Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-339/2022 26.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimləri Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi ev 26-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs İran İslam Respublikasında olan digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin əldə edilməsi, saxlanması, daşınması və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək özünün narkotik vasitə heroini Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini əvvəlcədən vəd etmiş, cinayətkar qrupun üzvləri İran İslam Respublikasında ümumi niyyətlə satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri 1 ədəd sellofan torbada təmiz çəkisi 785,0 qram olub, külli miqdar təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirməklə 16 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs əvvəlcədən whatsapp ani mesajlaşma mübadilə sistemi vasitəsilə narkotik vasitəni qoyacağı ərazinin fotoşəklini və canlı məkanını göndərdiyi, yəni Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində “Əlillər” binasının yaxınlığında yerləşən köhnə tikilinin yanında yerə qoymaqla Təqsirləndirilən şəxs bu barədə 16 fevral 2022-ci il tarixdə saat 21 radələrində məlumat vermişdir. Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il tarixdə saat 21.30 radələrində həmin yerə gedərək göstərilən çəkidə narkotik vasitə heroini qoyulduğu yerdən götürmüş, satış mıqsədi ilə qanunsuz olaraq əldə edib, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibinə qoyaraq üzərində saxlamaqla daşıyarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirli Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsinin əməkdaşlarının keçirtdikləri əməliyyataxtarış tədbiri zamanı qeyd olunan küçədə saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən həmin bir bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istinatıqda təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, özü narkomandır. 2022-ci il fevral ayının 28-də qızının ad günü olmuşdur. Maddi vəziyyəti pis olduğundan narkotik satıb pul əldə etmək istəmişdir. İranlı ilə «Vhatsapp» proqramı ilə danışmaqla ona narkotik göndərməsini xahiş etmişdir. İranlı ona narkotiki Azərbaycan Respublikası ərazisində qoyacağı yeri ona deyəcəyini, gedib narkotiki götürməsini, 15-20 qramını öz istifadəsi üçün götürməsini, qalan hissəsini isə onun dediyi yerə qoymasını demişdir. O, iranlı ilə razılaşmışdır. İranlı onunla «Vhatsapp» proqramı vasitəsi ilə danışaraq narkotikin qoyulduğu yeri bildirmişdir. O, həmin yerə gedərək narkotiki götürəndə polis işçiləri onu tutmuşlar. Qızının ad günü ilə əlaqədar pul lazım olduğundan narkotikin bir hissəsini satmaq məqsədi olmuşdur. Lakin onda aşkar olunan narkotikin miqdarı artırılmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində isə göstərmişdir ki, 10 ilə yaxındır ki, narkotik vasitə olan heroindən zərdə tüstüsünü qəbul etməklə istifadə edir. İstifadə etdiyi narkotik vasitələri şəhər ərazisində tanımadığı şəxslərdən əldə edir. Təxminən iki ay əvvəl yəni, 2021-ci ilin dekabr ayında bir nəfər “oktay4501” adlı instaqram istifadəçisi olan tanımadığı şəxs onun “wako_rzayev” adlı instaqram səhifəsinə dostluq göndərmişdir. O, iranlının göndərdiyi dostluğu qəbul edib ondan kim olduğunu soruşmuşdur. İranlı ona İran İslam Respublikası vətəndaşı olduğunu və ona öz whatsapp nömrəsini göndərməsini bildirmişdir ki, onunla telefonda danışsın. Ona maraqlı gəldiyindən o, iranlıya ***-***-**-** mobil nömrəsini vermişdir. Həmin şəxs ona +98-***-***-**-** nömrəsindən ona yığmış və onunla danışmışdır. İranlı ona bildirmişdir ki, əgər o, razı olsa o, Lənkərana başqa tanışları vasitəsilə narkotik vasitə göndərə bilər, o da iranlının malını satıb oradan xeyir əldə edə bilər. Maddi vəziyyəti pis olduğundan iranlının təklifi ilə razılaşmışdır. İranlı ona xəbər verəcəyini demişdir. 16 fevral 2022-ci il tarixdə iranlı qeyd etdiyi nömrə ilə onun whatsapp nömrəsinə zəng etmiş və ona malın hazır olduğunu, kakos, yəni heroin olduğunu demişdir. O, narkotik vasitəni öz adamı vasitəsilə şəhər ərazisində bir yerə qoyandan sonra qoyduğu yerin fotoşəkillərini və məkanını ona göndərəcəyini, onun gedib həmin malı götürəndən sonra iranlının deyəcəyi başqa yerdə qoymalı olduğunu, maldan özü üçün 15-20 qram mənfəət kimi götürə biləcəyini demişdir. 16 fevral 2022-ci il tarixdə saat 21 radələrində iranlı ona bildirmişdir ki, malı Lənkəran şəhəri ərazisində bir yerdə qoyublar, tez gedib onu götürsün. İranlı vhatsapp vasitəsilə narkotik vasitənin qoyulduğu yerin fotoşəkillərini və həmin yerin məkanını atmışdır. O, şəkilə və məkana baxıb malın Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində yerləşən “Əlillər” binasının yaxınlığında olan transfarmatorun yanında qoyulduğunu bilmiş və gedib malı götürüb əynində olan qara rəngli gödəkçəsinin sol yan cibinə qoymuşdur. Sonra həmin yerdə Şəhidlər Xiyabanı tərəfə piyada hərəkət etməyə başlamışdır. Bu zaman bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş və onun qollarından tutmuşlar. O, başa düşmüşdür ki, onlar onu nəyə görə saxlayıblar. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxladıqlarını və üzərinə şəxsi axtarış keçirilməsindən ötrü polis şöbəsinə aparacaqlarını demişlər. O, etiraz etməmiş və onlarla birlikdə Lənkəran şəhərində yerləşən narkotiklərlə mübarizə idarəsinin cənub regional şöbəsinə gəlmişdir. Polis şöbəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üstündə qanunsuz əşya və ya predmet varsa, təqdim etməsi təklif olunmuşdur. O da, həmin vaxt özü əynində olan gödəkçənin sol yan cibində saxladığı bir ədəd sellofan bağlamada olan bükümü təqdim etmişdir. Sellofan bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, İran İslam Respublikası vətəndaşı Baba adlı şəxsin vasitəsilə onu əldə etdiyini, daha sonra həmin malı onun deyəcəyi yerə qoymalı olduğunu demişdir. Etdiyi əməldən peşmandır. Maddi vəziyyətində olan çətinliklər onu buna vadar etmişdir. İranlı ona söz vermişdir ki, əgər bu dəfə işləri yaxşı alınsa, gələn dəfə daha çox çəkidə mal göndərəcək və oradan mənfəət kimi pul da, əldə edə biləcək. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsidə Regional Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə edib üzərində saxlaması və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Əməliyyat-axtarış tədbirləri keçirilməklə 16 fevral 2022-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. “Əlillər” binası kimi adlandırılan binanın yanından keçəndə onlar Şəhriyara yaxınlaşıb onu saxlamış, üzərində narkotik gəzdirməkdə şübhəli olduğunu demiş və polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılarkən o, əynində olan gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükülünü təqdim etmişdirr. Şəhriyar sellofan bükülünün içərisində heroin olduğunu, üç-dörd ay danışdığı «Baba» adlı İran İslam Respublikası vətəndaşının onun üçün göndərdiyini, “Əlillər” binasının yanında qoyulduğunu və oradan götürdüyünü bildirmişdir. Şəhriyarda aşkar olunmuş narkotikəbənzər maddə qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid kimi dindirilən X3 Şöbənin əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 da Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan, protokola əlavə edilmiş CD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il tarixdə saat 21:30 dəqiqədə Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində “Əlillər” binasının yaxınlığında polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanıldıqdan sonra polis şöbəsinə gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükülünü çıxarıb polis məkədaşlarına təqdim etmişdir. Bükülüdə heroin olduğunu, 3-4 ay əvvəl danışdığı iranlı şəxs tərəfindən göndərildiyini, onu iranlının deyəcəyi yerə qohmalı olduğunu və üzərindən bir şqədər də özü üçün götürməli olduğunu bildirmişdir. 17 fevral 2022-ci il tarixli, 19/203 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 785,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 18 fevral 2022-ci il tarixli, 193 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınması məsləhət görülür. Mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Samsung” markalı mobil telefonda ***-***-**-** və ***-***-**-** nömrələri istifadə olunur. Həmin nömrələrin whatsapp ani mesajlaşma mübadilə sisteminə baxış zamanı +98-***-***-**-**, +98-***-***-**-** və +98-***-***-**-** nömrələri ilə danışıqlar aparılmışdır. +98-***-***-**-** İİR-sı vətəndaşına məxsus mobil nömrə ilə olan yazışmalara baxış zamanı müəyyən edilmişdir ki, həmin profil adı “-Oktay-“ kimi qeyd edilmişdir. Həmin yazışmalar 16 fevral 2022-ci il tarixdə baş verib və səs göndərmlərindən, ismarıclardan və fotoşəkillərdən ibarətdir. Danışıqlar Təqsirləndirilən şəxslə iranlı şəxs arasında narkotik vasitənin göndərilməsi, Lənkəran şəhərində qoyulduğu yerdən Təqsirləndirilən şəxs tərəfindən götürülməsi, satışının təşkili barədə olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması barədə protokoldan görünür ki, o 16 fevral 2022-ci il tarixdə narkotik vasitəni götürdüyü yeri və şəraiti yerində göstərmişdir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri Lənkəran Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərarı ilə qanuni hesab edilmişdir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır Himayəsində 2014-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında olan şəxslə qabaqcadan danışıb razılaşmaqla qaçaqmalçılıq yolu ilə göndərilməli olan narkotik vasitəni Azərbaycan Respublikası ərazisində qəbul etməyi əvvəlcədən vəd etməklə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına göndərilən külli miqdarda narkotik vasitə heroini qəbul edib satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması və təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda obyektiv qiymət verərək Təqsirləndirilən şəxs onda faktiki aşkar olunan narkotik vasitənin miqdarının artıq yazılması barədə ifadələrini qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin qaçaqmalçılıq cinayətinə münasibətdə narkotik vasitənin qaçaqmalçılıq yolu keçirilməsində birgə icraçı kimi iştirak etməmiş, qaçaqmalçılıq yolu ilə keçirilməli olan narkotik vasitəni Azərbaycan Respublikası ərazisində qəbul etməyi əvvəlcədən vəd etməklə narkotik vasitənin qçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi kimi iştirak etmişdir. Ona görə də onun əməli qaçaqmalçılıq cinayətinə münasibətdə CM-nin 32.5,206.2-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. O, azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 16 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 784,95 qram heroin məhv edilməli, Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı mobil telefon onun özünə verilməli, istintaq hərəkətlərinin aparılması zamanı aparılmış videoçəkiliş barədə 1 ədəd və səs yazısı olan 1 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351- 353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CMnin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 784,95 qram heroin məhv edilsin, Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı mobil telefon onun ailəsinə verilsin. İstintaq hərəkətlərinin aparılması zamanı aparılmış videoçəkiliş barədə 1 ədəd və səs yazısı olan 1 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-339/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-339/2022
26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver