Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-339/2024 12.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X6 (sədrlik edən və məruzəçi), X9 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Elbrus Əlisahib oğlu Mikayılovun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - Təqsirləndirilən şəxs (xx xxxx 1990-cı ildə Sabirabad rayonunun Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Suqovuşan kəndində qeydiyyatda olmaqla orada yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metafetamini əldə edib üzərində saxlamaqla Sabirabad rayonunun Suqovuşan kəndi ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 03 noyabr 2023-cü il tarixdə, saat 14:10-da Sabirabad rayonu, Suqovuşan kəndi ərazisində saxlanılaraq Sabirabad şəhəri, H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə, orada həmin gün saat 16:20-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda 9,780 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda 9,321 qram çəkidə ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 03 noyabr 2023-cü il tarixdə iki nəfər deyil, beş nəfər polis əməkdaşı onu yaşadığı evdən tutub “Prius” markalı avtomobillə polis şöbəsinə aparmışlar və kənddə bunu təsdiq edən videokamera görüntüləri də vardır. İstifadəsində olmuş və saxlanılarkən üzərində olan mobil telefon nömrəsinin anten dairəsi məlumatları da onun 02-03 noyabr 2023-cü il tarixlərdə yaşadığı evdə olmasını təsdiq edə bilər. Saxlanıldıqdan bir-iki ay əvvəl narkotik vasitə olan marixuana qəbul etmişdir. Üzərindən aşkar olunan heroin və metafetamin ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, videoçəkilişlə aparılmış istintaq hərəkəti zamanı üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və psixotrop maddə metafetamini yaşadığı kəndin yaxınlığından keçən su kanalının üzərindən tapması və şəxsi istifadəsi məqsədi ilə üzərində daşımasını psixi məcburiyyət altında bildirmişdir. Ona narkotik vasitə və psixotrop maddəni təklif edərək üzərinə qoyan polis əməkdaşlarının sayı beş nəfər olmuş, həmin şəxslərin ad-soyadlarını bilməsə də, üzdən tanıya bilər. Şəxsi axtarış zamanı qanunsuz kütlələri özü təqdim etmişdir. Polis əməkdaşları ona hər hansı bir bədən xəsarəti yetirməmiş, yalnız psixi zor tətbiq etmişlər. Polis əməkdaşları onu küçədə deyil, yaşadığı evdən tutub aparmışlar. Evinə beş nəfər polis əməkdaşı daxil olmuş, bir nəfər şəxs mobil telefonla videoçəkiliş aparmışdır. Saxlanıldığı zaman evdə anası Şahid4, ailə-uşağı, qohumu Nicat Fərəcov olmuşlar, polis əməkdaşları onun anasını itələmişlər, anası da onlara öz etirazını bildirmişdir. İttiham aktında adları şahid qismində keçən şəxslər onun evinə daxil olan polis əməkdaşları olmamışlar, evə daxil olan polis əməkdaşlarının kimliyini bilməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən baş verən qanunsuzluqları məhkəməyə bildirməyə imkanı olmamışdır. Heç kəsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Şirkətdə gecə növbəsində sürücü işlədiyi üçün istifadəsində olan mobil telefon nömrəsinə tez-tez müxtəlif mobil nömrələrdən zənglər və mesajlar gəlmiş, işçilərə yemək aparmışdır. Yazı yazmağı bacarmadığı üçün kiminləsə arasında mobil telefonla sms yazışmasının olması mümkün deyil. 051 ***-**-** saylı mobil nömrədən Daşkəsəndə yaşayan əsgər yoldaşı Ruhin aralarında 200 (iki yüz) manat borcla əlaqədar bir neçə dəfə ona zəng vurmuşdur. Ona şübhəli məzmunda gələn mesajlar barədə məlumatı yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək göstərmişdir ki, narkotik vasitənin müxtəlif növlərindən istifadə edir. 03 noyabr 2023-cü il tarixdə, saat 10 radələrində yaşadığı kəndin yaxınlığından keçən su kanalının üzərindən keçərkən kanalın üzərində iki ədəd sellofan büküm olduğunu görmüş və həmin sellofan bükümlər diqqətini çəkmişdir. Sellofan bükümü götürdükdə birinin içində narkotik vasitə heroin, digərinin içərisində isə psixotrop maddə metafetamin olduğunu görmüş və bükümləri lazım olsa istifadə etmək məqsədilə götürmüşdür. Bükümləri götürməkdə məqsədi ancaq istifadə etmək olmuş, satmaq və ya başqa məqsədi olmamışdır. 03 noyabr 2023-cü il tarixdə, saat 14:10-da Sabirabad rayonu, Suqovuşan kəndində yerləşən fərdi evinin yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib, ondan anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb, səmimi olaraq etiraf edərək bildirmişdir ki, hazırda üzərində narkotik vasitə və psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onu Sabirabad Rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər, etiraz etməyib onlarla birlikdə şöbəyə getmişdir. Polis şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra üstünə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroin və bir ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə metafetamini, şalvarının sağ yan cibindən üzərində 051 749-13-44, 051 ***-**-** mobil nömrələri olan bir ədəd mobil telefonu təqdim etmişdir. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş bükümlərə baxış keçirilən zaman birinci bükümün içərisində narkotik vasitə heroin, ikinci bükümün içərisində isə psixotrop maddə metafetamin aşkar edilmişdir. Aşkar olunmuş maddələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar və onun özü tərəfindən imzalanmış və götürülmüşdür. Həmçinin, üzərindən aşkar olunmuş bir ədəd mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş maddələri 03 noyabr 2023-cü il tarixdə, səhər saatlarında yaşadığı kəndin yaxınlığından keçən su kanalının üzərindən tapdığını və şəxsi istifadəsi üçün üzərində daşıyaraq gəzdirdiyini bildirmişdir. Daha sonra şəxsi axtarış və götürmə qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalanmışdır (iş vərəqi 80-82, 182-184). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona göstərilmiş psixoloji təzyiqlə əlaqələndirmiş, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu, yəni narkotik vasitə olan marixuana istifadəçisi olsa da, satışı ilə məşğul olmadığını bildirmiş, məhkəmədən, satışla bağlı hər hansı bir fakt olduğu təqdirdə istintaq orqanının həmin faktı məhkəməyə təqdim etməsini, barəsində yekun qərar qəbul olunarkən yaşlı anasının, azyaşlı uşaqlarının nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesi iştirakçılarını (təqsirləndirilən şəxsi, şahidlərin ifadələrini) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 03 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələri satış məqsədilə əldə edərək rayon ərazisində dövriyyəsi ilə məşğul olması barədə ona daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə raportla məruzə etmiş, sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qəbul etdiyi qərar rəhbərlik tərəfindən təsdiq edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildiyindən Sabirabad rayonunun Suqovuşan kəndinə getmişlər. Təqsirləndirilən şəxs küçədə piyada hərəkət etdiyi vaxt təxminən saat 14:00-da ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və birlikdə şöbəyə getmək lazım olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən razılaşıb, onlarla birlikdə Sabirabad Rayon Polis Şöbəsinə getmişdir. Şöbədə müdafiəçi təhqiqatçının olduğu otağa gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, Elşən könüllü olaraq şalvarının cibindən bir bükümdə narkotik vasitə olan heroinəbənzər maddə və bir bükümdə psixotrop maddə metafetamini çıxardıb təqdim etmişdir. Aşkar olunmuş maddələr zərfə qoyularaq qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şahid1 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ziddiyyət və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs barəsində ona daxil olmuş əməliyyat məlumatı Elşənin narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olmasına dair olmuşdur. Əməliyyat məlumatının ona daxil olduğu tarixi dəqiq xatırlamamışdır. Əməliyyat qrupunun tərkibində əməliyyat müvəkkili Şahid2 və təhqiqatçı Nicat Osmanov daxil olmaqla üç nəfər olmuşlar. Təqsirləndirilən şəxs yaşadığı evində deyil, Sabirabad rayonunun Suqovuşan kəndinin ərazisində tutub saxlamışlar. Həmin vaxt videoçəkiliş aparılmasına ehtiyac olmamış, eyni zamanda qanunun belə bir tələbi də yoxdur. Bakı şəhərində yaşadığından Suqovuşan kəndinin ərazisini tanımır və orada hansı kanalın olduğunu bilmir. Təqsirləndirilən şəxs saxlayarkən onun həyacanlı olubolmadığını, üzərində mobil telefon olub-olmamasını xatırlamır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni kimə, yaxud kimlərə satması barədə konkret şəxslərin adlarını bilmir. Bu halı müəyyən etmək istintaq orqanının vəzifəsidir, əməliyyatçının vəzifəsi isə şəxsi tutaraq idarəyə təhvil verməkdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanına təhvil verdikdən sonra həyata keçiriləcək prosessual hərəkətlərin icra olunması əməliyyat müvəkkilinin işi olmadığından, həmin hərəkətlər barədə bir söz deyə bilməz. Təqsirləndirilən şəxs saxlanılanda əməliyyat qrupunun üzvləri tərəfindən ona qarşı təzyiq və ya təsir göstərilməmişdir. Şöbədə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmasında iştirak etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təhqiqatçının verdiyi suallara cavab olaraq əvvəllər narkotik vasitələrdən istifadə etdiyini, üzərindən aşkar olunmuş heroinə və metafetaminə bənzər maddələrin özünə məxsus olduğunu, onları yaşadığı kəndin yaxınlığından keçən su kanalının üzərindən tapdığını, habelə saxlanılarkən ona təzyiq və ya təsir göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddənin çəkisi barədə dəqiq bilməsə də, iki bükümdə olduğunu görmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsi həqiqəti əks etdirdiyindən həmin ifadəni təsdiq edir. Məhkəmə iclasında dindirilmiş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində çağırılmış Şahid4 cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış sualları cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Xatırlamadığı tarixdə ailəlikcə, yəni oğlu Elşən, gəlini Şahid3 və iki azyaşlı nəvəsi evdə olduqları vaxt Elşən həyətdə işləyib, ağacları sulayandan sonra ona, yorulduğu və başı ağrıdığı üçün evdə uzanmağa getdiyini bildirmiş, bundan bir qədər sonra mülki geyimdə olan bir şəxs həyətə daxil olaraq Elşənin dostu olduğunu deyib, onunla söhbət etmiş, onu şirin dilə tutmuş və Elşənin harada olduğunu soruşmuşdur. Elşənin dostlarını tanıdığı və onların arasında həmin şəxsi görmədiyi üçün Elşənin evdə olmadığını demiş, bu zaman həmin şəxs ona Elşənin evdə olduqlarını bildiklərini deyib onu çağırmasını demiş, bu zaman əlavə dörd nəfər də həyətə daxil olmuşlar. Belə olan halda gəlini Könül Elşəni çağırmağa getmiş, onlar isə evin aynabəndində gözləmişlər. Elşən oyandıqdan sonra polis əməkdaşları otağa daxil olub, oğlunu vəhşicəsinə yerə yıxaraq, “şortik-maykada” həyətə çıxartmışlar. Elşən ağrıdan qışqıraraq, günahının nə olduğunu soruşmuş, tanımadığı şəxs oğluna: “səni başa salarıq!”- demiş, sonra oğlunun qollarını arxa tərəfə buraraq həyətdə döymüş, daha sonra qapıdan çıxardaraq harasa aparmışlar. Elşənin əyninə paltar geyinməsinə imkan yaradılmamış, onu ayaqyalın şəkildə aparmışlar. Ətrafda yaşayan qonşular da küçəyə çıxmış, ikinci sinifdə oxuyan nəvəsi əlində olan taxta ilə, atasını döyərək aparan mülki geyimdə olan eynəkli şəxsin ayağına vurmuşdur. Həmin vaxt nəvələri necə qorxmuşdurlarsa indiyə qədər də, qorxu içərisindədirlər. Evinə daxil olan polis əməkdaşları heç bir əsas olmadan oğluna qarşı fiziki gücdən istifadə edərək onu, evdən sürüyərək çıxartmışlar. Elşən əvvəllər “nəşə”dən istifadə etmiş, bu barədə ailə üzvlərindən biri ona məlumat vermişdir. Bunu biləndən sonra Elşənə nəşədən bir kimsənin xeyir görmədiyini, bir də istifadə etsə onu bağışlamayacağını deyib, istifadə etməməyi tövsiyyə etmiş, Elşən də mərhum atası və qardaşının qəbirlərinə and içərək bir daha nəşə istifadə etməyəcəyinə söz vermişdir. Elşən ailəcanlı və tərbiyəli bir insandır, bu barədə kənd camaatı da bilir. Əqli qüsurlu olan qızına da Elşən maddi köməklik göstərirdi. X4 Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş, özü təkbaşına işğal altında olan Xocalı rayonunun ərazisinə keçib əsirləri azad etmək istəyərkən, ermənilər onu tutaraq vəhşicəsinə döydükdən sonra Azərbaycan tərəfinə təhvil vermişlər və o, bundan qısa müddət sonra, yəni 1997-ci ildə vaxtılə ermənilər tərəfindən aldığı xəsarətlər nəticəsində Suqovuşan kəndində vəfat etmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində çağırılmış Şahid3 cinayət prosesi iştirakçıları tərəfindən ona ünvanlanmış sualları cavablandırarkən digər əlavə şahid, qayınanası Şahid4 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu cavablar vermiş, əlavə olaraq Təqsirləndirilən şəxs onun əri olduğunu, hadisə baş verən gün yaşadıqları evdə olduqlarını, ərinin “qaymariti” olduğu üçün tez-tez başı ağrıdığından yatmağa getdiyini, qayınanasının isə həyətdə olmasını, polis əməkdaşları evin həyətinə daxil olanda ərini yuxudan oyadaraq, ona bu barədə məlumat verdiyini, sonra beş nəfər polis əməkdaşının ərinin əl-ayağını tutub, onu döyə-döyə çölə çıxardıqlarını bildirmişdir. Həmçinin, ailə qurduğu vaxtdan gəlin gəldiyi evdən çölə çıxmadığını, alış-verişə əri və uşaqları getdiyindən yaşadıqları evin yaxınlığında arx olduğunu bilsə də, dəqiq olaraq haradan keçdiyini, həmçinin evlərindən əsas yola kimi nə qədər məsafə olduğunu bilmədiyini, qonşularla əlaqəsinin olmadığını bildirmişdir. Əri Təqsirləndirilən şəxs ailənin yeganə qazanc gətirən fərdidir və o, hazırda həbsdə olduğundan maddi vəziyyətləri yaxşı deyil. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs və şahidlər) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin 04 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (iş vərəqi 01). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin 03 noyabr 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sabirabad rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 05). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin 03 noyabr 2023-cü il tarixli qərarı və idarənin eyni tarixli əmrindən görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməklə, yaxalanmasından ötrü idarənin əməkdaşlarından ibarət təkibdə əməliyyat qrupu yaradılmışdır (iş vərəqi 06-07; 10). Baş Narkotiklərlə Mübarizə İdarəsinin 03 noyabr 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə, saat 14:10 dəqiqədə Sabirabad rayonu, Suqovuşan kəndində yerləşən fərdi evinin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Sabirabad Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir (iş vərəqi 11). Baş Narkotiklərlə Mübarizə İdarəsi Təhqiqat Qrupunun 03 noyabr 2023-cü il tarixli qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, qərarın surəti ona təqdim olunmuş və ailəsinə tutulması barədə məlumat verilməsi təmin edilmişdir (iş vərəqi 20-21). Baş Narkotiklərlə Mübarizə İdarəsi Təhqiqat Qrupunun 03 noyabr 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin idarənin əməkdaşları tərəfindən 03 noyabr 2023-cü il tarixdə, saat 14:10-da Sabirabad rayonu, Suqovuşan kəndində yerləşən fərdi evinin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 16:20-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə, külli miqdarda 9,780 qram çəkidə narkotik vasitə heroinə bənzər maddə və külli miqdarda 9,321 qram çəkidə psixotrop maddə metafetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən bir ədəd DVD disk protokola əlavə olunmuş və diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 30-32). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/5900 saylı, 04 noyabr 2023-cü il tarixli ekspert rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№”li dairəvi möhür əksi, “şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 9,780 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə təmiz çəkisi 9,321 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Narkotik vasitə və psixotrop maddənin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 9,680 qram heron və 9,221 qram metafetamin ibtidai istintaq orqanına geri qaytarılmışdır. Heroin və metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən olunmuşdur (iş vərəqi 39-43). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin 960 nömrəli, 04 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 71-72). Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1546/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 03 noyabr 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 108-112). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin 06 noyabr 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 9,680 qram narkotik vasitə heroin və 9,221 qram psixotrop maddə metafetamin iş üzrə maddi sübut hesab edilmiş və saxlanması üçün həmin idarəyə təhvil verilmişdir (iş vərəqi 113-114). Sabirabad Rayon Məhkəməsinin 5(056)-171/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən qəbul edilmiş 03 noyabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qanuni və əsaslı hesab edilmişdir (iş vərəqi 120-121). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 16 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə və psıxotrop maddələrin qanunsuz satışı və qaçaqmalçılıqla məşğul olub-olmadığının yoxlanılması, müsbət halda əvvəllər narkotik vasitələr satması hallarının müəyyən edilməsi, narkotik vasitə və psıxotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması, narkotik vasitə və psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin yoxlanılması, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satmasında iştirakı olan cinayətin digər iştirakçılarının şəxsiyyətinin, onların bu cinayətdə iştirakının və rolunun müəyyən edilməsi, külli miqdarda narkotik vasitə və psixotrop maddənin mənbəyinin müəyyən olunması məzmununda əməliyyat tapşırığı verilmişdir (iş vərəqi 122-123). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 noyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 124). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X16 21 noyabr 2023-cü il tarixli, xx/xx-13923 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə narkoloji qeydiyyatda yoxdur (iş vərəqi 125). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin 23 noyabr 2023cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətləri aparılmasına dair videogörüntüləri özündə əks etdirən DVD diskə baxış keçirilmişdir (iş vərəqi 126). Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Kürkəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 noyabr 2023-cü il tarixli arayışları və xasiyyətnaməsindən görünür ki, Fərəcov X7 rayonunun Suqovuşan kəndində qeydiyyatdadır, ailə tərkibi anası, arvadı, 09 yanvar 2015-ci il təvəllüdlü qızı Aysu, 21 oktyabr 2016-ci il təvəllüdlü oğlu Məmməddən ibarətdir, barəsində nümayəndəliyə şifahi və ya yazılı şikayət daxil olmamışdır (iş vərəqi 130-132). Baş Narkotiklərlə Mübarizə İdarəsinin 29 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metafetaminin kimə məxsus olması, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin, şahidlərin müəyyən edilməsi hələlik mümkün olmamışdır (iş vərəqi 134). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin 07 dekabr 2023cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Realme» markalı mobil telefon aparatına baxış keçirilmiş və cinayət işi üzrə əhəmiyyət kəsb edən hallar aşkar olunmamışdır (iş vərəqi 143). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin 09 dekabr 2023cü il tarixli protokolundan görünür ki, "xxxx" MMC-dən 05 dekabr 2023-cü il tarixli, 27259 nömrəli məktubla daxil olan CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 ***-**-** və 051 ***-**-** saylı mobil telefon nömrələrindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs mobil telefon nömrəsi olan danışıqlarına baxış zamanı onun müxtəlif mobil telefon nömrələri ilə danışıqlar aparması müəyyən edilmişdir (iş vərəqi 141-142, 144). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X16 30 noyabr 2023-cü il tarixli, 18981 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (iş vərəqi 145). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsin Ambulator X1 04 noyabr 2023-cü il tarixli, 7255 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, lakin müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 146-147). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X16 maddi sübutların ekspertizasına dair məhkəmə kimyəvi ekspertizasının 24 noyabr 2023-cü il tarixli, 4078/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metafetamin aşkar edilmiş, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilməmişdir (iş vərəqə 148-151). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X16 canlı şəxsin ekspertizasına dair 452/MEŞ nömrəli, 04 dekabr 2023cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətsol saidin sıyrığı bərk küt əşyanın təsirindən müayinədən üç-dörd gün əvvəl əmələ gəlmişdir, təqsirləndirilən şəxsin göstərdiyi tarixdə və şəraitdə (üç gün əvvəl bağda işləyəndə sol qolundan xəsarət almış, tibbi yardım üçün müraciət etməmişdir, şikayəti yoxdur) əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir (iş vərəqi 152-155). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin “sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında” 14 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan olunması; hazırkı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitə və psixotrop maddənin mənbə xüsusatına görə material ayrılması; cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən bir ədəd DVD diskin sübut hesab edilməklə iş materiallarında saxlanılması və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd «Realme» markalı mobil telefon cihazının iş üzrə əhəmiyyət kəsb etmədiyindən onun yaxın qohumlarına və müdafiəçisinə qaytarılması qərara alınmışdır (iş vərəqi 156-163). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin “cinayət işi üzrə materialın ayrılması haqqında” 14 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddənin əldə edilmə mənbəyini müəyyən etmək məqsədi ilə hazırkı cinayət işindən material ayrılmışdır (iş vərəqi 165-166). Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İstintaq İdarəsinin 15 dekabr 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur (iş vərəqi 170-171). Məhkəmə iclasında "xxxx" MMC-dən daxil olan CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 ***-**-** və 051 ***-**-** saylı mobil telefon nömrələrindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların, yəni Təqsirləndirilən şəxs istifadəsində olan 051 749-13-44 saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 14:28:22-də 051 591-23-55 saylı mobil nömrədən “Vermrsen de biley ki vermrsen”; xx.xx.2023-cü il tarixdə, saat 17:48:22də 051 232-08-62 saylı mobil nömrədən “qaqa ver gece sımenin uazına gelıb onan goturecem”; xx.xx.2023-cü il tarixdə, saat 13:00:13-də 050 799-53-26 saylı mobil nömrədən “Qaqa sene nolub teli acmirsan ne ediy sene”; 051 749-13-44 saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə, saat 23:58:23-də 010 250-76-37 saylı mobil nömrəyə “Axsamin xeyir menem esen ruhingildeyem menüde götÃr sabah yaddan cxartma” sms mətnləri müəyyən olunmuşdur. Müdafiə tərəfin məhkəməyə təqdim etdiyi arayışlardan görünür ki, təqsirləndirilən şəxsin qardaşı X11 05 may 1997-ci ildə “kəskin ürək-damar çatışmazlığı”, atası X12 11 may 2015-ci ildə “beyin işemiyası” səbəbindən vəfat etmişdirlər. Azərbayan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 12 mart 2024-cü il tarixli hesabatından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqları onun tərəfindən 12 (on iki) iş saatı müddətində müdafiə olunmuşdur. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X8 Rusiya Federasiyasına qarşı» işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməlin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. Sözü gedən Qanunla təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin; İİ Siyahısının 67-ci bəndinə əsasən, təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metafetamin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum Qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən külli miqdarda, yəni 9,780 qram çəkidə narkotik vasitə heroin və 9,321 qram çəkidə psixotrop maddə metafetaminin aşkar edilməsi işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özüözlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, işin digər hallarını, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan bir-iki ay əvvəl narkotik vasitə olan marixuana istifadə etdiyini etiraf etsə də, üzərində şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən narkotik vasitə və psixotrop maddə gəzdirməsini, onun barəsində etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatının məhz qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi barədə olmasını (iş vərəqi 05), ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirlərinin yoxlanılaraq Sabirabad Rayon Məhkəməsinin 5(056)-171/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qərarı ilə qanuni hesab edilməsini (iş vərəqi 120-121), istər üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən, istərsə ilkin izahatında, istərsə də şübhəli şəxs, təqsirləndirilən qismində verdiyi ifadələrində (iş vərəqi 30-31; 37-38; 67-70; 80-82; 182-184) polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq tətbiq edilməməsi barədə dediklərini nəzərə alaraq hesab edir ki, o, psixotrop maddə olan metafetamin və narkotik vasitə heroini satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə, məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndinə görə Cinayət-Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, hazırkı məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək, ümumi olaraq təzyiqə məruz qalmasını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxs tutulana qədər marixuanadan istifadə etməsi, narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmaması, mülki geyimdə olan beş nəfər polis əməkdaşı tərəfindən küçədə deyil, yaşadığı evindən zorla tutulub Sabirabad Rayon Polis Şöbəsinə aparılması, hələ evində olarkən polis əməkdaşlarının biri tərəfindən mobil telefonla çəkiliş aparıldığı, saxlanıldığı zaman polis əməkdaşlarının onun anasını itələmələri, şöbədə videoçəkilişlə aparılmış istintaq hərəkəti zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metafetamini yaşadığı kəndin yaxınlığından keçən su kanalının üzərindən tapıb, şəxsi istifadəsi məqsədi ilə üzərində daşımasını psixi məcburiyyət altında deməsini, əslində həmin narkotik vasitə və psixotrop maddəni polis əməkdaşlarının ona verdiklərini, barəsində həbs qətimkan tədbiri seçilərkən baş verən qanunsuzluqları məhkəməyə bildirməyə imkanı olmadığı, heç kəsə narkotik vasitə və ya psixotrop maddə satmaması, yazı yazmağı bacarmadığı üçün kiminləsə arasında mobil telefonla sms yazışmasının olmasının qeyri-mümkünlüyü, ona şübhəli məzmunda gələn mesajlar barədə məlumatı olmadığına dair göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut kimi nəzərə almır və ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Bundan əlavə, məhkəmə heyəti əlavə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs anası Şahid4 və arvadı Şahid3 məhkəmədə onlara ünvanlanmış suallara Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadıqları evdə onların yanından zorla tutulub, fiziki güc tətbiq edilməklə, sürüyərək yarıçılpaq vəziyyətdə (“şortik-maykada”) aparılması barədə cavablarını yuxarıda sadalanan mötəbər sübutlarla tam təkzib olunduğundan, eləcə də, onların təqsirləndirilən şəxsin ailə üzvləri olmaları, sonuncunu məsuliyyətdən yayındırmaq məqsədi güdmələri ilə əlaqələndirərək sübut kimi qəbul etmir və bu ifadələri təqsirləndirilən şəxsin müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizələri baxımından yanlış təqdim etmələri kimi qiymətləndirir. Məhkəmə cinayət işinin materiallarına istinadən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və polis əməkdaşları tərəfindən hər hansı təsirə məruz qalmadan verməsini bildirdiyinə və bunların da işin faktiki hallarına uyğun olduğuna, iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində 03 noyabr 2023-cü il tarixdə videoçəkilişlə aparılmış şəxsi axtarış və götürməni özündə əks etdirən DVD diskə baxış zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs müdafiəçisinin suallarına cavab olaraq üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddəni tapdığını, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi təsir göstərilmədiyini sərbəst şəkildə bildirmişdir. Bundan başqa, cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etmiş, saxlamış, həmin məqsədlə də əldə etdiyi həmin kütlələri xırda bükümlərə bölmüş və satış məqsədi ilə üzərində saxlamışdır. Həmçinin, məhkəmədə cinayət işi üzrə tədqiq edilmiş "xxxx" MMC-dən daxil olan CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 ***-**-** və 051 ***- **-** saylı mobil telefon nömrələrindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri müəyyən olunmuşdur. Habelə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsin, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X16 rəylərində Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə hallarının olması, ondan götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metafetamin aşkar edilməsi, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilməməsi göstərilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 03 noyabr 2023-cü il tarixdə saxlanıldığı yer eyni zamanda onun fərdi yaşayış evinin yerləşdiyi Sabirabad rayonunun Suqovuşan kəndinin ərazisi olmaqla evinə yaxındır. Məhkəmə qanunvericiliyin müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələr olan heroin və psixotrop maddə metafetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlaması və daşıması onun məhz həmin maddələrin qalan hissəsini də qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, qardaşının Birinci Qarabağ müharibəsində iştirakı nəticəsində düşmən tərəfdən aldığı xəsarətlər nəticəsində vəfat etməsini, yaşlı anasının xəstəliyini, ailənin yeganə qazanc gətirən fərdi olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər hesab olunur. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona, azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertizadan sonra qalıq qalan 9,680 qram narkotik vasitə heroin və 9,221 qram psixotrop maddə metafetamin məhv edilməli; şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və həmin disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq zamanı hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi və tərcüməçinin tərcümə xidmətləri ilə ilə bağlı təqdim etdikləri hesabatlara uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 03 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 9,680 qram narkotik vasitə heroin və 9,221 qram psixotrop maddə metafetamin məhv edilsin; şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Esmira Məmmədova Hakimlər Neymət Məmmədov Nahid Hüseynov
Məhkəmə qərarları › İş №1(099)-339/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-339/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver