Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-338/2023 14.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-Cabbarov Azad Atabala oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, 1966-cı ildə İran İslam Respublikasında doğulmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 12 mart 2008-ci il tarixli, 1(101)-404/2008 nömrəli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, İran İslam Respublikası, Parsabad rayonu, Dost kəndi ünvanında qeydiyyatda olmaqla yaşamış, N iyun 2022-ci il tarixdə inzibati qaydada tutulmuş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2 iyun 2022-ci il tarixli, 4(009)-196/2022 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 və xx xxxx 1980-ci ildə İran İslam Respublikasının Parsabad şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Parsabad şəhəri, X11 küçəsi 13 ünvanında qeydiyyatda olmaqla yaşamış, N iyun 2022-ci il tarixdə inzibati qaydada tutulmuş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2 iyun 2022-ci il tarixli, 4(009)-195/2022 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsinin) 206.3.2, 234.4.1, 234.4.3, 318.2 və 29, 318.2-ci maddələri ilə xx xxxxxx 1987-ci ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşamış, N iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2 iyun 2022-ci il tarixli, 4(009)-197/2022 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs3 qazanc əldə etmək məqsədi ilə İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər ilə qəsdən külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanılması və daşınması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, razılığa və niyyətə əsasən Təqsirləndirilən şəxs2 ilə İran İslam Respublikasının ərazisində istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda-37,550 kiloqram qurudulmuş marixuana narkotik vasitəsini qanunsuz olaraq satış məqsədilə əldə edib, üç ədəd narıncı rəngli kisənin içərisində qablaşdırıb saxlayaraq, 1 iyun 2022-ci il tarixdə, saat 4 radələrində həmin narkotik vasitəni daşıyıb qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin İmişli rayonunda yerləşən 5-ci Sərhəd Zastavasının xidməti ərazisi olan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar piyada keçirərək saat 9 radələrində qaçaqmalçılıq yolu ilə gətirilmiş həmin narkotik vasitəni gizlətməyi, əldə etməyi, sahiblik və sərəncam verməyi qabaqcadan vəd etməklə törədilmiş cinayətdə köməkçi sayılan Təqsirləndirilən şəxs1 İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində təhvil vermişlər, sonuncu kisələrdən ikisini idarə etdiyi «VAZ-21011» markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobilin arxa yük yerinə, birini isə ön sərnişin oturacağına qoyub, avtomobillə Sabirabad rayonu istiqamətində hərəkət edərkən, saat 09:30 radələrində İmişli rayonunun ərazisində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və avtomobilə baxış keçirilən zaman ikisi avtomobilin arxa yük yerində, biri isə ön sərnişin oturacağında olmaqla külli miqdarda-37,550 kiloqram narkotik vasitə olan qurudulmuş marixuananın qablaşdırıldığı üç ədəd kisə aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 ilə 1 iyun 2022-ci il tarixdə, saat 4 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında piyada İran İslam Respublikasından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar keçərək Azərbaycan Respublikasının ərazisinə gəldikdən sonra qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasından İran İslam Respublikasına gedə bilmədikləri üçün 2 iyun 2022-ci il tarixdə, saat 8 radələrində İran İslam Respublikasına qayıtmaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən təkrarən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin İmişli rayonunda yerləşən 5-ci sərhəd zastavasının xidməti ərazisindən İran İslam Respublikasına piyada gizlin keçməyə cəhd edərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldıqlarından öz iradələrindən asılı olmayan səbəbə görə həmin cinayət əməlini başa çatdıra bilməmişlər. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 12 mart 2008-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. Tanışı Tofiqin vasitəsi ilə Rahimlə telefonla tanış olmuş, marixuananın satışı ilə bağlı təklifi ilə Rahim razılaşdıqdan sonra 15 may 2022-ci ildə yaşadığı Parsabad rayonundakı evinə gəlmiş, evində saxladığı 30 kiloqram marixuananı Rahimə göstərmişdir. Rahim marixuananın hər kilosuna görə ona 1700 (min yeddi yüz) manat, ümumilikdə 51000 (əlli bir min) manat pul verməli olmuşdur. Beh olaraq Rahim, ona 2000 (iki min) manat pul vermişdir. Rahim narkotik vasitənin sərhəddən qanunsuz yolla daşıma məsələsi ilə bağlı isə ona xəbər edəcəyini demiş və Azərbaycan Respublikasına qayıtmışdır. 28 may 2022-ci il tarixdə Rahim ona zəng edərək qabaqcadan razılaşdırdıqları kimi 30 kiloqram marixuananı sərhəddən qaçaq yolla keçirməsini və onu İmişli rayonu, Qaragüvəndikli kəndində qarşılayacağını demişdir. 30 kiloqram narkotik vasitə marixuananı sərhəddən qaçaq yolla təkbaşına keçirə bilməyəcəyindən Əhməd adlı dostuna zəng edərək işi olduğunu və tanıdığı bir nəfərin ona kömək etməsini xahiş etmişdir. Bir müddət sonra Parsa Cəfərlu ona yaxınlaşaraq onu Əhmədin göndərdiyini demişdir. Cəfərluya ilk olaraq Azərbaycan Respublikasından qaçaq yolla zəli gətirəcəklərini, İrandan isə 3 kisə yük apacaqlarını demişdir. Bunun qarşılığında isə Cəfərluya 1000 (min) manat verəcəyini demişdir. Cəfərlu da, onunla razılaşmışdır. 31 may 2022-ci ildə, saat 22 radələrində ərazidə qabaqcadan gizlətdiyi içərisində narkotik vasitə marixuana olan 3 kisədən birini Parsa Cəfərlu, qalan ikisini o götürərək qaçaq yolla Azərbaycan Respublikasına keçmişdir. N iyun 2022-ci il tarixdə, saat 8-9 radələrində İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində Rahim ona məxsus avtomobillə onları qarşılamışdır. Narkotik vasitə avtomobilə yüklənildikdən sonra Rahimin onlara gətirdiyi bir neçə şüşə arağı və yeməyi ondan alıb geriyə İran İslam Respublikasına qayıtmaq üçün gəldikləri tərəfdən sərhədə doğru hərəkət etmişlər. Bu zaman sərhədçilər tərəfindən saxlanılaraq sərhəd zastavasına aparılmışdır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lətifi bir həmkəndli kimi tanımış, kənddə Lətifi hər kəs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan biri kimi tanımışdır. 2022-ci ilin may ayının sonlarında Əhmədin sözü ilə Lətifin yanına getmiş, Lətif Azərbaycan Respublikası tərəfə qanunsuz olaraq sərhədi pozaraq keçəcəklərini və oradan İrana 40 kiloqram zəli gətirəcəklərini, bunun müqabilində isə İrandan Azərbaycana üç kisə aparacaqlarını demişdir. Lətifə kisələrdə nə olduğunu deməsə də Lətifin narkotik vasitəsinin alqı-satqısı ilə məşğul olduğunu bildiyindən həmin kisələrdə narkotik vasitə olacağını düşünmüşdür. Kisələrdən birini özü ikisini isə Lətif aparacaqdır. Lətiflə gedib-qayıtmaq üçün ona 1000 (min) manat pul verəcəyini dediyindən razılaşmışlar. 31 may 2022-ci il tarixdə, təxminən saat 2-3 radələrində Lətif onu öz avtomobili ilə yaşadığı evdən götürmüş, Lətif avtomobili yaşadığı evin qarşısında saxlayandan sonra piyada Araz çayı kənarına getmişlər. Araz çayını keçib neytral əraziyə daxil olaraq Lətifin əvvəlcədən gizlətdiyini dediyi kisələri götürüb sərhədə tərəf getmişlər. 31 may 2022-ci il tarixdə təxminən saat 21-22 radələrində sərhədi keçərək Azərbaycan Respublikasının ərazisinə daxil olmuşlar. Təxminən saat 8-9 radələrində İmişli rayonu, Qaragüvəndikli kəndinə gəlmişlər. Kənd ərazisində yerləşən dəmir körpünün yaxınlığında 40-45 dəqiqə gözləyəndən sonra bir nəfər onlara yaxınlaşmışdır. Lətif həmin adamla görüşmüş, gələn adam onlar üçün bir neçə butulka araq və yemək gətirmişdir. Onlar araqları və yeməyi ondan (telefon danışığı zamanı adının Rahim olduğunu öyrənmişdir) alıb gətirdikləri kisələri Rahimin ağ rəngli avtomobilinə yükləmişlər. Daha sonra İran İslam Respublikası ərazisinə qayıtmaq üçün sərhədə doğru hərəkət etmişlər. Bu zaman uca səslə «Dayan!» sözü eşitmişlər. Lətif bir tərəfə özü isə digər tərəfə qaçmalarına baxmayaraq, sərhədçilər tərəfindən saxlanılmışlar. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar-fevral ayı cücə satmaq üçün İmişli rayonu, Qızılkənd kəndinə getmiş, əvvəldən tanış olduğu Tofiqlə yenidən görüşüb söhbət edən zaman Tofiq ona məxsus telefon nömrəsi ilə İran İslam Respublikası vətəndaşları olan «Barat və Lətif» adlı şəxslərlə narkotik vasitə barədə danışmışdır. 2022-ci ilin may ayının əvvəllərində Lətif ona zəng edərək Tofiqlə münasibətlərinin pozulduğunu, onunla bu işi görə biləcəyini demişdir. Razılaşdıqdan sonra İran İslam Respublikasına getməyi qərarlaşdıraraq 15 may 2022-ci ildə Biləsuvar rayonunda yerləşən sərhəd keçid məntəqəsinə getmiş və orada Lətifin ona verdiyi avtobus sürücüsünün nömrəsinə zəng etmiş, sürücü onu qarşılayaraq avtobusa mindirmişdir. Həmin gün sərhədi keçərək İran İslam Respublikasının ərazisinə daxil olmuş, ilk olaraq İran İslam Respublikasının Culfa şəhərinə, daha sonra isə taksi ilə Parsabad şəhərinə getmişdir. Lətif onu Parsabad şəhərində qarşılayaraq öz avtomobili ilə evlərinə aparmışdır. Lətifgildə olan zaman Lətif evində saxladığı narkotik vasitə olan marixuananı ona göstərmişdir. Marixuana hər birində 10 kiloqram olmaqla 3 ədəd torbaya yığılmış, cəmi orada 30 kiloqram marixuana olmuşdur. Lətif narkotik vasitəni gətirib ona İmişli rayonunda verəcəyini və narkotik vasitəni götürərək Lətifin deyəcəyi adama çatdıracağını demişdir. Bunun müqabilində Lətifin deyəcəyi adam ona narkotik vasitənin hər kiloqramına 1000 (min) manat məbləğində pul verəcəkdir. Lətif ondan beh kimi 2000 (iki min) manat pul almış və Lətifin ona göndərəcəyi narkotik vasitəni sonradan deyəcəyi adama çatdıracağı halda hər kiloqramına 1000 (min) manat olmaqla, 30000 (otuz min) manat və onun Lətifə beh kimi verdiyi 2000 (iki min) manatla birlikdə 32000 (otuz iki min) manat verəcəyini demişdir. Lətif narkotik vasitəni verəcəyi adamın adını isə ona deməmişdir. Həmin gün Lətifgildə qalmış, 16 may 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərinə getmiş və orada gecəsi 5 manata bir evdə gecələmişdir. 17 may 2022-ci il tarixdə isə Culfa şəhərindən avtobusla yenidən İran İslam Respublikasının ərazisindən keçməklə Biləsuvar rayonuna gəlmişdir. 30 may 2022-ci il tarixdə Lətif ona zəng vuraraq «iyun ayının 1-də gələcəyik İmişli rayonuna və orada görüşərik» demişdir. 31 may 2022-ci ildə saat 15-16 radələrində yaşadığı Sabirabad rayonundakı evindən çıxaraq ona məxsus ağ rəngli, **-BA-*** dövlət nömrə nişanlı, “Lada VAZ 2111” markalı avtomobili ilə İmişli rayonuna gedərək həmin rayonun Çaxırlı kəndi ərazisində “Yaşıl market”in yaxınlığında yerləşən ibadət evində gözləmişdir. May ayının 31-i, saat 10-11 radələrində Lətif ona zəng edərək yolu azdıqlarını, səhəri gün, yəni iyun ayının 1-i görüşəcəklərini demişdir. Gecəni həmin ibadət evində qalmışdır. 2022-ci ilin iyun ayının 1-i, saat 07-08 radələrində Lətif ona zəng vuraraq İmişli rayonu, Qaragüvəndikli kəndində olduqlarını, onu kəndin içərisində qamışlıq bir ərazidə gözlədiklərini, gələrkən ona çörək, araq, su və yemək alıb aparmasını istəmişdir. Gecələdiyi yerin yaxınlığında yerləşən mağazadan Lətifin dediklərini alıb oraya getmişdir. İmişli rayonu, Qaragüvəndikli kəndində onunla görüşüb yeməkləri Lətifə vermişdir. Lətifin yanında bir nəfər də olmuş, amma həmin şəxsi tanımamışdır. Lətifin gətirdiyi içərisində narkotik vasitə olan 3 kisənin ikisini ona məxsus ağ rəngli, **-BA-*** dövlət nömrə nişanlı, “Lada VAZ 2111” markalı avtomobilin arxa yük yerinə, qalan bir kisəni isə avtomobilin ön oturacağının üzərinə qoyaraq Saatlı rayonu istiqamətində hərəkətə başlamışdır. Narkotik vasitəni Lətifin onun nömrəsini verdiyi adamın ona edəcəyi zəngə qədər avtomobilində saxlayıb zəng ediləndə deyilən yerə gedib Lətif deyəcəyi adama təhvil verəcəkdir. Lətifdən ayrıldıqdan yarım saat sonra Saatlı rayonu ərazisində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.2 və 29, 318.2ci maddələri, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan möhtəbər ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 23-cü sərhəd zastavasının rəisi vəzifələrini icra edən, baş leytenant hərbi rütbəsində xidmət edən Şahid1 ifadəsində bildirmişdir ki, 1 iyun 2022-ci il tarixdə, saat 08:00-dan 1 iyun 2022-ci il tarixə, saat 12:00-dək əsgər Məhəmməd İbrahimov naryadın üzvü Kamil Qurbanovla birlikdə SG/GD sərhəd naryadına təyin edilmişlər. Saat 8:30 radələrində əsgər M.İbrahimov ona sərhəd zastavasının 11-ci sahəsində, nəzarət iz zolağında İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində iki nəfərə məxsus izin və mühəndis texniki çəpərində 3 ədəd məftilin kəsilməsi haqqında məruzə etmişdir. Sərhəd zastavasını «Silaha» komandasına qaldırıb, naryad üzvləri baş gizir Şahid2, əsgər Məqsəd Rəfiyev və əsgər Şahid3la birlikdə hadisə yerinə hərəkət etmişlər. Ərazidə axtarış tədbirləri başlanıldıqdan sonra, saat 08:40 radələrində 5-ci sahənin arxa istiqamətində 2 nəfər şəxsin kolluqların və qamışlıqların arasında gizlənə-gizlənə və ətrafı müşahidə edərək İran İslam Respublikası istiqamətində hərəkət etdiklərini görmüşlər. Dərhal bu barədə məruzə etdikdən sonra müşahidəni davam etdirmişlər. Daha sonra həmin şəxslərə “Dayan!” çağırış komandasını vermişdir. Həmin şəxslər qaçaraq oradan uzaqlaşmağa çalışarkən qaçan şəxslərdən birini saxlamışlar. Digər şəxs qaçaraq ərazidən uzaqlaşmışdır. Axtarış tədbirlərini davam etdikdikdən sonra 09:30 radələrində baş gizir Şahid2la birlikdə qaçan bir nəfər şəxsin kol və qamışlıq ərazidə gizləndiyini müşahidə etmişlər. Həmin şəxsə “Dayan!” çağırış komandası verdikdə həmin şəxs ərazidən qaçaraq uzaqlaşmaq istəyəndə onu saxlamışlar. Həmin şəxsləri sərhəd zastavasına apararaq aidiyyəti üzrə məruzə etdikdən sonra barələrində araşdırma başlanılmışdır. Sonradan həmin şəxslərin İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 olduğunu öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 23-cü sərhəd zastavasının təminat qrup komandiri, baş gizir Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermiş və onun göstərdiyi faktları olduğu kimi təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, N iyun 2022-ci il tarixdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində müvəqqəti yaşadığı evdə istirahət edərkən sərhəd dəstəsinin təhqiqatçısı Tural Məhərrəmov onun mobil telefonuna zəng vuraraq onu hal şahidi qismində 23-cü sərhəd zastavasının inzibati binasına dəvət etmişdir. Xidməti otaqda bidirilmişdir ki, İran İslam Respublikası vətəndaşı Parsa X2 üzərində aşkar edilmiş qeyd olunan bağlamaya, həmçinin İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərilərinə, onların dövlət sərhədini İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə pozduqları yerə və geriyə İran İslam Respublikasına qayıdarkən saxlanıldıqları yerə baxış keçiriləcəkdir. Bundan sonra onlara hüquq və vəzifələri izah olunduqdan sonra və onların razılığı olduqdan sonra baxış başlanılmışdır. Hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanıldıqları yeri əli ilə göstərmişlər. Həmin yer İmişli rayonu, Qaragüvəndikli kəndi yaxınlığında olan ərazi olmuş və həmin yerə baxış zamanı İran İslam Respublikası vətəndaşı Parsa X4 yerdən bir neçə metr aralıda bir ədəd bağlama aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin, aşkar edilmiş bağlamada spirtli içki olduğunu və onu İran İslam Respublikasına aparmaq istədiyini bildirmişdir. Bununla da baxış başa çatmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq dövlət sərhədini keçərək külli miqdarda narkotik vasitə gətirdikləri yerə baxış keçirilmişdir. Onlar həmin yeri əlləri ilə göstərmişlər. Həmin yer İmişli rayonu, Qaragüvəndikli kəndi yaxınlığında olan ərazi olmuş və həmin yerə baxış zamanı nəzarət iz zolağında iki nəfərə məxsus izlər və 3 ədəd məftilin kəsilməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 külli miqdarda narkotik vasitəni həmin ərazidən keçirərək Azərbaycan Respublikası ərazisindən İmişli rayonunda Təqsirləndirilən şəxs1 təhvil verərək geri qaydarkən saxlanıldıqlarını bildirmişlər. Bundan başqa Parsa X4 yerdən aşkar edilərək götürülmüş bənövşəyi rəngli bağlamaya baxış keçirilən zaman içərisindən hər biri 1 litr olmaqla 4 ədəd, üzərlərində «Polet Vısokiy» yazısı olan spirtli içkiyə bənzər içkilər aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin spirtli içkilərin ona məxsus olduğunu və İran İslam Respublikasına aparmaq istəyərkən saxlanıldığını demişdir. Təqsirləndirilən şəxs3 şəxsi axtarışı keçirilən zaman üzərindən 1 ədəd “Nokia” markalı mobil telefon, 1 ədəd kəlbətin, bir ədəd gümüşü qol saatı və 2 ədəd taxta parçası aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 şəxsi axtarışı keçirilən zaman üzərindən 1 ədəd gümüşü qol saatı və 1 ədəd qara rəngli qolbaq aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə oxşar məzmunlu ifadə vermiş və onun göstərdiyi faktları olduğu kimi təsdiq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şahidlərin düzgün ifadə verdiklərini bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«Əməliyyat tədbirlərinin keçirilməsi barədə» Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 5(009)-1778/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və onun cinayətkar əlaqələri ətrafında texniki vasitələrdən istifadə etməklə telefon danışıqlarına qulaq asılması, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə. Qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirilməsi, texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, ideo, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə mənzilin müşahidə edilməsi, güdülməsi ilə bağlı əməliyyat-axtarış tədbirlərinin aparılması həyata keçirilməsi qərar alınmış, qərarın icrası Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilmişdir. (İ cild, i.v. 11-12) -Dövlət Təhlükəsizliyi Xidmətinin 02 iyun 2022-ci il tarixli, 25/6/137 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək 3 ədəd polietilen kisələrə yığdıqları təmiz çəkisi 37,550 (otuz yeddi kiloqram, beş yüz əlli qram) kiloqram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib, saxlayıb, daşıyarkən saxlanılmışdır. (İ cild, i.v. 5) -N iyun 2022-ci il tarixli «baxış protokolun» dan, videoçəkilişdən görünür ki, narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi «VAZ 21011» markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin içərisindən üç ədəd böyük, narıncı rəngli polietilen kisələr aşkar edilmiş, həmin kisələrin içərisinə baxış keçirildikdə isə hər biri bir kiloqrama yaxın olan çəkidə olan, ümumilikdə 39 (otuz doqquz) bağlamanın içərisində spesifik iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər vasitələr aşkar edilmişdir. (İ cild, i.v. 13-16) -N iyun 2022-ci il tarixli «diskə dair izahedici qeyd»dən görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 və İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 aralarında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aşkar edilmişdir. (İ cild, i.v. 18) -N iyun 2022-ci il tarixli «şübhəli şəxsi tutma haqqında protokol»dan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 09:45-də Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 29 ) -Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin N iyun 2022-ci il tarixli, 16/1428 nömrəli məktubundan görünür ki, İran İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 N iyun 2022-ci il tarixdə hərbi hissənin 23cü sərhəd zastavasının xidməti ərazisindən qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişlər və həmin tarixdə geriyə qayıdarkən saxlanılmışlar. Araşdırma zamanı ilə həmin şəxslər 3 ədəd polietilen kisələrə yığdıqları təmiz çəkisi 37,550 (otuz yeddi kiloqram, beş yüz əlli qram) kiloqram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 verdikdən sonra qayıdarkən saxlanılmışlar. (İ cild, i.v. 46) -N iyun 2022-ci il tarixli «İnzibati qaydada tutma haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 09:00-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 570-ci maddəsində göstərilmiş inzibati xətanı törətdiyindən tutulmuşdur. (İ cild, i.v. 62 ) -N iyun 2022-ci il tarixli «İnzibati qaydada tutma haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 09:45-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 570-ci maddəsində göstərilmiş inzibati xətanı törətdiyindən tutulmuşdur. (İ cild, i.v. 75 ) -N iyun 2022-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokol» dan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 25-ci sərhəd zastavasının xidməti sahəsidir. Həmin istiqamətdə İmişli rayonu, Qaragüvəndikli kəndi yaxınlığında saxlanılmış Təqsirləndirilən şəxs3 və Parsa X3 yerdən bir neçə metr aralıda bir ədəd bağlama aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikasından qanunsuz olaraq gətirdikləri külli miqdarda narkotik vasitə marixuananı Azərbaycan Respublikasında Təqsirləndirilən şəxs1 verdikdən sonra ondan aldıqları içərisində araqlar olan bağlamanı alıb geriyə İran İslam Respublikasına qayıdarkən saxlanıldıqlarını bildirmişlər. (İ cild, i.v. 79-80) -N iyun 2022-ci il tarixli «aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında protokol» dan görünür ki, Təqsirləndirilən şəxs3 və Parsa X1 ərazidə bənövşəyi rəngli paket aşkar olunmuş, paketdə şüşə qabda 1 (bir) litr 4 (dörd) ədəd spirtli içkiyə oxşar üzərində «polet vısokiy» yazısı olan maye vardır, digər hər hansı əşya və ya predmet aşkar olunmamışdır. (İ cild, i.v. 81-82) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 2 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və barəsində Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2 iyun 2022-ci il tarixli, 4(009)-197/2022 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 4(009)-399/2022 nömrəli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 3 (üç) ay, yəni 1 yanvar 2023-cü il tarixədək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 4(009)-591/2022 nömrəli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 3 (üç) ay, yəni 1 yanvar 2023-cü il tarixədək uzadılmışdır. (İ cild, i.v. 102-103, 207-210, İİ cild, i.v. 225-228, İİ cild, i.v. 53-56) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 2 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və barəsində Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2 iyun 2022-ci il tarixli, 4(009)-196/2022 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 4(009)-401/2022 nömrəli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 3 (üç) ay, yəni 1 yanvar 2023-cü il tarixədək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 kekabr 2022-ci il tarixli, 4(009)-585/2022 nömrəli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 3 (üç) ay, yəni 1 aprel 2023-cü il tarixədək uzadılmışdır. (İ cild, i.v. 133-134, 211-214, İİ cild, i.v. 221-224, İİİ cild, i.v. 57-60) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 2 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş və barəsində Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2 iyun 2022-ci il tarixli, 4(009)-195/2022 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 4(009)-400/2022 nömrəli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 3 (üç) ay, yəni 1 yanvar 2023-cü il tarixədək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 4(009)-588/2022 nömrəli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 3 (üç) ay, yəni 1 aprel 2023-cü il tarixədək uzadılmışdır. (İ cild, i.v. 162-163, 215-218, İİ cild, i.v. 217-220, İİİ cild, i.v. 49-52) -kompleks məhkəmə kimyəvi və bioloji ekspertizasının 08 iyun 2022-ci il tarixli 7/585 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş «Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Zərflər üçün №95» və «Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Arayışlar üçün №214» dairəvi möhür əksi olan 3 (üç) ədəd narıncı rəngli sintetik torbada ümumi çəkisi 37500,0 qram (37 kq 500 qr) olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. (İİ cild, i.v. 57-60) -«maddi sübut kimi tanınma haqqında» 15 iyul 2022-ci il tarixli qərardan görünür ki, 37499,40 qram qurudulmuş marixuana qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (İİ cild. i.v. 60-61). -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. (İ cild, i.v. 28) -Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olmuş 06 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 dövlət sərhədindən 2017-2022-ci il tarixlərdə ümumilikdə 24 hərəkəti qeydə alınmaqla sonuncu hərəkəti 17 may 2022-ci il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində olmuş, Təqsirləndirilən şəxs3 xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədindən hərəkəti qeydə alınmış, Təqsirləndirilən şəxs2 oğlunun dövlət sərhədindən qanuni yolla hərəkəti qeydə alınmamışdır. (İİ cild, i.v. 148-150) -«Respublika Narkoloji Mərkəzi» X19 daxil olmuş 11 iyun 2022-ci il tarixli, xx/xx-8414 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. (İİ cild. i.v. 147). -«Respublika Psixiatriya Xəstəxanası» X19 daxil olmuş 09 sentyabr 2022-ci il tarixli, 8350 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə xəstəxanada müalicədə olmamışdır. (İİ cild. i.v. 165). -«Respublika Narkoloji Mərkəzi» X19 daxil olmuş 19 sentyabr 2022-ci il tarixli, xx/xx- 12535 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 mərkəzdə müalicədə olmamışlar və qeydiyyatda yoxdurlar. (İİ cild. i.v. 208). -«Ambulator məcburi-narkoloji tibbi yoxlamanın» 12 sentyabr 2022-ci il tarixli, 5120 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (İİ cild. i.v. 247-248) -«Ambulator məcburi-narkoloji tibbi yoxlamanın» 17 sentyabr 2022-ci il tarixli, 5296 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (İİ cild. i.v. 249-250) -«Ambulator məcburi-narkoloji tibbi yoxlamanın» 08 oktyabr 2022-ci il tarixli, 5887 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild. i.v. 1-2) -«Ambulator məhkəmə psixiatrik ekspertizası» nın 10 oktyabr 2022-ci il tarixli, 2687 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hal-hazıradək olan dövr ərzində xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilməyib, hal-hazırda hər hansı psixi xəstəlik müəyyən edilmir, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs3 cinayətin törədildiyi anlarda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs3 hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 əməli Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. (İİİ cild. i.v. 71-73) -«Ambulator məhkəmə psixiatrik ekspertizası» nın 10 oktyabr 2022-ci il tarixli, 2686 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazıradək olan dövr ərzində xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilməyib, hal-hazırda hər hansı psixi xəstəlik müəyyən edilmir, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 cinayətin törədildiyi anlarda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 əməli Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. (İİİ cild. i.v. 74-76) -«Ambulator məhkəmə psixiatrik ekspertizası» nın 10 oktyabr 2022-ci il tarixli, 2688 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazıradək olan dövr ərzində xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib, hal-hazırda hər hansı psixi xəstəlik müəyyən edilmir, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 cinayətin törədildiyi anlarda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. (İİİ cild. i.v. 77-79) -«təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilməsi, əlavələr edilməsi və ona yenidən ittiham elan olunması haqqında» 14 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (İİİ cild. i.v. 100-101) -«təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilməsi, əlavələr edilməsi və ona yenidən ittiham elan olunması haqqında» 14 fevral 2023-cü il il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.2 və 29, 318.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (İİİ cild. i.v. 110-111) -«təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilməsi, əlavələr edilməsi və ona yenidən ittiham elan olunması haqqında» 14 fevral 2023-cü il il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.2 və 29, 318.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (İİİ cild. i.v. 118-119) -«cinayət işinin materiallarından cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» 11 mart 2023-ci il tarixli qərardan görünür ki, hazırkı cinayət işindən İran İslam Respublikasının vətəndaşı şəxsiyyəti istintaqa Barat adı ilə məlum olan şəxsin barəsində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. (İİİ cild, i.v. 139-141) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində cinayət tərkibinin əlamətləri vardır və onların cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan mötəbər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini müdafiə etmək üçün dəlillər irəli sürməmişlər və ibtidai istintaqda göstərdiklərini olduğu kimi təsdiq etməklə onlara işgəncə verilmədiyini, təzyiqə məruz qalmadıqlarını bildirmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin «X7rşı» iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi izahat və ilkin ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiklərinə, işin faktiki hallarına uyğun olduğuna, iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə və məhkəmə istintaqdında da ibtidai istintaqda göstərdiklərini təsdiq etdiklərinə görə iş üzrə sübut kimi qiymətləndirir. «X14 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin tövsüfü ilə bağlı aşağıdakıları qeyd etməyi zərurui hesab edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı «Marixuana-Kannabis» olan maddə narkotik vasitədir, onun qurudulmuş halda 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs3 qazanc əldə etmək məqsədi ilə İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər ilə qəsdən külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanılması və daşınması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, razılığa və niyyətə əsasən Təqsirləndirilən şəxs2 ilə İran İslam Respublikasının ərazisində istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda-37,550 kiloqram qurudulmuş marixuana narkotik vasitəsini qanunsuz olaraq satış məqsədilə əldə edib, üç ədəd narıncı rəngli kisənin içərisində qablaşdırıb saxlayaraq, 1 iyun 2022-ci il tarixdə, saat 4 radələrində həmin narkotik vasitəni daşıyıb qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin İmişli rayonunda yerləşən 5-ci Sərhəd Zastavasının xidməti ərazisi olan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar piyada keçirərək saat 9 radələrində qaçaqmalçılıq yolu ilə gətirilmiş həmin narkotik vasitəni gizlətməyi, əldə etməyi, sahiblik və sərəncam verməyi qabaqcadan vəd etməklə törədilmiş cinayətdə köməkçi sayılan Təqsirləndirilən şəxs1 İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində təhvil vermişlər, sonuncu kisələrdən ikisini idarə etdiyi «VAZ-21011» markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobilin arxa yük yerinə, birini isə ön sərnişin oturacağına qoyub, avtomobillə Sabirabad rayonu istiqamətində hərəkət edərkən, saat 09:30 radələrində İmişli rayonunun ərazisində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və avtomobilə baxış keçirilən zaman ikisi avtomobilin arxa yük yerində, biri isə ön sərnişin oturacağında olmaqla külli miqdarda-37,550 kiloqram narkotik vasitə olan qurudulmuş marixuananın qablaşdırıldığı üç ədəd kisə aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 ilə 1 iyun 2022-ci il tarixdə, saat 4 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında piyada İran İslam Respublikasından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar keçərək Azərbaycan Respublikasının ərazisinə gəldikdən sonra qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasından İran İslam Respublikasına gedə bilmədikləri üçün 2 iyun 2022-ci il tarixdə, saat 8 radələrində İran İslam Respublikasına qayıtmaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən təkrarən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin İmişli rayonunda yerləşən 5-ci sərhəd zastavasının xidməti ərazisindən İran İslam Respublikasına piyada gizlin keçməyə cəhd edərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldıqlarından öz iradələrindən asılı olmayan səbəbə görə həmin cinayət əməlini başa çatdıra bilməmişlər. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında pul qarşılığında külli miqdarda-narkotik vasitə olan qurudulmuş marixuananı İran İslam Respublikasından əldə edib, saxlamaq və daşımaqla İran İslam Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli Azərbaycan Respublikası ərazisinə keçirmələri, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar Azərbaycan Respublikasının ərazisinə keçmələri, təkrarən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar, İran İslam Respublikasının ərazisinə keçməyə cəhd etmələri, Təqsirləndirilən şəxs1 sonuncular və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər ilə narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə bağlı qabaqcadan əlbir olub bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 və Parsa X5 miqdarda-narkotik vasitə olan qurudulmuş marixuananı təhvil alaraq Təqsirləndirilən şəxs3 tərəfindən deyiləcək şəxsə verməsini vəd etməsi onların məhz həmin maddələrin qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.2 və 29, 318.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində onun Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilmişdir. Məhkəmə iclasında çıxış etmiş dövlət ittihamçısı da Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirildiyi əməlin həmin Məcəllənin 32.5, 206.3.2-ci maddəsinə tövsif edilməsini və təqsirləndirilən şəxsin həmin maddə ilə cəzalandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 02 iyun 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi yolu ilə törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan mal və ya əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Şəxsin mal və ya digər əşyaları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməmişdən əvvəl bu barədə məlumat aldıqdan sonra qəbul etməsi əməlində qaçaqmalçılıq cinayətinin tərkib əlamətlərini yaradır. Məhkəmə tərkibi hesab edir ki, qaçaqmalçılıq cinayətinin predmeti olan mal və ya əşyaları Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat almış, onları Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etmiş və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən, yəni cinayət başa çatdıqdan sonra bilavasitə keçirildiyi yerdə deyil, yaşayış məntəqəsində qəbul etmiş şəxs cinayətin köməkçisi kimi qəbul edilməlidir. Bu baxımdan, Təqsirləndirilən şəxs1 iş üzrə narkotik vasitəni İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat aldıqdan, Azərbaycan Respublikası ərazisində qəbul edəcəklərini qabaqcadan vəd etdikdən və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirildikdən, yəni qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində həmin narkotik vasitəni Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təhvil aldığına görə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçisi kimi iştirak etmişdir. İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs3 ilə telefonla danışdıqdan sonra 15 may 2022-ci ildə Biləsuvar rayonunda yerləşən sərhəd keçid məntəqəsinə getmiş və orada Lətifin ona verdiyi avtobus sürücüsünün xatırlamadığı nömrəsinə zəng etmiş, sürücü onu orada qarşılayaraq avtobusa otuzdurmuş və ondan 30 manat pul almışdır. İlk olaraq İran İslam Respublikasının Culfa şəhərinə, daha sonra isə taksi ilə Parsabad şəhərinə getmişdir. Taksiyə onu Culfa şəhərindən Parsabad şəhərinə aparması üçün 35 manat pul vermişdir. Lətif onu Farsabad şəhərində qarşılayaraq öz avtomobili ilə evlərinə aparmışdır. Lətifgildə olan zaman Lətif evində saxladığı narkotik vasitə olan marixuananı ona göstərmişdir. Marixuana hər birində 10 kiloqram olmaqla 3 ədəd torbaya yığılmış, cəmi orada 30 kiloqram marixuana olmuşdur. Lətif narkotik vasitəni gətirib ona İmişli rayonunda verəcək və o narkotik vasitəni götürərək Lətifin deyəcəyi adama çatdıracaqdır. Bunun müqabilində Lətifin deyəcəyi adam ona narkotik vasitənin hər kiloqramına 1000 (min) manat məbləğində pul verəcəkdir. Lətif ondan beh kimi 2000 (iki min) manat pul almış və Lətifin ona göndərəcəyi narkotik vasitəni sonradan deyəcəyi adama çatdıracağı halda hər kiloqramına 1000 (min) manat olmaqla, 30000 (otuz min) manat və onun Lətifə beh kimi verdiyi 2000 (iki min) manatla birlikdə 32000 (otuz iki min) manat verəcəyini demişdir. Lətif narkotik vasitəni verəcəyi adamın adını isə ona deməmişdir. Həmin gün Lətifgildə qalmış, sabahı gün isə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərinə gəlmiş və orada gecəsi 5 manata bir evdə gecələmişdir. May ayının 17-si isə oradan avtobusla yenidən İran İslam Respublikasının ərazisindən keçməklə Biləsuvar rayonuna gəlmişdir. Sonuncu dəfə Lətif ona may ayının 30-da zəng vuraraq «iyun ayının 1-də gələcəyik İmişli rayonuna və orada görüşərik» demişdir. 2022-ci ilin may ayının 31-i, saat 15-16 radələrində o, yaşadığı Sabirabad rayonundakı evindən çıxaraq ona məxsus ağ rəngli, **-BA-*** dövlət nömrə nişanlı, «Lada VAZ 2111» markalı avtomobili ilə İmişli rayonuna gedərək həmin rayonun Çaxırlı kəndi ərazisində «Yaşıl market»in yaxınlığında yerləşən ibadət evində gözləmişdir. May ayının 31-i, saat 10-11 radələrində Lətif ona zəng edərək yolu azdıqlarını, səhəri gün, yəni iyun ayının 1-i görüşəcəklərini demişdir. Gecəni həmin ibadət evində qalmışdır. 2022ci ilin iyun ayının 1-i, saat 07-08 radələrində Lətif ona zəng vuraraq İmişli rayonu, Qaragüvəndikli kəndində olduqlarını, onu kəndin içərisində qamışlıq bir ərazidə gözlədiklərini, gələrkən ona çörək, araq, su və yemək alıb aparmasını istəmişdir. Gecələdiyi yerin yaxınlığında yerləşən mağazadan Lətifin dediklərini alıb oraya getmişdir. İmişli rayonunun Qaragüvəndikli kəndində onunla görüşüb yeməkləri Lətifə vermişdir. Lətifin yanında olan istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs2 da olmuşdur. Lətifin gətirdiyi içərisində narkotik vasitə olan 3 kisənin ikisini ona məxsus ağ rəngli, **-BA-*** dövlət nömrə nişanlı, «Lada VAZ 2111» markalı avtomobilin arxa yük yerinə, qalan bir kisəni isə avtomobilin ön oturacağının üzərinə qoyaraq Saatlı rayonu istiqamətində hərəkətə başlamışdır. Narkotik vasitəni Lətifin onun nömrəsini verdiyi adamın ona edəcəyi zəngə qədər avtomobilində saxlayıb zəng ediləndə deyilən yerə gedib Lətif deyəcəyi adama təhvil verəcəkdir. Lətifdən ayrıldıqdan yarım saat sonra Saatlı rayonu ərazisində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bu hal onu sübut edir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitənin gömrük sərhəddindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat almış, Azərbaycan Respublikası ərazisində narkotik vasitəni qəbul edəcəyini qabaqcadan vəd etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 318-ci maddəsində nəzərdə tutulmuş «Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə» cinayət əməlini törətmələri ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, həmin cinayətin obyekti Azərbaycan Respublikasının dövlət sərhəddinin mühafizəsi sahəsində dövlət idarəçiliyinin əsasları və dövlət sərhəd rejimidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayətin obyektiv cəhətini təşkil edən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda piyada gizlin keçmə hərəkətlərini etmişlər. Azərbaycan Respublikasının sərhədini keçmə qaydaları Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi, «Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» 9 dekabr 1991-ci il tarixli Azərbaycan Respublikası Qanunu, «Pasport haqqında» 14 iyun 1994-cü il tarixli Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 1994-cü il tarixli, 928 nömrəli qərarı ilə təsdiq edilmiş «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə ilə, habelə beynəlxalq müqavilələrlə müəyyən olunur. «Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisini, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Dövlət sərhədini keçmənin qanunsuzluğu dövət sərhədini müəyyən edilmiş sənədlər olmadan keçmə, dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə kimi hərəkətlərin ikisindən birini icra edilməsindən ibarətdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında dövət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda piyada gizlin keçməklə cinayət əməlini törətmişlər. «Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə» cinayət əməli formal tərkiblidir və Azərbaycan Respublikasının mühafizə oluna dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə anından cinayət başa çatmış sayılır. Cinayətin törədilməsi üsulu müxtəlif (dövlət sərhədini piyada və na nəqliyyta vasitəsilə keçmə, gizli və ya açıq surətdə küçmə, leqal-nəzarət-buraxılış məntəqələrindən və ya qeyri-leqal-nəzarət-buraxılış məntəqələrindən kənar keçmə və sair) ola bilər və bunlar cinayətin tövsifi baxımından əhəmiyyət kəsb etmir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.2 və 29, 318.2-ci maddələrində, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətmələri özlərinin ibtidai araşdırma zamanı verdiyi ilkin etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid4 və Şahid5 ifadələri, «Əməliyyat tədbirlərinin keçirilməsi barədə» Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 5(009)-1778/2022 nömrəli qərarı, Dövlət Təhlükəsizliyi Xidmətinin 02 iyun 2022-ci il tarixli, 25/6/137 nömrəli məktubu, N iyun 2022-ci il tarixli «baxış protokolu», N iyun 2022-ci il tarixli «diskə dair izahedici qeyd», Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin N iyun 2022-ci il tarixli, 16/1428 nömrəli məktubu, N iyun 2022-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokol», N iyun 2022-ci il tarixli «aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında protokol», kompleks məhkəmə kimyəvi və bioloji ekspertizasının 08 iyun 2022-ci il tarixli 7/585 nömrəli rəy, Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olmuş 06 sentyabr 2022-ci il tarixli məktub digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.2 və 29, 318.2-ci maddələrində, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərədə tutulmuş əməlləri törətmələri məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidirlər. Təqsirləndirilən şəxslərin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də onlar Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində isə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 318.2-ci maddəsində 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.2 və 29, 318.2-ci maddələrində, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Cinayət Məcəlləsinin 52.1 və 52.1-1-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzalarını çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənar məcburi çıxarılmalı və onların Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 12 mart 2008-ci il tarixli, 1(101)-404/2008 nömrəli hökmə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, məhkumluq haqqında tələbnamədən isə görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluqları olmamışdır. -Məhkəmənin sorğusu əsasında Ədliyyə Nazirliyindən daxil olmuş 26 avqust 2023-cü il tarixli, 3-16-14/2-5593/2023 nömrəli məktubdan görünür ki, Bakı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 12 mart 2008-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs3 20 mart 2014-cü il tarixdə «Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında» 21 fevral 1998-ci il tarixli müqaviləyə əsasən cəzasının qalan hissəsini çəkmək üçün vətəndaşı olduğu İran İslam Respublikasına təhvil verilmişdir. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinin tələblərinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələblərinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, baxılan iş üzrə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ağır cinayətləri törətmiş Təqsirləndirilən şəxs3 əməli əvvəllər ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinin tələblərinə əsasən cinayətlərin təhlükəli residivini yaradır. Belə ki, Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs3 əməlinin cinayətlərin təhlükəli residivini yaratmasını, Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsində nəzərdə tutulan əməli təkrar törətməsi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar qismində nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsində nəzərdə tutulan əməli təkrar törətməsi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdırılan hallar müəyyən edilməmişdir. -Sabirabad RİHB-nın Sabirabad şəhər İƏD-i üzrə nümayəndəliyində verilmiş 07 sentyabr 2022-ci il tarixli,1285 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Ataşov X16 şəhəri, H.Həmidov küçəsi dalan 4, ev 1-də yaşayır. Ailə tərkibi anası, həyat yoldaşı, qızı- 21 yanvar 2017-ci ildə doğulmuş Zəhra Rahim qızı, qızı-14 iyun 2018-ci ildə doğulmuş Fatimə Rahim qızından ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (İİ cild, i.v. 163-164) Qeyd edilmiş sənədə əsasən Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilməlidir. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən), Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halın olmadığını, Təqsirləndirilən şəxs3 əməlinin cinayətlərin təhlükəli residivini yaratmasını, Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsində nəzərdə tutulan əməli təkrar törətməsi, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsində nəzərdə tutulan əməli təkrar törətməsi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hal olduğunu, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzası törətdikləri cinayət əməllərinin tövsüf olunduğu maddələrin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara, cinayətin törədilməsində iştirak dərəcələrinə əsasən təyin edilməlidir. Buna görə də onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə tərkibi hesab edir ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydalarının möhkəmləndiriliəsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma təsirini təmin edir. Məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir. Onun həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarışısını alır. Buna görə də cəza təyinetmənin ümumi başlanğıcı cəzanın düzgün fərdiləşdirilməsini və onun səmərəli olmasını təmin edir. Cəzanın düzgün fərdiləşdirilməsi hər bir halda kriminal əməlin düzgün tövsifindən və təqsirləndirilən şəxslərin həmin cinayətləri törədərkən icra etdikləri rollardan asılıdır. Əməlin düzgün tövsifi qanunçuluq prinsipinin tələblərindən irəli gəlir. Düzgün olmayan tövsif, təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına yaxud cinayət etməkdə təqsiri olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın növünün həddinin əsassız olaraq seçilməsinə, bir sıra başqa hüquqi məhdudiyyətlərin tətbiqinə, ya da tətbiq edilməsinə, (məsələn cinayət məsuliyyətindən və cəzadan azad etmənin tətbiqinə, ittiham hökmünün icrası müddətinin həllinə, məhkumluğun ödənilməsinə və sar.) səbəb ola bilər. Buna görə cinayət qanunvericiliyinin tələbələrinə dəqiq və dönmədən riayət edilməli, əməlində cinayət tərkibi olamayan şəxslərin mühakimə olunmasına, eləcə də əməlin düzgün olmayan tövsifi işin vəziyyətini və təqsirkarın şəxsiyyətini nəzərə almadan cəza təyininə yol verilməməlidir. Törədilən cinayət qanuna müvafiq olaraq bu əmələ görə məsuliyyət müəyyən edən maddə ilə dəqiq tövsif edilməli və bu tələbdən kənara çıxmaya yol verilməməlidir. Qüvvədə olan Cinayət Məcəlləsinin 58-ci maddəsi cəza təyinetmənin ümumi müddəalarını müəyyən edir. Belə ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarkteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 58-ci maddəsində məhkəmələrin konkret iş üzrə cəza təyin edərkən rəhbər tutmalı olduğu müəyyən tələblər təsbit edilmişdir. Bir sözlə, təyin edilən cəza aşağıdakı tələblərə cavab verməlidir; cəza ədalətli olmalıdır, cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddəsinin sanksiyası ilə müəyyən edilən hüdudu təyin edilməlidir, cəza təyin edərkən ümumi hissənin müddəaları nəzərə alınmalıdır, cinayətin xarakterini və təhlükəlilik dərəcəsini nəzərə almaqla cəza təyin edilməlidir, cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti nəzərə alınmalıdır, cəza təyin edilərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır, cəza təyin edilərkən cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəritinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Eyni zamanda cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası cinayət qanunvericiliyi ağır cinayətlər törətmiş, əvvəllər məhkum edilmiş şəxslərə ciddi cəzalar təyin edilməsi, eyni zamanda ilk dəfə az təhlükəli cinayət etmiş və cəmiyyətdən təcrid olunmadan islah təyin edilməsi üçün məhkəmələrə cəza təyininə diferensiyal yanaşmanı həyata keçirmək üçün böyük imkanlar yaradır. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalıdır. Bu zaman təqsirin forması, motiv üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amillərdən biri də təqsirləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli təhqiq edilməsidir. Təqsirləndirilən şəxsin həyat yolu ictimai vəzifəyə, əməyə münasibətidir. Ailədə məişətdə davranışı, məhkumluğu və sair kifayət qədər aydınlışdırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə törədilmiş cinayətə görə az ciddi cəza deyil, daha ciddi cəza tətbiq edilməsinin səbəbələrini hökümdə əsaslandırılmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, cəza vəzifəli şəxslərin mülahizəsinə görə deyil, xalqa bəlli olan qanunla müəyyən edilməlidir. Cəza təyin edilərkən mövcud qanun əsas götürülməli və əməlin xarakteri xarakterizə edilməlidir, cəza təyini ilə bağlı bu müddəaların təkmilləşmiş forması artıq bir çox ölkələrdə olduğu kimi ölkəmizin də cinayət-hüquq tarixində dəyişikliklərə məruz qalmış və qüvvədə olan Cinayət Məcəlləsinin sivil formada öz əksini tapmışdır. Məhkəmə tərkibinin fikrinə əsasən, təyin edilən, cəza o halda ədalətli ola bilər ki, konkret iş üzrə cəza təyin edilərkən cəza təyininə dair bütün müddəalar nəzərə alınmış olsun. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınır. Bununla əlaqədar, cinayət məsuliyyətinin əsasları, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması araşdırılır, hansı əmələ görə ona cəza təyin ediləcəyi aydınlaşdırılır. Eyni zamanda əməlin hansı məkanda və hansı zamanda baş verdiyi, cinayətin hansı kateqoriyadan olub-olmaması, təkrar cinayətin olub-olmaması cinayətin təkbaşına və ya iştirakçılıqla törədilməsi, əməlin ictimai-təhlükəliliyini istisna edən halların olub-olmaması aydınlaşdırılır. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmələrin cəza təyinində nəzərə aldığı hallardan biri də cinayətin xarakteridir. Bu konkret cinayətlərin tipik əlamətidir. Cinayətin xarkteri müəyyən qrup, yaxud da növ cinayətlər üçün təsnifat meyarı rolunu oynayır. Belə ki, konkret əməlin ictimai–təhlükəliliyinin xarkterinə görə, onun hansı qrupa mənsub olmasından asılı olaraq qiymət verilir və nəzərə alınır. Cəza təyin edilərkən əməlin təhlükəlilik dərəcəsinə görə hansı cinayətlər qrupuna daxil olduğunu, cinayət məcəlləsinin Xüsusi hissəsinin hansı fəslində nəzərdə tutulduğunu, belə cinayətlərə dövlətin cinayət hüquqi mübarizə siyasətini nəzərə alır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmuyu (təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nətcəyə səbəb olması, xarakteri və s.) nəzərə alınmalıdır. Məhkəmələr inadkarlıqla islah olunma yoluna düşmək istəməyənlərə, xüsusi ilə ağır cinayət törədənlərə qanuna əsasən daha ciddi cəza təyin edilməsi təmin etməlidirlər. Məhkəmə tərkibi bildirir ki, cinayətin ctimai-təhlükəlilik dərəcəsi konkret əməlin fərdi əlaməti olub, edilən cinayətin ağırlığını müəyyəni edir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi, edilmiş konkret əməlin həmin növündən olan başqa konkret cinayətlə müqayisədə fərqlənən təhlükəliliyidir. Təhlükəliliyinə görə bir-birindən fərqlənən cinayətlərə cinayət qanunu müxtəlif qiymət verir. Bu da müəyyən növ cinayətlərə görə məsuliyyət nəzərdə tutan ayrı-ayrı maddələrin sanksiyalarında öz əksini tapmışdır. Cinayət tərkibində göstərilən əlamətlər, habelə cinayət tərkiblərinin növlərə ayrılmasında qanunu meyar kimi istifadə etdiyi əlamətələr heç də konkret əməlin deyil, müəyyən sinfə daxil olan əməllərin təhlükəlilik dərəcəsini xarakterizə edir. Bununla yanaşı, eyni sinfə daxil olan konkret əməllər müxtəlif təhlükəlilik dərəcəsinə malik olur. Əksər hallarda qanun cinayətin nəticəsini, edilmə üsulunu, hərəkətin intensivliyini, qəsd və ya ehtiyatsızlığın növünü, cinayətin motiv və məqsədini səciyyələndirən əlamətləri cinayət tərkibinə daxil etmir. Halbuki, müxtəlif üsulla, müxtəlif motiv dərəcə və məqsədlə edilən eyni növündən olan cinayət əməli müxtəlif dərəcədə ictimai təhlükəli olar. Eləcə də, əməlin nəticəsini dərk etmək dərəcəsinə görə, qəsdin yaranma vaxtına görə (birbaşa qəsd, dolayı qəsd, qəfilətən yaranan qəsd, əvvəlcədən düşünülmüş qəsd və s.) fərqlənən cinayətlərin ictimai təhlükəlilik dərəcəsi müxtəlif olur. Əməlin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, həm cinayət tərkibində bu və ya başqa əlamətin nəzərdə tutduğu hallar konkretləşdirilir, həm də tərkibə daxil olmayan hallar araşdırılır və cəzanın fərdiləşdirilməsində nəzərə alınır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi bir qayda olaraq, cinayətin obyektiv cəhəti, cinayətin xarakterini isə cinayətin obyektiv və subyektiv cəhəti xarakterizə edir. Cəza təyinində törədilən cinayətin xarkteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlərə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. Məhkəmə tərkibi hər bir təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzası qəti olaraq təyin edərkən, onların qabaqcadan əlbir olmaqla törədilmiş cinayətlərə münasibətdə cinayətkar hərəkətlərini təhlil edərək qeyd edir ki, cinayət əməllərini törətmiş qabaqcadan əlbir olan bir qrup şəxs ilkin olaraq Təqsirləndirilən şəxs3 təşəbbüsü ilə yaranmış və onun tərəfindən fərdi qaydada seçilmiş qrup üzvüləri, satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi, qablaşdırıb saxlayaraq, daşıyıb qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin İmişli rayonunda yerləşən 5-ci Sərhəd Zastavasının xidməti ərazisi olan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar piyada keçirilməsinin və Azərbaycan Respublikasında satışının təşkil edilməsinin üsul və və vasitələri, icra edilmə mexanizmiləri Təqsirləndirilən şəxs3 tərəfindən seçilmiş və icra edilmişdir. Məhkəmə tərkibi həmçinin Təqsirləndirilən şəxs3 əvvəllər də eyni xarakterli cinayət əməllərini törətməsinə görə məhkum edilməsini, təhlükəli residiv olmaqla cinayətlərin törədilməsinə meyilli olmasını, yaşadığı ərazidə narkotik vasitələrin satıcısı kimi tanınmasını nəzərə almışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 münasibətdə cəza təyini zamanı onu nəzərə almağı zəruri hesab edir ki, o tanışı vasitəsi ilə Təqsirləndirilən şəxs3 ilə əlaqə qurmuş, sonuncunun vasitəsi ilə narkotik vasitənin əldə edilməsi, qablaşdırıb saxlayaraq, daşıyıb qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin İmişli rayonunda yerləşən 5-ci Sərhəd Zastavasının xidməti ərazisi olan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar piyada keçirilməsinin və Azərbaycan Respublikasında satışının təşkil edilməsinə dair Təqsirləndirilən şəxs3 təşəbbüsü ilə təşkil edilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş kriminagen qrupa daxil olmuşdur. Onun qrupun digər üzvü Təqsirləndirilən şəxs1la əvvəllər heç bir şəxsi əlaqəsi olmamış, bu əlaqə cinayət törədilən zaman Təqsirləndirilən şəxs3 vasitəsi ilə qurulmuşdur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 münasibətdə hesab edir ki, cinayət əməllərinin törədilməsinə Təqsirləndirilən şəxs3 vasitəsilə cəlb edilmiş, bu niyyətlə İran İslam Respublikasına getmiş, qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitəni gizlətməyi, əldə etməyi, sahiblik və sərəncam verməyi qabaqcadan vəd etməklə törədilmiş cinayətdə köməkçi kimi iştirak edərək qrupun digər üzvüləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində təhvil almışdır. Məhkəmə tərkibi nəzərə alır ki, Təqsirləndirilən şəxs1 əvvəllər eyni xarakterli cinayət əməllərinin törədilməsində iştirakçı olmamış, əvvəllər məhkum olmamış, himayəsində iki az yaşlı uşaqları vardır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonunculara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduqları tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. «Ambulator məcburi-narkoloji tibbi yoxlamanın» 12 sentyabr 2022-ci il tarixli, 5120 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığı, narkomaniya xəstəliyindən əzab çəkmədiyi, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən olunur. -«Ambulator məcburi-narkoloji tibbi yoxlamanın» 17 sentyabr 2022-ci il tarixli, 5296 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. -«Ambulator məcburi-narkoloji tibbi yoxlamanın» 08 oktyabr 2022-ci il tarixli, 5887 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs2 opioidlərin nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğu, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyü müəyyən olunur. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 308 (üç yüz səkkiz) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 308 (üç yüz səkkiz) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 37499,40 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 52-1, 344-349, 350-353, 356, 357, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.2 və 29, 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu üzrə qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə inzibati qaydada tutulduğu N iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1 və 52.1-1-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənar məcburi çıxarılsın və onun Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.2 və 29, 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə inzibati qaydada tutulduğu N iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1 və 52.1-1-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənar məcburi çıxarılsın və onun Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu N iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 308 (üç yüz səkkiz) manat məbləğdə pul bərabər qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 37499,40 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-338/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-338/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver