Məhkəmə qərarları › İş №1(099)-345/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-345/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-345/2023 22.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), X19 və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 oğlunun iştirakı ilə xx xxxxxx 1987-ci ildə Yardımlı rayonunun Arus kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonunun Həsənli kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 178.2.2, 221.2.1, 221.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanımadığı Masallı şəhər sakini Zərərçəkmiş şəxs1 azyaşlı qızı Mədinə Əsədliyə 900 manat pulun müqabilində pensiya düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra 27 sentyabr 2022-ci il tarixdə, saat 14 radələrində Masallı şəhəri, Elşad Hüseynov küçəsində yerləşən X9 Masallı filialının həyətində Zərərçəkmiş şəxs1 350 manat pulunu və həmin tarixdə, saat 18 radələrində Masallı şəhəri, 20 yanvar küçəsində yerləşən “Köhnə bazar” adlanan ərazidə 550 manat pulunu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 900 (doqquz yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanıdığı Masallı rayonunun Şərəfə kənd sakini Zərərçəkmiş şəxs2 arvadı X3 2500 manat pulun müqabilində pensiya düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra 04 oktyabr 2022-ci il tarixdə, saat 15 radələrində Masallı şəhəri, Xətai küçəsində yerləşən avtomobil təmiri sexində Zərərçəkmiş şəxs2 2500 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 2500 (iki min beş yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 20 noyabr 2022-ci il tarixdə, saat 23 radələrində Masallı Rayon Mərkəzi X10 Yardım Xidmətinin qəbul şöbəsinə əlinin kəsilməsi ilə əlaqədar müraciət etdikdən sonra xəstəxanada tibb işçisinin ona düzgün iynə vurmadığını bəhanə edərək hər hansı bir əsaslı səbəblər olmadan orada olan şəxslərin narahatçılığına səbəb olan qanunsuz hərəkətlər etməyə başlamış, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı vətəndaşların gözləri qarşısında söyüş söyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi, habelə əmlakın zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək həmin şöbədə tibb qardaşı işləyən Zərərçəkmiş şəxs3 üzərinə hücum edib zor tətbiq etməklə yumruq və təpik zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs3 qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, sol almacıq, sol alın, sol paraorbital və sol bud-çanaq oynağı nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, daha sonra qərəzli hərəkətlərinin davamını xəstəxananın terapiya şöbəsində davam etdirərək həmin şöbənin inzibati binasında giriş qapısının şüşəsini sındırıb 90 (doxsan) manat məbləğində maddi ziyan vuraraq 45 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatçılığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi, habelə əmlakın zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən 25 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində yerləşən Turist-2 restoranında spirtli içki qəbul etdikdən sonra restoranda olan şəxslərin narahatçılığına səbəb olan qanunsuz hərəkətlər etməyə başlamış, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı vətəndaşların gözləri qarşısında söyüş söyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi, habelə özgənin əmlakının məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək hər hansı bir əsaslı səbəb olmadan restoranda xidmətçi işləyən Zərərçəkmiş şəxs4 üzərinə hücum edib əlində olan içki qədəhindən silah qismində istifadə edərək zor tətbiq etməklə sonuncunun baş və dirsək nahiyələrinə qəsdən iki dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs4 başın ənsə nahiyəsinin sıyrığı və sağ dirsək oynağı nahiyəsinin qançırı ilə nəticələnən dərəcəsi təyin edilməyən sağlamlığa zərərvurmayan bədən xəsarətləri yetirmiş, restoranın sahibi Zərərçəkmiş şəxs5 məxsus 1 dəst musiqi avadanlıqlarını, 1 ədəd reklam lövhəsini, 1 ədəd güzgünü zədələməklə, 1 ədəd lampanı, 1 ədəd 140 sm diaqanallı LSD plazma televizoru, 1 ədəd divanı, 4 ədəd dəmir stulu isə məhv etməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyan vuraraq 30 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatçılığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan əlavə, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-7,613 qram psixotrop maddə olan metamfetamini əldə edib, saxlayıb, daşımış və daxil olmuş məlumat əsasında 06 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Əliyev prospektində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın sol arxa cibindən 4 ədəd bükümdə ayrı-ayrılıqda 4,387 qram, 1,096 qram, 1,071 qram və 1,059 qram olmaqla cəmi, külli miqdarda-7,613 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 221.2.1, 221.3 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib, yəni özünü CM-nin 178.2.2-ci maddisi ilə təqsirli, CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə qismən təqsirli bilib və CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyib, habelə Zərərçəkmiş şəxs2 tərəfindən ona qarşı verilmiş 7297 manat miqdarında mülki iddianın 2500 manat hissəsini qəbul edib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində üç azyaşlı uşağı vardır.Rəsmi olaraq iş yeri olmamış, müharibə veteranı kimi təqaüd almışdır. O, 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla “Cəsur döyüşçü” və “Suqovuşanan azad olanmasına görə” medalları ilə təltif olunmuşdur. Narkotik və psixotrop maddələrdən istifadə etməmiş, həmçinin bu maddələrin satışı ilə məşğul olmamışdır. Müharibə iştirakçısı olduğundan müharibədən sonra onda müəyyən psixi pozuntular, yəni tez əsəbiləşmə və emosional davranış halları əmələ gəlmişdir.Verilmiş ittiham üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, yəni Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, Masallı RMX-da olarkən təsadüfən onunla tanış olmuşdur. Zərərçəkmiş şəxs1 xəstə azyaşlı uşağı üçün xəstəliklə pensiya düzəldilməsi üçün ona müraciət etmiş, o da kömək edəcəyini bildirib bu işlə bağlı 2022-ci ilin sentyabr ayının axırlarında Anardan 900 manat pul almış, sonradan ona kömək edə bilməmiş və aldığı 900 manatı özü üçün xərcləmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 tanımış, İqrar ondan arvadına xəstəliklə bağlı pensiya düzəltməsini ondan xahiş etmiş, o da Qarabağ qazisi olduğundan kömək edəcəyini bildirmiş və bu işlə bağlı o, 2022-ci ilin oktyabr ayının əvvəllərində İqrardan 2500 manat pul almış, sonradan ona kömək edə bilməmiş və aldığı 2500 manatı özü üçün xərcləmişdir.O, sadəcə olaraq Qarabağ qazisi olduğu üçün Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pensiya düzəltmək işlərində müvafiq idarələrdə sözünün keçməsini bildirib onları inandırıb onlardan pul alıb özü üçün xərcləmişdir. Zərərçəkmiş şəxs3 rayon xəstəxanasının təcili yardım şöbəsinin işçisi kimi tanımışdır.21 noyabr 2022-ci il tarixdə, saat 23 radələrində əlini kəsdiyindən Masallı RMX-nın təcili tibbi yardım şöbəsinə müraciət etmiş, həmin vaxtı əsəbi olduğundan xəstəxanada olan tibb işçiləri ilə sözlə mübahisə edib uca səslə danışmış, həmin vaxt onların ünvanına nalayiq ifadələr işlədib söyüş söyməmiş, mübahisə zamanı qəbul şöbəsində olan tibb işçisi Zərərçəkmiş şəxs3 qarşı heç bir fiziki zorakılıq hallarına yol verməmiş, onu yerə yıxıb yumruq və təpiklə vurması, həmçinin xəstəxananın terapiya şöbəsinə gedib giriş qapının şüşəsini təpiklə vurub sındırması yadında deyil. Xəstəxanada nalayiq hərəkətlərə yol verməmiş, orada səs-küy salıb söyüş söyməmiş və əlində bıçağa oxşar hər hansı bir əşya olmamışdır.Təxminən yarım saat xəstəxanada olduqdan sonra oradan çıxıb getmişdir. Zərərçəkmiş şəxs4 əvvəllər tanımamış, Ədiləni Masallı rayonunun Qəriblər kəndinin ərazisində yerləşən Turist-2 restoranında ofisant işləməsini əvvəllər orada olarkən bilmişdir. 25 dekabr 2022-ci il tarixdə, gecə saatlarında o, Turist-2 restoranına gedib gedib pivə sifariş vermiş, sonra “Yaşa Azərbaycan” mahnısının səslənməsi üçün sifariş etmiş, lakin bir oxunandan sonra yarıda mahnı kəsildiyindən, həm də içkili olduğundan əsəbiləşərək restoranda işləyən şəxslərlə mübahisə etmiş, mübahisə zamanı o, əlində olan pivə bakalını ofisant Ədilə adlı qadının başına vurmamış, lakin həmin qadını əli ilə kənara itələmiş, həmçinin orada olan müştərilərə qarşı hörmətsizlik etməmiş, söyüş söyməmiş və restoranda olan əmlakı vurub sındırmamışdır. Həmin vaxtdan sonra bu hadisə ilə bağlı barəsində polisdə araşdırma aparılmasından xəbəri olmamış, qaçıb gizlənməmiş, evində olmuşdur.O, 06 yanvar 2023-cü il tarixdə, axşam saatlarında Masallı şəhərində avtomobilyuma sexində olarkən polis əməkdaşları onu şəhər parkına çağırmış və orada bir qrup polis əməkdaşları onu tutub polis şöbəsinə aparmışlar.Polis şöbəsinə aparılarkən üzərində narkotik və ya psixotrop maddələr olmamışdır. Polis şöbəsində polis əməkdaşları ona qarşı təzyiqlər edərək qarşısına qoyulmuş narkotik maddənin üzərinə götürməsini tələb etmiş, o isə bundan imtina etmişdir. Sonra polis əməkdaşları onu döymüş və içərisində narkotik maddə olan bükümləri şalvarının cibinə qoymuş, bundan sonra vəkilin və başqa şəxslərin iştirakı ilə üzərində axtarış aparılmış, axtarış zamanı cibinə qoyulmuş bükümlərdə olan narkotik maddə aşkar edilib götürülmüşdür. Cibinə qoyulmuş bükümlərin içərisində hansı növ narkotik maddənin olmasını bilməmiş, bükümlər açılıb baxılarkən bükümlərdə olan kütlələrin metamfetamin olması məlum olmuşdur.Həmin kütlələrin metamfetamin olmasını özü bilməmiş, orada olan polis əməkdaşları belə demişdir.Üzərində aşkar olunmuş metamfetamin ona məxsus deyil, həmin maddəni cibinə tanımadığı polis əməkdaşı qoymuşdur.O, üzərində aşkar olunmuş metamfetaminlə bağlı heç bir izahat, ifadə verməmiş, bununla bağlı sənədləri də imzalamamışdır. Həmin vaxt o, üzərində aşkar olunmuş metamfetaminə görə onun CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı təqdirdə izahat, ifadə verib sənədlərə imza atacağını bildirmiş, lakin sonradan ona məlum olmuşdur ki, üzərində aşkar olunmuş metamfetaminə görə ona CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir.Ona görə də o, ibtidai istintaq zamanı üzərində aşkar olunmuş metamfetaminlə bağlı izahat, ifadə verməmiş və sənədləri də imzalamamışdır.O, narkotik maddələrin satışı ilə məşğul olmamış, üzərində aşkar olunmuş metamfetaminlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldadıb pensiya düzəldilməsinə kömək edəcəyi adı ilə onlardan pul aldığına görə özünü təqsirli bilir və əməlindən peşmandır.Həmçinin rayon xəstəxanasında olarkən tibb işçisi Zərərçəkmiş şəxs3lə mübahisə etməsi, Turist-2 restoranında olarkən içkili olduğundan orada olan şəxslərlə mübahisə etməsi və ofisiant işləyən qadın Zərərçəkmiş şəxs4 əli ilə itələməsi, həmçinin baş vermiş hadisə nəticəsində restoranın sahibi Zərərçəkmiş şəxs5 maddi ziyan dəyəməsinə görə özünü qismən təqsirli bilir və baş vermiş bu hadisələrə (xuliqanlıq əməllərinə) görə əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, Masallı şəhər sakini Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, təsadüfən Masallı RMXda tanış olmuşdur. 2022-ci ilin sentyabr ayının axırlarında Zərərçəkmiş şəxs1 aldadıb guya xəstə azyaşlı uşağı üçün xəstəliklə pensiya düzəldəcəyi adı ilə ondan 900 manat pul almış və həmin pulu öz şəxsi məqsədləri üçün xərcləmişdir. Zərərçəkmiş şəxs1 pul alarkən məqsədi sonuncunun uşağına pensiya düzəltmək olmamış, aldadıb əldə etdiyi pulu xərcləmək olmuşdur. Masallı rayonun Şərəfə kənd sakini Zərərçəkmiş şəxs2 Masallı şəhərində işlədiyi maşın təmiri sexində tanımış və İqrar hər dəfə ona məxsus avtomobili pulsuz təmir etmiş, həmçinin arvadının pensiyasını düzəltməkdə köməklik etməyi xahiş etmiş, o da kömək edəcəyini bildirmişdir.2022-ci ilin oktyabr ayının əvvəllərində o, Zərərçəkmiş şəxs2 aldadıb arvadına xəstəliklə pensiya düzəldəcəyi adı ilə ondan 2500 manat pul almış və həmin pulu öz şəxsi məqsədləri üçün xərcləmişdir. İqrar avtomobili hər dəfə pulsuz təmir etdiyi üçün İqrara arvadının pensiyasını düzəltməkdə köməklik edəcəyini yalandan demiş, həmin vaxtlar heç yerdə işləmədiyindən rahat yolla pul qazanmaq fikrində olmuş, ətrafındakı insanlara özünü guya pensiya düzəltmək işi ilə məşğul olan və Qarabağ qazisi olduğundan sözünün hər yerdə keçən şəxs kimi tanıtmışdır.Əslində isə onun pensiya düzəltmək üçün hər hansı bir səlahiyyəti olmamış, sadəcə olaraq Qarabağ qazisi olmasına görə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sözünün pensiya düzəltmək işlərində müvafiq idarələrdə keçməsi barədə yalan sözlər deyərək onları özünə inandırmış və onlardan aldığı pulları özü üçün xərcləmişdir. 21 noyabr 2022-ci il tarixdə, saat 23 radələrində əlini kəsdiyindən Masallı RMX-nın TTYX-nin qəbul şöbəsinə müraciət etmiş, həmin vaxt əsəbi olduğundan xəstəxanada növbətçi həkimlərlə mübahisə edib uca səslə onların ünvanına nalayiq küçə söyüşləri söymüşdür. Mübahisə zamanı qəbul şöbəsində olan əvvəllər tanıdığı, tibb qardaşı Zərərçəkmiş şəxs3 yerə yıxıb yumruq və təpiklə bədəninə zərbələr endirmiş, xatırlamadığı tibb işçiləri onu Nurulladan ayırmışlar.Həmin vaxt qəbul şöbəsinə tanımadığı şəxslər yığışmış və əsəbi soyumadığından oradan çıxıb xəstəxananın terapiya şöbəsinə getmiş və orada səs-küy salaraq söyüşlərini davam etdirib tibb işçilərinin üzərinə cummuş, qapının şüşəsini sındırmış, həmin vaxt əlində yerdən tapdığı bıçağa oxşar əşya olmuş, xəstəxanadan çıxıb gedərkən həmin əşyanı xatırlamadığı yerdə tullamışdır. Xəstəxanada təxminən 45 dəqiqəyə yaxın olduqdan sonra polis əməkdaşlarının oraya gəlməsini bilib oradan uzaqlaşmışdır.Masallı rayonun Qəriblər kəndi ərazisində yerləşən Turist-2 restoranında əvvəllər bir neçə dəfə müştəri qismində getmişdir. 25 dekabr 2022-ci il tarixdə o, restorana getmiş və 3 bakal pivə içdikdən sonra “Yaşa Azərbaycan” mahnısını ofisanta oxutdurmasını sifariş etmiş, lakin mahnının ortasında sifariş etdiyi mahnı kəsildiyindən restoranı dağıtmağa başlamış, orada işləyən ofisant Ədilə adlı qadının başına əlində olan pivə bakalını çırpmış, içkili olduğundan sonradan onun necə sakitləşdirildiyi yadında qalmamışdır. Bütün törətdiyi hadisələrlə bağlı Masallı RPŞ-də barəsində araşdırma getdiyini bilmiş, məsuliyyətdən yayınmaqdan ötrü istifadəsində olan mobil telefonu söndürüb gizlənmişdir.06 yanvar 2023-cü il tarixdə polislər tərəfindən tutulduqdan sonra üzərində psixotrop maddə olan metamfetamin aşkar edilməsi faktı ilə bağlı ifadə verməkdən imtina etmiş, istintaq sənədlərinə də məhz ona görə imza etməkdən imtina etmiş və CM-nin 234.1-ci maddəsi ilə ittiham elan ediləcəyi halda ifadə verəcəyini və bütün sənədlərə qol çəkəcəyini, əks halda həmin xüsusatla bağlı danışmayacağını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı protokol tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində narkotik maddə və ya başqa bir maddələr olmamışdır.Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmuş və içərisində metamfetamin bükümləri cibinə tanımadığı polis əməkdaşı qoymuşdur.Ona görə də o, üzərində aşkar olunmuş metamfetaminlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldadıb pensiya düzəldilməsinə kömək edəcəyi adı ilə onlardan pul alıb özü üçün xərcləməsi əməlinə görə özünü təqsirli bilir və əməlindən peşmandır.Həmçinin rayon xəstəxanasında olarkən tibb işçisi Zərərçəkmiş şəxs3lə mübahisə etməsi, Turist-2 restoranında olarkən içkili olduğundan orada olan şəxslərlə mübahisə etməsi və ofisiant işləyən qadın Zərərçəkmiş şəxs4 əli ilə itələməsi, həmçinin baş vermiş hadisə nəticəsində restoranın sahibi Zərərçəkmiş şəxs5 maddi ziyan dəyməsinə görə özünü qismən təqsirli bilir və baş vermiş bu hadislərə (xuliqanlıq əməllərinə) görə əməlindən peşmandır.Həmçinin o, 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla medallarla təltif olunmasının, müharibədən sonra onda psixi xəstəliyin əmələ gəlməsinin və ailəli olmaqla himayəsində üç azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır.Azyaşlı qızı Mədinənin ayağı yandığından qızına xəstəliklə bağlı pensiya düzəltmək istəmiş və bu məqsədlə atası Bəylərlə birlikdə 27 sentyabr 2022-ci il tarixdə qızı Mədinəni həkim komissiyadan keçirmək üçün Masallı rayon xəstəxanasına aparmışdır.Orada olarkən təsadüfən Ruslanla tanış olmuş və Ruslana vəziyyəti izah edib qızına əlilliklə pensiya düzəlmək istədiyini demiş, Ruslan da kömək edəcəyini bildirib komissiyanın üzvləri olan həkimlərin olduğu otağa daxil olub həkimlərə “bu mənim adamımdı” demiş, sonra otaqdan çıxmışdır.Sonra həkim komissiyası qızını müayinə edib növbəti prosedurlardan keçməsini demişlər.Oradan çıxarkən Ruslanın xəstəxananın giriş qapısında onu gözlədiyini görüb ona yaxınlaşıb qızının həkim komissiyasına göstərdiyini, hələ heç bir söz deyilmədiyini demişdir.Sonra Ruslan ona qızı üçün əlilliklə pensiya düzəltdirməsinə köməklik edə biləcəyini bildirib, mobil telefonla kiminləsə danışmış, sonra bu işin düzəlməsi üçün 1500 manat pul lazım olduğunu bildirmişdir.O, Ruslanla razılaşmamış, yalnız 500 manat pul düzəldə biləcəyini demiş, Ruslan təkrar mobil telefonla kiməsə zəng etmiş və 1200 manatdan aşağı heç bir halda düzəldə bilməyəcəyini demişdir.Sonra Ruslan sənədləri göndərmək üçün 1200 manat pulun müəyyən hissəsini verməsini ona demiş, buna görə də o, Ruslanla razılaşmış, tanışlarından 350 manat borc pul alıb həmin gün saat 14 radələrində Masallı Rayon X9 həyətində Ruslanla görüşüb həmin pulu vermiş, həmin vaxt atası Bəylər yanında olmuşdur. Ruslan 350 manat pulu aldıqdan sonra qızının sənədlərini istəmiş o da sənədlərinin həkimdə olduğunu bildirmiş, Ruslan da həmin sənədləri özü həkimdən götürəcəyini deyib ondan ayrılmışdır. Həmin gün Ruslan telefonla ona zəng edib verdiyi pulun az olduğunu, əlavə 650 manat pul da verməsini demiş, o da razılaşmışdır. Sonra o, bir nəfər tanışından 550 manat borc pul alıb həmin gün saat 18 radələrində Masallı şəhərində, “Köhnə bazar” adlanan yerdə Ruslanla görüşüb 550 manat pulu ona vermiş, həmin pulu verərkən atası Bəylər də yanında olmuşdur.Pulu verərkən o, Ruslana qalan 300 manat pulu da pensiya sənədi düzələndən sonra verəcəyini demiş, Ruslan da razılaşmışdır. Həmin vaxtdan sonra xeyli müddət keçməsinə baxmayaraq Ruslan pensiya sənədi hazırlada bilməmiş, müxtəlif bəhanələr gətirərək söhbətdən yayınmışdır. Bundan sonra o, Ruslanın onu aldadıb 900 manat pulunu ələ keçirdiyini başa düşüb pulunu geri istəmiş, lakin Ruslan pulu qaytaracağını desə də, pulunu qaytarmamışdır.Bundan sonra o, Ruslanın hərəkətləri barədə polisə şikayət etmişdir.Hazırki vaxtadək ona vurduğu ziyanı, 900 manat pulu qaytarmadığını görə o, Təqsirləndirilən şəxslə barışmamış, şikayətçi olmaqla ondan (Təqsirləndirilən şəxs) 900 manat pulun qaytarılmasını tələb edir. İşdə olan, Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı 19 aprel 2023-cü il tarixli ərizəsində göstərilir ki, o, Təqsirləndirilən şəxs qarşı şikayətçidir və Təqsirləndirilən şəxs 900 manat pulun qaytarılmasını tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımış və aralarında normal münasibətləri olmuşdur.07 sentyabr 2022-ci il tarixdə işlədiyi dəmirçi sexində olarkən Ruslan yanına gəlmiş, həmin vaxt söhbət əsnasında o, arvadı Yeganə xəstə olduğu üçün ona pensiya düzəltmək istədiyini və bununla bağlı sənədləri Masallı RMX-nə aparmalı olduğunu bildirmişdir. Ruslan həmin sənədləri Masallı RMX-na apara biləcəyini bildirib qazi olduğu üçün sözünün hər yerdə keçdiyini və onun üçün dəfələrlə təmannasız iş görməsini bildirib əvəzində arvadı üçün pensiya düzəltməyə kömək edəcəyini demiş, o da razılaşıb sənədləri Ruslana vermişdir. Təxminən 15 gündən sonra Ruslana zəng edib verdiyi sənədlərlə maraqlanmış, Ruslan da pensiya ilə bağlı sənədləşmə işinə görə 3000 manat pul lazım olduğunu bildirib onun üçün 2500 manata bu işi həll edəcəyini demiş, o da razılaşıb həmin miqdarda pul tapması üçün bir müddət vaxt istəmişdir. 04 oktyabr 2022-ci il tarixdə o, Ruslana zəng edib 2500 manat pulun hazır olduğunu bildirmiş və saat 15 radələrində Masallı şəhər Xətai küçəsində yerləşən iş yerinin qarşısında Ruslanla görüşüb arvadın əlilliyə görə pensiya düzəltməsi üçün 2500 manat pulu Ruslana vermişdir. Pulu verərkən yanlarında kimsə olmamış, Ruslan pulu aldıqdan sonra ona 15 oktyabr 2022-ci il tarixdə mobil telefonuna Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondundan mesaj gələcəyini, bundan sonra Masallı şəhər DSMF-nə gedib zəruri sənədlər alacağını, həmin sənədlər əsasında pensiya düzələcəyini və “Kapital Bank”-dan pensiya kartı veriləcəyini bildirmiş, o da Ruslana inanmışdır. 15 oktyabr 2022-ci il tarixdə gün ərzində mobil telefonuna mesaj gəlməsini gözləsə də, ona heç bir mesaj gəlməmişdir. 19 oktyabr 2022-ci il tarixdə Ruslan yenidən işlədiyi sexə gəlib sənədlər əsasında arvadına 3-cü qrup əlillik dərəcəsi düşdüyünü, lakin həkimin 1-ci qrup əlilik yazmaq istədiyini və bunun üçün əlavə olaraq 800 manat pul lazım olduğunu bildirəndə o, pulunun olmadığını bildirmişdir. Ruslanla aralarında olan bu söhbət zamanı o, Ruslanın onu aldatdığını anlamış və işlədyi sexə Ruslan gələndən sonra bu mövzuda Ruslanla olan söhbəti mobil telefonla videoçəkiliş etmişdir.Sonradan isə videoçəkilişi CD diskə köçürüb istintaqa təqdim etmişdir.Sexdə Ruslanla söhbət edib videoçəkilişi edərkən yanında dostu Ədalət də olmuşdur. 28 oktyabr 2022-ci il tarixdə Ruslan yenidən onun yanına gəlib sənədləşəmə üçün yenidən 400 manat pul istəmiş, lakin o, pulunun olmadığını bildirmişdir. Bundan sonra o, Ruslanının onu aldadıb 2500 manat pulunu ələ keçirdiyini anlamış və Ruslandan pulunu geri tələb etmiş, lakin Ruslan pulunu qaytarmamışdır.Daha sonra o, Ruslanın hərəkətləri barədə polisə şikayət ərizəsi vermişdir.O, Təqsirləndirilən şəxslə barışmamış, ona qarşı şikayətçidir və hazırda ona vurulmuş ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı mülki iddia vermiş, yəni hesab edir ki, Təqsirləndirilən şəxs onu aldadaraq ələ keçirdiyi 2500 manat pulun, bu işlə bağlı çəkdiyi yol xərci 200 manatın, həmçinin çəkdiyi mənəvi ziyana göpə 5000 manatın, habelə mülki iddianın verilməsi ilə bağlı ödədiyi 97 manat dövlət rüsum da daxil edilməklə cəmi 7297 manat pul Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməlidir.Beləliklə o, zərərçəkmiş şəxs kimi Təqsirləndirilən şəxs qarşı verdiyi cəmi 7297 manat miqdarında mülki iddianı tam həcmdə müdafiə etməklə mülki iddianın təmin edilməsini və törətdiyi əmələ görə Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Masallı RMXnın TTYŞ-də tibbi qardaşı işləyir. Təqsirləndirilən şəxs tanımış və aralarında normal münasibətləri olmuşdur. 20 noyabr 2022-ci il tarixdə. saat 23 radələrində Təqsirləndirilən şəxs TTYŞ-nin qəbul şöbəsinə gəlmiş və sağ əlinin baş barmağının kəsilməsi ilə bağlı ona həkim travmatoloq Şahid8 baxaraq tibbi yardım göstərilmişdir. Sonra Azad həkim ona Ruslana relanium iynəsini vurmasını tapşırmış və o, həmin iynəni Ruslanın gözü qarşısında hazırlayıb vursa da, Ruslan vurulan iynənin relanium iynəsi olmadığını bildirib etiraz edib mübahisə etməyə başlamış, onu sakitləşdirmək istəsə də, sakitləşməmiş və nalayiq ifadələr işlədərək söyüş söymüş, sonra heç bir səbəb olmadan yumruqla onun sol almacıq və alın nahiyələrinə bir neçə dəfə vurmuş, daha sonra Ruslan üzərinə hücum edib onu yerə yıxıb təpiklə sol bud nahiyəsinə də bir neçə dəfə vurmağa başlamış, həmin vaxt səs-küyə Azad həkim və orada olan digər tibb işçiləri gəlib onu Ruslanın əlindən alıb qəbul şöbəsindən çölə çıxartmışlar.Çölə çıxdıqdan sonra o, Azərbaycan Respublikası DİN-nin 102-i xidmətinə zəng edib Təqsirləndirilən şəxs onu döyməsi barədə məlumat vermişdir. Bir müddət sonra Masallı RPŞ-nin əməkdaşları Masallı RMX-nin TTYŞ-nin qəbul şöbəsinə gəlmiş və baş vermiş hadisə ilə bağlı ərizəsini almışlar.Polis əməkdaşları xəstəxanaya gələn vaxt Ruslan oradan getmiş, artıq orada olmamışdır. Qeyd etdiyi hərəkətləri ilə Təqsirləndirilən şəxs xəstəxanada gündəlik iş rejimi qaydalarını pozmuş, digər tanımadığı xəstələrə tibbi yardım göstərilməsinə maneəçilik törətmişdir. Həmçinin sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qəbul şöbəsindən çölə çıxdıqdan sonra terapiya şöbəsinə getmiş, orada olan tibb işçiləri ilə mübahisə edib terapiya şöbəsinin inzibati binasında giriş qapısının şüşəsini sındırmışdır. Daha sonra Təqsirləndirilən şəxs həmin qapının şüşəsini öz şəxsi vəsaiti hesabına düzəltmişdir.O, Təqsirləndirilən şəxs tanıyır və Vətən müharibəsi iştirakçısı olduğu üçün ona hörmətlə yanaşmış, hazırda Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan, Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı 19 aprel 2023-cü il tarixli ərizəsində göstərilir ki, o, Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi olmamaqla ona həbslə bağlı olmayan cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, əvvəllər Zərərçəkmiş şəxs5 işlətdiyi, Masallı rayonun Qəriblər kəndinin ərazisində yerləşən “Turist 2” restoranında ofisant işləmişdir.O, Təqsirləndirilən şəxs əvvəllər şəxsən tanımamış, aralarında hər hansı bir münasibət olmamışdır. 25 dekabr 2022-ci il tarixdə, gecə saat 22 radələrində Ruslan restorana gəlib musiqi səslənən yerin yanındakı masada oturub 3 bakal pivə sifariş etmişdir. Ruslan pivəni içdikdən bir qədər sonra, saat 23 radələrində anidən yerindən qalxıb musiqi səslənən və oynalınan yerə-səhnəyə çıxıb heç bir səbəb olmadan orada olan tanımadığı bir qadının üzərinə gedib qışqıraraq səs-küy salıb söyüş söyməyə başlamış, həmin qadını yumruqla vurmaq istəmiş, yumruq qadına dəyməmişdir.Bundan sonra Ruslan bir az da qızışaraq hərəkətlərini davam etdirmiş, həmin vaxt o, müştərilərə sifarişlərini daşıyarkən Ruslan əlindəki pivə qədəhini heç bir səbəb olmadan onun baş nahiyəsinə çırpmış və o, xəsarət alaraq yerə yıxılmışdır.Baş nahiyəsindən qan gəldiyindən huşunu itirmiş, sonra özünə gələrkən Ruslanın yenə də nalayiq söyüşlər söyərək restoranda olan avadanlıqları və əşyaları sındırmasını görmüş, Ruslan “mən qaziyəm” qışqıraraq nalayiq söyüşlər söyərək restoranda olan əşyaları sındırmağa davam etmiş, həmin vaxt restoranda olan tanımadığı 6-7 nəfər müştəri qorxaraq tələm-tələsik əyləşdikləri masadan qalxıb restoranı tərk edib çölə çıxmışlar. Ruslanın bu hərəkətləri restoranda bir xeyli, təxminən 30 dəqiqə çəkmiş, sonra restoranı işlədən Zərərçəkmiş şəxs5 gəlib Təqsirləndirilən şəxs sakitləşdirib onu oradan uzaqlaşdırmışdır.Hadisədən bir neçə gün sonra, restoranı işlədən Zərərçəkmiş şəxs5 restoranda Təqsirləndirilən şəxs sındırmış olduğu əşyaların siyahısını dəqiqləşdirdikdən o və Zərərçəkmiş şəxs5 birlikdə polisə gedib baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs şikayət etmişlər.Təqsirləndirilən şəxs ona xəsarət yetirməsi nəticəsində o, müalicə almış və bununla bağlı təxminən 1000 manat ona ziyan dəymişdir.Həmçinin Təqsirləndirilən şəxs restoranda etdiyi hərəkətlərlə restoranda olan müştərilərə qarşı hörmətsizlik etmiş, müştərilərin dincliyini pozulmuş, həmçinin ona xəsarət yetirmiş və restoranı işlədən Zərərçəkmiş şəxs5 əmlaklarını sındırıb ziyan vurmuşdur.O, Təqsirləndirilən şəxslə barışmamış, ona qarşı şikayətçidir və ona dəymiş ziyanın ödənilməsinii tələb edir. İşdə olan, Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı 19 iyun 2023-cü il tarixli ərizəsində göstərilir ki, o, Təqsirləndirilən şəxs qarşı şikayətçidir və aldığı xəsarətlə bağlı ona dəyən 1000 manat ziyanın ödənilməsini təqsirləndirilən şəxsdən tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Masallı rayonun Qəriblər kəndinin ərazisində yerləşən “Turist 2” restoranını işlətmiş, restoran ailəvi restoran olmaqla müştərilərin qidalanıb dincəlməsi, musiqi-mahnıları dinləməsi üçün nəzərdə tutulmuşdur.Zərərçəkmiş şəxs4 tanımış, o, həmin restoranda ofisiant işləmişdir.Təqsirləndirilən şəxs əvvəllər tanımış, onunla normal münasibətləri olmuşdur.25 dekabr 2022-ci il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs tək restorana gəlib musiqi səslənən yerin yanındakı masada əyləşib pivə sifariş etmişdir. Həmin vaxt Ruslan onunla salamlaşıb hal-əhval tutmuşdur. Ruslan əvvəllər bir neçə də həmin restorana müştəri kimi gəlmiş və restoranda müştərilərin dincliyinə maneçilik törədən hərəkətlər etdiyindən bu dəfə o, Ruslanın hərəkətlərini kənardan izləmək qərarına gəlmişdir. Ruslan sifariş verdiyi üç bakal pivəni içdikdən sonra, saat 23 radələrində yerindən qalxıb restoranda mahnı oxunan və oynamaq üçün nəzərdə tutulan səhnəyə çıxıb tanımadığı bir nəfər qadının üzərinə gedib nəsə deyərək heç bir səbəb olmadan uca səslə səs-küy salıb söyüş söyməyə başlamış, sonra həmin müştəri olan qadını yumruqla vurmaq istəmiş, yumruq qadına dəyməmişdir. Həmin vaxt o, Ruslanın yanına gedib onu sakit qalmasını demiş, lakin Ruslan daha də coşaraq anidən səbəb olmadan əlindəki pivə qədəhini müştərilərə sifarişlərini daşıyan ofisant Zərərçəkmiş şəxs4 baş nahiyəsinə çırpmış, Ədilə də baş nahiyəsindən xəsarət alıb yerə yıxılmışdır. Sonra Ruslan nalayiq söyüşləri söyərək restoranda olan avadanlıqları və əşyaları sındırmağa başlamış, restoranda olan tanımadığı 6-7 nəfər müştərilər qorxaraq əyləşdikləri masadan qalxıb restoranı tərk edib çölə çıxmışlar. Daha sonra Ruslan “mən qaziyəm” qışqıraraq nalayiq söyüşləri söyüb restoranda olan əşyaları sındırmağa davam etmiş, Ruslan hərəkətləri təxminən 30 dəqiqə çəkmiş, sonra o, birtəhər Ruslanı sakitləşdirib onu restorandan çıxarıb oradan uzaqlaşdırmışdır.Hadisədən bir neçə gün sonra, Təqsirləndirilən şəxs restoranda sındırdığı əşyaların siyahısını dəqiqləşdirdikdən sonra ofisant Zərərçəkmiş şəxs4 ilə birlikdə rayon polis şöbəsinə gedib şikayət etmişlər. Təqsirləndirilən şəxs 25 dekabr 2022ci il tarixdə restoranında etdiyi hərəkətlərlə restoranda olan müştərilərə qarşı hörmətsizlik etmiş, restoranın işçisi Zərərçəkmiş şəxs4 xəsarət yetirmiş və ona məxsus əmlakları sındırmaqla ona maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs restoranda olan, ona məxsus 1 dəst musiqi avadanlıqlarını, 1 ədəd reklam lövhəsini, 1 ədəd güzgünü zədələmiş, 1 ədəd lampanı, 1 ədəd 140 sm diaqanallı LSD plazma televizoru, 1 ədəd divanı, 4 ədəd dəmir stulu isə yararsız hala salmışdır. Nəticədə Təqsirləndirilən şəxs 1 dəst musiqi avadanlıqlarına görə 350 manat, 1 ədəd reklam lövhəsinə görə 150 manat, 1 ədəd güzgüyə görə 120 manat, 1 ədəd lampaya görə 5 manat, 1 ədəd 140 sm diaqanallı LSD plazma televizora görə 650 manat, 1 ədəd divana görə 160 manat, 4 ədəd dəmir stula görə isə 65 manat, cəmi 1500 manat miqdarında ona maddi ziyan vurmuşdur.Hazırda o, Təqsirləndirilən şəxslə barışmamış və ona vurulan 1500 manat miqdarında maddi ziyanın ödənilməsini Təqsirləndirilən şəxs tələb edir. İşdə olan, Zərərçəkmiş şəxs5 məhkəməyə ünvanladığı 05 may 2023-cü il tarixli ərizəsində göstərilir ki, o, Təqsirləndirilən şəxslə barışmamış və təqsirləndirilən şəxsdən ona vurulmuş 1500 manat maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Masallı RPŞ-nin əməkdaşıdır. 06 yanvar 2023-cü il tarixdə Masallı rayonunun Həsənli kənd sakini Təqsirləndirilən şəxs X6 qəbulunda, üzərində gəzdirməkdə və satışında şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 16 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Əliyev prospektində saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib Masapllı RPŞ-nə aparılmışdır.Polis şöbəsində təhqiqatçı Abbasağa Paşayev tərəfindən vəkilin (müdafiəçinin) və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən 4 ədəd büküm və həmin bükümlərin içərisindədən narkotik maddəyə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotiklə bağlı suallara susaraq cavab verməmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərmişdir ki, o, 06 yanvar 2023-cü il tarixdə, axşam saatlarında bir nəfər polis əməkdaşının xahişi ilə Masallı RPŞ-nin inzibati binasında Ruslan adlı şəxsin (Təqsirləndirilən şəxs) üzərində axtarış zamanı hal şahidi kimi iştirak etmişdir.Polis əməkdaşları tərəfindən həmin şəxsin üzərində axtarış zamanı onun (Təqsirləndirilən şəxs) əynindəki şalvarının cibindən 04 ədəd bükümdə narkotik maddə aşkar olunub götürülmüşdür. Polis əməkdaşlarının aşkar olunmuş narkotiklə bağlı şifahi sorğusı zamanı Təqsirləndirilən şəxs susaraq cavab verməmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hər hansı münasibəti olmamışdır.Üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid12 Şahid7 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-nin 102-i Xidməti zəng mərkəzinə məlumat verilməsinə dair 21 noyabr 2022-ci il tarixli “Raport”lar və Masallı RPŞ-nə ünvanlanmış 21 noyabr 2022-ci il tarixli ərizələrlə müəyyən edilir ki, həmin tarixdə Masallı RMX-nın əməkdaşı (tibbi bacısı) X14 işlədiyi Masallı RMX-nin inzibati binasında 21 dekabr 2022-ci il tarixdə “Ruslan” adlı şəxsin heç bir səbəb olmadan xəstəxananın qapı və pəncərəsinin sındırması və həmin şəxsin barəsində tədbir görülməsini xahiş etmiş, habelə Masallı RMXnın həkimi X1 RMX-nın TTY şöbəsində “Ruslan” adlı şəxs tərəfindən döyülməsini bildirərək həmin şəxsin barəsində tədbir görülməsini xahiş etmişdir. İşdə olan, “Baxış keçirmə haqqında” 21 noyabr 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilirit ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında xəstəxananın əməkdaşı (tibbi bacısı) X7 iştirakı ilə şikayətində göstərdiyi sahəyə baxış keçirilmişdir. Baxış zamanı Masallı RMX-nın Terapiya şöbəsinin giriş qapısının şüşəsinin sınmış vəziyyətdə olması müəyyən edilmişdir. Aygün İsmayılova 20 noyabr 2022-ci il tarixdə qapının şüşəsini “Ruslan” adlı şəxsin sındırdığını bildirmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-nin 102-i Xidməti zəng mərkəzinə məlumat verilməsinə dair 28 dekabr 2022-ci il tarixli “Raport”lar və Masallı RPŞ-nə ünvanlanmış ərizlərlə müəyyən edilir ki, həmin tarixdə vət. Zərərçəkmiş şəxs4 işlədiyi Turist-2 restoranında 25 dekabr 2022-ci il tarixdə, saat 23 radələrində “Ruslan” adlı şəxs onun baş nahiyəsinə şüşə stəkanla vuraraq döymüş, habelə vət. Zərərçəkmiş şəxs5 icarəyə işlətdiyi Turist-2 restoranına gəlmiş “Ruslan” adlı şəxsin restoranda olan əşyaları qıraraq ona 1500-2000 manat ziyan vurması barədə məlumat verib həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişlər. İşdə olan, “Baxış keçirmə haqqında” 28 dekabr 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilirit ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Masallı rayonunun Qəriblər kəndinin ərazisində yerləşən Turist-2 restoranın sahibi Zərərçəkmiş şəxs5 iştirakı ilə həmin restoranın içərisinə baxış keçirilmişdir. Baxış zamanı restoranın içərisində olan əşyaların, o cümlədən stul və digər əşyaların sınmış vəziyyətdə olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs5 25 dekabr 2022-ci il tarixdə restoranın içərisində olan əşyaları “Ruslan” adlı şəxsin sındırdığını bildirmişdir. İşdə olan, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 29 oktyabr 2022-ci il tarixli və Zərərçəkmiş şəxs2 07 dekabr 2022-ci il tarixli ərizələri ilə müəyyən edilir ki, onlar Masallı RPŞ-nə müraciət edib Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq pul vəsaitələrinin ələ keçirməsi və bu əməlinə görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişlər. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 28 noyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, tibbi müayinə zamanı Zərərçəkmiş şəxs3 qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, sol almacıq, sol alın, sol paraorbital və sol bud-çanaq oynağı nahiyəsinin yumşaq toxumalarının əzilməsi müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yumruqla və təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti müayinə olunanın qeyd etdiyi 20 noyabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 29 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, tibbi müayinə zamanı Zərərçəkmiş şəxs4 başın ənsə nahiyəsinin sıyrığı və sağ dirsək oynağı nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 25 dekabr 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İşdə olan, Masallı RPŞ-nin əməkdaşının 06 yanvar 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Masallı rayonunun Həsənli kənd sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri üzərində saxlamaqla istifadəsi və satışı barədə əməliyyat məlumatı daxıl olmuş və həmin gün keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Əliyev prospektində saxlanılıb Masallı RPŞ-nə aparılmışdır. İşdə olan, “Şəxsi axtarış və götürmə haqqında” 06 yanvar 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, həmin tarixdə Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Abbasağa Paşayev tərəfindən müdafiəçi Tofiq Şahmarov və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 4 ədəd bükümlərdə metamfetaminə oxşar kütlələr aşkar edilmişdir.Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı fotaşəkillər protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 06 yanvar 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş dörd ədəd psixotrop maddə metamfetaminə bənzər kütlələr..” sözlər və imzalar olan zərfdəki, 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 4,387 qram, 1,096 qram, 1,071 qram, 1,059 qram ümumi təmiz çəkisi-7,613 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonra qalıq metamfetamin 7,413 qramdır. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 06 yanvar 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs hər hansı bir xəsarət izi aşkar olunmamışdır. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 yanvar 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları olmuş, lakin asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur və məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan, Lənkəran Şəhər Psixiatriya Xəstəxanısının 17 yanvar 2023-cü il tarixli arayışı ilə müəyyən edilir ki, xx xxxxxx 1987-ci il təvəllüdlü, Masallı rayonunun Həsənli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdən “Keçirilmiş qapalı kəllə beyin travması (barotravma) nəticəsində psixi və davranış pozuntuları ilə, emosional-iradi pozuntalarla” diaqnozu ilə qeydiyyatdadır. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 30 yanvar 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzvi emosional-ləbil pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs hazırki müayinə zamanı müəyyən edilmiş üzvi emosional-ləbil pozuntusu diaqnozlu qeyri-psixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki o, qərarda göstərilən əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın.Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür.Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs iş üzrə ifadə vermək iqtidarındadır, yəni psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. İşdə olan “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 22 dekabr 2022-ci il tarixli və 14 yanvar 2023-cü il tarixli qərarlarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq 7,413 qram psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Masallı RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs arasında olan dialoq zamanı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, "xxxx" MMC-nin 05 yanvar 2023-cü il tarixli “Mütəxəssis rəyi” ilə müəyyən edilir ki, təqdim edilmiş sınmış əşyalar üzrə Turist-2 ailəvi istirahət mərkəzinə aid olan 1 ədəd 500x160 sm ölçüdə reklam lövhəsinin bərpa dəyəri 120 manat, 1 dəst musiqi avadanlıqlarının təmir xərci 340 manat, 1 ədəd 140 sm dioqanallı LSD plazma televizorun qiyməti 650 manat, 1 ədəd divanın qiyməti 160 manat, 4 ədəd dəmir stulun 1 ədədinin qiyməti 16 manat olmaqla cəmi qiyməti 64 manat, 1 ədəd ön güzgünün bərpa qiyməti 120 manat, 1 ədəd rəngli lampanın qiyməti 5 manat olmaqla Turist-2 ailəvi istirahət mərkəzinin sahibinə cəmi 1459 (bir min dörd yüz əlli doqquz) manat miqdarında maddi ziyan dəymişdir. İşdə olan, "xxxx" MMC-nin 10 yanvar 2023-cü il tarixli “Mütəxəssis rəyi” ilə müəyyən edilir ki, təqdim edilmiş Masallı Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin 50x200 santimetr ölçüdə giriş qapısının şüşəsinin bərpasının dəyəri 90 (doxsan) manat təşkil edir. İşdə olan, Masallı RPŞ-nin 20 fevral 2023-cü il tarixli məktubu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini satış məqsədi ilə üzərində saxlaması, həmin maddəni kimdən əldə etməsi, kimsə satması və ya satacağı ilə bağlı məlumatlar əldə edilməmişdir. İşdə olan, “Cinayət işinin ayrılması haqqında” 04 mart 2023-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş psixotrop maddə olan metamfetamin mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, habelə şahidlər şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7 və Şahid12 ifadələri yalnız özlərinin birbaşa iştirak və şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tutularkən üzərində psixotrop maddənin olmaması, üzərindən aşkar olunmuş metamfetaminin ona məxsus olmaması və həmin metamfetamini cibinə polis əməkdaşı tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 vurmaması, Turist-2 restoranında söyüşlər söyərək əşyaları qırmaması, həmçinin Masallı RMX-da terapiya şöbəsinin giriş qapısının şüşəsini sındırmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7 və Şahid12 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin və hal şahidlərinin iştirakı ilə aparılmış şəxsi axtarışa dair protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tutularkən üzərində psixotrop maddənin olmaması, üzərindən aşkar olunmuş metamfetaminin ona məxsus olmaması və həmin metamfetamini cibinə polis əməkdaşı tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 vurmaması, Turist-2 restoranında söyüşlər söyərək əşyaları qırmaması, həmçinin Masallı RMX-da terapiya şöbəsinin giriş qapısının şüşəsini sındırmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5ynin və şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7 və Şahid12 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri (həmin ifadələrində o, üzərində psixotrop maddənin olması istisna olunmaqla dələduzluq və xuliqanlıq cinayətləri ilə bağlı verilmiş ittihamda göstərilən bütün halları təsdiq edir) ilə tam təkzib olunur.Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımış, habelə təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirmiş, eləcə də təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmə cinayət əməllərini törətməsi təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin bu əməlləri düzgün olaraq CM-nin 178.2.2, 221.2.1 və 221.3-cü maddələri ilə tövsif edilmişdir. Həmçinin isbtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq 4 ədəd bükümdə külli miqdarda-7,613 qram psixotrop maddə olan metamfetamin əldə edib, saxlayıb üzərində daşımışdır. Məhkəmə hesab edir ki, həmin ittiham üzrə Təqsirləndirilən şəxs 7,613 qram metamfetamini satış məqsədi ilə əldə etməsi məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində bildirmişdir ki, o, narkotik vasitələrdən istifadə etməmiş və tutulan vaxt üzərində metamfetamin olmamışdır. Üzərində aşkar olunmuş metamfetamin ona məxsus deyildir. İşdə olan narkoloji tibbi yoxlamanın rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində verilmiş izaha əsasən 28 iyun 2005-ci il tarixli Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür. Məhkəmə istintaqı zamanı, eləcə də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. İş üzrə ifadə vermiş şahidlər (polis əməkdaşları) göstərmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, saxlaması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumatlar daxil olsa da, onun kiməsə narkotik və ya psixotrop maddələr satması barədə konkret məlumatlar əldə edilməmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, bu qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən bu halların, yəni təqsirləndirilən şəxsin 7,613 qram metamfetamini əldə edilməsinin satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİ Siyahıya əsasən beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi psixotrop maddə olan metamfetaminin miqdarı 7,613 qram olmaqla külli miqdar təşkil edir, lakin Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddənin külli miqdarda olması onun bu maddəni məhz satış məqsədi ilə əldə etməsi kimi qiymətləndirilməsinə əsas vermir. Məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma ilə bağlı hərəkətləri, yəni narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi təsdiq olunmur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə tədqiq olunmuş sübutları, işin faktiki hallarını və cinayətin ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, CM-nin 234.4.3-cü maddəsində (eləcə də həmin Məcəllənin 234.2-ci maddəsində) nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərildiyi kimi psixotrop maddənin satış məqsədi ilə əldə edilməsinə dair fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-7,613 qram metamfetamin əldə edib, saxlayıb, üzərində daşımış və daxil olmuş məlumat əsasında 06 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, Masallı şəhərində saxlanılıb üzərində şəxsi axtarış zamanı 4 ədəd bükümdə olmaqla cəmi, külli miqdarda-7,613 qram metamfetamin aşkar edilib götürülmüş və bununla da o, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən (bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə) satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri bu cinayətin törədilməsi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin 178.2.2, 221.2.1, 221.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Masallı Rayon Məhkəməsinin 07 yanvar 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 06 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 mart 2009-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə islah işləri cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 avqust 2009-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 152-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Masallı Rayon Məhkəməsinin 19 iyul 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına 01 il 06 sınaq müddəti təyin edilməklə şərti məhkum olunmuşdur. Masallı Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CMnin 221.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlığın məhdudlaşdarılması cəzasına məhkum olunmuş, 23 iyul 2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin müddəalarına əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hökmlər üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və hazırda o, məhkumluğu olmayan şəxsdir. İşdə olan, Masallı RİHB-nın Həsənli kənd İƏD üzrə Nümayəndəlikdən verilmiş 06 fevral 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Masallı rayonunun Həsənli kəndində qeydiyyatda olmaqla yaşamış və yaşadığı müddətdə müsbət (xoşxasiyyətlidir və ərazidə keçirilən ictimai işlərdə iştirak etmiş, ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, AZ-İV 653590 №-li doğum haqqında şəhadətnamənin, AZE 11342296 və AZE 11334735 №-li şəxsiyyət vəsiqələrin surətləri ilə müəyyən edilir ki, X18 04 sentyabr 2010-cu ildə, X20 20 avqust 2014-cü ildə və X15 16 noyabr 2016-cı ildə anadan olmuşlar. İşdə olan, Azərbaycan Respublikası medalının №1-1507 saylı vəsiqəsnin surəti və Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olanmasına görə” medalı ilə təltif olunmasıda dair Sərəncamdan çıxarışla müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Cəsur döyüşçü” və “Suqovuşanın azad olanmasına görə” medalları ilə təltif olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə, habelə Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla müvafiq medallarla təltif olunması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 178.2.2, 221.2.1, 221.3 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəza həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci və 70-ci maddələrinin tətbiq olunması, habelə barəsində xüsusi müsadirə təyin edilməsi üçün (həmin Məcəllənin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və təyin edilmiş cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurduğu cəmi 4900 (dörd min doqquz) manat məbləğində maddi ziyan ödənilməmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 tərəfindən 19 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qarşı cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 2500 (iki min beş yüz) manat, yol xərci ilə bağlı 200 (iki yüz) manat və mənəvi ziyana göpə 5000 (beş min) manat məbləğində mülki iddia verilmiş, habelə həmin mülki iddianın verilməsi ilə bağlı 97 (doxsan yeddi) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddianı tam həcmdə müdafiə etdiyini və həmin miqdarda, yəni maddi ziyana görə 2500 (iki min beş yüz) manat, yol xərci ilə bağlı 200 (iki yüz) manat, mənəvi ziyana göpə 5000 (beş min) manat, habelə həmin mülki iddianın verilməsi ilə bağlı 97 (doxsan yeddi) manat dövlət rüsumu da daxil edilməklə cəmi 7297 (yeddi min iki yüz doxsan yeddi) manat miqdarında mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddia maddi ziyanın vurulmasına dair hissədə qismən təmin edilməli, qalan hissədə, o, cümələdən mənəvi ziyanla bağlı hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 181-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin əmlakına ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verilə bilər. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə maddi ziyan vurulduqda mülki iddia verən şəxs ziyanın (maddə181.2.1-181.2.3) ödənilməsi, o cümlədən mənəvi ziyanın ödənilməsini (maddə181.2.4) tələb edə bilər. Məhkəmə hesab edir ki, tədqiq olunmuş subutlara əsasən törədilmiş cinayət nəticəsində (bilavasitə cinayət qanuni ilə nəzərdə tutulmuş əməl nəticəsində) Zərərçəkmiş şəxs2 cəmi 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurulmuş, habelə Zərərçəkmiş şəxs2 mülki iddianın verilməsi ilə bağlı 97 (doxsan yeddi) manat dövlət rüsumu ödəmiş və bununla da ona vurulan ziyan cəmi 2597 (iki min beş yüz doxsan yeddi) manat təşkil edir. Həmçinin Zərərçəkmiş şəxs2 məhkəməyə gəlib-getməsi ilə bağlı nəqliyyat xərci olaraq 200 (iki yüz) manat yol xərcləri olduğunu bildirsə də, bunu təsdiq edən müvafiq sübutlar (nəqliyyat xərcləri ilə bağlı bilet və ya ödəniş qəbzi və s. sənədlər) məhkəməyə təqdim edilmədiyindən həmin hissədə vurulun maddi ziyanın məhz 200 (iki yüz) manat təşkil etməsi təsdiq olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddianın 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyanın vurulması əsaslı olduğundan təmin edilməli, 200 (iki yüz) manat miqdarında maddi ziyanın vurulması əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda Zərərçəkmiş şəxs2 verdiyi mülki iddiada ona vurulmuş mənəvi ziyanı onunla izah edir ki, “dəymiş zərərin cavabdeh tərəfindən uzun müddət keçməsinə baxmayaraq ödənilməməsi onun iztirah və sarsıntı keçirməsinə səbəb olmuşdur”. Məhkəmə Zərərçəkmiş şəxs2 mənəvi ziyanla bağlı mülki ididianın verilməsi üçün göstərdiyi halları əsaslı hesab etmir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Habelə həmin Qərarın 8-ci bəndində izah edilir ki, .. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş, eləcə də zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsi də aydınlaşdırılmış olsun. Hazırki iş üzrə Zərərçəkmiş şəxs2 arvadına pensiya düzəldilməsi üçün Təqsirləndirilən şəxs 2500 manat pul vermiş, sonuncu isə yalan vəd verməklə həmin pulu ələ keçirməklə dələduzluq edib Zərərçəkmiş şəxs2 2500 manat miqdarında maddi ziyan vurmuşdur. Qeyd olunan əməlin törədilməsi nəticəsində Zərərçəkmiş şəxs2 mənəvi ziyanın vurulmasını özündə ehtiva edən hallar, yəni zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması dəqiq məlum deyil, eləcə də zərərçəkmşin sarsıntı və iztirab keçirməsini təsdiq edən sübutlar da təqdim edilməmiş, o cümlədən zərərçəkmişin mülki iddia ərizəsində göstərdiyi “dəymiş zərərin cavabdeh tərəfindən uzun müddət keçməsinə baxmayaraq ödənilməməsi onun iztirah və sarsıntı keçirməsinə səbəb olması” halının da mövcudluğunu təsdiq edən mötəbər sübutların təqdim olunmaması göstərilənlərin mülahizə xarakteri daşıması kimi qiymətləndirilməklə məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 mənəvi ziyanla bağlı verdiyi mülki ididia kifayət qədər əsaslı olmadığından təmin edilməməlidir. Qeyd olunanlara əsasən törədilmiş cinayət nəticəsində (bilavasitə cinayət qanuni ilə nəzərdə tutulmuş əməl nəticəsində) Zərərçəkmiş şəxs2 cəmi 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurulmuş və həmin ziyan ödənilməmiş, habelə Zərərçəkmiş şəxs2 həmin mülki iddianın verilməsi ilə bağlı ödədiyi dövlət rüsumu 97 (doxsan yeddi) manat təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddia qismən, yəni 2500 (iki min beş yüz) manat hissədə təmin edilməli, habelə mülki iddianın verilməsi ilə bağlı ödənilmiş 97 (doxsan yeddi) manat dövlət rüsumu da nəzərə alınmaqla cəmi 2597 (iki min beş yüz doxsan yeddi) manat miqdarında pul vəsaiti mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs alınıb mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs2 verilməli, həmçinin verilmiş mülki iddia 200 (iki yüz) manat miqdarında maddi ziyan hissədə və mənəvi ziyana görə 5000 (beş min) manat miqdarında olan iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. İş üzrə zərərçəkmiş şəxslərə cinayət əməli nəticəsində dəymiş ziyanın ödənilməsi tələbi ilə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququn olması izah edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Masallı RPŞ-nin maddi sübutlar otağında saxlanılan 7,413 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X6 X13 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs arasında olan dialoq zamanı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 221.2.1, 221.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddia qismən, yəni 2500 (iki min beş yüz) manat hissədə təmin edilsin və mülki iddianın verilməsi ilə bağlı ödənilmiş 97 (doxsan yeddi) manat dövlət rüsumu da nəzərə alınmaqla cəmi 2597 (iki min beş yüz doxsan yeddi) manat miqdarında pul vəsaiti mülki cavabdeh-Təqsirləndirilən şəxs alınıb mülki iddiaçı-Zərərçəkmiş şəxs2 verilsin. Həmçinin iş üzrə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddia 200 (iki yüz) manat miqdarında maddi ziyan hissədə və mənəvi ziyana görə 5000 (beş min) manat miqdarında olan hissədə əsassız olduğundan təmin edilməsin. İş üzrə zərərçəkmiş şəxslərə izah edilir ki, cinayət əməli nəticəsində dəymiş ziyanın ödənilməsi tələbi ilə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları vardır. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 7,413 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs arasında olan dialoq zamanı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar