Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-343/2024 26.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1979-cu ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində 05 iyun 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə məlum olmayan mənbədən külli miqdarda təmiz çəkisi - 20,036 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, 03 iyun 2023-ci ildə saat 04:30-da Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Yol Patrul Xidməti Alayının Kürdəmir rayonu ərazisində yerləşən 721 saylı stasionar postunda etibarnamə əsasında idarə etdiyi “Mercedes” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın ön sol cibindən “Sobranie” markalı siqaret qutusunun içərisində 02 ədəd polietilen torbacıqda ayrılıqda təmiz çəkiləri 9.302 qram və 10.734 qram olmaqla ümumi çəkisi 20.036 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-1ci maddəsi ilə təqsirli bilərək məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. “İnstagram” sosial şəbəkəsindən Telman adlı şəxslə tanış olmuş, şəxsi istifadəsi üçün qramı 20 manatdan olmaqla 400 manat müqabilində ondan 20 qram narkotik vasitə heroin almış, pulu həmin şəxsin bank kartına göndərmiş, həmin şəxs narkotik vasitəni götürmək üçün ona telefonun “xəritələr” proqramı ilə “konum” göndərərək işarələdiyi yerə getməsin demiş, deyilən Bakı şəhəri, Nizami rayonu ərazisində “Neftçilər” adlandırılan yerə gedərək orada ağacın dibində 01 ədəd sellofan paket görüb içərisində narkotik vasitə heroin olduğunu bilib onu götürüb cibinə qoyaraq idarə etdiyi “Mercedes” markalı avtomobillə Kürdəmir şəhərinə qayıdarkən 04 aprel 2023-ci ildə gecə saat 04 radələrində YPXA-nın Kürdəmir rayonu ərazisində yerləşən 721 saylı stasionar postunda polis əməkdaşları avtomobilini saxlatmış, Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sol yan cibindən içərisində narkotik vasitə heroin olan 01 ədəd '‘Sobranie" markalı siqaret qutusunu çıxarıb təqdim etmiş, sonra şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər, o cümlədən də onun tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamış, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında Kürdəmir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 03 iyun 2023-ci ildə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, daşıması və qəbul etməsi barədə CAB-ın baş əməliyyat müvəkkili Şahid1 daxil olmuş məxfi əməliyyat məlumatı əsasında təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmiş, Təqsirləndirilən şəxs həmin gün saat 04:30 radələrində “Mercedes” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kürdəmir rayonuna doğru hərəkət edərkən BDYPXnin YPXA-nın Kürdəmir rayonu ərazisində yerləşən 721 saylı stasionar postunda saxlanılmış, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilərək rayon polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı siqaret qutusunun içərisindəki 02 ədəd polietilen bükümdə ümumi çəkisi 20.036 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid4 da analoji olaraq digər Şahid3 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün saat 04.30 radələrində Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçrilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, şöbədə videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd “Sobranie” markalı siqaret qutusu cıxarıb təqdim etmiş, sonuncunun təqdim etdiyi 01 ədəd “Sobranie” markalı siqaret qutusunun açıb içərisinə müstəntiq tərəfindən baxıldıqda iki ədəd şəffaf rəngli polietilen paket aşkar olunmuş, həmin paketləri də açıb içərisinə baxdıqda narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs 02 ədəd şəffaf rəngli polietilen paketdə olan narkotik vasitənin ona məxsus olduğunu, heroin xx.xx.2023-cü ildə olduğunu, telefon vasitəsilə tanış olduğu tanımadığı şəxsdən onlayn qaydada aldığını, belə ki, həmin şəxsin kart hesabına 340 manat pul yolladığını, həmin şəxs də ona narkotik vasitənin yerinin şəklini çəkib Vatsap vasitəsilə yolladığını, gedib həmin yerdən yəni Bakı şəhəri Neftçilər metrosu yaxınlığında binaların arasından narkotik vasitəni götürdüyünü, şəxsi istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmiş, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan içərisində narkotik vasitəyə bənzər kütlə olan 02 ədəd şəffaf rəngli polietilen paket 01 ədəd zərfə qoyulmuş üzəri “Azərbaycan Respublikası DİN N°137” möhürü ilə möhürlənmişdir. Zərflər şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmış, 01 ədəd “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-ci il tarixli 18/586 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş və üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış və imzalar olan kağız paketdəki siqaret qutusunun içərisində 2 ədəd polietilen torbacıqda ayrı-ayrılıqda təmiz çəkiləri - 9,302 qram, - 10,734 qram, ümumi çəkisi - 20,036 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli 1448 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə kompüter-texniki ekspertizasının xx.xx.2023-ci il tarixli 5/1364 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 12” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A04s” markalı “SM-A047F/DS” modelli “**********29411, **********29412” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Samsung Galaxy A04s” markalı “SM-A047F/DS” modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, texniki qeydlər, “WhatsApp”, “WhatsApp Business” proqram təminatları vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş dörd ədəd DVD-R diskə). İş materiallarında olan “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 15 iyul 2023-ci il tarixli məktubundan görünür ki, Azayzadə X3 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitə heroini, hansı şəraitdə və hansı mənbədən əldə etməsini müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi dəqiq mənbəni müəyyən etmək mümkün olmamış, narkotik vasitə heroini aldığı “Telman” adlı şəxsin kimliyi və yeri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsində, saxlamasında, daşımasında, habelə satışı ilə məşğul olmasında iştirak etmiş və ya edə biləcək şəxslər müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı mobil nömrənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı əməliyyat məlumatları daxil olsa da, konkret olaraq kimlərə narkotik vasitə satması müəyyən edilməmiş, kiminləsə narkotik vasitələrin dövriyyəsində əlbirliyinin olub olmaması müəyyən edilməmişdir. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınan 19.936 qram heroin, həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın arxa cibindən aşkar edilərək götürülmüş bir ədəd sensor ekranlı “Android 12” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A04s” markalı “SM-A047F/DS” modelli “**********29411, **********29412” “imei” kodlu mobil smartfon telefon Kürdəmir rayon polis şöbəsində saxlanılır, şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk və məhkəmə kompüter-texniki ekspertizasından daxil olmuş 04 (dörd) ədəd disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək icraatı zamanı və məhkəmə istintaqı hamanı verdiyi qismən etirafedici və şahidlərin isə istintaq zamanı və məhkəmədə verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəyə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin hissədə ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır, onun ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin külli miqdar təşkil etməsi, şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında məlumatların olması göstərilən narkotik vasitənin bilavasitə satış məqsədi ilə əldə olunması nəticəsinə gəlməyə əsas verir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – xx.xx.2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 02 fevral 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənildiyindən hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Azayzadə X3 şəhəri, M.Hadi küçəsi, ev 46-da qeydiyyatda olmaqla himayəsində arvadı və bir uşağı ilə birgə həmin ünvanda yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində heç bir yerdə işləməyən arvadının və bir uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra çəkisi 19.936 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın arxa cibindən aşkar edilərək götürülmüş bir ədəd sensor ekranlı “Android 12” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A04s” markalı “SM-A047F/DS” modelli “**********29411, **********29412” “imei” kodlu mobil smartfon telefon onun qohumu, Kürdəmir rayonunun Atakişili kəndində yaşayan X2 qaytarılmalı, şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk və məhkəmə kompüter-texniki ekspertizasından daxil olmuş 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 03 iyun 2023-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra çəkisi 19.936 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın arxa cibindən aşkar edilərək götürülmüş bir ədəd sensor ekranlı “Android 12” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A04s” markalı “SM-A047F/DS” modelli “**********29411, **********29412” “imei” kodlu mobil smartfon telefon onun qohumu, Kürdəmir rayonunun Atakişili kəndində yaşayan X2 qaytarılsın, şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk və məhkəmə kompüter-texniki ekspertizasından daxil olmuş 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev
2. Cavid Səfərli
3. Müşfiq Məmmədov