Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-340/2025 10.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1994-cü ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, ofisiant işləmiş, Gədəbəy rayonunun Düz Rəsullu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi, Südçülük sovxozu, “Şuşa” şəhərciyində, habelə İmişli rayonun Qızılkənd kəndində müvəqqəti yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-3035 qram narkotik vasitə olan qurudulmuş marixuana və ümumi təsiredici maddəsi külli miqdarda-2 qram təşkil edən 50 ədəd narkotik vasitə olan metadon həbləri əldə edib, saxlayıb, sərnişin olduğu cinayət barədə əvvəlcədən xəbərsiz olan taksi sürücüsü Şahid1 idarə etdiyi VAZ-21074 markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında 31 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs sərnişin olduğu avtomobil Biləsuvar rayonun ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbənin ərazisində saxlanılıb həmin yerdə Təqsirləndirilən şəxs üzərində yoxlama zamanı təqdim etdiyi çantada qablaşdırılmış üç ədəd bükümdə ayrı-ayrılıqda 960 qram, 1050 qram və 1025 qram olmaqla cəmi-külli miqdarda-3035 qram narkotik vasitə olan qurudulmuş marixuana və ümumi təsiredici maddəsi külli miqdarda-2 qram təşkil edən 50 ədəd narkotik vasitə olan metadon həbləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, hazırda subaydır, lakin əvvllər Daşqın adlı şəxslə evli olmuş və həmin evlilikdən üç azyaşlı uşağı vardır. Gədəbəy rayonun Düz Rəsullu kəndində qeydiyyatda olsa da, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi, Südçülük sovxozu, “Şuşa” şəhərciyində anası və uşaqları ilə birlikdə yaşamış, son vaxtlar, yəni tutulmamışdan bir müddət əvvəl isə İmişli rayonunun Qızılkənd kəndində kirayədə qalıb həmin ərazidə yerləşən kafedə ofisiant işləmişdir. Orada olduğu müddətdə üç azyaşlı uşağı anası Rahilənin yanında qalmış və onlara anası baxmışdır. O, xeyli müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də marixuana və metamfetamində, həmçinin metadondan da istifadə etmişdir. İstifadəsində 051/967-57-29 saylı mobil telefon nömrəsi olmuşdur. 31 yanvar 2025-ci il tarixdə, gecə saatlarında İrana aid telefon nömrəsindən (+98 905 *** **** saylı) vatsapla bir nəfər kişi ona zəng edib iranlı olduğunu deyib, amma adını demədən onunla söhbət etməyə başlamışdır. Söhbət zamanı həmin şəxs ondan narkotiklərdən istifadə edib-etəmədiyini soruşmuş, o da narkotiklərdən istifadə etdiyini bildirmiş, bu şəxs də ondan narkotik maddə istəyib-istəmədiyini soruşmuş, o da istifadə etmək üçün “patı” adlanan (metamfetamin) narkotik istədiyini bildirmiş, həmin şəxs də ona hazırda İmişli rayonun ərazisində bir yerdə narkotik olduğunu, gedib götürməsini demiş, o da səhər gedib götürəcəyini bildirmişdir. 31 yanvar 2025-ci il tarixdə, səhər saatlarında o, həmin iranlı ilə danışmış, günorta saatlarında isə bu şəxs ona vatsapla narkotik maddənin qoyulduğu yerin “konum”unu və fotoşəklini göndərmişdir. Bundan sonra tanışı İsmayıl adlı taksi sürücünə zəng edib onu bir yerə aparmasını demiş, İsmayıl da vaxtı olmadığını deyəndə ona yalandan “uşağıma pul lazımdı, gedəcəyim yerdə bir nəfər şəxs mənə pul verəcək, mən də həmin pulu uşaqlarıma göndərcəm” demiş və bundan sonra İsmayıl maşını ilə gəlib onu dediyi yerə aparacağını bildirmişdir. Həmin gün axşam saat 16 radələrində İsmayıl maşınla İmişli rayonun Qızılkənd kəndinə gəlib onu maşına götürüb dediyi yerə, yəni əvvəl İsmayıla “İmişli rayonu tərəfdə olan dairəvi yol ayrıcının yanına getməyi demiş, ora çatanda “gec gəldiyimə görə mənə pul verəcək şəxs çıxıb gedib, lakin pulu daşın altına qoyub və həmin yerin “konum”unu mənə göndərib” deyib iranlının ona göndərdiyi “konum”u telefonunda İsmayıla göstərib onu həmin yerə aparmasını xahiş etmişdir. Bundan sonra İsmayıl maşını Biləsuvar rayonun ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər yaşayan qəsəbə (3 saylı qəsəbə) istiqamətində sürmüş və “konum”da göstərilən tərəfə, yəni yolun kənarında, boş ərazidə olan “transformator”un yaxınlığına çatdıqdan sonra orada maşını saxlamağı xahiş etmiş, İsmayıl da həmin yerdə maşını saxlamışdır. O, İsmayıla tez qayıdacağını deyib avtomobildən düşüb, bir az aralıqda olan “transormator”un yanına getmiş və orada yerdə bir ədəd çanta olduğunu görüb həmin çantanı götürüb qaça-qaça gəlib avtomobilin yanına çatıb çantanı avtomobilin arxa oturacağının üstünə qoymuş, sonra özü də avtomobilin arxa oturacağına əyləşib İsmayıla avtomobili sürüb getmələrini demişdir. İsmayıl əvvəl ondan çantada nə olmasını soruşmuş, o isə İsmayıla bununla bağlı heç bir söz deməyib maşını sürməsini bildirmiş, İsmayıl da avtomobili sürüb oradan getmək istəyərkən polis avtomobili gəlib İsmayılın avtomobilinin arxasında dayanmışdır. Sonra həmin avtomobildən bir neçə şəxs düşüb onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını, üzərilərində və avtomobildə narkotik vasitələr olmasından şübhələndikləri üçün onların yoxlanılacaqlarını bildirmişlər. Bundan sonra orada polis əməkdaşları videoçəkilişlə onun və İsmayılın üzərinə, sonra da avtomobilə baxış keçirilməyə başlamışlar. Baxış zamanı polis əməkdaşları ona üzərində qadağan olunmuş əşyalar, o cümlədən narkotk maddələr varsa təqdim etməsini bildirmiş, bundan sonra o, cibində olan mobil telefonu, pulqabını və alışqanı çıxarıb avtomobilin “kapotu”nun üzərinə qoymuş, sonra isə təqdim etdiyi pulqabını açıb içindən az miqdarda marixuananı çıxarıb polislərə təqdim edib istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin o, polis əməkdaşlarına avtomobilə qoyduğu çantada narkotik maddə olduğunu bildirib avtomobilin arxa oturacağında olan həmin çantanı götürüb polislərə təqdim etmişdir. Təqdim etdiyi çantanın içərisində narkotik maddələr, yəni marixuana və metadon həbləri aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, üzərində və çantada aşkar olunan narkotik maddələrin özünə məxsus olmasını, üzərində aşkar olunan marixuananı bir müddət əvvəl Bakı şəhərində kimdənsə əldə edib istifadəsi üçün üzərində saxladığını, çantada olan narkotik maddələri isə (marixuana və metadonu) bir nəfər tanımadığı şəxslə danışıb istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmçinin o, polislərə taksi sürücüsü İsmayılın bu işlərdən məlumatı olmadığını, ona guya kimdənsə pul götürmək üçün bura gəldiyini dediyini bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən nakotik maddələr qablaşdırılıb götürülmüşdür. Bundan sonra onlar polis şöbəsinə aparılmışlar və orada o, izah verib işlə bağlı bildiklərini danışmışdır. O, saxlandığı yerə narkotik vasitə götürmək üçün gəlsə də, həmin narkotik vasitənin çəkisini və hansı növ olduğunu dəqiq bilməmiş, iranlı da ona bu barədə heç nə deməmişdir. O, həmin yerdən götürəcəyi çantada “patı” kimi tanıdığı maddənin (metamfetaminin) olmasını güman etmiş, lakin çantanın içərisindən marixuana və metadon həbləri aşkar olunmuşdur. O, həmin narkotik maddələri özünün şəxsi istifadəsi üçün əldə etmiş, kiməsə satmaq və ya vermək fikrində olmamışdır. O, narkotik maddələrdən istifadə etsə də, onların satışı ilə məşğul olmamış, bununla bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin şəxsi istifadəsi üçün narkotiklər əldə edib saxladığını görə özünü təqsirli bilir və əməlindən peşmandır. Həmçinin himayəsində üç azyaşlı uşağının olmasının nəzərə alınmasını məhkəmədən xahiş edir. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da məhkəmədə verdiyi ifadəsinə ümumən uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, o, Cəbrayıl RPŞ-nin əməkdaşıdır. 31 yanvar 2025-ci il tarixdə Cəbrayıl RPŞ-nin əməkdaşı Şahid3 “Leyla” və “İsmayıl” adlı şəxslərin Biləsuvar rayonun ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər yaşayan qəsəbələrin ərazisində X3 dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Sonra müəyyən edilmişdir ki, məlumatda adları göstərilən şəxslər Gedəbəy rayon sakini olan və İmişli rayonun Qızılkənd kəndində yaşayan Təqsirləndirilən şəxs və İmişli rayon sakini Şahid1dur. Bundan sonra daxil olmuş məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və 31 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri zamanı əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs sərnişin olduğu və İsmayıl adlı şəxsin idarə etdiyi ağ rəngli VAZ-21074 markalı avtomobil Biləsuvar rayonun ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər yaşayan 3 saylı qəsəbə istiqamətində hərəkətdə olarkən əməliyyat müşahidəsinə götürülmüşdür. Əməliyyat qrupu tərəfindən həmin avtomobilin 3 saylı qəsəbənin ərazisində hərəkət edib orada olan su kanalının üzərindəki körpüyə çatıb sağa dönüb torpaq yolla bir az getdikdən sonra dayanması, avtomobildən Təqsirləndirilən şəxs yerə düşüb həmin yerdə olan transormatorun yanına gedib oradan bir ədəd çantanı götürüb geri qayıdıb çantanı avtomobilin arxa oturacağını qoyub sonra özü də avtomobilin arxa oturacağında əyləşməsi və sürücünün avtomobili idarə edib arxaarxaya hərəkət etməyə başlaması müşahidə edildikdən dərhal sonra əməliyyat qrupu “Niva” markalı xidməti avtomobillə arxa tərəfdən həmin avtomobilə yaxınlaşıb yolu bağlamışlar. Sonra özü və əməliyyat qrupunun digər üzvləri həmin avtomobilə yaxınlaşıb özlərini təqdim edib sürücü Şahid1 və sərnişin Təqsirləndirilən şəxs üzərlərində və avtomobildə narkotik vasitələr olması şübhəsi yarandığına görə həmin yerdə üzərləri yoxlanılacağı və avtomobilə baxış keçiriləcəyi bildirmiş, onlar da etiraz etməmişlər. Bundan sonra videoçəkilişlə saxlanmış şəxslərin üzərində yoxlama aparılmış, sonra avtomobilə baxış keçirilmişdir. Yoxlama zamanı sürücü Şahid1 üzərində qadağan olunmuş hər hansı əşyalar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmazdan əvvəl ona üzərində qadağan olunan əşya, o cümələdən narkotik maddə varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları ciblərindən çıxarıb təqdim etmiş, həmçinin təqdim etdiyi pul qabının içərisindən xırda bükümü çıxarıb təqdim edib bükümdə marixuana olduğunu, yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunun həmin kütlə qablaşdırılıb götürülmüşdür. Daha sonra avtomobilə baxış keçirilməyə başlayarkən sürücü Şahid1 avtomobilində ona məxsus qadağan olunmuş hər hansı əşyalar, o cümlədən narkotik maddələrin olmadığını bildirmiş, lakin Təqsirləndirilən şəxs avtomobildə ona məxsus çantanın olduğunu və həmin çantanın da içərisində narkotik maddə olmasını bildirib avtomobilin arxa oturacağından bir ədəd çantanı götürüb təqdim etmişdir. Həmin çantanın içərisindən bir neçə bağlamada marixuanaya oxşar kütlələr və 50 ədəd dərman həbləri aşkar edilmişdir. Şifahi sorğa zamanı sürücü Şahid1 avtomobili ilə Təqsirləndirilən şəxs həmin yerə gətirdiyini və Təqsirləndirilən şəxs ona kimdənsə pul götürmək üçün həmin yerə gəlməsini dediyini və onun narkotik maddələr götürmək üçün gəlməsindən xəbərinin olmadığını bildirmişdir. Şifahi sorğa zaman Təqsirləndirilən şəxs üzərində və çantada aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını, çantada olan narkotik maddələri bir nəfər tanımadığı iranlı şəxslə telefonla danışıb şəxsi istifadəsi üçün əldə etdiyini, sürücü İsmayılın bu işlərdən heç bir məlumatının olmadığını, ona yalandan kimdənsə pul alacağını deyib onu həmin yerə gətirməsini ondan xahiş etdiyini bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr və dərman həbləri qablaşdırılıb götürülmüşdür. Həmçinin saxlanılmış şəxslərə məxsus bəzi əşyalar, o cümlədən mobil telefonlar da götürülmüşdür. Sonra saxlanmış şəxslər polis şöbəsinə gətirilmiş, bundan sonra aparılmış əməliyyat-axtarış tədbiri ilə bağlı müvafiq protokol tərtib olunmuş, daha sonra götürülmüş maddi sübutlar və saxlanmış şəxslər təhqiqat qrupuna təhvil verilmişdir. Əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində yoxlama və təqdim olunmuş əşyaların, o cümlədən narkotik maddələrin götürülməsi zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid4 və Şahid6 Şahid5 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, Şahid1 Araz oğlu ibtidai istintaq zamanı ıerdiyi ifadəsində göstərmişdir ki, o, İmişli rayonun Aranlı kəndində yaşayır, istifadəsində VAZ-2107 markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır və həmin avtomobildən taksi kimi istifadə edir. Təqsirləndirilən şəxs yaşadığı kənddin ərazisində yerləşən kafedə işlədiyi üçün tanımış və onunla münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs narkotiklərdən istifadə etməsini bilməmiş, özü də heç vaxt narkotiklərdən istifadə etməmişdir. 31 yanvar 2025-ci il tarixdə, saat 15 radələrində Leyla ona zəng edib getmək istədyi yer olduğunu demiş, o isə işi olduğu üçün apara bilməyəcəyini bildirəndə Leyla ona “uşağıma pul lazımdı, gedəcəyim yerdə bir nəfər şəxs mənə pul verəcək, həmin pulu ondan alım və uşağıma göndərim” deyərək təkidlə xahiş etdiyindən o da razılaşmışdır ki, onu dediyi yerə aavtomobili ilə aparacaq. Sonra o, saat 16 radələrində avtomobillə İmişli rayonunun Qızılkənd kəndinə gedib oradan onu avtomobilə götürüb dediyi yerə, yəni əvvəl köhnə “postqai” adlanan dairəvi yol ayrıcına aparmış, orada Leyla kiminləsə telefonla danışandan sonra pul alacağı şəxsin orada olmadığını deyib mobil telefonunda olan “konum”u ona göstərib həmin yerə onu aparmasını xahiş etmiş, o da hənim “konum”la hərəkət edib Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu ilə gedib, 3 saylı Cəbrayıl qəsəbəsinə gedən yola dönüb həmin yolun üzərində olan “Su idarəsi”nin yanındakı körpüyə çatıb avtomobili sağa döndərib orada olan “transformator”un yaxınlığında avtomobili saxlamışdır. Leyla tez qayıdacağını deyib avtomobildən düşüb “transormator”a tərəf getmişdir. Az sonra Leyla əlində bir ədəd çanta ilə qaça-qaça gəlib avtomobilin arxa oturacağına əyləşmiş, həmin vaxt o, Leyladan çantada nə olduğunu soruşmuş, Leyla da çanta ilə bağlı bir söz demədən avtomobili sürməsini bildirmiş, o da avtomobili arxaya sürüb hərəkət etdirkən bir polis avtomobili gəlib onun avtomobilin arxasında dayanmış və yol bağlanmışdır. Sonra həmin avtomobildən bir qrup şəxs düşüb avtomobilə yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib ona və Leylaya üzərində və avtomobildə narkotik maddələr olmasında şühbəsi ilə onların üzərləri və avtomobil yoxlanılacağını demişlər. Onlar etiraz etməmiş, bundan sonra videoçəkilişlə onların üzərinə və avtomobilə baxış keçirməyə başlanmışdır. Polislər tərəfindən onun üzəri yoxlanılmış və üzərində hər hanı bir qadağan olunmuş əşyalar aşkar edilməmişdir. Yoxlama zamanı Leyla özü üzərində olan əşyaları çıxarıb polisə təqdim etmiş, həmin vaxt Leyla təqdim etdiyi pul qabının içərisində bir ədəd bükümdə narkotik miaddə olduğunu, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ondan avtomobildə qadağan olunmuş əşyaların olub-olmamasını soruşmuş, o da avtomobilində ona məxsus qadağan olunmuş heç bir əşyanın olmadığını bildirmişdir. Həmin vaxt Leyla avtomobildə ona məxsus çanta olduğunu deyib gedib həmin çantanı avtomobildən götürüb polislərə təqdim edib çantanın içərisində narkotik maddələr olduğunu bildirmişdir. Polislər onların iştirakı ilə həmin çantaya baxış keçirilmiş və çantanın içərisindən bir neçə bağlama və dərman həbləri aşkar edilmişdir. Şifahi sorğu zamanı Leyla həmin maddələrin narkotik maddələr olduğunu və özünə məxsus olmasını, bir az əvvəl gizlədildiyi yerdən götürüb avtomobilə qoyuduğunu bildirmişdir. O, Leylanın Cəbrayıl qəsəbəsinə narkotik vasitə götürmək üçün gəldiyini bilməmiş, bu barədə Leyla ona heç bir söz deməmişdir. Sonra onlar polis şöbəsinə gətirilmiş və orada onun izahatı alınıb araşdırma aparılmış və bundan sonra onun bu işdə heç bir iştirakının olmaması təsdiq olunmuşdur. İşdə olan, Cəbrayıl RPŞ-nin əməkdaşının 31 yanvar 2025-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Bakı şəhər sakin “Leyla” və İmişli rayon sakini “İsmayıl” adlı şəxslərin qanunsuz olaraq narkotik vasitələr əldə edib daşımaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmçinin əməliyyat yolu ilə “Leyla” adlı şəxsin Gedəbəy rayon sakini Təqsirləndirilən şəxs və “İsmayıl” adlı şəxsin İmişli rayonunun Aran kənd sakini Şahid1 olması müəyyən edilmişdir. İşdə olan, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 31 yanvar 2025-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə, saat 17:30 radələrində Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri keçirilmişdir. Əməliyyat-axtarış zamanı əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs sərnişin olduğu və Şahid1 idarə etdiyi ağ rəngli VAZ-21074 markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Biləsuvar rayonun ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə istiqamətində hərəkətdə olması, sonra həmin avtomobilin 3 saylı qəsəbənin ərazisində hərəkət edib orada olan su kanalının üzərindəki körpüyə çatıb sağa dönüb torpaq yol ilə bir az getdikdən sonra dayanması, avtomobildən Təqsirləndirilən şəxs yerə düşüb həmin yerdə olan transormatorun yanına gedib oradan bir ədəd çantanı götürüb geri qayıdıb çantanı avtomobilin arxa oturacağına qoyub sonra özünun də avtomobilin arxa oturacağında əyləşməsi və sürücünün avtomobili idarə edib arxa-arxaya hərəkət etməyə başlaması müşahidə edildikdən dərhal sonra əməliyyat qrupu Cəbrayıl RPŞ-nə məxsus “Niva” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə arxa tərəfdən həmin avtomobilə yaxınlaşıb yolu bağlayıb bu avtomobili saxlamışlar. Sonra əməliyyat qrupu həmin avtomobilə yaxınlaşıb sürücü Şahid1 və sərnişin Təqsirləndirilən şəxs özlərini təqdim edib onların üzərlərində və avtomobildə narkotik vasitələr olması şübhəsi yarandığına görə həmin yerdə üzərlərinə və avtomobilə baxış keçiriləcəyi bildirmiş, onlar da etiraz etməmişlər. Bundan sonra videoçəkilişlə saxlanmış şəxslərin üzərində yoxlama aparılmış, sonra avtomobilə baxış keçirilmişdir. Yoxlama zamanı sürücü Şahid1 üzərində qadağan olunmuş hər hansı əşyalar aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmazdan əvvəl ona üzərində qadağan olunan əşya, o cümələdən narkotik maddə varsa təqdim etməsi təklif olunmuş və bundan sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları ciblərindən çıxarıb təqdim etmiş, həmçinin təqdim etdiyi pul qabının içərisindən xırda bükümü çıxarıb təqdim edib bükümdə marixuana olduğunu, yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunun həmin kütlə qablaşdırıloıb götürülmüşdür. Daha sonra avtomobili baxış keçirilməyə başlayarkən sürücü Şahid1 avtomobilində ona məxsus qadağan olunmuş hər hansa əşyalar, o cümlədən narkotik maddələrin olmadığını bildirmiş, lakin Təqsirləndirilən şəxs avtomobildə ona məxsus çantanın olduğunu və həmin çantanın da içərisində narkotik maddə olmasını bildirib avtomobilin arxa oturacağından bir ədəd çantanı götürüb təqdim etmişdir. Həmin çantanın içərisindən bir neçə bağlamada marixuanaya oxşar kütlələr və 50 ədəd dərman həbləri aşkar edilmişdir. Şifahi sorğa zamanı sürücü Şahid1 avtomobili ilə Təqsirləndirilən şəxs həmin yerə gətirdiyini və Təqsirləndirilən şəxs ona kimdənsə pul götürmək üçün həmin yerə gəlməsini dediyini və onun narkotik maddələr götürmək üçün gəlməsindən xəbərinin olmadığını bildirmişdir. Şifahi sorğa zaman Təqsirləndirilən şəxs üzərində və çantada aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını, çantada olan narkotik maddələri bir nəfər tanımadığı iranlı şəxslə telefonla danışıb şəxsi istifadəsi üçün əldə etdiyini, sürücü İsmayılın bu işlərdən heç bir məlumatının olmadığını, ona yalandan kimdənsə pul alacağını deyib onu həmin yerə gətirməsini ondan xahiş etdiyini bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr və dərman həbləri qablaşdırılıb götürülmüşdür. Həmçinin saxlanılmış şəxslərə məxsus bəzi əşyalar, o cümlədən mobil telefonlar da götürülmüşdür. Əməliyat-axtarışının keçirilməsi zamanı aparılmış videoçəkiliş bir ədəd DVD dskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 01 fevral 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “... ƏAT keçirməyə müvəkkil edilmiş şəxslər tərəfindən təqdim olunan- narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə ...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,38 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “... ƏAT keçirməyə müvəkkil edilmiş şəxslər tərəfindən təqdim olunan- narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə ...” sözləri və imzalar olan sintetik torbada 03 ədəd polietilen torbada ayrıayrılıqda təmiz çəkisi-960,0 qram, 1050,0qram və 1025,0 qram olmaqla ümumi çəkisi 3035 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş narkotik vasitə marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. Marixuananın ümumi çəkisi 3035,38 qramdır. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 3034,98 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 manat 95 qəpik təşkil edir. İşdə olan, məhkəmə- kimyəvi ekspertizasının 27 fevral 2025-ci ü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №147” möhür əksi, “... Təqsirləndirilən şəxs ...” və s. adlar, yazılar, soyadları, imzalar olan kağız paketdəki üzərində “… Methadone 40... Faran” göstəriciləri olan 05 ədəd bilisterdə üzərində “F/M40” yazısı həkk olunmuş cəmi 50 ədəd dərman həblərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 2 qram olan narkotik vasitə-metadon müəyyən edildi. Ekspertiza tədqiqatından sonra qalıq metadon 46 həb. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. İşdə olan, “Mobil telefona baxış keçirilməsi haqqında” 02 fevral 2025-ci il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung A10s” markalı mobil telefonun üzərində ("xxxx" MMC-nə məxsus) 051/775-44-58 saylı mobil telefon nömrəsi vardır. Həmin mobil telefonun yaddaş kitabçasında zənglər siyahısı və mesajlar (SMS-lər) bölməsindəə, eləcə də telefonuna yüklədiyi vatsap proqramında qeydiyyatdan keçmiş profildə mesajlar və zənglər siyahısında İran İslam Respublikasının operatoruna məxsus, şəxsiyyəti məlum olmayan şəxslərin istifadə etdiyi “mhrshadsrkhany 964 +**********53” saylı, “Şehram +**********00” saylı, “Ziz +**********17” saylı və ərəb və ya fars əlifbası ilə adı yazılan “+**********41” saylı, həmçinin, İİR-nın telefon operatoruna məxsus, özünü İran vətəndaşı kimi təqdim edib adını deməyən şəxsin istifadə etdiyi ərəb və ya fars əlifbası ilə adı yazılan “+**********33” saylı, eyni zamanda, "xxxx" mobil operatoruna məxsus olan və Şahid1 istifadə etdiyi “İsmayıl taksi + 994 51 774 44 58” saylı mobil telefon nömrələrin qeyd olunduğu aşkar olunmuşdur. İşdə olan, “Maddi sübutun tanınması və həlli barədə”15 və 21 aprel 2025-ci il tarixli qərarlarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra 3034,98 qram qurudulmuş marixuana, 46 ədəd metadon həbləri, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung A10s” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Cəbrayıl RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şübhəli şəxsin üzərində yoxlama ilə bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk və telefon danışıqlarına dair məlumatların yazıldığı 1 (iki) ədəd CD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 fevral 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji tibb müəsissəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 21 aprel 2025-ci il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından narkotik maddələrin əldə edilmə mənbəyi ilə bağlı CM-in 206.3.2 və 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid5, Şahid4, Şahid6 və Şahid1 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid5, Şahid4, Şahid6 və Şahid1 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şübhəli şəxsin üzərində yoxlama ilə bağlı videoçəkilişlə və buna aid protokolla tam təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək və iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri təkrarən əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 01 yanvar 2025-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin ərazisində özünün əlaqədə olduğu və narkotik vasitələrin satışını həyata keçirən, şəxsiyyəti istintaqla araşdırılan şəxsdən (şəxslərdən) 0,38 qram narkotik vasitə olan qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımış, təkrarən o, 31 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-3035 qram narkotik vasitə olan qurudulmuş marixuana və ümumi təsiredici maddəsi 2 qram təşkil edən külli miqdarda-50 ədəd narkotik vasitə olan metadon həbləri əldə edib, saxlayıb, sərnişin olduğu avtomobillə daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb ondan bir ədəd çantada külli miqdarda-3035 qram narkotik vasitə olan qurudulmuş marixuana və ümumi təsiredici maddəsi 2 qram təşkil edən külli miqdarda-50 ədəd narkotik vasitə olan metadon həbləri aşkar edilib götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs iş üzrə verdiyi ifadələrində bildirmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış və üzərində aşkar olunmuş az miqdarda (0,38 qram) marixuananı şəxsi istifadəsi üçün kimdənsə əldə edib üzərində saxlamış, habelə ona aid çantada aşkar olunmuş narkotik vasitələri (marixuana və metadonu) də şəxsi istifadəsi üçün tanımadığı şəxslə danışıb əldə edib saxlamışdır. Habelə işdə olan narkoloji tibbi yoxlamanın rəyi ilə müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narokomaniya xəstəliyi) aşkar olunur və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Eyni zamanda məhkəmə istintaqı, eləcə də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitələri hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. İş üzrə ifadə vermiş şahidlər (polis əməkdaşları) göstərmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və istifadəsi barədə məlumat daxil olsa da, onun kiməsə narkotik vasitələr satması barədə məlumatlar əldə edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndində verilmiş izaha əsasən 28 iyun 2005-ci il tarixli Qanunda “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Habelə 9-cu bəndində izah olunur ki, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə təkrarən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin bu maddələri əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, bu qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən bu halların, yəni təqsirləndirilən şəxsin əvvəl 0,38 qram, sonra təkrarən 3035 qram qurudulmuş marixuana və təsiredici maddəsi 2 qram təşkil edən 50 ədəd metadon həbləri əldə edilməsinin satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ və Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Metadon” və “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddələr narkotik vasitələrdir. Metadonun 0.002 qramdan və qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi xeyli miqdar, metadonun 1,6 qramdan 160 qramadək və qurudulmuş marixuananın 500 qramdan 50000 qramadək hissəsi külli miqdar, metadonun 160 qramı və qurudulmuş marixuananın 50000 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik maddə olan qurudulmuş marixuananın 0,38 qramı xeyli miqdardan az miqdar, 3035 qramı külli miqdar, habelə təsiredici maddəsi 2 qram təşkil edən 50 ədəd metadon külli miqdar təşkil edir, lakin Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələrin külli miqdarda olması onun bu maddələri məhz satış məqsədi ilə əldə etməsi kimi qiymətləndirilməsinə əsas vermir. Habelə Təqsirləndirilən şəxs 0,38 qram qurudulmuş marixuananı məhz satış məqsədilə əldə etməsi də inandırıcı deyil. Eyni zamanda şəxsin CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməlləri miqdarına görə törədib-törətməməsi məsələsinin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ və İİ Siyahılara əsasən həll olunmalı olduğundan və hazırki iş üzrə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi qurudulmuş marixuananın miqdarı 0,38 qram olmaqla həmin Qanunla təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən İ Siyahıya əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qurudulmuş marixuananın miqdarının xeyli miqdarda-5 qramdan artıq olması (qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi xeyli miqdar hesab edilir) tələb olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdardan az olan 0,38 qram qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma əməli cinayət məsuliyyəti yaratmır. Qeyd olunanlar nəzərə alınaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan CM-nin 234.4.2-ci maddəsi çıxarılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən 14 iyun 2024-cü il tarixli Qərarının 16-cı bəndində verilmiş izahı, yəni “satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir” müddəası nəzərə alınaraq Təqsirləndirilən şəxs verilmiş ittihamda onun 0,38 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə etməsinə dair xüsusat göstərilməməlidir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etmə, saxlama, daşıma və satma cinayətini, yəni CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayəti törətməsi də heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayət əməlini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Habelə məhkəmə cinayət qanunvericiliyinin müddəaları baxımından da hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir, onun hərəkətlərində CM-nin 234.2-ci maddəsinin (bu əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin) tərkib əlamətləri də yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti və cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin obyektiv cəhəti təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri etməkdən ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma hərəkətlərin edilməsi başa düşülür. Hazırki iş üzrə təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma hərəkətləri, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələri əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri təşkil edir. Bu isə o deməkdir ki, təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma hərəkətləri etməsini, yəni narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi tələb olunur. Lakin hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddələri əldə etmə, saxlama, daşıma və satma ilə bağlı hərəkətləri, yəni narkotik maddələri əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi təsdiq olunmur. Habelə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddələri əldə etməyə dair ittiham verilsə də, təqsirləndirilən şəxsin bu maddələri əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə tədqiq olunmuş sübutları, işin faktiki hallarını və cinayətin ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində (eləcə də həmin Məcəllənin 234.2-ci maddəsində) nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxsn tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərildiyi kimi narkotik maddəni satış məqsədi ilə əldə edilməsinə dair fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqlarının və X2 X1 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-3035 qram narkotik vasitə olan qurudulmuş marixuana və ümumi təsiredici maddəsi külli miqdarda-2 qram təşkil edən 50 ədəd narkotik vasitə olan metadon həbləri əldə edib, saxlayıb, sərnişin olduğu cinayət barədə əvvəlcədən xəbərsiz olan taksi sürücüsü Şahid1 idarə etdiyi VAZ-21074 markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında 31 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs sərnişin olduğu avtomobil Biləsuvar rayonun ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbənin ərazisində saxlanılıb həmin yerdə Təqsirləndirilən şəxs üzərində yoxlama zamanı təqdim etdiyi çantada qablaşdırılmış üç ədəd bükümdə ayrı-ayrılıqda 960 qram, 1050 qram və 1025 qram olmaqla cəmi-külli miqdarda-3035 qram narkotik vasitə olan qurudulmuş marixuana və ümumi təsiredici maddəsi külli miqdarda-2 qram təşkil edən 50 ədəd narkotik vasitə olan metadon həbləri aşkar edilib götürülmüş və bununla da o, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən (bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə) satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri bu cinayətin törədilməsi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalı, habelə ona elan olunmuş ittihamdan CM-nin 234.4.2-ci maddəsi çıxarılmalıdır. İşdə olan, Cəbrayıl Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 31 yanvar 2025-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Gədəbəy RİHB-nın Düz Rəsullu kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 06 mart 2025-ci il tarixli arayışı və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Gədəbəy rayonunun Düz Rəsullu kəndində qeydiyyatda olmaqla yaşamış və uzun müddət nümayəndəlik ərazisindən kənarda yaşaması (Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi, Südçülük sovxozu, “Şuşa” şəhərciyində, eləcə də İmişli rayonunun Qızılkənd kəndində müvəqqəti yaşaması) nəzərə alınaraq müsbət və ya mənfi xarakterizə etmək mümkün deyildir. İşdə olan, Düz Rəsullu kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 06 mart 2025-ci il tarixli arayış və AA4730576, AA3764916 və AA4730575 saylı şəxsiyyət vəqələrinin surətləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində 14 avqust 2017-ci il təvəllüdlü X11, 12 mart 2020-ci il təvəllüdlü X12 və 19 dekabr 2022-ci il təvəllüdlü X13 vardır. İşdə olan, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının 24 iyul 2025-ci il tarixli Rəyi ilə müəyyən edilir ki, Gədəbəy rayonunun Düz Rəsullu kənd sakini X15 (Təqsirləndirilən şəxs anası) nəvələri-14 avqust 2017-ci il təvəllüdlü X4, 12 mart 2020-ci il təvəllüdlü X5 və 19 dekabr 2022-ci il təvəllüdlü X6 üzərində qəyyum təyin edilməsi barədə Sərəncam verilməsini xahiş etmişdir. X14, Seymur Musayev və Nəfəs Musayeva ata X7 himayəsindən kənarda qalmış, anaları Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə cinayət işi açılmışdır. Hazırda uşaqlar nənə Rahilə Musayevin himayəsində yaşayırlar. Vətəndaşın tələbi ilə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114-cü və Mülki Məcəllənin 33.4-cü maddələrinə uyğun olduğundan 14 avqust 2017-ci il təvəllüdlü X4, 12 mart 2020-ci il təvəllüdlü X5 və 19 dekabr 2022-ci il təvəllüdlü X6 valideyn himayəsindən kənarda qaldığı nəzərə alaraq onların üzərində nənə X15 qəyyum təyin edilməsi məqsədəuyğun hesab edilmişdir. İşdə olan, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının 24 iyul 2025-ci il tarixli Sərəncamın surəti ilə müəyyən edilir ki, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının 24 iyul 2025-ci il tarixli Rəyinə əsasən X15 nəvələri-14 avqust 2017-ci il təvəllüdlü X4, 12 mart 2020-ci il təvəllüdlü X5 və 19 dekabr 2022-ci il təvəllüdlü X6 üzərində qəyyum təyin edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs ovun barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə iş üzrə müəyyən edilmiş halları, o cümlədən Təqsirləndirilən şəxs narkomaniya xəstəsi olması, uşaqları ilə birgə yaşamaması, qeyrimüəyyən həyat-tərzi keçirməsi, azyaşlı uşaqlarına yetərincə analıq qayğısı göstərə bilməməsi və üç azyaşlı uşağının faktiki olaraq nənə Rahilə Musayevanın himayəsində olması səbəbindən uşaqların onun yanında saxlanmasının məqsədəmüvafiq hesab edilməməsi (Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının rəyi də) nəzərə alınaraq məhkəmə hesab edir ki, hazırda təqsirləndirilən şəxs Rahilə Musayevanın barəsində CM-nin 79-cu maddəsinin (Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) tətbiq edilməsi üçün əsaslar yoxdur. Habelə məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı, yəni onun himayəsində üç azyaşlı uşağının olmasını, həmçinin əməlindən peşmançılıq çəkməsi və ilk məhkumluğunu, eləcə də təqsirkarın törətmiş olduğu cinayətin xarakteri və işin faktiki halları, o cümlədən təqsirkarın narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq heab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının müddəti aşağı həddə təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilərək narkomaniyadan məcburi müalicə olunmalı və o, yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Cəbrayıl RPŞ-nin maddi sübutlar otağında saxlanılan 3034,98 qram narkotik vasitə olan qurudulmuş marixuana və 46 ədəd narkotik vasitə olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X8 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut olan və Cəbrayıl RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung A10s” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs anası Rahilə Musayevaya qızına (ünvan: Gədəbəy rayonunun Düz Rəsullu kəndi) təhvil verilməli, habelə iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şübhəli şəxsin üzərində yoxlama ilə bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk və telefon danışıqlarına dair məlumatların yazıldığı 1 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-141 (bir yüz qırx bir) manat 95 (doxsan beş) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen işinə əlavə edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şübhəli şəxsin üzərində yoxlam**********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 3034,98 qram narkotik vasitə olan qurudulmuş marixuana və 46 ədəd narkotik vasitə olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Habelə hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut olan və Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung A10s” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs anası X10 (ünvan: Gədəbəy rayonunun Düz Rəsullu kəndi) təhvil verilsin. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı şübhəli şəxsin üzərində yoxlama ilə bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk və telefon danışıqlarına dair məlumatların yazıldığı 1 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-141 (bir yüz qırx bir) manat 95 (doxsan beş) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Oruc Cəlilov Hakimlər: Xamməd Nuriyev Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-340/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-340/2025
10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver