Məhkəmə qərarları › İş №1(099)-341/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-341/2022

05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-341/2022 05.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, Vət. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Vət. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəmə məsuliyyətinə verilmişdir. Cinayət işi 26 aprel 2022-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş və iş üzrə məhkəmə hazırlıq iclası 05 may 2022-ci il tarixə təyin edilmişdir. Azərbaycan Respublikası CPM-in 299.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması və aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin pozulub - pozulmaması barədə məsələlərə baxılır. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı Emin Musayev vəsatət verərək vət. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun əməlinin az ağır cinayətlər kateqoriyasına aid olduğunu bildirmiş və Azərbaycan Respublikası CPM-in 67.2-ci maddəsinə əsasən cinayət işini baxılması üçün aidiyyəti üzrə Lənkəran rayon məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Cinayət prosesi iştirakçılarının hər biri ayrı-ayrılıqda dövlət ittihamçısının fikri ilə razı olduqlarını bildirdi. Məhkəmə cinayət işinin Lənkəran rayon məhkəməsinə göndərilməsi barədə dövlət ittihamçısının vəsatəti ilə bağlı tərəflərin fikirlərini dinləyərək hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli və cinayət işi aidiyyəti üzrə baxılması üçün Lənkəran rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 300.1.4-cü maddəsinə əsasən məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, vət. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi ilə olan cinayət işi baxılması üçün Lənkəran rayon məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 300.1.4-cü maddəsini rəhbər tutub məhkəmə, qəraraaldı: Vət. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Lənkəran rayon məhkəməsinə göndərilsin. Qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Lənkəran rayon prokuroruna göndərilsin. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar