Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-337/2024 16.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X6 (sədrlik edən və məruzəçi), X20 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Elbrus Əlisahib oğlu Mikayılovun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin hüquqi varisləri X28, X9, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, - Təqsirləndirilən şəxs (xx xxxxxx 2001-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Dədəli kəndində qeydiyyatda olmaqla məcburi köçkün kimi ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində BD802017 nömrəli, B1,B,C1,C dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi, tanışı X24 məxsus 2003-cü il buraxılışılı texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-21074” markalı, “19BK402” dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu, Qayıdış 11 qəsəbəsindən 1 saylı Qayıdış qəsəbəsi istiqamətində hərəkətdə olarkən həmin asfalt yolun Füzuli rayonu, 5 saylı Qayıdış qəsəbəsinin ərazisində, yolun döngəli hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsində icazə verilən maksimum 60 km/saatdan artıq yəni, 110 km/saat sürətlə idarə etməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakına zərər vurmamalı olduğu halda buna texniki cəhətdən imkanı olmasına baxmayaraq həmin qaydalara əməl etməyərək, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 9-cu hissəsinin 2-ci bəndinin tələblərinə əsasən avtomobildə texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda, yəni altı sərnişin daşımaqla avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etmədiyindən idarəetməni itirib, avtomobilin yolun sağ kənarına çıxaraq orada olan çinar ağacına çırpılması nəticəsində ehtiyatsızlıqdan iki şəxsin ölümünə, yəni avtomobilin qabaq oturacağında oturmuş sərnişin X5 alın sümüyünün kəllə əsası sümüklərinə keçən açıq, xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, burun sümüyünün qəlpələnmiş qapalı sınığı, sağ İİ-İİİ-İV və V qabırğaların fraqmentləri cüzi yerini dəyişmiş qapalı sınığı, bədən səthinin çoxsaylı əzilmiş yaraları və sıyrıqları xarakterli, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almasına, onun aldığı baş-beyin toxumasının əzilməsi, ağır travmatik şok nəticəsində hadisə yerində ölməsinə, avtomobilin qabaq oturacağında oturmuş digər sərnişin X1 tağı sümüklərinin kəllə əsası sümüklərinə keçən açıq, qəlpəli və xətti sınıqları, üz skelet sümüklərinin çoxsaylı, qəlpələnmiş qapalı sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, sağ bud sümüyünün orta 1/3-nin, sağ baldır sümüklərinin orta 1/3-nin fraqmentləri yerini dəyişmiş, qəlpələnmiş açıq sınıqları, bədən səthinin çoxsaylı əzilmiş yaraları, qançıları və sıyrıqları xarakterli, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almasına, onun aldığı baş-beyin toxumasının əzilməsi, ağır travmatik şok nəticəsində hadisə yerində ölməsinə, həmçinin, ehtiyatsızlıqdan həmin avtomobilin arxa oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 sağ almacıq-əng sümüyünün fraqmentləri yerini dəyişən qapalı sınığı xarakterli, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almasına, həmin avtomobilin arxa oturacağında oturmuş sərnişin Zərərçəkmiş şəxs2 sağ bud sümüyünün yuxarı 1/3-də köndələn, qəlpəli, yerdəyişən sınıq, sağ qamış sümyünün aşağı 1/3-nin qapalı sınığı, solda oturaq-qalça, sağda qasıq-oturaq sümüklərinin qapalı sınığı xarakterli, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almasına, həmin avtomobilin arxa oturacağında əyləşmiş digər sərnişin Zərərçəkmiş şəxs3 sağ bud sümüyünün burmalardan keçən qapalı, qəlpəli sınığı, sağ mil sümüyünün qapalı, yerdəyişən sınığı, başın təpə nahiyəsinin əzilmiş yarası xarakterli, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü 263.3-cü maddə ilə tam təqsirli bilsə də, 264-cü maddə ilə təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, BC dərəcəli sürücülük vəsiqəsi əsasında avtomobil idarə etmişdir. 12 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində Şaiq Həsənov, Füzuli Məmmədov, Zərərçəkmiş şəxs3, Şahid1, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la işlədiyi “Mandarin” adlı marketin qarşısında görüşüb söhbət edərkən Xocavənd rayonu ərazisində yerləşən “Park Restoran”a gedib orada yeyib-içmək qərarına gəldikdən sonra Şaiq “Mandarin” adlı marketdən bir litr araq almış və idarə etdiyi “VAZ-21074” minik markalı avtomobillə onları Xocavənd rayonu ərazisində yerləşən restorana aparmışdır. Restoranda eyni stolda əyləşib yemək yemişlər, Abı ilə o spirtli içki qəbul etməmişlər. Restoranda olarkən Füzuli rayonunun Bala Bəhmənli kəndinin ərazisində yerləşən “Nargilə” adlı kafeyə gedib orada çay içib, qəlyan çəkmək barədə razılığa gəlmişlər. Şaiq avtomobili onun idarə etməsini və onları həmin kafeyə aparmasını xahiş etmişdir. Bundan sonra sükan arxasına keçmiş, Füzuli və Şaiq avtomobildə qabaq, Rövşən, Rəhim, Abı və Elnur isə arxa oturacağa minmişlər. Yanacaq aldıqdan sonra qəsəbəarası asfalt yolla avtomobili təxminən 80-90 km/saat sürətlə idarə edərkən Füzuli rayonu, 5 saylı Qayıdış qəsəbəsinin ərazisində yolun döngəli hissəsində avtomobil yolun sağ ehtiyat hissəsinə çıxdığından idarəetməni itirmiş və avtomobil sağ yanı üstə yolun kənarı ilə əkilmiş ağaclara çırpılmışdır. Zərbədən sonra özündən getmiş, bir neçə dəqiqədən sonra özünə gəldikdə avtomobilin qabaq kapotunun üzərində olduğunu, Rəhimin yola çıxıb qışqırdığını görmüşdür. İstifadəsində olan 050 ***-**-** mobil nömrədən 112 xidmətinə zəng edərək 5 saylı Qayıdış qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsini və yaralıların olmasını bildirmiş, özü də yolun kənarına çıxaraq kömək üçün maşın saxlatdırmağa çalışmışdır. Bir neçə dəqiqədən sonra asfalt yolla hərəkətdə olan ağ rəngli «Ford Tranzit» markalı avtomobil saxlamış, sürücünün qəsəbə sakini əmisi qızının əri Şahid2, yanındakının isə hadisə vaxtı onunla eyni maşında olan Rövşənin atası Xaləddin Əhmədov olduqlarını görmüşdür. Köməkli şəkildə Şaiqlə Füzulini maşından çıxarıb avtomobilin yük yerinə uzatdıqdan sonra özü, Abı, Elnur və Rövşən avtomobilin yük yerinə minmişlər, Rəhim isə orada qalmışdır. Rəhim elə də xəsarət almamışdır. Məmmədxan idarə etdiyi «Ford» markalı avtomobillə onları Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Hadisə zamanı özü də başından və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almış, eyni zamanda şok vəziyyətində olmuş, bununla belə həmin anda xəsarət alanlara var gücü ilə kömək olmağa çalışmışdır. Hadisənin səhəri günü səhhətində olan ağrılarla əlaqədar atası onu Saatlı rayon mərkəzi xəstəxanasında həkim işləyən bibisinin yanına aparmış, orada müayinə olunduqdan sonra ailəsi və yaxın qohumları ilə birlikdə Bakı şəhərinə gedib Sabunçu Rayon Xəstəxanasında müalicə alan Abı və Elnurla görüşmüş, daha sonra Respublika Mərkəzi Xəstəxanasına gedib orada Rövşənlə görüşərək onun səhhəti ilə maraqlanmışdır. Bundan başqa ata-anası, nənəsi Dilafuruz və qohumları Məmmədxanla birlikdə Şaiqin ata evinə gedib onun atası Fidaya baş sağlığı verməklə yas mərasimində iştirak etmiş, hadisə zamanı avtomobili Şaiqin deyil, özünün idarə etdiyini bildirmiş, Fiday onu qucaqlayıb ağlamışdır. Oradan Füzulinin ata evinə getmiş və onun atası Cehuna baş sağlığı verərək ona da hadisə zamanı avtomobili Şaiqin deyil, özünün idarə etməsini bildirmişdir. Cehun onu qucaqlayıb ağlayaraq hadisənin olacaq olduğunu bildirmişdir. Buna qədər valideynləri artıq bir neçə dəfə mərhumların evlərində olmuşlar. Hadisədən sonra baş verənlərdən təsirləndiyindən və əsas məqsədi həm mərhum, həm sağ qalmış zərərçəkmiş şəxslərin yas mərasimlərində iştirak etmək, xəstəxanada olanlara yardım etmək olduğundan polisə vaxtında məlumat verə bilməmiş və şöbəyə elə ilk çağırışında hadisə barədə həqiqəti etiraf etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, hazırda 22 yaşı var, 19 yaşından avtomobil idarə edir. Sürücülük vəsiqəsini 2021-ci ildə almışdır, üç ildir avtomobil idarə edir. İstifadəsində olan “Jiquli” markalı avtomobili beş-altı ay əvvəl satmışdır. Hadisə günü avtomobildə yeddi nəfər olmuşlar. Maşındakı şəxslər onun həmyerliləri və dostları idilər. Avtomobili normal şəkildə idarə etmiş, içkili vəziyyətdə olmamış, digərləri isə içkili vəziyyətdə olmuşlar. Hadisənin baş verdiyi Füzuli rayonu, 5 saylı Qayıdış qəsəbəsinin ərazisində yolun sürət həddi 70 km/saat olmuş, o isə avtomobili 80-90 km/saat sürətlə idarə etmişdir. Hadisə vaxtı hava bir az duman-çiskinli olmuş, avtomobillə hərkətdə olarkən qabaqda sərt döngənin olduğunu bilməmişdir. Umumiyyətlə, belə bir hadisənin baş verə biləcəyini ağlına belə gətirməmiş, baş verməsini istəməmişdir. Avtomobil idarə etdiyi illər ərzində əvvəllər hər hansı yol-nəqliyyat hadisəsi törətməmiş, ümumiyyətlə yol hərəkəti qaydalarını kobud surətdə pozmamışdır. Hadisə baş verən gün mobil telefonu üzərində olmuş, kömək üçün dərhal Fövqəlada Hallara və X35 şəxsən özü zəng vurmuş, “102” xidmətinə zəng etməyə vaxtı olmamışdır. Əsas məqsədi ilk növbədə zərərçəkmiş şəxslərə yardım etmək olmuş və bunun üçün lazımi tədbirlər görmüşdür. Xəsarət almış şəxslərə kömək etmək üçün yola çıxaraq hərəkətdə olan avtomobilləri bir-bir saxlatmış, lakin saxlayan olmamışdır. Sonra qəsəbə sakini Məmmədxan avtomobilini saxlamış və onlara kömək etmişdir. X37 maşını hələ də gəlmədiyindən zərərçəkmiş şəxslərə vaxtında tibbi yardım göstərilməsi üçün Məmmədxanın avtomobili ilə xəstəxanaya getmişlər. Hadisə zamanı az xəsarət almış Rəhim də onlara kömək etmişdir. Fövqəlada Hallar Nazirliyinə hadisə barədə doğru-düzgün məlumat verməməsinə səbəb həmin vaxt özündə olmaması, tez-tez özündən getməsi, özünü pis hiss etməsi ilə əlaqədar olmuşdur. Hadisədən sonra qaçıb evinə getməmiş, zərərçəkmiş şəxslərlə birlikdə xəstəxanaya getmiş, orada olarkən birbaşa xəstəxanaya gəlməsi üçün qardaşına zəng vurmuşdur. Ailəsi ilə birlikdə hadisə nəticəsində ölmüş şəxslərin hüzr mərasimlərində iştirak etmiş, onlara, habelə digər zərərçəkmişlərə maddi köməklik göstərmişlər. Törətdiyi cinayətə görə özünü təqsirli bildiyi hissədə məsuliyyəti öz üzərinə götürmüş, diqqətsizliyi nəticəsində belə bir hadisənin baş verdiyini, əməlindən çox peşman olduğunu etiraf etmiş və son sözündə məhkəmədən qeyd etdiklərinin nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin, yəni təqsirləndirilən şəxsin özünü təqsirli bildiyi hissədə etirafedici, zərərçəkmiş şəxslər, mərhum zərərçəkmişlərin hüquqi varisləri və şahidlərin ifadələrini dinləyərək, habelə iş materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında o və həmyerliləri Şaiq Həsənov, Füzuli Məmmədov, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Şahid1 və Təqsirləndirilən şəxs ilə yaşadığı qəsəbədə yerləşən “Mandarin” adlı marketin qarşısında görüşüb söhbət edərkən Xocavənd rayonu ərazisində yerləşən “Park Restoran”a gedib orada yeyib içmək qərarına gəldikdən sonra Şaiq marketdən bir litr araq almış və onları idarə etdiyi “VAZ-21074” minik markalı avtomobillə restorana aparmışdır. Restoranda eyni stolda əyləşərək yemək sifariş vermişlər. Cavanşirlə o yemək yesələr də, spitli içki qəbul etməmişlər. Restoranda olarkən Füzuli rayonu, Bala Bəhmənli kəndinin ərazisində yerləşən “Nargilə” kafesinə gedib orada çay içərək qəlyan çəkmək barədə razılığa gəlmişlər. Şaiq Cavanşirdən avtomobili idarə edərək onları “Nargilə” kafesinə aparmağı xahiş etmiş, bundan sonra Cavanşir sükan arxasına keçmiş, Füzuli və Şaiq avtomobilin qabaq, o, Rövşən, Rəhim və Elnur isə arxa oturacağına minmişlər. Yanacaq aldıqdan sonra Cavanşir qəsəbəarası asfalt yolla avtomobili yüksək sürətlə idarə edərkən Füzuli rayonu, 5 saylı Qayıdış qəsəbəsinin ərazisində yolun döngəli hissəsində avtomobil yolun sağ ehtiyat hissəsinə çıxdığından avtomobil üzərində idarəetməni itirmiş və sağ yanı üstü yolun kənarı ilə əkilmiş ağaclara çırpılmışdır. Zərbədən sonra bir anlığa özündən getmiş, bir neçə dəqiqə sonra özünə gəldikdə qəsəbə sakini Şahid2 idarə etdiyi «Ford» markalı avtomobilinə mindirildiyini görmüş, Məmmədxan onları Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Yol nəqliyyat hadisəsi nəticəsində aldığı bədən xəsarətləri ilə bağlı Cavanşirdən şikayətçi deyil, ona qarşı iddia və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Cavanşirlə münasibətləri həmişə yaxşı olmuşdur. Hadisə baş verməmişdən qabaq ad günü məclisindən qayıdırmışlar. Qəlyan çəkmək üçün “Nargilə” restoranına getmək barədə fikirləşmişlər. Həmin vaxt əksəriyyəti içkili olduğu üçün maşını idarə etməyi Cavanşirə həvalə etmişlər. Maşının içərisində yeddi nəfər olmuş və o, arxa oturacaqda, sağ tərəfdə oturmuşdur. Maşın ağaca çırpılanda zərbədən sonra bir anlıq özündən getmiş və özünə gələndə ayağının sındığını hiss etmişdir. Gözünü açanda Cavanşirlə Rəhim hadisə yerində olmuşlar. Rəhim və Cavanşir avtomobil axtarmaq üçün əsas yola çıxmış, daha sonra “103” nömrəsinə zəng edərək X37ı hadisə yerinə çağırmışlar. Cavanşir ona və digər şəxslərə kömək etmiş, hadisə yerindən uzaqlaşmamış, həmin vaxt onun yanında olmuşdur. Cavanşir maşını yüksək sürətlə sürmüşdür. Hadisənin baş verməsinin əsas səbəbi Füzuli rayonu, 5 saylı Qayıdış qəsəbəsinin ərazisində getdikləri yolun döngəli hissəsində avtomobil yolun sağ ehtiyat hissəsinə çıxdığından Cavanşirin avtomobil üzərində idarəetməni itirməsi və avtomobilin sağ yanı üstə yolun kənarı ilə əkilmiş ağaclara çırpılması olmuşdur. “Ford” markalı avtomobilin dəqiq olaraq Cavanşir, yoxsa Rəhim tərəfindən saxlanıldığını bilməmiş, ancaq Cavanşirin hadisə yerindən qaçmadığını və onlarla birlikdə xəstəxanaya getdiyini dəqiq bilmişdir. X22 öldüklərini eşitmişdir. Şaiq həm də onun dayısı oğludur. Cavanşirlə barışmışdır və məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında hadisə vaxtı Təqsirləndirilən şəxs avtomobili 100-110 km/saat sürətlə idarə etməsini dediyi hissədə yaranmış ziddiyyətlə əlaqədar həmin hissədə elan olunmuşdur (iş vərəqi 152). Zərərçəkmiş şəxs2 ifadəsini elan olunan hissədə təsdiq etmədiyini, yəni ifadəsində Cavanşirin avtomobili yüksək sürətlə idarə etməsini desə də, saatda konkret hansı sürətlə idarə etməsini demədiyini, ibtidai istintaq zamanı cəmi bir dəfə dindirilməsini, cinayət işinin materiallarında olan ifadəsinin əks olunduğu protokollardakı imzaları özünün icra etməsini, müstəntiqin ondan ifadəsini evində aldığını, ona heç nə izah etməməsini, Cavanşirin ona kömək edib-etməməsi barədə sual vermədiyini, ancaq kağıza imza atmalı olmasını və başqa heç nə etməsinə ehtiyac olmadığını dediyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə, saat 17:00 radələrində Füzuli Məmmədov, Şaiq Həsənov, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və Şahid1la “Mandarin” adlı marketin qarşısında söhbət əsnasında Xocavənd rayonu ərazisində yerləşən “Park Restoran”a gedib, orada yeyib-içmək qərarına gəlmişlər. Bundan sonra Şaiq marketdən bir litr araq almış və onları idarə etdiyi “VAZ-21074” minik markalı avtomobillə həmin restorana aparmışdır. X31 spitli içki qəbul etməmişlər. Yeməkdən sonra Füzuli rayonu, Bala Bəhmənli kəndinin ərazisində yerləşən “Nargilə” kafesində çay içib, qəlyan çəkmək barədə razılığa gəlmişlər. Şaiq Cavanşirdən avtomobili onun idarə etməsini xahiş etmiş, Cavanşir də etiraz etməyərək sükan arxasına keçmişdir. Avtomobildə Füzuli ilə Şaiq qabaq, o, Rəhim, Abı və Elnur isə arxa oturacaqda əyləşmişlər. Cavanşir qəsəbəarası asfalt yolla avtomobili normal sürətlə idarə edərkən Füzuli rayonu, 5 saylı Qayıdış qəsəbəsinin ərazisində yolun döngəli hissəsində avtomobil yolun sağ ehtiyat hissəsinə çıxmış, bu zaman Cavanşir idarəetməni itirmiş və avtomobil sağ yanı üstü yolun kənarı ilə əkilmiş ağaclara çırpılmışdır. Zərbədən sonra özündən getmiş, özünə gələndə Füzuli Rayon Mərkəzi Xəstəxanasında olduğunu görmüşdür. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, hadisə zamanı kəllə-beyin travması almışdır, hazırda özünü yaxşı hiss edir. Həmin gün içkili vəziyyətdə olsa da, özünü idarə edə bilmişdir. Hadisə baş verən gün Cavanşir içkili olmamışdır. Cavanşir avtomobili elə də sürətli deyil, normadan azca artıq sürətlə idarə etmiş, ona bu barədə heç bir söz deməmişdir, irad bildirməyə isə ehtiyac görməmişdir. Avtomobildə musiqi yüksək səslə açıq olmuşdur. Həmin gün hava yağışlı imiş. Getdikləri yolun üzərində iki sərt döngə olmuş, üçüncü döngədə isə qəza baş vermiş və avtomobilin sağ tərəfi yolun qırağında olan ağaca çırpılmışdır. Qarşıda heç bir maneə olmamışdır. Onları xəstəxanaya gətirən avtomobil atası Xaləddin Əhmədovun da içərisində olduğu “Ford” markalı maşın olmuşdur. “Ford” markalı avtomobildə olan atası ilə qohumu onlara kömək etmişlər. Həmin gün Cavanşir sona qədər onun yanında olmuşdur. Bu barədə ibtidai istintaq zamanı ifadəsində də bildirmişdir. Cavanşirlə barışmışdır, ondan şikayətçi deyil, iddia və ya tələbi yoxdur. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, hadisə baş verən gün, yəni 12 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında Şaiq Həsənov, Füzuli Məmmədov, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və Şahid1la “Mandarin” marketin qarşısında olduqları vaxt yeyib-içmək üçün “Park Restoran”a getməyi qərara almış və oraya getmişlər. Restoranda olarkən Füzuli rayonu, Bala Bəhmənli kəndinin ərazisində yerləşən “Nargilə” kafesinə gedib orada çay içərək qəlyan çəkmək barədə razılığa gəlmişlər. Şaiq Cavanşirdən avtomobili onun idarə etməsini xahiş etmiş və sonuncu etiraz etməmişdir. Beləliklə, Cavanşir sükan arxasına keçmiş, Füzuli ilə Şaiq avtomobilin qabaq oturacağına, Rövşən, Abı, Elnur, Rəhim və o arxa oturacağına minmişlər. Cavanşir qəsəbəarası asfalt yolla avtomobili idarə edərkən Füzuli rayonunun Qayıdış qəsəbəsinin ərazisində yolun döngəli hissəsində avtomobil yolun sağ ehtiyat hissəsinə çıxmış, Cavanşir avtomobil üzərində idarəetməni itirmiş və sağ yanı üstü yolun kənarı ilə əkilmiş ağaclara çırpılmışdır. Zərbədən sonra özündən getmiş, özünə gəldikdə Füzuli Rayon Mərkəzi Xəstəxanasında olduğunu görmüşdür. Xəstəxanaya Cavanşirlə birgə gəldiklərini bilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı iddia və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Cavanşirlə səkkiz ildir tanışdır və yaxın dostluq münasibətləri olmuşdur. Eyni qəsəbədə yaşamışlar. Hadisə zamanı Cavanşir avtomobili yüksək deyil, 80-90 km/saat sürətlə idarə etmiş, hava çiskinli və azca dumanlı olmuşdur. Avtomobildə yeddi nəfər olmuşlar. Avtomobilin arxa oturacağında sağ tərəfdə əyləşmiş, nə özü, nə də avtomobildə olanlar Cavanşirlə söhbət edib onun diqqətini yayındırmamışlar. Cavanşir bir anlıq idarəetməni itirdiyindən yolun üzərində olan sərt döngəyə yaxınlaşanda idarəetməni itirmiş və məlum hadisəni törətmişdir. Hadisə təxminən saat 21:00-da baş vermişdir. Qəza baş verdikdən sonra özündə olmamış, xəstəxanada olarkən ayılmışdır. Sonradan Şahid2 öz maşını ilə onları xəstəxanaya apardığını bilmişdir. Xəstəxanada olarkən Cavanşir onun yanında uzanmışdır. Üzərindəki mobil telefon hadisə yerində itmişdir. İbtidai istintaqa verdiyi ifadəsində Cavanşirin avtomobili 100-110 km/saat sürətlə idarə etdiyini deməmiş, Cavanşirdən şikayətçi olmadığını bildirmişdir. Məhkəmədə mərhum zərərçəkmiş şəxs Şaiq Həsənovun hüquqi varisi X29 ifadəsində göstərmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında işdən evə gəlmiş və evdə olduğu vaxt qəsəbə sakini Elçin adlı şəxs ona zəng edib, oğlu Şaiq Həsənovun idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətməsini və oraya getməli olduqlarını bildirmiş, az sonra onun yaşadığı evə gəlmişdir. İstifadəsində olan avtomobili Elçinin sözü ilə Füzuli rayonu, 5 saylı Qayıdış qəsəbəsi istiqamətində sürmüş, asfalt yolun döngəli hissəsində xeyli adamların toplaşmasını görüb avtomobilini həmin yerdə saxlayaraq yerə düşmüş və oğlu Şaiqə məxsus “VAZ-21074” markalı avtomobilin yolun sağ kənarında çinar ağaclarına çırpılaraq tamamilə əzildiyini görmüşdür. Avtomobilin salonunda heç kimin olmadığını görüb orada olan adamlardan oğlu Şaiqin harada olduğunu soruşduqda tanımadığı şəxslərdən biri avtomobildə olan şəxslərin Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparıldıqlarını bildirmiş, dərhal idarə etdiyi avtomobillə həmin xəstəxanaya gedib, Şaiqin vəziyyəti ilə maraqlanmış, ona Şaiqin artıq öldüyünü və meyitin X11 Mərkəzinə aparıldığını demişlər. Bu xəbəri aldıqdan sonra özünü pis hiss etdiyindən onu qohumları X11 Mərkəzinə aparmış, orada tanımadığı şəxslərdən hadisə zamanı avtomobili oğlu Şaiqin deyil, sonuncunun dostu Təqsirləndirilən şəxs idarə etməsini, Şaiq və Füzulinin avtomobilin qabaq, digər sərnişinlərin isə arxa oturacaqda oturduqlarını eşitmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Fiday Həsənov məhkəmə iclasında cinayət prosesi iştirakçılarının suallarını cavablandıraraq bildirmişdir ki, qəza törədilən avtomobil oğlu Şaiqə məxsus olmuşdur. Şaiq uzun müddət idi ki, avtomobil idarə etmiş və avtomobili heç vaxt yüksək sürətlə idarə etməmişdir. Şaiq arabir Cavanşiri yanına çağırıb avtomobili idarə etməyi ona həvalə etmiş, mütəmadi olaraq çayçıya istirahət etmək üçün getmişlər. Şaiqlə Cavanşir yaxın dost və həmyerli olmuş, bir-birlərinin evinə gedib-gəlmişlər. Qəza zamanı sükanın arxasında Cavanşir olmuş və hadisədən sonra avtomobildə olan şəxsləri xəstəxanaya aparmağa kömək etdiyini eşitmişdir. Hadisə vaxtı oğluna məxsus avtomobilin sükanı arxasında Cavanşirin olmasını elə həmin gün bilmişdir. Cavanşir və ailəsi ilə barışmışdır. Cavanşir valideynləri və yaxınları ilə birlikdə oğlunun yas mərasimlərində yaxından iştirak etmişdir. Belə bir hadisənin Allahın işi olduğunu və ondan heç kəsin sığortalanmadığını, Cavanşirə qarşı şikayət və tələbi, həmçinin mülki iddiası olmadığını bildirmişdir. Məhkəmədə mərhum zərərçəkmiş şəxs Füzuli Məmmədovun hüquqi varisi qismində tanınmış anası X16 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X27 onun əri, 12 sentyabr 2023-cü il tarixdə Füzuli rayonu, 5 saylı Qayıdış qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həyatını itirmiş Füzuli Məmmədov isə onun oğludur. X41 ilə birlikdə Füzuli rayonu, 9 saylı Qayıdış qəsəbəsi,144 nömrəli evdə yaşayır və hazırda ərinin səhhətində problem olduğundan məhkəmədən özünün hüquqi varis qismində tanınmasını xahiş etmişdir. 12 sentyabr 2023-cü il tarixdə, axşam saat 20:15 radalərində oğlu Füzuliyə zəng edərək harada olduğunu soruşmuş, oğlu da cavabında Füzuli rayonunun ərazisində olduğunu, dostları ilə gəzməyə gedəcəyini, sonra da evə qayıdacağını bildirmişdir. Həmin gün atasının vəziyyəti yaxşı olmadığı üçün oğluna ikinci dəfə zəng edə bilməmişdir. Füzuli evə gəlməmişdən qabaq onun “Mandarin” adlı marketdən ərzaq alıb çölə çıxanda Cavanşir və digər şəxslərlə avtomobilə minərək harasa getdiklərini görmüşdür. Füzulinin qəza keçirməsi barədə qaynı Əsgər Məmmədov ərinə zəng edib demiş, lakin onun baş vermiş hadisə zamanı öldüyünü bildirməmişdir. Cehun Məmmədov birinci qrup əlil olduğuna görə ona bu xəbəri birdən-birə verə bilməzdilər. Ərinin halı tez-tez pisləşdiyi üçün ayaq üstə çox dura bilməmiş, ərinin əlindən mobil telefonu götürüb qaynı ilə özü danışmışdır. Qaynı ona yol-nəqliyyat hadisəsinin baş verdiyini və bir neçə nəfərin xəsarət aldığını bildirmişdir. Öncə elə fikirləşmişdir ki, atası dünyasını dəyişmişdir. Qaynı Əsgər ona oğlu Füzuli haqqında heç nə bildirməmişdir. Cavanşir oğlunun dostu olmuşdur. Hadisə qəsdən baş verməmişdir. Füzulinin ölümündə Cavanşirin heç bir günahı olmamışdır. Bir valideyn kimi hər şeyi çox yaxşı başa düşdüyünü bildirmişdir. Hadisə zamanı Cavanşirin özü də xəsarət almışdır. Cavanşirin özü və valideynləri ilə barışmağa onu heç kim məcbur etməmişdir. Bir ana kimi Cavanşirin tutulmamasını məhkəmədən xahiş etmişdir. Əri Cehun hadisə yerində olmuşdur və onun dediyinə görə hadisə yerində olan şəxslər həmin avtomobilin qəsəbə sakini X21 Həsənova məxsus olduğunu və yaralıların Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparıldıqlarını demişlər. Həmin gün özü Füzuli Müalicə Diaqnostika Mərkəzinə, əri isə mərkəzi xəstəxanaya getmişlər. Cehun xəstəxanada olarkən oğlu Füzulinin və sürücü Şaiqin yol-nəqliyyat hadisəsi yerində öldüklərini, avtomobildəki digər sərnişinlər qardaşı oğlu Zərərçəkmiş şəxs2, qəsəbə sakinləri Zərərçəkmiş şəxs3, Şahid1, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 isə xəsarət aldıqlarını eşitmişdir. Cavanşirin valideynləri və nənəsi xəstəxanada olmuşlar. Hadisə günü qohumları ona Cavanşirin valideynlərinin onlara gəlmək istədiklərini xəbər vermişlər, sadəcə başı mərhum oğlu Füzulinin yas mərasiminə qarışdığı üçün onlara cavab verə bilməmiş, sonra qohumlarına Cavanşirin valideynlərinə onları evində qəbul etməyə hazır olduğunu bildirməyi demişdir. Oğlu Füzulinin öldüyü və yas mərasiminin üçüncü günü Cavanşirin atası, anası və nənəsi onlara üzrxahlığa gəlmişlər. Füzuli dünyasını dəyişdikdən sonra atası da dünyasını dəyişmişdir. Təqsirləndirilən şəxs şikayətçi deyil, onu bağışlamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Aybəniz Məmmədova cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verdiyi gün qaynı Əsgər oğlu ilə birlikdə qəzanın baş verdiyi yerdə olmuş və Cavanşirin yerdə oturub əlləri ilə başına vurduğunu, digər bir nəfər uşağın isə maşın saxlamaq üçün yola çıxdığını görmüşlər. Hadisə baş verən gün Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarından heç kəs onlara zəng etməmiş, evlərinə gəlməmişdir. Həmin gün Polis şöbəsinə zəng edərək Cavanşirlə bağlı şikayət etməmişdir. 12 sentyabr 2023-cü il tarixdə, gecə saat 23:00 radələrində oğlu Füzulinin meyitini xəstəxanadan evə gətirmişlər. Bu zaman Cavanşirin valideynləri onların qapısı qarşısında olmuşlar. Cavanşirin valideynləri avtomobil qəzaya düşəndə sükanın arxasında onların oğlu olduğunu demişlər. Hadisə günü ona heç kəs hadisə baş verəndə sükan arxasında Şaiqin olduğunu deməmişdir. Əri avtomobilin içində olan əşyaları götürmək üçün Füzuli Rayon Polis Şöbəsinə getmişdir. Yas mərasiminin yeddinci günü polis əməkdaşları onların evinə gəlmişdir. Bildiyinə görə Cavanşir özü polis şöbəsinə gedərək təslim olmuş və ərizə vermişdir. Təqsirləndirilən şəxslə barışmağı barədə notariat qaydada təsdiq olunmuş ərizə ona məxsusdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə, xatırlamadığı saatda idarə etdiyi “Ford Tranzit” markalı, “**- CO-***” dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu, 3 saylı Qayıdış qəsəbəsindən yaşadığı qəsəbəyə gedərkən əmisi Xaləddin Əhmədov sərnişin qismində avtomobildə olmuş, 5 saylı Qayıdış qəsəbəsi ərazisində asfalt yolun döngəli hissəsinə çatanda qonşusu Şahid1la qəsəbə sakini Təqsirləndirilən şəxs asfaltın üzərində dayanıb əlləri ilə avtomobili saxlaması barədə işarə verdiklərini görüb, avtomobili saxlayaraq yerə düşmüş və hərəkəti istiqamətində yolun solunda “VAZ-21074” markalı avtomobilin yolun kənarındakı ağaclara çırpılaraq hissələrə bölünməsini və kənarda bir neçə nəfərin yerə uzanmış vəziyyətdə olduqlarını görmüşdür. Qəsəbə sakinləri Şaiq Həsənov və Füzuli Məmmədovu avtomobildən bir az kənarda arxası üstə yerə uzanmış vəziyyətdə, sifətlərinin qan içərisində, huşsuz halda olduğunu görüb, əvvəlcə Şaiqi, sonra isə Füzulini avtomobilinin yük yerinə uzandırmışdır. Həmin vaxt onların hər ikisinin də artıq öldüklərini hiss etmişdir. X10 Əhmədovu görüb tanıyaraq onu avtomobilə tərəf aparmış, asfalt yolla hərəkətdə olan avtomobillər dayanmış və avtomobillərdən düşən şəxslər də onlara yaxınlaşmışlar. Tanımadığı həmin şəxslərin köməyi ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 də avtomobilin yük yerinə uzandırmış, onunla eyni qəsəbədə yaşayan Təqsirləndirilən şəxs isə onlara kömək etdikdən sonra özü də avtomobilin yük yerinə minmişdir. Şahid1 hadisə yerində qalmış, o isə xəsarət alan şəxsləri avtomobili ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Şahid2 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən gün idarə etdiyi avtomobili həmyerliləri Cavanşir və Rəhim asfalt yola çıxaraq saxlatmışlar. Cavanşirlə Rəhim digər xəsarət alanlara nisbətən hərəkət etmək iqtidarında olduqlarından qəza zamanı xəsarət almış şəxsləri onun idarə etdiyi avtomobilə yerləşdirməyə kömək etmişlər. Cinayət işi üzrə zərərçəkmiş şəxslər avtomobilin arxa hissəsində uzanmış vəziyyətdə olmuşlar. Qəza zamanı Rəhimdən başqa avtomobildə olan digər şəxsləri öz avtomobili ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparmış, Rəhim hadisə yerində qalmış və onun vəziyyəti normal olmuşdur. Yol-nəqliyat hadisəsinin Cavanşir tərəfindən törədilməsini elə həmin gün hadisə yerində olduğu vaxt bilmişdir. Cavanşir yaralı olmasına baxmayaraq xəstəxanada axıra kimi uşaqların yanında olmuşdur. İbtidai istintaq zamanı Cavanşirin hadisə ilə əlaqədar kömək edib-etməməsi, hadisədən sonra onlarla birlikdə xəstəxanaya gedib-getməməsi barədə suallar verilmədiyindən ifadəsində bu barədə ətraflı məlumat verməmiş, məhkəmədə verdiyi ifadəsinin həqiqəti əks etdirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında Füzuli Məmmədov, Şaiq Həsənov, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs ilə “Mandarin” adlı marketin qarşısında görüşüb söhbət edərkən Xocavənd rayonu ərazisində yerləşən “Park Restoran”a yemək-içməyə getmək qərarına gəlmişlər. Şaiq onları idarə etdiyi “VAZ-21074” markalı avtomobillə restorana aparmışdır. Yemək zamanı Cavanşirlə Abı spitli içki qəbul etməmişlər. Elə restorandaca Füzuli rayonu, Bala Bəhmənli kəndinin ərazisində yerləşən “Nargilə” kafesinə gedib, orada çay içib, qəlyan çəkmək fikrinə düşmüşlər. Buna görə də, yenidən Füzuli rayonu, 9 saylı Qayıdış qəsəbəsində yerləşən “Mandarin” marketin qarşısına gəlib, orada bir qədər söhbət etmişlər. Daha sonra Şaiq Cavanşirdən onları “Nargilə” kafesinə aparmaq üçün avtomobili idarə etməsini xahiş etmişdir. Cavanşir qəsəbəarası asfalt yolla avtomobili normal sürətlə idarə edərkən Füzuli rayonu, Qayıdış qəsəbəsinin ərazisində yolun döngəli hissəsində avtomobil yolun sağ ehtiyat hissəsinə çıxdığından avtomobil üzərində idarəetməni itirmiş və maşın sağ yanı üstü yolun kənarı ilə əkilmiş ağaclara çırpılmışdır. Həmin vaxt avtomobilin arxa oturacağında əyləşmişdir. Zərbədən sonra ağır xəsarət almamışdır. Şahid2 qəza nəticəsində xəsarət alanları öz avtomobili ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Şahid1 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, hadisə zamanı avtomobildə yeddi nəfər olmuşlar. Həmin vaxt Cavanşir içkili omamışdır. Kafedən çıxandan hadisənin baş verdiyi yerə qədər avtomobili Cavanşir idarə etmişdir. Qəza bir anın içində baş vermişdir. Getdikləri yolun üzərində sərt döngənin olduğunu və həmin sərt döngənin sağ tərəfində sırayla əkilmiş ağaclara Cavanşirin idarə etdiyi “VAZ-21074” markalı avtomobilin çırpılaraq qəza törədəcəyini gözləməmişlər. Hadisədən sonra qəza zamanı ağır xəsərət alan dostlarına kömək etmək üçün Cavanşir ona çox böyük dəstək vermişdir. Cavanşirlə o yüngül xəsarət almış, digər beş nəfər isə ağır vəziyyətdə olmuş, hərəkət edə bilməmişlər. İki nəfərin elə hadisə yerindəcə keçindiklərini başa düşmüşdür. Cavanşirlə birlikdə yolda saxladıqları “Ford” markalı maşına ağır xəsarət almış dostlarını mindirərək onların vaxtında xəstəxanaya çatdırılmalarına nail olmuşlar. Cavanşirgillə birlikdə xəstəxanaya getməmiş, hadisə yerində qalmışdır. Cavanşir uşaqlarla eyni maşında xəstəxanaya getmişdir. İbtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında həmyerlisi Şahid2 idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə sərnişin qismində Füzuli rayonu, 3 saylı Qayıdış qəsəbəsindən yaşadığı qəsəbəyə gedərkən 5 saylı Qayıdış qəsəbəsi ərazisində asfalt yolun döngəli hissəsinə çatanda qonşusu Şahid1la həmyerlisi Təqsirləndirilən şəxs asfaltın üzərində dayandıqlarını və əlləri ilə avtomobili saxlamaq barədə işarə verdiklərini görmüşdür. Məmmədxan avtomobili kənara çəkib saxlamış, hər ikisi də avtomobildən düşmüş və yolnəqliyyat hadisəsinin baş verdiyini görmüşlər. Qəsəbə sakinləri Şaiq Həsənov və Füzuli Məmmədov qəza törədən avtomobildən bir qədər kənarda arxası üstə yerə uzanmış vəziyyətdə, sifətləri qan içində, huşsuz halda olmuşlar, buna görə də, köməkləşib əvvəlcə Şaiqi, sonra isə Füzulini avtomobilin yük yerinə uzandırmışlar. Həmin vaxt onların hər ikisinin də artıq öldüklərini hiss etmişdir. Sonra oğlu Zərərçəkmiş şəxs1 da orada olduğunu görüb onu da avtomobilə mindirmişdir. Beləliklə qəza nəticəsində Rəhimdən başqa xəsarət almış bütün şəxsləri Məmmədxanın idarə etdiyi “Ford” markalı avtomobillə Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Şahid Xaləddin Əhmədov məhkəmə iclasında cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, qəza baş verdiyi zaman maşında olan yeddi nəfərdən beşi ağır xəsarət almışdırlar və onlar xəsarət almış şəxsləri Məmmədxanın avtomobilinin baqaj hissəsində uzanmış vəziyyətdə xəstəxanaya aparmışlar. Cavanşir yüngül xəsarət almasına baxmayaraq onlarla birlikdə xəstəxanaya getmişdir. Qəzanın kim tərəfindən və nə zaman baş verdiyini şəxsən özü görməmişdir. Hadisə baş verən gün Cavanşir ona qısa məlumat vermiş və sükan arxasında özünün olduğunu bildirmişdir. Həmin vaxt hava şəraiti çiskinli, asfalt örtüyü isə yaş olmuşdur. Hadisə barədə oğlu Rövşən ona ətraflı danışmışdır. Cavanşirin törətdiyi qəza nəticəsində oğlu Rövşənin xəsarət almasına baxmayaraq, hadisə ehtiyatsızlıqdan baş verdiyi üçün onun barəsində heç bir orqana şikayət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, habelə digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli Rayon Polis X13 12 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, X30, X5 yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata götürülmüşdür (iş vərəqi 01-02). Füzuli Rayon Polis Şöbəsinin 12 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, 050 ***-**-** mobil nömrəsindən zəng edən şəxs bir neçə avtomobilin toqquşması, yaralılar, avtomobilin içərisində qalan olması barədə məlumat vermiş, eləcə də saat 21:33də 050 ***-**-** nömrəsindən zəng olunaraq Füzuli rayonu, 5-ci Qayıdış qəsəbəsində avtomobilin çinar ağacına dəyərək iki nəfərin ölməsi və üç nəfər şəxsin yaralanması barədə məlumat verilmişdir (iş vərəqi 04). Füzuli Rayon Polis Şöbəsinin 12 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 21:30-da şöbəyə Füzuli rayonu, 5-ci Qayıdış qəsəbəsi ərazisində avtoqəza olması və xəsarət alanlar olması bildirilmişdir (iş vərəqi 05). Füzuli Rayon Polis Şöbəsinin 12 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 23:51-də Füzuli rayonu, 9-cu Qayıdış qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya daxil olması barədə şöbəyə məlumat daxil olmuşdur (iş vərəqi 06). Füzuli Rayon Polis Şöbəsinin 12 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 23:51-də Füzuli rayonu, 9-cu Qayıdış qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs bədənin müxtəlif nahiyələrinin küt travması xəsarəti ilə xəstəxanaya daxil olması barədə şöbəyə məlumat daxil olmuşdur (iş vərəqi 07). Füzuli Rayon Polis Şöbəsinin 12 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 23:51-də Füzuli rayonu, 3-cü Qayıdış qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs3 sağ bud sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya daxil olması barədə şöbəyə məlumat daxil olmuşdur (iş vərəqi 08). Füzuli Rayon Polis Şöbəsinin 12 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 23:51-də Füzuli rayonu, 9-cu Qayıdış qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şahid1 sağ çiyinin, sol dirsəyin əzilməsi xəsarəti ilə xəstəxanaya daxil olması barədə şöbəyə məlumat daxil olmuşdur (iş vərəqi 09). Füzuli Rayon Polis Şöbəsinin 12 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 23:51-də Füzuli rayonu, 9-cu Qayıdış qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 çanaq sümüklərinin sınığı xəsarəti ilə xəstəxanaya daxil olması barədə şöbəyə məlumat daxil olmuşdur (iş vərəqi 10). Füzuli Rayon Polis Şöbəsinin 12 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 23:51-də Füzuli rayonu, 8-ci Qayıdış qəsəbəsində qeydiyyatda olmaqla yaşamış X15 ölməsi barədə xəstəxanadan şöbəyə məlumat daxil olmuşdur (iş vərəqi 11). Füzuli Rayon Polis Şöbəsinin 12 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 23:51-də Füzuli rayonu, 9-cu Qayıdış qəsəbəsində qeydiyyatda olmaqla yaşamış X5 ölməsi barədə xəstəxanadan şöbəyə məlumat daxil olmuşdur (iş vərəqi 12). Füzuli Rayon Polis X13 12 sentyabr 2023-cü il tarixli protokolundan görünür ki, yolnəqliyyat hadisəsi Füzuli rayonu, 11-1 saylı Qayıdış qəsəbələrarası yolun 5 saylı qəsəbəsinin ərazisindən keçən hissəsində yerləşir. Həmin yerdə asfalt yolun eni 6.30 metr, sağ və sol ehtiyat hissələrin eni 2 metrdir. Yol döngəli və quru vəziyyətdədir. Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-21074» markalı, “**-BK-***” dövlət qeydiyyat nişanlı avtomobil hərəkəti istiqamətində yolun sağ ehtiyat hissəsinə çıxaraq orada olan iki ədəd çinar ağaclarına çırpılmışdır. Hadisə yerinin sxemi və hadisə yerinə baxış istintaq hərəkətinin icra olunmasını əks etdirən fotocədvəllər protokola əlavə olunmuşdur (iş vərəqi 13-20). Füzuli Rayon Polis X13 “meyitə baxış keçirilməsi haqqında” 13 sentyabr 2023-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, X5 meyiti üzərində aşağıdakı xəsarətlər aşkar olunmuşdur:- alın nahiyəsinin sol yarısının tüksüz hissəsində 6x5 sm ölçüdə, qırmızımtıl-çəhrayımtıl rəngdə, qeyri-müəyyən formalı qançır fonunda 1x0,2 sm, 0,6x0,3 sm və 0,4x0,2 sm ölçülərdə, kənarları nahamar-sıyrıqlı küt, birləşdirici toxuma atmaları ilə müşayiət olunan yara; burun nahiyəsi əlləmə zamanı patoloji hərəkətlidir; üst dodaqda 3x1 sm ölçüdə analoji xarakterli yara; sağ əl pəncəsinin arxa səthində 8x6 sm ölçüdə, dəri defekti ilə müşayət olunan, kənarları nahamar-sıyrıqlı yara; sağ saidin orta üçdə-birinin arxa səthində 4x0,5 sm, 3x0, 3 sm və 3,5x1 sm, sağ bel nahiyəsində 2,5x0,5 sm analoji xarakterli yaralar; hər iki diz oynağının ön səthində solda 1,5x1 sm, sağda isə 4x2 sm ölçülərdə, səthi ətraf zədələnməmiş dəri səviyyəsindən çökək, qurumuş, qırmızımtıl rəngdə sıyrıqlar; döş qəfəsinin sağ yuxarı yarısı əlləmə zamanı patoloji hərəkətlidir; sağ budun yuxarı üçdə-birinin arxa-bayır səthində 15x8 sm ölçüdə, qırmızımtıl-çəhrayımtıl rəngdə, qeyri-kəskin hüdudlu və qeyri-müəyyən formalı qançır. Meyitə baxış zamanı başqa xəsarət və ya dəyişiklik aşkar olunmamış, meyit daxili müayinə olunması üçün məhkəmə-tibb ekspertinin sərəncamına verilmişdir (iş vərəqi 24- 27). Füzuli Rayon Polis X13 “meyitə baxış keçirilməsi haqqında” 13 sentyabr 2023-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, X15 meyiti üzərində aşağıdakı xəsarətlər aşkar olunmuşdur:- baş deformasiyalıdır; sağ gicgah və alın nahiyəsinə əhatə etməklə 10x1,5 sm ölçüdə, kənarları nahamar-sıyrıqlı, bucaqları küt, birləşdirici toxuma atmaları ilə müşaiyət olunan, mənfəzində kəllə tağı sümüklərinin çoxsaylı, qəlpəli sınıqları müşahidə olunan yara; alt dodağın sağ yarısında 3x1 sm ölçüdə analoji xarakterli yara; əlləmə zamanı kəllə tağı və əsası sümüklərinin çoxsaylı patoloji hərəkətliliyi; döş qəfəsinin ön səthinin sol yarısında 8x4 sm, sol diz oynağının iç səthində isə 5x4 sm ölçülərdə, səthi ətraf zədələnməmiş dəri səviyyəsindən çökək, qurumuş, qırmızımtıl rəngdə sıyrıqlar; sağ qasıq nahiyəsində 8x5 sm ölçüdə kənarları nahamarsıyrıqla, bucaqları küt, birləşdirici toxuma atmaları ilə müşayət olunan yara; sağ budun orta üçdə-birinin bayır səthində 8x5 sm ölçüdə, analoji xarakterli, mənfəzində bud sümüyünün fraqmentləri görünən yara; sağ baldırın orta üçdə-birinin iç səthində 3x2 sm ölçüdə, analoji xarakterli, mənfəzində baldır sümüklərinin fraqmentləri görünən yara. Meyitə baxış zamanı başqa xəsarət və ya dəyişiklik aşkar olunmamış, meyit daxili müayinə olunması üçün məhkəmə-tibb ekspertinin sərəncamına verilmişdir (iş vərəqi 28-31). Füzuli Rayon Polis Şöbəsinin 13 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 07:04-də Füzuli rayonu, 9 saylı Qayıdış qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 çənəsinin sınığı xəsarətinin olması barədə xəstəxanadan şöbəyə məlumat daxil olmuşdur (iş vərəqi 32). Füzuli Rayon Polis Şöbəsinin 13 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 04:10-da Füzuli rayonu, 8 saylı Qayıdış qəsəbəsində qeydiyyat olmaqla yaşayan Zərərçəkmiş şəxs3 müştərək travma xəsarətinin olması barədə xəstəxanadan şöbəyə məlumat daxil olmuşdur (iş vərəqi 33). Füzuli Rayon Polis Şöbəsinin 13 sentyabr 2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 04:10-da Füzuli rayonu, 9 saylı Qayıdış qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 sağ budun, sağ baldırın sınığı, burunun əzilmiş yarası xəsarətinin olması barədə xəstəxanadan şöbəyə məlumat daxil olmuşdur (iş vərəqi 34). Füzuli Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin 02 oktyabr 2023-cü il tarixli raportundan görünür ki, 12 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində X24 məxsus «VAZ-21074» markalı, “**-BK-***” dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs idarə edərək iki nəfər şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir (iş vərəqi 40). Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ƏN-Vİ seriya və 309538 nömrəli etibarnamənin surətindən görünür ki, «VAZ-21074» markalı, “**-BK-***” dövlət qeydiyyat nişanlı avtomobil Şaiq Həsənova məxsus olmuşdur (iş vərəqi 52). BD802017 nömrəli, B1,B,C1,C kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs adında 23 noyabr 2021-ci il tarixdən mülkiyyətində 23 noyabr 2031-ci ilədək qüvvədə olan sürücülük vəsiqəsi vardır (iş vərəqi 58). 07 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, Şaiq Həsənova məxsus “Redmi Not- 8” markalı mobil telefon aparatı üzərindəki nömrələrlə birlikdə onun atası X29 tərəfindən təhvil alınmışdır (iş vərəqi 93). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 oktyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 94). Füzuli Rayon Polis X42 Polisi Bölməsinin 10 oktyabr 2023-cü il tarixli raportundan görünür ki, xx xxxxxx 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə adına qüvvədə olan etibarnamə mövcud deyil, mülkiyyətində hər-hansı nəqliyyat vasitəsi yoxdur, BD802017 nömrəli, B1,B,C1,C kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur, sürücülük hüququndan məhrum olunmamışdır, yol-nəqliyyat hadisəsi yerində videokamera quraşdırılmamışdır, ərazidəki maksimal sürət həddi 60 km/saat təyin olunmuşdur (iş vərəqi 95). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X36 04 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın ruhi-əsəb və narkoloji dispanserlərində qeydiyyatda olmamışdır (iş vərəqi 96). AA 445754 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkün kimi Füzuli rayonu, 9 saylı Qayıdış qəsəbəsində müvəqqəti məskunlaşmışdır (iş vərəqi 100). Füzuli Rayon İcra Hakimiyyəti başçısının 9 saylı Qayıdış qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 03 oktyabr 2023-cü il tarixli arayışları və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonu, 9 saylı Qayıdış qəsəbəsi, 149 nömrəli evdə yaşayır, ailə tərkibi valideynləri, bacı-qardaşları, nənəsindən ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqi 101-103). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X36 Beyləqan Rayon Şöbəsindən verilmiş 34/23 nömrəli, 10 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, mərhum X5 meyitinin müayinəsi zamanı alın sümüyünün kəllə əsası sümüklərinə keçən açıq, xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, burun sümüyünün qəlpələnmiş qapalı sınığı, sağ İİ-İİİ-İV və V qabırğaların fraqmentləri cüzi yerini dəyişmiş qapalı sınığı, bədən səthinin çoxsaylıəzilmiş yaraları və sıyrıqları aşkar olunmuşdur. Bu xəsarətlər ətraf yumuşaq toxumalara yayılmış qansızmaların olmasına görə həyatidir, onun ölümündən əvvəl küt təsir mexanizminə malik əşyanın təsiri nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın salonunun qabarıq interyerlərinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnən sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Onun ölümünə səbəb baş beyin toxumasının əzilməsi, ağır travmatik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, Füzuli Məmmədovun ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir (iş vərəqi 104-109). “Məhkəmə-Tibbi Ekspertiza və X14” X36 Beyləqan Rayon Şöbəsindən verilmiş 35/23 nömrəli, 10 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, mərhum X15 meyitinin müayinəsi zamanı kəllə tağı sümüklərinin kəllə əsası sümüklərinə keçən açıq, qəlpəli və xətti sınıqları, üz skelet sümüklərinin çoxsaylı, qəlpələnmiş qapalı sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, sağ bud sümüyünün orta üçdə-birinin, sağ baldır sümüklərinin orta üçdə-birinin fraqmentləri yerinidəyişmiş, qəlpələnmiş açıq sınıqları, bədən səthinin çoxsaylı əzilmiş yaraları, qançıları və sıyrıqları aşkar olunmuşdur. Bu xəsarətlər ətraf yumuşaq toxumalara yayılmış qansızmaların olmasına görə həyatidir, onun ölümündən əvvəl küt təsir mexanizminə malik əşyanın təsiri nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın salonunun qabarıq interyerlərinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnən sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Onun ölümünə səbəb baş beyin toxumasının əzilməsi, ağır travmatik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, Şaiq Həsənovun ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir (iş vərəqi 110-115). “Məhkəmə-Tibbi Ekspertiza və X14” X36 Beyləqan Rayon Şöbəsindən verilmiş 361/23 nömrəli, 03 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs sol gözaltı nahiyəsində çapıq olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabaqırıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (iş vərəqi 116-118). “Məhkəmə-Tibbi Ekspertiza və X14” X36 Beyləqan Rayon Şöbəsindən verilmiş 364/23 nömrəli, 05 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, vət. Şahid1 sağ çiyin qurşağı və sol dirsək nahiyələrinin yumuşaq toxumalarının əzilməsi olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabaqırıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir (iş vərəqi 119-121). “Məhkəmə-Tibbi Ekspertiza və X14” X36 Beyləqan Rayon Şöbəsindən verilmiş 379/23 nömrəli, 06 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ almacıq-əng sümüyünün fraqmentləri yerinidəyişən qapalı sınığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir (iş vərəqə 122-125). “Məhkəmə-Tibbi Ekspertiza və X14” X36 Beyləqan Rayon Şöbəsindən verilmiş 399/23 nömrəli, 15 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ bud sümüyünün yuxarı üçdə-birində köndələn, qəlpəli, yerdəyişən sınıq, sağ qamış sümyünün aşağı üçdə-birinin qapalı sınığı, solda oturaq-qalça, sağda qasıq-oturaq sümüklərinin qapalı sınığı aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir (iş vərəqə 129-132). “Məhkəmə-Tibbi Ekspertiza və X14” X36 Beyləqan Rayon Şöbəsindən verilmiş 400/23 nömrəli, 15 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 sağ bud sümüyünün burmalardan keçən qapalı, qəlpəli sınığı, sağ mil sümüyünün qapalı, yerdəyişən sınığı, başın təpə nahiyəsinin əzilmiş yarası aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir (iş vərəqə 133-136). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasına dair 8/3378 nömrəli, 21 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, “VAZ-21074” markalı, “**-BK-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətdən yüksək, 110 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “VAZ-21074” markalı avtomobildə texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (yəni altı sərnişin) daşıdığından, sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 56-cı maddəsinin 9-cu hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən olunmuşdur (iş vərəqi 159-162). İbtidai istintaq zamanı zərərçəkmiş şəxslərin hüquqi varisləri qismində tanınmış X29 və X8 04 dekabr 2023-cü il tarixli (sonuncunun həmçinin eyni məzmunlu notariat qaydasında təsdiq olunmuş 20 fevral 2024-cü il tarixli) ərizələrindən görünür ki, onların Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur, ərizələrinin nəzərə alınmasını xahiş etmişlər (iş vərəqi 166-167). Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 04 dekabr 2023-cü il tarixli ərizələrindən görünür ki, hər biri Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara vurulmuş ziyan ödənilmişdir, buna görə də, ona qarşı şikayət və tələbləri yoxdur, ərizələrinin nəzərə alınmasını xahiş etmişlər (iş vərəqi 168-170). Füzuli Rayon Polis X13 04 dekabr 2023-cü il tarixli qərarı və qəbzdən görünür ki, “VAZ-21074” markalı, “**-BK-***” dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və qəbz əsasında zərərçəkmiş şəxsin hüquqi varisi X25 təhvil verilmişdir (iş vərəqi 172-173). "xxxx" Avtomotoservis və Ticarət Firmasının 05 dekabr 2023-cü il tarixli ziyan aktı və ona əlavə edilmiş siyahıdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VAZ- 21074” markalı, “**-BK-***” dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 4.091 (dörd min doxsan bir) manat məbləğdə ziyan vurulmuşdur (iş vərəqi 187-188). Füzuli Rayon Polis X13 “sübutların qiymətləndirilməsi haqqında” 05 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş; “VAZ-21074” markalı, “**-BK- ***” dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınaraq zərərçəkmiş şəxsin hüquqi varisi X25 təhvil verilməsi nəzərə alınmışdır (iş vərəqi 191-210). Füzuli Rayon Polis X13 06 dekabr 2023-cü il tarixli, 1379 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vərəqi 240-242). Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxsin hüquqi varisi X17 məhkəməyə təqdim etdikləri 18 yanvar və 09 fevral 2024-cü il tarixli ərizələrdən görünür ki, onlara vurulmuş ziyan tamamilə ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı heç bir şikayət və ya tələbləri yoxdur, gələcəkdə də olmayacaqdır və təqsirləndirilən şəxs barəsində yüngül, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin etməklə ədalətli yekun qərar qəbul edilməsini xahiş etmişlər. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxsin hüquqi varisi Fiday Həsənov, Aybəniz Məmmədovanın notariat qaydasında təsdiq olinmuş 06 və 20-21 fevral 2024-cü il tarixli ərizələrindən görünür ki, onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbləri yoxdur və ərizələrinin nəzərə alınmasını xahiş etmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X36 09 fevral 2024-cü il tarixli, 18-1-36/2-137/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə xəstəxananın təcili yardım şöbəsinə müraciət etmişdir. X30, X18, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 da Təqsirləndirilən şəxs ilə eyni tarixdə xəstəxananın təcili yardım şöbəsinə müraciət etmişlər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən daxil olmuş məktub və ona əlavə olunmuş CD diskdə əks olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 342-74-64, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 050 394-52-19, Zərərçəkmiş şəxs2 istifadəsində olmuş 050 593-38-06, Zərərçəkmiş şəxs3 istifadəsində olmuş 050 758-19-21, Şahid1 istifadəsində olmuş 050 ***-**-** mobil nömrələrin 12 sentyabr 2023-cü il tarixdə, saat 21:00-dan 13 sentyabr 2023-cü il tarixə, saat 21:00 radələrinədək olan müddətdə anten məlumatlarından görünür ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər həmin müddətdə Füzuli rayonunun Bəhmənli, Qayıdış kəndlərində olmaqla eyni ərazidə olmuşlar. Məhkəməyə elektron qaydada daxil olmuş Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti Başçısının 9 saylı Qayıdış qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 01 may 2024-cü il tarixli arayışları, doğum haqqında şəhadətnamə, Füzuli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 012354 nömrəli vəsiqəsi və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs atasının bacısı, yəni bibisi X3 İ Qarabağ müharibəsi zamanı öz vətəndaşlıq borcunu, yəni maddi-texniki təminata kömək zamanı arxa cəbhədə aldığı qəlpə yarasından şəhid olmuşdur. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili X19 məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 7 (yeddi) saat 30 (otuz) dəqiqə iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir və 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X7 Rusiya Federasiyasına qarşı» işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müqavilə üzrə vəkili ilə birlikdə iştirakı etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, lakin ittiham tərəfinin ona qarşı irəli sürdüyü ittihamı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməlin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-cı il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisə baş verən gün həmkəndlisi X24 məxsus “VAZ-21074” markalı, “**-BK-***” dövlət qeydiyyat nişanlı avtomobilə yanacaq aldıqdan sonra qəsəbəarası asfalt yolla avtomobili, təxminən 80-90 km/saat sürətlə idarə edərkən Füzuli rayonu, 5 saylı Qayıdış qəsəbəsinin ərazisində yolun döngəli hissəsində avtomobil yolun sağ ehtiyat hissəsinə çıxdığından idarəetməni itirməsi və avtomobilin sağ yanı üstə yolun kənarı ilə əkilmiş ağaclara çırpılması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs tərəfindən avtomobili aşağı surətlə idarə etməsinə dair ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə əsaslı sübutlarla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları və ekspertiza rəyi və digər sənədlərlə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Bundan əlavə, məhkəmə heyəti zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrində Təqsirləndirilən şəxs hadisə baş verən gün avtomobili müvafiq olaraq normal, bir azca yüksək surətlə, Zərərçəkmiş şəxs3 isə Təqsirləndirilən şəxs avtomobili 80-90 km/saat sürətlə idarə etməsi barədə dediklərini məhkəmədə tədqiq edilmiş mötəbər sübutlarla tam təkzib olunduğundan, eləcə də, onların təqsirləndirilən şəxsin həmkəndliləri, onunla yaxın dostluq münasibətində olmaları, buna görə də onun məsuliyyətini yüngülləşdirmək məqsədi güdmələri ilə əlaqələndirərək sübut kimi qəbul etmir və bu ifadələri təqsirləndirilən şəxsin müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizələri baxımından yanlış təqdim etmələri kimi qiymətləndirir. Məhkəmə bununla bağlı ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hər üç Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, hər biri ayrı-ayrılıqda ibtidai istintaq zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs hadisə vaxtı avtomobili 100- 110 km/saat sürətlə idarə etməsini bildirmişlər və məhkəmədə ifadələri arasında yaranmış ziddiyyəti əsaslandıra bilməmişdirlər (iş vərəqi 66-68; 142-144; 151-152). Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasına dair 8/3378 nömrəli, 21 noyabr 2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, “VAZ-21074” markalı, “**-BK-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətdən yüksək, 110 km/saat sürətlə idarə etmiş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (iş vərəqi 159- 162). Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndi, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndi və 56-cı maddəsinin 9-cu hissəsinin 2-ci bəndinin tələblərini yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 8/3378 nömrəli, 21 noyabr 2023-cü il tarixli rəyində göstərilmiş qaydada və məhkəmənin müəyyən etdiyi məzmunda pozması, bu halın ehtiyatsızlıqdan iki nəfərin ölümü ilə nəticələnməsi əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, cinayət işi üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsini, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda göstərilən müddəalarını və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq həmin maddədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, mərhum zərərçəkmişlərin hüquqi varislərinin, habelə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, hadisə yerinə baxışa dair 12 sentyabr 2023-cü il tarixli protokol, eyni tarixli raport, meyitin ekspertizasına dair 34/23, 35/23 nömrəli, 10 oktyabr 2023-cü il tarixli; canlı şəxsin ekspertizasına dair 361/23, 364/23, 379/23, 399/23, 400/23 nömrəli, 03, 05-06 oktyabr, 15 noyabr 2023-cü il tarixli rəylər, yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasına dair 8/3378 nömrəli, 21 noyabr 2023-cü il tarixli ekspert rəyi, iş üzrə maddi sübut və digər sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət işinin materiallarından o da məlum olmuşdur ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həm də 264-cü maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Bu mənada məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə verilmiş ittihamdan dövlət ittihamçısı vəsatətində onun həmin maddə üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə imtina etmiş və məhkəmənin 16 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 264-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxslərə yardım göstərilməsi üçün onları təcili xəstəxanaya çatdırmaqla həyat və sağlamlıqlarına dəyə biləcək zərərin azaldılması istiqamətində hərəkətlərini, 59.1.12-ci maddəsinə görə zərərçəkmişlərlə, habelə mərhum zərərçəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri ilə barışıq əldə etməsini, həm hüquqi varislərin, həm də zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və ya tələblərinin olmamasını, 59.2-ci maddəsindən çıxış edərək yaxın qohumu olan atasının bacısı, yəni bibisinin vətənin azadlığı uğrunda İ Qarabağ müharibəsi şəhidi olmasını, özünü təqsirli bilərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını, hadisədən sonra zərərçəkmiş şəxslərin özlərinə və rəhmətə gedənlərin ailələrinə maddi yardım göstərməklə üzrxahlıq etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunmuşdur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə məhkəmə istintaqı zamanı əməlinin sübut olunmasında çətinlik yaratmamışdır. Bundan başqa, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarında qeyd olunmuşdur ki, Cinayət-Prosessual Məcəlləsinin 106.6.1-ci maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququ nəzərdə tutulduğundan, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən həmin Məcəllənin 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Barışığın əldə edilməsi zərərçəkmiş şəxsin ərizəsi ilə təsdiq olunmalıdır (qərarın 21-ci bəndi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsindən bəhs edən 60-cı maddəsində qeyd olunur ki, “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz”. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunmaqla həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddi ilə bağlı qənaətə gələrkən məhkəmə iclasında çıxış etmiş dövlət ittihamçısının fikirlərini və onun təqsirləndirilən şəxsə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi ilə bağlı təklifini də nəzərə almışdır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında göstərilən minimum həddə əsas cəza təyin edilməlidir. Məhkəmə heyəti həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə görə, həm onun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin qarşısının alınması məqsədilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, həm də həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü azadlıqdan məhrum etmə cəzasına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə hökmün nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etməyə dair əlavə cəza hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Həmin Məcəllənin 154.3-cü maddəsinə əsasən, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Sözügedən Məcəllənin 154.2-ci maddəsinin tələbinə görə müvafiq orqan qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumun nəqliyyat vasitəsini idarəetmə hüququndan hökmlə müəyyən olunmuş müddətə məhrum edilməsi ilə əlaqədar nəqliyyat vasitəsini idarəetmə hüququnu verən sənədin saxlanılması üçün tədbirlər görməlidir. Bu mənada məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunan nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etməyə dair əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalı və bu cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. Sözügedən Məcəllənin 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər və qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VAZ-21074” markalı, “**- BK-***” dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 4.091 (dörd min doxsan bir) manat məbləğdə ziyan vurulması barədə ziyan aktı olsa da, iş üzrə mülki iddia verilməmişdir və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Belə olan halda cinayət işi üzrə zərərçəkmiş şəxslərə və mərhum zərərçəkmişlərin hüquqi varislərinə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış “VAZ-21074” markalı, “**-BK-***” dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxsin hüquqi varisi Fiday Həsənova təhvil verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, cəzaçəkmə müddətinin başlanğıcı məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkumun bir gündən artıq icazəsiz məntəqə tipli cəzaçəkmə müəssisəsinin ərazisində olmaması cəzanın icrası müddətinə hesablanmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilməli və hökmün bu hissədə icrası onun yaşayış yeri üzrə Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarları, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəaları, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası, Avropa İnsan Hüquqları Məhkəməsinin ayrı-ayrı işlər üzrə qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2, 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilsin və hökmün bu hissədə icrası onun yaşayış yeri üzrə Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etməyə dair əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun və bu cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Cinayət işi üzrə zərərçəkmiş şəxslərə və mərhum zərərçəkmişlərin hüquqi varislərinə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “VAZ-21074” markalı, “**-BK-***” dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxsin hüquqi varisi X26 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-337/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-337/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver