Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-345/2024 28.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Məmmədova Esmira Qərib qızı oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2005-ci ildə Kürdəmir rayonunun Pirəköcə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, işsiz, tam orta təhsilli, Kürdəmir rayonunun Pirəköcə kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində 29 iyul 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 26 iyul 2023-cü ildə, saat 17 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı, Kürdəmir rayonunun Pirəköcə kəndində yerləşən birmərtəbəli kürsülü fərdi yaşayış evində özünün istifadəsində olan yataq otağında olarkən bacısı Şahid2 həmin otaqla iç-içə olan qonaq otağından onu səsləyərək “tez özünü çatdır, atamla anam yenə savaşır, anamı öldürür, tez gəl” deyə bildirmiş, Təqsirləndirilən şəxs uzandığı çarpayıdan cəld qalxıb bacısı Şahid2 olduğu otağa keçdikdə evin dəhlizindən ona doğru gələn anası Şahid1 sifət nahiyəsinin qana bulaşmış vəziyyətdə olmaqla başından qan axdığını görmüş, bu zaman anası Şahid1 atası X7 müdafiə etmək və anasına qarşı sonuncunun zor tətbiq etməsi ilə bağlı ondan qisas almaq məqsədilə atası Azər Qaraşovu qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini reallaşdırmaq üçün öz otağına daxil olub atasından bir neçə ay öncə təmizləmək adı ilə alıb otağında saxladığı – Kürdəmir rayon polis şöbəsi tərəfindən verilmiş 27 may 2023-cü il tarixli M-28/23 nömrəli şəhadətnaməyə əsasən Şahid6 məxsus, lakin faktiki olaraq Azər Qaraşovun istifadəsində olan qoruyucusu bağlı olmaqla əvvəlcədən içərisində 12 kalibrli 4 ədəd «STERLİNG» markalı və 2 ədəd «ZUBER» markalı, cəmi 6 ədəd patron yerləşdirilmiş və atəşə hazır vəziyyətdə olan 12 kalibrli, “Kral-arms” markalı, “A 12” modelli, 19-K- 03866 nömrəli yarıavtomatik (özüdolduran 5+1) yivsiz odlu ov silahını götürərək qonaq otağına geri qayıtmış, bu zaman atası Azər Qaraşovun evin dəhlizi ilə qonaq otağını ayıran qapının pərdəsini yana çəkib otağa daxil olmaq istədiyini görüb qəsdən atasını öldürmək niyyəti ilə silahın qoruyucusunu açaraq silahı özündən təxminən 2 metr məsafədə üzbəüz dayanmış atası Azər Qaraşova tərəf tuşlanmış, Azər Qaraşov silahın ona tuşlandığın görüb atəşdən yayınmaq məqsədilə geri dönüb qaçmaq istəyərkən o, silahdan bir atəş açmış, həmin atəş Azər Qaraşovun sol dirsək nahiyəsinə dəymiş, atəşin, eləcə də aldığı xəsarətin təsiri nəticəsində Azər Qaraşov müvazinətini itirərək evin dəhlizində giriş qapısının yanında sağ böyrü üstə yerə yıxılmış, atası Azər Qaraşovun aldığı xəsarətlərdən ölmədiyini görüb cinayətkar əməlini davam etdirərək niyyətini başa çatdırmaq məqsədilə olduğu otaqdan evin dəhlizinə keçib təxminən 1-1,5 metr məsafədən silahın lüləsini yerdə uzanıqlı vəziyyətdə olan atası Azər Qaraşova tuşlamaqla daha 3 atəş açmış, açılmış atəşlərdən 2-si Azər Qaraşovun bədən nahiyəsinə, 1-i isə evin giriş qapısına dəymiş, nəticədə o, Azər Qaraşova həyat üçün təklükəli olmaqla mərhumun ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid “qarınüstü nahiyədən qarın və döş boşluqlarına keçən, sol kürəkaltı və sol paranefraq nahiyədən qarın boşluğuna keçərək sol ağciyərin aşağı payını, qaraciyərin sol payını, sol Xİ, Xİİ qabırqaları, sol böyrəyi, yoğun bağırsağın enən çənbər hissəsini və müsariqəni zədələyən kor, sol saidin yuxarı 1/3-nin said sümüklərinin açıq-qəlpəli sınıqlarına səbəb olan dəlib-keçən yaralar” xəsarətlərini yetirməklə onu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, mərhum Azər Qaraşov onun atası olmuşdur. 26 iyul 2023-cü ildə saat 17-18 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evində, öz otağında olarkən bacısı Samirə onu ucadan səsləyib “Azay tez özünü çatdır, atamla anam yenə savaşır, atam anamı öldürür, tez gəl” deyərək onu çağırmış, Samirənin belə həyacanlı səsini eşidib paltarını geyinərək otağından çıxarkən anası Nurcahanın başının və sifətinin qana bulaşmış vəziyyətdə görüb atası Azərin anasını döyməsinə möhkəm əsəbiləşmiş, sanki həmin an özündən çıxaraq içini kin-küdürət almış, otağına keçib orada saxladığı ov silahını götürüb atası Azəri qorxutmaq qərarına gəlmiş, lakin həmin vaxt ani olaraq atasının əvvəllər onu, anasını və bacısını dəfələrlə döydüyünü, əsasən də anasını daim incitdiyini, həmişə onlara qarşı sərt və qəddar davranışlarını, həyatlarını dözülməz vəziyyətə saldığını, hətta bir neçə dəfə onları ölümlə hədələdiyini və bunun davam edəcəyini xatırlayaraq atası Azəri qorxutmaq yox öldürmək qərarına gəlmiş, həmin vaxt atası Azərin dəhlizdən qonaq otağına keçmək istədiyi görüb qapıya təxminən 2-3 metr məsafə qalmış buna imkan vermədən, silahı atası Azərə doğru tuşlamış, atası Azər onu vuracağını yəqin edib geri çevrilərək arxaya qaçmaq istədikdə o, silahın tətiyini çəkməklə ona bir neçə dəfə atəş açmış, açdığı atəş atasının sol qolunun dirsək hissəsinə, qarın və belinə yaxın nahiyədən dəymiş, atəş zərbəsinin təsirindən atası Azər dəhlizdə yerə yıxılmış və “Ay allah” deyə qışqırmağa başlamış, sonra bacısı Samirə və anası gələrək silahı ondan almışdır. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 istintaqda verdiyi ifadələrini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Azay oğlu, mərhum Azər isə əridir. xx.xx.2023-cü ildə saat 17 radələrində yaşadıqları evin mətbəxində yemək hazırlayan zaman əri Azər mətbəxə gələrək onunla səbəbsiz olaraq mübahisə edib onu əli və digər əşya ilə başına, kürəyinə zərbələr vuraraq döymüş, sifəti, başı qana bulaşmış, həmin vaxt şiddətli ağrı hissi keçirdiyindən Azərin əlindən çıxıb canını qurtamaq üçün qaçaraq oğlu Azayın otağına girmiş, Azər də onun qaçdığını görüb arxasınca gəlmiş, həmin vaxt Azay yatmış vəziyyətdə olmuş, qışqırığına Azay yuxudan qəfil ayılıb ayağa durarkən onun üz-gözünün qan içində olduğunu görmüş, lakin özünü yaxşı hiss etmədiyindən Azayın nə vaxt otaqdan çıxdığını görməmiş, Azay zaldan keçərkən qızı Samirənin Azayı görüb onun arxasınca qaçmasını görmüş, amma o, Samirənin nəyə görə Azayın arxası ilə qaçdığını bilməmiş, bir qədər sonra o, da Samirənin dalınca getdikdə zaldan dəhlizə keçən zaman əri Azərin yerdə uzanıqlı vəziyətdə meyitini görmüşdür. Oğlu Azayın atası Azəri öldürməsinin səbəbi məhz hadisədən əvvəl Azərin ona və uşaqlarına fiziki zor tətbiq etməsi və onlarla qəddar rəftar etməsi olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Azay qardaşı, mərhum Azər isə atasıdır. 26 iyul 2023-cü ildə saat 17 radələrində evdə olarkən mətbəxdən ağlamaq səsinin gəldiyini eşitmiş, həmin vaxt atası Azərin anası Nurcahanı döydüyünü hiss edib qorxub qardaşı Azayın otağının giriş qapısının qarşısında dayanıb Azayı səsləyib “atam mamanı öldürür” sözlərini demiş, bu sözü deyib geri qayıdan zaman anası Nurcahanın atası Azərin əlindən qaçdığını görmüş, həmin vaxt anasının üz-gözü qan içində olmuş, anasının qolundan tutub nənəsinin otağına apararkən qardaşı Azay bunu görmüş, lakin nənəsinin otağına gəlməmiş, addım səsi eşidib otağın qapısı istiqamətinə baxdıqda Azayın əlində silah olmaqla evin dəhlizinə doğru hərəkət etdiyini görmüş, Azayın qarşısını kəsmək üçün onun arxasınca otaqdan çıxmış, həmin vaxt Azay dəhlizdən qonaq otağına daxil olmaq istəyən atası Azərə bir dəfə atəş açmış, güllə atasının qoluna dəymiş, sonra Azay hərəkətini davam edib silahı atası Azərə tuşlayıb 2 dəfə ardıcıl atəş açmış, Azay silahdan yenidən atası Azərə atəş açmaq istədikdə o, silahın lüləsindən tutub bir qədər kənara çəkmiş və buna görə açılmış 4-cü atəş atasına deyil, evin giriş qapısına dəymiş, sonra anası və nənəsi hadisə yerinə gəlmiş, anası Azaya “sən neylədin” deyərək əsəbləşmiş, həmin vaxt atası Azər yerdə uzanıqlı vəziyətdə olmaqla başını qolunun üstünə qoymuş, ağzından qan gəlmiş, az sonra dünyasını dəyişmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə axşam saatlarında həyətində olarkən qonşuluqda yaşayan qohumu Azərin evi tərəfdən qışqırıq səsləri eşidib evə tərəf getmiş, həyətdə it olduğundan qapıdan həyətə keçə bilməmiş, evdəkiləri səsləsə də ona cavab verən olmamış, sonra evə daxil olduqda Azərin artıq öldüyünü, anası Böyükzadənin Azərin başını qucağına qoyub ağlayaraq “bala mənə kömək edin, balam ölür” sözlərini deməsini, eləcə də Nurcahanın alın nahiyəsindən qan axdığını, üzünün qan içində olduğunu görmüş, sonra evinə gedərək əri Şahid4 zəng edib ona əmisi oğlu Azərin vəfat etdiyini bildirmiş, Vüqar da maqazinin qarşısında olan polislərlə birlikdə hadisə yerinə gəlmiş, hadisədən sonra hadisənin necə baş verməsi barədə soruşduqda ona məlum oluşdur ki, hadisə günü Azər arvadı Nurcahanı döymüş, oğlu Azay da buna görə atası Azəri öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 istintaq zamanı verdiyi ifadələrini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, hadisənin necə baş verdiyini bilavasitə görməmiş, hadisə baş verdikdən sonra arvadı Şahid3 ona zəng edərək əmisi oğlu Azərin vəfat etdiyini bildirmiş, evə gələrkən maqazinin qarşısında olan polis əməkdaşlarının hadisə yerinə getdiklərini görüb onlarla birlikdə Azərin evinə getmişdir. Məhkəməyədək icraat zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X4 ifadəsi məhkəmədə elan edilməklə tədqiq olunarkən müəyyən olunur ki, o, atası evində baş vermiş cinayət hadisəsini görməmiş, lakin sonradan, yəni 28 iyul 2023-cü ildə gecə saatlarında anası Nurcahan və bacısı Samirənin Kürdəmir rayon prokurorluğundan yaşadıqları evə gələrkən aralarında olan söhbət zamanı həm anası, həm də bacısı ona 26 iyul 2023-cü ildə saat 17 radələrində atası Azərin mətbəxdə səbəbsiz yerə anası Nurcahanı döydüyünü, sonuncunu canını qurtarmaq üçün atasının əlindən çıxaraq qardaşı Azayın otağına qaçdığını, həmin vaxt qardaşının öz otağından çıxarkən anası Nurcahanın sifət nahiyəsinin qana bulaşmış vəziyyətdə gördüyünü, bu vaxt Azayın əsəbiləşərək otağında saxladığı ov silahını götürərək atasına bir neçə dəfə atəş açdığını, nəticədə atasının aldığı ağır bədən xəsarətlərindən öldüyünü eşitmişdir. Qardaşı Azayın atası Azəri öldürməsinə baxmayaraq qardaşına qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin hüquqi varisinin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 26 iyul 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Kürdəmir rayonunun Pirəköcə kəndində yerləşən, X11 məxsus fərdi yaşayış evidir. Fərdi yaşayış evi həyətə daxil olduqda üzbəüz bir qədər irəlidə yerləşməklə bir mərtəbəli kürsülü evdir. Pilləkənlə qalxıb evə daxil olduqda giriş qapısı evin dəhlizinə açılır. Dəhliz 3,5x4,5 m2 ölçüdə olmaqla döşəməsi açıq qəhvəyi rəngli taxtadandır. Dəhlizin giriş qapısı ağ rəngli, iki taylı taxta materialdandır. Dəhlizdən evin digər otaqlarına keçid qapıları vardır. Dəhlizə daxil olduqda sol tərəfdə döşəmənin üzərində üzü üstə uzadılmış vəziyyətdə meyit vardır. Baxışda iştirak edən Şahid1 Qaraşova bildirdi ki, meyit əri Azər Qaraşovundur, 26 iyul 2023-cü il tarixdə saat 17 radələrində o, evin pilləkənində ərinin ayaqqabısını təmizlədiyi vaxt əri Azər evin dəhlizində silahını təmizləmiş, bu zaman evin dəhlizində atəş səsləri eşidib evə daxil olmuş, əri Azəri yerdə uzanmış və üzəri qanlı vəziyyətdə görmüşdür. Dəhlizdə meyitin başının altında yastıq, üzərində isə mavi və çəhrayı naxışları olan ağ rəngli mələfə vardır. Meyitin başı dəhlizin giriş qapısı tərəfdədir. Dəhlizə daxil olduqda sol tərəfdən evin qonaq otağına keçid qapısının kənarında dəhlizin küncündə bir ədəd, oturacaq hissəsi boz rəngli metal, yuxarı hissəsi qırmızı rəngli plastmasdan ibarət giliz vardır. Həmin gilizin plastmas hissəsində “ZUBER”, “70 mm” yazıları, metal oturacaq hissəsində “Nobel sport 12” yazısı vardır. Həmin giliz 1 rəqəmi ilə nömrələnərək müvafiq qaydada qablaşdırılaraq götürüldü. 1 nömrəli giliz meyitin arxa hissəsindən 80 sm məsafədə yerləşir. Dəhlizdən qonaq otağına keçid qapısının qarşısında bir ədəd, oturacaq hissəsi boz rəngli metal, yuxarı hissəsi yaşıl rəngli plastmasdan ibarət giliz vardır. Həmin gilizin plastmas hissəsində “STERLİNG”, “70 mm” yazıları, metal oturacaq hissəsində “Sterling 12” yazısı vardır. Həmin giliz 2 rəqəmi ilə nömrələnərək müvafiq qaydada qablaşdırılaraq götürüldü. 2 nömrəli giliz 1 nömrəli gilizdən 60 sm məsafədə yerləşir. Qonaq otağında döşəməyə sərilmiş qırmızı və bej rəngli xalçanın kənarında keçid qapısından 2 metr aralıda bir ədəd, oturacaq hissəsi boz rəngli metal, yuxarı hissəsi yaşıl rəngli plastmasdan ibarət giliz vardır. Həmin gilizin plastmas hissəsində “STERLİNG”, “70 mm” yazıları, metal oturacaq hissəsində “Sterling 12” yazısı vardır. Həmin giliz 3 rəqəmi ilə nömrələnərək müvafiq qaydada qablaşdırılaraq götürüldü. Meyitin bud nahiyəsinin kənarında döşəmənin üzərində bir ədəd, oturacaq hissəsi boz rəngli metal, yuxarı hissəsi qırmızı rəngli plastmasdan ibarət giliz vardır. Həmin gilizin plastmas hissəsində “STERLİNG”, “70 mm” yazıları, metal oturacaq hissəsində “Sterling 12” yazısı vardır. Gilizin metal oturacaq hissəsinda qana bənzər ləkə vardır. Həmin giliz 4 rəqəmi ilə nömrələnərək müvafiq qaydada qablaşdırılaraq götürüldü. Dəhlizin döşəməsində meyitin ətraf ərazisində, dəhlizin sütununun üzərində, dəhlizdə olan istilik “radiatoru”nun üzərində qırmızı rəngli qana bənzər sıçrama ləkələri vardır. Döşəmənin üzərindəki sıçrama ləkələri 1 rəqəmi ilə, dəhlizin sütununun üzərindəki ləkələr 2 rəqəmi ilə, istilik “radiatoru”nun üzərindəki qana bənzər ləkələr 3 rəqəmi ilə nömrələnərək müvafiq qaydada götürülüb qablaşdırıldı. Döşəmənin üzərində otağın çılçırağın “plafonunun” qırıqları vardır. Çılçırağa baxış keçirdikdə otağın tavanında qana bənzər ləkə olduğu müşahidə edildi. Həmin qana bənzər ləkə 4 rəqəmi ilə nömrələnərək müvafiq qaydada götürülüb qablaşdırıldı. Dəhlizdə kamodun qarşısında döşəmənin üzərində sümük hissəcikləri vardır. Həmin sümük hissəcikləri müvafiq qaydada qablaşdırılaraq götürüldü. Dəhlizin giriş qapısının bağlı olan tayının iç tərəfində, yerdən 26 sm hündürlükdə, qapının açılan hissəsinin isə çöl tərəfində, yerdən 23 sm hündürlükdə, qapı örtüldükdə vahid təşkil edən qırma təsirindən yaranmağa xarakterik qopmuş hissə vardır. Baxışda iştirak edən Şahid1 evin digər otağından adyala bükülmüş vəziyyətdə bir ədəd ov silahı gətirib təqdim edərək hadisənin həmin silahdan açılmış atəş nəticəsində baş verdiyini bildirdi. Həmin silah “Kral-arms” markalı, 12 kalibrli 19-K- 03866 nömrəli tüfəngdir. Silahın üzərində qana bənzər ləkələrin olması müşahidə edilmir. Silahın lülə yatağında 1 ədəd “ZUBER”, “70 mm” yazıları, metal oturacaq hissəsində “Nobel sport 12” yazısı olan və 1 ədəd “STERLİNG”, “70 mm” yazıları, metal oturacaq hissəsində “Sterling 12” yazısı olan patron vardır. Tüfəngin lülə kanalına baxdıqda yivsiz olduğu görünür. Bundan sonra kriminalist İlham Səlimov tərəfindən silahın üzərindən 6 ədəd barmaq izləri müvafiq qaydada götürüldü, silah və götürülmüş barmaq izləri qablaşdırıldı. İş materiallarında olan 26 iyul 2023-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təşrih masası üzərində uzadılmış meyitin əynində olan ağ rəngli, düyməli qısaqol köynəyin və ağ rəngli maykanın önündə meyitin qarınüstü nahiyədə olan xəsarətə uyğun zədələr, arxa hissələrində isə meyitin sol kürəkaltı nahiyəsində və sol paranefral nahiyəsində olan xəsarətlərə uyğun zədələr vardır. Meyitin əynində olan tünd göy rəngli idman şalvarının üzərində hər hansı zədə müşahidə edilmədi. Paltarlar çıxarıldıqda meyit kişi cinslidir və boyunun uzunluğu 185 sm-dir. Xarici müayinə zamanı meyitin bədən səthində aşkar olunan xəsarətlər: qarınüstü nahiyədə diametri 12mm, kənarlarında 20x15sm məsafəyə səpələnmiş qırma izləri olan, toxuma defekti ilə müşayiət olunan 1-ci yara, sol saidin yuxarı 1/3-nin arxa səthində diametri 12 mm olan, kənarları nahamar, sıyrıq həlqəsi ilə müşayiət olunan 2-ci yara, sol saidin yuxarı 1/3-nin iç səthində 5x3,5 sm ölçülərdə mənfəzində sınmış sümük fraqmentləri olan 3-cü (2-ci yaranın çıxışı) yara, sol kürəkaltı nahiyədə diametri 12 mm olan, toxuma defekti olan 4cü yara, gövdənin sol yan tərəfinin aşağı şöbəsində (paranefral) yerləşən və toxuma defekti ilə müşayiət olunan 5-ci yara. Yaralardan 4-ü giriş dəliyi, 1-i çıxış dəliyinə bənzəyir. Meyitin qarın boşluğundan iki ədəd plastik tıxac və 07 ədəd qırmalar aşkar edilərək, habelə meyitin əynində olan bir ədəd mayka, bir ədəd köynək və bir ədəd idman şalvarı, hər iki əlinin iç və üst səthlərindən, barmaq araları və barmaq uclarından ümumilikdə 2 ədəd tampon nümunələri müvafiq qaydada qablaşdırılaraq götürüldü. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 26 iyul 2023-cü il tarixli 233 nömrəli tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs sərxoşluq halı müəyyən edilməmişdir. İş materiallarında olan protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi videoçəkiliş aparılmaqla yerində yoxlanılarkən, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edib, ifadəsində bildirdiyi bütün xüsusatları bir daha hadisə yerində əyani olaraq göstərmişdir. İş materiallarında olan 31 iyul 2023-cü il tarixli “axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, hadisənin baş verdiyi Kürdəmir rayonunun Pirəköcə kəndində yerləşən fərdi yaşayış evində keçirilmiş axtarış və götürmə istintaq hərəkətində iştirak edən Şahid1 01 ədəd göy rəngli dəsmal təqdim edərək göstərmişdir ki, hadisədən əvvəl əri X15 onun baş nahiyəsinə vuraraq xəsarət yetirdikdən sonra başından axan qanı həmin dəsmalla silmişdir. Bundan başqa, iştirakçı Şahid1 01 ədəd döşəmə taxtasını təqdim edərək hadisədən əvvəl əri Azər Qaraşovun həmin taxta ilə onun kürək nahiyəsinə vuraraq xəsarət yetirdiyini göstərmiş və qeyd olunan predmetlər götürülərək qablaşdırılmışdır. İş materiallarında olan 11 avqust 2023-cü il tarixli “baxış baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy A13” markalı mobil telefona keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs mobil telefondakı “WhatsApp” ani mesajlaşma proqramında istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi və hadisə tarixində yəni, 26 iyul 2023-cü il tarixdə mobil telefonunda “Bir dənəm” adı ilə qeydiyyata aldığı ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə edən şəxslə saat 13:38-dən başlamaqla 4 saat 01 dəqiqə 07 saniyə müddətində videozəng vasitəsi ilə danışıq aparması, habelə həmin tarixdə saat 18:56da göstərilən mobil nömrəyə zəng etməklə 2 dəqiqə 21 saniyə müddətində danışıq aparması müəyyən edilmişdir. İş materiallarında olan 12 avqust 2023-cü il tarixli “baxış baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Hiwatch” markalı rəqəmsal video qeydiyyatçı qurğuya, həmçinin Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş həmin qurğuda olan bərpa edilmiş məlumatlara keçirilmiş baxış zamanı qurğu müvafiq monitora qoşulmaqla real vaxt rejimində çəkilişin aparılıbaparılmaması yoxlanıldıqda monitorda göstərilən vaxtın real vaxt rejimindən 23 dəqiqə geri olması müəyyən edilmişdir. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, qurğuda 07 aprel 2023-cü ildə saat 19:55:27-dən 26 iyul 2023-cü il tarixə saat 23:50:39-dək Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşadığı Kürdəmir rayonunun Pirəköcə kəndində yerləşən fərdi yaşayış evinin həyətində və həyətin çöl hissədən olmaqla darvazasının yanında quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınmış video görüntülərin mövcuddur. 26 iyul 2023-cü ildə qeyd alınmış video görüntülərə baxış zamanı “CH3_2023-07-26_114614_2023-07-26_141908_İD00815” adlandırılmış fayl açıldıqda həmin faylda olan çəkilişin evin həyətinin çöl hissədən olmaqla darvazasının yanında quraşdırılmış “Camera 03” adlandırılmış kamera vasitəsi ilə qeydə alınmış görüntülər olması müəyyən edildi. Həmin faylda olan video görüntü 26 iyul 2023-cü ildə saat 11:46:15-də başlayır və 2 saat 32 dəqiqə 53 saniyə davam etməklə saat 14:19:08də başa çatır. Qeyd olunan video görüntüdə saat 12:40:43-də Azər Qaraşovun idarə etdiyi avtomobillə yaşadığı evin həyətinə daxil olmaq üçün həyətin darvazasına yaxınlaşması və saat 12:42:26-da darvaza daxildən açıldıqdan sonra avtomobili idarə edərək həyətə daxil olması müşahidə edilir. “CH2_2023-07-26_120542_2023-07- 26_141810_İD00838” adlandırılmış fayl açıldıqda həmin faylda olan çəkilişin qeyd olunan evin həyətinə quraşdırılmış “Camera 02” adlandırılmış kamera vasitəsi ilə qeydə alınan görüntülər olması müəyyən edildi. Həmin faylda olan video görüntü 26 iyul 2023cü il tarixdə saat 12:05:43-də başlayır və 2 saat 12 dəqiqə 27 saniyə davam etməklə saat 14:17:25-də başa çatır. Qeyd olunan video görüntüdə saat 12:42:48-də Azər Qaraşovun idarə etdiyi avtomobillə yaşadığı evin həyətinə daxil olub avtomobilini saxlaması və saat 12:44:47-də Təqsirləndirilən şəxs Azər Qaraşovun yanına gəlib avtomobilin sağ ön oturacağından 01 ədəd qarpız götürüb həmin yerdən ayrılması, Azər Qaraşovun isə avtomobilin yaxınlığındakı stulda əyləşib saat 12:47-də oradan ayrılması müşahidə edilir. “CH6_2023-07-26_065049_2023-07-26_130121_İD00835” adlandırılmış fayl açıldıqda həmin faylda olan çəkilişin qeyd olunan evin həyətinə quraşdırılmış “Camera 06” adlandırılmış kamera vasitəsi ilə qeydə alınan görüntülər olması müəyyən edildi. Həmin faylda olan video görüntü 26 iyul 2023-cü ildə saat 06:50:50-də başlayır və 6 saat 10 dəqiqə 32 saniyə davam etməklə saat 13:01:22-də başa çatır. Qeyd olunan video görüntüdə saat 12:42:22-də Təqsirləndirilən şəxs həyətin darvazasını açması və Azər Qaraşovun idarə etdiyi avtomobillə evin həyətinə daxil olması müşahidə edilir. “CH1_2023-07-26_170843_2023-07-26_194051_İD00856” adlandırılmış fayl açıldıqda həmin faylda olan çəkilişin qeyd olunan evin həyətinə quraşdırılmış “Camera 01” adlandırılmış kamera vasitəsi ilə qeydə alınan görüntülər olması müəyyən edildi. Həmin faylda olan video görüntü 26 iyul 2023-cü ildə saat 17:08:43-də başlayır və 2 saat 32 dəqiqə 09 saniyə davam etməklə saat 19:40:51-də başa çatır. Qeyd olunan video görüntüdə saat 17:17:08-də Şahid3 həyətin ikinci giriş qapısından həyətə daxil olaraq evə doğru qaçması, saat 17:18:20-də evdən həmin giriş qapısına doğru geri qaçıb qapıdan çölə çıxması, saat 17:19:07-də yenidən həmin qapıdan daxil olmaqla evə doğru qaçması, saat 17:21:18-də Təqsirləndirilən şəxs evdən həyətə çıxması, saat 17:23:04-də Şahid2 evdən çıxaraq Təqsirləndirilən şəxs yanına gəlib onunla danışması, saat 17:25:00-da Şahid1 evdən çıxaraq Təqsirləndirilən şəxs yanına gəlib onu qucaqlayaraq ona təsəlli verməsi, saat 17:25:08-də Şahid1 Təqsirləndirilən şəxs həmin kameranın görünüş bucağından çıxararaq evin yan hissəsinə aparması və saat 17:25:47-də hər ikisinin evə daxil olması müşahidə edilir. İş materiallarında olan Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-dən daxil olmuş 02 avqust 2023-cü il tarixli 689 nömrəli məktubdan görünür ki, Şahid1 29 iyul 2023-cü ildə xəstəxananın Təcili yardım bölməsinə müraciət etmiş və müayinələr zamanı onda “başın təpə nahiyəsinin sağalmış, dəri tamlığı pozulmayan əziyi, sol kürək nahiyəsinin 8,0 x 8,0 sm ölçüdə, sağ kürək nahiyəsinin 8,0 x 8,0 sm ölçüdə qançır izləri, yumşaq toxumanın əziyi xəsarətləri aşkar edilmişdir. İş materiallarında olan Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-dən daxil olmuş 09 avqust 2023-cü il tarixli PHŞ-6-49/2-492/2023 nömrəli məkubdan görünür ki, Təqsirləndirilən şəxs həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı şəhər Narkoloji Mərkəzi” PHŞ-dən daxil olmuş 21 avqust 2023-cü il tarixli 4900 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” PHŞ-dən daxil olmuş 23 avqust 2023-cü il tarixli xx/xx-9947 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-dən daxil olmuş 21 avqust 2023-cü il tarixli 10691 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan Bakı İstintaq Təcridxanasından daxil olmuş 04 sentyabr 2023-cü il tarixli 3-16-17/18/38/2-5991/2023 nömrəli məktubdan görünür ki, təcridxanada saxlanılan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 17:00 radələrində narkotik vasitələrin təsiri altında olan Azər Qaraşov həyat yoldaşı Şahid1 “pol” silmək üçün nəzərdə tutulmuş taxta parçası ilə zərbələr vurması və onun ünvanına nalayiq ifadələr işlətməsi nəticəsində, Azər Qaraşovun qız övladı Şahid2 bununla bağlı qardaşı Təqsirləndirilən şəxs məlumat vermiş, Təqsirləndirilən şəxs otağında saxladığı atasına məxsus olan ov silahını götürərək qonaq otağına daxil olduqdan sonra anası Şahid1 sifətindəki qan ləkələrini gördükdən sonra ov tüfəngi ilə atasına atəş açaraq onu qətlə yetirmişdir. Alınmış məlumatlarla həmçinin X8 qətlində istifadə olunan 12 kalibirli “Kral-arms” markalı ov silahı və patronlar Azər Qaraşova məxsus olduğu, Təqsirləndirilən şəxs atasından həmin silahı bir neçə ya əvvəl təmizləmək məqsədilə aldığı müəyyən olunmuş və həmin silah Kürdəmir RPŞ-də qeydiyyatda olmuşdur. İş materiallarında olan “Azercell” mobil operatorundan 06 sentyabr 2023-ci il tarixli 19402 nömrəli məktubla daxil olmuş 01 ədəd CD formatlı optik diskə baxış keçirilməsi haqqında 08 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, “antenna” adlandırılmış “excel” formatlı fayla baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, Şahid2 istifadəsində olan ***-***-**-** və X8 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələr hadisə baş verən zaman, yəni 26 iyul 2023-cü il tarixdə saat 17-dən 18-dək olan müddət aralığında və sonrakı vaxtlarda eyni ərazidə, yəni “Kurdemir r-nu, Axtaci Kendi” anten dairəsində olmuşlar. Baxış keçirilən diskin göndərildiyi müşaiyət məktubun özündə şanların əhatə dairəsinə dair texniki məlumatları əks etdirən qeyd hissəsində göstərilmişdir ki, hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. İbtidai istintaqı aparılan hazırkı cinayət işi üzrə hadisənin Kürdəmir rayonunun Pirəköcə kəndi ərazisində yerləşən X8 ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evində baş verməsi müəyyən edildiyindən Kürdəmir rayonunun Pirəköcə və Axtaçı kəndlərinin yerləşmə yerlərinin təyin olunması üçün Azərbaycanın elektron xəritəsinin göstərildiyi “gomap.az” adlandırılan internet saytına daxil olunmaqla baxış keçirildi və baxış zamanı hər iki kəndin sərhədlərinin bir-biri ilə kəsişməsi müəyyən edildi. Odur ki, mobil operatorun təqdim etdiyi texniki məlumatı, eləcə də Kürdəmir rayonunun Pirəköcə və Axtaçı kəndlərinin yerləşmə yerlərini nəzərə aldıqda hadisə baş verən vaxtda Azər Qaraşov, Şahid2 və Təqsirləndirilən şəxs istifadələrində olmuş mobil nömrələrin Kürdəmir rayonunun Pirəköcə kəndi anten dairəsində olmaları kimi qiymətləndirilmişdir. İş materiallarında olan Kürdəmir rayon polis şöbəsindən daxil olmuş 07 sentyabr 2023-cü il tarixli 3-13-86/2-19974/2023 nömrəli məktubdan görünür ki, keçirilmiş tədbirlər zamanı müəyyən olunmuşdur ki, “Kral-arms” markalı, 19-K-03866 nömrəli yivsiz ov tüfəngi əvvəllər Kürdəmir rayonu, Pirəköcə kənd sakini X11 məxsus olmuş, lakin Kürdəmir rayon X10 Bölməsinin 07 yanvar 2023-cü il tarixli qərarı əsasında 19 yanvar 2023-cü ildə Kürdəmir rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsində münaqişəli ailə kimi qeydiyyata götürüldüyü üçün gələcəkdə baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə həmin silah 30 aprel 2023-cü il tarixdə Azər Qaraşovdan götürülmüş və polis şöbəsinin saxlama otağına yerləşdirilmişdir. Daha sonra o, RPŞ-yə həmin ov silahını Kürdəmir rayon Beyi kənd sakini Şahid6 bağışlaması və onun adına keçirilməsi barədə ərizə ilə müraciət etmişdir. Buna görə müvafiq sənədləşmə aparılmış və 27 may 2023-cü il tarixdə həmin ov silahı Şahid6 təhvil verilmişdir. Azər Qaraşov RPŞ-də münaqişəli ailə kimi qeydiyyatda olduğu üçün silahı əldə edə bilməyəcəyini anlayıb onun xahişi ilə qohumluq münasibətində olan Şahid6 adına rəsmiləşdirilməklə faktiki özü istifadə etmək üçün belə bir addım atmışdır. RPŞ-də çıxıb yaşadıqları kəndə getdikdən dərhal sonra da əvvəlcədən razılaşma əsasında Şahid6 silahı Azər Qaraşova vermiş və hadisə baş verən günə qədər onda qalmışdır. İş materiallarında olan Kürdəmir rayon polis şöbəsindən daxil olmuş 07 sentyabr 2023-cü il tarixli 3-13-86/2-19974/2023 nömrəli məktuba əlavə edilmiş 21 avqust 2021-ci il tarixli 1854 nömrəli şəhadətnamənin surətindən görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş İctimai Təhlükəsizlik idarəsi tərəfindən 12 kalibrli, “Kral-arms” markalı 19-K- 03866 nömrəli silah saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün X8 adına rəsmiləşdirilmişdir. Habelə, həmin məktuba əlavə edilmiş, 27 may 2023-ci il tarixli M- 28/23 nömrəli şəhadətnamənin surətindən görünür ki, Kürdəmir rayon polis şöbəsi tərəfindən yuxarıda qeyd olunan silah saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün Şahid6 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Kürdəmir rayon polis şöbəsindən daxil olmuş 18 oktyabr 2023-cü il tarixli 3-13-86/2-23070/2023 nömrəli məktubdan görünür ki, X8 arvadı Şahid1 ilə aralarında mütəmadi olaraq baş verən ailə daxili münaqişələr, eləcə də hadisə baş verən gün Azər Qaraşovun arvadı Şahid1 qarşı fiziki zor tətbiq etməsi səbəbindən Təqsirləndirilən şəxs atası Azər Qaraşovu odlu silahdan atəş açaraq qəsdən öldürmüşdür. Hadisə baş verən gün Azər Qaraşovun yaşadığı Kürdəmir rayonu Pirəköcə kəndində yerləşən fərdi yaşayış evində mərhum Azər Qaraşov, arvadı Şahid1, qızı Şahid2, oğlu Təqsirləndirilən şəxs və anası Böyükzadə Qaraşova olmuşlar. Cinayətin törədilməsində Təqsirləndirilən şəxs başqa evdə olmuş digər ailə üzvlərinin iştirakı barədə əməliyyat qrupuna məlumat daxil olmamışdır. Baş vermiş hadisəyədək Azər Qaraşov arvadı Şahid1 ilə mütəmadi münaqişə etməsi, habelə hadisə günü Şahid1 qarşı fiziki zor tətbiq etməsi övladı Təqsirləndirilən şəxs hədsiz qəzəbləndirməklə onda atasının hərəkətlərinə qarşı sonuncunu cəzalandırmaq niyyəti yaranmışdır. Əldə olunmuş əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs hadisədən bir və ya bir neçə gün əvvəl atası Azər Qaraşovun faktiki istifadəsində olmuş «Kral-arms» markalı 19-K-03866 nömrəli yivsiz ov silahını atasından götürərək öz otağında saxlamış, lakin bu halın səbəbini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan istintaq eksperimenti aparılması haqqında 06 oktyabr 2023cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı atəş açan Təqsirləndirilən şəxs və X19 hansı qarşılıqlı duruş vəziyyətlərində olmaları, habelə hadisənin baş vermə mexanizminin müəyyən edlməsi məqsədi ilə Təqsirləndirilən şəxs əvəzinə onun fiziki göstəricilərinə (boyuna, qollarının uzunluğuna və s.) təxminən uyğun olan X5 hadisə zamanı istifadə edilmiş 12 kalibrli, “Kral Arms” markalı “A 12” modelli, 19-K03866 №-li ov silahı tam təhlükəsiz vəziyyətdə təqdim edildi. Həmçinin, göy rəngli qələm vasitəsi ilə X19 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlərin yerləşmə yerinə uyğun olaraq onun əvəzinə fiziki göstəricilərinə (boyuna, qollarının uzunluğuna və s.) təxminən uyğun olan X2 bədən səthinə - sol saidin yuxarı 1/3-nin arxa səthindəki giriş, sol saidin yuxarı 1/3-nin iç səthindəki çıxış xəsarətləri, eləcə də bu zədənin davamı olmuş ön hissədə 01 ədəd giriş zədəsi, habelə bədənin arxa hissəsində olan digər atəşlər nəticəsində yaranmış 02 ədəd giriş zədələri Gülbaba Qənbərovun əynində olan qısaqol köynəyin üzərinə köçürüldü. Daha sonra hadisə yerindən götürülmüş cəmi 04 ədəd giliz aşkar edildikləri yerlərə qoyulmaqla hadisə yeri bərpa edildi. Bundan sonra əvvəlcə istintaq hərəkəti iştirakçıları ilə birlikdə mərhum Azər Qaraşova ilkin atəşin açıldığı yerə, yəni hadisənin baş verdiyi fərdi yaşayış evinin zal otağına keçildi. Orada statis Gülbaba Qənbərova evin zal otağı ilə dəhlizi ayıran qapının giriş hissəsində dəhlizdə dayanması, statis Bəhram Adıgözəlova isə Təqsirləndirilən şəxs ifadələrində göstərdiklərinə, eləcə də həmin otaqdakı 01 ədəd gilizin aşkar edildiyi yerə uyğun yerdə dayanmaqla “Kral Arms” markalı “A 12” modelli, 19-K03866 №-li ov silahını evin zal otağı ilə dəhlizi ayıran qapının girişində dayanmış Gülbaba Qənbərovun qolunun üzərində işarələnmiş giriş zədəsinə tuşlaması bildirildi. Qeyd edilən giriş qapısı ağ rəngə boyanmış taxta materialdan olmaqla iki taylıdır, hər bir tayın eni 50 sm-dir, qapının hündürlüyü isə 190 sm-dir. Həmin qapının girişindən zala doğru istiqamətdə 140 sm məsafədə sol divardan 43 sm orta hissəyə doğru yerdə 01 ədəd giliz vardır. Hər iki statistin durduqları yerdən bir-biri ilə aralarındakı məsafə ölçülərək məsafənin 190 sm olması müəyyən edildi. Qeyd olunan duruş vəziyətində atəş açan şəxsin əlində olmuş silahın lüləsinin ön kəsiyi ilə mərhumun sol qolunun üzərində olan giriş zədəsi arasındakı məsafə 78 sm, çıxış zədəsi ilə 86 sm, həmin zədənin davamı olan ön hissədə olan giriş zədəsi ilə 87 sm təşkil edir. Həmin duruş vəziyətində silahın lüləsindən döşəməyə olan məsafə 132 sm, silahın qundağının üst hissəsindən isə 137 sm-dir. Həmin vəziyətdə silahın sağ hissəsindəki sürgü pəncərəsindən, yəni atəşdən sonra gilizin xaric olduğu hissədən gilizin düşdüyü yerə qədər olan məsafə 90 sm-dir. Bu atəş vəziyətində müəyyən edildi ki, atəşin istiqaməti öndən-arxaya, soldan-sağa, cuzi yuxarıdan-aşağıya doğru istiqamətdə, mərhumla atəş açan ayaqüstə olmaqla üzbəüz qarşılıqlı duruş vəziyətində, mərhumun sol qolu isə dirsəkdən bükülü və qarın nahiyəsinə sıxılmış halda olmuş və bu zədələr 01 atəş nəticəsində yaranmışdır. İstintaq hərəkəti iştirakçıları ilə birlikdə hadisə zamanı sonrakı hərəkətlərin baş verdiyi evin dəhlizinə keçildi. Orada statis Gülbaba Qənbərova başı evin giriş qapısına doğru olmaqla nisbətən sağ böyrü üstə döşəmədə giriş qapısının yanında uzanması, statis Bəhram Adıgözəlova isə Təqsirləndirilən şəxs ifadələrində göstərdiklərinə, eləcə də həmin otaqdakı cəmi 03 ədəd gilizin aşkar edildikləri yerlərə uyğun yerdə dayanmaqla “Kral Arms” markalı “A 12” modelli, 19-K03866 №-li ov silahını növbə ilə Gülbaba Qənbərovun əynində olan üst geyiminin arxa səthinin üzərində işarələnmiş 02 ədəd giriş zədələrinə, habelə evin giriş qapısında olan zədəyə doğru tuşlaması bildirildi. Həmin vəziyyətdə ölçmələr aparıldıqdan sonra müəyyən edildi ki, qeyd olunan duruş vəziyətində silahın sağ hissəsindəki sürgü pəncərəsindən, yəni atəşdən sonra gilizin xaric olduğu hissədən zalın giriş qapısının yanında, qapının açıq olmayan tayının qarşısındakı gilizə olan məsafə 108 sm, həmin gilizin qarşı tərəfində olan gilizə 125 sm, silahın lüləsindən mərhumun ayaq nahiyəsinin yanına düşmüş gilizlə olan məsafə isə 90 sm-dir. Silahın lüləsindən mərhumun arxa sol aşağı hissəsində yerləşən giriş yarasına olan məsafə 106 sm, həmin giriş zədəsindən nisbətən üst nahiyədə yerləşən digər giriş yarasına olan məsafə 113 sm, silahın lüləsindən döşəməyə olan məsafə 103 sm, silahın qundağından döşəməyə olan məsafə isə 143 sm-dir. Bu atəşlər vəziyətində, yəni mərhumun arxa nahiysində yerləşən giriş zədələrinin istiqaməti arxadan-önə, soldansağa, yuxarıdan-aşağıya doğru istiqamətdə, mərhum uzanıqlı halda, atəş açan isə ayaqüstü duruş vəziyətində olmuş və bu zədələr 02 atəş nəticəsində yaranmışdır. Evin həyətindən dəhlizə olan giriş qapısı ağ rəngə boyanmış taxta materialdan olmaqla iki taylıdır, hər bir tayın eni 50 sm, hündürlüyü 190 sm-dir. Qapının bir tayı bağlı, digəri, yəni dəhlizdə qarşıda durduqda qapının sol tayı işləkdir. Həmin qapının dəhlizdə qarşıda durduqda işlək olmayan sağ tayında döşəmədən 28 sm yuxarıda, uzunluğu 11 sm, eni 2,9 sm, qapının digər tayında isə uzunluğu 7 sm, eni 16 sm ölçülərdə, bir-birinin davamı olan zədələr vardır. Həmin zədələr ilə silahın lüləsi arasındakı məsafə 156 smdir və həmin zədə formasına, quruluşuna, istiqamətinə, kompakt halda olmasına, taxta hissəciklərinin bir tərəfdən digər tərəfə yönəlməsinə görə odlu silahdan açılmış 01 atəş nəticəsində yaranmağa xarakterikdir. Bu zədə “Kral Arms” markalı “A 12” modelli, 19- K03866 №-li ov silahından atılmış atəş nəticəsində yarana bilər və bu atəş mərhumun bədən səthinə toxunmamaqla kompakt halda qapıya dəymişdir. Atəşin istiqaməti isə yuxarıdan-aşağıya, qapının iç hissəsindən çölə doğru istiqamətdə olmuş, atəş vaxtı qapının işlək hissəsi nisbətən biri-birindən cuzi aralı vəziyətdə qalmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 iyul 2023-cü il tarixli 316 nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Şahid1 bədəni üzərində küt əşyanın təsirindən törənmiş, əllə yetirilə bilən, müddəti 26 iyul 2023-cü il tarixə uyğun gələn, sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilməyən “alının tüklü hissəsində sıyrıq, sol kürəküstü nahiyyədə (4,0 x 4,0 sm ölçüdə ) qançır” xəsarətləri aşkar edilmişdir. İş materiallarında olan məhkəmə-daktiloskopik ekspertizasının 12 avqust 2023-cü il tarixli 23/652 nömrəli rəyindən görünür ki, 26 iyul 2023-cü ildə Kürdəmir rayonunun Pirəköcə kənd sakini X8 yaşadığı evdə odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 06 ədəd kağız parçasının üzərinə yapışdırılmış 06 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərlərində olan əl izlərindən 04 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş Şahid2, Təqsirləndirilən şəxs və Şahid1 daktiloskopik xəritələri müqaisəli tədqiqat üçün yararlıdırlar. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi xx.xx.2005-ci ildə Kürdəmir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 03 ədəd ovuc izi DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən Şahid2, Təqsirləndirilən şəxs və Şahid1 ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 22 avqust 2023-cü il tarixli 20 nömrəli rəyindən görünür ki, X8 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunan xəsarətlər - qarınüstü nahiyədən qarın və döş boşluqlarına keçən, sol kürəkaltı və sol paranefraq nahiyədən qarın boşluğuna keçərək sol ağciyərin aşağı payını, qaraciyərin sol payını, sol Xİ, Xİİ qabırqaları, sol böyrəyi, yoğun bağırsağın enən çənbər hissəsini və müsariqəni zədələyən kor, sol saidin yuxarı 1/3-nin said sümüklərinin açıq-qəlpəli sınıqlarına səbəb olan dəlib-keçən yaralar - odlu silahdan açılmış atəş nəticəsində mərmilərin (qırmaların) təsirindən törənmiş, müddəti ölümündən az əvvələ uyğun gəlir və ağırlıq dərəcəsinə görə həyat üçün təklükəli olan və mərhumun ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X19 bədən səthində aşkar olunan və yuxarıda təsvir olunan yaralardan qarınüstü, sol kürəkaltı, sol paranefral nahiyələrdə və sol saidin yuxarı 1/3-nin arxa səthindəki yaralar giriş dəlikləri, sol saidin yuxarı 1/3-nin iç səthindəki yara isə çıxış dəliyidir. Bütün atəşlər yaxın məsafədən açılmışdır ki, bu da meyitin yaralarından götürülmüş dəri parçalarının kriminalistik tədqiqatının nəticələri ilə subut olunur. X19 meyiti üzərində aşkar olunmuş yaraların müxtəlif nahiyələrdə biri-birindən aralı məsafədə yerləşməsi onu deməyə əsas verir ki, atəş avtomatik deyil, tək-tək rejimdə açılmışdır. Bütün xəsarətlər həyatidir, ölümündən az əvvəl yetirilməyə xarakterikdir. X19 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində tiryək qrupuna aid alkoloid aşkar olunmuşdur. İş materiallarında olan məhkəmə-tibbi kriminalistik ekspertizasının 31 avqust 2023cü il tarixli 366/2023-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X11 məxsus köynəyin və maykanın ön hissəsinin orta nahiyəsində bir ədəd və onun ətrafında çoxsaylı kiçik ölçülü; köynəyin və maykanın arxa hissəsinin sol nahiyəsində iki ədəd odlu silah zədələri onun bədəninin qarınüstü nahiyədən qarın və döş boşluqlarına keçən, sol kürəkaltı və sol paranefral nahiyədən qarın boşluğuna keçərək sol ağciyərin aşağı payını, qaraciyərin sol payını, sol Xİ, Xİİ qabırğaları, sol böyrəyi, yoğun bağırsağın enən çənbər hissəsini və müsariqəni zədələyən kor odlu silah yaraları ilə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. X8 bədənində olan digər xəsarətlər - sol saidin yuxarı 1/3-nin said sümüklərinin açıq-qəlpəli sınıqlarına səbəb olan dəlib-keçən yaralar ona məxsus olan paltarlarda öz əksini tapmamışlar. Bunu da köynəyin qollarının kəsilməsi ilə izah etmək olar. Ekspertizaya təqdim edilmiş X11 məxsus maykanın arxa hissəsinin boyun nahiyəsində bir ədəd, köynəyin sol qoltuqaltı nahiyəsində bir ədəd və köynəyin sağ çiyin nahiyəsində bir ədəd məhdud cırılmalar onun bədənində öz əksini tapmamışlar. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 02 sentyabr 2023-cü il tarixli 5652 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-genetik ekspertizasının 25 sentyabr 2023-cü il tarixli 23/726 R nömrəli rəyindən görünür ki, Azər Qaraşovun meyitinə baxış zamanı əynində olmuş - 01 (bir) ədəd köynək, 01 (bir) ədəd mayka, 01 (bir) ədəd şalvar üzərində olan qanabənzər ləkələr, hadisə vaxtı Şahid1 əynində olmuş 01 (bir) ədəd donun ön və arxa hissələrində olan qanabənzər ləkələr, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd qısaqol köynəyin ön hissəsində olan qanabənzər ləkə və 04 (dörd) ədəd pambıq üzərində insan qanına xas olan hemoqlobin zülalı aşkar edildi. Hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş - 01 (bir) ədəd şalvarın sağ diz, sağ balaq və sol balaq hissələrində olan qanabənzər ləkələr və 01 (bir) ədəd dəsmal üzərində olan qanabənzər ləkələrdə insan qanına xas olan hemoqlobin zülalı aşkar edilmədi. Azər Qaraşovun meyitinə baxış zamanı əynində olmuş - 01 (bir) ədəd köynək üzərində olan bioloji mənşəli materiallar, 01 (bir) ədəd köynək üzərində olan qan ləkələri, 01 (bir) ədəd mayka üzərində olan bioloji mənşəli materiallar, 01 (bir) ədəd mayka üzərində olan qan ləkələri, 01 (bir) ədəd şalvar üzərində olan bioloji mənşəli materiallar, 01 (bir) ədəd şalvar üzərində olan qan ləkələri, 03 (üç) ədəd sümük fraqmenti və 04 (dörd) ədəd pambıqda olanqan nümunələri X11 məxsusdur. Hadisə vaxtı Şahid1 əynində olmuş 01 (bir) ədəd don üzərində olan bioloji mənşəli materiallar, 01 (bir) ədəd don üzərində olan qan ləkələri və hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd qısaqol köynəyin ön hissəsində olan qan ləkəsi Şahid1 məxsusdur. Hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş - 01 (bir) ədəd şalvar və 01 (bir) ədəd qısaqol köynək üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. Hadisə vaxtı Şahid2 əynində olmuş - 01 (bir) ədəd şalvar üzərində olan bioloji mənşəli materiallar Şahid2 məxsusdur. Hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd şalvarın sağ diz, sağ balaq və sol balaq hissələrində olan qanabənzər ləkələr, hadisə vaxtı Şahid2 əynində olmuş 01 (bir) ədəd qısaqol köynəkdən tədqiqat nümunəsi və 01 (bir) ədəd dəsmal üzərində olan qanabənzər ləkələrdə kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcud deyil və ya deqradasiya əlamətlərini özündə əks etdirdiyi üçün DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. İş materiallarında olan kompleks məhkəmə-ballistik və trasoloji ekspertizasının 06 sentyabr 2023-cü il tarixli 3-16-16/2-3/1203; 3/1212; 3/1213 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah Türkiyə Respublikasında Kral Silah Sənaye zavodunda istehsal edilmiş 12 kalibrli, “Kral Arms” markalı “A 12” modelli, 19-K03866 №-li, daxili çaxmaqlı, təklüləli, yarımavtomatik (özüdolduran 5+1) tüfəngdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, tətiyini çəkmədən ondan özözünə atəş açılmır, üzərində hər hansı əlavə və dəyişikliklər edilməyib. Həmin modeldən olan, ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış, 12 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, 5 mm diametrli qırmalar 500 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və həmin məsafələrə uyğun olaraq hədəfdə (o cümlədən canlı hədəfdə) müvafiq zədə yetirmə qüvvəsinə malik olurlar. Bu modelli ov tüfəngi buraxıcı tətiyi buraxıb yenidən sıxılmadığı halda ondan növbəti atəş açılmır, təkrar və ardıcıl atəşlərin açılması üçün hər dəfə buraxıcı tətik yenidən çəkilməlidir, bu halda sandıqçada olan bütün patronların ardıcıl şəkildə atılması mümkündür. Texniki məlumatlara əsasən, Kral Arms” markalı “A 12” modelli ov silahlarından atılmış gilizlər şəraitdən aslı olaraq sağa - geri 3-5 metr məsafəyə atılır. Tədqiqata təqdim edilmiş 02 ədəd patron 12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində, o cümlədən də tədqiqata təqdim edilmiş 19-K03866 №-li tüfəngdə də döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardır, eyni zavodda istehsal edilmiş, istifadəyə (atəşə) yararlıdır. Həmin patronların pistonun üzərində öz kalibrinə uyğun silahlara doldurub - boşaldılması nəticəsində yaranmasına xarakterik olan səthi sıyrıqlar və batıq izləri vardır, lakin həmin izlər az və zəif əks edildiklərindən eyniləşdirmə tədqiqatı üçün yarasızdır və tədqiqata təqdim edilmiş silahın vurucusundan əmələ gəlib gəlmədiyini müəyyən etmək mümkün deyil. Təqdiqata təqdim edilmiş 19-K03866 №-li ov tüfənginin saz olmasına, onun detallarının yerində olmasına, düzgün yığılmasına, detalların üzərlərində təyinatı üzrə istifadə olunmasına maneə ola biləcək zədələrin olmamasına, hissə və mexanizmləri normal olaraq qarşılıqlı əlaqəyə girməsinə və eksperimental atəşlər aparılarkən heç bir çətinlik yaranmamasına əsasən, tədqiqata təqdim edilmiş 12 kalibrli patronların pistonu üzərindəki səthi izin 19-K03866 №-li ov tüfəngindən yaranması istisna edilmir. Tədqiqata təqdim edilmiş 04 ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində, o cümlədən də tədqiqata təqdim edilmiş 19-K03866 №-li tüfəngdə də döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış, atəşdən əvvəl 1№li giliz 3,00 mm kalibrli qırma ilə doldurulmuş 5 №-li patronun, 2 və 3 №li gilizlər 2,5 mm kalibrli qırma ilə doldurulmuş 7 №-li patronların, 4 №li giliz 3,5 mm qırma ilə doldurulmuş 3 №-li patronun hissələridir-gilizləridir. Həmin gilizlər, tədqiqata təqdim edilmiş 19-K03866 №-li ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş 07 ədəd qırma müxtəlif kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, atəş komponentinin atəşlə ayrılmış hissələridirlər - 2,5 mm (7 №-li) qırmalardır, döyüş sursatı hesab edilmir. Təyinatlarına uyğun olaraq, həmin qırmaların digər atəş komponentləri ilə birlikdə təqdim edilmiş 12 kalibrli gilizlərə doldurulması ilə hazırlanmış patrondan istifadə etməklə, təqdim edilmiş 12 kalibrli, 19-K03866 №-li ov tüfəngindən də atəş açılması mümkündür, lakin qırmaların üzərində atəşədək doldurulduqları gilizin daxili divarlarından və atıldıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri, qırmaların hədəfə dəyməsi prosesində əmələ gəlmiş çoxsaylı, müxtəlif istiqamətli və formalı batıqlar, çıxıntılar, xaotik quruluşlu sıyrıqlarla qarışdığına, öz ilkin forma və ölçülərini itirdiklərinə, habelə az və zəif əks edildiklərinə görə, eyniləşmə tədqiqatı üçün yararsız olduqları üçün, onların təqdim edilmiş 12 kalibrli gilizlərə atəş komponenti kimi doldurulub-doldurulmadıqlarını, o cümlədən həmin gilizlərdən və eləcə də təqdim edilmiş 12 kalibrli, 19-K03866 №-li ov tüfəngindən atılıb-atılmadıqlarını müəyyən etmək mümkün deyil. Lakin 19-K03866 №-li ov tüfəngindən atılan 2 və 3 №-li gilizlərin daxilindən 2,5 mm (7 №-li) qırmalarla doldurulmasını nəzərə alaraq həmin qırmaların 2 və ya 3 №li gilizlərin daxilindən olması da istisna edilmir. Tədqiqata təqdim edilmiş 02 ədəd predmetin 12 kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən, patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissələridir tıxacın (“konteyner” tipli) qırıqlarıdır. Təyinatlarına uyğun olaraq, həmin tıxacın digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış 12 kalibrli patrondan istifadə olunmaqla, o cümlədən təqdim edilmiş 12 kalibrli 04 ədəd gilizlərə doldurulması ilə təqdim edilmiş 12 kalibrli, 19-K03866 №-li ov tüfəngindən də atəş açılması mümkündür, lakin tıxacın üzərində atəşədək doldurulduqları gilizin daxili divarlarından və atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduğuna görə, onların təqdim edilmiş 04 ədəd 12 kalibrli gilizlərə atəş komponenti kimi doldurulub-doldurulmadıqlarını, o cümlədən həmin gilizlərdən və eləcə də təqdim edilmiş 12 kalibrli, 19-K03866 №-li ov tüfəngindən atılıb-atılmadıqlarını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş bir ədəd ov silahının lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan atəş (atəşlər) açılmışdır. Tədqiqata təqdim edilmiş üzərində “Azər Qaraşova” məxsus olduğu qeyd edilən bir ədəd qısaqol köynək və bir ədəd qolsuz maykanın üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməsinə, onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən, bir ədəd qısaqol köynək və bir ədəd qolsuz maykanın ön və arxa hissəsində olan zədələr giriş zədəsi olmaqla (bir ədəd qısaqol köynək və bir ədəd qolsuz maykanın ön hissəsində olan bir ədəd böyük və onun ətrafında kiçik ölçülü zədələr odlu silahdan açılan bir atəş nəticəsində Azər Qaraşovun bədən xəsarətlərinə dair məhkəmə-tibbi ekspertizasının rəyində qeyd edilən sol saidin yuxarı 1/3-nin arxa səthindən girib, sol saidin yuxarı 1/3-nin iç səthindən çıxdıqdan sonra geyim əşyalarının ön hissəsinə daxil olaraq yaranmışdır), 12 kalibrli yivsiz odlu silahdan açılan atəşlər nəticəsində qırmaların təsirindən, geyim əşyalarının arxa hissəsində olan zədələr 50 sm-dən 1,5 metrədək məsafə daxilində, arxadan-önə doğru istiqamətdə, iki atəş nəticəsində, ön hissədə olan zədələr isə öndən-arxaya, soldan-sağa doğru istiqamətdə, bir atəş nəticəsində yetirilməyə xarakterikdir, ön hissədə olan zədələr zərərçəkmişin qolundan çıxdıqdan sonra geyim əşyalarının ön hissəsinə daxil olduğu və geyim əşyaları ilkin maneə olmadığı üçün bu zədələrin hansı məsafədən açılan atəş nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. Bu zədələr təqdim edilmiş 12 kalibrli, “Kral Arms” markalı “A 12” modelli, 19-K03866 №-li ov silahından açılan atəşlər nəticəsində qırmaların təsirindən yarana bilər. Geyim əşyaları üzərindəki zədələrə əsasən, atəş açan şəxslə zərərçəkənin qarşılıqlı vəziyyəti arxa hissədə olan zədələrə əsasən, arxadan-önə, ön hissədə olan zədələrə əsasən isə soldan-sağa, öndən-arxaya doğru olmuşdur. Geyim əşyalarının üzərindəki zədələrin ətrafından aşkar edilmiş hissəciklər bir-biri ilə, o cümlədən təqdim edilmiş silahın lülə kanalından aşkar edilmiş hissəciklərlə kimyəvi tərkib hissəsinə görə eynilik təşkil edir. Zədələrə əsasən zərərçəkənin özü-özünə atəş aça bilməsi mümkün deyil. Tədqiqata təqdim edilmiş üzərində “Azər Qaraşova” məxsus olduğu qeyd edilən bir ədəd idman şalvarı, üzərində “Təqsirləndirilən şəxs”, “Şahid2” və “Şahid1” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthində odlu ov silahından açılan atəş nəticəsində qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. Tədqiqata təqdim edilmiş üzərində “Azər Qaraşova” məxsus olduğu qeyd edilən üzərində zədə olmayan bir ədəd idman şalvarı, “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən bir ədəd qısaqol köynək və “Şahid2” məxsus olduğu qeyd edilən bir ədəd uzunqol köynəyin səthindən və Təqsirləndirilən şəxs hər iki əlindən silinərək götürülmüş tamponlardan atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Bu hissəciklər bir-biri ilə, o cümlədən təqdim edilmiş ov silahının lülə kanalından aşkar edilmiş hissəciklərlə kimyəvi tərkib hissəsinə görə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən bir ədəd şalvar, “Şahid2” məxsus olduğu qeyd edilən bir ədəd şalvar və “Şahid1” məxsus olduğu qeyd edilən bir ədəd xalatın səthindən, meyitin, Şahid2 və Nurcaha Qaraşovanın hər iki əlindən silinərək götürülmüş tamponlardan atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. Təqdim edilmiş X12 məxsus köynəyin və maykanın üzərində olan zədələr öz formasına, quruluşuna görə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb cırılma zədələridir. Tədqiqata təqdim edilmiş X8 əynində olmuş 01 ədəd şalvar, Şahid1 əynində olmuş 01 ədəd don, Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd köynək, 01 ədəd cins şalvar, Şahid2 əynində olmuş 01 ədəd qısaqol köynək, 01 ədəd şalvarın üzərində trasoloji zədə aşkar edilmədi. İş materiallarında olan təkrar məhkəmə-tibbi ekspertizasının 08 sentyabr 2023-cü il tarixli T602/2023 nömrəli rəyindən görünür ki, Şahid1 alının tüklü hissəsinin sıyrığı və sol kürəküstü nahiyənin qançırı olmuşdur. Şahid1 01 sentyabr 2023-cü ildə təkrar müayinəsi zamanı onun bədənində, o cümlədən kürək nahiyəsində hər-hansı xəsarət və ya onun izi aşkar edilmədi. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən vaxtda, yəni 26 iyul 2023-cü ildə yarana bilərdi, istər ümumilikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların döşəmə taxtası ilə yetirilə bilməsini inkar etmir. İş materiallarında olan kompleks stasionar məhkəmə-psixiatriya və məhkəməpsixoloji ekspertizasının 21 oktyabr 2023-cü il tarixli 156 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən olunmur. ATəqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs hal-hazırkı hərəkətləri CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əvvəl psixi-emosional vəziyyətində gərginlik, stress yaranmış, keçirdiyi hisslər hərəkətlərinə sirayət edərək aqressiya əmələ gətirmişdir. Həmin vəziyyətin yaranması atasının hərəkətləri (anasına mütamadi olaraq döyməsi, psixoloji təzyiq göstərməsi, həmçinin hadisədən bilavasitə əvvəl anasına fiziki təzyiq qarşı) ilə əlaqədar olmuşdur. Hadisə baş verən vaxt Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən (təqsirləndirilən şəxsin həm istintaq, həm də məhkəmə icraatı zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin isə təsdiqedici) ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin “həyat və sağlamlıq əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmuş xüsusuilə ağır cinayətlər kateqoriyasına aiddir. Mövcud cinayət qanunvericiliyinin tələblərinə (mad. 15.5) və ya cinayətlərin təsnifatına görə onlar “xüsusuilə ağır cinayət” hesab olunur. CM-in 120.1-ci maddəsinin sanksiyasında 9 (doqquz) ildən 14 (on dörd) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli birbaşa qəsdlə törədilmiş, başa çatmış cinayətdir. Belə ki, təqsirləndirilən şəxs öz əməlinin (hərəkətinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı ona elan edilmiş ittihamda nəzərdə tutulan ictimai təhlükəli əməlin törədilməsini, həmin əməlin törədilməsində təqsirləndirilən şəxsin qəsdən iştirak etməsini, törədilmiş əməlin ona aid edilməsini təsdiq edən, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb cinayətin ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı qisas almaq məqsədi ilə törədilməsi qənaətinə gəlir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifini müzakirə edərkən onun hərəkətini Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Çünki o, ittiham olunduğu əməli törədərkən anlaqlı olub öz əməlinin ictimai təhlükəli olduğunu dərk etməsi, bu əməlin təhlükəli nəticələrini görüb həmin nəticələri arzu etməsi sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün o, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs kimi tutulduğu 28 iyul 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, Kürdəmir rayon məhkəməsinin 29 iyul 2023-cü il tarixli qərarı ilə də həbsetmənin əvvəli 28 iyul 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Qaraşov X13 rayonunun Pirəköcə kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə orada yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərər çəkmişin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də cinayəti təqsirləndirilən şəxsin qanunsuz, mənəvi dəyərlərə və əxlaq normalarına uyğun gəlməyən hərəkətlərinin təsiri altında törətməsini təqsirini etiraf etməsini, gənc olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını və ilk məhkumluğunu isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cinayətin odlu silahdan istifadə edilməklə törədilməsini Azərbaycan Respublikası CM-in 61.1.10-cu maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə maddi sübutlar barədə məsələni həll edərkən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri, Binəqədi rayon polis idarəsinə təhvil verilmiş 01 ədəd “Kral-arms” markalı, 19-K-03866 nömrəli silah, 04 ədəd giliz, silahın patron yuvasında qalmış 02 ədəd patron, 07 ədəd qırma və 02 ədəd plastik tıxac hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-in anbarına təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində maddi sübutlar üçün nəzərdə tutulmuş otaqda saxlanılan, hadisə yerindən götürülmüş 04 ədəd qana bənzər nümunələr, 03 ədəd sümük fraqmentləri, X8 meyitinə baxış zamanı əynində olan və üzərindən götürülmüş 01 ədəd köynək, 01 ədəd şalvar və 01 ədəd mayka, hər iki əlindən götürülmüş tampon nümunələri, eləcə də hadisə vaxtı Şahid1 əynində olmuş 01 ədəd don, həmçinin Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd köynək, 01 ədəd cins şalvar və əllərindən götürülmüş tampon nümunələri, Şahid2 əynində olmuş 01 ədəd qısaqol köynək, 01 ədəd şalvar, eyni zamanda axtarış və götürmə istintaq hərəkəti zamanı götürülmüş 01 ədəd döşəmə taxtası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “Hiwatch” markalı rəqəmsal video qeydiyyatçı qurğu zərər çəkmiş şəxsin hüquqi varisi X6 qaytarılmalı, silahın üzərindən götürülmüş və müvafiq ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ilə eynilik müəyyən edilmiş 01 ədəd əl izi və əl-barmaq izləri işdə saxlanılmalıdır. Qeyd edilənlərlə yanaşı, Təqsirləndirilən şəxs 224 (iki yüz iyirmi dörd) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 28 iyul 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri, Binəqədi rayon polis idarəsinə təhvil verilmiş 01 ədəd “Kral-arms” markalı, 19-K-03866 nömrəli silah, 04 ədəd giliz, silahın patron yuvasında qalmış 02 ədəd patron, 07 ədəd qırma və 02 ədəd plastik tıxac hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-in anbarına təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində maddi sübutlar üçün nəzərdə tutulmuş otaqda saxlanılan və hadisə yerindən götürülmüş 04 ədəd qana bənzər nümunələr, 03 ədəd sümük fraqmentləri, mərhum X8 meyitinə baxış zamanı əynində olan və üzərindən götürülən 01 ədəd köynək, 01 ədəd şalvar və 01 ədəd mayka, hər iki əlindən götürülmüş tampon nümunələri, eləcə də hadisə vaxtı Şahid1 əynində olmuş 01 ədəd don, həmçinin hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd köynək, 01 ədəd cins şalvar və əllərindən götürülmüş tampon nümunələri, Şahid2 əynində olmuş 01 ədəd qısaqol köynək, 01 ədəd şalvar, eyni zamanda axtarış və götürmə istintaq hərəkəti zamanı götürülmüş 01 ədəd döşəmə taxtası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Hiwatch” markalı rəqəmsal video qeydiyyatçı qurğu zərər çəkmiş şəxsin hüquqi varisi X6 qaytarılsın, silahın üzərindən götürülmüş və müvafiq ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ilə eynilik müəyyən edilmiş 01 ədəd əl izi və əl-barmaq izləri işdə saxlanılsın. İş üzrə ekspertiza xərci 224 (iki yüz iyirmi dörd) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Cəlil Nəbiyev 2 . Müşfiq Məmmədov
3. Esmira Məmmədov