Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-341/2023 02.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X11 oğlunun sədrliyi ilə, hakimlər – X7 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məsləhətçi – Allahverdiyev Elçin Sərhəng oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Mehralı oğlununiştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 3,172 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki şalvarının sağ yan cibində daşıyaraq saxlamış, 03 dekabr 2022-ci il tarixdə saat 15:05-də Şirvan şəhər polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən Şirvan şəhəri, Əli- Bayramov küçəsində qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli şəxs kimi saxlanılıb Şirvan şəhər polis şöbəsinə gətirilmiş, 03 dekabr 2022-ci il tarixdə saat 16:30-dan saat 16:45-dək müddətdə üzərinə videoçəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 3,172 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə olan heroin əynindəki şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək öz ifadəsində göstərmişdir ki, maşın ustası işlədiyi üçün ona açar lazım olduğundan 03 dekabr 2022-ci il tarixdə, saat 15 radələrində qonşusu X2 usta olan atasından açar almaqdan ötrü onların evinə getmiş, onların həyətlərinə daxil olub Elnur Osmanovu çağırmışdır. Həmin vaxt həyətə Elnur Osmanovu tutmağa gəlmiş polis əməkdaşları daxil olmuş, polislər onu da tutaraq özləri ilə polis şöbəsinə aparmışlar. Polis şöbəsində polis əməkdaşları ona təzyiq edərək cibinə narkotik vasitə qoymuşlar. Polislərə etiraz etdikdə isə ona barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə iş başlayacaqlarını və 48 saat ərzində onu azad edəcəklərini bildirmişlər. O da polislərin dediklərinə inanıb yazılanlara imza etmişdir. Lakin iki gündən sonra məhkəməyə aparılarkən barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanıldığını bilmişdir. Onun üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, hüquqlarını bilmədiyi üçün olunan təzyiqlər barədə vəkilinə bir söz deməmişdir. Ona qarşı polislər tərəfindən zor da tətbiq olunmuş, polis əməkdaşları ilə onun arasında əvvəllər ədavət və düşmənçilik olmamış, onlar onu əvvəllər tanımamışlar. Polis əməkdaşları ona qarşı zor tətbiq edərək onu polis şöbəsinə aparmış və orada ona narkotik vasitənin onun olmasını boynuna almayacığı təqdirdə evinə yarım kiloqram narkotik vasitə qoyacaqlarını deimişlər. O ümumiyyətlə narkotik vasitədən istifadə etməmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamış, polis əməkdaşları onu yaşadığı Əli Bayramov küçəsində deyil, qonşusu Elnur Osmanovun evində, Şirin Şükürov küçəsində saxlamışlar. Həmin vaxt Elnurun ailə üzvləri də evdə olmuşlar. O Elnurun həyətinə girən kimi polislər həyətə daxil olub əvvəl onu polis şəbəsinə aparmış, sonradan isə Elnuru da şöbəyə gətirmişlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı məhkəmənin müəyyən etdiyi halları etiraf etməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq onun bu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkili Şahid1 ifadəsində göstərmişdir ki, 03 dekabr 2022-ci il tarixdə xidmətdə olarkən ona ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitələri üzərində daşımaqla saxlaması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. O 03 dekabr 2022-ci il tarixdə əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Əli-Bayramov küçəsinə gemiş, küçədə Təqsirləndirilən şəxs görmüş və onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində o, vəkillə təmin edilmiş və üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı ona bildirilmiş, buna hər hansı bir etirazı olmamışdır. Sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etmiş, həmin bükümdə narkotik vasitə heroinin olmasını bildirmişdir. Sonra şəxsi axtarışa başlanılmış, onun üzərində başqa qanunsuz gəzdirdiyi heç nə aşkar olunmamşdır. Təqsirləndirilən şəxs həmin vaxt təqdim etdiyi sellofan bükümdəki narkotik vasitə olan heroini yaşadığı evin yaxınlığında yerdən tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs İsgəndər oğlunun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara məlumat daxil olsa da sonradan onun narkotik vasitələrin satışı ilə məşğul olması faktı öz təsdiqini tapmamış, bu barədə hər hansı bir fakt müəyyən olunmamışdır. Onun üzərində aşkar olunmuş narkotik vasitə bir bükümdə olmuş, hissələrə bölünmüş vəziyyətdə olmamış, üzərində tərəzi aşkar olunmamış, yaşadığı evə baxış keçirilməmişdir. O Elnur Osmanovu tanımır, Təqsirləndirilən şəxs yaşadığı küçədə saxlamışlar, onu Elnur Osmanov adlı şəxsin həyətində saxlamamışlar. Təqsirləndirilən şəxs qarşı saxlanıldıqdan sonra heç bir təzyiq və təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 ifadəsində göstərmişdir ki, 03 dekabr 2022-ci il tarixdə xidmətdə olarkən ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitələri üzərində daşımaqla saxlaması və narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. O 03 dekabr 2022-ci il tarixdə əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Əli-Bayramov küçəsinə gemiş, Mahiri yaşadığı həmin küçədə görüb saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində o, vəkillə təmin edilmiş və üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etmiş, həmin bükümdə narkotik vasitə heroinin olmasını bildirmişdir. Sonra şəxsi axtarışa başlanılmış, onun üzərində başqa qanunsuz gəzdirdiyi heç nə aşkar olunmamşdır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdəki narkotik vasitə olan heroini yaşadığı evin yaxınlığında yerdən tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. O Elnur Osmanov adlı şəxsi də həmin gün narkotik vasitə ilə əlaqədar saxlanıldığına görə tanımış, Təqsirləndirilən şəxs həmin gün Elnur Osmanov gilin həyətində deyil, öz yaşadıqları küçədə onlar tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o 03 dekabr 2022-ci il tarixdə, 14:00-14:30 radələrində yaşadığı Şirvan şəhəri, Şirin Şükürov küçəsindəki evində olarkən polis əməkdaşları gəlib onu saxlamışlar. Həmin vaxt qonşusu Təqsirləndirilən şəxs da onların həyətində olmuş, Mahirə maşın ustası kimi açar lazım olduğundan ondan açar almaq məqsədilə həmin vaxt onların həyətinə gəlmiş, polis əməkdaşları onu tutduqları zaman Təqsirləndirilən şəxs da onların həyətində tutub saxlamışlar. Həmin vaxt polis əməkdaşları hasardan tullanaraq onların ikisini də tutmuşlar. Məhkəmə, şahid qismində dindirilmiş X2 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 03 dekabr 2022-ci il tarixdə onların həyətində, onunla bir yerdə saxlanılmasına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, hesab edir ki, həmin ifadə Təqsirləndirilən şəxs müdafiə xarakteri daşıyır və həmin ifadə təqsirləndirilən şəxs X4 məhkəməyədək icraat zamanı verdiyi ifadə və işin faktiki halları ilə tam təkzib edilir. Ona görə də, məhkəmə hesab edir ki, Elnur Osmanovun məhkəmədə verdiyi ifadəsi sübut kimi qəbul edilməməli və işin tam və obyektiv həlli üçün nəzərə alınmamalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş Şəxsi axtarış və götürmə aparılması haqqında 03 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə-kimyəvi ekspertizasının 04 dekabr 2022-ci il tarixli, 18/1285 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə, təmiz çəkisi 3,172 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Cinayət işinin materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 yanvar 2023-ci il tarixli, 126 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Hüseynov X3 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubundan görünür ki, Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq müsbət nəticəəldə edilməmişdir. Bununla yanaşıTəqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə əməliyyat məlumatları və məxfi aqentlərdən əldə olunmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 06 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar olunmuş «Samsung» mobil telefona baxış zamanı həmin telefondan iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş «Şirvan şəhər Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin 09 fevral 2023-ci il tarixli, 143 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 03 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2022-ci il tarixdə saat 15:05-də tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədən görünürki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 03 dekabr 2022-ci il tarixdə, saat 15 radələrində qonşusu olan X2 usta olan atasından açar almaqdan ötrü onların evinə getməsi, onların həyətlərinə daxil olub Elnur Osmanovu çağırdığı zaman həyətə Elnur Osmanovu tutmağa gəlmiş polis əməkdaşları tərəfindən onun da tutulması, polis əməkdaşlarının onu yaşadığı Əli Bayramov küçəsində deyil, qonşusu Elnur Osmanovun evində, Şirin Şükürov küçəsində saxlamaları, həmin vaxt üzərində narkotik vasitə olmaması, ümumiyyətlə narkotik vasitə istifadə etməməsi, polis şöbəsində polis əməkdaşlarının ona təzyiq edərək cibinə narkotik vasitə qoymaları, eyni zamanda polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadələri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq məsuliyyətdən yayınmağa hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə qarşı saxlanılan zaman, şəxsi axtarış və baxış keçirilərkən hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunması faktı müəyyən olunmamış, o, şəxsi axtarış və baxış zamanı müdafiəçi ilə təmin olunmuş və baxış videoçəkiliş aparılmaqla keçirilmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - narkotik vasitələrin satışı ilə məşğul olmadığını göstərməsi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin və qurudulmuş marixuana narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə bir ədəd bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 3,172 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamışdır. Cinayət işi materiallarında olan “şübhəli şəxsin tutulması haqqında”03 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra 04 dekabr 2022-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmış, 1 (bir) gün sonra isə ibtidai istintaq orqanı onun üzərindən aşkar edilmiş narkotik vasitəyə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, qəbul etdiyi “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərarla yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 3,172 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox olmasına istinad etməklə onun əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə tövsif etmiş, sonradan isə həmin maddə ilə ona ittiham elan etmişdir. Halbuki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 yanvar 2023-ci il tarixli, 126 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs opoidlərdən istifadə etmə hallarının müəyyən olunması və ərazi narkoloji dispanserində qeydiyyata alınmasının məsləhət görülməsi, - onun üzərindən aşkar edilmiş heroinin bir ədəd bükümdə, təmiz çəkisi 3,172 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 1,172 qram çox olması, - onun ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində narkotik vasitə satışı məqsədinin olmadığını, öz istifadəsi üçün narkotik vasitə əldə etməsini göstərməsi, - ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş narkotik vasitəyə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olubolmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməməsi, onun istifadəsində olmuş mobil telefona baxış zamanı belə məlumatların aşkar olunmaması, - Verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda hər hansı bir faktın göstərilmədən və konkret olaraq hansısa bir sübuta əsaslanmadan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının müəyyən olunduğunun göstərilməsi, - göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş heroini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin narkotik vasitədən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs verdiyi ifadəsində narkotik vasitə satışı niyyətinin olmaması barədə irəli sürdüyü dəlili isə əsaslı hesab edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbin əəsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı zamanı şahid ifadələri, ekspertiza rəyləri, həmçinin işin digər obyektiv halları, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsiüçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını ağırlaşdıran halların olmadığını, cəzasını yüngülləşdirən halı, həmçinin təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cü maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonrakı 3,122qram qalığının hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 03 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonrakı 3,122 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza xərci olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.
Məhkəmə qərarları › İş №1(099)-341/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-341/2023
02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver