Məhkəmə qərarları › İş №1(099)-336/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-336/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-336/2024 22.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olan, işsiz, evli, Masallı şəhəri, M.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda yəni, bir bükümdə 2,057 qram psixotrop maddə metamfetamini, bir bükümdə 7,558 qram narkotik vasitə olan heroini, bir bükümdə 1,296 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı, təsiredici maddəsi hər bir həbdə 0,04 qram olmaqla ümumi təsir edici maddəsi 0,08 qram olan 2 ədəd metadon həblərini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 19 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri, Zərifə Əliyeva küçəsi ərazisində saxlanılaraq Masallı RPŞ-nin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zaman əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli bükümdə təmiz çəkisi 2,057 qram təşkil edən ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin, 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 7,558 qram təşkil edən narkotik vasitə olan heroin, 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,296 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, təsiredici maddəsi hər bir həbdə 0,04 qram olmaqla ümumi təsir edici maddəsi 0,08 qram olan 2 ədəd metadon həbləri və gödəkçənin sol yan cibindən isə 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, özü otuz yaşına çatana kimi heç bir narkotikdən istifadə etməmiş, güləşçi olmuşdur. 3 il 9 ay müddətə müharibədə olmuşdur. 15 sentyabr 2023-cü ildə yaşadığı evdən çıxıb, günəbaxan tumu almağa getmiş, orada da iki ədəd kamerə onu çəkib. Həmin vaxt əynində gödəkçə olmayıb. Gəlib Oba marketə girmək istəyəndə polislər ona yaxınlaşıb şöbəyə aparmışlar. Şöbədə isə polislər gətirib demişlər ki, bunlar sənindir. Özü xəstə adamdır, heç bir günahı yoxdur. Narkotikin və tərəzinin ona aidiyyəti yoxdur. Şöbədə ona demişlər ki, bunları cibindən çıxar, səni 234.1lə rəsmiləşdirəcəyik. Şöbədə olarkən döyülmüş, əlini qandalla bərk sıxmışlar, cibinə salıb kamera ilə çəkiliş etmişlər ki, bunlar sənindir. Cibinə heroin, metamfetamin, marixuana, metadon, tərəzi və şpris qoymuşlar. Saxlanılarkən isə üzərində heçnə olmamışdır. Onu şöbədə döyüdüklərindən məcbur qalıb razılaşmış, 1 il cəza alacağını düşünmüşdür. Qızılavardan Elşən adlı adam tanımır, ondan narkotik almamışdır. Döyüldüyünə görə ifadələri imzalamışdır. Prokurorun yanında olarkən və məhkəməyə çıxarılarkən döyülmədiyini bildirmiş, bu günə qədər də bu barədə şikayət etməmişdir. İİ qrup əlildir, psixi xəstəliyi vardır. Barəsində necə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nın 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 sentyabr 2023-cü il tarixdə günorta saatlarında narkotik vasitə və psixotrop maddə almaq məqsədilə Masallı rayonu, Qızılavar kəndinə getmişdir. O, Qızılavar kəndində Elşən adlı şəxslə görüşmüş. Həmin Elşən adlı şəxsdən ona narkotik maddə satmasını istəmişdir. Elşən ddə ona narkotik maddə verə biləcəyini demişdir. Lakin qiymətlə bağlı o, Elşəndən ona satacağı narkotik və psixotrop maddələri nisyə verməsini xahiş etmişdir. O, həmin aldığı narkotik və psixotrop maddələrin əvəzində həmin maddələrdən satıb müəyyən qədər pul ödəniş etməyi düşünürək həmin şəxsə söz vermişdir. Beləcə onlar razılaşmışlar. Elşən ona 1 ədəd qara büküm, 2 ədəd şəffaf büküm və 2 ədəd metadon həbi vermişdir. Həmin bükümlərdə narkotik maddə heroin, qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olmasını ona bildirmişdir. O, Elşəndən həmin 3 ədəd bükümləri və 2 ədəd həbi alıb əynindəki qara rəngli gödəkçənin sağ yan cibinə qoymuş və oradan uzaqlaşıb geri Masallı şəhərinə tərəf qayıtmışdır. O, yolda olarkən üzərində olan narkotik maddələrdən kimsə istəsə şəhər ərazisində satar deyə düşünmüş və bu məqsədlə evə gəlmişdir. Evdə olan zaman o, narkotik maddələri rahat sata bilmək üçün elektron tərəzi və bir ədəd aptek şprisi də götürmüşdür. O, axşam hava qaralanda rayon ərazisində tanışlarına narkotik maddələrdən, psixotrop maddələrdən yerində müəyyən qədər qramla çəkib satmaq məqsədində olmuşdur. Bu məqsədlə o, evdən üzərində Elşəndən aldığı bükümlər, həblər, evdən götürdüyü elektron tərəzi və bir ədəd şprislə birlikdə çıxıb rayonda gəzməyə başlamışdır. Rayon ərazisində təxminən yarım saat gəzdikdən sonra tanımadığı bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Daha sonra polis əməkdaşları ona narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bununla bağlı Masallı RPŞ-yə getməli olduğunu demişlər. O da polis əməkdaşlarına heç bir etiraz etməmiş və onlar birlikdə rayon polis şöbəsinə gəlmişlər. Polis əməkdaşları ondan şifahi olaraq üzərində narkotik maddə olub-olmadığını soruşduqda o, polislərə üzərində 3 ədəd bükümün və 2 ədəd həbin olmasını bildirmişdir. Polis əməkdaşları ilə polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutularaq üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd qara rəngli sellofan büküm, 2 ədəd şəffaf sellofan büküm, 2 ədəd metadon həbi, əynində olan şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli Nokia markalı mobil telefon, gödəkçənin sol yan cibindən isə 1 ədəd elektron tərəzi və 1 ədəd istifadə edilməmiş şpris çıxardıb təqdim etmişdir. Təhqiqatçı onun üzərindən aşkar edilmiş bükümləri hər birini ayrı ayrılıqda elektron tərəzidə çəkmiş, sonra aşkar edilmiş 3 ədəd bükümləri, 2 ədəd həbləri, 1 ədəd Nokia markalı mobil telefonu, 1 ədəd şprisi və 1 ədəd elektron tərəzini ağ rəngli zərflərdə qablaşdırmış və götürülmüşdür. Təhqiqatçı bunlardan sonra ondan həmin bükümləri haradan, nə məqsədlə və kimdən əldə etməyimi soruşmuşdur. O da təhqiqatçının suallarına cavab olaraq həmin bükümlərdə olan maddələri Masallı rayonu, Qızılavar kəndində Elşən adlı şəxsdən öz istifadəsi üçün əldə etdiyini, həmin maddələri bu gün yəni 19 sentyabr 2023-cü il tarixdə saat təxminən 15 radələrində aldığını və nisyə aldığı maddələrin pulunu sonra Elşənə verəcəyini bildirmişdir. Bundan başqa həmin bükümlərdən həm istifadə edib, həm də müəyyən qədər satıb əldə etdiyi pulu Elşənə verəcəyini də bildirmişdir. Müdafiəçinin suallarına cavab olaraq o, polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zorakılığa məruz qalmadığını və şəxsi axtarış zamanı təqdim etdiyi bütün maddələrin özünə məxsus olmasını bildirmişdir. O, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş olan narkotik vasitə olan 2 ədəd metadon həblərini kimsə istəsə satıb pul əldə etmək məqsədilə əldə edib üzərində daşıyaraq saxlamışdır. O, üzərindən aşkar edilmiş narkotik maddələri və psixotrop maddələri vahid niyyətlə Masallı rayonu. Qızılavar kəndində Elşən adlı şəxsdən almışdır. O, həmin şəxsin adının Elşən olmasını və Masallı rayonu, Qızılavar kəndində yaşamasını bilmişdir. O, 19 sentyabr 2023-cü il tarixdə axşam saatlarında evindən çıxıb rayon ərazisində təxminən yarım saat gəzsə də tutulduğu ana qədər heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. O, həmin 1 ədəd elektron tərəzidən üzərində olan narkotik və psixotrop maddələrdən kimsə istəsə müəyyən qramlarla satmaq məqsədilə üzərində daşımışdır. Həmin 1 ədəd elektron tərəzini və 1 ədəd şprisi yaşadığı evdə götürmüşdür. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etmədiyini, ifadənin müstəntiq tərəfindən yazıldığını, özünün isə imza etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Masallı rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 19 sentyabr 2023-cü il tarixdə onun icraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etmə, daşıma, saxlama və satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra müvafiq qərar və əmr əsasında əməliyyat təhqiqat qrupu yaradılmışdır. Həmin əməliyyat təhqiqat qrupuna o, qrup rəhbəri təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində keçirdikəri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Masallı şəhəri, Zərifə Əliyeva küəsində saxlamışlar. Onlar Təqsirləndirilən şəxs özlərini polis əməkdaşı kimi təqdim etmişlər və narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını və Masallı RPŞyə gəlməli olduğunu bildirmişlər. Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində təhqiqatçı tərəfindən müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video-çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən sağ yan cibindən içərisində narkotik vasitə oan qurudulmuş marixuanaya bənzər kütlələr olan 1 ədəd şəffaf büküm, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan 1 ədəd qara rəngli büküm, içərisində narkotik vasitə heroinə bənzər kütlələr olan 1 ədəd büküm və hər birinin üzərində M40 sözləri yazılmış 2 ədəd həb, əynində olan şalvarın sağ yan cibindən bir Nokia markalı mobil telefon, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən isə 1 ədəd istifadə edilməmiş tibbi şpris və eletkron tərəzi çıxardaraq təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin predmetlərə bir-bir baxış keçirilmiş və bütün hərəkətlər video-çəkilişə qeydə alınmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr bir-bir təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həmin narkotikləri Qızılavardan tanımadığı lakin adının Elşən olduğunu bildiyi şəxsdən tutulduğu gün yəni 19 sentyabr 2023-cü il tarixdə günorta saatlarında aldığını demişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrdən həm özü istifadə edəcəyini və həm də satıb pul əldə edərək Elşəndən aldığı malların pulunu qaytarmaq niyyətində olmasını demişdir. Lakin Təqsirləndirilən şəxs həqiqətən də həmin tarixdə Qızılavar kəndində olub-olmaması, Elşən adlı şəxsin həqiqətdə kim olması və Təqsirləndirilən şəxs narkotik maddələrlə psixotrop maddələri satması barədə faktı təsdiq edən hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik maddələri və psixotrop maddələri əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı heç bir təzyiq və ya təsir edilməmiş, üzərinə narkotik vasitə qoyulmamışdır. Onun bu barədə bildirdikləri tamamilə yalandır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Masallı RPŞ-nin CAB-in əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”undan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməkdə, külli miqdarda narkotik vasitələrin üzərində gəzdirməsində, daşınmasında və satışında şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 3) İşdə olan, «təxirə salınmadan əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Masallı RPŞ-nin CAB-in əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 4) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 22:35-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 11) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən xx.xx.2023-cü il tarixdə 1 ədəd qara rəngli sellofan bükümdə ümumi çəkisi 2,057 qram psxiotrop maddə olan metamfetamin, 1 ədəd şəffaf sellofan bükümdə ümumi çəkisi 1,296 qram qurudulmuş marixuana, 1 ədəd şəffaf sellofan bükümdə ümumi çəkisi 7,558 qram narkotik vasitə olan heroin, təsiredici maddəsi hər bir həbdə 0,04 qram olmaqla ümumi təsir edici maddəsi 0,08 qram olan 2 ədəd metadon həbləri, 1 ədəd elektron tərəzi, 1 ədəd istifadə edilməmiş tibbi şpris aşkar olunaraq götürülmüşdür. (c İ, i.v 23-25) İşdə olan, materialların məhkəmə və məhkəmə kimyəvi bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 19/881 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir büküm içərisində narkotik vasitə olan heroinə bənzər kütlə, bir büküm içərisində metamfetaminə bənzər psixotrop maddə, bir büküm içərisində qurudulmuş marixuanaya bənzər kütlə, iki ədəd M40 sözləri yazılmış metadona bənzər psixotrop maddələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 7,558 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 2,057 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi 1,296 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd qəhvəyi rəngli dairəvi formalı hədlərin metadon həbləri, təsiredici maddəsinin hər bir həbdə 0,04 qram olmaqla ümumi miqdarı 0,08 qram olması müəyyən edilmişdir. Heroinin təmiz çəkisi-7,558 qr, tədqiqata sərf edildi-0,05 qr, qalıq-7,508 qr. Metamfetamin ümumi çəkisi-2,057 qr, tədqiqata sərf edildi-0,05 qr, qalıq-2,007 qr, marixuananın təmiz çəkisi-1,296 qr, tədqiqata sərf edildi-0,05 qr, qalıq-1,246 qr, metadon həblərinin ümumi sayı 2 ədəd, tədqiqata sərf olundu 01 ədəd, qalıq 1 ədəd. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. (c İ, i.v 32-35) İşdə olan, xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 7,508 qram narkotik vasitə heroinin, qalıq qalmış 2,007 qram psixotrop maddə metamfetamin, qalıq qalmış 1,246 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd metadon həbi, 1 ədəd elektron tərəzi və 1 ədəd tibbi şpris maddi sübut kimi tanınaraq Masallı RPŞ-nin saxlanc yerinə verilmişdir. (c İ, i.v 42) İşdə olan, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(050)-98/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. (c İ, i.v 68-71) İşdə olan, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(050)-194/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbirləri qanuni və əsaslı hesab edilmişdir. (c İ, i.v 86-87) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən və Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(050)-287/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. (c İ, i.v 101-107, 109- 110) İşdə olan, xx.xx.2023-cü il tarixli Masallı RİHB-nın Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadından, xx.xx.2004-cü il təvəllüdlü və xx.xx.2007-ci il təvəllüdlü uşaqlarından ibarətdir. Onun barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (c İ, i.v 121-122) İşdə olan, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 908 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar edilməmişdir. (c İ, i.v 142-143) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 910 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOiDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDİROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Masallı RPŞ-in operatorunun verdiyi arayışa görə 2-ci dərəcə əlil olması səbəbindən məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 144) İşdə olan, Məhkəmə Psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 3218 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “ÜZVİ(TRAVMA MƏNŞƏLİ) ŞƏXSİYYƏT POZUNTUSU” aşkar edilmişdir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunna əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs həərkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. (c İ, i.v 150-152) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində heç bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, narkotik vasitələr, elektron tərəzi polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər, təhdidlər və pis rəftar edildiyi üçün həmin narkotik vasitələrin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin fiziki təzyiqlər, təhdidlər edilməklə alındığını, yəni tutulduqdan sonra polis əməkdaşlarının fiziki təzyiqlərinə, təhdidlərinə və pis rəftarına məruz qaldığını bildirmişdir. Məhkəmə bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdiyi halları mübahisələndirməmişdir. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs üç aydan artıq müddət ərzində aparılmış ibtidai araşdırma zamanı fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı öncə təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq söyləydiyi səsli nitqində aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni Qızılavardan Elşən adlı şəxsdən saxlanıldığı gün saat üç-dörd radələrində nisyə əldə etdiyini, həm özü istifadə etmək, həm də satıb pulunu Elşən adlı şəxsə vermək məqsədində olduğunu, daha sonra müdafiəçi tərəfindən verilmiş suallara cavab olaraq, saxlanılarkən isə polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirə məruz qalmadığını, aşkar edilmiş predmetlərin özünə məxsus olduğunu bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, üzərinə narkotik vasitə qoyulmadığını bildirmişlər. Bundan başqa Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra məhkəmə-tibbi ekspertizadan keçirilmiş və onun bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq, pis rəftar və təhdid nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqə, pis rəftara və təhdidlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra fiziki təzyiqə, pis rəftara, təhdidlərə məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, üzərindən aşkar edilmiş narkotik vasitələrin, psixotrop maddənin və elektron tərəzinin ona aidiyyətinin olmaması, həmin predmetlərin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, daha sonra ona fiziki təzyiqlər, təhdidlər, pis rəftar edilməsi və nəticədə rəsmiləşdirilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə əlyazma qaydasında icra etdiyi xx.xx.2023-cü il tarixli (cild İ – i.v 27) izahatı, xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 47-50) və xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 59-62) şəxs qismində verdiyi ifadələrində, eləcə də üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin izahat, ifadələrində və istintaq hərəkətində təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitələri, psixotrop maddəni həm özü istifadə etmək, həm də satış məqsədilə əldə edib, həmin narkotik vasitələri və psixotrop maddəni rahat sata bilmək üçün elektron tərəzi və bir ədəd aptek şprisi də özü ilə götürüb, axşam hava qaralanda rayon ərazisində tanışlarına yerində müəyyən qədər qramla çəkib satmaq məqsədi yaşadığı evdən çıxıb rayonda gəzməyə başladığını, daha sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Masallı Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onun müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs icazəsi və onun müdafiəçisinin iştirakı ilə video-çəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli bükümdə təmiz çəkisi 2,057 qram təşkil edən psixotrop maddə metamfetamin, 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 7,558 qram təşkil edən narkotik vasitə olan heroin, 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,296 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, təsiredici maddəsi hər bir həbdə 0,04 qram olmaqla ümumi təsir edici maddəsi 0,08 qram olan 2 ədəd metadon həbləri və gödəkçənin sol yan cibindən isə 1 ədəd elektron tərəzi, 1 ədəd şpris çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə dair protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründəki ifadələrindən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə, pis rəftara və hədə-qorxuya məruz qalmasını bildirməklə özünə qarşı verdiyi həmin ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitələrin, psixotrop maddənin və elektron tərəzinin ona aid olduğunu, həmin vasitələri və maddəni satış məqsədilə üzərində saxladığını bildirmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış narkotik vasitələr və psixotrop maddə ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman satış məqsədilə 01 ədəd qara rəngli bükümdə təmiz çəkisi 2,057 qram təşkil edən psixotrop maddə metamfetamin, 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 7,558 qram təşkil edən narkotik vasitə olan heroin, 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,296 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, təsiredici maddəsi hər bir həbdə 0,04 qram olmaqla ümumi təsir edici maddəsi 0,08 qram olan 2 ədəd metadon həbləri və 1 ədəd elektron tərəzi, 1 ədəd şpris əldə etməsini, saxlamasını və üzərində gəzdirməsini, həmin vasitələr və maddənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Çünki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut olaraq keçirilmiş 19 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürməyə dair protokol, həmçinin bu protokolun tərkib hissəsi olan videogörüntülər və maddi sübut, şahid ifadələri və ekspert rəyləri CPM-nin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında təqdiq edilmiş sənədlərdən görünür ki, 19 sentyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasından əvvəl Təqsirləndirilən şəxs barəsində CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması haqqında və ona dövlət hesabına müdafəçi ayrılmasına dair qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar Masallı Rayon Vəkil Bürosunun vəkili Xudaverdi Niftiyev Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu isə həmin vəkilin onu müdafiə etməsini ifadə edərək bu barədə tərtib olunmuş protokolu vəkillə birlikdə imzalamışdır. Məhkəmə iclasında tədqiq olunmuş şəxsi axtarış və götürməyə dair 19 sentyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş video-görüntülərdən görünür ki, müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış həyata keçirilmiş və əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli bükümdə təmiz çəkisi 2,057 qram təşkil edən psixotrop maddə metamfetamin, 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 7,558 qram təşkil edən narkotik vasitə olan heroin, 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,296 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, təsiredici maddəsi hər bir həbdə 0,04 qram olmaqla ümumi təsir edici maddəsi 0,08 qram olan 2 ədəd metadon həbləri və gödəkçənin sol yan cibindən isə 1 ədəd elektron tərəzi, 1 ədəd şpris aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Məhkəmə qeyd edir ki, həmin video-görüntüdə, Təqsirləndirilən şəxs üzərində hərhansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar və vəkil tərəfindən, habelə onun özü tərəfindən video-görüntüdə ona qarşı hər-hansı qanunsuzluq edilməsini ifadə etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 04 mart 2011-ci il tarixli qərarının 28-ci bəndinə əsasən Məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bu protokol məhkəmə tərəfindən CPM 125-ci maddəsinin tələblərinə uyğun qaydada yoxlanıldıqdan sonra mötəbər sübut kimi qəbul edilir. Çünki, Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Təqsirləndirilən şəxs qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə ona işgəncə verilməsini, təhdidlər edilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda onun bütün hüquqları, o cümlədən müdafiəçinin iştirakı təmin edilməklə tutulmasına dair protokol tərtib olunduqdan sonra şəxsi axtarışı həyata keçirilmiş, şəxsi axtarışın keçirilməsində hər-hansı qanun pozuntusu müşahidə olunmamışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə polis əməkdaşları tərəfindən saxlanmasını bildirmişdir. Lakin onun şübhəli şəxs qismində tutulmasının xx.xx.2023-cü il tarixdə baş verməsinə dair çoxsaylı sənədlərin olması, müdafiəçinin iştirakı ilə istintaq və prosessual hərkətlər aparılmaqla həmin sənədlərin tərtib olunması, eləcə də, ibtidai istintaq dövründə müdafiə tərəfinin Təqsirləndirilən şəxs xx.xx.2023-cü il deyil xx.xx.2023-cü ildə tutulmasına dair xüsusata istinad etməməsi Təqsirləndirilən şəxs tərəfindən bu xüsusatın əsassız mübahisələndirildiyini bir daha təsdiq edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən qanunsuz olaraq əldə etdiyi narkotik vasitələri və psixotrop maddəni, elektron tərəzi ilə birlikdə üzərində saxlamaqla yaşadığı şəhər ərazisində daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır, eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri ilə də tam təsdiq edilir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə heroini, eləcədə qurudulmuş marixuana və metadon həblərini əldə edərkən, üzərində saxlamaqla daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, aşkar edilmiş narkotik vasitə heroinin şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 50 dəfə) çox, psixotrop maddə metamfetaminin isə şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 14 dəfə) çox, heronin külli miqdarın aşağı həddindən isə təxminən 4 dəfə, metamfetaminin isə külli miqdarında aşağı həddindən bir qədər çox olub külli miqdar təşkil etməsi, metadonun şəxsi istehlak miqdarından dəfələrlə (4 dəfə) çox olmasını, vasitələrin və maddələrin dörd növdə olmaqla, əlavə olaraq üzərində elektron tərəzi və şpris gəzdirməsi kimi işin faktiki hallarını məhkəmə nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Cinayət törədilərkən qüvvədə olmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961- İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5, 12(a) və 13-cü sətrlərinə əsasən heroin, qurudulmuş marixuana və metadon narkotik vasitə hesab edilir, həmin maddələrin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi sətr ardıcıllığı ilə 0,15 qram, 5 qram və 0,02 qram, külli miqdarının aşağı həddi isə 2 qram, 500 qram və 1,6 qramdır. Habelə bu Qanunun İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olması, onun İİ dərəcəli əlil olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Habelə məhkəmə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən iki il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halın olmasını, əvvəllər də cinayət törədilməsinə görə məhkumluq həyatı yaşamasını və əməllərindən nəticə çıxarmamasını, onun kriminal keçmişini, islah edilməz şəxsiyyətə malik olmasını, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələr və psixotrop maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 19 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın təsdiq edilməsi barədə Qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın 3-cü bəndinin (məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər) 3.2-ci maddəsinə əsasən (əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara) məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlillərə tətbiq oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İİ dərəcə əlilliyi olan şəxs olduğu üçün barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 7,508 qram narkotik vasitə heroin, 1,246 qram narkotik vasitə marixuana, 1 ədəd metadon həbi və 2,007 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi və 1 ədəd tibbi şpris məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2023cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 7,508 qram narkotik vasitə heroin, 1,246 qram narkotik vasitə marixuana, 1 ədəd metadon həbi və 2,007 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi və 1 ədəd tibbi şpris məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar