Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-338/2025 17.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri:Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1994-cü il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, “İkinci Qarabağ” müharibəsində iştirak etmiş, qazi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 126.2.4, 221.3 və 228.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 01 yanvar 2025-ci il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs zəng vuraraq, sonuncunu heç bir əsaslı səbəb olmadan Şirvan şəhəri, Xəqani küçəsi 18-də yerləşən “Stomatoloji Mərkəz”-in yaxınlığına çağırıb, sonuncunu soyuq silah hesab edilən ov bıçağı ilə qol və sinə nahiyəsindən vurub, ona döş qəfəsinin sol yarısında döş boşluğuna keçərək ürək kisəsini zədələyən deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sol yarısında arxa qoltuq xətti üzrə İV qabırğa səviyyəsində boşluğa keçməyən deşilmişkəsilmiş yara, sol bazunun yuxarı 1/3-nin deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, istifadəyə yararlı, ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağını əldə edərək üzərində gəzdirmiş, 01 yanvar 2025-ci il tarixdə saat 12 radələrində Şirvan şəhəri, Xəqani küçəsində Zərərçəkmiş şəxs həmin bıçaqla xəsarət yetirdikdən sonra Şirvan Şəhər Polis Şöbəsinə gedib, könüllü təqsirini boynuna alarkən ondan həmin soyuq silah hesab edilən ov bıçağı aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək demişdir ki, hadisə 01 yanvar 2025-ci il tarixdə Şirvan şəhəri, Xəqani küçəsində yerləşən “Rövşən” şadlıq sarayının yanında baş vermişdir. Hadisə baş verən zaman ağrı kəsici həblərdən istifadə etmiş, həmin vaxtı dərmanların təsiri altında olmuşdur. Hadisədən bir gün qabaq Zərərçəkmiş şəxsla aralarında anlaşılmazlıq baş vermiş, səhəri gün Nəsrəddinə zəng edib çağırmış, Nəsrəddin gəldikdən sonra söhbətləri davaya çevrilmiş, həmin vaxtı Nəsrəddinə 3 bıçaq zərbəsi vurmuşdur. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs hərbi xidmət dövründən tanımış, 2016-cı ildə “Ballı qayada” bir yerdə əsgərlikdə olmuşlar. Üzərində olan xəsarətləri 2020-ci ildə “Vətən müharibəsin”də döyüşən zaman almışdır. 2016-cı ildən Nəsrəddinlə münasibət saxlamışdır. Hadisə baş verməzdən bir gün qabaq “Şəlalə” çay evində oturub çay içmişlər. Həmin vaxt onlarla birlikdə tanışları Şamil adlı qazi yoldaşı da olmuşdur. Zərərçəkmiş şəxs Nəsrəddin də Şamili tanımışdır. Hadisədən bir gün qabaq “Şəlalə” çay evində olan zaman Nəsrəddinlə aralarında dava olmamışdır. Qolunu doğramışdı, Nəsrəddin qolunu kəsdiyinə görə fikir bildirmişdir. Həmin vaxtı həblərin təsiri altında olduğu üçün əsəbləşmiş və Nəsrəddinlə aralarında anlaşılmazlıq olmuşdur. Hadisədən bir həftə qabaq qolunu kəsmişdir. Qolunu kəsməyi ilə bağlı “Şirvan Şəhər Mərkəzi Xəstəxanasın”da olmuşdur. Nəsrəddin ona, qolunu nahaq kəsdiyini dediyi üçün əsəbləşmişdir. “Lirika” adlı psixotrop dərmandan istifadə etmişdir. Psixotrop dərmanları resept ilə qəbul etmişdir. Onu müalicə edən həkim Bakı şəhərindən Şirvan şəhərinə gəlmişdir. Nəsrəddinə özü zəng edərək, onu “Rövşən” şadlıq sarayının yanına çağırmışdır. “Rövşən” şadlıq sarayı stamatoloji mərkəzin arxasındadır. Hadisə saat 12 radələrində baş vermişdir. Üzərində olan soyuq silahı çoxdan almışdır. Nəsrəddini çağırıb ona “sən mənim qolumu doğramağıma niyə fikir bildirirsən” demişdir. Nəsrəddin də ona bir-iki söz demiş, o da əsəbləşib bıçağı çıxarıb ona 3 bıçaq zərbəsi vurmuşdur. İki bıçaq zərbəsini Nəsrəddinin qoluna, bir bıçaq zərbəsini isə sol tərəfinə vurmuşdur. Nəsrəddinin sol tərəfinə vurmağı yadında deyil, o, sağ əliylə hərəkət edir. Nəsrəddini bıçaqla vurduqdan sonra o, taksi ilə xəstəxanaya getmiş, özü isə polis şöbəsinə təslim olmaq üçün getmişdir. Hadisə baş verən zaman Nəsrəddinlə onu heç kim aralaşdırmamışdır, yəni Nəsrəddini bıçaqla vuran zaman ətrafda heç kim olmamışdır. Nəsrəddin xəstəxanaya taksi ilə getmişdir, onun taksiyə oturmasını görmüşdür. Nəsrəddini vurduqdan sonra ondan aralaşmış, daha sonra başqa bir taksi ilə polis şöbəsinə getmişdir. Nəsrəddinə bıçaq zərbələrini 2-3 dəqiqə ərzində vurmuş, həmin vaxtı ağlı başında olmamışdır. Birinci dərəcəli əlil kimi qeydiyyatdadır, müharibə zamanı xəsarətlər almış, 15 sm onurğa sümüyü yoxdur, L1 fəqərəsi sınmış, yoğun bağırsağının 5 santimetri kauçukdandır. Hadisədən sonra, yəni 08 fevral 2025-ci il tarixdə komaya düşmüş, komadan ayıldıqdan sonra “X6” reabilitasiya mərkəzində müalicə almağa başlamışdır. Onun komaya düşməsi “Şirvan Şəhər Mərkəzi Xəstəxanası”nda da qeydiyyata alınmışdır. Hazırda heç bir psixotrop maddələrdən istifadə etməmişdir. Hadisə zamanı heç kimi söyməmişdir. Zərərçəkmiş şəxsin xəstəxana xərclərini ödəmişdir. Nəsrəddinin də üzərində bıçaq olmuşdur. Nəsrəddin bıçağı ona göstərmək istəmiş, həmin vaxtı o, bıçağı çıxarıb Nəsrəddini vurmuşdur. Məhkəmə iclasına “X6 Reabilitasiya” mərkəzindən gəlmişdir. Reabilitasiya mərkəzində narkomaniyadan müalicə olunur. Şirvan ŞPŞ-nə könüllü getmiş və Növbətçi hissəyə yaxınlaşmışdır. Müstəntiq Heydərin yanında olmuşdur. Hadisə baş verən zaman üzərində mobil telefon olmuşdur. Hadisədən sonra heç kimə zəng etməmiş, polis şöbəsində olan zaman atasına zəng edərək atasına məlumat vermişdir. Ağlı başında olmadığı üçün Nəsrəddinə kömək edə bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs yüngülləşdirən halları nəzərə alaraq barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ərazi bütövlüyü uğrunda döyüşmüş, ürəyinin altından snayper gülləsi dəymişdir. 30% görmə qabiliyyəti var, beynində damar çatışmazlığı və 3 körpücük sınığı vardır. Hadisə baş verməzdən bir gün qabaq qazi Bəhruz və veteran Amal adlı yoldaşlarla Bəhruzun ad günü münasibəti ilə bir yerə yığışmışlar. Qənbər 2-3 gün qabaq qolunu kəsmişdir. İnsanlıq göstərib Qənbərə “qardaşım nə çətinliyin var” deyib, qolunu niyə kəsdiyini soruşmuşdur. Qənbər ona “sən kimsən, nə ixtiyarla bu cür danışırsan” demişdir. Qənbərə “bir stolda oturmuşuq, mən də sənin qardaşın” demişdir. Qənbər dərmanın təsiri altında olmuşdur. O, da qazidir, Qənbər də qazidir, Qənbəri başa düşür. Qənbərin ətrafı onu yalnış yola çəkmiş, o isə Qənbəri düzgün yola dəvət etmişdir. Qənbərlə bir yerdə 12 yaşlarından namaz qılmışlar. Müharibədən sonra onların düşüncələri darmadağın olmuşdur. O, da dövlət tərəfindən onlara verilən narkotik tərkibli həblər qəbul etmişdir. O, həbləri həkim dediyi qaydada, yəni şiddətli ağrıları olanda qəbul etmişdir. Qənbər isə dərmanları həddindən artıq qəbul etmişdir. Qənbər müharibədə vurulandan sonra komada yatmış, həmin vaxt o, Qənbərin yanına gəlib onu axtarmış və Qənbərə can yandırmışdır. Qənbərdən qolunu niyə kəsdiyini soruşmağı ona pis təsir etmiş Qənbər elə bilmişdir ki, onun pisliyinə nəsə deyir. 31 dekabr 2024-cü il tarixdə aralarında mübahisə olmuşdur. Qənbərə “səninlə mənimki bu stolda tutmaz, mən çıxıb gedirəm” demişdir. Qənbər ona “sən kimsən mənə fikr bildirirsən” demişdir. Yoldaşları oturmuş, o isə çıxıb getmişdir. 31 dekabr 2024-cü il tarixdə axşam saat 19-20 radələrində Qənbər ona zəng edib harada olduğunu soruşmuşdur. Qənbərə parkda olduğunu bildirib sabah görüşəcəklərini demişdir. Qənbər ondan dəqiq gələcəyini soruşduqda, Qənbərə kişi kimi söz verib gələcəyini demişdir. Təhsil idarəsində mühafizəçi işləyir, özünü müdafiə üçün bıçaq almış və üzərində gəzdirmişdir. Qənbər 01 yanvar 2025-ci il tarixdə ona zəng edib “Rövşən” şadlıq sarayının yanında gözlədiyini və ona tez gəlməsini demişdir. Qənbər deyən yerə gəldikdən sonra onunla söhbət edən zaman Qənbər ona yumruq atmış, o da Qənbərə reaksiya verib yaxasından tutmuşdur. Qənbərə “niyə mənə yumruq atırsan axı mən sənə yaxşılıq edirəm” demişdir. Qənbərlə tutuşan zaman gödəkçəsi dar olduğundan açılmış və həmin vaxt Qənbər üzərində olan bıçağı görmüş və elə bilmişdir ki, onu bıçaqla vuracaqdır. Ona görə də Qənbər üzərində olan bıçaqla onu vurmuşdur. Qənbər onu bıçaqla 1-ci qolundan vurmuş və ardıcıl olaraq ona iki bıçaq zərbəsi də vurmuşdur. Qənbərə reaksiya verməmiş, Qənbərin onu bıçaqla vurduğunu bilməmişdir. Qənbər 3-cü bıçaq zərbəsi ilə ürək nahiyəsindən vurmuşdur. 3-cü zərbədə hiss etmişdir ki, bədəninə üşütmə gəlmişdir. Qənbərə əl-qol qaldırmamış, Qənbərin onurğasında zədə olduğu üçün ona toxunmamışdır. Qənbərdən kənarlaşandan sonra ətrafda olan taksilərə yaxınlaşmış, onlardan heç biri onu xəstəxanaya aparmamışdır. 20-30 metr getdikdən sonra yoldan keçən taksi ilə xəstəxanaya getmişdir. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, ətrafda olan taksilər hadisə baş verən yerdən 5-6 metr aralıda durmuşlar və onları görmüşlər. Qənbər onu vurduqdan sonra ondan qan axmamış, onda daxili qanaxma olmuşdur. Xəstəxanaya tək getmiş, həmin vaxt huşu başında olmuşdur. Xəstəxanaya çatan zaman cərrah Vüqar doktor həmin vaxt xəstəxanada olmuşdur. Vüqar doktor müharibə zamanı yaralananda onu əməliyyat etmişdir. Qənbər onun bütün müalicələrini etmiş, ona dəyən ziyanı ödəmişdir. Qənbərdən heç bir şikayət və tələbi yoxdur. Narkotik tərkibli dərman qəbul etmiş, başqa narkotik vasitə qəbul etməmişdir. 12 yaşından Qənbəri tanımışdır. Qənbərə verilən Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə razı deyil, ona ağır maddə verilmişdir. Qənbərdən heç bir tələb və şikayəti olmamış, Qənbərlə barışmışdır. Ətrafda olanlara qarşı Qənbər heç bir söz deməmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunan zaman müəyyən edilmişdir ki, 2016-cı il Aprel döyüşləri və X2isidir. Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır, münasibətləri normal olmuşdur. Bir neçə dəfə müharibədə iştirak edən dostları ilə birlikdə olarkən Qənbərlə də görüşmüşdür. 31 dekabr 2024-cü il tarixdə saat 13 radələrində Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən “Şəlalə” çay evində müharibə iştirakçısı olan dostu Bəhruzun ad günü münasibətilə oturmuşlar. Qənbər də həmin vaxt orada olmuşdur. Təqsirləndirilən şəxs bir müddət əvvəl öz qolunu kəsmişdir. O, Qənbərə qolunu niyə kəsdiyini, nə çətinliyi olduğunu soruşmuş, Qənbər ona “sən kimsən ki, məndən bu sözü soruşursan, sənə bu ixtiyarı kim verib, eyni dərmanı atırıq, ikimizdə narkomanıq” demişdir. O, da Qənbərə “bəs sən kimsən ki, mənə narkoman deyirsən, öz adını mənə demə” demişdir. Onun müharibədən sonra psixoloji problemləri olduğu üçün həkim tərəfindən məsləhət görülmüş dərmanlardan istifadə edir. Bundan sonra mübahisə böyümüş və Qənbər oturduqları stula təpik atmışdır. O, Qənbərə hörmətsizlik etdiyini bildirmiş və oradan çıxıb getmişdir. 31 dekabr 2024-cü il tarixdə axşam saatlarında Qənbər ona zəng edərək harda olduğunu soruşmuş və onların ünvanı tərəfə gəlməyini istəmişdir. O, Qənbərə bayramı yola verib gələcəyini bildirmişdir. 01 yanvar 2025-ci il tarixdə saat 11 radələrində Qənbər ona zəng edərək Şirvan şəhəri, Xəqani küçəsində yerləşən “Neptun” marketin yanına gəlməyini istəmişdir. O, da yemək yeyib gələcəyini bildirmişdir. Saat 12 radələrində qeyd etdiyi yerə getmişdir. Qənbərlə görüşüb “Neptun” marketin yan tərəfinə keçmişlər. Qənbər ilə söhbət edən zaman onun sol gözünün alt hissəsinə sağ əli ilə yumruq zərbəsi endirmişdir. O, da Qənbərin köynəyinin yaxasından tutaraq “bu nə hərəkətdi edirsən söhbət edən yerdə mənə niyə yumruq atırsan” demişdir. Həmin vaxt onun bel kəmərinin altında bıçaq vardır. Qənbər onun üzərindəki bıçağı gördükdən sonra onu bıçaqlayacağını zənn etmişdir. Lakin onun belə fikri olmamışdır. Bu zaman Qənbər bel kəmərindən bıçaq çıxardıb, sol əli ilə onun yaxasından tutaraq sağ ilə ilə onun sol qolundan bir bıçaq zərbəsi endirmişdir. Bundan sonra Qənbərə əlini bıçaqdan çəkməsini heç kimə deməyəcəyini bildirib getməsini istəmişdir. Lakin Qənbər çıxıb getmək yerinə onun döş qəfəsinin sol hissəsindən və bədənimin sol tərəfindən yenidən bıçaq zərbələri endirmişdir. Bundan sonra Qənbər oradan uzaqlaşmışdır. Qənbərin arxasınca getmiş və təxminən 20 metr qarşıda Qənbərə çatmışdır. Qənbərin yaxasından tutaraq söhbət edilən yerdə bıçaq vurmaq kişilikdən olmadığını bildirmiş, bu sözündən sonra Qənbər yenidən bıçaq çıxardaraq onun bədəninin sol tərəfindən bıçaq zərbəsi endirmiş və oradan uzaqlaşmışdır. O, isə 10-15 metr qarşıya getmiş və taksiyə minərək Şirvan şəhəri Mərkəzi Xəstəxanasına gəlmişdir. Xəstəxanaya çatanda o, özünü itirmiş və yıxılmışdır. O, bundan sonra əməliyyat olmuş və onun ağ ciyərinə və urək pərdəsinə tikiş atmışlar. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, onlar “Neptun” marketin yan tərəfində mübahisə etmişlər. Həmin yerdə heç kim olmamışdır. Aralarında olan mübahisə təxminən 20 dəqiqə davam etmişdir. Onun üzərində bıçaq olmasına baxmayaraq onun Qənbəri bıçaqlamaq kimi fikri olmamışdır. Hadisə vaxtı o, bıçaq çıxarmamış, hadisədən sonra isə bıçağı xatırlamadığı yerə tullamışdır. Bundan əlavə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Qənbər onu bıçaqla vuran zaman Qənbərə bıçaqdan əl çəkməsini və hadisə barədə heç kimə bildirməyəcəyini demişdir. Qənbərin arxasıyca getməmiş, belə bir ifadə verməmişdir. Qənbər onu birinci vuran zaman Qənbərə “bıçaqla vurmaq kişilikdən deyil” demişdir. İbtidai istintaq zamanı ifadəsinin “Qənbərin arxasınca getməsi” hissəsi düzgün yazılmamış, ifadəsində göstərilən kimi söz deməmişdir. İfadəsinin həmin hissəsini təsdiq etməmişdir. Hadisə baş verən zaman durduqları yerdə heç kim olmamışdır. Qənbər ətrafda heç kimi söyməmişdir. Zərərçəkmiş şəxs məhkəmədən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Dindirilmiş şahidlər Şahid1 və Şahid3 ifadələrində Qəbərin Nəsrəddini biçaqla vurmasının şahidi olmadıqlarını demişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq materiallarından, yəni; -“cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 01 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 yanvar 2025-ci il tarixdə saat 12 radələrində ictimai yer hesab edilən Şirvan şəhəri, Xəqani küçəsində ictimai qaydanı kobud surətdə pozmaqla silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs bir neçə zərbə vurub, sonuncuya xəsarət yetirməsi faktına görə toplanmış material əsasında Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.(i.v.1- 7) -“hadisə yerinə baxış keçirilməsi haqqında” 01 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri, Xəqani küçəsi 18-də yerləşən “Stomatoloji Mərkəz”in yaxınlığıdır. “Stomatoloji Mərkəz”-in qarşısı asfalt yoldur. Hadisə yerində qan izlərinə rast gəlinmir.(i.v.5-7) -“baxış keçirilməsi və götürmə aparılması haqqında” 01 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş paltarlar Şirvan ŞMX-dan götürülməklə həmin paltarlara baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş paltarlar 01 ədəd kofta, 01 ədəd mayka (isti alt geyimi) və 01 ədəd qolsuz maykadan ibarətdir. Kofta uzunqolludur, qara rəngli materialdan hazırlanmışdır, üzərində geyilmə izləri və məhdud sahələrdə qəhvəyi rəngli ləkələr qeyd edilir, yaxalığı öndən yuxarı hissədən olmaqla zəncirbəndlə bağlanır, ön səthinin sol yarısına gümüşü rəngli metaldan, tac formalı emblem bərkidilmişdir, uzunluğu 610mm, çiyin nahiyyəsində eni 390mm, qollarının uzunluğu 580mm-dir. Koftanın ön səthinin sol yarısında bir ədəd dəlib-keçən zədə, koftanın sol qolunun arxa səthində bir ədəd dəlib-keçən zədə vardır. Mayka (isti alt geyimi) uzunqolludur, boz rəngli yunaoxşar, xovlu materialdan hazırlanmışdır, üzərində geyilmə izləri və məhdud sahələrdə qəhvəyi rəngli ləkələr qeyd edilir, uzunluğu 610mm, çiyin nahiyyəsində eni 420mm, qollarının uzunluğu 550mm-dir. Maykanın ön səthinin sol yan nahiyəsində bir ədəd dəlib-keçən zədə, maykanın ön səthinin sol yarısında bir ədəd dəlib-keçən zədə, maykanın sol qolunun üst səthində bir ədəd dəlib-keçən zədə vardır. Mayka ağ rəngli materialdan hazırlanmışdır, qolsuzdur, üzərində geyilmə izləri və sol yarısında qəhvəyi rəngli ləkələr qeyd edilir, astar səthinə “Ceysan 54-S” və digər sözlər yazılmışdır. Maykanın uzunluğu 630mm, eni 455mm-dir, hər iki qolluğunun üzərində və sağ yan kənarı boyu boylama istiqamətli tam kəsik xətləri var, bu fonda üzərində zədə aşkar edilməmişdir.(i.v.9-14) -Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsinə təqdim etdiyi 01 yanvar 2025-ci il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı istintaqa təqdim etmək istədiyini, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir.(i.v.15) “götürmə aparılması və baxış keçirilməsi haqqında” 01 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq ondan götürülməklə həmin bıçağa baxış keçirilən zaman müəyyən edilmişdir ki, bıçaq qatlanan tiplidir, dəstək və tiyədən ibarətdir, bağlı vəziyyətdə ölçüləri 150x35x16 mm-dir, tiyəsi açıq vəziyyətdə ümumi uzunluğu 265 mm-dir. Bıçağın tiyəsi qara rəngli metaldandır, uzunluğu orta xətt boyu 115 mm, eni əsasında 27 mm, ortada 25 mm, ucunda 1 mm-dir. Tiyənin bir kənarı itilənmiş, digər kənarı isə itilənməmiş, kütdür. Tiyənin ülgücü hər iki tərəfdən itilənmişdir. Bıçağın dəstəyi nisbi düzbucaqlı formalıdır, əsasında qara rəngli, digər hissədə bozumtul-yaşılımtıl rəngli metal materialdandır, əsası və sərbəst ucu aşağıya doğru çıxıntılıdır, əldə rahat tutulur, dəstəyin uzunluğu 150 mm, eni 26 mm-dən 30 mm-ə qədər, qalınlığı 16 mm-ə qədərdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs təqdim etdiyi bıçaqla tanışı Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirmişdir.(i.v.17-19) -“zərərçəkmiş şəxs qismində tanıma haqqında” 08 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.27) -“şahid ifadəsinin yerində yoxlanılması haqqında” 14 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs 01 yanvar 2025-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs ilə aralarında mübahisənin harada və hansı qaydada baş verməsini hadisə yerində əyani şəkildə göstərmişdir.(i.v.39- 42) -“zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 14 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs 01 yanvar 2025-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs ilə aralarında mübahisənin harada və hansı qaydada baş verməsini hadisə yerində əyani şəkildə göstərmişdir.(i.v.43-46) -məhkəmə-tibbi ekspertizası”nın 30 yanvar 2025-ci il tarixli 21 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-döş qəfəsinin sol yarısında döş boşluğuna keçərək ürək kisəsini zədələyən deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sol yarısında arxa qoltuq xətti üzrə İV qabırğa səviyyəsində boşluğa keçməyən deşilmiş-kəsilmiş yara, sol bazunun yuxarı 1/3-nin deşilmiş-kəsilmiş yara (cəmi 3 (üç) ədəd) iti xassəyə malik alət təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 01 yanvar 2025-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi. Qeyd olunan xəsarətlər ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir.(i.v.65-67) -“Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X7 07 fevral 2025-ci il tarixli, 18-1-35/2- 224/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın Poliklinika şöbəsinin narkoloji, nevroloji kabinetlərində qeydiyyatda yoxdur. Ruhi-əsəb kabinetində “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. İ qrup əlil, Qazidir.(i.v. 68) -"xxxx"nın 03 fevral 2025-ci il tarixli, 08/MTKŞ-2025 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus uzunqol koftanın və uzunqol maykanın hər birinin ön səthinin sol yarısında və sol qolunun üzərində deşilmiş-kəsilmiş zədələr var. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın üzərində zədə aşkar edilməmişdir. Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir.(i.v.71-75) -“məhkəmə tibbi-bioloji ekspertizası”nın 07 fevral 2025-ci il tarixli, 18/2025-TBŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A (İİ)-dir. Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus mayka, alt geyim, pulover üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız A antigeni alındı. Bu antigen A (İİ) qan qrupunun əsasını təşkil edir. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə A /İİ/ qruplu bir şəxsə o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər.(i.v.80-84) -“cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 18 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.2.4, 221.3 və 228.5-ci maddəsinə tövsif edilmişdir.(i.v.91-93) -“ambulator məhkəmə-psixiatrik ekspertizası”nın 22 yanvar 2025-ci il tarixli, 152 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsi zamanı alınmış partlayış travması nəticəsində şəxsiyyət pozuntusu, depressiv epizodlar, özünə xəsarət hərəkətləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar – F07.0) müəyyən edilir. Rauf Salayevdə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq müəyyən edilmir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs aşkar olunan şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs hazırda aşkar edilən İİ Qarabağ müharibəsi zamanı alınmış partlayış travması nəticəsində şəxsiyyət pozuntusu, depressiv epizodlar, özünə xəsarət hərəkətləri ilə diaqnozlu psixi xəstəliklə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətlidir.(i.v.95-99) -“təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir.(i.v.107-109) -“qətimkan tədbiri seçilməsi barədə” 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.127-129) -“sübutların qiymətləndirilməsi haqqında” 17 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsun təqdim etdiyi 1 (bir) ədəd bıçaq, hadisə vaxtı zərərçəkmiş şəxsin əynində olmuş 1 (bir) ədəd uzunqol kofta, 1 (bir) ədəd uzunqol mayka və 1 (bir) ədəd qolsuz mayka maddi sübut kimi tanınaraq saxlanılmaları üçün Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir.(i.v.149-157) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən-hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını güman etmək və sair kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə qəsdən bıçaqla Zərərçəkmiş şəxs qol və sinə nahiyəsindən vurub onun döş qəfəsinin sol yarısında döş boşluğuna keçərək ürək kisəsini zədələyən deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sol yarısında arxa qoltuq xətti üzrə İV qabırğa səviyyəsində boşluğa keçməyən deşilmiş-kəsilmiş yara, sol bazunun yuxarı 1/3-nin deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığına ağır zərər vurması cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 126.2.4-ci maddəsi ilə də tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyini etiraf edərək, qolunu doğramağına fikir bildirdiyi üçün Zərərçəkmiş şəxs bıçaqla vurduğunu demişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Cinayət işinin obyektiv halından görünür ki, Təqsirləndirilən şəxs özünə xəsarət yetirdiyi üçün zərərçəkmi şəxs Zərərçəkmiş şəxs 31 dekabr 2024-cü il tarixdə dost kimi insanlığını göstərib ona “qardaşım nə çətinliyin var deyib” qolunu niyə kəsdiyini soruşduğundan aralarında mübahisə yaranmış, həmin hadisədən bir gün sonra, yəni 01 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zəng vuraraq söhbət etmək üçün çağırmış və hər hansı səbəb olmadan sonuncuya qəsdən bıçaqla üç dəfə zərbə vuraraq ağır xəsarətlər yetirmişdir. Bundan əlavə ibtidia istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham vermiş və verilmiş ittihamda Təqsirləndirilən şəxs, “Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində silah qismində istifadə olunan bıçaqla zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, küçədə kənar şəxslərin olması səbəbi ilə Zərərçəkmiş şəxs və qeyrilərinin timsalında özünü qeyri-müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu, istədiyi şəxsi istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla başqalarından üstün olduğunu nümayiş etdirmək, qalmaqal salmaq məqsədilə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs öz qəddarlığını, hiddətini, qəzəbini nümayiş etdirməsi” yazılmışdır. Xuliqanlıq niyyətinin mahiyyəti ilə bağlı məhkəmə tərkibi bu qənaətə gəlir ki, xuliqanlıq niyyəti ilə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyrimüəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, eləcə də əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığından, qəddarlığından, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissəsinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Əgər digər motivlər xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmənin tərkib hissəsi kimi çıxış edirsə, bu zəmində törədilən qəsdən adam öldürmə cinayət əməli kimi tövsif edilməlidir. Qəsdən adam öldürmədə motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın cinayət əməlini törətməmişdən əvvəlki, cinayət əməlini törədən zaman və cinayəti törətdikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. Nəzərə alınmalıdır ki, xuliqanlıq niyyəti ilə adam öldürmə həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Motivin müəyyən edilməməsi əməlin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə kimi tövsif edilməsinə əsas vermir. Motiv cinayət tərkibinin elementlərindən biridir, hər bir iş üzrə müəyyən edilmiş bütün halların məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, qəsdən adam öldürmə cinayətinin motivsiz törədilməsi qeyri-mümkündür. Motivin müəyyən edilməməsi tam və hərtərəfli məhkəmə araşdırmasının nəticəsi olaraq ortaya çıxmalıdır. Hər bir halda, əgər motiv müəyyən edilməmişdirsə, təqsirkarın əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Əslində isə xuliqanlıq motivi Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin məcburi elementidir və hər bir iş üzrə işin bütün hallarının məcmusu əsas götürülməklə müəyyən edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-4-cü bəndlərində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fizi ki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə məsuliyyətə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Zor tətbiq etmə ilə hədələmə dedikdə isə, zərərçəkmiş şəxsi fiziki zor tətbiq ediləcəyi ilə qorxutmaqla, onun şüuruna və iradəsinə psixi təsir göstərmə başa düşülür. Hədələmə zamanı təqsirkar zərərçəkən şəxsi döymə, sağlamlığına zərər vurma, bədən üzvlərini kəsmə, öldürmə və sair ilə qorxuda bilər. Əmlakı məhv etmək dedikdə, mülkiyyət formasından asılı olmayaraq, əmlaka sonradan bərpa edilməsinin mümkün olmayacağı dərəcədə zərər vurulması, əmlakın zədələnməsi dedikdə isə, ona sonradan bərpa oluna biləcək dərəcədə zərər vurulması başa düşülməlidir. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən xəsarət yetirən zaman ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri etməmiş, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallara yol verməmişdir. Xuliqanlıq formal tərkibli cinayət olduğundan Cinayət Məcəlləsinin 221-ci maddəsində qeyd olunan hərəkətlər törədildiyi andan başa çatmış hesab edilir. Xuliqanlıq cinayəti subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilir. Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozduğunu, cəmiyyətə açıqça hörmətsizlik ifadə etdiyini, habelə Cinayət Məcəlləsinin 221-ci maddəsində sadalanan digər xuliqanlıq hərəkətlərini törətdiyini dərk edir və bunu arzu edir. Xuliqanlıq cinayətinin motivi təqsirləndirilən şəxsin qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, o cümlədən şəxsi münaqişə zəminində törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq ona xəsarət yetirən zaman, heç kim hadisənin şahidi olmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli qərarında göstərilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, istifadəyə yararlı, ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağını əldə edərək üzərində gəzdirmiş, 01 yanvar 2025-ci il tarixdə saat 12 radələrində Şirvan şəhəri, Xəqani küçəsində Zərərçəkmiş şəxs həmin bıçaqla xəsarət yetirdikdən sonra Şirvan Şəhər Polis Şöbəsinə gedib, könüllü təqsirini boynuna alarkən ondan həmin soyuq silah hesab edilən ov bıçağı aşkar olunaraq götürülmüşdür. Buna görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə ittiham verilmişdir. Cinayət Məcəlləsinin 228.5-ci maddəsi 7 mart 2025-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə həmin Məcəlləyə əlavə edilsə də 19 mart 2025-ci il tarixdə qüvvəyə minmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini 01 yanvar 2025-ci il tarixdə törətmiş, sonuncunun əməli Cinayət Məcəlləsinin 228.5-ci maddəsi üzrə tövsif edilmişdir. Həmin tarixlərdə Cinayət Məcəlləsinin 228.5-ci maddəsi həmin Məcəllədə olmamışdır. Təqsirləndirilən şəxs soyuq silahı əldə edib gəzdirən zaman Cinayət Məcəlləsində həmin əmələ dair cinayət tərkibinin əlamətlərini daşıyan Cinayət Məcəlləsinin 228.4-cü maddəsi olmuşdur. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 228.4-cü (köhnə redaksiya) maddəsi ilə tövsif olunmasını xahiş etmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələri, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsi eyni məzmunlu olduğundan onun səmimi şəkildə bildirdiyi etirafedici ifadələri sübut kimi qəbul edilir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı” “Bobek Polşaya qarşı” və Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, zərərçəkmiş şəxsə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayət əməllərinin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Cinayət Prosessual Məcəllənin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət Prosessual Məcəllənin 144-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkiblərinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olması tam sübuta yetirilir. Buna görədə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan çıxarılmalı, onun digər əməlləri Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü (köhnə redaksiya) maddələri ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı, cinayət əməlini törətdikdən sonra Şirvan ŞPŞ-nə könüllü gedərək təqsirini boynuna aldığını bildirmişdir. Lakin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra könüllü polis şöbəsinə gedərək təqsirini boynuna alması, ibtidai istintaq orqanı tərəfindən onun cəzasını yüngüləşdirən hal kimi nəzərə alınmamışdır. Şirvan ŞPŞ-nin 29 may 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01 yanvar 2025-ci il tarixdə Şirvan ŞPŞ-nə könüllü olaraq gəlmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Məhkəmə tərkibi bildirir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna alması onun cəzasını yüngülləşdirilən hal kimi nəzərə alınmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Şirvan Şəhər Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 1(032)-154/2024 nömrəli hökmünün, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2025-ci il tarixli, 1(106)-235/2025 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 1000 (bir min) manat məbləğdə cərimə növündə cəza təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Şirvan Şəhər Məhkəmənin hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.(i.v.100-101, 141- 148) -Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 aprel 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, M.Əsədov küçəsində ev 100-də yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir.(i.v.104-105) Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə əsasən cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi törətməsini (“ambulator məhkəmə-psixiatrik ekspertizası”nın rəyinə əsasən Təqsirləndirilən şəxs hazırda aşkar edilən İİ Qarabağ müharibəsi zamanı alınmış partlayış travması nəticəsində şəxsiyyət pozuntusu, depressiv epizodlar, özünə xəsarət hərəkətləri ilə diaqnozlu psixi xəstəliklə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür), Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən “İkinci Qarabağ” müharibəsində iştirak edərək vətənə xidmət edib mühüm sosial və mənəvi dəyərə malik olmasını, İ dərəcəli əlilliyinin olmasını, yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, partlayış travması (xx.xx.2020), onurğa beynin açıq travması (xəstənin daimi kənar şəxsin qulluğuna ehtiyacı var), oğurğa beyinin döş şöbəsinin əzilməsi və ödemi, partlayış travması nəticəsində L1-L2 fəqərələrinin arası elementlərinin qəlpəli sınığına görə onurğa kanalının yad cisminə, onurğa beyinin əzilməsinə görə L1 fəqərəsinin laminoektomiyadan sonrakı dəri çapığı, onurğanın mühüm dərəcədə zədələnməsi, spastik paraplegiya, hər iki aşağı ətrafın dərin spastik paraplegiyası, aşağı ətrafların atrofiyası, aşağı ətrafların çoxsaylı travması, hər iki aşağı ətrafın çoxsaylı sağalmayan trofiki yaraları, nevrasteniya, kəskin ifadə olunmuş asteno-nevrotik vəziyyət, depressiv komponentlərlə, bağırsaqların çevirilməsi, partlayış travması, yoğun bağırsağın rezeksiyası, kolostomanın çıxarılması, relaparatomiya, qarnın ön divarının çapıq toxuması diaqnozlu xəstəliklərdən əziyyət çəkməsini, “X6 Reabilitasiya Mərkəzin”də müalicə almasını, qazi olmasını, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli, 2354 nömrəli sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” medalı, (medalın vəsiqəsi № İ-1049), Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2712 nömrəli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı, (medalın vəsiqəsi № İ-11319), Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2713 nömrəli sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” medalı (medalın vəsiqəsi № İ-4170), Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2715 nömrəli sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı (medalın vəsiqəsi № İ-10437), Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2719 nömrəli sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı (medalın vəsiqəsi № İ-6297), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” (medalın vəsiqəsi № İ-68809) medallarını almasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, ailə, maddi və sosial vəziyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü(köhnə redakiya) maddələri ilə cəza təyin olunan zaman Cinayət Məcəlləsinin 60-cı maddəsi nəzərə alınmalıdır. Şirvan Apellyasiya Məhkəməsinin 21 may 2025-ci il tarixli, 1(106)-235/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təyin olunmuş 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən həmin cəzanın 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunan yüngülləşdirən hallar təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hallardır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, cavan olmasını, zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, törətdiyi cinayət əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, şəxsiyyətini, ictimai təhlükəli olmamasını və zərərçəkmiş şəxsin onu bağışlamasını, “İkinci Qarabağ” müharibəsində iştirak edərək vətənə xidmət edib mühüm sosial və mənəvi dəyərə malik olmasını, İ dərəcəli əlilliyinin olmasını, çoxsaylı xəstəliklərdən əziyyət çəkməsini, xəstə kimi daimi kənar şəxsin qulluğuna ehtiyacı olmasını, qazi olmasını, Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza cəkmədən və cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. Təqsirləndirilən şəxs üzərinə sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək kimi vəzifələr qoyulmalı, sınaq müddətində davranışına nəzarət yaşayış yeri üzrə Şirvan şəhər İcra və Probasiya şöbəsinə həvalə olunmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və sair nəzərə alaraq məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən əlavə cəzalar isə real icra olunduğundan hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınaraq Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 1 (bir) ədəd uzunqol kofta, 1 (bir) ədəd uzunqol mayka, 1 (bir) ədəd qolsuz mayka və 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 44.1, 132, 318, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü (köhnə redaksiya) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü (köhnə redaksiya) maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 6 (altı) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 21 may 2025-ci il tarixli, 1(106)-235/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təyin olunmuş 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən həmin cəzanın 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş 6 (altı) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab olunsun və üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək kimi vəzifələri qoyulsun, sınaq müddətində davranışına nəzarət yaşayış yeri üzrə Şirvan şəhər İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut qismində tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan 1 (bir) ədəd uzunqol kofta, 1 (bir) ədəd uzunqol mayka, 1 (bir) ədəd qolsuz mayka və 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-338/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-338/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver