Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-343/2025 30.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X15, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X14, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxx 1981-ci ildə Cəlilabad rayonu, Kövüzbulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olan, Cəlilabad rayonu, Kövüzbulaq kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Cəlilabad şəhəri, M.Hadi küçəsi, ev 5-də yaşamış, 15 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Cəlilabad Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 4(073)- 8/2025 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Penitensiar Xidmətin X5 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət Prosessual Məcəlləsi) 299.3.2-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulubpozulmaması barədə məsələyə də baxılır. X9 vəsatət verərək, Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində göstərilən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), həmin Məcəllənin 303.3.6-cı maddəsində göstərilən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 303.3.8-ci maddəsində göstərilən 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması, həmin Məcəllənin məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması hallarına yol verildiyini bildirmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsini, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını və cinayət işi üzrə ibtidai istintaqı aparmış Cəlilabad RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X8 barəsində xüsusi qarar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Feyruz Əmənullayevin vəsatətini müdaifə edərək, cinayət işinin materialları, o cümlədən barəsində verilmiş ekspertiza rəyləri və maddi sübutlarla tanış olmadığını, barəsində istintaqın natamam və qərəzli aparıldığını, buna etiraz əlaməti olaraq X5 rezin iplə ozünü asaraq intihar etdiyini, lakin nəzarətçilərin onu xilas etdiyini, müdafiəçi tərəfindən hüquqları müdafiə olunmadığını, 12-13 may 2025-ci il tarixlərdə müdafiəçisi ilə müstəntiqin onun yanına gəldiklərini, lakin onu heç bir sənədlə tanış etmədiklərini, özünün də heç bir sənədə imza etmədiyini bildirmişdir. Məhkəməyə təqdim olunmuş ittiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən 15 fevral 2025-ci il tarixdə saat 19 radələrində Cəlilabad şəhəri, M.Hadi küçəsində saxlanılmışdır. Cinayət işinin materiallarının İ cildinin 1-2-ci vərəqlərində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 16 fevral 2025-ci il tarixli, 135-136-cı səhifəsində olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 17 fevral 2025-ci il tarixli və 153-156-cı səhifələrində olan Cəlilabad Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 4(073)-8/2025 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad RPŞnin əməkdaşları tərəfindən 15 fevral 2025-ci il tarixdə saat 19 radələrində Cəlilabad şəhəri, M.Hadi küçəsində saxlanılmışdır. Cinayət işinin materiallarının İ cildinin 41-42-ci səhifələrində olan Cəlilabad RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən tərtib olunmuş 15 fevral 2025-ci il tarixli “raport”da və “akt”da, 43-cü səhifəsində olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 15 fevral 2025-ci il tarixli qərarda, 44-cü səhifəsində olan “şübhəli şəxsin tutulması haqqında” 15 fevral 2025-ci il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən 15 fevral 2025-ci il tarixdə saat 20:55 radələrində Cəlilabad şəhəri, M.Hadi küçəsində saxlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şahid7 ilə birlikdə saxlanılmışdır. Cinayət işinin materiallarının İ cildinin 65-66-cı səhifələrində olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 15 fevral 2025-ci il tarixli qərardan və “şübhəli şəxsin tutulması haqqında” 15 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Ağayev X7 RPŞ-nin əməkdaşları tərəfindən 15 fevral 2025-ci il tarixdə saat 20:55 radələrində Cəlilabad şəhəri, M.Hadi küçəsində saxlanılmışdır. Cinayət işinin materiallarının İ cildinin 142-145-ci səhifələrində olan “təqsirləndirilən şəxsi dindirmə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən 15 fevral 2025-ci il tarixdə saat 20 radələrində saxlanıldığını demişdir. Cinayət işinin materiallarının İİ cildinin 137-138-ci səhifələrində olan “məhkəmə-tibbi eskpertizası”nın 20 fevral 2025-ci il tarixli,109 nömrəli rəyinin təsviri hissəsində yazılmışdır ki, Təqsirləndirilən şəxs 15 fevral 2025-ci il tarixdə saat 12 radələrində Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən tutulduğunu, həmin vaxtı bir neçə polis işçisinin yumruq ilə onu vurduğunu və qoluna qandal vurularkən, qandal sol bilək nahiyəsini əzdiyini, tibb müəsissəsinə müraciət etmədiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Cəlilabad RPŞ-nin əməkdaşları Şahid1, Şahid2 və qeyrilərinin ifadələrində yazılmışdır ki, onlar 15 fevral 2025-ci il tarixdə təxminən saat 20 radələrində Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, M.Hadi küçəsində gördüklərini, sonuncunu 10-15 dəqiqə müşahidə etdikdən sonra saxladıqlarını bildirmişlər. Şərh edilənlərdən aydın olur ki, məhkəməyədək icraatı aparan ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs saxlanılma saatını dəqiq müəyyən etməmiş, istintaq materiallarına bununla bağlı kifayət qədər ziddiyyətli olan rəsmi sənədlər əlavə olunmasına baxmayaraq Təqsirləndirilən şəxs saxlanılma saatı aydınlaşdırılaraq hüquqi qiymət verilməmiş, icraat üzrə natamam istintaq aparılaraq cinayət işi məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxs X16 qeyd edilən ziddiyyətli hallarla bağlı ibtidai istintaq dövründə hər hansı vəsatət verməmişdir, sadəcə olaraq X13un tərtib etdiyi istintaq sənədlərini imzalamaqla kifayətlənmişdir. İbtidai istintaq orqanı nəzərə almamışdır ki, Cinayət-Prosessual Məcəlləsinin 153, 154 və 158-ci maddələrində tutulmanın əsasları, qaydası və vaxtın dəqiq sənədləşdirilməsi məhz məhkəməyədək icraatı aparan orqandan tələb olunur. Məhkəmə tərkibi bildirir ki, cinayət işi materiallarında 4 (dörd) fərqli vaxtın qeyd edilməsi sübutların etibarlılığını şübhə altına alır, eyni zamanda təqsirləndirilən şəxsin “saxlanma müddətinin hesablanması” zamanı pozuntu riski yaradır. Avropa Məhkəməsinin president hüququnda “tutulmanın başlanğıc vaxtı ilə bağlı qeyri-müəyyənliy” Konvensiyanın 5.1 və 5.3-cü maddələrinin pozuntusu kimi qiymətləndirilir. Məhkəmə tərkibi hesab edir ki, hazırki hal üçün “tutulmanın başlanğıc vaxtı” müəyyən edilmədən cinayət işinin məhkəmə baxışına təyin edilməsi mümkün deyildir, çünki ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin qanunsuz və ya qeyri-rəsmi saxlanıldığı vaxtın gizlədilib-gizlədilməməsi, təqsirləndirilən şəxsin tutulma vaxtına dair cinayət işindəki sənədlər arasında ciddi ziddiyyətlərin movcudluğunun aradan qaldırılması, bu ziddiyyətlər ilə təqsirləndirilən şəxsin pozulmuş müdafiə hüququnun bərpa edilməsi, digər hüquqların pozulması və sübutların etibarsızlığı, tutulma vaxtının dəqiq deyilə bildiyi halda bütün tutma prosedurunun şübhə altına alınıb-alınmaması, əldə olunan sübutların qanunsuz yol ilə əldə edilib-edilməməsi əlavə obyektiv araşdırma aparılmaqla hüquqi şəkildə qiymətləndirilməlidir. Bundan əlavə tərtib edilmiş ittiham aktında Təqsirləndirilən şəxs 15 fevral 2025-ci il tarixdə, günün hansı saatında Şahid6 psixotrop maddə metamfetamin satdığı yazılmamış, sözügedən saat heç istintaq sənədləri ilə də müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinin tələblərinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Həmin Məcəllənin 289.3.1-ci maddəsinin tələblərinə əsasən ittiham aktının təsviriəsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Həmin Məcəllənin 289.4-cü maddəsində göstərilmişdir ki, ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Məhkəmə tərkibi hesab edir ki, bu hal cinayət işində sübutların konkretliyi məsələsinə toxunur. Təqsirləndirilən şəxs digər şəxsə metamfetamin satması epizodu ilə bağlı ittihamda hadisənin baş verdiyi vaxt (saat) göstərilməyibsə, cinayət işi məhkəmə baxışına verildiyi halda məhkəmə istintaqı zamanı hüquqi mübahisələr yaratmış olur ki, həmin mübahisələri məhkəmə baxışı zamanı həll etmək mümkün olmur və nəticəsiz qalır. İttihamın konkret və əsaslandırılmış olması o deməkdir ki, ittihamda hadisənin yeri, vaxtı, təsviri və təqsirləndirilən şəxsin hərəkətləri dəqiq göstərilməlidir. Məhkəmə tərkibi bildirir ki, vaxt göstəricisinin olmaması, müdafiə hüququnun həyata keçirilməsinə mane ola bilər, yəni təqsirləndirilən şəxsin alibli sübutunu təqdim etmək hüququnu məhdudlaşdırmış olur. İbtidai istintaq orqanı və prokuror ittihamda saat göstərilmədiyi halda digər sübutlar ilə (məsələn, müşahidə kameraları, şahid ifadələri, əməliyyat tədbirləri, telefon anten məlumatlar) həmin vaxtı dəqiqləşdirə bilər. Məhkəmə hazırlıq iclası zamanı müdafiə tərəfi bununla bağlı vəsatət verərək, etirazlarını məhkəmə tərkibinin diqqətinə çatdırmışlar. Məhkəmə tərkibi bildirir ki, ittihamda saatın göstərilməməsi, müdafiə tərəfinin alibli və ya digər əhəmiyyətli sübutları təqdim etməsini çətinləşdirir və ya məhdudlaşdırır ki, bu hal Konstitusiyamızın 60 və 63-cü maddələrinə əsasən ədalətli məhkəmə araşdırması prinsipinə ziddir. Bu ziddiyyətin məhkəmə baxışı zamanı aradan qaldırılması mümkün deyildir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mattoccia İtaliyaya qarşı və Pelissier və Sassi Fransaya qarşı” qərarlarında qeyd etmişdir ki, ittihamın konkretliliyi (vaxt, yer, mahiyyət) və şəxsin onu vaxtında bilməməsi ədalətli məhkəmə araşdırması üçün şərtdir. Əgər ittiham qeyri-müəyyəndirsə və bu, müdafiəyə təsir göstərirsə Konvensiyanın 6-cı maddəsi pozulur. Məhkəmə tərkibi ibtidai istintaq orqanının diqqətinə çatdırır ki, ədalətli məhkəmə prinsipi, itthamın yalnız bildirilmiş olmasını deyil, həm də onun mahiyyətinin başa düşülməsini və müdafiə üçün kifayət qədər imkan verilməsini tələb edir. Məhkəmə tərkibi qiymətləndirir ki, şərh edilən hallar Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsində göstərilən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına aiddir. Cinayət işinin materiallarının İİ cildinin 137-138-ci səhifələrinə əlavə olunmuş “məhkəmə-tibbi ekspertizası”nın 20 fevral 2025-ci il tarixli, 109 nömrəli rəyinin üzərinə vurulmuş daxil olma haqqında möhürdən görünür ki, həmin rəy Cəlilabad RPŞ-nə 08 may 2025-ci il tarixdə daxil olmuş, 143-cü səhifədə olan “təqsirləndirilən şəxsə ekspert rəyinin təqdim edilməsi və hüquqlarının izah olunması barədə” 12 may 2025-ci il tarixli protokoldan görünür ki, həmin rəylə Təqsirləndirilən şəxs və X16 tanış edilmişlər, həmin protokol təqsirləndirilən şəxs tərəfindən imzalanmamış, imzalamamasının səbəbi isə protokolda yazılmamışdır. Hansı ki, cinayət işinin materiallarının İ cildinin 162-ci səhifəsində olan Təqsirləndirilən şəxs və onun X16in birlikdə verdikləri 17 fevral 2025-ci il tarixli vəsatətdə göstərilmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmazdan qabaq fiziki təsirlərə məruz qalmışdır, hal-hazırda ağrıları vardır, ona görə də barəsində məhkəmə-tibbi ekspertizasının keçirilməsi zərurəti vardır, üzərində xəsarət izləri də vizual olaraq görünür, bu səbəbdən onun barəsində məhkəmə-tibbi ekspertizasının təcili keçirilməsi xahiş edilmişdir. Cinayət işinin materiallarının İİ cildinin 9-10-cu səhifələrində olan “məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında” 18 fevral 2025-ci il tarixli qərardan görünür ki, X13 tərəfindən Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-tibbi ekspertizası”nın 109 nömrəli rəyi 20 fevral 2025-ci il tarixdə hazır olmasına baxmayaraq X13 tərəfindən 08 may 2025-ci il tarixdə, yəni 2 ay 18 gündən sonra əldə edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Ekspert rəyində Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olması müəyyən edilsə də müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən işgəncə faktına dar müvafiq araşdırmanın aparılması təmin edilməmişdir. Təqsirləndirilən şəxs X16 də işgəncə faktının araşdırılması ilə bağlı hər hansı vəsatət verməmiş, 20 fevral 2025-ci il tarixdə tərtib edilmiş ekspert rəyinin 08 may 2025-ci il tarixdə iş materiallarına əlavə edilməsinə biganə yanaşmışdır. Cinayət işinin materiallarının İİ cildinin 144-145-ci səhifələrində olan “təqsirləndirilən şəxsə ekspert rəyinin təqdim edilməsi və hüquqlarının izah olunması barədə” 12 may 2025ci il tarixli protokollardan görünür ki, “ambulator məcburi narkoloji-tibbi yoxlama”nın 14 aprel 2025-ci il tarixli, 204 nömrəli və “ambulator məhkəmə-psixiatrik ekspertizası”nın 04 aprel 2025-ci il tarixli, 1003 nömrəli rəyləri ilə Təqsirləndirilən şəxs və X16 tanış edilmişlər, həmin protokollar təqsirləndirilən şəxs tərəfindən imzalanmamış, imzalamamasının səbəbi isə protokolda yazılmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 284.1-ci maddəsində göstərilmişdir ki, ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq aşağıdakı hərəkətləri həyata keçirir: ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir (284.1.1.); cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir (284.1.2.). Cinayət işinin materiallarının İİ cildinin 169-cu səhifəsində olan “təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ibtidai istintaqın qurtarması barədə məlumat vermə haqqında” 13 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə ibtidai istintaqın başa çatması barədə məlumat verilmişdir. Ona bildirilmişdir ki, 13 may 2025-ci il tarixdən etibarən cinayət işinin bütün istintaq materialları və maddi sübutla tanış olmaq hüququ vardır. Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan cinayət işinin ibtidai istintaqının qurtarması ilə razı olmadığını, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini bildirmişdir. Həmin protokol Təqsirləndirilən şəxs tərəfindən imzalanmamış və imzalamamasının səbəbi protokolda yazılmamışdır. X16 də hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs laqeyd yanaşaraq protokolu hansı səbəbdən imzalamadığını, o cümlədən cinayət işinin ibtidai istintaqının qurtarması ilə nə üçün razı olmadığını aydınlaşdırmamış və bununla bağlı nəzarət qaydasında hər hansı müraciət etməmişdir. Cinayət işinin materiallarının İİ cildinin 170-ci səhifəsində olan məktubdan görünür ki, müstəntiq X12 RPŞ-nin rəisinə məktubla müraciət edərək maddi sübutların ona verilməsinə dair göstəriş verilməsini xahiş etmiş, 171-ci səhifədə olan qəbzdən isə görünür ki, müstəntiq maddi sübutları Cəlilabad RPŞ-dən təhvil almışdır. İş materiallarında Təqsirləndirilən şəxs məhz cinayət işi üzrə istintaqın bitməsi günü, yəni 13 may 2025-ci il tarixdə cinayət işinin materialları ilə tanış olmaq istəməsinə dair hər hansı müraciət və ya protokol yoxdur. Hansı səbəbdən X13un 13 may 2025-ci il tarixdə maddi sübutları təhvil aldıqdan sonra, həmin gün yenidən X2yıdaraq təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etməsi qaranlıq olaraq qalmışdır. Təqsirləndirilən şəxs, X13un və X16in 13 may 2025-ci il tarixdə, onun yanına bir dəfə gəldiklərini demişdir. X3 daxil olmuş 29 may 2025-ci il tarixli və 30 may 2025-ci il tarixli məktublardan görünür ki,X13 və müdafiəçi Anar Ağayev 13 may 2025-ci il tarixdə, yalnız bir dəfə saat 11:32-dən saat 12:15-ə kimi kompleksdə olmuşlar. Gördündüyü kimi Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasında bildirdiyi ifadələr öz təsdiqini tapmış, X13un Təqsirləndirilən şəxs məhz 13 may 2025-ci il tarxdə cinayət işi materialları və maddi sübutlar ilə tanış olacağını əvvəlcədən necə bilməsi məhkəmə tərkibinə qaranlıq olaraq qalmışdır. Cinayət-Prosessual Məcəlləsinin 91.5.22-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq hüququ vardır. Müəyyən edilir ki, X13 tərəfindən Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olmaq hüquqları pozulmuşdur. Cinayət işinin materiallarının İİ cildinin 172-ci səhifəsinə əlavə olunmuş “cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi və onun müdafiəçisini tanış etmək haqqında” 13 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və onun X16 cinayət işinin materialları və maddi sübutla saat 11:35 dəqiqədən saat 12:05 dəqiqəyədək tanış olmuşlar. Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqının qurtarması ilə razı olmadığını, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini bildirmişdir. Həmin protokol Təqsirləndirilən şəxs tərəfindən imzalanmamış, imzalamamasının səbəbi protokolda yazılmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 285.1-ci maddəsində göstərilmişdir ki, müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Həmin Məcəllənin 285.2-ci maddəsində göstərilmişdir ki, cinayət prosesinin iştirakçılarını cinayət işinin materialları ilə tanış edərkən müstəntiq onların xahişi ilə müvafiq texniki vasitələrdən istifadə etməklə protokollara əlavə edilən yazılar, fotoşəkillər, çəkiliş lentləri və başqa məlumat daşıyıcılarını nümayiş etdirir. “Cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi və onun müdafiəçisini tanış etmək haqqında” protokoldan görünür ki, iş materiallarında olan videoçəkiliş lentləri nümayiş etdirilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 285.4-cü maddəsində göstərilmişdir ki, müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün vaxtı məhdudlaşdıra bilməz. Eyni zamanda cinayət prosesinin iştirakçıları bu vaxtı süni surətdə uzatdıqda, müstəntiq cinayət işinin həcmini və onunla tanış olmaq üçün kifayət olan vaxtı nəzərə almaqla cinayət işinin materialları ilə tanış olmaq üçün cədvəl müəyyən edə bilər. “Cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi və onun müdafiəçisini tanış etmək haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs və onun X16 cinayət işinin materialları və maddi sübutla saat 11:35 dəqiqədən saat 12:05 dəqiqəyədək tanış olmuşlar. Cinayət-Prosessual Məcəlləsinin 286.3-cü maddəsində göstərilmişdir ki, cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. İş üzrə 3 (üç) ədəd maddi sübut olmasına baxmayaraq X13 maddi sübutlar haqqında tərtib etdiyi protokolda hər hansı məlumat yazmamışdır. Məhkəmə tərkibi bildirir ki, iki cildlik iş materiallarında (İ cild 167 vərəqə, İİ cild 171 vərəqə) olan sənədlərin 30 dəqiqə ərzində əhatəli, diqqətli və məzmunlu təqsirləndirilən şəxs və onun müdafiəçisinin oxumaları və dərk etmələri, faktiki olaraq mümkün deyildir. Əgər həmin şəxslər həqiqətəndə bu müddətdə sözügedən cinayət işinin materialları ilə tanış olublarsa, bu ya formal yanaşma, ya da hüququn məhdudlaşdırılması ehtimalını yaradır. Hansı ki, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış edilmədiyini bildirmişdir. Məhkəmə tərkibi qeyd edir ki, cinayət işinin materialları ilə tanış olmaq üçün yetərli vaxt ayrılmaması və ya bu müddətin süni şəkildə məhdudlaşdırılması ədalətli məhkəmə hüququnun pozuntusudur. Avropa İnsan Hüquqları Məhkəməsi “Moiseyev Rusiyaya qarşı” işində qeyd etmişdir ki, təqsirləndirilən şəxsə müdafiəsini hazırlamaq üçün təqdim olunan vaxt və imkanlar real və ya kifayət qədər olmalıdır. Mürəkkəb və çoxcildli işlərdə gündəlik məhdudiyyətlər tətbiq etməklə və müddətin artırılmasına yol verməməklə Konvensiyanın 6-cı maddəsinin 3 (b) bəndi pozulur. Məhkəmə tərkibi bu nəticəyə gəlir ki, qeyd edilən hallar Cinayət-Prosessual Məcəlləsinin 303.3.8-ci maddəsində göstərilən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına aiddir. Cinayət-Prosessual Məcəlləsinin 287.1-ci maddəsində göstərilmişdir ki, cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Cinayət prosesi iştirakçısının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saatadək vaxt verilə bilər. Həmin Məcəllənin 91.5.13-cü maddəsinə əsasən ibtidai istintaq dövründə təqsirləndirlən şəxsin etirazlar etmək və vəsatətlər vermək hüququ vardır. X13 tərəfindən Təqsirləndirilən şəxs cinayət işinin materialları və maddi sübutlarla tanış edilməməsi nəticəsində sonuncunun ibtidai istintaq dövründə vəsatətlər vermək hüququ pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiya) 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 61-ci maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Konstitusiyanın 61-ci maddəsinin İİİ hissəsi ilə təsbit edilmiş hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ, şəxsin müdafiəçini seçmək hüququnu da ehtiva edir. Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Cinayət-Prosessual Məcəlləsinin 19.4.4-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq hüquqlarını təmin etməlidir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında isə qeyd edilmişdir ki, bu Qanun Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək hüququnun təmin olunması məqsədi ilə qəbul edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir. Müdafiəçinin köməyindən istifadə etmək hüququ beynəlxalq-hüquqi aktlarla da fundamental hüquqlar sırasında tanınır. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinin 3-cü hissəsinin b və d bəndlərinə əsasən, hər bir şəxsin ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən bərabərlik əsasında öz müdafiəsinə hazırlaşmaq və özünün seçdiyi müdafiəçi ilə əlaqə saxlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya öz seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək; əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət məhkəməsinin mənafeyi bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadığı, o cümlədən istənilən halda isə pulsuz müdafiəçiyə malik olmaq hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin “c” bəndinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs müdafiə hüquqlarının kobud şəkildə pozulmasına baxmayaraq müdaifəçi Anar Ağayev həmin hüquqların qorunmasına xidmət etməmiş, yalnız müstəntiq tərəfindən tərtib olunmuş istintaq sənədlərini imzalamaqla kifayətlənmiş, sankı vəzifəsi yalnız həmin sənədləri imzalamaqdan ibarət olmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli qərarında qeyd etmişdir ki, müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. Məhz müdafiə hüququ sahəsindəki pozitiv öhdəliklərin təmin edilməsi məqsədi ilə qanunverici Cinayət-Prosessual Məcəlləsinin 19.1-ci maddəsində cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən zərərçəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlərin görülməsini imperativ qaydada nəzərdə tutmuşdur. Avropa Məhkəməsinin müdafiə olunmaq və hüquqi yardım almaq hüquqları ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən, vəkillik peşəsinin müstəqilliyi nəzərə alınaraq, müdafiənin həyata keçirilməsi başlıca olaraq təqsirləndirilən şəxs və onun müdafiəçisi arasında olan məsələdir. Razılığa gələn Dövlətlərdən isə müdaxilə etmək yalnız hüquqi təmsilçiliyin səmərəsiz olduğunun “açıq-aşkar” göründüyü və ya bu məsələ onların diqqətinə çatdırıldığı hallarda tələb olunur. Müdafiəçi təqsirləndirilən şəxsi müdafiə etmir və ya onun tərəfindən mühüm prosessual tələblərə əməl edilmirsə və bu yanlış müdafiə taktikası və ya sadəcə arqumentasiya qüsuru deyildirsə bu zaman Dövlətin məsuliyyəti yarana bilər. Avropa Məhkəməsi “Vasenin Rusiyaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, dövlət müdafiəçinin yol verdiyi səhvlərə görə məsuliyyət daşımır... dövlət keyfiyyətsiz hüquqi yardımın göstərilməsinə vaxtında reaksiya verib müvafiq tədbirlər görmüşdürsə məsuliyyət daşımır. Konvensiya hüquqların nəzəri deyil, praktiki müdafiəsini tələb etdiyindən, dövlət tərəfindən lazımi reaksiyanın verilməməsi onun məsuliyyətinə səbəb ola bilər, belə ki, müdafiəçinin təyin edilməsi özü-özlüyündə göstərilən hüquqi yardımın keyfiyyətinə zəmanət vermir. Konstitusiyanın 61-ci maddəsi ilə təsbit edilmiş şübhəli və ya təqsirləndirilən şəxsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi və Konvensiyanın 6-cı maddəsindən irəli gələn dövlətin üzərinə düşən pozitiv öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə, müdafiə olunan şəxsin mövqeyi ilə müdafiəçinin mövqeyi uzlaşmadıqda, bu hal, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən dərhal müdafiə olunan şəxsin diqqətinə çatdırılmalı və ona həmin müdafiəçidən imtina etmək hüququ izah edilməlidir. Məhkəmə tərkibi bildirir ki, Təqsirləndirilən şəxs qeyd edilən müdafiə hüquqlarının pozulması da məhz Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində göstərilən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına daxildir. Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinin tələbləri baxımından hesab edir ki, ibtidai istintaqı aparan müstəntiqlər və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirmiş prokuror tərəfindən cinayət prosesi prinsipləri və şərtləri pozulub, buna görə də hazırki cinayət işi üzrə başa çatmış icraat etibarsız sayılmalı, həmin cinayət işi üzrə qəbul edilmiş qararlar ləğv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsində göstərilmişdir ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3-cü maddəsinin tələblərinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması, xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə, cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılır. Konstitusiya Məhkəməsi Pelnumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmənin hazırlıq iclasının əhəmiyyəti ondan ibarət olur ki, məhz bu mərhələ faktiki halları tam şəkildə tədqiq edilməmiş işlərin, eləcə də prosessual qanunun kobud pozulmasına yol verilmiş işlərin məhkəmə baxışına verilməsinin qarşısının alınmasına təminat yaradır. Başqa sözlə, məhkəmənin hazırlıq iclası məhkəmə baxışı üçün zəruri şəraitin yaradılmasını, məhkəmə iclasının uğurla həyata keçirilməsini təmin edir. X9 tərəfindən verilmiş vəsatətdə göstərilən faktlar və cinayət işinin materialları məhkəmə tərkibi tərəfindən hərtərəfli, tam və obyektiv yoxlanılmış və müəyyən edilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində göstərilən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), həmin Məcəllənin 303.3.6-cı maddəsində göstərilən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 303.3.8-ci maddəsində göstərilən 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması, həmin Məcəllənin məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması hallarına yol verilmişdir. Məhkəmə tərəflərin fikrini dinləyərək hesab edir ki, X9 tərəfindən verilmiş vəsatət təmin edilməli, məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilməli, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, X13 barəsində xüsusi qərar çıxarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 300.3-cü maddəsinə əsasən bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə həmçinin məhkəməyədək icraat zamanı bu Məcəllənin 303.3-cü maddəsində göstərilən kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda (306.2.1); cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə (306.2.2). İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 4(073)-8/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində tutulma müddəti 15 fevral 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə əlavə istintaq aparılması zərurətini və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Məhkəmə, proses iştirakçılarının fikrlərini dinləyərək hesab edir ki, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan icraatın materiallarına baxılıb qanuni həll edilməsi mümkün olmayan kobud pozuntuya yol verildiyi üçün məhkəmənin hazırlıq iclası mərhələsində cinayət işinin baxılmasına xitam verilməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işini yuxarıda göstərilən prosessual pozuntuların aradan qaldırılmasını təmin etmək məqsədi ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmalı, barəsində icraat aparılan şəxsin qanunla nəzərdə tutulan pozulmuş hüquqları təmin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətinədək uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məsəlləsinin 299, 300.1, 300.1.5, 303.3, 303.3.1, 303.3.6, 303.3.8 və 306.2-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə r a r a a l d ı: 1.X1 vəsatəti təmin edilsin. 2.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. 3.Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətinədək uzadılsın. 4.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321.4-cü maddəsinə əsasən qərar elan edildikdən dərhal sonra qüvvəyə minir. 5.Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin. 6.Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №1(099)-343/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-343/2025
30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver