Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-339/2023 14.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X6 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1961-ci ildə Astara rayonu Qapçiməhəllə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, əvvəllər məhkum olunmuş, Astara rayonu Qapçiməhəllə kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 5 kq 355,411 qram (5355,411 qram) narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində və yaşadığı evdə saxlamış, 01 fevral 2023-cü il tarixdə əldə etdiyi narkotik vasitə qurudulmuş marixuanadan 9,672 qram çəkidə olan hissəsini həmkəndlisi Şahid1 satmış, 02 fevral 2023-cü il tarixdə, saat 21:45 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı Astara rayonu Qapçiməhəllə kəndi ərazisində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və həmin tarixdə üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 10,484 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra əməliyyat tədbirinin davamı olaraq onun Astara rayonu Qapçiməhəllə kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən mətbəxdə olan masanın altındakı sarı qapaqlı plastik qutunun içərisindən təmiz çəkisi 85,255 qram, habelə iki ədəd qara rəngli sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 2,750 kiloqram və 2,500 kiloqram olmaqla ümumi təmiz çəkisi 5 kiloqram 345,739 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında Qapçiməhəllə kəndində feyxoa bağlarında bir bağlama tapmış, həmin bağlamaya baxarkən içərisində nəşə (qurudulmuş marixuana) olduğunu görmüş, həmin bağlamanı götürüb evə gətirərək özündə saxlamış, bəzən özü istifadə etmişdir. 01 fevral 2023-cü il tarixdə həmkəndlisi Şahid1 onlara gəlmiş və gələrkən özü ilə araq gətirmiş, onlar birlikdə yeyib içdikdən sonra nəşədən istifadə etmişlər. Bülbül gedərkən ondan nəşə istəmiş, o da masanın üstündə olan qutudan bir ovuc nəşə götürərək ona vermişdir. Lakin o Bülbüldən buna görə pul almamışdır. Səhəri günü 02 fevral 2023-cü il tarixdə, saat 21 radələrində çayxanadan çıxıb evinə gedərkən Astara Rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparıb, üzərinə videoçəkilişlə axtarış keçirmişlər. Axtarış zamanı üzərindən bir bükümdə nəşə götürülmüşdür. Lakin həmin nəşə ona aid olmamışdır. Onu polis əməkdaşları onun üzərinə qoymuşlar. Sonra da onun və vəkilin iştirakı ilə videoçəkilişlə yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı mətbəxdə su kranının altındandan bir ədəd plastik qutuda və iki ədəd bağlamada qurudulmuş marixuana götürülmüşdür. Lakin həmin bağlamalar ona aid deyil. Mətbəxdən götürülmüş bir ədəd plastik qutuda olan marixuana ona məxsusdur. Qutuda təxminən 175 qram marixuana olmuşdur. Ona görə özünü təqsirli bilir. Bağlamalarda olan marixuananı onun evinə polislər qoymuşlar. Lakin bağlamaları kimin onun evinə qoyduğunu deyə bilmir. O Bülbülə marixuana vermişdir. Lakin ondan pul almamışdır. İstintaq vaxtı onu Bülbüllə üzləşdirmişlər. Bülbül ona pul verib marixuana aldığını onun üzünə qarşı demişdir. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində uzun illər narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, 2021-ci ildə də qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıdığına görə məsuliyyətə cəlb edildiyini, təxminən 2022-ci ilin avqust ayında Qapçimhəllə kəndində feyxoa bağlarında içərisində qurudulmuş marixuana olan bir bağlama tapdığını, bağlamanı gətirərək özündə saxladığını, bəzən özü istifadə etdiyini, 01 fevral 2023-cü il tarixdə həmkəndlisi Şahid1 onlara gələrkən həmin marixuanadan birlikdə istifadə etdiklərini, həmin vaxr bir ovucda ona marixuana verdiyini, lakin bunun müqabilində ondan pul almadığını, sabahısı gün, yəni 02 fevral 2023-cü il tarixdə, saat 21 radələrində çayxanadan evə getdiyi zaman polis əməkdaşlarının onu saxlayaraq polis şöbəsinə aparıb, orada vəkilin iştirakı ilə üzərinə videoçəkilişlə axtarış keçirildiyini, o üzərində olan bir bükümdə qurudulmuş marixunanı onlara təqdim etdiyini, büküm elektron tərəzidə çəkilərkən çəkisinin 10 qram olduğunu, sorğu zamanı həmin bükümün qurudulmuş marixuana olduğunu, 2022-ci ilin avqust ayında Astara rayonu Qapçiməhəllə kəndində Feyxoa bağlarında tapdığını və evdə də narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirdiyini, sonra da ondan götürülmüş bir bükümdə marixuana qablaşdırılaraq möhürləndiyini, ardınca polis əməkdaşlarının vəkilinin də iştirakı ilə yaşadığı Astara rayonu Qapçiməhəllə kəndindəki evinə gedərək videoçəkilişlə evə baxış keçirdiklərini və o mətbəxdəki su kranın altında bir ədəd sarı qapaqlı qutunu və iki ədəd iri bağlamanı polis əməkdaşlarına təqdim etdiyini, sonra da həmin kütlələrin çəkilib qablaşdırıldığını, üzərindən aşkar edilərək götürülmüş bir bükümdə və evindən aşkar olunaraq götürülmüş qurudulmuş marixuananı 2022-ci ilin avqust ayında Astara rayonu Qapçiməhəllə kəndində feyxoa bağında tapdığını, onları satmaq fikri olmadığını bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlinin törətməsi özünün məhkəmədə elan olunmaqla tədqiq edilmiş ifadəsilə yanaşı dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01 fevral 2023-cü il tarixdə qonşusu Təqsirləndirilən şəxs evinə getmiş və İntiqamdan özü istifadə etmək üçün nəşə (qurudulmuş marixuana) olub-olmadığını soruşmuş, İntiqam da onda nəşə olduğunu bildirdikdən sonra İntiqama 20 manat verməklə ondan bir bükümdə nəşə almışdır. Səhəri günü, 02 fevral 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı Astara rayonu Qapçiməhəllə kəndində küçə ilə çayxanaya gedərkən bir neçə polis əməkdaşları onu saxlayaraq Astara rayon Polis Şöbəsinə apaıb, orada vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə axtarış keçirmişlər. Axtarış zamanı ona üzərində qanunla qadağan edilən hər hansı bir əşyanın olub olmadığını soruşarkən, o gödəkçənin cibindən bir bükümdə nəşəni çıxarıb onlara təqdim etmiş və onu qonşusu Təqsirləndirilən şəxs 20 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. İstintaq vaxtı onunla İntiqam üzləşdirilmişdir. Üzləşmə zamanı da o ondan götürülmün marixuananı ondan 20 manat verməklə aldığını İntiqamın üzünə qarşı da demişdir. İndi də həmin dediyini təstiq edir. O ifadə verərkən ona hər hansı təsir və ya təzyiq olunmmamışdır. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, onun barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi Astara Rayon Məhkəməsinin icraatındadır. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə Şahid1 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş və Şahid1 üzləşmə zamanı ifadəsində qeyd etdiklərini bir daha Təqsirləndirilən şəxs üzünə təsdiq etmişdir. Dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 02 fevral 2023-cü il tarixdə Astara rayonu Qapçiməhəllə kənd sakini Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə edilmiş, əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 02 fevral 2023-cü il tarixdə saat 19 radələrində Astara rayonu Qapçiməhəllə kəndinə gedərək, Qapçiməhəllə kəndində Şahid1 olduğu yer müəyyən edib onu saxlayıb,özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə bildirdikdən sonra o Astara rayon Polis Şöbəsinə dəvət edilmişdir. Orada vəkilin iştirakı ilə videoçəkilişlə Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı ona üzərində qanunla qadağan edilən hər hansı bir əşyanın olub-olmasını soruşmuş və varsa təqdim etməsini təklif etmişdir. Şahid1 da əynində olan qara rəngli gödəkçənin cibindən bir bükümdə şəffaf sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kültləni təqdim etmiş , büküm elektron tərəzidə çəkilmiş və 10,26 qram olması müəyyən edilmişdir. Sorğu zamanı o üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə qurudulmuş marixuananı həmkəndlisi Təqsirləndirilən şəxs 20 manat verməklə aldığını bildirmişdir. Bundan sonra Şahid1 üzərindən aşkar olunaraq götürülmüş kütlə qablaşdırılmış, qablaşmanın üzəri möhürlənmiş və imzalarla təsdiq olunmuşdur. Bundan sonra 02 fevral 2023-cü il tarixdə Məmmədov X1 küçədə saxlanılaraq, Astara rayon Polis Şöbəsinə dəvət edilmişdir. Orada vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı ondan üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütləni çıxarıb təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkilərkən 10 qram olması müəyyən edilmişdir. Sorğu zamanıondan ghötürülmüş qurudulmuş marixuananı 2022 avqust ayında Qapçiməhəllə kəndində feyxoa bağlarında tapdığını və həmin qurudulmuş marixuanadan evdə də saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə marixuana qablaşdırılmış və qablaşmanın üzəri imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirdikdən sonra evinə baxış keçirilməsi məqsədilə Astara rayonu Qapçiməhəllə kəndinə getmişlər. Orada Təqsirləndirilən şəxs və vəkilinin iştirakı ilə yaşadığı evə videoçəkiliş vasitəsilə baxış keçirilməyə başlanmış, baxış zamanı Təqsirləndirilən şəxs evin mətbəxində olan su kranının altından 1 ədəd sarı qapaqlı qutunu və iki ədəd bağlamanı onlara təqdim etmişdir. Qutuya və 2 ədəd bağlamaya baxış keçirilmiş, baxış zamanı həmin qutuda və 2 ədəd bağlamada qurudulmuş marixuana kütlələri aşkar edilmişdir. Həmin kütlələr çəkilmiş və qablaşdırılmışdır, qablaşdırılmanın üzəri möhürlənərək imzalarla təsdiq edilmiş, sonra da bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs tərtib edilmiş protokolla tanış olduqdan sonra heç bir etiraz etmədən onu imzalamıdır. O saxlanılarkən və sonra ona hər hansı təsir və ya təzyiq olunmamışdır. Dindirilmiş şahidlər Şahid3 və Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. Cinayət işinin materiallarında olan 02 fevral 2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi və götürmə aparılması” haqqında protokoldan görünür ki, 02 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkil X4 iştirakı ilə keçirilən istintaq hərəkətinə başlamazdan öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, habelə üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, həmin sellofana baxış keçirilərkən bu kütlənin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 10,26 qram olması müəyyən edilmiş, Təqsirləndirilən şəxsla aparılan şifahi sorğu zamanı üzərindən aşkar olunaraq götürülmüş kütlənin narkotik vasitə qurudulmuş marixuananı öz istifadəsi üçün saxladığını, bundan başqa yaşadığı evdə də narkotik vasitəsaxladığını bildirmişdir. Cinayət işinin materiallarında olan 02 fevral 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması” haqqında protokoldan görünür ki, 02 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Astara RPŞ-yə gətirilmiş və şəxsi axtarış aparılarkən üzərindən narktoik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs evində də narkotik vasitə saxladığını bildirmiş, habelə evinə baxış keçirilməsinə dair hər hansı bir etirazının olmadığına dair ərizə də təqdim etmiş, bundan sonra onun Astara rayonu Qapçiməhəllə kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsindən ötrü istintaq hərəkəti iştirakçıları ilə birlikdə həmin ünvana yollanmışlar. Təqsirləndirilən şəxs evinə videoçəkiliş vasitəsilə baxış keçirilərkən mətbəxdə yerləşən masanın altında 01 ədəd sarı qapaqlı plastik qutununun içərisindən narkotik vasitə qurudulmuş marixuana, habelə 02 ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, elektron tərəzidə ölçülmüş və sarı qapaqlı plastik qutunda olan qurudulmuş marixuananın çəkisi 155 qram, sellofan bağlamaların da çəkiləri 2590 qram və 2775 qram olmuş, bundan sonra həmin kütlələr qablaşdırılaraq möhürlənmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 03 fevral 2023-cü il tarixli, 19/153 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki,“tədqiqata təqdim edilmiş üzərində Astara rayonu Qapçiməhəllə kənd sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi – 10,484 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Astara rayon Qapçiməhəllə kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş 1 ədəd plastik qutunun və 2 ədəd qara rəngli sellofan bükülünün içərisində marixuana olan kütlələr.....” sözlər və imzalar olan bağlamadakı, 1 ədəd plastik qutuda təmiz çəkisi: -85,255 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudubmuş marixuanadır; 2 ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi: -2750,0 qr; -2500,0 qram: ümumi təmiz çəkisi: -5250,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxsun üzərindən və evindən aşkar olunmuş ümumilikdə 4 ədəd olmaqla ümumi təmiz çəkisi 5345,739 qram olan marixuanalar, bioloji tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərilərində “Astara rayon Qapçiməhəllə k/s Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə.....”; "Astara rayon Qapçiməhəllə kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş 1 ədəd plastik qutunun və 2 ədəd qara rəngli sellofan bükülünün içərisində marixuana olan kütlələr” və Şahid1 üzərindən aşkar edilmiş 1 büküm marixuana Rəy №-19/152” sözlər və imzalar olan 2 ədəd zərfdəki və bir ədəd bağlamadakı ümumilikdə 5 ədəd bükümdə olmaqla marixuanalar bioloji tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqat zamanı təqdim edilmiş ümumilikdə 5345,739 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuananın hər obyekt üzrə 0,05 olmaqla cəmi 0,2 qram hissəsi tədqiqata sərf edilmiş, 5345,539 qram hissəsi qalıq qalmışdır. İşdə olan ibtidai istintaq orqanının qərarından görünür ki, Təqsirləndirilən şəxsun üzərindən və evindən aşkar olunmuş qalıq çəkisi 5345,539 qram narkotik vasitə qurudulmuş marixuana və şəxsi axtarış və götürmə aparılması, habelə baxış və götürmə aparılması istintaq hərəkətləri qeydə alınmış videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disklər maddi sübut kimi tanınmışdır. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Astara Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Astara Rayon Polis Şöbəsinin rəis müavini Orxan Novruzovun əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında 02 fevral 2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 06 fevral 2023-cü il tarixli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinə edilərkən onun bədəni üzərində hər hansı xəsarət müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, Şahid1 bir bükümdə qurudulmuş marixuananı verməsini təsdiq etsə də ondan pul almadığını, üzərindən götürülmüş bir bükümdə qurudulmuş marixuananın ona aid olmadığını, evindən götürülmüş bir ədəd plastik qabda və iki ədəd bağlamada olan qurudulmuş marixuanaların yalnız plastik qabda olan kütlənin ona aid olduğunu və həmin kütlənin çəkisinin 175 qrama yaxın olduğunu bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təstiq edilməyən və işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə tədqiq edilmiş mötəbər sübutlarla tamamilə təkzib edildiyindən həmin hissədə ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi qismən etirafedici ifadəsi, Şahid1 həm ibtidai istintaq, həm də məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs bir bükümdə qurudulmuş marixunanı 20 manat müqabilində ona satması barədə verdiyi ifadələri, dindirilmiş şahidlərin ifadələri, Təqsirləndirilən şəxsla Şahid1 videoçəkilişlə keçirilən üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolu, məhkəmədə tədqiq edilmiş vəkilinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, evə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, Şahid1 və Təqsirləndirilən şəxs üzərindən və Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş qurdulmuş marixuanaların eyni tərkibli olması barədə məhkəmə bioloji ekspertizasının rəyləri ilə tamamilə təkzib edilir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Şahid1 bir bükümdə qurudulmuş marixuana satmaması və ümumiyyətlə ondan aşkar edilərək götürülmüş kütlələri satış məqsədi ilə əldə etməməsi hissələr istisna olmaqla verdiyi ifadələri işin faktiki hallarına uyğun gələn ifadələr kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əldə etdiyi bir ədəd plastik qabda, iki ədəd bağlamalarda və bir bükümdə Şahid1 aşkar edilərək götürülmüş 5345,739 qram çəkidə narkotik vasitə quudulmuş marixuanın çəxsi istehlak miqdarından min dəfələrlə çox olması və onlardan bir bükümdə Şahid1 satması halının olmasını həmin narkotik vasitələri o məhz satış məqsədi ilə əldə etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi , narkotik vasitələrin xırda bükümlərə ayrılması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənəndlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1961-ci ildə Astara rayonu Qapçiməhəllə kəndində anadan olmuşdur. Astara rayonu Qapçiməhəllə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Yaşayış yeri üzrə mənfi səciyyələndirilir. İşdə olan Astara Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 02 fevral 2023-cü tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistka İnformasiya İdarəsinin verdiyi tələbnamədən və Astara rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmünün surətindən görünür ki, həmin hökmə əsasən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə ilə cəzadan azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıda göstərilənləri nəzərə alır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanın təyin etmənin ümumi əsaslarını təsbit edən CM-nin 58.3-ci maddəsində cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanı yüngülləşdirən hallar dedikdə CM-nin 59-cu maddəsində sadalanan, eləcədə 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə CM-nin 59 və 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmasını müəyyən etmədi. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 27 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq cəzadan azad olunmuş və qeyd edilən amnistiya aktına əsasən onun məhkumluğu ödənilmişdir. Ona görə də o məhkumluğu olmayan şəxs hesab edilir. Ona görə də bu hal onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin cəzanı çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 02 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Astara Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 5345,539 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli və 2 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci 60 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 44, 51-2, 132, 318, 344- 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı 02 fevral 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. O ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Astara Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 5345,539 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin və 2 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 60 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-339/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-339/2023
14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver