Məhkəmə qərarları › İş №1(099)-343/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-343/2022

11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-343/2022 11.11.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X27 oğlunun sədrliyi ilə, hakimlər – Nuriyev Xamməd Abış oğlu və X9 ibarət tərkibdə, Rəhimov Emil Vəliağa oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs9 iştirakları ilə, 09 avqust 1987-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Telişli kəndində qeydiyyatda olmaqla İmişli şəhəri S.Əsədov küçəsində yaşayan, İmişli rayon İcra Hakimiyyətinin başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləmiş, hazırda işsiz, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 32.4, 312.2-ci maddələri ilə, xx xxxxxx 1981-ci il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, İmişli şəhəri İslam Bayramov küçəsi ev 44 ünvanında qeydiyyatda olmaqla yaşayan, işsiz, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 32.4 , 312.2-ci maddələri ilə və xx xxxx 1985-ci il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, İmişli şəhəri İslam Bayramov küçəsi ev 52 ünvanında qeydiyyatda olmaqla yaşayan, "xxxx" MMC-in fəhləsi, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 32.4, 312.2-ci maddələri ilətəqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, İmişli Rayon İcra Hakimiyyətinin başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyərkən tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan qrup halında özgəyə məxsus əmlakı ələ keçirib aralarında bölmək məqsədi ilə, öz qulluq mövqeyindən istifadə edərək sonuncuların vasitəsi ilə bir qrup İmişli rayonu sakininə onları, qohumlarını və digər tanışlarını ödənişli ictimai işçi kimi sənədləşdirilmək, eləcə də onlara ünvanlı sosial yardım ayrılmaq imkanına malik olduqlarını yalandan bildirib, işə qəbul, sosial yardımı ilə bağlı müraciətlərinin müsbət həlli müqabilində, İmişli Rayon İcra Hakimiyyətinin və İmişli Rayon Məşğulluq Mərkəzinin adını, soyadını, vəzifəsini bildirmədiyi səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrin icrası ilə bağlı onların xeyrinə edəcəyi qanunsuz hərəkətə görə adambaşına maddi nemət olan ***-**** manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini bildirib ələ almaqla, 2019-cu ilin avqust ayından 13 may 2020-ci il tarixədək olan müddətdə İmişli rayonun ərazisində müxtəlif yerlərdə aralarında olan razılığa əsasən cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Zərərçəkmiş şəxs1 2500 manat, Zərərçəkmiş şəxs3 1000 manat, Zərərçəkmiş şəxs10h oğlundan 600 manat, Zərərçəkmiş şəxs11 800 manat, Zərərçəkmiş şəxs6 1000 manat, Zərərçəkmiş şəxs12 Əliağa oğlundan 1200 manat, Zərərçəkmiş şəxs13 600 manat, Zərərçəkmiş şəxs5 1200 manat, Zərərçəkmiş şəxs14 1500 manat, Zərərçəkmiş şəxs15 1000 manat, Zərərçəkmiş şəxs7 3000 manat, Zərərçəkmiş şəxs16 2000 manat, Zərərçəkmiş şəxs17 700 manat, Zərərçəkmiş şəxs18 600 manat, Zərərçəkmiş şəxs19 1500 manat, Zərərçəkmiş şəxs20 1500 manat, Zərərçəkmiş şəxs21 5000 manat, X5 1200 manat, Zərərçəkmiş şəxs23 1000 manat, Zərərçəkmiş şəxs24 600 manat, Zərərçəkmiş şəxs9 4800 manat, Zərərçəkmiş şəxs25 1000 manat, Zərərçəkmiş şəxs4 1000 manat, Zərərçəkmiş şəxs26 750 manat, Şahid26 1500 manat, Şahid27 600 manat, Şahid28 600 manat, Zərərçəkmiş şəxs28 1200 manat, X6 1350 manat, X12 1300 manat olmaqla cəmi 42.600 manat məbləğində pul vəsaitini aldadaraq alıb aralarında bölməklə, sonunculara məxsus əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrar dələduzluq etmiş və vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkət etməyə görə birbaşa yolla cinayət qrupun üzvlərinin vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyi göstərilən şəxsləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, İmişli Rayon İcra Hakimiyyətinin başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Təqsirləndirilən şəxs1 Heydər oğlu və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan qrup halında özgəyə məxsus əmlakı ələ keçirib, aralarında bölmək məqsədi ilə, cinayətkar qrupun rəhbəri Təqsirləndirilən şəxs1 Heydər oğlunun göstərişinə əsasən Təqsirləndirilən şəxs3 ilə birlikdə bir qrup İmişli rayonu sakininə onları, qohumlarını və digər tanışlarını ödənişli ictimai işçi kimi sənədləşdirilmək, eləcə də onlara ünvanlı sosial yardım ayrılmaq imkanına malik olduqlarını yalandan bildirib, işə qəbul, sosial yardımı ilə bağlı müraciətlərinin müsbət həlli müqabilində, İmişli Rayon İcra Hakimiyyətinin və İmişli Rayon Məşğulluq Mərkəzinin adını, soyadını, vəzifəsini bildirmədiyi səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrin icrası ilə bağlı onların xeyrinə edəcəyi qanunsuz hərəkətə görə adambaşına maddi nemət olan ***-**** manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini bildirib ələ almaqla, 2019-cu ilin avqust ayından 13 may 2020-ci il tarixədək olan müddətdə İmişli rayonun ərazisində müxtəlif yerlərdə aralarında olan razılığa əsasən şəxsən və ya cinayətkar qrupunun üzvü Təqsirləndirilən şəxs3 ilə birlikdə Zərərçəkmiş şəxs1 2500 manat, Zərərçəkmiş şəxs3 1000 manat, Zərərçəkmiş şəxs10h oğlundan 600 manat, Zərərçəkmiş şəxs11 800 manat, Zərərçəkmiş şəxs6 1000 manat, Zərərçəkmiş şəxs12 Əliağa oğlundan 1200 manat, Zərərçəkmiş şəxs13 600 manat, Zərərçəkmiş şəxs5 1200 manat, Zərərçəkmiş şəxs14 1500 manat, Zərərçəkmiş şəxs15 1000 manat, Zərərçəkmiş şəxs7 3000 manat, Zərərçəkmiş şəxs16 2000 manat, Zərərçəkmiş şəxs17 700 manat, Zərərçəkmiş şəxs18 600 manat, Zərərçəkmiş şəxs19 1500 manat, Zərərçəkmiş şəxs20 1500 manat, Zərərçəkmiş şəxs21 5000 manat, X5 1200 manat, Zərərçəkmiş şəxs23 1000 manat, Zərərçəkmiş şəxs24 600 manat, Zərərçəkmiş şəxs9 4800 manat, Zərərçəkmiş şəxs25 1000 manat, Zərərçəkmiş şəxs4 1000 manat, Zərərçəkmiş şəxs26 750 manat, Şahid26 1500 manat, Şahid27 600 manat, Şahid28 600 manat, Zərərçəkmiş şəxs28 1200 manat, X6 1350 manat, X12 1300 manat olmaqla cəmi 42.600 manat məbləğində pul vəsaitini aldadaraq alıb aralarında bölməklə, sonunculara məxsus əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək təkrar dələduzluq etmiş və vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkət etməyə görə birbaşa yolla cinayət qrupun üzvlərinin vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyi göstərilən şəxsləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, İmişli Rayon İcra Hakimiyyətinin başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Təqsirləndirilən şəxs1 Heydər oğlu və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan qrup halında özgəyə məxsus əmlakı ələ keçirib, aralarında bölmək məqsədi ilə, cinayətkar qrupun başçısı Təqsirləndirilən şəxs1 göstərişi ilə Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup İmişli rayonu sakininə onları, qohumlarını və digər tanışlarını ödənişli ictimai işçi kimi sənədləşdirilmək, eləcə də onlara ünvanlı sosial yardım ayrılmaq imkanına malik olduqlarını yalandan bildirib, işə qəbul, sosial yardımı ilə bağlı müraciətlərinin müsbət həlli müqabilində, İmişli Rayon İcra Hakimiyyətinin və İmişli Rayon Məşğulluq Mərkəzinin adını, soyadını, vəzifəsini bildirmədiyi səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrin icrası ilə bağlı onların xeyrinə edəcəyi qanunsuz hərəkətə görə adambaşına maddi nemət olan ***-**** manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini bildirib ələ alaraq, 2019-cu ilin avqust ayından 13 may 2020-ci il tarixədək olan müddətdə İmişli rayonun ərazisində müxtəlif yerlərdə aralarında olan razılığa əsasən cinayətkar qrupunun üzvü Təqsirləndirilən şəxs2 ilə birgə və ya Təqsirləndirilən şəxs2 təklikdə Zərərçəkmiş şəxs1 2500 manat, Zərərçəkmiş şəxs3 1000 manat, Zərərçəkmiş şəxs10h oğlundan 600 manat, Zərərçəkmiş şəxs11 800 manat, Zərərçəkmiş şəxs6 1000 manat, Zərərçəkmiş şəxs12 Əliağa oğlundan 1200 manat, Zərərçəkmiş şəxs13 600 manat, Zərərçəkmiş şəxs5 1200 manat, Zərərçəkmiş şəxs14 1500 manat, Zərərçəkmiş şəxs15 1000 manat, Zərərçəkmiş şəxs7 3000 manat, Zərərçəkmiş şəxs16 2000 manat, Zərərçəkmiş şəxs17 700 manat, Zərərçəkmiş şəxs18 600 manat, Zərərçəkmiş şəxs19 1500 manat, Zərərçəkmiş şəxs20 1500 manat, Zərərçəkmiş şəxs21 5000 manat, X5 1200 manat, Zərərçəkmiş şəxs23 1000 manat, Zərərçəkmiş şəxs24 600 manat, Zərərçəkmiş şəxs9 4800 manat, Zərərçəkmiş şəxs25 1000 manat, Zərərçəkmiş şəxs4 1000 manat, Zərərçəkmiş şəxs26 750 manat, Şahid26 1500 manat, Şahid27 600 manat, Şahid28 600 manat, Zərərçəkmiş şəxs28 1200 manat, X6 1350 manat, X12 1300 manat olmaqla cəmi 42.600 manat məbləğində pul vəsaitini aldadaraq alıb aralarında bölməklə, sonunculara məxsus əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrar dələduzluq etmiş və vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkət etməyə görə birbaşa yolla cinayət qrupun üzvlərinin vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyi göstərilən şəxsləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən təhrik etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, 2020ci ilin yay aylarında ayrı-ayrı şəxslərə pul borcum olduğu üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vasitəsi ilə vətəndaşları aldadaraq pul müqabilində işə qəbul üçün onlardan adambaşına 500-600 manat olmaqla cəmi 10.500 manat pul almış, həmin toplanmış vəsait ilə öz borcumu bağlamışdır. O, birbaşa vətəndaşlardan pul almamış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vasitəsi ilə pul alınmış və pulun vətəndaşlardan alınmasında iştirak etməmişdir. Pul ona siyahı ilə vətəndaşların şəxsiyyət vəsiqələrinin surətləri ilə birlikdə verilmiş, siyahıda neçə nəfərin adının olmasını və kimlərin adının olmasını xatırlamır. Həmin vətəndaşlar işə qəbul olunmayacaqlarından aldadıb pul toplamış, heç kimə vətəndaşların işə düzəlməsi üçün pul verməmişdir. O, sonradan vətəndaşlardan alınıb ona verilən 10.500 manat məbləğində pul vəsaitini hissə-hissə olmaqla 5500 manat məbləğində pul vəsaitini birbaşa, 5000 manatı isə Təqsirləndirilən şəxs3 vasitəsi ilə işə düzəltmək adı ilə pul verən vətəndaşlara geri qaytarmışdır, əməlindən səmimi peşmandır. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, o 2019-cu ilin dekabr ayında qonşusu, "xxxx"-ndə fəhlə işləyən Təqsirləndirilən şəxs3lə görüşərkən sonuncu ona İmişli Rayon İcra Hakimiyyətinin başçısının İmişli şəhər inzibati dairəsi üzrə nümayəndəsinin müavini Təqsirləndirilən şəxs1 adambaşı 600 manat pul müqabilində həmin mərkəzə işçi qəbul etdiyini bildirmişdir. Bir neçə gündən sonra o Təqsirləndirilən şəxs1 otağına gedib ona işə qəbul olunmağı üçün 600 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 ondan pulu qəbul edib, 2020-ci ilin mart ayınadək işə qəbul olunacağımı demişdir. Sonra o Elvindən başqa şəxslərin pul müqabilində işə qəbul olunmasının mümkün olub-olmaması ilə maraqlanmış, Elvin ona 400-600 manat pul müqabilində istənilən şəxsi həmin mərkəzə işə qəbul edəcəyini bildirmiş və bununla bağlı müraciət edən şəxs olduqda həmin şəxsdən lazım olan məbləğdə pulu, şəxsiyyət vəsiqəsinin surətini alıb Təqsirləndirilən şəxs3 vasitəsi ilə ona təqdim olunmasını demişdir. Həmin görüşdən sonra o tanışı X13 500 manat, onun vasitəsilə Zərərçəkmiş şəxs12 Əliağa oğlundan 600 manat, Zərərçəkmiş şəxs18 600 manat, Zərərçəkmiş şəxs11 600 manat, Şahid27 600 manat məbləğində pul vəsaitini alıb işə qəbul olunmaları üçün şəxsiyyət vəsiqələrinin surətləri ilə Təqsirləndirilən şəxs3 vermişdir. Sonra Təqsirləndirilən şəxs3 avtomobili ilə onu Təqsirləndirilən şəxs1 iş yerinə aparmış, onu avtomobildə saxlayıb Təqsirləndirilən şəxs1 otağına qalxmışdır. Bir neçə dəqiqədən sonra geri qayıdıb ona 500 manat vermiş və Təqsirləndirilən şəxs1 həmin pulun mənə çatacağını bildirdiyini demişdir. Sonra o 14 yanvar 2020-ci il tarixdə işə qəbul üçün Zərərçəkmiş şəxs11 600 manat, Zərərçəkmiş şəxs12 arvadı Gülfiyyə Əliyevaya görə 600 manat alıb Təqsirləndirilən şəxs3 vermişdir. Təqsirləndirilən şəxs3 yenə həmin pulu Təqsirləndirilən şəxs1 təklikdə təhvil verdikdən sonra ona 500 manat vermiş və həmin pulu Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Daha sonra o İmişli rayon sakinlərindən işə düzəlmək üçün pullar alaraq Təqsirləndirilən şəxs3 5 aprel 2020-ci il tarixdə 10.000 manat, təxminən bir həftədən sonra 5000 manat, 3 gün sonra 4000 manat, 2 gün sonra 3000 manat, 25-26 aprel 2020-ci il tarixdə 2900 manat məbləğində pul vəsaitlərini təhvil vermişdir. 5 aprel 2020-ci il tarix istisna olmaqla Təqsirləndirilən şəxs3 həmin pul məbləğlərini onun iştirakı olmadan Təqsirləndirilən şəxs1 təhvil vermişdir. 5 aprel 2020-ci il tarixdə isə Təqsirləndirilən şəxs3 onunla bərabər Təqsirləndirilən şəxs1 iş yerinə getmiş və orada Təqsirləndirilən şəxs1lə görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs1 ona Təqsirləndirilən şəxs3lə birgə onun yanına gəlməməyi tapşırmışdır. 2020-ci ilin mart ayına qədər Təqsirləndirilən şəxs3 ona pul verilən şəxslərin işə qəbul olunacağını vəd etsə də, onlar işlə təmin olunmamışlar. 2020-ci ilin mart ayında Novruz bayramı ərəfəsində o işə qəbul ilə bağlı Zərərçəkmiş şəxs10 və digər 9 nəfərdən adambaşına 500 manat olmaqla 5.000 manat pul alıb Təqsirləndirilən şəxs1 iş otağında təhvil vermiş, sonuncu isə həmin pul vəsaitindən ona pay kimi 790 manat vermişdir. Bundan başqa 2020-ci ilin may ayında vətəndaşlardan topladığı 4000 manatı Təqsirləndirilən şəxs1 dediyi bank kartına ödəmə terminalları vasitəsi ilə köçürmüşdür. 2020-ci ilin may ayında da işə qəbul üçün 32-33 nəfər İmişli rayon sakinindən pul alıb, şəxsən Təqsirləndirilən şəxs1 iş otağında təhvil vermiş, lakin pul verən sakinlərin heç biri işlə təmin olunmadığına görə 20-25 gündən sonra pullarını geri tələb etməyə başlamışlar. O şikayət edən şəxslərə onlardan aldığı pul vəsaitlərini Təqsirləndirilən şəxs1 verdiyini etiraf etməyə məcbur olmuş. Vətəndaşlar şikayət etdikdən sonra onlar verilən pulların bir qismini vətəndaşlara qaytarsalar da, pullar tam qaytarılmamışdır, törətdiyi əməllərdən səmimi peşmandır. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, 2019cu ilin dekabr ayında tanışı Təqsirləndirilən şəxs2 ona Təqsirləndirilən şəxs1 vasitəsi ilə 500-700 manat pul müqabilində X30 işçi qəbul etdirə biləcəyini demiş, bundan sonra Təqsirləndirilən şəxs2 vətəndaşlardan adambaşına 500-700 manat alaraq toplanmış vəsaiti taksi sürücüsü kimi onun vasitəsi ilə Təqsirləndirilən şəxs1 vermişdir. Daha sonra isə Təqsirləndirilən şəxs2 vətəndaşlardan aldığı pulu birbaşa Təqsirləndirilən şəxs1 təqdim etməyə başlamışdır. O cəmi Təqsirləndirilən şəxs1 hissə hissə olmaqla 15.500 manat pul vermiş, həmin məbləğdən də bir qismini Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 vermək üçün qaytarmış və o həmin məbləği Raminə vermişdir.Bu işdə ona təxminən 5.000 manata yaxın pul qalmış, ona Elvin də Ramin də pul vermiş, O ilk əvvəl Təqsirləndirilən şəxs1 işə qəbul etmək iqtidarında olduğuna əmin olmuş, lakin sonrakı müddətdə pul verən vətəndaşların işə qəbul ilə bağlı məsələlərinin həlllini tapmadığını görüb, Təqsirləndirilən şəxs1 bu məsələdə səlahiyyətli şəxs olmadığını başa düşmüşdür. Belə ki, Təqsirləndirilən şəxs1 ona və Təqsirləndirilən şəxs2 şikayət edən vətəndaşları razı salmaq üçün «yeni» müştərilər tapıb, onlardan alınacaq pul vəsaitləri hesabına şikayət edən şəxslərin pullarını geri qaytarmağı tapşırmışdır. Təqsirləndirilən şəxs1 onu və Təqsirləndirilən şəxs2 inandırmışdır ki, yeni «müştərilər»in işə qəbul etmə məsələləsini həll edə bilməsə, onların pul vəsaitlərini mütləq qaytaracaqdır. O, daha sonra öz ifadəsində bildirdi ki, etdiyi əməllərindən səmimi peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməlləri onların etirafedici ifadələri ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş iş materialları və zərər çəkmiş şəxslərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında, zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o bibisi oğlu vasitəsi ilə Təqsirləndirilən şəxs2 ilə tanış olmuş, həmin vaxt Təqsirləndirilən şəxs2 özünü İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim edib, 500 manat pul müqabilində onu "xxxx"-nə işə qəbul edəcəyni vəd etmişdir. 2019-cu ilin noyabr ayında İmişli şəhəri Nuray şadlıq evinin yaxınlığında tanışı Asəfin yanında işə qəbul olunmağı üçün Təqsirləndirilən şəxs2 500 manat vermişdir. Bundan başqa dayısı oğlu Zərərçəkmiş şəxs25, yeznələri Elgün Qoşunəlıyev, Zərərçəkmiş şəxs4 və digərləri onun vasitəsi ilə Təqsirləndirilən şəxs2la tanış olmuşlar və Təqsirləndirilən şəxs2 həmin şəxslərə onları adambaşına 500 manat məbləğində pul müqabilində Dost iş mərkəzi işçi kimi qəbul etməyi təklif etmişdir. Onlar da Təqsirləndirilən şəxs2 işə qəbul ilə bağlı pul vəsaiti vermişlər. Daha sonra o həmin ay özündən başqa arvadı Dilarə Məmişovanın, qızı Günay Qoşunəliyevanın, bacısı Lalə Abdullayevanın, onun əri Zərərçəkmiş şəxs2 Dost iş mərkəzində işə qəbul olunması üçün Təqsirləndirilən şəxs2 cəmi 2000 manat məbləğində pul vermişdir. Lakin Təqsirləndirilən şəxs2 onların işə qəbul olunmasını təmin etməmiş və verdiyim vəsaiti də geri qaytarmamışdır. Buna baxmayaraq sonuncu ondan istintaqa həmin vəsaitin geri qaytarması barədə ərizə yazmağını və həmin vəsaiti qısa müddətdə geri qaytaracağını vəd etmişdir. Lakin sonradan vəsaiti geri qaytarmamışdır. 2020-ci ilin aprel ayından etibarən o tanışları və qohumları ilə birgə Təqsirləndirilən şəxs2 verdiyikləri pul vəsaitlərini geri verməsini tələb etməyə başlamışlar. 14 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 onun mobil telefonuna zəng vurub, İmişli şəhəri icra nümayəndəliyinin yaxınlığında görüşməyi təklif etmişdir. Görüş zamanı o, Təqsirləndirilən şəxs2 ondan və digər şəxslərdən işə qəbul üçün aldığı pul vəsaitlərini özü qaytaracağını vəd edərək Təqsirləndirilən şəxs2 bu məsələ ilə bağlı narahat etməməyini xahiş etmişdir. Lakin o verdiyi pul vəsaitlərini Təqsirləndirilən şəxs2 geri alacağanı bir daha bildirib oradan uzaqlaşmışdır. 15 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birgə onunla və digər işə düzəlmək üçün pul vermiş şəxslərlə İmişli şəhəri Şəhidlər Xiyabanının yaxınlığında görüşərək Təqsirləndirilən şəxs2 onlardan aldığı pulları geri qaytaracağını vəd etmiş, buna baxmayaraq onlar aldıqları vəsaiti geri qaytarmamış və onları işlə də təmin etməmişlər. O pulu Təqsirləndirilən şəxs2 verəndə sonuncu işi kimin vasitəsi ilə düzəldəcəyini, pulu kimə verəcəyini deməmişdir. Təqsirləndirilən şəxs1 sonradan ona bir dəfə cəmi 50 manat qaytarmışdır. Hal-hazırda o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şikayətçidir, digər Təqsirləndirilən şəxs3 isə heç bir şikayəti yoxdur. Məhkəmə iclasında, zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o 2019-cu ilin dekabr ayında bibisi oğlu Zərərçəkmiş şəxs10 vasitəsi ilə Təqsirləndirilən şəxs2la tanış olmuş və Asəf Təqsirləndirilən şəxs2 pul müqabilində ayrı-ayrı şəxsləri X30 işə qəbul edə biləcəyini bildirmişdir. 01 dekabr 2019-cu il tarixdə o, Zərərçəkmiş şəxs10, dostları Mehdi Quliyev və Şahin Quliyevlə birgə Təqsirləndirilən şəxs2la İmişli mərkəzi poçt şöbəsinin yaxınlığında görüşmüş, görüş zamanı Təqsirləndirilən şəxs2 özünü İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim edib, işə qəbul, sosial müavinət ödənişləri kimi işlərlə məşğul olduğunu bildirmiş və onları adambaşı 500 manat pul müqabilində X30 işə qəbul etdirə biləcəyini demişdir. Onlar Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşmışlar. 3 dekabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs10 onları təkrar Təqsirləndirilən şəxs2la həmin poçt şöbəsinin yanında görüşdürmüş və görüş zamanı o özü və arvadı Qaraşova Hicran Qubad qızının işə qəbul olunması üçün 1000 manat, dostları Mehdi Quliyev və Şahin Quliyev isə adambaşına 500 manat olmaqla cəmi 2000 manatı Təqsirləndirilən şəxs2 vermişlər. Təqsirləndirilən şəxs2 pulları aldıqdan sonra onları işlə təmin edəcəyini vəd etmiş, lakin 2020-ci ilin aprel ayına qədər işin düzəlməsi ilə bağlı bir xəbər olmamışdır. Təqsirləndirilən şəxs2 onları Təqsirləndirilən şəxs1lə tanış etmiş və Təqsirləndirilən şəxs1 R.Qasimovun onlardan aldığı pulları özünün qaytaracağını bildirmişdir. 2020-ci ilin may ayında o işə qəbul olunmaq üçün pul verən digər şəxslərlə birlikdə Təqsirləndirilən şəxs1 xidməti iş yerinə gedərək onunla görüşmüşdür. Təqsirləndirilən şəxs1 həmin pulları özü qaytaracağını bildirmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs1 mənə pulu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs2 ondan pulu alan zaman İmişi rayon İcra Hakimiyyətində işləyən “adam”ının olduğunu, pulu ona verəcəyini, həmin şəxsin etibarlı olduğunu bildirmiş, lakin həmin şəxsin kim olduğunu bildirməmişdir. Hal-hazırda o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şikayətçidir, digər Təqsirləndirilən şəxs3 isə heç bir şikayəti yoxdur. Məhkəmə iclasında, zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs21 ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayının sonunda qonşusu Təqsirləndirilən şəxs2 ona pul verərək “DOST” iş mərkəzinə işə qəbul olunmağını təklif etmiş, hər adamı işə düzəltmək üçün 500-600 manat məbləğində pul verilməli olduğunu bildirmişdir. O bu barədə yaxın qonşularına və qohumlarına bildirmiş və onlar da, razılaşmışlar. Belə ki, bir müddət sonra bibisi oğlu Oqtay Əhmədov özü və həyat yoldaşı üçün 1000 manat, dostu Fərzəliyev Ərşad özü və həyat yoldaşı üçün 1200 manat, dostu Zərərçəkmiş şəxs24 özü üçün 600 manat pulu onun vasitəsi ilə Təqsirləndirilən şəxs2 vermişlər. Habelə o özü, qardaşı və digər ailə üzvləri üçün 2000 manatı Təqsirləndirilən şəxs2 vermişdir. O həmin pulları 2020-ci ilin aprel ayının sonlarında İmişli şəhərində müxtəlif yerlərdə Təqsirləndirilən şəxs2 görüşüb təqdim etmiş, Təqsirləndirilən şəxs2 da hər dəfə ondan və adını çəkdiyi digər şəxslərdən pul alarkən bu vəsaiti “müəllim”ə verəcəyini bildirmişdir. 10- 15 gündən sonra Təqsirləndirilən şəxs2 təkrar onu yanına çağırıb, onun və ailə üzvlərinin işə qəbulu üçün həmin şəxsə əlavə 3000 manat rüşvət verməli olduğumu bildir və o əlacsız qalaraq yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs2 əlavə 3000 manat vermişdir. Lakin Təqsirləndirilən şəxs2 onu və yaxınlarını, tanışlarını işlə təmin etməmiş və müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. Təqsirləndirilən şəxs2 ondan pulu alarkən pulu “müəllim”ə verəcəyini bildirsə də, həmin şəxsin kim olduğunu deməmişdir. O qohumlarının və tanışlarının Təqsirləndirilən şəxs2 verdiyi pulları özü onlara geri qaytarmış, Ramin isə ona pul qaytarmamışdır. Hal-hazırda o, Təqsirləndirilən şəxs2 şikayətçidir, digər təqsirləndirilən şəxslərdən isə heç bir şikayəti yoxdur. Məhkəmə iclasında, zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o kirvəsi Zərərçəkmiş şəxs1 məsləhətinə görə X30 işə qəbul olunmaq üçün 2019-cu ilin dekabr ayının əvvəllərində İmişli şəhəri, Nuray şadlıq sarayının yaxınlığında özü və arvadı Aygün Quliyevaya görə 1000 manat, qardaşı Xaliq Quliyevə görə 500 manat olmaqla cəmi 1500 manat pulu Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 ozünü İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim edərək vətəndaşların işə düzəldilməsi ilə məşğul olduğunu bildirmişdir. Müəyyən vaxt keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs2 onları və digər İmişli rayon sakinlərini işlə təmin etməmiş və aldığı pulları geri qaytarmaqdan yayınmışdır. 14 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 onunla və işə qəbul olunmaq üçün pul vermiş digər İmişli rayon sakinləri ilə İmişli şəhərində Şahmat evinin yaxınlığında görüşərək Təqsirləndirilən şəxs2 işə qəbul üçün onlardan aldığı pulları özünün yaxın günlərdə qaytaracağını bildirmiş, lakin verdiyi vədini yerinə yetirməmişdir. O Təqsirləndirilən şəxs2 pulu verəndə sonuncu pulu kiməsə verəcəyini bildirməmiş, sonradan isə Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir, bunu Elvin özü də təsdiq etmişdir. Hal-hazırda o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şikayətçidir, digər Təqsirləndirilən şəxs3 isə heç bir şikayəti yoxdur. Məhkəmə iclasında, zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayında özünün və beş nəfər ailə üzvümün X30 işə qəbul olunması üçün Təqsirləndirilən şəxs2, hər adamın işə qəbulu üçün 800 manat, ümumilikdə 4800 manat məbləğində pul vermiş, lLakin Təqsirləndirilən şəxs2 onları işlə təmin etməmiş, ondan pulu alarkən Bakı şəhərində adını açıqlamadığı müəllimin olduğunu və pulun ona çatacağını bildirmişdir. Verilən puldan 1000 manatını Raminin qardaşı Rəşad ona qaytarmış, 3800 manat isə qaytarılmamışdır. Hal-hazırda o, Təqsirləndirilən şəxs2 şikayətçidir, digər təqsirləndirilən şəxslərdən isə heç bir şikayəti yoxdur. Məhkəmə iclasında, zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o 2019-cu ilin iyul-avqust aylarında İmişli rayon sakinlərinin arasında gəzən şaiyələrdən Təqsirləndirilən şəxs2 pul müqabilində X30 işçi qəbul etdirdiyini öyrənmişdir. Sonra Raminlə yaşadığı məhəllədə görüşən zaman ondan yeznəsi Taleh Nəsirov, qızları Rumiyyə Nəsirova və Lamiyə Əhədovanın işə qəbul olunmasını xahiş etmişdir. Ramin bu iş üçün ondan ümumilikdə 1200 manat pul istəmiş, həmin pulu hansısa fonda köçürülməsi üçün «müəllim»ə verəcəyini, «müəllim»-in həmin məsələləri həll etdiyini bildirmişdir. O Raminlə razılaşmış, 2019-cu ilin avqust ayında İmişli şəhəri Xiyabani küçəsində ona həmin məqsədlə 1200 manat pul vermişdir. Ramin ondan pulu aldıqdan sonra işə qəbul edəcək şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini və sağlamlıq haqqında arayışlarını istəmiş, bir neçə gündən sonra maaş kartlarını verəcəyini demişdir. Lakin sonradan həmin şəxslər işə qəbul edilməmişlər. Hal-hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında, zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, o 2019-cu ilin noyabr ayında tanışı Ramiz Haqverdiyevlə görüşərkən sonuncu ona Sosial Müdafiə Fondunun əməkdaşı Təqsirləndirilən şəxs2 adambaşı 500 manat pul müqabilində vətəndaşları X30 qəbul etdirdiyini demiş, işsiz olduğu üçün Ramizdən onu Təqsirləndirilən şəxs2la tanış etməyi xahiş etmiş və 2019-cu il noyabr ayının sonlarında Ramizin iştirakı ilə Təqsirləndirilən şəxs2la görüşmüşdür. Təqsirləndirilən şəxs2 ona adambaşına 500 manat pulun hansısa fonda köçürüldüyü təqdirdə işə qəbul olunmanın mümkün olduğunu, bu işlə hansısa «müəllim»in məşğul olduğunu bildirmiş, onunla razılaşaraq 2-3 gün sonra İmişli şəhərində «Soliton» mağazasının qarşısında Raminlə görüşüb özünün, oğlu İmaməddinin, bacısı oğlu Ramil Həsənovun və onun arvadı Nuridə Həsənovanın işə qəbul olunması üçün 2000 manat pulu ona vermiş, lakin Təqsirləndirilən şəxs2 onu və qohumlarını işlə təmin etməmişdir. Hal-hazırda ona dəymiş ziyan tam ödənilmişdir və təqsirləndirilən şəxslərə qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o 2020-ci ilin yanvar ayının sonunda qonşusu Rumiyyə Nəsirovanın vasitəsilə Təqsirləndirilən şəxs2 özümün və qohumları X10, X11, X1, X3 işə qəbul olunmaları üçün ümumilikdə 3250 manat pul vermişdir. Lakin 2020-ci ilin aprel ayında məsələnin həll olunmadığını görüb həmin pul vəsaitini geri tələb etmiş, Təqsirləndirilən şəxs2 həmin pul vəsaitini Rumiyyə Nəsirova vasitəsi ilə geri qaytarmışdır. Lakin həmin gün Təqsirləndirilən şəxs2 anasının vasitəsi ilə təkrar onu evinə çağırmış və həmin şəxslərin işə qəbul olunması üçün təkrar 3000 manat pul istəmişdir. O da həmin məbləğdə pulu ona vermişdir. Lakin nə iş düzəlmiş, nə də pulu geri qaytarılmışdır. Şikayətlərindən sonra isə oktyabr ayında Təqsirləndirilən şəxs1 gətirib ona 1000 manat pul qaytarmış, 2000 manat isə qaytarılmamışdır. Təqsirləndirilən şəxs2 ondan pul alarkən həmin pulu hansısa «müəllim» adlandırdığı vəzifəli şəxsə verəcəyini, həmin şəxsin işi həll edəcəyini bildirmişdir. Məhkəmə iclasında, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o İmişli rayon sakinləri arasında yayılan şaiyələrə əsasən Raminin rüşvət müqabilinə ayrı-ayrı vətəndaşları X30 işə qəbul etdirdiyini öyrənmişdir. Bununla bağlı qardaşının qonşusu olan Təqsirləndirilən şəxs2la tanış olmuş və Təqsirləndirilən şəxs2 ona pul verildiyi təqdirdə X30 işə qəbul ediləcəyini demişdir. O həmin təkliflə razılaşmış, özünün, arvadı X4 və oğlu X8 X30 işə qəbul olunmağını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 buna görə ondan 1350 manat pul istəmiş, onunla razılaşmışdır. 2019-cu ilin dekabr ayında İmişli şəhərində yerləşən «Sünbül» kafesində Təqsirləndirilən şəxs2la görüşüb, 1350 manat pulu ona vermişdir. Pul aldıqdan sonra Təqsirləndirilən şəxs2 ondan özünun, arvadının və oğlunun işə qəbul olunması üçün ərizə yazmalarını xahiş edib, şəxsiyyət vəsiqələrinin surətlərini götürmüşdür. Buna baxmayaraq Təqsirləndirilən şəxs2 onları işlə təmin etməmiş və aldığı pulları geri qaytarmamışdır. Təqsirləndirilən şəxs2 ondan pul alarkən pulu “müəllim”ə verəcəyini bildirsə də, müəllimin kim olduğunu deməmişdir. Məhkəmə iclasında, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs28 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2la onu xalası nəvəsi Fərman Zərbalıyev tanış etmiş, Təqsirləndirilən şəxs2 ona pul verdiyi təqdirdə X30 işə qəbul edilməyinin mümkün olduğunu bildirmişdir. O həmin təkliflə razılaşmış və 2019-cu ilin dekabr ayında İmişli şəhərində yerləşən «Sünbül» kafesində onunla təklikdə görüşüb, özünün və arvadı X7 işə qəbul olunması üçün 1200 manat pul vermişdir. Pul aldıqdan sonra Təqsirləndirilən şəxs2 ondan özü və arvadının işə qəbul olunması üçün ərizə yazmalarını xahiş edib, şəxsiyyət vəsiqələrinin surətlərini götürmüşdür. Buna baxmayaraq Təqsirləndirilən şəxs2 onları işlə təmin etməmiş və pulu da geri qaytarmamışdır. O, Təqsirləndirilən şəxs2 pulu xalası nəvəsi Fərman Zərbalıyevin yanında vermiş, Təqsirləndirilən şəxs2 pulu alarkən işin kimin vasitəsi ilə düzələcyini və ya pulu kimə çatdıracağınıona bildirməmişdir. Təqsirləndirilən şəxs2 verdiyi pul ona qaytarılmamışdır. Məhkəmə iclasında, zərər çəkmiş şəxs Şahid31 ifadəsində göstərmişdir ki, özü və arvadının X30 işə qəbul olunmağı üçün tanışı Zərərçəkmiş şəxs21 1200 manat məbləğində pul vermiş, onun həmin pulu kimə çatdıracağını bilməmişdir. Zərərçəkmiş şəxs21 ona işi düzəldən adam olduğunu və əmək haqqının 250-270 manat olduğunu bildirmişdir. Lakin işlə təmin olunmamış və həmin pulu Zərərçəkmiş şəxs21 özü ona qaytarmışdır. Zərərçəkmiş şəxs21 onların pulunu özü qaytarsa da, bildiyinə görə onun pulu qaytarılmamışdır.Asətona pulu kimə verəcəcəyini deməmiş, «adam var, belə işlə məşğul olur» demişdir. Məhkəmə iclasında, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs23 ifadəsində göstərmişdir ki, 2020-ci ilin yay aylarında özü və arvadımın X30 işə qəbul olunmaları üçün tanışı Zərərçəkmiş şəxs21 1000 manat məbləğində pul vermiş, onun həmin pulu kimə çatdıracağını bilməmişdir. Zərərçəkmiş şəxs21 ona işə düzəldən adam olduğunu bildirmiş, lakin işlə təmin olunmamış və həmin pulu Zərərçəkmiş şəxs21 özü ona qaytarmışdır. Məhkəmə iclasında, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs24 ifadəsində göstərmişdir ki, o 2020-ci ilin yay aylarında özünun işə qəbul olunmağı üçün tanışı Zərərçəkmiş şəxs21 600 manat məbləğində pul vermiş, Asət ona həmin pulu işin düzəlməsi üçün Təqsirləndirilən şəxs2 verdiyini demişdir. Sonradan həmin pul vəsaiti Təqsirləndirilən şəxs2 tərəfindən geri qaytarmamış, həmin pulu Zərərçəkmiş şəxs21 özü ona qaytarmışdır. Məhkəmə iclasında, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs29 ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayında qohumu Təqsirləndirilən şəxs2 İmişli Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinə rüşvət verdiyi halda onu Dost iş mərkəzində işlə təmin edəcəyini bildirmiş, o da onun həmin təkliflə razılaşmışdır. Bir neçə gündən sonra Raminlə İmişli şəhərinin mərkəzində görüşüb, ona 600 manat pul vermiş, lakin sonuncu onu işlə təmin etməmişdir. Ramin ona həmin vəzifəli şəxsin kim olduğunu deməmişdir. Ramin sonradan 600 manat pulu ona qaytarmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o 2020-ci ilin fevral ayında Mahir Mərdanov adlı tanışımın vasitəsi ilə Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və İmişli rayon mərkəzi poçt filialının qarşısında görüş zamanı Ramin ona İmişli Rayon İcra Hakimiyyətində çalışan vəzifəli şəxsə pul verildiyi halda onu X30 işə qəbul etdirəcəyini bildirmişdir. Ramin ona işə qəbul olunmaq üçün adambaşına 500 manat rüşvət verilməli olduğunu demişdir. O Raminin dedikləri ilə razılaşmış və 02 fevral 2020-ci il tarixdə İmişli şəhərində 1 nömrəli çay evində Raminlə görüşüb, ona özünün və arvadı Aynur İmanovanın işə qəbul olunması üçün 800 manat pul vermiş, 200 manatı isə sonra verəcəyini vəd etmişdir. Lakin Ramin onları işlə təmin etməmişdir. Ramin ona pulu müəllimə verəcəyini demiş, onun kim olduğunu deməmişdir. Sonradan pulu qaytarmağı Elvin öhdəsinə götürmüşdür. Raminə verdiyi 800 manat pulu sonradan o, özü və qardaşı hissə hissə olmaqla ona tam qaytarmışlar. Onun təqsirləndirilən şəxslərə qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 Əliağa oğlu ifadəsində göstərmişdir ki, o 2020-ci ilin yanvar ayında dayısı oğlu Zamiq Əhədovun vasitəsi ilə Təqsirləndirilən şəxs2 ilə tanış olmuş, Ramin İmişli Rayon İcra Hakimiyyətində çalışan, «müəllim» dediyi şəxsə rüşvət verildiyi təqdirdə onu X30 işə qəbul etdirəcəyini bildirmişdir. O da razılaşmış və 14 yanvar 2020-ci il tarixdə İmişli şəhərində, «Nərgizim» şadlıq sarayının qarşısında özü və arvadının işə qəbul olunması üçün ona 1200 manat pul vermişdir. Lakin bir müddət keçməsinə baxmayaraq Ramin onları işlə təmin etməmiş, ona narazılığını bildirmişdir. Ramin ondan aldığı pulları İcra Hakimiyyəti başçının İmişli şəhər inzibati dairəsi üzrə nümayəndəsinin müavini Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. 2020-ci ilin may ayında o işə qəbul olunmaları üçün Raminə pul verən digər şəxslərlə bərabər Təqsirləndirilən şəxs1 xidməti iş yerinə gedib onunla görüşmüşlər. Təqsirləndirilən şəxs1 həmin pul vəsaitlərini özü qaytaracağını bildirmiş, daha sonra o İmişli rayon polis şöbəsinə bu barədə müraciət etmişdir. Sonradan Təqsirləndirilən şəxs2 1200 manatı ona geri qaytarmışdır, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, o 2020-ci ilin yanvar ayında əmisi Covdar Əhədovun vasitəsi ilə Təqsirləndirilən şəxs2la tanış olmuş, 14 yanvar 2020-ci il tarixdə İmişli rayon mərkəzi poçtun yaxınlığında onunla görüşmüşdür. Görüş zamanı Ramin ona müəllim adlandırdığı şəxsə 600 manat hörmət etmək müqabilində onu X30 işə qəbul etdirə biləcəyini demişdir. O da buna görə əmisinin yanında Təqsirləndirilən şəxs2 600 manat vermişdir. Lakin 2020-ci ilin may ayınadək Ramin onu işlə təmin etməmişdir. Sonra məlum olmuşdur ki, Ramin onunla bərabər başqa İmişli rayon sakinlərini də işə qəbul ilə bağlı aldatmış, pullarını ələ keçirmişdir. Onlar bu barədə şikayət etdikdə Ramin həmin pul vəsaitlərini Təqsirləndirilən şəxs1 verdiyini bildirmiş, Elvin şikayət edən şəxsləri qəbul edərək işə qəbul ilə bağlı verilən pul vəsaitlərini Təqsirləndirilən şəxs2 ona verdiyini etiraf edərək onları geri qaytaracağına söz vermişdir. Verdiyi 600 manat puldan bir dəfə Elvin 100 manatını qaytarmış, qalanı isə qaytarılmamışdır. Məhkəmə iclasında, zərər çəkmiş şəxs Şahid27 ifadəsində göstərmişdir ki, o 2020-ci ilin yanvar ayında qohumu Zərərçəkmiş şəxs12 vasitəsi ilə Təqsirləndirilən şəxs2la tanış olmuşdur. Elman ona Təqsirləndirilən şəxs2 özünün və arvadının işə qəbul olunması üçün 1200 manat pul verdiyini bildirmişdir. O da işə düzəlmək üçün deyilən sənədlərlə bərabər Raminə 600 manat pul vermiş, lakin Təqsirləndirilən şəxs2 ona işlə təmin etməmiş, hər dəfə Elmandan bu məsələni dəqiqləşdirdikdə sonuncu ona darıxmamasını demiş, sonra İmişli rayon Polis Şöbəsinə şikayət etmiş və şikayətindən sonra o, 600 manat pulu geri qaytarmışdır. Onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, 2019-cu ilin noyabr ayında dostu Ramiz Haqverdiyev ona İcra Hakimiyyətində işləyən Təqsirləndirilən şəxs2 adlı şəxsin 500-700 manat müqabilində işsiz şəxsləri Dost iş mərkəzində işlə təmin etdiyini demişdir. Sonra Ramiz onu Təqsirləndirilən şəxs2la İmişli rayon meyvə tərəvəz bazarında tanış etmişdir. Ramin özünü İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim edib, pul müqabilində vətəndaşları X30 işə qəbul etdirdiyini bildirmişdir. O özünün və arvadı Rəfiqə Əliyevanın işə qəbul olunması üçün 1000 manat pulu və şəxsiyyət vəsiqələrinin surətlərini Ramizin iştirakı ilə İmişli rayon bazarında Təqsirləndirilən şəxs2 vermişdir. O, 2020-ci ilin yanvar ayınadək işi həll edəcəyini demiş, lakin iş düzəlməmişdir. O hər dəfə bu barədə Ramizdən soruşanda o, Raminlə danışıb Raminin işin qısa müddət ərzində həll olunacağını dediyini bildirmiş, verdiyi pul bu günə kimi ona qaytarılmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs3, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs2 Sərraf oğlunun təqdim etdiyi səs yazılarına baxış protokolundan görünür ki, «Ramin Elvin zəng» adlı audiofaylda Ramin olması ehtimal olunan şəxsin Elvin ehtimal olan şəxsə zəng vurub, ona verilən pulları hesablayıbhesablamaması, Elvin isə bu məsələnin ona maraqlı olmaması; Raminin Elvinlə bu işi həll etmək üçün görüş təyin etməsi; Elvin isə vaxtında bu işi kimlə gördüyünü düşünməli olduğunu bildirməsi; Ramin isə onunla və Vasifdən başqa bu işi kənar adamla görməməsi; Elvin isə ondan, yəni Ramildən pul almadığını bildirməsi; Raminin əvvəl pulu ona iş otağında yazı stolunun üstünə qoymaqla şəxsən ona verməsi, bu işi yoluna qoymasını tələb etməsi; Elvinin isə ondan pul almadığını bildirməsi; Raminin ona, Vasifə pul verməsi, başqa adama pul verməməsi barədə danışıqlar olmuşdur. “X31» əsas adlı audiofaylda isə Tahir adlı şəxs Elvinlə söhbət zamanı Elvin Raminin ayın 22 tarixinə qədər vaxt istədiyini, dünənə qədər işlədiyi üçün pul aldığını etiraf etmədiyini, hazırda işləmədiyi üçün pul aldığını etiraf etdiyini, bununla bağlı Vasifdən hissə-hissə olmaqla ümumilikdə 10500 manat pul aldığını, əlavə olaraq 2000 manat istəyib, həmin pula 10 gün ərzində 12 nəfəri işə düzəltməsini, Tahirin isə əvvəl verdiyi pulları geri ala bilmədiyi söyləyib, işə düzəldikdən sonra ona həmin pulları verə biləcəyini deməsi barədə danışıqlar vardır. «Vasif Ramin danışıq əsas» adlı audiofaylda Vasif Raminə «Kərbəlayı» deyə müraciət edib, heç bir narahatçılığın olmadığını, ayın 5-nə qədər bütün sənədlərin getdiyini, lazım olsa bu səs kayıdını adamlara göstərib, onların narahat olmamalarını, ayın 4 və ya 5 qədər göndərilən sənədlərin geri qaytarılacığını, kartların da paylacağını, kartları da bankdan götürəcəklərini bildirməsi barədə danışıq qeyd olunmuşdur. «Elvin-Vasif Əsas» adlı auidofaylda Elvin Vasiflə görüş zamanı 518 nəfərdən 165 nəfər saxladığını, geridə qalanların xitam olunduğunu, saxlanılan şəxslərin içərisindən onun və arvadının olduğunu, habelə qardaşı Kərbəlanın xitam olunduğunu, hər nəfərə 70-80 nəfər adam verildiyini, həmin 70-80 nəfərin kartının onda yəni Vasifdə olacağını, hər bir nəfərdən 20-40 manat pul alınacağını, həmin şəxslər işləməmələri, onlardan toplanmış ümumilikdə 5000 manatdan 1000 manata ona, yəni Vasifə, geridə qalanın təhvil verilməli olduğunu, aprel ayından etibarən razılaşdıqları adamların kartları götürəcəklərini, ondan, yəni Vasifdən başqa kiməsə etibar etmədiyinə görə onun arxasında dayanacağını, siyahıda olan şəxslərdən kiminsə işə alınmadığı halda onların pullarını geri qaytaracağı, Vasif isə Elvinin dedikləri ilə razılaşıb, ona zəng edənlərə mart ayında kartlarını alacaqlarını söyləməsi, Elvin isə and verərək, işçilər çıxan gün onun adamların qəbul olunacağını, işə qəbul olunan şəxslərin bir-birindən xəbərsiz olacaqlarını, bu üsulla 1-3 ilə ayda 1000-5000 manat pul qazanacaqlarını, aprel ayında bu işlərin baş tutucağanı vəd etməsi barədə danışıqlar, habelə Vasif isə «Eşitdin Ramin!?, Vəziyyəti eşitdin!? Nə dedi!? Narahat olma, get buz kimi, arxamızda əmisi rəis Babayev durub, heç bir işdən narahatçılıq yoxdur» sözlərini deməsi barədə danışıqlar olmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş «E-manat» ödəmə terminalının 703 №li qəbzinə və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs11, Təqsirləndirilən şəxs2 Sərraf oğlunun əmək müqavilələrinə baxış protokolundan görünür ki, həmin qəbzdə İmişli şəhəri H.Əliyev prospekti 85, Orbita elektroniks-də yerləşən 2069 №li Terminal vasitəsi ilə xx.xx.2020-cü il tarixdə saat 17:27:34 Bank VTB-də olan X14 ******************** hesab nömrəsinə 2000 AZN köçürülmüşdür. Habelə baxışa təqdim olunmuş əmək müqavilələrində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs11, Təqsirləndirilən şəxs2 Sərraf oğlunun soyadları yazılıb, imzaları icra olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş X14 təqdim etdiyi **********455429 №li debet kartının hesabından çıxarışa baxış protokolundan görünür ki, E-manat terminalı ilə xx.xx.2020-ci il tarixdə 2000 manat, xx.xx.2020-ci il tarixdə 2000 manat hesaba mədaxil olunmuş və xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə həmin vəsait ATM Gənclik 1 terminalı ilə nağdlaşdırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Ramil Qasımovun səs yazıların olması ehtimal olunan «Ramin Elvin zəng», «X31 əsas», «Vasif Ramin danışıq əsas», «Elvin Vasif əsas» adlı fayllarda olan danışaqların eyniləşdirilməsi üçün təyin edilmiş məhkəmə fonoskopik ekspertizasının xx.xx.2021-ci il tarixli 4/1790 №li rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş 1 ədəd HP markalı DVD diskdə olan mübahisəli fonoqramlar eyniləşdirici tədqiqata yararlıdır. Danışıqlarda Təqsirləndirilən şəxs1 kimi təqdim olunan səxs «K1», Təqsirləndirilən şəxs3 ilə təqdim olunan şəxs «K2», Təqsirləndirilən şəxs2 Sərraf kimi təqdim olunan şəxs «K3» kimi şərti olaraq işarələnmiş və tədqiqatlara əsasən «K1» kimi işarə olunmuş diktorun səsi Təqsirləndirilən şəxs1, «K2» kimi işarə olunmuş diktorun Təqsirləndirilən şəxs3, «K3» kimi işarə olunmuş diktorun səsi Təqsirləndirilən şəxs2 Sərraf oğluna məxsusdur. Cinayət işinin materiallarına əlavə edilmiş İmişli Rayon İcra Hakimiyyətinin başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12 №li 01 avqust 2019-cu il tarixli əmrindən görünür ki, Babayev X18 Rayon İcra Hakimiyyətinin başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş İmişli Rayon İcra Hakimiyyətinin başçısının 07 avqust 2020-cu il tarixli 39 №li əmrindən görünür ki, Babayev X18 Rayon İcra Hakimiyyətinin başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsindən azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş İmişli Rayon İcra Hakimiyyətinin başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 Heydər oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə mənfi xarakterizə olunurlar. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış sorğulardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10h oğlunun məhkəməyə göndərdiyi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli teleqramlardan görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş İmişli rayon İcra Hakimiyyəti başçısının İmişli şəhər İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 1728 saylı arayışından, AZE-12761189 №-li və AZE-12761206 №-li şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2009-cu il təvəllüdlü və xx.xx.2011-ci il təvəllüdlü iki uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş AZE-12106108 №-li və AZE-12106077 №li şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2007-ci il təvəllüdlü və xx.xx.2009-cu il təvəllüdlü iki uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş İmişli rayon İcra Hakimiyyəti başçısının İmişli şəhər İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 31 may 2022-ci il tarixli 1959 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi həyat yoldaşı və üç qız övladından ibarətdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 «Vətən müharibəsinin iştirakçısı», «Cəbrayılın azad olunmasına görə», Füzulinin azad olunmasına görə» və «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mil-Muğan regional filialının 31 may 2022-ci il tarixli **********8 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs1 3-cü dərəcəli əlilliyə görə əmək pensiyası alır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilənin etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs1 istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3-cü və 32.4, 312.2-ci maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Habelə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilənin etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs2 istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Həmçinin, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilənin etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs3 istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, həmçinin törətdiyi cinayət əməlini etiraf edib hərəkətindən səmimi peşman olmasını, 3-cü dərəcəli əlil olmasını və Vətən müharibəsinin iştirakçısı olmaqla Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən «Cəbrayılın azad olunmasına görə», Füzulinin azad olunmasına görə» və «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, həmçinin törətdiyi cinayət əməlini etiraf edib hərəkətindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cü maddəsinə əsasən cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, həmçinin törətdiyi cinayət əməlini etiraf edib hərəkətindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-in 61.1.1 və 61.1.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti təkrar və qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində törətməsidir. Azərbaycan Respublikası CM-in 61.1.1 və 61.1.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti təkrar və qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində törətməsidir. Azərbaycan Respublikası CM-in 61.1.1 və 61.1.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti təkrar və qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində törətməsidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmalarını mümkün saymayaraq, törətdikləri cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələrini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən onlara təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 - ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın, yəni ittiham olunduğu maddələrin sanksiyalarında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsini məqsədəuyğun hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 2-ci bəndinin 2-ci hissəsinə görə təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır. Cərimə növündə cəza təyin edərkən məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin miqdarı hökm çıxarılan vaxt üçün hesablanmalıdır. Həmin qərarın 2-ci bəndinin 4-cü hissəsinə görə məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin aşağı olması ona əsas cəza kimi cərimə cəzası əvəzinə sanksiyada nəzərdə tutulan başqa daha ağır cəza növü təyin edilməsi üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməsi məqsədəmüvafiqdir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Təqsirləndirilən şəxs3 haqqında olan hökmün icrası İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək iş üzrə maddi sübut kimi tanınmış «E-manat» ödəmə terminalının 703 №li qəbzin, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs11, Təqsirləndirilən şəxs2 əmək müqavilələrinin, «Ramin Elvin zəng», «X31 əsas», «Vasif Ramin danışıq əsas», «Elvin Vasif əsas» adlı faylların cinayət işinin materiallarında saxlanılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertiza xərci olan xərci olan cəmi 300 (üç yüz) manat təqsirləndirilən şəxslərdən müştərək qaydada, yəni 100 (yüz) manat Təqsirləndirilən şəxs1, 100 (yüz) manat Təqsirləndirilən şəxs2 və 100 (yüz) manat Təqsirləndirilən şəxs3 alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, hərbi məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3-cü və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti cəza olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş“polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun həbs edildiyi gündən, yəni 11 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4, 312.2ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti cəza olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və onun barəsində olan digər cinayət işi ilə əlaqədar həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun həbs edildiyi gündən, yəni 11 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə 4000 (dörd min) manat miqdarında cərimə cəzasına, Cinayət Məcəlləsinin 32.4, 312.2ci maddəsi ilə 8000 (səkkiz min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti cəza olaraq 8500 (səkkiz min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs3 haqqında olan hökmün icrası İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci olan cəmi 300 (üç yüz) manat təqsirləndirilən şəxslərdən müştərək qaydada, yəni 100 (yüz) manat Təqsirləndirilən şəxs1, 100 (yüz) manat Təqsirləndirilən şəxs2 və 100 (yüz) manat Təqsirləndirilən şəxs3 alınaraq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış «E-manat» ödəmə terminalının 703 №li qəbzi, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs11, Təqsirləndirilən şəxs2 əmək müqavilələri, «Ramin Elvin zəng», «X31 əsas», «Vasif Ramin danışıq əsas», «Elvin Vasif əsas» adlı fayllar cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs1na və Təqsirləndirilən şəxs2 münasibətdə həmin müddət hökmün surətinin onlara verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar