Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-336/2025 28.07.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Nuriyev Aqil Abdul oğlunun sədrliyi ilə, hakimlər Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1981-ci il ildə Saatlı rayonu Krasnoselski kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 28 iyul 2025-ci il tarixdə, saat 17:00-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 2 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, külli miqdarda, yəni 6010 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, daşımış və Saatlı rayonu, Qara Nuru kəndində yerləşən yaşadığı evin zirzəmisində satış məqsədi olmadan qanunsuz olaraq saxlamış, 14 yanvar 2025-ci il tarixdə, saat 22:50 radələrində əməliyyat tədbiri həyata keçirən Saatlı RPŞ-nin əməkdaşları həmin 1 ədəd ağ sintetik torbada 6010 qram çəkidə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı Saatlı rayonu, Qara Nuru kəndində onun yaşadığı evin zirzəmisində aşkar edib götürmüşlər.
İşin halları və dəlilləri:
2. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 14 yanvar 2025-ci il tarixdə, gecə saat 22:30 radələrində 6-7 nəfər polis əməkdaşı onların evinə gəlmişlər, həmin vaxt qapı açıq olmuş, qapı açıq olduğundan polis əməkdaşları birbaşa içəri daxil olmuşlar. Əməliyyatçılar onu evdə döymüş, qarın nahiyəsinə zərbələr endirmişlər. Həmçinin qeyd etmişdir ki, əməliyyatçılar ailəsinə – atası, yoldaşı və iki azyaşlı övladına – təzyiq göstərmiş, uşaqlar qorxub ağlamışlar. Təqsirləndirilən şəxsin sözlərinə görə, iki nəfər əməliyyatçı evin zirzəmisinə daxil olaraq orada narkotik vasitə yerləşdirmiş, daha sonra polis əməkdaşları ona “altı kiloqramı boynuna götür, əks halda ailəni şöbəyə aparacağıq” deməklə hədə-qorxu gəlmişlər. Bu səbəbdən o, narkotik vasitəni öz üzərinə götürməyə məcbur olmuşdur.
3. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, əvvəllər məhkum olmuş, 10 ilə yaxın cəza çəkmişdir, polislər evə girən zaman evində narkotik vasitə olmamışdır. Təxminən 15 gündən bir marixuana istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əməliyyatçılardan yalnız Fuad adlı şəxsi tanıdığını, digərlərinin kimliyini bilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, istintaqa verdiyi ifadəni polis əməkdaşlarının təsiri altında vermişdir. Onlar dediyi formada ifadə vermiş və narkotik vasitəni balıq tutmağa gedərkən kolluq ərazidə tapdığını demişdir. Həmin ifadəni sonradan müdafiəçinin və müstəntiqin də yanında eyni formada bildirmişdir, müdafiəçisinə ona qarşı olan təsirlərlə bağlı heç nə bildirməmişdir. Qeyd etmişdir ki, onu ancaq evində döymüşlər, xəsarət izi qalmamışdır. Onu evində başqa bir otağa salıb orada döymüşlər. Döyülmə ilə bağlı bədənində xəsarət izi qalmamışdır.
4. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.
5. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində (şübhəli şəxs cild İ, iş vərəqə 62-64 və təqsirləndirilən şəxs qismində, c.İ. i.v. 73-75) göstərmişdir ki, Saatlı rayonu, Qara Nuru kəndində atası Həsənqulu Abuşov, arvadı Kəmalə Abuşova və 2 azyaşlı övladları ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, boş vaxtlarında yaşadığı kəndin çöl sahəsinə gedərək oradakı kollektorlardan qarmaqla balıq tutur. O, əvvəllər 1 dəfə məhkum olunmuş, təxminən 3 ildir arada tapanda el arasında “nəşə” adlanan narkotik vasitə olan marixuanadan istifadə edir. Təxminən 2024-cü ilin sentyabr ayında balıq tutmaq üçün yaşadığı evin həyətindən qarmaq götürərək Saatlı rayonu ərazisində yerləşən el arasında “Küdrü” adlanan çöl sahəsinə getmişdir. Orada kənd arasında “Şaqay” adlanan kollektorun yaxınlığına gəlmiş və balıq tutmaq üçün yer axtarmağa başlamışdır. Oradakı kollektorun kənarında balıq tutarkən yaxınlıqda böyürtkən kollarının olduğunu görmüş və həmin kollara yaxınlaşıb böyürtkən yeyərkən kolların arasında yabanı halda bitmiş çətənə bitkilərini görmüşdür. O özü marixuanadan istifadə etdiyi üçün həmin bitkilərin çətənə bitkisi olduğunu tanımışdır. Kolların arasındakı çətənə bitkilərinə yaxınlaşaraq kökündən çıxarıb kollektorun kənarına gətirmişdir. Çətənə bitkilərini sayarkən 7 ədəd olduğunu bilmiş və bitkiləri oradan tapdığı ağ kisəyə qoyub yaşadığı evə gətirmişdir. Əldə etdiyi 7 ədəd çətənə bitkilərini yaşadığı evin zirzəmisində qurudub lazımi hissələrini toplayaraq 1 ədəd ağ kisəyə doldurub kökünü və gövdəsini aparıb evinin yaxınlığındakı kollektora atmışdır. Yaşadığı evin zirzəmisində gizlətdiyi kisədəki marixuanadan hərdən götürüb istifadə etmişdir. Kisədə saxladığı marixuananı ailə üzvlərinin görməməsi üçün üstünə süpürgə və digər əşyaları qoymuşdur. 14 yanvar 2025-ci il tarixdə təxminən saat 22:50 radələrində yaşadığı evin həyətində olarkən evin qarşısına gələn polis əməkdaşları onu küçəyə səsləyərək çağırıb, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməyi və narkotik vasitə saxlamağı barədə məlumatlarının olduğunu, bununla bağlı həyətyanı sahəyə baxış keçirəcəklərini bildirdikdə polis əməkdaşlarının onun narkotik saxlamağı barədə məlumatları olduğunu başa düşüb, etiraz etməyin lüzumsuz olduğunu anlayıb, buna etiraz etməmiş və bu barədə ərizə vermişdir. Bundan sonra polis əməkdaşları aqronomun iştirakı ilə yaşadığı evin həyətinə baxış keçirərkən evin zirzəmisindəki 1 ədəd kisədə saxladığı marixuananı aşkar etmişlər. O, səmimi olaraq baxışda iştirak edən bütün şəxslərin yanında narkotik tərkibli bitkilər əkmədiyini, aşkar edilən kisədəki kütlənin marixuana olduğunu, marixuananı çöl sahədən tapdığı çətənə bitkilərini qurudaraq əldə etdiyini və öz istifadəsi üçün saxladığını etiraf etmişdir. Polis əməkdaşları tərəfindən yaşadığı evin zirzəmisindən aşkar edilmiş marixuana olduğu sellofan kisə ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 6 kiloqram 200 qram olduğu müəyyən edilmiş və olduğu kisədə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bütün bunlar barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, protokol doğru yazıldığı üçün o da, baxışda iştirak edən aqronom və polis əməkdaşları kimi protokolda imza etmişdir. O, həmçinin narkotik vasitənin qablaşdırıldığı kisənin üzərində imza etmişdir. Baxış zamanı foto və videoçəkiliş aparılmışdır. Sonradan ekspertiza rəyi ilə tanış olarkən yaşadığı evin zirzəmisindən aşkar edilmiş marixuananın çəkisinin 6 kiloqram 200 qram deyil, 6 kiloqram 10 qram olduğunu bilmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, qeyd etdiyi kimi özü narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyindən öz istifadəsi üçün həmin marixuananı yaşadığı evin zirzəmisində 1 ədəd kisədə saxlamışdır. Əvvəllər bir dəfə narkotik vasitə satdığına görə məhkum olunmuş, hazırda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmur. Arada tapanda narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Onun yaşadığı evin zirzəmisində narkotik vasitə olan marixuana saxlamağı barədə heç kimin xəbəri olmamış, bu barədə heç kimə deməmişdir. Arvadı Kəmalə yalnız ev işləri ilə məşğul olur, atası Həsənqulu da yaşlı olduğundan mütəmadi olaraq evdə olur, həyətdəki işlərlə yalnız özü məşğul olurmuş, zirzəmiyə də ondan başqa heç kim daxil olmurmuş.
6. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs həmin ifadələri qismən təsdiq etdiyini, narkotik vasitəni özünün tapması, ona məxsus olması, evinin zirzəmisində saxlaması hissələrində həmin ifadəni təsdiq etmədiyini, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir.
7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
9. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Baş Əməliyyat müvəkkili Şahid1 14 yanvar 2025-ci il tarixdə etimad doğuran, məlum və qərəzsiz mənbədən Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olmaqla, orada yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkilib-becərilməsi və qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin gün saat 22:30-da Saatlı RPŞ-nin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid3, Saatlı RPŞ-nin PPXB-nin manqa komandiri Şahid4, Saatlı RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Qərib İsmayılov və o, əvvəlcədən dəvət edilərək hüquq və vəzifələri izah edilmiş mütəxəssis-aqronom Tural İbrəhimlinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər, bundan sonra Təqsirləndirilən şəxs özünün iştirakı ilə onun yaşadığı evin həyətinə daxil olmuşlar. Baxış keçirməyə başlayarkən Təqsirləndirilən şəxs evin zirzəmisini göstərib narkotik vasitə olan qurudulmuş marixuananı orada kisədə saxladığını bildirmişdir. Onlar Aslanla birlikdə zirzəmiyə daxil olmuşlar, orada sağ tərəfdə yerdə süpürgə bitkilərinin altından Təqsirləndirilən şəxs özü bir ədəd ağ rəngli kisəni çıxarıb, onun içərisində marixuana olduğunu bildirmişdir. Həmin kisənin ağzı aşkar olunduğu yerdə açılarkən onun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, əməliyyat məlumatı təqsirləndirilən şəxsin narkotik vasitəni əkib-becərməsi barədə daxil olmuş, lakin təqsirləndirilən şəxsin həyətyanı sahəsinə baxış keçirdikdə onun narkotik vasitələrin əkilməsi ilə məşğul olması barədə məlumat təsdiqini tapmamış, lakin onun narkotik vasitələrin qanunsuz saxlaması müəyyən edilmişdir. 6 kiloqram narkotik vasitənin yerini təqsirləndirilən şəxs özü göstərmişdir, ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc tətbiq edilməmişdir.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Saatlı RPŞ-də Şahid1 əməliyyat məlumatı daxil olmuş, həmin məlumat narkotik vasitənin saxlanması və becərilməsi ilə bağlı olmuşdur. Məlumatı aldıqdan sonra evlərinə getmişlər, qapını döydükdən sonra təqsirləndirilən şəxs qapıya çıxaraq onları qarşılamışdır. Onlar narkotik vasitələrin becərilməsini aşkar etməmişlər, lakin təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisində narkotik vasitə saxladığını etiraf etmişdir. Birlikdə zirzəmiyə baxış keçirmişlər, orada, süpürgələrin altında içində narkotik vasitə olan ağ sintetik kisə aşkar olunmuşdur. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat tədbiri zamanı 4 əməliyyatçı və təhqiqatçı-Qərib İsmayılov olmuşdur. Özləri ilə aqronom da aparmışlar. Həyətdə yalnız ağaclar olmuş, əkin sahəsi olmamışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki güc tətbiq edilməmiş, ona qarşı təzyiq olmamışdır.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Saatlı RPŞ-nin PPX-nin əməkdaşı vəzifəsində işləyir, xx.xx.2025-ci il tarixdə əməliyyat məlumatı daxil olmuş, qrup yaradılmış, o da qrupa daxil edilmişdir. Birlikdə Təqsirləndirilən şəxs evinin qarşısına gələrək, onu çağırmışlar, Təqsirləndirilən şəxs çıxaraq özünü təqdim etmişdir. Daha sonra təqsirləndirilən şəxs özü narkotik vasitənin olduğu yeri göstərmiş və zirzəmidə 6 kiloqramdan çox narkotik vasitə aşkar edilmişdir. Şahid4 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat tədbiri zamanı 6 nəfər - bir təhqiqatçı, dörd əməliyyatçı və bir aqronum olmuşlar. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki güc tətbiq edilməmişdir.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri əkib-becərməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatı barədə müvafiq qaydada rəhbərliyə məruzə etmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Baxış zamanı yaşadığı evin zirzəmisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş və aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana müvafiq qaydada sənədləşdirilmişdir. Şahid1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələr aşkar olunan zaman Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadə məqsədilə saxladığını bildirmiş, deməsinə görə özü tapmışdır. Həmçinin, şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç bir təsir və ya təzyiq olmamış, narkotik vasitənin yerini könüllü olaraq özü göstərmişdir. Həmin narkotik vasitə zirzəmidə, bir bağlamanın içində olmuşdur, Fuad adlı əməliyyatçı tədbirdə iştirak etməmişdir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı narkotik vasitələrin əkilib-becərilməsi ilə bağlı olmuş, lakin həyətyanı sahəyə qismən baxış keçirilmiş, narkotik vasitələrin əkilib-becərilməsi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs deməsinə görə aşkar edilmiş narkotik vasitəni çöldən tapıb, özü əkməyib. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc tətbiq edilməmiş, təsir və ya təzyiq göstərilməmişdir.
13. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir.
Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
14. «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 15 yanvar 2025-ci il tarixli qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (c İ, i.v 1)
15. Saatlı RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2025-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Saatlı rayonu, Qara Nuru kəndindəki evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkilib-becərilməsi və qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olduğu bildirilmişdir. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə göstəriş verilməsi xahiş edilmişdir. (c İ, i.v 3)
16. «Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə» 14 yanvar 2025ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsinin müəyyən edilməsi üçün evinin həyətyanı sahəsinə daxil olma və baxış keçirilməsi növündə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Saatlı RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 4)
17. «Baxış keçirilməsi haqqında» 14 yanvar 2025-ci il tarixli protokol, ona əlavə edilən videoçəkiliş və fotoşəkillərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı Saatlı rayonu, Qara Nuru kəndindəki fərdi yaşayış evinin zirzəmisindən bir ədəd sintetik torbada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş və baxış zamanı Təqsirləndirilən şəxs səmimi olaraq həmin qurudulmuş marixuananı çöl sahədən tapdığı çətənə bitkilərindən əldə edib öz istifadəsi üçün evinin zirzəmisində gizlədib saxladığını bildirmişdir. (c İ, i.v 14-21)
18. Həmçinin, baxış keçirilməsi haqqında video-görüntülərin əks olunduğu CD disk məhkəmə iclası zamanı cinayət prosesi tərəflərinin iştirakı ilə baxılaraq tədqiq edilmişdir. Hazırki hökmün 17-ci bəndində tədqiq edilən protokolda qeyd edilənlərin CD diskdə olan videogörüntülər ilə eyni olduğu və protokolun düzgün tərtib edildiyi müəyyən edilmişdir. (c İ, i.v 21)
19. «Cinayət törətməkdə şübhə edilən şəxsi tutma haqqında» 14 yanvar 2025-ci il tarixli qərarın nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhə edilən şəxs qismində tutulması qərara alınmışdır. (c İ, i.v 29)
20. «Cinayət törətməkdə şübhə edilən şəxsə vəkilin təqdim edilməsi haqqında» 15 yanvar 2025-ci il tarixli protokol və tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə ona dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. (c İ, i.v 31-41)
21. «Şübhəli şəxsin tutulması haqqında» 15 yanvar 2025-ci il tarixli, 99 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhə edilən şəxs qismində tutulmuşdur. (c İ, i.v 42)
22. «Məhkəmə-bioloji ekspertizası»nın 15 yanvar 2025-ci il tarixli, 18/36 nömrəli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisində...” sözləri və imzalar olan sintetik torbada təmiz çəkisi-6010 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 6010 qram, tədqiqata sərf edildi-0,10 qram, qalıq-6009,90 qram. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı) (c İ, i.v 52)
23. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat təşkil edir. (c İ, i.v 51)
24. «Maddi sübut kimi tanınma haqqında» 15 yanvar 2025-ci il tarixli, 2510 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 6009,90 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Saatlı RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (c İ, i.v 58)
25. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 16 yanvar 2025-ci il tarixli, 2517 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham elan edilmiş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (c İ, i.v 65-66)
26. Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(055)-3/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 yanvar 2025-ci il tarixdən, saat 22:50-dən hesablanmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, qapalı məhkəmə iclasında daimi yaşayış yerinin olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, istintaqdan və məhkəmədən qaçıb gizlənmək ehtimalının olmamasını əsas gətirərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. (c İ, i.v 85-88)
27. «Mobil telefona baxış keçirilməsi haqqında» 17 yanvar 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefona baxış keçirilmiş və həmin mobil telefondan iş üzrə sübut əhəmiyyətinə malik olacaq hər hansısa bir dəlil aşkar edilməmişdir. (c İ, i.v 100-102)
28. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 10 ay 03 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Hazırda məhkumluğu olmayan şəxs qismində tanınır. (c İ, i.v 107)
29. Saatlı rayon Məhkəməsinin 4(055)-32/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müdafiəçisi həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət vermiş, həmin vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. (c İ, i.v 152-155)
30. «Məhkəmə-narkoloji ekspertizası»nın 07 fevral 2025-ci il tarixli, 672 nömrəli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 156-157)
31. «Ambulator məhkəmə-psixiatrik ekspertizası»nın 14 sentyabr 2024-cü il tarixli, 2673 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterini və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. (c İ, i.v 159-160)
32. Saatlı rayon İcra Hakimiyyəti başçısının Qara Nuru kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 02 may 2025-ci il tarixli, 8516 nömrəli arayışdan görünür ki, Abuşov X7 rayonunun Qara Nuru kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində daimi qeydiyyatdadır, ailəsi arvadı X12 (1980-ci il təvəllüdlü), oğlu X13 (2016-cı il təvəllüdlü), oğlu X15 (2018-ci il təvəllüdlü) və atası X1 (1953-cü il təvəllüdlü) ibarətdir. (c İ, i.v 161)
33. Saatlı rayon İcra Hakimiyyəti başçısının Qara Nuru kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 02 may 2025-ci il tarixli, 8517 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (c İ, i.v 162)
34. İttiham tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olmuş, ondan çıxmış zənglər, “SMS” mətnləri, həmin nömrə, onunla telefon əlaqəsi yaranmış digər mobil nömrələrin qeydə alındığı anten dairələriv əabunəçiləri barədə məlumatlar müvafiq qaydada "xxxx" MMC-dən götürülməsi üçün məhkəmə sorğusu göndərilmiş, alınmış cavab məktubuna baxış keçirilsə də hazırki cinayət işinə, verilmiş ittihama və əməlin tövsifinə təsir edəcək hər hansı məlumat aşkar edilməmişdir.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
35. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
36. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
37. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
38. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
39. «X11 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi, əsasən, qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
40. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmiş, özü və müdafiəçisi tərəfindən verilmiş vəsatətlərə baxılaraq qanuni qərarlar qəbul edilmiş, sorğular verilmiş, dindirilməsini istədiyi şahidlər məhkəmə iclasına dəvət edilərək, əlavə şahid qismində dindirilmişdir.
41. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
42. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.
43. CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
44. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
46. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir.
47. Məhkəmə baxış iclasında, təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək, 14 yanvar 2025-ci il tarixdə, gecə saat 22:30 radələrində 6-7 nəfər polis əməkdaşının birbaşa onun evinə daxil olduğunu, polislər tərəfindən döyüldüyünü, iki nəfər əməliyyatçının zirzəmiyə daxil olaraq ora narkotik vasitə yerləşdirmələrini, narkotik vasitənin ona məxsus olmasını bildirməsi üçün ona təzyiqlər edildiyini bildirmişdir.
48. Məhkəmə, təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillərə münasibət bildirməyi mütləq və zəruri hesab edir.
49. Belə ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, narkotik vasitələrin ona məxsus olmasını bildirməsi üçün ona təzyiqlər edilməsi ilə bağlı məsələlərə münasibət bildirərək, məhkəmə qeyd edir ki, ibtidai istintaqın bütün mərhələlərində təqsirləndirilən şəxs verdiyi ilkin izahatı, şübhəli şəxs kimi, eləcə də təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində əməlini etiraf etmiş, zirzəmidə aşkar edilmiş 1 ədəd ağ sintetik torbanın içində olan narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olduğunu, 2024-cü ilin sentyabr ayında balıq tutmaq üçün getdiyi kollektorun yaxınlığında olan böyürtkən kollarının arasında yabanı halda bitmiş 7 ədəd çətənə bitkisini görüb, onları qopararaq evə gətirib qurutduğunu bildirmişdir. O, ibtidai istintaqın heç bir mərhələsində ona qarşı təzyiqlər olduğunu, polis əməkdaşları tərəfindən döyüldüyünü bildirməmişdir. Bundan əlavə, ibtidai istintaq orqanı tərəfindən o, dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində də o, əməlini etiraf etmiş, narkotik vasitələrin ona məxsus olduğunu bildirmiş, polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hər hansı şikayət etməmişdir. Eləcə də, barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi zamanı müdafiəçisinin iştirakı ilə hakim qarşısına çıxan təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, polis əməkdaşlarının onu döyməsi ilə bağlı hər hansı fikir bildirməmişdir. Bundan əlavə, iş materiallarında olan Saatlı rayon Məhkəməsinin 4(055)-32/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müdafiəçisi həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət vermiş, həmin vəsatətin əsaslandırıcı hissəsində şəxsin təqsirinin olmaması ilə bağlı hər hansı fikir qeyd edilməmişdir. Həmçinin, həmin məhkəmə iclası zamanı da təqsirləndirilən şəxs və ya onun müdafiəçisi şəxsin təqsirli olmaması və ya polislər tərəfindən döyülməsi, təzyiqə məruz qalması ilə bağlı hər hansı fikir bildirməmişlər. Məhkəmə iclasında isə təqsirləndirilən şəxs polislər tərəfindən döyülməsini bildirsə də, bunu təsdiq edən hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Həmçinin, ona verilən suallara cavab olaraq təqsirləndirilən şəxs döyülməsi ilə bağlı bədənində hər hansı xəsarət qalmadığını qeyd etmişdir. Həmçinin, təqsirləndirilən şəxs polislərin onu evdə döydüyünü bildirsə də, bu halı təsdiq etməsi üçün onunla yaşayan ailə üzvlərindən heç birinin əlavə şahid qismində dindirilməsi üçün təşəbbüs göstərməmişdir.
50. Yuxarıda sadalanan xüsusatlara əsasən, məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə, məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
51. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, təqsirləndirilən şəxs mövcud ziddiyyəti polis əməkdaşları tərəfindən ona göstərilmiş fiziki və psixoloji təsir və təzyiqlə əlaqələndirsə də, bunu təsdiq edən hər hansı sübut və ya dəlil məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.
52. Bundan başqa, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir xəsarət almadığını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəmə nəzarəti qaydasında keçirilmiş məhkəmə iclasında belə ona qarşı bu və ya digər formada təsir və ya təzyiq göstərilməsinə dair heç bir söz deməmişdir. Məhkəmədə dindirilmiş şahidlər - polis əməkdaşları hər biri ayrı-ayrılıqda ifadələrində bildirmişdirlər ki, təqsirləndirilən şəxs saxlanılarkən tərəflərindən ona qarşı hər hansı bir təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq döyüldüyünü qeyd etməsi, döyülmə nəticəsində onda heç bir xəsarət izinin qalmadığını deməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir.
53. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki və psixoloji təsir-təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki və psixoloji təsirə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur.
54. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” (Case of John Murray v. X20) iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır və göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir.
55. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən Qərarındakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla, yəni təsviri hissədə sadalanan ekspert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək təqsirləndirilən şəxsin barəsində həyata keçirilən əməliyyat tədbirinin videogörüntülərinə əsasən təqsirləndirilən şəxsin həyətyanı sahəsinə baxış keçirilərkən evin zirzəmisində narkotik vasitənin aşkarlanması, təqsirləndirilən şəxsin həmin narkotikin onun özünə məxsus olmasını bildirməsini və bu barədə olan protokolu, bundan başqa onun ilkin izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrini inandırıcı hesab edir, məhkəmə istintaqı zamanı verdiyi ifadələrini (polis əməkdaşlarlarının birbaşa evə daxil olmaları, ailə üzvlərinin yanında onu başqa otağa salıb döymələri, 2 nəfər əməliyyatçının zirzəmiyə daxil olub narkotik vasitəni yerləşdirmələri, ona edilən təzyiqlər nəticəsində həmin narkotikin onun özünə məxsus olduğunu bildirməsi hissələrində) isə özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir.
56. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (“Əhmədov Azərbaycana qarşı” № 30364/09, §§ 42-43, 12 noyabr 2013; “Məmmədov Azərbaycana qarşı” № 34445/04, §§ 23-27, 11 yanvar 2007; “Rizvanov Azərbaycana qarşı” № 31805/06, §§ 12-20, 17 aprel 2012; “Nəcəfli Azərbaycana qarşı” № 2594/07, §§ 11-21, 2 oktyabr 2012).
57. Məhkəmə, sübutlar zəncirinin qırılmazlığı və bir-birini tamamlayan təzahürləri əsasında, təqsirləndirilən şəxsin ibtidai istintaq mərhələsində, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrini, iş materiallarında mövcud digər sübutlarla birgə tutarlı və etibarlı hesab edir. Bu ifadələr, beynəlxalq hüquq normalarına uyğun olaraq, şəxsin ifadə azadlığı və müdafiə hüququnun təmin edildiyi şəraitdə alındığından məhkəmə həmin ifadələri rəsmi sübut kimi qəbul edir.
58. Bu yanaşma, Avropa İnsan Hüquqları Məhkəməsinin “Salduz v. Türkiyə” işində vurğuladığı kimi, ibtidai araşdırma zamanı müdafiə hüququnun təmin olunması və ifadələrin məhkəmə sübutu kimi istifadə olunması prinsipi ilə üst-üstə düşür. AİHM qeyd edir ki, ibtidai mərhələdə müdafiəçinin iştirakı olmadan alınan ifadələr məhkəmədə əsaslı sübut kimi istifadə oluna bilməz, lakin müdafiəçinin iştirakı ilə verilmiş ifadələr sübut kimi qəbul edilməlidir.
59. Məhkəmə yuxarıda sadalananlara əsasən, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini iş üzrə sübut kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələrində aşkar edilən narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşlarının birbaşa evə daxil olmaları, ailə üzvlərinin yanında onu başqa otağa salıb döymələri, 2 nəfər əməliyyatçının zirzəmiyə daxil olub narkotik vasitəni yerləşdirmələri, ona edilən təzyiqlər nəticəsində həmin narkotikin onun özünə məxsus olduğunu bildirməsi barədə dediklərini cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib, sübut kimi nəzərə almır. Bu səbəbdən məhkəmə şəxsin döyülməsi, ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, təsir və təzyiq göstərilməsi ilə bağlı dediklərinə tənqidi yanaşaraq, həmin ifadələrdə göstərilənlərin işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir.
60. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında ətraflı şəkildə tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir.
61. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Təsnifata görə CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan əməl ağır cinayətdir.
62. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
63. CPM-in 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
64. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.
65. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»na əsasən təmiz halda 500 qramdan artıq qurudulmuş marixuana külli miqdar təşkil edir.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
66. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
67. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
68. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur.
69. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 8.1, 41.2 və 58.3-cü maddələri).
70. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
71. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
72. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
73. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.
74. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
75. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
76. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
77. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qəbul edilmiş Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(055)-3/2025 nömrəli qərarında Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 yanvar 2025-ci il tarixdən, saat 22:50-dən hesablanması qeyd edilmişdir. Məhkəmə kollegiyası Saatlı rayon Məhkəməsinin qərarında qeyd edilənlərə baxmayaraq, cinayət işi materiallarına əsasən təqsirləndirilən şəxsin xx.xx.2025-ci il tarixdə faktiki olaraq saxlanıldığını, yəni sərbəst hərəkət etmək hüququnun məhdudlaşdırıldığını nəzərə alıb, hesab edir ki, təqsirləndirilən şəxsin həbs müddətinin əvvəli də məhz xx.xx.2025-ci il tarixdən hesablanmalıdır.
78. Məhkəmə hökmün 30-cu bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq və Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan ona müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
79. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Saatlı RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra təmiz qalıq çəkisi külli miqdarda – 6009,90 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir.
80. «Baxış keçirilməsi haqqında» istintaq hərəkəti zamanı aparılmış videoçəkilişlərin videogörüntülərinin köçürüldüyü 01 (bir) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır.
81. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
82. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (X3 210005 kod, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir.
83. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
84. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur.
85. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
86. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2004-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli və «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ekspert tədqiqatından sonra 6009,90 qram qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci - 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin əks olunduğu 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva