Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-341/2025 29.10.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Nuriyev Aqil Abdul oğlunun sədrliyi ilə, hakimlər Səfərli Cavid ŞAmir oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) iştirakları ilə, xx.xx.2004-cü ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.2004-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt Hosbitalda porter vəzifəsində işləmiş, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3aşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilətəqsirləndirilmələrinə dair cinayət işinə 29 oktyabr 2025-ci il tarixdə, saat 14:30-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 2 saylı məhkəmə iclas zalında «Azfemida» proqram təminatındən və videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, daşımış və saxlamışlar.
2. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşının bildirdiyi Cəlilabad rayonu ərazisindən xx.xx.2024-cü il tarixdə gecə radələrində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 16400 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda 530 qram çəkidə narkotik vasitə heroin əldə edib törədilən cinayət əməli barədə məlumatı olmayan Şahid1 idarə etdiyi “Toyota Prius” markalı, **-UJ-*** qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, Təqsirləndirilən şəxs1 Cəlilabad rayonu, Qarazəncir kəndi ərazisində yerləşən “Oba” marketin qarşısında narkotik vasitələrə baxış keçirib İran İslam Respublikası vətəndaşına məlumat verməsindən ötrü içərisində narkotik vasitələr olan 01 ədəd yük çantasını avtomobilin yük yerindən götürmüşdür, bu zaman polis əməkdaşları tərəfindən saxlanılmışlar.
İşin halları və dəlilləri:
3. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, çantanı əldə edib, daşımış, lakin çantanın içərisində qiymətli əşya olmasını zənn etmişdir, çantanın içində narkotik vasitə olmasından məlumatı olmamışdır. O, ifadəsində qeyd etmişdir ki, hərbi xidmətdə olduğu müddətdə İran İslam Respublikasının vətəndaşı olan bir nəfər tanışı onu mütəmadi olaraq yazıb narahat etmiş, həmin şəxs ona onun dediyi malları (narkotik vasitə) götürüb ona deyəcəyi yerə aparmağı təklif etmişdir. Həmin şəxs onu mütəmadi şirnikləndirmiş, lakin o, razılaşmamışdır. Çünki, o, hərbiçi olmaq istədiyini və sənədlərini hüquq mühafizə orqanlarından birinə verdiyini qeyd etmişdir. Lakin sonradan maddi imkanı yaxşı olmadığı üçün məcbur olub həmin şəxsin təklifi ilə razılaşdığını bildirmişdir. İranlı ona bağlamanı dediyi yerdən götürüb aparmalı olduğunu demiş, o, gedib bağlamanı götürəndə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları onları tutub aparmışdır. Onları döydüklərini, sonra Cəlilabad RPŞ-yə gətirdiklərini qeyd etmişdir. Ona “bağlamanı boynuna almasan, ailəni tutacağıq” demişlər. O, polis əməkdaşları tərəfindən göstərilən təzyiqlərdən sonra həmin maddələrin onlara məxsus olmasını etiraf etdiyini bildirmişdir. Ona verilən suallara cavab olaraq təqsirləndirilən şəxs qeyd etmişdir ki, o, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. İranlı şəxs ona “İnstagram” sosial şəbəkəsindən yazmış, özünü Amir kimi təqdim etmiş, onunla yalnız “İnstaqram” sosial şəbəkəsində danışmışdır. Aralarında heç vaxt videogörüntü ilə danışıq olmamış, həmin şəxsi görməmişdir, danışıqlar zamanı həmin şəxs ona xaricdə yaşadığını bildirmişdir. Amir adlı şəxs ona içərisində dəyərli əşya olan bağlama olduğunu və onu götürməsini demişdir. Dəyərli əşyanın nə olması ona maraqlı olmamış, bu barədə ondan soruşmamışdır. Əvvəllər də belə təkliflər etsə də, o, bununla razılaşmamış, sonuncu dəfə pula ehtiyacı olduğu üçün onun təklifini qəbul etmişdir. Amir birinci dəfə ona 2000 manat pul təklif etmiş, həmin vaxt işə girmək üçün kursa başı qarışdığından razı olmamışdır. Qeyd edilən bağlamanın daşınması üçün ona 20000 manat pul təklif etmişdir. Hətta xərcləmək üçün kartına 500 manat pul göndərmişdir. Lakin o həmin pulu xərcləməmişdir. 500 manat pulu tutulmazdan 2 gün qabaq göndərmişdir. Amir ona bağlamanın Cəlilabad rayonunda olduğunu demişdir, o isə həmin bağlamanı götürüb Bakı şəhərinə aparmalı və orada otelə qoymalı imiş.
4. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq bildirdi ki, Amir adlı şəxs Təqsirləndirilən şəxs2 tanımamış, onunla danışmamışdır. Elşən onun əsgərlik yoldaşının dostudur. O, Elşənə birlikdə Cəlilabada getməyi təklif etmiş, o da razılaşmışdır. Saat 12-13 radələrində birlikdə Bakıdan çıxmışlar. Onlar taksi ilə getmiş, taksidə onlardan başqa 1 nəfər də olmuşdur. Onlar taksiylə hər biri üçün gediş haqqını 15 manata razılaşmışlar. Cəlilabada çatdıqda taksi onları rayonda düşürüb getmişdir. Getdikləri kəndin adını xatırlamadığını, bağlamanın yol kənarına qoyulduğunu qeyd etmişdir. Həmin yerin şəklini İranlı ona göndərmişdir. Ona göndərdiyi yeri 30 dəqiqə axtardıqdan sonra tapmışlar. Onlar həmin əraziləri tanımamış, qiymətli əşyanın olduğu yerin məkanını və şəklini İranlı ona telefonla göndərmiş və onlar bu yolla bağlamanı tapmışlar. Bağlamanı götürəndə artıq axşam radələri olmuş və həmin yer yolun qırağında otlaq sahə olmuşdur. Bağlamanın rəngini və çəkisini xatırlamadığını bildirmişdir. Bağlamanı götürəndə tək olmuş, yanında heç kim olmamışdır. Bağlamanın həcmi kiçik olmuşdur. O, bağlamanı götürüb Cəlilabad rayonuna taksi sifariş etmiş və getmişlər. Bağlamanı taksiyə qoyanda Elşən yanında olmamışdır. Elşən taksidən kənarda yol qırağında hərəkətdə olmuş, taksi ilə gedərkən onun yanında saxlatmış, Elşən avtomobilə əyləşmişdir. Elşənin bu işə aidiyyəti olmamış, bağlama barədə Elşənə məlumat verməmişdir. Cəlilabada çatanda artıq hava qaranlıq olmuşdur. 28 avqust 2024-cü il tarixdə Elşənlə birlikdə Bakıdan çıxmış, 30 avqust 2024-cü il tarixdə, saat 02:00-da tutulmuşlar. Elşənə əmisi oğlunun yanına getdiyini demişdir. Cəlilabada çatdıqdan sonra ayaqla nə qədər məsafə qət etdiklərini dəqiq xatırlamır. Amir ona bildirmişdir ki, götürəcəyi dəyərli əşyanı Bakı şəhərində otelə təhvil verməlidir. Bağlamanı götürəndə Elşən orada olmamışdır, həmin bağlama balaca bir büküm olmuşdur, onun çəkisi 15 kiloqram ola bilməzmiş. Saat 02:35-də saxlanılmışlar və fərqli avtomobillərdə əyləşdirilmişlər. Onlara təzyiq göstərilmişdir. Sonra Cəlilabad RPŞ-yə gətirilmişlər. Saxlanılan yerlə Cəlilabad RPŞ arasında olan məsafə təqribən 20 dəqiqəlik yol olarmış. Saxlanılan zaman RPŞ-də onu qardaşı ilə hədələmişlər. İranlı ilə 2000 manat müqabilində razılaşmış, Elşənə pul barədə məlumat verməmiş və ya pul verəcəyini vəd etməmişdir. İran vətəndaşı ilə “İnstagram” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamışdır. Saxlanıldıqdan sonra polislər telefonlarını götürmüşlər. Bağlamanı götürəndən sonra BOLT taksi xidmətindən istifadə edərək taksi sifariş etmişdir, həmin vaxt Elşən çıxıb yolun kənarı ilə getmiş, o heç nə görməmişdir. Bağlamanın içində hansı qiymətli əşya olmasını bilməmiş, bağlamaya baxış keçirməmişdir. Bağlamanı götürəndən 30 dəqiqə sonra Elşəni yolda görüb götürmüşdür. Polislər onları saxlayanda əməliyyatçılara da bağlamanın içində qiymətli əşya olduğunu demişdir. Taksi sürücüsü Pərvini o çağırmış, Pərvini şəxsən tanımamış, münasibəti olmamışdır. Taksinin haradan gəlməsini bilməmişdir. Taksi gəlib çatanda Elşən yanında olmamış, onun harada olmasını bilməmişdir. Barəsində qətimkan tədbiri seçilərkən məhkəmədə döyülməsi barədə məlumat vermişdir. Daha sonra onun döyülməsi ilə bağlı Baş Prokurorluqda araşdırma aparılmışdır.
5. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.
6. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 verdiyi ilk izahatında aşağıdakıları qeyd etmişdir (izahat – cild 1, iş vərəqə 55-57): “…Təqsirləndirilən şəxs2 və Şahid1 mənim tanışlarımdırlar. Qeyd edirəm ki, 31 avqust 2024-cü il tarixdə saat 02:35-də mən Təqsirləndirilən şəxs2lə və Şahid1la birlikdə sonuncunun idarə etdiyi Toyota Prius markalı **-UJ-*** qeydiyyat nişanlı avtomobilin yanında Cəlilabad rayonu, Qarazencir kəndində yerləşən "Oba" marketin yaxınlığında olduğumuz zaman bir neçə nəfər mülki geyimdə olan şəxs bizə yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib bizdən anket məlumatlarımızı soruşdular… …Biz yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirdik ki, hazırda əlimdə saxladığım yük çantasının içərisində narkiotik vasitə qurudulmuş marixuana vardır… …məni şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarımda, əşyalarımda və ya bədənimde olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyim təklif edildi. Bu təklifdən sonra mən, üstümdə, yəni sağ əlimdə saxladığım yük çantasında narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, həmin çantanı, eyni zamanda əynimdə olan boz rəngli idman şalvarımın sağ yan cibinden 01 ədəd "Honor" markalı mobil telefon cihazını və üzərində **********812446 rəqəmləri qeyd olunmuş 01 eded "Leobank" plastik bank kartını çıxardıb masanın üzərinə qoymaqla teqdim etdim. Təqdim etdiyim yük çantasının içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirdim və həmin çanta polis tərəfindən açıldıqda içərisində 14 ədəd hər birinin üzəri şəffaf yapışqan lentlə bağlanmış sellofan bağlamanın və 01 ədəd qara rəngli sellofan bağlamanın, ümumilikdə 15 ədəd bağlamanın olduğu aşkar edildi. Həmin sellofan bağlamalar iştirakçıların şahidliyi ilə polis tərəfindən açıldıqda 14 bağlamanın hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuananın olması, 01 ədəd qara rengli sellofan bağlamanın içərisində isə narkotik vasitə heroin olduğu müşahidə edildi… …Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üstündə digər əşya və predmetlər aşkar edilmədi… …Sorğu zamanı şübhəli şəxs qismində mən, sağ əlimdə saxlayaraq təqdim etdiyim yük çantasının içərisindən aşkar edilmiş 14 ədəd bağlamada olan kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, 01 ədəd bağlamada olan narkotik vasitə heroinə oxşar maddənin isə dəqiq nə olduğunu bilmədiyimi, lakin həmin çantanı içərisində olan bütün maddə və kütlələrlə birlikdə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən "Amir" adı ilə tanıdığım şəxsin mənim telefonuma göndərdiyi Cəlilabad rayonu ərazisində yerləşən məkandan tanışım Təqsirləndirilən şəxs2lə birlikdə gedərək əldə etdiyimi, həmin çantanı oradan götürüb "Amir"in növbəti göstərişi ilə başqa ünvana yerləşdirəcəyim təqdirdə sonuncunun bu işin müqabilində mənə 20.000 manat pul ödəyəcəyini, həmin puldan isə 2.000 manatını Təqsirləndirilən şəxs2 verəcəyimi bildirdim. Həmçinin Təqsirləndirilən şəxs2 həmin çantanın içərisində olan maddə və kütlələrdən xəbərdar olduğunu, Parvin Rəsulovun isə həmin maddələrdən xəbərdar olmadığını, sadəcə taksi sürücüsü olduğundan bizi Bakı şəhərinə aparmaq üçün mənim sifarişim əsasında Cəlilabad rayonuna gəldiyini bilirdim. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 mənim qeyd etdiyim xüsusatları bir daha təsdiq edərək, mənim xahişim ilə mənimlə birlikdə Cəlilabad rayonuna gələrək içərisində narkotik vasitələr olan yük çantasını götüdüyümüzü və həmin işin müqabilində mənim ona 2.000 manat ödəyəcəyini vəd etdiyimi bildirdi… …Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olundu, protokol düzgün tərtib edildiyi üçün mən və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edildi… …Mən törətdiyim cinayət əməlindən çox peşmanam.”
7. Cinayət işinin növbəti vərəqlərində olan təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək (təqsirləndirilən şəxs qismində ifadəsi – cild 1, iş vərəqə 129-133, cild 2, iş vərəqə 66-68, 145-146) göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Orta təhsilini Siyəzən rayonunda yerləşən 4 nömrəli məktəbdə almışdır. 2022-ci ilin oktyabr ayında hərbi xidmətə gedib 2024-cü ilin aprel ayında təxris olunmuşdur. ***-***-**-** saylı nömrəni istifadə edir. Əvvəllər narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra bir neçə yerdə günəmuzd işləmişdir. Təqsirləndirilən şəxs2 əsgər yoldaşı Xəyal adlı şəxsin dostudur. Birlikdə bir neçə dəfə görüşdükdən sonra Elşənlə aralarında dostluq münasibəti yaranmışdır. Bəzən Sumqayıt şəhərinə gedib asudə vaxtını Elşənlə birlikdə keçirmişdir. Təxminən 1 ay bundan öncə instagram sosial şəbəkəsində olan hesabına İran İslam Respublikası vətəndaşı tərəfindən “Salam” mesajı göndərilmişdir. Salamlaşdıqdan sonra İran İslam Respublikası vətəndaşı azərbaycanlıların yaxşı insan olmasını və münasibət qurmaq istədiyini demişdir. Onunla bir qədər danışıb sağollaşmışdır. Növbəti günlər həmin şəxs yenidən yazıb ümumi haləhval tutmuşdur. Bir neçə gün danışdıqdan sonra watsapp nömrəsini istəyib əlaqə qurmuşdur. Watsappda danışan zaman özünü Amir adı ilə təqdim edən şəxs ona etibarlı adam olduğunu və birlikdə iş görüb qazanc əldə etmək istədiyini demişdir. İçərisində narkotik vasitə qurudulmuş marixuanalar olan torbanı dron vasitəsi ilə Cəlilabad rayonu ərazisinə atacağını və həmin bağlamanı götürüb Bakı şəhərində özünün dediyi şəxsə çatdırılacağı halda 20.000 manat pul verəcəyini bildirmişdir. Əvvəlcə onun təklifi ilə razılaşmamışdır. Lakin sonra borcu olduğu üçün təklifini qəbul edib qeyd olunan narkotik vasitələri götürə biləcəyini demişdir. 30 avqust 2024-cü il tarixdə İran İslam Respublikası vətəndaşı “Amir” adlı şəxs onunla əlaqə saxlayıb bu gecə narkotik vasitə olan torbanı Cəlilabad rayonuna “Dron” vasitəsi ilə atacağını bildirib Cəlilabad rayonuna getməli olduğunu demişdir. Həmin gün yaşadığı Siyəzən rayonundan çıxıb Sumqayıt şəhərinə gəlmişdir. Sumqayıt şəhərində dostu Təqsirləndirilən şəxs2 ilə görüşüb ona birlikdə Cəlilabad rayonuna gedib oradan içərisində qiymətli əşya olan torbanı götürüb qayıdacaqları halda 2000 manat pul verəcəyini demişdir. Elşən ondan bu barədə soruşanda yalandan torbanın içərisində özünün də nə olduğunu bilmədiyini demişdir. Onların üzərinə düşən işin yalnız həmin torbanı Bakıya çatdırmaqdan ibarət olmasını söyləmişdir. Elşən də təklifi ilə razılaşmışdır. Yoldan taksi tutub Cəlilabad rayonuna getmişlər. İranlının atdığı konuma uyğun taksini sürdürmüş və saat 20 radələrində yol kənarında düşmüşlər. Bundan sonra həmin taksi sürücüsü getmişdir. Orada İranlı ilə yenidən danışıb narkotik vasitə olan torbanın harada olmasını soruşmuşdur. O, isə torbanın hələki hazır olmadığını və 2-3 saat ərzində Dronla atacağını demişdir. 2-3 saat qeyd olunan yerdə gözləmişlər. Artıq orada Elşənə qeyd olunan yerə İran İslam Respublikasının vətəndaşının göndərəcəyi narkotik vasitə olan torbanı götürmək üçün gəldiklərini və torbanı Bakı şəhərinə salamat çatdıracaqları halda ona 2000 manat verəcəyini demişdir. Saat 23 radələrində narkotik vasitə olan bağlamanı götürməmişdən qabaq taksi sürücüsü Şahid1 ilə əlaqə saxlayıb Cəlilabad rayonuna gəlib onları Bakıya apara biləcəyini soruşmuşdur. O isə 2-3 saat ərzində gələ biləcəyini demişdir. Pərvinə konum atıb gəlib onları götürməsini xahiş etmişdir. Bir neçə dəqiqə keçdikdən sonra saat 23 radələrində “Amir” onunla yenidən əlaqə saxlayıb 300 metr qabağa getməyini demişdir. Həmin vaxt səs eşitmişdir. Amir səs gələn tərəfə getməyini və malı oraya atdığını demişdir. Elşənin yanından ayrılıb səs gələn tərəfə gedib bağlamanı görmüşdür. Bağlamanı götürüb Elşənin yanına gəlmişdir. Elşənin ona kömək etməsini yol kənarına bağlamanı çıxarmalarını demişdir. Artıq 31 avqust 2024-cü il tarixdə saat 02 radələrində tanışı Şahid1 idarə etdiyi “Toyota Prius” markalı **-UJ-*** qeydiyyat nişanlı avtomobil ilə ona atılan konuma uyğun olaraq yanlarına gəlmişdir. İçərisində narkotik vasitə olan torbanı avtomobilin baqajına qoymuşlar. Bundan sonra Pərvin avtomobili idarə etməyə başlamışdır. Təxminən 1-2 km getdikdən sonra sürücü Pərvin su istədiyini bildirib “Oba” marketin yaxınlığında saxlamışdır. Həmin vaxt “Amir” ona torbaya baxmağını və orada neçə ədəd bükümün olmasını ona dəqiq məlumat verməyini söyləmişdir. Avtomobilin dayandığını görüb avtomobildən düşüb yenidən çantanı baqajdan yerə düşürmüşdür. Yerdə çantanın içərisinə baxan zaman 31 avqust 2024-cü il tarixdə saat 02:35-də Toyota Prius markalı, **-UJ-*** qeydiyyat nişanlı avtomobilin yanında Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən “Oba” marketin yaxınlığında olduqları zaman bir neçə nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Özlərini təqdim etdikdən sonra polis əməkdaşları onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda əlində saxladığı yük çantasının içərisində narkotik vasitə qurudulmuş marixuana vardır. Bundan sonra polis əməkdaşları onları Cəlilabad Rayon Polis Şöbəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində özü və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra videoçəkilişdən istifadə edilməklə özünün və Təqsirləndirilən şəxs2 üstlərinə şəxsi axtarış, Şahid1 üstünə isə baxış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə keçiriləcəyi ilə bağlı məlumat verilmiş, buna etiraz etmədiklərini bildirdikdən sonra şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra üstündə, yəni sağ əlində saxladığı yük çantasında narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib həmin çantanı, eyni zamanda əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “Honor” markalı mobil telefon cihazını və 01 ədəd “Leobank” plastik bank kartını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi yük çantasının içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və həmin çanta polis tərəfindən açıldıqda içərisində 14 ədəd hər birinin üzəri şəffaf yapışqan lentlə bağlanmış sellofan bağlamanın və 01 ədəd qara rəngli sellofan bağlamanın, ümumilikdə 15 ədəd bağlamanın olduğu aşkar edilmişdir. Həmin sellofan bağlamalar iştirakçıların şahidliyi ilə polis tərəfindən açıldıqda 14 bağlamanın hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuana olması, 01 ədəd qara rəngli sellofan bağlamanın içərisində isə narkotik vasitə heroin olduğu müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra aşkar olunmuş maddə və kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis tərəfindən aşkar edildiyi yük çantasının içərisində qablaşdırılıb möhürlənərək iştirakçılar və özü tərəfindən imzalanmışdır. Eyni zamanda üstündən aşkar edilmiş və üzərində özünə məxsus ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd “Honor” markalı mobil telefon və 01 ədəd plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən polis tərəfindən götürülmüşdür.
8. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1, həmin ifadələrin bəzi hissələrini təsdiq etmədiyini, belə ki, Amir adlı İran İslam Respublikasının vətəndaşı ilə danışan zaman Amir adlı şəxs ona içində dəyərli əşya olan bağlamanın daşınmasını bildirmiş, o da razılaşmış, gedib götürmüş, götürdükdən sonra da onun narkotik olmasından məlumatsız olmuşdur.
9. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, səhhətində olan problemlər səbəbindən hərbi xidmətdə olmamışdır, Seymuru dostu vasitəsi ilə tanımışdır. Seymurun belə bir iş görməsindən məlumatı olmamışdır, Seymur ona demişdir ki, Cəlilabada gedib əmisi oğlu ilə görüşəcək. 30 avqust 2024-cü il tarixdə Seymurla Sumqayıt şəhərində görüşən zaman Seymur onunla birlikdə Cəlilabad rayonuna əmisi oğlunu görməyə getməyi təklif etmiş, o da Seymurun təklifi ilə razılaşıb getmişdir. Sumqayıt şəhərindən tanımadıqları bir taksiyə əyləşib Cəlilabad rayonuna getmişlər. Saat 20 radələrində Cəlilabada çatmış və yol kənarında düşmüşlər. Orada Seymur kiminləsə danışmış, artıq Seymurdan şübhələnməyə başlamışdır. Sonra oradan uzaqlaşmış və yol kənarı ilə piyada getmişdir. Bu zaman Seymur taksi ilə gəlib onu götürmüşdür. Biraz getdikdən sonra marketin qarşısında dayanmışlar və bundan sonra polis əməkdaşları onları saxlayıb, Cəlilabad RPŞ-yə aparmışlar.
10. Ona verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, Seymurla ortaq dostları olan sinif yoldaşı Xəyal Abbaszadə vasitəsilə dostluq etmişlər. Seymur hərbi xidmətdən gəldikdən sonra, təxminən 3 ay imiş ki, onu tanıyırmış. Seymurun əmisi oğlunun Cəlilabadda yaşaması barədə məlumatı olmamışdır. Cəlilabad rayonuna 29 avqust 2024-cü il tarixdə axşam radələrində çatmışlar və gecə saat 2 radələrində saxlanılmışlar. Həmin gecə ayaqla 1 saat yol getmişlər. Piyada getmələrinə səbəb isə yolun pis olması və avtomobilin gedə bilməməsi olmuşdur. Bundan əvvəl Cəlilabad rayonunda olmamışdır, Seymurdan aralandıqdan sonra gəldikləri yolu əks istiqamətdə getmişdir. Aralandıqdan sonra Seymur ona zəng etməmiş, birbaşa gəlib taksi ilə onu götürmüşdür. Yol qırağı ilə gedərkən avtomobilin işığı düşüb və onun yanında saxlamışdır. Taksi sürücüsünü tanımamışdır. Taksi ilə biraz getdikdən sonra “Oba” marketin yanında su almaq üçün dayanmışlar və polislər onları marketin qarşısında saxlamışdır. Polislər onları saxlayan zaman dərhal telefonunu alıb, qandal vuraraq Cəlilabad RPŞ-yə aparmışlar. O, ümumiyyətlə bağlamanı görməmişdir. Sumqayıt hospitalda porter işləmiş, saat 9-da işə gedib saat 6-da işdən çıxırmış. Cəlilabada gəzmək məqədilə, Elşənlə yol yoldaşı kimi getmişdir.
11. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.
12. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ilk dəfə izahat verərkən bildirmişdir ki (izahatı – cild 1, iş vərəqə 59-61): “…Təqsirləndirilən şəxs1 mənim tanışımdır. X10 isə onun tanışıdır. 31 avqust 2024-cü il tarixdə saat 02:35-də mən Təqsirləndirilən şəxs2lə və Şahid1la birlikdə sonuncunun idarə etdiyi Toyota Prius markalı **-UJ-*** qeydiyyat nişanlı avtomobilin yanında Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən "Oba" marketin yaxınlığında olduğumuz zaman bir neçə nəfər mülki geyimdə olan şəxs bizə yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib bizdən anket məlumatlarımızı soruşdular. Biz özümüzü təqdim etdikdən sonra polis əməkdaşları mənim və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğumuzu bildirib, barəmizdə qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla bizi tanış etdilər. Biz yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb Təqsirləndirilən şəxs1 səmimi olaraq etiraf edib bildirdik ki, hazırda əlində saxladığı yük çantasının içərisində narkotik vasitə qurudulmuş marixuana vardır. Bundan sonra polis əməkdaşları bizi Cəlilabad Rayon Polis Şöbəsinə dəvət etdilər. Biz buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəldik… …Sonra video çəkilişdən istifadə edilməklə mənim və Təqsirləndirilən şəxs1 üstlərimizə şəxsi axtarış, Pervin Rəsulovun üstünə isə baxış keçirildi… …könüllü surətdə təqdim etmək təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üstündə, yəni sağ alində saxladığı yük çantasında narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, hamin çantanı, eyni zamanda əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 adǝd "Honor" markalı mobil telefon cihazını və üzərində **********812446 rəqəmləri qeyd olunmuş 01 ədəd "Leobank" plastik bank kartını çıxardıb masanın üzərinə qoymaqla taqdim etdi. Təqsirləndirilən şəxs1 təqdim etdiyi yük çantasının içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirdi və həmin çanta açıldıqda içərisində 14 ədəd hər birinin üzəri şəffaf yapışqan lentlə bağlanmış sellofan bağlamanın və 01 adad qara rəngli sellofan bağlamanın, ümumilikdə 15 ədəd bağlamanın olduğu aşkar edildi. Həmin sellofan bağlamalar iştirakçıların şahidliyi ilə polis tərəfindən açıldıqda 14 bağlamanın hər birinin içərisində tünd yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuananın olması, 01 ədəd qara rəngli sellofan bağlamanın içərisində isə narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddənin olduğu müşahidə edildi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üstündən digər əşya və predmetlər aşkar edilmədi… …Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 sağ əlində saxlayaraq təqdim etdiyi yük çantasının içərisindən aşkar edilmiş 14 ədəd bağlamada olan kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, 01 ədəd bağlamada olan maddənin isə nə olduğunu dəqiq bilmədiyini, lakin həmin çantanı içərisində olan bütün maddə və kütlələrlə birlikdə özünü İran İslam Respublikasının vətəndşı kimi təqdim edən "Amir" adı ilə tanıdığı şəxsin onun telefonuna göndərdiyi Cəlilabad rayonu ərazisində yerləşən məkandan mənimlə birlikdə gedərək əldə etdiyini, həmin çantanı oradan götürüb "Amir"in növbəti göstərişi ilə başqa ünvana yerləşdirəcəyi təqdirdə sonuncunun bu işin müqabilində ona 20.000 manat pul ödəyəcəyini, həmin puldan isə 2.000 manatını mənə verəcəyini bildirdi. Həmçinin mənim həmin çantanın içərisində olan maddələrdən xəbərdar olduğumu, Pərvin Rasulovun isə həmin maddələrdən xəbərdar olmadığını, sadəcə taksi sürücüsü olduğundan onları Bakı şəhərinə aparmaq üçün onun sifarişi əsasında Cəlilabad rayonuna gəldiyini bilirdi. Şifahi sorğu zamanı mən tanışım Təqsirləndirilən şəxs1 qeyd etdiyi xüsusatları bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs1 xahişi ilə onunla birlikdə Cəlilabad rayonuna gələrək içərisində narkotik vasitələr olan yük çantasını götüdüyümüzü və həmin işin müqabilində Təqsirləndirilən şəxs1 mənə 2.000 manat ödəyəcəyini vəd etdiyini bildirdim… …protokol tərtib edildi, protokol düzgün tərtib edildiyi üçün mənim və digər iştirakçılar tərəfindən imzalandı. Mən törətdiyim cinayət əməlindən çox peşmanam.”
13. Cinayət işi materiallarının sonrakı vərəqlərində Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində (cild 1, iş vərəqə 112-116) və təqsirləndirilən şəxs qismində (cild 1, iş vərəqə 143-147) eyniməzmunlu, təqsirini etiraf edən və Təqsirləndirilən şəxs1 ilə əlbirliyini təsdiq edən ifadələr vermişdir.
14. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 həmin ifadələri təsdiq etmədiyini, ibtidai istintaqın sonrakı mərhələsində o, yeni məzmunda ifadə verdiyini bildirmişdir.
15. Cinayət işi materiallarından da görünür ki, ibtidai istintaqın sonrakı gedişində Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixli ərizə ilə DİN-in BMCMİ-yə müraciət edərək, cinayət işi üzrə ondan alınmış izahat və ifadənin təzyiq altında alındığını, həmin ifadələrin təzyiq altında alındığı üçün həqiqətə uyğun olmadığını bildirmişdir. Ona görə də o, yenidən ifadəsinin alınmasını istəmişdir. Həmçinin, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi məqsədi ilə yeni müdafiəçi tərəfindən order təqdim edilmişdir. O, yeni seçdiyi müdafiəçinin iştirakı ilə yenidən ifadə verərək, aşağıdakıları qeyd etmişdir (İİ cild, i.v. 52-54): “İstintaqa verdiyim ilkin ifadələri təsdiq etmirəm. Belə ki, mən əvvəllər 1-2 dəfə narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metafetamin istifadə etmişəm. Mən həmin narkotik vasitələri anket məlumatlarını bilmədiyim şəxslərdən alıb istifadə etmişəm. Təqsirləndirilən şəxs1 2024-cü ilin iyul ayında tanımışam. Mahiyyəti üzrə bildirmək istəyirəm ki, 30 avqust 2024-cü il tarixdə Seymur mənə Cəlilabad rayonuna əmisi oğlunu görmək məqsədi ilə getdiyini və onunla gedə biləcəyimi soruşdu. Mən də bekar olduğum üçün onun təklifi ilə razılaşdım. Biz Sumqayıt şəhərində görüşdük və 1 manatlıq taksilərlə Bakı şəhəri "20 Yanvar" metrostansiyasının yaxınlığına gəldik. Oradan Calilabad rayonuna gedən taksilərdən birinə oturub o istiqamətdə hərəkət etdik. Saat təxminən 20 radələrində Cəlilabad rayonuna çatdıq və orada yol kənarında avtomobildən düşdük. Bir qədər həmin ərazidə skamyada oturduqdan sonra Seymurdan nə üçün burada gözlədiyimizi soruşdum. O isə əmisioğlunun gələcəyini dedi. Orada mən Seymura irad olaraq na üçün əmisioğlunun bizi evinə dəvət etmədiyini və onu küçədə gözlədiyimizi soruşdum. Seymur isə əmisi oğlunun ailəsi ilə birlikdə yaşadığını və bizim oraya getməyimizin düz olmadığını dedi. Mən isə ona qonaq gəldiyimizi, bunun hörmətsizlik olduğunu dedikdə aramızda mübahisə baş verdi. 30 dəqiqə həmin ərazidə oturduqda mən Seymurun nəsə düzgün iş görmədiyini bilib onun yanından uzaqlaşıb yol kənarına gəldim. Orada məqsədim. yol kənarından keçən avtomobillərdən birinə oturub Bakıya qayıtmaq idi. Lakin həmin vaxt arzində qeyd olunan yerdən avtomobil keçmədi. Təxminən 2 saat da orada gözlədikdən sonra Seymur əlində olan böyük torba ilə mənim yanıma gəlib Bakıya qayıtmalı olduğumuzu dedi. Mən onun əlində olan torbanın içərisində nə olmasını maraqlandım. Seymur isə mənə öz işimlə məşğul olmağımı və bunun mənə heç bir aidiyyatı olmadığını dedi. Mən də onun artıq aqressiv danışmasını görüb əlavə sual vermədim. Bundan sonra yanımıza Seymurun tanışı olan taksi sürücüsü gəldi və biz həmin avtomobilə oturduq. Seymur əlində olan torbanı baqaja qoydu. Seymur avtomobilin ön oturacağında, mən isə arxada əyləşdim. Təxminən 15 dəqiqə avtomobil ilə hərəkətdə olduqdan sonra taksi sürücüsü mağazaya düşmək üçün avtomobili saxladı. O avtomobildən düşüb mağazaya girən zaman mülki geyimli şəxslər bizi avtomobildən düşürtdülər. Həmin polis əməkdaşları bizi avtomobildən sürüyərək yerə yıxıb uzanmış vəziyyətdə qolumuzu arxadan qandalladılar. Sonra bizi ayrı-ayrılıqda öz idarə etdikləri avtomobilə oturtdular. Mənim yanımda oturan iki polis əməkdaşı avtomobilin içərisində baş nahiyəmə yumruq zərbələri ilə vurub "o birilər hardadır" ifadəsini işlədirdilər. Mən isə heçnədən xəbərim olmadığını bildirdim. Həmin vaxt avtomobilin ön oturacağında əyləşən nisbətən yaşlı polis əməkdaşı mənim cinsiyyət orqanıma vuraraq Cəlilabad polisinə kimi vaxtım olduğunu, nə varsa düz danışmağımı tələb edib əks halda mənə butulka tətbiq edəcəyini dedi və nalayiq ifadələrlə təhqir etdi. Bundan sonra bizi Cəlilabad Rayon Polis Söbəsinə gətirdilər. X9 yuxarı otaqlardan birində yenidən məni 20-25 dəqiqə yumruq və təpik zərbələri ilə döydülər. Ürəyim getdiyi üçün məndən əl çəkdilər. Ayıldıqdan sonra mənə bildirdilər ki, burada bizim dediklərimiz müzakirə olunmur. Onlar mənə çəkilişdə Seymurla birlikdə qeyd olunan əraziyə gəldiyimi, lakin həmin əraziyə gəldikdən sonra narkotik vasitə götürməsi barədə məlumatımın olduğunu söyləməyimi tapşırdılar. Həmçinin Seymurun mənə 2000 manat pul verməli olduğunu qeyd etməyimi dedilər. Mən də onların dediklərinə əməl etməyəcəyim halda məni daha ağır formada döyüb cəhqir edəcəklərini bildiyim üçün dedikləri ilə razılaşdım.”
16. Yuxarıda qeyd edilən ifadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 həmin ifadəni də təsdiq etmədiyini, Seymurun içində narkotik vasitə olan bağlamanı götürərkən onun yanında olmadığını bildirmiş, hazırki məhkəmə iclasında verdiyi ifadəsini təsdiq etdiyini demişdir.
17. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
18. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
19. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır, 30 avqust 2024-cü il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş, 30 avqust 2024-cü il tarixdə, gecə saatlarında əməliyyat qrupunun üzvləri ilə birlikdə Baş İdarədən çıxıb həmin gün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olacağı Cəlilabad rayonu ərazisinə getmişlər. Bir qədər rayon ərazisində müşahidə apardıqdan sonra xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində Cəlilabad rayonu, Qarazəncir kəndi ərazisində fəaliyyət göstərən “Oba” marketin yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bənzər şəxslərin “Toyota Prius” markalı avtomobilin yanında olduqlarını, Təqsirləndirilən şəxs1 avtomobilin arxa hissəsində əlində olan torbanın içərisinə baxdığını görüb dərhal onlara yaxınlaşmışlar. Həmin vaxt bir nəfər şəxs də onlara yaxınlaşıb qeyd olunan avtomobilin sürücüsü olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı yük çantasında narkotik vasitə qurudulmuş marixuana, eyni zamanda əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “Honor” markalı mobil telefon cihazını və 01 ədəd “Leobank” plastik bank kartını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi yük çantasının içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və həmin çanta açıldıqda içərisində 14 ədəd hər birinin üzəri şəffaf yapışqan lentlə bağlanmış sellofan bağlamanın və 01 ədəd qara rəngli sellofan bağlamanın, ümumilikdə 15 ədəd bağlamanın olduğu aşkar edilmişdir. Ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, hər iki şəxsi avtomobildə görmüş, Elşən avtomobildə irəlidə, Seymur arxada əyləşmişdir. Sürücü onları görən kimi avtomobilin yanına geriyə qayıtmışdır. Məlumat daxil olubmuş ki, Cəlilabaddadırlar. Tədbirdə 5 nəfər əməliyyatçı iştirak etmişdir. Bağlama Seymurun yanında olmuşdur. Saxlanıldıqdan sonra sürücü məlumatının olmadığını, taksi kimi pul müqabilində gəldiyini demişdir. Saxlanılan zaman təqsirləndirilən şəxslərə təsir və ya təzyiq olmamışdır. Cəlilabad RPŞ ilə təqsirləndirilən şəxsləri saxladıqları yer arasında məsafəni dəqiq xatırlamır, küçədə saxlanılarkən şərait uyğun olmadığı üçün videoçəkiliş aparılmamışdır. Taksi şöferi Pərvin onlara demişdir ki, Seymur ona zəng edib telefon vasitəsi ilə çağırmışdır. O, əvvəlcə Seymuru, sonra Elşəni götürdüyünü demişdir.
20. Məhkəmə istintaqı zamanı dindirilmiş digər Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 “Bolt” taksi şirkətində işləyərkən tanımış, onu sərnişin kimi aparmış, Seymur onun nömrəsini götürmüşdür ki, lazım olanda zəng vursun. 2024-cü ilin avqust ayının sonlarında Seymur ona zəng etmiş, Cəlilabada getmək lazım olduğunu bildirmiş, 150 manat müqabilində razılaşmışlar. Seymurdan pulu əvvəlcədən verməsini istəmiş, lakin Seymur pulunun olmadığını bildirdiyindən, onlar getməmişdir. 2 gün sonra Seymur yenidən ona zəng edib, Cəlilabada gəlib onu götürməsini istəmişdir. Onun kartına 50 manat pul göndərmiş, 100 manatı isə gəlib onu götürəndə verəcəyini bildirmişdir. O da yola çıxaraq Cəlilabada getmiş, Seymurun ona göndərdiyi məkana çatmışdır. Həmin yer qaranlıq olmuşdur, çatdıqdan sonra Seymura zəng edib onu tapmışdır, həmin vaxt Seymurun əlində çantalar olmuşdur. Seymur həmin çantaları avtomobilin yük yerinə qoymuşdur. Seymurla birlikdə avtomobillə 1-2 km getdikdən sonra Seymur yoldan adam götürəcəklərini ona bildirmiş və yolda Elşəni götürmüşlər, Elşən arxada əyləşmişdir. Oba marketdə su almaq üçün saxlamış, marketə girəndə polislərin yaxınlaşdığını görüb geriye qayıtmışdır. Onları əvvəlcə Cəlilabad RPŞ-yə aparıb orada saxlamış, daha sonra axşam Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Seymurun əlində 2-3 ədəd çanta olmuşdur. Polislər tərəfindən videoçəkiliş aparılanda da həmin çantalar olmuşdur. Onun avtomobilini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyətinə salıb çantaları orada götürmüşlər. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, yol qırağından Elşəni götürdükdən sonra Seymurla aralarında çantalar barədə söhbət olmamışdır. Elşən telefonuna enerji doldurmaq üçün ondan naqil (usb) istəmişdir. Seymur ona Elşəni əmisi oğlu kimi təqdim etmişdir. Elşənin yanında saxladıqda Seymur Elşənə oturmasını bildirmiş, o da oturmuşdur. O, marketin qarşısında saxlanılarkən polislər onun qolunu burub avtomobilə otuzdurmuş, avtomobilini polis əməkdaşı sürmüşdür.
21. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
22. «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 31 avqust 2024-cü il tarixli qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır. (c İ, i.v 1)
23. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) baş əməliyyat müvəkkili Şahid2 30 avqust 2024-cü il tarixli «Raport»u ilə müəyyən olunur ki, «Seymur və Elşən» adlı şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olduğu bildirilmişdir. Onların ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə göstəriş verilməsi xahiş edilmişdir. (c İ, i.v 4)
24. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 30 avqust 2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 5-6)
25. «Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında» 31 avqust 2024-cü il tarixli protokol və tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi məqsədi ilə ona dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. (c İ, i.v 10-17)
26. «Şübhəli şəxsin tutulması haqqında» 31 avqust 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 31 avqust 2025-ci il tarixdə, saat 03:45-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 18-19)
27. «Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında» 31 avqust 2024-cü il tarixli protokol və tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi məqsədi ilə ona dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. (c İ, i.v 26-33)
28. «Şübhəli şəxsin tutulması haqqında» 31 avqust 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 31 avqust 2025-ci il tarixdə, saat 04:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 34-35)
29. «Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» 31 avqust 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 31 avqust 2024-cü il tarixdə, saat 02:35-də Cəlilabad rayonu, Qarazəncir kəndi ərazisində Şahid1 idarə etdiyi “Toyota Prius” markalı, **-UJ-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilmişlər. Polis İdarəsində üzərlərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əlində saxladığı yük çantasının içərisindən 14 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər və 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə götürülmüşdür.
30. «Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» 31 avqust 2024-cü il tarixli protokolda qeyd edilir: “Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 sağ əlində saxlayaraq təqdim etdiyi yük çantasının içərisindən aşkar edilmiş 14 ədəd bağlamada olan kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, 01 ədəd bağlamada olan maddənin isə nə olduğunu bilmədiyini, lakin həmin çantanı içərisində olan bütün maddə və kütlələrlə birlikdə özünü İran İslam Respublikasının vətəndşı kimi təqdim edən "Amir" adı ilə tanıdığı şəxsin onun telefonuna göndərdiyi Cəlilabad rayonu ərazisində yerləşən məkandan tanışı Təqsirləndirilən şəxs2lə birlikdə gedərək əldə etdiyini, həmin çantanı oradan götürüb "Amir"in növbəti göstərişi ilə başqa ünvana yerləşdirəcəyi təqdirdə sonuncunun bu işin müqabilində ona 20.000 manat pul ödəyəcəyini həmin puldan isǝ 2.000 manatını Elşən Qaniyevə verəcəyini bildirdi. Həmçinin Təqsirləndirilən şəxs2 həmin çantanın içərisində olan maddə və kütlələrdən xəbərdar olduğunu, Parvin Rasulovun isə həmin maddə və kütlələrdən xəbərdar olmadığını, sadəcə taksi sürücüsü olduğundan onları Bakı şəhərinə aparmaq üçün onun sifarişi əsasında Cəlilabad rayonuna gəldiyini bilirdi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 qeyd etdiyi xüsusatlaı bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs1 xahişi ilə onunla birlikdə Celilabad rayonuna gələrək içərisində narkotik vasitələr olan yük çantasını götüdüklərini və həmin işin müqabilində Təqsirləndirilən şəxs1 ona 2.000 manat ödəyəcəyini vəd etdiyini bildirdi”. (c İ, i.v 44-47)
31. «Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» istintaq hərəkətinin əks olunduğu bir ədəd DVD disk məhkəmə istintaqı zamanı baxılaraq tədqiq edilmiş və hökmün 29 və 30-cu bəndində qeyd olunmuş protokollarda yazılanların doğruluğu müəyyən edilmişdir. (c İ, i.v 48)
32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi və bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4390-7/1461 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş: AR DİN “Zərflər üçün №6” möhür əksi, “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş maddə və kütlələr” yazılar olan çantadakı 01 ədəd bükümdə təmiz çəkisi 530 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 14 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1425 qram, 1020 qram, 1025 qram, 1010 qram, 1020 qram, 1015 qram, 1050 qram, 1020 qram, 1040 qram, 1005 qram, 1545 qram, 1560 qram, 1650 qram, 1015 qram, ümumi təmiz çəkisi 16400 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadırlar, həmin marixuana kütlələri bioloji tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edirlər. (c İ, i.v 74-78)
33. Marixuana və heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildirlər. (Siyahı İ)
34. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil etmişdir. (c İ, i.v 73)
35. xx.xx.2024-cü il tarixli «Üzləşdirmə» protokolundan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar hər ikisi ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzünə qarşı söyləmişlər. (c İ, i.v 117-119)
36. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 01 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (c İ, i.v 120-121)
37. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 01 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (c İ, i.v 134-135)
38. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 1090/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 31 avqust 2024-cü il tarixdən hesablanmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilir: «Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş vəsatət və təqdimatın təmin edilməməsini xahiş etdi». (c İ, i.v 186-188)
39. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 1089/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 31 avqust 2024-cü il tarixdən hesablanmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilir: «Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş vəsatət və təqdimatın təmin edilməməsini xahiş etdi». (c İ, i.v 189-191)
40. «Maddi sübut hesab etmə haqqında» 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş külli miqdarda 16400 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 530 qram çəkidə heroin maddi sübut kimi tanınmış, qalıq çəkisi 16399,72 qram qurudulmuş marixuana və 529,8 qram heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Azərbaycan Respublikası BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (c İ, i.v 198-199)
41. «Mobil telefon aparatına baxış keçirilməsi haqqında» 05 sentyabr 2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Honor” markalı mobil telefona baxış zamanı “watsapp” proqramında olan yazışmalarda Babək adı ilə kontakta əlavə edilən İran İslam Respublikasının mobil operatoruna məxsus +98 938 *** ** ** saylı nömrə ilə, həmçinin qeyd olunan ölkəyə məxsus bir neçə mobil nömrə ilə aralarında danışıq olması müəyyən edilmişdir. “Babək” adı ilə qeydə alınmış şəxsə Təqsirləndirilən şəxs1 istifadəsində olan nömrədən “Götürmüşəm”, “Yorğunam”, “Yatmışdım”, “Hamsını götürmüşəm”, “Məndə çox qalmasın bunlar” məzmununda mesajlar göndərilmişdir. Qeyd olunan danışıqların fotoşəkilləri çıxarılaraq iş materiallarına əlavə edilmişdir. (c İ, i.v 206-210)
42. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və ya məhkum olunmamışdır. (c İ, i.v 227-228)
43. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və ya məhkum olunmamışdır. (c İ, i.v 229-230)
44. Təqsirləndirilən şəxs2 müdafiəçisi X3 tərəfindən verilmiş 17 oktyabr 2024-cü il tarixli vəsatətdən aydın olur ki, müdafiəçi Mircəlal Fətullayev Təqsirləndirilən şəxs2 yenidən ifadə alınmasını və həmin istintaq hərəkətinin Bakı İstintaq Təcridxanasında aparılmasını xahiş etmişdir. (c İ, i.v 239-240)
45. «Vəsatətin təmin edilməsi haqqında» 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 müdafiəçisi X1 iştirakı ilə təkrar dindirilməsi qərara alınmışdır. (c İ, i.v 243-244)
46. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 tərəfindən verilmiş 01 oktyabr 2024-cü il tarixli, 456/MEŞ nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 31.08.24xx.xx.2024-cü il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 bədən səthində aşkar edilmiş alın nahiyəsinin, hər ikisi bazunun və sol əlin çapıqları müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişlər, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduqları üçün onların əmələ gəlmə mexanizmi, şəraiti, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün olmamışdır. (c İİ, i.v 33-35)
47. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 tərəfindən verilmiş 01 oktyabr 2024-cü il tarixli, 455/MEŞ nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 31.08.24xx.xx.2024-cü il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 bədən səthində aşkar edilmiş sağ baldırın çapığı müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdir, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduğu üçün onun əmələ gəlmə mexanizmi, şəraiti, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün olmamışdır. (c İİ, i.v 37-39)
48. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6009 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İİ, i.v 40-41)
49. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6010 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən aydın olur ki, Təqsirləndirilən şəxs2 Kannabinoidlərin qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İİ, i.v 42-43)
50. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli, 3000/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən Kannabinoid və fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər, fenotiazin, pirazalon, benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (c İİ, i.v 45-47)
51. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli, 3001/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən Kannabinoid və fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər, fenotiazin, pirazalon, benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (c İİ, i.v 49-51)
52. «Sübutların qiymətləndirilməsi haqqında» 17 aprel 2025-ci il tarixli qərarın nəticə hissəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. (c İİ, i.v 113-133)
53. «Sübutların qiymətləndirilməsi haqqında» 17 aprel 2025-ci il tarixli qərarın nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Honor” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün BMCMİ-nin saxlanc yerinə təhvil verilmişdir. (c İİ, i.v 113-133)
54. «Sübutların qiymətləndirilməsi haqqında» 17 aprel 2025-ci il tarixli qərarın nəticə hissəsindən görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. (c İİ, i.v 113-133)
55. «Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 18 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (c İİ, i.v 136-137)
56. «Vəsatətin rədd edilməsi haqqında» 18 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi ilə əlaqədar vəsatəti əsassız olduğundan rədd edilmişdir. (c İİ, i.v 147-148)
57. «Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 21 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (c İİ, i.v 150-151)
58. «Vəsatətin rədd edilməsi haqqında» 21 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi ilə əlaqədar vəsatəti əsassız olduğundan rədd edilmişdir. (c İİ, i.v 162-163)
59. «Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» 22 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş ümumilikdə külli miqdarda 16400 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda 530 qram çəkidə narkotik vasitə heroinin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmış və ibtidai istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (c İİ, i.v 165-166)
60. «Təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında» 25 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 cinayət işinin materialları ilə tanış olduqdan sonra bildirmişdir: «Cinayət işinin matrialları və maddi subutlarla tanış oldum, özümü təqsirli hesab etmirəm. narkotikin mənə adiyatı yoxdur». Müdafiəçisi X3 cinayət işinin materialları ilə tanış olduqdan sonra bildirmişdir: «El.şən Qəniyev barəsində cinayət işinə xitam verilməsini xahiş edirəm». (c İİ, i.v 171-172)
61. «Vəsatətin rədd edilməsi haqqında» 25 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və müdafiəçisi X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə onun təqsirli bilinməməsi ilə əlaqədar ifadələri vəsatət kimi qəbul edilərək əsassız olduğundan rədd edilmişdir. (c İİ, i.v 173-174)
62. «Təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında» 25 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 cinayət işinin materialları ilə tanış olduqdan sonra bildirmişdir: «Cinayət işinin materialları və maddi subutlarla tanış oldum, təqsirizəm. mən narkotik vaistə əldə etməmişəm». Müdafiəçisi X11 cinayət işinin materialları ilə tanış olduqdan sonra bildirmişdir: «Cinayət işinin matrialları ilə tanış oldum. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edirəm». (c İİ, i.v 176-177)
63. «Vəsatətin rədd edilməsi haqqında» 25 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və müdafiəçisi X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə onun təqsirli bilinməməsi ilə əlaqədar ifadələri vəsatət kimi qəbul edilərək əsassız olduğundan rədd edilmişdir. (c İİ, i.v 178-179)
64. Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 iyun 2025-ci il tarixli qərara əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 DİN BMCMİ-nin əməkdaşları tərəfindən işgəncələrə və təzyiqlərə məruz qalması barədə müraciəti əsasında Xidməti araşdırmalar idarəsində araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs1 qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün material üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir.
65. Eyni zamanda Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 iyun 2025-ci il tarixli qərara əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 DİN BMCMİ-nin əməkdaşları tərəfindən işgəncələrə və təzyiqlərə məruz qalması barədə müraciəti əsasında Xidməti araşdırmalar idarəsində araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs2 qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün material üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir.
66. Məhkəmə iclasında müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 19-20 sentyabr 2023-cü il tarixdə Qarabağ iqtisadi rayonu ərazisində qeyri-qanuni silahlı birləşmələrə qarşı aparılan antiterror əməliyyatlarında iştirak etmişdir.
67. Bundan əlavə, müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş tibb kartasından çıxarışa və digər sənədlərə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 dəqiqləşdirilməmiş bağırsaq qanaxmasından əziyyət çəkir. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində iş yerindən verilmiş xasiyyətnaməyə əsasən müəyyən edilir ki, o, xx.xx.2024 – xx.xx.2024-cü il tarixləri ərzində "xxxx" MMC-də porter vəzifəsində çalışmış, o, iş yeri üzrə nizam-intizamlı və məsuliyyətli işçi kimi xarakterizə edilmişdir.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
68. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
69. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
70. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
71. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
72. «X6 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
73. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, təyin edilmiş və özlərinin seçdiyi müdafiəçilər tərəfindən hüquqları müdafiə edilmiş, onlar elan edilmiş ittihamı mübahisələndirmiş və ittiham üzrə özlərini təqsirli bilməmişlər.
74. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
75. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.
76. CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
77. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
78. Məhkəmə tərkibi məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur.
79. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
80. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir.
81. Məhkəmə, təqsirləndirilən şəxslərin müdafiələri üçün gətirdikləri aşağıdakı dəlillərə münasibət bildirməyi mütləq və zəruri hesab edir:
82. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, çantanı əldə edib daşısa da, onun içərisində qiymətli əşya olmasını zənn etmiş, narkotik vasitə olmasından məlumatı olmamışdır. Seymur iddia etmişdir ki, polis əməkdaşları tərəfindən ona təzyiqlər göstərilmişdir, konkret olaraq "bağlamanı boynuna almasan, qardaşını tutacağıq" deyərək hədələmişlər. O, bu təzyiqlərdən sonra həmin maddələrin onlara məxsus olmasını etiraf etməyə məcbur olduğunu bildirmişdir. Həmçinin, o, qeyd etmişdir ki, məhkəmədə barəsində qətimkan tədbiri seçilərkən döyülməsi barədə məlumat vermişdir.
83. Digər Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, ibtidai istintaqın əvvəlində verdiyi etirafedici ifadələri və sonrakı mərhələdə yeni müdafiəçi ilə verdiyi ifadəni təsdiq etmədiyini bildirmişdir. Elşən sonuncu ifadəsində Seymur ona Cəlilabad rayonuna əmisi oğlunu görmək məqsədi ilə getdiyini bildirdiyini qeyd etmiş, o da yol yoldaşı olmaqdan ötrü onunla getmişdir. Daha sonra Seymurla mübahisə edib oradan ayrılmış, piyada getdikdən sonra Seymur taksi ilə gəlib onu götürmüşdür. O, polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qaldığını iddia edərək, Cəlilabad Rayon Polis Şöbəsinə gətirildikdən sonra yuxarı otaqlardan birində onu 20-25 dəqiqə yumruq və təpik zərbələri ilə döydüklərini və nəticədə ürəyi getdiyini bildirmiş, etirafedici ifadələrini məcburiyyət altında verdiyini demişdir.
84. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı irəli sürdükləri müdafiə dəlillərini mötəbər hesab etmir və onların ziddiyyətli ifadələrinə tənqidi yanaşır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslərin ibtidai istintaqın ilkin mərhələsində verdikləri etirafedici ifadələr iş üzrə toplanmış obyektiv sübutlarla tam təsdiq edilir. Məhkəmə hazırki cinayət işi üzrə aşağıda göstərilən halları qeyd edir: - Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadələrində qeyd etmişdir ki, İran İslam Respublikasının vətəndaşı olan "Amir" adlı şəxs bundan öncə də dəfələrlə ona yazıb narahat etmiş və ona dediyi malları götürüb lazım olan yerə aparmağı və bunun müqabilində ona pul verməyi təklif etmişdir. Təqsirləndirilən şəxs bu təkliflə əvvəllər razılaşmamış, lakin sonradan maddi ehtiyacı olduğu üçün həmin şəxsin təklifini qəbul etmək məcburiyyətində qaldığını bildirmişdir. Məhkəmə bu cür ardıcıl israr və buna qarşı dəfələrlə imtina edilməsi faktına məntiqi qiymət verərək, Seymurun əməlinin qanunsuz mahiyyətini əvvəlcədən dərk etməsinin bariz sübutu hesab edir. Məhkəmənin qənaətincə, əgər söhbət Seymurun iddia etdiyi kimi, içərisində qiymətli əşya olan qanuni bir bağlamanın daşınmasından gedirdisə, bu halda əməliyyatın müqabilində Seymura külli miqdarda pul (20.000 manat) vəd edilməsinə və onun bu riskli təklifdən dəfələrlə imtina etməsinə zərurət qalmazdı. Seymurun ilkin imtina səbəbləri, xüsusilə də onun hüquq-mühafizə orqanlarında işləmək istəyi ilə bağlı olması, bu yüksək gəlirli təklifin açıq şəkildə qanunsuz və cinayət xarakterli olduğunu başa düşməsinə dəlalət edir. Nəticə etibarilə, təqsirləndirilən şəxsin yalnız maddi ehtiyac səbəbindən razılaşdığını bildirməsi, onun əvvəllər qanunsuz olduğunu bildiyi bir təklifi məhz pul müqabilində qəbul etdiyini təsdiqləyir və bağlamanın içindəkilərdən məlumatsız olması barədə müdafiə mövqeyini tamamiləm təkzib edir. - Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində etiraf etmişdir ki, bu cinayətkar razılaşmanın möhkəmləndirilməsi və onun xərcləri üçün "Amir" adlı İran vətəndaşı tutulmazdan 2 gün qabaq onun kart hesabına 500 manat pul göndərmişdir. - Təqsirləndirilən şəxslər saxlanılarkən keçirilən “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 31 avqust 2024-cü il tarixli protokolda şifahi sorğu zamanı hər iki şəxs əməllərini etiraf etmişdir. Seymur, İran İslam Respublikasının vətəndaşı olan “Amir”lə tanış olduğunu və onun telefonuna göndərdiyi məkana Elşənlə birlikdə getdiklərini, yük çantasını əldə etdiklərini, çantanı başqa ünvana yerləşdirmək müqabilində 20.000 manat alacağını, bu puldan da 2.000 manatını Elşənə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 də şifahi sorğu zamanı bu xüsusatları bir daha təsdiqləmiş, Seymurun xahişi ilə birlikdə Cəlilabada gələrək narkotik vasitələr olan yük çantasını götürdüklərini və ona 2.000 manat vəd edildiyini bildirmişdir. Prosesual hərəkətlərin gedişatını və nəticələrini əks etdirən DVD diskə baxış zamanı həmin protokolda qeyd edilənlərin videogörüntülərlə eyni olduğu və protokolun düzgün tərtib edildiyi müəyyən edilmişdir. - Təqsirləndirilən şəxslərin guya fiziki və ya psixi təzyiq altında olmaları barədə iddiaları əsassız hesab edilir. Təqsirləndirilən şəxslər ibtidai istintaq orqanının əməliyyat müvəkkilləri tərəfindən qanunsuzluğa məruz qalmaları barədə şikayət etsələr də, Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsi tərəfindən aparılmış araşdırmalar bu faktları təsdiq etməmişdir. Bu araşdırmaların nəticələrinə əsasən, Təqsirləndirilən şəxs1 qarşı və Təqsirləndirilən şəxs2 qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün material üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinələri zamanı iddia etdikləri dövrdə (xx.xx.2024 - xx.xx.2024-cü il tarixlər) yetirilməyə uyğun gələn heç bir xəsarət aşkarlanmamışdır. Beləliklə, Elşənin "20-25 dəqiqə döyüldüyü" barədə iddiaları tibbi ekspertizanın rəyi və Baş Prokurorluğun xidməti araşdırmasının qərarı ilə tam təkzib olunur. - Təqsirləndirilən şəxslərin tutulduqdan iki gün sonra, yəni 01 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində barələrində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən, onlar polis əməkdaşları tərəfindən edilən təsir və təzyiqlər barədə heç bir iddia qaldırmamışlar. Bu fakt onların sonradan irəli sürdükləri zorakılıq iddialarının qeyri-səmimi və müdafiə xarakterli olduğunu göstərir. - Təqsirləndirilən şəxs1 məxsus mobil telefona baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş materiallar sübut edir ki, Seymur (+**********66 saylı, “Babək” adı ilə qeydə alınmış) İran İslam Respublikası vətəndaşı ilə WhatsApp vasitəsilə əlaqə saxlamışdır. Bu yazışmalar narkotik vasitənin daşınması niyyətini və faktiki icrasını təsdiq edir: “Götürmüşəm”, “Hamsını götürmüşəm”, “Məndə çox qalmasın bunlar” məzmununda mesajlar göndərilmişdir. Seymurun bu yazışmaları və İran vətəndaşının dəfələrlə təkrar etdiyi təklifi əvvəllər rədd edib, yalnız maddi ehtiyac səbəbindən qəbul etməsi faktı, onun daşınan əşyanın qanunsuz mahiyyəti barədə məlumatlı olduğunu isbat edir. - Həmçinin, Seymurun ifadəsində İranlı şəxsin içində dəyərli əşya olan bağlamanı “Dron” vasitəsi ilə Cəlilabad rayonu ərazisinə atacağını bildirməsi onların cinayət əlaqəsində olmasını və əldə etdikləri bağlamanın narkotik vasitə olmasından Seymurun məlumatlı olduğunu təsdiqləyir. - Təqsirləndirilən şəxs2 ibtidai istintaqda Seymurla əlbir olduğunu, torbanı götürməkdə iştirak etdiyini və 2000 manat vəd edildiyini etiraf etməsi, lakin daha sonra yeni müdafiəçi ilə verdiyi ifadədə torbanın götürülməsini gördüyünü, amma içindəkinin nə olduğunu bilməməsi, torba avtomobilə qoyularkən orda olduğunu deməsi, daha sonra məhkəmə istintaqı zamanı tamamilə yeni, üçüncü ifadə verərək, əvvəlki iki ifadəsini təkzib etməsi, onun ifadəsinin mötəbərliyini zəiflədir, həmçinin Təqsirləndirilən şəxs2 müdafiə mövqeyini sarsıdır. - Taksi sürücüsü Şahid1 məhkəmə iclasında ifadəsində Seymuru taksi fəaliyyəti ilə əlaqədar tanıdığını və Seymurun ona zəng edib onları Cəlilabaddan götürməsini xahiş etdiyini bildirmişdir. Pərvin qeyd etmişdir ki, Seymuru tapmış, çantanı baqaja qoymuşlar, daha sonra yolda Elşəni götürmüşlər. Pərvin saxlanılan zaman onlara qarşı təsir və ya təzyiq olmadığını da ifadə etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqın sonrakı mərhələsində müdafiəçisinin iştirakı ilə verdiyi ifadədə isə narkotik vasitə olan torbanı Seymurun götürməsi anını gördüyünü, içərisində nə olduğunu soruşduğunu, Seymurun cavab vermədiyini, daha sonra torbanı birlikdə maşına qoyduqlarını bildirmişdir. Məhkəmə hesab edir ki, taksi sürücüsü Pərvinin Elşəni yoldan götürməsi barədə ifadəsi ilə Elşənin özünün əvvəlki ifadəsində “Seymurla birlikdə torbanın götürülməsi, maşına qoyulmasında iştirak etdiyini deməsi” arasındakı ziddiyyət taksi sürücüsünün ifadələrinin mötəbərliyini şübhə altına alır. Pərvinin Seymuru əvvəldən taksi fəaliyyəti ilə əlaqədar tanıması və Elşənin ifadələrini tez-tez dəyişməsi bu şəxslərin mövqelərinin cinayət məsuliyyətindən yayınmaq üçün hazırlanmış süni müdafiə mövqeyi olduğunu təsdiqləyir. - Elşənin "işdən çıxıb gəzmək" və ya Seymurun əmisi oğlunu görmək məqsədilə sutkanın qaranlıq vaxtı, axşam saat 20:00 radələrində Cəlilabada çatması, Cəlilabada çatdıqdan sonra avtomobildən düşüb uzun bir məsafəni sahənin ortasına doğru piyada getməsini, 6 saat orada gözləməsini onun guya Seymurun əməllərindən məlumatsız olması barədə dediyi fikirləri şübhə altına salır. Həmçinin, Elşənin Seymurla savaşıb getmək üçün yol qırağında 2 saat durmasına baxmayaraq, 2 saat ərzində həmin yoldan maşın keçməməsi barədə iddiası da inandırıcı hesab edilmir. Bu hərəkətlər Seymurun dronla atılacaq külli miqdarda narkotik vasitəni gözlədikləri barədə ibtidai istintaq ifadələri ilə tam uzlaşaraq, səfərin yeganə məqsədinin cinayətkar məqsəd olmasını təsdiqləyir.
85. Məhkəmə yuxarıda qeyd edilən halların cəminə hüquqi qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri təkzibedici ifadələri, əvvəlki etirafedici ifadələri və iş materiallarında olan biri-digəri ilə uzlaşan sübutların məcmusu ilə ziddiyyət təşkil edir. Məhkəmə, bu ziddiyyətli ifadələrə tənqidi yanaşır, çünki onlar heç bir sübutla təsdiq edilməməklə və işin hallarına uyğun gəlməyərək, özünümüdafiə mövqeyinə söykənən subyektiv mülahizə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxslərin iddiası cinayət məsuliyyətindən yayınmağa yönəlmiş cəhd kimi dəyərləndirilir.
86. Beləliklə, məhkəmə araşdırması nəticəsində hadisənin müəyyən edilmiş, mübahisəsiz və iş materialları ilə tam təsdiq edilən mənzərəsi bundan ibarətdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 pul vədi müqabilində külli miqdarda narkotik vasitə əldə etmək, saxlamaq və daşımaq niyyəti ilə şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmişlər. Cinayətkar sövdələşməyə əsasən, Təqsirləndirilən şəxs1 İran vətəndaşından külli miqdarda narkotik vasitəni daşımaq müqabilində 20.000 manat alacağı barədə razılığa gəlmiş, bu puldan 2.000 manatını isə əməlin icrasında iştirak edən Təqsirləndirilən şəxs2 verəcəyini vəd etmişdir. Seymurun İran vətəndaşının dəfələrlə edilən bu yüksək gəlirli təklifini əvvəllər rədd etməsi, lakin sonradan maddi ehtiyac ucbatından qəbul etməsi, onun daşınan əşyanın qanunsuz mahiyyətini əvvəlcədən dərk etdiyini məntiqi olaraq təsdiqləyir. Bu cinayətkar razılaşmanın möhkəmləndirilməsi və onun xərcləri üçün "Amir" adlı İran vətəndaşı tutulmazdan 2 gün qabaq onun kart hesabına 500 manat pul göndərmişdir. Bundan sonra Hər iki təqsirləndirilən şəxs Cəlilabad rayonu, Qarazəncir kəndi ərazisinə yollanmış, Təqsirləndirilən şəxs1 mobil telefonda İran vətəndaşı ilə olan danışıqları əsasında narkotik vasitə olan yük çantasını əldə etmiş və bu külli miqdarda narkotik vasitələri çağırdıqları taksi avtomobilinə qoyaraq birlikdə daşımışlar. Onlar Cəlilabad rayonu, “Oba” marketin qarşısında saxlanılmışlar. Onların qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməli törətmələri, hər iki təqsirləndirilən şəxsin saxlanılarkən müdafiəçilərinin iştirakı ilə dərhal verdikləri və hərəkətlərin xüsusatlarını (əlbirlik, narkotikin götürülməsi və 2000 manat vəd edilməsi) təsdiqləyən ilkin etirafedici şifahi ifadələri, bu prosesi əks etdirən və protokolu təsdiqləyən videogörüntülərin yer aldığı DVD disk, xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolu, Seymurun cinayətkar əlaqəni sübut edən mobil telefon yazışmaları (X16 Respublikası vətəndaşına “Götürmüşəm”, “Hamsını götürmüşəm”, “Məndə çox qalmasın bunlar” bildirməsi), eləcə də onların zorakılıq iddialarının tibbi yoxlamalar və Baş Prokurorluğun xidməti araşdırmasının qərarı ilə rədd edilməsi barədə məhkəməyə təqdim edilmiş rəsmi materiallar kimi bir-biri ilə uzlaşan mötəbər sübutların məcmusu ilə tam və şübhəsiz təsdiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 guya sonradan Seymurdan aralanıb getmək üçün 2 saat avtomobil gözləməsi və ya Seymurdan aralanıb piyada gəldiyi yolun əks istiqamətinə piyada hərəkət etməsi barədə sonrakı ziddiyyətli və qeyri-həqiqi ifadələrini, cinayət məsuliyyətindən yayınmağa yönəlmiş subyektiv mülahizə kimi dəyərləndirir.
87. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməli törətmələri məhkəmə tərəfindən tam sübuta yetirilmiş hesab olunur.
88. İşdə bu faktı şübhə altına alan, aradan qaldırıla bilməyən şübhələr mövcud olmadığından, məhkəmə müdafiə tərəfinin bu cür iddialarını törədilmiş ağır cinayət əməllərinə görə məsuliyyətdən yayınmağa yönəlmiş cəhdi kimi qiymətləndirir.
89. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
90. Beləliklə, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi düzgün hesab edilməlidir. Həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməllər ağır cinayətlərdir.
91. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
92. CPM-in 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
93. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
94. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 500 qramdan artıq çəkidə qurudulmuş marixuana külli miqdar və 2 qramdan artıq çəkidə heroin külli miqdar təşkil edir.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
95. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
96. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
97. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur.
98. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri).
99. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 19-20 sentyabr 2023-cü il tarixdə Qarabağ iqtisadi rayonu ərazisində qeyri-qanuni silahlı birləşmələrə qarşı aparılan anti-terror əməliyyatlarında iştirak etməsini onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır.
100. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir.
101. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
102. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli Plenum Qərarına əsasən məhkəmələrə hər bir işdə cəza təyininə fərdi yanaşmağı, təqsirkarın şəxsiyyətini, ailə vəziyyətini hərtərəfli nəzərə almağı tövsiyə edir. Həmin qərarın 4-cü bəndində CM-in 59-cu maddəsində nəzərdə tutulmamış halların da yüngülləşdirici hal kimi nəzərə alına biləcəyi və bunun hökmdə əsaslandırılmalı olduğu göstərilir.
103. Məhkəmə, göstərilən halları, təqsirkarların şəxsiyyətini və onların baş verən cinayət hadisəsində faktiki olaraq iştiraklarının xarakterini nəzərə alaraq onlara cəza təyin edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə məhz törədilmiş cinayət əməlinə görə məsuliyyət müəyyən edən maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər.
104. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
105. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl ağır cinayətlər kimi təsnif edilmişdir. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.
106. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər.
107. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
108. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onların faktiki həbsə alındığı andan, xx.xx.2024-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
109. Məhkəmə hökmün 48 və 49-cu bəndlərində qeyd edilən ekspertiza rəylərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdırlar.
110. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar otağında saxlanılan ilkin çəkiləri külli miqdarda 16400 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 530 qram çəkidə heroinin qalıq çəkiləri 16399,72 qram qurudulmuş marixuana və 529,8 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir.
111. «Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında», «Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında» istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlərin əks olunduğu videogörüntülərinin köçürüldüyü 02 (iki) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır.
112. Azərbaycan Respublikası CPM-in 346.1.21 və 353.4.10-cu maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
113. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza tədqiqatı xərci – 60 (altmış) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər şəkildə (hər birindən 30 (otuz) manat) tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin X2 210005 kod, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE ******************** dövlət büdcəsinə ödənilməlidir.
114. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
115. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CMnin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur.
116. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
117. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 4 mart 2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli və «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və onlar ərazi narkoloji kabinetində qeydiyyata götürülsünlər. İş üzrə maddi sübutlar olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş külli miqdarda 16400 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 530 qram çəkidə heroinin qalıq çəkiləri 16399,72 qram qurudulmuş marixuana və 529,8 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Honor” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatı xərci – 60 (altmış) manat təqsirləndirilən şəxslərdən bərabər şəkildə (hər birindən 30 (otuz) manat) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin və iş materiallarının əks olunduğu 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva