Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-342/2025 14.07.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), X35 və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X23, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslərin hüquqi varisləri X24, X22 və X19 iştirakı ilə 01 iyul1990-cı ildə Sabirabad rayonunun Əlicanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sabirabad rayonunun Əlicanlı kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 02 yanvar 2025-ci il tarixdə, saat 14:30 radələrində Bakı- Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul rayonun ərazisindən keçən 113-cü kilometrində idarə etdiyi VAZ-21074 minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ zolağı ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməli, geriyə dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, bu zaman hərəkət hissəsinin sağ kənarından manevr etməyə yol verilməsini nəzərə alaraq, arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməli olduğu halda bunu etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da, ala bilməyib, soldan birinci zolağa daxil olaraq yolun Qazax rayonu istiqamətinə olan hissəsinə keçmək üçün 25-30 km/saat surətlə geriyə dönmə zolağına daxil olaraq həmin zolaqla da, geriyə dönmək əvəzinə düzünə Qazax rayonu istiqamətinə olan hərəkət hissəsinə daxil olub həmin istiqamətdə yolun soldan birinci hərəkət zolağı ilə 80-85 km/saat surətlə hərəkətdə olan Şahid idarə etdiyi “Mercedes Benz C230” minik markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən VAZ-21074 minik markalı avtomobil idarə etmədən çıxaraq yolun sağ kənarında dayanmış X25 məxsus “Citroen C5” minik markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilə, X12 məxsus “Hyundaı Tucson” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə və X20 məxsus “Hyundaı Elantra” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan üç şəxsin, yəni VAZ-21074 minik markalı avtomobildə olan sərnişinlər 1996-cı il təvəllüdlü X8 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran baş beyininin diffuz travması, baş beyin maddəsinə qansızma, sağ gicgahda və sağ bayır topuqda əzilmiş-cırılmış yaralar xəsarətlərini yetirməklə ölümünə, 2016-cı il təvəllüdlü X13 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran baş beyinin diffuz travması, sağ təpə-ənsə nahiyəsinin xətti sınığı və baş beyin maddəsinə qansızma xəsarətlərini yetirməklə ölümünə və 2018-ci il təvəllüdlü X6 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran baş beyininin diffuz travması, baş beyin maddəsinə qansızma, alın nahiyəsində əzilmiş-cırılmış yara, sol gözün xarici bucağında qançır xəsarətlərini yetirməklə 03 yanvar 2025-ci il tarixdə ölmünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, hazırda himayəsində bir azyaşlı uşağı vardır. Baş vermiş yolnəqliyyat hadisəsin nəticəsində arvadı Aminə və qızı Günel vəfat etmiş, ailədə bir azyaşlı uşağı ilə özü qalmışdır. Avtomobili idarə etmək üçün onun “B,C” kateqoriyalı sürücülük vəsiqəsi vardır və o, atasına məxsus olmaqla etibarnamə əsasında VAZ-21074 markalı, **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 02 yanvar 2025-ci il tarixdə yaşadığı Sabirabad rayonundan Hacıqabul rayonuna getmək üçün yola çıxmış, avtomobilində arvadı Aminə, qızı Günel və qardaşı oğlu Yusif olmuşdur. Avtomobili Bakı- Qazax avtomobili yolu ilə saatda təxminən 90-100 km/saat surətlə idarə etmiş, xeyli yol getdikdən sonra Hacıqabul rayonu ərazisində, yolun kənarında yerləşən “Qədirxum” istirahət mərkəzinin qarşısına çatıb avtomobili sağ zolaqla idarə edib qarşıdakı geriyə dönmə yerinə daxil olub yolun Qazax rayonu istiqamətinə olan hissəsinə keçəcəyi üçün sola istiqamətlənib soldan birinci zolağa keçib hərəkətini davam etdirib bir az getdikdən sonra avtomobili surətini azaldıb təxminən 25-30 km/saat surətlə geriyə dönmə yerinə daxil olub, Qazax rayonu istiqamətində hərəkətdə olan avtomobillərin uzaqda olduğunu görüb dayanmadan yolu keçmək istəyib yolu düzünə keçməyə davam etmiş və birinci zolağı keçib ikinci zolağa daxil olanda düzünə hərəkətdə olan “Mercedes” markalı avtomobil gəlib ona çatmış və qabaq hissəsilə onun avtomobilinin sağ yan hissəsindən vurmuşdur. Toqquşmadan sonra o, özündən getmiş və ayılanda xəstəxanada olduğunu görmüş, bundan sonra ona məlum olmuşdur ki, baş vermiş yol qəzası nəticəsində arvadı Aminə, qızı Günel və qardaşı oğlu Yusif aldığı xəsarətlərdən vəfat etmişlər. Diqqətsizliyi nəticəsidə bu hadisənin baş verməsinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Bu hadisə nəticəsində ailə üzvləri və qardaşının oğlu aldığı xəsarətlərdən ölmüş, özü də ağır xəsarətlər almışdır. Hadisə nəticəsində qızı Günelin ölümü ilə bağlı onun babası Rzaxan Qəhrəmanov, arvadı Aminənın ölümü ilə bağlı onun atası Fikrət Əhmədov və qardaşı oğlu Yusifin ölümü ilə bağlı onun atası Zamin Qəhrəmanov zərərçəkəndirlər (zərərçəkmiş şəxslərin hüquqi varisləridir) və onlarla barışıq əldə olunmuşdur. O, bir daha bu hadisənin diqqətsizliyi nəticəsində baş verməsinə görə özünü təqsirli bilir və əməlinə görə çox peşmançılıq çəkir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X24 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu, mərhum Günel Qəhrəmanlı və mərhum Yusif Qəhrəmanlı nəvələridir. 02 yanvar 2025-ci il tarixdə, axşam saatlarında oğlu Zamin ona məlumat verilmişdir ki, qardaşı Vilayyət idarə etdiyi avtomobillə Hacıqabul rayonun ərazisində “Qədirxum” istirahət mərkəzinin yaxınlığında yolda qəza törətmiş, özü və ailə üzvləri xəsarət alaraq xəstəxanaya aparılmışlar. Sonra o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına getmiş, orada nəvələri və gəlini ağır xəsarətlər aldıqları üçün reanimasiya şöbəsində olduqlarını bilmişdir. Bir gün sonra gəlini Aminə, nəvələri Günel və Yusif xəstəxanada vəfat etmişlər, sonra qohumları ilə birlikdə onların meyitlərini Sabirabad rayonun Əlicanlı kənd qəbiristanlığında dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, oğlu Vilayyət idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolda hərəkətdə olan zaman geriyə dönüb “Qədirxum” istirahət mərkəzinə daxil olmaq istəyən vaxt Qazax rayonu istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobilin qarşısına çıxmış və bu zaman toqquşma baş vermişdir. Həmçinin bu hadisə oğlu Vilayyətin idarə etdiyi avtomobillə qəza törətməsi nəticəsində baş vermiş və gəlini və nəvələri bu hadisə zamanı xəsarət alaraq vəfat etmişlər. O, nəvəsi Günelin ölümü ilə bağlı iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır. Hazırda o, zərərçəkmiş şəxsin hüquqi varisi kimi baş vermiş hadisədə təqsirkar olan oğlu Vilayyətlə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu hadisə naticəsində ailəsinə böyük faciə baş vermiş gəlini və nəvələrini itirmiş, oğlu Vilayət də ağır xəsarət almış və hazırda oğlu Vilayyət bir azyaşlı uşağı ilə tək qalmışdır. Bunların nəzərə alınmasını məhkəmədən xahiş edir. X28 ifadəsində bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olmaqla etibarnamə ilə oğlu Vilayyət idarə etmişdir. Hadisədən bir müddət sonra istintaq orqanı tərəfindən həmin avtomobil ona təhvil verilmişdir. İşdə olan, zərərçəkmiş şəxsin hüquqi varisi Rzaxan Qəhrəmanovun məhkəməyə ünvanlandığı 24 iyun 2025-ci il tarixli ərizəsi ilə müəyyən olunur ki, o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X21 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı, mərhum Yusif Qəhrəmanlı oğludur. 02 yanvar 2025-ci il tarixdə Hacıqabul rayonun ərazisində yerləşən «Qədirxum» istirahət mərkəzinə istirahət etmələri üçün o və qardaşı Vilayyət ailə üzvlərini ilə birlikdə, özü başqa maşında, oğlu Yusif isə Vilayyətin idarə etdiyi avtomobildə olmaqla yola çıxmışlar. O, getdiyi maşınla həmin yerə çatıb Vilayətin gəlməsini gözləyərkən qəflətən yoldan səs-küy eşidib dərhal ora yaxınlaşmış və qardaşı Vilayyətin idarə etdiyi avtomobillə digər avtomobilin toqquşmasını görmüşdür. Sonra avtomobildə olan və xəsarət almış şəxslər, o cümlədən oğlu Yusif təcili yardım avtomobili ilə Şəhər Mərkəzi Xəstəxanasına aparılıb reanimasiya şöbəsinə yerləşdirilmişlər. Bir gün sonra oğlu Yusif xəstəxanada vəfat etmiş və onun meyitini təhvil alıb Sabirabad rayonun Əlicanlı kənd qəbiristanlığında dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, qardaşı Vilayyət idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olan zaman geriyə dönərək “Qədirxum” istirahət mərkəzinə daxil olan vaxt Qazax rayonu istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobilin qarşısına çıxmış və bu zaman toqquşma baş vermişdir. O, oğlu Yusifin ölümü ilə bağlı iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır. Hazırda o, zərərçəkmiş şəxsin hüquqi varisi kimi baş vermiş hadisədə təqsirkar olan qardaşı Vilayyətlə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Həmçinin bu hadisə naticəsində özünün və qardaşı Vilayyətin ailəsinə böyük faciə baş vermiş, özü oğlunu, qardaşı Vilayyət isə arvadını və qızını itirmişdir. Bunların nəzərə alınmasını məhkəmədən xahiş edir. İşdə olan, zərərçəkmiş şəxsin hüquqi varisi Zamin Qəhrəmanovun məhkəməyə ünvanlandığı 24 iyun 2025-ci il tarixli ərizəsi ilə müəyyən olunur ki, o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X31 ifadəsində göstərmişdir ki, mərhum Aminə Qəhrəmanova qızı, Təqsirləndirilən şəxs kürəkəni, yəni mərhum qızı Aminənin əridir. 02 yanvar 2025-ci il tarixdə ona məlumat verilmişdir ki, kürəkəni Vilayyətin ailə üzvləri, yəni qızı və nəvəsilə Hacıqabul rayonu ərazisində avtomobillə qəzaya düşmüşlər və onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılmışlar. O, xəstəxanaya getmiş orada qızı Aminənin və nəvəsi Günelin vəfat etdiyini öyrənmiş, sonra ailəsi və qohumları tərəfindən onların meyitləri gətirilib Sabirabad rayonun Əlicanlı kənd qəbiristanlığında dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, kürəkəni Vilayyət idarə etdiyi avtomobillə hərəkətdə olarkən yolda geriyə dönüb “Qədirxum” istirahət mərkəzinə daxil olan vaxt Qazax rayonu istiqamətində hərəkətdə olan «Mercedes» markalı avtomobilin qarşısına çıxmış və bu zaman toqquşma baş vermişdir. O, qızı Aminənin ölümü ilə bağlı iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır. Hazırda o, zərərçəkmiş şəxsin hüquqi varisi kimi baş vermiş hadisədə təqsirkar olan Vilayyətlə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Həmçinin bu hadisə naticəsində o, qızını və nəvəsini itirmiş, həmçinin Vilayətin ailəsinə də böyük faciə baş vermiş, o da arvadını və azyaşlı qızını itirmişdir. Bunların nəzərə alınmasını məhkəmədən xahiş edir. İşdə olan, zərərçəkmiş şəxsin hüquqi varisi Fikrət Əhmədovun məhkəməyə ünvanlandığı 24 iyun 2025-ci il tarixli ərizəsi ilə müəyyən olunur ki, o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onun “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla o, özünə məxsus “Mercedes Benz C230” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini baş etibarnamə əsasında idarə etmişdir. O, 02 yanvar 2025-ci il tarixdə Bakı şəhərindən Şirvan şəhərinə getmək üçün ailə üzvləri ilə birlikdə idarə etdiyi avtomobillə Bakı-Qazax avtomobil yolu ilə Qazax rayonu istiqamətində saatda təxminən 90-100 km/saat surətlə hərəkətdə olmuşdur. O, idarə etdiyi avtomobillə Bakı-Qazax yolu ilə xeyli getdikdən sonra Hacıqabul rayonun ərazisinə çatmış, yolun sağ hissəsi nasaz olduğundan avtomobili sol zolaqla saatda təxminən 80-85 km/saat surətlə idarə edib “Qədirxum” istirahət mərkəzinin qarşısına çatmış və sol zolaqla hərəkət etdiyi zaman qarşıda Bakı şəhəri istiqamətində gedənlər üçün geriyə dönmə yerinə çatmağa az qalmış “VAZ-2107” markalı, minik avtomobilinin həmin yerə daxil olub beton arakəsmənin arası ilə hərəkət etdiyini görmüş və onun öz zolağı ilə hərəkətinə davam edib dönəcəyini “VAZ-2107” markalı avtomobil öz zolağı ilə hərəkətinə davam etmək əvəzinə düzünə beton arakəsmənin tinindən çıxıb onun zolağına daxil olmuşdur. O, həmin avtomobili görən kimi sükanı sağa döndərib ayağını tormoz pedalına atmaq istəmiş, lakin aralarında məsafə çox az olduğu üçün toqquşmadan yayınmaq mümkün olmamış və onun idarə etdiyi “Mercedes” markalı avtomobilin ön hissəsilə “VAZ-2107” markalı avtomobilin sağ yan hissəsi ilə zolaqları ayıran ağ qırıq-qırıq xəttin üzərində toqquşmuşdur. Toqquşmadan sonra onun avtomobili yolun sağ kənarına doğru hərəkət edib dayanmış, “VAZ-2107” markalı avtomobil isə yolun sağ kənarında dayanmış digər avtomobillərə dəyib dayanmışdır. Hadisə zamanı o, və ailə üzvləri xəsarət aldıqları üçün xəstəxanaya getmişlər. Ona məxsus , Mercedes Benz C230” markalı, **- MK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə 4700 manat maddi ziyan dəymiş, lakin hazırda onun təqsirldəndirilən şəxsə qarşı mülki iddiası və ya şikayəti yoxdur. İşdə olan, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 02 yanvar 2025ci il tarixli protokol və protokola əlavə edilmiş “Yol-nəqliyyat hadisəsi yerinin sxemi” və fotoşəkillərlə müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun ərazisindən keçən 113-cü kilometrliyində baş vermişdir. Hərəkət hissəsi asfalt örtüklü olmaqla düz, hamar, üfüqi və quru vəziyyətdədir. Asfalt üzərində şinlərin və tormoz izləri yoxdur. Hər iki istiqamətdə hərəkət sürəti 90 km/saat nəzərdə tutulmuşdur. İşdə olan, məhkəmə-kimyavi ekspertizasının 17 yanvar 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 01 fevral 2025-ci il tarixli, 03 №-li rəyi ilə müəyyən olunur ki, X7 meyitinin xarici və daxili müayinəsi zamanı aşkar edilmiş xəsarətlərbaş beyinin diffuz travması, baş beyin maddəsinə qansızma, sağ gicgahda və sağ bayır topuqda əzilmiş-cırılmış yaralar-küt əşyanın (əşyaların) zərbəvi təsirindən törənmiş,qərarın təsviri hissəsində göstərilən tarix və şəraitdə 02 yanvar 2025-ci il tarixdə sərnişini olduğu “VAZ-2107” markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində əmələ gələ bilərdi və dərəcələrinə görə bu xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X7 ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok olmuşdur. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 01 fevral 2025-ci il tarixli, 04 №-li rəyi ilə müəyyən olunur ki, X9 meyitinin xarici və daxili müayinəsi zamanı aşkar edilmiş xəsarətlərbaş beyinin diffuz travması sağ təpə-ənsə nahiyəsinin xətti sınığı və baş beyin maddəsinə qansızma ilə-küt əşyanın (əşyaların) zərbəvi təsirindən törənmiş,qərarın təsviri hissəsində göstərilən tarix və şəraitdə 02 yanvar 2025-ci il tarixdə sərnişini olduğu “VAZ-2107” markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində əmələ gələ bilərdi və dərəcələrinə görə bu xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X9 ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok olmuşdur. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 01 fevral 2025-ci il tarixli, 05 №-li rəyi ilə müəyyən olunur ki, X5 meyitinin xarici və daxili müayinəsi zamanı aşkar edilmiş xəsarətlərbaş beyinin diffuz travması,baş beyin maddəsinə qansızma, alın nahiyəsində əzilmişcırılmış yara, sol gözün xarici bucağında qançır-küt əşyanın (əşyaların) zərbəvi təsirindən törənmiş,qərarın təsviri hissəsində göstərilən tarix və şəraitdə 02 yanvar 2025-ci il tarixdə sərnişini olduğu “VAZ-2107” markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində əmələ gələ bilərdi və dərəcələrinə görə bu xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X5 ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok olmuşdur. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 13 mart 2025-ci il tarixli, 135 №-li rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunan xəsarətlər-döş qəfəsinin qapalı travması, hər iki tərəfdə X-Xİİ qabırğaların sınığı, sağ tərəfli pnevmotoraks, sağ oma və sağ qasıq sümüyünün yuxarı şaxəsinin qapalı az yerdəyişən sınığı-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 02 yanvar 2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, Qeyd olunan xəsarətlər ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İşdə olan, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 16 aprel 2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, VAZ-21074 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil edir. İşdə olan, Azərbaycan Respublikası DİN-nin BDYPİ Qİİ-dən verilmiş 22 yanvar 2025ci il tarixli arayış və Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qİİ (Sabirabad ASAN x.m.) 15 yanvar 2019-cu il tarixdə verilmiş AC 811463 №-li sürücülük vəsiqəsinin surəti ilə müəyyən olunur ki, xx xxxx 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 15 yanvar 2019-cu il tarixdə (15 yanvar 2029-cu il tarixədək etibarlı olan) AC 811463 №-li BC katoqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Habelə BDYPİ Qeydiyyat İmtahan İdarəsinin informasiya uçot bazasına aid sistemdə Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan mərhum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatlar mövcud deyildir. İşdə olan, BD418490 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti ilə müəyyən edilir ki, VAZ-21074 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil Sabirabad rayonunun Cavad kəndində yaşayan X10 mülkiyyətindədir. İşdə olan, ƏN-Vİ 731981 №-li «Nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamə»nin surəti ilə müəyyən edilir ki, VAZ-21074 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi X24 tərəfindən 02 oktyabr 2023-cü il tarixdən 15 yanvar 2029-cu ilədək idarə etməsi üçün Təqsirləndirilən şəxs verilmişdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi və cinayət işinə nəticə verilməsi haqqında” 29 aprel 2025-ci il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən Şahid əməlində CM-nin 263.3-cü maddəsinin tərkibi olmadığından onun barsində cinayət işinin başlanması rədd edilmiş, habelə istintaq orqanı tərəfindən VAZ-21074 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes Benz C230” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut olan avtomobillər-VAZ-21074 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi X14 və “Mercedes Benz C230” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Şahid təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə tədqiq olunmuş, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədlərı sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə zərərçəkmiş şəxslərin hüquqi varisləri Rzaxan Qəhrəmanov, Zamin Qəhrəmanov və Fikrət Əhmədovun, eləcə də Şahid ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. İşdə olan, istintaq orqanının 30 aprel 2025-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdır. İşdə olan, Azərbaycan Respublikasının DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Sabirabad RİHB-nın Cavad kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 14 yanvar 2025-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sabirabad rayonunun Cavad kənd İƏD-nin Əlicanlı kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət (yaşadığı kəndin əhalisinin hörmətini qazanmış, keçirilən tədbirlərdə iştirak etmiş və ondan nümayəndəliyə şikayət daxil omamışdır) xarakterizə olunur. İşdə olan, Sabirabad RİHB-nın Cavad kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 14 yanvar 2025-ci il tarixli arayış və şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində 21 yanvar 2015-ci il təvəllüdlü X15 vardır. Həmçinin işdə olan doğum haqqında şəhadətnamələrin surətiləri və digər sənədlərlə müəyyən edilir ki, mərhum X2 Qəhrəmanovun arvadı, mərhum X1 Qəhrəmanovun qızı və mərhum X3 Qəhrəmanovun qardaşı oğludur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə, habelə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsi həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 263.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Eyni zamanda dövlət ittihamçısı çıxışında iş üzrə müəyyən edilmiş yüngülləşdirici hallar nəzərə alınaraq təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını çəkmədən, yəni cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayıb onun barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini təklif vetmişdir. Məhkəmə dövlət ittihamçısının çıxışında verdiyi təklifini əsaslı hesab edib belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edir və onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq olunmasını əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, yəni təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağın olması və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışıq əldə etməsi, habelə təqsirləndirilən şəxsin şəxsiyyəti (yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlindən peşmançılıq çəkməsi və ilk məhkumluğu), təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varislərinin yaxın qohum olmaları, habelə yol-nəqliyyat hadisəsi zamanı ölmüş şəxslərin Təqsirləndirilən şəxs yaxın qohumları, yəni Aminə Qəhrəmanova arvadı, Günel Qəhrəmanlı qızı və Yusif Qəhrəmanlıın qardaşı oğlu olması, eləcə də işin faktiki halları, o cümlədən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsinin baş verməsini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını çəkmədən, yəni cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və onun barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin edilmiş sınaq müddətində Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək, habelə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Habelə Təqsirləndirilən şəxs təyin ediləcək əsas cəza-müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının müəyyən sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsinin başlanması müddəti, habelə təyin ediləcək əlavə cəza-müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsinin başlanması müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, habelə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin istintaq orqanı tərəfindən iş üzrə maddi sübutlar-VAZ-21074 markalı, **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Rzaxan Qəhrəmanova və “Mercedes Benz C230” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Şahid qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 354, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təyin edilmiş sınaq müddətində Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək, habelə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəza-5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsinin başlanması müddəti, habelə təyin edilmiş əlavə cəza-4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi cəzasının başlanması müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətinin həyata keçirilməsi Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İstintaq orqanı tərəfindən iş üzrə maddi sübutlar-VAZ-21074 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X17 və “Mercedes Benz C230” markalı, **-MK- *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Şahid qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatı xərci-200 (iki yüz) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-342/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-342/2025
14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver