Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-34/2022 23.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X60 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, X11 və Bakı şəhəri «Yusifbəyli və Pratnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə, Xocəvənd rayonunun Əmirallar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, ailəli, Ağcabədi Rayon Mərkəzi X41 Şəxsin direktoru vəzifəsində işləmiş, Xocavənd rayonu Əmirallar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, iş üzrə 11 dekabr 2020-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Tahirov X39 rayon İcra Hakimiyyəti Başçısının 18 fevral 2019-cu il tarixli, 20 nömrəli əmri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilməklə həmin tarixdən 26 fevral 2020-ci il tarixədək həmin vəzifədə, 27 fevral 2020-ci il tarixdən isə onunla bağlanmış əmək müqaviləsinə əsasən 30 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X42 Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Ağcabədi Rayon Mərkəzi X41 Şəxsin direktoru vəzifələrində işləyərkən, habelə həmin xəstəxana üzrə 18 fevral 2019-cu il tarixli, 32 nömrəli əmrlə özü və xəstəxananın həkimləri-uşaq poliklinikasının müdiri, pediatr Şahid1, poliklinika şöbəsinin nevropatoloqu Şahid20 və poliklinika şöbəsinin travmatoloq-cərrahı X12 ibarət tərkibdə yaradılmış həkim məsləhət komissiyasının sədri funksiyasını yerinə yetirməklə, “Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli, 30 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim məsləhət komissiyası haqqında” Əsasnaməyə əsasən, əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə nəzarət edilməsi, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamə”də və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda nəzərdə tutulmuş əsaslar üzrə 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan Ağcabədi rayon Mərkəzi xəstəxanasında fəaliyyət göstərən həkim məsləhət komissiyasında sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmaqla barəsində tərtib olunan göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsi üçün xəstəxananın uşaq poliklinikasının müdiri işləyən, cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə 2019-cu ilin dekabr ayında özünə müraciət edən, “Generalizə olunmuş idiopatik epilepsiya və epilepik sindromlar” xəstəliyindən əziyyət çəkən Ağcabədi rayonun Mehrablı kənd sakini X53 üçün sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək qeyd edilən Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2019-cu ilin dekabr ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini Aytən Əliyevanın qohumu Şahid5 rüşvət qismində istəyərək alıb şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmaqla barəsində tərtib olunan göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsində köməklik göstərilməsi üçün xəstəxananın Poliklinika şöbəsinin cinayətdən xəbərsiz nevropatoloqu Şahid20 vasitəsi ilə 2019-cu ilin dekabr ayında özünə müraciət edən, “ürəyin dəqiqləşdirilmiş anadangəlmə anomaliyaları” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi rayonun Arasbar kənd sakini X44 üçün sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək qeyd edilən Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2019-cu ilin dekabr ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasında şəxsən maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini Üzeyir Qasımovun atası Şahid21 özü üçün birbaşa yolla təkrarən rüşvət qismində istəyərək alıb şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni əlillik dərəcəsinin alınmasında köməklik göstərilməsi üçün 2019-cu ilin dekabr ayında özünə müraciət edən, “Qeyri-satbil stenokardiya, şiddətlənən stenokardiya” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi rayonun Qaraxanlı kənd sakini X6 əlillik dərəcəsinin müəyyən edilməsindən ötrü əziyyət çəkdiyi xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2019-cu ilin dekabr ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında şəxsən maddi nemət olan 1.000 manat (bir min) manat məbləğində pul vəsaitini X2 özü üçün birbaşa yolla rüşvət qismində istəyərək, həmin tarixdə qeyd edilən inzibati binada xəstəxanada qeydiyyatçı işləyən cinayətdən xəbərsiz Şahid23 vasitəsi ilə Mərhəmət Şahverənovdan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni əlillik dərəcəsinin alınmasında köməklik göstərilməsi üçün 2019-cu ilin dekabr ayında özünə müraciət edən, “kürək sümüyünün sınığı” diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında stasionar qaydada müalicə almış, Ağcabədi rayonun Avşar kənd sakini Şahid12 Namiq oğluna əlillik dərəcəsinin müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2019-cu ilin dekabr ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında Namiq Mehdiyevin atası Şahid12 şəxsən maddi nemət olan 1.500 manat (bir min beş yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla rüşvət qismində istəyərək, həmin tarixdə qeyd edilən inzibati binada xəstəxanada qeydiyyatçı işləyən cinayətdən xəbərsiz Şahid23 vasitəsi ilə Ndir Mehdiyevdən özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni əlillik dərəcəsinin alınmasında köməklik göstərilməsi üçün xəstəxananın Uşaq poliklinikasının cinayətdən xəbərsiz müdiri Şahid1 vasitəsi ilə 2020-ci ilin yanvar ayında özünə müraciət etmiş, əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmayan, Ağcabədi rayonun Avşar kənd sakini Mamedova Xədicə Elşad qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü sonuncuda guya əlillik dərəcəsinin təyin edilməsi üçün əsas olan xəstəliklərin olması barədə təhrif edilmiş göndərişin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin yanvar ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini Xədicə Mamedovanın babası Şahid8 təkrarən rüşvət qismində istəyərək alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlamlıq imkanlarının məhdudluğunun alınmasında köməklik göstərilməsi üçün xəstəxananın Uşaq poliklinikasının cinayətdən xəbərsiz müdiri Şahid1 vasitəsi ilə 2020-ci ilin yanvar ayında özünə müraciət etmiş, sağlamlıq imkanlarının məhdudluğunun təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmayan, Ağcabədi rayonun Avşar kənd sakini Yusifova Nərmin Namiq qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü sonuncuda guya məhdudluğa əsas olan xəstəliklərin olması barədə təhrif edilmiş göndərişin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin yanvar ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini Nərmin Yusifovanın qohumu Şahid8 təkrarən rüşvət qismində istəyərək alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni rəhbəri olduğu Ağcabədi rayon Mərkəzi X41 şəxsdə işə qəbul olunmaq üçün özünə 2020-ci ilin yanvar ayının ortalarında müraciət etmiş Şahid15 yaxın gələcəkdə xəstəxanada əlavə yaradılacaq kadrlar üzrə mütəxəssis ştatına onu işə qəbul etməyə görə 21 yanvar 2020-ci il tarixdə Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.300 (iki min üç yüz) manat məbləğində pul vəsaitini Şahid15 təkrarən rüşvət qismində istəyərək bir neçə gündən sonra həmin inzibati binada qeyd edilən pul vəsaitini sonuncudan özü üçün birbaşa yolla şəxsən rüşvət qismində təkrarən alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni əlillik dərəcəsinin alınmasında köməklik göstərilməsi üçün xəstəxananın cinayətdən xəbərsiz baş mühasibi Şahid11 vasitəsi ilə 2020-ci ilin fevral ayında özünə müraciət edən, “Stenokardiyanın digər formaları” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi şəhər sakini X45 əlillik dərəcəsinin müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin fevral ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini Azər Əkbərovun qohumu Şahid18 təkrarən rüşvət qismində istəyərək alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmaqla barəsində tərtib olunan göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsində köməklik göstərilməsi üçün 2020-ci ilin aprel ayında özünə müraciət etmiş, sağlamlıq imkanlarının məhdudluğunun təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmayan, Ağcabədi rayonunun Avşar kənd sakinləri X46, Mirzəyeva Ülviyyə Ramazan qızı və Cəfərli Zəhra Röyal qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü sonuncularda guya məhdudluğun təyin edilməsi üçün əsas olan xəstəliklərin olması barədə təhrif edilmiş göndərişin tərtib edilərək qeyd edilən Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin yaz aylarında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən həmin şəxslərin hər birinə görə ayrı-ayrılıqda müvafiq olaraq maddi nemət olan 1.300 manat, 1.500 manat və 2.000 manat olmaqla, cəmi 4.800 (dörd min səkkiz yüz) manat məbləğində pul vəsaitini qeyd edilən şəxslərin yaxın qohumu olan Şahid27 təkrarən rüşvət qismində vahid niyyətlə istəyərək alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmaqla barəsində tərtib olunan göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsində köməklik göstərilməsi üçün xəstəxananın Uşaq poliklinikasının cinayətdən xəbərsiz müdiri Şahid1 vasitəsi ilə 2020-ci ilin may ayında özünə müraciət etmiş, sağlamlıq imkanlarının məhdudluğunun təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmayan, Ağcabədi rayonun Salmanbəyli kənd sakini Qəhrəmanlı Uğur Hikmət oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü sonuncuda guya məhdudluğa əsas olan xəstəliklərin olması barədə təhrif edilmiş göndərişin tərtib edilərək qeyd edilən Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin may ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini Uğur Qəhrəmanlının atası Şahid6 təkrarən rüşvət qismində istəyərək alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmaqla barəsində tərtib olunan göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsində köməklik göstərilməsi üçün xəstəxananın Uşaq poliklinikasının cinayətdən xəbərsiz müdiri Şahid1 vasitəsi ilə 2020-ci ilin may ayında özünə müraciət etmiş, sağlamlıq imkanlarının məhdudluğunun təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmayan, Ağcabədi rayonunun Salmanbəyli kənd sakini Qəhrəmanlı Nilufər Elvin qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü sonuncuda guya məhdudluğun təyin edilməsi üçün əsas olan xəstəliklərin olması barədə təhrif edilmiş göndərişin tərtib edilərək qeyd edilən Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin may ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini Nilufər Qəhrəmanlının atası Şahid7 təkrarən rüşvət qismində istəyərək alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmaqla barəsində tərtib olunan göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsində köməklik göstərilməsi üçün xəstəxananın Uşaq poliklinikasının cinayətdən xəbərsiz müdiri Şahid1 vasitəsi ilə 2020-ci ilin iyul ayında özünə müraciət edən, “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindomlar, generalizə olunmuş epilepsiya” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi rayonun Hüsülü kənd sakini X47 üçün sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək həmin Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin iyul ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini Fərid Mirzəyevin atası Şahid2 təkrarən rüşvət qismində istəyərək alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmaqla barəsində tərtib olunan göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsində köməklik göstərilməsi üçün xəstəxananın Uşaq poliklinikasının cinayətdən xəbərsiz müdiri Şahid1 vasitəsi ilə 2020-ci ilin iyul ayında özünə müraciət edən, “Qeyriallergik astma” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi rayonunun Rəncbərlər kənd sakini X35 üçün sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin iyul ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini Sevgi Behbudovanın nənəsi Şahid3 təkrarən rüşvət qismində istəyərək almaqla həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədini yerinə yetirmək məqsədilə Sevgi Behbudova barəsində 12 iyul 2020-ci il tarixdə Ağcabədi RMX-nın inzibati binasındakı xidməti otaqda quraşdırılmış kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil olaraq X35nın sağlamlıq imkanlarının məhdudluğu ala bilməsi üçün əsas diaqnoz qismində “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, bronxial astma agır gedişli, tez-tez residiv verdən atopik forma”, ağırlaşma diaqnozu qismində “xroniki respirator çatmamazlıq, qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu, xroniki tənəffüs çatışmazlığı İİ dərəcə”, yanakı xəstəliklər qismində “emfizema, ağ ciyyərlərin emfizeması” kimi diaqnozları 12 iyul 2020-ci il tarixli, 0220003AASGY nömrəli elektron göndərişə daxil edib elektron imzasından istifadə edərək həmin göndərişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmaqla barəsində tərtib olunan göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsində köməklik göstərilməsi üçün xəstəxananın Uşaq poliklinikasının cinayətdən xəbərsiz müdiri Şahid1 vasitəsi ilə 2020-ci ilin avqust ayında özünə müraciət edən, “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindomlar, generalizə olunmuş epilepsiya, tez-tez təkrarlanan epileptik tutmalar” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi rayonun Hüsülü kənd sakini X10 üçün sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək qeyd edilən Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin avqust ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini Fidan Süleymanovanın atası Şahid4 təkrarən rüşvət qismində istəyərək alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmaqla barəsində tərtib olunan göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsində köməklik göstərilməsi üçün xəstəxananın Uşaq poliklinikasının cinayətdən xəbərsiz müdiri Şahid1 vasitəsi ilə 2020-ci ilin avqust ayında özünə müraciət edən, “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, bronxial astma tez-tez residiv verən atopik fora, hormondanasılı gedişli ağırlaşma, xroniki respirator çatmamazlıq, xroniki tənəffüs çatmamazlıq” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi rayonunun Qaradolaq kənd sakini X26 üçün sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək qeyd edilən Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin avqust ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini Röya Mirzəzadənin babası Şahid9 təkrarən rüşvət qismində istəyərək alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmaqla barəsində tərtib olunan göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsində köməklik göstərilməsi üçün xəstəxananın cinayətdən xəbərsiz baş mühasibi Şahid11 vasitəsi ilə 2020-ci ilin avqust ayında özünə müraciət edən, “generalizə olunmuş epilepsiya, tez-tez təkrarlanan epileptik tutmalar” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi şəhər sakinləri X48 və Rəsulova Aysu İsmayıl qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək qeyd edilən Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin avqust ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən hər birinə görə maddi nemət olan 400 manat olmaqla, cəmi 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini Adil Rəsulov və Aysu Rəsulovanın ataları Şahid19 təkrarən rüşvət qismində vahid niyyətlə istəyərək alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmaqla barəsində tərtib olunan göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsində köməklik göstərilməsi üçün xəstəxananın cinayətdən xəbərsiz baş mühasibi Şahid11 vasitəsi ilə 2020-ci ilin avqust ayında özünə müraciət edən, “Kvadroplegik spastik serebral iflic” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi şəhər sakini Allahverdili Gülay Növran qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin qeyd edilən Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin avqust ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitini Gülay Allahverdilinin nənəsi Şahid16 təkrarən rüşvət qismində istəyərək almaqla şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədini yerinə yetirmək məqsədilə Gülay Allahverdili barəsində 19 avqust 2020-ci il tarixdə Ağcabədi RMX-nın inzibati binasındakı xidməti otaqda quraşdırılmış kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil olaraq Allahverdili Gülay Növran qızının sağlamlıq imkanlarının məhdudluğu ala bilməsi üçün əsas diaqnoz qismində “Aorta və ağciyər arteriyası arasındakı arakəsmənin defekti, anadangəlmə ürək qüsuru, aortanın koarktasiyası”, ağırlaşma diaqnozu qismində “durğunluq ürək çatışmazlığı, xroniki ürək çatışmaslığı İİ dərəcə”, yanakı xəstəliklər qismində “nevrasterniya, asteno nevrotik vəziyyət” kimi diaqnozları 19 avqust 2020-ci il tarixli, 0220003AASRY nömrəli elektron göndərişə daxil edib elektron imzasından istifadə edərək həmin göndərişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni əlillik dərəcəsinin alınmasında köməklik göstərilməsi üçün xəstəxananın cinayətdən xəbərsiz baş mühasibi Şahid11 vasitəsi ilə 2020-ci ilin sentyabr ayında özünə müraciət edən, “Oynaqların kontrakturası” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi şəhər sakini Şahid17 əlillik dərəcəsinin müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin sentyabr ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini Şahid17 rüşvət qismində təkrarən istəyərək almaqla şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədini yerinə yetirmək məqsədilə Şahid17 barəsində 12 noyabr 2020-ci il tarixdə Ağcabədi RMX-nın inzibati binasındakı xidməti otaqda quraşdırılmış kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil olaraq Şahid17 əlillik dərəcəsi ala bilməsi üçün əsas diaqnoz qismində “Mil sümüyünün yuxarıucunun sınığı, sağ mil sümüyünün dista ucunun qeyri düzgün bitişən sınığı, dirsək sümüyünün distal ucun çıxığı, sağ mil-bilək oynağının hərəkət məhdudluğu, kontrakturası, ağrı sindromu” kimi diaqnozları 12 noyabr 2020-ci il tarixli, 0220003AAS3J nömrəli elektron göndərişə daxil edib elektron imzasından istifadə edərək həmin göndərişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni sağlamlıq imkanlarının məhdudluğunun alınmasında köməklik göstərilməsi üçün 2020-ci ilin sentyabr ayında özünə müraciət edən, “Bilək əlin üçüncü dərəcəli termiki yanğını, sağ yuxarı ətrafın, gövdənin ön səthinin, hər iki aşağı ətrafın 40% İİİa-İİİb dərəcəli yanğını və autodermoplastikadan sonrakı çoxsaylı kolloid hipertrofik çapıqları, sağ aşağı ətrafda hərəkət məhdudluğu, yeriş pozğunluğu” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi rayonunun Avşar kənd sakini Şükürzadə Hafiz Elgün oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin sentyabr ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 300 (üç yüz) manat məbləğində pul vəsaitini Hafiz Şükürzadənin babası Şahid25 təkrarən rüşvət qismində istəyərək, həmin tarixdə qeyd edilən inzibati binada xəstəxanada qeydiyyatçı işləyən cinayətdən xəbərsiz Şahid23 vasitəsi ilə Şahid25 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 300 (üç yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni əlillik dərəcəsinin alınmasında köməklik göstərilməsi üçün 2020-ci ilin sentyabr ayında özünə müraciət edən, “İnsulindən asılı şəkərli diabet” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi rayonunun Minəxorlu kənd sakini Şahid26 əlillik dərəcəsinin müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin sentyabr ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini Şahid26 təkrarən rüşvət qismində istəyərək alıb, şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni sağlamlıq imkanlarının məhdudluğunun alınmasında köməklik göstərilməsi üçün xəstəxananın Uşaq poliklinikasının cinayətdən xəbərsiz müdiri Şahid1 vasitəsi ilə 2020-ci ilin noyabr ayında özünə müraciət edən, “ürəyin dəqiqləşdirilmiş anadangəlmə anomaliyaları” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi rayonunun Qaravəlli kənd sakini X36 üçün sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin noyabr ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini Gülnarə Musayevanın babası Şahid10 Natiq oğlundan təkrarən rüşvət qismində istəmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni əlillik dərəcəsinin alınmasında köməklik göstərilməsi üçün xəstəxananın poliklinika şöbəsinin cinayətdən xəbərsiz nevropatoloqu Şahid20 vasitəsi ilə 2020-ci ilin noyabr ayında özünə müraciət edən, “mitral stenoz” xəstəliklərindən əziyyət çəkən, Ağcabədi rayonunun Avşar kənd sakini Şahid22 əlillik dərəcəsinin müəyyən edilməsindən ötrü müvafiq xəstəliklərin qeyd olunduğu onun barəsində olan göndərişin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə görə 2020-ci ilin noyabr ayında Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini Şahid22 təkrarən rüşvət qismində istəmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni rəhbəri olduğu Ağcabədi rayon Mərkəzi X41 şəxsdə xadimə işləyən Şahid14 ilə növbəti 1 il müddətinə yeni əmək müqaviləsinin bağlanmasına görə 30 noyabr 2020-ci il tarixdə Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsində yerləşən həmin xəstəxananın inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini Şahid14 təkrarən rüşvət qismində istəmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, ibtidai istintaqda verdiyi ifadəsini tam şəkildə təsdiq edir. İfadəsində göstərdiyi hallar yadında tam qalmamışdır. Ona görə də məhkəmədə ifadəsinin elan olunmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, 18 fevral 2019-cu il tarixdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilməklə 31 dekabr 2019-cu il tarixədək həmin vəzifədə işləmişdir. 01 yanvar 2020-ci il tarixdə xəstəxana İcbari Tibbi Sığorta üzrə X42 Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilmiş, bundan sonra o, Ağcabədi rayon Mərkəzi X41 şəxsin direktoru vəzifəsinə təyin edilmiş və xx.xx.2020-ci il tarixədək həmin vəzifədə işləmiş, qeyd edilən tarixdə öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilmişdir. Direktor kimi əsas vəzifəsi xəstəxananın ümumi işlərinə rəhbərlik etməkdən ibarət olmuşdur. Bundan başqa xəstəxanada baş həkim və direktor vəzifələrində işlədiyi müddətdə Həkim Məsləhət Komissiyasının da sədri olmuş, bu zaman əlilliyin təyin olunması ilə əlaqədar müraciət edən bir neçə vətəndaşa qarşı müəyyən qanunsuzluq etmiş, onlardan qanunsuz pullar tələb edib almışdır. Əlilliyin müəyyən edilməsi ilə əlaqədar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında yaradılmış Həkim Məsləhət Komissiyasının üzvləri Uşaq poliklinikasının müdiri Şahid1, nevropatoloq Şahid20 və travmotoloq-cərrah X12 ibarət olmuşdur. Şahid20 və Şahid1 uzun illər Həkim Məsləhət Komissiyasının üzvləri olsalar da, Rüfət İsmayılov son bir neçə ay ərzində, yəni 2020-ci ilin əvvəlindən həmin komissiyanın üzvü olmuşdur. Həkim Məsləhət Komissiyasının iş qrafiki sədr kimi onun tərəfindən müəyyən edilmiş, adətən həftədə bir dəfə komissiya yığılıb müraciətlərə baxmışdır. Hər bir şəxs əlillik dərəcəsi almaq üçün xəstəliyi ilə bağlı tibbi sənədləri müalicə həkiminə təqdim edib “Forma 88” sənədini yazdıraraq onunla birlikdə tibbi sənədlərini həkim məsləhət komissiyasına təqdim etməli olmuşdur. “Forma 88” arayışında şəxsin xəstəliyinə dair bütün zəruri məlumatlar göstərilməlidir. Həkim məsləhət komissiyasının üzvləri əlillik dərəcəsi almaq üçün müraciət edən hər bir şəxsin xəstəliyinə dair tibbi sənədləri yoxlayıb “forma 88”-də məlumatların düzgün qeyd edilib-edilmədiyini yoxladıqdan sonra həmin şəxsi müayinə edib şəxsin həqiqətən də tibbi sənədlərdə qeyd edilən xəstəliyi olub-olmadığını, təqdim edilən tibbi sənədlərin saxta olub-olmadığı araşdırmışdır. Müayinə nəticəsində həkim məsləhət komissiyasının hər bir üzvü xəstənin tibbi kartasına öz rəyini yazıb imza etmiş, yekunda şəxsin komissiyadan keçirilibkeçirilməməsinə dair qərar sədr kimi onun tərəfindən qəbul edilmişdir. Əgər şəxsin xəstəliyi və tibbi sənədləri əlilliyin müəyyən edilməsi meyarlarına uyğun olduqda onun sənədlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə dair qərar qəbul olunmuş, yox əgər şəxsin xəstəliyi əlilliyin meyarlarına uyğun olmadıqda və ya sənədlərində hər hansı çatışmamazlıq olduqda şəxsin sənədlərinin qeyd edilən proqrama daxil edilməsindən imtina olunmuşdur. Şəxsin sənədlərinin Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsinə dair qərar qəbul olunduqda xəstənin tibbi kitabçası xəstəxananın operatoruna təhvil verilmiş, sonuncu tibbi kitabça və “forma 88”-də yazılan bütün məlumatları Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil etmişdir. Bundan sonra həkim məsləhət komissiyasının üzvləri və sədri həmin reyestirə daxil edilən məlumatı yoxlayıb razılaşdıqda öz elektron imzaları ilə onu təsdiq etmişlər. Lakin bunu faktiki etmək mümkün olmadığından həkim məsləhət komissiyasının üzvlərinin, habelə sədr kimi onun elektron imza kartları onun göstərişi əsasında operatora verilmişdir ki, hamının əvəzindən həmin işi icra etsin. Məlumatların Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsi kifayyət qədər çox vaxt aldığından o, bunu işin sürətli icra edilməsi üçün etmişdir. Əvvəllər operator vəzifəsində X49 işləmiş, sonuncu onun etibarından sui-istifadə edərək həkim məsləhət komissiyasından keçirilməyən şəxslərin sənədlərini də özbaşına həmin “sistemə” işləmişdir. Törətdiyi qanunsuzluqlara görə Rəvan Əyyublu xx.xx.2020-ci il tarixdə cinayət məsuliyyətinə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Rəvandan sonra bir müddət Əli adlı şəxs operator işləmiş, qeydiyyatçı Şahid23 da sonuncuya bu işdə köməklik etmişdir. Sənədlər Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edildikdən sonra əlilliyin təyin edilməsi və ya bundan imtina edilməsi barədə qərar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmişdir. Şəxsin tibbi sənədləri və xəstəliyi əlilliyin müəyyən edilməsinə uyğun olduqda müvafiq olaraq İ, İİ və ya İİİ qrup əlillik dərəcəsi, 18 yaşadək olan uşaqlara isə “sağlamlıq imkanları məhdud”luq təyin edilmişdir. Əllik dərəcəsinin təyin edilməsi və ya bundan imtina edilməsi barədə müraciət müəllifinə sms vasitəsi ilə məlumat verilmiş, eyni zamanda müraciətin nəticəsi barədə qəbul olunmuş qərar qeyd edilən proqram vasitəsi ilə xəstəxanaya göndərilmişdir. Əlillik dərəcəsi təyin edilmiş şəxslər xəstəxanaya müraciət edib əlillik haqqında sənədi alıb Əmək və Əhaliyinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinə təqdim edərək pensiya məbləğini hesablatmışlar. Bundan sonra şəxsin adına plastik kart sifariş olunaraq əlillik qrupuna uyğun pensiyasını plastik kart vasitəsi ilə almışdır. Əlillik dərəcəsi (sağlamlıq imkanları məhdud) 18 yaşınadək olan şəxslərə 3 il müddətinə, 18 yaşından yuxarı şəxslərə isə 5 illik müddətinə, müəyyən xəstəliklər üzrə isə müddətsiz təyin edilmişdir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının rəhbəri işlədiyi müddətdə əlillik dərəcəsi almaq üçün müraciət edən ayrı-ayrı şəxslərin tibbi sənədlərinin Həkim Məsləhət Komissiyasından Keçirilməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsi müqabilində müxtəlif məbləğlərdə pullar istəyib almışdır. Həmin pullar birbaşa onun tərəfindən istənilməklə alınmışdır. Ümumilikdə konkret olaraq neçə nəfərdən pul aldığını xatırlamasa da, hər bir şəxsdən aldığı pullar 1.000-2.000 manat məbləğlərində olmuşdur. Pul aldığı şəxslərin bir qisminin sənədlərini Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsini təmin etmiş, digərlərinin sənədini isə həmin proqrama işləmək imkanı olmamışdır. Belə ki, “koronavirus” pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayından ölkə ərazisində karantin rejiminin tətbiq edilməsi nəticəsində həkim məsələhət komissiyasının fəaliyyəti dayandırılmış, heç kim komissiyadan keçirilməmişdir. Habelə Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramı da həmin müddətdə bağlanmış, heç bir sənəd qəbul edilməmişdir. Daha sonra isə “vətən müharibəsi” ilə əlaqədar ölkə ərazisində internetə məhdudiyyət tətbiq edildiyindən həmin sistem işləməmişdir. Bundan başqa müharibə müddətində, yəni 2020ci ilin sentyabr ayının sonundan həmin ilin noyabr ayının 12-dək olan müddətdə o, Ağdam Rayon Mərkəzi Xəstəxanasına ezam olunaraq yaralılara tibbi xidmətin göstərilməsi ilə məşğul olmuşdur. xx.xx.2020-ci il tarixdə xidməti yerinə geri qayıtmış, bundan sonra xx.xx.2020-ci il tarixədək olan müddətdə pul aldığı bir neçə şəxsin tibbi sənədlərini Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına işləmişdir. Həmin şəxslərin bir qismi ilkin komissiya, digərləri isə təkrar komissiyadan keçənlər olmuşdur. Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verdiyi şəxslərin heç birinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillik dərəcəsi təyin edilməmiş, onların hamsına “imtina” cavabı verilmişdir. xx.xx.2020-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş, bu səbəbdən pul aldığı şəxslərin tibbi sənədlərini Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına işləyə bilməmişdir. Pul aldığı şəxslərin işlərini həll etmədiyindən həmin şəxslərin onun barəsində şikayət edəcəklərini bilmiş, bu səbəbdən heç bir narazılıq olmaması üçün aldığı pulları tam şəkildə geri qaytarmışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin onun ətrafında keçirdiyi əməliyyat tədbirləri nəticəsində əldə edilmiş video görüntülərlə bağlı göstərmişdir ki, xəstəxananın “Uşaq poliklinikası”nın müdiri, eyni zamanda həkim məsləhət komissiyasının üzvü Şahid1 ilə aralarında olan danışıqlar pul aldığı ayrı-ayrı şəxslərə əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı olmuşdur. Belə ki, Şahid1 müxtəlif vaxtlarda ona müraciət edib yaxın münasibətdə olduğu ümumilikdə 10 şəxsə əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərilməsini xahiş etmiş, o, da, həmin şəxslərin tibbi sənədlərinin Həkim Məsələhət Komissiyasından keçirilməklə Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyesteri” proqramına daxil edilməsi müqabilində hər bir şəxsə görə onların yaxın qohumlarından 1.000 manat pul istəyib almışdır. Qeyd edilən şəxslərlə danışıqları birbaşa özü aparıb pulların hamsını özü istəyib almışdır. Şahid1 bu prosesə qarışmamış, 10 şəxsin hər birindən alınan 1.000 manat pul tam şəkildə ona çatmış, pulun heç bir hissəsi Şahid1 çatmamışdır. İşdən azad edildikdən sonra hər hansı problem yaşanmaması üçün həmin şəxslərin hamsının pullarını geri qaytarmışdır. Həkim-nevropatoloqu Şahid20 arasında olan danışıqlar pul aldığı şəxslərə əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı olmuşdur. Belə ki, Şahid20 ayrı-ayrı vaxtlarda ona müraciət edib yaxın münasibətdə olduğu 2 şəxsə, yəni Ağcabədi rayonun Arasbar kənd sakini Şahid21 Ayasxan oğlu və Avşar kənd sakini Şahid22 əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərməsini xahiş etmiş, o, da, sonuncuları şəxsən qəbul edib tibbi sənədlərinin Həkim Məsləhət Komissiyasından keçirilməklə Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyesteri” proqramına daxil edilməsi müqabilində hər birindən 2.000 manat pul istəmiş, Şahid21 2.000 manat pulu alsa da, sonradan işdən azad edilməsi səbəbindən Şahid22 istədiyi pulu ala bilməmiş, habelə Şahid21 tibbi sənədlərini Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına işləyə bilməmişdir. Pulların istənilməsi və alınmasında Şahid20 iştirak etməmiş, habelə aldığı pulun heç bir hissəsi sonuncuya çatmamış, pullar tam şəkildə özünə çatmışdır. İşdən azad edildikdən sonra hər hansı problem yaşanmaması üçün Şahid21 aldığı 2.000 manat pulu da tam şəkildə geri qaytarmışdır. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında baş mühasib vəzifəsində işləyən Şahid11 müxtəlif vaxtlarda ona müraciət edib ümumilikdə 4 tanışına əlilliyin təyin olunmasına köməklik göstərilməsini xahiş etmiş, o da həmin şəxslərdən müxtəlif məbləğlərdə pullar istəyib almışdır. Belə ki, az yaşlı X9 ilə bağlı sonuncunun nənəsi Şahid16 500 manat, Şahid17 2.000 manat, X54 ilə bağlı qohumu Şahid18 2.000 manat, X48 və Rəsulova Aysu İsmayıl qızı ilə bağlı sonuncuların ataları Şahid19 Rəsul oğlundan hər uşağa görə 400 manat olmaqla, cəmi 800 manat pul istəyib almışdır. Lakin işdən azad edilməsi səbəbindən həmin şəxslərin tibbi sənədlərini Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına işləyə bilməmiş, buna görə aldığı pulları geri qaytarmışdır. Qeyd edilən şəxslərdən pulları özü birbaşa istəyib almış, Şahid11 bu proseslərə qarışmamış, habelə aldığı pulların heç bir hissəsi sonuncuya çatmamış, pullar tam şəkildə özünə çatmışdır. Əlilliyin təyin olunmasına köməklik göstərilməsi ilə bağlı ayrıayrı vaxtlarda ona müraciət etmiş Ağcabədi rayon sakinləri X2 1.000 manat, Şükürzadə Hafiz Elgün oğlunun babası Şahid25 300 manat pul istəmiş, həmin pulu bir başa özü qəbul etməyərək, pulların Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının qeydiyyatçı vəzifəsində işləyən Şahid23 verilməsini tapşırmış, yəni pulları sonuncu vasitəsi ilə almışdır. Lakin aldığı pulların heç bir hissəsi Şahid23 çatmamış, pullar tam şəkildə özünə çatmışdır. Bundan başqa o Ağacabədi rayon sakini X13 tibbi sənədlərinin Həkim Məsləhət Komissiyasından keçirilməklə Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsi müqabilində sonuncudan birbaşa özü 1.500 manat istəyib almışdır. Lakin həmin şəxsin sənədlərini qeyd edilən proqrama işləyə bilməmişdir. Bu səbəbdən sonuncudan aldığı pulları Şahid23 vasitəsi ilə geri qaytarmışdır. İşə qəbulla bağlı bir neçə şəxsdən də pullar istəmiş və almışdır. Belə ki, 2020-ci ilin yanvar ayında Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında işə qəbul olunmaq üçün müraciət edən Şahid15 gələcəkdə yaradılacaq İnsan resursları şöbəsinə kadrlar üzrə mütəxəssis kimi işə götürülməsi müqabilində sonuncudan 2.300 manat pul istəyərək almışdır. Lakin qeyd edilən ştat açılmadığına görə Şahid15 fəhlə kimi işə götürmüşdür. 2020-ci ilin noyabr ayında xəstəxanada xadimə işləyən Şahid14 ilə bağlanmış əmək müqaviləsinin müddətinin 1 il uzadılması müqabilində sonuncudan 700 manat pul tələb etmiş, lakin bir neçə gündən sonra işdən azad edilməsi səbəbindən həmin pulu ala bilməmişdir. İfadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs ifadəsini tamamilə təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilsə də, onun cinayət əməlləri məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair səndlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, 2014-cü ilin fevral ayından Ağcabədi Rayon Mərkəzi Xəstəxananın Uşaq poliklinikasında həkim-pediatr, həmin tarixdən hazıradək isə Uşaq poliklinikasının müdiri vəzifələrində işləmişdir. Eyni zamanda, 2014-cü ilin fevral ayından hal-hazıradək xəstəxananın Həkim Məsləhət Komissiyasının üzvü olmuşdur. Şöbə müdiri kimi əsas vəzifəsi xəstəliklərə qarşı profilaktika işi, peyvənd işi, əlillik təyin olunması ilə bağlı 0-18 yaş uşaqların komissiyaya çağırılması və işin təşkili və sairdən ibarət olmuşdur. Fovzi Tahirov 2019-cu ilin fevral ayında xəstəxanaya baş həkim təyin edilmiş və həmin vaxtdan Həkim Məsləhət Komissiyasının sədri olmuşdur. 2019-cu ilin sonundan 2020-ci ilin noyabr ayının sonunadək olan müddətdə bir neçə həmkəndlisi və digər tanışları ona müraciət edərək azyaşlı övladlarının xəstəlikləri ilə bağlı “sağlamlıq imkanları məhdud”luğunun təyin olunması üçün müraciət edib tibbi sənədlərinin Həkim Məsləhət Komissiyasından keçirilməsinə köməklik göstərilməsini xahiş etmişlər. Həmin şəxslərin xəstəlikləri həqiqətən də əlilliyin müəyyən edilməsi meyarlarına uyğun olduğuna görə o, Təqsirləndirilən şəxs müraciət edib onlara köməklik edilməsini xahiş etsin. Ona müraciət edən şəxslər müəyyən məbləğdə hörmət etməyə hazır olduqlarını da bildirmişlər. Lakin o, pul məsələlərinə qarışmamışdır. Ümumilikdə 10 şəxslə bağlı Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs həmin uşaqların valideyinləri və ya digər yaxın qohumlarını özü birbaşa qəbul edib söhbətlər aparmışdır. Təqsirləndirilən şəxs həmin şəxslərlə danışıb azyaşlı övladlarının tibbi sənədlərinin Həkim Məsləhət Komissiyasından keçirilməsi müqabilində hər birindən 1.000 manat pul aldığını eşitmiş, lakin özü şəxsən görməmişdir. Təqsirləndirilən şəxs kimlərdən hansı məbləğdə pul alması barədə dəqiq məlumatı yoxdur. Həm də uzun müddət keçdiyinə görə bunları xatırlamır. Şahid1 ibtidai istindaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində isə Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayından 2020-ci ilin noyabr ayının sonunadək olan müddətdə ayrı-ayrı vaxtlarda Ağcabədi rayonun Hüsülü kənd sakini X21 atası Şahid2 1000 manat, Rəncbərlər kənd sakini X35nın nənəsi Şahid3 1000 manat, Hüsülü kənd sakini X5 atası Şahid4 1000 manat, Mehrablı kənd sakini X27 qohumu Şahid5 1000 manat, Qaradolaq kənd sakini X18 babası Şahid9 1000 manat, Salmanbəyli kənd sakini Qəhrəmanlı Uğur Hikmət oğlunun atası Şahid6 1000 manat, Salmanbəyli kənd sakini Qəhrəmanlı Nilufər Elvin qızın atası Şahid7 1000 manat, Avşar kənd sakinləri Mamedova Xədicə Elşad qızının babası və Yusifova Nərmin Namiq qızının qohumu Şahid8 hər birinə görə 1000 manat olmaqla cəmi 2000 manat olmaqla, ümumilikdə 9 şəxsdən cəmi 9.000 manat pul almasını, Qaravəlli kənd sakini X19 babası Şahid10 1000 manat pul istədiyini, lakin sonuncunun ona heç bir məbləğdə pul vermədiyni göstərmişdir. Təqsirləndirilən şəxs qeyd edilən şəxslərdən pulları aldıqdan sonra onların bir qisminin tibbi sənədlərini Həkim Məsləhət Komissiyasından keçirib Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına işləmiş, lakin həmin şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əlillik dərəcəsinin təyin edilməsindən imtina cavabı verilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutduğu vəzifədən azad edildiyinə görə digər şəxslər barədə məlumatların Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına işlənilməsi mümkün olmamışdır. Buna görə pul verən şəxslər verdikləri pulları geri tələb etməyə başlamış, hətta bir neçə şəxs ona da müraciət edib işləri alınmadığı təqdirdə pullarının geri qaytarılmasını xahiş etmişlər. O, da bununla bağlı Təqsirləndirilən şəxs müraciət edib həmin şəxslərin işlərini həll edə bilmədiyi təqdirdə pullarını qaytarmasını demiş, bundan sonra Təqsirləndirilən şəxs həmin şəxslərin hamsının pulunu geri qaytarmışdır. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilmiş əməliyyat tədbiri zamanı əldə edilən video görüntülərdə onunla Təqsirləndirilən şəxs arasındakı danışıqlar bununla bağlı olmuşdur. Bundan başqa Şahid1 ifadəsində Həkim Məsləhət Komissiyasının üzvü kimi adına açılan elektron imza kartının direktor Təqsirləndirilən şəxs tərəfindən alınaraq daima özündə saxladığını, kimlərin tibbi sənədlərinin Həkim Məsləhət Komissiyasından keçirilməsinə dair qərarın sədr kimi sonuncu tərəfindən verildiyini, adına olan elektron imza kartının onun əvəzindən Təqsirləndirilən şəxs tərəfindən istifadə edildiyini göstərmişdir. Şahid X37 məhkəmədə göstərdi ki, oğlu Fərid Mirzəyev anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkdiyindən ilk dəfə 2014-cü ildə oğluna sağlamlıq imkanlarının məhdudluğu təyin edilməklə 150 manat məbləğində müavinat ayrılmışdır. Fərid Mirzəyev növbəti dəfə 2020-ci ilin iyul ayında Həkim Məsləhət Komissiyasından keçirilmiş, lakin heç bir əsas olmadan barəsində Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilməmişdir. O, Fərid Mirzəyevin müalicə həkimi, yəni Ağcabədi uşaq poliklinikasının müdiri Şahid1 müraciət edib tibbi sənədlərinin hansı səbəbdən göndərilməməsi ilə maraqlanmışdır. Şahid1 onu xəstəxananın direktoru Təqsirləndirilən şəxs yönəltmiş, Təqsirləndirilən şəxs oğlunun sənədlərinin “sistemə” işlənilməsi üçün hörmət edilməsini tələb etmişdir. Həmin vaxt o, əlillik dərəcəsi almaq üçün xəstəxanaya müraciət edən digər şəxslərdən məlumat almışdır ki, sənədlərin vaxtında “sistemə” vurulması üçün direktor Təqsirləndirilən şəxs 1000 manat hörmət etmək lazımdır, əks təqdirdə Təqsirləndirilən şəxs sənədlərin “sistemə” işlənməsini aylarla uzadacaqdır. Ona görə də Fofzi Tahirpova çatdırması üçün 1000 manat pulu Şahid1 vermişdir. Lakin oğlunun sənədləri sistemə işlənilməmiş və müavinət ayrılmamışdır. Lakin Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, oğluna müavinət təyin edilməsi üçün 2020-ci ilin iyul ayının sonunda özü ilə 1000 manat pul götürüb Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına gedib, direktor Təqsirləndirilən şəxsla görüşüb 1000 manat pulu Təqsirləndirilən şəxs özünə vermişdir. Təqsirləndirilən şəxs ondan pulu alandan sonra vəd etmişdir ki, ən qısa zamanda oğlunun sənədlərini Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına işlənməsini və nəticədə müavinətin ayırlmasını həll edəcəkdir. Lakin, bundan sonra bir neçə ay keçməsinə bxmayaraq Təqsirləndirilən şəxs bu sahədə heç bir hərəkət etməmiş, oğlu Fərid Mirəzyevə müavinət ayrılmamışdır. Şahid4 məhkəmədə göstərdi ki, xx.xx.2012-ci il təvəllüdlü qızı Fidan Süleymanovada anadangəlmə epilepsiya xəstəliyi olduğundan 2020-ci ilin avqust ayında qızının tibbi tənədlərini toplayıb, sağlamlıq imkanları məhdudluq almaqla müavinət təyin edilməsi üçün Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında fəaliyət göstərən Həkim Məsləhət Komissiyasına müraciət etmişdir. X51 Məsləhət Komissiyasından keçirilsə də, onun barəsində Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilməmişdir. O, bununla bağlı uşağın müalicə həkimi Şahid1 müraciət etmişdir. Məhbubə bu barədə xəstəxananın direktoru Təqsirləndirilən şəxsla danışdıqdan sonra onu Təqsirləndirilən şəxs yönəltmişdir. Təqsirləndirilən şəxs onu qəbul edib qızının tibbi sənədlərinin Həkim Məsləhət Komissiyasından keçirilib Tibbi Sosial Ekspert komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edilməsi üçün 1.000 manat pul istəmişdir. O, da qızının işində hər hansı problem yaranmaması üçün həmin məbləği verməyə razılaşmışdır. Bir neçə gündən sonra o, tələb olunan pulu Təqsirləndirilən şəxs çatdırması üçün Şahid1 vermişdir. Lakin qızının pensiya işi yenə də düzəlməmişdir. X33 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, 1000 manat pulu Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında Təqsirləndirilən şəxs xidməti otağında onun şəxsən özünə vermişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra qızı Fidan Süleymanovanın pensiya işinin düzələcəyini vəd etmiş, lakin keçən bir neçə ay ərzində qızına heç bir müavinət təyin edilməmişdir. Şahid7 məhkəmədə göstərdi ki, qızı Nilufər Qəhrəmanlının səhəti ilə əlaqədar “sağlamlıq imkanları məhdudluq” təyin edilməklə müavinət düzəltmək üçün 2020-ci ilin may ayında həmkəndlisi, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında şöbə müdiri vəzifəsində işləyən Şahid1 müraciət etmiş, sonuncu ona köməklik etmək niyyəti ilə xəstəxananın direktoru Təqsirləndirilən şəxs yaxınlaşıb Nilufər Qahrəmanlının tibbi sənədlərinin Həkim Məsələhət Komissiyasından keçirilməsinə köməklik etməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu təklikdə qəbul edib bu sahədə köməklik edilməsi üçün 1.000 manat hörmət etməsini istəmişdir. Bir neçə gündən sonra o, 1.000 manat pulu Təqsirləndirilən şəxs xidməti otağında sonuncuya vermiş, sonuncu pulu alarkən 6 ay müddətində övladı Nilufər Qəhrəmanlının tibbi sənədlərini Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına daxil edəcəyini vəd etmişdir. Lakin ötən bir neçə ay ərzində bu sahədə heç bir hərəkət etməmiş, daha sonra yəni 2020ci ilin dekabr ayının əvvəlində Təqsirləndirilən şəxs işdən çıxardığını öyrənmiş, bundan sonra bu işin alınmayacağını başa düşüb verdiyi pulu geri tələb etmiş, Təqsirləndirilən şəxs da aldığı 1.000 manat pulu tam şəkildə geri qaytarmışdır. Şahid8 məhkəmədə göstərdi ki, nəvəsi Mamedova Xədicə Elşad qızına və bacısı Dursun Təhməzovanın nəvəsi Yusifova Nərmin Namiq qızına sağlamlıq imkanları məhdudluq almaqla onlara pensiya düzəltmək istəmiş, bununla bağlı bir neçə dəfə uşaqların müalicə həkimi Şahid1 qəbulunda olub bu sahədə köməklik göstərməsini xahiş etmişdir. 2020-ci ilin yanvar ayında Şahid1 onun xahişi ilə xəstəxananın direktoru Təqsirləndirilən şəxs müraciət edərək Xədicə Mamedova və Nərmin Yusifovanın tibbi sənələrinin Həkim Məsləhət Komissiyasından keçirilməsinə köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu şəxsən qəbul qedib qohumlarının sənədlərinin Həkim Məsləhət Komissiyasından keçirilməklə gələcəkdə onlara pensiya təyin edilməsini həll etmək üçün hər bir uşağa görə 1000 manat pul tələb etmişdir. O, 2020-ci ilin yanvar ayının sonunda hər bir uşağa görə 1000 manat olmaqla cəmi 2000 manat pulu Təqsirləndirilən şəxs xidməti otağında sonuncuya vermişdir. Təqsirləndirilən şəxs pulu alarkən 6 ay müddətində bu işi həll edəcəyini vəd etsə də, bu sahədə heç bir hərəkət etməmişdir. 2020-ci ilin dekabr ayının əvvəlində Təqsirləndirilən şəxs işdən azad edildikdən sonra o, sonuncunun bu sahədə ona köməklik edə bilməyəcəyini başa düşüb verdiyi pulu geri tələb etmiş, Təqsirləndirilən şəxs da aldığı 2.000 manat pulu tam şəkildə geri qaytarmışdır. Şahid16 məhkəmədə göstərdi ki, nəvəsi X9 “serebral iflic” xəstəliyindən əziyyət çəkdiyindən ona “sağlamlıq imkanları məhdud”luq təyin edilmişdir. 2020-ci ilin avqust ayında Gülay Allahverdiyevanın növbəti dəfə həkim məsləhət komissiyasından keçirilməli olmuş, bununla bağlı müvafiq sənədləri Ağcbədi Rayon Mərkəzi X16 Komissiyasına təqdim etmişdir. Lakin Təqsirləndirilən şəxs qəsdən nəvəsi Gülay Allahverdiyevanın sənədlərini komissiyadan keçirməmiş, onu get-gələ salıb vaxtı uzatmışdır. Ona görə də qohumu İsmayıl Həsənova müraciət etməklə ona kömək etməsini xahiş etmişdir. İsmayıl isə onu tanışı, xəstəxananın baş mühasibi işləyən Şahid11 yönəltmişdir. Nizami bu barədə xəstəxananın direktoru Təqsirləndirilən şəxsla danışacağını bildirmiş, daha sonra onu Təqsirləndirilən şəxs yanına aparıb tanış edərək ona köməklik etməsini xahiş etmişdir. Bundan sora Təqsirləndirilən şəxs onu təklikdə qəbul edib nəvəsinin tibbi sənədlərinə baxmışdır. O, Təqsirləndirilən şəxs nəvəsinin sənədlərinin gecikdirilmədən X71 Komissiyasının “göndərişlərin reyestri” proqramına işlənməsini bir daha xahiş etmişdir. Təqsirləndirilən şəxs nəvəsinin sənədlərinin komissiyadan keçirilməsi üçün ondan 500 manat pul istəmişdir. O, nəvəsinə müavinət təyin olunmalı olduğu halda get-gələ düşməməsi üçün məcbur qalıb həmin məbləğlə razılaşmış, bir neçə gündən sonra, yəni 2020-ci ilin avqust ayının sonunda 500 manat pulu Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının binasında Təqsirləndirilən şəxs xidməti otağında sonuncuya vermişdir. Pulu aldıqdan sonra Təqsirləndirilən şəxs nəvəsi Gülayın sənədlərini qısa müddətdə komissiyadan keçirəcəyini demiş, lakin bu sahədə heç bir hərəkət etməmişdir. Lakin hazırda Təqsirləndirilən şəxs şikayətçi deyildir. Şahid19 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, xx.xx.2003-cü il təvəllüdlü Adil Rəsulov və xx.xx.2004-cü il təvəllüdlü Aysu Rəsulova onun övladlarıdır. Hər iki övladı epilepsiya xəstəliyindən əziyyət çəkdiyi üçün 2009-cu ildə Adil Rəsulov, 2010-cu ildə isə Aysu Rəsulova sağlamlıq imkanları məhdudluq təyin edilmişdir. Bundan sonra övladları hər 3 ildən bir təkrar komissiyadan keçirilmişlər. Adil Rəsulovun müavinət müddəti 2020-ci ilin fevral ayında, Aysu Rəsulovanın müavinət müddəti isə 2020-ci ilin iyun ayına bitmişdir. Bu səbəbdən hər iki övladı 2020-ci ilin avqust ayında təkrarən Həkim Məsləhət Komissiyasından keçirilmişlər. Lakin onlar barəsində tibbi sosial ekspert komissiyasına göndərişlərin verilməsi əsassız uzadılmışdır. Bu səbəbdən o, aralarında yaxın münasibət olan, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş mühasibi vəzifəsində işləyən Şahid11la danışıb xahiş etmişdir ki, övladlarının pensiya işinin tezləşdirilməsi üçün xəstəxananın direktoru ilə danışsın. Bundan sonra Şahid11 direktor Təqsirləndirilən şəxsla danışıb onun övladları barəsində tibbi sosial ekspert komissiyasına göndəriş verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs onu qəbul edərək bunun üçün ona hötrmət etməsini istəmiş, o, da hər uşağa görə 400 manat olmaqla, cəmi 800 manat sonuncuya pul vermişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra bu işi ən qısa zamanda həll edəcəyini bildirsə də, bu sahədə heç bir hərəkət etməmiş, övladlarına müavinət ayrılmamışdır. Şahid20 məhkəmədə göstərdi ki, 2018-ci iyul ayından Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında həkim-nevropatoloq kimi işləyir, həmçinin xəstəxananın Həkim Məsləhət Komissiyasının üzvü olmuşdur. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilmiş əməliyyat tədbiri zamanı əldə edilən video görüntülərdəki onunla Təqsirləndirilən şəxs arasındakı danışıqlar ümumi işin təşkili, habelə ayrı-ayrı şəxslərin tibbi sənədlərinin Həkim Məsləhət Komissiyasından keçirilməsi və digər mövzularla bağlı olmuşdur. 2019-cu ilin dekabr ayında yaxın münasibətdə olduğu, Ağcabədi rayonun Arasbar kənd sakini Şahid21 ona müraciət edib 2012-ci il təvəllüdlü övladı Üzeyir Qasımova əlillik dərəcəsi təyin edilməsinə köməklik edilməsini xahiş etmişdir. O da öz növbəsində direktor Təqsirləndirilən şəxs müraciət edib Şahid21 bu sahədə köməklik etməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sonuncunu təklikdə qəbul edib söhbət etmiş, sonradan Şahid21 əldə etdiyi məlumata görə Təqsirləndirilən şəxs sonuncunun azyaşlı uşağının tibbi sənədlərini Həkim Məsləhət Komissiyasından keçirilməklə Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına işlənilməsi üçün 2.000 manat pul istəyərək almışdır. O, pulun istənilməsi və alınmasında iştirak etməmişdir. Lakin Təqsirləndirilən şəxs Üzeyir Qasımov barəsində göndəriş verməmiş, yəni sonuncuya sağlamlıq imkanları məhdudluq təyin olunmamışdır. Bundan başqa 2020-ci ilin noyabr ayında digər tanışı Ağcabədi rayonun Aşağı Avşar kənd sakini Şahid22 ona müraciət edərək tibbi sənədlərinin Həkim Məsələht Komissiyasından keçirilməsinə köməklik edilməsini xahiş etmişdir. O da öz növbəsində bu barədə Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs bu işin düzəlməsi üçün 2000 manat pul istəmişdir. O, isə Kamilin 1.500 manata imkanı çatdığını bildirib mümkünsə, həmin qiymətə kömək etməsini xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs razılaşmayıb 2.000 manat tələb etmişdir. Bundan sonra o, Şahid22 Təqsirləndirilən şəxs otağına dəvət etmiş, sonuncu bir daha bu işin həll edilməsi üçün Şahid22 2000 manat pul istəmişdir. Kamil fikirləşmək üçün vaxt istəmiş, bundan bir neçə gün sonra, yəni 2020-ci ilin dekabr ayının əvvəlində Təqsirləndirilən şəxs tutduğu vəzifədən azad edildiyinə görə həmin pulun alınması baş tutmamışdır. Şahid24 göstəmişdir ki, 26 oktyabr 2016-cı il tarixdə Topçubaşov adına X34 açıq ürək əməliyyatı keçirmiş, bundan sonra o, tibbi sənədlərini toplayıb 2019-cu ilin dekabr ayında Ağcabədi Rayon Mərkəzi X17 Komissiyasına təqdim etmişdir. Bununla bağlı xəstəxananın direktoru Təqsirləndirilən şəxs qəbulunda olarkən sonuncu onun sənədlərinin Həkim Məsələht Komissiyasından keçirilməklə Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilməsi üçün 1000 manat pul istəmişdir. O, işində hər hansı problem yaranmaması üçün tələb olunan pulu verməyə razılaşmış, bir neçə gündən sonra 1000 manat pulu Təqsirləndirilən şəxs vermək istəyərkən sonuncu pulu ondan birbaşa qəbul etməyərək direktorun qəbul otağında əyləşən Şahid23 verməsini demişdir. Bundan sonra o, 1000 manat pulu Şahid23 verərək direktora çatdırmasını xahiş etmişdir. Fatma pulu qəbul edib Təqsirləndirilən şəxs çatdıracağını bildirmişdir. Təqsirləndirilən şəxs bu işin 6 ay müddətində düzələcəyini bildirsə də, bu səhədə heç bir hərəkət etməmişdir. Bir neçə aydan sonra o, Təqsirləndirilən şəxs yenidən müraciət edib ona əlillik dərəcəsinin hansı səbəbdən ayrılmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs onda pul veribvermədiyini soruşanda tapşırığı əsasında Fatma vasitəsilə 1000 manat pul verdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Fatmanı otağına çağırıb onun pul veribvermədiyini soruşmuş, Fatma da onun 1000 manat pul verdiyini təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qısa müddət ərzində onun işini həll edəcəyini bildirmiş, lakin yenə bu sahədə heç bir iş görməmişdir.Təqsirləndirilən şəxs verdiyi pulu qaytarmışdır. Ondan şikayət və tələbi yoxdur. Şahid26 məhkəmədə göstərdi ki, “şəkər” xəstəliyindən əziyyət çəkdiyindən 2020-ci ilin sentyabr ayında Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktoru Təqsirləndirilən şəxs müraciət edib əlillik dərəcəsi almaq istədiyini bildirmiş və bununla bağlı köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs onun tibbi sənədlərinin Həkim Məsləht Komissiyasından keçirlməklə Tibbi Sosial Ekspert Komissiyasına göndərişin verilməsi müqabilində ondan 1500 manat pul istəmişdir. O, da həmin məbləğlə razılaşıb bir neçə gündən sonra 1500 manat pulu düzəldib 2020-ci ilin sentyabr ayının sonunda Fovzi Tahirovun xidməti otağında sonuncuya vermişdir. Pulu alandan sonra Təqsirləndirilən şəxs bir neçə ay ərzində sənədlərin toplanmasını, sonra sistemə vuracağını bildirmişdir. Lakin 2020-ci ilin dekabr ayın əvvəlində vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün xəstəxanaya gedəndə Təqsirləndirilən şəxs işdən çıxarıldığını öyrənmiş, qəbul otağında, Şahid23 yanında olarkən Təqsirləndirilən şəxs ora gəlmiş, bir qədər söhbətdən sonra Təqsirləndirilən şəxs işi həll edə bilməyəcəyini bildirib aldığı 1500 manat pulu geri qaytarmışdır. Şahid27 məhkəmədə göstərdi ki, qızı Cəfərli Samirə nevroloji xəstəliyindən əziyyət çəkmişdir. Bununla əlaqədar qızına əlillik dərəcəsi təyin edilməsi üçün 2018-ci ilin sonlarında Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. X75 Həkim Məsləhət Komissiyasından keçirilmiş, lakin bir cavab verilməmişdir. Bir müddət sonra, yəni 2019-cu ilin fevral ayında xəstəxananın baş həkimi dəyişmiş, Təqsirləndirilən şəxs xəstəxanaya baş həkim təyin edilmişdir. Bununla əlaqədar onun işində gecikmələr olmuş, bir neçə dəfə xəstəxanaya gedib övladı Samirə Cəfərlinin sənədləri ilə maraqlanmışdır. Həmin ərəfələrdə bacısı X28 ona müraciət edib andangəlmə ürək çatışmamazlığından əziyyət çəkən övladı X1 də Həkim Məsləht Komissiyasından keçirilməsinə köməklik etməsini xahiş etmişdir. Buna görə o, bacısı qızı Ülviyyə Cəfərovanın sənədlərini də aparıb Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına təqdim etmiş, lakin bir neçə ay ona heç bir cavab verilməmişdir. Sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs Rəvan Əyyublu adında yeni kompyuter mütəxəssisi işə götürmüş, sonuncu da yalnız baş həkim Təqsirləndirilən şəxs dediyi adamların sənədlərini Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına işləmişdir. Bunula bağlı bir neçə dəfə Təqsirləndirilən şəxs müaciət etsə də, sonuncu hər dəfə müxtəlif sözlər deyib vaxtı uzatmışdır. Sonuncu dəfə o, Təqsirləndirilən şəxs qəbulunda olarkən X75 və qohumu Ülviyyə Mirzəyeva barəsində Tibbi Sosial Ekspert Komissiyasına göndərş verilməsi üçün Fövzi Tahirv hər birinə görə 2.000 manat olmaqla ümumilikdə 4.000 manat pul verməsini istəmiş, əks təqdirdə sənədlərini Həkim Məsləhət Komissiyasından keçirilməyəcəyini bildirmişdir. Bir müddətdən sonra o, təkrarən Təqsirləndirilən şəxs müraciət edib qiymətdə endirim etməsini xahiş edəndə sonuncu hər adama görə 1.500 manat olmaqla ümumilikdə 3.000 manat verməsini demiş, o, imkanı çatmadığını bildirib bu məbləği 2.800 manata razılaşmışdır. 2020-ci ilin yaz aylarında qızı Samirəyə görə 1.300 manat, qohumu Ülviyyəyə görə 1500 manat olmaqla Təqsirləndirilən şəxs cəmi 2.800 manat pul vermişdir. Təqsirləndirilən şəxs pulu alandan sonra tapşıracağını, onun sənədlərinin sistemə vurulacağını demişdir. Elə həmin ərəfələrdə xx.xx.2017-ci il təvəllüdlü nəvəsi Cəfərli Zəhra Röyal qızına da sağlamlıq imkanlarının məhdudluğunun alınması üçün müvafiq sənədləri toplayıb Təqsirləndirilən şəxs müraciət etmişdir. Sonuncu həmin sənədlərin Həkim Məsləhət Komissiyasından keçirilməklə Tibbi Sosial Ekspert Komissiyasına göndərişin verilməsi üçün ondan 2.000 manat pul tələb etmişdir. O, da məcbur qalıb həmin məbləğlə razılaşmış, elə həmin gün özü ilə gətirdiyi 2000 manat pulu Təqsirləndirilən şəxs xidməti otağında sonuncuya vermişdir. Fövzi yaxın müddətdə Zəhra Cəfərlinin də sənədlərini həll edəcəyini vəd etmiş, lakin bu belə olmamış, bir neçə ay ərzində dəfələrlə FövziTahirova müraciət etmiş, sonuncu hər dəfə müxtəlif sözlərlə vaxtı uzatmışdır. Buna görə o, Fövzinin hərəkətlərindən bezib pulunu geri tələb etmiş, lakin Təqsirləndirilən şəxs ona heç bir məbləğdə pul qaytarmamışdır. Şahid12 məhkəmədə göstərdi ki, övladı Namiq Mehdiyev yol-nəqliyyat hadisəsi nəticəsində başından zədə almışdır. Oğluna səhəti ilə bağlı əlillik təyin edilməsi üçün sənədləri toplayıb Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Xəstəxananın direktoru Təqsirləndirilən şəxs sənədləri qeydiyyatçı kimi işləyən Şahid23 təqdim etməsini demişdir. Bir müddət sonra oğlu X72 Məsləhət Komissiyasından keçirilmiş, sonuncuya əlillik dərəcəsi düşdüyü bildirilsə də, sənədlər sistemə işlənilməmişdir. O, xəstəxanaya gedib Fatmaya müraciət etmiş, Fatma bəhanə gətirərək vaxtı uzatmışdır. 2019-cu ilin dekabr ayında növbəti dəfə Fatmaya müraciət edəndə xəstəxananın baş həkimi Təqsirləndirilən şəxsla razılaşmasını demişdir. Vaxtın uzanmağı onu bezdirdiyi üçün özü ilə 1500 manat pul götürüb Təqsirləndirilən şəxs qəbuluna getmiş, özünü təqdim edib oğlu Namiq Mehdiyevin işinə görə gəldiyini, sənədlərinin “sistemə” işlənməsinin ləngidiyini bildirmişdir. Bir qədər söhbətdən sonra o, hazırlıqlı gəldiyini bildirib 1500 manat pulu Təqsirləndirilən şəxs masasının üstünə qoyub bu işi uzatmadan həll etməsini xahiş etmişdir. Fövzi ilk öncə pulu götürməyərək, iş düzələndən sonra verərməsini desə də, sonradan qeydiyyatçı Şahid23 otağa çağırıb Namiq Mehdiyevin sənədlərini gətirməsini tapırmışdır. Sənədlərlə tanış olduqdan sonra Fatmaya göstəriş vermişdir ki, masanın üstündəki 1500 manatı götürsün və sonuncunun sənədlərini “sistemə” işləsin. Fatma 1500 manat pulu götürüb otaqdan çıxmış, o, da işinin düzəlməsinə sevinib Təqsirləndirilən şəxs minnətdarlığını bildirdib getmişdir. Əlavə olaraq Şahid23 20 manat hörmət edib sənədlərini gecikdirmdən işlənməsini xahiş etmiş, Fatma da narahat olmamasını, qısa müddətdə sənədləri “sistemə” işləyəcəyini bildirmişdir. Bundan sonra ölkədə “koronavirus” pandemiyası ilə əlaqədar bir neçə ay Həkim Məsləhət Komissiyasının fəaliyyəti dayandırılaraq Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilməmişdir. Bir neçə aydan sonra o, direktor Təqsirləndirilən şəxs qəbuluna gedəndə sonuncu harasa tələsdiyini bildirib onu qəbul etmədən getmişdir. Həmin vaxt Fatma ona baş həkimə müraciət eləməməsini, onun Fövzinin yadında qalmadığını, işinin onluq olduğunu, nə lazımdırsa, ona deməsini bildirmişdir. Bundan sonra o, bir neçə dəfə Şahid23 müraciət etmiş, hər dəfə sonuncu “sistem”in açılmadığını bildirirək gözləməsini bildirmişdir. Daha sonra “Vətən müharibəsi”nin başlaması ilə əlaqədar Ağcabədi Rayon Mərkəzi Xəstəxanaıs hərbi hospital kimi istifadə olunmuş, bununla əlaqədar bütün işlər bir neçə ay təxirə salınmışdır. 2020-ci ilin noyabr ayının sonunda isə Təqsirləndirilən şəxs işdən çıxarıldığını öyrənib xəstəxanaya getmiş, Fatmaya Fövzinin işdən çıxdığını eşitdiyini və pulu geri almaq istədiyini demişdir. Fatma bu işin onluq olmadığını demişdir. 27 noyabr 2020-ci il tarixdə Fatmanın telefonuna sms yazaraq pulu istəmişdir. Sonra Fovzi onunla Fatmanın telefonu ilə danışaraq demişdir ki, sən məndən pul istəyə bilməzsən. Yenidən Şahid23 zəng edib belə olan halda bu işin necə olacağını soruşmuş, lakin Şahid23 ona heç bir cavab verməmişdir. Ona görə də Fatmanın qayınatası ilə danışmış, bununla bağlı dəfələrlə Şahid23 və Təqsirləndirilən şəxs zənglər etsə də, ona heç bir cavab verilməmişdir. Bundan sonra məcbur qalıb Təqsirləndirilən şəxs əməlləri barədə hüquqmühafizə orqanlarına şikayət etmişdir. Şahid13 məhkəmədə göstərdi ki, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında kadrlar üzrə mütəxəssis, xx.xx.2021-ci il tarixdən hazıradək isə İnsan resursları şöbəsinin müdiri vəzifələrində işləmişdir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilmiş əməliyyat tədbiri zamanı əldə edilən video görüntülərdə onunla Təqsirləndirilən şəxs arasındakı danışıqla xidmət fəliyyəti ilə bağlı olmuşdur. Həmin vaxt xadimə işləyən Şahid14 direktora müraciət edib növbəti bir il müddətinə onunla əmək müqaviləsi bağlanmasını xahiş etmişdir. Belə ki, xəstəxanada xadimə işləyən Şahid14 65 yaşı tamam olması ilə əlaqədar təqaüdə göndərilməli olmuşdur. xx.xx.2020-ci il tarixdə o, direktor Təqsirləndirilən şəxs otağında olduğu vaxt Şahid14 sonuncuya müraciət edərək əmək müqaviləsinin müddətininin daha 1 il müddətinə uzadılmasını xahiş etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs müqavilə müddətinin uzadılması üçün Şahid14 700 manat pul istəmişdir. Şahid14 bu işin 500 manata həll edilməsinin mümkün olub-olmadığını soruşanda Təqsirləndirilən şəxs razılaşmayıb 700 manat gətirməsini demişdir. Bundan sonra Şahid14 həmin məbləğlə razılaşmış, Təqsirləndirilən şəxs pulu nə vaxt gətirəcəyini soruşanda Leyla hazırda maddi imkanım çatmadığını, ayın sonunda əmək haqqı alanda gətirib verərəcəyini bildirmişdir. Fövzi bununla razılaşmış, lakin bir gündən sonra Təqsirləndirilən şəxs tutduğu vəzifədən azad edilmiş, buna görə Şahid14 əmək müqaviləsinin müddətinin uzadılması baş tutmamışdır. Şahid15 məhkəmədə göstərdi ki, xx.xx.2020-ci il tarixdə xəstəxananın direktoru Təqsirləndirilən şəxs qəbulunda olub işə qəbul olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs yaxın gələcəgdə xəstəxanada İnsan Resursları şöbəsi yaradılacağını və həmin vaxt onu kadrlar üzrə mütəxəssis kimi işə götürə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs kadrlar üzrə mütəxəssis kimi işə qəbul olunması üçün ondan 2.500 manat pul tələb etmiş, o, maddi cəhətdən imkanı çatmadığını bildirib bu rəqəmi 2.300 manata razılaşdırmışdır. 2020-ci ilin yanvar ayının sonunda 2300 manat pulu düzəldib xəstəxananın 3-cü mərtəbəsində, dəhlizdə Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, qeyd edilən ştat açılana qədər rəsmiyətdən kənar, yəni könüllü olaraq gəlib xəstəxanada müəyyən işlərə köməklik etsin. O, da etiraz etməyərək bir neçə ay könüllü olaraq xəstəxanaya gəlib Təqsirləndirilən şəxs yanında müəyyən işlərə köməklik etmişdir. Daha sonra yəni, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs onu fəhlə ştatında işə qəbul etmiş, hələlik həmin ştat üzrə işləməsini, yaxın gələcəkdə digər işə keçirəcəyini bildirmişdir. O, fəhlə kimi işə qəbul etdilsə də, faktiki direktor köməkçisi kimi işləyib müxtəlif sənədlərin tərtib edilməsi ilə məşğul olmuşdur. 2020-ci ilin dekabr ayın əvvəlində Təqsirləndirilən şəxs işdən azad edilmiş, bununla da onun kadrlar üzrə mütəxəssis təyin edilməsi baş tutmamışdır. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilmiş əməliyyat tədbiri zamanı əldə edilən video görüntülərdəki danışıqlar bununla bağlı olmuşdur. Şahid22 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstəmişdir ki, “revmatoid-artrit” xəstəliyindən əziyyət çəkdiyinə görə 2011-ci ildə İİ qrup əlillik dərəcəsi verilməklə ona 230 manat məbləğində pensiya təyin edilmişdir. 2020-ci ilin yay aylarında o növbəti dəfə Həkim Məsləhət Komissiyasından keçməli olmuş, Bununla bağlı tibbi sənədlərini Həkim Məsləhət Komissiyasına təqdim etmiş, lakin xəstəxananın direktoru Təqsirləndirilən şəxs onun sənədlərini komissiyadan keçirilməklə Tibbi Sosial Ekspert Komissiyasına göndərişin verilməsini qəsdən gecikdirmiş, ondan pul ummuşdur. Lakin o, pul vermək istəməmiş, buna görə məsələnin həll olunacağına ümuid edib bir müddət gözləmiş, bu məsələ bir neçə ay uzandığından o, hər ay 230 manat pensiyadan məhrum olmuşdur. Buna görə o, Təqsirləndirilən şəxs hörmət etməyə məcbur qalmışdır ki, sənədlərin “sistemə” işlənməsini gecikdirməsin. 2020-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs müraciət edib sənədlərinin “sistemə” vurulmasını xahiş edəndə sonuncu bunun üçün 2000 manat pul tələb etmişdir. O, həmin məbləğə imkanı çatmadığını, bir qədər aşağı qiymətə həll etməsini xahiş etsə də, Təqsirləndirilən şəxs razılaşmamışdır. Bir neçə gündən sonra, yəni 2020-ci ilin noyabr ayının sonunda Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında həkim işləyən, tanışı Şahid20 müraciət edib bununla bağlı ona köməklik etməsini xahiş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs bu iş üçün daha öncə ondan 2000 manat tələb etdiyini, həmin məbləğə imkanı çatmadığını, yalnız 1500 manat verə biləcəyini demişdir. Şahid20 onu Təqsirləndirilən şəxs qəbuluna aparıb yaxın tanışı olduğunu bildirərək ona köməklik etməsini xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs təkrarən bu işi 2000 manatdan aşağı həll etməyin mümkün olmadığını demişdir. O, 2000 manata maddi cəhətdən imkanı çatmadığına görə Təqsirləndirilən şəxsla razılığa gəlməmiş, bu səbəbdən onun sənədləri Tibbi Sosial Ekspert Komissiyasının “göndərişlərin reyestri” proqramına işlənməmişdir. Bundan başqa ilkin araşdırma zamanı Binəqədi Rayon Məhkəməsinin əməliyyataxtarış tədbirinin həyata keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarı əsasında gizli video çəkiliş aparma əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı aşkar olunmuş faktlar 4 ədəd “DVD” diskə köçürülərək istintaqa təqdim edilmişdir. Həmin “DVD” diskə baxış keçirilməsinə dair xx.xx.2020-ci il tarixli protokola əsasən aşağıdakılar müəyyən edilmişdir: “Bədəl xadimə” adlı video fayllardakı danışıqların mətnindən məlum olur ki, xx.xx.2020ci il tarixdə, saat 09:32-də Şahid13 və Şahid14 adlı yaşlı qadın Təqsirləndirilən şəxs xidməti otağında söhbət etmişlər. Təqsirləndirilən şəxs həmin qadının xadimə kimi işə götürülməsini Bədələ tapşırmış və “nə vaxt görüşəcəksən” deyə qadından soruşmuşdur. Şahid14 “nə bilim” deyəndə, Fövzi “indi görüş” deyə bildirmiş, lakin Leyla “indi yox, maaşda görüşərəm, maaş köçsün verərəm” deyə cavab vermişdir. Daha sonra məbləğ barədə dəqiqləşdirmə aparılmış, Təqsirləndirilən şəxs bu işin qiymətinin “07”, yəni 700 manat olduğunu bildirmiş, Şahid14 isə “bəlkə 05 olsun” deyə xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs razılaşmayıb “07” verməsini tələb etmiş, Şahid14 da məcbur qalıb həmin məbləğlə razılaşmışdır. Əhmədzadə Tural adlı video fayllarda danışıqların mətni aşağıdakı kimidir: xx.xx.2020ci il tarixdə saat 11:44-də Şahid27 adlı şəxs Təqsirləndirilən şəxs xidməti otağına gəlib hal əhval tutmuş, daha sonra isə həmin şəxs nəvəsinin işinin alınmamasına öz narazılığını bildirmişdir. Təqsirləndirilən şəxs “niyə” deyə soruşanda Şahid27 “özün üstünü yazdın, dediyin rəqəmi də verdim, 3 dəfə də Rəvana dedin, nə anket tapılır, nə də ki ... qalmışam elə” deyə bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qeydiyyatçı Fatmanı otağa çağırıb sonuncudan maraqlananda Fatma “Əhmədzadə Tural bizdə yoxdu” deyə cavab vermişdir. xx.xx.2020-ci il tarixdə, saat 12:00-da Şahid27 və qeydiyyatçı Şahid23 Təqsirləndirilən şəxs otağında olarkən sonuncu telefonla hansısa qadın həkimə zəng edib Tural Əhmədzadənin sənədlərinin harada olması və sənədlərin sistemə vurulması barədə maraqlanmışdır. xx.xx.2020-ci il tarixdə, saat 10:29-da Şahid27 təkrarən Təqsirləndirilən şəxs otağında gəlib işinin düzəlməməsinə öz narazılığını bildirərək “dediyin rəqəmi də verdim amma işim düzəlmir” deyə bildirmişdir. Təqsirləndirilən şəxs “nə qədər vermisən” deyə soruşanda Şahid27 “2 min” deyə cavab vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs “kimə vermisən” deyə soruşanda, Şahid27 “sizə” deyə cavab vermiş, habelə “mən makler deyiləm ha, öz işimin dalınca gəlmişəm, qızımın işi alınmadı, indi də nəvəmin işi alınmır, hamının işi alınır, mənim işim alınmır” deyə əlavə edəndə Fövzi “qıza deyərəm həll edər” deyə cavab vermişdir. Fatma adlı video faylda danışıqların mətni aşağıdakı kimidir:xx.xx.2020-ci il tarixdə saat 13:41-də qeydiyyatçı Şahid23 direktor Təqsirləndirilən şəxs xidməti otağına gəlib sonuncunun yanına gələn hansısa şəxsə nə qədər pul dediyini soruşanda Təqsirləndirilən şəxs həmin şəxsin nə qədər pul verdiyini soruşmuşdur. Bundan sonra Şahid23 “üç dənə” deyə cavab vermişdir. Məhbubə adlı video fayllardakı danışıqların mətni aşağıdakı kimidir: xx.xx.2020-ci il tarixdə saat 12:24-də Şahid1 direktor Təqsirləndirilən şəxs xidməti otağına gəlib “doktr bu qaçqınların götürdüyü dərmanlara qol çəkin, hesabat verəcəm” deyə bildirmiş və sənədləri təqdim etmişdir. Təqsirləndirilən şəxs da həmin sənədləri imzalayıb möhürlə təsdiq etmişdir. Daha sonra Məhbubə “komissiya barədə nə deyək” deyə soruşanda Fövzi “Yaşasın doktor bu həftə Bakıya gedir, gələn həftə” deyə cavab vermişdir. Bundan sonra Məhbubə “doktor əlimdə sənədlər var onları gətirim?” deyə soruşanda “Fövzi “ilkin komissiya?” deyə soruşmuşdur. Məhbubə “yox yox təkrardı, bir də yazdım onları” deyə cavab vermiş, Fövzi “keçəcək? Sənədləri var?” deyə soruşanda Məhbubə “bir də yazdım onları, belə də, həmişəki qaydada” deyə bildirmişdir. Fövzi “mən bir söz demirəm” deyəndə Məhbubə “Behbudova Sevgini hələ korona başlamamışdan yazırdım, Rəvan da yazdı, o, yaxşı yazır, yazdı natamam gəldi” deyəndə Fövzi “siz özünüz yazında” deyə cavab vermişdir. Daha sonra Fövzi “onsuz da çıxıb gedəcəm” deyəndə Məhbubə “hara gedirsiz bu cür iş qurmuşuq” deyə bildirir. Bundan sonra Fövzi işi ilə bağlı bir qədər narazılıq etmiş, bir qədər söhbətdən sonra Fövzi qeydiyyatçı Fatmaya zəng edib Rövşən Natiq oğlunun sənədlərini tapa bilib-bilməməsini soruşmuş, Fatma həmin işlə Rəvanın məşğul olduğunu deyəndə Fövzi “avqust ayında Rəvan olmayıb” deyə bildirmişdir. Bundan sonra Məhbubə söhbətə davam edərək “əşşi o anket tapılacaqe, ondan işin yoxdu. Sizin əlaqələriniz çoxdu, doktor baş həkim dəyişməkdən mən həqiqətən də bezmişəm. Bir iş qurmuşuq, bir düzən qurmuşuq, sizin bir qaydanız var, ona ancaq öyrəşmişəm. Durub getmək nədi, gedəndə də Avşarlılar deyəcək biz çıxartdıq, Avşarlılar mənim buramdadı” deyib əli ilə boğaz nahiyyəsini göstərmişdir. Fövzi “niyə” deyə soruşanda, Məhbubə “ümumiyyətlə onlar hamını incidirlər, doktor çalışın qalın” deyə cavab vermişdir. Fövzi “yoxe hələ hara gedirəm, indi yoxe” deyəndə Məhbubə getməməsini, qalmasını demişdir. Bir qədər söhbətdən sonra Fövzi “yaman çox şeyim çıxır, xərcim çıxır inanırsız, yaman çox qaytarıb vermişəme” demişdir. xx.xx.2020-ci il tarixdə saat 11:13-də Şahid1 direktorun xidməti otağına gəlmiş, Təqsirləndirilən şəxs hansısa 4 işlə bağlı ona məlumat vermədiyinə görə Şahid1 irad bildirmişdir. Bundan sonra Məhbubə “qoy doktor deyim, jurnalınız özünüzdə?” deyə soruşanda Fövzi “yo yoxdur” deyə cavab verir. Bundan sonra Məhbubə “yazmışdız axı özünüz” deyəndə Fövzi “siz deyin mən biləcəm, narahat olma” deyə cavab vermişdir. Bundan sonra Məhbubə əlindəki selofandan bir neçə sənəd çıxardıb masanın üzərinə qoyanda Fövzi “yazmısan onları?” deyə soruşmuş, Məhbubə “yazdığım da var, yazmadığım da” deyə cavab vermişdir. Fövzi “yazdığın hansıdırsa gətir ona baxaq” deyəndə Məhbubə bir neçə sənədi direktora tərəf uzadıb “bunları təkrar bir də yazdım, bunlar keçməyənlərdi deyib daha sonra sətraltı danışmış, Təqsirləndirilən şəxs “kimə” deyə soruşanda Məhbubə “sizə, tarixlərinə baxın tarixləri köhnədi, amma keçməyiblər, bir də yazmışam” deyə cavab vermişdir. Söhbət zamanı Məhbubə həmin 5 sənədi təkrar-təkrar yazdığını, sənədlərin imzalandığını bildirmişdir. Məhbubə həmin sənədlərin şəklini çəkməsini məsləhət biləndə Fövzi “ehtiyac yoxdu 5 dənədidə bildim” deyə cavab vermiş, bundan sonra Məhbubə daha 2 sənəd verib onların da keçmədiyini bildirmişdir. Fövzi onların kim olduğunu soruşanda Məhbubə “təkrar deyil, internet varsa komputerdə açın baxın, tarix var arxasında” deyə cavab vermişdir. Bundan sonra Fövzi “nə vermişdi bunlar” deyə soruşanda Məhbubə “hamsı eyni qaydada 1000 vermişlər” deyə cavab vermişdir. Fövzi bu sənədlərin nəyə görə keçmədiyini soruşanda Məhbubə “bilmirəm” deyə cavab vermişdir. Daha sonra Məhbubə başqa sənədləri göstərib “deyirəm doktor onları bunların biri ilə əvəzləşdirək” deyəndə Fövzi “yazmısan onları” deyə soruşmuş, Məhbubə isə yazmadığını bildirir, bunadan sonra Fövzi “yazmamış onları mənə nəyə verirsən, yaz verdə” deyə cavab vermişdir. Daha sonra Fövzi “kimdi o, hansıdı, ver görüm”, deyə maraqlananda Məhbubə bir şəxsin sənədlərini ona uzadıb həmin sənədin könədən qaldığını, 1000 manat pul verdiyini, komputerdə baxa biləcəyini bildirmişdir. Fövzi “yazmısan?” deyə soruşanda Məhbubə yox yazmamışam deyə cavab vermiş, bundan sonra Fövzi əsəbləşib “mən kompyuterə baxmıram, uşaq deyiləm, komputerdə də hamsını siləcəm, hamsını x-diyib siləcəm, biləsiz” deyib ona iradlar bildirmişdir. Məhbubə isə özünə haqq qazandırmağa çalışmışdır. Məhbubə “bircə dəqiqə səbirli olun izah edim, mən bunu yazdım, buna cavab gələnə qədər koronaya görə bağlandı, anket məndədi, karona açılanda sizə dedim, siz də dediz ki, deyərəm Rəvan yazar” deyəndə Fövzi əsəbləşib Rəvan var? deyə bildirmişdir. Daha sonra Məhbubə “mən pul qaytarmağınızı istəmirəme” deyəndə, Fövzi “mən qaytara bilməyəcəm onsuzda” demişdir. Fövzi işdən çıxmaq üzrə olduğunu bildirib bu gün axşama qədər sənədləri işləyib qurtarmasını tapşırmışdır. Nizami adlı video fayllardakı danışıqların mətni aşağıdakı kimidir: xx.xx.2020-ci il tarixdə saat 12:54-də direktorun xidməti otağnda yaşlı kişi ilə Təqsirləndirilən şəxs söhbətləşmiş, həmin şəxs “İsmayıl müəllim də yəqin çatdırıb” deyəndə Təqsirləndirilən şəxs “kimə çatdırıb” deyə soruşmuş. həmi şəxs “sizə” deyə cavab vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs qarşısındakı qeydiyyat kitabına baxmış, həmin vaxt otaqda olan şəxs “5 dənə çatmalı idi” deyə əlavə etmişdir. Təqsirləndirilən şəxs aydınlaşdıracağını demiş, həmin şəxs otağı tərk etdikdən sonra Təqsirləndirilən şəxs mobil telefonu ilə xəstəxananın mühasibi Şahid11 zəng edib İsmayılın nəsə verib-vermədiyini soruşmuş və bu barədə bir qədər dəqiqləşmə aparmışdır. Şahid11 isə cavabında həmin şəxsin 500 manat Təqsirləndirilən şəxs verildiyini bildirmişdir. “Sabir” adlı video fayllarda danışıqların mətni aşağıdakı kimi olmuşdur: xx.xx.2020-ci il tarixdə saat 15:06-də Təqsirləndirilən şəxs otaqda olmadığı vaxt Şahid15 və xəstəxananın digər kişi əməkdaşı Təqsirləndirilən şəxs işdən azad edilməsi, vəzifənin kimə ötürüləcəyi barədə danışmışlar. Daha sonra həmin əməkdaş pul alınan şəxslərlə bağlı vəziyyətin necə olacağını soruşanda Şahid15 “3 dənə” onunla bağlı olduğunu demişdir. “Yaşasın” adlı video fayllardakı danışıqların mətni aşağıdakı kimidir: xx.xx.2020-ci il tarixdə saat 11:04-də Şahid20 Təqsirləndirilən şəxs otağına gəlib kiminsə sənədini verib komissiyadan keçirilməsini xahiş etmiş, Təqsirləndirilən şəxs da sənədlərə baxıb “eliyək də problem yoxdu” deyə cavab vermişdir. xx.xx.2020-ci il tarixdə, saat 10:49-da Şahid20 Təqsirləndirilən şəxsla söhbətləşərkən pul alınan Qasımov soyadlı şəxin sənədlərinin geri qayıtdığını demiş, Fövzi “kimin” deyə soruşanda Yaşasın “topa pul sənə vermişdiye Qasımov, onun, indi gərək pulu geri qaytarılsın” deyə bildirmişdir. Bundan sonra Fövzi həmin şəxsin sənədinin bir daha sistemə vurulmasını demişdir. xx.xx.2020-ci il tarixdə saat 10:42-də Şahid20 bir neçə sənədi Təqsirləndirilən şəxs verib “təkrar işdi” deyə bildirmiş, daha sonra Yaşasın kiminləsə bağlı müraciət edib “onu sənə də deyiblər” deyəndə Fövzi həmin şəxsə 2000 manat dediyini bildirmişdir. Lakin Yaşasın “yox 1500 manatdır” deyəndə Fövzi razılaşmayıb “mən 2000 manat demişəm, 2000 manat versin bu dəqiqə vururam onu” deyə bildirmişdir. Bundan sonra Yaşasın zəng etmək üçün otaqdan çıxmışdır. İş üzrə təyin edilmiş məhkəmə-fonoskopik ekspertizasının 20 avqust 2021-ci il tarixli, 4/996 saylı rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: - Ekspertizaya təqdim olunmuş 4 ədəd DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu aşağıda verilmiş yazılı mətnlərdən ibarətdir. “2020_11_23__11_10” (Diktorlar işə düzəlmə ilə bağlı sühbət edirlər, sonra isə aralarında mübahisə yaranır və bir diktor otağı tərk edir) “2020_11_30__09_32” (00:50-00:59) K1 – Keçən dəfə nə vermişdin? Q – Keçən dəfə demişdim gəlinimin ... adına ... K – Yox e, o heç. Deyir nə vermişdin keçən dəfə? ... Q – Yox, heş nə verməmişəm,heş nə, heş nə, heş nə verməmişəm Q – ... yo, heş nə verməmişəm, yo, yo, heş nə verməmişəm ... yalannan deyə bilmərəm K – ... imannı danışır K1 – ... 07 verirsən. Yaxşı? Q – ...07 ... bəlkə 05 olsun? K1 – Yo, 07 Q – Sənə qurban olum Q – Hə, oldu, maaş köçsün gələrəm. Allah köməyinizdə dursun “2020_11_24__11_44” (00:16-00:31) K – Doktor, mənim bu işim də düzəlmədi e, nəvəmin işi düzəlmədi K1 – Niyə? K – Vallah nə bilim, ... özün üstünü yazdın, dəqiq dediyin rəqəmi də verdim, sonra 3 dəfə ... Rəvana dedim, yəni indi nə anket tapılır, nə ... nə də anket tapılır, qalıb elə helə “2020_11_30__10_29” (00:31-00:48) K – Pulunu da verdim, üstünü də yazdım K1 – Kimə verdin? K – 10 aydı K1 – Ha? Kimə verdin pul? K – Sizə K1 – Ha? K – Sizə ... K1 – ... . Nə qədər vermisən? K – 2 min K1 – Kimə vermisən? K – Sizə. Allaha and olsun, dediyin rəqəmi də verdim, üsdünü də yazdım. 3 dəfə də çağırdı/// “2020_11_23__13_41” (00:07-00:11) Q – Nə qədər demişdiz ona? K1 – ... Q – 3 dənə “2020_09_23__12_08_” (00:09-00:20 ) K – Mən o, demişdim e o, gəlirəm, gedirəm ... verim də mən onların hamısını, bunları qoy bir yerə, ... K1 – ... K1 – Hə K – Hə, deyirəm bu peçat məsələsi nə cür olacağ? K1 – ... K – Yox e, ümmiyətcən deyirəm K1 – Kim vurdu ki? K – Yox, onda da əlavə nəsə eləmək lazımdı? K1 – Nəyə? K – ... K1 – Yoo “2020_11_23__12_24_tam”(00:05-00:10) Q – Doktor, bu dərmannardı, qaçqınnar üçün götürdüylərim, onlara qol çəkin, hesabat verir uşaxlar Q – Camahat kamissiya soruşurdu, nə diyim onlara? K1 – Hə, ... Azada qol çək/// Q – Azad həkimə? Mən Azad həkimi hardan alım? ... K1 – ... Q – İndi hazırlanıb summa. Hesabatın ... . Doktor kamissiya barədə nə diyək? K1 – Hə, Yaşasın dedi Bakı, Bakıya gedirəm Q – Hə, doktor, tutaq ki, gəl belə ... doktor, mənə mütləq ... aperatr belə sizin də narazılığınız ... doktor, ıı ... əlimdə sənədim var K1 – İlkin? Q – Yo, yo, yo K1 – Təkrar? Q – Təkrar ... K1 – Kecəcəy, ... sənəddəri var? Q – ... keçən dəfə təkrar bir də, bir də yazdım onları. Belə də, həmişəki kimi də K1 – ... Q – Orda narahatam K1 – Ha? Q – Orda narahatam Q – Doktor, Behbudova Sevginin karona hələ başlamamışdı, onun vaxtının ... mən orda var yazdırdım sizə, onu ... Rəvan yazsın, ... Rəvan yaxşı yazır. O yazdı natamam gəldi K1 – Siz özünüz yazın da ... Q1 – Yazdım e, ... verin mənə yazım ... K1 – ... başıma min cür oyun gəlir, mən isdəmirəm e qalam K1 – Onsuz da özüm çıxıb gedəcəm, gedəcəm onsuz da özüm Q – Hara gedirsiz? K1 – 30 nəfərə ..., 30 elə adam var, götürüb oktyabr ayında hamı şeyə gedibdi, müharibəyə, götürüb hamısına ... yazıb şeyə ki Q – Karonaya? K1 – Karona/// deyir ki, gördüm o birisi kimidi, ... orda əziyyət, orda əziyyət çəkmişdilər e, deyir ona Q – ... noyabrda olub/// K1 – Onun ona nə aidiyəti var ... (10:53-11:10) Q – Doktor, sizin əlaqələriniz çoxdur K1 – Hə? Q – Əlaqələriniz çoxdur. Doktor, baş həkim dəyişməkdən mən həqiqətən yorulmuşam e. Bir iş qurmuşuğ, bir düzən qurmuşuğ, sizin bir qaydanız var, uje ona ancaq öyrəşmişəm, ... durub getməy nədi? K1 – ... Q – Gedəndə də avşarlar deyəcək biz çıxartdıq, dalınızca danışacaqlar Q – Doktor, deyirəm bəlkə o, indi bu diyirsiz e, birdən keçməz ləngiyər, siz də yerinizi bərk tutmursuz e, yorulmusuz K1 – Ne yeri? Yox e yox, mən gələcək üçün deyirəm e Q – Gələcək üçün ... kim əbədidi e, Allah ömür versin K1 – Hə, hə, 3 aya,5 aya “2020_12_01__11_13” (00:10-01:07) K1 – Bu nə işdi mən bilmirəm ... Q – Qoy doktor deyim, doktor, jurnalınız özünüzdə? K1 – Yo, məndə deyil jurnal Q – Siz ... yazmışdız axı K1 – Siz deyin, mən bilirəm, narahat olma Q – Qoy bunu söndürüm, bircə dəyqə K1 – Mən gedirəm ... indi nə çıxıram ki? Q – Bu ... bir şey istiyir, ... K1 – Yazmısan onları? Q – Qoy bircə dəyqə, yazdığım da var K1 – Yazdığın hansıdırsa,yazdığına baxaq, ... Q – Doktor, bax birinci bax bunları təkrar bir də yazdım, bunlar keçməyənlərdi, ya indi siyahı eliyin götürün, ya şəklini çəkin K1 – Nəyə götürüm ki, ... Q –... K1 – Kimə Q – Sizə. Bu tarixlərinə baxın köhnə ..., amma keçmiyiblər, bir də yazmışam Q – Doktor, bu ikisi kankret ... bunlar keçmədilər K1 – Kimdi bunlar? Q – Təkrar deyil, ... bunlar keçmədilər K1 – Bu keçmədi? Q – Yox, doktor. İndi bax komputerdə var internet burda, açın baxın, axırıncı dəfə yazılı tarixdi, arxasına yazmışam, lap arxanı açın var K1 – Nə vermişdi bunlar? Q – Hamsı həmin qaydada doktor .... Axırıncı elektron forma nömrəynən yazmışam. Bunlar kankret keçmədi ... K1 – Niyə keçmədi? Q – Bilmirəm doktor, bax getdilər arayış da aldılar gətirdilər Q – Dedim onları bunların biri ilə əvəzləşdirək K1 – Yazmısan onları? Q – Yazmamışam, yox K1 – ... yazmamış ma niyə verirsən, mən də imzalıyıb çıxıb gedəcəm. Kimdi o, hansıdı? Ver görüm Q – Bunlardan birini, ikisini şey eləsəydim, hə doktor ... bu köhnə sənəddi, özdə bu min manat bütöv vermişdi, komputerdə baxın, axırıncı dəfə ... K1 – ... yazmısan? Q – Yazmamışam e, doktur K1 – ... mən kompyuterə baxmıram, uşaq deyiləm, ... komputerdə də hamsını pozacam onun, hamsını pozacam ordakıları, bax diyirəm biləsiz, hamısını x-diyib pozacam hamısını, bax diyirəm biləsiz Q – Doktur, keçmiyəcəy e, ... keçmiyəcəy K1 – ... niyə gətirirdin onda mənə, niyə gətirirdin mənə? Q – Doktor, martda elə bu vaxt keçirdi də K1 – Ay doktur, yaxşı e, bəs marta qədər niyə eləməmisən onu? Q – Martda yazdıx bunu K1 – Ay doktur, başıva dönüm sənin, ... niyə deməmisən indiyə kimi onu, niyə deməmisən ...? Deyim biləsən, ... məni maraxlandırmır, Q – Yox e, bircə dəyqə, bir səbirli olun, mən ..., bax ... bunu gətirdim, yazdı, buna cavab gələnə qədər şey oldu da, koronaya bağlandı, anket burdadı, ... karonadan sonra açılanda dedim, dediz deyəcəm Rəvan yazar K1 – Ay qız niyə özün yazmırdın, Rəvan niyə yazır e, Rəvan var? Q – Bu ... K1 – ... ay başına dönüm, ... mənçün maraxlı döyül, mənçün maraxlı döyül ... Q – Bircə dəyqə doktor, ... bunu bu gün yazaca/// ..., neçə dəfə sizə dedim ki ... K1 – ... yaz da, yaz onu, yaz Q – Yazdıracam, yazdıracam, qaldı K1 – Yazaydın da, yaz da, niyə yazmırsan, yazaydın da, yazaydın da doktor ... Q – ... keçmiyəciydi ... K1 – ... Q – Mən pul qaytarılmasını istəmirəm e K1 – Mən qaytarmıyajam onsuz da, nə sa, nə ..., heş kimi tanımıram K1 – Bu gün axşama qədər qurtarassan? K1 – Saat 2-yə, 2-yə qədər qutar Q – Yaxşı K1 – 2-yə qədər qutar “2020_12_01__10_38___10_42” K – Dünən zəng eliyif ki, mənim pulumu qaytar K1 – Hə nə qədər pulunuz var K – Olsa deyifsən K1 – 2000 manat demişəm K – Yox, 1500 manat K1 – Mən 2000 manat demişəm. K – 1500 manat K1 – Sən 2000 manat denən bu dəyqə vururam, bu dəyqə vururam onu, özü də bəyax diaqnozuna baxmışam onun, revmatizmdi, kağız alıfdı burdan amma revmatizmdi. Mən dediyimi demişəm də. - Ekspertizaya təqdim olunmuş 4 ədəd diskdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarına əlavə edilmiş Ağcabədi Rayon Mərkəzi X41 şəxsdən daxil olan xx.xx.2021-ci il tarixli məktub və tibbi sənədlərdən aşağıdakılar müəyyən edilmişdir: Şahid24 diaqnozu qeyri-stabil stenokardiya, şiddətlənən stenokardiya olmuşdur. xx.xx.2017 - xx.xx.2017-ci il, xx.xx.2018 - xx.xx.2018-ci il, xx.xx.2019 - xx.xx.2019-cu il, xx.xx.2021 -xx.xx.2021-ci il tarixlərdə stasionar müalicədə olmuşdur. Təqsirləndirilən şəxs Ağcabədi RMX-nın baş həkimi və direktoru vəzifələrində işlədiyi müddətdə TSEK-nin göndərişlərin reyestri proqramına sonuncu ilə bağlı məlumat daxil edilməmişdir. Şükürzadə Hafiz Elgün oğlunun diaqnozu bilək əlin üçüncü dərəcəli termiki yanğını, sağ yuxarı ətrafın, gövdənin ön səthinin, hər iki aşağı ətrafın 38-40 % İlla-İllb dərəcəli yanığı və autodermoplaslikadan sonrakı çoxsaylı kolloid hipertrofık çapıqları, qanayan, xoralaşan çapıqlar, sağ aşağı ətrafda hərəkət məhdudluğu, yeriş pozğunluğu olmuşdur. Təqsirləndirilən şəxs Ağcabədi RMX-nın baş həkimi və direktoru vəzifələrində işlədiyi müddətdə sonuncu ilə bağlı TSEK-nin göndərişlərin reyestri proqramına məlumat daxil edilməmişdir. Şahid26 diaqnozu insulindən asılı şəkərli diabet olmuşdur. xx.xx.2018 - xx.xx.2018ci il, xx.xx.2018 - xx.xx.2018-ci il tarixlərdə stasionar müalicədə olmuşdur. Qeyd olunan dövrdə TSEK-nin göndərişlərin reyestri proqramına sonuncu ilə bağlı məlumat daxil edilməmişdir. X21 diaqnozu generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, generalizə olunmuş epilepsiya olmuşdur. Qeyd olunan dövrdə TSEK-nin göndərişlərin reyestri proqramına sonuncu ilə bağlı məlumat daxil edilməmişdir. X35nın diaqnozu qeyri-allergik astma olmuşdur. xx.xx.2019 - xx.xx.2019-cu il tarixlərdə stasionar müalicədə olmuşdur. xx.xx.2020-ci il tarixdə TSEK-nin göndərişlərin reyestri proqramına məlumat daxil edilmiş, sağlamlıq imkanları məhdudluğun təyin edilməsinə imtina cavabı verilmişdir. X5 diaqnozu generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, generalizə olunmuş epilepsiya, tez- tez təkrarlanan qıcolma tutmaları ilə, yanaşı xəstəliklər qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, dərk etmə və qavrama qabiliyyətinə aid olan digər simptomlar olmuşdur. Qeyd olunan dövrdə TSEK-nin göndərişlərin reyestri proqramına sonuncu ilə bağlı məlumat daxil edilməmişdir. X27 diaqnozu generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, generalizə olunmuş epilepsiya, tez-tez təkrarlanan epileptik tutmaları, yanaşı xəstəliklər kimi qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu,başqa rubrikalarda təsnif olunmayan nitq pozğunluqları, nitq inkişafının geriliyi olmuşdur. Qeyd olunan dövrdə TSEK-nin göndərişlərin reyestri proqramına sonuncu ilə bağlı məlumat daxil edilməmişdir. X14 diaqnozu allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, bronxial astma tez-tez residiv verən atopik forma, hormondanasılı gedişli ağırlaşma, xroniki respirator çatmamazlıq, xroniki tənəffüs çatmamazlıq, döş qəfəsin anadangəlmə deformasiyası olmuşdur. xx.xx.2020 - xx.xx.2020-ci il tarixlərində stasionar müalicədə olmuşdur. Qeyd olunan dövrdə TSEK-nin göndərişlərin reyestri proqramına sonuncu ilə bağlı məlumat daxil edilməmişdir. X19 diaqnozu ürəyin dəqiqləşdirilmiş anadangəlmə anomaliyaları olmuşdur. xx.xx.2019 - xx.xx.2019-cu il, xx.xx.2020 - xx.xx.2020-ci il tarixlərində stasionar müalicədə olmuşdur. Qeyd olunan dövrdə TSEK-nin göndərişlərin reyestri proqramına sonuncu ilə bağlı məlumat daxil edilməmişdir. X3 diaqnozu kvadroplegik spastik serebral iflic olmuşdur. xx.xx.2020 - xx.xx.2020ci il tarixlərində stasionar müalicədə olmuşdur. xx.xx.2020-ci il tarixdə TSEK-nin göndərişlərin reyestri proqramına məlumat daxil edilmiş, sağlamlıq imkanları məhdudluğun təyin edilməsinə imtina cavabı verilmişdir. Şahid17 diaqnozu oynaqların kontrakturası olmuşdur. xx.xx.2020 - xx.xx.2020-ci il tarixlərində stasionar müalicədə olmuşdur. xx.xx.2020-ci il tarixdə TSEK-nin göndərişlərin reyestri proqramına məlumat daxil edilmiş, əlillik dərəcəsinin təyin edilməsinə imtina cavabı verilmişdir. X38 diaqnozu stenokardiyanın digər formaları olmuşdur. xx.xx.2019 - xx.xx.2019-cu il tarixlərində stasionar müalicədə olmuşdur. Qeyd olunan dövrdə TSEK-nin göndərişlərin reyestri proqramına sonuncu ilə bağlı məlumat daxil edilməmişdir. Şahid22 diaqnozu mitral stenoz olmuşdur. xx.xx.2018 - xx.xx.2018-cu il, xx.xx.2020 - xx.xx.2020-ci il tarixlərində stasionar müalicədə olmuşdur. Qeyd olunan dövrdə TSEK-nin göndərişlərin reyestri proqramına sonuncu ilə bağlı məlumat daxil edilməmişdir. X22 diaqnozu kürək sümüyünün sınığı, başın digər dəqiqləşdirilmiş travmaları olmuşdur. xx.xx.2017 - xx.xx.2018-cu il, xx.xx.2018 - xx.xx.2018-ci il, xx.xx.2018 xx.xx.2018-ci il, xx.xx.2018 - xx.xx.2018-ci il, xx.xx.2019 - xx.xx.2019-cu il tarixlərində stasionar müalicədə olmuşdur. Qeyd olunan dövrdə TSEK-nin göndərişlərin reyestri proqramına sonuncu ilə bağlı məlumat daxil edilməmişdir. X23 diaqnozu generalizə olunmuş epilepsiya, tez-tez təkrarlanan epileptik tutmalar olmuşdur. Qeyd olunan dövrdə TSEK-nin göndərişlərin reyestri proqramına sonuncu ilə bağlı məlumat daxil edilməmişdir. Rəsulova Aysu İsmayıl qızının diaqnozu generalizə olunmuş epilepsiya, tez-tez təkrarlanan epileptik tutmalar olmuşdur. Qeyd olunan dövrdə TSEK-nin göndərişlərin reyestri proqramına sonuncu ilə bağlı məlumat daxil edilməmişdir. X24 diaqnozu ürəyin dəqiqləşdirilmiş anadangəlmə anomaliyaları olmuşdur. Qeyd olunan dövrdə TSEK-nin göndərişlərin reyestri proqramına sonuncu ilə bağlı məlumat daxil edilməmişdir. Cəfərli Zəhra Röyal qızı, Qəhrəmanlı Uğur Hikmət qızı, X20, Mamedova Xədicə Elşad qızı, Yusifova Nərmin Namiq qızı, X46 və Mirzəyeva Ülviyyə Ramazan qızının sağlamlıq imkanlarının məhdudluğunun təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmamış, qeyd olunan dövrdə TSEK-nin göndərişlərin reyestri proqramına sonuncularla bağlı məlumat daxil edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli məktubu və digər sənədlərdən müəyyən edilmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü Şahid24, xx.xx.2011-ci il təvəllüdlü Şükürzadə Hafiz Elgün oğlu, xx.xx.1961-ci il təvəlüdlü Şahid26, xx.xx.2008-ci il təvəllüdlü X47, xx.xx.2011-ci il təvəllüdlü X35, xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X53, xx.xx.2004-cü il təvəllüdlü X26, xx.xx.2009-cu il təvəllüdlü Qəhrəmanlı Uğur Hikmət oğlu, xx.xx.2015-ci il təvəllüdlü Qəhrəmanlı Nilufər Elvin qızı, xx.xx.2008-ci il təvəllüdlü Mamedova Xədicə Elşad qızı, xx.xx.2007-ci il təvəllüdlü Yusifova Nərmin Namiq qızı, xx.xx.2005-ci il təvəllüdlü X36, xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.1986-cı il təvəllüdlü Şahid17, xx.xx.1969-cü il təvəllüdlü X54, xx.xx.2003-cü il təvəllüdlü X48, xx.xx.2004-cü il təvəllüdlü Rəsulova Aysu İsmayıl qızı, xx.xx.1975-ci il təvəllüdlü Şahid22, xx.xx.1989-cu il təvəllüdlü X46, xx.xx.1987-ci il təvəllüdlü X15, xx.xx.2017-ci il təvəllüdlü Cəfərli Zəhra Röyal qızı, xx.xx.1978-ci il təvəllüdlü X50 və X29 2019-cu ilin fevral ayından 2020-ci ilin dekabr ayınadək olan müddətdə ilkin və təkrar təyinat olmamış, habelə heç bir sosial ödəniş həyata keçirilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 20 nömrəli əmri ilə Tahirov X39 rayon Mərkəzi xəstəxanasının baş həkimi vəzifəsinə, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X42 Ərazi Bölmələrinin İdarəetmə X64 X76 sədrinin xx.xx.2020-ci il tarixli, 47- 1 nömrəli əmri ilə Ağcabədi rayon Mərkəzi X41 şəxsin direktoru vəzifəsinə təyin edilmiş, həmin Hüquqi X76 sədrinin xx.xx.2020-ci il tarixli, 04-128 nömrəli əmri ilə isə Təqsirləndirilən şəxs tutduğu vəzifədən azad edilmişdir. Ağcabədi rayon Mərkəzi Xəstəxananının baş həkiminin xx.xx.2019-cu il tarixli 38 nömrəli əmrinə əsasən əlilliyin təyin edilməsi, Tibbi Sosial Ekspert Komissiyalarına göndərişlərin verilməsi işinin keyfiyyətini yüksəltmək və bu sahədə nəzarəti gücləndirmək məqsədi ilə Mərkəzi xəstəxanada yaradılan Həkim Məsləhət Komissiyasının sədri Təqsirləndirilən şəxs, üzvləri həkim-pediatr Şahid1, həkim-psixiatr Şahid20 və həkim ümumi cərrah X12 ibarət olmuşdur. Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli, 30 nömrəli əmrilə təsdiq edilmiş “Həkim məsləhət komissiyası haqqında” Əsasnaməyə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamə”də və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən Ağcabədi RMX-nın baş həkimi kimi Təqsirləndirilən şəxs əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişlər vermək, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə nəzarət etmək, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərək və digər səlahiyyətlərə malik rəhbər vəzifəli şəxs olmuşdur. İş üçün əhəmiyyət kəsb etdiyindən gizli video çəkiliş aparma əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı aşkar olunmuş faktların yazıldığı 4 ədəd “DVD” disklər, habelə Təqsirləndirilən şəxs istifadəsində olan ** UC *** dövlət nömrə nişanlı “Dodge Durango” markalı nəqliyyat vasitəsinə və ünvan 2 ünvanında yerləşən mənzilinə baxış keçirilərkən götürülmüş ümumilikdə 1.999 manat və 1.300 ABŞ dolları məbləğində pul vəsaiti 25 avqust 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış, 4 ədəd DVD disk iş materiallarında, pul vəsaitləri isə Baş prokurorluğun depozit hesabında saxlanılır. Pul vəsaitinin cinayətin predmeti olması ilə əlaqədar dövlət nəfinə xüsusi müsadirə edilməsi təklif edilir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminatı şöbəsinin xx.xx.2021-ci il əvvəllər məhkum olunmamışdır. Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Əmirallar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 03 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Beyləqan rayonuun inzibati ərazisində məcburi köçkünlər üçün dövlət tərəfindən tikilmiş qəsəbədə məskunlaşmaqla yaşayır, ailəlidir, himayəsində 2002, 2004 və 2010-cu illərdə doğulmuş üç uşağı vardır. Həmçinin təqaüdçü olan anası Roza Balakişiyeva və 1-ci qrup əlil olan atası Tahir Tahirov onun himayəsində yaşayır. Həyat yoldaşı X30 2-ci dərəcəli əlildir. X65 «İdiopatik epilepsiya və epileptik sindromlar, epilepsiya, tez-tez qıcolma tutmaları» diaqnozu ilə xəstə olmaqla sağlamlıq imkanları məhdud uşaqdır. Təqsirləndirilən şəxs Qarabağ veteranı olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə iştirak edən şəxsi heyətin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində fəal iştirak etdiyinə görə N saylı hərbi hissənin komandiri, general-mayor Mayis Bərxudarov tərəfindən 30 aprel 2016-cı il tarixli fəxri fərmanı ilə təltif olunmuşdur. «17 iyun tibb işçilərinin peşə bayramı günü» münasibəti il və «Covid-19» pandemiyası zamanı hərbi hissələrlə qarşılıqlı fəaliyyətdə göstərdiyi fədəkarlığa görə N saylı hərbi hissənin komandiri Mayis Bərxudarov tərəfindən 17 iyun 2020-ci ildə fəxri fərmanla təltif olunmuşdur. Baş leytenant kimi N saly hərbi hissənin komandiri tərəfindən hərbi hissənin 9-cu ildönümü münasibəti ilə fəxri fərmanla təltif olunmuşdur. Beyləqan Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli vəsiqədən görünür ki, müharibə veteranıdır. «Təbib» tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs hərbi vəziyyətlə əlaqədar olaraq 20 oktyabr 2020-ci il tarixdə Ağdam Rayon Mərkəzi Xəstəxanasına ezam olunmuşdur. İş üzrə Təqsirləndirilən şəxs 11 dekabr 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və barəsində Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə də məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətə görə özü üçün şəxsən və vasitəçidən istifadə etməklə birbaşa yolla maddi neməti təkrarən rüşvət qismində istəməklə təkrarən alması, təqsirliliyi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 311.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasənt törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərəalır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, məcburi köçkün olmasını, Qarabağ müharibəsi veteranı olmaqla hərbi hissə komandirləri tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif olunmasını, Vətən müharibəsində həkim kimi iştirak etməklə fədəkarlıq göstərməsini, himayəsində əlil və yaşlı valideynlərinin, həmçinin əlil uşağının və həyat yoldaşının olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 11 dekabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış gizli video çəkiliş aparma əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı aşkar olunmuş faktların yazıldığı 4 ədəd “DVD” disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs istifadəsində olan ** UC *** dövlət nömrə nişanlı “Dodge Durango” markalı nəqliyyat vasitəsinə və ünvan 2 ünvanında yerləşən mənzilinə baxış keçirilərkən götürülmüş, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 1.999 manat və 1.300 ABŞ dolları məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə əldə edildiyindən Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.2-ci maddələrinə əsasən xüsusi müsadirə tədbiq edilməklə məcburi qaydada və əvəzsiz olaraq Azərbaycan Respublikasının dövlət nəfinə alınmalıdır. Ekspertiza xərci 150 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona CM-nin 46.2-ci maddəsi tədbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış gizli video çəkiliş aparma əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı aşkar olunmuş faktların yazıldığı 4 ədəd “DVD” disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs istifadəsində olan ** UC *** dövlət nömrə nişanlı “Dodge Durango” markalı nəqliyyat vasitəsinə və ünvan 2 ünvanında yerləşən mənzilinə baxış keçirilərkən götürülmüş, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 1.999 (bir min doqquz yüz doxsan doqquz) manat və 1.300 (bir min üç yüz) ABŞ dolları məbləğində pul vəsaiti xüsusi müsadirə tədbiq edilməklə məcburi qaydada və əvəzsiz olaraq Azərbaycan Respublikasının dövlət nəfinə alınsın. Ekspertiza xərci 150 (yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs oğulndan alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-34/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-34/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver