Məhkəmə qərarları › İş №1(099)-342/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-342/2024

05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-342/2024 05.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə xx.xx.1985-ci ildə Rusiya Federasiyasının İrkutsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Salyan şəhəri, 20 yanvar küçəsi ev 3, mənzil 5-də qeydiyyatda olmaqla orada yaşamış, Salyan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək hazırda cəza çəkən Təqsirləndirilən şəxs1 xx.xx.1976-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Salyan rayon DOST mərkəzində xadimə işləyən, məhkum olunmamış, Salyan şəhəri, X.R.Ulutürk küçəsi ev 55-də qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanında yerləşən 104 saylı peşə litseyin yataqxanasında yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-1 və 29,317- 1.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyaların ötürülməsi barədə razılığa gələrək özünün şəxsi istifadəsi üçün külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs2 vasitəsilə əldə edib cəzaçəkmə müəssisəsinə göndərmək barədə verdiyi tapşırıq əsasında sonuncu 2023-cü il avqustun 18-də saat 23 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən 104 saylı peşə litseyin yataqxanasındakı mənzilində Şahid6 220 manat müqabilində 5 ədəd polietilen kəsiyi bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,657 qram, 0,776 qram, 0,676 qram, 0,541 qram, 0,665 qram, ümumi təmiz çəkisi külli miqdar təşkil edən 3,315 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,642 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib yerini dəyişməklə yaşadığı mənzildə qanunsuz olaraq saxlamaqla daşımış, avqustun 19-da Təqsirləndirilən şəxs1 üçün cəzaçəkmə müəssisəsinə göndəriləcək sovqatda digər ərzaq məhsulların arasında olan bir ədəd şirin bibər tərəvəz məhsulunun arxa hissəsini Təqsirləndirilən şəxs1 ona izah etdiyi qaydada deşərək xüsusi üsulla həmin 5 ədəd heroin və 1 ədəd metamfetamin bükümünü yerləşdirib digər meyvətərəvəz məhsullarının arasında gizlədərək 2 ədəd sovqat bağlaması hazırladıqdan sonra həmin tarixdə saat 12 radələrində yaşadığı yataqxananın yanında 5 saylı cəzaçəkmə müəssisəsində çəza çəkən ögey qardaşı Şahid5 sovqat aparacaq Şahid7 ilə görüşüb sovqat bağlamalarını ona verib taksi avtomaşını ilə Salyan rayonu Xalac kəndi ərazisində yerləşən 5 saylı Cəzaçəkmə müəssisəsinə yola salmış, həmin tarixdə saat 13:30 radələrində 5 saylı Cəzaçəkmə müəssisəsində Şahid7 gətirdiyi sovqat bağlamalarına cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən xüsusi ayrılmış otaqda hal şahidlərin iştirakı ilə keçirilmiş baxış zamanı şirin bibər tərəvəz məhsulunun içərisində gizlədilmiş həmin külli miqdarda narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürüldüyündən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama, daşıma və göndərmə, həmçinin cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi cinayət əməllərini törətməyə cəhd etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-1 və 29,317-1.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib törətdiyi cinayət əməlinə görə peşman olduğunu, iş üzrə ibtidai istintaq zamanı ifadə verdiyini və həmin ifadələrini təsdiq etdiyini bildirib ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyi üçün Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan oluna bilər) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan olunmaqla tədqiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, Salyan şəhər sakini Təqsirləndirilən şəxs1 ilə təxminən 2 il qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamışlar. 2023-cü ilin may ayında Salyan Rayon Məhkəməsinin hökmü ilə Taleh narkotik vasitələrin qanaunsuz dövriyyəsinə görə məhkum olunmuşdur və hazırda Salyan rayonu Xalac kəndi ərazisində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkirmiş. Tutulduğu müddət ərzində cəzaçəkmə müəssisəsinin telefonu ilə Taleh onun istifadə etdiyi ***-***-**-** və ***-***-**-** nömrəli telefona dəfələrlə zəng edib cəzasını çəkdiyi yerdə “tavanı” olduğunu, kimlərəsə narkotik vasitə gətizdirəcəyinə söz verdiyini, sözünü tuta bilmədiyi üçün digər dustaqlar tərəfindən incidildiyini deyib ona narkotik vasitə göndərməyini istəmişdir. O, dəfələrlə Talehin bu kimi istəyini rədd edib tututlmaqdan qorxduğunu, cəza çəkdiyi yerə narkotik gətirməyəcəyini bildirmişdir. Lakin Taleh öz istəyindən əl çəkməmiş, hər dəfə etdiyi telefon danışıqları zamanı təkidlə ona narkotik gətirməyi istəmişdir. Avqust ayının əvvəllərində növbəti telefon danışığı zamanı Taleh yenidən ona narkotik gətirməyi istədikdə, o bildirmişdir ki, nə narkotik almağa pulu yoxdur, nə də narkotiki kimlərdən ala biləcəyini bilmir. Həmin telefon danışığı zamanı Taleh ona demişdir ki, ona məxsus bank kartına pul göndərəcəklər, həmin pulu bankomatdan çıxardıqdan sonra bir nəfər tanışı gəlib pulu ondan götürüb əvəzində narkotik gətirəcəkdir, o da həmin narkotiki ona göndəriləcək sovqatın içərisindəki şirin bibərin içərisində gizlədib başqa bir tanışının vasitəsi ilə onun üçün cəzaçəkdiyi yerə göndərəcəkdir. O bu dəfə etiraz etməmiş və Talehin təklifi ilə razılaşmışdır. Bundan bir neçə gün sonra, avqust ayının əvvəllərində adına olan “Leobank” plastik kart hesabıma 2 dəfəyə cəmi 330 manat məbləğində pul köçürülmüşdür, lakin pulun konkret olaraq kim tərəfindən göndərildiyini bilməmişdir. Həmin pulun 100 manatını Talehin razılığı ilə öz ehtiyaclarına xərcləmiş, qalan 220 manatı isə özündə saxlamışdır. Avqustun 18-də günorta saatlarında əvvəllər tanımadığı, sonradan adı ona məlum olmuş Aydın adlı şəxs ***-***-**-** nömrəli telefonla zəng edib gəlib ondan pul götürmək istədiyini bildirmişdir. Həmin gün günorta saatlarında Aydın onun yaşadığı evin qarşısına gəlmiş və o, bankomatdan çıxartdığı Talehin ona göndərdiyi puldan qalmış 220 manatı Aydına vermişdir. Həmin gün Taleh ona zəng edib Aydının gəlib ondan pul götürüb-götürmədiyini soruşduqda, o Talehə bildirmişdir ki, bir az əvvəl Aydın adlı şəxs gəlib pulu ondan götürmüşdür. O zaman Taleh demişdir ki, qalan şeylərlə işi olmasın, gedib bazarlıq eləsin, sovqat hazırlasın, sabah adam gəlib sovqat bağlamalarını ondan götürəcəkdir. Həmin gün təxminən saat 23 radələrində Aydın yenidən ona zəng edib görüşmək istədiyini demiş və evinin qarşısında onunla görüşüb cəmi 6 ədəd selofan büküm verib çıxıb getmişdir. O, həmin bükümləri gətirib öz evində baxdıqda 5 ədəd selofan bükümdə qara rəngli və 1 ədəd selofan bükümdə ağ rəngli maddə olduğunu görmüşdür. Ertəsi gün, avqustun 19-da səhər saatlarında evdən çıxıb köhnə Salyan bazarına gəlib Taleh üçün göndərəcəyi sovqat üçün meyvə-tərəvəz alıb evinə qayıtmışdır. Bazarda olarkən Talehə məxsus və həmin vaxt onda olan ***-***-**-** nömrəli telefona tanımadığı ***-***-**-** nömrəli telefondan bir neçə dəfə zəng gəlmişdir və o, öz telefonundan həmin nömrəyə zəng etdikdə cavan oğlan uşağı cavab verib demişdir ki, “Xalac türməsinə” öz qardaşı üçün sovqat aparacaqdır, ona tapşırmışlar ki, onun da sovqatını götürsün. O, həmin vaxt adını bilmədiyi oğlana telefonda demişdir ki, hələm bazarlıq edirmiş, sovqat hazır olanda zəng edib xəbər edəcəkdir. O, bazardan çıxıb öz evinə gəlmiş və Taleh üçün sovqat hazırlamağa başlamışdır. O, Talehin tapşırdığı kimi edib bir gün əvvəl Aydının gətirib ona verdiyi cəmi 6 ədəd selofan bükümlərdə olan narkotik vasitələri bir az əvvəl bazardan aldığı şirin bibərlərdən birinin arxadan saplaq hissəsini bıçaqla deşib səliqəli şəkildə bükümləri bibərin içərisinə yerləşdirmişdir. Daha sonra aldığı bütün məhsulları, bibər və pomidorları, digər ərzaq və siqaretləri, alt paltar dəstlərini 2 ədəd bağlamaya yığmışdır. Bundan sonra sovqat aparacaq oğlana zəng edib sovqatların hazır olduğunu deyib bağlamaları götürmək üçün Salyan şəhərindəki “Sevinc” şadlıq sarayının yanına gəlməyini istəmiş və özü küçədə qalıb gözləməyə başlamış, təxminən 10-15 dəqiqədən sonra cavan bir oğlan uşağının piyada gəldiyini görmüşdür və onlar görüşdükdə oğlanın adının Yüksəl olduğunu bilmişdir. O, Taleh üçün hazırladığı 2 ədəd sovqat bağlamasını verdikdə Yüksəl bağlamaları görüb yükün ağır olduğunu, çünki öz qardaşının da 5 saylı cəzaçəkmə müəssisəində cəza çəkdiyini və qardaşına sovqat aparacağını demişdir. O, yaxınlıqda dayanmış Vüqar adlı taksi sürücüsünə 10 manat verib Yüksəli “Xalac türməsinə” aparmağını istəmiş, sonra Yüksələ əlavə 2 manat verib yoldan 4 ədəd zavod çörəyi alıb aparacağı sovqatın içərisinə qoymağını xahiş edib yola salmışdır. Daha sonra həmin gün təxminən saat 20 radələrində yaşadığı evin yanında küçədə olduğu zaman mülki geyimdə olmuş polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib birlikdə rayon polis şöbəsinə getməyi təklif etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir, çünki Talehə göndərdiyi narkotik vasitələrə görə tutulacağını hiss etmişdir. Polis şöbəsində müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulduğu ona elan olunmuş, şübhəli şəxs kimi vəkil təqdim edilmiş, hüquq və vəzifələri izah olunmuş, bununla bağlı yazılı bildiriş təqdim edilmişdir. Eyni zamanda təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa təqdim edərək masanın üzərinə qoysun. O bildirmişdir ki, üzərində heç bir narkotik vasitə və qadağan olunmuş əşya yoxdur. Üzərində keçirilmiş şəxsi axtarış zamanı heç bir narkotik vasitə, pul və qiymətli əşya aşkar edilməmişdir. Bu barədə tərtib edilmiş protokol ona ucadan oxunduqdan sonra protokolu və digər sənədləri imzalamışdır. Tutduğu əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. ***-***-**-** mobil telefon nömrəsi Talehə məxsusmuş, Taleh tutularkən həmin telefonu ona vermişdir və onunla danışmaq üçün cəzaçəkmə yerindən həmişə həmin nömrəyə zəng etmişdir. Taleh tutulduqdan sonra, o 2 dəfə Talehə sovqat aparmışdır, çünki öz oğlu da həmin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkirmiş, ona görə öz oğluna sovqat aparan zaman Talehə də sovqat aparmışdır. Talehin deməsinə görə onun bank kartına 330 manat pulu göndərmiş şəxs Talehin öz bibisi oğludur, lakin həmin şəxsin adını və harada yaşadığını bilməmişdir. Aydının gətirdiyi heroin və metamfetaminin sonradan onun tərəfindən Taleh üçün cəzaçəkmə müəssisəsinə göndəriləcəyi barədə Aydın ilə onun arasında heç bir söhbət olmamışdır, çünki Aydın onun yanına gəlib heç bir söz demədən 220 manatı götürüb getmiş və həmin gün saat 23 radələrində yenidən gəlib cəmi 6 ədəd selofan bükümdə olan heroin və metamfetamini verib heç bir söz demədən çıxıb getmişdir. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 həmin ifadələrində göstərilənləri təsdiq etdiyini, lakin Nicatın bacısı oğlu olduğunu, ifadələrinin digər hissələrinin isə doğru olduğunu, əməlindən çox peşman olduğunu, tam səmimi olduğunu, bir səhv elədiyini, bir daha belə səhv eləməyəcəyini bildirib, ona köməklik edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-1 və 29,317-1.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib törətdiyi cinayət əməlinə görə peşman olduğunu, iş üzrə ibtidai istintaq zamanı ifadə verdiyini və həmin ifadələrini tam təsdiq etdiyini bildirib ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyi üçün Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan oluna bilər) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan olunmaqla tədqiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, 2023-cü il mayın 3-də Salyan Rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur və hazırda cəzasını 5 saylı cəzaçəkmə müəssisəsində çəkirmiş. Salyan şəhər sakini Şahid6 ilə də həmin cəcazçəkmə yerində tanış olmuşlar, əvvəllər aralarında tanışlıq, ədavət və ziddiyyət olmamışdır. Həmçinin Şahid5 ilə də 5 saylı çəzaçəkmə müəssisəsində tanış olmuşlar, bir yerdə cəza çəkirmişlər. Salyan şəhər sakini Təqsirləndirilən şəxs2 ilə tutulmamışdan əvvəl 2 il ərzində qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamışlar. O, tutulmamışdan əvvəl özünə məxsus ***-***-**-** nömrəli mobil telefonu Bahara vermişdir və cəzaçəkmə yerindən Bahar ilə telefon əlaqəsi saxladıqda məhz özünə məxsus həmin telefon nömrəsinə zəng edirmiş. Həmçinin sonuncu dəfə məhkəmə iclasına gedərkən öz adına olan “Kapitalbank”a məxsus bank kartını da Bahara vermişdir, həmin vaxt onun kart hesabında 330 manata yaxın məbləğdə pul olmuşdur. 2023-cü ilin iyul ayından başlayaraq cəzaçəkmə müəssisəsinin telefonu ilə bir neçə dəfə Bahar ilə telefon əlaqəsi saxlayıb ona göndəriləcək sovqatın içərisində onun üçün narkotik vasitə gizlədilməsini istəmişdir. Lakin hər dəfə Bahar rədd cavabı verib bunu etməkdən imtina etmişdir. O hər dəfə Bahara telefonla demişdir ki, narahat olmasın, qorxulu bir iş yoxmuş, sovqat içərisində gizlətdiyi narkotikdən heç kimin xəbəri olmayacaqdır. Nəhayət avqust ayının əvvəllərində növbəti telefon danışığı zamanı Bahardan ona narkotik göndərməyi istədikdə Bahar bunu etməyə razılıq versə də, narkotik almağa pulu olmadığını və narkotiki kimlərdən ala biləcəyini bilmədiyini demişdir. O zaman Bahara demişdir ki, onun mobil telefonundakı “Birbank” telefon tətbiqi vasitəsilə ona məxsus bank kartında olan pulu özünün bank kartına köçürsün, sonra pulu bankomatdan çıxardıb özündə saxlasın, lazım olan adam gəlib pulu ondan götürüb gedib narkotik alıb gətirib ona verəcəkdir, pulun qalan hissəsinə isə bazarlıq edib ona sovqat hazırlamağı tapşırmışdır. Bahar sovqat içərisində narkotik gizlədib ona göndərməyə razılıq verdikdən sonra, o Şahid6 zəng edib demişdir ki, güya Bahar adlı tanış qadını narkomandır, ağrıdan əziyyət çəkirmiş, lakin özünə narkotik ala bilmirmiş və Aydından xahiş etmişdir ki, gedib Bahardan pul götürüb 4 qram heroin və 1 qram metamfetamin alıb aparıb Bahara versin. Əvvəlcə Aydın bunu etməkdən imtina etmişdir. Aydın ona demişdir ki, azadlığa çıxdıqdan sonra narkotik almamağı və narkotik qəbul etməməyi özünə söz vermişdir. Lakin sonrakı günlər daha bir neçə dəfə Aydına zəng edib Bahar adlı tanışı üçün narkotik almağı xahiş etdikdə nəhayət Aydın bunu etməyə razılıq vermişdir. Aydın Bahar üçün narkotik alıb verməyə razılıq verdikdən sonra, o Bahar ilə telefon əlaqəsi saxlayıb Aydın adlı tanışının gəlib ondan pul götürüb gedib narkotik alıb gətirib ona verəcəyini bildirmişdir. Daha sonra Bahara tapşırmışdır ki, onun üçün sovqat hazırlamaq üçün gedib bazarlıq etsin, Aydının gətirib verəcəyi narkotikləri isə şirin bibər tərəvəzinin içərisində gizlədib ona göndərsin. Onun heç bir yaxın qohumu və valideynləri olmadığından həbs olunduqdan sonra cəcaçəkmə müəssisəsinə onunla heç kim görüşə gəlməmişdir və sovqat gətirməmişdir. Yad və kənar adamların isə dustaq üçün cəzaçəkmə müəssisəsinə sovqat gətirilməsi qadağanmış. O bilirmiş ki, yaxın günlərdə məhkum yoldaşı Şahid5 üçün valideynləri sovqat gətirəcəkmişlər, ona görə Nicatdan xahiş etmişdir ki, öz qohumları ilə telefon danışığı zamanı tapşırsın ki, onun üçün hazırlanmış sovqatı Bahardan götürüb gətirsinlər və gətirilən sovqatı da Nicat öz adına yazdırsın. Nicat onun xahişinə etiraz etməmiş və öz qohumları ilə telefon danışığı zamanı tapşırmışdır ki, qardaşı gedib Bahar ilə görüşüb Taleh üçün hazırlanmış sovqatı götürüb gətirsin. Lakin avqustun 19-da cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən Nicatın qardaşı tərəfindən cəzaçəkmə müəssisəsinə həm Nicat üçün, həm də Bahardan götürüb onun üçün gətirilən sovqat bağlamalarına keçirilmiş baxış zamanı Baharın şirin bibər tərəvəzi içərisində gizlətdiyi heroin və metamfetamin bükümləri aşkar edilmişdir. Tutduğu əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. O, Nicata deməmişdir ki, onun üçün gətirilən sovqat bağlamaların içərisində heroin və metamfetamin olacaqmış, çünki bunu Nicata əvvəlcədən demiş olsaydı, Nicat heç vaxt razılıq verməzmiş ki, qohumlarından kimsə cəzaçəkmə müəssisəsinə narkotik keçirtməyə cəhd etsin. O, bu səbəbdən onun üçün gələn sovqatın içərisində narkotik vasitə və psixotrop maddə olduğunu Nicata deməmişdir və Nicatın bundan hər hansı bir xəbəri və məlumatı olmamışdır. Şahid6 də həmin heroin və metamfetaminin Bahar tərəfindən onun üçün cəzaçəkmə müəssisəsinə göndəriləcəyindən heç bir məlumatı və xəbəri olmamışdır. Çünki Aydına demişdir ki, Bahar adlı tanış qadını narkomandır, bədənində olan güclü ağrılardan əziyyət çəkir, gedib özünə narkotik ala bilmir və Aydından xahiş etmişdir ki, Bahardan pul götürüb 4 qram heroin və 1 qram metamfetamin alıb aparıb Bahara versin. Əgər həmin heroinin və metamfetaminin Bahar tərəfindən onun üçün cəzaçəkmə müəssisəsinə göndəriləcəyini Aydın əvvəlcədən bilmiş olsaydı heç vaxt buna razılıq verməzmiş və onun üçün heroin və metamfetamin alıb aparıb Bahara verməzmiş. O Bahara demişdir ki, onun üçün alt paltarı, çay, qənd və tərəvəz sovqatı göndərsin və Bahara izah etmişdir ki, Aydının gətirib verdiyi heroin və metamfetamin bükümlərini şirin bibər tərəvəzinin arxa hissəsini ehtiyyatla deşib bibərin içərisində gizlətsin. Bahar heç vaxt onun üçün sovqat gətirməmişdir. İfadəsində göstərdiyi kimi, məhkumlar üçün sovqat yalnız məhkumların ailə üzvləri tərəfindən gətirilə bilərmiş. Bahar ilə onun arasında isə heç bir rəsmi ailə münasibətləri olmadığından Baharın gətirəcəyi sovqatı qəbul etməzmişlər. O, Təqsirləndirilən şəxs2 sifariş etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün sifariş vermişdir, həmin narkotiki kimlərəsə satmaq və yaxud pay vermək məqsədi olmamışdır. Onun cəzaçəkmə yerində heç kimin qarşısında “tavanı” olmamışdır, sadəcə Bahar ona narkotik göndərmək istəmədiyindən özü yalandan bunu Bahara bu cür söyləmişdir. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 həmin ifadələrində göstərilənləri təsdiq etdiyini, ifadələrinin doğru olduğunu, əməlindən çox peşman olduğunu bildirib, Bahara köməklik edilməsini, onlara ən aşağı cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 5 saylı cəzaçəkmə müəssisəsindən ona zəng vuraraq, Bahar adlı qadında heroin və metamfetamin alıb verməyini xahiş etmişdir. O da Talehlə razılaşmış, gedib Bahardan 220 manat məbləğində pul götürmüş daha sonra Bakı şəhərinə gedən tanımadığı yol avtomaşını ilə Sahil qəsəbəsinə getmiş və orada üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfərdən 5 ədəd bükümdə heroin və 1 ədəd bükümdə metamfetamin alıb yenidən yol avtomaşını ilə Salyan şəhərinə qayıdıb həmin heroin və metamfetamini gətirib Baharın evində özünə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə müəssisəsinin Əməliyyat şöbəsinin böyük inspektoru-əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 2023-cü il avqustun 19-da saat 13:30 radələrində Salyan rayon sakini Şahid7 5 saylı cəzaçəkmə müəssisəsində çəza çəkən ögey qardaşı Şahid5 sovqat gətirmişdir. Alınmış əməliyyat məlumatı əsasında və müvafiq təlimatla müəyyən edilmiş prosedur qaydalara uyğun olaraq Şahid7 gətirdiyi sovqat bağlamalarına özünün iştirakı ilə müəssisəsinin əməkdaşları və dəvət olunmuş hal şahidlərin iştirakı nəzarət-buraxılış məntəqəsində xüsusi təchiz edilmiş otağda baxış keçirilmişdir. Baxış zamanı sovqat bağlamaların birində olan tərəvəz məhsullarının arasındakı bir ədəd şirin bibər tərəvəzinin içərisində selofan paketə bükülərək xüsusi üsulla gizlədilmiş cəmi 6 ədəd büküm aşkar edilmişdir. Həmin bükümlərin hər birinin içərisinə baxıldıqda 5 ədəd bükümdə tünd-qəhvəyi rəngli tozvari və 1 ədəd bükümdə isə ağ rəngli kristalik kütlə olduğu müəyyən ediımişdir. Bundan sonra Şahid7 gətirdiyi sovqat bağlamasındakı bibər tərəvəzindən aşkar edilmiş cəmi 6 ədəd bükümdə olan kütlələr ekspertizaya təqdim edilməsindən ötrü qablaşdırılmış və götürülmüşdür. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, 5 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi İlkin Rəhimov tərəfindən Salyan Rayon Polis Şöbəsinin rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, məhkum Şahid5 barəsində alınmış əməliyyat məlumatına əsasən yanına sovqat gətirmiş ögey qardaşı Şahid7 gətirdiyi sovqatlara baxış zamanı şirin bibərin içərisində sellofan paketə bükülərək xüsusi üsulla gizlədilmiş 5 bükümdə tünd qəhvəyi rəngli, xalis çəkisi 3,315 qram narkotik vasitə olan heroin və 1 bükümdə ağ rəngli, xalis çəkisi 0,642 qram narkotik vasitə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Faktla bağlı toplanmış materiallar və maddi sübut hüquqi qiymət verilməsi məqsədi ilə təqdim edilmişdir. (c İ, i.v 9) İşdə olan, 19 avqust 2023-cü il tarixli baxış və götürmə protokolundan görünür ki, 2023-cü il avqustun 19-da Ədliyyə Nazirliyi 5 saylı Cəzaçəkmə müəssisəsində Şahid7 həmin cəzaçəkmə müəssisəsinə gətirdiyi sovqat bağlamalarına özünün və hal şahidlərin iştirakı ilə keçirilmiş baxış zamanı şirin bibər tərəvəz məhsulunun içərisində xüsusi üsulla gizlədilmiş narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar cəmi 6 ədəd büküm aşkar edilərək götürülmüşdür. (c İ, i.v 11) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 18/825 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Hal şahidləri: ... Şübhəli: /imza var/ Şahid7 ...” sözləri yazılmış kağız paketdəki 1 ədəd kağıza bükülmüş: 1 ədəd kağıza bükülmüş 5 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,657 qram, 0,776 qram, 0,676 qram, 0,541 qram, 0,665 qram, ümumi təmiz çəkisi 3,315 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,642 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi 0,25 qram (hər ob-0,05 qr), qalıq 3,265 qram heroin, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,592 qram metamfetamin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. (c İ, i.v 21-23) İşdə olan, xx.xx.2023-cü il tarixli, Salyan RPŞ-nin CAB-nin rəisi VMİE Orxan Bayramov tərəfindən Salyan RPŞ-nin rəisinə ünvanlanmış raportdan görünür ki, əməliyyat tapşırığının icrası ilə bağlı tərəflərindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü ildə RPŞ-nə gətirilərək istintaq bölməsinə təqdim edilmişdir. (c İ, i.v 36) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 47) İşdə olan, 19 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən heç bir qiymətli əşya, predmet, pul və narkotik vasitə aşkar edilməmiş, bildirmiş ki, 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən tanışı Təqsirləndirilən şəxs1 sifarişi ilə ona çatdırmaq üçün göndərilən sovqat içərisində gizlətdiyi 5 ədəd bükümdə olan narkotik vasitə heroini və 1 ədəd bükümdə olan psixotrop maddə metamfetamini 18 avqust 2023-cü il tarixdə axşam saatlarında ona Şahid6 vermişdir. (c İ, i.v 51-52) İşdə olan, 21 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında Salyan rayon prokurorunun qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Salyan RPŞ-nin İstintaq bölməsinin müstəntiqi İlqar İsmayılovun vəsatəti təmin edilməmişdir. (c İ, i.v 127-128) İşdə olan, 21 avqust 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Salyan RPŞ-nin MSYdən tutulmadan azad edilmişdir. (c İ, i.v 129-130, 132-133) İşdə olan, 23 avqust 2023-cü il tarixli götürmə aparılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 istintaq təqdim edəcəyi 2 ədəd plastik bank kartları iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən götürülməsi və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. (c İ, i.v 175) İşdə olan, 23 avqust 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, ekspert tədqiqatları nəticəsində qalıq qalmış 3,265 qram narkotik vasitə heroin və 0,592 qram psixotrop maddə metamfetamin işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarında iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (c İ, i.v 203) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. (c İ, i.v 223) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən və Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-74/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkməsinin əvvəli 03 may 2023cü il tarixdən hesablanmışdır. (c İ, i.v 227-228, 232-235) İşdə olan, 31 avqust 2023-cü il tarixli qərardan görünür ki, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna və istintaq orqanının çağırışından üzürsüz səbəbdən yayındığına görə Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və onun olduğu yer müəyyən edildikdə Salyan RPŞ-nin İstintaq bölməsinə təqdim olunması qərara alınmışdır. (c İ, i.v 243-244) İşdə olan, axtarışda olan şəxsin saxlanması barədə 04 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 11:20-də yaşadığı binanın qarşısında saxlanılaraq saat 11:35-də rayon polis şöbəsinə gətirilmişdir. (c İİ, i.v 12) İşdə olan, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(057)-91/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. (c İİ, i.v 24-26) İşdə olan, Salyan RİHB-nın Salyan şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Salyan şəhəri H.Z.Tağıyev küçəsi 43-də yerləşən 104 saylı yataqxanada yaşayır, nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. (c İİ, i.v 39-40) İşdə olan, Salyan RPŞ-nə verilmiş əməliyyat tapşırığına alınmış xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri və əldə olunmuş məlumatlar nəticəsində 5 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 mobil telefon nömrəsinə zəng edərək ona sovqat gətirib verilməsi barədə aralarında əvvəlcədən razılıq olması və həmin razılığa əsasən Təqsirləndirilən şəxs2 adına olan “Leobank” kart hesabına narkotik vasitə alınması üçün Təqsirləndirilən şəxs1 tanışları tərəfindən pul göndərilməsi, o cümlədən Təqsirləndirilən şəxs2 göndərilən pulla sonuncunun Salyan şəhər sakini Şahid6 narkotik vasitə və psixotrop maddə alaraq Təqsirləndirilən şəxs1 göndəriləcək sovqatın içərisindəki şirin bibər tərəvəzinin içərisində gizlətməsi və həmin sovqatı Salyan rayonu Piratman Gəncəli kənd sakini Şahid7 ilə cəzaçəkmə müəssisəsinə göndərdiyi məlum olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmadığı, lakin sakinlər arasında tüfeyli həyat tərzi keçirən, həmçinin narkotik vasitə və psixotrop maddələrdən istifadəyə meyilli şəxs kimi tanınması, o cümlədən sonuncunun 220 manat müqabilində narkotik vasitə və psixotrop maddə aldığı Salyan şəhər sakini Şahid6 isə əvvəlki müddətdə analoji cinayət əməlinə görə məhkum olunması və sakinlər arasında narkotik vasitə və psoxotrop maddə istifadəçisi kimi tanınması müəyyən edilmişdir. (c İİ, i.v 49) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 869 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (c İİ, i.v 64) İşdə olan, "xxxx" MMC-nin BKC/LGL-10977/23 №-li xx.xx.2023-cü il tarixli məktubu ilə daxil olmuş 01 ədəd CD formatlı diskə əlavə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 adına ***-***-**-** mobil telefon nömrəsi mövcuddur, Təqsirləndirilən şəxs1 5 saylı cəzaçəkmə müəssisəsindəki +994-21-256-92-91 telefon nömrəsindən Şahid6 istifadəsində olan ***-***-**-** telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə 2 dəfə cavabsız və xx.xx.2023-cü il tarixdə 2 dəfə cavabsız zənglər etmiş, +994-21-256-93-94 telefon nömrəsindən Şahid6 istifadəsində olan ***-***-**-** telefon nömrəsinə xx.xx.2023cü il tarixdə zəng edib 290 saniyə müddətində, +994-21-256-93-12 telefon nömrəsindən Şahid6 istifadəsində olan ***-***-**-** telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə zəng edib 8 və 192 saniyə müddətində danışmışdır. Həmçinin Təqsirləndirilən şəxs1 adına olan və Təqsirləndirilən şəxs2 tərəfindən istifadə edilən ***-***-**-** telefon nömrəsi ilə Şahid6 istifadəsində olan ***-***-**-** telefon nömrəsi arasında xx.xx.2023-cü il tarixdə 399 saniyə, xx.xx.2023-cü il tarixdə 62 saniyə və 173 saniyə, xx.xx.2023-cü il tarixdə 65 saniyə, 24 saniyə və 78 saniyə müddətində telefon danışıqları olmuşdur. (c İİ, i.v 159) İşdə olan, "xxxx" MMC-nin AZF/LGL-11394/23 №-li xx.xx.2023-cü il tarixli məktubu ilə daxil olmuş 01 ədəd CD formatlı diskə baxış protokolundan görünür ki, 70-982-20-21 mobil telefon nömrəsi xx.xx.2018-ci ildən iş üzrə Təqsirləndirilən şəxs2 adına qeydiyyatda olmaqla hal-hazıradək onun istifadəsindədir, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə 5 saylı cəzaçəkmə müəssisəsinə məxsus +994-21-256-93-12 və +994-21-256-93-94 telefon nömrələrindən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2023-cü ildə zəng edib 10 saniyə müddətində, xx.xx.2023-cü ildə 2 dədə zəng edib 702 və 12 saniyə müddətində, xx.xx.2023-cü ildə zəng edib 21 saniyə müddətində, xx.xx.2023-cü ildə zəng edib 87 saniyə müddətində, xx.xx.2023-cü ildə zəng edib 120 saniyə müddətində, xx.xx.2023-cü ildə 2 dəfə zəng edib 17 və 127 saniyə müddətində danışmışdır. (c İİ, i.v 175) İşdə olan, "xxxx" MMC-nin AZF/LGL-11395/23 №-li xx.xx.2023-cü il tarixli məktubu ilə daxil olmuş 01 ədəd CD formatlı diskə baxış protokolundan görünür ki, 70-252-72-42 mobil telefon nömrəsi xx.xx.2020-ci ildən hal-hazıradək iş üzrə Təqsirləndirilən şəxs1 adına qeydiyyatdadır, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi 5 saylı cəzaçəkmə müəssisəsinə məxsus +994-21-256-93-18, +994-21-256-92-18, +994-21-256-93-94, +994-21-256-93-28 telefon nömrələrindən Təqsirləndirilən şəxs2 istifadəsində olan özünə məxsus 70-252-72- 42 mobil telefon nömrəsinə xx.xx.2023-cü ildə zəng edib 10 saniyə müddətində, xx.xx.2023-cü ildə zəng edib 988 saniyə müddətində, xx.xx.2023-cü ildə zəng edib 1340 saniyə müddətində, xx.xx.2023-cü ildə zəng edib 714 saniyə müddətində, xx.xx.2023-cü ildə zəng edib 1064 saniyə müddətində danışmışdır. Bundan başqa diskdə olan digər məlumatların öyrənilməsi və təhlili zamanı müəyyən edilmişdir ki, Şahid7 istifadəsində olan ***-***-**-** telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan Təqsirləndirilən şəxs1 məxsus 70-252-72-42 mobil telefon nömrəsinə xx.xx.2023-cü ildə saat 08:41 dəqiqədə zəng edb 62 saniyə ərzində danışmış və həmin tarixdə saat 09:44 dəqiqədə Təqsirləndirilən şəxs2 istifadəsində olan Təqsirləndirilən şəxs1 məxsus 70-252-72-42 mobil telefon nömrəsindən Yüksək Dəmirovun istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng edib 9 saniyə müddətində danışmışlar. (c İİ, i.v 185) İşdə olan, "xxxx" MMC-nin BKC/LGL-15196/23 №-li xx.xx.2023-cü il tarixli məktubu ilə daxil olmuş 01 ədəd CD formatlı diskə baxış protokolundan görünür ki, 55-382-20-21 mobil telefon nömrəsi Təqsirləndirilən şəxs2 adına qeydiyyatda olmaqla hal-hazıradək onun istifadəsindədir, Təqsirləndirilən şəxs2 özünə məxsus 55-382-20-21 mobil telefon nömrəsindən istifadə etməklə Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə 5 saylı cəzaçəkmə müəssisəsinə məxsus +994-21-256-93-18, +994-21-256-92-91, +994-21-256- 93-12 və +994-21-256-93-08, +994-21-256-93-94 telefon nömrələrinə zəng edib xx.xx.2023-cü ildə 891 saniyə müddətində, xx.xx.2023-cü ildə 675 saniy müddətində, xx.xx.2023-cü ildə 961 saniyə müddətində, xx.xx.2023-cü ildə 414 saniyə, 310 saniyə, 224 saniyə, 7 və 361 saniyə müddətində, xx.xx.2023-cü ildə 13 saniyə, 9 saniyə, 1113 saniyə və 369 saniyə müddətində, xx.xx.2023-cü ildə 15 saniyə müddətində danışmışdır. (c İİ, i.v 190) İşdə olan, Salyan RİHB Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Əliyev X2 şəhəri, 20 Yanvar küçəsi 3 saylı evin, 5 saylımənzilində qeydiyyatdadır, barəsində heç bir şikayət və ərizə daxil olmamışdır. (c İİ, i.v 198-199) İşdə olan, “Salyan Rayon Mərkəzi Xəstəxanası” X6 arayışından görünür ki, Təqsirləndirilən şəxs1 “tiryək narkomaniyası” diaqnozu ilə narkoloji qeydiyyatda dayanır, digər bir xəstəlik üzrə dispanser qeydiyyatında yoxdur. (c İİ, i.v 200) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1107 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında xx.xx.2023-cü il tarixindən “Toksikoman” diaqnozu ilə qeydiyyatda durur. (c İİ, i.v 209) İşdə olan, 20 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid7 və Şahid5 barəsində Azərbaycan Respublikası CM-nin 234.1- 1 və 29, 317-1.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid6 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq edilmiş cinayət işinin istintaqının yekunlaşdırılaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi nəzərə alınmışdır. (c İİ, i.v 219-236) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-1 və 29, 317-1.1-ci maddələri ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama, daşıma və göndərmə, həmçinin cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi cinayət əməllərini törətməyə cəhd etmələri iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özlərinin səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir. Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, cinayət törədilərkən qüvvədə olmuş Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Habelə bu Qanunun İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-1 və 29, 317-1.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-1 və 29, 317-1.1-ci maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-1 və 29, 317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini səmimi etiraf edib, peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsini Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən, habelə məhkəmə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən iki il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini səmimi etiraf edib, peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin onların cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələbləri daxilində həmin Məcəllənin CM-nin 234.1-1 və 29, 317-1.1-ci (CM-nin 63.3-cü maddəsinin tələbləri nəzərə alınaraq, daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox olmamaq şərti ilə) maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və təyin edilmiş cəzalar qismən toplanmaqla onlara qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən - bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən- cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, cərimə və islah işləri kimi alternativ cəzalar da nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin törətdiyi digər əməlin - ağır cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin cinayətlərin məcmusu üzrə cəzaların toplanmasının zəruri olmasını nəzərə almaqla təqsirləndirilən şəxslərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə də azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Habelə Təqsirləndirilən şəxs1 Salyan Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il, 02 (iki) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş cəzaya qismən birləşdirilib ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 04 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, eyni zamanda Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 19 avqust 2023cü il tarixdən 21 avqust 2023-cü il tarixədək, yəni 2 (iki) gün müddətə həbsdə saxlanılması, təyin edilən cəzaya hesablanıb həmin cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs1 isə Salyan Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək hazırda cəza çəkməsi nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə 03 may 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəylərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs1 isə xx.xx.2023-cü il tarixindən “Toksikoman” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Salyan Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3,265 qram narkotik vasitə heroin və 0,592 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə (hər birindən 24,87 manat olmaqla) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-1 və 29, 317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 29, 317-1.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Salyan Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli 1(057)-74/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 (bir) il, 02 (iki) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilib Təqsirləndirilən şəxs1 hökmlərin məcmusu üzrə qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 03 may 2023-cü il tarixdən hesablansın və onun hazırda cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-1 və 29, 317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 29, 317-1.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 19 avqust 2023-cü il tarixdən 21 avqust 2023-cü il tarixədək, yəni 2 (iki) gün müddətə həbsdə saxlanılması, təyin edilən cəzaya hesablanıb həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 04 sentyabr 2023cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3,265 qram narkotik vasitə heroin və 0,592 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə (hər birindən 24,87 manat olmaqla) alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Xamməd Nuriyev Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar