Məhkəmə qərarları › İş №1(099)-341/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-341/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-341/2024 31.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X18, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs2h oğlu və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə xx xxxxxx 1969-cu ildə Yardımlı rayonun Alçabulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əhkum olunmamış, Yardımlı rayon Uşaq-gənclər idmanşahmat məktəbinin direktoru vəzifəsində işlmiş, Yardımlı rayonun Alçabulaq kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 178.2.2, 178.2.3, 179.3.2, 311.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Mənsimov X23 rayon Uşaq-gənclər idman-şahmat məktəbinin direktoru vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə təkrar talamış və vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün maddi nemət əldə etməklə rüşvət almış və rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etmişdir. Belə ki, o, 01 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində Yardımlı rayonu Uşaq-gənclər İdman-şahmat məktəbinin direktoru vəzifəsində işlədiyi dövrdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Uşaq-Gənclər İdman məktəbləri və X1 Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Nizamnaməsinin” 6-cı maddəsinə əsasən direktor kimi rəhbərlik etdiyi məktəbin mənafeyini dövlət və ictimai orqanlarda təmsil etmək, təsərrüfat fəaliyyəti ilə bağlı idman məktəbinin bütün məsələlərini həll etmək, idman məktəbinə ayrılan vəsaitin rasional xərclənməsini təmin etmək, tarifləşmə üzrə tədris proqramlarının yerinə yetirilməsinə və təlim-məşq prosesinin səmərəliliyinə nəzarəti təşkil etmək, maddi tədris bazasının uçotunu, saxlanmasını, toplanılmasını təmin etmək, kadrların seçilməsini və yerləşdirilməsini həyata keçirmək, əmək qanunvericiliyinə və daxili intizama əsasən işçilərin vəzifə borclarını yerinə yetirmələrinə nəzarət etmək və digər təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib müvafiq nizamnamənin tələbləri pozaraq tədris ilinin əvvəlinə hazırlıq mərhələlərinə müvafiq idman dərəcələri üzrə tələb normalarına riayət etməməsi nəticəsində həmin məktəbdə işləyən 5 məşqçi-müəllim-X4, Şahid15 Qoşu oğlu, X19, X24 və X25 2017-ci ilin yanvar-may aylarında 1893,99 manat, 2017/2018-ci tədris ilində 820,00 manat olmaqla ümumilikdə 2713,99 manat (iki min yeddi yüz on üç manat doxsan doqquz qəpik) məbləğində pul vəsaitinin əməkhaqqı qismində onlara məxsus əmək haqqı hesabına ödənilməsinə nail olmaqla qulluq mövqeyindən istifadə edib Azərbaycan Respublikasının dövlət büdcə (bundan sonra dövlət büdcə) vəsaitini mənimsəməklə və ya israf etməklə talamış, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, 01 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində Yardımlı rayonu Uşaq-gənclər İdman-şahmat məktəbinin direktoru vəzifəsində işlədiyi müddətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Uşaq-Gənclər İdman məktəbləri və X1 Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Nizamnaməsinin” 6-cı maddəsinə əsasən direktor kimi rəhbərlik etdiyi məktəbin mənafeyini dövlət və ictimai orqanlarda təmsil etmək, təsərrüfat fəaliyyəti ilə bağlı idman məktəbinin bütün məsələlərini həll etmək, idman məktəbinə ayrılan vəsaitin rasional xərclənməsini təmin etmək, tarifləşmə üzrə tədris proqramlarının yerinə yetirilməsinə və təlim-məşq prosesinin səmərəliliyinə nəzarəti təşkil etmək, maddi tədris bazasının uçotunu, saxlanmasını, toplanılmasını təmin etmək, kadrların seçilməsini və yerləşdirilməsini həyata keçirmək, əmək qanunvericiliyinə və daxili intizama əsasən işçilərin vəzifə borclarını yerinə yetirmələrinə nəzarət etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib məktəb direktorunun 17 sentyabr 2018-ci il tarixli 11 nömrəli əmri ilə məktəbə məşqçi-müəllim təyin edilən, lakin məşqçi-müəllim kimi əmrdə olduğu müddət ərzində məşğələ dərs yükü, məşğələ qrupları əmrləşdirilməyən, o cümlədən dərs jurnalları tərtib edilməyən Şahid8 əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib əməkhaqqı köçürülməsi hüququ verən rəsmi sənəd hesab olunan ödəniş tapşırıqlarını vəzifə saxtakarlığı etməklə imzalayıb möhürləyərək icraya yönəltməsi əsasında 2017/2018-ci tədris ilində 1287,30 manat, 2018/2019-cu tədris ilində 154,19 manat olmaqla ümumilikdə 1441,49 manat (min dörd yüz qırx bir manat qırx doqquz qəpik) məbləğində pul vəsaitinin əməkhaqqı qismində sonuncuya məxsus əmək haqqı hesabına ödənilməsinə nail olmaqla qulluq mövqeyindən istifadə edib dövlət büdcə vəsaitini təkrar mənimsəməklə və ya israf etməklə talamışdır. Bundan başqa, o, 01 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində Yardımlı rayonu Uşaq-gənclər İdman-şahmat məktəbinin direktoru vəzifəsində işlədiyi müddətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Uşaq-Gənclər İdman məktəbləri və X1 Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Nizamnaməsinin” 6-cı maddəsinə əsasən direktor kimi rəhbərlik etdiyi məktəbin mənafeyini dövlət və ictimai orqanlarda təmsil etmək, təsərrüfat fəaliyyəti ilə bağlı idman məktəbinin bütün məsələlərini həll etmək, idman məktəbinə ayrılan vəsaitin rasional xərclənməsini təmin etmək, tarifləşmə üzrə tədris proqramlarının yerinə yetirilməsinə və təlim-məşq prosesinin səmərəliliyinə nəzarəti təşkil etmək, maddi tədris bazasının uçotunu, saxlanmasını, toplanılmasını təmin etmək, kadrların seçilməsini və yerləşdirilməsini həyata keçirmək, əmək qanunvericiliyinə və daxili intizama əsasən işçilərin vəzifə borclarını yerinə yetirmələrinə nəzarət etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib məktəb direktorunun 16 sentyabr 2019-cu il tarixli 26 nömrəli əmri ilə məktəbə məşqçi-müəllim təyin edilən, lakin məşqçi-müəllim kimi əmrdə olduğu müddət ərzində məşğələ dərs yükü, məşğələ qrupları əmrləşdirilməyən, o cümlədən dərs jurnalları tərtib edilməyən Şahid11 əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib əməkhaqqı köçürülməsi hüququ verən rəsmi sənəd hesab olunan ödəniş tapşırıqlarını vəzifə saxtakarlığı etməklə imzalayıb möhürləyərək icraya yönəltməsi əsasında 2019/2020-ci tədris ilində 3191,26 manat, 2020/2021-ci tədris ili 3033,59 manat, 2021/2022-ci tədris ilində 2958,01 manat olmaqla ümumilikdə 9182,86 manat (doqquz min yüz səksən iki manat səksən altı qəpik) məbləğində pul vəsaitinin əməkhaqqı qismində sonuncuya məxsus əmək haqqı hesabına ödənilməsinə nail olmaqla təkrarən qulluq mövqeyindən istifadə edib xeyli miqdarda dövlət büdcə vəsaitini mənimsəməklə və ya israf etməklə talamışdır. Bundan başqa, o, 01 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində Yardımlı rayonu Uşaq-gənclər İdman-şahmat məktəbinin direktoru vəzifəsində işlədiyi müddətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Uşaq-Gənclər İdman məktəbləri və X1 Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Nizamnaməsinin” 6-cı maddəsinə əsasən direktor kimi rəhbərlik etdiyi məktəbin mənafeyini dövlət və ictimai orqanlarda təmsil etmək, təsərrüfat fəaliyyəti ilə bağlı idman məktəbinin bütün məsələlərini həll etmək, idman məktəbinə ayrılan vəsaitin rasional xərclənməsini təmin etmək, tarifləşmə üzrə tədris proqramlarının yerinə yetirilməsinə və təlim-məşq prosesinin səmərəliliyinə nəzarəti təşkil etmək, maddi tədris bazasının uçotunu, saxlanmasını, toplanılmasını təmin etmək, kadrların seçilməsini və yerləşdirilməsini həyata keçirmək, əmək qanunvericiliyinə və daxili intizama əsasən işçilərin vəzifə borclarını yerinə yetirmələrinə nəzarət etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib məktəb direktorunun xx.xx.2019-cu il tarixli 26 nömrəli əmri ilə məktəbə məşqçi-müəllim təyin edilən, lakin məşqçi-müəllim kimi əmrdə olduğu müddət ərzində məşğələ dərs yükü, məşğələ qrupları əmrləşdirilməyən, o cümlədən dərs jurnalları tərtib edilməyən Şahid14 əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib əməkhaqqı köçürülməsi hüququ verən rəsmi sənəd hesab olunan ödəniş tapşırıqlarını vəzifə saxtakarlığı etməklə imzalayıb möhürləyərək icraya yönəltməsi əsasında 2019/2020-ci tədris ilində 2335,01 manat, 2020/2021-ci tədris ilində 2209,75 manat, 2021/2022-ci tədris ilində 2646.21 manat olmaqla ümumilikdə 7190,97 manat (yeddi min yüz doxsan manat doxsan yeddi qəpik) məbləğində pul vəsaitinin əməkhaqqı qismində sonuncuya məxsus əmək haqqı hesabına ödənilməsinə nail olmaqla təkrarən qulluq mövqeyindən istifadə edib xeyli miqdarda dövlət büdcə vəsaitini mənimsəməklə və ya israf etməklə talamış, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa, o, 01 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində Yardımlı rayonu Uşaq-gənclər İdman-şahmat məktəbinin direktoru vəzifəsində işlədiyi müddətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Uşaq-Gənclər İdman məktəbləri və X1 Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Nizamnaməsinin” 6-cı maddəsinə əsasən direktor kimi rəhbərlik etdiyi məktəbin mənafeyini dövlət və ictimai orqanlarda təmsil etmək, təsərrüfat fəaliyyəti ilə bağlı idman məktəbinin bütün məsələlərini həll etmək, idman məktəbinə ayrılan vəsaitin rasional xərclənməsini təmin etmək, tarifləşmə üzrə tədris proqramlarının yerinə yetirilməsinə və təlim-məşq prosesinin səmərəliliyinə nəzarəti təşkil etmək, maddi tədris bazasının uçotunu, saxlanmasını, toplanılmasını təmin etmək, kadrların seçilməsini və yerləşdirilməsini həyata keçirmək, əmək qanunvericiliyinə və daxili intizama əsasən işçilərin vəzifə borclarını yerinə yetirmələrinə nəzarət etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib məktəb direktorunun 01 oktyabr 2019-cu il tarixli 35 nömrəli əmri ilə məktəbə təlimatçı vəzifəsinə təyin edilən, lakin təlimatçı kimi əmrdə olduğu müddət ərzində əmək funksiyasını yerinə yetirməyərək işə gəlməyən Şahid6 hər bir ay ərzində əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib əməkhaqqı köçürülməsi hüququ verən rəsmi sənəd hesab olunan ödəniş tapşırıqlarını vəzifə saxtakarlığı etməklə imzalayıb möhürləyərək icraya yönəltməsi əsasında 2019-cu ildə 919,59 manat, 2020-cu ildə 4092,51 manat, 2021-ci ildə 4112,05 manat, 2022-ci ildə 3056,77 manat olmaqla ümumilikdə 12180,92 manat (on iki min yüz səksən manat doxsan iki qəpik) məbləğində pul vəsaitinin sonuncuya məxsus əmək haqqı hesabına ödənilməsinə nail olaraq təkrarən qulluq mövqeyindən istifadə edib xeyli miqdarda dövlət büdcə vəsaitini mənimsəməklə və ya israf etməklə talamış, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, 01 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində Yardımlı rayonu Uşaq-gənclər İdman-şahmat məktəbinin direktoru vəzifəsində işlədiyi müddətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Uşaq-Gənclər İdman məktəbləri və X1 Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Nizamnaməsinin” 6-cı maddəsinə əsasən direktor kimi rəhbərlik etdiyi məktəbin mənafeyini dövlət və ictimai orqanlarda təmsil etmək, təsərrüfat fəaliyyəti ilə bağlı idman məktəbinin bütün məsələlərini həll etmək, idman məktəbinə ayrılan vəsaitin rasional xərclənməsini təmin etmək, tarifləşmə üzrə tədris proqramlarının yerinə yetirilməsinə və təlim-məşq prosesinin səmərəliliyinə nəzarəti təşkil etmək, maddi tədris bazasının uçotunu, saxlanmasını, toplanılmasını təmin etmək, kadrların seçilməsini və yerləşdirilməsini həyata keçirmək, əmək qanunvericiliyinə və daxili intizama əsasən işçilərin vəzifə borclarını yerinə yetirmələrinə nəzarət etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib məktəb direktorunun 05 yanvar 2020-ci il tarixli 38 nömrəli əmri ilə məktəbə gözətçi peşəsinə təyin edilən, lakin gözətçi kimi əmrdə olduğu müddət ərzində əmək funksiyasını yerinə yetirməyərək işə gəlməyən Şahid7 hər bir ay ərzində əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib əməkhaqqı köçürülməsi hüququ verən rəsmi sənəd hesab olunan ödəniş tapşırıqlarını vəzifə saxtakarlığı etməklə imzalayıb möhürləyərək icraya yönəltməsi əsasında 2020-ci ildə 2783,20 manat, 2021-ci ildə 2847,60 manat, 2022-ci ildə 2411,00 manat olmaqla ümumilikdə 8041,80 manat (səkkiz min qırx bir manat səksən qəpik) məbləğində pul vəsaitinin sonuncuya məxsus əmək haqqı hesabına ödənilməsinə nail olmaqla təkrarən qulluq mövqeyindən istifadə edib xeyli miqdarda dövlət büdcə vəsaitini mənimsəməklə və ya israf etməklə talamış, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, 01 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində Yardımlı rayonu Uşaq-gənclər İdman-şahmat məktəbinin direktoru vəzifəsində işlədiyi dövrdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X7”-ilə təsdiq edilmiş əmək funksiyası və vəzifə təlimatı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Uşaq- Gənclər İdman məktəbləri və X1 Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Nizamnaməsinin” 6-cı maddəsi əsasən, ümumi təhsil məktəbinə rəhbərlik etmək, dövlət orqanlarında və ictimai təşkilatlarda rəhbərlik etdiyi məktəbi və onun mənafeyini təmsil etmək, məktəbdə kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılması, kadrların seçilib yerləşdirilməsi, işçilərə verilən tapşırıqları əmək qanunvericiliyinə uyğun nəzarətdə saxlanılması, məktəbin maddi-tədris bazasının möhkəmləndirilməsi, kadr təminatı və sair səlahiyyətlərə malik vəzifəli şəxs kimi 2020-ci ilin sentyabr ayında Şahid2 həmin məktəbə məşqçi müəllim kimi işə götürməsi müqabilində onun atası, mərhum X42 ilə sövdələşib sonuncudan 3000 manat məbləğində pul vəsaitini onun kürəkəni Şahid3 Məmmədhüseyn oğlunun vasitəsi ilə 2020-ci ilin sentyabr ayında Yardımlı rayonun Gavran kəndinin ərazisində maddi nemət kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü üçün birbaşa yolla şəxsən rüşvət qismində istəyib almışdır. Bundan başqa o, 01 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində Yardımlı rayonu Uşaq-gənclər İdman-şahmat məktəbinin direktoru vəzifəsində işlədiyi dövrdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Uşaq-Gənclər İdman məktəbləri və X1 Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Nizamnaməsinin” 6-cı maddəsinə əsasən direktor kimi rəhbərlik etdiyi məktəbin mənafeyini dövlət və ictimai orqanlarda təmsil etmək, təsərrüfat fəaliyyəti ilə bağlı idman məktəbinin bütün məsələlərini həll etmək, idman məktəbinə ayrılan vəsaitin rasional xərclənməsini təmin etmək, tarifləşmə üzrə tədris proqramlarının yerinə yetirilməsinə və təlim-məşq prosesinin səmərəliliyinə nəzarəti təşkil etmək, maddi tədris bazasının uçotunu, saxlanmasını, toplanılmasını təmin etmək, kadrların seçilməsini və yerləşdirilməsini həyata keçirmək, əmək qanunvericiliyinə və daxili intizama əsasən işçilərin vəzifə borclarını yerinə yetirmələrinə nəzarət etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib məktəb direktorunun 01 oktyabr 2020-ci il tarixli 46 nömrəli əmri ilə məktəbə məşqçi-müəllim təyin edilən, lakin əmək funksiyasını yerinə yetirməyərək işə gəlməyən Şahid2 məşqçi-müəllim kimi əmrdə olduğu müddət ərzində hər bir ay ərzində əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib əməkhaqqı köçürülməsi hüququ verən rəsmi sənəd hesab olunan ödəniş tapşırıqlarını vəzifə saxtakarlığı etməklə imzalayıb möhürləyərək icraya yönəltməsi əsasında 2020/2021-ci tədris ilində 2494,31 manat, 2021/2022-ci tədris ilində 2042,65 manat olmaqla ümumilikdə 4536,96 manat (dörd min beş yüz otuz altı manat doxsan altı qəpik) məbləğində pul vəsaitinin əməkhaqqı qismində sonuncuya məxsus əmək haqqı hesabına ödənilməsinə nail olmaqla təkrarən qulluq mövqeyindən istifadə edib dövlət büdcə vəsaitini mənimsəməklə və ya israf etməklə talamış, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, 01 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində Yardımlı rayonu Uşaq-gənclər İdman-şahmat məktəbinin direktoru vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə Yardımlı rayonun Ostair kənd sakini Zərərçəkmiş şəxs2h oğlundan sonuncunu həmin məktəbdə müvafiq işə götürəcəyi ilə bağlı yalan vəd verməklə 2021-ci ilin may ayında Yardımlı şəhəri ərazisində 3000 (üç min) manat məbləğində pul vəsaitini ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa o, 01 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində Yardımlı rayonu Uşaq-gənclər İdman-şahmat məktəbinin direktoru vəzifəsində işlədiyi dövrdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Uşaq-Gənclər İdman məktəbləri və X1 Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Nizamnaməsinin” 6-cı maddəsinə əsasən direktor kimi rəhbərlik etdiyi məktəbin mənafeyini dövlət və ictimai orqanlarda təmsil etmək, təsərrüfat fəaliyyəti ilə bağlı idman məktəbinin bütün məsələlərini həll etmək, idman məktəbinə ayrılan vəsaitin rasional xərclənməsini təmin etmək, tarifləşmə üzrə tədris proqramlarının yerinə yetirilməsinə və təlim-məşq prosesinin səmərəliliyinə nəzarəti təşkil etmək, maddi tədris bazasının uçotunu, saxlanmasını, toplanılmasını təmin etmək, kadrların seçilməsini və yerləşdirilməsini həyata keçirmək, əmək qanunvericiliyinə və daxili intizama əsasən işçilərin vəzifə borclarını yerinə yetirmələrinə nəzarət etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib məktəb direktorunun 01 oktyabr 2021-ci il tarixli 58 nömrəli əmri ilə məktəbə məşqçi-müəllim təyin edilən, lakin əmək funksiyasını yerinə yetirməyərək işə gəlməyən Şahid1 məşqçi-müəllim kimi əmrdə olduğu müddət ərzində hər bir ay ərzində əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib əməkhaqqı köçürülməsi hüququ verən rəsmi sənəd hesab olunan ödəniş tapşırıqlarını vəzifə saxtakarlığı etməklə imzalayıb möhürləyərək icraya yönəltməsi əsasında 2021/2022-ci tədris ilində ümumilikdə 2146,38 manat (iki min yüz qırx altı manat otuz səkkiz qəpik) məbləğində pul vəsaitinin əməkhaqqı qismində sonuncuya məxsus əmək haqqı hesabına ödənilməsinə nail olmaqla təkrarən qulluq mövqeyindən istifadə edib dövlət büdcə vəsaitini mənimsəməklə və ya israf etməklə talamış, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, 01 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində Yardımlı rayonu Uşaq-gənclər İdman-şahmat məktəbinin direktoru vəzifəsində işlədiyi dövrdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Uşaq-Gənclər İdman məktəbləri və X1 Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Nizamnaməsinin” 6-cı maddəsinə əsasən direktor kimi rəhbərlik etdiyi məktəbin mənafeyini dövlət və ictimai orqanlarda təmsil etmək, təsərrüfat fəaliyyəti ilə bağlı idman məktəbinin bütün məsələlərini həll etmək, idman məktəbinə ayrılan vəsaitin rasional xərclənməsini təmin etmək, tarifləşmə üzrə tədris proqramlarının yerinə yetirilməsinə və təlim-məşq prosesinin səmərəliliyinə nəzarəti təşkil etmək, maddi tədris bazasının uçotunu, saxlanmasını, toplanılmasını təmin etmək, kadrların seçilməsini və yerləşdirilməsini həyata keçirmək, əmək qanunvericiliyinə və daxili intizama əsasən işçilərin vəzifə borclarını yerinə yetirmələrinə nəzarət etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib məktəb direktorunun 01 dekabr 2021-ci il tarixli 64 nömrəli əmri ilə məktəbə məşqçi-müəllim təyin edilən, lakin əmək funksiyasını yerinə yetirməyərək işə gəlməyən Şahid13 məşqçi-müəllim kimi əmrdə olduğu müddət ərzində hər bir ay ərzində əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib əməkhaqqı köçürülməsi hüququ verən rəsmi sənəd hesab olunan ödəniş tapşırıqlarını vəzifə saxtakarlığı etməklə imzalayıb möhürləyərək icraya yönəltməsi əsasında 2021/2022-ci tədris ilində 1663,56 manat, 2022/2023-cü tədris ilinin tədris ilin başlanğıcından 01 yanvar 2023-cü il tarixədək 92,04 manat olmaqla ümumilikdə 1755,60 manat (min yeddi yüz əlli beş manat altmış qəpik) məbləğində pul vəsaitinin əməkhaqqı qismində sonuncuya məxsus əmək haqqı hesabına ödənilməsinə nail olmaqla təkrarən qulluq mövqeyindən istifadə edib dövlət büdcə vəsaitini mənimsəməklə və ya israf etməklə talamış, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyəti ilə biləbilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, 01 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində Yardımlı rayonu Uşaq-gənclər İdman-şahmat məktəbinin direktoru vəzifəsində işlədiyi dövrdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Uşaq-Gənclər İdman məktəbləri və X1 Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Nizamnaməsinin” 6-cı maddəsinə əsasən direktor kimi rəhbərlik etdiyi məktəbin mənafeyini dövlət və ictimai orqanlarda təmsil etmək, təsərrüfat fəaliyyəti ilə bağlı idman məktəbinin bütün məsələlərini həll etmək, idman məktəbinə ayrılan vəsaitin rasional xərclənməsini təmin etmək, tarifləşmə üzrə tədris proqramlarının yerinə yetirilməsinə və təlim-məşq prosesinin səmərəliliyinə nəzarəti təşkil etmək, maddi tədris bazasının uçotunu, saxlanmasını, toplanılmasını təmin etmək, kadrların seçilməsini və yerləşdirilməsini həyata keçirmək, əmək qanunvericiliyinə və daxili intizama əsasən işçilərin vəzifə borclarını yerinə yetirmələrinə nəzarət etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib məktəb direktorunun 05 yanvar 2022-ci il tarixli 66 nömrəli əmri ilə məktəbə məşqçi-müəllim təyin edilən, lakin əmək funksiyasını yerinə yetirmədən məşqçi-müəllim kimi əmrdə olduğu müddət ərzində məşğələ dərs yükü, məşğələ qrupları əmrləşdirilməyən, o cümlədən dərs jurnalları tərtib edilməyən Şahid10 əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib əməkhaqqı köçürülməsi hüququ verən rəsmi sənəd hesab olunan ödəniş tapşırıqlarını vəzifə saxtakarlığı etməklə imzalayıb möhürləyərək icraya yönəltməsi əsasında 2021/2022-ci tədris ilində 1863,06 manat, 2022/2023-cü tədris ilinin başlanğıcından 01 yanvar 2023-cü il tarixədək 100,98 manat olmaqla ümumilikdə 1964,04 manat (bir min doqquz altmış dörd manat dörd qəpik) məbləğində pul vəsaitinin əməkhaqqı qismində sonuncuya məxsus əmək haqqı hesabına ödənilməsinə nail olmaqla təkrarən qulluq mövqeyindən istifadə edib dövlət büdcə vəsaitini mənimsəməklə və ya israf etməklə talamış, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, 01 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində Yardımlı rayonu Uşaq-gənclər İdman-şahmat məktəbinin direktoru vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə Yardımlı rayonun Məlikli kənd sakini Zərərçəkmiş şəxs1 sonuncunun qardaşı İbayev Əfqan Babaş oğlunu və qardaşı oğlu X20 şahmat kursuna göndərərək kurs keçməsini, daha sonra həmin şəxsləri direktoru olduğu məktəbdə məşqçi-müəllim kimi işə götürəcəyini yalan vəd verməklə 2022ci ilin fevral ayının istintaqa dəqiq məlum olmayan günündə Yardımlı rayonun Sırıq kəndi ərazisində 5000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, 01 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində Yardımlı rayonu Uşaq-gənclər İdman-şahmat məktəbinin direktoru vəzifəsində işlədiyi dövrdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Uşaq-Gənclər İdman məktəbləri və X1 Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Nizamnaməsinin” 6-cı maddəsinə əsasən direktor kimi rəhbərlik etdiyi məktəbin mənafeyini dövlət və ictimai orqanlarda təmsil etmək, təsərrüfat fəaliyyəti ilə bağlı idman məktəbinin bütün məsələlərini həll etmək, idman məktəbinə ayrılan vəsaitin rasional xərclənməsini təmin etmək, tarifləşmə üzrə tədris proqramlarının yerinə yetirilməsinə və təlim-məşq prosesinin səmərəliliyinə nəzarəti təşkil etmək, maddi tədris bazasının uçotunu, saxlanmasını, toplanılmasını təmin etmək, kadrların seçilməsini və yerləşdirilməsini həyata keçirmək, əmək qanunvericiliyinə və daxili intizama əsasən işçilərin vəzifə borclarını yerinə yetirmələrinə nəzarət etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib məktəbdə heç vaxt şahmat məşğələsi keçirməyə və heç bir təlim məşq saatlarını tədris etmədiyi halda tədris edilməyən təlim məşq saatlarına görə 2017-ci ilin yanvar-avqust aylarında, 2017/2018, 2018/2019, 2019/2020, 2020/2021, 2021/2022-ci tədris illərində hər bir ay ərzində əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib əməkhaqqı köçürülməsi hüququ verən rəsmi sənəd hesab olunan ödəniş tapşırıqlarını vəzifə saxtakarlığı etməklə imzalayıb möhürləyərək icraya yönəltməsi əsasında ümumilikdə 14.915,42 manat (on dörd min doqquz yüz on beş manat qırx iki qəpik) məbləğində pul vəsaitinin əməkhaqqı qismində özünə məxsus əmək haqqı hesabına ödənilməsinə nail olmaqla təkrarən qulluq mövqeyindən istifadə edib xeyli miqdarda dövlət büdcə vəsaitini mənimsəməklə talamış və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, 01 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində Yardımlı rayonu Uşaq-gənclər İdman-şahmat məktəbinin direktoru vəzifəsində işlədiyi dövrdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Uşaq-Gənclər İdman məktəbləri və X1 Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Nizamnaməsinin” 6-cı maddəsinə əsasən direktor kimi rəhbərlik etdiyi məktəbin mənafeyini dövlət və ictimai orqanlarda təmsil etmək, təsərrüfat fəaliyyəti ilə bağlı idman məktəbinin bütün məsələlərini həll etmək, idman məktəbinə ayrılan vəsaitin rasional xərclənməsini təmin etmək, tarifləşmə üzrə tədris proqramlarının yerinə yetirilməsinə və təlim-məşq prosesinin səmərəliliyinə nəzarəti təşkil etmək, maddi tədris bazasının uçotunu, saxlanmasını, toplanılmasını təmin etmək, kadrların seçilməsini və yerləşdirilməsini həyata keçirmək, əmək qanunvericiliyinə və daxili intizama əsasən işçilərin vəzifə borclarını yerinə yetirmələrinə nəzarət etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində müvəqqəti olaraq məşğələdən kənarlaşdırılmış məşqçi-müəllimlərin məşğələ saatlarının məktəbin digər pedoqoji işçilərinə əvəzçilik qaydasında həvalə edilməsi barədə məşğələ cədvəllərinin tərtib edilməsinə nəzarət etməli olduğu halda, xidməti vəzifəsini yerinə yetirmədiyindən həmin cədvəllər tərtib edilmədiyindən məşğələ saatları üst-üstə düşmüş X36, Şahid16, X8, X37, X26, X4, X11 əmək funksiyalarını yerinə yetirməsinə dair bilə-bilə yalan məlumatları daxil edib əməkhaqqı köçürülməsi hüququ verən rəsmi sənəd hesab olunan ödəniş tapşırıqlarını vəzifə saxtakarlığı etməklə imzalayıb möhürləyərək icraya yönəltməsi əsasında əvəzçilik qaydasında məşğələ saatlarının aparılmasına görə 2018/2019-cu tədris ilində 402,89 manat, 2021/2022 tədris ilində 1474,37 manat, 01 yanvar 2023-cü il tarixə isə 239,96 manat olmaqla ümumilikdə 2117,22 manat (iki min yüz on yeddi manat iyirmi iki qəpik) məbləğində pul vəsaitinin əməkhaqqı qismində sonunculara məxsus əmək haqqı hesabına ödənilməsinə nail olmaqla təkrarən qulluq mövqeyindən istifadə edib dövlət büdcə vəsaitini mənimsəməklə və ya israf etməklə talamış, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifəli şəxs kimi rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, 01 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində Yardımlı rayonu Uşaq-gənclər İdman-şahmat məktəbinin direktoru vəzifəsində işlədiyi dövrdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Uşaq-Gənclər İdman məktəbləri və X1 Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Nizamnaməsinin” 6-cı maddəsinə əsasən direktor kimi rəhbərlik etdiyi məktəbin mənafeyini dövlət və ictimai orqanlarda təmsil etmək, təsərrüfat fəaliyyəti ilə bağlı idman məktəbinin bütün məsələlərini həll etmək, idman məktəbinə ayrılan vəsaitin rasional xərclənməsini təmin etmək, tarifləşmə üzrə tədris proqramlarının yerinə yetirilməsinə və təlim-məşq prosesinin səmərəliliyinə nəzarəti təşkil etmək, maddi tədris bazasının uçotunu, saxlanmasını, toplanılmasını təmin etmək, kadrların seçilməsini və yerləşdirilməsini həyata keçirmək, əmək qanunvericiliyinə və daxili intizama əsasən işçilərin vəzifə borclarını yerinə yetirmələrinə nəzarət etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib 2015, 2021 və 2022-ci illərdə məktəbə inventar kimi verilmiş 4 ədəd 198,60 manat dəyərində olan oturacaq “İSO”, 1 ədəd 218,21 manat dəyərində kitab rəfi, 2 ədəd 295,80 manat dəyərində dəri oturacaq, 1 ədəd 404,55 manat dəyərində rəhbər kreslosu, 1 ədəd 73,55 manat dəyərində soba (boru ilə birlikdə), 1 ədəd 177,00 manat dəyərində dispanser aparatı, 2 ədəd 148,68 manat dəyərində stepler kağıztikən, 1 ədəd 1741,00 manat dəyərində notebook olmaqla ümumilikdə 3257,39 manat (üç min iki yüz əlli yeddi manat otuz doqquz qəpik) dəyərində əmlakı təkrar mənimsəməklə və ya israf etməklə talamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 179.3.2, 311.1 və 313-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, 2011-2022-ci illərdə Yardımlı rayon Uşaq-Gənclər idman-şahmat məktəbinin (bundan sonra Yardımlı rayon UGŞM-nin) direktoru vəzifəsində işləmiş, xx.xx.2022-ci il tarixdə öz ərizəsi ilə işdən çıxmışdır. Yardımlı rayonun Ostair kənd sakini Zərərçəkmiş şəxs2 2000 manat və Yardımlı rayonun Məlikli kənd sakini Zərərçəkmiş şəxs1 isə 5000 manat məbləğində pulu onlardan borca almışam, sonra hər ay ödəniş etməklə onların borclarını qaytarmışdır. Onun məktəbin direktoru kimi təşkilati-sərancam vermə səlahiyyəti olsa da, hansısa şəxsi işə götürmək səlahiyyəti olmamışdır. Yardımlı rayon UGŞM-nin pedoqoji, texniki heyəti, eləcə də pedoqoji müəllim heyətini işə qəbulu Yardımlı rayon Təhsil Şöbəsi tərəfindən həyata keçirilmişdir. Onun kimisə işə götürmək səlahiyyəti olmadığından o, heç kəsi işə götürməmiş və bu adla heç kimdən pul almamış, heç kimi də aldatmamışdır. Ona görə də ona verilmiş ittiham göstərilənləri qəbul etmir, yəni direktor olduğu məktəbdə kimisə işə qəbul etmək adı ilə nə Zərərçəkmiş şəxs2, nə də Zərərçəkmiş şəxs1, həmçinin adları göstərilən, hazırda adlarını xatırlamadığı şəxslərdən də işə qəbul ilə bağlı pul almamışdır. Belə bir hal olmuşdursa da, aldığı pulu Yardımlı rayon Təhsil Şöbəsinin keçmiş müdirinə vermişdir. İttiham aktında adları keçən və şahid olan müəllimləri tanıyır, həmin şəxslər Yardımlı rayon UGŞM-də müəllim işləyən şəxslərdir. O, Yardımlı rayon UGŞM-nin direktoru vəzifəsində işlədiyi müddətdə hansı müəllimlər orada çalışıb onları tanıyır. O, tədris qaydaları ilə bağlı nizamnamə ilə tanış olmuş, müəllimlər də nizamnamə qaydalarını bilmişlər. Yardımlı rayon UGŞM-də çalışan müəllimlər tələblərə uyğun işləmiş, vaxtlı-vaxtında dərsləri tədris etmiş və intizam-intizam qaydalara riayət etmişlər. Yardımlı rayon UGŞM-nin maliyyələşməsi əvvəllər, yəni 2022-ci ilədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən, sonrakı dövrdə isə Lənkəran-Astara Təhsil İdarəsi tərəfindən maliyyələşmişdir. Tələb olunanan qaydada o, müəllimlərin əmək haqqların ödənilməsi üçün tərtib olunan smeta cədvəlini hazırlayıb təsdiqi üçün hər ay təhsil idarəsinə göndərmiş, həmin sənədlərdə heç saxtakarlıq halları olmamışdır. O, direktor olaraq əmək haqqların ödənilməsi üçün tərtib olunan smeta cədvəlini aidiyyəti üzrə göndərmiş, məktəbdə artıq işçilərin əmək haqqların ödənilməsi məsləsini təhsil idarəsi və maliyyə idarəsi həll etmiş, onun bundan xəbəri olmamışdır. Hansısa şəxs gəlib Yardımlı rayon UGŞM-də müəllim kimi çalışmışsa həmin şəxsi təhsil idarəsi işə götürmüş, məktəbdə artıq qrup və məşğələ dərsləri üçün hansısa müəllimin cəlb edilməsi üçün daxili əmri özü imzalamışdır. Yardımlı rayon UGŞM-də dərslər tədris olunarkən hər müəllim tərəfindən keçirilən dərs saatları jurnallara qeyd olunmuş, həmin jurnallar və bu jurnallarla bağlı nəsə yoxdursa bunu bilməmiş, o, lazımı sənədləri icra edib, nizamnamə qaydalarına uyğun vəzifə öhdəliyini yerinə yetirmişdir. Yardımlı rayon UGŞM-də dərslər tədris olunarkən qeydiyyat aparılan jurnallara o, yox, direktor müavini Şahid15 cavabdehlik daşımışdır. İbtidai istintaq zamanı işin mahiyyəti üzrə sərbəst, duzgün və doğru ifadə vermiş, hazırda verdiyi həmin ifadəsini dəqiq xatırlamır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, 2011-2022-ci illərdə Yardımlı rayon UGŞM-nin direktoru vəzifəsində işləmiş və xx.xx.2022-ci il tarixdə ərizəsi ilə vəzifəsindən azad edilmişdir. Yardımlı rayon UGŞM-i Azəraycan Respublikası Təhsil Nazirliyinin Yardımlı rayon Təhsil Şöbəsinin balansında olmuş və məktəbin maliyyələşməsi xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən, həmin tarixdən sonra Lənkəran-Astara Təhsil İdarəsi tərəfindən maliyyələşmişdir. Onun direktor kimi təşkilati-sərancam vermə səlahiyyəti olmuş, yəni Yardımlı rayon UGŞM-nin pedoqoji və texniki heyəti olan şəxslər onun əmri əsasında işə qəbul edilmiş və işdən azad edilmiş, habelə pedoqoji heyətin işə qəbulu zamanı Yardımlı rayon Təhsil şöbəsi tərəfindən təqdimatlar verilsə də, hər bir halda həmin şəxslər onun tərəfindən verilmiş əmr əsasında işə götürülmüşlər. Müəllimlərə və digər işçilərə verilən əməkhaqqılar və sair bu kimi xərclər Yardımlı rayon UGŞM-in direktoru kimi onun tərəfindən tərtib edilmiş cədvəl əsasında buraxılmışdır. İşlədiyi müddət ərzində heç bir halda əməkhaqqıların buraxılması prosesi ondan başqa, müvəqqəti direktor vəzifəsini icra edən şəxs tərəfindən icra edilməmişdir. Bundan başqa həmin cədvəllər onun tərəfindən tərtib edildikdən sonra, Yardımlı rayon Təhsil Şöbəsinin mühasibatlıq şöbəsinə, Şahid12 təhvil verilmiş və mühasibatlıq tərəfindən ödənişlərim ümumi miqdarı hesablanmışdır. Məktəbin binası kiçik və dərs tədris edilməsi üçün əlverişsiz olduğundan məşğələlər Yardımlı rayonu ərazisində olan müxtəlif məktəblərdə təşkil edilmişdir. Yardımlı rayon UGŞM-də məşqçi-müəllimlər, texniki işçilər, o cümlədən digər bu qəbildən olan işçilər Yardımlı rayon Təhsil Şöbəsinin müdirinin təqdimatı, onun isə əmri əsasında işə götürülmüş, təhsil şöbəsi təqdimat vermədiyi halda heç kəsi işə götürə bilməmişdir. 2017-ci ildən 2022-ci ilədək müxtəlif şəxslər qeyd edilən prosedur əsasında onun tərəfindən işə götürülmüş, o cümlədən işçilərin ərizəsi əsasında işdən çıxarılmışlar. Etiraf edir o, bəzi işçilərin, yəni Şahid6, Şahid1, Şahid2, Şahid13, Şərbətov X15 rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadənin təqdimatı, onun isə əmri əsasında işə götürülsələr də, həmin şəxslərin işə gəlmədiyini, öz vəzifə funksiyalarını yerinə yetirmədikləri halda həmin işçilərə onun tərəfindən maaş buraxılması halları olmuşdur. Həmçinin Şahid10 məktəbə məşqçi-müəllim təyin edilsə də, onun şifahi şəkildə bildirdiyi cədvəl əsasında işə gəlsə də, onun heç bir qrupu olmamış və dərs keçməmiş, lakin aylıq olaraq maaş almışdır. Şahid11, Şahid14, Şahid8 dərs keçsələr də, lakin onlar barəsində onun tərəfindən əmrləşmə aparılmamış, onlara hər hansı dərs qrupları əmrləşdirilməməsinə baxmayaraq həmin şəxslərin də aylıq maaşları mütəmadi şəkildə onun tərəfindən tərtib edilmiş cədvəllər əsasında buraxılmışdır. Dəqiq tarixi xatırlamasa da, 2022-ci ilin fevral ayında keçmiş iş yoldaşı, Yardımlı rayon Alçabulaq kənd orta məktəbinin direktoru Şahid9 onunla əlaqə saxlayıb qohumu Zərərçəkmiş şəxs1 qardaşı Əfqan İbayevi və qardaş oğlu Fəraim İbayevi işə götürməsinin mümkün olub-olmadığını soruşmuş, həmin vaxt pula ehtiyyacı olduğundan həmin şəxsləri işə götürə biləcəyini bildirmişdir. Həmin vaxtdan bir neçə gün sonra Zərərçəkmiş şəxs1lə Yardımlı rayonun Sırıq kəndinin ərazisində, kənd yolunun yaxınlığında görüşüb Zərərçəkmiş şəxs1 5000 (beş min) manat pulu almış və pulu aldıqdan sonra fikri Yardımlı rayon Təhsil Şöbəsinin müdiri ilə razılaşıb həmin şəxsləri işə götürmək olmuşdur. Həmin vaxt təhsil şöbəsinin müdiri Manaf Səmədzadə məzuniyyətdə olmuş və o, Manaf Səmədzadənin gəlməsindən sonra ondan Fəraim və Əfqanın işə götürülməsi üçün təqdimat alacağını, həmin təqdimatı ala bilməyəcəyi təqdirdə 5000 manat pulu Zərərçəkmiş şəxs1 qaytaracağını fikirləşmiş, lakin Manaf Səmədzadə məzuniyyətdən qayıtdıqdan dərhal sonra işdən çıxdığından bu fikri alınmamış və o, bu barədə Manaf Səmədzadəyə hər hansı məlumat verməmişdir. Sonra o, 5000 manat pulu öz şəxsi ehtiyyacları, o cümlədən tibbi xərcləri üçün sərf etmişdir. O, Zərərçəkmiş şəxs1 5000 manat pulu aldığı vaxt ona Fəraim və Əfqanı şahmat kursuna göndərəcəyini, kurs bitdikdən sonra həmin şəxsləri işə götürəcəyini demiş, əslində həmin şəxsləri hər hansı şahmat kursuna göndərmək fikri olmamışdır. Bunu deməkdə məqsədi guya şahmat kursunun ödənişi kimi 5000 manat məbləğində pulu Zərərçəkmiş şəxs1 almaq, daha sonra isə həmin şəxslərin işə qəbul edilməsinə cəhd etmək olmuşdur. Bundan başqa həmin şəxsləri şahmat kursuna göndərəcəyi barədə yalan məlumatı verməsinin digər məqsədi Manaf Səmədzadənin məzuniyyətdən qayıtdığı vaxtadək müddət udmaq olmuşdur. Lakin Zərərçəkmiş şəxs1 tez-tez kurs məsələsini soruşduğu üçün müddət qazanmaq və onu özünə inandırmaq məqsədi ilə, əslində olmayan 29 nömrəli əmrdən saxta çıxarışlar tərtib edib imzalayaraq Zərərçəkmiş şəxs1 verib Fəraim və Əfqanı işə götürdüyünü ona demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 qardaşının və qardaşı oğlunun kurs keçmədiyini deyərək onun saxta şəkildə həmin şəxsləri işə qəbul etdiyini fikirləşib pulnu geri tələb etmiş, o isə aldığı həmin pulu Zərərçəkmiş şəxs1 qaytara bilməmişdir. 2020-ci ilin sentyabr ayında Yardımlı rayonun Gavran kənd sakini tanışı Niyaz Rəhimovla telefon danışığı zamanı Niyaz qızı Şahid2 məktəbdə işə götürməsini xahiş etmiş, o da direktoru olduğu məktəbdə vakansiya olduğundan bu barədə təhsil şöbəsinin müdiri Manaf Səmədzadə ilə söhbət edəcəyini həmin şəxsə demiş, sonra da Manaf Səmədzadə ilə Şahid2 işə götürülməsinə razılaşmışdır. Həmin vaxt X46 Əliyevanın işə götürülməsi müqabilində hazırda xatırlamadığı məbləğdə pul verilməsini tələb etmiş, o da həmin tələbi Niyaz Rəhimova çatdırmışdır. Niyaz Rəhimovla söhbətindən bir müddət sonra Yardımlı rayonun Gavran kəndində yerləşən, “Gavran bağı” adlanan ərazidə Yardımlı rayonun Şiləvəngə bələdiyyəsinin sədri Şahid4 və adını bilmədiyi şəxslə görüşmüşdür. Həmin vaxt onun yanında Şiləvəngə kənd məkətbinin direktoru olan Şahid5 da olmuşdur. İdarə etdiyi avtomobillə Gavran bağı adlanan əraziyə çatandan sonra Şahid4 yanında olan, adını bilmədiyi şəxs onun idarə etdiyi avtomobilə əyləşmiş, Şahid4 isə avtomobilə əyləşməyib kənarda qalmışdır. Həmin adını bilmədiyi şəxs avtomobilə əyləşəndən sonra əlində olan, içərisində pul olduğunu bildiyi paketi Şahid5 vermiş, Valid də həmin pulu ona vermiş, bundan sonra o, Manaf Səmədzadənin yanına gedb ona verilmiş məbləğini bilmədiyi həmin pul vəsaitini ona vermişdir. Həmin pul vəsaitindən ona heç bir şey çatmamışdır. Bir müddət sonra Manaf Səmədzadənin təqdimatı əsasında Şahid2 məktəbdə işə götürmüşdür. Onun Şahid2 işə götürməkdə məqsədi isə vakant iş yerini doldurmaq və məktəbin fəaliyyətini davam etdirməsini təmin etmək olmuş, başqa hər hansı maddi marağı olmamışdır. Manaf Səmədzadə ilə də həmin pulun bölünməsi barədə razılaşması olmamışdır. O, Niyaz Rəhimovun nəvəsi, Şahid1 işə götürülməsi üçün hər hansı şəxsdən pul və ya digər maddi nemət, o cümlədən 2500 manat məbləğində pul almamışdır. Şahid7, Şahid6 da həmin şəxslərin işə götürülməsi müqabilində hər hansı pul və ya digər maddi nemət almamışdır. Şahid6, Şahid7, Şahid1, Şahid13, Şahid2 heç bir zaman işə gəlməmiş, ancaq onlara onun tərəfindən aylıq əməkhaqqı buraxılmışdır. Bunu etməkdə məqsədi direktoru olduğu məktəbin aktiv fəaliyyət göstərməsi görüntüsü yaratmaq olmuşdur. Şahid11, Şahid8, Novruzov X16 rayon Təhsil Şöbəsinin təqdimatı, onun isə əmri ilə işə götürülmüşlər. Həmin şəxslər işə götürülsə də, onların rəsmi sinif jurnalları, məşğələ qruplarının əmrləşməsi, o cümlədən digər bu kimi zəruri sənədləşmələr olmamış, buna səbəb isə onun səhlənkarlığı olmuşdur. Ancaq həmin şəxslər faktiki olaraq qeyri-rəsmi də olsa açılmış qruplarda dərs keçmişlər. Şahid10 da onun əmri əsasında işə götürülmüş və o, mütəmadi olaraq onun dediyi iş qrafiki əsasında işə gəlmiş, lakin həmin şəxsə də, dərs keçməsi üçün hər hansı qrup açılmamış, adına rəsmi sinif jurnalı olmamış və digər əmrləşmə işləri aparılmamış, faktiki olaraq da heç bir qrupda dərs keçməmiş, bu da onun səhlənkarlığı səbəbindən olmuşdur. Buna baxmayaraq hər ay onun tərəfindən Şahid10 əməkhaqqı buraxılmışdır. Direktoru olduğu Yardımlı rayon UGİŞM-nin inventarında olan 2 ədəd kağıztikən, 1 ədəd notebook onun tərəfindən götürülmüşdür. Sonradan o, 1 ədəd noutbuk onun tərəfindən istintaqa təqdim etmişdir. İki ədəd kağıztikən də onun tərəfindən götürülsə də, həmin kağıztikənləri tapa bilmədiyindən təqdim edə bilməmişdir. Məktəbə verilmiş inventarların saxlanılmasına maddi məsul şəxs direktor kimi o olsa da, 4 ədəd oturacaq “İSO”, 1 ədəd kitab rəfi, 2 ədəd dəri oturacaq, 1 ədəd rəhbər kreslosu, 1 ədəd sobanın harada olması barədə isə məlumatı yoxdur, dispenser aparatı isə ümumiyyətlə ona təhvil verilməmişdir. Yardımlı rayon UGİŞM-nin maliyyə təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı aşkar edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 oktyabr 2001-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş Uşaq-Gənclər İdman məktəbləri və X1 Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Əsasnaməsi”nin və “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 29 dekabr 2010-cu il tarixli S1409 nömrəli qərarı ilə təsdiq edilmiş Uşaq-Gənclər İdman Məktəbləri və X1 Uşaq-Gənclər İdman Məktəblərində şahmat idman növü üzrə təlim-məşq prosesini tənzimləyən normativlər”in tələbləri gözlənilməyərək tədris ilinin əvvəlinə hazırlıq mərhələlərinə müvafiq idman dərəcələri üzrə tələb normalarının düzgün götürülməməsi nəticəsində 5 məşqçimüəllimə, yəni Şahid15, X19, X8, X38, X3 cəmi 2713,99 manat, o cümlədən 2017-ci ilin yanvar-may aylarında 1893,99 manat, 2017/2018-ci tədris ilində 820,00 manat manat əməkhaqqı hesablanaraq ödənilməsinin rəsmiləşdirilməsi faktı üzrə qeyd edilənlər doğrudur. 2017-ci ilin yanvar-may ayları ərzində onun tərəfindən Yardımlı UGİŞM-də TMQ İV və TMQ V qrupları təşkil olunmuş, hazırda həmin qrupların sayını dəqiq xatırlamır. 2017-2018-ci tədris ilində isə onun tərəfindən yalnız X2 adına TMQ V qrupu yaradılmışdır. Bu kimi qrupların açılması ilə bağlı konkret qadağa olmadığından o, həmin qrupları yaratmış, lakin sonradan ona məlum olmuşdur ki, həmin qruplarda olan şagirdlər müəyyən səviyyədə olmalı, onların hesabında müəyyən yarış balları olmalı olmuş, buna görə də sonradan həmin qruplar onun tərəfindən ləğv edilmişdir. O, hər hansı məktəbdə 2016/2017, 2017/2018-ci, 2018/2019-cu, 2020/2021-ci tədris 2021/2022-ci tədris illərində şahmat dərsi tədris etməmişdir. Əvvəllər ifadəsində Alçabulaq kənd tam orta məktəbində yaradılmış şahmat qruplarında şahmat dərsi tədris etdiyini bildirsə də, lakin bu həqiqəti əks etdirmir. Buna baxmayaraq tədris edilməyən təlim məşq saatlarına görə cəmi 14915,42 manat, o cümlədən 2017 yanvar-avqust aylarında 1344,00 manat, 2017/2018-ci tədris ilində 2159,60 manat, 2018/2019-cu tədris ilində 2663,80 manat, 2019/2020-ci tədris ilində 3767,40 manat, 2020/2021-ci tədris ilində 3705,00 manat, 2021/2022-ci tədris ilində 1275,62 manat məbləğində əməkhaqqı hesablanaraq özünə ödənilməsini təmin etmişdir. Bundan başqa o, Yardımlı rayon UGİŞM-nin maliyyə təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı aşkar edilmiş təftişlə əhatə olunan dövrdə müvafiq tədbirlərlə (seçki, xəstəlik və yarış) əlaqədar müvəqqəti olaraq məşğələdən kənarlaşdırılmış məşqçi-müəllimlərin məşğələ saatları məktəb direktorunun əmri ilə məktəbin digər pedoqoji işçilərinə əvəzçilik qaydasında həvalə edilmiş məşğələ saatları üçün məşğələ cədvəli tərtib edilmədiyi üçün məşğələ saatları üst-üstə düşdüyündən 7 məşqçi müəllimə, yəni, X27, Şahid16, X8, X37, X26, X4, X21 əvəzçilik qaydasında məşğələ saatlarının aparılmasına görə cəmi 2117,22 manat, o cümlədən 2018/2019-cu tədris ilində 402,89 manat, 2021/2022-ci tədris ilində 1474,37 manat, 01 yanvar 2023-cü il tarixə isə 239,96 manat əməkhaqqı hesablanaraq ödənilməsi rəsmiləşdirilməsi barədə dərs saatlarının üst-üstə düşməsi və digər bu kimi halların olması mümkün olmuş, lakin, bu vəziyyətin yaranmasına cavabdeh şəxsin özü olmamış, həmin vəziyyətin yaranmasının səbəbkarı direktor müavini Şahid15 olmuşdur. Əvəzçiliklə bağlı əmr onun tərəfindən verilsə də, dərs cədəllərinin tərtib edilməsi, o cümlədən bu kimi halların qarşısının alınması Şahid15 tərəfindən tənzimlənməli olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zamanı sərbəst ifadə versə də, yaşlı və xəstə olduğu üçün verdiyi ifadəsində bəzi şeyləri qarışdırmış, yəni ibtidai istintaq zamanı verdiyi ifadəsini qarışıq halda vermişdir. Ona görə də istintaq ifadəsinə görə özünü təqsirli bilmir və özünü təqsirli bilmədiyim üçün, ibtidai istintaqda verdiyi ifadələrini də təsdiq etmir. Lakin hər bir halda işlədiyi dövrdə bir sıra nöqsanlara və səhlənkarlığa yol verdiyini başa düşür və buna görə əməlindən peşmandır. Təqsirləndirilən şəxs qeyd olunan cinayətləri törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyi, maddi sübut və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin (Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsinin) nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Yardımlı rayonu X30 Məktəbi hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsinin nəznində fəaliyyət göstərir və dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir. 2012-2022-ci illərdə Yardımlı rayon UGİŞM-nin direktoru vəzifəsində Təqsirləndirilən şəxs işləmişdir. Təqsirləndirilən şəxs Yardımlı rayon UGİŞM-nin direktoru kimi təşkilati-sərancamverici vəzifə tutmuş, şəxsləri işə götürmək və işdən azad etmək səlahiyyətlərinə, həmin pedoqoji və texniki kollektivin düzgün fəaliyyətinə cavabdeh olmuşdur. Yardımlı rayon UGİŞM-nin direktoru işlədiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində hər hansı şikayət və digər mənfi xarakterizə edilə biləcək müraciətlər daxil olmamışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Yardımlı rayon UGİŞM-də hər hansı maliyyə və inzibati pozuntuya yol verməsi barədə məlumatlı olmamışdır. Yalnız 2023-cü ilin may ayında Yardımlı rayon UGİŞM-nin təsərrüfat-maliyyə fəaliyyətinin yoxlanılması barədə məlumat verildikdən sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs direktor kimi vəzifələrini düzgün icra etməyərək Yardımlı rayon UGİŞM-nin fəaliyyətində müəyyən maliyyə pozuntularına yol vermiş və nəticədə bilavasitə dövlət büdcə vəsaiti hesabına maliyyəşən Yardımlı rayon UGİŞM-nə və Lənkəran-Astara Regional Təhsil idarəsinə cəmi 72.792,04 manat məbləğində maddi ziyan dəymiş və həmin ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2h oğlu ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır və münasibətləri normal olmuşdur. 2021-ci ilin may ayında Yardımlı şəhəri ərazisində Yardımlı rayon UGİŞM-nin direktoru olan Təqsirləndirilən şəxsla görüşüb söhbət edərkən ona maddi vəziyyətinin aşağı olduğunu, iş axtardığını demiş, Təqsirləndirilən şəxs da ona direktoru olduğu məktəbdə ona iş təklif etmiş, konkret olaraq hansı işə götürəcəyini deməmiş, həm də işlə təmin olunmağı üçün ondan 3000 manat pul istəmiş, o da razılaşmışdır. Həmin vaxtdan bir həftə sonra Yardımlı şəhəri ərazisində o, Təqsirləndirilən şəxsla görüşüb 3000 manat pulu ona vermişdir. Bir müddətdən sonra Təqsirləndirilən şəxs ona maaş kartının hazır olduğunu, gedib təhsil şöbəsindən götürməsini demiş, o da mühasibatlıq şöbəsinə yaxınlaşıb maaş alması üçün bank kartını götürmüşdür. 2021-ci ilin iyun ayında həmin karta 247 manat məbləğində pul vəsaiti köçmüş, o da həmin vaxtı pulu bankomatdan çıxarıb xərcləmişdir. Təqsirləndirilən şəxs onu hansı vəzifəyə işə götürülməsi bilməmiş, bunu deməmiş, həm də Təqsirləndirilən şəxs ona iş yerinə gəlməsinin zəruri olmadığını, “Covid-19” pandemiyası ilə əlaqədar işə çıxmayacağını, pandemiya bitdikdən sonra işə çıxacağını bildirmişdir. 2021-ci ilin iyul ayında Təqsirləndirilən şəxs ona maaş alması üçün verilən plastik bank kartının dəyişməli olduğunu deyib kartı ondan almışdır. Sonra təxminən beş ay Təqsirləndirilən şəxs ona əlbəəl 220 manat maaş vermiş, bundan sonra Təqsirləndirilən şəxs onun maaşını verməmişdir. Sonradan Təqsirləndirilən şəxs ona işdən çıxarıldığını demiş, o da Təqsirləndirilən şəxs verdiyi pulu tələb etmiş, bundan sonra Təqsirləndirilən şəxs 3000 manat pulun 247 manatı kartına köçürməklə, 1100 manatını isə əlbəəl ona vermiş, qalan hissəsini isə verməmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs verdiyi pulun qalan hissəsini, yəni Təqsirləndirilən şəxs ona verdiyi pullar çıxılandan sonra qalan 1653 manat pulu tələb etmiş, o da maddi imkanının aşağı olduğunu əsas gətirərək pulu verməkdən imtina etmişdir. O, Təqsirləndirilən şəxs hərəkətləri barədə prokurorluğa şikayət etdikdən bir müddət sonra, yəni 2023-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs ona 1653 manat pulu qaytarmış, bununla da ona vurulmuş 3000 manat ziyan tam ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs ona 3000 manatı tam ödəmişdir. O, Təqsirləndirilən şəxsla barışmış və ona qarşı tələb və şikayəti yoxdur . İşdə olan, Zərərçəkmiş şəxs2 istintaq orqanına və məhkəməyə ünvanlandığı 20 dekabr 2023-cü il və 04 aprel 2024-cü il tarixli ərizələri ilə müəyyən olunur ki, o, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan (3000 manat) tam olaraq ona ödənilmiş və hazırda onun təqsirləndirilən şəxsə qarşı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, qardaşı Əfqan İbayev və qardaşı oğlu Fəraim İbayev işsiz olduqlarından onlar üçün münasib iş axtarmışdır. 2022-ci ilin fevral ayında uzaq qohumu Ağalı Qasımov ona zəng edib Yardımlı rayon UGİŞM-də vakant iş yeri olduğunu, qardaşı Əfqanı və qardaşı oğlu Fəraimi həmin məktəbdə iş tapa bilcəyini demiş sonra o, gedib məkətbinin direktoru Təqsirləndirilən şəxsla tanış olmuşdur. Söhbət zamanı Təqsirləndirilən şəxs ona direktoru olduğu məktəbdə bir neçə işçiyə ehtiyac olduğunu, qardaşı Əfqanı və qardaşı oğlu Fərahimi işlə təmin edə biləcəyini demişdir. Ancaq ilkin şərt olaraq həmin şəxsləri 3 aylıq müddətə ödənişli şahmat kursuna göndərəcəyini, kurs başa çatdıqdan sonra isə onları məktəbdə təlimatçı kimi işə götürəcəyinə söz vermişdir. Həmçinin Təqsirləndirilən şəxs Əfqan və Fəraimin şahmat kursu keçməsi üçün 5000 (beş min) manat məbləğində pul vəsaitinin dövlət hesabına keçirilməli olduğunu bildirdiyindən 2022-ci ilin fevral ayında Şahid9 iştirakı ilə Yardımlı rayon Təhsil Sektorunun inzibati binasının yaxınlığında Təqsirləndirilən şəxs dediyi 5000 manat pulu vermişdir. Aradan xeyli müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs Əfqanı və Fəraimini hər hansı kursa göndərməmişdir. Sonra o, məsələni aydınlaşdırmaq üçün dəfələrlə Təqsirləndirilən şəxsla əlaqə saxlamağa çalışsa da, o, onun telefon zənglərinə cavab verməmişdir. O, bu barədə Şahid9la söhbət etmiş, o da Təqsirləndirilən şəxs qardaşı Qurban Mənsimovla əlaqə saxlayıb onunla görüşüb söhbət etmiş, söhbət zamanı Qurban Mənsimov qardaşı Vurğunun xəstə olduğunu, müalicə aldığını bildirmiş, Vurğunla onun arasında olan söhbətdən xəbəri olduğunu, onun Vurğuna təhsil ödənişi üçün 5000 manat pul verdiyini bildiyini demişdir. Bir müddət sonra o, Təqsirləndirilən şəxsla əlaqə saxlayan vaxt Təqsirləndirilən şəxs xəstə olduğunu işə qayıdandan sonra Əfqanı və Fərahimi işə götürülməsini barədə əmr verəcyini bildirmişdir. Bu söhbətdən bir ay sonra Təqsirləndirilən şəxs işinə qayıtmış və görüş zamanı Fəraim və Əfqanın işə götürülməsi barədə rəsmi verdiyi təqdimatları, Əfqanın və Fərahimin işə götürülməsi barədə 20 iyun 2022-ci il tarixli 29 nömrəli əmrdən çıxarışları vermişdir. Həmin vaxt o, Fərahim və Əfqanın heç bir kursa getmədiklərini, bu işin saxta olduğunu, belə işin lazım olmadığını bildirib verdiyi 5000 manat pulu geri tələb etmiş, Təqsirləndirilən şəxs isə ona məktəbin müəllimlərinin əksəriyyətinin belə işlədiyini, heç məktəbin yerini tanımadıqlarını, hərəsinin öz işləri ilə məşğul olduqlarını, sadəcə adlarının işdə getdiyini bildirmişdir. Lakin o, yenə də saxta işin lazım olmadığını bildirib verdiyi 5000 manat pulu qaytarmasını tələb etsə də, Təqsirləndirilən şəxs uzun müddət gizlənməklə və digər bəhanələrlə ondan aldığı 5000 manat pulu qaytarmaqdan boyun qaçırmışdır. Təqsirləndirilən şəxs onu aldadıb pulunu aldığını tam əmin olduqdan sonra o, Təqsirləndirilən şəxs hərəkətləri barədə rayon prokurorluğuna şikayət etmiş, bundan sonra 2023-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs prokurorluğun əməkdaşının iştirakı ilə 5000 manat pulu ona qaytarmışdır. İşdə olan, zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs1 istintaq orqanına və məhkəməyə ünvanlandığı 20 dekabr 2023-cü il və 24 aprel 2024-cü il tarixli ərizələri ilə müəyyən olunur ki, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan (5000 manat) tam olaraq ödənilmiş və hazırda onun təqsirləndirilən şəxsə qarşı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında şahid X31 Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid9 ibtidai istintaq zamanı verdiyi göstərmişdir ki, 2011-ci ildən 2021-ci ilədək Yardımlı rayonun Alçabulaq kənd tam orta məktəbində direktor işləmiş, 2021-ci ildən təqaüdə çıxmışdır. Zərərçəkmiş şəxs1 uzaq qohumu kimi tanıyır, həmçinin Təqsirləndirilən şəxs həmkəndlisi, həm də əvvəllər işlədiyi Alçabulaq kənd orta məktəbinin müəllimi kimi tanımışdır. Hər iki şəxslə münasibəti yaxşı olmuşdur. 2022-ci ilin fevral ayında Yardımlı şəhərində olduğu vaxt Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxsla rastlaşmış, həmin şəxslər birlikdə ona yaxınlaşıb görüşmüşlər. Söhbət zamanı Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs qardaşının və qardaşı oğlunun şahmat kursuna göndərilməsi üçün 5000 manat pul verdiyini, həmin şəxslərin şahmat kursu keçdikdən sonra isə Təqsirləndirilən şəxs onları işə götürəcəyini demişdir. Sonra o, Səyyarın dediklərini Vurğundan soruşmuş, Vurğun da Səyyarın dediklərini təsdiq edib Səyyardan 5000 manat pul vəsaitini aldığını, həmin pulun müqabilində isə Səyyarın qardaşı və qardaşı oğlunu şahmat kursuna göndərəcəyini demişdir. Bir müddət sonra Səyyar ona zəng edib Təqsirləndirilən şəxs verdiyi sözü tutmadığını və pulunu geri tələb etdiyini demiş, o da Səyyarın zənglərindən sonra Səyyarı Vurğunun qardaşı Qurbanla danışdırmış, həmçinin özü də bir neçə dəfə Vurğuna və qardaşına Səyyarın pulunu geri qaytarmalarını demişdir. Onun Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında olan razılaşmada və pulun alınmasında hər hansı rolu olmamış, Vurğunun Səyyardan 5000 manat aldığını, aralarında olan razılaşmanı yalnız həmin iki şəxsin deməsindən sonra bunu bilmişdir. Həmçinin sabiq direktoru olduğu Yardımlı rayonun Alçabulaq kənd orta məktəbində şahmat dərslərinin keçirilməsi üçün otaq ayrılmış və həmin otaq Yardımlı rayon Təhsil Şöbəsi tərəfindən verilmiş şahmat ləvazimatları ilə təmin edilmiş, lakin həmin şahmat dərsləri Təqsirləndirilən şəxs tərəfindən keçirilməmişdir. Həmin dərslər pilot layihə əsasında tədris saatlarına salınmış, məktəbin müəllimi Təvəkkül Mirzəyev tərəfindən tədris edilmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs sabiq direktoru olduğu məktəbdə şahmat dərsi tədris edərkən görməmiş və onun həmin məktəbdə hər hansı qrupu olmamışdır. Təqsirləndirilən şəxs 2016/2017, 2017/2018-ci, 2018/2019-cu, 2020/2021-ci tədris 2021/2022-ci tədris illərində Yardımlı rayonun Alçabulaq kənd orta məktəbində şahmat dərsi tədris etməyi barədə göstərikləri yalandır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs babası Niyaz Rəhimovun tanışı, həm də Yardımlı rayon UGİŞM-nin direktoru kimi kimi tanımışdır. 2021-ci ildə Bakı Qızlar Universitetini tarix müəllimliyi ixtisası üzrə bitirmiş və Yardımlı rayonuna, ailəsinin yanına qayıtdıqdan sonra iş axtarmağa başlamış, lakin ixtisası üzrə iş tapa bilməmişdir. Buna görə də babası, mərhum X57 Mənsimovla razılaşıb danışdıqdan sonra o, Yardımlı rayon UGİŞM-də məqçi-müəllim işinə götürülmüş və o, rəsmi olaraq 01 oktyabr 2021-ci ildən 14 iyun 2022-ci il tarixədək məktəbində məşqçi müəllim işləsə də, faktiki olaraq işə çıxmamış, vəzifə funksiyalarını icra etməmişdir. Buna səbəb isə Təqsirləndirilən şəxs babası vasitəsi ilə ona hələlik onun işə çıxmağına ehtiyyac olmadığını, lazım gələndə işə çağıracağını deməsi olmuşdur. Babası və o, Təqsirləndirilən şəxsla əvvəlcədən işə çıxmamağı ilə bağlı heç bir razılaşma etməmişdir. İşə qəbul olunduğu vaxtdan əmək haqqı alması üçün “Kapital Banka” məxsus, öz adına olan plastik bank kartını götürmüş və həmin kartla ona yazılmış maaşını tam olaraq almışdır. O, əvvəllər Təqsirləndirilən şəxsla rastlaşmamış və həmin şəxsi şəxsən tanımamış, işlə bağlı bütün məsələlər mərhum babası tərəfindən həll edilmişdir. O, Təqsirləndirilən şəxs şəxsən pul verməmiş, lakin mərhum babası Niyaz Rəhimov tərəfindən qohumu olan Şahid4 vasitəsi ilə Təqsirləndirilən şəxs 2500 (iki min beş yüz) manat pul verilmişdir. Həmçinin sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun, həm də xalası Şahid2 işə götürülməyi müqabilində pul almışdır. Şahid2 işə götürülməsi müqabilində miqdarını bilmədiyi pulu xalasının əri Şahid3 tərəfindən Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs verilmişdir. O, Yardımlı rayon UGİŞM-nin məşqçi-müəllimi kimi Gavran kənd orta məktəbində yaradılacaq qruplarda şahmat dərsi tədris etməli olsa da, heç vaxt həmin məktəbdə dərs keçməmiş, ümumiyyətlə isə şahmat oynamağı belə bacarmır. Daha sonra o, Yardımlı rayon UGİŞM-dən işdən çıxarılmış və bu barədə sonradan məlumatı olmuşdur. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, O, Təqsirləndirilən şəxs Yardımlı rayon UGİŞM-nin direktoru olduğunu bilsə də, onu görməmişdir. 2009-cu ildə kolleci bitirmiş və 2020-ci ilin əvvələrindən etibarən Yardımlı rayonu ərazisində iş axtarmağa başlamış və bu barədə mərhum atası Niyaz Rəhimova da demişdir. 2020-ci ilin sentyabr ayında atası Niyaz Rəhimov ona iş məsələsini Yardımlı rayon UGİŞM-nin direktoru Təqsirləndirilən şəxsla danışdığını və buna görə Təqsirləndirilən şəxs pul verəcəyini, bunun müqabilində isə onun həmin məktəbdə işə götürüləcəyini ona demişdir. Bir müddət sonra əri Şahid3 ona atası Niyaz Rəhimovun 3000 (üç min) manat pul göndərməsini və həmin pulu Təqsirləndirilən şəxs verməsini dediyini bildirmişdir. Əri Şahid3 Təqsirləndirilən şəxs tanımadığından atası Niyaz Rəhimov qohumu X40 Mənsimovla əri Şahid3 görüşdürməsini tapşırmış, bundan sonra əri Şahid3 Şahid4lə birlikdə gedib həmin pulu Təqsirləndirilən şəxs vermişdir. Pulun verilməsindən bir neçə gün sonra Təqsirləndirilən şəxs atası Niyaz Rəhimova məlumat göndib onu məktəbdə məşqçi-müəllim işinə götürdüyünü, əməkhaqqı kartını "xxxx" ASC-nin Yardımlı rayon filialına yaxınlaşaraq götürməsini demiş, o da gedib həmin kartı bankdan götürmüşdür. Kartı götürdükdən işə çağırılmamış, sonra bu barədə atası Niyaz Rəhimova demiş, o da Təqsirləndirilən şəxsla danışmış, Təqsirləndirilən şəxs da hələlik işə çıxmağına ehtiyac olmadığını, zərurət yaranacağı təqdirdə onu işə çağıracağını dediyini bildirmişdir. Ona görə də o, iki il (xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) məktəbdə məşqçimüəllim vəzifəsində işləsə də, heç vaxt işə çıxmamış, lakin aylıq əməkhaqqını almışdır. Təqsirləndirilən şəxsla işə çıxmadan maaş alacağı barədə əvvəlcədən hər hansı razılaşma olmamış, yalnız işə götürülməsindən və adına olan plastik bank kartının ona verilməsindən sonra Təqsirləndirilən şəxs işə çıxmağına ehtiyyac olmadığını, zərurət yaranacağı təqdirdə özünün onu çağıracağını demiş və heç vaxt onu işə çağırmamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2020-ci ilin sentyabr ayında qayınatası Niyaz Rəhimov ona arvadı Şahid2 işə götürülməsi üçün Təqsirləndirilən şəxsla danışdığını və bui şlə bağlı ona 3000 manat pul verilməli olduğunu, həmin pulu qayınanası Xanımdan götürərək Təqsirləndirilən şəxs verməyini tapşırmışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs tanımadığından qayınatası Niyaz Rəhimov qohumu Şahid4 Təqsirləndirilən şəxsla onu görüşdürməsini demiş və 2020-ci ilin sentyabr ayında Gavran kəndi ərazisində yerləşən, “Gavran bağı” adlanan ərazidə o, Seyranın vasitəçiliyi ilə Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs oraya avtomobillə gəlmiş, yanında da tanımadığı bir şəxs olmuşdur. Sonradan həmin şəxsin adının Valid olduğunu, Şiləvəngə kənd orta məktəbində müəllim işlədiyini bilmişdir. Sonra o, Vurğun Məsnimovun avtomobilə əyləşmiş və sellofan torbada olan 3000 manat pulu Təqsirləndirilən şəxs verib Niyaz Rəhimovu nəzərdə tutub “dayı verdi”yini demiş, Təqsirləndirilən şəxs da “dayı”ı ilə əlaqə saxlayacağını deyib pulu götürüb avtomobilin saxlanc yerinə qoymuşdur. Bundan sonra o, bir daha Təqsirləndirilən şəxs görməmişdir. Həmin pulu verdikdən bir müddət sonra arvadı Şahid2 Yardımlı rayon UGİŞM-də müəllim kimi işə götürülmüş, lakin arvadı heç bir vaxt işə çıxmamışdır. Bu barədə dəfələrlə Təqsirləndirilən şəxsla söhbəti olsa da, Təqsirləndirilən şəxs ehtiyac yaranacağı təqdirdə arvadını işə çağıracağını, hələlik zərurət olmadığını demişdir. Şahid2 adı 2 il həmin məktəbdə getsə də, heç vaxt işə çıxmamışdır. Sonradan Təqsirləndirilən şəxs heç bir məlumat vermədən Şahid2 işdən çıxarmışdır. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Yardımlı rayon UGİŞM-nin direktoru kimi tanımış və onunla münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxsla ilk tanışlığı qaynı, mərhum Niyaz Rəhimovun vasitəçiliyi ilə olmuşdur. 2020-ci ilin sentyabr ayında mərhum qaynı Niyaz Rəhimov onu çağırıb qızı Şahid2 işə götürülməsi üçün Təqsirləndirilən şəxsla danışdığını, buna görə də, Şahid2 əri Şahid3lə Təqsirləndirilən şəxs görüşdürməyini xahiş etmişdir. Sonra o, Şahid3lə birlikdə Yardımlı rayonun Gavran kəndi ərazisində Təqsirləndirilən şəxs və Şiləvəngə məktəbinin direktoru Şahid5la görüşmüş və həmin məsələ də maraqlı olmadığından kənarda durmuş, Təqsirləndirilən şəxs, Şahid5 və Şahid3 isə Təqsirləndirilən şəxs avtomobilində oturub söhbət etmişlər. Sonra Şahid3 onun yanına qayıtmış, Təqsirləndirilən şəxs və Şahid5 birlikdə oradan getmişlər. Sonra Şahid3 dediklərindən ona məlum olmuşdur ki, mərhum qaynı X58 Əliyevanın işə götürülməsi üçün 3000 manat pulu Şahid3 vasitəsi ilə Təqsirləndirilən şəxs verilmişdir. Bu məsələdən 10-15 gün sonra Şahid2 Təqsirləndirilən şəxs tərəfindən Yardımlı rayon UGİŞM-də məşqçi-müəllim kimi işə götürülmüşdür. Həmçinin qaynı X29 Əliyevanın Yardımlı rayon UGİŞM-də işə götürülməsindən sonra onu çağırıb Təqsirləndirilən şəxsla nəvəsi Şahid1 Yardımlı rayon UGİŞM-də işə götürülməsi barədə razılaşdığını və bu işə görə Təqsirləndirilən şəxs tələb etdiyi 2500 manat pulu vermədiyini deyib 2500 manat pulu saxlaması üçün ona vermiş, Təqsirləndirilən şəxs Şahid1 iş məsələsini həll etdikdən sonra pulu Təqsirləndirilən şəxs verməsini tapşırmışdır. Bu söhbətdən sonra X59 Federasiyasına getmiş və bir müddət sonra isə vəfat etmişdir. Niyaz Rəhimovun vəfat etməsindən sonra o, Təqsirləndirilən şəxs ona zəng edib onda Niyaz Rəhimov tərəfindən verilmiş “əmanət” olduğunu, həmin əmanəti verməyini demişdir. Daha sonra o, həmin pul vəsaitini Yardımlı şəhəri ərazisində, Yardımlı rayon Təhsil şöbəsinin qarşısında Təqsirləndirilən şəxs vermiş və bundan sonra Təqsirləndirilən şəxs Xəyalə İbrahimovanı məktəbdə müəllim kimi işə götürmüşdür. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Yardımlı rayon UGİŞM-nin direktoru kimi tanımış və onunla münasibəti yaxşı olmuşdur. 2020-ci ilin təxminən sentyabr ayının əvvəllərində Yardımlı rayonu Şiləvəngə kənd bələdiyyəsinin sədri Şahid4 ona zəng etmiş, danışıq zamanı Yardımlı rayon UGİŞM-nin direktoru Təqsirləndirilən şəxsla işi olduğunu, Niyaz Rəhimovun verdiyi əmanəti həmin şəxsə çatdırmalı olduğunu, lakin, həmin şəxsi tanımadığını, buna görə də həmin şəxsi taparaq onunla görüşdürməyini demişdir. Sonra o, Təqsirləndirilən şəxsla telefonla danışıb məsələ barədə məlumat vermiş, bundan sonra Təqsirləndirilən şəxsla Yardımlı rayonu Təhsil Şöbəsinin qarşısında görüşüb onunla birlikdə Təqsirləndirilən şəxs məxsus VAZ- 21099” markalı avtomobillə Yardımlı rayonun Gavran kəndinə, “Gavran bağı” adlanan əraziyə getmişlər və ora çatanda Şahid4 və Niyaz Rəhimovun kürəkəni Şahid3 onları gözlədiklərini görmüşdür. Şahid3 və o, Təqsirləndirilən şəxs olduğu avtomobilə əyləşmiş, Şahid4 isə avtomobilə əyləşməyib bir qədər kənarda dayanmışdır. Şahid3 avtomobilə əyləşdikdən sonra cibindən ağ rəngli paketi Təqsirləndirilən şəxs verib “bunu baba göndərdi” demiş, sonra Elməddin adlı şəxs avtomobildən enmiş, o isə Təqsirləndirilən şəxsla birlikdə avtomobillə Yardımlı şəhərinə getmişlər. Yolda olarkən Təqsirləndirilən şəxs Niyaz Rəhimovdan tanışı vasitəsi ilə borc istədiyini, həmin şəxsin də Şahid3 vasitəsi ilə pul verdiyini demişdir. Bu məsələnin üzərindən bir qədər keçdikdən sonra Şahid4lə söhbət zaman Niyaz Rəhimovun qızı, Elməddin adlı şəxsin arvadı olduğunu bildiyi Elzarə adlı şəxsin Yardımlı rayon UGİŞM-də işə düzəldiyi və buna görə Təqsirləndirilən şəxs pulun verilməsi məlum olmuşdur. Həmin vaxt Şahid3 Təqsirləndirilən şəxs nə qədər pul verməsini bilməmişdir. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildə fiziki tərbiyə müəllimi ixtisası üzrə kolleci bitirmiş, hazırda Yardımlı şəhəri 1 saylı orta məktəbdə fizikitərbiyyə müəllimi işləyir. Yardımlı rayon UGİŞM-nin sabiq direktoru Təqsirləndirilən şəxs tanıyır, onunla şəxsi münasibəti yaxşı olmuşdur. 2019-cu ilin avqust ayında iş axtardığı üçün Yardımlı Təhsil Şöbəsində olarkən Yardımlı rayon UGİŞM-nin direktoru Təqsirləndirilən şəxs ondan təhsil şöbəsinə nəyə görə gəldiyini soruşmuş, o da müəllim olduğunu, iş axtardığını, buna görə gəldiyini demişdir. Təqsirləndirilən şəxs ona kömək edə biləcəyini və direktoru olduğu məktəbdə onu işə götürə biləcəyini demişdir. Həmin vaxt maddi vəziyyəti yaxşı olmadığından, işə ehtiyacı olduğundan şahmat məktəbində də işləyə biləcəyini Təqsirləndirilən şəxs demişdir. O, Təqsirləndirilən şəxs ixtisasının fizikitərbiyyə müəllimi olduğunu və bunun şahmat məktəbində işləməyinə mane olubolmayacağını soruşmuş, Təqsirləndirilən şəxs da heç bir problem olmadığını demişdir. Sonra o, tələb edilən sənədləri toplayaraq Təqsirləndirilən şəxs vermişdir. Sənədləri verdikdən sonra Təqsirləndirilən şəxs onu işə götürülməyi müqabilində ondan 3000 məbləğində pul tələb etmiş, o da məcbur qalıb 3000 manat pul düzəldib anası Elnarə Masiyevaın iştirakı ilə 2019-cu ilin sentyabr ayının əvvəllərində Yardımlı rayon Təhsil şöbəsinin qarşısında həmin pulu Təqsirləndirilən şəxs vermiş, bundan sonra Təqsirləndirilən şəxs ona zəng edib işə götürüldüyünü demişdir. Bir qədər keçdikdən sonra Təqsirləndirilən şəxs ona zəng edib maaş kartının da hazır olduğunu demiş, o da “Kapital Bankı”ın Yardımlı rayon şöbəsinə gedib bank kartını götürmüşdür. İşə götürüldükdən sonra Təqsirləndirilən şəxs ona işə çıxmağına ehtiyyac olmadığını bildirmiş, o da bunun səbəbini soruşduqda, Təqsirləndirilən şəxs məktəbin kollektivinin onun təlimatçı kimi işə götürülməsi ilə razı olmayacağını, onu işdən çıxartdırmaq üçün tədbir görəcəklərini, müəyyən şəxslərin də həmin vəzifədə gözü olduğunu demişdir. O, ilk maaşı olan 213 manat pulu aldıqdan sonra işə çıxmadan maaş almasının gələcəkdə problem yaradacağını fikirləşdiyi üçün Təqsirləndirilən şəxs işə çıxmaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs isə işə çıxmağına ehtiyyac olmadığını, zərurət yaranacağı təqdirdə onu işə çağıracağını yenidən demişdir. Təqsirləndirilən şəxs onu müddətli müqavilə əsasında işə götürdüyündən onunla işə çıxmağı barədə mübahisə edəcəyi təqirdə onu işdən çıxara biləcəyini fikirləşdiyindən bu barədə çox təkid etməmişdir. Beləliklə o, təxminən 3 il işə getmədən məktəbində işləmiş və aylıq olaraq maaşı da almışdır. 2022-ci ilin avqust ayında Təqsirləndirilən şəxs onu çağırıb məktəbin müəllimlər şurası tərəfindən işdən çıxarılmağı ilə bağlı hazırlıq getdiyini, buna görə də ərizə verərək işdən çıxmağını ona demiş, o da ərizəsini yazıb işdən çıxmışdır. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanısa da, onunla şəxsi münasibəti olmamışdır. 2019-cu ilin sonlarında işsiz olduğu üçün iş axtarmağa başlamış və Yardımlı rayon UGİŞM-də iş yerinin olduğunu eşitmişdir. Həmin məktəbin direktoru Təqsirləndirilən şəxs ilə uzaq qohumluğu olduğundan işlə bağlı onun yanına gedib işə girmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs da məktəbində texniki işçi üçün vakant yer olduğunu, onu həmin yerə işə götürə biləcəyini, lakin bunun müqabilində 2000 (iki min) manat məbləğində pul vəsaiti verməli olduğunu demiş, o da razılaşıb, həyətində olan mal-qaranı satıb 2000 manat pulu toplayıb 2021-ci ilin sonlarında Yardımlı rayon UGİŞM-nin qarşısında hçmin pulu Təqsirləndirilən şəxs vermiş, sonra rəsmi qaydada ərizə ilə işə götürülməyi ilə bağlı müraciət etmişdir. Həmin vaxtdan bir müddət sonra Təqsirləndirilən şəxs telefonla işə götürülüb-götürülmədiyini soruşmuş, Təqsirləndirilən şəxs da artıq adına olan maaş kartının gəldiyini, 05 yanvar 2020-ci il tarixdən isə Yardımlı rayon UGİŞM-də gözətçi vəzifəsinə işə götürüldüyünü demişdir. O, gedib maaş kartını götürdükdən sonra Təqsirləndirilən şəxsla telefonla danışıb işə nə vaxt çıxacağını soruşmuş, Təqsirləndirilən şəxs da işə çıxmağına ehtiyac olmadığını, buna görə də işə gəlməməsini demişdir. O, işə çıxmadan, yəni faktiki vəzifəsini icra etmədən maaş almış və bununla bağlı onun Təqsirləndirilən şəxsla əvvəldən heç bir razılaşması olmamışdır. O, təxminən 2,5 il ərzində işə çıxmadan aylıq maaşını plastik kart vasitəsi ilə əldə etmiş, 2022-ci ildə yaşadığı yerlə məktəbin arasında olan məsafənin çox olması səbəbindən ərizə ilə müraciət edib işdən çıxmışdır. . Məhkəmə iclasında şahid X12 ifadəsində göstərmişdir ki, o, ali təhsilli aqranom olduğundan 2016-cı ildən iş axtarmağa başlamış, lakin ixtisasıma uyğun iş tapa bilməmiş və 2017-ci ildə Abidinli kənd orta məktəbinin direktoru İlyas Ağayev ona Yardımlı rayon UGİŞM-də məşqçi-müəllim ştatı üzrə iş yeri olduğunu demiş, bir müddət sonra o, sənədlərini götürüb Yardımlı rayon UGİŞM-nin direktoru Təqsirləndirilən şəxs yanına gedib müraciət etmiş, Təqsirləndirilən şəxs da onun sənədlərinə baxıb onu işə götürəcəyini demişdir. xx.xx.2018-ci ildə Yardımlı rayon UGİŞM-nin direktoru Təqsirləndirilən şəxs onu işə qəbul etmiş, bir qədər sonra o, gedib əməkhaqqı kartını da götürmüşdür. O, xx.xx.2018-ci il tarixdən dərs prosesinə başlayıb dərs tədris etmişdir. Onun dərs tədris etdiyi qrup Yardımlı rayonu Abidinli kənd orta məktəbində oxuyan şagirdlərdən formalaşdırılmış və dərs prosesi həmin məktəbdə həyata keçirilmişdir. O, şahmat oynaya bilməsə də, internetdən əldə etdiyi dərs vəsaitlərindən istifadə etməklə qrupda olan şagirdlərə şahmat dərsini tədris etmişdir. Dərs tədris etdiyi qrupda 8 nəfər şagird olmuş və həftədə 3 saat dərs keçmişdir. Beləliklə, təxminən 8 ay işləmiş və aylıq olaraq 175 manat məbləğində maaş almışdır. 2018-ci ilin avqust ayında Təqsirləndirilən şəxs onu çağırıb əmək kitabçasını götürməyini, şahmat qrupunun ləğv edildiyini demiş, o da əmək kitabçasını götürmüşdür. Onunla Təqsirləndirilən şəxs arasında əmək müqavləsi bağlanmış, lakin həmin müqavilənin elektron qaydada sistemə yerləşdirilməsi barədə məlumatı yoxdur. Yardımlı rayon UGİŞM-də işə düzəlmək üçün hər hansı şəxsə, o cümlədən Təqsirləndirilən şəxs pul verməmişdir. Yardımlı rayon UGİŞM-də işlədiyi müddət ərzində dərs prosesi yalnız Abidinli kənd orta məktəbinin direktoru İlyas Ağayev tərəfindən yoxlanılmışdır. İşlədiyi müddət ərzində başqa hər hansı şəxs, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən dərs prosesi, dərs jurnalları Təqsirləndirilən şəxs və ya hər hansı digər şəxs tərəfindən yoxlanılmamışdır. Həmin dərs jurnalları özündə olmuş, işdən çıxarıldıqdan sonra həmin jurnallar Abidinli kənd orta məktəbində qalmış, sonradan həmin jurnalların aqibəti barədə məlumatı yoxdur. Yardımlı rayon UGİŞM-də işlədiyi müddət ərzində heç bir iclasda iştirak etməmiş, məktəbdə işləyən iş yoldaşlarından heç kəsi tanımamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Yardımlı rayon UGİŞM-nin direktoru olmuş Təqsirləndirilən şəxs uzaq qohumudur. 2018-ci ildən idman müəllimi kimi iş axtarmış, lakin uyğun iş tapa bilməmişdir. 2021-ci ilin sonlarında iş axtardığı üçün atası Elşad Vəkilovun məsləhəti ilə Yardımlı rayon UGİŞM-nin Təqsirləndirilən şəxs müraciət edib iş istəmiş, o da məktəbdə məşqçi-müəllim lazım olduğunu deyib onu işə götürəcəyini bildirmişdir. Zəruri sənədləri Təqsirləndirilən şəxs verdikdən sonra xx.xx.2022-ci ildə Yardımlı UGİŞM-də müqavilə əsasında məşqçi-müəllim kimi işə götürülmüş və maaş kartını da “Kapital Bankı”ın Yardımlı bank filialından əldə etmişdir. İşlədiyi müddətdə məşqçi-müəllim kimi hər hansı şahmat məşğələsi aparmamış, hər hansı məşğələ qrupu açılmamış, dərs tədris etməsi üçün şagirdləri olmamışdır. Məşqçi-müəllim kimi işlədiyi müddət ərzində dərs jurnalı olmuş, lakin həmin jurnal Təqsirləndirilən şəxs olmuşdur. O, dərs keçilməli olan şagirdlərin adları və keçirilmiş dərslər barəsində məlumatlar Təqsirləndirilən şəxs diktə etməsi əsasında onun tərəfindən həmin jurnala yazılmış, lakin faktiki olaraq həmin şəxslərə onun tərəfindən heç bir dərs keçirilməmişdir. Jurnalı yazdığı vaxtlarda Təqsirləndirilən şəxs həmin şagidrlərin adlarını qeyd etməyini, bu şagirdlərdən ibarət qrup yaradılacağını, həmin qrupda onun tərəfindən dərs keçiriləcəyini bildirmiş, lakin sonradan həmin jurnalı görməmiş, şagirdlərdən və ya başqa şəxslərdən ibarət qrup yaradılmamışdır. Təxminən 6 ay müddətində Yardımlı rayon UGİŞM-də məşqçi-müəllim kimi fəaliyyət göstərmişdir. Həmin müddət ərzində Təqsirləndirilən şəxs tərəfindən şifahi formada deyilmiş dərs qrafiki əsasında işə, Yardımlı rayon UGİŞM-nin inzibati binasına gedibgəlmiş, lakin heç bir halda dərs keçməmiş və bu vəziyyətdən Təqsirləndirilən şəxs məlumatlı olmuşdur. Sonradan işləmək üçün Bakı şəhərinə getmək istədiyindən xx.xx.2022-ci il tarixdə ərizəsi əsasında işdən azad edilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ona verilmiş bank kart vasitəsi ilə müxtəlif məbləğlərdə maaş almışdır. Yardımlı rayon UGİŞM-də işə götürülməsi müqabilində hər hansı şəxsə, o cümlədən sabiq direktor Təqsirləndirilən şəxs pul verilməmiş və məktəbdə işə götürülməsindən əvvəl dərs tədris etmədiyi halda maaş alması barəsində əvvəlcədən Təqsirləndirilən şəxsla heç bir razılaşma olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Yardımlı rayonun Köryədi kəndində qeydiyyatda olmaqla hazırda Sumqayıt şəhərində yaşayır. 2018-ci ildə Sumqayıt Dövlət Universitetinin Filalogiya fakültəsini Azərbaycan dili-ədəbiyyat müəllimi ixtisası üzrə bitirmiş, daha sonra Yardımlı rayonuna qayıtmışdır. Yardımlı rayonunda müəllim kimi işləmək istədiyindən 2019-cu ildə “müəllimlərin işə qəbulu imtahanında” iştirak etmiş, lakin lazımi bal toplaya bilməmişdir. Sonra babası İsmi Tərlanovun təklifi əsasında iş üçün keçmiş Yardımlı rayon təhsil şöbəsinə müraciət etmiş və dayısı Afiq Tərlanov şəhid olduğundan şəhid ailəsi olmağı nəzərə alınmış və təhsil şöbəsi tərəfindən Yardımlı rayon UGİŞM-də məşqçi-müəllim kimi işə götürülə biləcəyi ona bildirilmişdir. Bundan sonra zəruri sənədləri təqdim etmiş, bir müddət sonra Yardımlı rayon UGİŞM-də 12 saatlıq dərs yükü ilə məşqçi-müəllim kimi müddətsiz müqavilə əsasında işə götürülmüşdür. Yardımlı rayon UGİŞM-nin sabiq direktoru Təqsirləndirilən şəxsla görüşüb məktəbdə işə götürülməyi barədə əmrdən çıxarışı əldə etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs məktəbdə dərs keçirilməsi üçün şəraitin olmadığını, buna görə də məşğələlərin ayrı-ayrı məktəblərdə təşkil edildiyini ona bildirmiş, o da yaşayış yerinə yaxın olduğundan Qabaqdibi kənd tam orta məktəbində məşğələ keçmək istədiyini demişdir. Sonra o məşğələ qrupu yaratmış, həmin şagirdlərdən ibarət olan və şagirdlər barəsində şəxsi məlumatları əks etdirən siyahını Təqsirləndirilən şəxs təqdim etmiş və 16 sentyabr 2019-cu il tarixdən etirabarən həmin məktəbdə məşqçi-müəllim kimi fəaliyyətə başlamışdır. İşlədiyi müddət ərzində mütəmadi şəkildə işə çıxmış və məqşçi-müəllim kimi işlədiyi müddət ərzində əməkhaqqı üçün bank kartı özündə olmuş, həmin karta əməkhaqqı kimi ödənilmiş məbləğləri özü alıb şəxsi ehtiyyaclarına sərf edilmişdir. xx.xx.2022-ci il tarixdə məktəb direktoru Təqsirləndirilən şəxs tərəfindən işdən azad edilmiş, sonra o, əmək müffətişliyinə şikayət vermiş və əmək müffətişliyi tərəfindən işə bərpa edilmişdir. Daha sonra daimi olaraq Sumqayıt şəhərinə köçdüyündən öz ərizəsi əsasında işdən çıxmışdır. Yardımlı rayon UGİŞM-də işlədiyi müddət ərzində həmin məktəbin 02 oktyabr 2017-ci il tarixdə açılmış əmr kitabında adına məşğələ qrupları, məşğələ saatları, məşğələ dərs yükünün əmrləşməməsi və məşğələ jurnallarının açılmaması barədə məlumatlı olmamış və direktoru tərəfindən bu barədə hər hansı məlumat verilməmişdir. O, mütəmadi olaraq təşkil edilmiş məşğələ qruplarında dərs tədris etmiş və aylıq olaraq maaşını da almışdır. Məqşçimüəllim kimi işləməyi üçün müvafiq sənədi olmamış, sadəcə olaraq şahmat oynamağı bacardığı üçün bu işdə işləmişdir. Yardımlı rayonun Qabaqdibi kənd orta məktəbində şahmat məşğələləri üzrə apardığı dərs prosesi direktor Təqsirləndirilən şəxs və ya digər vəzifəli şəxslər tərəfindən yoxlanılmamışdır. Dərs keçdiyi şahmat məşğələ qrupu üzrə sinif jurnalları açılmış və həmin jurnallar onun tərəfindən yazılmış, sonra bu jurnallar direktor Təqsirləndirilən şəxs təhvil verilmişdir. Məhkəmə iclasında Şahid12 ifadəsində göstərmişdir ki, o, Lənkəran-Astara RTİ-nin Yardımlı rayonu üzrə sektorunun aparıcı-məsləhətçisi vəzifəsində işləmiş və Yardımlı rayon UGİŞM-nin maliyyə təsərrüfat fəaliyyətinin yoxlanılması üçün təşkil edilmiş qrupda o da olmuşdur. Təqsirləndirilən şəxs Yardımlı rayon UGİŞM-nin direktoru kimi tanımış, aralarında normal münasibətləri olmuşdur. 2017-2022-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 saylı maliyyə-hesablaşma mərkəzinin aparıcı-məsləhətçisi kimi Yardımlı rayonu üzrə təhsil müəssisələrinin maliyyələşdirilməsi vəziyyətinə cavabdeh olmuşdur. Mühasib kimi vəzifəsi məktəb direktorları tərəfindən verilmiş maliyyə cədvəlləri əsasında ümumi maliyyə miqdarını hesablamaqla ödənilməsini təmin etmək olmuşdur. Aparıcı-məsləhətçi kimi hər hansı məktəbdə, o cümlədən Yardımlı rayon UGİŞM-də hər hansı manitorinq aparmaq səlahiyyəti olmamışdır. Qeyd edilən qəbildən olan manitorinqlər yalnız şikayət olduğu təqdirdə mərkəzin rəhbərliyi tərəfindən verilmiş əmr əsasında həyata keçirilməli olmuşdur. Yardımlı rayon UGİŞM-dən hər hansı şikayət daxil olmadığından manitorinq də aparılmamışdır. Yardımlı rayon UGİŞM-nin işçilərinin maliyyələşməsi həmin məktəbin sabiq direktoru Təqsirləndirilən şəxs tərəfindən verilmiş cədvəl əsasında aparılmış, onun və ya başqa hər hansı şəxsin həmin cədvəllərə müdaxilə imkanı olmamışdır. 2017-2019-cu illərdə Yardımlı rayon UGİŞM-də ümumilikdə 13 məşqçi müəllim işləmiş, sonradan həmin məktəbdə ştat genişlənməsi olmuş, əlavə müəllim və texniki işçi heyəti işə götürülmüşdür. Sonradan işə götürülən şəxslərin adlarına ilk dəfə maaş yazılması zamanı həmin şəxslərlə məktəb direktoru Təqsirləndirilən şəxs arasında bağlanmış əmək müqaviləsi təqdim edilmiş, o cümlədən şifahi və ya yazılı şəkildə həmin şəxslərin işə götürülməsinə Təhsil Nazirliyinin 14 saylı ərazi maliyyə-hesbalaşma mərkəzi tərəfindən razılıq verilməsi dəqiqləşdirilmiş, yalnız bundan sonra həmin şəxslərə əməkhaqqı buraxılması təmin edilmişdir. Hər hansı şəxsin Yardımlı rayon UGİŞM-də işə götürülməsi üçün razılığın verilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 saylı ərazi maliyyə-hesablaşma mərkəzinin səlahiyyətində olmuşdur. Qeyd edilən razılıq verilmədən hər hansı şəxsin işə götürülməsi mümkün olmamışdır. Şəxs işə götürüldükdən sonra onunla məktəb direktoru arasında əmək müqaviləsi bağlanmış, direktor tərəfindən müvafiq əmr verilmişdir. Zərərçəkmiş şəxs2h oğlunu şəxsən tanımır. Sadəcə olaraq 2021ci ilin iyun ayında Yardımlı rayon UGİŞM-nin sabiq direktoru Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs2 işə götürmək barədə əmr və şəxsin şəxsiyyət vəsiqəsinin surətini vermiş və həmin şəxsi işə götürdüyünü, bu barədə razılıq almaq üçün də Təhsil Nazilriyinin 14 saylı regional ərazi maliyyə-hesablaşma mərkəzinə müraciət etdiyini, qısa müddət ərzində də cavab gələcəyini demişdir. Bundan sonra o, həmin əmrdən çıxarışı nəzərə alaraq, həmçinin ayın sonunda gələcək razılıqda Zərərçəkmiş şəxs2 adının ola biləcəyini, kartı gec sifariş verdiyi təqdirdə həmin şəxsin əməkhaqqı ala bilməyəcəyi ehtimalını düşünərək bank kartı sifariş vermişdir. Hər bir halda onun, əgər Təhsil Nazirliyinin 14 saylı regional ərazi maliyyə-hesablaşma mərkəzindən təqdimat gəlməyəcəyi təqdirdə həmin kart üzrə maliyyə vəsaitini dayandırmaq imkanı olmuşdur. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs2 barədə hər hansı əlavə məlumat verməmiş, yalnız müvafiq sənədləri təqdim etmişdir. Başqa hər hansı hal barədə məlumatı olmamışdır. 2021-ci ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs2 əməkhaqqı buraxılması üçün əmək müqaviləsi və 14 saylı regional ərazi maliyyə-hesablaşma mərkəzinin yazılıq razılığını Təqsirləndirilən şəxs tələb etmiş, lakin Təqsirləndirilən şəxs razılığın gəlmədiyini, buna görə də şəxsi işə götürə bilmədiyini demiş, o da həmin plastik bank kartı geri qaytarılmasını Təqsirləndirilən şəxs tələb etmişdir. Təqsirləndirilən şəxs da bir müddət sonra ona Zərərçəkmiş şəxs2 verilmiş plastik bank kartını geri aldığını və sındırdığını demişdir. Həmin plastik bank kartına hər hansı məbləğdə pul vəsaiti mühasibatlıq tərəfindən ödənilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Yardımlı rayon UGİŞMnin məktəbinin direktoru kimi tanımış, onunla hər hansı şəxsi münasibəti, o cümlədən düşmənçilik və ədavəti olmamışdır. 2021-ci ilin dekabr ayında işlməsi üçün Yardımlı rayon UGİŞM-nin direktoru Təqsirləndirilən şəxs müraciət etmiş, o da onu işə götürə biləcəyini demiş və o müvafiq sənədləri Təqsirləndirilən şəxs təqdim etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs əri Elvin Ağayevə zəng edib onun işə götürüldüyünü demiş, sonra adına sifariş verilmiş plastik bank kartını keçmiş gedib təhsil şöbəsindən əldə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs nə vaxt işə çıxacağını soruşmuş, Təqsirləndirilən şəxs isə hazırda qrupların formalaşdırıldığını, qruplar formalaşdırıldıqdan sonra onun dərs keçə biləcəyi qrup açılacağını bildimiş, lakin işlədiyi müddət ərzində Təqsirləndirilən şəxs tərəfindən hər hansı qrupa dərs keçilməsi üçün təyin edilməmişdir. Qeyd edilən vəziyyətlə bağlı bir neçə dəfə Təqsirləndirilən şəxsla danışsa da, Təqsirləndirilən şəxs hər dəfə qısa müddət ərzində məsələnin həll ediləcəyinə söz vermiş, lakin məsələ həll olunmamış, sonra da xəbəri olmadan işdən azad edilmişdir (xx.xx.2022-ci il tarixdə). Yardımlı rayon UGİŞM-də işə götürülməyi müqabilində hər hansı şəxsə, o cümlədən sabiq direktor Təqsirləndirilən şəxs pul və ya digər maddi nemət verilməmişdir. Yardımlı rayon UGİŞM-də işə götürülməyindən əvvəl dərs keçməməyi, işə getməməsi və işə çıxmadan maaş alması barədə əvvəlcədən Təqsirləndirilən şəxsla heç bir razılaşma olmamış, məktəbinə işə götürülməsindən sonra həmin məktəbin kollektivinə təqdim edilməmiş, məktəbində işlədiyi müddət ərzində nə qədərsə (cəmi 1755,60 manat) maaş almışdır. Məhkəmə iclasında Şahid14 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Yardımlı rayon UGİŞM-nin direktoru kimi tanımış, onunla heç bir şəxsi münasibəti, eləcə də düşmənçiliyi olmamışdır. Müəllim olduğundan əvvəllər riyaziyyat dərsi tədris etmiş, sonra işdən çıxmış, daha sonra yenidən müəllim kimi işləmək istədiyindən Yardımlı rayon Təhsil şöbəsinə müraciət etmişdir. 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs ona zəng etmiş və 6 saat dərs yükü ilə işə başlaya biləcəyini demiş, o da dərs saatının sonradan 12 saata qaldırılmasını şərt qoymuş, lakin sonradan bu istəyi alınmamış və xx.xx.2019-cu ildə əmri verilmiş, bundan sonra "xxxx"ın Yardımlı şəhərində yerləşən ofisinə yaxınlaşıb adına olan plastik bank kartını əldə etmişdir. Həmin kart işlədiyi müddət ərzində onda olmuş, işlədiyi müddət ərzində aylıq 210 manat məbləğində maaş almışdır. 2022-ci ilin iyun ayında isə Təqsirləndirilən şəxs onunla bağlanmış müqavilənin vaxtı bitdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs onu işdən azad etmişdir. O, heç bir vaxt Yardımlı rayon UGİŞM-də keçirilmiş iclaslara və digər tədbirlərə dəvət edilməmiş və ümumiyyətlə həmin məktəbin kollektivini tanımamışdır. Yardımlı rayon UGİŞM-də işə düzəlmək üçün hər hansı şəxsə, o cümlədən Təqsirləndirilən şəxs pul və ya digər maddi nemət verməmişdir. Yardımlı rayon UGİŞM-nin məşqçi-müəllimi kimi Şıxlar kənd orta məktəbində yaradılmış qurpda şahmat dərsi tədris etmişdir. Belə ki, həftədə 3 dəfə 2 saat olmaqla dərs tədris etməli olsa da, həftədə cəmi 2 saat dərs tədris etmişdir. Onun qrupunda olan 15 nəfər şagirdin hamısı 2-ci sinif şagirdləri olmuş, həmin şagirdlər də çox vaxt dərsə gəlməmiş, həmçinin məktəb də soyuq olduğundan dərslər tez-tez təxirə düşmüşdür. Bu səbəbdən mütəmadi olaraq dərs keçmək mümkün olmamışdır. Yardımlı rayon UGİŞM-də işlədiyi müddət ərzində jurnallar tərtib edilmiş və həmin jurnallar Təqsirləndirilən şəxs tərəfindən ondan alınaraq yoxlanılmışdır. Yardımlı rayon UGİŞM-nin sabiq direktoru Təqsirləndirilən şəxs tərəfindən hər hansı şəxsin işə götürülməsi müqabilində pul və ya digər maddi nemət alması barədə məlumatı yoxdur, həmçinin bu kimi halların şahidi olmamışdır. Məhkəmə iclasında Şahid15 ifadəsində göstərmişdir ki, o, Yardımlı rayon UGİŞM-də dərs-hissə müdiri və məşqçi müəllim vəzifəsində işləyirr. Bundan əvvəl isə 2011-2022-ci illərdə yarım ştat vahidi üzrə məktəbində direktor müavini, həmçinin məşqçi-müəllim vəzifələrində işləmişdir. Yardımlı rayon UGİŞM-nin direktoru olmuş Təqsirləndirilən şəxs tanıyır, aralarında hər hansı qərəz və düşmənçilik olmamışdır. Şahid10, X22, Şahid6, X28, Şahid11, Şahid14, Şahid2, Şahid7, X12 və Şahid1 adlı şəxsləri tanımamışdır. Həmin şəxslərdən Elmar Güləliyev hazırda məktəbində fəhlə işləyir. Həmin şəxs Təqsirləndirilən şəxs dövründə işə götürülsə də, işə çıxmasını görməmişdir. Şahid16 direktor təyin edilməsindən sonra həmin şəxs mütəmadi olaraq işə çıxmış, hazırda da işləyir. Direktor müavini olduğundan hər ay dərs tədris edən məşqçi-müəllimlərin tərtib etdiyi dərs jurnalları və proqramlar onun tərəfindən yoxlanılmışdır. Bundan başqa bütün məşqçi müəllimlərin və onların dərs tədris etdikləri qruplarda olan şagirdlərin şəxsi işləri də onun tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs dövründə də belə olmuş, lakin adları qeyd edilən şəxslərin şəxsi işləri, onların dərs tədris etdikləri qruplarda olan uşaqların şəxsi işləri ona verilməmiş, həmçinin həmin şəxslər tərəfindən tərtib olunan jurnallar ona təqdim edilməmişdir. Ümumiyyətlə həmin şəxslər gizli şəkildə, yəni kollektivin və onun xəbəri olmadan məktəbdə işləmişlər və onların bu qaydada məktəbdə işlədiklərindən yalnız Təqsirləndirilən şəxs xəbəri olmuşdur. Şahid16 direktor təyin edilməsindən sonra məlum olmuşdur ki, həmin şəxslər (Şahid10, Şahid6, X28, Şahid11, Şahid14, Şahid2, Şahid13, Şahid7, X12 və Şahid1) Yardımlı rayon UGİŞM-də işləsələr də faktiki olaraq işə çıxmamışlar və bu şəraiti onlara Təqsirləndirilən şəxs tərəfindən yaradılmışdır. Yardımlı rayon UGİŞM-nin sabiq direktoru Təqsirləndirilən şəxs tərəfindən hər hansı şəxsin işə götürülməsi müqabilində pul və ya digər maddi nemət alması barədə məlumatı yoxdur, həmçinin bu kimi halların şahidi olmamışdır. Bəzi hallarda ayrı-ayrı məktəblərdə təşkil edilmiş qruplar və dərs prosesi onun və direktor Təqsirləndirilən şəxs iştirakı ilə yoxlanılmışdır. Lakin Şahid13, Şahid11, Şahid1, Şahid2, Şahid8, Şahid10, Şahid14 tərəfindən aparılmış dərs proseslərində heç bir halda yoxlamada olmamış, ümumiyyətlə həmin şəxslərin Yardımlı UGİŞM-də işləməsindən və dərs tədris etməsindən xəbərdar olmamışdır. Yardımlı rayon UGİŞM-nin sabiq direktoru Təqsirləndirilən şəxs tərəfindən 2017 yanvar-avqust aylarında, 2017/2018, 2018/2019, 2019/2020, 2020/2021,2021/2022ci tədris illərində hər hansı şahmat dərsinin keçirilməsi barədə hər hansı məlumatı yoxdur. Dərslərin keçirilməsi barədə jurnallar onun tərəfindən yoxlanılmış, lakin Təqsirləndirilən şəxs adına hər hansı jurnal açılmamışdır. Hər bir məşqçi-müəllim üçün hər hansı bir məktəbdə məşğələ qrupu açıldığı halda həmin məktəbdən şərait haqqında arayış və şagirdlər barəsində şəbəkə verilməli, həmin il üçün hər bir müəllim üçün dərs proqramı tərtib edilib möhürlənməli olmuşdur. Lakin Yardımlı rayon UGİŞM-də aparılan maliyyətəsərrüfat yoxlaması zamanı Şahid13, Şahid11, Şahid1, Şahid2, Şahid8, Şahid10, Şahid14 barəsində hər hansı bu kimi proqramın tərtib olunmadığı məlum olmuş, Yardımlı UGİŞM-nin arayışlar kitabında həmin müəllimlərin qruplarının təşkil edildiyi məktəblər tərəfindən verilmiş arayışlar aşkar edilməmişdir. Dərs saatlarının əvəzçilik üzrə tədris edilməsi üçün əmrlər direktor tərəfindən verilməli, o da bu barədə məlumatlandırılmalı olmuş, həmçinin boş qalan dərslərin başqa məşqçi-müəllimlərə həvalə edilməsi barədə cədvəllər onun tərəfindən tərtib edilməli olmuş, lakin Təqsirləndirilən şəxs qeyd edilən vəziyyət barəsində onu məlumatlandırmamışdır. Buna görə də həmin dərslərin başqa məqşçi-müəllimə həvalə edilməsi barədə cədvəllər onun tərəfindən tərtib edilməmişdir. Buna görə də dövrdə müvafiq tədbirlərlə (seçki, xəstəlik və yarış) əlaqədar müvəqqəti olaraq məşğələdən kənarlaşdırılmış məşqçi-müəllimlərin məşğələ saatları məktəb direktorunun əmri ilə məktəbin digər pedoqoji işçilərinə əvəzçilik qaydasında həvalə edilmiş məşğələ saatları üçün məşğələ cədvəli tərtib edilmədiyi üçün məşğələ saatları üstüstə düşdüyündən 7 məşqçi müəllimə əvəzçilik qaydasında məşğələ saatlarının aparılmasına görə müəyyən məbləğlərdə pul vəsaitinin əlavə olaraq ödənilməsində təqsirli şəxs özü olmamışdır. Məktəbdə keçirilmiş maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı Yardımlı rayon UGİŞM-də təlim-məşq prosesini tənzimləyən müvafiq normativlərin tələblərinə əməl edilməyərək yoxlama ilə əhatə olunan dövrdə hazırlıq mərhələlərində qruplarda məşğul olanların say tərkibi düzgün təşkil olunmadığı halda 7 məşqçi-müəllimə, yəni Şahid16, X4, X8, X19, X37, X13 və özünə müəyyən məbləğlərdə əməkhaqqı hesablanaraq ödənilməsi rəsmiləşdirilməsi müəyyən edilsə də, həmin hallar yalnız əmr kitabının düzgün yazılmaması səbəbindən olmuş, yəni Təqsirləndirilən şəxs tərəfindən əmr kitabı düzgün tərtib edilmədiyindən qruplarda olanların say tərkibi düzgün götürülməmiş, lakin, dərslərin tədris edilməsi barədə jurnallarda hər qrupun say tərkibi düzgün götürülmüşdür. Həmçinin müvafiq qərar və normativlərə uyğun müəyyən edilən kateqoriyalarda qrupların açılmamalı olması barədə məlumatlı olmamış, bu hal yalnız Yardımlı rayon UGİŞM-də aparılan maliyyə-təsərrüfat yoxlaması zamanı ona məlum olmuşdur. Qeyd olunan qrupların yaradılmasında rolu olmamış, həmin qruplar Təqsirləndirilən şəxs tərəfindən yaradılmış, dərslərin tədris olunması da direktor tərəfindən müəllimlərə həvalə edilmişdir. O, direktor əvəzi olduğu müddətlərdə Yardımlı rayon UGİŞM-nin istifadəsində olmuş 2017-2022-ci illəri əhatə edən əmr kitabında bəzi əmrlərə onun tərəfindən imza edilmiş, lakin həmin əmrlər Təqsirləndirilən şəxs tərəfindən yazılaraq ona göstərilmiş, məzmunu ilə tanış olduqdan sonra imzalamışdır. Məhkəmə iclasında Şahid16 ifadəsində göstərmişdir ki, o, 2017-2022-ci illərdə Yardımlı rayon UGİŞM-də məşqçi-müəllim işləmişdir. Hazırda Yardımlı rayon UGİŞM-nin direktoru vəzifəsində işləyir. Əvvəllər Yardımlı rayon UGİŞM-nin direktoru olmuş Təqsirləndirilən şəxs tanıyır, münasibətləri yaxşı olmuşdur. Yardımlı rayon UGİŞM-də işlədiyi müddətdə məktəbdə ondan başqa təxminən 12 nəfər işçi olmuş və həmin şəxslərdən X19, X37, X43 müqavilə əsasında məktəbdə məşqçi-müəllim kimi işləmişlər. Hazırda Pərvizdən başqa digər şəxslər məktəbdə işləyirlər. Şahid11, Şahid13, Şahid2, Şahid1, Şahid8, Vəkilov Elşad Elşən oğlu, Şahid7, Şahid14, X32 adlı şəxslərin adlarını yalnız Yardımlı UGİŞM-nin direktoru təyin edilməyindən sonra eşitmiş, həmin şəxsləri əvvəllər tanımamışdır. Sonradan eşitdiyinə görə həmin şəxslərin Yardımlı UGŞİM-də işləmələri barədə Təqsirləndirilən şəxs başqa heç bir şəxsin məlumatı olmamış, həmin şəxslər də işə çıxmadan maaş almışdır. Yardımlı UGŞİM-də işlədiyi müddətdə Şahid6, Şahid11, Şahid14, Şahid2, Şahid7, Şahid10 və Şahid1 adlı şəxsləri tanımamışdır. Şahid11 onun direktor təyin edilməsindən sonra ona müraciət edərək əvvəllər, yəni Təqsirləndirilən şəxs dövründə işə çıxmadan, hətta Yardımlı rayonunda yaşamadan Yardımlı UGŞİM-də faktiki işləmədən maaş aldığını bildirmiş, yenidən həmin qaydada işdə saxlanılmasını xahiş etmiş, o isə razılaşmamış, sonradan Şahid11 ərizə ilə işdən azad edilmişdir. Yardımlı UGŞİM-nin sabiq direktoru Təqsirləndirilən şəxs tərəfindən hər hansı şəxsin işə götürülməsi müqabilində pul və ya digər maddi nemət alması barədə məlumatı yoxdur, həmçinin bu kimi halların şahidi olmamışdır. Lakin Şahid11 söhbətindən ona məlum olmuşdur ki, Yardımlı UGŞİM-də işə götürülməsi müqabilində pul verilmişdir, lakin həmin pulun kim tərəfindən alınması barədə konkret məlumatı olmamışdır. Həmçinin məktəbdə keçirilmiş maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı Yardımlı UGŞİM-də məktəbində yoxlamanın ilə əhatə olunan dövründə hazırlıq mərhələlərində qruplarda məşğul olanların say tərkibi düzgün təşkil olunmadığı halda 7 məşqçi-müəllimə, yəni Şahid16, X4, X8, X19, X37, X13 və özünə müəyyən məbləğlərdə əməkhaqqı hesablanaraq ödənilməsi müəyyən edilsə də, həmin hal yalnız əmr kitabının düzgün yazılmaması səbəbindən olmuşdur. Yəni Təqsirləndirilən şəxs tərəfindən əmr kitabı düzgün tərtib edilmədiyindən qruplarda olanların say tərkibi düzgün götürülməmiş, lakin dərslərin tədris edilməsi barədə jurnallarda hər qrupun say tərkibi düzgün götürülmüş və faktiki olaraq o və digər adları çəkilən məqşçi-müəllimlər normalar əsasında təşkil edilmiş məşğələ qruplarında dərs keçmişlər. 2017-2022-ci illər ərzində müvafiq tədris illərində əvəzçilik qaydasında hər hansı dərsə təyin olunmağı barədə ümumiyyətlə məlumatlı olmamış, bu barədə hər hansı ərizəsi olmamış, o cümlədən dərs saatlarının ona verilməsindən xəbəri olmamış, o cümlədən məzuniyyət dövrünə düşdüyündən, həmçinin məbləğ az olduğundan fərqinə varmayaraq həmin vəsaitləri xərcləmiş və hər hansı şəxsə, o cümlədən Təqsirləndirilən şəxs hər hansı pul və ya digər maddi nemət verməmişdir. İşdə olan, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin 01 yanvar 2017-ci il tarıxdən 01 yanvar 2023-cü il tarıxədək olan dövrdə maliyyə-təsərrüfat faliyyətinin yoxlanılması nəticəsi barədə tərtib edilmiş 13 iyun 2023-cü il tarixli aktdan görünür ki, yoxlama ilə əhatə olunan dövrdə Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin direktoru vəzifəsində 01 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixə kimi Təqsirləndirilən şəxs işləmiş, 26 oktyabr 2022-ci il tarixdən isə həmin vəzifənin müvəqqəti icrası Şahid16a həvalə edilmiş və onlar məktəbin maliyyə təsərrüfat fəaliyyəti üçün cavabdehdirlər. Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin xərcləri 01 may 2022-ci il tarixədək 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən, həmin tarixdən hal-hazıradək isə Azərbaycan Respublikası Prezidentinin “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” 20 dekabr 2021-ci il tarixli 3058 nömrəli və “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 27 dekabr 2010-cu il tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 24 iyul 2014-cü il tarixli 664 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında” 20 dekabr 2021-ci il 3059 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnaməsi”nin 13.5-ci bəndınə əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-99 nömrəli 25 fevral 2022-ci il tarixli “Təhsil Nazirliyi sistemində idarəetmənin təkmilləşdirilməsi barəsində” əmri ilə yeni yaradılmış Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən maliyyələşdirilmişdir. Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin xərcləri 01 may 2016-cı il tarixdən 01 may 2022-ci il tarixədək 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən, həmin tarixdən hal-hazıradək isə Azərbaycan Respublikası Prezidentinin “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” 20 dekabr 2021-ci il tarixli 3058 nömrəli və “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 27 dekabr 2010-cu il tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 24 iyul 2014-cü il tarixli 664 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında” 20 dekabr 2021-ci il 3059 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnaməsi”nin 13.5-ci bəndınə əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin F- 99 nömrəli 25 fevral 2022-ci il tarixli “Təhsil Nazirliyi sistemində idarəetmənin təkmilləşdirilməsi barəsində” əmri ilə yeni yaradılmış Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən maliyyələşdirilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin tarifləşmə siyahıları tərtib edilmiş, 01 may 2022-ci il tarixədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin Yardımlı rayon Təhsil Şöbəsi tərəfindən, həmin tarixdən isə Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən təsdiq edilmişdir. Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin yoxlamaya təqdim etdiyi qrupların komplektləşdirilməsinə dair məlumatlara əsasən Məktəbdə 2016/2017-ci tədris ilində şəbəkədə təsdiq olunmuş 14 qrupa qarşı 171 şagird kontinigenti və 14 pedaqoji işçi ilə 1 adda dərnəyə görə 14 qrupun komplektləşdirildiyi və məşqlərin 204 saat dərs yükü ilə fəaliyyət göstərildiyi rəsmiləşdirilmişdir. Yardımlı rayonu Uşaq-gənclər idmanşahmat məktəbi üzrə 2017/2018-ci il üçün təsdiq olunmuş şəbəkə, ştat və konteniqent göstəricilərində 1 adda dərnəyə görə 14 qrupda cəmi 17 stavka olmaqla (1 stavka 12 saat olmaqla) məşqlər illik 204 saat dərs yükü ilə təsdiq edilmişdir. Yardımlı rayonu Uşaqgənclər idman-şahmat məktəbinin yoxlamaya təqdim etdiyi qrupların komplektləşdirilməsinə dair məlumatlara əsasən Məktəb 2017/2018-ci tədris ilində şəbəkədə təsdiq olunmuş 14 qrupa qarşı 191 şagird kontinigenti və 12 pedaqoji işçi ilə 1 adda dərnəyə görə 15 qrupun komplektləşdirildiyi və 168 saat dərs yükü ilə fəaliyyət göstərildiyi rəsmiləşdirilmişdir. Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbi üzrə 2018/2019-ci il üçün təsdiq olunmuş şəbəkə, ştat və konteniqent göstəricilərində 1 adda dərnəyə görə 14 qrupda cəmi 17 stavka olmaqla (1 stavka 12 saat olmaqla) məşqlər illik 204 saat dərs yükü ilə təsdiq edilmişdir. Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin yoxlamaya təqdim etdiyi qrupların komplektləşdirilməsinə dair məlumatlara əsasən Məktəb 2018/2019-cu tədris ilində şəbəkədə təsdiq olunmuş 14 qrupa qarşı 237 şagird kontinigenti və 13 pedaqoji işçi ilə 1 adda dərnəyə görə 19 qrupun komplektləşdirildiyi və 192 saat dərs yükü ilə fəaliyyət göstərildiyi rəsmiləşdirilmişdir. Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbi üzrə 2019/2020-ci il üçün təsdiq olunmuş şəbəkə, ştat və konteniqent göstəricilərində 1 adda dərnəyə görə 14 qrupda cəmi 17 stavka olmaqla (1 stavka 12 saat olmaqla) məşqlər illik 204 saat dərs yükü ilə təsdiq edilmişdir. Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin yoxlamaya təqdim etdiyi qrupların komplektləşdirilməsinə dair məlumatlara əsasən Məktəb 2019/2020-ci tədris ilində şəbəkədə təsdiq olunmuş 14 qrupa qarşı 242 şagird kontinigenti və 15 pedaqoji işçi ilə 1 adda dərnəyə görə 20 qrupun komplektləşdirildiyi və 184 saat dərs yükü ilə fəaliyyət göstərildiyi rəsmiləşdirilmişdir. Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbi üzrə 2020/2021-ci il üçün təsdiq olunmuş şəbəkə, ştat və konteniqent göstəricilərində 1 adda dərnəyə görə 14 qrupda cəmi 17 stavka olmaqla (1 stavka 12 saat olmaqla) məşqlər illik 204 saat dərs yükü ilə təsdiq edilmişdir. Yardımlı rayonu Uşaqgənclər idman-şahmat məktəbinin yoxlamaya təqdim etdiyi qrupların komplektləşdirilməsinə dair məlumatlara əsasən Məktəbdə 2020/2021-ci tədris ilində şəbəkədə təsdiq olunmuş 14 qrupa qarşı 257 şagird kontinigenti və 16 pedaqoji işçi ilə 1 adda dərnəyə görə 23 qrupun komplektləşdirildiyi və 198 saat dərs yükü ilə fəaliyyət göstərildiyi rəsmiləşdirilmişdir. Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbi üzrə 2021/2022-ci il üçün təsdiq olunmuş şəbəkə, ştat və kontinigent göstəricilərində 1 adda dərnəyə görə 14 qrupda cəmi 17 stavka olmaqla (1 stavka 12 saat olmaqla) məşqlər illik 204 saat dərs yükü ilə təsdiq edilmişdir. Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin yoxlamaya təqdim etdiyi qrupların komplektləşdirilməsinə dair məlumatlara əsasən Məktəbdə 2021/2022-ci tədris ilində şəbəkədə təsdiq olunmuş 14 qrupa qarşı 200 şagird kontinigenti və 19 pedaqoji işçi ilə 1 adda dərnəyə görə 25 qrupun komplektləşdirildiyi və 204 saat dərs yükü ilə fəaliyyət göstərildiyi rəsmiləşdirilmişdir. Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbi üzrə 2022/2023-cü il üçün təsdiq olunmuş şəbəkə, ştat və konteniqent göstəricilərində 01 yanvar 2023-cü il tarixə 1 adda dərnəyə görə 14 qrupda cəmi 17 stavka olmaqla (1 stavka 12 saat olmaqla) məşqlər illik 204 saat dərs yükü ilə təsdiq edilmişdir. Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin yoxlamaya təqdim etdiyi qrupların komplektləşdirilməsinə dair məlumatlara əsasən Məktəbdə 01 yanvar 2023-cü il tarixə şəbəkədə təsdiq olunmuş 14 qrupa qarşı 315 şagird kontinigenti və 20 nəfər pedaqoji işçi ilə 1 adda dərnəyə görə 26 qrupun komplektləşdirildiyi və 204 saat dərs yükü ilə fəaliyyət göstərildiyi rəsmiləşdirilmişdir. Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin yoxlamaya təqdim etdiyi qrupların komplektləşdirilməsinə dair məlumatların araşdırılması zamanı müəyyən olundu ki, təftişlə əhatə olunan dövrdə Məktəbdə qrupların sayı dəyişsə də məşq saatları illik 204 saat dərs yükünü keçməmişdir. Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbində yoxlama ilə əhatə olunan 2016/2017–2022/2023-cü dərs illərində məşqçi-müəllimlər arasında təlim məşqlərin dərs yükü bölgüsü üçün əmrlər yazılmış, məşqçi-müəllimlər arasında məşq saatlarının hansı qruplarda nəzərdə tutulduğu əmrlərdə göstərilmiş, məşqlər üzrə ümumi dərs saatları yazılmışdır. Uşaq-gənclər idman-şahmat məktəbi tərəfindən rəsmləşdirilməsi aparılan təlim məşqlərinin keçirilməsi üçün özünün binası olsada qrupların tam fəaliyyəti üçün maddi –texniki bazası imkan vermədiyinə görə 2016/2017-ci tədris ilində 14 məşqçi-müəllim arasında bölünmüş 14 qrupun məşğələ saatları rayonun 9 ümumtəhsil məktəblərində, 2017/2018-ci tədris ilində 12 məşqçimüəllim arasında bölünmüş 15 qrupun məşğələ saatları rayonun 7 ümumtəhsil məktəblərində, 2018/2019-cu tədris ilində 13 məşqçi-müəllim arasında bölünmüş 19 qrupun məşğələ saatlarının rayonun 9 ümumtəhsil məktəblərində, 2019/2020-ci tədris ilində 15 məşqçi-müəllim arasında bölünmüş 20 qrupun məşğələ saatlarının rayonun 9 ümumtəhsil məktəblərində, 2020/2021-ci tədris ilində 16 məşqçi-müəllim arasında bölünmüş 23 qrupun məşğələ saatlarının rayonun 9 ümumtəhsil məktəblərində, 2021/2022-ci tədris ilində 19 məşqçi-müəllim arasında bölünmüş 24 qrupun məşğələ saatlarının rayonun 9 ümumtəhsil məktəblərində, 2022/2023-ci tədris ilində 01 yanvar 2023-cü il tarixədək olan dövrdə 20 məşqçi-müəllim arasında bölünmüş 25 qrupun məşğələ saatlarının rayonun 11 ümumitəhsil məktəblərində məşğələ keçməsi nəzərdə tutulmuş, qruplara cəlb olunmuş şagirdlərin adları, qrupların fəaliyyəti əmrlə rəsmləşdirilmiş və məşğələlərin tədrisi üzrə dərs cədvəli tərtib olunmuşdur (dərs saatlarının bölgüsünə dair əmrdən çıxarışlar əlavə olunur). Adlarına dərnək qrupları rəsmləşdirilmiş məşqçi-müəllimlərdən 2016/2017-ci tədris ilində 14 nəfərdən 5 nəfərin ali, 5 nəfərin orta ixtisas, 4 nəfərin orta təhsilli, 2017/2018-ci tədris ilində 12 nəfərdən 2 nəfərin ali, 7 nəfərin orta ixtisas, 3 nəfərin orta təhsilli, 2018/2019-cu tədris ilində 13 nəfərdən 4 nəfərin ali, 6 nəfərin orta ixtisas, 3 nəfərin orta təhsilli, 2019/2020-ci tədris ilində 15 nəfərdən 5 nəfərin ali, 7 nəfərin orta ixtisas, 3 nəfərin orta təhsilli, 2020/2021-ci tədris ilində 16 nəfərdən 7 nəfərin ali, 6 nəfərin orta ixtisas, 3 nəfərin orta təhsilli, 2021/2022-ci tədris ilində 19 nəfərdən 8 nəfərin ali, 8 nəfərin orta ixtisas, 3 nəfərin orta təhsilli, 2022/2023-cü tədris ilində 19 nəfərdən 6 nəfərin ali, 9 nəfərin orta ixtisas, 4 nəfərin orta təhsilli olması ilə yanaşı məşqçi-müəllimlərin hamısının idman dərəcəsi olmuş, ümumtəhsil məktəblərindən məşğələlərin aparılması üçün 4 məşqçi-müəllim əvəzçiliklə işə götürülmüşdür. Yoxlama aparılan günədək X30 məktəbi üzrə məşqçilər şurası yaradılmış, ibtidai hazırlıq və təlim-məşq qruplarına adları yazılmış 2016/2017-ci tədris ilində 171 şagirddən 169 şagirdin, 2017/2018-ci tədris ilində 191 şagirddən 191 şagirdin 2018/2019cu tədris ilində 237 şagirddən 210 şagirdin, 2019/2020-ci tədris ilində 242 şagirddən 233 şagirdin, 2020/2021-ci tədris ilində 257 şagirddən 197 şagirdin, 2021/2022-ci tədris ilində 200 şagirddən 192 şagirdin, 2022/2023-cü tədris ilində 315 şagirddən 185 şagirdin idman dərəcəsi olmuşdur. Şagirdlərin şəxsi işlərində valideynin ərizəsi, doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin surəti, sağlamlıq haqqında tibbi arayış və s. vardır. Təftişlə əhatə olunan dövrdə qrupların və təlim-məşq saatlarının komplektləşdirilməsinə dair təqdim olunmuş məlumatların araşdırılması ilə müəyyən olundu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 oktyabr 2001-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaq-Gənclər İdman məktəbləri və X1 Uşaq- Gənclər İdman məktəblərinin Nümunəvi Əsasnaməsi”nin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 29 dekabr 2010-cu il tarixli S1409 nömrəli qərarı ilə təsdiq edilmiş Uşaq- Gənclər İdman Məktəbləri və X1 Uşaq-Gənclər İdman Məktəblərində şahmat idman növü üzrə təlim-məşq prosesini tənzimləyən normativlərin tələbləri gözlənilməyərək idman növü üzrə yaş dərəcələrinə uyğun olaraq qrupların təşkili və qruplara qəbul normaları bəzi hallarda düzgün müəyyən edilməmişdir. Belə ki, yoxlama zamanı müəyyən olundu ki, Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 oktyabr 2001-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş Uşaq- Gənclər İdman məktəbləri və X1 Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Əsasnaməsinin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 29 dekabr 2010-cu il tarixli S1409 nömrəli qərarı ilə təsdiq edilmiş Uşaq-Gənclər İdman Məktəbləri və X1 Uşaq-Gənclər İdman Məktəblərində şahmat idman növü üzrə təlim-məşq prosesini tənzimləyən normativlərin tələbləri gözlənilməyərək yoxlama ilə əhatə olunan dövr ərzində hazırlıq mərhələlərində qruplarda məşğul olanların say tərkibi düzgün təşkil olunmadığı halda 7 (yeddi) məşqçi-müəllimə cəmi 15108,42 manat, o,cümlədən 2017/2018-ci tədris ilində 1919,52 manat, 2018/2019-cu tədris ilində 3157,80 manat, 2020/2021-ci tədris ilində 4981,50 manat, 2021/2022-ci tədris ilində 5049,60 manat əməkhaqqı hesablanaraq ödənilməsi rəsmiləşdirilmişdir (məlumat əlavə olunur). Eyni zamanda müəyyən olundu ki, Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbində yoxlama ilə əhatə olunan dövr ərzində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 oktyabr 2001-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş Uşaq-Gənclər İdman məktəbləri və X1 Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Əsasnaməsi”nin və “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 29 dekabr 2010-cu il tarixli S1409 nömrəli qərarı ilə təsdiq edilmiş Uşaq- Gənclər İdman Məktəbləri və X1 Uşaq-Gənclər İdman Məktəblərində şahmat idman növü üzrə təlim-məşq prosesini tənzimləyən normativlər”in tələbləri gözlənilməyərək tədris ilinin əvvəlinə hazırlıq mərhələlərinə müvafiq idman dərəcələri üzrə tələb normalarının düzgün götürülməməsi nəticəsində 5 (beş) məşqçi-müəllimə cəmi 2713,99 manat, o,cümlədən 2017 yanvar-may aylarında 1893,99 manat, 2017/2018-ci tədris ilində 820,00 manat manat əməkhaqqı hesablanaraq ödənilməsi rəsmiləşdirilmişdir (məlumat əlavə olunur). Yoxlama zamanı seçmə qaydada Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbi tərəfindən təlim məşqlərinin keçirilməsi rəsmləşdirilən rayonun 7 (yeddi) məktəbində təftişlə əhatə olunan dövrdə məşğələ saatlarının keçirilməsi yoxlanıldı. Yoxlama zamanı M.F.Axundov adına şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Nəsimi Qurbanov, V.H.Məmmədov adına şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Tahir Rüstəmov, V.A.Bəndəliyev adına Urakəran kənd tam orta məktəbinin direktoru Şahin Salmanov, S.A.Şabiyev adına Şəfəqli kənd tam orta məktəbinin direktoru Ramin Qənbərov, Bozayran kənd tam orta məktəbinin direktoru Seymur Hüseynov və N.B.Cəfərov adına Avaş kənd tam orta məktəbinin direktoru Rafiq Əliyev verdikləri izahatlarında rəhbərlik etdikləri məktəbdə şahmat məşğələlərinin aparılmasından ötrü şərait yaratdıqlarını və Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin məşqçi-müəllimləri tərəfindən məktəbdə mütəmadi olaraq şahmat üzrə məşğələlərinin keçirildiyini bildirmişlər. Lakin Sırıq kənd tam orta məktəbinin sabiq direktoru Şirxan Əsgərovun verdiyi 02 iyun 2023-cü il tarixli izahatında yoxlama ilə əhatə olunan dövr ərzində Şahmat məktəbi tərəfindən həmin məktəbdə şahmat qrupunun təşkil olunmadığını və Yardımlı rayonu Uşaq-gənclər idmanşahmat məktəbinin sabiq direktoru Təqsirləndirilən şəxs tərəfindən məktəbdə heç vaxt şahmat məşğələsi aparılmamışdır. Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbində şagirdlərin dərnəyə üzv olması barədə ərizələri və məşğələyə aid məşğələ jurnalı olmadığı halda məktəbin sabiq direktoru Təqsirləndirilən şəxs tərəfindən məktəbdə heç vaxt şahmat məşğələsi aparmadığı və heç bir təlim məşq saatlarını tədris etmədiyi halda ona tədris edilməyən təlim məşq saatlarına görə cəmi 14915,42 manat, o cümlədən 2017 yanvar-avqust aylarında 1344,00 manat, 2017/2018-ci tədris ilində 2159,60 manat, 2018/2019-cu tədris ilində 2663,80 manat, 2019/2020-ci tədris ilində 3767,40 manat, 2020/2021-ci tədris ilində 3705,00 manat, 2021/2022-ci tədris ilində 1275,62 manat məbləğində əməkhaqqı hesablanaraq ödənilməsi rəsmiləşdirilmişdir (məlumat və izahatlar əlavə olunur). Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin direktor müavini Şahid15 (14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 02 oktyabr 2017-ci il tarixli 137 nömrəli məktubuna əsasən X65 məktəbində vakant olan 1(bir) ştat vahidi təlimatçı ştatının müddətsiz əmək müqaviləsi ilə uzun müddət fəaliyyət göstərməsini nəzərə almaqla 0,5 ştat vahid direktor müavinin vəzifəsi ilə əvəz edilmişdir) verdiyi 30 may 2023-cü il tarixli izahatında 2016/2017-2021/2022-ci tədris illərində Məktəbin sabiq direktoru Təqsirləndirilən şəxs adına müvafiq əmrlərlə Sırıq kənd tam orta məktəbində 12 saat məşğələ dərs yükü olmaqla 1(bir) qrupda məşğələ keçiriməsinin rəsmiləşdiyinə baxmayaraq məktəbdə məşğələ saatlarının keçirilməsini təsdiq edən heç bir məşğələ jurnalının açılmadığını və yazılmadığını bildirmişdir(izahat əlavə olunur). Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin fəaliyyəti ilə bağlı yoxlamanın aparılması məqsədi ilə işçilərin işə qəbulunun qanuniliyini, davamiyyətini, onlara hesablanıb ödənilmiş əməkhaqqı, məzuniyyət, xəstəlik və sair müavinətlərin düzgünlüyünü yoxlamaq məqsədi ilə məktəbin direktor əvəzi Şahid16 tərəfindən yoxlama ilə əhatə olunan 01 yanvar 2017-ci il tarixdən 01 yanvar 2023-ci il tarixədək olan dövrdə məktəbə işə qəbul olunan və işdən çıxan işçilərin məktəb direktorunun adına yazmış olduqları ərizələri, şəxsi işlərini (o cümlədən əmək müqavilələrini), məktəbin əmr kitablarını, dərs bölgüsünü, qrup məşğələ jurnalları yoxlamaya təqdim edildi. 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi və Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən maliyyələşən Yardımlı rayonu Uşaqgənclər idman-şahmat məktəbinin 2017/2018-cı tədris ilindən 2022/2023-cü tədris ilinə kimi təsdiq olunmuş tarifləşmə siyahıları üzrə pedaqoji işçilərin aylıq ödəniş dərəcələrinin və digər ödəniş məbləğlərinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 mart 1997-ci il tarixli 16-4/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin vahid X7”na, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X7”na, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamına, habelə məşqiçi-müəllimlərin əməkhaqları “Azərbaycan Respublikasında gənclər, bədən tərbiyəsi idman sahəsinə aid olan qulluqçu vəzifələrinin vahid tarif- X39”na, inzibati, təsərrüfat və texniki işçilərinin əməkhaqları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 nömrəli qərarı ilə təsdiq olunmuş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin vahid tarif-ixtisas kitabçası”na və 09 avqust 2006-cı il tarixli 10-2 nömrəli qərarı ilə təsdiq olunmuş “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas kitabçası”na, eləcə də, digər qüvvədə olan normativ sənədlərin tələblərinə əsasən tarifləşdirilərək ödənilmişdir. Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbində əvəzçilik üzrə məşğələlərin tədris olunması vəziyyəti yoxlanıldıqda müəyyən olundu ki, təftişlə əhatə olunan dövrdə müvafiq tədbirlərlə (seçki, xəstəlik və yarış) əlaqədar müvəqqəti olaraq məşğələdən kənarlaşdırılmış məşqçimüəllimlərin məşğələ saatları məktəb direktorunun əmri ilə məktəbin digər pedoqoji işçilərinə əvəzçilik qaydasında həvalə edilmiş məşğələ saatları üçün məşğələ cədvəli tərtib edilmədiyi üçün məşğələ saatları üst-üstə düşdüyündən 7 (yeddi) məşqçi müəllimə əvəzçilik qaydasında məşğələ saatlarının aparılmasına görə cəmi 2117,22 manat, o cümlədən 2018/2019-cu tədris ilində 402,89 manat, 2021/2022-ci tədris ilində 1474,37 manat, 01 yanvar 2023-cü il tarixə isə 239,96 manat əməkhaqqı hesablanaraq ödənilməsi rəsmiləşdirilmişdir. Əvəzçilik qaydasında məşğələ saatlarını keçməmiş məşqçi-müəllimlər verdikləri izahatlarda əvəz etmiş digər məşqçi-müəllimlərin adlarına rəsmiləşdirilmiş məşğələ saatlarının keçirilməsi barədə məşğələ jurnallarında əvəzçilik qaydasında məşğələ saatlarının keçirilməsi barədə qeydlər aparsalarda onlara həmin məşğələ saatlarını keçirməkdən ötrü əlavə məşğələ cədvəlləri təqdim olunmadığından həmin məşğələ saatları özlərinin məşğələ saatları ilə üst-üstə düşdüyündən əlavə məşğələ saatlarını keçmədiklərini və həmin məşğələ saatlarına görə ödənilən əmək haqqını özləri aldıqlqrını və öz ehtiyaclarına sərf etdiklərini bildirmişlər(izahatlar əlavə olunur). Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin direktor müavini Şahid15 verdiyi 01 iyun 2023-cü il tarixli izahatında məşqçi-müəllimlərin müvafiq tədbirlərlə (seçki, xəstəlik və yarış) əlaqədar müvəqqəti olaraq məşğələdən kənarlaşdırılması və onların məşğələ saatları məktəb direktorunun əmri ilə əvəzçilik qaydasında kimlərə həvalə edilməsindən xəbəri olmadığından həmin məşqçi-müəllimlərə əlavə məşğələ cədvəlləri tərtib etmədiyini bildirmişdir (izahat əlavə olunur). Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən "xxxx" ASC-nin Yardımlı rayon filialına ünvanlanmış 01 yanvar 2017-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək olan dövrdə əməkhaqqı hesabından Yardımlı rayonu Uşaqgənclər idman-şahmat məktəbinin işçilərinin ödəniş kartları üzrə bank hesablarına köçürülmüş vəsaitlər barədə məlumatların elektron və çap formasında Lənkəran-Astara Regional Təhsil İdarəsinə göndərilməsi barədə” xx.xx.2023-cü il tarixli 215 və 216 nömrəli məktublara əsasən bank tərəfindən 15 may 2023-cü il tarixdə 13 nömrəli məktubla Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin işçilərinin ödəniş kartları üzrə bank hesablarına köçürülmüş vəsaitlər barədə məlumatlar elektron daşıyıcılarda Lənkəran-Astara Regional Təhsil İdarəsinə göndərilmişdir (məktubların surətləri əlavə olunur). Yoxlama zamanı Qərarın təsvir hissəsində göstərilən Yardımlı rayonu Uşaqgənclər idman-şahmat məktəbinin sabiq direktoru Təqsirləndirilən şəxs Yardımlı rayon sakini X14 20 iyun 2022-ci il tarixli 29 nömrəli əmrlə məktəbə məşqçi-müəllim ştatına işə götürülməsi araşdırıldı. Araşdırma zamanı Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbində 02 oktyabr 2017-ci il tarixdə açılmış 119 səhifədən ibarət (64 səhifəsi əmrlərlə doldurulmuş), səhifələri tikilərək Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbininin sabiq direktoru Təqsirləndirilən şəxs imzası və məktəbin möhürü ilə təsdiq edilmiş əmr kitabına baxış keçirildi. Baxış zamanı, Yardımlı rayonu, Uşaq-gənclər idman-şahmat məktəbinin əmr kitabında X9 məşqçi müəllim ştatına işə götürülməsi haqqında 20 iyun 2022-ci il tarixli 29 nömrəli əmr və onun işə götürülməsi haqqında heç bir başqa əmr aşkar olunmadı. Mühasibatlıqda olan əmək haqqı sənədlərinə baxış zamanı Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin sabiq direktoru Təqsirləndirilən şəxs təsdiqinin tapmayan 20 iyun 2022-ci il tarixli 29 nömrəli saxta əmri ilə məşqçi müəllim ştatına işə götürülmüş X9 adına əmək haqqı və digər vəsaitlərin hesablanıb ödənilməsi halları aşkar olunmadı. Yoxlama zamanı Qərarın təsvir hissəsində göstərilən 2017-2022-ci illərdə Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbində işlə təmin edilən Şahid14, Şahid1, Şahid8, Şahid11, X33, və Şahid10 adlarına olan qrupların, Şahid6 və Şahid7 vəzifə funksiyalarını yerinə yetirilməsi vəziyyəti araşdırıldı. Araşdırma zamanı aşağıdakılar müəyyən olundu: - Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin 16 sentyabr 2019-cu il tarixli 26 nömrəli əmri ilə məktəbə məşqçi-müəllim təyin edilən Şahid14 verdiyi 12 və 15 may 2023-cü il tarixli izahatlarında bildirmişdir ki, əvvəllər riyaziyyat müəllimi işləmişdir. Sonra işdən çıxmışdır. Yenidən işləmək istədiyindən Yardımlı rayon Təhsil şöbəsinə müraciət etmişdir. 2019-cu ilin avqust ayında uzaq qohumu olan Anar adlı şəxs ona Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbində məşqçi-müəllim ştatının olduğunu, məktəbin direktoru Təqsirləndirilən şəxs tanıdığını, onunla birgə təhsil aldığını və onun işinin düzəldəciyini bildirdi. O da buna razılıq vermişdir. 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs ona zəng edərək 6 (altı) saat dərs yükü ilə işə başlaya biləcəyini bildirib. 16 sentyabr 2019-cu il tarixdə əmri verilmiş və məşqçi-müəllim kimi Şıxlar kənd tam orta məktəbində yaradılmış qrupda həftədə 3 (üç) dəfə 2 (iki) saat olmaqla dərs deməli olduğu halda cəmi 2 (iki) saat dərs tədris etdiyini, səbəbi də qrupunda olan 15 (on beş) nəfər şagirdin hamısının 2-ci sinif şagirdləri olduğunu, onların da çox vaxt dərsə qalmadığını, məktəb də soyuq olduğundan dərslər tez-tez təxirə düşdüyündən mütəmadi olaraq dərs keçmək mümkün olmadığını bildirmişdir. O, "xxxx"ın Yardımlı şəhərində yerləşən ofisindən adına olan plastik bank kartını özü əldə etdiyini və həmin kart vasitəsilə aldığı əmək haqqını özü aldığını və heç kimə verməyərək öz ehtiyaclarına sərf etdiyini bildirmişdir. Şahid14 14 iyun 2022-ci il tarixdə 76 nömrəli əmrlə işdən azad olunmuşdur. Yoxlama zamanı müəyyən olundu ki, Şahid14 Yardımlı rayonu Uşaq-gənclər idmanşahmat məktəbində məşqçi-müəllim kimi əmrdə olduğu dövrlərdə cəmi 7190,97 manat, o cümlədən 2019/2020-ci tədris ilində 2335,01 manat, 2020/2021-ci tədris ilində 2209,75 manat, 2021/2022-ci tədris ilində 2646,21 manat əmək haqqı hesablanaraq ödənilməsi rəsmiləşdirilmişdir (məlumat əlavə olunur). Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin 01 oktyabr 2021-ci il tarixli 58 nömrəli əmri ilə məktəbə məşqçi-müəllim təyin edilən Şahid1 verdiyi 16 may 2023-cü il tarixli izahatında bildirmişdir ki, 2021-ci ildə Bakı Qızlar Universitetininin tarix müəllimliyi ixtisasını bitirdikdən sonra Yardımlı rayonuna ailəsinin yanına qayıtmışdır. Lakin rayonda ixtisasına uyğun iş taapa bilmədiyindən mərhum babası X48 rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin sabiq direktoru Təqsirləndirilən şəxsla razılaşaraq məni həmin məktəbdə şahmat üzrə məşqçi-müəllim kimi işə götürülməyimi təmin etdi. Şahid1 verdiyi izahatında məktəbdə şahmat üzrə məşqçi-müəllim kimi işlədiyi dövrdə heç vaxt işə cıxmadığını, şahmat haqqında heç bir təsəvvürün olmadığını və şahmat üzrə məşğələ qrupu olmadığından heç bir məşğələ qrupunda dərs keçmədiyini bildirmişdir. Məktəbin sabiq direktoru Təqsirləndirilən şəxs isə ona işə çıxmağına ehtiyac olmadığını, ehtiyac olacağı təqdirdə işə cağıracağını bildirmişdir. O, izahatı ilə "xxxx"ın Yardımlı şəhərində yerləşən ofisindən adına olan plastik bank kartını özü əldə etdiyini və həmin kart vasitəsilə aldığı əmək haqqını özü aldığını və heç kimə verməyərək öz ehtiyaclarına sərf etdiyini bildirdi. Şahid1 14 iyun 2022-ci il tarixdə 76 nömrəli əmrlə işdən azad olunmuşdur. Yoxlama zamanı müəyyən olundu ki, Şahid1 Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbində məşqçi-müəllim kimi əmrdə olduğu 2021/2022-ci tədris ilində cəmi 2146,38 manat əmək haqqı hesablanaraq ödənilməsi rəsmiləşdirilmişdir (məlumat əlavə olunur). Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin 01 oktyabr 2019-cu il tarixli 35 nömrəli əmri ilə məktəbə təlimatçı vəzifəsinə təyin edilən Şahid6 verdiyi 12 may 2023-cü il tarixli izahatında 2014-cü ildə Bakı Sənaye Pedaqoji Kollecinin Fiziki tərbiyə ixtisası üzrə bitirdiyini və iş üçün Yardımlı rayon Təhsil idarəsinə müraciət etdiyini, həmin vaxt rayonda yalnız Uşaq-gənclər idman-şahmat məktəbində vakant yer olduğu üçün 01 oktyabr 2019-cu il tarixdən həmin vəzifəsinə təyin olunduğunu, bir müddət sonra "xxxx"ın Yardımlı şəhərində yerləşən ofisindən adına olan plastik bank kartını özü əldə etdiyini və həmin kart vasitəsilə aldığı əmək haqqını özü aldığını və heç kimə verməyərək öz ehtiyaclarına sərf etdiyini, lakin məktəbdə təlimatçı vəzifəsində əmrdə olduğu illərdə heç vaxt işə çıxmadığını bildirmişdir. Bununla əlaqədar Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin sabiq direktoru Təqsirləndirilən şəxs müraciət etmiş və cavabında Vuğun Mənsimov ona işə çıxmağına ehtiyac olmadığını və zərurət yaranacağı təqdirdə onu işə çağıracağını bildirmişdir. Şahid6 01 sentyabr 2022-ci il tarixdə 85 nömrəli əmrin 1-ci paraqrafı ilə işdən azad olunmuşdur. Yoxlama zamanı müəyyən olundu ki, Şahid6 Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbində təlimatçı kimi əmrdə olduğu dövrlərdə cəmi 12180,92 manat, o cümlədən 2019-cu ildə 919,59 manat, 2020-ci ildə 4092,51 manat, 2021-ci ildə 4112,05 manat, 2022-ci ildə 3056,77 manat məbləğində əmək haqqı hesablanaaraq ödənilməsi rəsmiləşdirilmişdir. Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin 05 yanvar 2020-ci il tarixli 38 nömrəli əmri ilə məktəbə gözətçi vəzifəsinə təyin edilən Şahid7 verdiyi 12 may 2023-cü il tarixli izahatında 2019-cu ilin sonlarında işsiz olduğu üçün iş axtardığını, həmin vaxt tanışlardan Yardımlı rayon Uşaq X56 məktəbində iş yerinin olduğunu eşitdiyini, həmin məktəbin direktoru Təqsirləndirilən şəxs ilə uzaq qohumluğu olduğundan iş yeri ilə bağlı müraciət etmək üçün onun yanına getdiyini və onun direktoru olduğu məktəb işə girmək istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs direktoru olduğu Yardımlı rayon Uşaq X56 məktəbində texniki işçi üçün vakant yer olduğunu, məni həmin yerə işə götürə biləcəyini lakin bunun müqabilində 2000(iki min) manat məbləğində pul vəsaitinin ona verməli olduğunu dedi və işə vacib şəkildə ehtiyacım olduğunu bildiyi üçün məndən həmin məbləğdə pul vəsaitini tələb etdi. Həmin vaxt həqiqətən də vacib şəkildə işə ehtiyacım olduğu üçün təsərrüfatımdan olan iki ədəd iribuynuzlu mal-qaranı sataraq 2000 (iki min) manat məbləğində pul vəsaitini hazırladım və təxminən 2021-ci ilin sonlarında həmin pul vəsaitini Yardımlı rayon Uşaq-gənclər idman-şahmat məktəbinin qarşısında Təqsirləndirilən şəxs verdim. Pul verməyimdən təxminən bir ay sonra Təqsirləndirilən şəxs telefon vasitəsilə işə götürülüb-götürülmədiyini soruşdum. Həmin vaxt Təqsirləndirilən şəxs artıq adıma olan əmək haqqı (bank) kartının gəldiyini və 05 yanvar 2020-ci il tarixdən işə onun direktor olduğu Yardımlı rayon Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbində gözətçi vəzifəsinə işə götürüldüyümü dedi. Mən də Yardımlı şəhərində yerləşən "xxxx"ın ofisinə yaxınlaşdım və mənim adıma hazırlanmış plastik kartı ordan əldə etdim. Bundan sonra Təqsirləndirilən şəxs telefon vasitəsilə nə vaxtdan etibarən işə çıxmağımı soruşdum. Təqsirləndirilən şəxs isə işə çıxmağıma ehtiyac olmadığını, işə gəlməməyimi dedi. Məndə onun sözünə görə müqaviləmə xitam verildiyi günə qədər işə çıxmadım. Lakin işə çıxmadığıma baxmayaraq Yardımlı rayonu Yardımlı rayonu Uşaqgənclər idman-şahmat məktəbində əmrdə olduğuma görə görə aylıq əmək haqqım hər ay plastik kartıma köçürülürdü və özüm həmin pulu plastik kart vasitəsilə bankomatdan çıxararaq ailəmin ehtiyaclarına xərcləmişəm. Şahid7 15 sentyabr 2022-ci il tarixdə 09 nömrəli əmrin 2-ci paraqrafı ilə işdən azad olunmuşdur. Yoxlama zamanı müəyyən olundu ki, Şahid7 Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbində gözətçi ştatında əmrdə olduğu dövrlərdə cəmi 8041,80 manat, o cümlədən 2020-ci ildə 2783,20 manat, 2021-ci ildə 2847,60 manat, 2022-ci ildə 2411,00 manat məbləğində əmək haqqı hesablanaraq ödənilməsi rəsmiləşdirilmişdir (məlumat əlavə olunur). Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin 16 sentyabr 2019-cu il tarixli 26 nömrəli əmri ilə məktəbə məşqçi-müəllim təyin edilən Şahid11 adına Yardımlı rayonu Uşaq-gənclər idmanşahmat məktəbinin 02 oktyabr 2017-ci il tarixdə açılmış əmr kitabında məşğələ qrupları, məşğələ saatları, məşğələ dərs yükü əmrləşmədiyi və məşğələ jurnalları açılmadığı halda ona məşqçi-müəllim kimi əmrdə olduğu dövrlərdə cəmi 9182,60 manat, o cümlədən 2019/2020-ci tədris ilində 3191,26 manat, 2020/2021-ci tədris ilində 3033,59 manat, 2021/2022-ci tədris illərində 2958,01 manat məbləğində əmək haqqı hesablanaraq ödənilməsi rəsmiləşdirilmişdir. Şahid11 14 iyun 2022-ci tarixdə 76 nömrəli əmrlə işdən azad olunmuşdur (məlumat əlavə olunur). Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin 01 oktyabr 2020-ci il tarixli 46 nömrəli əmri ilə məktəbə məşqçi-müəllim təyin edilən Şahid2 adına Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin 02 oktyabr 2017-ci il tarixdə açılmış əmr kitabında məşğələ qrupları, məşğələ saatları, məşğələ dərs yükü əmrləşmədiyi və məşğələ jurnalları açılmadığı halda ona məşqçi-müəllim kimi əmrdə olduğu dövrlərdə cəmi 4536,96 manat, o cümlədən 2020/2021-ci tədris ilində 2494,31 manat, 2021/2022-ci tədris ilində 2042,65 manat məbləğində əmək haqqı hesablanaraq ödənilməsi rəsmiləşdirilmişdir. Şahid2 14 iyun 2022-ci tarixdə 76 nömrəli əmrlə işdən azad olunmuşdur (məlumat əlavə olunur). Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin 05 yanvar 2022-ci il tarixli 66 nömrəli əmri ilə məktəbə məşqçi-müəllim təyin edilən Şahid10 adına Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin əmr kitabında məşğələ qrupları, məşğələ saatları, məşğələ dərs yükü əmrləşmədiyi və məşğələ jurnalları açılmadığı halda ona məşqçi-müəllim kimi əmrdə olduğu dövrlərdə cəmi 1964,04 manat, o cümlədən 2021/2022-ci tədris ilində 1863,06 manat, 2022/2023-cü tədris ilində 01 yanvar 2023-cü il tarixə kimi 100,98 manat məbləğində əmək haqqı hesablanaraq ödənilməsi rəsmiləşdirilmişdir. Şahid10 14 iyun 2022-ci tarixdə 76 nömrəli əmrlə işdən azad olunmuşdur (məlumat əlavə olunur). Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin 17 sentyabr 2018-ci il tarixli 11 nömrəli əmri ilə məktəbə məşqçi-müəllim təyin edilən X5 adına Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin əmr kitabında məşğələ qrupları, məşğələ saatları, məşğələ dərs yükü əmrləşmədiyi və məşğələ jurnalları açılmadığı halda ona məşqçi-müəllim kimi əmrdə olduğu dövrlərdə cəmi 1441,49 manat, o cümlədən 2017/2018-ci tədris ilində 1287,30 manat, 2018/2019-cu tədris ilində 154,19 manat məbləğində əmək haqqı hesablanaraq ödənilməsi rəsmiləşdirilmişdir. Şahid8 17 sentyabr 2022-ci tarixdə 11 nömrəli əmrlə işdən azad olunmuşdur (məlumat əlavə olunur). Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin 01 dekabr 2021-ci il tarixli 64 nömrəli əmri ilə məktəbə məşqçi-müəllim təyin edilən Şahid13 adına Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin 02 oktyabr 2017-ci il tarixdə açılmış əmr kitabında məşğələ qrupları, məşğələ saatları, məşğələ dərs yükü əmrləşmədiyi və məşğələ jurnalları açılmadığı halda ona məşqçi-müəllim kimi əmrdə olduğu dövrlərdə cəmi 1755,60 manat, o cümlədən 2021/2022-ci tədris ilində 1663,56 manat, 2022/2023-cü tədris ilində 01 yanvar 2023-cü il tarixə kimi 92,04 manat məbləğində əmək haqqı hesablanaraq ödənilməsi rəsmiləşdirilmişdir. Şahid13 14 iyun 2022-ci tarixdə 76 nömrəli əmrlə işdən azad olunmuşdur (məlumat əlavə olunur). Yoxlama zamanı Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndələrinin verdikləri arayışlara əsasən adları qeyd olunan Şahid11, Şahid2n, Şahid10, X10 və Şahid13 yoxlama dövründə ərazidə olmadıqlarından, onların bəzilərinin Bakı şəhərində yaşadıqlarından, bəzilərinin isə Bakı şəhərində müalicədə olduqlarından yoxlama dövründə onlardan izahatların alınması mümkün olmadı (arayışlar əlavə olunur). Yardımlı Uşaq-gənclər idman-şahmat məktəbinin 15 sentyabr 2017-ci il tarixdən məşqçimüəllimi, 26 oktyabr 2022-ci ildən Məktəbin direktor əvəzi Şahid16 və 1996-cı ilin sentyabr ayından Məktəbin məşqçi-müəllimi, 2017-ci ilin 02 oktyabr tarixdən isə 0,5 ştat vahidi direktor müavini vəzifəsində işləyən Şahid15 verdikləri izahatlarında Şahid14, Şahid1, Şahid6, Şahid7, Şahid11, Şahid2, Şahid10, X6 və Şahid13 tanımadıqlarını, onları hec vaxt işə cıxmadıqlarını, onların adlarına məşğələ dərs yükünün əmrləşmədiyini və məşğələ jurnallarının açılmadığını bildirmişlər (izahatlar əlavə olunur). Həmçinin təqdim olunmuş sənədlərə əsasən müəyyən olundu ki, Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin istifadəsində olan mal-material qiymətlilərinin mühasibat uçotu 01 may 2016-cı il tarixdən 01 may 2022-ci il tarixədək 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində və 01 may 2022-ci il tarixdən hal-hazıra kimi Lənkəran-Astara Regional Təhsil idarəsində aparılır. Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbində 01 yanvar 2023-ci il tarixə maddi məsul şəxsin hesabında mal-material qiymətlilərinin mühasibat qalığı 12788,23 manat məbləğində olmuşdur (mühasibat qalıqı barədə arayış əlavə olunur). Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 avqust 2013-cü il tarixli Q-21 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən nəzarət tədbirlərinin aparılması zamanı nəzarət obyektlərində ayrı-ayrı sahələrin və sualların seçmə üsulu ilə yoxlanılmasına dair Metodiki Tövsiyələr”in 2.7 bəndinə əsasən Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbində maddi qiymətlilərin qorunub saxlanılması və faktiki mövcudluğu tərəfimizdən 03 iyun 2023-cü il tarixdə yoxlanıldı. Məktəbin istifadəsində və elecədə direktor əvəzi, maddi məsul şəxs Şahid16 öhdəsində olan mal-material qiymətlilərinin faktiki varlığı sayılıb mühasibat qalığı ilə üzləşdirərkən 4(dörd) ədəd 198,60 manat dəyərində olan oturacaq “İSO”, 1(bir) ədəd 218,21 manat dəyərində kitab rəfi, 2(iki) ədəd 295,80 manat dəyərində dəri oturacaq, 1(bir) ədəd 404,55 manat dəyərində rəhbər kreslosu, 1(bir) ədəd 73,55 manat dəyərində soba (boru ilə birlikdə), 1(bir) ədəd 177,00 manat dəyərində dispanser aparatı, 2 (iki) ədəd 148,68 manat dəyərində stepler kağıztikən, 1(bir) ədəd 1741,00 manat dəyərində notebook, ümumilikdə 3257,39 manat dəyərində çatışmamazlıq olduğu məyyən edildi. Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin direktor əvəzi, maddi-məsul şəxs Şahid16 verdiyi 03 iyun 2023-cü il tarixli iltizamında məktəbin sabiq direktoru Təqsirləndirilən şəxs məktəbdə təhvil-təslim vaxtı inventarları təhvil alarkən inventarizasiya zamanı əskik gələn inventarları təhvil almamış, ümumiyyətlə onlardan xəbəri olmamışdır. Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin direktor müavini Şahid15 verdiyi 03 iyun 2023-cü il tarixli izahatında məktəb üçün inventar və mal-materialların alınıb məktəbə gətiriməsindən xəbəri olmadığını, bu işlərin hamısını sabiq direktor Təqsirləndirilən şəxs tərəfindən görüldüyünü, inventarizasiya zamanı əskik gələn inventarlardan xəbəri olmadığını bildirmişdir. İşdə olan, məhkəmə-xətşünaslıq ekspertizasının 29 mart 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş 20 iyun 2022-ci il tarixli, 29 nömrəli əmrdən çıxarışdakı yazılar və “Təqsirləndirilən şəxs” sözü qarşısındakı imza-Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 105 manat təşkil edir. İşdə olan, məhkəmə-mühasibatlıq ekspertizasının 15 noyabr 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Yardımlı rayon Uşaq-gənclər İdman-Şahmat məktəbində işlədiyi müddət ərzində Şahid1 məşqçi-müəllim kimi əmrdə olduğu 2021/2022-ci tədris ilində cəmi 2146,38 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. Yardımlı rayon Uşaq-gənclər İdman- Şahmat məktəbində işlədiyi müddət ərzində Şahid13 02 oktyabr 2017-ci il tarixdə açılmış əmr kitabında məşğələ qrupları, məşğələ saatları, məşğələ dərs yükü əmrləşmədiyi və məşğələ jurnalları açılmadığı halda ona məşqçi-müəllim kimi əmrdə olduğu 2021/2022-ci tədris ilində 1663,56 manat, 2022/2023-cü tədris ilində 01 yanvar 2023-cü il tarixə kimi 92,04 manat olmaqla cəmi 1755,60 manat manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. Yardımlı rayon Uşaq-gənclər İdman-Şahmat məktəbində işlədiyi müddət ərzində Şahid2 02 oktyabr 2017-ci il tarixdə açılmış əmr kitabınada məşğələ qrupları, məşğələ saatları, məşğələ dərs yükü əmrləşmədiyi və məşğələ jurnalları açılmadığı halda ona məşqçi- müəllim kimi əmrdə olduğu 2020/2021-ci tədris ilində 2494,31 manat, 2021/2022-ci tədris ilində 2042,65 manat olmaqla cəmi 4536,96 manat manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. Yardımlı rayon Uşaq-gənclər İdman-Şahmat məktəbində Şahid14 məşqçi-müəllim kimi əmrdə olduğu dövrlərdə 2019/2020-ci tədris ilində 2335,01 manat, 2020/2021-ci tədris ilində 2209,75 manat, 2021/2022-ci tədris ilində 2646,21 manat olmaqla ümumilikdə 7190,97 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. Yardımlı rayon Uşaq-gənclər İdman-Şahmat məktəbində təlimatçı vəzifəsinə təyin edilən Şahid6 2019-cu ildə 919,59 manat, 2020-ci ildə 4092,51 manat, 2021-ci ildə 4112,05 manat, 2022-ci ildə 3056,77 manat olmaqla ümumilikdə 12180,92 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. Yardımlı rayon Uşaq-gənclər İdman-Şahmat məktəbində məşqçimüəllim vəzifəsinə təyin edilən Şahid8 2017/2018-ci tədris ilində 1287,30 manat, 2018/2019-cu tədris ilində 154,19 manat olmaqla ümumilikdə 1441,49 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. Yardımlı rayon Uşaq-gənclər İdman-Şahmat məktəbində məşqçi-müəllim vəzifəsinə təyin edilən Şahid10 2021/2022-ci tədris ilində 1863,06 manat,, 2022/2023-cü tədris ilində 01 yanvar 2023-cü il tarixə kimi 100,98 manat olmaqla ümumilikdə 1964,04 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. Yardımlı rayon Uşaq-gənclər İdman-Şahmat məktəbində məşqçi-müəllim vəzifəsinə təyin edilən Şahid11 2019/2020-ci tədris ilində 3191,26 manat, 2020/2021-ci tədris ilində 3033,59 manat, 2021/2022-ci tədris illərində 2958,01 manat olmaqla ümumilikdə 9182,86 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir.Yardımlı rayon Uşaq-gənclər İdman-Şahmat məktəbində gözətçi vəzifəsinə təyin edilən Şahid7 2020-ci ildə 2783,20 manat, 2021-ci ildə 2847,60 manat, 2022-ci ildə 2411,00 manat olmaqla ümumilikdə 8041,80 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. Yardımlı rayonu Uşaq-gənclər İdman-şahmat məktəbinin sabid direktoru Təqsirləndirilən şəxs tərəfindən məktəbdə heç vaxt şahmat məşğələsi aparılmadığı və heç bir təlim məşq saatları tədris edilmədi halda ona tədris edilməyən təlim məşq saatlarına görə cəmi 14915,42 manat məbləğində əsassız əməkhaqqı ödənilmişdir. Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbində xx.xx.2017-xx.xx.2023-cü illəri əhatə edən dövr ərzində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 oktyabr 2001 -ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş Uşaq-Gənclər İdman məktəbləri və X1 Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Əsasnaməsi”nin və “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 29 dekabr 2010-cu il tarixli S1409 nömrəli qərarı ilə təsdiq edilmiş Uşaq-Gənclər İdman Məktəbləri və X1 Uşaq-Gənclər İdman Məktəblərində şahmat idman növü üzrə təlim-məşq prosesini tənzimləyən normativlər”in tələbləri gözlənilməyərək tədris ilinin əvvəlinə hazırlıq mərhələlərinə müvafiq idman dərəcələri üzrə tələb normalarının düzgün götürülməməsi nəticəsində 5 məşqçimüəllimə, yəni Şahid15, X19, X8, X38, X3 2017 yanvar-may aylarında 1893,99 manat, 2017/2018-ci tədris ilində 820,00 manat olmaqla cəmi 2713,99 manat məbləğində əməkhaqqı ödənilmişdir. Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbində xx.xx.2017-xx.xx.2023-cü illəri əhatə edən dövr ərzində müvafiq tədbirlərlə (seçki, xəstəlik və yarış) əlaqədar müvəqqəti olaraq məşğələdən kənarlaşdırılmış məşqçi-müəllimlərin məşğələ saatları məktəb direktorunun əmri ilə məktəbin digər pedoqoji işçilərinə əvəzçilik qaydasında həvalə edilmiş məşğələ saatları üçün məşğələ cədvəli tərtib edilmədiyi üçün məşğələ saatları üst-üstə düşdüyündən 7 məşqçi müəllimə, yəni, X27, Şahid16, X8, X37, X26, X4, X21 əvəzçilik qaydasında məşğələ saatlarının aparılmasına görə 2018/2019-cu tədris ilində 402,89 manat, 2021/2022-ci tədris ilində 1474,37 manat, 01 yanvar 2023-cü il tarixə isə 239,96 manat olmaqla cəmi 2.117,22 manat, əməkhaqqı hesablanaraq ödənilmişdir. Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 oktyabr 2001-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş Uşaq-Gənclər İdman məktəbləri və X1 Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Əsasnaməsinin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 29 dekabr 2010-cu il tarixli S1409 nömrəli qərarı ilə təsdiq edilmiş Uşaq-Gənclər İdman Məktəbləri və X1 Uşaq-Gənclər İdman Məktəblərində şahmat idman növü üzrə təlim-məşq prosesini tənzimləyən normativlərin tələbləri gözlənilməyərək xx.xx.2017-xx.xx.2023-cü illəri əhatə edən dövr ərzində hazırlıq mərhələlərində qruplarda məşğul olanların say tərkibi düzgün təşkil olunmadığı halda 7 məşqçi-müəllimə, yəni Şahid16, X4, Şahid15, X8, X19, X37, X13 2017/2018-ci tədris ilində 1919,52 manat, 2018/2019-cu tədris ilində 3157,80 manat, 2020/2021-ci tədris ilində 4981,50 manat, 2021/2022-ci tədris ilində 5049,60 manat olmaqla cəmi 15108,42 manat, əməkhaqqı hesablanaraq ödənilmişdir. Yardımlı rayonu Uşaq-gənclər idman-şahmat məktəbinin 2017-2022-ci illəri əhatə edən maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı məktəbin mal-material qiymətlilərinin faktiki varlığı sayılıb mühasibat qalığı ilə üzləşdirərkən 4 (dörd) ədəd 198,60 manat dəyərində olan oturacaq ”İSO”, 1 (bir) ədəd 218,21 manat dəyərində kitab rəfi, 2 (iki) ədəd 295,80 manat dəyərində dəri oturacaq, 1 (bir) ədəd 404,55 manat dəyərində rəhbər kreslosu, 1 (bir) ədəd 73,55 manat dəyərində soba (boru ilə birlikdə), 1 (bir) ədəd 177,00 manat dəyərində dispanser aparatı, 2(iki) ədəd 148,68 manat dəyərində stepler kağıztikən, 1 (bir) ədəd 1741,00 manat dəyərində notebook, ümumilikdə 3257,39 manat dəyərində çatışmazlıq olduğu müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli arayışı və əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Şahid1, xx.xx.2021-ci il tarixdə Şahid10, xx.xx.2023-cü il tarixdə Şahid6 Yardımlı rayon X30 məktəbinə işə qəbul edilməsinə münasibət bildirilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 saylı ərazi maliyyə-hesablaşma mərkəzinə Yardımlı rayon Təhsil şöbəsi tərəfindən müraciət olunmuşdur. İşdə olan, "xxxx" ASC-nin Zərərçəkmiş şəxs2h oğlun adına olan plastik bank kartından xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, Zərərçəkmiş şəxs2h oğlunun adına olan plastik bank kart hesabına xx.xx.2021-ci il tarixdə ödəniş terminalı vasitəsi ilə ümumilikdə 250 manat məbləğində pul vəsaiti köçürülmüş, həmin vəsaitin 2.50 AZN-lik hissəsi komissiya şəklində tutulmuş, 247 AZN-lik hissəsi isə xx.xx.2023-cü il tarixdə nağdlaşdırlmış, 0.50 AZN-lik hissəsi kart hesabında qalmışdır. İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən daxil olmuş 26 oktyabr 2023-cü il tarixli arayışla müəyyən edilir ki, Təqsirləndirilən şəxs adına Yardımlı rayonun Odurağaran kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 2,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, telefon danışıqlarına dair məlumatları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Elşən Bəbəlovun ifadələri, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7, İlkin Şücəddinov, Şahid12, Şahid14, Şahid15, Şahid16, Şahid9, Şahid10, Şahid11 və Şahid13 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, həmçinin adları göstərilən, hazırda adlarını xatırlamadığı şəxslərdə də işə qəbul ilə bağlı pul almaması, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aldığı pulların borc pul olması, Yardımlı rayon UGŞM-nin direktoru vəzifəçində işlədiyi müddətdə heç kəsi işə götürməməsi və bu adla heç kimdən pul almaması, kimisə işə qəbul adı ilə aldadıb pul almaması, kimdənsə pul almışdırsa həmin pulun Yardımlı rayon Təhsil Şöbəsinin keçmiş müdirinə verilməsi, işlədiyi dövrdə tələb olunanan qaydada müəllimlərin əmək haqqların ödənilməsi üçün smeta cədvəllərini tərtib etməsi və həmin sənədlərdə heç saxtakarlığın olmaması, məktəbdə olan artıq işçilərin əmək haqqların ödənilməsi məsləsinin təhsil idarəsi və maliyyə idarəsinin həll etmə və onun bundan xəbərinin olmaması, məktəbdə dərslər tədris olunarkən hər müəllim tərəfindən keçirilən dərs saatlarının jurnallara qeyd olunması və hazırda həmin jurnalların harada olmasını bilməməsi, direktor kimi lazımı sənədləri icra edib, nizamnamə qaydalarına uyğun vəzifə öhdəliyini yerinə yetirməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Elşən Bəbəlovun ifadələri, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7, İlkin Şücəddinov, Şahid12, Şahid14, Şahid15, Şahid16, Ağaəli Qasımov, Şahid10, Şahid11 və Şahid13 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, həmçinin adları göstərilən, hazırda adlarını xatırlamadığı şəxslərdə də işə qəbul ilə bağlı pul almaması, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aldığı pulların borc pul olması, Yardımlı rayon UGŞM-nin direktoru vəzifəçində işlədiyi müddətdə heç kəsi işə götürməməsi və bu adla heç kimdən pul almaması, kimisə işə qəbul adı ilə aldadıb pul almaması, kimdənsə pul almışdırsa həmin pulun Yardımlı rayon Təhsil Şöbəsinin keçmiş müdirinə verilməsi, işlədiyi dövrdə tələb olunanan qaydada müəllimlərin əmək haqqların ödənilməsi üçün smeta cədvəllərini tərtib etməsi və həmin sənədlərdə heç saxtakarlığın olmaması, məktəbdə olan artıq işçilərin əmək haqqların ödənilməsi məsləsinin təhsil idarəsi və maliyyə idarəsinin həll etmə və onun bundan xəbərinin olmaması, məktəbdə dərslər tədris olunarkən hər müəllim tərəfindən keçirilən dərs saatlarının jurnallara qeyd olunması və hazırda həmin jurnalların harada olmasını bilməməsi, direktor kimi lazımı sənədləri icra edib, nizamnamə qaydalarına uyğun vəzifə öhdəliyini yerinə yetirməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Elşən Bəbəlovun ifadələri, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7, İlkin Şücəddinov, Şahid12, Şahid14, Şahid15, Şahid16, Ağaəli Qasımov, Şahid10, Şahid11 və Şahid13 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Yardımlı rayon Uşaq-gənclər idman-şahmat məktəbinin direktoru vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə təkrar talamış və vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün maddi nemət əldə etməklə rüşvət almış və rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs Yardımlı rayon Uşaq-gənclər idman-şahmat məktəbinin direktoru vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən dələduzluq etməsi, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün maddi nemət əldə etməklə rüşvət alması və rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etməsi əməlini törətməsi təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Paşa Eyyubovun bu əməli düzgün olaraq CM-nin 178.2.2, 178.2.3, 311.1 və 313-cü maddələri ilə tövsif edilmişdir. Eyni zamanda dövlət ittihamçısı çıxışında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə təkrar talaması əməlini törədilməsinin təsdiq olunduğunu və buna görə də istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlinin CMnin 179.3.2-ci maddəsi (külli miqdarda mənimsəmə və ya israf etmə) ilə düzgün tövsif olunmadığı qənaətinə gəlib onun bu əməlinin CM-nin 179.3.2-ci maddəsindən həmin Məcəllənin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrinə (təkrar-179.2.2, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə-179.2.3 və xeyli miqdarda ziyan vurulmaqla törədildikdə-179.2.4) tövsif edilməklə ittiham olunmalı olduğunu və Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.3, 179.2.2, 179.2.3, 179.2.4, 311.1 və 313-cü maddələrində nəzərə tutulmuş cinayətləri törətməkdə ittiham olunmasını müdafiə edərək onun həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalı olmasını bildirmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq dövlət ittihamçısının ittihamla bağlı mövqeyini əsaslı hesab edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CMnin 179.3.2-ci maddəsindən həmin Məcəllənin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrinə tövsif edilməklə o, CM-nin 178.2.2, 178.2.3, 179.2.2, 179.2.3, 179.2.4, 311.1 və 313-cü maddələrində nəzərə tutulmuş cinayətləri törətməkdə təqsirli hesab edilməlidir. Belə ki, iş üzrə verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə təkrar talamış, yəni ona müəyyən edilmiş 13 epizod üzrə olan ziyanın miqdarı toplanmaqla cəmi 71445,04 manat büdcə vəsaitini qulluq mövqeyindən istifadə edib təkrarən mənimsəmə və israf etməklə talama ilə bağlı CM-in 179.3.2-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Hazırki cinayət işinin materialları və məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, təqsirləndirilən şəxsə qarşı 13 epizod üzrə vahid niyyətlə əhatə olunan qəsdlə deyil, təkrarən mənimsəmə və israf etməklə talamaya görə ittiham irəli sürülmüş və 13 epizodun hər biri üzrə mənimsənilən və israf edilən pul vəsaitinin məbləği CM-in 177-ci maddəsinin Qeyd hissəsində göstərilən əli min manatdan artıq olmamışdır. Belə olan halda Təqsirləndirilən şəxs qarşı vahid niyyətlə əhatə olunan qəsdlə mənimsəmə və israf etməyə görə ittiham irəli sürülməmişdirsə, əməlin onun tərəfindən mənimsənilən və israf edilən pul vəsaitinin ümumi məbləğinə görə CM-in 179.3.2-ci maddəsi ilə tövsif edilməsi əsassızdır. Ona görə də iş üzrə müəyyən edilmiş 13 epizodun hər biri üzrə mənimsənilən və israf edilən pul vəsaitinin miqdarı CM-in 177-ci maddəsinin Qeyd hissəsində göstərilən tələblər nəzərə alınmaqla qiymətləndirilməklə Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməlidir. Hazırki iş üzrə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Yardımlı rayon UGŞM-nin direktoru vəzifəsində işlədiyi müddətdə 13 epizod üzrə, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş dövlət vəsatini mənimsəmə və israf etmə yolu ilə təkrar talamışdır. Verilmiş ittihamda göstərilən 13 epizod üzrə dövlət vəsatini mənimsəmə və israf etməyə aid ayrı-ayrı götürülməklə bütün halları üzrə ziyanın miqdarı CM-in 177-ci maddəsinin Qeyd hissəsində göstərilən tələblər nəzərə alınmaqla ən çox halda xeyli minqdar təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş 13 epizod üzrə mənimsəmə və ya israf etmə hallarına münasibətdə Təqsirləndirilən şəxs CMnin 179.2.2-ci maddəsində (mənimsəmə və ya israf etmənin təkrar törədilməsi), CM-nin 179.2.3-cü maddəsində (mənimsəmə və ya israf etmənin öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi) və CM-nin 179.2.4-cü maddəsində (mənimsəmə və ya israf etmənin xeyli miqdanda ziyan vurmaqla törədilməsi) nəzərdə tutulan cinayəti törətmişdir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 179.3.2-ci maddəsindən həmin Məcəllənin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CM-nin cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə törədilən əməllər az ağır, CMnin 179.3.2-ci maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 179.3.2-ci maddəsindən həmin Məcəllənin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrinə tövsif edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.3, 179.2.2, 179.2.3, 179.2.4, 311.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Yardımlı Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 dekabr 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Yardımlı rayon Sırıq İƏD üzrə nümayəndəsinin 04 dekabr 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Yardımlı rayonun Alçabulaq kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (ailəlidir və əvvəllər Alçabulaq kənd tam orta məktəbində müəllim işləmiş, yaşadığı ərazidə özünü nümunəvi aparmış və ondan heç bir şikayət daxil olmamışdır) olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dələduzluq cinayət əməli üzrə olan zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi CM-nin 59.1.12-ci maddəsinə, habelə dələduzluq cinayət əməli üzrə zərərçəkmiş şəxslərə cinayət əməli nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsi bu Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 179.2.2, 179.2.3, 179.2.4, 311.1 və 313-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəza həddində cəzalandırılması qənaətinə gəlir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.3, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq barəsində CM-nin 46.1 və 46.2-ci maddələrinin müddəaları tətbiq edilərək ona müəyyən vəzifə tutma hüququndan, yəni müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 17 dekabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, eləcə də zərərçəkmiş hüquqi şəxsə (Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsinə (bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsinə)) vurulmuş maddi ziyan cəmi 80.445,04 manat (səksən min dörd yüz qırx beş manat dörd qəpik) təşkil edir və həmin ziyanın zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aid hissədə ziyan 8000 (səkkiz min) manat olmaqla tam ödənilmiş, lakin zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyan 72.445,04 manat (yetmiş iki min dörd yüz qırx beş dörd qəpik) olmaqla ödənilməmiş və bu ziyanla bağlı mülki iddia verilməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə cinayət əməli nəticəsində dəymiş ziyanın ödənilməsi tələbi ilə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququn olması izah edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün CM-nin 99-1-ci maddəsi ilə əsaslar vardır. Belə ki, işdə olan Yardımlı Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qərarı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə Təqsirləndirilən şəxs birgə mülkiyyətdə olan, Yardımlı rayonun Odurağaran kəndində yerləşən 2,18 ha torpaq sahəsinin Təqsirləndirilən şəxs məxsus payı üzərinə həbs qoyulmuşdur. Qeyd olunanları nəzərə alırıq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CMin 99-1 və 99-3.2-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsinə (bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsinə) vurulmuş 72.445,04 manat (yetmiş iki min dörd yüz qırx beş manat dörd qəpik) miqdarında maddi ziyanın ödənilməsi məqsədi ilə Yardımlı Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş, Təqsirləndirilən şəxs birgə mülkiyyətdə olan, Yardımlı rayonun Odurağaran kəndində yerləşən 2,18 ha torpaq sahəsinin Təqsirləndirilən şəxs məxsus payı xüsusi müsadirə edilməli və qeyd olunan torpaq sahəsinin Təqsirləndirilən şəxs məxsus pay hissəsinin dəyərinin vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi təmin edilməlidir. İş üzrə maddi sübutlar olan və Yardımlı rayon prokurorluğunun “maddi sübutların saxlanılması otağında” saxlanılan bir ədəd “HP” markalı noutbuk və Yardımlı rayon UGİŞM-nin 2017-2022-ci illərdə istifadə edilmiş əmr kitabı hökm qanuni qüvvəyə mindikdən sonra Yardımlı rayon UGİŞM-nə qaytarılmalı, habelə cinayət işinə əlavə edilmiş, Yardımlı rayon UGŞM-nin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasına dair akt və əlavə edilmiş sənədlər (214 vərəqdə) cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-205 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356 və 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 179.2.2, 179.2.3, 179.2.4, 311.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilərək 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilərək 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 17 dekabr 2023-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə izah edilir ki, cinayət əməli nəticəsində dəymiş ziyanın ödənilməsi tələbi ilə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ vardır. Azərbaycan Respublikası CM-in 99-1 və 99-3.2-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsinə (bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsinə) vurulmuş 72.445,04 manat (yetmiş iki min dörd yüz qırx beş manat dörd qəpik) miqdarında ziyanın ödənilməsi məqsədi ilə Yardımlı Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş, Təqsirləndirilən şəxs birgə mülkiyyətdə olan, Yardımlı rayonun Odurağaran kəndində yerləşən 2,18 ha torpaq sahəsinin Təqsirləndirilən şəxs məxsus payı xüsusi müsadirə edilsin və qeyd olunan torpaq sahəsinin Təqsirləndirilən şəxs məxsus pay hissəsinin dəyərinin vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi təmin edilsin. İş üzrə maddi sübutlar olan və Yardımlı rayon prokurorluğunun “maddi sübutların saxlanılması otağında” saxlanılan bir ədəd “HP” markalı noutbuk və Yardımlı rayon UGİŞM-nin 2017-2022-ci illərdə istifadə edilmiş əmr kitabı hökm qanuni qüvvəyə mindikdən sonra Yardımlı rayon UGİŞM-nə qaytarılsın. Habelə cinayət işinə əlavə edilmiş, Yardımlı rayon UGŞM-nin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasına dair akt və əlavə edilmiş sənədlər (214 vərəqdə) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-205 (iki yüz beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar