Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-336/2023 28.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi hakimləri- Süleymanov Elxan Xasay oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu (məruzəçi hakim) və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X64, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X6 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi- Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxx 1983-cü ildə Lənkəran rayonu Gərmətük kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar vəzifəsində işləmiş, Lənkəran rayonu Gərmətük kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 311.3.2 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (təqsirləndirilən şəxsin videokonfrans əlaqə sistemindən istifadə etməklə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 14 avqust 2020-ci il tarixli 297 nömrəli əmri ilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə yerli icra hakimiyyəti başçısının memarlıq və tikinti sahəsində təsbit edilmiş funksiyalarının həyata keçirilməsi ilə əlaqədar şəhərsalma, memarlıq və tikinti sahələrində öz səlahiyyəti çərçivəsində yerli səviyyədə normativ tənzimlənmənin, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsinin təmin edilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada yerli səviyyədə şəhərsalma, memarlıq və tikinti sahələrində dövlət nəzarətinin həyata keçirilməsi, yaşayış məskənlərinin baş planlarının, müfəssəl planlaşdırma layihələrinin, yaşayış məskənlərinin hüdudları layihələrinin və digər layihələrin, habelə onlarda müvafiq dəyişiklikləri nəzərdə tutan layihələrin hazırlanmasının təşkil edilməsi, təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsinə rəy verilməsi, müvafiq qaydada təsdiq olunmuş şəhərsalma sənədləri olmadıqda və ya şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi zamanı baş planlarda, müfəssəl planlaşdırma və ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində dəyişiklik edilməsi tələb olunduğu hallarda bu dəyişikliklərə razılıq verilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada arxitektura qurumundan rəy alınmasının təşkil edilməsi, tikinti obyektlərinin tikintisi, genişləndirilməsi və yenidən qurulmasının memarlıq həlləri üzrə layihələrinə baxılması və razılaşdırılmasının təmin edilməsi, tikintisi başa çatmış obyektlərin istismara qəbulu üzrə komissiyaların işində iştirak edilməsi, yerli səviyyədə dövlət şəhərsalma kadastrının yaradılması və aparılması, şöbəyə daxil olmuş ərizə və şikayətlərə baxılması və qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi, rəylər verilməsi, tikinti layihələrinin təsdiq edilməsi, şəhərsalma və tikinti norma və qaydalarının pozulması ilə aparılan, həmçinin özbaşına tikintilərin dayandırılması barədə tapşırıqların verilməsi, şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulması haqqında işlərə baxılması, özbaşına tikintilərin sökülməsi barədə məhkəmə qaydasında iddia qaldırılması, fiziki və hüquqi şəxslərin müraciəti əsasında inşa edilməsi nəzərdə tutulan yaşayış və qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin layihəsinin şəhərsalma və tikinti normalarına uyğunluğunu müəyyən etdikdə tikinti işlərini aparmaq üçün tikintiquraşdırma işlərinin başlanmasına icazə verilməsi, rayon İcra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirməklə şöbəyə rəhbərliyin həyata keçirilməsi, başçının memarlıq və tikinti sahəsində qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlərinin həyata keçirilməsinin təmin edilməsi, yaşayış və qeyri-yaşayış binalarının tikintisinə və istismarına nəzarət edilməsi, bu sahədə sənədlərin hazırlanması və təsdiqinə rəhbərlik etməklə rəy verilməsi, tikintisi başa çatdırılmış obyektin istismara qəbul aktlarının verilməsini təmin edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən, yaxud nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Lənkəran rayonu, Girdəni kəndi sakini X55 məxsus həmin rayonun Girdəni kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində 150 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin tikilməsinə icazə verilməsi, eskiz layihənin razılaşdırılması və sənədlərin təsdiq edilməsinə görə tanışı Lənkəran rayonu Girdəni kənd sakini cinayətdən xəbərsiz Şahid9 vasitəsi ilə 2021-ci ilin mart ayında özünə müraciətindən sonra həmin məsələnin müsbət həll edilməsi üçün qeyd olunan tarixdə tanışları cinayətdən xəbərsiz Şahid10 və Şahid9 vasitəsi ilə X61 rayonu Girdəni kəndində görüşləri zamanı özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 4.900 (dörd min doqquz yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində istəmiş, həmin niyyətlə 2021ci ilin mart ayında Lənkəran rayonu Girdəni kəndində istifadəsində olan qara rəngli “Nissan Sunny” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilində cinayətdən xəbərsiz tanışları Şahid10 və Şahid9 vasitəsi ilə X36 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 4.900 (dörd min doqquz yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində almışdır. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Lənkəran şəhər sakini Şahid19 məxsus Lənkəran şəhəri, Nizami küçəsində yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilməsi və tikilinin X11 razılaşdırılması üçün sonuncunun həmin məsələdə köməklik göstərilməsinə dair 2021-ci ilin aprel-may aylarında özünə müraciət etməsi ilə əlaqədar Lənkəran şəhəri, Nizami küçəsində tikilməli olan fərdi yaşayış evinin X11 (layihənin) çəkilməsi və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memarla razılaşdırılmaqla sənədlərin təsdiq edilib verilməsi müqabilində 2021-ci ilin aprel-may aylarında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 900 (doqquz yüz) manat məbləğində pul vəsaitini Lənkəran şəhərində təkrarən rüşvət qismində istəyərək, Şahid19 razılığını alıb, həmin niyyətlə, 2021-ci ilin aprel-may aylarında Lənkəran şəhərində - Astara yolunun üzərində Şahid19 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 900 (doqquz yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almışdır. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Lənkəran şəhər sakinləri Şahid5 və Şahid6 məxsus ünvan 2 ünvanda yerləşən qeyri yaşayış sahəsinin ikinci mərtəbəsinin yaşayış sahəsi kimi tikilməsinə icazə verilməsi və tikilinin X11 razılaşdırılması üçün sonuncuların həmin məsələdə köməklik göstərilməsinə dair 2021-ci ilin yay aylarında özünə müraciət etməsi ilə əlaqədar ünvan 2 ünvanda ikinci mərtəbəsi yaşayış sahəsi kimi tikilməli olan qeyri yaşayış sahəsinin X11 (layihənin) çəkilməsi və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memarla razılaşdırılmaqla sənədlərin təsdiq edilib verilməsi müqabilində 2021-ci ilin yay aylarında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini ünvan 3 ünvanında yerləşən inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otağında görüşləri zamanı Şahid5 və Şahid6 təkrarən rüşvət qismində istəmiş, sonuncuların həmin məbləğin çox olmasını bildirməsindən sonra 300 (üç yüz) manat məbləğində pul vəsaitinin verilməsinə dair razılışadıqdan sonra, həmin niyyətlə 2021-ci ilin payız aylarında qeyd edilən xidməti otağında Şahid6 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 300 (üç yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almışdır. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Lənkəran şəhər sakini Şahid2 tanışları Bakı şəhər sakini Şahid4 və sonuncunun dayısı Şahid3 Lənkəran şəhəri, Mir-Mustafaxan küçəsində qeyri-yaşayış sahəsinin tikilməsinə icazə verilməsi üçün şəhər icra hakimiyyətinə müraciət edilməsi ilə bağlı köməklik göstərilməsinə dair 2021-ci ilin oktyabr ayında özünə müraciətindən sonra tikilməli olan qeyri-yaşayış sahəsinin X11 (layihənin) çəkilməsi və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memarla razılaşdırılmaqla sənədlərin təsdiq edilib verilməsi müqabilində 2021-ci ilin oktyabr ayında mobil telefonda “WhatsApp” proqram təminatı ilə danışıqları zamanı cinayətdən xəbərsiz Şahid2 vasitəsi ilə özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 50.000 (əlli min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəmiş, Şahid4 və sonuncunun dayısı Şahid3 həmin məbləğin çox olmasını bildirməsi ilə əlaqədar, 2021-ci ilin oktyabr ayında mobil telefonda “WhatsApp” proqram təminatı ilə danışıqları zamanı cinayətdən xəbərsiz Şahid2 vasitəsi ilə özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 45.000 (qırx beş min) manat məbləğində pul vəsaitini Şahid4 və Şahid3 təkrarən rüşvət qismində istəmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Lənkəran şəhər sakini Şahid15 tanışı Bakı şəhər sakini Şahid16 Lənkəran rayonu Nərimanabad qəsəbəsində tikdirdiyi fərdi yaşayış evinin X11 razılaşdırılması üçün Lənkəran şəhər İcra Hakimiyyətinə müraciət edilməsi ilə bağlı məsələdə köməklik göstərilməsinə dair 2022-ci ilin yanvar ayında özünə müraciətdən sonra, qeyd edilən məsələni yəni, Lənkəran rayonu, Nərimanabad kəndində tikilmiş fərdi-yaşayış evinin X11 (layihənin) çəkilməsi və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memarla razılaşdırılmaqla sənədlərin təsdiq edilib verilməsi müqabilində 2022-ci ilin yanvar ayında mobil telefonda “WhatsApp” proqram təminatı ilə danışıqları zamanı cinayətdən xəbərsiz Şahid15 vasitəsi ilə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 350 (üç yüz əlli) manat məbləğində pul vəsaitini Şahid16 təkrarən rüşvət qismində istəmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Lənkəran şəhər sakini Şahid17 məxsus Lənkəran şəhəri, X67 küçəsi 2k ünvanda yerləşən 25.2 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin istismarına icazənin verilməsi və layihənin təsdiq edilməsi üçün sonuncunun 2022-ci ilin yanvar ayında özünə müraciətin sonra, qeyd edilən məsələni yəni, Lənkəran şəhəri, X67 küçəsi 2k ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair Lənkəran Şəhər icra Hakimiyyəti başçısının Tikinti obyektinin istismarına 16 may 2022-ci il tarixli, 9 nömrəli İcazə sənədinin verilməsi və X11 (layihənin) çəkilməsi və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri baş memarla razılaşdırılması müqabilində 2022-ci ilin yanvar ayında şəxsən özü üçün birbaşa yolla maddi nemət olan 4.800 (dörd min səkkiz yüz) manat məbləğində pul vəsaitini ünvan 3 ünvanında yerləşən inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otağında görüşləri zamanı Şahid17 təkrarən rüşvət qismində istəmiş, həmin niyyətlə 2022-ci ilin fevral-mart aylarında qeyd edilən xidməti otağında 2100 manat, 2400 manat, və 300 manat pul vəsaitini Şahid17 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan ümumilikdə 4.800 (dörd min səkkiz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə təkrarən rüşvət qismində almışdır. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Lənkəran rayonu, Girdəni kəndi sakini Şahid21 məxsus Lənkəran şəhəri, Heydər Əliyev prospekti 26 ünvanda yerləşən 425 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin daxilində dəyişikliklər edilərək təmir edilməsinə icazə verilməsi üçün köməklik göstərilməsinə dair sonuncunun 2022-ci ilin mart ayında özünə müraciətindən sonra, qeyd edilən məsələni yəni, Lənkəran şəhəri, Heydər Əliyev prospekti 26 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin təmir edilməsinə icazə verilməsi müqabilində 2022-ci ilin mart ayında şəxsən özü üçün birbaşa yolla maddi nemət olan 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini ünvan 3 ünvanında yerləşən inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otağında görüşləri zamanı Şahid21 təkrarən rüşvət qismində istəmiş, həmin niyyətlə 2022-ci ilin mart ayında Lənkəran şəhəri, “Qala” adlanan ərazidə Şahid21 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almışdır. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Lənkəran şəhər sakini X42 məxsus Lənkəran şəhəri, 28 may küçəsi 68 ünvanda yerləşən fərdi-yaşayış evinin birinci mərtəbəsinin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilməsi üçün köməklik göstərilməsinə dair sonuncunun əri Şahid7 2022-ci ilin mart ayında özünə müraciətindən sonra qeyd edilən məsələnin yəni, Lənkəran şəhəri, 28 may küçəsi 68 ünvanda yerləşən fərdi-yaşayış evinin 49 m2 sahəsinin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 14 mart 2022-ci il tarixli, 22 saylı Yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilməsi haqqında sərəncamının verilməsi müqabilində 2022-ci ilin mart ayında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini ünvan 3 ünvanında yerləşən inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otağında görüşləri zamanı Şahid7 təkrarən rüşvət qismində istəmiş, sonuncunun həmin məbləğin çox olmasını deməsindən sonra 1400 manat veməsinə razılaşaraq, həmin niyyətlə 2022-ci ilin mart ayında qeyd edilən xidməti otağında Şahid7 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.400 (bir min dörd yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almışdır. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Lənkəran rayonu, Şilavar kənd sakini sakini X29 məxsus olmaqla Lənkəran rayonu Şilavar kəndi ərazisində 0.09 ha torpaq sahəsi üzərində yerləşən yaşayış sahəsi 111.8 m2, tikinti sahəsi 324 m2 , ümumi sahəsi 605 m2 olan 6.4 metr hündürlüyə malik ikimərtəbəli fərdiyaşayış evinin X11 (layihəsinin) Lənkəran Şəhər İcra hakimiyyətinin Baş memarı kimi təsdiq edilib verilməsinə köməklik edilməsi üçün 2022-ci ilin aprel ayında Məlahət Əliyevanın əri Şahid11 özünə etdiyi müraciət ilə əlaqədar olaraq ünvan 3 ünvanda yerləşən inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otağında görüşləri zamanı qeyd edilən məsələnin həlli üçün Şahid11 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Lənkəran rayonu, Bala-Şürük kəndi sakini Şahid25 məxsus həmin kənddə 0.06 ha torpaq sahəsində 85 m2 sahəsi olan qeyri yaşayış sahəsinin tikilməsinə icazə verilməsi üçün 2022-ci ilin may ayında özünə müraciətindən sonra qeyd edilən məsələnin yəni, Lənkəran rayonunun Bala-Şürük kəndində tikilməli olan qeyri yaşayış sahəsinə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 11 nömrəli Obyektin Tikintisinə İcazənin verilməsi və X11 (layihənin) çəkilməsi və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memarla razılaşdırılmaqla sənədlərin təsdiq edilib verilməsi müqabilində 2022-ci ilin may ayında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini Lənkəran rayonu, Bala- Şürük kəndində Şahid25 məxsus torpaq sahəsində görüşləri zamanı sonuncudan təkrarən rüşvət qismində istəmiş, həmin niyyətlə 2022-ci ilin iyun ayında Lənkəran rayonu, Bala- Şürük kəndində Şahid25 məxsus torpaq sahəsində sonuncudan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almışdır. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Lənkəran şəhər sakini X88 məxsus Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi 10 ünvanda yerləşən fərdi-yaşayış evinin birinci mərtəbəsinin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilməsi üçün köməklik göstərilməsi ilə əlaqədar sonuncunun atası Şahid13 Hüccət oğlunun 2022-ci ilin may ayında özünə müraciətindən sonra, qeyd edilən məsələsinin yəni, Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi 10 ünvanda yerləşən fərdiyaşayış evinin 36 m2 sahəsinin qeyri yaşayış sahəsi kimi istifadə edilməsi üçün Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 22 iyun 2022-ci il tarixli, 74 saylı Yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilməsi haqqında sərəncamının verilməsi müqabilində 2022-ci ilin iyun ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otağında cinayətdən xəbərsiz Şahid14 vasitəsiylə Şahid13 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almışdır. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Lənkəran rayonu, Şürük kənd sakini Şahid28 məxsus olmaqla Lənkəran rayonu Şürük kəndi ərazisində 0.02 ha torpaq sahəsi üzərində yerləşən 78.6 m2 yaşayış sahəsi, 201.2 m2 tikinti sahəsi, 350.8 m2 ümumi sahəsi olan 6.60 metr hündürlüyə malik ikimərtəbəli fərdi yaşayış evinin X11 (layihəsinin) Lənkəran Şəhər İcra hakimiyyətinin Baş memarı kimi təsdiq edilib verilməsi üçün 2022-ci ilin iyun ayının sonlarında sonuncunun özünə etdiyi müraciətindən sonra həmin tarixdə ünvan 3 ünvanda yerləşən inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otağında Şahid28 ilə görüşləri zamanı sonuncudan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Lənkəran şəhər sakini Şahid20 şəxsi mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin sənədlərinin hazırlanması, yəni layihəsinin çəkilib təsdiq olunması və Şəhər İcra Hakimiyyətində aparılmalı olan digər sənədləşdirmələrdə köməklik göstərilməsinə dair 2022-ci ilin iyul ayının əvvəllərində özünə müraciətindən sonra, qeyd edilən məsələsinin yəni, Lənkəran rayonu ərazisində həmin torpaq sahəsi üzərində tikilmiş fərdi-yaşayış evinin sənədlərinin hazırlanması, yəni X11 (layihənin) çəkilməsi və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memarla razılaşdırılmaqla sənədlərin təsdiq edilib verilməsi müqabilində 2022-ci ilin iyul ayının əvvəllərində özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəmiş, həmin niyyətlə 2022-ci ilin iyul ayının əvvəllərində Lənkəran rayonu ərazisində Sütəmurdov kəndinə gedən yolda Şahid20 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almışdır. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Masallı şəhər sakini Şahid27 məxsus Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən “Babat Sahil” adlanan qeyri-yaşayış sahəsinin daxilində dəyişikliklər edilərək təmir edilməsinə icazə verilməsi üçün köməklik göstərilməsinə dair sonuncunun 2022-ci ilin iyul ayında özünə müraciətindən sonra, qeyd edilən məsələnin yəni, Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən yerləşən qeyri-yaşayış sahəsinin təmir edilməsinə icazə verilməsi müqabilində 2022-ci ilin iyul ayında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini ünvan 3 ünvanında yerləşən inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otağında görüşləri zamanı Şahid27 təkrarən rüşvət qismində istəmiş, həmin niyyətlə 2022-ci ilin iyul ayında qeyd edilən xidməti otağında Şahid27 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almışdır. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Lənkəran rayonu, Vilvan kəndi sakini X17 həmin rayonun Girdəni kəndində aldığı 0.06 ha torpaq sahəsində 2 mərtəbəli fərdi-yaşayış evinin tikintisinə, həmçinin evin birinci mərtəbəsinin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilməsi üçün şəhər icra hakimiyyətinə müraciət etməsi barədə tanışı Lənkəran rayonu Digah kənd sakini Şahid23 etdiyi xahiş əsasında sonuncunun həmin məsələdə köməklik göstərilməsinə dair 2022-ci ilin sentyabr ayının əvvəllərində özünə müraciətindən sonra, qeyd edilən məsələnin yəni, Lənkəran rayonunun Girdəni kəndində tikilməli olan fərdi-yaşayış evinin X11 (layihənin) çəkilməsi və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memarla razılaşdırılmaqla sənədlərin təsdiq edilib verilməsi müqabilində 2022-ci ilin sentyabr ayının əvvəllərində özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini ünvan 3 ünvanında yerləşən inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otağında görüşləri zamanı Şahid23 təkrarən rüşvət qismində istəmiş, sonuncunun həmin məbləğin çox olmasını deməsindən sonra 4000 manat veməsinə razılaşaraq, həmin niyyətlə 2022-ci ilin sentyabr ayının əvvəllərində qeyd edilən xidməti otağında Şahid23 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almışdır. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Lənkəran rayonu sakini X56 məxsus həmin rayonun Şilavar kəndində yerləşən şadlıq sarayının təmir edilməsinə icazə verilməsi üçün şəhər icra hakimiyyətinə müraciət etməsi barədə sonuncunun kürəkəni Lənkəran şəhər sakini Şahid22 Bahadır oğlundan etdiyi xahiş əsasında sonuncunun həmin məsələdə köməklik göstərilməsinə dair 2022-ci ilin avqust ayında özünə müraciətindən sonra, qeyd edilən məsələnin yəni, Lənkəran rayonunun Şilavar kəndində yerləşən şadlıq sarayının təmir edilməsinə icazə verilməsi, obyektin X11 (layihənin) çəkilməsi və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memarla razılaşdırılmaqla sənədlərin təsdiq edilib verilməsi müqabilində 2022-ci ilin avqust özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini ünvan 3 ünvanında yerləşən inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otağında görüşləri zamanı Şahid22 təkrarən rüşvət qismində istəmiş, sonuncunun həmin məbləğin çox olmasını deməsindən sonra 3500 manat veməsinə razılaşaraq, həmin niyyətlə 2022-ci ilin avqust ayının ortalarında qeyd edilən xidməti otağında sonuncudan şəxsən özü üçün birbaşa yolla maddi nemət olan 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almışdır. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Lənkəran şəhər sakini X12 məxsus olmaqla Lənkəran rayonu Göyşaban kəndi ərazisində 0.06 ha torpaq sahəsi üzərində yerləşən 300 m2 sahəsi olan 11.60 metr hündürlüyə malik üçmərtəbəli fərdi-yaşayış evinin X11 (layihəsinin) Lənkəran Şəhər İcra hakimiyyətinin Baş memarı kimi təsdiq edilib verilməsinə köməklik göstərilməsi barədə 2022-ci ilin sentyabr ayında özünə müraciətidən sonra, 15 sentyabr 2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otağında görüşləri zamanı Balahüseyn Mirzəyevin kürəkəni Şahid1 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəmiş, sonuncunun həmin məbləğin çox olmasını deməsindən sonra 4000 manat veməsinə razılaşaraq, həmin niyyətlə 17 sentyabr 2022-ci il tarixdə xidməti otağında Şahid1 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən almışdır. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Bakı şəhər sakini Şahid24 anası X13 məxsus olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.06 ha sahəsi olan fərdi yaşayış evinin həyətyanı torpağında əmisi X20 adına Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 485 saylı Ticarət obyekti tikintisinə icazə verilməsi barədə sərəncamına əsasən inşa edilmiş 50 m2 sahəsi olan qeyri yaşayış sahəsinin istismara qəbul (icazə) aktının verilməsi üçün köməklik göstərilməsinə dair 2022-ci ilin avqust ayında özünə müraciətindən sonra Şahid24 qeyri yaşayış sahəsinə istismara qəbul aktının verilməsi üçün ilk əvvəl obyektin əmisi Nazim Abdullayevin adına verilmiş tikintiyə icazə verilməsi barədə şəhər icra hakimiyyəti başçısının sərəncamının dəyişdirilərək Şəfiqə Abdullayevanın adına şəhər icra hakimiyyəti başçısının tikintiyə icazə verilməsi barədə yeni sərəncamının verilməsinin lazım olduğunu bildirməklə Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməsi barədə şəhər icra hakimiyyəti başçısının sərəncamının və istismara qəbul aktının verilməsi müqabilində 22 sentyabr 2022-ci il tarixdə istifadəsində olan 070 715 87 35 GSM nömrəli mobil telefonla Şahid24 ilə sonuncuya məxsus 050 *** ** ** GSM nömrəli mobil telefonla danışıq zamanı qeyd edilən məsələnin həlli üçün özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini Şahid24 təkrarən rüşvət qismində istəmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Lənkəran rayonu, Bürcəli kənd sakini X30 atası X31 məxsus olan Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0.12 ha torpaq sahəsində sahəsi 300 m2 sahəsi olan pərakəndə meyvə-tərəvəz satışı üçün nəzərdə tutulmuş çardağın tikintisinə icazə verilməsi üçün şəhər icra hakimiyyətinə müraciət etməsi barədə Lənkəran rayonu Bürcəli kənd sakini Şahid26 etdiyi xahiş əsasında sonuncunun həmin məsələdə köməklik göstərilməsinə dair 2022-ci ilin sentyabr ayının əvvəllərində özünə müraciətindən sonra, qeyd edilən məsələni yəni, Lənkəran rayonunun Bürcəli kəndində tikilməli olan qeyri-yaşayış sahəsinin tikilməsinə icazə verilməsi və X11 (layihənin) çəkilməsi və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memarla razılaşdırılmaqla sənədlərin təsdiq edilib verilməsi müqabilində 2022-ci ilin sentyabr ayının ortalarında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini ünvan 3 ünvanında yerləşən inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otağında görüşləri zamanı Şahid26 təkrarən rüşvət qismində istəmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 311.3.2 və 311.3.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü həmin maddələrlə təqsirli bilməmiş, qulluq mövqeyindən istifadə etməklə dələduzluqda və dələduzluğa cəhd etməkdə təqsirli bilərək göstərdi ki, 2020-ci ilin avqust ayından Lənkəran Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müdiri-baş memar vəzifəsində işləmişdir. Onun vəzifələri şəhərsalma, memarlıq və tikinti sahələrində öz səlahiyyəti çərçivəsində yerli səviyyədə normativ tənzimlənmənin, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsinin təmin edilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada yerli səviyyədə şəhərsalma, memarlıq və tikinti sahələrində dövlət nəzarətinin həyata keçirilməsi, yaşayış məskənlərinin baş planlarının, müfəssəl planlaşdırma layihələrinin, yaşayış məskənlərinin hüdudları layihələrinin və digər layihələrin, habelə onlarda müvafiq dəyişiklikləri nəzərdə tutan layihələrin hazırlanmasının təşkil edilməsi, təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsinə rəy verilməsi, müvafiq qaydada təsdiq olunmuş şəhərsalma sənədləri olmadıqda və ya şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi zamanı baş planlarda, müfəssəl planlaşdırma və ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində dəyişiklik edilməsi tələb olunduğu hallarda bu dəyişikliklərə razılıq verilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada arxitektura qurumundan rəy alınmasının təşkil edilməsi, tikinti obyektlərinin tikintisi, genişləndirilməsi və yenidən qurulmasının memarlıq həlləri üzrə layihələrinə baxılması və razılaşdırılmasının təmin edilməsi, tikintisi başa çatmış obyektlərin istismara qəbulu üzrə komissiyaların işində iştirak edilməsi, yerli səviyyədə dövlət şəhərsalma kadastrının yaradılması və aparılması, şöbəyə daxil olmuş ərizə və şikayətlərə baxılması və qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi, rəylər verilməsi, tikinti layihələrinin təsdiq edilməsi, şəhərsalma və tikinti norma və qaydalarının pozulması ilə aparılan, həmçinin özbaşına tikintilərin dayandırılması barədə tapşırıqların verilməsi, şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulması haqqında işlərə baxılması, özbaşına tikintilərin sökülməsi barədə məhkəmə qaydasında iddia qaldırılması, fiziki və hüquqi şəxslərin müraciəti əsasında inşa edilməsi nəzərdə tutulan yaşayış və qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin layihəsinin şəhərsalma və tikinti normalarına uyğunluğunu müəyyən etdikdə tikinti işlərini aparmaq üçün tikintiquraşdırma işlərinin başlanmasına icazə verilməsi, rayon İcra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirməklə şöbəyə rəhbərliyin həyata keçirilməsi, başçının memarlıq və tikinti sahəsində qanunvericil müraciət etməmişəikdə nəzərdə tutulmuş səlahiyyətlərinin həyata keçirilməsinin təmin edilməsi, yaşayış və qeyri-yaşayış binalarının tikintisinə və istismarına nəzarət edilməsi, bu sahədə sənədlərin hazırlanması və təsdiqinə rəhbərlik etməklə rəy verilməsi, tikintisi başa çatdırılmış obyektin istismara qəbul aktlarının verilməsini təmin edilməsindən ibarət olmuşdur. Ona verilmiş ittiham üzrə onu göstərə bilər ki, 2022-ci ilin sentyabr ayının ortalarında Lənkəran şəhər sakini Şahid1 Şəhər İcra Hakimiyyətinin inzibati binasında xidməti otağımda ona müraciət edərək Lənkəran rayonu Göyşaban kəndində X12 məxsus fərdi-yaşayış evinin tikilməsinə icazə verilməsi və X11, yəni evin lahiyəsinin memarlıq şöbəsi ilə razılaşdırılması üçün kömək etməsini ondan xahiş etmişdir. Sonra Şahid1 ona zəng etmiş və o, Göyşaban kəndinə gedərək Şahid1la görüşmüş və evin tikilməli olduğu əraziyə baxış keçirmişdir. Şahid1 ona tikilməli olan evin hündürlüyünün 16 metr olacağını bildirmişdir. Evin layihə-planı ona Şahid1 tərəfindən təqdim edilmiş, o, həmin plana baxaraq evin hündürlüyünün Şahid1 dediyi kimi 12 metrdən yuxarı deyil, aşağı olduğunu müəyyən etmişdir. Mövcud qanunvericiliyə görə tikiləcək fərdi yaşayış evinin hündürlüyü 12 metrdən aşağı olduqda icra hakimiyyətinin icazəsi tələb olunmur, məlumatlandırma icratı ilə evin tikilməsi həyata keçirilməlidir. Məlumatlandırma icratı zamanı ancaq vətəndaşın təqdim etdiyi layihə Lənkəran Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin möhürü və baş memarın imzası ilə təsdiqlənir. Şahid1 X11 razılaşdırılması üçün ona 4000 manat pul verə biləcəyini bildirmidir. O, razılaşmışdır. Bu danışıqlarından bir neçə gün sonra dəqiq xatırlamadığı tarixdə xidməti otağında Şahid1 ona 4000 manat pul vermiş və o, pulu ondan almışdır. Bundan bir neçə gün sonra tikilməli olan evin lahiyəsini şöbənin möhürü və imzası ilə təsdiqləyərək xidməti otağında Şahid1 vermişdirp. Vətəndaş həmin yaşayış evini şəhər icra hakimiyyətinin razılığı olmadan məlumatlandırma icratı əsasında tikdirməli olmuşdur. O, vətəndaşın mövcud qanunvericiliyi bilməməsindən istifadə etməklə onu aldadaraq dələduzluqla 4000 manat məbləğində pulunu ələ keçirmişdir. Lənkəran rayonu Girdəni kəndi sakini X55 məxsus həmin rayonun Girdəni kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində 150 m2 sahəsi olan qeyriyaşayış sahəsinin tikilməsinə icazə verilməsi, eskiz layihənin razılaşdırılması və sənədlərin təsdiq edilməsinə görə tanışı, Lənkəran rayonu Girdəni kənd sakini Şahid9 və Şahid10 vasitəsi ilə X36 4.900 manat məbləğində pul vəsaitini rüşvət qismində alması şər və böhtandır. Həmin şəxslərdən yalnız Şahid10 onun yanında olmuşdur. Ona tikinti aparılması ilə bağlı sənədlər təqdim edilmişdir. O da onlara tikintinin aparılmasına icazə verilməsinin qaydasını izah etmişdir. Həmin şəxslərdən heç bir məbləğdə pul istəməmiş və almamışdır. Şahid9 özü də etiraf edir ki, pulu Şahid10 vermişdir. Sonra isə guya Şahid10 ona məxsus avtomobilin salonunda pulu ona verdiyini gördüklərini demişlər. Lənkəran şəhər sakini Şahid19 məxsus, Lənkəran şəhəri Nizami küçəsində yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilməsi və tikilinin X11 razılaşdırılması üçün Şahid19 2021-ci ili aprel-may aylırda ona müraciət etmişdir. Şahid19 fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə sənədlər verilmişdir. Lakin o, Şahid19 heç bir məbləğdə, o cümlədən 900 manat məbləğində pul almamış və sonra da həmin məbləğdə pulu qaytarmamışdır. Lənkəran şəhər sakinləri X14 və Şahid6 məxsus ünvan 10 ünvanda yerləşən qeyri yaşayış sahəsinin ikinci mərtəbəsinin yaşayış sahəsi kimi tikilməsinə icazə verilməsi və tikilinin X11 razılaşdırılması üçün həmin şəxslər 2021-ci ilin yay aylarında ona müraciət etmişlər. O, ünvan 10 ünvanda ikinci mərtəbəsi yaşayış sahəsi kimi tikilməli olan qeyri-yaşayış sahəsinin X11 (layihənin) çəkilməsi və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memarla razılaşdırılmaqla sənədlərin təsdiq edilib verilməsi müqabilində Şahid5 və Şahid6 hər hansı məbləğdə pul istəməmiş və 2021-ci ilin payız aylarında Şahid6 300 manat məbləğində pul almamışdır. Lənkəran şəhər sakini Şahid2 tanışları Bakı şəhər sakini Şahid4 və sonuncunun dayısı Əhmədov X39 şəhəri Mirmustafaxan küçəsində qeyri-yaşayış sahəsinin tikilməsinə icazə verilməsi üçün 2021-ci ilin oktyabr ayında ona müraciət etmişlər. O, tikilməli olan qeyriyaşayış sahəsinin X11 (layihənin) çəkilməsi və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memarla razılaşdırılmaqla sənədlərin təsdiq edilib verilməsi müqabilində 2021-ci ilin oktyabr ayında mobil telefonda “WhatsApp” proqram təminatı ilə danışdığı zaman Şahid2 vasitəsi ilə 50.000 manat, sonra isə 45000 manat məbləğində pul istəməmişdir. Şahid2la telefon əlaqəsində «50» rəqəmini o mənada demişdir ki, lahiyə təşkilatı 50 ədəd yüzlük istəyirmiş. O demişdir ki, lahiyəni 4000-4500-ə həll edə bilərəm. O, Pərvizə «45» rəqəmini 45000 mənasında deməmiş, lahiyənin çəkilməsi haqqı olaraq 45 ədəd yüzlüyü nəzərdə tutmüşdür. Lənkəran şəhər İcra Hakimiyyətinin Nərimanabad İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Şahid15 2022-ci ilin yanvar ayında ona qəsəbədə qanunsuz tikinti aparılması barədə məlumat vermişdir. O, həmin tikinti olan yerə getdikdə Şahid16 Nərimanabad qəsəbəsində qanunsuz olaraq fərdi yaşayış evi tikdirdiyini görmüşdür. O, tikintini dayandırmış və bildirdim ki, birinci növbədə tikilməli olan fərdi-yaşayış evinin lahiyəsi lisenziyalı təşkilat tərəfindən çəkilməli, sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri, özü tərəfindən sənədlər təsdiq edililməlidir. Bundan sonra tikintinin aparılmasının mümkün olduğunu bildirmişdir. Həmçinin tikintinin lahiyəsinin hazırlanmasına köməklik edə biləcəyimi demişdir. Fərdi yaşayış evinin layihənin çəkilməsi və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memarla razılaşdırılmaqla sənədlərin təsdiq edilib verilməsi üçün Şahid16 Şahid15 vasitəsi ilə 350 manat məbləğində pul vəsaiti rüşvət qismində istəməmişdir. O, Şahid15 telefonuna Vhatsapp proqramı vasitəsi ilə “3.5” rəqəmini göndərməklə lahiyənin hazırlanması üçün həmin məbləğdə pul lazım olduğunu bildirmişdir. Həmin rəqəmi Şahid15 göndərməkdə məqsədi 350 manat pul istəmək olmamışdır. Lənkəran şəhər sakini Şahid17 2022-ci ilin yanvar ayının əvvəllərində özünə məxsus, Lənkəran şəhəri, X67 küçəsi 2k ünvanda yerləşən 25.2 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin yeni lahiyəsinin təsdiq edilməklə verilməsi və yeni istismara icazə aktının verilməsi üçün ona müraciət etmişdir. Lakin o, həmin sənədlərin verilməsi üçün Şahid17 4.800 manat məbləğində pul vəsaiti istəməmiş və almamışdır. Şahid17 tikintiyə dair sənədlər olmuşdur. Ona qeyri-yaşayış sahəsinin istismarına icazənin verilməsi və tikintiyə dair lahiyənin təsdiq edilməsi lazım olmuşdur. O, həmin sənədləri Şahid17 vermiş, lakin ondan pul almamışdır. Şahid21 Lənkəran şəhəri, H.Əliyev prospekti 26 ünvanında 380 m2 qeyri-yaşayış sahəsi olan obyekti mövcuddur. Həmin obyektin bütün sənədləri qaydasında olmuşdur. Lakin uzun müddətdir istifadə olunmadığından yararsız vəziyyətə düşmüşdür. 2022-ci ilin mart ayında Şahid21 həmin obyektdə təmir işlərinin aparılmasına icazə verilməsi üçün ona müraciət etmişdir. Şahid21 həmin obyektdə təmir işlərinin aparılmasına icazə verilmişdir. Lakin obyektdə təmir işlərinin aparılmasına icazə verilməsi üçün Şahid21 hər hansı məbləğdə, o cümlədən 2500 manat məbləğində pul tələb etməmiş və almamışdır. Şahid7 2022-ci ilin mart və ya aprel aylarında Lənkəran şəhəri, 28 may küçəsi, ev 68 ünvanda yaşadığı evin birinci mərtəbəsini moyka kimi, yəni qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilməsi üçün ona müraciət etmişdir. Şahid7 evinin birinci mərtəbəsini qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilmişdir. Lakin ondan hər hansı məbləğdə pul istəməmiş və almamışdır. 2022-ci ilin aprel ayında Lənkəran rayonu Şilavar kənd sakini Şahid11 Dinbəy oğlu həmin kənddə yerləşən, həyat yoldaşı X23 adına olan, Lənkəran rayonu Şilavar kəndi ərazisində 0.09 ha torpaq sahəsi üzərində yerləşən yaşayış sahəsi 111.8 m2, tikinti sahəsi 324 m2 , ümumi sahəsi 605 m2 olan 6.4 metr hündürlüyə malik ikimərtəbəli fərdi-yaşayış evinin X11 (layihəsinin) Lənkəran Şəhər İcra hakimiyyətinin Baş memarı kimi təsdiq edilib verilməsinə köməklik edilməsi üçün ona müraciət etmişdir. Məlahət Əliyevanın yaşayış evi adı altında qeyri-yaşayış obyekti tikməsinə şübhələr olduğundan əvvəlcə ona razılıq verilməmişdir. Lakin evin lahiyəsini işləyib təqdim etdikdə onun həqiqətən də fərdi yaşayış evi tikməsi məlum olmuşdur. Ona görə də Məlahət Əliyevanın fərdi yaşayış evi tikməsinə icazə verilmişdir. Lakin evin tikintisinə icazə verilməsi üçün Məlahət Əliyevanın əri Şahid11 hər hansı məbləğdə pul istəməmişdir. Şahid25 2022-ci ilin may ayında yaşadığı Bala-Şürük kəndində ərzaq mağazasının tikintisiə icazə verilməsi barədə ona müraciət etmişdir. O, mağazanın tikilməli olduğu torpaq sahəsinə baxaraq orada 85 m2 sahəni əhatə edən mağazanın tikintisini aparmaq üçün İcra hakimiyyəti başçısının sərəncamının verilməsi və tikintinin layihəsinin təsdiq edilməsinin lazım olduğunu bildirmişdir. Həmin mağazanın tikilməsi üçün icra hakimiyyəti başçısının sərəncamı və tikintinin layihəsi Şahid25 verilmişdir. Lakin bununla bağlı Şahid25 hər hansı məbləğdə pul istəməmiş və almamışdır. Lənkəran şəhər sakini X10 şəhər Zərifə Əliyeva küçəsi 10 ünvanda yerləşən fərdi-yaşayış evinin birinci mərtəbəsinin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilməsi üçün 2022-ci ilin may ayında ona müraciət etmişdir. Bundan sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 22 iyun 2022-ci il tarixli, 74 saylı sərəncamı ilə Elmin Rzayevə məxsus qeyd olunan fərdi yaşayış eyinin birinci mərtəbəsinin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilmişdir. Lakin o, rayon icra hakimiyyəti başçısının qeyd olunan sərəncamının verilməsi üçün Emil Rzayevdən hər hansı məbləğdə pul istəməmiş və 2022ci ilin iyun ayının əvvəllərində Şahid14 vasitəçiliyi ilə Emil Rzayevdən 1.500 manat məbləğində pul vəsait almamışdır. Lənkəran rayonu Şürük kənd sakini Şahid28 məxsus olmaqla Lənkəran rayonu Şürük kəndi ərazisində 0.02 ha torpaq sahəsi üzərində yerləşən 78.6 m2 yaşayış sahəsi, 201.2 m2 tikinti sahəsi, 350.8 m2 ümumi sahəsi olan 6.60 metr hündürlüyə malik ikimərtəbəli fərdi yaşayış evinin X11 Lənkəran Şəhər İcra hakimiyyətinin Baş memarı kimi təsdiq edilib verilməsi üçün sənədləri 2022-ci ilin iyul ayında təqdim etmişdir. Lakin onun tikintiyə dair göndərdiyi lahiyə torpaq sahəsi ilə uyğun gəlmədiyindən təqdim etdiyi lahiyə təsdiq olunmamış, bu barədə ona 13 iyun 2022-ci il tarixli məktubla cavab verilməklə lahiyəni dəyişdirməklə tikintini əraziyə uyğunlaşdırması məsləhət görülmüşdür. Lakin Şahid28 lahiyəni dəyişdirib təqdim etməmişdir. Ona görə də onun tikinti aparılmasına icazə verilməmişdir. Fərdi yaşayış evinin tikintisinə icazə verilməsi və lahiyənin təsdiq olunması üçün Şahid28 hər hansı məbləğdə pul tələb etməmişdir. Lənkəran rayonunda notariusda işləyən Şahid20 bir neçə ildir ki, xidməti fəaliyyəti ilə əlaqədar tanımışdır. Şahid20 ünvan 9 ünvanında fərdi yaşayış evini faktiki olaraq tikdirmiş, evin inşası başa çatdırılmışdır. Şahid20 2022-ci ilin iyul ayının əvvəllərində fərdi yaşayış evinin sənədlərinin hazırlanması, yəni layihənin çəkilib təsdiq olunması, habelə daşınmaz əmlakın dövlət reyestr xidmətindən yeni inşa edilmiş mənzilə texniki pasport və xüsusi mülkiyyət hüququna dair çıxarış verilməsində köməklik göstərilməsi üçün ona müraciət etmişdir. O isə Şahid20 ilk növbədə evin lahiyəsini müvafiq lisenziyası olan təlkilat tərəfindən çəkilərək təqdm etməsini demişdir. Lakin fərdi yaşayış evinin lahiyəsinin hazırlanıb təsdiq edilməsi üçün Şahid20 hər hansı məbləğdə pul istəməmiş, almamış və qaytarmamışdır. X70 2022-ci ilin yay aylarında Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində, dəniz kənarında olan toraq sahəsmində qanunsuz olaraq tikinti aparmışdır. Ona görə də onun tikinti aparması dayandırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Xalid Əzizovun tikinti aprdığı torpaq sahəsinə dair müqaviləsinin vaxtı qurtarmışdır. Ona görə də Xalid Əzizova həmin torpaq sahəsində tikinti aparmaq icazəsi verilməmişdir. O, tikintinin aparılmasına icazə verilməsi üçün Xalid Əzizovdan hər hansı məbləğdə pul tələb etməmiş və almamışdır. Eyni zamanda tikintinin aparılmasına qeyri-rəsmi olaraq icazə verməmişdir. Xalid Əzizovun tikinti aparmasının dayandırılması səbəbindən ondan narazı qalmaqla ona pul verməsi barədə ifadə vermişdir. Şahid23 2022-ci ilin sentyabr ayının əvvəllərində Cavid adlı şəxsin Girdəni kəndində yerləşən 0.06 ha həyətyanı sahəsində 2 mərtəbəli yaşayış evinin tikintisinə icaza verilməsi barədə ona müraciət etmişdir. Evin titkinti lahiyəsini də icra hakimiyyətinə təqdim etmişlər. Evin lahiyəsi məlumatlandırma icraatı qaydasında təsdiq olunmuşdur. Lakin evin lahiyəsinin təsdiq olunması və tikintisinə icazənin verilməsi üçün Şahid23 hər hansı məbləğdə pul istəməmiş və almamışdır. Şahid22 Bahadır oğlu 2022-ci ildə Lənkəran rayonu Şilavar kəndində yerləşən “Ay Lolo” şadlıq sarayında təmir işləri aparılmasına icazə verilməsi üçün ona müraciət etmişdir. O, Anar Əzimova izah etmişdir ki, obyektdə yenilik etmək istəyirlərsə, yeni layihə çəkiilib təsdiq edilməli, sənədlər şəhərsalma komitəsinə getməlidir. Lakin ondan hər hansı məbləğdə pul tələb etməmişəm və təmir işlərinin aparılmasına qeyri-rəsmi olaraq icazə verməmişdir. Şahid24 onun həmkəndlisidir. Şahid24 Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən, anası X13 məxsus olan 0,6 ha torpaq sahəsində inşa edilmiş birmərtəbəli fərdi yaşayış evinin qarşısında, onunla eyni həyətyanı sahədə 50 m2 sahəsi olan ticarət obyekti tikdirmişdir. Şahid24 2022-ci ilin avqust ayında həmin obyektə istismara qəbul (cazə) aktını almaq üçün ona müraciət etmişdir. O, sənədlərə baxdıqda torpağın çıxarışının Şahid24 anasının, obyektin sərəncamının isə əmisinin adına olduğunu müəyyən etdim. Ona görə də Şahid24 obyektin sərəncamının dəyişdirilərək anasının adına yazılmasının vacibliyini, bundan sonra obyektə istismara icazə (qəbul) aktının verilməsinin mümkün olduğunu bildirmişdir. Lakin obyektin sərəncamının dəyişdirilərək Şahid24 anasının adına yazılması və obyektin istismara icazə (qəbul) aktının verilməsi üçün Şahid24 hər hansı məbləğdə pul tələb etməmişdir. Lənkəran rayonu Bürcəli kənd sakini Şahid26 2022-ci ilin sentyabr ayında həmin kəndin sakini X30 atası X31 məxsus, Lənkəran rayonu Bürcəli kəndində yerləşən 0.12 ha torpaq sahəsində 300 m2 sahəsi olan pərakəndə meyvə-tərəvəz satışı üçün nəzərdə tutulmuş çardağın tikintisinə icazə verilməsi və X11 (layihənin) çəkilməsi üçün ona müraciət etmişdir. Lakin o, qeyd olunan obyektin tikilməsinə icazə verilməsi və ləhiyələşdirilməsinin həyata keçirilməsi üçün Murad İbraimovun vasitəsi ilə Ramin Məməiyevdən və ya onun atası Bəhmən Məmiyevdən hər hansı məbləğdə pul istəməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının ortalarında Lənkəran şəhər sakini Şahid1 Şəhər İcra Hakimiyyətinin inzibati binasında xidməti otağında ona fərdi yaşayış evinin tikilməsinə icazə verilməsi üçün müraciət etmişdir. Daha sonra xatırlamadığı tarixdə Şahid1 ona zəng edərək Göyşaban kəndi ərazisində evin tikilməli olduğu əraziyə baxış keçirmək barədə razılaşdıqlarını demişdir. O da Rövşənin zəng etdiyi gün həmin kəndə gedərək evin tikilməli olduğu əraziyə baxış keçirmişdir. Evin layihə-planı ona Rövşən tərəfindən təqdim edilmişdir. O, həmin plana baxaraq evin hündürlüyünün Rövşənin dediyi kimi 12 metrdən yuxarı deyil, aşağı olduğunu görmüşdür. Mövcud qanunvericiliyə görə tikiləcək fərdi yaşayış evinin hündürlüyü 12 metrdən aşağı olduğu üçün icra hakimiyyətinin icazəsi tələb olunmur, məlumatlandırma icraatı ilə evin tikilməsi həyata keçirilməlidir. Məlumatlandırma icraatı zamanı ancaq vətəndaşın təqdim etdiyi layihə Lənkəran Şəhər İcra Hakimiyyəti, Memarlıq və Tikinti şöbəsinin möhürü və baş memarın imzası ilə təsdiqlənir. 2022-ci ilin sentyabr ayının ortalarında xidməti otağında Rövşən X1 məxsus fərdi-yaşayış evinin X11 onun müdiri olduğu şöbə ilə razılaşdırılması üçün kömək etməyini xahiş etmişdir. O, kağız parçasına 5000 manat pulu nəzərdə tutaraq “5000” yazıb vətəndaşa vermişdir. Lakin, Rövşən həmin pulun çox olduğunu bildirərək daha az pul verməyə gücü çatacağını bildirmişdir. Rövşən X11 razılaşdırılması üçün ona 4000 manat verə biləcəyini bildirmiş və o da razılaşmışdır. Bu danışıqlarından bir neçə gün sonra dəqiq xatırlamadığı tarixdə xidməti otağında Rövşən yuxarıda göstərilən məqsədlə - X12 məxsus fərdi-yaşayış evinin X11 onun müdiri olduğum şöbə ilə razılaşdırılması üçün ona 4000 manat pul vermiş və o, həmin pulu götürmüşdür. Bundan bir neçə gün sonra da Memarlıq planlaşdırma bölməsini şöbənin möhürü və imza ilə təsdiqləyərək xidməti otağında Şahid1 vermişdir. Vətəndaş həmin yaşayış evini şəhər icra hakimiyyətinin razılığı olmadan da məlumatlandırma icraatı əsasında tikdirə bilərmiş. O, vətəndaşın mövcud qanunvericiliyi bilməməsinə görə qulluq mövqeyindən istifadə etməklə vətəndaşı aldadaraq dələduzluqla 4000 manat məbləğində pulunu ələ keçirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ona təqdim edilən 7 dəqiqə 5 saniyəlik video görüntüyə baxmışdır. Həmin görüntü şəhər icra hakimiyyətinin binasında yerləşən xidməti otağında çəkilmişdir. Videoda görünən şəxs odur. Həmin görüntüdə o, Şahid1 4000 manat pulunu sonuncunu aldatmaqla almışdır. Şahid20 tanıyır, sonuncu Lənkəran şəhər Notariat kontorunda işləyir. Bir neçə dəfə notarial işlərlə bağlı ona köməkliyi dəymişdir. O, Şahid20 hər hansı bir ad altında heç bir məbləğdə pul almamışdır. Şahid24 qeyri yaşayış sahəsinin istismara icazə aktının alınması ilə bağlı ona müraciət etmişdir. Obyektin sərəncamı əmisinin adına torpaq isə anasının adına olduğu üçün o, Talehə ilk əvvəl sərəncamın dəyişdirilməli olduğunu, ondan sonra istismara icazə aktının verilə biləcəyini izah etmişdir. Bununla bağlı Talehdən heç bir məbləğdə pul tələb etməmiş və almamışdır. İstifadənsində olan 050 416 56 77 GSM nömrəsi ilə Şahid24 istifadəsində olan 050 463 63 71 GSM nömrəsi arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək WhatsApp proqramı vasitəsi ilə aparılmış yazılı və səsli mesajlaşma ona təqdim edilmişdir. Mesajlar onun və Taleh tərəfindən göndərilmişdir. Şahid24lə mesaj göndərmə yolu ilə əlaqə saxladıqları vaxt sonuncuya “mən qızla danışdım, dedi ki, əlinizdə olan sərəncam dəyişməlidir, əgər belə olsa iş böyüyəcək” məzmunlu mesaj göndərməsi, cavabında Şahid24 ona “bax gör nə edirsən də, xahiş edirəm elə olsun ki gücümüz çatsın” məzmunlu mesaj göndərməsi, cavabında onun vətəndaşa “Narahat olma əlimdən gələni edəcəm, sərəncam dəyişəsi olsa iş böyüyəcək, əlavə rasxoddur da” məzmunlu mesaj göndərməsi, Şahid24 ona “sərəncam üçün nə qədər xərc olar onu deyə bilərsən?” məzmunlu mesaj göndərməsi, cavabında onun vətəndaşa “Taleh bilmirəm onu gərək başçıyla danışıb deyim sənə” məzmunlu mesaj göndərməsi ilə bağlı bildirir ki, Talehgil Bakı şəhərindən gəlmişdilər. Sənədləşmə işləri qurtarana qədər vətəndaşlar Lənkəranda qalmalı olmuşlar. Sərəncam dəyişməli olduğuna görə sənədləşmə uzanacaq və vətəndaşların da Lənkəran şəhərində qalma müddəti artacaqmış. Bu xüsusat da Talehgilin xərcinin artmasına səbəb olacaqmış. Göstərilən mesajlarda həmin xüsusatları nəzərdə tutmuşdur. Onun Muradla münasibəti var, Murad Bürcəli kəndində çardaq tikintisi ilə bağlı ona müraciət etmişdir. Çardağı qohumu tikdirmək istəmişdir. Qohumu Rusiya Federasiyasında olduğu üçün Murad özü ona müraciət etmişdir. O, Murada icazə verilməsi, layihənin təsdiq edilməsi 3000 manat verilməli olduğunu bildirmişdir. Əslində çardaq tikintisi üçün icazə almaq lazım deyil, o, icra başçısının da adından istifadə etməklə Muradı aldadıb pulunu ələ keçirmək istəmişdir. İcra başçısının həmin məsələlərdən xəbəri olmamışdır. Lakin, xx.xx.2022-ci il tarixdə tutulduğu üçün Muraddan həmin pulu dələduzluqla ala bilməmişdir. Aralarında olan razılığa görə Murad 04 oktyabrda pulu gətirib ona verməliymiş. İstifadəsində olan 050 416 56 77 GSM nömrəsi ilə Şahid26 məxsus 050 726 46 71 GSM nömrə arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək WhatsApp proqramı vasitəsi ilə olan yazılı və səsli mesajlaşmalar onun və Murad tərəfindən bir-birilərinə göndərilmişdir. O, Muradı aldadıb pulunu ələ keçirmək üçün həmin mesajları göndərmişdir. İstifadəsində olan 070 715 87 35 GSM nömrəsi ilə Şahid26 məxsus 050 726 46 71 GSM nömrə arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək WhatsApp proqramı vasitəsi ilə olan yazılı və səsli mesajlaşmalar onun və Murad tərəfindən bir-birilərinə göndərilmişdir. O, İcra başçısının adından istifadə etməklə Muradı aldadıb pulunu ələ keçirmək üçün həmin mesajları göndərmişdir. Şahid23 rayon sakini kimi tanıyır, Ramin Girdəni kəndində yaşayan tanışının ev tikdirmək istəyi ilə bağlı ona müraciət etmişdir. Vətəndaş yaşayış evini məlumatlandırma icraatı əsasında şəhər icra hakimiyyətinin razılığı olmadan da qanunauyğun layihə çəkdirərək tikdirə bilərmiş. O da Raminin və ev tikdirmək istəyən şəxsin məlumatsızlığından istifadə edərək vətəndaşın 4000 manat məbləğində pulunu aldatmaqla ələ keçirmək istəmişdir. Lakin, Ramin fikrini dəyişdirərək tələb etdiyi 4000 manat pulu ona verməmişdir. İstifadəsində olan 050 416 56 77 GSM nömrəsi ilə Şahid23 istifadəsində olan 050 568 48 28 GSM nömrə arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək WhatsApp proqramı vasitəsi ilə olan mesajlaşmalar Ramin və tərəfindən yazılmışdır. O, Ramini icra başçısının da adından istifadə etməklə aldadaraq 4000 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmək üçün göstərilən məbləğdə pul tələb etmişdir. O, layihəni verəndən sonra Ramin ona 4000 manat pul verməliymiş. Lakin, o, layihəni imzalayıb və üzərinə möhür vuraraq Raminə təqdim etdikdən sonra sonuncu razılaşdıqları pulu ona verməmişdir. Şahid21 rayon sakini kimi tanıyır, Xəyal ona Lənkəran şəhəri, H.Əliyev prospekti 26 ünvanında 380m2 qeyriyaşayış sahəsi olan obyektin təmiri ilə və ya başqa məsələylə bağlı müraciət etmişdir, lakin o, vətəndaşdan heç bir məbləğdə pul tələb etməmiş və almamışdır. İstifadəsində olan 050 416 56 77 GSM nömrəsi ilə Şahid21 məxsus 050 578 78 18 GSM nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək WhatsApp proqramı vasitəsi ilə aparılmış yazılı və səsli mesajlaşmalar Xəyal və tərəfindən göndərilmişdir. Arxitektura və Şəhərsalma üzrə Dövlət Komitəsi ilə bağlı problem olmuşdur. Şəhərsalma Xəyalın apardığı təmir ilə maraqlananda həmin mesajlaşma aralarında olmuşdur. Şahid19 ev tikdirmək üçün ona müraciət etmişdir. Lakin, o, həmin vətəndaşdan heç bir məbləğdə pul tələb etməmiş və almamışdır. İstifadəsində olan 050 416 56 77 GSM nömrəsi ilə Şahid19 məxsus 050 336 21 81 GSM nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək WhatsApp proqramı vasitəsi ilə göndərilmiş yazılı və səsli Eldar və onun tərəfindən göndərilmişdir. Həmin mesajlaşma Eldarla aralarında sonuncu ev tikmək üçün onlara müraciət edən vaxt olmuşdur. Şahid19 göndərdiyi səsli mesajda “başa düşmədim doktor sənin fikrin nədi? Əgər fikirini dəyişdirmək istəyirsənsə gec deyil bizdə fikir dəyişməyib, mən dedim ki, çalışacam bu gün sənədi verim, sən gedib ağlına nə gəlib bilmirəm fikir dəyişirsən, mən sənə dedim ki, bu gün yanına qalxmalıyam, mən bu gün yanına qalxıb sənə zəng edəcəm, sən də razılaşıb getdin, indi başqa fikir yürüdürsən, fikrini konkret de mən də ona uyğun hərəkət edim” deməsi ilə bağlı bildirir ki, Eldar evi tikdirib-tikdirməməklə bağlı qəti qəti qərara gələ bilməmişdir. Ona görə də layihəni təsdiqlədib-təsdiqlətməməkdə tərəddüd etmişdir. Həmin səbəbdən Şahid19 göstərilən məzmunlu mesajı göndərmişdir. Lənkəran şəhər sakinləri Şahid5 və Şahid6 məxsus ünvan 2 ünvanda yerləşən qeyri yaşayış sahəsinin ikinci mərtəbəsinin yaşayış sahəsi kimi tikilməsinə icazə verilməsi və tikilinin X11 razılaşdırılması üçün sonunculardan müraciətləri ilə bağlı heç bir məbləğdə pul tələb etməmiş və almamışdır. Həmin şəxslər özlərinə məxsus obyektin ikinci mərtəbəsinin tikilməsi üçün müraciət etmişdirlər. Şəhid anasını da xahişə gətirdiklərindən göstərilən şəxslərin layihələrini təsdiqləyərək özlərinə vermişdir. Şahid2 siz 10.09 və xx.xx.2021-ci il tarixlərdə ona göndərdiyi “bazarda obyekt var ha Emin və Namiq əminin obyekti, onun kümü tamamdı, sənədini mənə verərsən?”, “Qardaşım imkan olsa məni də nəzərə nəzərə alarsan” məzmunlu mesajlara cavab olaraq onun da “dediyimi kəsməsələr baş üstə” məzmunlu mesaj göndərməsi ilə bağlı bildirir ki, həmin mesajlar Vüsal və Əlvan adlı şəxslərin tikdirmək istədiyi qeyri-yaşayış sahəsi ilə bağlı göndərilmişdir. Şahid4 və Şahid3 məxsus qeyri yaşayış sahəsi ilə bağlı Şahid2la aralarında olan danışıqların nə vaxt başladığını xatırlamır. Şahid4 və Şahid3 Pərviz vasitəsiylə ilk əvvəl 5000 manat, daha sonra 4500 manat pul istəmişdir. Məqsədi həmin şəxsləri aldadaraq pullarını dələduzluq yolu ilə ələ keçirmək olmuşdur. O, vətəndaşlardan 50000 və ya 45000 manat pul tələb etməmişdir. Ancaq göstərilən şəxslərdən heç bir məbləğdə pul ala bilməmişdir. Şahid2 məxsus 077 611 11 51 GSM nömrəsi ilə istifadəsində olan 050 416 56 77 GSM nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək WhatsApp proqramı vasitəsi aparılmış mesajlaşma Pərviz və onun tərəfindən göndərilmişdir. Həmin mesajlarda o, 50, 45 və 40 deyəndə 50 ədəd yüz manat, 45 ədəd yüz manat və 40 ədəd yüz manatı nəzərdə tutmuşdur. Bakı şəhər sakini Şahid16 Lənkəran rayonu Nərimanabad qəsəbəsində tikdirdiyi fərdi yaşayış evinin X11 razılaşdırılması üçün Lənkəran şəhər İcra Hakimiyyətinə müraciət etməsi ilə bağlı sonuncudan layihənin təsdiq edilməsinə görə Şahid15 vasitəsiylə 350 manat pul tələb etməklə həmin xüsusatla bağlı vətəndaşı aldadaraq 350 manatı dələduzluq yolu ilə ələ keçirmək istəmişdir. İstifadəsində olan 050 416 56 77 GSM nömrəsi ilə Şahid15 məxsus 050 729 32 19 GSM nömrə arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək WhatsApp proqramı vasitəsi göndərilmiş yazılı və səsli mesajlaşma onun və Ceyhun tərəfindən göndərilmişdir. Mesajda 3.5 yazmaqda məqsədi 350 manat məbləği ifadə etmək olmuşdur. Ancaq göstərilən şəxsdən heç bir məbləğdə pul ala bilməmişdir. 2022-ci ilin fevral-mart aylarında Lənkəran şəhər sakini Şahid17 məxsus Lənkəran şəhəri, X67 küçəsi 2k ünvanda yerləşən 25.2 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin istismarına icazənin verilməsi və layihənin təsdiq edilməsi üçün sonuncudan heç bir məbləğdə pul tələb etməmiş və almamışdır. İstifadəsində olan 050 416 56 77 GSM nömrəsi ilə Şahid18 məxsus 050 590 84 49 GSM nömrəsi arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək WhatsApp proqramı vasitəsi ilə göndərilmiş yazılı və səsli mesajlaşmalar Valeh və onun tərəfindən Şahid17 obyektinin sənədləşməsi zamanı yazılmışdır. Valeh həmin işdə maraqlı olmuşdur, çünki Samir obyektin sənədlərini düzəldib Valehə satmalıymış. Lənkəran şəhər sakini X42 məxsus Lənkəran şəhəri, 28 may küçəsi 68 ünvanda yerləşən fərdi-yaşayış evinin birinci mərtəbəsinin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilməsi üçün köməklik göstərilməsinə dair sonuncunun əri Şahid7 müraciəti ilə bağlı Xammədin sənədləri qaydasında olduğundan icra başçısının vətəndaşın müraciətini təmin edərək icazə verəcəyini bildiyi üçün Şahid7 icra başçısının adından istifadə etməklə aldadaraq 1400 manat pulunu ələ keçirmək istəmişdir. Lakin, Xamməd istədiyi həmin məbləği ona verməmişdir. İstifadəsində olan 050 416 56 77 GSM nömrəsi ilə Şahid7 məxsus 050 348 74 16 GSM nömrəsi arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək WhatsApp proqramı vasitəsi ilə göndərilmiş yazılı və səsli mesajlaşma onun və Xanış tərəfindən göndərilmişdir. Həmin mesajları Xammədi aldadaraq pulunu ələ keçirmək istəyən vaxt yazmışdır. Şahid7in ona səsli mesaj göndərərək sənəd düzəlmədiyi təqdirdə pulunu ondan geri istəməsi barədə fikir bildirmək istəmirəm. Lənkəran rayonu, Şilavar kənd sakini sakini X29 məxsus olmaqla Lənkəran rayonu Şilavar kəndi ərazisində 0.09 ha torpaq sahəsi üzərində yerləşən yaşayış sahəsi 111.8 m2, tikinti sahəsi 324 m2 , ümumi sahəsi 605 m2 olan 6.4 metr hündürlüyə malik ikimərtəbəli fərdi-yaşayış evinin X11 (layihəsinin) Lənkəran Şəhər İcra hakimiyyətinin Baş memarı kimi təsdiq edilib verilməsi üçün Şahid11 heç bir məbləğdə pul tələb etməmiş və almamışdır. Elşad icra hakimiyyətinin işçisi Zeynalabdinin atasıdır. Ev tikintisi ilə bağlı ona müraciət etmişdir. O, Elşadın layihəsini təsdiqləyib özünə vermişdir. Çünki, vətəndaşın müraciəti qanuni olmuşdur. İstifadəsində olan 050 416 56 77 GSM nömrəsi ilə Zeynalabdin Əliyevə məxsus 051 338 58 09 GSM nömrə arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək WhatsApp proqramı vasitəsi ilə aparılmış yazılı və səsli mesajlaşma əhalinin siyahıya alınması ilə bağlı olmuşdur. Lənkəran rayonu, Bala-Şürük kəndi sakini Şahid25 məxsus həmin kənddə 0.06 ha torpaq sahəsində 85 m2 sahəsi olan qeyri yaşayış sahəsinin tikilməsinə icazə verilməsi üçün sonuncudan müvafiq sənədləşmə işlərinə görə heç bir məbləğdə pul tələb etməmiş və almamışdır. Lənkəran şəhər sakini X57 məxsus Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi 10 ünvanda yerləşən fərdi-yaşayış evinin birinci mərtəbəsinin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilməsi üçün Şahid13 Hüccət oğlundan heç bir məbləğdə pul tələb etməmiş və almamışdır. Həmin xüsusatla bağlı Rəfail kişi icra hakimiyyətinə müraciət etmişdir. Bununla bağlı icra başçısı icazə vermişdir. Lənkəran rayonu, Şürük kənd sakini Şahid28 məxsus olmaqla Lənkəran rayonu Şürük kəndi ərazisində 0.02 ha torpaq sahəsi üzərində yerləşən 78.6 m2 yaşayış sahəsi, 201.2 m2 tikinti sahəsi, 350.8 m2 ümumi sahəsi olan 6.60 metr hündürlüyə malik ikimərtəbəli fərdi yaşayış evinin X11 (layihəsinin) Lənkəran Şəhər İcra hakimiyyətinin Baş memarı kimi təsdiq edilib verilməsi üçün sonuncudan heç bir məbləğdə pul tələb etməmiş və almamışdır. Murtuza ev tikmət üçün bir neçə dəfə şöbələrinə müraciət etmişdir. lakin onun müraciəti qanunsuz olduğu üçün tərəflərindən imtina verilmişdir. Murtuzanın dedikləri şər və böhtandır. Rayonda hamı həmin şəxsi şərçi və böhtançı adam kimi tanıyır. Şahid27 məxsus Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən “Babat Sahil” adlanan qeyriyaşayış sahəsinin daxilində dəyişikliklər edilərək təmir edilməsinə icazə verilməsi üçün sonuncudan heç bir məbləğdə pul tələb etməmiş və ya almamışdır. Lənkəran rayonunun Şilavar kəndində yerləşən şadlıq sarayının təmir edilməsinə icazə verilməsi, obyektin X11 (layihənin) çəkilməsi və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memarla razılaşdırılmaqla sənədlərin təsdiq edilib verilməsi müqabilində Şahid22 aldadaraq qaynatası Tofiqə məxsus 3500 manat pulu dələduzluqla ələ keçirmək istəmişdir. Çünki təmir işinin aparılması üçün layihənin çəkilməsinə ehtiyac yoxdur. Lakin, Anar onun istədiyi həmin məbləği razılaşdıqları halda verməmişdir. İstifadəsində olan 050 416 56 77 GSM nömrəsi Şahid22 istifadəsində olan 050 326 94 44 GSM nömrə arasında 17 avqust 2022-ci il tarixdə WhatsApp proqramı vasitəsi ilə aparılmış yazılı və səsli mesajlaşma onun və Anar tərəfindən sonuncunu aldadıb pulunu ələ keçirmək istədiyi vaxt göndərilmişdir. Mesajlardan da onun Anarla 3500 manat pul verilməsi müqabilində razılaşması görünür. Lakin, Anar söz verdiyi məbləği ona verməmişdir. Təqsirləndirilən şhəxs Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şahidlərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid10 məhkəmədə göstərdi ki, Lənkəran Rayon İcra Hakimiyyəti Başçısının Girdəni kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. 2021-ci ilin mart ayında Lənkəran şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Təqsirləndirilən şəxs ona zəng edərək Girdəni kəndində tikinti aparılması ilə bağlı əraziyə baş çəkməyə gələcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bir qədər sonra kənd icra nümayəndəliyinə gəlmiş, onu da götürmüş və birlikdə həmin əraziyə getmişlər. O, Təqsirləndirilən şəxs tapşırığı ilə Girdəni kənd sakini Şahid9 zəng edib onu da həmin yerə çağırmışdır. Həmin vaxt Əkrəm Rzayev özü də orada olmuşdur. Təqsirləndirilən şəxs əraziyə baxış keçirmiş, həmin ərazi avtomobil yoluna yaxın olduğuna görə orada qeyriyaşayış obyektinin tikilməsinin mümkün olmadığını bildirmişdir. X84 Ağayev və Əkrəm Rzayev öz aralarında söhbət etmişlər. Həmin yerdə o, Şahid9 və Təqsirləndirilən şəxs sonuncuya məxsus avtomobilə minmişlər. Onlar avtomobilin salonunda olarkən X51 Ağayev 4900 manat pul barədə danışmışlar. O, pulu Şahid9 götürüb avtomaşının içində Təqsirləndirilən şəxs vermişdir. Şahid10 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq olunan ifadəsində də eyni xüsusatları təsdiq etməklə yanaşı göstərmişdir ki, Təqsirləndirilən şəxs Əkrəm Rzayevin qeyri-yaşayış sahəsi tikdirmək istədiyi torpaq sahəsinə baxış keçirmiş və şəhərə qayıtmışdır. Bundan beş, altı gün sonra Təqsirləndirilən şəxs ona VhatsApp proqrammı vasitəsi ilə «4900» rəqəmini yazmış və ona həmin proqram vasitəsi ilə zəng edərək həmin məbləği qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməsindən ötrü Farizgildən istəməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin gün Girdəni kəndinə gəlmiş və əraziyə təkrar baxış keçirmişdir. Həmin vaxt Şahid9 də Təqsirləndirilən şəxs xahişi ilə əraziyə çağırmışdır. Orada Şahid9 Elgün Abdüllayevin ərazidə qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməsi üçün 4900 manat pul tələb etdiyini bildirmişdir.Bundan sonra Şahid9 Əkrəm Rzayevin baxış keçirdikləri ərazinin kənarında yerləşən evinə getmiş və bir neçə dəqiqədən sonra qayıdaraq Təqsirləndirilən şəxs məxsus «Nissan» markalı avtomobilin salonunda sayıb 4900 manat pulu ona vermiş və özü avtomaşından düşmüşdür. Sonra o, 4900 manat pulu avtomobilin içində Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu sayaraq cibinə qoymuşdur. O, pulu Təqsirləndirilən şəxs verəndə Şahid9 avtomobilin yanında durmaqla pulu Təqsirləndirilən şəxs verməsini görmüşdür. O, pulu Elgün Abdullayüevə verdikdən sonra avtomobildən düşərək piyada nümayəndəliyə getmişdir. Təqsirləndirilən şəxs və Şahid9 də orada bir-birlərindən ayrılıb getmişlər. Məhkəmiə istintaqında şahid kimi dindirilən Şahid9 göstərdi ki, Rusiya Federasiyasında yaşayan həmkəndlisi və dostu X2 həyətyanı sahəsində qeyri-yaşayış sahəsi, yəni çayxana tikdirmək istəmişdir. Əkrəm Rzayev xərcləri özünün ödəyəcəyini bildirmiş və torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə icazə alınmasında ona kömək etməsini xahiş etmişdir. O, tikintinin aparılması üçün icra hakimiyyətinin memarlıq şöbəsindən icazə alınmalı olduğunu bildirmişdir. O, təxminən 2021-ci ilin mart ayında Əkrəm Rzayevlə birlikdə Lənkəran Rayon İcra Hakimiyyətinə getmişdir. Əkrəm həyətdə gözləmiş, o isə əvvəlcədən tanımadığı baş memar Təqsirləndirilən şəxs qəbuluna getmişdir. Elgünə dostunun Girdəni kəndində obyekt tikdirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə tikintiyə icazə verilməsi üçün əraziyə baxış keçirməli olduğunu bildirmişdir. Bu söhbətdən bir neçə gün sonra kəndlərinin icra nümayəndəsinin müavini Şahid10 ona zəng edərək Elgünün əraziyə baxmaq üçün kəndə gəldiyini bildirmişdir. O, dostu Əkrəmlə birlikdə əraziyə getmişdir. Elgün onunla birlikdə dostu Əkrəmin həyətyanı sahəsinə baxış keçirmişdir. Əkrəm də həmin vaxt onlarla birlikdə olmuşdur. Ərazi Ləvəngi- Verəvul yolunun Girdəni kəndi ərazisindən keçən hissəsində yerləşir. Elgün əraziyə baxış keçirmiş, ərazidə tikinti aparmağın mümkün olduğunu və sənədlərin toplanmalı olduğunu bildirmiş və oradan getmişdir. Təqsirləndirilən şəxs həmin ərazidə qeyri-yaşayış sahəsinin tikilməsinə icazə verilməsi üçün ondan Şahid10 vasitəsi ilə hər hansı məbləğdə pul istəməmiş və almamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs ona tikintiyə icazə verilməsi barədə sənədləri və tikintinin lahiyəsini verməmişdir. Lakin Şahid9 ibtidai istintaqda şahid qismində dindirilərkən verdiyi, məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasında yaşayan həmkəndlisi və dostu X2 həyətyanı sahəsində qeyri-yaşayış sahəsi tikdirmək istədiyini bildirmiş və ona bu məsələdə köməklik etməsini xahiş etmişdir. O da dostuna icra hakimiyyətinin Memarlıq şöbəsindən icazə alınmalı olduğunu bildirmişdir. Xatırladığı qədər 2021-ci ilin mart ayında dostu ilə icra hakimiyyətinə getmişlər. Dostu həyətdə gözləmiş, o isə əvvəlcədən tanımadığı baş Memar Təqsirləndirilən şəxs qəbuluna getmişdir. Elgünə dostunun Girdəni kəndində obyekt tikdirmək istədiyini bildirmişdir. Elgün isə ona əraziyə baxış keçirməli olduğunu demişdir. Bu söhbətdən bir neçə gün sonra kəndlərinin icra nümayəndəsinin müavini Təhmasib ona zəng edərək Elgünün əraziya baxmaq üçün kəndə gəldiyini bildirmişdir. Elgün onlarla birlikdə dostu Əkrəmin həyətyanı sahəsinə baxış keçirmişdir. Əkrəm də həmin vaxt onlarla olmuşdur. Ərazi Ləvəngi-Verəvul yolunun Girdəni kəndi ərazisindən keçən hissəsində yerləşibdir. Elgün əraziyə baxış keçirib Lənkəran şəhərinə qayıtmışdır. Bundan bir neçə gün sonra Təhmasib ona zəng edərək Təqsirləndirilən şəxs yenidən əraziyə baxış keçirəcəyini bildirmişdir. Onlar yenidən Əkrəmin həyətyanı sahəsində görüşmüşlər. Təqsirləndirilən şəxs yenidən əraziyə baxış keçirmişdir. Həmin vaxt Təhmasib ona yaxınlaşaraq tikintiyə icazə verilməsi və layihə, eləcə də digər sənədlərin hazırlanması üçün Təqsirləndirilən şəxs 4900 manat tələb etdiyini bildirmişdir. O, bu sözü dostu Əkrəmə bildirmişdir. Əkrəm evindən 4900 manat götürərək ona vermişdir. Həmin vaxt Təhmasib və Elgün sonuncuya məxsus qara rəngli maşında oturmuşlar. O, 4900 manat pulu arxa oturacaqda oturmuş Təhmasibə vermişdir. Sonra çöldən Təhmasibin həmin pulu Təqsirləndirilən şəxs verdiyini görmüşdür. Elgün pulu aldıqdan sonra getmişlər. O, pulu verdikdən təxminən 3-4 həftə sonra Elgün Girdəni kəndindən keçib gedərkən kənddə yolun kənarında Əkrəmlə birlikdə tikintinin möhürlənmiş layihəsini Elgündən almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, 2022-ci ilin sentyabr ayının əvvəllərində baldızı X3 rayonu, Göyşaban kəndində fərdi yaşayış evi tikdirmək istədiyini bildirmiş və bu işdə ona kömək etməsini xahiş etmişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində tikilməli olan evin plan və eskizi ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin inzibati binasında icra hakimiyyətinin baş memarı Təqsirləndirilən şəxs müraciət etmişdir. Baş memar xidməti otağında evin planına baxaraq hündürlüyünün 16 metr olduğunu, 11 metrdən yuxarı hündürlükdə evin tikilməsinə icazə verə bilməyəcəyini ona demişdir. O da həmin evin üçmərtəbəli olduğunu bildirərək tikilməsi üçün ona kömək etməsini xahiş etmişdir. Elgün də ona köməklik edəcəyini demişdir. 2022-ci ilin sentyabr ayının ortalarına yaxın o, Göyşaban kəndində baş memarla görüşmüş, Elgün evin tikilməli olduğu əraziyə baxıb ona kömək edəcəyini, bunun xərci olduğunu, xidməti otağına gəlməyini ona bildirmişdir. O, baş memarın rəftarından sonuncunun pul istəyəcəyini başa düşmüşdür. O da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə baş İdarəsinə müraciət etmişdir. O, təxminən sentyabr ayının 15-də Lənkəran RİH-nin inzibati binasında baş memarın xidməti otağında Elgünə yaxınlaşmış və baldızı üçün qaynatası Mirzəyev Balahüseynin adına fərdi yaşayış evi tikilməsi üçün sonuncudan bir də kömək istəmişdir. Elgün evin tikilməsi üçün bir ədəd kağıza “5000” yazaraq ona vermişdir. O, həmin pulun çox olduğunu 3000 manat verə biləcəyini demişdir. Elgün rəhbərliklə məsləhət edəcəyini bildirmişdir. Elgünə sonra maksimum 4000 manat verə biləcəyini demişdir. Elgün onun dediyi məbləğlə razılaşmışdır. O, pulu bir neçə günə gətirəcəyini deyib otaqdan çıxmışdır. xx.xx.2022-ci il tarixdə baş memar Elgünə zəng edib sonuncunun işdə olduğunu öyrənmişdir. Günorta saat 15:00-da baş memarın xidməti otağında görüşmək barədə razılaşmışlar. Görüş barədə razılaşdıqdan sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən onun əvvəlcədən bildirdiyi 4000 manat məbləğində pul 100 və 50 manatlıq əskinaslar şəklində ona təqdim edilmişdir. Onun üzərinə prokurorluq əməkdaşları tərəfindən görüntü və səs yazan cihaz bağlanılmışdır. Saat 15:00 radələrində o, xidməti otağında Elgünlə görüşmüşdür. Baldızı üçün qaynatası Mirzəyev Balahüseynin adına üçmərtəbəli fərdi yaşayış evi tikilməsi üçün 4000 manat məbləğində pulu sayaraq baş memara təqdim etmişdir. Elgün də həmin məbləği sayaraq cibinə qoymuşdur. O, evin tikilməsinə nə vaxt icazə veriləcəyini soruşmuşdur. Elgün də ikiüç gün ərzində sənədə möhürün vurulub ona veriləcəyini bildirmişdir. Təxminən sentyabr ayının 20-si və ya 21-də Elgün xidməti otağında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən baldızıgilin sifarişi əsasında çəkilmiş X12 məxsus 6 sot torpaq sahəsində hündürlüyü 16.20 metr, uzunluğu 11.80, eni 8.20 metr, tikinti sahəsi 100 kv.metr, üçmərtəbəli fərdi yaşayış evinin inşaat planı və eskizini Lənkəran Şəhər İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin möhürü ilə möhürlənmiş şəkildə mənə vermiş və həmin möhürlənmiş sənəd əsasında fərdi yaşayış evini tikə biləcələrin, icazələrinin olduğunu bildirmişdir. Həmin gündən sonra Təqsirləndirilən şəxslə görüşməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən X14 göstərdi ki, ünvan 13 ünvanda sahəsi təxminən 200 kvadrat metr olan qeyri yaşayış sahəsi vardır. Həmin qeyri yaşayış sahəsində Heybət Əliyev adlı şəxslə şərik olmuşdur. 2020-ci ilin noyabr ayında Heybət vəfat etmişdir. Sonra onun oğlu Şahid6 onun şəriki olmuşdur. 2021-ci ilin may ayında o və şəriki Şahid6 qeyri yaşayış sahəsini təmir etdirərkən birmərtəbəli obyektin üstündə ikinci mərtəbəni də yaşayış yeri kimi tikmək qərarına gəlmişlər. Lakin obyektin damını sökdürdükdən sonra icra hakimiyyətindən gəlib təmir işlərini dayandırdılar. Onlara icra hakimiyyətindən icazə almalı olduğuqlarını bildirmişlər. O və Şahid6 obyektin üstündə ikinci mərtəbənin yaşayış yeri kimi tikilməsinə icazə verilməsi üçün Lənkəran Rayon İcra Hakimiyyətinin Tikinti və memarlıq şöbəsinin müdiri, baş memarı Təqsirləndirilən şəxs müraciət etmişlər. Təqsirləndirilən şəxs onlarla on gün müddətində əlaqə saxlayacağını bildirmişdir. Lakin həmin müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs xəbər çıxmamışdır. Bundan sonra şəriki Şahid6 dedimişdir ki, Təqsirləndirilən şəxslə əlaqə saxlasın. Təqsirləndirilən şəxslə Şahid6 də görüşmüş, lakin heç bir nəticə olmamışdır. Onlar Təqsirləndirilən şəxs tikintiyə icazə vermədiyini, süründürdüyünü görmüşlər. Ona görə də şəhid anasına müraciət etmişlər. Şəhid anası Təqsirləndirilən şəxs qəbulunda olduqdan sonra tikintiyə rızılıq verilmişdir. Bundan sonra tikintini aparmışlar. Təqsirləndirilən şəxs təmir-tikinti işlərinin aparılmasına razılıq verilməsi üçün onldardan hər hansı məbləğdə pul istəməmişdir. Lakin şahid Namiq Abdullayev ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Lənkəran şəhərində Bazar adlanan ərazidə, Mirmustafaxan 55 ünvanında yerləşən, sahəsi təxminən 200 kv.metr olan qeyri yaşayış sahəsini təmir etdirərkən birmərtəbəli obyektin üstündə ikinci mərtəbəni də yaşayış yeri kimi tikmək qərarına gəlmişlər. Lakin obyektin damını sökdürdükdən sonra şəhər icra hakimiyyətindən gəlib obyektə yeni dam quraşdırmaqlarına mane olmuşlar. Onlara icra hakimiyyətindən icazə almalarının lazım olduğunu bildirmişlər. Tikinti işlərini Eminin tanışı Şahid2 aparmışdır. Emin Pərvizlə birlikdə icra hakimiyyətində Təqsirləndirilən şəxslə görüşmüşdür. Təqsirləndirilən şəxs yeni layihənin çəkilməli və icra hakimiyyəti tərəfindən təsdiqlənməli olduğunu onlara bildirmişdir. 2021-ci ilin təxminən yay aylarında şəriki Eminlə Lənkəran Şəhər İcra Hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otağında Təqsirləndirilən şəxs qəbulunda olarkən sonuncu kağıza rəqəmlə “5000” yazıb onlara vermiş və təmir aparmaq üçün həmin məbləği verməli olduqlarını bildirmişdir. Eminlə o, Elgünə yeni obyekt tikdirmədiklərini bildirərək həmin məbləğə etiraz etmişlər. Təxminən daha üç ay icra hakimiyyətinə Elgünün qəbuluna gəlibgetmişlər. Lakin, Elgün 5000 manat vermək istəmədikləri üçün onları süründürmüşdür. Obyekt isə üstü açıq vəziyyətdə qalmışdır. Daha sonra Emin Lənkəran rayonunun Sütəmurdov kəndində yaşayan şəhid anasını Elgünün qəbuluna aparmışdır. Elgün şəhid anasının xahişindən sonra onlardan pul istəməmişdir. Elgünün yönləndirməsiylə adını xatırlamadığı şirkətə layihə çəkdirib pulunu, iki yüz manatdan bir qədər artıq məbləği xatırlamadığı banka ödəmişlər. Sonra təxminən 2022-ci ilin yay aylarında Elgün layihəni təsdiq edib şərikinə verəndə Emin konvertin arasına yarısı ona məxsus olan 300 manat pul qoyub xidməti otağında Elgünün stolunun üstündə sənədlərin altına qoymuşdur. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid7 göstərdi ki, Lənkəran şəhəri, 28 may küçəsi, ev 68 ünvanda yaşadığı evin birinci mərtəbəsini moyka kimi istifadə etmək istəmişdir. 2022-ci ilin mart və ya aprel aylarında Lənkəran Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti öbəsinin müdiri-baş memar Təqsirləndirilən şəxs icra hakimiyyətinin birinci mərtəbəsində yerləşən otağında, qəbulunda olmuşdur. Təqsirləndirilən şəxs evinin birinci mərtəbəsinin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilməsini xahiş etmişdir. Bundan sonra dövlət rüsumunu ödəmiş və evinin birinci mərtəbəsinin moyka kimi istifadə edilməsinə icazə verilmişdir. Təqsirləndirilən şəxs başqa pul verməmişəm və sonuncu ondan rüşvət olaraq pul tələb etməmişdir. Lakin Şahid7 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Lənkəran şəhəri, 28 may küçəsi, ev 68 ünvanda yaşadığı evin birinci mərtəbəsini moyka kimi istifadə etmək istəmişdir. 2022-ci ilim mart və ya aprel aylarında Təqsirləndirilən şəxs qəbulunda olmuş və evinin birinci mərtəbəsinin qeyri-yaşayış sahəsi kimi istifadə olunmasına icazə verilməsini xahiş etmişdir. Elgün ondan evinin birinci mərtəbəsinin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilməsi üçün 1500 manat pul istəmişdir. O da məcburən Elgünlə razılaşmışdır. Elgünlə görüşündən iki-üç gün sonra qardaşı Əlidən 1400 manat borc alıb İcra hakimiyyətinin birinci mərtəbəsində yerləşən otağında Təqsirləndirilən şəxs vermişdir. Qalan yüz manatı imkanı olsa, sonra düzəldib verəcəyini bildirmişdir. O, sonra əməliyyat olduğundan qardaşı Əli icra başçısının icazə sənədini almaq üçün icra hakimiyyətinə, Təqsirləndirilən şəxs qəbuluna getmişdir. Elgün 100 manat pul verilmədiyi üçün qardaşına icra hakimiyyətinin icazə sənədini verməmişdir. Qardaşı Elgünün yanından ona zəng etmişdir. O, telefonda Elgünə 100 manat pul verə bilməyəcəyini demişdir. Elgün qardaşına sənədə möhür vurulmadığını deyib geri qaytarmışdır. Bu məsələdən bir neçə gün sonra o, Elgünlə telefonla danışmış, 100 manat verməyə pulunun olmadığını, sənəd istəmədiyini, pulunu geri qaytarmasını bildirmişdir. Bundan sonra Elgün sənədi verməyə razılaşmış və qardaşı Əli yenidən Elgünün qəbuluna gedərək icazə sənədini almışdır. Elgündən icazə sənədini almaq üçün baş memara evin çıxarışını və layihəsini təqdim etmişdir. Çıxarış yoldaşı X37 adına olmuşdur. Şahid16 məhkəmədə göstərdi ki, özü Lənkəran rayonu Nərimanabad qəsəbəsindəndir. Ancaq Bakı şəhərində yaşayır. X52 Nərimanabad qəsəbəsində yerləşən baba yurdundan ona 05 sot torpaq bağışlamışdır. Həmin torpaq sahəsi əmisinin arvadı Dursədəfin adına olmuşdur. O,həmin torpaq sahəsində 2021-ci ilin yay aylarında ikimərtəbəli yaşayış evi tikdirmişdir. 2022-ci ilin yanvar ayında torpaq sahəsini öz adına keçirmək üçün Nərimanabad qəsəbə icra nayəndəsi Şahid15 müraciət etmişdir. Şahid15 bu barədə baş memar Elgünlə danışıb ona məlumat verəcəyini bildirmişdir. Sonra Şahid15 ona bildirmişdir ki, torpaq sahəsi əvvəlcə əmisinin arvadı Dursədəfin adından onun adına alqı-satqı olmalıdır. Bundan sonra evin lahiyəsi çəkilib təsdiq olunması üçün rayon icra hakimiyyətinin memarlıq şöbəsinə təqdim olunmalıdır. O, torpaq sahəsinin onun adına keçirilməsi üçün uzun proses tələb olunduğunu başa düşmüş və ona görə də torpaq sahəsinin adına sənədləşdirilməsini təxirə salmışdır. Torpaq sahəsinin adına keçirilməsi üçün ondan pul istənilməmişdir. Lakin Şahid16 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, Şahid15 icra hakimiyyəti ilə danışıb, ona evin lahiyəsinin hazırlanıb icra hakimiyyəti tərəfindən təsdiq olunması üçün baş memar tərəfindən müəyyən qədər pul istənildiyini demişdir.Lakin həmin məbləği xatırlamır. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid15 göstərdi ki, 2020-ci ilin may ayından Lənkəran şəhər İcra Hakimiyyətinin Nərimanabad İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. 2022-ci ilin yanvar ayında Şahid16 qohumu X4 aldığı, Nərimanabad qəsəbəsində “A.P Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikdirməsini görmüşdür. Həmin tikintinin müvafiq sənədləri olmadığı üçün tikintini dayandırmışdır. Bundan sonra Elmira onun qəbuluna gələrək evin tikilməsi üçün müvafiq sənədlərin alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Elmiranın ev tikdirdiyi torpaq sahəsinin sənədləri qohumu mərhum Dursədəf İbrahimovanın adına olmuşdur. Ona görə də vərəsəlik açılmalı olmuşdur. Sonra isə torpaq sahəsini Şahid16 adına sənədləşdirmək mümkün olmuşdur. O, bu barədə notariusla danışmış, vərəsəliklə bağlı sənədlərin hazırlanması üçün 2000 manat pul lazım olduğunu öyrənmişdir. Həmçinin baş memar Təqsirləndirilən şəxslə danışmışdır. Təqsirləndirilən şəxs evin lahiyəsinin hazırlanması üçün 350 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra Elmira evin sənədlərini hazırlanmasından vaz keçmişdir. Telefonda Təqsirləndirilən şəxslə pula bağlı səsli mesajı lahiyənin hazırlanması barədə olmuşdur. Lakin Şahid15 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə görüşərək Şahid16 məxsus evin tikintisi üçün hansı sənədlərin lazım olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs fərdi yaşayış evinin lahiyəsi çəkilərək icra hakimiyyəti tərəfindən onun imzası və şöbəsinin möhürü ilə təsdiqlənməli olduğunu bildirmişdir. O, telefonda Vhatsapp proqramı vasitəsi ilə Təqsirləndirilən şəxslə yazışmışdır. Elgün lahiyənin çəkilib özü tərəfindən təsdiq edilməsi üçün “3.5” ona verilməli olduğunu yazmışdır. Elgünlə telefonda həmin proqram vasitəsi ilə danışarkən Elgün lahiyənin çəkilməsi və özü tərəfindən təsdiq edilməsi üçün 350 manat pul istədiyini bildirmişdir. O, Elgünün dediklərini Elmiraya çatdırmışdır. Elmira Elgünün təklifi ilə razılaşmışdır. Sonra o, ev tikilən torpağın şəhadətnaməsini və torpaq sahəsi adına olan Dursədəfin şəxsiyyət vəsiqəsinin surətini Elgünə Vhatsapp proqramı vasitəsi ilə göndərmişdir. Elgün birinci növbədə torpağın Elmiranın mülkiyyətinə keçirilməli olduğunu, yalnız bundan sonra tikintinin lahiyəsini təsdiq edərək verə biləcəyini demişdir. Elmira həmin işləri həyata keçirmək üçün maddi imkanı və vaxtının olmadığını bildirərək sənədləşmə aparmaqdan imtina etmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid11 Dinbəy oğlun göstərdi ki, 2022ci ildə özünə məxsus, arvadı X24 adına olan, Lənkəran rayonu Şiləvar kəndində yerləşən 0.07 ha torpaq sahəsində ikimərtəbəli yaşayış evi tikilməsinə razılıq verilməsi üçün Lənkəran Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin cavab gecikdiyinə görə evi tikməyə başlamışdır. Sonra isə evin tikintisinə icazə verilməmiş və tikinti dayandırılmışdır. O, evin tikintisinə icazə verilməsi üçün Lənkəran Rayon İcra Hakimiyyətinin Tikinti və memarlıq şöbəsinin müdiri, baş memar Təqsirləndirilən şəxs müraciət etmişdir. Lakin onun tikinti aparmasına icazə verilmədi. Ona görə ölkə başçısına müraciət edəcəyimi bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun evin tikintisini aparmasına icazə vermişdir. Təqsirləndirilən şəxs evin tikintisinə icazə verilməsi üçün ondan 5000 manat pul tələb etməmişdir. İstintaq zamanı həyəcanlı olduğuna görə həmin məzmunlu ifadə vermişdir. Lakin Şahid11 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 2022-ci ilin əvvəllərində özünə məxsus, arvadı X23 adına olan Lənkəran rayonu Şiləvar kəndində yerləşən 0.07 ha ərazi olan torpaq sahəsində ikimərtəbəli fərdi yaşayış evi tikdirmək istəmişdir. Həmin evin tikilməsinə icazə verilməsi üçün Lənkəran Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müsbət cavab verilməsi üçün bir müddət gözləmiş və eyni zamanda evin bir hissəsini tikdirməyə başlamışdır. Lakin icra hakimiyyətindən həmin tikintinin aparılmasına icazə verilməmiş, buna görə də tikinti yarıda dayandırılmışdır. Bundan sonra 2022-ci ilin mart ayında icra hakimiyyətində işləyən oğlu Zeynalabdin onu Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri, baş memar, Təqsirləndirilən şəxslə tanış etmişdir. O, 2022-ci ili aprel ayında Təqsirləndirilən şəxslə Lənləran Rayon İcra Hakimiyyətinin birinci mərtəbəsində yerləşən xidməti otağında görüşüərkən Elgün tikintiyə razılıq verilməsi üçün ondan 5000 manat pul tələb etmişdir. O da ev tikintisi üçün razılığa görə 5000 manat məbləğində pulun çox olduğunu bildirmiş və pulu verməkdən imtina etmişdir. Elgün həmin həyətyanı sahələrində mağazaları olduğunu, onun ev yerinə mağaza tikə biləcəyini bəhanə etmişdir. Lakin, o, ailəsi üçün həmin yerdə ikimərtəbəli ev tikmək istəmişdir. Təqsirləndirilən şəxslə danışıqları alınmadığından evin tikintisi yarıda qalmışdır. Elgün həmin vaxt onun evinin layihəsini təsdiq etməmişdir. Elgünlə onun arasında bir neçə dəfə ciddi narazılıqlar, münaqişələr olmuşdur. Elgünə ölkə rəhbərliyinə şikayət edəcəyini demişdir. Elgün onun şikayət edəcəyini görüb ondan pul istədikdən bir-iki ay sonra tikdirəcəyi evin layihəsini təsdiqləyib ona qaytarmışdır. Xüsusi icazəyə ehtiyac olmadığını təsdiqlənmiş layihə əsasında evini tikdirə biləcəyini ona bildirmişdir. Lakin, o, maddi imkanı olmadığından həmin vaxt evini tikdirə bilməmişdir. O, layihəni təsdiqlətmək üçün 5000 manat istəməsinə baxmayaraq Elgünə heç bir məbləğdə pul verməmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid6 göstərdi ki, Lənkəran şəhərində Bazar adlanan ərazidə, Mirmustafaxan 55 ünvanında yerləşən, sahəsi təxminən 200 kv.metr olan qeyri yaşayış sahəsi mərhum atası Heybət Əliyev və Namiq Abdullayevin şərikli mülkü olmuşdur. Atasının 2020-ci ildə vəfat etməsindən sonra o, Namiq Abdullayevlə şərik olmuşdur. 2021-ci ilin may ayında o, Namiqlə razılaşıb, obyektin damını sökdürüb yenidən vurmaq istəmişdir. Onlar obyektin dam örtüyünü sökdürdükdən sonra rayon icra hakimiyyətindən gələrək obyektə yeni dam örtüyü quraşdırmağımıza mane olmuşlar. Onlara rayon icra hakimiyyətindən icazə almalı olduqlarını bildirmişlər. Bu məqsədlə o və Namiq Abdullayev birlikdə rayon icra hakimiyyətinə gedərək tikinti və memarlıq şöbəsinin müdiri Təqsirləndirilən şəxslə görüşmüşlər. Elgünə demişlər ki, obyektin dam örtüyünü sökmüşlər. Dam örtüyünün yenidən quraşdırılmasına razılıq versinlər. Təqsirləndirilən şəxs onlara yeni layihənin çəkilməli və icra hakimiyyəti tərəfindən təsdiqlənməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onlara demişdir ki, gedin, gəlib tikintiyə yerində baxacağıq. Bundan sonra onlar icra hakimiyyətindən getmişlər. Lakin 15- 20 gün keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs tikintiyə baxmaq üçün gəlməmişdir. Onlar isə obyektin üstünü uzun müddət açıq saxlaya bilməmişlər. Çün ki, yağış yağmağa başlamışdır. Ona görə də təklikdə Təqsirləndirilən şəxs iş otağına gedərək onunla görüşmüş və obyektin dam örtüyünün quraşdırılmasına razılıq verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona obyektin yeni lahiyəsini hazırlatmasını demişdir. O isə ona demişdir ki, lahiyəni necə, harada hazırlamalı olduğunu bilmir. Demişdir ki, lahiyəni Elgünün özü hazırlatsın. Elgün ona demişdir ki, obyektin yeni lahiyəsinin hazırlanması üçün 4-5 min manat pul lazım olacaqdır. O isə həmin pulun çox olduğunu bildirmiş və Elgünlə razılaşmamışdır. Bununla da iş alınmamışdır. Ona məsləhət görmüşlər ki, Təqsirləndirilən şəxs yanına şəhid anası aparsın, Elgün şəhid anasından çəkinərək onların obyektdə təmir işlərini aparmalarına razılıq verərər. Bundan sonra o Lənkəran rayonundan bir nəfər şəhid anası taparaq Təqsirləndirilən şəxs qəbuluna aparmışdır. Şəhid anası Elgündən bizim obyektin yeni dam örtüyünü quraşdırmağımıza razılıq verməsini xahiş etdi. Bundan sonra Təqsirləndirilən şəxs obyektin yeni tam örtüyünün quraşdırılmasına razılıq vermiş və onlar tikintini başa çatdırmışlar. Şahid6 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində isə göstərmişdir ki, tikintinin aparılmasına icazə verilməsi üçün əvvəlcə tikinti işlərini aparan usta Şahid2la birlikdə Təqsirləndirilən şəxslə icra hakimiyyətində görüşmüşlər. Təqsirləndirilən şəxs yeni lahiyənin çəkilməli və icra hakimiyyəti tərəfindən təsdiq olunmalı olduğunu bildirmişdir.Bundan sonra 2021-ci ilin yay aylarında Namiq Abdullayevlə birlikdə icra hakimiyyətinə gedərək Təqsirləndirilən şəxslə görüşmüşlər. Təqsirləndirilən şəxs xidməti otağında olarkən o, kağıza «5000» rəqəmi yazıb onlara vermiş və dam örtüyünü dəyişmələri üçün ona həmin məbləğdə pul verməli olduqlarını bildirmişdir.O və Namiq Təqsirləndirilən şəxs yeni obyekt tikdirmədiklərini, sadəcə dam örtüyünü dəyişdirdiklərini xatırlatmaqla həmin məbləğə etiraz etmişlər.Bundan sonra təxminən üç ay ərzində Təqsirləndirilən şəxs qəbuluna gedib gəlmişlər. Lakin 5000 manat pulu vermədiklərinə görə Təqsirləndirilən şəxs onları süründürmüşdür. Sonda şəhid anasını Təqsirləndirilən şəxs qəbuluna aparıb obyektin dam örtüyünün dəyişdirilməsinə razılıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs iş otağında olarkən stolunun üzərində olan sənədlərin altına 300 manat pul qoymuşdur. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 göstərdi ki, o, usta olmaqla barı hörür. Lənkəran Şəhər İcra Hakimiyyətinin baş memarı, Memarlıq şöbəsinin müdiri Təqsirləndirilən şəxslə icra hakimiyyətinin parkında təmir işləri apardığı zaman tanış olmuşdur. Vüsal adlı şəxs tanışları vasitəsi ilə ona müraciət edərək Lənkəran şəhərində Bazar deyilən əraziyə yaxın yerdə 350 m2 torpaq sahəsinin olduğunu, orada üçmərtəbəli qeyri-yaşayış sahəsi tikdirmək istədiyini bildirmişdir. O, həmin işi görməyə razılaşmışdır. Vüsal ondan qeyri-yaşayış sahəsinin tkintisinə icra hakimiyyətindən icazə alınmasına köməklik etməyimi xahiş etmişdir. Onun Təqsirləndirilən şəxslə münasibəti olduğundan Vüsala tikintiyə icazə almaqda kömək edəcəyini bildirmişdir. O, istifadəsində olan mobil telefonla VhatsApp proqramı vasitəsiylə Elgünlə danışmışdır. X22 Mirmustafaxan küçəsində Bazar adlanan ərazidə qeyri-yaşayış sahəsi tikmək istədiyini bildirmişdir. Elgün onlara demişdir ki, tikintinin aparılmasına icazə verilməsi üçün şəhərsalma ilə bağlı rüsumlar ödənilməlidir. Təqsirləndirilən şəxs hansı məbləğdə rüsum ödəməli olduğuqlarını öyrənib onlara demişdir. Onlar da həmin rüsumu ödəmişlər. Bundan sonra tikintiyə icazə verilmişdir. Lakin Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq olunan ifadəsində göstərmişdir ki, tikinti ustası olmaqla Rayon İcra Hakimiyyətinin sifarişləri ilə parklarda təmir işləri apardığı zaman Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq şöbəsinin müdiri, baş memar Təqsirləndirilən şəxslə təxminən iki il olar ki, tanış olmuşdur. Onun şahid kimi dindirilməsindən təxminən 7-8 ay əvvəl Vüsal adlı şəxs tanışları vasitəsi ilə ona müraciət edərək Lənkəran şəhərində bazar deyilən əraziyə yaxın yerdə 350 m2 torpaq sahəsinində tikinti işlərini aparmasını demişlər. O da həmin şəxslə razılaşmışdır. Həmin ərazidə üçmərtəbəli qeyri-yaşayış sahəsinin tikilməsi planlaşdırılmışdır. Vüsal ondan qeyri-yaşayış sahəsinin tkintisinə icazə alınmasına kömək etməsini xahiş etmişdir. O da istifadəsində olan mobil telefonla VhatsApp proqramı vasitəsiylə Elgünlə danışmışdır. X62-Mustafaxan küçəsində Bazar adlanan ərazidə qeyriyaşayış sahəsi tikmək istədiklərini bildirmişdir. Elgün özü sürücüsünün idarə etdiyi xidməti avtomobil ilə tikinti aparılmalı olan əraziyə gəlmiş və baxış keçirmişdir. Sonra Vüsal qəbulda obyektin layihəsini Elgünə təqdim etmişdir. Sonra Elgün onunla telefonla danışanda tikintiyə icra hakimiyyəti tərəfindən icazə verilməsi, layihənin çəkilməsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alınması üçün 50000 manat pul istəmişdir. O, həmin məbləği Vüsal və dayısı Əlvana dedikdə onlar razılaşmamışdır. Sonra o, Elgünlə telefonda danışanda Elgün istədiyi məbləği 45000 manat salmışdır. Lakin, Vüsalgil həmin məbləği də çox olduğu üçün qəbul etməmişlər. Sonra özləri icra hakimiyyətindən məktub alıb Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmişlər. Elgünlə aralarında Whatsapp proqramı vasitəsi ilə danışıqlar olmuşdur, Elgün ondan nə vaxt gələcəklərini soruşur və vətəndaşlara tikintiyə icazəyə görə 50.000 manat pul dediyini, 45.000 manata razılaşdıqlarını, lakin həmin şəxslərin gəlmədiklərini bildirmişdir. O da baş memara 45.000 manatdan düşməməyi məsləhət bilmişdir. Təxminən 2 ay bundan əvvəl Şəhərsalma və Arxitektura idarəsindən onlara sənədlərin qaydasında olduğunu demişlər. Onlar da tikinti işlərinə başlamışlar. Əvvəlcə bünövrəni qazmışlar, obyektin birinci mərtəbəsini tikdikləri zaman Təqsirləndirilən şəxs tikintini dayandırmış, hansısa qonşu obyektin şikayət etdiyini bildirmişdir. Bundan əlavə 2021-ci ilin oktyabr ayında qonşusu Emin adlı şəxsin bazar deyilən ərazidə 200 m2 sahədə yerləşən qeyriyaşayış sahəsinin dam örtüyünün dəyişdirilməsi ilə bağlı Elgünə müraciət etmişdir. Elgün bunun müqabilində 5000 manat pul tələb etmişdir. Lakin, Emin həmin pulu verməkdən imtina etmiş, sənədlərinin qaydasında olduğunu, sadəcə obyektin dam örtüyünü dəyişdirdiyini, yalnız 500 manat verə biləcəyini bildirmişdir. Emin də Elgünə obyektin dam örtüyünü dəyişməsi üçün icazə verilməsinə görə 500 manat pul vermişdir. Təqsirləndirilən şəxslə arasında Whatsapp proqramı vasitəsi göndərilmiş səsli mesajlar ona və Elgünə aiddir. Şahidlər Şahid3 və Şahid4 da ibtidai istintaqda verdikləri və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadələrində Şahid2 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid20 göstərdi ki, 2003-cü ildən Lənkəran rayon 1 saylı xüsusi notariat ofisində aparıcı mütəxəssis işləməsi ilə əlaqədar olaraq Lənkəran rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri- baş memar Təqsirləndirilən şəxs tanımışdır. ünvan 9 ünvanında yerləşən, 1960-cı illərdə inşa edilmiş birmərtəbəli fərdi yaşayış evini 2020-ci ildə sökərək yenidən tikmək istəmişdir. Ona demişlər ki, yeni evi tikmək üçün icra hakimiyyətinin memarlıq şöbəsindən icazə verilməli və evin lahiyəsi təsdiq olunaraq memarlıqda təsdiq olunmalıdır. Bununla əlaqədar olaraq Lənkəran şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Təqsirləndirilən şəxslə görüşmüş və məsələni ona bildirmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, evin tikintisinə icazə verilməsi üçün birinci növbədə bələdiyyəyə müraciət etməli, lisenziyalı təşkilatda yeni tikilməli olan evin lahiyəsini çəkdirməli olduğunu, bundan sonra lahiyənin baş memar tərəfindən təsdiq olunacağını demişdir. O isə Elgünə lisenziyalı təşkilat tanımadığını bildirmiş və evin lahiyəsinin çəkilməsində ona kömək etməsini xahiş etmişdir. Elgün isə evin lahiyəsinin çəkilməsi üçün 700 manat pul lazım olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs 700 manat pul və sənədləri vermişdir. Lakin sonra iş alınmadığından Təqsirləndirilən şəxs pulu və evin sənədlərini ona vermişdir. Lakin şahid Samirə Şəriova ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən ifadəsində göstərmişdir ki, 2020-ci ildə özünə məxsus olan fərdi yaşayış evinin bir hissəsini sökdürərək yerində yeni yaşayış sahəsi inşa etdirməyə başlamışdır. 2022-ci ilin yay aylarında tikintini tam başa çatdırmışdır. Tikintini başa çatdırdığı ərəfədə, 2022-ci ilin iyul ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə fərdi yaşayış evinin sənədlərinin hazırlanması, yəni layihənin çəkilib təsdiq olunması, habelə daşınmaz əmlakın dövlət reyestr xidmətindən yeni inşa edilmiş mənzilə texniki pasport və xüsusi mülkiyyət hüququna dair çıxarış verilməsində köməklik göstərilməsi üçün Lənkəran şəhəri ərazisində Lənkəran rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Təqsirləndirilən şəxslə görüşüb onun özünə müraciət etmişdir. O, Elgünə mənzil barədə məlumat verdikdən sonra sonuncu ilk növbədə tanıdığı, lakin adını bildirmədiyi memar tanışlarından birinə yaşayış sahəsinin layihəsini çəkdirəcəyini, daha sonra layihəni imzası və rəhbərlik etdiyi şöbənin möhürü ilə təsdiq edəcəyini, layihəni təsdiq olunmuş formada ona təqdim etdikdən sonra mənzilə texniki pasport və xüsusi mülkiyyət hüququna dair çıxarış almaq üçün ərizə ilə “Daşınmaz əmlakın dövlət reyestri və kadastrı” PHŞ-nin Lənkəran ərazi idarəsinə müraciət edə biləcəyini, idarə tərəfindən tələb olunan sənədlərin veriləcəyini, sadalanan bütün hərəkətlərin edilməsi müqabilində 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti tələb olunduğunu, o, “Daşınmaz əmlakın dövlət reyestri və kadastrı” PHŞ-nin Lənkəran ərazi idarəsinə rəsmi müraciət etdikdən sonra bununla bağlı dövlət rüsumunu da baş memarın həmin vəsait hesabına ödəyəcəyini bildirmişdir. O da razılaşaraq bir neçə gün sonra, 2022-ci ilin iyul ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə Elgünlə yenidən Lənkəran şəhəri ərazisində təklikdə görüşüb 700 manat məbləğində pul vəsaitini sonuncuya vermişdir. Lakin təxminən bir ay sonra, yəni 2022-ci ilin iyul ayının sonu, avqust ayının əvvəllərində Elgün onunla əlaqə saxlayıb yeni inşa etdirdiyi fərdi yaşayış evinin yerləşdiyi 0,03 ha torpaq sahəsinə bitişik olan, ona məxsus torpaq sahəsindən ayrılmayan, sərhədləri müəyyən edilməyən 0,03 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu, həmin sahənin özəlləşdirilmədiyini, ona görə də, daşınmaz əmlakın dövlət reyestr xidmətindən mənzilə texniki pasport və xüsusi mülkiyyət hüququna dair çıxarış verilməyəcəyini bildirib pulu qaytarmaq üçün görüş təyin etmişdir. Onlar yenidən Lənkəran şəhəri ərazisində təklikdə görüşmüş, Elgün ondan aldığı 700 manat pulu geri qaytarmışdır. Torpağın sənədlərində problem olduğuna görə müvafiq məsələ ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri və kadastrı” PHŞ-nin Lənkəran ərazi idarəsinə rəsmi müraciət etməmiş, habelə Elgün mənzilin layihəsini çəkdirməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid13 Hüccət oğlu göstərdi ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialının müdiri vəzifəsində işləmişdir. Hazırda isə təqaüddədir. Onun Lənkəran şəhəri Zərifə Əliyeva küçəsindəki evin birinci mərtəbəsində 35 kv. m. sahəsi olan qaraja qeyri yaşayış sahəsi kimi istifadə edilməsi məqsədiylə icazə almaq üçün icra hakimiyyətində baş memar Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs qarajın qeyri yaşayış sahəsi kimi istifadə edilməsi üçün İcra Hakimiyyəti başçısının sərəncamının lazım olduğunu və ona kömək edəcəyini bildirmişdir. O, 2022-ci ilin may ayının axırlarında iyun ayının əvvəllərində qardjın sənədlərini qardaşı oğlu Orxanın vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmişdir. Təqsirləndirilən şəxs sənədlərə baxaraq kömək edəcəyini demişdir. O, 2022-ci ilin iyun ayının əvvəllərində yaşadığı evdə qardaşı oğlu Şahid14 1500 manat pul vermiş və həmin pulu evinin qarajının qeyri yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilməsi üçün aparıb Təqsirləndirilən şəxs verməyini xahiş etmişdir. Orxan 1500 manat pulu aparıb Təqsirləndirilən şəxs vermişdir. Bundan 3-4 həftə sonra evinin qarajının qeyri yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilməsi barədə sənədləri Elgün özü ona vermişdir. Şahid14 da ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində Şahid13 Hüccət oğlunun ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid23n göstərdi ki, təxminən 2022-ci ilin sentyabr ayının əvvəllərində tanışı Cavid ona Girdəni kəndində yerləşən ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsini qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün Lənkəran şəhər İcra Hakimiyyətindən icazə alınmasında köməklik etməyini xahiş etmişdir. O, bununla bağdı tanışı, Lənkəran şəhər İcra Hakimiyyətinin baş memarı, Memarlıq şöbəsinin müdiri Təqsirləndirilən şəxs müraciət etmişdir. Elgün bunun üçün birinci növbədə evin lahiyəsinin çəkilməli olmasını demişdir. O da telefonunun Vhatsapp proqramında Təqsirləndirilən şəxslə həmin evin lahiyəsinin çəkilməsi ilə bağlı danışmışdır. O, Təqsirləndirilən şəxslə telefon vasitəsi ilə pul barədə danışmamışdır. Caviddən hər hansı məbləğdə pul almamış və Təqsirləndirilən şəxs verməmişdir. Şahid23 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının əvvəllərində tanışı Cavid ona Girdəni kəndində aldığı 0.06 ha həyətyanı torpaq sahəsində ikimərtəbəli yaşayış evinin birinci mərtəbəni qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün Lənkəran şəhər İcra Hakimiyyətindən icazə alınmasında köməklik etməyini xahiş etmişdir. O da bununla bağlı aralarında tanışlıq olan Lənkəran şəhər İcra Hakimiyyətinin baş memarı, Memarlıq şöbəsinin müdiri Təqsirləndirilən şəxs müraciət etmişdir. Elgün həmin icazənin verilməsi üçün əvvəlcə 5000 manat pul tələb etmişdir. O da bu barədə Cavidə bildirdikdə sonuncu 5000 manata imkanı çatmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxslə 4000 manata icazə verilməsi ilə bağlı razılaşmışlar. Bu barədə Cavidə məlumat vermiş, Cavid də artıq başqa yolunun olmadığını, tikintiyə başlamaq üçün həmin məbləğdə pulu tapıb verəcəyini bildirmişdir. Təxminən 2022-ci ilin sentyabr ayının əvvəllərində o, Cavidlə Girdəni kəndində görüşmüş, Cavid ona 4000 manat pulu vermiş, bundan sonra o, Elgünlə telefonla danışmış, baş memar onu xidməti otağına dəvət etmişdir. Həmin vaxt o, Lənkəran şəhər İcra Hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otağına gedib, 100 manatlıq əskinazlardan ibarət 4000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Təxminən bundan 5 gün sonra o, Təqsirləndirilən şəxsn təsdiq edilmiş tikinti layihəsini götürmüş, Elgün də artıq tikinti işlərinin aparılmasına başlaya biləcəklərini bildirmişdir. Lakin rayon ərazisində bir müddət yağış yağdığından bir müddət tikintiyə başlaya bilməmişdir. Cavid də köməklik etdiyi üçün, həmçinin də tikinti işləri aparacağına görə ona əlavə 500 manat pul vermişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid22 Bahadır oğlun göstərdi ki, 2022-ci ildə Lənkəran rayonu Şilavar kəndində qaynatası X56 məxsus “Ay Lolo” şadlıq sarayında təmir işləri apararkən şəhər icra hakimiyyətinin nümayəndələri gələrək təmiri saxlamışlar. İcra hakimiyyətindən icazə alınmalı və obyektin sənədlərinin təqdim edilməli olduğunu bildirmişlər. Qaynatası icra hakimiyyətinə Elgün müəllimin qəbuluna çağırılmışdır. Lakin qaynatası xəstə olduğu üçün o, Elgün müəllimin qəbuluna getmişdir. Obyektin çıxarışını və layihəsini Elgün müəllimə vermişdir. Elgün ona obyektdə yenilik etmək istəyirlərsə, yeni layihə çəkib təsdiq edilməli oldunu demişdir. Eyni zamanda sənədlərin Şəhərsalma komitəsinə getməli olduğunu və bütün bunlar üçün rüsumlar verilməli olduqlarını demişdir. O isə özlərinin lahiyəni hazırlaya bilmədiklərini demişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, lahiyənin hazırlanmasında köməklik edə bilər. Elgün lahiyənin çəkilməsi üçün 3500 manat pul lazım olduğunu demişdir. O, Elgünə lahiyənin hazırlanması üçün 3500 manat pul vermişdir. Pulu vermək üçün Elgünlə zəngləşib görüşmüşlər. Onun Elgünlə telefon danışıqları lahiyənin çəkilməsi ilə bağlı olmuşdur. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid25 göstərdi ki, yaşadığı kənddə 2022-ci ilin may ayında ərzaq mağazası tikdirib işlətmək qərarına gəldim. Buna görə də, əvvəlcədən tanıdığı, Lənkəran şəhər icra hakimiyyətinin baş memarı Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs ona tikinti aparılması üçün icra hakimiyyəti başçısının sərəncamı verilməli olduğunu bildirmişdir. Həmçinin Elgün əvvəlcə tikilməli olan mağazanın lahiyəsini hazırlatmaq lazım olduğunu demişdir. O isə lahiyənin kimə, necə hazırlatmalı olduğunu bilmədiyini demişdir. Elgün ona lisenziyalı təşkilata lahiyəni çəkdirə biləcəyini demişdir. Ona görə də mağazanın lahiyəsinin çəkilməsi üçün Təqsirləndirilən şəxs pul vermişdir. Lakin nə qədər pul verməyisi yadında qalmamışdır. Şahid25 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə göstərmişdir ki, 2022-ci ilin may ayında yaşadığı kənddə ərzaq mağazası tikdirib işlətmək qərarına gəlmişdir. Buna görə də əvvəlcədən tanıdığı, Lənkəran şəhər İcra Hakimiyyətinin baş memarı Təqsirləndirilən şəxs müraciət etmişdir. 2022-ci ilin may ayının ortalarında kəndlərində mağaza tikdirmək istədiyi torpaq sahəsində Təqsirləndirilən şəxslə görüşmüşdür. Təqsirləndirilən şəxs mağazanın yerinə baxaraq tikinti aparmaq üçün İcra hakimiyyəti başçısının sərəncamının verilməsi və tikintinin layihəsinin təsdiq edilməsi üçün 3000 manat pul tələb edildiyini bildirmişdir. O, məcbur olduğu üçün baş memarın dedikləri ilə razılaşmışdır. 2022-ci ilin təxminən may və ya iyun aylarında yenidən Elgünlə mağazanı tikdirəcəyi torpaq sahəsində görüşmüş və Elgünə 3000 manat pul vermişdir. O, pulu Elgünə verəndən 1 həftə, 10 gün sonra Lənkərən şəhər icra hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otağında sonuncu ilə yenidən görüşmüş, Elgün ona icra hakimiyyəti başçısının sərəncamını, tikintinin layihəsini vermişdir. Mağazanın sərəncamı və digər sənədləri onun adınadır. O, həmin sənədləri alandan sonra mağazanı tikdirməyə başlamış və 2022-ci ilin iyul ayının ortalarında mağaza fəaliyyətə başlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən X70 göstərşdir ki, 2021-ci ilin dekabr ayında atasının dostu olan Nazim adlı şəxsə məxsus Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən “Babat Sahil” restoranını almışdır. 2022-ci ilin yay aylarında restoranın həyətində 5 ədəd “besetka” olmuşdur. O, restoranı aldıqdan sonra obyektin həyətində əlavə bir ədəd “besetka” və 1 ədəd “bar” tikdirməyə başlamışdır. O, göstərdiyi tikintiləri başlayanda Lənkəran Şəhər İcra Hakimiyyətindən tanımadığı şəxslər gələrək tikintini saxlamağını, icra hakimiyyətindən icazə almağını tələb etmişlər. Tikintini dayandıranlar ondan Şəhər İcra Hakimiyyətində baş memar Təqsirləndirilən şəxs yaxınlaşmağını tələb etmişlər. Təxminən 2022-ci ilin iyul ayında o, Lənkəran Şəhər İcra hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində baş memar Təqsirləndirilən şəxs xidməti otağında qəbulunda olmuşdur. Elgün ona apardığı tikinti ilə əlaqədar olaraq yeni layihənin çəkilib icra hakimiyyəti tərəfindən təsdiq edilməli olduğunu bildirərək bunun üçün 2000 manat pul verilməli olduğunu demişdir. O, tikintiyə başladığı üçün məcburən onun dediyi ilə razılaşaraq otağından çıxmışdır. Həmin görüşdən iki üç gün sonra səhv etmirsə 2022-ci ilin iyul ayında şəhər icra hakimiyyətinin inzibati binasında xidməti otağında Elgünə 2000 manat pul vermişdir. Elgün ona işə başlamağını bildirərək sənədləri sonra verəcəyini demişdir. O da Sütəmurdov kəndinə gəlib tikintiyə başlamışdır. O, tikintini qurtarandan sonra bir neçə dəfə Təqsirləndirilən şəxs sənədin verilməsi üçün müraciət etmişdir. Elgün də hər dəfə ona sənədin veriləcəyini bildirmişdir. Daha sonra da Təqsirləndirilən şəxs tutulduğu üçün onlar Lənkəran Şəhər İcra Hakimiyyətindən sənəd ala bilməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid19 göstərdi ki, 2021-ci ilin təxminən aprel-may aylarında Lənkəran şəhəri, Nizami küçəsində yerləşən həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikdirmək istəmişdir. O, evin tikintisi ilə bağlı olaraq Lənkəran şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdikri Təqsirləndirilən şəxs müraciət etmişdir. Elgun Abdullayev ona bildirmişdir ki, evi tikmək üçün birinci növbədə evin lahiyəsini çəkdirmək lazımdır. Təqsirləndirilən şəxs evin lahiyəsini çəkdirmək üçün pul istəmişdir. Ancan o, sonra bilmişdir ki, ev lahiyəsi çəkməklə məşğul olan MMC vardır. Ona görə də özü həmin MMC-yə müraciət edərək evin lahiyəsini müstəqil olaraq çəkdirmiş və Təqsirləndirilən şəxs heç bir məbləğdə pul verməmişdir. Lakin Şahid19 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 2021-ci ilin təxminən aprel may aylarında Lənkəran şəhəri, Nizami küçəsində yerləşən özünə məxsus torpaq sahəsində divar hissəsi təxminən 5-6 daş qaldırılmış yaşayış evinin tikilməsini icra hakimiyyəti tərəfindən göndərilmiş polis və fövqəladə orqanlarının müdaxiləsi ilə yarımçıq saxlamaq məcburiyyətində qalmışdır. Ona tikintiyə icazə verilməsi üçün şəhər icra hakimiyyətinə yaxınlaşmalı olduğu bildirilmişdir. O, Lənkəran şəhər icra hakimiyyətinin birinci mərtəbəsində yerləşən xidməti otağında Təqsirləndirilən şəxs qəbulunda olmuşdur. Elgün ona evin tikilməsi üçün icra hakimiyyətindən icazə alınmalı olduğunu bildirmişdir. Sonra o, Elgünlə telefonda danışıb Lənkəran şəhərinin kənarında görüşmüşdür. Elgün ona icazənin, layihənin verilməsi üçün rüsum alınacağını bildirmişdir. O, Elgünə 800 manat verə biləcəyini demişdir. Lakin, Elgünün təkidindən sonra o, baş memara 900 manat pul verməyə razılaşmışdır. Həmin görüşlərindən təxminən bir həftə sonra Lənkəran şəhərinin kənarında Astara yolunun üzərində Elgünlə görüşüb sonuncuya icazənin və layihənin verilməsi üçün 900 manat pul vermişdir. Daha sonra tanış hüquqşünaslardan qanunla icra hakimiyyətinə məlumat verərək layihəni özü çəkdirməklə ev tikdirə biləcəyini, bunun üçün icra hakimiyyətinin icazəsinin alınmasının lazım olmadığını öyrənmişdir. Pulu verəndən təxminən bir ay sonra pulu verdiyi yerdə Elgünlə görüşərək layihəni özü çəkdirəcəyini, əgər pulunu verməzsə sonuncudan şikayət edəcəyini bildirmişdir. Elgün də ondan aldığı 900 manat pulu geri qaytarmışdır. Sonradan lisenziyası olan bir şəxsə layihə çəkdirərək evini tikdirmişdir. İstifadəsində olan 050 336 21 81 GSM nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan 050 416 56 77 GSM nömrəsi arasında WhatsApp proqramı vasitəsi ilə yazılı və səsli mesajlaşma Elgünə ev tikdirməyinə icazə verilməsi üçün müraciət edəndə olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid21 göstərdi ki, Lənkəran şəhəri, H.Əliyev prospekti 26 ünvanında 380 m2 qeyri-yaşayış sahəsi olan obyekti mövcuddur. Lakin uzun müddətdir istifadə olunmadığından yararsız vəziyyətə düşmüşdür. 2022-ci ilin mart ayında o, həmin obyekti təmir etmək qərarına gəlmiş, bütün sənədləşmə işləri qaydasındaymış, çıxarış öz adına olmuşdur. Buna görə də təmir işlərinin aparılmasından ötrü Lənkəran şəhər İcra Hakimiyyətindən icazə alınmalı olduğunu düşünmüşdür. O, Lənkəran rayon sakini kimi həmçinin İcra Hakimiyyətinin işçisi kimi tanıdığı, Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilməsi üçün İcra Hakimiyyətində Memarlıq və Tikinti şöbəsinin müdiri, baş memar Elgun Abdullayevin yanına getmişdir. Orada təmir işlərinə başlamaq istədiyini bildirmiş və obyektə aid olan sənədlərin surətlərini təqdim etmişdir. Əvvəllər mağaza olan qeyri-yaşayış sahəsini çayxana kimi istifadə etmək istədiyindən təmir zamanı obyektin daxilində müəyyən dəyişikliklər etmək istəmişdir. Təqsirləndirilən şəxs ona obyektdə aparılan təmir işlərinin lahiyəsini çəkdirmək lazım olduğunu bildirmiş, lakin bununla bağlı olaraq ondan pul istəməmişdir. Lakin Şahid21 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, obyektdə təmir işlərinin aparılmasına icazə verilməsi üçün Lənkəran şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müdiri, baş memar Elgun Abdullayevin yanına getmişdir. Orada təmir işlərinə başlamaq istədiyini bildirmiş və obyektə aid olan sənədlərin surətlərini təqdim etmişdir. Əvvəllər mağaza olan qeyri-yaşayış sahəsini çayxana kimi istifadə etmək istədiyindən təmir zamanı obyektin daxilində müəyyən dəyişikliklər etmək istəmişdir. Həmin dəyişikliklər olduğuna görə Təqsirləndirilən şəxs ona təmir işlərinin görülməsi üçün razılığa dair 2500 manat pul verməli olduğunu bildirmişdir. O da təmir işlərinə tez başlamaq üçün razılaşmışdır. 2022-ci ilin mart ayında Elgünlə mobil telefonda danışaraq Lənkəran şəhəri, “Qala” adlanan ərazidə görüş təyin etmişlər. O, özüylə 2500 manat məbləğində 100 manatlıq əskinazlardan ibarət pulu götürüb, qeyd olunan yerdə Elgünlə görüşmüş və pulu sonuncuya vermişdir. Elgün də pulu götürərək artıq təmirə başlaya biləcəyini bildirmişdir. Bir müddət sonra Elgün ona Şəhərsalma və Arxitektura idarəsindən hansı əsaslarla təmir işlərinə başladığını soruşduqlarını bildirmiş və ona sənədləri göndərməyini demişdir. O da WhatsApp proqramı vasitəsi ilə sənədlərin şəklini çəkərək Elgünə göndərmişdir. Yeni layihə çəkdirərək 2023-cü ilin yanvar ayının əvvəllərində Şəhərsalma və Arxitektura komitəsinə göndərmişdir. Təqsirləndirilən şəxs 2500 manat məbləğində pulu ondan obyektində təmir işlərinin görülməsinə icazə verilməsi üçün tələb etmişdir. O da təmir işlərinə tez başlamaq üçün Elgünlə razılaşıb həmin məbləğdə pulu sonuncuya vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid28 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayında yaşadığı Şürük kəndində iki mərtəbəli fərdi yaşayış ev tikdirməyinə icazə verilməsi üçün xüsusi mülkiyyətində olan 0.02 ha ərazisi olan torpaq sahəsinin çıxarışının surətini və lisenziyalı "xxxx" MMC tərəfindən çəkilmiş fərdi yaşayış evinin memarlıq planlaşdırma bölməsini (layihə) Lənkəran Şəhər İcara Hakimiyyətinə göndərmişdir. İcra Hakimiyyətindən ona 13 iyun 2022-ci il tarixli məktub göndərilərək təqdim etdiyi layihənin qaydalara uyğun olmadığı bildirilmişdir. 2022-ci ilin iyun ayının sonlarında şəhər icra hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində Təqsirləndirilən şəxs qəbulunda olmuşdur. Ondan layihəsinin qaydalara uyğun olub-olmamağının səbəbini soruşmuşdur. Elgün gülərək ona əli ilə 4 rəqəmini göstərmişdir. O, baş memardan 400 manat lazımdır deyə soruşmuşdur. Elgün yox deyib kağız parçasına 4000 rəqəmini yazmış və ona göstərmişdir. O, Elgündən 4000 manat versə layihəsinin qaydalara uyğun olacağını soruşmuş, Təqsirləndirilən şəxs gülərək razılığını bildirmişdir. O, pulunun olmadığını deyəndən sonra Elgün həmin məbləği verməsə tikinti aparılmasına icazə verməyəcəyini bildirmişdir. Bundan sonra o, dəfələrlə şəhər icra hakimiyyətinə müraciət etsə də özünə ev tikməyi ilə bağlı müraciətinə rədd cavabı verilərək layihəsi təsdiq edilməmişdir. O, (050) *** ** ** mobil telefon nömrəsindən istifadə edir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid12 göstərdi ki, 2016-cı ildən Lənkəran Şəhər İcra Hakimiyyəti Aparatının Sosial iqtisadi inkişafı Təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi vəzifəsində işləyir. 2022-ci ilin əvvələrində atası Şahid11 onlara məxsus olan, Lənkəran rayonu, Şiləvar kəndində 0,07 hektar torpaq sahəsində ikimərtəbəli yaşayış evi tikməyə başlamışlar. Evin tikilməsinə icazə verilməsi üçün Lənkəran Şəhər İcra Hakimiyyətinə müraciət etmişlər. Lakin icra hakimiyyətindən müsbət cavab verilməmişdir. Ona görə də evin tikintisi yarımçıq dayandırılmışdır. 2022-ci ilin mart ayında atası ona evin tikintisinə icazə alınması üçün müraciət etmək lazım olduğunu demişdir. O da, iş yoldaşı, icra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri Təqsirləndirilən şəxs müraciət etmiş və atasının onunla tanış etmişdir. Elgün onlara kömək edəcəyini bildirmiş, lakin onlardan pul istəməmişdir. Təqsirləndirilən şəxs atasından 5000 manat pul tələb etməsi barədə məlumatı olmamışdır. Lakin Şahid12 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tikintiyə icazə verilməsi üçün onun atasından 5000 manat pul istəmişdir.Atası da evin tikintisinə icazə verilməsi üçün 5000 manat pulun çox olduğunu bildirmiş və pulu verməkdən imtina etmişdir.Təqsirləndirilən şəxslə razılaşa bilmədiklərindən evin tikintisi yarımçıq qalmışdır Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid8 göstərdi ki, qardaşı Xamməd Lənkəran şəhəri 28 may küçəsi ev 68 ünvanında, onun yaşadığım evin 1-ci mərtəbəsini moyka kimi istifadə etmək istəmişdir. Buna görə Lənkəran Şəhər İcra Hakimiyyətindən razılıq almaq lazım olmuşdur. Bununla əlaqədar olaraq 2022-ci ilin mart-aprel aylarında Xamməd şəhər icra hakimiyyətinin baş memarı Təqsirləndirilən şəxs iş otağına gedərək ona müraciət etmişdir. Bundan sonra qardaşı ona Təqsirləndirilən şəxs yanına gedərək sənədi ondan götürməyimi tapşırmışdır. O, Təqsirləndirilən şəxs yanına gedərək sənədləri istəmişdir. Lakin Təqsirləndirilən şəxs sənədlərin hazır olmadığını, yəni hələ Bakıdan gəlmədiyini bildirmişdir. Bundan bir müddət sonra isə qardaşını korrupsiyaya qarşı mübarizə idarəsinə çağırmışlar. Qardaşı Xamməd ondan Təqsirləndirilən şəxs vermək üçün 1400 manat pul almamışdır. Qardaşının Təqsirləndirilən şəxs pul verməsi barədə onun heç bir məlumatı yoxdur. Moykaya aid sənədləri Təqsirləndirilən şəxs götürməyə gedərkən Təqsirləndirilən şəxs 100 manat pulun çatışmamasına görə sənədləri verməkdən imtina etməmişdir. Lakin Şahid8 ibtidai istintaqda verdiyi və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs evin birinci mərtəbəsinin moyka kimi istifadə olunmasına icazə verilməsi üçün qardaşı Xamməddən 1500 mnat pul istəmişdir. Qardaşı məcbur olub Təqsirləndirilən şəxslə razılaşmışdır.Qardaşı Elgünlə görüşməsindən iki-üç gün sonra ondan borc olaraq 1400 manat pul almaqla aparıb iş yerində Təqsirləndirilən şəxs vermişdir. Qardaşı xəstə olduğu üçün o, icazə hazır olan icazə sənədini götürmək üçün Təqsirləndirilən şəxs iş otağına getmişdir. Elgün istədiyi puldan 100 manat əskik verildiyinə görə sənədləri verməkdən imtina etmişdir. O,Təqsirləndirilən şəxs yanından qardaşı Xammədə zəng edərək bu barədə ona bildirmişdir. Xamməd isə 100 manat pulu verməyə imkanı olmadığını bildirmişdir. Bundan sonra Elgün sənədə möhür vurulmadığını deyərək onu geri qaytarmışdır. Bundan bir-neçə gün sonra Xamməd Elgünlə danışaraq 100 manat pulunun olmadığını, artıq sənədi istəmədiyini və sənədlərini geri qaytarmasını demişdir. Bu söhbətdən sonra Elgün sənədləri verməyə razılılaşmış və o yenidən Təqsirləndirilən şəxs qəbuluna gedərək icazə sənədlərini ondan almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid26 göstərdi ki, Rusiya Federasiyasında yaşayan bacısının yoldaşı X58 2022-ci ilin avqust ayında pərakəndə meyə-tərəvəz alqı-satqısı ilə məşğul olmaq üçün Lənkəran rayonu Bürcəli kəndində 0.12 ha torpaq sahəsinin 300m2 ərazisində çardaq tikdirmək istədiyini ona bildirmişdir. Həmin tikintinin aparılamsından ötrü Lənkəran şəhər İcra Hakimiyyətindən icazə alınmasına köməklik etməsini ondan xahiş etmişdir. O, 2022-ci ilin sentyabr ayının təxminən 5-də qohumu Ramin Məmiyevin atası Bəhrəm Məmiyevin adına olan, Lənkəran rayonu Bürcəli kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 300m2 ərazisində çardaq tikintisi aparılmasına Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilməsi üçün icra hakimiyyətində Memarlıq şöbəsinin müdiri, baş memar Elgun Abdullayevin yanına getmək üçün sonuncunun istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəyə zəng etmiş, «Whatsapp» proqramı vasitəsi ilə danışaraq bu barədə məlumat vermişdir. Elgün torpağın sahəsini və tikinti aparılacaq yeri dəqiqləşdirdikdən sonra onunla icra hakimiyyətində xidməti otağında görüşmüşdür. Elgün çardağın tikintisinə icazə verilməsi, lahiyənin hazırlanması və daşınmaz əmlakın dövlət resterindən çıxarışın alınması üçün 3000 manat pul lazım olduğunu demişdir. Ondan başqa məqsədlə pul istəməmişdir. Lakin Şahid26 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasında yaşayan bacısının yoldaşı X58 2022-ci ilin avqust ayında ona Lənkəran rayonu Bürcəli kəndində 0.12 ha torpaq sahəsinin 300m2 ərazisində çardaq tikdirmək istədiyini, həmin tikintini pərakəndə meyvə-tərəvəz alqı-satqısı etmək üçün istifadə edəcəyini bildirmişdir. Həmin tikintinin aparılamsından ötrü Lənkəran şəhər İcra Hakimiyyətindən icazə alınmasına köməklik etməsini xahiş etmişdir. Təxminən 2022-ci ilin sentyabr ayının 5-də qohumu Ramin Məmiyevin atası Bəhrəm Məmiyevin adına olan Lənkəran rayonu Bürcəli kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 300m2 ərazisində çardaq tikintisi aparılmasına Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilməsi üçün İcra Hakimiyyətində Memarlıq şöbəsinin müdiri, baş memar Elgun Abdullayevin yanına getmək üçün sonuncunun istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəyə zəng etmişdir. Həmçinin Whatsapp proqramı vasitəsi ilə danışaraq bu barədə məlumat vermişdir. O da torpağın sahəsi və tikinti aparılacaq yeri dəqiqləşdirmişdir. Bundan sonra Elgünlə icra hakimiyyətində xidməti otağında görüşmüşdür. Elgün ona icazə sənədinin verilməsi və eskiz layihəyə möhür vurulması üçün 3000 manat məbləğində pul verməli olduğunu demişdir. Həmçinin, bu məsələnin həlli ilə bağlı Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı ilə danışıb razılıq alacağını və ona deyəcəyini bildirmişdir. Təxminən bir müddət sonra 18 sentyabr 2022-ci il tarixdə o, torpağın sənədini Whatsapp proqramı vasitəsi ilə Elgünə göndərmiş, sonuncu da ona həmin sənədin düzgün olduğunu, lakin başçı ilə danışdıqdan sonra ona eskiz layihə verə biləcəyini bildirmişdir. Bundan sonra icra başçısı ilə danışdığını 3000 manata razılaşdığını bildirmişdir. 21 sentyabr 2022-ci il tarixdə Elgünlə yenə Whatsapp proqramı vasitəsi ilə danışmış, sonuncu hələ tikintiyə başlamamağını, lakin təmizəmə işlərini görə biləcəyini demişdir. Bir müddət sonra Elgünə zəng edib artıq 3000 manatı hazırladığını, baş memarla görüşə biləcəyini demişdir. Lakin, Elgünün işləri olduğundan görüşləri alınmamışdır. Sonradan 03 oktyabr 2022-ci il tarixdə Elgün ona istifadəsində olan ***-***- **-** mobil nömrəsi ilə zəng edib səhəri günü, yəni 04 oktyabr 2022-ci il tarixdə görüşmələrini, 3000 manat məbləğində pulu ona verməyini bildirmişdir. O da 04 oktyabr 2022-ci il tarixdə Elgünə zəng etsə də sonuncu telefona cavab verməmişdir. Şahid17 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 2021-ci ilin əvvəllərində tanışı Şahid18 Lənkəran şəhəri Ziyalılar evinin yaxınlığında yaşadığı Lənkəran şəhəri, X76, 48/6 ünvanın qarşısında yerləşən özünə məxus olan 20m2 qeyri-yaşayış sahəsini 50000 manat məbləğində pula satmaq üçün razılaşmışdır. Lakin həmin obyektin sahəsində müəyyən düzəlişlər olmuşdur, yəni təmir edilən zaman mağazanın divarları bir az geri çəkilmişdir, buna görə sənədlər, yəni çıxarış, layihə, istismara icazə aktı yenidən hazırlanmalı olmuşdur. Bu barədə Reyestr xidmətinin Lənkəran ərazi şöbəsindən ona məlumat verilmişdir. O, yeni sənədlərin düzəldilməsi üçün Lənkəran şəhər icra hakimiyyətinin baş memarı Təqsirləndirilən şəxs müraciət etmişdir. Xatırladığı qədəri ilə təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində şəhər icra hakimiyyətinin inzibati binasında yerləşən xidməti otağında Təqsirləndirilən şəxs ondan qeyri yaşayış sahəsinə yeni layihənin təsdiq edilməklə verilməsi və yeni istismara icazə aktının verilməsi üçün 4800 manat pul tələb etmişdir. Özünə məxsus obyekti satmalı olduğu üçün məcburən Elgünün tələb ilə razılaşmışdır. Valehdən beh olaraq bir neçə dəfəyə 7000 manata yaxın pul almışdır. Xatırladığı qədəri ilə təxminən 2022-ci ilin fevral və ya mart aylarında Lənkəran şəhər icra hakimiyyətinin inzibati binasında xidməti otağında Lənkəran şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri, baş memarı, Təqsirləndirilən şəxs sənədlərin düzəldilməsindən ötrü 3 dəfəyə 4800 manat pul vermişdir. Birinci dəfə 2100 manat, ikinci dəfə 2400 manat, üçüncü dəfə isə 300 manat xidməti otağında Təqsirləndirilən şəxs pul vermişdir. Pulu Təqsirləndirilən şəxs verdikdən bir müddət sonra Elgün yeni təsdiq edilmiş layihəni və istismara icazə aktını xidməti otağında ona təqdim etmişdir. Sonra öz adına çıxarış almış və Valehlə birlikdə Notariat ofisinə gedib alqı-satqı müqaviləsi bağlamışdır. Bundan sonra Valeh Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Publik Hüquqi şəxsin Lənkəran ərazi idarəsinə müraciət edib öz adına çıxarış almışdır. O, Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Publik Hüquqi şəxsin Lənkəran ərazi idarəsinə müraciət edib öz adına çıxarış alan vaxt Elgünün ona təqdim etdiyi istismara icazə aktını və təsdiq edilmiş layihəni həmin idarəyə təqdim etmiş və surətlərini özündə saxlamamışdır. Layihə və istismara icazə aktının verilməsi üçün Təqsirləndirilən şəxs ondan 4800 manat tələb etmiş və almışdır. O, Valehə Təqsirləndirilən şəxs 2100 manat pul verdiyini demişdir. Valeh həmin prosesdə onunla işlərin gedişatı ilə bağlı daimi əlaqə saxlamışdır. O, birinci dəfə Elgünə 2100 manat pul vermişdir. Birinci dəfə Elgünə pul verəndən sonra Valehi bu barədə məlumatlandırmışdır. Çünki, həmin məbləğləri Elgünə Valehdən bir neçə dəfə aldığı beh məbləğlərindən vermişdir. Bundan başqa mən həmin prosesdə Elgünlə istifadəsində olan 070 360 00 06 GSM nömrəsi vasitəsiylə dəfələrlə əlaqə saxlamışdır. Şahid Rzayev X32 da ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində Şahid17 ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(001)-1523/2022 və xx.xx.2022-ci il tarixli, 5(001)-2327/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında 3 ay müddətində texniki vasitələrdən istifadə edilməklə gizli foto və video çəkilişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən digər yerlərdə, zəruri halda binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirmə əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş pul vəsaitinin və xüsusi texniki vasitənin təqdim edilməsi haqqında protokoldan əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə böyük əməliyyatçısı X25 tərəfindən Şahid1 C53041216, C89979053, C32775741, A64883194, A87105324, C54159759, C72706093, A05161676, C95863270, A79865401, C65388966, A51630237, C06483004, A35303599, A64334345, A91414564, D18162476, C62693723, A81655819, C30565381, C53602803, C54626501, A25006889, A29647908, A11040000 seriya nömrəli 25 ədəd 100 (yüz) manatlıq, A59397204, B16609004, B05184848, B25311904, A40651403, B30762213, B05503053, A79509461, B23194923, B02473245, B13992176, B37956127 B36579718, B34393631, A54059491, B34373482, A80098659, A56903924, B00198957, B27931956, A65585513, B21183706, B05483285, B35805551, A24371931, A60410241, B05202395, B19721944,A63696449 seriya nömrəli 30 ədəd 50 (əlli) manatlıq əskinaslardan ibarət ümumilikdə 4000 (min) manat pul təqdim edilməklə pulun Təqsirləndirilən şəxs verilməsi zamanı audio və video yazının aparılması məqsədilə şikayətçinin üzərindəki paltara “Stayer” markalı xüsusi texniki avadanlığın quraşdırılması müəyyən edilir. Aparılmış istintaq zamanı Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin əməkdaşları tərəfindən Lənkəran şəhərinində yerləşən Lənkəran Şəhər İcra Hakimiyyətinin inzibati binasında Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Təqsirləndirilən şəxs xidməti otağında keçirilmiş 17 sentyabr 2022-ci il tarixli əməliyyataxtarış tədbirinin video görüntülərinin əks olunduğu bir ədəd elektron daşıyıcıya (disk) xx.xx.2022-ci il tarixdə keçirilmiş baxış zamanı həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin görüntülərinin əks edildiyi gizli çəkiliş olan 7 dəqiqə 05 saniyədən ibarət video görüntüdən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixdə Lənkəran şəhərinində yerləşən Lənkəran Şəhər İcra Hakimiyyətinin inzibati binasında olan xidməti otağında Şahid1 ilə görüşü zamanı sonuncudan Lənkəran rayonunun Göyşaban kəndində yerləşən X12 məxsus fərdi yaşayış evinin X11 razılaşdırılması üçün 4000 (dörd min) manat məbləğində pul alması müəyyən edilmişdir. Belə ki, Şahid1 Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Təqsirləndirilən şəxs xidməti otağına daxil olur. Salamlaşdıqdan sonra Şahid1 və Təqsirləndirilən şəxs sonuncunun otağında üzbəüz otururlar. Elgün Rövşəndən sənədləri və layihəni gətirib-gətirmədiyini soruşur. Rövşən torpağın sənədlərini və iki nüsxə layihəni Elgünə təqdim edir. Elgün Rövşəndən hazırlıqlı gəlib - gəlmədiyini soruşur. Rövşən hazırlıqlı gəldiyini dedikdən sonra Elgün layihəni dərhal təsdiq edib Rövşənə verəcəyini bildirir. Daha sonra qeydiyyat məsələsinə görə fikrini dəyişdirərək təsdiqləyib birinci gün Şahid1 təqdim edəcəyini, həmin sənəd əsasında tikintiyə başlaya biləcəyini ifadə edir. Rövşən cibindən 50 və 100 manatlıq əskinasları çıxarıb qırxa qədər sayaraq Elgünə verib razılaşdığımız kimi deyir. Təqsirləndirilən şəxs də pulu alıb pencəyinin cibinə qoyur. Rövşənə tikintiyə başlaya biləcəyini, problem olarsa ona zəng etməsini bildirir. Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otağına xx.xx.2022-ci il tarixdə keçirilmiş baxış əməliyyat-axtarış tədbiri zamanı götürülərək cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung A51”, 1 ədəd “İphone 13” markalı mobil telefonlar, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin video görüntülərinin əks olunduğu bir ədəd elektron daşıyıcı, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə elan edilmiş ittihamla bağlı memarlıq planlaşdırma bölmələri, Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının sərəncam, icazə və digər aktları iş üzrə maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Aparılmış istintaq zamanı Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otağına xx.xx.2022-ci il tarixdə keçirilmiş baxış zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus içərisində 050 416 56 77 GSM nömrəsi olan “Samsung Galaxy A51” və içərisində 070 715 87 35 GSM nömrəsi olan “İphone 13” markalı mobil telefonlara xx.xx.2022-ci il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Pərviz adlı şəxsin 077 611 11 51 GSM nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan 050 416 56 77 GSM nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək WhatsApp proqramı vasitəsi ilə aşağıdakı şəkildə səsli mesajlaşma olmuşdur: Pərviz adlı şəxs 077 611 11 51 GSM nömrəsi ilə Təqsirləndirilən şəxs “bazarda obyekt var ha Emin və Namiq əminin obyekti, onun kümü tamamdı, sənədini mənə verərsən?”, “Qardaşım imkan olsa məni də nəzərə nəzərə alarsan”, “hacı Əlvan Lənkərana gəlir, mən Əlvanı tələsdirirəm, Əlvangili yanına gətirəcəm nə olsa da sən 5-i kəsmə, mən onları başa salmışam, 45-dən aşağı düşmə, mən onları qorxudacam, məni yadından çıxarma neçə aydır ki iş yoxdur, onlara əsas şəhərsalma yox icra hakimiyyətidir demişəm, qərarı icra başçısı verir” məzmunlu səsli və yazılı mesjlar göndərmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan 050 416 56 77 GSM nömrəsi ilə Pərviz adlı şəxsin 077 611 11 51 GSM nömrəsinə “məni nəzərə alarsan” mesajına cavab olaraq “dediyimi kəsməsələr baş üstə”, bundan dan başqa “hacı Əlvana 50 dediyimizi xatırlayıram, narahat olma 45-dən aşağı olmayacaq, (Əlvanı nəzərdə tutaraq) onlar niyə gəlmədilər, qiymət bazarı açmaq istəyirlərsə gəlməsinlər, onlara son qiymət 40 deyildi ondan aşağı olmaz, bundan sonra onun gəlməyi mənə maraqlı deyil, onda təcili pula ehtiyacımız varıydı ona görə də işin həll edilməsində maraqlıydıq” və sair məzmunlu səsli və yazılı mesjlar göndərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan 050 416 56 77 GSM nömrəsi ilə sonuncunun telefonunda “Ramin Kərbəlayi 151” kimi qeydiyyata alınmış 050 568 48 28 GSM nömrə arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək WhatsApp proqramı vasitəsi ilə aşağıdakı şəkildə yazılı mesajlaşma olmuşdur: Ramin Kərbəlayi 151: Girdəni məsələsini həll etdə Təqsirləndirilən şəxs: Girdəni 5də qalmışdı? Ramin Kərbəlayi 151: 5 danişmişdim qardaş cani, 1 də mənə qalsinda, İşi mənə verənədə vermliyəm Təqsirləndirilən şəxs: Mənə 4 vermək istəyirsən? Ramin Kərbəlayi 151: Bəli, Alim layihəni gətirim yaniva Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan 050 416 56 77 GSM nömrəsi ilə sonuncunun telefonunda qeydiyyata alınmamış Xəyal adlı şəxsin 050 578 78 18 GSM nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək WhatsApp proqramı vasitəsi ilə aşağıdakı şəkildə yazılı və səsli mesajlaşma olmuşdur: 050 578 78 18 GSM nömrədən xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə Təqsirləndirilən şəxs istifadəsində olan 050 416 56 77 GSM nömrəyə qeyri yaşayış sahəsinin, xx.xx.2022-ci il tarixdə Şahid21 mülkiyyətində olan Lənkəran şəhəri, Heydər Əliyev prospekti 26 ünvanda yerləşən qeyri yaşayış sahəsinin çıxarışının və Daşınmaz Əmlakın Texniki Pasportunun şəkilləri göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan 050 416 56 77 GSM nömrədən Xəyal adlı şəxsin 050 578 78 18 GSM nömrəsinə “Xəyal salam necəsən, sənin söhbətini güc bəla ilə şəhərsalma ilə həll etdim, şəkilləri göndərdim dedim şəhərin mərkəzində obyektdir, təmir olunmalıdır, onda onlar da dedi tez olsun təmir aparıb qurtarsın, arxitekturadan dedilər ki, sizdə nə qədər “suka” var, şikayət edirlər, onlar inanmırdı ki, obyektin sənədi var elə bilirdilər ki, yalan deyirəm, sən sənədləri vaxtında göndərdin, mən də onlara göndərdim əl çəkdilər, amma dedilər ki, təmiri mümkün qədər tez yekunlaşdırsın” məzmunlu səsli mesajlar göndərilmişdir. Həmin tarixdə Xəyal adlı şəxsin 050 578 78 18 GSM nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 050 416 56 77 GSM nömrəyə “çox sağ olun Elgün müəllim” məzmunlu mesaj göndərilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan 050 416 56 77 GSM nömrəsi ilə sonuncunun telefonunda qeydiyyata alınmamış Xanış adlı şəxsin 050 348 74 16 GSM nömrəsi arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək WhatsApp proqramı vasitəsi ilə aşağıdakı şəkildə yazılı və səsli mesajlaşma olmuşdur: xx.xx.2022-ci il tarixdə Xanış adlı şəxsin 050 348 74 16 GSM nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 050 416 56 77 GSM nömrəyə X37 şəxsiyyət vəsiqəsinin surəti göndərilmişdir. Xanış: Lazımdırsa Əminənin şəxsiyyət vəsiqəsini gətirərəm. Təqsirləndirilən şəxs: Lazım deyil bununla idarə edərik. Xanış: 3 fazaya görə sənə sənəd vermişdim, xəbər var?, X65. Təqsirləndirilən şəxs: başçı imzalayıb sərəncamı, Ümumi şöbədədi sənədlər, Qeydiyyatdan keçsin düşsün aşağı xəbər edərəm. Xanış: Elgün salam xəstələnmişəm, yaxşı deyiləm, indi pul hava su kimi mənə lazımdır, əgər sənəd hazır deyilsə uşaq gəlib sənədləri və pulu götürsün, pul mənə lazımdır. Təqsirləndirilən şəxs: Allah şəfa versin, sənəd hazırdı, sən haradan düşünürsən ki, sənəd hazır deyil, sənəd hazırdı, uşağa denən ki gəlsin sənədi götürsün danışdığımız kimi. Xanış: səni and verirəm allaha mənim vəziyyətim pisdi, özdə mən sənədi sənə verəndə dedim ki, vəziyyətim yaxşı olsa yüz manatı verərəm sənə, olmasa vermərəm, gəl bir-birimizi incitməyək, and olsun allaha mən onu rüsumla edərəm, prosda sabah üz-üzə gələndə bir şey olmasın, qardaşımı göndərmişəm deyirsən qeydiyyat şöbəsindən keçməlidir, bir həftə bundan əvvəl telefonuma zəng gəlib sənəd hazırdı, nə vaxt gəlsin qardaşım, sənəd də lazım lazımdısa uşaq gəlsin evin sənədlərini götürsün. Xanış: Sənədlər düşdü aşağı ya yox, o gün bir az səninlə pis danışdım canım ağrıyırdı. Təqsirləndirilən şəxs: Həftənin birinci günü obedə qədər gəlin götürün sənədlər hazırdı. Xanış: Oldu sağ ol, bir də bağışla canım ağrıyırdı, ona görə səninlə pis danışdım. Təqsirləndirilən şəxs: Xanış sənin o gün yazdığını indi oxuyuram, iş çox olur o gün nəzərimdən qaçıb oxumamışam, ayıb deyil, mən sənə nə pislik edirəm ki, sən də mənə pislik edəsən, ayıb deyil, yüz manat sənin tükünə qurban, sənədlər başçı imzalayanda ümumi şöbəyə gedir, nömrə və tarix qoyulur, birici gün ya özün ya da qardaşın oğlu gəlib götürsün, heç mənim yanıma gəlməsin Zivərdən götürsün. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan 050 416 56 77 GSM nömrəsi ilə sonuncunun telefonunda qeydiyyata alınmamış 050 336 21 81 GSM nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək WhatsApp proqramı vasitəsi ilə aşağıdakı şəkildə yazılı və səsli mesajlaşma olmuşdur: 050 336 21 81: salam Elgün, sözündən elə başa düşdüm ki, bu gün də alınmayacaq, alınmırsa konkret de bilim. Mən İcra hakimiyyətinin memarlıq şöbəsinə gəlməkdən yoruldum artıq. Təqsirləndirilən şəxs: Başa düşmədim doktor sənin fikrin nədi? Əgər fikirini dəyişdirmək istəyirsənsə gec deyil bizdə fikir dəyişməyib, mən dedim ki, çalışacam bu gün sənədi verim, sən gedib ağlına nə gəlib bilmirəm fikir dəyişirsən, mən sənə dedim ki, bu gün yanına qalxmalıyam, mən bu gün yanına qalxıb sənə zəng edəcəm, sən də razılaşıb getdin, indi başqa fikir yürüdürsən, fikrini konkret de mən də ona uyğun hərəkət edim. 050 336 21 81: fikrim eynidi Elgün müəllim fikrim eynidi yəni ki, sən demişdin axı onun yanına qalxmısan. Təqsirləndirilən şəxs: doktor fikirin dəyişməyibsə səbrli ol, axşam sənə zəng edərəm gəlib götürərsən sənədi. 050 336 21 81: yaxşı Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan 050 416 56 77 GSM nömrəsi ilə sonuncunun telefonunda “Ceyhun Nərimanabad İ. N” kimi qeydiyyata alınmış 050 729 32 19 GSM nömrə arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək WhatsApp proqramı vasitəsi ilə aşağıdakı şəkildə yazılı və səsli mesajlaşma olmuşdur: Ceyhun Nərimanabad İ. N: Elgün müəllim ev tikilir zapravkanın yanında mən onu saxlatmışam, indi görüşəcəm sabah onununla, konkret nə gətirməliyəm sizə nə sənəd, neçə dənə arayış, zəhmət olmasa mənə deyərdiniz, görüşərdim mən sizinlə birinci gündə zadda. Təqsirləndirilən şəxs: Torpaq sənədi şəxsiyyət vəsiqəsi, birdə layihə. Ceyhun Nərimanabad İ. N: Layihəni siz kömək edərdiz? Təqsirləndirilən şəxs: edərəm. Ceyhun Nərimanabad İ. N: Arayış neçə dənə gətirim. Təqsirləndirilən şəxs: Hamısı bir yerdə 3.5. Ceyhun Nərimanabad İ. N: oldu. Ceyhun Nərimanabad İ. N: Şəxsiyyəti də atdılar mənə inşallah sabahda birigündə gəlib dəyərəm sizə, onlar razılaşdılar, bir də ki, sizin verdiyiniz sənəd gələcəkdə onlar alqısatqı edəndə etibarlı olacaq da onu bilmək istəyirdim. xx.xx.2022-ci il tarixdə “Ceyhun Nərimanabad İ. N” kimi qeydiyyata alınmış 050 729 32 19 GSM nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 050 416 56 77 GSM nömrəyə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və X7 şəxsiyyət vəsiqəsinin şəkillərini göndərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan 050 416 56 77 GSM nömrəsi ilə sonuncunun telefonunda “Zeynal SİH” kimi qeydiyyata alınmış 051 338 58 09 GSM nömrə arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək WhatsApp proqramı vasitəsi ilə yazılı və səsli mesajlaşma olmuşdur. Hər iki GSM nömrədən bir-birilərinə Lənkəran Şəhər İcra Hakimiyyətinin ərazisinə daxil olan kəndlərin siyahısı, müxtəlif adlardan ibarət siyahı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və digər quqrulara ünvanlanan məktubların şəkilləri və siyahılarla bağlı səsli mesajlar göndərilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan 050 416 56 77 GSM nömrəsinə sonuncunun telefonunda “Emin Bazar” kimi qeydiyyata alınmış 050 244 11 47 GSM nömrədən xx.xx.2021-ci il tarixdə WhatsApp proqramı vasitəsi ilə tikinti şəkilləri göndərilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan 050 416 56 77 GSM nömrəsi ilə sonuncunun telefonunda “X91” kimi qeydiyyata alınmış 050 326 94 44 GSM nömrə arasında 17 avqust 2022-ci il tarixdə WhatsApp proqramı vasitəsi ilə aşağıdakı şəkildə yazılı və səsli mesajlaşma olmuşdur: Təqsirləndirilən şəxs: salam X91: Gəldi Elgün müəllim, mən Hacıyla danışdım, sizin dediklərinizi anlattım, dedi ki, Elgün oğluma deyin əmisi onu 500 də artırar, mənə özüm sizə hörmət edərəm bu işi yoluna qoyaq xahiş edirəm, ağsaqqal xəstə adamdır yeriyə bilmir, o da yüngülvari təmir edəcək, pulu olsa da pul üçün əyilən adam deyil, bunu 3.5-lə həll edək qurtarsın. Müəllimə siz izah edərsiniz vəziyyəti. Təqsirləndirilən şəxs: Anar onda məndən xəbər gözlə yekun nəticə odursa mən danışıb sənə nəticəni deyərəm qardaşım. X91: Oldu Elgün müəllim gözləyirəm. Pul da məndədir nə vaxt istəsəniz gətirim. Təqsirləndirilən şəxs: Ok, xəbər gözləyin. X91: Yaxşı Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan 050 416 56 77 GSM nömrəsi ilə sonuncunun telefonunda “Təhmasif İ.N” kimi qeydiyyata alınmış 050 445 09 68 GSM nömrə arasında 11 mart və 02 noyabr 2021-ci il tarixlərdə WhatsApp proqramı vasitəsi ilə aşağıdakı şəkildə yazılı və səsli mesajlaşma olmuşdur: Təhmasif İ.N: Qardaş salam 500 kv girdənidə kommersiya.??? Qardaş salam necəsən? Deməli Girdəni kəndindədir yolun qırağındadır, dəmirağacın yanından bir az qabağa gəlirsən kəndə tərəf, 6 sot torpaq sahəsidir deməyinə görə torpağa sənədi kupçası var, onun 500 kvadratı üçün kommersiyayla bağlı istəyir, indi nədi nə deyil sən mənə səs at ya da yaz mənə onlarla danışım. Təqsirləndirilən şəxs: Salam əziz qardaşım necəsən? 15 Təqsirləndirilən şəxs: Təmas salam. Elgündü. Bura yaz Təhmasif İ.N: Qardaş salam qardaş 10x10 yuxarı ev aşağı dükan kimi çıxarış var. Qiymət nə qədər? Təqsirləndirilən şəxs: 6-7 arasında Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan 050 416 56 77 GSM nömrəsi ilə sonuncunun telefonunda “Rafail Arxiv” kimi qeydiyyata alınmış 050 322 94 18 GSM nömrə arasında 20 iyun, 24 iyun, 05 iyul və 14 iyul 2022-ci il il tarixlərdə WhatsApp proqramı vasitəsi ilə telefon danışıqları olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan 050 416 56 77 GSM nömrəsi ilə sonuncunun telefonunda “Murad Kaspi” kimi qeydiyyata alınmış 050 726 46 71 GSM nömrə arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək WhatsApp proqramı vasitəsi ilə aşağıdakı şəkildə yazılı və səsli mesajlaşma olmuşdur: Murad Kaspi: Qardaş salam, deməli 28-29 metr uzunluğudur, 11-12 metr enidir, bir dənə deyərsən mənə zəhmət olmasa adi şalaş içərisində otaq olmayacaq, gələcəkdə otaq olarsa danışarıq, üstü örtülü dəmir dirəklərdən asılı qalacaq, qardaş zəhmət olmasa sürətləndirək bu işi. Təqsirləndirilən şəxs: Murad salam, bildim, dəqiqləşdirim danışarıq. Murad Kaspi: Salam qardaş, biz istəyirik işə başlayaq. Təqsirləndirilən şəxs: Sənədsiz başlasanız ciddi problem olacaq. Murad Kaspi: Mən də istəyirəm müsbət cavab alım tədarükə başlayım, nədən başlayaq qardaş? Təqsirləndirilən şəxs: Müəllimlə razılaşdırılmalıdır, üz-üzə danışarıq. Murad Kaspi: Salam qardaş, mən şəhərdəyəm, hazıram, saat neçədə deyirsən gəlim. Təqsirləndirilən şəxs: Bir şikayət var onu araşdırım, gəlim işə görüşək. Təqsirləndirilən şəxs istifadəsində olan 050 416 56 77 GSM nömrəsi ilə sonuncunun telefonunda “Murad Kaspi” kimi qeydiyyata alınmış 050 726 46 71 GSM nömrə arasında xx.xx.2022-ci il tarixdə 49 saniyə danışıq olmuşdur. xx.xx.2022-ci il tarixdə “Murad Kaspi” kimi qeydiyyata alınmış 050 726 46 71 GSM nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 050 416 56 77 GSM nömrəyə cavabsız zəng gəlmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan 050 416 56 77 GSM nömrəsi ilə sonuncunun telefonunda qeydiyyata alınmamış Valeh adlı şəxsin 050 590 84 49 GSM nömrəsi arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək WhatsApp proqramı vasitəsi ilə aşağıdakı şəkildə yazılı və səsli mesajlaşma olmuşdur: 050 416 56 77 GSM nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 050 416 56 77 GSM nömrəyə Lənkəran şəhəri, Z.Əliyeva küçəsində yerləşən 1 mərtəbəli ticarət obyektinin istismara hazırlıq aktının şəkilləri göndərilmişdir. Təqsirləndirilən şəxs: Hə Valeh varınızdı da fövqəladə varınızdı, mən təxmini bilirdim olmalıdır, vsyo bu varsa lap əla. Valeh: indi babayla görüşür, babaya nə deyim nə göstərim, orada kvadratı az yazılıb 18 yazılıb, indiki 21-dir, 25-dir, biz elə onu gözləyirik, baba Astaradan çıxıb gəlir. Nə fikrin var denən mənə bilim də Təqsirləndirilən şəxs: Ağababaya deyin ki, onlar sənəd üzrə nə olur onu yazırlar, amma ölçüb nədisə onu yazmalıdırlar, onu qoyun Ağababanın boynuna ölçüb yazsın, sabah reyestrdə, şəhərsalmada problem ola bilər, ona deyin ki, ölçüb yazsın, məsləhətdi ki sənədi verin Ağababaya dəyişsin. Valeh: Salam hər vaxtın xeyir sənədlərdən nə xəbər. Təqsirləndirilən şəxs: salam, şəhərsalmadadı sənədlər, hazır olanda özləri xəbər edəcək. Valeh: Salam, haçan sevindirirsən bizi. Təqsirləndirilən şəxs: Sizin sənədlər şəhərsalmadan gəlib. Ayın 4-ü xatırlat mənə baxım deyim sənə. Təqsirləndirilən şəxs: Vüqar akt hazırdır, gəlib götürə bilərsiniz. Obedə qədər gəlib götürün. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan 050 416 56 77 GSM nömrəsi ilə sonuncunun telefonunda “X77” kimi qeydiyyata alınmış kimi adlı şəxsin 055 643 66 96 GSM nömrəsi arasında xx.xx.2022-ci il tarixdə 1 dəqiqə 27 saniyə danışıq olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan 050 416 56 77 GSM nömrəsi ilə sonuncunun telefonunda “Taleh Qonşu” kimi qeydiyyata alınmış 050 463 63 71 GSM nömrəsi arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək WhatsApp proqramı vasitəsi ilə aşağıdakı şəkildə yazılı və səsli mesajlaşma olmuşdur: Təqsirləndirilən şəxs: Salam Taleh, mən qızla danışdım, dedi ki, əlinizdə olan sərəncam dəyişməlidir, əgər belə olsa iş böyüyəcək. Taleh Qonşu: bildim eli qaqaş, bax gör nə edirsən də, xahiş edirəm elə olsun ki gücümüz çatsın. Təqsirləndirilən şəxs: Narahat olma əlimdən gələni edəcəm, sərəncam dəyişəsi olsa iş böyüyəcək, əlavə rasxoddur da. Taleh Qonşu: sağ olun. Təqsirləndirilən şəxs: Taleh komitədən cavab gəldi, məcburən sərəncama qismən dəyişiklik etməliyik, başqa yolumuz yoxdur, buna görə də iş böyüdü sərəncama qismən dəyişiklik ediləcək sonra şəhərsalmadan kod alıb istismara icazə aktı almalıyıq, fövqəladənin sənədində Nazimin adı gedib, dəyişdirilməlidir ananın adına bütün aləm dəyib bir-birinə. Taleh Qonşu: sərəncam üçün nə qədər xərc olar onu deyə bilərsən? Təqsirləndirilən şəxs: Taleh bilmirəm onu gərək başçıyla danışıb deyim sənə. Taleh Qonşu: zəhmət olmasa öyrənərsiz də, əvvəlki sərəncamın şəklini atım sizə? Təqsirləndirilən şəxs: Köhnə sərəncama ehtiyac yoxdu, mən müəllimin yanına qalxanda dəqiqləşdirib sizə deyəcəm. Taleh Qonşu: oldu, salam eli qaqaş danışdın bizim işi başçıyla? Telefon Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan 050 416 56 77 GSM nömrəsi ilə sonuncunun telefonunda “N1 Wsp” kimi qeydiyyata alınmış 050 211 36 52 GSM nömrəsi arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək WhatsApp proqramı vasitəsi ilə aşağıdakı şəkildə mesajlaşma olmuşdur: 04 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi 050 416 56 77 mobil nömrəsindən sonuncunun telefonunda “N1 Wsp” kimi qeydiyyata alınmış 050 211 36 52 mobil nömrəyə WhatsApp proqram təminatı vasitəsiylə üzərində “Bürcəli kəndində bərbərxana 2000 m”, “Medikan tibb mərkəzi ilə üz-üzə köşk 1500 m”, “Haftani kəndində 40 m2 mağaza 1500 m”, “Parakənd kəndində 180 m2 mağaza 5500 m”, “şəhərdə işıq dirəklərinə reklam lövhələrinin vurulmasına icazə 2000 m” və “12500 m” yazılmış vərəqin şəkli çəkilərək göndərilmişdir. 14 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi 050 416 56 77 mobil nömrəsindən sonuncunun telefonunda “N1 Wsp” kimi qeydiyyata alınmış 050 211 36 52 mobil nömrəyə WhatsApp proqram təminatı vasitəsiylə üzərində “Parakənddə Ceyranbulaq restoranı restavrasiya 16000 m”, “Liman şəhərində Ruslan şadlıq sarayının həyətində talvarın kərpiclə hörülməsi 5000 m”, “Sütəmurdov kənd qəbiristanlığında Məzar daşı sexi 5000 m”, “Avraziya ilə üz-üzə 60 m2 talvar +23m2 4000 m”, “İstismar aktı 1000 m”, “Şəhər Bələdiyyəsi Rəy 367 m2 (5000-1000 20%) 4000 m” və “35000 m” yazılmış vərəqin şəkli çəkilərək göndərilmişdir. 26 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi 050 416 56 77 mobil nömrəsindən sonuncunun telefonunda “N1 Wsp” kimi qeydiyyata alınmış 050 211 36 52 mobil nömrəyə WhatsApp proqram təminatı vasitəsiylə üzərində “X78 Parakənd kəndində talvar 400 m2 10000 m”, “Xanbulan yolunun üstündə səyyar çayxana 5000 m”, “X43(Zeynal) 5000 m” və “20000 m” yazılmış vərəqin şəkli çəkilərək göndərilmişdir. 30 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi 050 416 56 77 mobil nömrəsindən sonuncunun telefonunda “N1 Wsp” kimi qeydiyyata alınmış 050 211 36 52 mobil nömrəyə WhatsApp proqram təminatı vasitəsiylə üzərində “Bazar ücüzluq 30000 m”, “Bazar(Dükana artırma) 8000 m”, “Yuxarı Nüvədi kəndində (pay torpağında ferma) 7000 m”, “Qala xiyabanında dönərxananın təmiri 1000 m” və “46000 – 4000(geri qaytarma) 42000” yazılmış vərəqin şəkli çəkilərək göndərilmişdir. 20 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi 050 416 56 77 mobil nömrəsindən sonuncunun telefonunda “N1 Wsp” kimi qeydiyyata alınmış 050 211 36 52 mobil nömrəyə WhatsApp proqram təminatı vasitəsiylə üzərində “Hacı Nəsir küçəsində tikinti işi 100000 m” yazılmış vərəqin şəkli çəkilərək göndərilmişdir. 11 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi 050 416 56 77 mobil nömrəsindən sonuncunun telefonunda “N1 Wsp” kimi qeydiyyata alınmış 050 211 36 52 mobil nömrəyə WhatsApp proqram təminatı vasitəsiylə üzərində “Xəlilov Baxşı (Qeydə almanı sərəncama dəyişmək) 5000 m”, “Şahid25 Bala Şuruk 85 m2 mağaza 3000 m”, “X53 Girdəni 46 m2 mağaza 2500 m”, “Rəfayıl müəllim (Arxiv idarəsi) 35 m2 1500 m”, “İstismar aktı 9 m2 500 m”, “Bazar sənədi (addan-ada) 500 m” və “13000 m” yazılmış vərəqin şəkli çəkilərək göndərilmişdir. 23 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi 050 416 56 77 mobil nömrəsindən sonuncunun telefonunda “N1 Wsp” kimi qeydiyyata alınmış 050 211 36 52 möbil nömrəyə WhatsApp proqram təminatı vasitəsiylə üzərində “Boladi kəndində 2 ha torpaq sahəsinə rəy verilməsi 2500 m”, “A.Nüvədi kəndində mövcud mağazaya təyinat dəyişmə (yaşayışdan qeyri yaşayışa 44 m2 2000 m”, “Bazar sənədi addan ada keçirmə 500 m”, “Bazar sənədi addan ada keçirmə 500 m” və “5000 m” yazılmış vərəqin şəkli çəkilərək göndərilmişdir. 28 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi 050 416 56 77 mobil nömrəsindən sonuncunun telefonunda “N1 Wsp” kimi qeydiyyata alınmış 050 211 36 52 mobil nömrəyə WhatsApp proqram təminatı vasitəsiylə üzərində “Mirmustafaxan küçəsində tikinti 21000 m”, “X66 17000 m”, “Sütəmurdovda Babat restoranı 2000 m” və “40000 m” yazılmış vərəqin şəkli çəkilərək göndərilmişdir. 08 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi 050 416 56 77 mobil nömrəsindən sonuncunun telefonunda “N1 Wsp” kimi qeydiyyata alınmış 050 211 36 52 mobil nömrəyə WhatsApp proqram təminatı vasitəsiylə üzərində “Etibar Boranı restoranı 30000 m”, “Bazar sənədi (Samirə Notarius) 700 m” və “30700 m” yazılmış vərəqin şəkli çəkilərək göndərilmişdir. 01 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi 050 416 56 77 mobil nömrəsindən sonuncunun telefonunda “N1 Wsp” kimi qeydiyyata alınmış 050 211 36 52 mobil nömrəyə WhatsApp proqram təminatı vasitəsiylə üzərində “bazar ərazisində mövcud mağazanın arxa hissəsinə 70 m2 anbar əlavə etmək (sənəd istəmir) 4000 m”, “Digahda tikdiyi əlavə sahəyə sənəd istəyir 3000 m” və “7000 m” yazılmış vərəqin şəkli çəkilərək göndərilmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi 050 416 56 77 mobil nömrəsindən sonuncunun telefonunda “N1 Wsp” kimi qeydiyyata alınmış 050 211 36 52 mobil nömrəyə WhatsApp proqram təminatı vasitəsiylə üzərində “Gülüstan şadlıq sarayı 12000 m”, “Qala Tover 10000 m”, “istismar aktı(Dok Siyasət) 2000 m”, “Şiləvarda transformator 1000 m” və “25000 m” yazılmış vərəqin şəkli çəkilərək göndərilmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi 050 416 56 77 mobil nömrəsindən sonuncunun telefonunda “N1 Wsp” kimi qeydiyyata alınmış 050 211 36 52 mobil nömrəyə WhatsApp proqram təminatı vasitəsiylə üzərində “Ruslan Darçın restoranı 5000 m”, “haftani kəndində 175 kv2 obyekt 5000 m”, “Haftani kəndində 15 m2 bərbərxana 1000 m”, “Haftani kəndində pay torpağında tikinti 1500 m”, “İstismar aktı 500 m”, “istismar aktı 500 m”, “Bazar sənədi 500m” və “14000 m” yazılmış vərəqin şəkli çəkilərək göndərilmişdir. 20 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi 070 715 87 35 mobil nömrəsindən sonuncunun telefonunda “N1 Wsp” kimi qeydiyyata alınmış 050 211 36 52 mobil nömrəyə WhatsApp proqram təminatı vasitəsiylə üzərində “Digahda 230 m2 mağaza 10000 m”, “H. Aslanovda “Bakcell”in arxasında artırma 3000 m”, “Şovu kəndində 96 m2 tikili 2000 m”, “Şilavar kəndində 35 m2 mağaza 1500 m” və “16500-1000(şəhidin qəbirüstü abidəsinə)15500 m” yazılmış vərəqin şəkli çəkilərək göndərilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan 070 715 87 35 GSM nömrəsi ilə sonuncunun telefonunda “Murad Kaspi” kimi qeydiyyata alınmış 050 726 46 71 GSM nömrə arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək WhatsApp proqramı vasitəsi ilə aşağıdakı şəkildə yazılı və səsli mesajlaşma olmuşdur: “Murad Kaspi” kimi qeydiyyata alınmış 050 726 46 71 GSM nömrədən X31 məxsus olan Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0.12 ha torpaq sahəsinin çıxarışı Təqsirləndirilən şəxs istifadəsində olan 070 715 87 35 GSM nömrəsinə göndərilmişdir. Murad Kaspi: Yaşayış məntəqəsinin torpaqları sayılır. Təqsirləndirilən şəxs: Bu dəqiq həmin yerin sənədidirsə pay deyil normal sənəddir. Murad Kaspi: Bəli qardaş yüz faiz odur. Təqsirləndirilən şəxs: Onda sən pulunu hazırla sənədlərini də gətir ver mənə, mən sənə ancaq eskiz layihə verəcəm başqa sənəd verə bilməyəcəm, əmlak gəlsə ağızlarını yum göndər şirşirtməsinlər məsələni, fikrini cəmləşdir, həll edək məsələni, mən sənə 3 demişdim, müəllimlə danışmışam 3-nən keçirmişəm məsələni. Murad Kaspi: Çox sağ ol qardaş sənədlər məndə hal-hazırda indi bir atamla məsləhət edim. Təqsirləndirilən şəxs: Sən hələ atanla məsləhət etməmisən, necə ğzbaşına uşaqsan, Bax Murad çalış bu gün görüşək, iş bu partiya qalacaq gələn partiyaya yubanma olacaq. Murad Kaspi: Çox sağ ol qardaş hər şey üçün qardaşın səninlə atduşi görüşər, bir az gec tezi var, hal-hazırda məbləğ yoxdu bizdə, gələn səfər gələn həftəni deyirsən də, çalışaram tez bir zamanda sənə özümü yetirim, bu gün də olmasa bu həftə içi, ya növbəti həftə düz qoş edim görüşərik. Təqsirləndirilən şəxs: Heç problem yoxdur, sənə necə uyğundursa elə et, qardaşın qulluğundadır. Murad Kaspi: can qardaş. Murad Kaspi: qardaşım biz qərar verdik inşallah qardaşın səninlə görüşür altıncı gün. Bu leyihə ilə bağlı mən Vüqarla danışım? Bi orda hamarlama işləri aparırıq, sökürük əlavə şeyləri, məlumatın olsun. Təqsirləndirilən şəxs: onda indidən sən Vüqara de layihəni hazırlasın, hamarlama heç tikintiyə başlama. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan 070 715 87 35 GSM nömrəsi ilə sonuncunun telefonunda “Taleh Qonşu” kimi qeydiyyata alınmış 050 463 63 71 GSM nömrəsi arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək WhatsApp proqramı vasitəsi ilə aşağıdakı şəkildə yazılı mesajlaşma olmuşdur: Taleh Qonşu: Sabahın xeyi eli qaqaş, bir xəbər olsa zəhmət olmasa deyərsiz də. Təqsirləndirilən şəxs: Salam Taleh necəsən? Taleh onu dəqiqləşdirdim. Sərəncamı dəyişdirmək 2500 götürür. Taleh Qonşu: Minimum odu müəllim?? Təqsirləndirilən şəxs: Belə deyildi. Taleh Qonşu: Mən indi evnən danışım. Telefon məlumatları ilə bağlı elektron daşıyıcıya baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa halların olması aşkar edilməmişdir. Şahid26 istifadəsində olan “Samsung A71” markalı mobil telefonuna xx.xx.2022-ci il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Şahid26 istifadəsində olan ***-***-**- ** mobil nömrə həmin telefonda mövcuddur. M.X19 istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrə ilə müxtəlif tarixlərdə eləcə də xx.xx.2022-ci il tarixdə icazə sənədinin alınması, pul məbləğinin səs yazıları olan danışıqları vardır. Həmin danışıqlarda 18 sentyabr 2022-ci il tarixdə Şahid26 torpağın sənədini Təqsirləndirilən şəxs göndərmiş, sonuncu da ona 3000 manat dediyini, həmin sənədin düzgün olduğunu, lakin ona eskiz layihə verə biləcəyini bildirmiş, icra başçısı ilə danışdığını 3000 manata razılıq aldığını demişdir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə müxtəlif tarixlərə eləcə də 16,24 sentyabr 2022-ci il, 03 oktyabr 2022-ci il tarixlərə danışıqlar mövcuddur. Cinayət işinin materiallarına əlavə edilmiş Memarlıq planlaşdırma bölməsindən Lənkəran rayonu, Göyşaban kəndində X12 məxsus 0.06 ha torpaq sahəsi üzərində yerləşən 300 m2 sahəsi olan 11.60 metr hündürlüyə malik üçmərtəbəli fərdi-yaşayış evinin "xxxx" MMC tərəfindən çəkilmiş layihəsinin Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Təqsirləndirilən şəxs ilə razılaşdırılaraq sonuncu tərəfindən imzalanmaqla üzərinə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin möhürünün vurulduğu müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş X11 surətindən Lənkəran rayonu, Girdəni kəndində X21 məxsus 0.06 ha torpaq sahəsi üzərində yerləşən 389.6 m2 sahəsi olan 10.660 metr hündürlüyə malik ikimərtəbəli fərdi-yaşayış evinin "xxxx" MMC tərəfindən çəkilmiş layihəsinin Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Təqsirləndirilən şəxs ilə razılaşdırılaraq sonuncu tərəfindən imzalanmaqla üzərinə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin möhürünün vurulduğu müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2011-ci il qeydiyyat tarixli fərdi yaşayış evinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən Lənkəran rayonu Gərmətük qəsəbəsində X9 mülkiyyətində sahəsi 49 m2 olan qeyri yaşayış sahəsinin olması müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 485 saylı sərəncamının surətindən Gərmətük qəsəbə sakini X26 birmərtəbəli 50 m2 ölçüdə ticarət obyektinin tikintintisinə icazə verilməsi müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2012-ci il qeydiyyat tarixli torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən Lənkəran rayonu Bürcəli kəndində X27 mülkiyyətində 0.12 ha yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aid torpaq sahəsinin olması müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2014-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən ünvan 18 ünvanda X37 mülkiyyətində ümumi sahəsi 323.9 m2 olan fərdi yaşayış evinin olması müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 22 saylı sərəncamının surətindən X37 mülkiyyətində olan ünvan 18 ünvanda yerləşən fərdi yaşayış evinin 49 m2 ölçüsündən qeyri yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilməsi müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məktubların surətindən Lənkəran rayonu Şürük kəndində yaşayan Şahid28 Lənkəran Şəhər İcra Hakimiyyətinə təqdim etdiyi memarlıq-planlaşdırma bölməsinin mövcud qanunvericiliyə uyğun olmamasının vətəndaşa bildirildiyi müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən Lənkəran rayonu Şürük kəndində Şahid28 mülkiyyətində 0.02 ha yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aid torpaq sahəsinin olması müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş X11 surətindən Lənkəran rayonu, Şürük kəndində Şahid28 məxsus 0.02 ha torpaq sahəsi üzərində yerləşən 201.2 m2 sahəsi olan 9 metr hündürlüyə malik ikimərtəbəli fərdi-yaşayış evinin "xxxx" MMC tərəfindən çəkilmiş layihəsinin təsdiqlənməsi üçün Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinə göndərildiyi müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 234 saylı sərəncamının və layihənin surətindən Lənkəran şəhəri, M. F. Axundov küçəsi, ev 18B-də yaşayan X44 Lənkəran rayonu, Şilavar kəndində şadlıq sarayının olması müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş X11 surətindən Lənkəran rayonu, Şilavar kəndində X29 məxsus 0.09 ha torpaq sahəsi üzərində yerləşən 324 m2 tikinti sahəsi olan 6.4 metr divar hündürlüyünə malik ikimərtəbəli fərdi-yaşayış evinin "xxxx" MMC tərəfindən çəkilmiş layihəsinin Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Təqsirləndirilən şəxs ilə razılaşdırılaraq sonuncu tərəfindən imzalanmaqla üzərinə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin möhürünün vurulduğu müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş X11 surətindən Lənkəran şəhəri, Nizami küçəsində Şahid19 məxsus 9.8 metr hündürlüyə malik ikimərtəbəli fərdi-yaşayış evinin "xxxx" MMC tərəfindən layihəsinin çəkildiyi müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş X11 surətindən Lənkəran rayonu, Girdəni kəndində X55 məxsus 0.06 ha torpaq sahəsi üzərində yerləşən 150 m2 sahəsi olan 5.7 metr hündürlüyə malik birmərtəbəli qeyri yaşayış sahəsinin "xxxx" MMC tərəfindən çəkilmiş layihəsinin Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Təqsirləndirilən şəxs ilə razılaşdırılaraq sonuncu tərəfindən imzalanmaqla üzərinə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin möhürünün vurulduğu müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən ünvan 19 ünvanda X33 mülkiyyətində sahəsi 49.5 m2 olan qeyri yaşayış binasının olması müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən ünvan 19 ünvanda Şahid5 mülkiyyətində sahəsi 100 m2 olan qeyri yaşayış binasının olması müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 11 saylı icazəsinin surətindən Lənkəran rayonu, Bala- Şürük kəndində Şahid25 sahəsi 85 m2 olan ticarət obyekti tikdirməsinə icazə verilməsi müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş X11 surətindən Lənkəran rayonu, Bala- Şürük kəndində Şahid25 məxsus 0.06 ha torpaq sahəsi üzərində yerləşən 85 m2 sahəsi olan 4.9 metr hündürlüyə malik birmərtəbəli qeyri yaşayış sahəsinin "xxxx" MMC tərəfindən çəkilmiş layihəsinin Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Təqsirləndirilən şəxs ilə razılaşdırılaraq sonuncu tərəfindən imzalanmaqla üzərinə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin möhürünün vurulduğu müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2012-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 26 ünvanda Şahid21 mülkiyyətində sahəsi 380.9 m2 olan qeyri yaşayış binasının olması müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş X11 surətindən ünvan 19 ünvanda Şahid5 və X38 məxsus ikimərtəbəli qeyri yaşayış sahəsinin "xxxx" MMC tərəfindən ikimərtəbəli fərdi yaşayış evi kimi çəkilmiş layihəsinin Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Təqsirləndirilən şəxs ilə razılaşdırılaraq sonuncu tərəfindən imzalanmaqla üzərinə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin möhürünün vurulduğu müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən Lənkəran şəhəri, X67 küçəsi, 2k ünvanda Şahid17 mülkiyyətində sahəsi 21.8 m2 olan qeyri yaşayış binasının olması müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 11 saylı sərəncamının surətindən Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 240 saylı sərəncamında qismən dəyişiklik edilərək ünvan 22 ünvanda yaşayan Şahid17 həmin binanın həyətində 25.2 m2 sahədə mağaza tikintisinə icazə verilməsi müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 9 saylı icazəsinin surətindən Şahid17 məsus Lənkəran şəhəri, Həzi Aslanov küçəsi 48 ünvanda yerləşən tikinti obyektinin istismarına icazə verilməsi müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən Lənkəran şəhəri, X67 küçəsi, 2k ünvanda yerləşən qeyri yaşayış binasının Şahid17 tərəfindən X45 etibarnamə üzrə nümayəndəsi Şahid18 vasitəsiylə satılması müəyyən müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 74 saylı sərəncamının surətindən X46 mülkiyyətində olan Lənkəran şəhəri, X67 küçəsi, 10 ünvanda yerləşən fərdi yaşayış evinin 36 m2 ölçüsündən qeyri yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilməsi müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən Lənkəran şəhəri, Mir-Mustafaxan küçəsi ünvanda Şahid4 mülkiyyətində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0.04352 ha torpaq sahəsinin olması müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının əmrinin surətindən Təqsirləndirilən şəxs 14 avqust 2020-ci il tarixli 297 nömrəli əmrlə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar vəzifəsinə təyin edilməsi müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”dən Təqsirləndirilən şəxs Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar kimi yerli icra hakimiyyəti başçısının memarlıq və tikinti sahəsində təsbit edilmiş funksiyalarının həyata keçirilməsi ilə əlaqədar şəhərsalma, memarlıq və tikinti sahələrində öz səlahiyyəti çərçivəsində yerli səviyyədə normativ tənzimlənmənin, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsinin təmin edilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada yerli səviyyədə şəhərsalma, memarlıq və tikinti sahələrində dövlət nəzarətinin həyata keçirilməsi, yaşayış məskənlərinin baş planlarının, müfəssəl planlaşdırma layihələrinin, yaşayış məskənlərinin hüdudları layihələrinin və digər layihələrin, habelə onlarda müvafiq dəyişiklikləri nəzərdə tutan layihələrin hazırlanmasının təşkil edilməsi, təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsinə rəy verilməsi, müvafiq qaydada təsdiq olunmuş şəhərsalma sənədləri olmadıqda və ya şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi zamanı baş planlarda, müfəssəl planlaşdırma və ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində dəyişiklik edilməsi tələb olunduğu hallarda bu dəyişikliklərə razılıq verilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada arxitektura qurumundan rəy alınmasının təşkil edilməsi, tikinti obyektlərinin tikintisi, genişləndirilməsi və yenidən qurulmasının memarlıq həlləri üzrə layihələrinə baxılması və razılaşdırılmasının təmin edilməsi, tikintisi başa çatmış obyektlərin istismara qəbulu üzrə komissiyaların işində iştirak edilməsi, yerli səviyyədə dövlət şəhərsalma kadastrının yaradılması və aparılması, şöbəyə daxil olmuş ərizə və şikayətlərə baxılması və qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi, rəylər verilməsi, tikinti layihələrinin təsdiq edilməsi, şəhərsalma və tikinti norma və qaydalarının pozulması ilə aparılan, həmçinin özbaşına tikintilərin dayandırılması barədə tapşırıqların verilməsi, şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulması haqqında işlərə baxılması, özbaşına tikintilərin sökülməsi barədə məhkəmə qaydasında iddia qaldırılması, fiziki və hüquqi şəxslərin müraciəti əsasında inşa edilməsi nəzərdə tutulan yaşayış və qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin layihəsinin şəhərsalma və tikinti normalarına uyğunluğunu müəyyən etdikdə tikinti işlərini aparmaq üçün tikinti-quraşdırma işlərinin başlanmasına icazə verilməsi, rayon İcra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirməklə şöbəyə rəhbərliyin həyata keçirilməsi, başçının memarlıq və tikinti sahəsində qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlərinin həyata keçirilməsinin təmin edilməsi, yaşayış və qeyri-yaşayış binalarının tikintisinə və istismarına nəzarət edilməsi, bu sahədə sənədlərin hazırlanması və təsdiqinə rəhbərlik etməklə rəy verilməsi, tikintisi başa çatdırılmış obyektin istismara qəbul aktlarının verilməsini təmin edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirməsi müəyyən edilir. İş materiallarında olan tələbnakmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lənkəran Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət səciyyələnir. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2008 və xx.xx.2011-ci tarixlərdə doğulmuş uşaqları vardır. Beləliklə də, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi neməti vahid niyyətlə rüşvət qismində təkrarən istəməklə təkrarən alması,vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi neməti rüşvət qismində təkrarən istəməsi, əməlində cinayət tərkibinin və cinayət hadisəsinin olması, təqsirliliyi kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə dindirilmiş şəxslərin ifadələrinə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı olaraq ayrı-ayrı şəxslərlə telefon vasitəsi ilə apardığı səsli və yazılı mesajlaşmalara, əməliyyat tədbirləri zamanı aparılmış videoçəkilişlərə və başqa sübtlara əsasən Təqsirləndirilən şəxs öz vəzifəsindən istifadə edərək dələduzluq yolu ilə pul ələ keçirməsi və buna cəhd etməsi, ayrı-ayrı şəxslərdən tikinti obyektlərinin lahiyəsini hazırlatmaq üçün pul istəməsi, ona verilmiş ittihamda göstərilən şəxslərdən rüşvət olaraq pul tələb etməməsi və almaması barədə ifadəsini öz məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Bundan əlavə, məhkəmə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs onlardan rüşvət olaraq pul istəməsi və ya alması barədə ifadə vermiş ayrı-ayrı şəxslərin məhkəmə istintaqında həmin ifadələrini təsdiq etməmələrinə, istintaqda Təqsirləndirilən şəxs əleyhinə ifadə vermələrini həyəcan keçirmələri ilə əsaslandırmalarına tənqidi yanaşır və hesab edir ki, həmin şəxslər həmyerli olmaqla şəxsi münasibətləri olan Təqsirləndirilən şəxs məhkəmədə müdafiə etmək məqsədi ilə fərqli ifadələr vermişlər. O cümlədən, məhkəmə işin obyektiv hallarını nəzərə alaraq Şahid9 məhkəmə istintaqında verdiyi- dostu X47 Girdəni kəndindəki həyətyanı torpaq sahəsində qeyriyaşayış sahəsinin tikilməsinə icazə verilməsi üçün Təqsirləndirilən şəxs ondan Şahid10 vasitəsi ilə hər hansı məbləğdə pul istəməməsi və almaması; şahid X5 şəriki Şahid6lə birgə mülkiyyətlərində olan qeyri-yaşayış sahəsində əlavələr edilməklə təmir işlərinin aparılmasına icazə verilməsi üçün Təqsirləndirilən şəxs onlardan pul tələb etməməsi; Şahid7 yaşadığı evin birinci mərtəbəsinin moyka kimi istifadə edilməsinə icazə verilməsi üçün Təqsirləndirilən şəxs müraciət etsə də, sonuncunun ondan rüşvət olaraq pul istəməməsi və almaması, yalnız dövlət rüsumu ödəməsi və bundan sonra evinin birinci mərtəbəsinin moyka kimi istifadə edilməsinə icazə verilməsi; Şahid16 Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi üçün baş memar Təqsirləndirilən şəxs ondan ərazi üzrə icra nümayəndəsi Şahid15 vasitəsi ilə pul istəməməsi, eyni ilə Şahid15 nun Şahid16 Nərimanabad qəsəbəsində yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikintisi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs evin lahiyəsinin hazırlanması üçün 350 manat pul lazım olduğunu bildirməsi, ondan rüşvət olaraq pul istəməməsi; Şahid11 Dinbəy oğlunun 2022-ci ildə arvadı X24 adına olan, Lənkəran rayonu Şiləvar kəndində yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə razılıq verilməsi üçün Təqsirləndirilən şəxs müraciət etsə də, icazə ala bilməməsi, ölkə rəhbərliyinə müraciət edəcəyimi bildirməsindən sonra Təqsirləndirilən şəxs onun evin tikintisini aparmasına icazə verməsi, bu məqsədlə Təqsirləndirilən şəxs ondan 5000 manat pul tələb etməməsi; Şahid6 Namiq Abdullayevlə şərikli mülkiyyətində olan obyektdə təmir işlərinin aparılmasına icazə verilməsi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs obyektin yeni lahiyəsinin hazırlanması üçün 4-5 min manat pul lazım olduğunu deməsi, ondan rüşvət olaraq pul istəməməsi; Şahid2 Vüsal adlı şəxsin qeyri-yaşayış sahəsi tikdirməsinə icazə verilməsi üçün Elgün Abdullayüevə müraciət edərkən sonuncunun tikintinin aparılmasına icazə verilməsi üçün şəhərsalma ilə bağlı rüsumlar ödənilməli olduğunu bildirməsi, Təqsirləndirilən şəxs onlara dediyi məbləğdə rüsum ödəmələri, rüşvət olaraq pul verilməməsi; Şahid20 fərdi yaşayış evinin tikintisinə icazə verilməsi üçün Təqsirləndirilən şəxs müraciət etməsi, Təqsirləndirilən şəxs evin lahiyəsinin çəkilməsi üçün ondan 700 manat pul alması və sonra iş alınmadığından pulu qaytarması; Şahid23 tanışı Cavidin özünə məxsus fərdi yaşayış evinin birinci mərtəbəsinin qeyri-yaşayış sahəsi kimi istifadə olunmasına icazə verilməsi üçün Təqsirləndirilən şəxs müraciət etsə də, Təqsirləndirilən şəxs ondan pul istəməməsi və Caviddən pul alaraq Təqsirləndirilən şəxs verməməsi; Şahid25 yeni tikdirməli olduğu mağazanın lahiyəsinin çəkilməsi üçün Təqsirləndirilən şəxs pul verməsi; Şahid19 tikdirmək istədiyi fərdi yaşayış evinin lahiyəsini çəkdirmək üçün Təqsirləndirilən şəxs ondan pul istəməsi, lakin ona heç bir məbləğdə pul verməməsi; Şahid21 özənə məxsus qeyri-yaşayış sahəsi olan obyektin təmir olunmasına və müəyyən dəyişikliklər edilməsinə icazə verilməsi üçün Təqsirləndirilən şəxs müraciət edərkən sonuncunun ona obyektin lahiyəsinin çəkilməli olmasını deməsi, lakin ondan pul istəməməsi; Şahid12 özlərinə məxsus torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi üçün Təqsirləndirilən şəxs müraciət etsələr də, Təqsirləndirilən şəxs həmin icazənin verilməsi üçün onlardan pul tələb etməsi barədə məlumatsız olması, çünki Təqsirləndirilən şəxslə atasının söhbət etməsi; Şahid8 qardaşı Xammədin özünə məxsus evin 1-ci mərtəbəsini moyka kimi istifadə etməsinə icazə verilməsi üçün Təqsirləndirilən şəxs vermək məqsədi ilə ondan 1400 manat pul almaması, sonda moykaya aid sənədləri Təqsirləndirilən şəxs götürməyə gedərkən Təqsirləndirilən şəxs 100 manat pulun çatışmamasına görə sənədləri verməkdən imtina etməməsi; Şahid26 bacısının yoldaşı X30 meyə-tərəvəz alqı-satqısı ilə məşğul olmaq üçün Lənkəran rayonu Bürcəli kəndində çardaq tikilməsinə icazə verilməsi barədə Təqsirləndirilən şəxs müraciət edərkən sonuncunun çardağın lahiyənin hazırlanması və daşınmaz əmlakın dövlət resterindən çıxarışın alınması üçün 3000 manat pul lazım olduğunu deməsi, ondan rüşvət olaraq pul istəməməsi barədə ifadələrini Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi dindirir və sübut kimi qəbul etmir. Məhkəmə şahi Şahid10 ibtidai istintaqda verdiyi Təqsirləndirilən şəxs Əkrəm Rzayevin qeyri-yaşayış sahəsi tikdirmək istədiyi torpaq sahəsinə baxış keçirdikdən sonra ona VhatsApp proqrammı vasitəsi ilə «4900» rəqəmini yazmaqla, sonra isə zəng edərək tikintiyə icazə verilməsi üçün həmin məbləğdə pul istəməsi, sonda Əkrəm Rzayevin dostu Şahid9 Təqsirləndirilən şəxs məxsus «Nissan» markalı avtomobilin salonunda 4900 manat pulu alaraq Təqsirləndirilən şəxs verməsi; Şahid9 ibtidai istintaqda verdiyi Rusiya Federasiyasında yaşayan həmkəndlisi və dostu X47 Girdəni kəndində qeyri-yaşayış sahəsi tikdirmək istəməsi, həmin tikintiyə icazə verilməsi üçün Təqsirləndirilən şəxs qəbuluna getməsi, Təqsirləndirilən şəxs tikintinin aparmalı olduğu əraziyə baxış keçirməli olduğunu deməsi, bir neçə gün sonra Təqsirləndirilən şəxs əraziyə onun, kənd icra nümayəndəsinin müavini Şahid10 və Əkrəm Rzayevin iştirakları ilə baxış keçirməsi, Təqsirləndirilən şəxs tikintiyə icazə verilməsi üçün ondan Şahid10 vasitəsi ilə 4900 manat pul tələb etməsi, dostu Əkrəm Rzayevdən 4900 manat pulu alaraq Təqsirləndirilən şəxs məxsus avtomobilin salonunda ona çatdırması üçün Təzmasib Məmmədova verməsi, Şahid10 isə həmin pulu Təqsirləndirilən şəxs verməsi; X5 özünə məxsus oöyektdə əlavələrlə təmir işlərinin aparılmasına icazə alınmasına göməklik etməsi üçün tanışı Şahid2 müraciət etməsi, 2021-ci ilin yay aylarında şəriki Eminlə Lənkəran Şəhər İcra Hakimiyyətinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otağında Təqsirləndirilən şəxs qəbulunda olarkən Təqsirləndirilən şəxs kağıza “5000” rəqəmi yazıb onlara verməsi, bununla da həmin məbləği verməli olduqlarını bildirməsi, lakin pulu vermədiklərinə görə Təqsirləndirilən şəxs təmir işlərinə icazə verməməsi, sonda şəhid anasına müraciət etmələri, bundan sonra 2022-ci ilin yay aylarında Təqsirləndirilən şəxs layihəni təsdiq edib şəriki Eminə verməsi, Eminin isə onların hər ikisinə məxsus olan 300 manat pulu Elgünün stolunun üstündə sənədlərin altına qoyması; Şahid7 ibtidai istintaqda verdiyi yaşadığı evin birinci mərtəbəsini moyka kimi istifadə etməsinə icazə verilməsi üçün Təqsirləndirilən şəxs ondan 1500 manat pul istəməsi, qardaşı Əlidən 1400 manat borc alıb İcra hakimiyyətinin birinci mərtəbəsində yerləşən otağında Təqsirləndirilən şəxs verməsi, sonra özü əməliyyat olduğundan qardaşı Əlinin icazə sənədini almaq üçün Təqsirləndirilən şəxs qəbuluna getməsi, sənədlər hazır olsa da, Təqsirləndirilən şəxs tələb etdiyi pulun 100 manat əskik verilməsi səbəbindən sənədləri verməkdən imtina etməsi, qardaşı Əli ona bu barədə telefon vasitəsi ilə bildirdikdə əsəbiləşərək sənədləri geri qaytarmasını tələb etməsi, Təqsirləndirilən şəxs bundan sonra sənədləri qardaşı Əliyə verməsi; Şahid16 ibtidai istintaqda verdiyi Nərimanabad kəndində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi üçün Təqsirləndirilən şəxslə kənd icra nümayəndəsi Şahid15 söhbət etməsi, Təqsirləndirilən şəxs evin lahiyəsinin hazırlanıb təsdiq olunması üçün pul istəməsi; Şahid15 ibtidai istintaqda verdiyi Şahid16 inşa etdirmək istədiyi fərdi yaşayış evinin lahiyəsi çəkilərək icra hakimiyyəti tərəfindən onun imzası və şöbəsinin möhürü ilə təsdiqlənməsi barədə Vhatsapp proqramı vasitəsi ilə Təqsirləndirilən şəxslə yazışması, Təqsirləndirilən şəxs bunun üçün ona “3.5” verilməli olması barədə vhatsapp proqramda yazması, sonra Təqsirləndirilən şəxslə telefonla danışarkən onun lahiyənin çəkilməsi və özü tərəfindən təsdiq edilməsi üçün 350 manat pul istəməsi; Şahid11 Dinbəy oğlunun ibtidai istintaqda verdiyi 2022-ci ilin əvvəllərində özünə məxsus torpaq sahəsində ikimərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilməsi üçün rayon icra hakimiyyətində işləyən oğlu Zeynalabdinə deməsi, oğlu Zeynalabdinin isə onu Təqsirləndirilən şəxslə tanış etməsi, Təqsirləndirilən şəxs tikintiyə razılıq verilməsi üçün ondan 5000 manat pul tələb etməsi; Şahid6 2021-ci ilin mayında Namiq Abdullayelə şərikli mülkiyətində olan obyektin dam örtüyünü dəyişmək istəməsi, dam örtüyünü sökdürdükdən sonra rayon icra hakimiyyətindən gələrək yeni dam örtüyü quraşdırmalarına mane olmaları, bununla bağlı olaraq Təqsirləndirilən şəxslə görüşərkən sonuncunun yeni layihə hazırlanmalı və təsdiq edilməli olmasını bildirməklə onlardan 4-5 min manat pul tələb etməsi, lakin onunla razılaşmadıqlarından Təqsirləndirilən şəxs uzun müddət icazə verməməsi, sonda Təqsirləndirilən şəxs yanına şəhid anası göndərmələri, Təqsirləndirilən şəxs bundan sonra məcbur qalıb obyektin yeni dam örtüyünü quraşdırmalarına razılıq verməsi, bundan sonra Təqsirləndirilən şəxs iş otağında olarkən stolunun üzərində olan sənədlərin altına 300 manat pul qoyması; Şahid2 ibtidai istintaqda verdiyi Vüsal və Əlvan adlı şəxslərin ondan qeyri-yaşayış sahəsinin tkintisinə icazə alınmasına kömək etməsini xahiş etmələr, bu barədə aralarında tanışlıq münasibəti olan Təqsirləndirilən şəxslə mobil telefonla VhatsApp proqramı vasitəsiylə danışarkən Təqsirləndirilən şəxs tikintiyə icra hakimiyyəti tərəfindən icazə verilməsi, layihənin çəkilməsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alınması üçün 50000 manat pul istəməsi, Vüsal və dayısı Əlvanın bununla razılaşmamaları, sonra o, Elgünlə telefonda danışanda sonuncunun istədiyi məbləği 45000 manata salması, sonra özlərinin icra hakimiyyətindən məktub alıb Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmələri, Şəhərsalma və Arxitektura idarəsindən onlara sənədlərin qaydasında olduğunu demələri, onlar tikinti işlərinə başlasalar da, Təqsirləndirilən şəxs tikintini dayandırması, bundan əlavə 2021-ci ilin oktyabr ayında qonşusu Emin adlı şəxsin qeyri-yaşayış sahəsinin dam örtüyünün dəyişdirilməsi ilə bağlı Elgünə müraciət edərkən Elgünün buna icazə verilməsi üçün 5000 manat pul tələb etməsi; Şahid20 ibtidai istintaqda verdiyi 2020-ci ildə özünə məxsus olan fərdi yaşayış evinin bir hissəsini sökdürərək yerində inşa etdirməsi, 2022-ci ilin yay aylarında tikintini başa çatdırdığı ərəfədə evin sənədlərinin hazırlanması, yəni layihənin çəkilib təsdiq olunması, habelə daşınmaz əmlakın dövlət reyestr xidmətindən yeni inşa edilmiş mənzilə texniki pasport və xüsusi mülkiyyət hüququna dair çıxarış verilməsində köməklik göstərilməsi üçün Təqsirləndirilən şəxslə görüşüb onun özünə müraciət etməsi, sonuncunun sadalanan bütün hərəkətlərin edilməsi müqabilində ondan 700 manat məbləğində pul tələb etməsi, 2022-ci ilin iyul ayının əvvəllərində Elgünə 700 manat məbləğində pul verməsi, lakin təxminən bir ay sonra Təqsirləndirilən şəxs tikintinin aparıldığı torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu bildirib pulu geri qaytarması; Şahid23 ibtidai istintaqda verdiyi 2022-ci ilin sentyabr ayının əvvəllərində tanışı Cavidin ona Girdəni kəndində aldığı torpaq sahəsində ikimərtəbəli yaşayış evinin birinci mərtəbəni qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün Lənkəran şəhər İcra Hakimiyyətindən icazə alınmasında köməklik etməsini xahiş etməsi, bununla bağlı Təqsirləndirilən şəxs müraciət edərkən onun icazənin verilməsi üçün 5000 manat pul tələb etməsi, lakin 4000 manata razılaşmaları, təxminən 2022-ci ilin sentyabr ayının əvvəllərində Caviddən 4000 manat pul alaraq xidməti otağında Təqsirləndirilən şəxs verməsi; Şahid25 ibtidai istintaqda verdiyi 2022-ci ilin may ayında yaşadığı kənddə ərzaq mağazası tikdirməsinə icazə verilməsi üçün Təqsirləndirilən şəxslə görüşməsi, Təqsirləndirilən şəxs mağazanın tikintisini aparmaq üçün İcra hakimiyyəti başçısının sərəncamının verilməsi və tikintinin layihəsinin təsdiq edilməsi üçün ondan 3000 manat pul tələb etməsi, 2022-ci ilin may və ya iyun aylarında Təqsirləndirilən şəxs 3000 manat pul verməsi, bundan bir müddət sonra Təqsirləndirilən şəxs ona icra hakimiyyəti başçısının sərəncamını, tikintinin layihəsini verməsi; Şahid19 ibtidai istintaqda verdiyi 2021-ci ilin aprel-may aylarında Lənkəran şəhərində yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi üçün Təqsirləndirilən şəxs qəbulunda olması və sonra görüşərkən sonuncunun istəyi ilə ona evin tikintisinə icazənin və layihənin verilməsi üçün 900 manat pul verməsi; Şahid21 ibtidai istintaqda verdiyi 2022-ci ilin mart ayında qeyri yaşayış sahəsi olan obyektdə təmir işlərinin aparılmasına icazə verilməsi üçün Təqsirləndirilən şəxs ondan 2500 manat pul tələb etməsi, Lənkəran şəhəri, “Qala” adlanan ərazidə görüşməklə Təqsirləndirilən şəxs 2500 manat məbləğində pulu verməsi; Şahid12 ibtidai istintaqda verdiyi Təqsirləndirilən şəxs fərdi yaşayış evinin tikintisinə icazə verilməsi üçün onun atasından 5000 manat pul istəməsi; Şahid8 ibtidai istintaqda verdiyi Qardaşı Xammədin evinin birinci mərtəbəsini moyka kimi istifadə etməsinə icazə verilməsi üçün Təqsirləndirilən şəxs qardaşından 1500 mnat pul istəməsi, qardaşının ondan 1400 manat pul borc alaraq Təqsirləndirilən şəxs verməsi, sonra qardaşı xəstə olduğundan hazır sənədləri Təqsirləndirilən şəxs almaq üçün getməsi, lakin Təqsirləndirilən şəxs istədiyi pulun 100 manatının ona verilməməsi səbəbindən ona sənədləri vermək istəməməsi, sonra isə qardaşı narazılıq etdiyindən sənədləri ona verməsi; Şahid26 bacısının yoldaşı X30 2022-ci ilin avqust ayında pərakəndə meyə-tərəvəz alqı-satqısı ilə məşğul olmaq üçün Lənkəran rayonu Bürcəli kəndində çardaq tikdirməsinə icazə verilməsi, lahiyənin hazırlanması və daşınmaz əmlakın dövlət resterindən çıxarışın alınması üçün Təqsirləndirilən şəxs 3000 manat pul tələb etməsi, Təqsirləndirilən şəxslə pulu verməsi üçün 04 oktyabr 2022-ci il tarixdə görüşmək barədə razılaşsalar da, Təqsirləndirilən şəxs həmin gün həbs olunduğundan pulu verə bilməməsi barədə ifadələrini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CMnin 311.3.2 və 311.3.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 311.3.2 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin eilməlidir. Bundan əlavə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliyi nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza ilə yanaşı dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Samsung A51” və 1 ədəd “İphone 13” markalı mobil telefonlar Təqsirləndirilən şəxs ailəsinə verilməlidir. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin video görüntülərinin əks olunduğu bir ədəd elektron daşıyıcı, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə elan edilmiş ittihamla bağlı memarlıq planlaşdırma bölmələri, Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının sərəncam, icazə və digər aktları cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132, 344-347, 349, 351-353, 354, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 311.3.2 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq olunaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsinin müddətinin əvvəli 04 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar-1 ədəd “Samsung A51” və 1 ədəd “İphone 13” markalı mobil telefonlar Təqsirləndirilən şəxs ailəsinə verilsin. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin video görüntülərinin əks olunduğu bir ədəd elektron daşıyıcı, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə elan edilmiş ittihamla bağlı memarlıq planlaşdırma bölmələri, Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının sərəncam, icazə və digər aktları cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-336/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-336/2023
28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver