 qram, 4,752 qram, 3,905 qram, 6,123 qram, 4,282 qram, 5,194 qram, 4,587 qram, 6,893 qram ümumi təmiz çəkisi-179,583 qram bitki mənşəlli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır və tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Beləliklə Təqsirləndirilən şəxs məxsus ümumi təmiz çəkisi-1279,583 qram olan 33 ədəd büküm mariuxana tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq qurudulmuş marixuana 1279,363 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 17 yanvar 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 12 aprel 2022-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 1279,363 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Həmin maddi sübut saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məhkəmə-narkoloji ekspertizasının 17 yanvar 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-isİtifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 12 aprel 2022-ci il tarixli qərarla müəyyən edilir ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə mənbəyi barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (özünə məxsus plastmas vedrənin içərisində aşkar olunmuş 32 ədəd kibrit qutularından yalnız 12 ədəd qutuda olan marixananın ona məxsus olması, qalan qutularda və sellofan torbada olan marixuananın ona məxsus olmaması, sonradan həmin marixuananın vedrəyə polis əməkdaşları tərəfindən qoyulması, polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün plastmas vedrənin içərisində aşkar olunmuş marixuananın tam olaraq özünə məxsus olmasını deməsi, narkotik maddələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni özünə məxsus plastmas vedrənin içərisində aşkar olunmuş 32 ədəd kibrit qutularından yalnız 12 ədəd qutuda olan marixananın ona məxsus olması, qalan qutularda və sellofan torbada olan marixuananın ona məxsus olmaması, sonradan həmin marixuananın vedrəyə polis əməkdaşları tərəfindən qoyulması, polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün plastmas vedrənin içərisində aşkar olunmuş marixuananın tam olaraq özünə məxsus olmasını deməsi, narkotik maddələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, aşkar olunmuş marixuananın tam oalraq özünə məxsus olmasını bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı aşkar olunmuş narkotik maddənin tam olaraq Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotikin tam olaraq ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Lənkəran Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittihamı qəbul edib istintaq orqanına verdiyi ifadəsini təsdiq edərək aşkar olunmuş narkotik maddənin tam olaraq özünə məxsus olmasını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən beynəlxalq adı “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddə narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 1279,583 qram narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir. Həmçinin Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın bir hissəsini çəkib 32 ədəd kibrit qutularına yığmaqla, habelə digər hissəsini bir ədəd sellofana yığıb onları bir ədəd vedrəyə qablaşdırıb yaşadığı ərazidə üzərində saxlamaqla daşımasını onun həmin narkotik maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşıması kimi qiymətləndirilməyə əsas verən hallardan biri kimi qəbul edilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 16 yanvar 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu tarixdən-14 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Lənkəran rayonunun Xanlıqlı kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 17 yanvar 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran rayonunun Xanlıqlı kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (yaşayış yerində qonşuları ilə münasibəti yaxşı olmaqla intizamlı və işgüzardır) xarakterizə olunur. İşdə olan, Lənkəran rayonunun Xanlıqlı kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 17 yanvar 2022-ci il tarixli arayışla müəyyən olunur ki, 22 iyun 2007-ci il təvəllüdlü X6 və 14 iyul 2008-ci il təvəllüdlü X2 Rzayevin himayəsindədirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsində göstərilən) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 14 yanvar 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan, ayrı-ayrı qablaşdırılmaqla cəmi 1279,363 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan və cinayət işininə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 14 yanvar 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, ayrı-ayrı qablaşdırılmaqla cəmi 1279,363 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-50 (əlli) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-336/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-336/2022
18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver