Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-337/2025 17.11.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Beyləqan şəhəri, N.Nərimanov küçəsi, ev 74-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs həmyerlisi Şahid4 ilə psixotrop maddə metamfetaminin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satışının həyata keçirilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, beş ədəd sellofan bükümlərdə 0,06 qram, 0,08 qram, 0,08 qram, 0,06 qram, 0,08 qram, cəmi 0,360 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək 01 yanvar 2024-cü il tarixdə Bakı şəhərində Şahid4 vermiş, Şahid4 bükümlərdə olan psixotrop maddə metamfetamini özü ilə daşıyaraq Bakı şəhərindən yaşadığı Beyləqan şəhərinə gətirmiş, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şahid4 05 yanvar 2024-cü il tarixdə saat 17:00-da Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmaqla polis şöbəsinin inzibati binasına aparılmış, həmin gün saat 18:20-də üstündə şəxsi axtarış aparılarkən əynində olan boz rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd falqa bükümünün içərisində olan beş ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,06 qram, 0,08 qram, 0,08 qram, 0,06 qram, 0,08 qram, cəmi 0,360 qram kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Şahid4 çoxdan tanıyır, vaxtında onunla narkotikdən birgə istifadə etmişlər. Lakin Şahid4 psixotrop maddə və ya narkotik vasitə verməmişdir, evni zamanda ondan narkotik almamışdır. Şahid4 ilə qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi və satılması barədə razılığa gəlməmişdir. O, külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə olan metamfetamini əldə edərək Şahid4 verməmişdir. 2024-cü ilin yanvar ayından 08 avqust 2024-cü il tarixədək olan müddətdə bir dəfə də olsun Beyləqan şəhərində olmamış, daimi Bakı şəhərində olmuşdur. Eyni ilə 2024-cü ilin yanvar ayında Beyləqan şəhərində olmamış və Beyləqan şəhəri ərazisində SMD-42 qəsəbəsində pendir zavod adlanan ərazidə olmamış və orada daşın altına hər hansı miqdarda psixotrop maddə metamfetamin qoymamışdır. Yalnız 08 avqust 2024-cü il tarixdə valideynlərinə baş çəkmək üçün Bakı şəhərindən Beyləqan şəhərinə gəlmişdir. 08 avqust 2024-cü il trarixdən 17 avqust 2024-cü il tarixədək olan müddətdə də Beyləqan şəhəri SMD-42 qəsəbəsində köhnə pendir zavodunun həyətində olmamış və orada daşın altına metamfetamin qoymamışdır. 16 avqust 2024-cü il tarixdə saat 15:30-16 radələrində evdə həyətdə durduğu zaman polis işçiləri hasardan həyətə aşmış, ona onlarla getməli olduğunu demişlər. Həmin vaxt anası da yanında olmuşdur. Polis işçiləri onu evdən polis şöbəsinə aparmışlar. Ancaq protokolda onu saat 20:40-da tutmalarını göstərmişlər. Polis şöbəsində onu Şahid4 ilə əlbir olmaqla satmaq üçün Şahid4 metamfetamin və qurudulmuş marixuana verməkdə şübhəli şəxs kimi dindirmə zamanı guya 2024-cü ilin yanvar ayında Beyləqanda olduğu zaman Beyləqan şəhəri SMD-42 qəsəbəsində yerləşən köhnə pendir zavodunun həyətində daşın altına metamfetamin qoymasına dair ifadə verməyə məcbur olmuşdur. Sonra polis işçiləri gecə satlarında onu Beyləqan şəhəri SMD-42 qəsəbəsinə köhnə pendir zovodunun həyətinə aparmışlar. Həmin yerdə videoçəkiliş aparılarkən müstəntiq ona əvvəlcədən daşın altında psixotor maddə metamfetamin qoyulduğunu bildirmiş və həmin yeri göstərərək orada metamfetamin gizlədib saxlamasını etiraf etməsini tələb etmişlər. Polis işçiləri əks halda evinə külli miqdarda narkotik qoymaqla hədələmişlər. Həm də polis işçiləri onu döyərək zor tədbiq etmişlər. Bu səbəbdən də daşın altına qoyulmuş metamfetaminin özünə məxsus olmasını etiraf etməyə məcbur olmuşdur. Hansı ki, daşın altından metamfetamini də polis işçisi taparaq götürmüşdür. Çünki o, metamfetaminin haraya qoyulduğunu dəqiq bilməmiş, polis işçilərinin dediyi istiqamətlə hərəkət etmişdir. Bakı İstintaq Təcridxanasına daxil olan zaman xəsarətləri olmayıb. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək, eyni zamanda istintaq hərəkəti protokollarına imza etməkdən imtina edərək göstərmişdir ki, o, Beyləqan şəhəri N.Nərimanov küçəsi, ev 74-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşamışdır. Təxminən 4-5 il olar ki, patı kimi tanıdığı psixotrop maddə metamfetamin və nəşə kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana istifadə edir. Metamfetamini Bakı şəhərində yaşayan və özünü İran vətəndaşı kimi təqdim edən şəxsdən əldə etmişdir. Ona metamfetamin lazım olduqda həmin iranlı kimi tanıdığı şəxsin hal-hazırda xatırlamadığı nömrəsinə WhatsApp sosial şəbəkəsində mesaj yazaraq ona metamfetamin satmasını demişdir. Həmin şəxs ona hər dəfə fərqlifərqli kart hesabları ataraq həmin kartlara pul vurmasını bildirmişdir. O, pulu karta göndərdikdən sonra iranlı metamfetamini Bakı şəhəri ərazisində müxtəlif yerlərə qoyub ona fotoşəklini göndərmişdir. Bundan sonra o, həmin metamfetamini qoyulduğu yerdən götürmüşdür. Beyləqan şəhər sakini Şahid4 təxminən bir ildir ki, rayon sakini kimi tanımış və onunla normal münasibətləri olmuşdur. 01 yanvar 2024-cü il tarixdə o, Bakı şəhəri, Binəqədi rayonu ərazisində Namətlə görüşmüş və çayxanalardan birində oturub çay içmişlər. Söhbət əsnasında Namət 200 manat pul müqabilində ona psixotrop maddə metamfetamin satmasını demişdir. O, Namətə psixotrop maddə metamfetamin verə biləcəyini bildirmişdir. Sonra o, iranlı kimi tanıdığı şəxsə Whatsapp sosial şəbəkəsində mesaj yazaraq ona 200 manat pul müqabilində 21 büküm psixotrop maddə metamfetamin verməsini bildirmişdir. Həmin şəxs ona kart hesabını ataraq pulu karta göndərməsini bildirmişdir. O, iranlının göndərdiyi kart hesabına 200 manat pul göndərmişdir. Təxminən yarım saat sonra iranlı Xırdalan şəhəri ərazisində parkda ağacın altına metamfetamin qoyaraq ona şəklini göndərmişdir. O, dərhal iranlının ona göndərdiyi yerə getmiş və metamfetamini götürüb geri qayıtmışdır. O, 21 büküm metamfetamindən 11 bükümünü Namətə vermiş və 10 bükümünü isə özündə saxlamışdır. Namət onunla razılaşmış və sağollaşıb ayrılmışlar. Sonra o, həmin metamfetaminlərin hamısını istifadə etmişdir. Bundan təxminən 10 gün sonra valideynləri ilə görüşmək üçün Beyləqan şəhərinə gəlmişdir. Həmin vaxt onun üzərində metamfetamin olmuşdur. O, üzərində olan metamfetamin barədə ailə üzvlərinin bilməmələri üçün rayon ərazisində olan köhnə pendir zavodu deyilən əraziyə getmişdir. Həmin vaxt onda olan bir bükümdə təxminən bir qram metamfetamini zavodun içərisində yerləşən bir daşın altında gizlətmişdir. Sonra o, yaşadığı evə qayıtmışdır. O, üç gün Beyləqan şəhəri ərazisində yaşadığı evdə qalmış və sonra yenidən Bakı şəhərinə qayıtmışdır. O, Bakı şəhərinə tələsik qayıtdığı üçün gizlətdiyi metamfetamini götürə bilməmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi sonuncu ifadəsində göstərmişdir ki, 2024-cü il ərzində 08 avqust 2024-cü il tarixədək olan müddətdə Beyləqan şəhərində olmamış, Bakı şəhərində yaşamışdır. O cümlədən 2024-cü ilin yanvar ayında Beyləqan şəhərində olmamış və köhnə pendir zavodunun ərazisində psixotrop maddə olan metamfetamin gizlətməmişdir. Ümumiyyətlə köhnə pendir zavodunun olduğu yeri tanımır və həmin yerdə olmamışdır. 08 avqust 2024-cü il tarixdə valideynlərinə baş çəkmək üçün Bakı şəhərindən Beyləqan şəhərinə gəlmişdir. Bir neçə gün valideynlərinin yanında qaldıqdan sonra 16 avqust 2024-cü ildə saat 16 radələrində evlərinin həyətində olduğu zaman bir neçə nəfər polis əməkdaşı hasardan aşıb onun üzərinə hücum edib onu tutaraq qolunu arxadan bağlamışlar. Həmin vaxt valideynləri də evdən həyətə çıxıb polislər tərəfindən saxlanmasını görmüşlər. O, polis əməkdaşlarından onu nə üçün saxladıqlarını soruşduqda ona polis şöbəsinə getməli olduğunu, orada izah olunacağını bildirmişlər. Həmin vaxt o, qısa şortikdə olmuş, bədəni çılpaq halda olmuşdur. O, anasından ona köynək verməsini bildirmişdir. O, anasının gətirdiyi köynəyi geyindikdən sonra polis əməkdaşları onu xidməti maşına əyləşdirib polis şöbəsinə aparmışlar. Bundan sonra polis şöbəsində onu xidməti otağa aparmışlar. Otaqda əməliyyat müvəkkilləri onu döyüb axtarışda olduğunu bildirmişlər. Polis əməkdaşları ona bir qram psixotrop maddə metamfetamini boynuna götürməsini bildirmiş və hər şeyin yaxşı olacağını demişlər. Onlar onu boynuna götürməyəcəyi təqdirdə gedib evdən çəkiliş edib kiloqram narkotik vasitə çıxaracaqlarını bildirmişlər. O da qorxduğu üçün onların dediyi ilə razılaşmışdır. Sonra gedib Beyləqan şəhərində yerləşən köhnə pendir zavodunun həyətində çəkiliş edib bir bükümdə psixotrop maddə metamfetamini aşkar etmişlər. Polis əməkdaşları pendir zavodunun həyətində olan zaman ona psixotrop maddəni qoyduqları yeri başa salıb həmin psixotrop maddəni çəkiliş zamanı daşın altından çıxarıb təqdim etməsini və həmin maddəni guya doqquz ay əvvəl oraya qoyduğunu deməsini bildirmişlər. O, ilk dəfə həmin yerə getmişdir. O, aşkar edilmiş psixotrop maddəni oraya qoymamışdır. Pendir zavodunun həyətində aşkar edilən yeri polis əməkdaşları ona təklif etmişlər. O məcbur olub həmin yerdə olan metamfetaminin ona məxsus olmasını etiraf etmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid4 göstərdi ki, 5 yanvar 2024-cü il tarixdə Beyləqan şəhərində polis işçiləri tərəfindən saxlanılarkən onun üzərində və ya yaşadığı evində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Ümumiyyətlə Təqsirləndirilən şəxs tanımır. Polis işçiləri onun üzərinə və yaşadığı evə narkotik vasitə qoymuşlar. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunmuş və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Polislər Təqsirləndirilən şəxs tapa bilmədikləri üçün onu Təqsirləndirilən şəxs qoşmuşlar. Polislər ondan narkotiki Təqsirləndirilən şəxs almasını deməsini tələb etmişlər. Ona görə də üzərinə və evinə polis işçiləri tərəfindən qoyulmuş narkotik vasitəni və psixotrop maddəni guya Təqsirləndirilən şəxs alması barədə ifadə vermişdir. Əslində isə Təqsirləndirilən şəxs ona satmaq üçün heç bir narkotik vasitə verməmişdir. Polis işçiləri yalnız onun telefonunda olan whatsApp səs yazışmalarına istinad edərək onun Təqsirləndirilən şəxs satmaq üçün narkotik vasitə alması nəticəsinə gəlmişlər. Hansı ki, həmin səs yazısının ona heç bir aidiyyəti yoxdur. O, Təqsirləndirilən şəxs heç bir narkotik vasitə götürməmişdir. İbtidai istintaqda Təqsirləndirilən şəxs barəsində təzyiq altında ifadə vermişdir. O, ibtidai istintaqda CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə veriləcəyini düşünərək sənədlərə imza etmişdir. 04 yanvar 2024-cü ildə Təqsirləndirilən şəxslə görüşməmiş və ondan narkotik almamışdır. Onun mobil telefonunda olan Whatsapp danışıqları polislər özləri tərəfindən yazılmışdır. Lakin Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs metamfetamin əldə etmişdir. Təqsirləndirilən şəxs onun vasitəsilə tanımadığı şəxslərə psixotrop maddə metamfetamin çatdırmışdır. O, Təqsirləndirilən şəxs verdiyi metamfetaminləri Beyləqan şəhərində küçədə gizlətmiş və gizlətdiyi yerin fotoşəkillərini çəkib özünə məxsus mobil telefonda ***-***-**-** mobil nömrədə quraşdırılmış “Whatsapp” proqramı vasitəsilə Təqsirləndirilən şəxs ataraq yerini bildirmiş və götürməli olan şəxsləri o, görməmişdir. O, göstərdiyi xidmətin qarşılığında Təqsirləndirilən şəxs pul əvəzinə özü istifadə etmək üçün metamfetamin almışdır. 01 yanvar 2024-cü il tarixdə o, Bakı şəhərində Təqsirləndirilən şəxslə görüşmüşdür. İlkin ona bir siqaret qutusu verərək içərisində 21 bükümdə metamfetamin olduğunu, həmin metamfetaminləri Beyləqan rayonu ərazisində paylamasını tapşırmışdır. O, həmin gün sürücüsünü tanımadığı taksi ilə Beyləqan şəhərinə gəlmişdir. 02 yanvar 2024-cü il tarixdə Beyləqan şəhərində piyada gəzərkən İlkinin ona verdiyi metamfetaminləri Beyləqan şəhəri ərazisində Zərifə Əliyeva küçəsində səkinin kənarına, Sərdar İmrəliyev küçəsində yaşadığı evin yaxınlığında bir neçə yerə, M.Ə.Rəsulzadə küçəsində su çəninin yanına və başqa yerlərə qoyaraq fotoşəkillərini çəkib İlkinə atmış və götürməli olan şəxslərin gəlib götürməsini bildirmişdir. O, İlkinin verdiyi 21 büküm metamfetaminin 15 bükümünü rayon ərazisində gizlətdikdən sonra qalan 6 bükümü özü istifadə etmək üçün götürmüşdür. O, həmin bükümlərdən birini istifadə etmiş, 5 bükümü isə cibində saxlayıb daşımışdır. 05 yanvar 2024-cü ildə saat 17 radələrində Beyləqan rayon polis şöbəsinin əməkdaşları onu saxlamış və Beyləqan Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılarkən şalvar cibindən beş ədəd sellofan bükümdə metamfetamin olan falqanı təqdim etmişdir. O, həmin bükümlərin patı kimi bildiyi metamfetamin olduğunu və həmin bükümləri Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs əldə etdiyini bildirmişdir. Həmin kütlələr sellofan bükümlərlə birlikdə elektron tərəzidə çəkilərək götürülmüşdür. Bundan başqa əynində olan qara rəngli qış gödəkçəsinin cibindən yaşadığı Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində yerləşən binadakı mənzilin açarı aşkar edilərək götürülmüşdür. Onun yaşadığı Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsinə gedilmişdir. Yaşadığı evə hal şahidlərinin iştirakları ilə baxış keçirilərkən onun yataq otağında çarpayısının üzərində olan döşəyinin altından iki ədəd qara rəngli, üzəri yapışqan lentlə sarınmış bağlama və bir ədəd şəffaf rəngli sellofan bükümlərdə narkotik vasitə qurudulmuş marixuanayabənzər və psixotrop maddə metamfetaminəbənzər maddələr aşkar olounmuşdur. Lakin evindən aşkar olunan həmin maddələr ona məxsus olmamışdır. Evindən aşkar olunan maddələrin ona məxsus olmamasını polis işçilərinə bildirmişdir. Şahid4 05 yanvar 2024-cü il tarixdə polis işçiləri tərəfindən saxlanılmasından sonra vermiş olduğu ilk izahatında da üzərində 05 ədəd bükümlərdə aşkar olunan psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, Təqsirləndirilən şəxs aldığını bildirmiş, eyni zamanda həmin gün evinə baxış keçirilərkən yataq otağında aşkar olunmuş iki ədəd bükümlərdə qurudulmuş marixuananı və metamfetaminin özünə məxsus olmadığını bildirmişdir. Şahid4 özünün Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılarkən isə ailəsi ilə Beyləqan şəhərində yaşadığını, metamfetamindən istifadə etdiyini, 05 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Beyləqan şəhərində polis işçiləri tərəfindən saxlanılarkən onun üzərində psixotrop maddə metamfetamin olmamasını, polis işçilərinin onu Beyləqan Rayon Polis Şöbəsinə aparmaqla polis şöbəsində üzərində şəxsi axtarış aparılmasından əvvəl cibinə polis işçiləri tərəfindən metamfetamin qoyulmasını, evində də aşkar olunan qurudulmuş marixuana və metamfetamin polis işçiləri tərəfindən qoyulmasını, Təqsirləndirilən şəxs ona satmaq üçün heç bir narkotik vasitə vermədiyini göstərmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 göstərdi ki, Beyləqan Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində müstəntiqin qərarı ilə axtarış elan olunmuşdur. Həmin qərar 15 avqust 2024-cü il tarixdə icraatına daxil olmuşdur. Axtarış işi açılmaqla Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində axtarış tədbirlərinə başlamışlar. 16 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Beyləqan şəhəri, N.Nərimanov küçəsində olması barədə məlumat almışlar. Həmin gün saat 20 radələrində digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs Beyləqan şəhəri, N.Nərimanov küçəsində saxlayıb, Beyləqan rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Şahid4 narkotik vasitə satdığını etiraf etmişdir. Bundan bir neçə saat sonra Beyləqan rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X6 Əliyevin istintaqda Beyləqan şəhəri ərazisində yerləşən, köhnə pendir zavodu deyilən ərazidə psixotrop maddə gizlətməsinə dair ifadə verdiyini bildirmiş və həmin əraziyə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçiriləcəyini demidir. O və digər polis işçiləri müstəntiq və Təqsirləndirilən şəxslə birlikdə Beyləqan şəhəri, SMD-42 qəsəbəsində yerləşən köhnə pendir zavodunun həyətinə getmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini gizlətdiyi yeri təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin ərazidə yerləşən ağacın altında olan daş parçasını qaldırıb kənara qoyaraq orada gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi yerə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi yerdən bir ədəd şəffaf rəngli sellofan büküm aşkar edilmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirildikdə içərisində ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminəbənzər kütlə olması məlum olmuşdur. Təqsirləndirilən şəxs gizlətdiyi maddənin həmin aşkar edilmiş maddə olduğunu bildirmişdir. Sonra həmin büküm elektron tərəzidə çəkilmiş və götürülmüşdür. Həmin yerə baxış keçirilməsi və psixotrop maddənin götürülməsində videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs Beylaqanda geniş bir formada kilolarla narkotik vasitə satmaqla məşhğul olmuşdur. O, saxlanıldıqdan sonra yaxşı kı, tutulduğunu, yoxsa hələ çox insanların balalarını məhv edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs yalan ifadə verir, ona qarşı heç bir təsir və ya təzyiq göstərməmişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən Beyləqan Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 da Şahid2lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 göstərdi ki, Beylaqan Rayon Polis Şöbəsində Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Narkotik vasitələrlə bağlı həbs olunmuş Təqsirləndirilən şəxs istintaqda Beyləqan şəhəri ərazisində yerləşən köhnə pendir zavodu deyilən ərazidə psixotrop maddə gizlətməsi barədə ifadə verdiyindən müstəntiqin göstərişi əsasında həmin əraziyə baxış keçirilməsində iştirak etmişdir. 17 avqust 2024-cü il tarixdə gecə saatlarında həmin əraziyə Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkiliş aparılmaqla baxış keçirilərkən Təqsirləndirilən şəxs Beyləqan şəhəri, SMD-42 qəsəbəsində yerləşən köhnə pendir zavodunun həyətində yerləşən ağacın altında olan daş parçasını qaldırıb kənara qoyaraq orada metamfetamini gizlətdiyini bildirmişdir. Həmin yerdən bir ədəd şəffaf rəngli sellofan büküm aşkar edilmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirildikdə içərisində kristal formalı psixotrop maddə metamfetaminəbənzər kütlə olması məlum olmuşdur. Təqsirləndirilən şəxs gizlətdiyi maddənin həmin aşkar edilmiş maddə olduğunu bildirmişdir. Həmin maddə elektron tərəzidə çəkilmiş və götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Beyləqan Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 da Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. “Şəxsi axtarış və götürmə haqqında” 05 yanvar 2024-cü il tarixli protokola əsasən Şahid4 üzərində Beyləqan rayon polis şöbəsinin inzibati binasında şəxsi axtarış aparılarkən əynində olan boz rəngli cins şalvarın sağ arxa cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib, qanunsuz olaraq saxlayıb, qanunsuz olaraq üzərində daşıdığı 05 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri müvafiq olaraq 0,18 qram, 0,20 qram, 0,20 qram, 0,21 qram, və 0,14 qram olan psixotrop maddə metamfetmaninə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. “Baxış və götürmə haqqında” 05 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şahid4 Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində yerləşən yaşadığı evə baxış aparılarkən evin yataq otağındakı çarpayının üzərində olan döşəyin altından iki ədəd qara rəngli bağlamalarda ayrı-ayrılıqda çəkiləri 0,875 kiloqram və 1,135 kiloqram olan narkotik vasitə qurudulmuş marixuanayabənzər kütlələr və bir ədəd şəffaf rəngli sellofan bükümündə çəkisi 17,91 qram olan psixotrop maddə metamfetmaninəbənzər maddələr aşkar olunarkən Namət Əhmədə həmin maddələrin ona məxsüs olmadığını bildirmişdir. Bank əməliyyatları barədə məlumatlardan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə «m10» hesabı üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsinə Şahid4 istifadəsində olan ***-***-**-** və ***-***-**-** telefon nömrələrindən hər hansı məbləğdə pul köçürülməmişdir. “Telefona baxış keçirilməsi haqqında” 06 yanvar 2024-cü il tarixli protokola əsasən təqsirləndirilən şəxs Şahid4 istifadəsində olan “Samsung A 13” markalı mobil telefon simvol çəkilməklə açardan açıldı. Daha sonra telefona quraşdırılmış whatsapp ani mesajlaşma sisteminə daxil olundu. Həmin sistemə baxış keçirilən zaman “İlkin” adı yazılan və +**********65 saylı mobil nömrə ilə qeydiyyatdan keçən şəxslə aralarında aşağıdakı məzmunda danışıqlar olması müəyyən olundu: 04 yanvar 2024-cü il İlkin: Hardasan (mətn) İlkin: ? (mətn) İlkin:Mənə dəqiq denən (mətn) İlkin:Cavab ver görək (mətn) Namət: Evdəyəm dəqiq evdəyəm (səs qeydi) Namət: Evdeyem İlkin: Görsən qaqa mən saa vaxtında dedim ki heş kim bilməsin bilsə bu işin poxu çıxajax sa demişdim vaxtında dedim qaqa sa vaxtında qadan alım sənin dedim gördün nətər oldu gördün indi qorxursan ki əməliyat qurulacaq aparacaqlar çünki qaqa mən dediyimi eləmədin axı sən ona görə qorxmalısan də qaqa əlindəkin də bilmirəm dağıtmısansa dağıt dağıtmadığınıda helə qaytar götür gəl bakıya sabah tezdən qayıt gəl bakıya ey qaqa bilsən poxu poxa qatmısan rayonda (səs qeydi) İlkin:Hər dəfə mən deyirəm sa sən deyirsən qaqa heş kim bilmira hər dəfə deyirəm deyirsən heş kim ə heş kim bilmir nədi qaqa ə and olsun Allaha ma elə bir adam dediki elə and olsun Allaha əlim üzümdə qaldı dedi ə qaqa billəme o sənin aynoyunundu mən uşaq döyləm prostuki qaqa bu nə hərəkətde Allaha and olsun əlim üzümdə qaldı. (səs qeydi) Namət: Qaqa qoy indi şəkilləri rahat atım saa hə deyirsən e mən elə bir adam dediki nəm valla and ola Allaha Allaha and olsun deyrəm uşaq vardı ona de bu mənim dostum var ona şey atdırdım gedib götürəndə dedi qaqa mən onnan çəkmişəm 2 gün bunnan qabaq dedi çəkmişəm yeri gələndə atırlar nəbilmək olarki belə pis çıxmasın bu dəyqə yeri gələndə bu şeydən hamı danışır ki ə bu bomba şeydi bu bomba şeydi başa düşdün nə demək istiyirəm. (səs qeydi) İlkin: Qaqa sən dedine mənim qapım döyüldü mən həmin dəyqədən sabah sən bura gəlib çıxana qədər mən prijivaniya keçirdəjəm prijivaniya yaşıyajam ömrümdən ömür gedəjək ma lazımdı qaqa bu yox lazımdı mən dediyimi eləmirsiz axı qaqa de oda oturub orda 8 min de ha indi düzəltmişəm min beş yüz manatım çatmır oturub orda nə sikir ki bilirki İlkin çıxardajax dana məni ona da vaxtında dedimki eləmə qızdar deyir məndən daş istiyir getdik qızdar dedim gijdıllax qızdar işverəndi səni tutajaxlar ə yox de götün sikdilər atdılar içəri 8 min ağzına soxum onun mən sizə dediyimi eləmirsiz qaqa ona görə bütün əsəblərim mənim mən prijivaniya keçirdirəm mən bilmirəme düşəm o 8 min onun dalına düşəm yoxsa sən qaqa aynoyunların hamısın atmısan ma mənnən düz danış qaqa mənnən dəqiq danış atmadığınıda cəhənnəmə olsun qalsın qoy (səs qeydi) İlkin: Bildime qaqa başa düşdüm qadan alım sənin evdən çıxma çölə qaqa çıxma nə atmısan şəkillərin at maa şəkillərin at ma qaqa at ma şəkilləri mən prijivaniya keçirdirəm mənim prijivaniyama dəymire qaqa mən dediyim kimi eləsən nə sən prijivaniya keçirdərsən nə mən nə ağzın sikdiyim o 8 min içərdə olan mənim dediyimi heş biriniz eləmirsiz helə o da qaqa ma ziyan eliyir mən bu dəyqə prijivaniya keçirdirəm niyə keçirtməliyəm qaqa başa dönüm nəyə görə keçirtməliyəm ki(səs qeydi) Namət: İnan Allah haqqı ilkin nemətin canı atmışam qaqa canı sa dediyim qalmışdıe düzdü onlar qalıb bidənə fiso odaki yeri gələndə yəni mən orda səni allatmıram eləmirəm varyoxunalən atmışam sayında bilirsən sən verdikləridə bilirsən dana nə var nə yox hamısının indi şəkillərin sa atıram prostu bircə bircə şey elə sa yalan deyənin özü ölsün sa yalan deyənin var yoxuna lənət inandın ə hamısın atmışam qurana and olsun sa dediklərim qalıb qalmışdı e bidənə qara dörd dənə beş dənə şey qalmışdı onlar qalıb fisyo var yoxuna lənət sənin verdiklərin də o hamısın şeylə özün görəssən dana nə var nə yox eləbilsən Allaha and olsun sa yalan danışmıram quran and olsun ilkin ba varyoxuna lənət nə varsa hamısını düzün deyrəm sa (səs qeydi) Namət: Qaqa mən evdən çölə çıxmıram and ola Allaha evdən çölə çıxmıram evdən çölə çıxsam bled məni çöldə şeyliyərlər lazım olanda çıxıram sənə bidənə pul atmağa fisyo başqa heçnə başa düşdün qaqa mən çıxandada bomboş çıxıram e üstümdə heşnə olmu qaqa canı qadan alım sənin bidənə əraziyə çıxanda onu da elə cibimdə elə şeylirəm ki heç bilinmir mən evdən çölə çıxmıram istəmirəma belə birşey olsun xoşum gəlmir dana and ola Allaha mən prosta gizlətmə mən sa dedim bilsən nəyə görə dedimki yəni qaqa bilsən nə var nə yox deyrəmki yəni biləsən dana sabahsı gün deyərsənki qaqa ma niyə demədin hörmətsizliy olar axı qaqa eşidsən narat olma evdən çölə çıxmıyajam heşnə oturmuşam evdə qadan alım sənin narat olma. (səs qeydi) İlkin: Nemət sənin xəbərin varki o qalıb o içərdə mən bu dəyqə ona pul axtarırdım uje o qalıb ikinci planda mən sənnə danşıram iki saatdı niyə danşırıq iki saatdı qaqa çünki mənim dediklərimi eləməmisən deyə bax danışırıq sən danşırsan məndə boş-boş danşırıqa ikimizdə boş boşuna danşırıqa yani bunun xeyri yoxdu danışığın bax əlim ayağım əsir bu dəyqə ma lazım bu qadan alım sənin çox danışmıyaq başa dönüm o şəkilləri at ma yerlərin də at ma sabah tezdən gəl bura üzbəüz danışaq qoy bu heç olmasa bu bədbaxtın pulun tapım da 1500 manatım qalıb tapım bunu çıxardım dana indi sənnən nağaraq oturaq səhərə kimi danışaq qadan alım sənin (səs qeydi) Namət: Yaxwk (mətn). «Azsercell» MM-dən daxil olmuş telefon danışıqları barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş, ***-***-**-** telefon nömrəsinin anten dairəsi 01 yanvar 2024-cü il tarixdən 08 avqust 2024-cü il tarixədək Bakı şəhəri ərazisində olmuş, bir dəfə də olsun Beyləqan rayonu ərazisində olmamışdır. 08 avqust 2024-cü il taridən 16 avqust 2024-cü il tarixə saat 16:37-dək Beyləqan şəhəri ərazisində olmuş, bundan sonra telefon nömrəsi ilə hər hansı danışıq aparılmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinin anten dairəsi məlumatlarından göründüyü kimi o, ibtidai istintaqda 2024-cü ilin yanvar ayının təxminən 10-da valideynlərinə baş çəkmək üçün Bakı şəhərindən Beyləqan şəhərinə gəlməsini, təxminən üç gün müddətində Beyləqan şəhərində qalmasını, həmin müddətdə Beyləqan şəhərində köhnə pendir zavodunun ərazisində daşın altına metamfetamin gizlətməsini göstərsə də, 2024-cü ilin yanvar ayından avqust ayının 8-dək onun istifadəsində olan telefon nömrəsinin anten dairəsi Bakı şəhərində olmuş, Beyləqan rayonu ərazisində olmamışdır. “Baxış keçirilməsi və götürmə haqqında” 17 avqust 2024-cü il tarixli protokola əsasən Beyləqan şəhəri, SMD-42 qəsəbəsi ərazisində yerləşən köhnə pendir zavodunun həyətinə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs psixotrop maddənin gizlədildiyi yerə polis əməkdaşları tərəfindən istiqamətləndirilir. Hətta həmin yerdə torpaqda gizlədilmiş psixotrop maddə Təqsirləndirilən şəxs tərəfindən yox, polis işçisi tərəfindən aşkar olunur. Sonra həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 3,14 qram olması müəyyən edilmişdir. Beyləqan Rayon İcra Hakimiyyətinin 16 oktyabr 2025-ci il tarixli arayışından görünür ki, SMD-42 qəsəbəsi Beyləqan şəhərinin inzibati ərazi dairəsində yerləşir. Məhkəmə bioloji-kimyəvi ekspertizasının 06 yanvar 2024-cü il tarixli, 18/12-13 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Şahid4 üzərindən metamfetaminə bənzər” sözləri yazılmış kağız paketdə 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkilsi-0,06 qr, 0,08 qr, 0,08 qr, 0,06 qr, 0,08 qr, ümumi çəkisi-0,360 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Şahid4 yaşadığı evdən metamfetaminə bənzər” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-16,406 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş cəmi 06 ədəd bükümdə olan psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata təqdim edilmiş üzərində “Şahid4 yaşadığı evdən marixuanaya bənzər” sözləri yazılmış 02 ədəd kağız paketdə 02 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi-1115,0 qr, 840,0 qr, ümumi çəkisi -1955,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə kimyəvi ekspertizasının 17 avqust 2024-cü il tarixli, 3-16-16/2-18/739 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus olduğunu bildirdiyi” sözləri yazılmış və imzalar olan kağız paketdəki bir ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,921 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2024-cü il tarixli, 6534 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Kompleks məhkəmə-psixatriya və məhkəmə-psixoloji ekspertizasının 21 fevral 2025-ci il tarixli, 574 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl anlaqlı hesab olunmalıdır, hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2024-cü il tarixli hökmü ilə Şahid4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarına əsasən məhkum Şahid4 və müdafiəçisi X2 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2024-cü il tarixli hökmündən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beyləqan şəhər İƏD üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, barəsində nümayəndəliyə hər hansı şikayət daxil olmamışdır. Beələliklə də məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxəs Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə 05 yanvar 2024-cü il tarixdə onun tanışı Naməd Əhmədlinin üzərində beş ədəd sellofan bükümlərdə 0,06 qram, 0,08 qram, 0,08 qram, 0,06 qram və 0,08 qram- cəmi 0,360 qram çəkidə aşkar olunmuş psixotrop maddə metamfetaminin Təqsirləndirilən şəxs aidiyyətinin olması sübuta yetirilir. Belə ki, Şahid4 5 yanvar 2024-cü il tarixdə saxlanılarkən onun üzərində olan “Samsung A 13” markalı mobil telefona quraşdırılmış whatsApp ani mesajlaşma sisteminə daxil olunarəkn “İlkin” adı yazılan və +**********65 saylı mobil nömrə ilə qeydiyyatdan keçən şəxslə 04 yanvar 2024-cü il tarixdə narkotikin satışı və yayılması ilə bağlı danışıqlar olmuş, Şahid4 Təqsirləndirilən şəxs onda olan narkotiklərin hamısını ayrı-ayrı yerlərə qoyub fotoşəklini ona atdığını, onda cəmi dörd dənə, beş dənə şey - yəni metamfetamin bükümləri qaldığını bildirmişdir. Həmçinin həm Təqsirləndirilən şəxs, həm də Şahid4 ibtidai istintaqda verdikləri ifadələrində Şahid4 01 yanvar 2024-cü il tarixdə Bakı şəhərində Təqsirləndirilən şəxslə görüşərək ondan Beyləqan şəhəri ərazisində realizə etmək məqsədi ilə xırda bükümlərdə psixotrop maddə metamfetaminləri qəbul edərək özü ilə Beyləqan şəhərinə gətirməsini təsdiq etmişlər. Təqsirləndirilən şəxs Bakı şəhərində görüşərkən Şahid4 11 bükümdə metamfetamin verdiyini, Namət Əhmədoli isə 21 bükümdə metamfetamin verdiyini göstərmişlər. Bundan başqa Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs satış üçün qəbul etdiyi 21ədəd metamfetamin bükümlərinin çox hissəsini realizə etmiş, 05 yanvar 2024-cü il tarixdə onda 05 ədəd bükümlərdə metamfetamin qalmışdır. Polis işçiləri tərəfindən həmin gün saxlnılarkən metamfetamin bükümləri üzərində aşkar olunmuşdur. Lakin Şahid4 yaşadığı evdə 05 yanvar 2024-cü il tarixdə baxış keçirilərkən polis əməkdaşları tərəfindən aşkar olunmuş 1955 qram narkotik vasitə qurudulmuş marixuananın və 16,406 qram psixotrop maddə metamfetamin ona məxsus olmadığını göstərmişdir. Nemət Əhmədli sonrakı bütün ifadələrində də evində aşkar olunmuş həmin maddələrin ona məxsus olmadığını göstərmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs də ifadəsində 01 yanvar 2024-cü il tarixdə Bakı şəhərində Şahid4 yalnız 11 ədəd xırda bükümlərdə metamfetamin verdiyini, başqa narkotik vasitə vermədiyini göstərmişdir. 05 yanvar 2024-cü il tarixdə Şahid4 evinə baxış keçirilərkən aşkar olunmuş 1955 qram narkotik vasitə qurudulmuş marixuananın və 16,406 qram psixotrop maddə metamfetaminin Təqsirləndirilən şəxs aidiyyətinin olması hər hansı başqa sübutla da təsdiq olunmamışdır. Eyni zamanda 04 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxslə Şahid4 aralarında “Whatsapp” proqrammı ilə aparılmış səsli mesajlardan da görünür ki, Şahid4 onda cəmin 4-5 dənə bükümlərin qalmasını bildirir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxslə Şahid4 aralarında Whatsapp proqramı vasitəsi ilə 04 yanvar 2024-cü il tarixdə aparılmış səsli mesajlara və hər ikisinin ibtidai istintaqda vermiş olduqları ifadələrinə əsasən 05 yanvar 2024-cü il tarixdə Şahid4 üzərində beş ədəd bükümlərdə aşkar olunmuş metamfetaminin sonuncuya Təqsirləndirilən şəxs tərəfindən verilməsi sübuta yetirilir. Lakin 05 yanvar 2024-cü il tarixdə Şahid4 evində aşkar olunmuş 1955 qram qurudulmuş marixuananın və 16,406 qram metamfetminin Təqsirləndirilən şəxs aidiyyətinin olması, Şahid4 Təqsirləndirilən şəxs tərəfindən verilməsi sübuta yetirilmir. Belə ki, Şahid4 evində aşkar olunmuş 1955 qram qurudulmuş marixuananın ona məxsus olmadığını göstərmişdir. Həmin maddələrin ona Təqsirləndirilən şəxs tərəfindən verilməsi barədə ifadə verməmişdir. Həmçinin Təqsirləndirilən şəxs də istintaqda verdiyi ifadəsində 01 yanvar 2024-cü il tarixdə Bakı şəhərində Şahid4 yalnız 11 ədəd bükümlərdə metamfetamin verməsini göstərmişdir. 16,406 qram psixotrop maddə metamfetamin və 1955 qram qurudulmuş marixuana verməsini göstərməmişdir. Eyni zamanda Şahid4 evindən götürülmüş 1955 qram narkotik vasitə qurudulmuş marixuananın və 16,406 qram psixotrop metamfetaminin Təqsirləndirilən şəxs aidiyyətinin olmasına dair hər hansı başqa sübut da müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən 1955 qram narkotik vasitə qurudulmuş marixuananın və 16,406 qram psixotrop metamfetamini satış məqsədi ilə əldə etmə, saxlama və daşımağa görə verilmiş ittiham sübuta yetirilmədiyindən xaric olunmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs 16 avqust 2024-cü il tarixdə Beyləqan şəhərində polis işçiləri tərəfindən saxlanılmasından sonra şübhəli şəxs kimi verdiyi ifadəsində 2024-cü ilin yanvar ayının 10-dan sonrakı günlərdə yaşadığı Bakı şəhərindən Beyləqan şəhərinə valideynlərinə baş çəkmək üçün gəldiyini, üç gün Beyləqan şəhərində qaldığını, həmin vaxt üzərində olan metamfetamini Beyləqan şəhəri SMD 42 adlanın ərazidə köhnə pendir zavoldunun həyətində daşın altında gizlətdiyini göstərsə də, bundan sonra ifadəsi onun iştirakı ilə yerində yoxlanılarkən köhnə pendir zavodunun həyətində daşın altından 2,921 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamint aşkar olunsa da, o, məhkəmə istintaqında göstərmişdir ki, 2024-cü ilin yanvar ayından 08 avqust 2024-cü il tarixədək olan müddətdə bir dəfə də olsun Beyləqan şəhərinə gəlməmiş, daimi Bakı şəhərində olmuş və 2024-cü ilin yanvar ayında Beyləqan şəhərində köhnə pendir zavodunun həyətində psixotrop maddə metamfetamin gizlətməmişdir. Bakı şəhərindən Beyləqan şəhərinə yalnız 08 avqust 2024-cü il tarixdə gəlmişdir. Bir neçə gün Beyləqan şəhərində valideynlərinin yanında olduqdan sonra 16 avqust 2024-cü il tarixdə polis işçiləri evlərinə gələrək onu polis şöbəsinə aparmışlar. Nemət Nəhmətovda aşkar olunmuş narkotik vasitə və psixotrop maddə ilə bağlı olaraq şübhəli şəxs kimi dindirilərkən polis işçilərinin təzyiqi altında güya 2024-cü ilin yanvar ayında Beyləqan şəhərində olması və həmin vaxt pendir zavodunun həyətində daşın altında metamfetamin gizlətməsinə dair yalan ifadə verməyə məcbur olmuşdur. Onu həmin yerə polis işçiləri aparmış və polis işçilərinin özləri istiqamət verməklə onu metamfetaminin qoyulduğu yerə aparmışlar. Həmin yerdə isə metamfetamin torpaqdan polis işçisi tərəfindən çıxarılmışdır. Çünki o, metamfetaminin yerini bilməmişdir. Həqiqətən də «Azsercell» MM-dən daxil olmuş telefon danışıqları barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş, ***-***-**-** telefon nömrəsinin anten dairəsi 01 yanvar 2024-cü il tarixdən 08 avqust 2024-cü il tarixədək Bakı şəhəri ərazisində olmuş, bir dəfə də olsun Beyləqan rayonu ərazisində olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması barədə 17 iyul 2024cü il tarixli protokola əlavə edilmiş videoçəkiliş məhkəmə iclas zalında nümayiş etdirilərkən müəyyən edilir ki, Beyləqan şəhərində yerləşən köhnə pendir zavodunun ərazisində daşlıq sahədə, daşların arasında yerləşdirilmiş metamfetaminin olduğu yerə doğru polis işçiləri Təqsirləndirilən şəxs qabaqda getməklə ona istiqamət göstərirlər, həm də daşlıq sahədə içərisində metamfetamin olan büküm Təqsirləndirilən şəxs tərəfindən deyil, polis işçisi tərəfindən çıxarılır. Bu da ona dəlalət edir ki, Təqsirləndirilən şəxs pendir zavodunun həyətində psixotrop maddənin qoyulduğu yeri dəqiqliklə bilməmişdir, çünki özü qoymamışdır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs 2024-cü ilin yanvarından avqust ayının 8-dək olan müddətdə Beyləqan şəhərində olmaması, Beyləqan şəhərində köhnə pendir zavodunun həyətində metamfetamin gizlətməməsi barədə ifadəsini işin faktiki halları ilə təsdiq edilməklə obyektiv ifadə kimi qəbul edir və sübut kimi qiymətləndirir. Bununla yanaşı Təqsirləndirilən şəxs 2024-cü ilin yanvarında 2,921 qram çəkidə psixotrop maddə metamfetamini əldə edərək Beyləqan şəhərində SMD-42 qəsəbəsinə daşıyıb orada yerləşən “köhnə pendir zavodu” deyilən binanın həyətindəki daşın altında gizlətmiş olsa da, onun 16 avqust 2024-cü il tarixdə Beyləqan Rayon Polis Şöbəsində digər narkotik vasitə və psixotrop maddələrlə bağlı olaraq şübhəli şəxs kimi dindirilərkən ifadəsində bu barədə məlumat verməsi könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməli və CM-nin 234-cü maddəsinin qeyd hissəsinə əsasən buna görə cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarında göstərilir ki, Məhkəmələrə izah olunsun ki, CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndində narkotik vasitələri, psixotrop maddələri və prekursorları, habelə 240-cı maddəsinin qeydinin 2-ci bəndində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri könüllü surətdə təhvil vermə dedikdə, həmin vasitələrə (maddələrə) real surətdə istədiyi kimi sərəncam vermə imkanına malik olan şəxsin bu vasitələri (maddələri) hakimiyyət nümayəndəsinə hər hansı motivlə olursa-olsun, lakin öz iradəsinə uyğun olaraq təhvil verməsi başa düşülməlidir. Şəxsin hər hansı bir əmələ görə, hətta narkotik vasitələrin və ya psixotrop maddələrin (güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayət əməlinin törədilməsində şübhəli olduğuna görə tutulması və yaxud ona münasibətdə bu və ya digər istintaq hərəkətinin aparılması faktı özü-özlüyündə CM-in 234cü maddəsinin qeydinin 1-ci bəndinin və ya 240-cı maddəsinin qeydinin 2-ci bəndinin tətbiqini istisna edən hallar kimi nəzərdən keçirilməməlidir. Məsələn, xuliqanlıq etməsi ilə əlaqədar tutulmuş şəxsin evində, başqa məkanda narkotik vasitə (psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə) saxlaması barədə məlumat verib səlahiyyətli şəxsə həmin vasitəni (maddəni) təqdim etməsi və ya narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətdə şübhəli bilindiyinə görə tutulmuş və ya belə şübhə ilə əlaqədar evində və ona aid həyətyanı sahədə axtarış aparılan şəxsin öz təşəbbüsü ilə və ya sorğu-sual zamanı üstündə və ya yaşadığı (müvəqqəti qaldığı) yerdə aşkar olunan narkotik vasitələrdən başqa cinayət təqibini həyata keçirən orqana məlum olmayan (yalnız şübhəliyə bəlli olan) digər məkanda (meşədə, başqalarına məxsus və ya sahibsiz tikililərdə, inşaat sahələrində, ona aid olmayan boş ərazilərdə və s. bu kimi yerlərdə) narkotik vasitə (psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddələri) saxladığını bildirib həmin predmetləri təhqiqatın, ibtidai istintaqın aparılması həvalə edilmiş və ya digər səlahiyyətli şəxsə təqdim etməsi, bu hərəkətlər də şəxsin öz əməllərinə tənqidi münasibətini əks etdirdiyindən, eyni zamanda cinayət təqibini həyata keçirən orqanın aşkar etmək ehtimalı olmayan (lakin tutulmuş olsa da, həmin şəxsin sərəncamında qalmaqla onun tərəfindən müəyyən yollarla və yaxud azad edildikdən sonra idarə edilməsi imkanı itirilməyən) narkotik vasitənin (psixotrop maddənin, prekursorun, güclü təsir edən və ya zəhərli maddənin) qanunsuz dövriyyədən çıxarılmasını təmin edən davranış olduğundan, CM-in 234 və 240-cı maddələrinin qeydlərində nəzərdə tutulmuş stimullaşdırıcı normaların təsiri altına düşən hallar kimi nəzərdən keçirilməlidir. Belə hallarda, habelə narkotik vasitənin və ya psixotrop maddənin (onların prekursorlarının), eləcə də narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli məddələrin bir hissəsini satdığı, qalan hissəsini isə qeydlərə uyğun qaydada könüllü təhvil verdiyi halda, şəxs tamamilə deyil, müstəsna olaraq könüllü təqdim etdiyi narkotik vasitəyə (psixotrop maddəyə, prekursora, güclü təsir edən və ya zəhərli maddəyə) görə cinayət məsuliyyətindən azad olunmalıdır. CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin mənasına görə narkotik vasitəni və ya psixotrop maddəni, onların prekursorlarını könüllü təhvil vermiş və yaxud bu predmetlərlə əlaqədar olan cinayətlərin açılmasında və ya qarşısının alınmasında, onları törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs müvafiq əməlləri narkotik vasitəni (psixotrop maddəni, prekursoru) satmaq məqsədi ilə və ya belə məqsəd olmadan törətməsindən asılı olmayaraq cinayət məsuliyyətindən azad edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayında təkrarən satış məqsədilə qanunsuz olaraq 2,921 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla Beyləqan şəhəri, SMD-42 qəsəbəsinə daşıyıb orada yerləşən “köhnə pendir zavodu” deyilən binanın həyətindəki daşın altında gizlədərək 17 avqust 2024-cü il tarixədək saxlamağa görə verilmiş ittiham xaric olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs ona ibtidai istintaq zamanı verilmiş ittiham üzrə yalnız Şahid4 ilə psixotrop maddə metamfetaminin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satışının həyata keçirilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək beş ədəd sellofan bükümlərdə 0,06 qram, 0,08 qram, 0,08 qram, 0,06 qram, 0,08 qram-cəmi 0,360 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmə, saxlama, daşıma və satışını həyata keçirməsi üçün 01 yanvar 2024-cü il tarixdə Bakı şəhərində Şahid4 verməyə görə təqsirli bilinməklə əməli Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə əhatə olunduğundan ona CM-nin həmin maddəsi ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 16 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. 17 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı götürülmüş 2,921 qram psixotrop maddə metamfetaminlə bağlı cinayəti törətmiş şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Beyləqan rayon prokuroruna göndərilməlidir. Ekspertiza tədqiqatından sonra qalmış və iş üzrə maddi sübut kimi tanınmış 2,901 qram psixotrop maddə metamfetamin müvafiq araşdırma aparılmaqla qərar qəbul edilənədək Beyləqan rayon polis şöbəsində saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 1954,80 qram qurudulmuş marixuana və 16,466 qram psixotrop maddə metamfetaminlə bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Şahid4 barəsində olan və qanuni qüvvəyə minmiş 26 avqust 2024-cü il tarixli, 1(099)-469/2024 №-li hökmü ilə qərar qəbul olunması nəzərə alınmalıdır. Ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. 17 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı götürülmüş 2,921 qram psixotrop maddə metamfetaminlə bağlı cinayəti törətmiş şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Beyləqan rayon prokuroruna göndərilsin. Ekspertiza tədqiqatından sonra qalmış və iş üzrə maddi sübut kimi tanınmış 2,901 qram psixotrop maddə metamfetamin müvafiq araşdırma aparılmaqla qərar qəbul edilənədək Beyləqan Rayon Polis Şöbəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1954,80 qram qurudulmuş marixuana və 16,466 qram psixotrop maddə metamfetaminlə bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Şahid4 barəsində olan və qanuni qüvvəyə minmiş 26 avqust 2024-cü il tarixli, 1(099)-469/2024 №-li hökmü ilə qərar qəbul olunması nəzərə alınsın. Ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-337/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-337/2025
17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver