Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-338/2022 20.06.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər-Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - X5 və Zərərçəkmiş şəxs2 oğunun, Təqsirləndirilən şəxs və müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun Vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü ildə Saatlı rayonu 26-lar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti tətbiq etməklə 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Saatlı rayonu, Əbil kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs 03 oktyabr 2021-ci il tarixdə saat 16 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən Zərərçəkmiş şəxs2 Saatlı rayonu Sarıcalar kəndində işlətdiyi mağazanın yaxınlığında sonuncunun 2021-ci ilin mart ayında onun əmisi oğlu Şahid1 nisyə verdiyi 120 manat dəyərində ərzaq mallarının pulunu vermədiyinə görə onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən Şahid1 ilə Zərərçəkmiş şəxs2 və həmin mağazada işləyən Zərərçəkmiş şəxs1 arasında baş vermiş mübahisə zamanı heç bir səbəb olmadan, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla, üstündə gəzdirdiyi məlum olmayan bıçaqla xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs1 qarnının arxa sol nahiyəsinə bir dəfə vuraraq, ona qarnın sol arxa yan səthində, sol arxa qoltuqaltı xətt üzrə göbək səviyyəsində, qarın boşluğuna keçən, sol böyrəyin zədələnməsi və nəticədə xaric olması, enən çənbər bağırsağın müsariqəsinin zədələnməsi, daxili qanaxma, peritonarxası hematoma ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş, insan həyatı üçün təhlükəli olan yara xəsarəti yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuş, daha sonra cinayət əməlini davam etdirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən-yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, onun Zərərçəkmiş şəxs1 qarşı xuliqanlıq hərəkətlərinin və ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən Zərərçəkmiş şəxs2 müqavimət göstərərək üstündə gəzdirdiyi məlum olmayan, həmin silah qismində istifadə olunan bıçaqla, heç bir səbəb olmadan qəsdən vuraraq sol çiyin qurşağı proyeksiyasında, sol dirsək oynağının arxa səthində, sol əlin ovuc səthində 1-2-3-cü əldarağı sümüyü proyeksiyasında sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid üç ədəd yara xəsarətləri yetirib, ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmişdir. Məhkəmə istinatqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci il oktyabr ayının 3-də saat 16 radələrində Saatlı rayonu Sarıcalar kəndində əmisi oğlu Vüqar ilə ev üçün pəncərə alıb qayıdarkən telefonda Vüqarla kənddə mağaza işlədən Aqilin borc üstündə mübahisə etdiyini eşitmişdir. Məlum olmuşdur ki, əmisi oğlu Vüqar Aqilin mağazasından bir neçə ay əvvəl nisyə ərzaq məhsulları almış və Aqil ondan pulunu tələb etdiyi üçün aralarında mübahisə baş vermişdir. Telefonda sözlü mübahisədən sonra Vüqar arabadan enib Aqilin işlətdiyi mağazaya tərəf getdiyini görmüş, özü də Vüqarın arxasınca getmişdir. Mağazanın qarşısına çatdıqda Aqil ilə Vüqarın mübahisə etdiyini görmüş və onları ayırmışdır. Aqillə Vüqarı ayırıb mağazadan təxminən 10 metr uzaqlaşdıqdan sonra Bəhruzla Aqil onların arxasınca gəlmiş və Bəhruz daş ilə arxadan onun başından vurmuşdur. Bundan sonra o, üzərində gəzdirdiyi bıçaqı çıxarıb Bəhruzun qarın nahiyəsindən vurmuş, bu zaman Aqil araya girib əli ilə bıçağı tutmağa çalışmış və bıçaq Aqilin əlini kəsmişdir. Aqilə sonradan biriki bıçaq zərbəsi vurmuş, lakin bıçağın Aqilin harasından dəydiyini bilməmişdir. Hadisə vaxtı içkili olmuş, bıçağı Bəhruza qorxutmaq üçün vurmuşdur. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində göstərmişdir ki, həmin bıçağı 2021-ci ilin yay aylarında qarpız alveri edərkən almış və həmin vaxtdan bıçaq at arabasında qalmış, sonra isə həmişə özü ilə gəzdirmişdir. Hadisə zamanı özü də, xəsarət aldığı üçün halı pisləşmiş və sərxoş olduğu üçün bıçağı hara atdığını bilmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində bıçaqla Bəhruzu və Aqili vurduqdan sonra Bəhruzun yerdən daş götürüb onun başına vurduğunu göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq sənədləri və protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqındə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 03 oktyabr 2021-ci il tarixdə saat 16 radələrində bərbərdən qayıdarkən kəndin içində işlədiyi Aqilin mağazasının yaxınlığında həmkəndlisi Ceyhun və onun əmisi oğlu Vüqarın Aqil ilə mübahisə etdiklərini görmüş, onlara yaxınlaşmış, Aqil ona “Vüqardan mənə olan borcumu istəyirəm, Vüqar məni başqa yerdə söhbət etməyə çağırır” demişdir. Ceyhuna demişdir ki, Vüqar götürüb oradan getsin, yaxşı deyil ətrafda camaat var, səs-küy salmasınlar. Ceyhun həmin vaxt içkili vəziyyətdə olmuşdur. Ceyhunla söhbət edən zaman o, heç bir səbəb olmadan əlindəki bıçaqla onun sol böyrəyinə qəflətən vurmuş, Ceyhunu dərhal itələmiş və Aqilə “Ceyhun məni bıçaqla vurdu, ehtiyatlı ol” demişdir. Aqil Ceyhunun bıçaqla yenidən onun üstünə gəlməsini görüb əli ilə bıçaqdan tutmuş və tutaşmışlar, Aqil yerə yıxılmışdır. Ceyhun bıçaqla Aqilin vurmaq istəyəndə Aqil qolunu qabağa vermiş, bıçaq qolunu kəsmiş, sonra da, Ceyhun bıçaqla Aqilin boynuna vurmuşdur. Ceyhun bıçaqla yenidən Aqili vurmaq istəyirərkən yerdən daş götürüb Ceyhunun başına vurmuşdur ki, o, bıçağı yerə atsın. Ceyhunun başı yarılmış və yerə yıxılmışdır. Aqil mağazaya girmiş və qan gəldiyi üçün jaketlə belini bağlamışdır. Sonra Aqilin çağırışı ilə hadisə yerinə gələn X9 Xidmətinin maşını ilə Saatlı rayon xəstəxanasına getmişlər. Ona ilkin tibbi yardım göstərərək xəsarəti ağır olduğu üçün Şirvan şəhər xəstəxanasına göndərmişlər. Ceyhunla barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 həmçinin ifadəsində göstərmişdir ki, Ceyhunun dedikləri yalandır, əvvəl Ceyhun onu bıçaqla vurmuş, sonra da, Aqili vurmuş, Ceyhunun Aqilə daha ağır xəsarətlər yetirməsin deyə o, Ceyhunu daşla vurmuşdur. Hadisə kəndin içində baş vermişdir. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, yaşadığı Saatlı rayonu, Sarıcalar kəndində ərzaq mağazası işlədir. Tanışı Vüqar 19 mart 2021-ci il tarixdə mağazadan 120 manatlıq nisyə Novruz bayramı ilə əlaqədar ərzaq almış və alarkən ərzağın pulunu 10 günə verəcəyinə söz verməsinə baxmayaraq Vüqar pulu verməmişdir. 2021-ci ilin sentyabr ayının 15-20-də yenə də Vüqara zəng edib pulunu istəmiş, buna görə aralarında sözlə mübahisə baş vermiş, Vüqarı nalayiq sözlə söymüşdür. 03 oktyabr 2021-ci il tarixdə saat 15 radələrində Vüqar ona zəng edərək söhbət etmək üçün kənara çağırmış, lakin Vüqara “sözün varsa gəl mağazaya” demişdir. Vüqar da, ona “gözlə gəlirəm demişdir”. Saat 16 radələrində mağazada olarkən Vüqar sərxoş vəziyyətdə mağazaya daxil olmuş, Vüqarı itələyərək mağazadan çölə çıxartmışdır. Bu vaxtı Vüqarın əmisi oğlu Ceyhunun mağazanın qarşısında dayandığını görmüş, həmin vaxt Vüqar təkidlə və söyüşlə ona “gəl gedək başqa yerdə söhbət edək” demişdir. O, isə Vüqara “get pulumu gətir sonra söhbət edərik” bildirmişdir. Mübahisə zamanı Ceyhun Vüqarın qolundan tutub mağazadan təxminən 15-20 metr kənara aparmış, Vüqar söyüş söyə-söyə getmiş, həmin vaxt Bəhruz mağazanın yanına gəlmiş, Vüqara söyüş söyməməyi və borcunu qaytarmağı demişdir. Bəhruz Ceyhun ilə söhbət edərkən sonuncu qəflətən cibindən bıçağı çıxarıb Bəhruzun qarının sol tərəfindən vurmuş, Ceyhun ikinci dəfə Bəhruzu vurmaq istəyərkən yerdən daş götürüb Ceyhunun başına vurmuş və bıçağı əli ilə tutmuş, bıçaq əlinin içini kəsmiş, lakin Ceyhun bıçağı çəkib onun əlindən almış və həmin bıçaqla onu vurmaq istəyərkən bıçaq sol dirsəyinə dəymiş, üçüncü dəfə vurmaq istəyərkən isə bıçaq yuxarıdan kürəyinin sol tərəfinə dəymişdir. O, dərhal Bəhruzu yaralı vəziyyətdən oradan götürüb Saatlı xəstəxanasına aparmışdır. Hazırda Ceyhunla barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Saatlı rayonu Sarıcalar kəndində yaşayır. 2021-ci ilin mart ayında Novruz bayramı ilə bağlı Aqildən nisyə ərzaq götürmüş və Aqilə 120 manat borcu qalmışdır. Hadisədən təxminən 10 gün əvvəl Aqil onun mobil telefonuna zəng edərək pulunu istəmiş və nalayiq sözlərlə onu söymüşdür. 03 oktyabr 2021-ci il tarixdə saat 13 radələrində Sarıcalar kəndinin mərkəzində olan kafedə əmisi oğlanları Ceyhun və Nurlanla yeyib-içmişlər, spirtli içki qəbul etmişlər. Yeyib içdikdən sonra saat 16 radələrində o, Ceyhunla birlikdə Sarıcalar kəndindən at arabası ilə taxta və dik alıb geri yaşadıqları kəndə qayıdarkən əmisi oğlu Ceyhun ərzaq almaq üçün Aqilin mağazasına düşmüş, Ceyhun mağazada ərzaq aldıqdan sonra onların yanına gəlmiş və “Aqil sən onun pulunu vermədiyinə görə sənin arxanca nalayiq söyüşlər söydü” demişdir. Buna görə Aqilin yanına mağazaya girmiş, Aqilə “niyə mənim arxamca söyüş söyürsən” demişdir. Aralarında mübahisə baş vermiş, əlbəyaxa olmuşlar. Həmin vaxt əmisi oğlu Ceyhun onları ayırmış və Ceyhunla oradan kəndlərinə doğru piyada gedərkən Aqil və onun yanında olan Bəhruz arxasınca gəlib onlara çatmış, Aqilin yanında olan Bəhruz yerdən daş kubik götürüb onun başına vurmuş, həmin vaxt huşunu itirmiş, Aqil də, əmisi oğlu Ceyhunun üzərinə hücum edib əlbəyaxa olmuşlar. Bəhruz daha sonra əlindəki daş kubiklə əmisi oğlu Ceyhunun başına arxadan 2-3 dəfə zərbə vuraraq başını partlatmışdır. Ceyhun həmin vaxt bıçaqla Bəhruzun qarnından vurmuş, Aqil araya girmiş və Ceyhun bıçaqla Aqili də vurmuşdur. Sonra Aqil və Bəhruz oradan uzaqlaşıb getmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 03 oktyabr 2021-ci il tarixdə saat 16 radələrində siqaret almaq üçün kənddə Aqilin mağazasına getmiş və mağazanın yanında yolun kənarında mübahisə olduğunu görmüşdür. Mağazanın qarşısında Bəhruzun daşla Ceyhunun baş nahiyyəsindən vurduğunu görmüş, mübahisə edənlər bir-birlərindən ayrılmışlar. Mübahisə zamanı orada Aqil, Bəhruz, Ceyhun və Vüqarı görmüş, başqa heç kimi görməmişdir. O, mübahisə olan yerə çatarkən yalnız qeyd etdiyi kimi Bəhruzun daşla Ceyhunu vurduğunu görmüş, başqa heç kimin bir-birini vurduğunu görməmiş, digərləri isə bir-biri ilə mübahisə etmişlər. Ceyhunun əlində bıçaq görməmiş, yalnız mübahisə qurtardıqdan sonra Ceyhunun bıçaqla Bəhruzu və Aqili vuduğunu bilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 05 oktyabr 2021-ci il tarixli 298 N-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 qarnının sol arxa yan səthində, sol arxa qoltuqaltı xətt üzrə göbək səviyyəsində, qarın boşluğuna keçən, sol böyrəyin zədələnməsi və nəticədə xaric olması, enən çənbər bağırsağın müsariqəsinin zədələnməsi, daxili qanaxma, peritonarxası hematoma ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yara kəsici-deşici alətin, bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2021-ci il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs1 bədən səthindəki xəsarətin lokalizasiyası, paltarlardakı zədələrin lokalizasiyasına uyğundur. Məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 04 oktyabr 2021-ci il tarixli 296 N-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol çiyin qurşağı proyeksiyasında, sol dirsək oynağının arxa səthində, sol əlin ovuc səthində 1-2-3-cü əldarağı sümüyü proyeksiyasında yaralar kəsici səthə malik alətin, ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2021-ci il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəmə istintaqında tədqiq edilmiş ambulator-məhkəmə psixiatrik ekspertizasının 11 dekabr 2021-ci il tarixli 2948 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik aşkar olunmamışdır. Törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Törətdiyi əməl barəsində o, anlaqlı hesab edilməli, onun əməli CM-nin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 24 dekabr 2021-ci il tarixli 926/2021-MTBŞ N-li rəyindən görünür ki:
1. Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu: O-alfa,beta(İ).
2. Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu: A-beta(İİ). (Təqdim olunan sənədlərin kserosurətlərinə əsasən)
3. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs1 məxsus sviter və mayka üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri Oalfa,beta(İ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus ola bilər.
4. Təqdim edilən Zərərçəkmiş şəxs2 məxsus köynək üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,H antigenləri və həmçinin beta aqqlyutinini alındı. Beləliklə, bu qan ləkələri A-beta/H/İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs2 /onun qanında müşayiətçi H antigeni olduğu təqdirdə/ məxsus ola bilər. Məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik ekspertin 11 yanvar 2022-ci il tarixli 791-2021/MTKŞ N-li rəyindən görünür ki:
1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynəyin arxa səthində bir ədəd, sol qolunun arxa səthində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, bıçağın tiyəsinin təsirindən törənmişdilər.
2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus puloverin arxa səthində, solda bir ədəd, maykanın arxa səthində, solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, bıçağın tiyəsinin təsirindən törənmişdilər.
3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynəyin arxa səthində bir ədəd, sol qolunun arxa səthində bir ədəd deşilmiş-kəsilmiş zədələr onun bədənində olan sol çiyin qurşağı proyeksiyasında, sol dirsək oynağının arxa səthində yaralar ilə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs2 bədənində olan sol əlin ovuc səthində 1-2-3cü əldarağı sümüyü proyeksiyasında yaralar isə paltarda öz əksini tapmamışdır, bu da, həmin yaraların yerləşdiyi bədən nahiyəsinin paltarla örtülməməsi ilə izah oluna bilər.
4. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus puloverin arxa səthində, solda bir ədəd, maykanın arxa səthində, solda bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində olan qarnın sol arxa yan səthində, sol arxa qoltuqaltı xətt üzrə göbək səviyyəsində, qarın boşluğuna keçən, sol böyrəyin zədələnməsi və nəticədə xaric olması, enən çənbər bağırsağın müsariqəsinin zədələnməsi, daxili qanaxma, peritonarxası hematoma ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yarası ilə nisbi olaraq üst-üstə düşür. İş materiallarında olan 6 aprel 2022-ci il tarixli qərarla hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş 1 ədəd pulover və 1 ədəd mayka, həmçinin Zərərçəkmiş şəxs2 əynində olmuş 1 ədəd köynək iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Saatlı RPŞ-nin saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan 3 oktyabr 2021-ci l tarixli “Alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təsdiq edən tibbi müayinə ”protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisəni törədərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan 4 oktabr 2021-ci il tarixli baxış keçirmə protokolundan və fotocədvəldən görünür ki, hadisə yeri Saatlı rayonu Sarıcalar kəndindən rayonun Əbil kənd istiqamətinə gedən asfalt yolunun sağ tərəfində yerləşir. İş materiallarında olan 5 oktyabr 2021-ci il tarixli “ifadələrin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayonu, Sarıcalar kəndində Zərərçəkmiş şəxs2 işlətdiyi mağazanın qarşısında sonuncu ilə mübahisəsinin başladığını, sonra mağazanın giriş qapısından 15-20 metr Saatlı rayonu Əbilkəndi istiqamətində getdikdə asfalt yolda mübahisənin davamı olaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirdiyi yeri əyani olaraq göstərmişdir. İş materiallarında olan 10 yanvar 2022-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat –axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçağı müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, yuxarıda göstərilənlər təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrini (mübahisə zamanı Zərərçəkmiş şəxs1 onu daşla başından vurduğuna görə özünü qorumaq üçün Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bıçaqla vurmasına aid hallar istisna olunmaqla) sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadələrində Zərərçəkmiş şəxs1 onu daşla başından vurduğuna görə özünü qorumaq üçün Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bıçaqla vurduğunu bildirmişdir. Lakin ibtidai istintaq başlandığı ilk gündən məhkəmə istintaqı başa çatanadək Zərərçəkmiş şəxs2 ifadələrində Təqsirləndirilən şəxs bıçaqla Bəhruza və daha sonra ona xəsarət yetirdikdən sonra Ceyhunun hərəkətlərinin qarşısını almaq üçün Bəhruz yerdən daş götürüb onun başına vurduğunu göstərmişdir. Bu xüsusatı Zərərçəkmiş şəxs1 də öz ifadəsində dəfələrlə təsdiq etmişdir. Odur ki, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs1 onun başına daş vurduqdan sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 büçaqla xəsarət yetirməsinə dair göstərdiyi xüsusata məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxsin göstərdiyi bu xüsusat məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlarla, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Məhkəmə cinayət qanunvericiliyinin müddəalarını, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin, eləcə də təqsirləndirilən şəxsin ifadələrinə, ekspert rəylərinə, maddi sübutlara məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənədlərə və iş materiallarına əsaslanaraq hesab edir ki, sərxoş vəziyyətdə olan və xuliqanlıq cinayət əməlinə görə məhkum olunmuş X3 niyyəti silah qismində olan əşyadan (bıçaqdan) istifadə etməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən ağır dərəcəli, Zərərçəkmiş şəxs2 isə yüngül dərəcəli bədən xəsarətləri yetirmək olmuşdur. Təqsirləndirilən şəxsin əməlində onun təqsiriliyini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 20002-ci il tarixli 3 nömrəli qərarının 6-ci bəndində xuliqanlıq niyyəti şərh olunmuşdur. Həmin bənddə göstərilmişdir ki, Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə ) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə , özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir. (Məsələn, heç bir səbəb olmadan , yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci madəsinin də tərkibini yaradır. Xuliqanlıq niyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Şərh olunanlara əsasən Təqsirləndirilən şəxs hadisə zamanı ona qarşı heç bir qanunsuz hərəkət olmadan sadəcə sözlə mübahisıə zamanı heç bir səbəb olmadan üstündə gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs1 ağır dərəcəli və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Bu halda onun davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətməsinə, yəni özündə xuliqanlıq niyyətini ehtiva edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 4-cü bəndində göstərilir ki, CM-nin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri CM-nin 221.1-ci maddəsilə əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Odur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə bıçaqla ağır dərəcəli bədən xəsarəti yetirməsi əməli CM-nin 126.2.4, Zərərçəkmiş şəxs2 isə bıçaqla yüngül dərəcəli bədən xəsarəti yetirməsi CM-nin 221.3-cü maddəsinin təsiri altına düşür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). İş materiallarında olan Saatlı rayon İHB Əbil kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən və hökmün surətindən görünür ki, Ruşanov X2 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona 02 il şərti sınaq müddəti tətbiq etməklə 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin (cinayətlərin residivi və onun növləri) həmin Məcəllənin 70 (şərti məhkum etmə) və 79-cu maddələri baxımıından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, azadlıqdan məhrum etməyə şərti məhkum edilmiş şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu cinayət əməlini sınaq müddətində törətsə də, yenidən qəsdən cinayət əməllərini törətməsi həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Cm-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini təqsirləndirilən şəxs Cyhun Ruşanovun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulan törətdiyi cinayət əməli ağır cinayətlər, CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli isə az ağır cinayətlər katerqoriyasına aiddir, CM-nin 126.2.4cü maddədə 6 ildən 11 ilədək, CM-nin 221.3-cü maddədə isə 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, insanların həyat və sağlamlığı təhlükə altına alınır, onlara qəsd olunur. Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallara gəldikdə isə məhkəmə qeyd edir ki, o, xuliqanlıq cinayət əməlinə görə məhkum olunmasına və sınaq müddətində olmasına baxmayaraq tərbiyə və islah olunmamış, yenidən qəsdən cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalıdır. Lakin, CM-nin 60.2-ci maddəsinin tələblərinə görə, cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal olduğundan onun təqsirləndirildiyi CM-nin 126.2.4 və 221.3-cü maddələrinə münasibətdə barəsində 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilə bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, CM-nin 65.2-ci maddəsinin müddəalarına əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanın son həddinin yarsınıdan az ola bilməz. Beləliklə də, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən, Sabirabad Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 2 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına CM-nin 70-ci maddəsinə əsasən tətbiq edilmiş şərti məhkum etmə ləğv olunmalı və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin olunmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına Sabirabad Rayon Məhkəməsinin 8 iyul 2021-ci il tarixli hökmü ilə təyin olunmuş və üzərində qəti saxlanılmış 2 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilərək hökmlərin məcmusu üzrə qəti olaraq ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli, 2 N-li Qərarının 5-ci bəndinin “c” yarımbəndinin müddəaları nəzərə alınaraq (şərti məhkum edilmiş şəxslər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab oluna bilməz) Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq olunduğundan, yəni azadlıqdan məhrum etmə cəzasını real çəkmədiyindən CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 4 oktyabr 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 6 oktyabr 2021-ci il tarixdə Saatlı Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 4 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə,cəzaçəkmə müddətinin əvvəli onun faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan - tutulduğu 4 oktyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Saatlı RPŞ-da saxlanılan 1 ədəd pulover, 1 ədəd mayka və 1 ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3 -cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsilə ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən, Sabirabad Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 2 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına CM-nin 70-ci maddəsinə əsasən tətbiq edilmiş şərti məhkum etmə ləğv olunsun və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin olunmuş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Sabirabad Rayon Məhkəməsinin 8 iyul 2021-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilərək hökmlərin məcmusu üzrə qəti olaraq ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 4 oktyabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar olan və hazırda Saatlı RPŞ-da saxlanılan 1 ədəd pulover, 1 ədəd mayka və 1 ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən Müşfiq Məmmədov