Məhkəmə qərarları › İş №1(099)-337/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-337/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-337/2023 05.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Astara rayonunda anadan olmuş, evli, ali təhsilli, işləməyən, məhkumluğu olan, Astara rayonu Ərçivan kəndində qeydiyyatda olan və yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 318.1, 228.4, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən qazanc əldə etmək üçün, İran İslam Respublikasında olan (bundan sonra İİR) digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədi ilə İİR-də əldə edilməsi, saxlanması və daşınaraq Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsi ilə bağlı qabaqcadan razılıq əldə etmiş, bundan sonra cinayətkar qrupun üzvlərinin aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq, o, 31 may 2022-ci il tarixdə saat 23 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənar, yəni N nömrəli hərbi hissənin Astara rayonu ərazisində yerləşən 12-ci sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikasından İİR istiqamətində qəsdən qanunsuz olaraq keçmiş, həmin tarixdə digər şəxsdən bir ədəd bağlamada külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 2040 qram tiryək, 2150 qram heroin, 2266,267 qram qurudulmuş marixuana, 996 ədəd həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 39,84 qram olan metadon və külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 1296 qram olam metamfetamini, eyni zamanda soyuq silah hesab edilən, zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıcağını qəsdən qanunsuz olaraq əldə edib, saxlayıb daşıyaraq, 01 iyun 2022-ci il tarixdə saat 04 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini təkrarən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar, yəni N nömrəli hərbi hissənin Astara rayonu Armudlu kəndi ərazisində yerləşən 12-ci sərhəd zastavasının xidməti ərazisindən İİR-dən Azərbaycan Respublikası istiqamətində qəsdən qanunsuz olaraq keçmiş, qeyd olunan külli miqdarda narkotik vasitələr və psixotrop maddəni, 01 ədəd ov bıçağını Azərbaycan Resublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İİR-dən Azərbaycan Respublikasına keçirdikdən sonra 04 iyun 2022-ci il tarixdə saat 00:05 radələrində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonu ərazisində yerləşən 13-cü sərhəd zastavasının xidməti ərazisində Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən saxlanılmış, həmin tarixdə, saat 13 radələrində qeyd olunan külli miqdarda narkotik və psixotrop maddələr, 01 ədəd ov bıçağı həmin ərazidə aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 318.1, 228.4, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittihamlarda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü evdə ailə daxili münaqişəsi olmuş, sakitləşmək üçün Ərçivan meşəsinə daxil olmuşdur. Həmin yerdən İİR sərhədinə qədər təxminən 10 km məsafə olmuşdur. İİR isə keçməmişdir, onda heç bir bağlama olmamışdır. Ümumiyyətlə narkotikdən istifadə etmir. Psixi pozuntuları da olduğu üçün getdiyi yeri müəyyən edə bilməmişdir. Həmin vaxt gedib Sərək meşəsinə çıxmışdır. Orda iki-üç əsgər görmüş, əsgərlər ona dayan demişlər, o isə qorxub qaçmışdır. Qaçarkən isə dərəyə yıxılmış, orada huşunu itirmişdir. Bir müddət sonra gözünü açmış, ayağa qalxıb, üzü aşağı getmişdir. Hansı kəndə çatdığını bilməmiş, orada iki ev görmüşdür. Su içmək məqsədi ilə evlərdən birinə yaxınlaşmış, həmin vaxt isə kənd sakinləri məlumat verdiyindən, əsgərlər gəlib onu həmin yerdən götürmüşlər. Onu əvvəlcə 14-cü zastavaya aparıb, orada işgəncələr edib demişlər ki, yoldaşını da bu işə qatacayıq bunları üstünə götür. Ona demişlər ki, burada veş var, onu üstünə götür. Daha sonra onu 12-ci zastavaya aparıb, oradan da sərhədə aparmışlar. Sərhəddə demişlər ki, deki buradan keçmişəm, şəkillərini çəkmişlər. Bundan sonra isə onu Bakıya aparmışlar. Onu ayın biri saxlamışlar. Bakıda işinə müstəntiq Nicat Acalov baxmış, Nicat Acalovda onu ailəsi ilə hədə-qorxu edərək, sənədləri imzalatmışdır. X12 özüdə həbs edildikdən sonra işin Cavid adlı başqa müstəntiqə vermişlər. O isə demişdir ki, heçnə edə bilməz, işini bağlayıram. Özü isə heç bir sənədə imza atmamışdır. Özünün idmanla bağlı psixi pozuntuları olmuş, sərbəst güləşlə məşğul olmuş, nailiyyətləri olmuşdur. Ona məxsus Samsung markalı mobil telefonda “Qizim Menim” adlı 051 576 59 18 mobil telefon nömrəsi ev nömrələridir, arvadı İmaməliyeva Aysu tərəfindən işlədilir, meşədə azdığı vaxtlarda həmin nömrə vasitəsilə whatsapp sosial şəbəkəsində arvadı Aysu ilə danışmışdır. Arvadına azadığını, susuz olduğunu, dərəyə düşdüyünü bildirib kömək istəmişdir. Lakin başqa heçnə danışmamışdır. Saxlanılmamışdan əvvəl isə arvadı Aysuya həqiqətən fotoşəkillərini çəkib göndərmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində ona elan edilmiş ittihamlarda özünü təqsirli bilərək göstərmişdir ki, onun maddi çətinliyi olduğundan pula ehtiyyacı olmuşdu. O, bu barədə kənddə olan tanışlarına danışmışdır. 30 may 2022-ci il tarixdə tanımadığı İran nömrəsindən ona zəng gəlmişdir. Həmin şəxs öz adını deməsə də, ona təklif etmişdir ki, Astara rayonu Alaşa kəndinə gəlib oradan İrana sərhədinə tərəf getsin, onu orada bir nəfər şəxs qarşılayacaq, içərisində narkotik olan bağlama verəcək, o həmin bağlamanı götürüb Astara tərəfə gələcək və orada onu bir nəfər şəxs qarşılayacaqdı və o bağlamanı həmin şəxsə verəcəkdi. Bu edəcəkləri qarşılığında 1500 manat pul vəd edilmişdi. O, həmin şəxsin təklifi ilə razılaşmışdır. Həmin şəxs ona sərhədə tərəf gələcəyi yerin konumunu atmış və xx.xx.2022-ci il tarixdə gecə saatlarında qeyd olunan yerə getmişdir. O, iranlının ona konum atdığı yerə gələndə görmüşdür ki, bir ədəd torba olmuşdur. O, həmin torbanı götürüb geri qayıdan zaman ayağı sürüşüb dərəyə yıxılmışdır və huşunu itirmişdir. Fikrincə 2 gün orada qalmışdır. 03 iyun 2022-ci il tarixdə o, ərazidə olan zaman ayılmış və əlindəki bağlamanı kənara atmışdır. Həmin gün sərhədçilər tərəfindən saxlanılmış və onda olan bağlama yaxın ərazidən aşkar edilərək götürülmüşdür. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, ifadələrini təzyiq altında vermişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, telefon danışıqları məlumatları, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə 12-ci sərhəd zastavasının sol cinahı, 17 və 18-ci sahəsində dövlət sərhədinin pozulması ilə bağlı 12 və 13-cü sərhəd zastavasının xidməti ərazisi və arxa istiqamətində kəşfiyyat-axtarış fəaliyyəti həyata keçirilmişdir. Bu zaman 3-cü SK-nın ƏAİÜ müavini mayor Şahid1 onu və gizir Talıbovu çağırıb dövlət sərhədini pozmuş şəxsin tapılması üçün əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək üçün onunla birlikdə getmələri barədə göstəriş vermişdir. xx.xx.2022-ci ildə mayor Şahid1 gecənin birinci yarısında 13-cü sərhəd zastavasının arxa istiqamətində, meşəlik ərazidə bir nəfərin özünü şübhəli şəxs qismində aparması barədə əməliyyat məlumatının daxil olduğunu bildirmişdir. O və gizir Talıbov mayor Şahid1 ilə birlikdə onun məlumat aldığı istiqamətə doğru hərəkət etmişlər və həmin ərazidə bir nəfəri şübhəli şəxs qismində saxlayaraq filtirasiya tədbirləri həyata keçirmək üçün hərbi hissənin 14-cü sərhəd zastavasına gətirmişlər, lakin ərazi qaranlıq olduğundan orada axtarış apara bilməmişlər. Özü Təqsirləndirilən şəxs sərhədi pozmasının şahidi olmamış, onlara gələn məlumat əsasında dövlət sərhədinin pozulması ilə bağlı əməliyyat tədbiri nəticəsində onu şübhəli şəxs kimi saxlamışdır. Saxlayarkən su istəmiş, ona üzərində su olduğundan içməyə su vermiş, soruşmuş ki niyə gəlmisən, demişdir ki, inək axtarmağa bura gəlib. Onun saxlanıldığı yer isə tikanlı məftillərdən təxminən 2000-3000 m aralıda olmuşdur. Sərhəd pozuntusunun ölkədən gedişin görməmişdir, lakin ölkəyə doğru pozuntu 12-ci sərhəd zastavasının ərazisində olmuşdur. Orada tellər kəsilmiş, siqnal gəlmişdir. Sərhəd xx.xx.2022-ci ildə pozulmuş, İmaməliyevi xx.xx.2022-ci ildə saxlamışlar. Təqsirləndirilən şəxs Şahid1, Bəhruz Talıbov, kənd camaatı və özünün də iştirakı ilə saxlamışlar. Saxlanılarkən İmaməliyevin üzün kol-kos cırmışdı, paltarları isə palçıqlı olmuş, əlində isə heçnə görməmiş, yalnız çox zəif işığı olan işləməyən fanarı olmuşdur. Onu saxlayarkən meşədə oturmuşdu, heç bir fiziki gücə zərurət də olmamış, yaxınlaşmışlar yanına, sonra su vermiş, daha sonra isə birlikdə gəlmişlər. Özü isə bilavasitə sərhədin pozulduğu yerdə olmamış, sadəcə bu barədə məlumat almış, əməliyyat-axtarış tədbirində iştirak etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 04:10 radələrində xidmət etdiyi 12-ci sərhəd zastavası “Silaha” komandasına qalxmışdır. Özü də “Həyacan” qrupunun tərkibində sərhəd zastavasının rəisi E.Rəhimovun rəhbərliyi altında “UAZ” markalı “L 095 SQ” hərbi nömrə nişanlı avtomobillə hadisə yerinə doğru hərəkət etmiş, hadisə yerinə çatan zaman E.Rəhimov əsgər S.Bayramov ilə birlikdə 17-ci sahənin başlanğıcında avtomobildən düşmüşlər. O, isə baş çavuş Xəlilov ilə birlikdə 18-ci sahənin MTÇ və köməkçi NİZ-i yoxlamağa başlamışlar. Təqribən 30 saniyə sonra baş çavuş Ayxan Xəlilov 18-ci sahədə MTÇ-nin alt hissəsindən 2 və 3-cü məftillərin birləşməsi, həmçinin köməkçi NİZ-də 2 ədəd, MTÇ-nin alt hissəsində isə 1 ədəd ayaq izinin olmasını müşahidə etmiş və rabitə vasitəsilə E.Rəhimov məlumat vermişdir. E.Rəhimov qeyd olunan sahəyə çatmış və müəyyən etmişdir ki, izlər 1 nəfərə məxsusdur və İİR-dən Azərbaycan Respublikasına doğru istiqamətlənir. E.Rəhimov baş çavuş Xəlilov və həyacan qrupunun tərkibində olan 2 əsgərə izlər istiqamətində təqibə başlanılması barədə göstəriş vermişdir. O, isə qrupun digər üzvləri olan əsgər Sadiq Bayramov və E.Rəhimovla birlikdə sərhəd pozucusunun hərəkətini dayandırmaq və qarşısını kəsmək məqsədilə 20-ci sahəyə doğru hərəkət etmişdir. Saat 04:45 radələrində əsgər Sadiq Bayramov kolluqların içərisindən səs gəldiyini leytenant E. Rəhimova bildirmiş o, isə öz növbəsində ona və əsgər Sadiq Bayramova dayanıb maskalanaraq ərazini müşahidə altında saxlamaları barədə göstəriş vermişdir. Bu zaman kolluqların içərisindən bir nəfərin çay istiqamətinə doğru qaçdığını müşahidə etmişdir. Leytenant E.Rəhimov həmin şəxsə “Dayan” çağırış komandası vermişdir. Həmin şəxs isə “dayan” komandasına məhəl qoymayaraq qaçmağa davam etmişdir. Bundan sonra leytenant E.Rəhimov havaya xəbərdarlıq atəşi açmışdır. O, xəbərdarlıq atəşi açdıqdan sonra qaçan şəxsin yamacdan yıxıldığını və qalxaraq yenidən qaçmağa başladığını görmüşdür. Lakin ondan sonra onun hansı istiqamətdə qaçdığını müəyyən edə bilməmişlər. Bundan sonra apardıqları axtarışlar zamanı qaçan şəxsin yerini müəyyən etmək və onu saxlamaq mümkün olmamışdır. Sonradan həmin şəxsin meşə ərazisində saxlanıldığını eşitmişdir. Həmin şəxs qaçarkən isə onun əlində, belində çanta olması yadında qalmamış, qaçarkən isə heçnə atmamışdır. Həmin vaxt hava biraz işıqlanmışdı, təqib zamanı aralarında isə təxminən 10-15 metr məsafələri olub. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 01 iyun 2022-ci ildə dövlət sərhədi pozulmuşdu. Təqsirləndirilən şəxs 04 iyun 2022-ci ildə saxlamışlar. Həmin vaxt özü də hərbiçilərlə birlikdə olmuş, onu sərhəd komendaturasına gətirmişlər. 13-cü sərhəd zastavasının 17, 18, 20-ci sahələrində baxışda hal şahidi kimi iştirak etmişdir. Sərhəddən təxminən 30-40 metr kolların arasından çanta tapmışdılar. Həmin çantanı komendaturaya gətirib içərisinə baxış keçirildikdə müxtəlif növ narkotiklər, iki ədəd telefon, biri samsung markalı, digər nokia markalı, bir ədəd bıçaq, bir ədəd də binokl aşkar edilmişdi. Baxışda İmaməliyevin özü də iştirak etmişdir. Həmin çantanı İrandan gətirdiyini etiraf etmişdir. Orada İmaməliyevə heç bir təsir və ya təzyiq edildiyinin şahidi olmamışdır. Onun saxlanılıb gətirilməsində də iştirak etmişdir, həmin vaxt İmaməliyev demişdir ki, bura evdən inək axtarmaq üçün gəlmişdir. Lakin həmin əraziyə inək gedə bilməzdi, çünki kəndlə meşə ərazisi arasında uzun asfalt yol var. Özü xx.xx.2022-ci ildə sərhədin pozulduğu yerdə olmuş, oranı görmüşdür. İmaməliyev isə meşə ərazisində saxlanılıb, orada kənd və ya ev olmayıb. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə 12-ci SZ- nın sol cinahı, 17 və 18-ci sahəsində dövlət sərhədinin pozulması ilə bağlı 12 və 13-cü sərhəd zastavasının xidməti ərazisi və arxa istiqamətində kəşfiyyat- axtarış fəaliyyəti həyata keçirilmişdir. DS-ni pozmuş şəxsin tapılması istiqamətində o da öz növbəsində üç gün ərzində əməliyyat-axtarış fəaliyyətini həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdə ona gecənin birinci yarısında 13-cü SZ-nın arxa istiqamətində, meşəlik ərazidə bir nəfərin özünü şübhəli şəxs qismində aparması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, gizir R.Sariyev və gizir B.Talıbov ilə birlikdə məlumat aldıqları istiqamətə doğru hərəkət etmiş və həmin ərazidə bir nəfəri şübhəli şəxs qismində saxlayaraq filtirasiya tədbirləri həyata keçirmək üçün hərbi hissənin 14-cü sərhəd zastavasına gətirmişlər. Lakin, ərazinin qaranlıq olması səbəbindən ərazidə axtarış apara bilməmişdir. Şəxsi gecə saat 2-3 radələrində saxlamışlar, Hirkan Milli Parkının ərazisi Nurişdəri deyilən yerdə. Şəxsin saxlanıldığı yerlə sərhəd pozuntusunun olduğu yer arasında təxminən ***-**** metr məsafə olub. Şəxs saxlanılarkən üzü bədəni cızıq-cızıq olmuş, çoxlu sayda sıyrıqları olmuşdur, onlardan su istəmiş, daha sonra şəxsiyyətini müəyyən etmişlər, şəxs isə həmin yerə heyvan axtarmaq məqsədilə getdiyini bildirib. Daha sonra onu zastavaya gətirmişlər, yemək vermişlər, söhbət etmişlər, orada da həmin əraziyə heyvan axtarmaq məqsədilə gəldiyini bildirmişdir. Bundan sonra ərazidə onun iştirakı ilə axtarış aparılmış, saxlanıldığı yerdən təxminən 30 metr kənarda narkotik vasitələrlə dolu çanta aşkar edilmişdir. Həmin çantada irili-xırdalı narkotik bükümləri, trubka, binokul, ov bıçağı və telefon olmuşdur. Bundan sonra şəxs etiraf edərək, səhv etdiyini bildirib, şəxsən ondan kömək istəmiş, İİR-ə keçib orada da bir gün qaldığını bildirmişdir. Həmin şəxsin telefon yazışmaların görmüş, orada o, qardaşı və birdə hansısa qadınla danışmış, telefonda ona ərazinin bağlı olduğunu, gəlsən saxlanacağını bildirmişlər, şəxs isə öz şəkillərini göndərmişdi ki, təqib edilir. Həmin telefon isə tərəfindən təhqiqatçıya təhvil verilib. Ona qarşı heç bir təzyiq və təsir edilməyib, saxlanılarkən şəxsin halı özündə olmayıb, günlərlə ac meşəlik ərazidə qalıb, saxlanılarkən danışacaq vəziyyətdə belə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs Gündüz onun oğludur. Hadisə vaxtı özü Sankt-Peterburq şəhərində olmuşdur. Oğlunda idmanla əlaqədar travma olub bir-iki dəfə evdən çıxıb meşəyə gedib, özü gedib onu evə gətirmişdir. Lakin evdə olmayanda oğlu yenə mübahisə edib, evdən çıxıb getmişdir. Bu barədə isə bir həftə sonra ona məlumat vermişlər. Oğlu tutulduqdan sonra bir dəfə onunla BİT-də görüşmüşdür. Həmin vaxt oğlu deyilənlərin yalan olduğunu, sərhədçilər tərəfindən döyüldüyünü bildirmişdir. Eyni zamanda meşədə sərhədə yaxın yerdə ona bir oğlanın su verdiyini də bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, oğlu Gündüz evdə arvadıyla mübahisə edib 01 iyun tarixində evdən çıxıb getmişdir. Lakin həmin gün ona tapa bilməmişlər. 3 gün sonra Bakıdan zəng vurub demişdilər ki, oğlunu tutublar. Oğlu əvvəllərdə evdən çıxıb gedib, lakin atası gedib onu tapıb gətirmişdir. Onun başında travması olub. Həmin itdiyi vaxt isə oğlu arvadı ilə telefonda danışıb demişdir ki, onu tapsınlar. Özlərinə məxsus heyvanları var, həmin gün heyvanlarından bir buzov itmiş, lakin tapa bilməmişlər. Oğlu itdiyi vaxt heç kimə bu barədə müraciət etməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, təxminən 30 may 2022-ci il tarixində əri Gündüz ilə mübahisələri olmuşdur. Əvvəllərdə əri dəfələrlə evdən çıxıb getmiş, qayınatası isə gedib gətirmişdir. 30 may 2022-ci ildə də evdən çıxıb getmiş, lakin geri qayıtmamış, üç-dörd gün sonra isə xəbər çıxmışdır ki, onu tutublar. Bu barədə Gündüzün özü qardaşına zəng vurub bildirmişdir. Daha sonra bir-iki gün sonra qardaşına yığıb deyib ki, onu şərləyiblər. Gündüz itdiyi dövrdə ona zəng vurmayıb, onunla danışmayıb. Özlərinə məxsus mal-qara, başqa heyvan saxlamırlar, onların heyvanları yoxdur. İtdiyi dövrdə yalnız qardaşı ilə danışıb, qardaşı isə bu barədə ona heçnə deməyib. Gündüzün itgin düşməyi ilə bağlı isə heç yerə müraciət etməmişlər. Daha sonra verilmiş sualları cavablandırarkən isə əri Təqsirləndirilən şəxslə onun meşəlik ərazidə olduğu dövrdə mobil telefonda danışdığını, ona konumlar göndərdiyini, tapmaq istədiyini, lakin digər danışıqlarını isə xatırlamadığını bildirmişdir. İş materiallarında olan Əməliyyat-Axtarış şöbəsinin rəisi Seymur Xəlilovun xx.xx.2022-ci il tarixli N nömrəli hərbi hissənin komandiri Xalid Əliyevə ünvanladığı “Raport”undan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində bir nəfər şübhəli şəxsin 13-cü sərhəd zastavasının arxa hüdudunda yerləşən meşə massivində olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2022-ci il tarixdə saat 00:05 radələrində 13-cü SZ-nın 1-ci sahəsinin arxa hüdudunda, 137 nömrəli sərhəd nişanından təxminən 200 metr sola, dövlət sərhəd xəttindən təxminən 2 km aralıda yerləşən meşə massivindən bir nəfər şübhəli şəxs qismində saxlanılmışdır. Saxlanılan şəxsin Təqsirləndirilən şəxs olması müəyyənləşdirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs saxlanıldığı istiqamətdə yerləşən hərəkət marşurutları üzrə aparılmış axtarış tədbirləri zamanı xx.xx.2022-ci il tarixdə saat 13:15 radələrində “Axtarış qrupu” sərhəd naryadı tərəfindən şəxsin saxlanıldığı ərazidən 30 metr aralı məsafədə kolluqların altında gizlədilmiş şəkildə bir ədəd bel çantası aşkar olunmuşdur. (c 1, i.v 5) İş materiallarında olan 04 iyun 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə saat 00:40-da inzibati qaydada tutulmuşdur. (c 1, i.v 8) İş materiallarında olan 04 iyun 2022-ci il tarixli şübhəli əşyanın aşkar edildiyi əraziyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, N nömrəli hərbi hissənin 13-cü sərhəd zastavasının 1-ci sahəsinin arxa hüdudlarında, dövlət sərhəd xəttindən 2 km aralı məsafədə meşə massivində Təqsirləndirilən şəxs saxlanıldığı ərazidən 30 metr aralı məsafədə 01 ədəd bel çantası aşkar edilərək götürülmüşdür. (c 1, i.v 13-14) İş materiallarında olan 04 iyun 2022-ci il tarixli aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında protokoldan görünür ki, N nömrəli hərbi hissənin 13-cü sərhəd zastavasının 1-ci sahəsinin arxa hüdudlarında, dövlət sərhəd xəttindən 2 km aralı məsafədə meşə massivində Təqsirləndirilən şəxs saxlanıldığı ərazidən 30 metr aralı məsafədə aşkar olunaraq götürülmüş 01 ədəd bel çantasının içərisində qablaqdırılmış halda ümumi çəkisi 08 kq 225 qram olmaqla 02 kq 435 qram heroin, 02 kq 405 qram marixuana, 02 kq 55 qram tiryəkə oxşar narkotik vasitələr, eyni zamanda 01 kq 330 qram metamfetamin, 996 ədəd üzərinə metadon 40 sözləri yazılmış psixotrop dərmanlar, 01 ədəd ov bıçağı, 01 ədəd binokol və 02 ədəd mobil telefon olması müəyyən edilmişdir. (c 1, i.v 15-16) İş materiallarında olan 04 iyun 2022-ci il tarixli dövlət sərhədinin pozulduğu əraziyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədini pozduğu ərazi 12-ci sərhəd zastavasının 18-ci sahəsidir. Qeyd olunan sahədə 2 və 3-cü məftillərin birləşməsi, həmçinin köməkçi NİZ-də 2 ədəd, MTÇ-nin alt hissəsində isə 1 ədəd ayaq izinin olması aşkar olunmuşdur. (c 1, i.v 17-28) İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 05 iyun 2022-ci il tarixli 7/580 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş karton qutuda bel çantasının içərisində açıq yaşıl rəngli torbada skoçla bağlanmış 04 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 510,0 qram, 540,0 qram, 600,0 qram, 600,0 qram, bir ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 7,440 qram, iki ədəd sarı rəngli sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 4,862 qram və 3,965 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 2266,267 qramdır (2 kq 266,267 qram). Cəmi tədqiqata sərf edildi 0,35 qram, qalıq 2265,917 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat təşkil edir. (c 1, i.v 53-55) İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 05 iyun 2022-ci il tarixli 6/3171 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “2004 №-li Hərbi Hissə Liter Q” dairəvi möhür əksi olan bir ədəd karton qutuda olan bir ədəd yaşıl rəngli çantada 05 ədəd bağlamada ayrıayrılıqda təmiz çəkisi 395,0 qram, 230,0 qram, 610,0 qram, 815,0 qram, 100,0 qram ümumi təmiz çəkisi 2150,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1040,0 qram, 1000,0 qram ümumi təmiz çəkisi 2040,0 qram qəhvəyi rəngli spesifik tiryək iyli, qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Digər dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 505,0 qram, 400,0 qram, 311,0 qram, 80,0 qram ümumi təmiz çəkisi 1296,0 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunmuş ümumi sayı 996 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 39,84 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Heroinin təmiz çəkisi 2150,0 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 2149,8 qram, tiryəkin ümumi təmiz çəkisi 2040,0 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 2039,9 qram, metamfetaminin ümumi təmiz çəkisi 1296,0 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 1295,8 qram, metadon həblərinin sayı 996 ədəd, tədqiqata sərf edildi 20 ədəd, qalıq 976 ədəd. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. (c 1, i.v 57-61) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 64) İş materiallarında olan 06 iyun 2022-ci il tarixli fotoşəkillər üzrə tanınma protokolundan görünür ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirdiyi bağlamanı tanımışdır. (c 1, i.v 93-97) İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)- 204/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 iyun 2022-ci ildən hesablanmışdır. (c 1, i.v 108- 111) İş materiallarında olan 07 iyun 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, külli miqdarda 2149,8 qram heroin, 2039,9 qram tiryək, 976 həb metadon, 2265,917 qram qurudulmuş marixuana və külli miqdarda psixotrop maddə 1295,8 qram metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (c 1, i.v 138-139) İş materiallarında olan Astara RİHB-nın Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, ailə tərkibi arvadı, 2018-ci il təvəllüdlü, 2022-ci il təvəllüdlü uşaqlarından ibarətdir. Nümayəndəlikdə yaşadığı müddətdə özünü nümunəvi davranışla aparmağa səy göstərmişdir. (c 1, i.v 147-149) İş materiallarında olan Azerfon MMC tərəfindən xx.xx.2022-ci ildə verilmiş cavab məktubuna əlavə edilmiş CD diskdə olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********* mobil nömrəsi xx.xx.2022-ci il saat 20:54:09-dək aktiv olmuş, müxtəlif mobil telefon nömrələri ilə danışıqlar aparılmışdır. (c 1, i.v 192) İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1, 228.4, 234.1-ci maddələri ilə təqsirli bilinərək 2500 manat cərimə və 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə bağlı cəza çəkmə müəəssisəsindən azad edilmişdir. (c 1, i.v 195-200) İş materiallarında olan Məhkəmə ballistik ekspertizasının 23 noyabr 2022-ci il tarixli 3/1633 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kesici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. (c 1, i.v 247-250) İş materiallarında olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, cinayət işi üzrə aşkar edilərək götürülmüş soyuq silah hesab edilən 01 ədəd ov bıçağı və 01 ədəd binokul maddi sübut kimi tanınmış və İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerinə verilmişdir. (c 2, i.v 1-2) İş materiallarında olan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 2374 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməli barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (c 2, i.v 41-44) İş materiallarında olan Narkoloji Mərkəzin xx.xx.2022-ci il tarixli 4655 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c 2, i.v 45-46) İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işi ayrılmışdır. (c 2, i.v 62-63) İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı sağ diz nahiyəsində yumşaq toxumaların əziyi, hər iki baldırın arxa səthinin arxa səthində üzəri qətməkli yara müşahidə olunmuşdur. (c 3, i.v 64-69) İş materiallarında olan məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs istifadəsində olmuş Nokia və Samsung markalı mobil telefonlar məhkəməyə təqdim edilmişdir. (c 3, i.v 74) İş materiallarında olan məhkəmənin sorğusu əsasında Astara Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 2500 manat cərimə cəzasının icrası ilə əlaqədar ilkin icra tədbirləri zamanı məhkumun əmlak vəziyyəti yoxlanılmış, lakin görülümüş tədbirlər nəticə verməmişdir. xx.xx.2018-ci il tarixdə məhkumun Bakı İstintaq Təcridxanasında olması müəyyən olunmuş və hökm icra olunması üçün xx.xx.2018-ci il tarixdə aidiyyatı üzrə göndərilmişdir. (c 3, i.v 92) İş materiallarında olan məhkəmənin sorğusu əsasında 15 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan və ona əlavə edilmiş məktubdan görünür ki, 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmiş Təqsirləndirilən şəxs barəsində Astara Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2500 manat cərimə cəzası barədə Astara Rayon İcra və Probasiya Şöbəsinə xx/xx-2011 saylı xx.xx.2020-ci il tarixli məktubla məlumat verilib. (c 3, i.v 93-94) İş materiallarında olan hadisə vaxtı Təqsirləndirilən şəxs istifadəsində olmuş Samsung markalı mobil telefonun “Qalereya” qovluğunda olan “whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılmış sms yazışmalarının və göndərilmiş fotoşəkillərin ekran görüntülərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxslə hadisə günləri qarşılıqlı olaraq olduğu yerin konumları, özünə məxsus fotoşəkillər (yaralı vəziyyətdə) və olduğu ərazidən onun çıxarılmasına dair çoxsaylı sms yazışmaları aşkar edilmişdir. (c 3, i.v 95-146) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: hadisə günü evdə ailə daxili münaqişəsi olduğundan, sakitləşmək üçün Ərçivan meşəsinə getmiş, psixi pozuntuları da olduğu üçün getdiyi yeri müəyyən edə bilməmiş, həmin vaxt gedib Sərək meşəsinə çıxmış, orda iki-üç əsgər görmüş, əsgərlər ona dayan komandası verdikdə qorxub qaçmış, qaçarkən isə dərəyə yıxılmış, orada huşunu itirmiş, daha sonra isə əsgərlər onu saxlayıb əvvəlcə 14-cü zastavaya aparıb, orada işgəncələr edib, yoldaşını da bu işə qatacaqları ilə hədələyib narkotiki üstünə götürməsini tələb ediblər, Bakıda isə müstəntiq ona ailəsi ilə hədə-qorxu gələrək, sənədləri imzalatmışdır. Təqsirlərdirilən şəxsin irəli sürdüyü fiziki təzyiqlərə, pis rəftara və təhdidlərə məruz qalması ilə bağlı dəlillərinə məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs saxlanılarkən hərbiçilər tərəfindən fiziki təzyiqə, pis rəftara və təhdidlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin fiziki təzyiq, pis rəftar və təhdidlər edilməklə alındığını bildirmişdir. Təqsirləndirilən şəxs hərbiçilər tərəfindən fiziki təzyiqə, pis rəftara və təhdidlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs doqquz aydan artıq müddət ərzində aparılmış ibtidai araşdırma zamanı fiziki təzyiqlərə təhdidlərə və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs onun saxlanılmasında iştirak etmiş hərbi qulluqçular da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, saxlanılarkən İmaməliyevin üzü və bədəninin cızıq-cızıq, çoxlu sayda sıyrıqlarının olduğunu, halının özündə olmadığını, günlərlə ac meşəlik ərazidə qaldığını bildirmişlər. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq, pis rəftar və təhdid nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra hərbi qulluqçular tərəfindən fiziki təzyiqə, pis rəftara və təhdidlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına təhvil verilərkən və orada tibbi müayinədən keçirilərkən onun üzərində bir neçə xəsarət (sağ diz nahiyəsində yumşaq toxumaların əziyi, hər iki baldırın arxa səthinin arxa səthində üzəri qətməkli yara) aşkar edilsə də, qeyd edilən xəsarətlərin dövlət sərhəd xidmənin əməkdaşları tərəfindən tutulduqdan sonra məhz hərbi qulluqçular tərəfindən ona yetirilməsi müəyyən edilmir. Təqsirləndirilən şəxs tərəfindən “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxslə (arvadı Aysu İmaməliyeva) saxlanılmamışdan əvvələ aid telefon danışıqlarından görünür ki, Təqsirləndirilən şəxs həmin göstərilən xəsarətləri hələ dövlət sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl almışdır. Həmin sms yazışmalarından açıq aydın görünür ki; “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxsin “Ayagn necedi”, “Ayagıvı basa bilirsen yere” sualına cavab olaraq Təqsirləndirilən şəxs: Agrayir, Maz vordum, daha sonra sağ ayağının şəkilini çəkib göndərir, Bele axsayiram, Maz vorram serinlewdirir, Ele ederem ki, Sagalsin gel8m kimi cavablar yazır. Eyni zamanda bu halla bağlı təqsirləndirilən şəxsin saxlanılmasında iştirak etmiş hərbi qulluqçular da məhkəmədə dindirilərkən ifadələrində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən onun üzü və bədəninin cızıq-cızıq, çoxlu sayda sıyrıqlarının olduğunu, halının özündə olmadığını, günlərlə ac meşəlik ərazidə qaldığını bildirmişlər. Şahidlərin bu ifadələri həm də Təqsirləndirilən şəxs tərəfindən “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxslə saxlanılmamışdan əvvələ aid telefon danışıqlarında sonuncuya göndərdiyi və özünün həmin vaxtda olan vəziyyətini əks etdirən fotoşəkilləri ilə tam təsdiq edilir. Həmin fotoşəkillərdən açıq aydın görünür ki, Təqsirləndirilən şəxs (fotolarda yalnız üzünün şəkilləri çəkilib) üzündə dilində çoxsaylı cızıq və sıyrıq xəsarətləri vardır. Qeyd edilənlər isə təqsirləndirilən şəxsin iddia etdiyi dövlət sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılarkən və hərbi hissədə olarkən ona fiziki təzyiqlər, təhdidlər, pis rəftar edilməsi hallarını bir daha təkzib edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra fiziki təzyiqə, pis rəftara, təhdidlərə məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, hadisə günü evdə ailə daxili münaqişəsi olduğundan, sakitləşmək üçün Ərçivan meşəsinə getməsi, psixi pozuntuları da olduğu üçün getdiyi yeri müəyyən edə bilməməsi, həmin vaxt gedib Sərək meşəsinə çıxması, həmin yerdən İİR sərhədinə qədər təxminən 10 km məsafə olması, İİR isə keçməməsi, onda heç bir bağlamanın olmaması, orda iki-üç əsgər görməsi, əsgərlər ona dayan komandası verdikdə qorxub qaçması, qaçarkən isə dərəyə yıxılıb, orada huşunu itirməsi, sonra isə əsgərlər tərəfindən saxlanılıb, içərisində narkotik vasitələr və soyuq silah olan bağlamanın onun üzərinə qoyulması, daha sonra ona fiziki təzyiqlər, təhdidlər, pis rəftar edilməsi və nəticədə rəsmiləşdirilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqları məlumatları habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə 05 iyun 2022-ci ildə şübhəli (cild İ – i.v. 76-78) və 06 iyun 2022-ci ildə təqsirləndirilən (cild İ – i.v. 89-91) şəxs qismində verdiyi ifadələrində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində təqsirləndirilən şəxs 30 may 2022-ci il tarixdə tanımadığı İran nömrəsindən ona zəng gəldiyini, həmin şəxsin Astara rayonu Alaşa kəndinə gəlib oradan İrana sərhədinə tərəf getməsi, onu orada bir nəfər şəxsin qarşılaması, içərisində narkotik olan bağlama verməsi, o da həmin bağlamanı götürüb Astara tərəfə gəlib və orada onu bir nəfər şəxsin qarşılayaraq, bağlamanı həmin şəxsə verməsi, bu edəcəklərinin qarşılığında 1500 manat pul vəd etməsi barədə təklifi ilə razılaşıb, həmin şəxsin ona sərhədə tərəf gələcəyi yerin konumunu atmasından sonra xx.xx.2022-ci il tarixdə gecə saatlarında qeyd olunan yerə getməsi, lakin iranlının ona konum atdığı yerə gedəndə bir ədəd torba görüb, həmin torbanı götürüb geri qayıdan zaman ayağının sürüşüb dərəyə yıxılması və huşunu itirməsini fikrincə 2 gün orada qalmasını, 03 iyun 2022-ci il tarixdə ərazidə olan zaman ayılaraq əlindəki bağlamanı kənara atmasını, həmin gün sərhədçilər tərəfindən saxlanılmasını və onda olan bağlamanın yaxın ərazidən aşkar edilərək götürülməsini bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bundan başqa o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən hərbi qulluqçular tərəfindən fiziki təzyiqə, pis rəftara və hədə-qorxuya məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, telefon danışıqları məlumatları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində İİR-də olan digər şəxslə qabaqcadan razılaşaraq xx.xx.2022-ci il tarixdə gecə saatlarında qeyd sonuncunun ona göndərdiyi konumda göstərilən yerə (Astara rayonu, Alaşa kəndində İİR sərhədinə) getməsini, oradan bir ədəd torba görüb, həmin torbanı götürüb geri qayıtdığını, qayıdan zaman ayağının sürüşüb dərəyə yıxılmasını və huşunu itirməsini fikrincə 2 gün orada qalmasını, 03 iyun 2022-ci il tarixdə ərazidə olan zaman ayılaraq əlindəki bağlamanı kənara atmasını, həmin gün sərhədçilər tərəfindən saxlanılmasını və onda olan bağlamanın yaxın ərazidən aşkar edilərək götürülməsini bildirmişdir. Bu ifadələrin təhlili göstərir ki, Təqsirləndirilən şəxs digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənar İİR ərazisinə keçməklə satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni, soyuq silah hesab edilən, ümumi təyinatlı ov bıcağını qanunsuz olaraq əldə etmiş, saxlamış və Azərbaycan Respublikasına daşımış, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddənin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmişdir. Belə ki, həm cinayət işinin materialları əsasında, həm də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxs digər şəxslə cinayət əlaqəsinə girərək, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənar İİR istiqamətə keçməklə orada digər şəxs tərəfindən gətirilmiş külli miqdarda narkotik vasitələri və psixotrop maddəni, eləcədə soyuq silahı əldə edib, saxlaması və daşıması ilə, faktiki olaraq isə həmin vasitələr, maddə və soyuq silah ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdəsinə götürmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin qeyd edilən etirafedici ifadələri iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, eləcə də hadisə vaxtı Təqsirləndirilən şəxs istifadəsində olmuş Samsung markalı mobil telefonun “Qalereya” qovluğunda olan “whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılmış sms yazışmaları və göndərilmiş fotoşəkillərlə də tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxslə (arvadı Aysu İmaməliyeva) hadisə günləri 01 iyun 2022-02 iyun 2022-ci il tarixlərində qarşılıqlı olaraq olduğu yerin məlumatlarını göndərən konumlar, özünün həmin vaxt yaralı və halsız olmasını əks etdirən fotoşəkillər, ərazidən çıxmağa çalışması üçün köməklik istəməsinə dair çoxsaylı sms yazışmaları və fotoşəkillərdən görünür ki, 02 iyun 2022-ci il (09:16-dan başlayaraq) “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs Təqsirləndirilən şəxs google map proqramı vasitəsilə konum göndərir, eyni zamanda Təqsirləndirilən şəxs qarşılıqlı olaraq həmin nömrəyə olduğu yerin konumunu göndərir, daha sonra “Ha xos”, “Amile de internet”, “Zeifdi”, “Zeng edirdi mene”, “Menim yerimi de mene”, “S9ram.amili”, “Gonder meni gotursun”, “C9x pisem” məzmunlu smslər yazır, həmin nömrədən isə “Sen mesedesen isti su yaxindi sene”, “google map proqramı vasitəsilə konum göndərilir altında isə Bax dagın ustundesen dagı duz getsen yol cixir”, “Amil dedi kimle gelim onun daliyca”, “Yeni kimse bilmesin” məzmunlu smslər yazır, daha sonra Təqsirləndirilən şəxs: “Ramile”, “Yaxwi yerdi”, “Allah seni sevindirsin xos”, “Men.awagi duwsem.bordan yaxwi olar d7zdu”, “Gene menim askosum”, “Askosumdan bawka yalandi”, “And ola Allaha ele ona gorede zaryatka saxlamiwdim”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “Hele baxm pesili oyadmaq olur”, Təqsirləndirilən şəxs: özünün meşəlik ərazidəki şəkilini çəkib göndərir, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “Sen konum uste bas”, “Orda yol tarifine”, “Menim atdigim konum”, Təqsirləndirilən şəxs: meşəlik ərazinin şəkilini göndərir və yazır “Boedan awagiya duwec3m”, “Ok”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “Bu ramilin masinin acari itib”, “Neyle gelsin”, “Masin var amma her masinla gelmek olmaz”, “Neyle gelsin meslehet ver”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “Roslan zad ferq etmez”, “Birde”, “Sen bax de mene”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “Yaxşi”, Təqsirləndirilən şəxs: “Mende g3c iwleyir”, “Amilin yanina awagi duwmeliyem he birde ne var orda”, “Hamisini de”, “Bi qeder ezyet cekm8wem”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “sene konum atmişama ona bas yol”, Təqsirləndirilən şəxs: “Yqwi”, “Birde”, “Amil roslana desin gezmeye”, İstisi terefe”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “Men telefonumu verirem amile”, “Konumla gelsin”, “Tuniyle yazaram”, Təqsirləndirilən şəxs: “Ela xos”, “Duzet gelsin”, “Haz8r”, “Catanda tunuye yasin”, “Men awagi duwmeliyem”, “Tuninin nomresi ile yaz mene”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “Sen biraz qabaga gedib”, “Asagi suvas yoluna dusmelisen”, Təqsirləndirilən şəxs: “Yeni oldugum yerden awagi duwmeliyem duzsu”, “Oralar sak8cil8ydi”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “Sakitciliyi bilmirem amma ele gosterir”, “Gerek birazda qabaga gedib asaqi suvaş yoluna dusmelisen”, “Yoldada o kucuyler olsa ora gelmek cetin olar”, “Tezden konum at mene”, Təqsirləndirilən şəxs: google map proqramı vasitəsilə konum göndərilir və “Atdim”, “Sen telefonu vermeam Amile”, “Bes”, “Xos Amile de cox eytiyatli”, “Olsun”, “Men cixan kimi”, “Meni”, “Gotursun”, “Meni bawa sal”, “Awagiya”, “Teref duwmeliyem”, “Yolcu”, “Yolunda gerey”, “Doa ele xos”, “En cetin merheleri kecm8wem”, “Silahdan bele aylin cani atiblar 5 dene bir 3 dene bir”, “Allah saxlayib”, “İndi men duwurem priwdignan awagi”, “Amil cix8b”, “Amip cix8b”, “Doa ele Allah var 8neallah”, “İnwall”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “Sen amile teztez konum atasan amilede gostermişem atsin sene və google map proqramı vasitəsilə konum göndərilir”, “Bax gerek duz gedesenki alaşaya cxasan bidene sene bu yaxindi”, “Sen qaldigin yerde istisuyu axdar xeritede bax nece saatliq yoldu sene”, Təqsirləndirilən şəxs: səsli smslər göndərir, “Birden set geder”, “Bilesen men uzu awagi duwurem”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “Cxdı amil”, “Gerek mende gelseydim konumdan 1 dene menim başm cxr”, Təqsirləndirilən şəxs: “Amilde konumla gelmir”, “Bawa sala bilmedim”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “Gelim men”, “Amile deyim gotursun meni”, “Bele yovanarsiz”, Təqsirləndirilən şəxs: “Xos men duwdum awagi” “Saga donmeliyem” “De am8ke”, “Gotursun senide”, “O bilmirse niye gel8r”, “Sen konumdan istifade elemirsen və google map proqramı vasitəsilə konumlar göndərilir”, “Halhazirda bordayam”, “Men bordan saga getmwliyemde duzdu”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “Mene gore birazda doz nolar”, “Konum at hele mene”, “Bura at”, “Amil getdide uke” “J”, Təqsirləndirilən şəxs: google map proqramı vasitəsilə konum göndərir və “Bona bax meni bawa sal”, “Amile de cixan kimi gotursun”, Yaxwixos”, google map proqramı vasitəsilə konum göndərir və “İndi bordayam”, “Mene bawa sal hara cix8m”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “Menim atigim konuma bas orda yol tarifine gir sene qsa yollari gosterer”, “Bele ne o gele bilir nede sen”, “Sen xeritede axdar isti sunu veya alaşani o yolnan gel bele yoxsa caşarsan”, Təqsirləndirilən şəxs: google map proqramı vasitəsilə konum göndərir və “Aysu bax buna”, “Bona bax meni bawa sal”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “Baxdim”, “Sen xeriteve yaz hele suvi”, “Bax ne gelir”, “Elimde plsa ozum qaca qaca gelerem ureyim partayr menim”, Hec suyun zadn yoxdu senin”, “Ustunde ves zadda var amil dedi it buraxsalar meşeye pis olar”, “Amil dedi her nedise ustune sidik toksun assin ciynine”, Təqsirləndirilən şəxs: google map proqramı vasitəsilə konum göndərir və “Xos bax men bordayam”, “Amilede”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “Gerek bir azda gedesen”, Təqsirləndirilən şəxs: “B8fene ayri mawin tutsun sen8de gotursun gelin”, “Ha terefemeni bawa sal”, “Menim vezyetim.cix pisdu”, “Amilnece qedr asamdi”, “Askosum”, “Meni bawA sal”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “Sen hirkan parka yaxnsan ora getme”, “Eliye bilsen konumda bidene yer axdar o yolnan get”, “Bele azarsan temiz”, Konumda yaz şuvi”, “Axdar şuvini”, Sen ancaq şuvi yaz o yolnan gel” və google map proqramı vasitəsilə konum göndərir, “Bax isare qoymusame o yere bas xeriteni uydu ele qpy dagi meseni gostersin sene”, Təqsirləndirilən şəxs: “Mene sen gerey deyesen ki nece gedim”, “İ di burda id8m bax və google map proqramı vasitəsilə konum göndərir”, “Borda bax mene”, “ De menim setim yoxdu”, “B8rde deyersen nece metirdi”, “Sen bawa sal meni”, “Xos”, “Yaxwi”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “Sef gedirsen”, “Getme”, “Sağla get duz get”, “Gele bilmir”. Təqsirləndirilən şəxs: “Ne deyirsen”, “Aysu”, Baw duwmedim”, Nece gedim və google map proqramı vasitəsilə konum göndərir”, “Bona bax de mwne”, “Mene”, “Aysu xayiw exirem”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “Butun yollar doludu”, “Hami tokulusub yollara”, Təqsirləndirilən şəxs: “Ayda”, “Meni bawa salmagdan”, “Onu biliremde”, “Xos”, “Aysu mene deki”, “Saga gedim”, “Ya solua”, Bax bo kunumdan və google map proqramı vasitəsilə konum göndərir”, “Bax boda k9numum”, “Birde xos”, “Saxlasalar deyin ne edek isti suya gedm8yek”, “9waglarida gotur”, “Yaxwi”, “Mencun su goturun bolagdan”, “Bir kanest8r”, “Aysu”, “Olurem”, “Bidende h8cab gotur”, “Uzu baglidan”, “Su gətirin və özünün fotoşəklini göndərir”, “Yaniram”, “Suszdan”, “Hardasiz”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “Sen gerek ancaq duz gedesen duz yolda alaşa cixir”, “Sebrde elesen gerek geceyle hereket olunsun”, “Yemekde suda goturmedin ozunle”, Təqsirləndirilən şəxs: “Gelmirsiz”, “Aysu”, “Ayda”, “Mende sizi gozdeyirem borda”, “Heqiqet3n men bedbextem”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: Men xeritede nece başa salim axı”, “Amil cxr ramill3”, “E”, “Ramil nen amil cxb”, “Ramile konum at sen”, “Gelirwm” “Mende”, “Gelirem”, “Birazda ayline gore doz”, “Gelirem”, Təqsirləndirilən şəxs: “Yaxwi”, “Askos”, “Hardasiz”, “Aysi”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “İranlida adam cxardir oterefe sebrli ol sen”, “Su Serxan hardan bildi senin orda olmagvi”, “Ramil deyir siz gelmeyin serxanla dedi gedirem”, “Bu bele nece olar axı”, Təqsirləndirilən şəxs: “ A xos men”, “Oldum”, “S3n ne daniwirsan”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “Benderserdesen sen iranli dedi baxdm konuma bendeserdedi o”, “Mende dedi oz qardasimla cxram”, Təqsirləndirilən şəxs: “Ne dwyirsene sen”, “Men”, “8ranlinin hayindayam”, “Gelirler”, “Ta tox”, “B8dene soz”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “Senin qabaginda bidene tepe var onu aşsan yol cxar qabagva”, Təqsirləndirilən şəxs: “Bes gelmir ramil gil”, “Kafydas8z soz”, “Ne dan8wirsiz”, “Ga deyis”, “Gelir”, “Gah deyis tepe”, “Su getirler”, “Su”, “Su”, “Su”, “Su”, “İcim”, “Olum”, “Sizuz”, “Olmeyin”, “N8ye meni bawa duwmuzuz”, “Sunu icim olum”, “And olsun Allaha ele vezyetdi”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “Gelir sene catir su zad verer sene birazda qabaga getirer seni”, “Gelirler”, Təqsirləndirilən şəxs: “D3 hardadi”, “Yoxdu”, “Axi”, “Aysu”, “Cagirdim”, “Yoxdular”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “Gelirler”, “Gelirler”, “Xus”, “Yalvariram sene birzda doz”, “Telde zaryatka saxla”, “Bacardigin qeder ramile konom at”, Təqsirləndirilən şəxs: “X9s”, “Ne oldu”, “Gelmedi”, “Nefesim”, “Kesilir”, “Nece kafir”, “Adamdilar və özünün fotoşəklini göndərir”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “İsti su yoluyla gelirler”, Təqsirləndirilən şəxs: “Cox qalib”, “Amime” “De suruwsun”, “Ne oldu”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “He getirir”, Təqsirləndirilən şəxs: “Hardadi”, “Amike”, “de suruwsun”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “Yol doludu odu gucle gelirler”, Təqsirləndirilən şəxs: “Olar hele gelmey isdeyoler nalayiq ifadələr işlədir”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “Gelirler”, “Zeng eledim”, “Dedi gedirik”, “Ayagla dusub gelirler”, “Suda goturub”, Təqsirləndirilən şəxs: “Sende meni aldad9san”, “Cox sag” “Ol”, “Bizi yaradan Allaha Aylin cani”, “Nefes”, “Gucle”, “Aliram”, “Nefesim”, “Kesilir”, “Yoxdular”, “Mende sondu”, “Uje”, “Daha”, “Getd”, “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs: “Tapa bilmirler”. Yuxarıda göstərilən Təqsirləndirilən şəxs və “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs (arvadı Aysu İmaməliyeva) arasında olan whatsapp sosial tətbiq vasitəsilə aparılmış danışıqlardan açıq aşkar görünür ki, hadisə baş verən günlərdə yəni, xx.xx.2022-xx.xx.2022-ci ildə mütəmadi olaraq Təqsirləndirilən şəxs arvadı Aysu İmaməliyeva arasında danışıqlar olmuşdur. Belə ki, həmin smslərdə Təqsirləndirilən şəxs qarşı tərəfə dəfələrlə Aysu deyə müraciət edir, eyni zamanda onların birgə nikahından olan Aylin adlı qızlarının adı çəkilir. Bu hal mübahisəsiz qaydada Təqsirləndirilən şəxs arvadı Aysu İmaməliyeva ilə saxlanılmamışdan əvvəl meşəlik ərazidə olduğu müddətdə danışıqlar aparmasını sübut edir. Eyni zamanda məhkəmə istintaqı zamanı həm Təqsirləndirilən şəxs, həm də şahid qismində dindirilmiş Aysu İmaməliyeva bu halı təsdiq etmişlər. Həmin danışıqlarda isə Təqsirləndirilən şəxs həqiqətən də ona qarşı irəli sürülmüş ittihamda göstərilənlərlə tam üst-üstə düşən hallar öz əksini tapır. Belə ki, yuxarıda qeyd edilmiş telefon danışıqları məlumatlarının təhlilindən görünür ki, Təqsirləndirilən şəxs meşəlik ərazidən çıxmaq üçün çoxsaylı şəkildə olduğu yerin, özünün şəkillərini və google map proqramı vasitəsilə qarşılıqlı konumlar göndərir, ona köməklik edilməsini, ərazidən çıxarılmasını, halsız olduğunu, taqətdən düşdüyünü, suya, qidaya ehtiyacı olduğunu, hətta arxasınca atəş açıldığını bildirir, qarşı tərəfdən isə arvadı Aysu İmaməliyeva isə onu olduğu ərazidən çıxarmaq üçün digər şəxsləri arxasınca göndərdiyini, hətta yolların dolu olduğunu, onu tapa bilmədiklərini, mütəmadi göndərdiyi konumlar vasitəsilə gedəcəyi yerləri istiqamətləndirir, hətta Təqsirləndirilən şəxs üzərində olan bağlamadan belə məlumatlı olaraq,( “Ustunde ves zadda var amil dedi it buraxsalar meşeye pis olar”, “Amil dedi her nedise ustune sidik toksun assin ciynine”) izini itirmək məqsədilə məsləhətlər verir, eyni zamanda iranlı şəxsdən ona məlumat verərək, həmin şəxsin də ona köməklik etmək məqsədilə adam çıxardığını (“İranlida adam cxardir oterefe sebrli ol sen”) bildirir, Təqsirləndirilən şəxs də öz növbəsində artıq çətin mərhələləri geri qoyduğunu (“En cetin merheleri kecm8wem”, “Silahdan bele aylin cani atiblar 5 dene bir 3 dene bir”, “Allah saxlayib”) bildirir. İşin real və təkzibedilməz hallarından biri də odur ki, məhkəmə tərkibi də xüsusilə bu faktı etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində külli miqdarda narkotik vasitələr və psixotrop maddə, eləcədə soyuq silah olan bel çantasından məlumatsız olması, həmin çantanın ona aidiyyətinin olmaması ilə bağlı irəli sürdüyü dəlillər, məhz Təqsirləndirilən şəxs saxlanılmamışdan əvvəl istifadəsində olmuş mobil telefonla “Qizim Menim” adlı mobil telefon nömrəsinin qeyd edildiyi şəxs, yəni arvadı Aysu İmaməliyevə göndərdiyi özünün həmin vaxt vəziyyəti və olduğu yeri əks etdirən fotoşəkillə tam təkzib edilir. Həmin fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs meşəlik ərazidə yerdə oturaraq sol əli ilə öz fotoşəklini çəkir, həmin fotoda isə onun sol ayağının yanında, məhz 04 iyun 2022-ci ildə şübhəli əşyanın aşkar edildiyi əraziyə baxış keçirilməsi zamanı aşkar edilmiş bel çantasının olması öz əksini tapır. (cild 3, i.v 95) Göründüyü kimi həmin fotoşəkil Təqsirləndirilən şəxs dövlət sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılmamışdan və həmin bel çantası ərazidən aşkar edilməmişdən əvvəl, meşəlik ərazidə olarkən artıq həmin bel çantasının onun üzərində olmasını mübahisəsiz qaydada sübut edir. Bu halla bağlı verilmiş sualları cavablandırarkən isə Təqsirləndirilən şəxs həmin fotoşəkili həqiqətən saxlanılmamışdan əvvəl arvadı Aysu İmaməliyevaya göndərdiyini təsdiq etmiş, lakin fotoşəkildə olan bel çantası ilə bağlı isə heç bir izah verə bilməmişdir. Ümumilikdə, isə göstərilən danışıqlardan aşkar surətdə aydın olur ki, Təqsirləndirilən şəxs həqiqətəndə İİR-də olan digər şəxslə əvvəlcədən danışaraq, sonuncunun təklifi ilə Astara rayonu ərazisində yerləşən 12-ci sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikasından İİR istiqamətində qəsdən qanunsuz olaraq keçmiş, həmin tarixdə digər şəxsdən bir ədəd bağlamada külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddə, eyni zamanda soyuq silah hesab edilən təyinatlı ov bıçağını əldə edib, saxlayıb daşıyaraq, 01 iyun 2022-ci il tarixdə saat 04 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənar, yəni N nömrəli hərbi hissənin Astara rayonu Armudlu kəndi ərazisində yerləşən 12-ci sərhəd zastavasının xidməti ərazisindən İİR-dən Azərbaycan Respublikası istiqamətində qəsdən qanunsuz olaraq keçmiş, lakin həmin vaxt dövlət sərhəd xidmətinin əməkdaşları ilə qarşılaşmış, ona dayan komandası verilib, havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhədçilərin dayan komandasına məhəl qoymadan onlardan qaçmağa müvəffəq olmuş, qaçarkən isə yamacdan da yıxılmış və sonradan qalxaraq yenidən qaçmış, nəticədə həmin vaxt sərhəd xidməti əməkdaşları onu saxlaya bilməmiş, lakin ərazi sərhədçilər tərəfindən tam bağlandığından, axtarışlar aparıldığından xx.xx.2022-ci ildən saxlanıldığı xx.xx.2022-ci ilədək meşəlik ərazidə qalmış, həmin günlərdə mütəmadi olaraq arvadı Aysu İmaməliyeva ilə telefon vasitəsilə danışıqlar aparmış, oradan çıxmağın yollarını axtarmışdır. Nəticədə isə 04 iyun 2022-ci il tarixdə saat 00:05 radələrində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonu ərazisində yerləşən 13-cü sərhəd zastavasının xidməti ərazisində Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən saxlanılmış, həmin tarixdə, saat 13 radələrində qeyd olunan külli miqdarda narkotik və psixotrop maddələr, 01 ədəd ov bıçağı bir ədəd bel çantasında həmin ərazidə aşkar edilərək götürülmüşdür. Odur ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatlar həm də yuxarıda qeyd edilmiş təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefondan aşkar edilmiş danışıqlar olan tam neytral sübutla da təkzib edilir. Bundan başqa Təqsirləndirilən şəxs evdə mübahisə edərək, evi tərk edib getməsi, daha sonra ondan məlumat almamaları barədə xüsusatla əlaqədar istər təqsirləndirilən şəxsin, istərsə də, onun ailə üzvləri və yaxın qohumları olan şahidlərin X3, X1 və X2 göstərdikləri xüsusatlara məhkəmə tənqidi yanaşır və hesab edir ki, bu xüsusatlar təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq xarakteri daşıyır. Əvvəla şahid qismində dindirilərkən təqsirləndirilən şəxsin anası Məhbubə İmaməliyeva həmin itdiyi vaxt oğlunun arvadı ilə telefonda danışıb onu tapmasını dediyini bildirmiş, lakin arvadı Aysu İmaməliyeva isə ifadəsində Gündüzün itdiyi dövrdə ona zəng vurmadığını, onunla danışmadığını, itdiyi dövrdə yalnız qardaşı ilə danışdığını, qardaşı isə bu barədə ona heçnə demədiyini, daha sonra isə verilmiş sualları cavablandırarkən əri Təqsirləndirilən şəxslə danışdığını konumlar göndərdiyini bildirmişdir. Göründüyü şahidlər bir-birini təkzib edən, ziddiyyətli ifadələr vermiş, eyni zamanda onların həmin ifadələri də yuxarıda qeyd edilmiş təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefondan aşkar edilmiş danışıqlarla da tam təkzib edilmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı itgin düşməsi barədə ailə üzvləri tərəfindən onun tapılması üçün hüquq-mühafizə orqanlarına müraciət etməmələri də özü – özlüyündə Təqsirləndirilən şəxs həmin ərəfələrdə ailə üzvləri ilə əlaqə saxlamasını, onların Təqsirləndirilən şəxs olduğu yer barədə məlumatlı olmasını təsdiq edir. Məhkəmə təqsirləndirilən şəxsin icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun digər şəxslə cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdiyi şəxslə mobil telefon vasitəsi ilə razılıq əldə etməsini, cinayət əlaqəsinə girdiyi şəxsin Astara rayonu Alaşa kəndinə gəlib oradan İran sərhədinə tərəf gedib, bir nəfər şəxs tərəfindən qarşılanıb, içərisində narkotik və soyuq silah olan bağlamanın verilməsi, o həmin bağlamanı götürüb yenidən Astara tərəfə gəlib, orada onu bir nəfər şəxsin qarşılayıb və bağlamanı həmin şəxsə verəcəyi, bu edəcəkləri qarşılığında 1500 manat pul vəd edilməsi, cinayət əlaqəsinə girdiyi şəxsin niyyətinin ölkə ərazisində külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddənin satışını həyata keçirmək olmasını, ən əsası isə təqsirləndirilən şəxsin həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxsin məqsədinin külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddənin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdi onun cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu başqa şəxsin qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxs CM-nin 318.1, 228.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5, 12a, 13 və 19-cu sətrlərinə əsasən heroin, marixuana, metadon və tiryək narkotik vasitələr hesab edilir, həmin maddələrin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi sətr ardıcıllığına müvafiq olaraq 0,15 qram, 5 qram, 0,02 qram və 0,5 qram, külli miqdarının aşağı həddi isə sətr ardıcıllığına müvafiq olaraq 2 qram, 500 qram, 1,6 qram və 50 qramdır. Habelə bu Qanunun İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 318.1, 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1, 228.4, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə bağlı ittihama gəldikdə isə məhkəmə qeyd edir ki, «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-ci il tarixli Qərarın 19cu bəndində izah verilir ki, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 31 may 2022-ci il tarixdə saat 23 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənar, yəni N nömrəli hərbi hissənin Astara rayonu ərazisində yerləşən 12-ci sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikasından İİR istiqamətində qəsdən qanunsuz olaraq keçmiş, həmin tarixdə digər şəxsdən bir ədəd bağlamada külli miqdarda narkotik vasitələr, külli miqdarda psixotrop maddə və soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını qəsdən qanunsuz olaraq əldə edib, saxlayıb daşıyaraq, 01 iyun 2022-ci il tarixdə saat 04 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar, yəni N nömrəli hərbi hissənin Astara rayonu Armudlu kəndi ərazisində yerləşən 12ci sərhəd zastavasının xidməti ərazisindən İİR-dən Azərbaycan Respublikası istiqamətində qəsdən qanunsuz olaraq keçmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs İİR-də olan digər şəxslər qabaqcadan aralarında razılıq əldə edərək, qaçaqmalçılığın predmeti olan külli miqdarda narkotik vasitələr, külli miqdarda psixotrop maddə və soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını Azərbaycan Respublikasından İİR istiqamətində qəsdən qanunsuz olaraq keçməklə bilvasitə İİR ərazisində İİR-Azərbaycan Respublikası sərhədində qəbul etmiş və İİR-dən Azərbaycan Respublikası istiqamətində qəsdən qanunsuz olaraq keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qaçaqmalçılıqla Azərbaycan Respublikasına keçirdiyi bir ədəd bel çantasına baxış keçirilərkən oradan həmçinin bir ədəd “Baigish 8x30m” markalı binokol da aşkar edilmişdir. Bu hal isə Təqsirləndirilən şəxs qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşdığı İİR-də olan digər şəxs tərəfindən bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində icraçı olan Təqsirləndirilən şəxs həm də xüsusi avadanlıqla təmin etməsini sübut edir. Göründüyü kimi Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əşyaları bilavasitə keçirildiyi yerdə onları qəbul etmiş, eyni zamanda qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşdığı İİR-də olan digər şəxs onu həmin predmetləri gizli keçirməsinin təmin edilməsi məqsədilə xüsusi avadanlıqla da təmin etmişdir. Odur ki, məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMnin 206.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Habelə məhkəmə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini, eləcədə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətini təkrar törətməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən iki il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmasını, aşkar edilmiş narkotik vasitələrin, psixotrop maddənin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, törədilmiş cinayətlərdən birinin transmilli cinayət kateqoriyasına aid edilməsini, aşkarlanmış narkotik vasitələr və psixotrop maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1, 228.4, 234.4.1, 234.4.3 və 206.3.2-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 318.1-ci maddələrinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması kimi alternativ cəzalar da nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi digər əməllərin - ağır cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin cinayətlərin məcmusu üzrə cəzaların toplanmasının zəruri olmasını nəzərə almaqla təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 318.1 və 228.4-cü maddələri ilə də azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Habelə Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 27 oktyabr 2018-ci il tarixli, 1(018)-160/2018 nömrəli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2500 (iki min beş yüz) manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş cəzaya tamamilə birləşdirilib ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş həmin cərimə cəzası Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 04 iyun 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 2149,8 qram heroin, 2039,9 qram tiryək, 2265,917 qram qurudulmuş marixuana, 1295,8 qram metamfetamin, 976 ədəd metadon həbləri məhv edilməli, 01 ədəd ov bıçağı və 01 ədəd “Baigish 8x30m” markalı binokul Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməli, iş üzrə götürülmüş Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd Nokia, 01 (bir) ədəd Samsung A01 mobil telefonlar onun ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-218 (iki yüz on səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1, 228.4, 234.4.1, 234.4.3 və 206.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Astara Rayon Məhkəməsinin 27 oktyabr 2018-ci il tarixli, 1(018)-160/2018 nömrəli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2500 (iki min beş yüz) manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş cəzaya tamamilə birləşdirilib Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası və 2500 (iki min beş yüz) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 2500 (iki min beş yüz) manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 04 iyun 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 2149,8 qram heroin, 2039,9 qram tiryək, 2265,917 qram qurudulmuş marixuana, 1295,8 qram metamfetamin, 976 ədəd metadon həbləri məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd ov bıçağı və 01 ədəd “Baigish 8x30m” markalı binokul Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə götürülmüş Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd Nokia, 01 (bir) ədəd Samsung A01 mobil telefonlar onun ailə üzvlərinə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-218 (iki yüz on səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar