Məhkəmə qərarları › İş №1(099)-339/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-339/2025

22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-339/2025 22.07.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri, Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X16, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X18, zərəçəkmiş şəxsin hüquqi varisi X19, zərəçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Lənkəran rayon vəkil bürosunun vəkili Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, müdafiəçi-Lənkəran rayon vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx xxxx 1970-ci ildə Ağcabədi rayonu, Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Sarıcalı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” 03 iyul 1998-ci il tarixli 517-İQ nömrəli Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan 24 sentyabr 2024-cü il tarixdə, saat 19 radələrində etibarnamə əsasında sərəncam vermək hüququ olan, lakin sürücülük hüququ olmadan idarə etdiyi “Tofaş Şahin” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağcabədi-Ağdam avtomobil yolunun Ağcabədi rayonunun Poladlı kəndindən keçən hissəsində Ağdam rayonu istiqamətində hərəkətdə olarkən həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etmədən 79,4 km/saat sürətdən artıq sürətlə hərəkətdə olan zaman, qeyd edilən tələblərə riayət edəcəyi təqdirdə yolnəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda onlara riayət etmədiyindən qarşı istiqamətdə hərəkətdə olan və dönmə əməliyyatını həyata keçirən X6 idarə etdiyi “VAZ-21074” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobillə qabaq tərəfi ilə ehtiyyatsızlıqdan toqquşmuş, toqquşma nəticəsində “Tofaş Şahin” markalı, **-BO- *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olmuş Zərərçəkmiş şəxs2 sağ bilək sümüklərinin milbilək oynağı nahiyəsində çıxığı, alt çənədə və döş qəfəsinin ön səthində əzilmiş yaralar xəsarətləri yetirilməklə, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarət, Zərərçəkmiş şəxs1 sol baldır sümüklərinin aşağı üçdə birinin açıq yerdəyişən sınığı xəsarəti yetirilməklə, həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarət və “VAZ-21074” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 5,6,7,8-ci qabırğaların sınığı, sol 6-cı qabırğanın sınığı, sağ ağ ciyərin cırılması və sağ tərəfi hemopnevmatoraks (plevra boşluğuna qan yığılması), sol diz oynağında sıyrıq xəsarətləri yetirilməklə ehtiyyatsızlıqdan sonuncunun ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 sentyabr 2024-cü il tarixdə, səhər 09 radələrində idarə etdiyi “Tofaş” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə oğlu Zərərçəkmiş şəxs2 və həmkəndlisi X12 ilə hörgü işləri görmək üçün getmişlər. Avtomobili sürücülük hüquqü olmadan idarə edirmiş. Onlar işlərini həmin gün saat 18:20 radələrində yekunlaşdırmış və birlikdə Ağcabədi rayonu, Sarıcalı kəndinə, evlərinə qayıtmaq üçün, yola düşmüşlər. Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində həmkəndliləri Şahid da yoldan götürmüşlər. Onlar Ağdam rayonu istiqamətində hərəkətdə olan zaman, həmin vaxt qarşına Ağcabədi rayonu istiqamətində yüksək surət ilə VAZ2107 markalı avtomobilin gəldiyini görmuş, həmin avtomobil yüksək surətlə sağ-sol edə-edə onlara tərəf gəlmişdir. O, öz hərəkət zolağı ilə hərəkət etməyə davam etmiş, bir anidən görmüş ki, həmin VAZ-2107 markalı avtomobil arxa sağ tərəfi ilə onun idarə etdiyi avtomobilin qabaq hissəsinə dəymişdi. Hadisədən sonra huşunu itirmiş, ayılanda xəstəxanada olduğunu bilmişdir. Hadisəsi zamanı o, sinə, baş, sol əl və sağ dirsəyindən xəsarətlər almış, avtombildə olan oğlu İsmət və həmkəndliləri Xəlilin də müxtəlif xəsarətlər alldığını bilmişdir. Sonradan qarşı tərəfdən gələn avtomobilin sürücüsü X7 baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən vəfat etdiyini bilmişdir. İdarə etdiyi avtombilin surətin saatda 60 km olmuş, yol nəqliyyat hadisəsi onun yolunda baş vermişdir, mərhum Mahir Şükürzadə avtomobili döndərərək onun qarşısına çıxmışdır. Hazırda törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi ilə dəfələrlə ailə üzvləri tərəfindən barışığa cəhd etmələrinə baxmayaraq onları qəbul etməmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Çəmənli kəndində ailə üzvlərilə birlikdə yaşayır. Mərhum oğlu X2 rayonunda yerləşən Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzində xilasediçi kimi çalışmışdır. 24 sentyabr 2024-cü il tarixdə Mahirin nənəsi, yəni onun anasının yas (yeddi) mərasimi olmuşdur. Onlar da hüzür məclisində olmuşdurlar. Həmin mərasim zamanı Vəliyəddin Hacıyevin halı pisləşmiş, sonuncunun halı axşama kimi düzəlmədiyindən oğlu Mahir qapıdan çıxmış ki, babasına həkim tapıb qapıya gətirsin. Mahir onun özünə məxsus “VAZ 21074” markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin qapıdan çıxmış ki, həkim gətirsin. Həmin gün 19:30 radələrində bacısı oğlu Cəfər Mahmudov zəng edərək, Mahirin yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını, avtomobilin güclü əzildiyini, lakin Mahirin sağ olduğunu və Ağdam mərkəzi xəstəxanasına apardığını bildirmiş, yolda olarkən təcili-tibbi yardım avtombilinin Bərdə diaqnostika mərkəzinə döndyünü görmüşdür. Bundan sonra Bərdə diaqnostika mərkəzində Mahirin yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən vəfat etdiyini eşitmişdir. Hadisənin səhərisi gün, yəni 25 sentyabr 2024-cü il tarixdə saat 05 radələrində o, Ağcabədi rayonu, Poladlı kəndində, yol-nəqliyyat hadisəsi baş verən yerə getmiş. Orada bir nəfər tanımadıqları şəxs onlara hadisəni ilk görənlərdən biri olduğunu demiş, həmin şəxsin deməsinə görə oğlu idarə etdiyi avtomobili saxladığına baxmayaraq, Təqsirləndirilən şəxs məxsus “Tofaş” markalı avtomobil ilə toqquşmuş. Toqquşmanın səsinə isə çoxlu sayda insanlar gəlmişdir, həmin insanlar oğlunun üzünə su vurmuş, həmin vaxt oğlu sağ imiş. Həmin şəxs sürücü Təqsirləndirilən şəxs “Tofaş” markalı avtomobilini yüksək sürət ilə Ağdam rayonu istiqamətində idarə etməsini, oğlu Mahir isə Ağcabədi istiqamətində hərəkətdə olarkən Nüsrətin qarşısında dönüb Ağdam istiqamətinə qayıtmak istəyərkən, Nüsrətin hərəkət zolağından geri dönüb öz hərəkət zolağına keçəndə, Nüsrət oğlunun idarə etdiyi VAZ-2107 markalı avtomobilin arxa sağ tərəfini oğlunun hərəkət zolağında vurduğunu bildirmişdir. Həmin şəxsin deməsinə görə, yolnəqliyyat hadisəsindən sonra, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən düşüb gülməyə başlamışdır. Təqsirləndirilən şəxslə barışmır, ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. 24 sentyabr 2024-cü il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Tofaş Şahin” markalı avtomobili ilə onu yaşadığı Ağcabədi rayonu, Sarıcalı kəndində yerləşdiyi evindən götürmüş və onlar hörgü işlərini görmüşlər. Həmin gün saat 18:20 radələrində işlərini yekunlaşdırıb birlikdə Ağcabədi rayonu, Sarıcalı kəndinə, evlərinə qayıtmaq üçün, yola düşmüşlər. Həmin vaxt avtomobildə üç nəfər o, Nüsrət, sonuncunun oğlu İsmət olmuşlar. Yolda həmkəndliləri Şahid götürmüşlər. Saat 18:40 radələrinə Ağdam rayonu istiqamətində hərəkətdə olan zaman təxminən 100 metr qalmış qarşıdan Ağcabədi rayonu istiqamətində yüksək surət ilə VAZ 2107 markalı avtomobilin gəldiyini görmüş, həmin avtomobil yüksək surət ilə sağsol edə-edə onlara tərəf gəlirmiş. Nüsrət öz hərəkət zolağı ilə hərəkət etməyə davam edirmiş, təxminən aralarında 5 metr məsafə qalmış, VAZ 2107 yüksək sürətlə qarşılarına dönərək, arxa sağ tərəfi ilə Nüsrətin idarə etdiyi avtomobilin qabaq hissəsinə dəymişdir. Hadisədən sonra hüşunu itirmiş, Ağdam rayon mərkəzi xəstəxanasında ayılmışdır. Hadisə zamanı qabırğası və sol ayağından xəsarətlər almışdır. Təqsirləndirilən şəxs Nüsrət Mehtiyevdən heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atası ilə birgə işləyir, hörgü işləri görürmüşlər. 24 sentyabr 2024-cü il tarixdə saat 09 radələrində o, atası Təqsirləndirilən şəxslə, atasının idarə etdiyi “Tofaş Şahin” markalı avtomobili ilə həmkəndliləri və iş yoldaşları Zərərçəkmiş şəxs1 yaşadığı Ağcabədi rayonu, Sarıcalı kəndində yerləşdiyi evindən götürüb birlikdə Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kənd sakini olan Sərdar adlı şəxsin fərdi yaşayış evinə getmiş ki, orada hörgü işlərini görmüşlər. Onlar işlərini həmin gün saat 18:20 radələrində yekunlaşdırmış və birlikdə Ağcabədi rayonu, Sarıcalı kəndinə, evlərinə qayıtmaq üçün, yola düşmüşlər. Həmin vaxt avtomobildə üç nəfər olmuşlar, avtomobili atası Nüsrət idarə etmişdir, yolda olarkən həmkəndliləri Şahid görüb onu da avtombilə götürmüşlər. Saat 18:40 radələrində Ağdam rayonu istiqamətində hərəkətdə olmuşlar, həmin vaxt təxminən 100 metr irəlidə qarşıdan Ağcabədi rayonu istiqamətində yüksək surət ilə VAZ 2107 markalı avtomobil gəldiyini görmüş, həmin avtomobil yüksək surət ilə sağ-sol edə-edə onlara tərəf gəlirmiş. Atası öz hərəkət zolağı ilə hərəkət etməyə davam etmiş, aralarında 5 metr məsafə qalmış, yüksək sürətlə qarşılarında dönərək, arxa sağ tərəfi ilə atası Nüsrətin idarə etdiyi avtomobilin qabaq hissəsinə dəymişdir. O ayılanda Ağdam rayon mərkəzi xəstəxanasında olduğunu bilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəricəsində o, sol əl və döş qəfəsi nahiyyəsindən xəsarətlər almışdır. Atası Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndlisidir. 24 sentyabr 2024-cü il tarixdə o, işləmək üçün Ağcabədi rayonu Boyat kəndinə getmişdir. Həmin gün saat 18:30 radələrində çıxıb taksi ilə Hindarx qəsəbəsinə gəlmiş, orada növbəti taksi gözləyərkən Təqsirləndirilən şəxs idarə etdiyi “Tofaş” markalı avtomobili ilə qarşısında saxlayıb birlikdə Sarıcalı kəndinə getmələrini təklif etmişdir. Avtomobili Nüsrət idarə edirmiş, avtombildə Nüsrətin oğlu İsmət, o, və həmkəndliləri Xəlil olmuşdur. Ağcabədi rayonu, Poladı kəndinin ərazisində hərəkətdə olanda qarşılarına yüksək surət ilə 07 markalı avtomobilin gəldiyini görmüş, həmin avtomobil onlara çatanda yüksək surət ilə anidən qarşılarında dönərək, onların zolağa keçmiş və arxa sağ tərəfi ilə Nüsrətin idarə etdiyi “Tofaş” markalı avtomobil ilə toqquşmuşdur. Toqquşmadan sonra o, arxa qapını aça bilmədiyi üçün qabağa keçmiş, sınmış ön şüşədən çölə çıxmışıdr. Baş vermiş yol-nəqliyyat hadisəsi yerinə çoxlu insanlar topalaşmışdır. Onlar Nüsrət, İsmət və Xəlili avtomobildən çıxartmağa köməklik etmişlər. VAZ 2107 markalı avtomobilin sürücüsü isə uzanıqlı vəziyyətdə avtomobildə olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, onun sol ayağı əzilmiş və sağ barmaqları kəsilmişdir. O, özünü yaxşı hiss etdiyindən və üzərində heç bir ciddi xəsarət olmadığımdan xəstəxanya müraciət etməmişdir. Sonradan 07 markalı sürücüsünün adının X3, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəstəxanda vəfat etdiyini bilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 oktyabr 2023-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi saat 19 radələrində Ağcabədi-Ağdam avtomobil yolunun Ağcabədi rayonunun Poladlı kəndindən keçən hissəsində baş vermişdir. Yolun hadisə baş verən hissəsi asfalt örtüklü olmaqla düz və qurudur, avtomobillərinin hərəkəti üçün heç bir maneə yoxdur, hava şəraiti qaranlıq, 19 dərəcə temperaturda olmuşdur. “Tofaş Şahin” minik markalı **-BO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs həmin kateqoriyadan olan avtomobili idarə etməyə görə hüququ olmamış, həmin avtomobili etibarnamə əsasında idarə etmiş, avtomobili idarə edərkən sərxoş olmamışdır. “VAZ-21074” minik markalı **-LL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü X7 həmin kateqoriyadan olan avtomobili idarə etməyə görə hüququ olmamış, həmin avtomobili etibarnamə əsasında idarə etmiş, avtomobili idarə edərkən sərxoş olmamışdır. Hadisə baş verən ərazi yaşayış yeri olmaqla, maksimum hərəkət surəti 60 km/saatdır. Hadisə baş verən yol bir hərəkət hissəli, iki hərəkət istiqamətli, bir hərəkət zolaqlıdır. Yolun sağ kənarlarında yol çiyni və ağaclıq sahəsi, yolun sol kənarında isə yol çiyni və pambıq sahəsi yerləşir. Yolun eni 7 metr olmaqla, hər iki istiqamətinin eni 3,5 metrdir. “Tofaş Şahin” minik markalı avtomobilin tormozlama izi 33 metrdir. Toqquşma “Tofaş Şahin” minik markalı avtomobilin hətəkət zolağında baş vermişdir. “Tofaş Şahin” minik markal avtomobil Ağdam istiqamətində, “VAZ-21074” minik markalı avtomobil isə Ağcabədi istiqamətində hərəkətdə idi. Toqquşma yerindən Ağcabədi-Ağdam istiqmətində yolun sol tərəfinə 4 metr, yolun sağ tərəfinə 3 metr məsafə vardır. Toqquşmadan sonra “Tofaş Şahin” minik markalı **-BO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yolun sağ kənarında, öz hərəkət hissəsində (Ağdam istiqamətində), “VAZ-21074” minik markalı **-LL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yolun sağ kənarında Ağdam istiqamətində dayandırmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş meyitin məhkəmə – tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 03 oktyabr 2024-cü il tarixli 619 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, X10 bədənində olan xəsarətlər – sağ bilək sümüklərinin milbilək oynağı nahiyəsində çıxığı, alt çənədə və döş qəfəsinin ön səthində əzilmiş yaralar – bərk küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2024-cü il tarixdə uyğun gəlir və dərəcəsinə görə qeyd edilən xəsarətlər ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə – tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 05 oktyabr 2024-cü il tarixli 621 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, Şahid bədənində olan xəsarətlər – sağ əlin 3 və 4-cü barmaqlarında sıyrıqlar, sol baldırda qançır – bərk küt əşyanın təsirindən törənmişdir, yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2024-cü il tarixdə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə – tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 10 oktyabr 2024-cü il tarixli 610 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər – sol əlin 3 və 4-cü barmaqlarının daraq sümüklərinin az yerini dəyişən sınığı, döş qəfəsinin sağ yarısında 2 və 3-cü qabırğaların sınığı, alının orta hissəsində əzilmiş yara, döş qəfəsində qançır və sağ dirsəkdə sıyrıq -- bərk küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2024-cü il tarixdə uyğun gəlir və dərəcəsinə görə qeyd edilən xəsarətlər ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə – tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 24 sentyabr 2024-cü il tarixli 29 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki,1. X7 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun meyitində aşağıdakı xəsarətlər aşkar edildi: --- sağda 5,6,7,8-ci qabırğalarının sınığı --- sol 6-cı qabırğanın sınığı --- sağ ağ ciyərin cırılması və sağ tərəfi hemopnevmatoraks (plevra boşluğunda qan yığılması) --- sol diz oynağında sıyrıq.

2. Yuxarıda qeyd olunan xəsarətlər həyati olmaqla X7 bədənin ağır küt travması nəticəsində törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 24 sentyabr 2024-cü il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə qeyd edilən xəsarətlər ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər və məhrumun ölümü ilə birbaşa səbəbli əlaqədədirlər.

3. X7 ölümünə səbəb bədənin avtomobil travması zamanı törənmiş qabırğaların çoxsaylı sınıqları, ağ ciyərin cırılması və daxili qanaxma (hemopnevmatoraks) olmuşdur.

4. Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən göstərmək olar ki, X7 ölümü onun meyitinin məhkəmə-tibbi müayinəsindən 1-2 saat əvvəl, yəni 24 sentyabr 2024-cü il tarixdə baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X17” PHŞ-nin 11 oktyabr 2024-cü il tarixli, 3412/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitus turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İş materiallarında olan Ağcabədi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin 22 fevral 2025-ci il tarixli, 90 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədənində olan xəsarətlər – sol baldır sümüklərinin aşağı üçdə birinin açıq yerdəyişən sınığı – bərk küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2024-cü il tarixdə uyğun gəlir və dərəcəsinə görə qeyd edilən xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Ambulator məhkəmə-psixatrik ekspertizasının 07 mart 2025-ci il tarixli, 165 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman hər hanxı psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da hər hansı psixi xəstəlik keçirmir. O, hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. O, hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin təqibinə ehtiyac yoxdur. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2025-ci il tarixli, 585 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Ağcabədi rayon, Sarıcalı kənd sakini Təqsirləndirilən şəxs adına və Ağdam rayonu, Çəmənli kənd sakini X7 adına hal-hazıradək sürücülük vəsiqələri qeydə alınmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası ilə bağlı tərtib olunmuş 21 yanvar 2025-ci il tarixli 8/3345 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, VAZ-21074 markalı, **-LL- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını lamağa texniki imkanı olmuşdur. Sürücü M.İ.Şükürzadə avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.Tofaş Şahin markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını lamağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manatdır. İş materiallarında ACN 479675 nömrəli “Nəqiyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”-nin surətindən və xx.xx.2024-cü il tarixli ƏN-İX 503792 nömrəli etibarnamdən görünür ki, X34” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil Ağcabədi rayonu, İmamqulubəyli kənd sakini X8 mülkiyyətində olmaqla, etibarnamə ilə Təqsirləndirilən şəxs verilmişdir. İş materiallarında olan 13 fevral 2025-ci il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” olunmasının əvvəli 13 fevral 2025-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağcabədi rayon Sarıcalı kənd inzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Mehdiyev X11 rayon Sarıcalı kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, bir yetkinlik yaşına çatmış və bir azyaşlı (2013-cü il təvəllüdlü X20 adlı) uşağından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim olunmuş İ-43228 nömrəli “vətən müharibəsi iştirakçısı”, İ-5720 nömrəli “Xocavəndin azad olunmasına görə”, İ-3565 nömrəli “Suşanın azad olunmasına görə” və İ-9260 nömrəli “Cəbrayılvn azad olunmasına görə” vəsiqənin surətlərində görünür ki, Təqsirləndirilən şəxs oğlu X21 Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda gedən İİ Qarabağ döyüşlərində iştirak etməklə medalarla təltif olunmuşdur. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının xx.xx.2024-cü il tarixli 146333 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X14 müddətsiz muharibə veteranı vəsiqəsi verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, atası X5 heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan 25 aprel 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs idarə etdiyi X34 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı və X7 idarə etdiyi VAZ-21074 markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınaraq saxlanılması üçün Ağcabədi rayon Polis Şöbəsinin cərimə meydançasına təhvil verilmişdir. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, mərhum X13 Azərbaycan Respublikası FHN-nin X15 xüsusi xilasetmə hissəsinin xilasetmə növbəsinin xilasedicisi vəzifəsində işləmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə barışıq əldə etməsini, Zərərçəkmiş şəxs2 onun oğlu olmasını, ona qarşı şikayət və tələblərinin olmamasını, əməlini etiraf etməsini, peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, oğlu Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikasının Ərazi Bütövlüyü Uğrunda gedən 44 günlük Vətən Müharibəsi iştirakçısı olmasını iştirakçısı olması, “vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə”, “Suşanın azad olunmasına görə” və “Cəbrayılvn azad olunmasına görə” medalları ilə təltif olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - Ağcabədi rayon Polis Şöbəsinin cərimə meydançasında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi X34 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı və X7 idarə etdiyi VAZ-21074 markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobillər məhkəmənin hökmü qanuni qüvvəsini aldıqdan sonra mülkiyyətçilərinə qaytarılmalı, Nüsrət Mehtiyev barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2025-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olub - Ağcabədi rayon Polis Şöbəsinin cərimə meydançasında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi X34 markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı və X7 idarə etdiyi VAZ-21074 markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobillər məhkəmənin hökmü qanuni qüvvəsini aldıqdan sonra mülkiyyətçilərinə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar