Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-34/2025 13.03.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X26, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxxxx 1994-cü ildə Sabirabad rayonunun X30ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi qaydada sahibkarlıqla məşğul olmuş, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, X30ində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və xüsusilə külli miqdarda psixotrop maddəni satıb qazanc əldə etmək məqsədi ilə internet sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan “Sadiq” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən 27 yanvar 2024-cü il tarixdə, saat 17 radələrində Biləsuvar rayonuna gələrək orada cinayət qrupunun naməlum üzvü tərəfindən gizlədilmiş Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən “102” kilometrliyini göstərən yol nişanının yanından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1240,0 qram çəkidə narkotik vasitə tiryək və xüsusilə külli miqdarda 1725,0 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 17:10 radələrində Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən 100-cü kilometrliyində “VAZ-21074” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinə gətirilmiş və üzərinə videoçəklişlə keçirilən şəxsi axtarış zamanı əynindəki idman gödəkçəsinin qabaq tərəfinin alt hissəsindən üzərləri yapışqan lentlə sarılmış üç ədəd sarı rəngli bağlamada təmiz çəkisi 1240,0 qram olan külli miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və ayrı- ayrılıqda təmiz çəkiləri 1570,0, 155,0 qram olmaqla, ümumi təmiz çəkisi 1725,0 qram xüsusilə külli miqdarda ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitədən istifadə etmiş və bu barədə çox az adam məlumatlı olmuşdur. 26 yanvar 2024-cü il tarixdə, saat 11 radələrində İran İslam Respublikasının vətəndaşından iran mobil operatoruna aid nömrədən “WhatsApp” proqram təminatı vasitəsilə ona mesaj gəlmişdir. İranlı ona, yanvar ayının 27-də Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən keçən “102” kilometrliyini göstərən yol nişanının yanına 100 qram marixuana qoyacağını demiş, o da iranlıya bunun qarşılığında verməli olduğu 600 (altı yüz) manat məbləğində pulu üç-beş gündən sonra ödəyəcəyini bildirmişdir. Bundan sonra həmkəndlisi Fərrux İmanovun tanışı Məmməd Əliyevin avtomobili ilə Sabirabad rayonunun X30indən Biləsuvar rayonuna getmişlər. Həmin gün saat 12-13 radələrində iranlı ona konum atmış, baxanda “mal”ın olduğu yerdən 4 km məsafədə olduğunu görmüşdür. Bağlamanı olduğu yerdən götürüb avtomobilə əyləşmiş, bir qədər getdikdən sonra polis əməkdaşları onları saxlayaraq, polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, 100 qram “nəşə”, yəni qurudulmuş marixuana arxasınca getmiş, marixuanadan arabir istifadə etmişdir. Marixuananı adətən bir kibrit qutusu almış, siqaretə doldurmaqla ay ərzində təxminən on dəfəyə istifadə etmişdir. İstifadə etdiyi marixuananı kənddə adını deyə bilməyəcəyi tanışından alırmış. Metamfetamin, heroin və digər növ narkotik vasitə və psixotrop maddələrdən xəbəri olmamış, istifadə etməmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddə ona məxsus deyildir, polislər ona fiziki zor tətbiq etmişlər ki, videoçəkiliş zamanı etirafedici ifadələr versin. Baş verən qanunsuzluqları ibtidai istintaq zamanı müdafiəçisinə bildirmişdir. Tutulandan on gün sonra baş verən qanunsuzluqlar (yüklənilməsi, döyülməsi) barədə şikayət etməyə başlamışdır. Əməliyyat müvəkkili Şahid2 ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə saxlanılmasına dair sənədlərə qol çəkməyi və sanksiya alaraq buraxılacağını bildirmişdir. Gül, quru meyvə alqı-satqısı ilə məşğul olmuş, həmin məhsullar da əsasən İrandan gətirilmişdir. Sadiq adlı İranlı ona “WhatsApp”da “salam” yazaraq onda gül olduğunu bildirmiş, onunla zarafatlaşmış, sonradan ciddi olduğunu görüb saflıq edərək aldanmışdır. İranlı ona nömrəsinin dörd-beş ildir ki, onda olmasını bildirmişdir. İranlıdan onun telefon nömrəsini haradan əldə etdiyini soruşduqda, sualdan yayınmış, ona müxtəlif adlarla müraciət etmişdir. İranlının narkotik vasitə barədə təklifi ilə dərhal razılaşmamış, narkotikin pulunu götürəndən beş-altı gün sonra kart vasitəsi ilə göndərməyə razılaşmışlar. Narkotik vasitəni götürməyə 27 yanvar 2024-cü il tarixdə, saat 12 radələrində getmiş, günorta təxminən saat 02-də polis əməkdaşları tərəfindən tutulmuşlar. Avtomobilə Sabirabad rayonunun X30ində əyləşmiş və Biləsuvara getmişlər. Sürücü dostu Fərrux İmanovun tanışı Məmməd Əliyev olmuş və sonuncu ilə Fərrux danışmışdır. Fərrux avtomobilin ön oturacağında əyləşmiş, özü də narkotik istifadəçisi olmuş, onun da narkotik istifadə etdiyini bilmiş, hətta birlikdə narkotik vasitə qəbul etmişlər. Marixuana arxasınca gedəndə tutulacağını zənn etmədiyi üçün Fərrux və Məmmədlə birlikdə getmiş, Fərruxa işi olduğu üçün Biləsuvara getdiyini demiş, Məmmədlə isə Fərrux danışdığı üçün bu barədə söhbəti olmamışdır. Narkotik vasitəni yolun qırağından götürüb maşına əyləşməyi iki dəqiqə çəkmiş, maşın tərpənəndən az sonra polislər onları saxlamışlar. Bağlamanın həcminin böyük olmasını götürəndə görmüş və zənn etmişdir ki, 100 qram marixuananın çəkisinin yüngül olması ilə əlaqədar bağlamaya əlavə yük qoyulmuşdur ki, yerindən tərpənməsin, yəni uçub getməsin. Bağlamanın içərisində o qədər narkotik olmasını bilməmiş, həcmi böyük olsa da kimsə görməsin deyə götürmüşdür. Bağlamalar əlində olmuş, sürücü bağlamaları görməmiş, maşında isə bağlamanı oturacaq tərəfdən ayaq yerinə (ayaqaltına) qoymuşdur. Polislər onu saxlayanda narkotik üzərində deyil avtomobildə, polis şöbəsinə daxil olanda isə əlində olmuşdur. Sonradan narkotiki əynindəki paltarın altına qoymasını demişlər, ona görə də, şəxsi axtarış zamanı narkotik üzərindən, yəni əynindəki paltarın altından aşkar olunmuşdur. Səhv etmirsə, onda olan bağlama ilə videoçəkilişdə olan bağlama eyni deyildir. Bağlamalar ayrı-ayrılıqda tərəzidə çəkilmiş, lakin içərisindəkilər ona göstərilməmişdir. Polis əməkdaşları etirafedici ifadələr almaq məqsədi ilə onun altı ədəd dişini qırmışlar. Bakı İstintaq Təcridxanasında üzərində olan xəsarətlər qeydiyyata alınmış və bununla bağlı ona suallar verilmişdir. Vəkili polis şöbəsinə saat 17:00-da gəlmiş, ona videoçəkilişdən əvvəl tiryək və metamfetaminin özünə aid olmadığını demiş, vəkil də narahat olmamağı, hər şeyin yaxşı olacağını bildirmişdir. İbtidai istintaq zamanı ifadəsini təzyiq altında vermişdir. Şahidlərdən Şahid2 ona psixoloji təzyiq göstərmiş, Şahid1la adını bilmədiyi dolu bədənli əməliyyatçı isə fiziki xəsarət yetirmişlər. Əməliyyat tədbiri zamanı əməliyyatçılardan Aqşini orada görmədiyini, Şahid3 tanımadığını, yəni onu ibtidai istintaq zamanı görmədiyini bildirmişdir. Son sözündə məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (təqsirləndirilən şəxsin qismən etirafedici və şahidləri) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımışdır, onunla hər hansı qohumluq münasibəti, ədavət və ya düşmənçiliyi yoxdur. Belə ki, ona Sabirabad rayon sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında Elburusun cinayət əməlinin ifşa edilməsi üçün 27 yanvar 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul etmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla bərabər şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Post Patrul Xidməti Bölüyünün polis nəfərləri, polis baş serjantı Şahid5, X13, polis serjantı Şahid6, Dövlət Yol Polisi Bölməsi Yol Patrul Xidmətinin inspektorları polis baş serjantı X14 və Şahid4 daxil olmuşlar. 27 yanvar 2024-cü il tarixdə, saat 17 radələrində əməliyyat-axtarış tədbirinə başlanılmış, Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “VAZ-21074” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndindən keçən 100-cü kilometrliyində hərəkətdə olan zaman Dövlət Yol Patrul Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt avtomobilə yaxınlaşaraq özlərini təqdim edib, gəlişlərinin səbəbini izah etdikdən sonra Təqsirləndirilən şəxs, sərnişin X15 və avtomobilin sürücüsü X6 avtomobillə birlikdə polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbənin rəhbərliyinə məruzə etmiş, Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuş, özünün seçdiyi vəkil dəvət olunaraq, üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa, təqdim etsin, o da əynindəki gödəkçənin qarın hissəsindən gizlətdiyi yapışqanlı lentlə sarınmış bağlamanı təqdim edərək bildirmişdir ki, həmin bağlamanı ona İran İslam Respublikasının vətəndaşı Sadiq adlı şəxs vermişdir və içərisində narkotik vasitə vardır. Daha sonra həmin bağlamaya baxış keçirilmiş və içərisindən üç ədəd sarı rəngli bağlama aşkar olunmuşdur. Birinci bağlamanın içərisində narkotik vasitə tiryəkə, ikinci və üçüncü bağlamanın içərisində isə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Sözü gedən bağlamalar elektron tərəzidə çəkilmiş, birinci bağlamanın çəkisinin 1280,0 qram, ikinci bağlamanın çəkisinin 1610,0 qram, üçüncü bağlamanın çəkisinin 195,0 qram olması müəyyən olunmuşdur. Həmin bağlamalar ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə heç bir əşya aşkar olunmamışdır. Keçirilmiş istintaq hərəkəti barədə tərtib edilmiş protokolla bütün iştirakçılar kimi tanış olaraq imza etmişdir. Şahid2 məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hansı avtomobilin içərisində rayon ərazisini tərk etmək istiqamətində olması əməliyyat məlumatında bildirilmişdir. Təqsirləndirilən şəxsə qarşı tərəflərindən hər-hansı təsir, təzyiq göstərməmişdir və onun ifadəsində bu barədə göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir. Elburusla, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilməsi barədə söhbəti olmamışdır. Səhv etmirsə, əməliyyat tədbiri zamanı təqib olunan maşın Bakı istiqamətində hərəkətdə olmuşdur. Maşını saxlanıldığı yerdən təxminən bir kilometr əvvəl məsafədə müşahidəyə götürmüşlər. Elburusu saxlayan zaman hava qaralmağa doğru gedirmiş, oa görə də maşının içərisindəkiləri görə bilməmişdir. Elburusu maşından düşürmüşlər. Avtomobilə baxış zamanı nəyinsə aşkar olunmasını xatırlamamışdır. Elburusun üzərindən aşkar olunan qanunsuz predmetlər gözlə görünə bilən olmuşdur. Elburus videoçəkilişdə üzərindən aşkarlanan kütlələrdən həm özünün istifadə edəcəyini, qalanını isə iranlı ilə danışığına əsasən harasa aparacağını bildirmiş, həmin kütlələri satmaq barədə nəsə bildirməmişdir. Hadisə günü Elburusda gözlə görünən hər-hansı xəsarətin olmasını xatırlamır. Elburusun bağlamaları götürməsini görməmişdir. Məhkəmədə Biləsuvar Rayon Polis Şöbəsi Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis baş serjantı Şahid5 şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs məlum hadisə ilə əlaqədar tanımışdır, onunla ədavət və ya düşmənçiliyi yoxdur. 27 yanvar 2024-cü il tarixdə Biləsuvar Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu əsasla onun da tərkibinə daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs içərisində olduğu ehtimal olunan “VAZ-21074” markalı avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən keçən hissəsində yol patrul xidməti tərəfindən işarə verilərək saxlanılmışdır. Təqsirləndirilən şəxsə yaxınlaşıb özlərini təqdim edəndən sonra saxlamalarının səbəbini izah edərək, onu polis şöbəsinə aparmışlar və sonuncu orada vəkilinin iştirakı ilə üzərindən, yəni əynidəki gödəkçəsinin altından narkotiki çıxarıb təqdim edərək, özünə aid olduğunu bildirmişdir. Avtomobilə baxış zamanı oradan narkotik vasitə aşkar edilmişdir. Şahid5 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs içərisində olan avtomobil saxlanılarkən onlardan yayınmamış, avtomobildə Elburusdan savayı iki nəfər də olmuş, lakin həmin şəxslərin maşının hansı hissələrində əyləşdiklərini, habelə avtomobili Elburusun idarə edibetmədiyini, narkotik vasitə və psixotrop maddənin avtomobilin dəqiq olaraq hansı hissəsindən aşkar edildiyini xatırlamamışdır. Təqsirləndirilən şəxs günortadan sonra saat 16-17 radələrində tutmuşlar. Avtomobildə olan şəxslər Təqsirləndirilən şəxslə birlikdə şöbəyə aparılmışlar. Təqsirləndirilən şəxs hansı avtomobildə şöbəyə aparılması yadında deyildir. Təqsirləndirilən şəxs şöbəyə aparılarkən ona hər-hansı müqavimət göstərməmiş, üzərində gözlə görünən xəsarət müşahidə etməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkəti vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsilə icra olunmuş, Onun üzərindən aşkar olunan bağlamalar gözlə görünən, çəkisi təxminən iki kiloqram olmuşdur. Təqsirləndirilən şəxs vəkili ilə sərbəst ünsiyyət yaratması üçün şərait yaradılmışdır. Videoçəkilişlə aparılan istintaq hərəkətlərində iştirak edib-etməməsini xatırlamamışdır, əməliyyat tədbirində iştirak etdiyini isə polis əməkdaşları və müvafiq kamera görüntüləri (yol, şöbə) təsdiq edə bilər. İbtidai istintaq zamanı prosessual tələblərə riayət olunmuşdur. Hadisənin üzərindən xeyli müddət keçdiyindən bəzi xüsusatları xatırlamadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar Rayon Polis Şöbəsi Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid6 Şahid5lə eyni məzmunlu ifadə vermiş, əlavə olaraq cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallarla bağlı bildirmişdir ki, Təqsirləndirilən şəxs içərisində olduğu avtomobili haradan müşahidə etməyə başladıqlarını xatırlamır. Avtomobil “saxla” işarəsi verilən kimi deyil, bir az keçəndən sonra dayanmışdır. Avtomobilə üç nəfər yaxınlaşmışlar. Özü avtomobilə sağ tərəfdən yaxınlaşmışdır. Avtomobildən kimin birinci düşməsini xatırlamamışdır. Yol Patrul Xidmətinin əməkdaşı onların maşınını idarə etmiş, maşında hansı vəziyyətdə əyləşmələrini xatırlamamışdır. Təqsirləndirilən şəxs hansı maşında şöbəyə getməsi yadında deyil, ayrı-ayrı maşınlarında getmişlər. Əməliyyat tədbiri zamanı bir maşında üç nəfər (o, Şahid1 və yol patrul xidmətinin əməkdaşı) olmuşlar, digər maşındakıların dəqiq sayını bilməmişdir. Həmin vaxt təxminən beş nəfər olmuşlar. Əməliyyat tədbiri zamanı hava açıq, maşını saxlayanda isə saat 16-17 olmuşdur. Təqsirləndirilən şəxs başqa maşınla şöbəyə aparılmışdır. Təqsirləndirilən şəxs gözlə görünə bilən xəsarət görməmiş, onlardan yayınmağa çalışmamış, şəxsi axtarış zamanı onda gərginlik və narahatlıq hiss etməmişdir. Təqsirləndirilən şəxs özünün şəxsi axtarışında deyil onunla bərabər olan şəxslərin üzərinə şəxsi axtarışda və avtomobilə baxışda iştirak etmişdir. Aşkar olunan kütlələrin dəqiq növü və həcmi yadında deyildir. Təqsirləndirilən şəxs narkotik vasitəni iranlı vasitəsi ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs xəsarət yetirməmişdir. Hadisə yerində təqsirləndirilən şəxsin üzərində baxış keçirilməmiş, ona qarşı zor tətbiq olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə Biləsuvar Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid1 şahid qismində dindirilərkən Şahid2 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs aşkarlanan bağlamalar formaca qabarıq deyil, yastı şəkildə, bəlkə də avtomobildə olarkən Elburusun əlində olmuşlar. Əməliyyat tədbiri zamanı hər-hansı tabesizlik, habelə Elburusa qarşı tərəflərindən təzyiq və ya təsir olmamışdır. Tədbir zamanı hava alaqaranlıq olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar Rayon Polis Şöbəsi Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Şahid2 ifadəsindəki xüsusatları təsdiq etmiş, onunla oxşar məzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs içərisində olduğu avtomobildə olan Fərrux İmanovla bir maşında polis şöbəsinə getmiş, Elburusun isə kiminlə getdiyini bilməmişdir. Avtomobilə yaxınlaşanda kimin harada oturmasını bilmir, maşının içərisini görməmişdir. Əlavə qüvvə kimi maşına yaxınlaşmışlar, zabit heyəti kimi kömək etmiş, həmin vaxt avtomobildəki şəxslər artıq maşından düşmüş, Təqsirləndirilən şəxs digər maşına əyləşdirilmiş, sonuncuya ilkin olaraq kimin yaxınlaşdığını bilməmişdir. Hava alaqaranlıq olduğundan bağlama və kimisə fərqli vəziyyətdə görməmişdir. Tədbir zamanı tabesizlik olmamış, yəni avtomobil onlardan yayınmağa çalışmamışdır. Sürücü öz maşınını idarə etmiş, Elburusu isə Şahid2 şöbəyə aparmışdır. Təqsirləndirilən şəxs tutulan vaxt sifəti dəqiq olaraq yadında qalmamışdır. Əgər Elburusun sifətində xəsarət olsaydı, yadında qalardı, xəsarət olmayıb ki, yadında da qalmayıb. Aşkar olunan bükümlərin nə boyda olması yadında qalmamışdır. Əməliyyat tədbirinin detallarını dəqiq olaraq xatırlamır, çünki, üzərindən xeyli vaxt keçmişdir. Təqsirləndirilən şəxs əməliyyat tədbiri zamanı onu görməməsini deməsi barədə heç bir fikri yoxdur, bəlkə də, Elburus yalan danışır. Təqsirləndirilən şəxs şöbədə onun şəxsi müşahidəsində olmamış, onu heç kim olduğu yerdən başqa otağa aparıbgətirməmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dəvət olunaraq dindirilmiş şahid Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin şöbə rəisi, ali dərəcəli məhkəmə-tibb eksperti, tibb üzrə fəlsəfə doktoru X4 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları sualları cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində olan “tibbi kitabça”da qeyd olunan xəsarət çox səthi təsvir edilmiş, buna görə də, ətraflı fikir bildirmək mümkün olmamışdır. Qançırın ölçüləri iki müstəvidə- eninə və uzunluğu, rəngi də kənardan mərkəzə doğru dəqiq qeyd olunmalıdır. Qançır canlı şəxsdə sağlamlığa zərər vurmayan xəsarət növünə aiddir və küt yaranma mexanizminə aiddir. Təqsirləndirilən şəxs aşkar olunan qançır səthi təsvir edildiyindən yaranma müddəti barədə fikir söyləyə bilməmişdir. Təqsirləndirilən şəxsin tibbi müayinə sənədində ağızın selikli qışasında hər-hansı xəsarətin olub-olmaması qeyd edilməmiş, buna görə də, fikir bildirmək mümkün olmamışdır. Məhkəmə tibbi ekspertizası zamanı Təqsirləndirilən şəxs ağız boşluğundakı dişlərində karyes müəyyən edilmiş, salamat dişi olmamış, yəni, travmatik qırılma müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin görünən dişləri tərəflərindən müayinə edilmişdir. Protez yerlərini görmüş, lakin onun dərin müayinəsini keçirmək diş həkiminin ixtisas sahəsi olduğundan, bu barədə fikir söyləyə bilməmişdir. Təqsirləndirilən şəxsin həm istintaq təcridxanasına daxil olanda, həm də təkrar müayinəsi zamanı görmə qabiliyyətinin zəifləməsi barədə məlumatı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (iş vərəqi 01). Biləsuvar Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 04). Biləsuvar Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun xx.xx.2024-cü il tarixli qərarı, məktubları və protokolundan görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 05-10). Biləsuvar Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun “əməliyyat tədbirinin keçirilməsi və müşahidə etmə haqqında” xx.xx.2024-cü il tarixli protokol və raportundan görünür ki, həmin tarixdə, saat 17:00 radələrində Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “VAZ-2107” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən mağazanın yaxınlığında on dəqiqə ərzində əməliyyat müşahidəsinə götürülmüş, Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndindən keçən hissəsinin 100-cü kilometrliyində həmin avtomobilə “saxla” işarəsi verilmiş və avtomobil içərisində olan şəxslərlə birlikdə şöbəyə aparılmışdır (iş vərəqi 11- 12). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:50-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və bu barədə yaxın qohumuna məlumat verilməsi təmin olunmuşdur (iş vərəqi 15; 25; 27). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “şəxsi axtarış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən özünə məxsus bir ədəd mobil “İphone” markalı telefonu, sol yan cibindən “KapitalBank”a məxsus plastik kartı, idman gödəkçəsinin qarın hissəsində gizlətdiyi yapışqanlı lentə sarılmış bükülünü təqdim etmiş, həmin şəffaf yapışqanlı lentə sarılmış bükülü açılıb baxıldıqda, içərisində üç ədəd sarı rəngli bağlamanın olması aşkar edilmiş, birinci bağlamada 1280,0 qram narkotik vasitə tiryəkə bənzər, ikinci bağlamda 1610,0 qram psixotrop maddə metamfetaminə bənzər, üçüncü bağlamada 195,0 qram psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuş; videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 74-76). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Lənkəran Regional Bölməsinin 19/77 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs X7 üzərindən aşkar edilmiş iki ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər maddə və bir ədəd içərisində narkotik vasitə tiryəkə bənzər maddə olan bükülü.....” sözlər və imzalar olan bir ədəd bağlamadakı, iki ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri- 1570,0 qr., 155,0 qr. olmaqla, ümumi təmiz çəkisi 1725,0 qram olan ağ rəngli kristallardan ibarət maddələr metamfetamindir; bir ədəd bükülüdə təmiz çəkisi 1240,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir (iş vərəqi 101-104). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 142-143). Biləsuvar Rayon Məhkəməsinin 4(022)-11/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 27 yanvar 2024-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 163-166). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1240,0 qram tiryəkin tədqiqatdan sonrakı 1239,9 qram qalığı, 1725,0 qram metamfetaminin tədqiqatdan sonrakı 1724,8 qram qalığı maddi sübut kimi tanınaraq, şöbənin saxlancına təhvil verilmişdir (iş vərəqi 186). Biləsuvar Rayon Məhkəməsinin 5(022)-25/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında keçirilmiş Biləsuvar Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqi 192-193). Sabirabad Rayon İcra Hakimiyyəti başçısının X30 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışı, xasiyyətnaməsi, nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad rayonunun X30ində qeydiyyatda olmaqla, orada yaşamış, ailə tərkibi atası, anası, arvadı, xx.xx.2023-cü il təvəllüdlü azyaşlı qızından ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (iş vərəqi 195-198). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 209-210). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, "xxxx" MMC-dən daxil olan diskdə 3246 nömrəli qovuluğu daxil olduqda beş ədəd yeni qovluq açılmış, “sms” qovluğuna baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 ***-**-** saylı nömrə ilə 055 ***-**-** saylı nömrə arasında "yoldayam"; **********94 saylı nömrədən “mənəm xalid telefonu aç”; **********38 saylı nömrə ilə "yekə oğlansan meni goveziyetne qoymada haçansa işin düşər eybi yox”, “o pulu at yolda qalmışam masn yolda qaib ona görə isirem allahaqi”; **********53 saylı nömrə ilə “Vacapa gir”, “20+20 qoy”, “ayri ayir verersen” kimi müxtəlif şəxslərlə mesajlaşmalar; “anten” adlı qovluğa daxil olarkən Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 ***-**-** saylı nömrənin Biləsuvar rayonu ərazisində aktiv olması müəyyən olunmuşdur (iş vərəqi 221-223). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasında Ambulator Məcburi Narkoloji Tibbi Yoxlamanın xx.xx.2024-cü il tarixli, 69 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 229). “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin ambulator məhkəməpsixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 224 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamış, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur və buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. O, halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, hazırki psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır (iş vərəqi 230-232). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin 37 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs hər-hansı bir xəsarət aşkar olunmamışdır (iş vərəqi 233-234). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman onun üzərindən aşkar edilərək götürülmüş “İphone” markalı tünd boz rəngdə mobil telefonun eni 9,1 sm, uzunluğu 17,2 sm, qalınlığı 0,9 sm-dir. Mobil telefona baxış zamanı xx.xx.2024-cü il tarixdən Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** nömrəli mobil telefon vasitəsilə telefonun yaddaşına “Sadig” adı ilə qeyd edilmiş (+**********15) “WhatsApp” tətbiqi ilə həm zəng, həm də səs göndərməklə əlaqə qurmuşdur. Danışığın mətni aşağıdakı kimidir: - İstintaqa məlum olmayan şəxs: - Təqsirləndirilən şəxs tərəfindən istintaqa məlum olmayan şəxsin nömrəsinə 1 cavabsız zəng. - Təqsirləndirilən şəxs:- Mən maşındayam, mindim taksiyə çıxdım. - İstintaqa məlum olmayan şəxs:- Yaxşı yaxşı Allah rast gətirsin. - Təqsirləndirilən şəxs:- Yoldayam, yoldayam mən az qalıb. 1 ədəd foto yolun şəkli. O ordadı hə? Mənə cavab ver baba. - İstintaqa məlum olmayan şəxs:- Mən də atıram,hə hə ordadı qoydururam konumu atam sənə. - Təqsirləndirilən şəxs:- Tez ol başına dönüm, tez ol gözlüyürəm mənim ora 17-18 dəqiqəlik yolum qalıb. - İstintaqa məlum olmayan şəxs:- Hə neynən 10 dəqiqəyə inşallah həllidir. - Təqsirləndirilən şəxs:- Ok,1 ədəd məkanı gösətərən foto.qaqa nə xəbər oldu o şeydən, şəklin at mənə bıranın, az qalmışam. - İstintaqa məlum olmayan şəxs:- Mın ölüm adam çöldə, şəklin çəkib konum atır. - İstintaqa məlum olmayan şəxs:- Dedim gedir başqa yerə dedim tez at sənallah qoy getsin. - Təqsirləndirilən şəxs:- Eşidmədim nə deyirsən. - İstintaqa məlum olmayan şəxs:- Mən dedim o adama dedim tez qoy gedir başqa yerə, tələsdirmişəm,narahat olma, sənə konum atmışam nə xərtə yolun qalir? - Təqsirləndirilən şəxs:- 5 kilometr, 5 kilometr - İstintaqa məlum olmayan şəxs:- Hə hə neynək qadan alım. 1 ədəd Biləsuvar lövhəsini göstərən şəkil. Səsli zəng. 3-cü şəxsdən göndərilən yönəldilmiş məkan və 102 yazısı yazılmış lövhənin şəkli. - İstintaqa məlum olmayan şəxs:- Qardaşım götür mənə xəbər elə, götürdün mənə səs at. Bir ədəd cavabsız zəng,qardaşım nə xərtə yol var konuma bir baxmənə bir cavab ver, bir cavab ver götürdün? bir ədəd cavabsız zəng (iş vərəqi 253-262). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “İphone” markalı mobil telefon maddi sübut kimi tanınaraq həmin şöbənin saxlancına təhvil verilmişdir (iş vərəqi 263). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “iş üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; üzərində videoçəkiliş aparılmaqla keçirilmiş baxışın əks olunduğu bir ədəd DVD disk maddi sübut hesab edilmişdir (iş vərəqi 269-277). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülümüş narkotik vasitə və psixotrop maddənin mənbəyinin, eləcə də cinayətin digər iştirakçılarının müəyyən edilməsi məqsədilə hazırki cinayət işindən icraata ayrıca cinayət işi ayrılmışdır (iş vərəqi 279-280). Lənkəran Rayon Vəkil Bürosunun vəkili X17 tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardımla əlaqədar cəmi 5 (beş) iş saatı həcmində vaxt sərf etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubu ilə daxil olmuş 1021/2024 nömrəli "Tibbi Kitabça"-dan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs sol gözətrafı nahiyədə 4-5 sm ölçüdə tünd bənövşəyi rəngli qançır müşahidə olunmuşdur. Biləsuvar Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş “MSY-də saxlanılan şəxslərin uçotu”, “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitablarının çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şöbənin müvəqqəti saxlama yerinə təhvil verilərkən tibbi müayinələrdən keçirilmiş və onda hər-hansı xəsarət aşkar edilməmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin T30/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə məhkəmə-tibbi ekspertizasından keçirilən zaman onun bədənində hər-hansı xəsarət və ya onun izi aşkar edilməmişdir. Ekspertizaya təqdim edilmiş məhkumun 1021/2024 saylı tibbi kartasında onun xx.xx.2024-cü ildə müayinə zamanı sol gözətrafı nahiyədə 4-5 sm ölçüdə tünd bənövşəyi rəngli qançır qeyd edilmişdir. Qeyd edilən xəsarət küt yaranma mexanizminə malik olmaqla müxtəlif şəraitdə yarana bilərdi, xəsarət tibbi kitabçada tam təsvir edilmədiyindən (xarakteri, ölçüləri, forması) yaranma müddəti haqqında dəqiq fikir söyləmək mümkün deyildir, sağlamlığa zərarvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarət əlçatan nahiyədə yerləşdiyindən onun istər şəxsin özü, istərsə də, kənar şəxs tərəfindən yetirilə bilməsi inkar edilmir. Xəsarətin şəxsin öz boyu hündürlüyündən yıxılması zamanı yarana bilməsi az inandırıcıdır. İstər ilkin məhkəmə-tibbi ekspertizası, istərsə də, istintaq təcridxanasında müayinəsi zamanı Təqsirləndirilən şəxs dişlərində travmatik qırılmanı göstərən hər hansı bir əlamət qeyd edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməlin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında tərəflərin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqument və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, verdikləri vəsatətlər təmin olunmuş və bununla da irəli sürülmüş ittiham mübahisələndirilmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, arabir marixuanadan istifadə etməsi, narkotik satışı ilə məşğul olmaması, İran İslam Respublikasının vətəndaşı Sadiq adlı şəxslə yalnız şəxsi istifadəsi üçün 100 qram qurudulmuş marixuana göndərməsi, həmin marixuananın pulunu götürəndən üç-beş gün sonra Sadiqin kartına pul göndərməklə ödəyəcəyi barədə razəlaşması, xx.xx.2024-cü il tarixdə Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən keçən “102” kilometrliyini göstərən yol nişanının yanından narkotik vasitəni götürdükdən sonra günorta saat 02 radələrində polis əməkdaşları tərəfindən saxlanılması, narkotiki yolun qırağından götürüb maşına əyləşməsinin iki dəqiqə çəkməsi, bağlamanın həcminin böyük olmasını götürəndə görməsi, bunu bağlamanın uçmamasına görə içərisinə əlavə yük qoyulmasını düşünüb kimsənin görməməsi üçün tez götürməsi, içərisində o qədər narkotik olmasını bilməməsi, maşında bağlamanı oturacaq tərəfdən ayaq yerinə (ayaqaltına) qoyması, polislər onu saxlayanda narkotikin üzərində deyil avtomobildə, polis şöbəsinə daxil olanda isə əlində olması, sonradan narkotiki əynindəki paltarın altına qoyması deyildiyi üçün bunu etməsi, şəxsi axtarış zamanı üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddənin ona məxsus olmaması, onda olan bağlama ilə videoçəkilişdəki bağlamanın eyni olmaması, bağlamalar ayrı-ayrılıqda tərəzidə çəkilsə də, içərisindəkilərin ona göstərilməməsi, polislərin fiziki təzyiqi nəticəsində videoçəkiliş zamanı etirafedici ifadələr verməsi, altı ədəd dişini qırmaları, ona qarşı baş verən qanunsuzluqlar barədə şikayət ərizələri ilə müraciət etməsi, əməliyyat müvəkkili Şahid2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə saxlanılmasına dair sənədlərə qol çəkməsini və sanksiya alaraq buraxılacağını bildirdiyi üçün sənədləri imzalaması, bununla da Aqşinin ona psixoloji təzyiq göstərməsi, əməliyyat tədbirində iştirak etməməsi, Şahid1la adını bilmədiyi dolu bədənli əməliyyatçının isə ona fiziki xəsarət yetirmələri, Şahid3 ibtidai istintaq zamanı görmədiyi barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə üzərində videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə zamanı (həmin istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən DVD diskdən görünür) əynində olan idman gödəkçəsinin qarın hissəsində gizlətdiyi yapışqanlı lentə sarılmış bükülünü təqdim edərək, Sadiq adlı İran İslam Respublikası vətəndaşının həmin bağlamanı ona göndərdiyini, bağlamanı Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndindən keçən hissəsinin 102-ci kilometrliyində əldə etdiyini, içərisində narkotik vasitə olmasını bildirmişdir. Bundan başqa, sözü gedən istintaq hərəkətini özündə əks edən videogörüntülərdən Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bağlamaların açılaraq içərisindəki kütlələrin ona göstərilməsi, əməliyyatçı Şahid2 şəxsi axtarış, Şahid3 isə avtomobilə baxış istintaq hərəkətlərində iştirak etmələri aydın müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin izahat, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində də eyni məzmunda danışmış, üzərinə narkotik qoyulmamasını, içərisində narkotik olan bağlamaları əynindəki idman gödəkçəsinin altından çıxarıb təqdim etdiyini bildirmişdir. Bundan başqa, o, Biləsuvar Rayon Məhkəməsində barəsində qətimkan tədbiri seçilərkən məhkəmədə ona elan edilmiş ittihamda özünü tam təqsirli bildiyini göstərmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddə barədə məhkəmə kimyəvi ekspertizasının rəyi ilə tanış olarkən hər hansı bir vəsatətinin olmadığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs 27 yanvar 2024-cü il tarixdə Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən keçən “102” kilometrliyini göstərən yol nişanının yanından narkotik vasitəni götürdükdən sonra günorta saat 02 radələrində polis əməkdaşları tərəfindən saxlanılması barədə dediklərini iş materiallarında olan onun istifadəsində olmuş 050 ***-**-** nömrəli mobil nömrənin anten məlumatları ilə tutuşdurmuş və məlum olmuşdur ki, həmin nömrə xx.xx.2024-cü il tarixdə, saat 13:00:12-13:04:17-dək Salyan və Sabirabad rayonlarının, saat 14:00:45-dən isə Biləsuvar rayonunun ərazisində yerləşən mobil operatorlara məxsus anten bazalarının əhatə dairəsində olmuş, saat 15:12, 19:49 radələrində nömrə işlək vəziyyətdə olmuşdur (zəng, sms). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona göstərilmiş fiziki və psixoloji təzyiq və təsirlə əlaqələndirmiş, bununla əlaqədar şikayətlə hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, əksinə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı, şübhəli şəxs və təqsirləndirilən qismində dindirilərkən polis əməkdaşları tərəfindən ona qarşı qanunazidd hərəkətlərə yol verilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiq və təsirlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istərsə də vəkili ibtidai istintaq dövründə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, məhkəmədə ibtidai istintaq orqanı tərəfindən tutulandan on gün sonra bu barədə şikayətlər etməsini bildirsə də, iş materiallarında bu barədə sənədə rast gəlinməmiş, habelə məhkəmə istintaqı ərəfəsində digər orqanlardan məhkəməyə bununla bağlı sənəd daxil olmamışdır. Bundan başqa, “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin 37 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxsdə tibbi müayinə zamanı hər-hansı bir xəsarət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə sözü gedən ekspert rəyi ilə tanış olarkən hər hansı bir vəsatətinin olmamasını bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində polis əməkdaşları tərəfindən saxlanılarkən ona fiziki təzyiq göstərilməsini bildirməsi ilə əlaqədar Biləsuvar Rayon Polis Şöbəsi və Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinə zamanı üzərində hər hansı xəsarətin olub-olmaması barədə məlumat əldə etmək üçün aidiyyəti üzrə verilmiş sorğulara alınmış cavablarda, polis şöbəsinin müvəqqəti saxlama yerinə daxil olarkən keçirilmiş tibbi müayinə zamanı üzərində xəsarətin olmaması, istintaq təcridxanasında tibbi müayinə zamanı isə sol gözətrafı nahiyədə 4-5 sm ölçüdə tünd bənövşəyi rəngli qançır müşahidə olunması qeyd olunmuşdur. Məhkəmə bununla əlaqədar təkrar məhkəmə-tibbi ekspertizası təyin etmiş və “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin T30/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə məhkəmə-tibbi ekspertizasından keçirilən zaman onun bədənində hər-hansı xəsarət və ya onun izinin aşkar edilməməsi, sol gözətrafı nahiyədəki qançır sağlamlığa zərarvurmayan xəsarətlərə aid olduğundan dərəcəsinin təyin edilməməsi, dişlərində travmatik qırılmanı göstərən hər hansı bir əlamətin olmaması göstərilmiş, həmin ekspertizanı aparmış və məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Fəxrəddin Abbasov rəydə qeyd olunanları təsdiq etmişdir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə haqqında”, “şübhəli şəxsin dindirilməsi haqqında” protokollara əlavə edilmiş, həmin istintaq hərəkətlərinin videogörüntülərini əks etdirən disklərə baxış zamanı vizual olaraq Təqsirləndirilən şəxs hərəkətlərində, sifətində (sol gözətrafı nahiyədəki qançır istisna olmaqla) gözlə görünə bilən xəsarətlərə rast gəlinməmiş, danışarkən ağzını açıb-yumanda çətinlik çəkməsi, görünən dişlərində çatışmazlıq müşahidə olunmamışdır. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təsir və ya təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiq və təsirlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Con Murrey Birləşmiş Krallığa qarşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə şəxsi axtarış və götürmə, şübhəli şəxs və təqsirləndirilən qismində dindirilmə istintaq hərəkətləri zamanı polis əməkdaşları tərəfindən hər hansı qanunazidd hərəkətlərə məruz qalmamasını bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Bundan başqa, məhkəmə heyəti cinayət işi üzrə şahidlərdən Şahid2 əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs içərisində olduğu avtomobil tərəflərindən saxlanılarkən avtomobilin hansı istiqamətdə hərəkətdə olmasını bilməməsi, Şahid5 həmin avtomobildən narkotik aşkarlanması, Şahid1 bağlamaların bəlkə də, avtomobildə Elburusun əlində olması, Şahid6la Şahid3 iş üzrə müəyyən nüansları xatırlamamaları ilə əlaqədar dediklərini hadisədən xeyli müddət keçməsi ilə əlaqələndirir, habelə qeyd olunanların işin mahiyyətinə təsir dərəcəsinə istinadən nəzərə almır. Beləliklə, Təqsirləndirilən şəxs narkotik vasitələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və xüsusilə külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, yuxarıda qeyd olunanlardan başqa, Təqsirləndirilən şəxs aşkar olunan kütlələrin narkotik vasitə tiryək və psixotrop maddə metamfetamin kimi müxtəlif növdə olmaları, onların çəkiləri, habelə ona məxsus “İphone” markalı mobil telefona baxış zamanı xx.xx.2024-cü il tarixdə istifadəsində olan 050 ***-**-** nömrəli mobil telefon vasitəsilə telefonun yaddaşına “Sadig” adı ilə qeyd edilmiş (+**********15) “WhatsApp” tətbiqi ilə həm zəng, həm də səs göndərməklə əlaqə qurması, habelə, Azərbaycan Respublikasında fəaliyyət göstərən mobil operotorlara aid müxtəlif nömrələrlə çoxsaylı qarşılıqlı danışıqlar aparılmasının müəyyən edilməsi narkotik vasitə və psixotrop maddəyə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixotrop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözü gedən Qanunun 12-ci bəndinin mənasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Bundan başqa, cinayət hüquq nəzəriyyəsinə görə, qeyd olunan cinayətlərin bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətlərdə onları birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsidir və qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmir. Qeyd olunan Plenum Qərarının 16-cı bəndinin 3-cü yarımbaşlığına əsasən, bir neçə növ narkotik vasitə və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli və əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı müvafiq siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 102-ci bəndinə əsasən tiryək dövriyyəsi qadağan olunmuş narkotik vasitə, 2-ci hissəsinin 27-ci bəndinə əsasən metamfetamin dövriyyəsi qadağan olunmuş psixotrop maddədir; Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 182-ci bəndinə əsasən təmiz halda 50 qramdan 5000 qramadək tiryək külli miqdar; İİ Siyahısı”nın 118-ci bəndinə əsasən təmiz halda 400 qramdan artıq çəkidə metamfetamin xüsusilə külli miqdar təşkil edir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1 və 349-cu maddələrində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1, 7.1, 8.1 və 9.2-ci maddələrinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, yaşadığı və qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və ya şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət hesab olunduğundan və 56.1.3-cü maddəyə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edildiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1724,8 qram olan psixotrop maddə metamfetamin, 1239,9 qram olan narkotik vasitə tiryək məhv edilməli; ona məxsus bir ədəd “İphone” markalı mobil telefon yaxın qohumuna qaytarılmalı; üzərinə videoçəkiliş aparmaqla keçirilmiş şəxsi axtarışın əks olunduğu bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, həmin disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmənin ilkin mərhələlərində hüquqlarının müdafiəsi dövlət büdcəsi vəsaiti hesabına təyin edilmiş müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 27 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1724,8 qram olan psixotrop maddə metamfetamin, 1239,9 qram olan narkotik vasitə tiryək məhv edilsin; ona məxsus bir ədəd “İphone” markalı mobil telefon yaxın qohumuna qaytarılsın; üzərinə videoçəkiliş aparmaqla keçirilmiş şəxsi axtarışın əks olunduğu bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, həmin disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-34/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-34/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver