Məhkəmə qərarları › İş №1(099)-346/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-346/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-346/2023 08.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X17, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili- Müdafiəçi2 Rasmiz oğlu və tərcüməçi X1 iştirakları ilə, xx xxxxxx 1972-ci ildə İran İslam Respublikasının Germi rayonu Songünəş kəndində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, İran İslam Respublikasının Ərdəbil şəhərində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.2.1, 29,120.2.3, 29,120.2.7, 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3, 315 və 318.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs X2 adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunmuş qəsdlə xx.xx.2022-ci il tarixdə çəkisi 7015 qram olmaqla külli miqdar hesab edilən qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, həmçinin cinayət əməllərini törədərkən qarşılaşacaqları maneələri aradan qaldırmaq məqsədilə «09U0093» №-li, 09 mm kalibrli, yivli, saz vəziyyətdə, atəş açmaq üçün yararlı olan «İJ-71-100» markalı tapançanı və onun komplekt hissəsi hesab edilən 1 ədəd darağı, 4 ədəd həmin silahdan atəş açmaq üçün nəzərdə tutulmuş 09 mm kalibrli atəşə yararlı patronları qanunsuz olaraq əldə edib daşıyaraq və gəzdirərək üzərilərində saxlamaqla 12 avqust 2022-ci il tarixdə saat 02 radələrində Azərbaycan Respublikasının Yardımlı rayonunun Deman kəndi ərazisində mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət buraxılış məntəqələrindən kənardan keçməklə, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə qeyd olunan külli miqdarda narkotik vasitəni və odlu silahı, onun komplekt hissələri və döyüş sursatını gömrük sərhədindən gömrük nəzarətindən kənarda keçirmiş, narkotik vasitəni Azərbaycan Respublikasının ərazisində yerləşdirdikdən sonra həmin vaxt qeyd edilən ərazidə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələri- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçuları tərəfindən aşkar edildiklərindən N nömrəli hərbi hissəsinin 4-cü sərhəd komendantlığının 22-ci sərhəd zastavasının rəisi, baş leytenant Zərərçəkmiş şəxs1 və N saylı hərbi hissənin komendat bölüyünün qrup komandiri, gizir Zərərçəkmiş şəxs2 “Dayan-dur” çağırışı edərək, havaya bir neçə dəfə xəbərdarlıq atəşinə məhəl qoymayıb qrup üzvlərinin ümumi niyyəti ilə əhatə olunan qəsdlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hərbi qulluqçular Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həmin odlu silahdan atəş açmaqla hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq edərək müqavimət göstərib sonuncuların xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hər iki şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, lakin, cinayət törətməyə yönəlmiş cinayətkar əməllərini öz iradələrindən asılı olmayan səbəbdən başa çatdıra bilməmiş, Təqsirləndirilən şəxs Nəsrəli oğlu yaralanaraq saxlanılmış, X14 adı ilə məlum olan şəxs qaçmağa nail olmuş, 12 avqsut 2022-ci il tarixdə həmin əraziyə baxış keçirilərkən 6 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1490 qram, 1310 qram, 1080 qram, 1850 qram, 950 qram, 335 qram olmaqla ümumilikdə külli miqdarda 7015 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və «09U0093» №-li tapança, həmin silaha məxsus 1 ədəd daraq, 09 mm kalibrli 2 ədəd giliz və 09 mm kalibirli 2 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası 29,120.2.1, 29,120.2.3, 29,120.2.7, 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3, 315 və 318.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, İran İslam Respublikasının Ərdəbil şəhərində yaşayır. X2 ona zəng vuraraq onunla görüşmək istəməsini demişdir. Əzizlə görüşdükdən sonra Əziz ona çətənə kollarını Azərbaycan sərhədindən keçirməsini demiş, o əvvəlcə razılaşmasa da sonra Əzizə Azərbaycan sərhədini keçməyəcəyini demiş, çətənəni daşımağa köməklik edəcəyini, lakin İranın daxilində daşıyacağını, Azərbaycan tərəfinə keçməyəcəyinə razılaşmışlar. 11 avqust 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixə keçən gecə Əzizlə tanımadığı əraziyə getmişlər, həmin ərazinin Azərbaycan ərazisi olmasından məlumatı olmamışdır. Heç bir şəxsə atəş açmamış, o Əzizlə gedərkən onda silah olmamış, həmçinin də Əzizdə silah olmasından məlumatı olmamışdır. Günahı olmadığı üçün ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, göstərmişdir ki, İran İslam Respublikasının Ərdəbil şəhərində yaşayır. Ərdəbillə Songünəş kəndi arasında məsafə təxminən 100 km olmuş, Songünəş kəndi Azərbaycan Respublikasının Yardımlı rayonunun Deman kəndi ilə həmsərhəddir. Əvvəllər təsərrüfatla məşğul olduğundan Songünəş kəndinin və Yardımlı rayonunun Deman kəndinin ərazisinə çox yaxşı bələd olmuşdur. xx.xx.2022-ci tarixdə də atasına baş çəkmək üçün yaşadığı Ərdəbil şəhərindən ailə üzvləri ilə birlikdə Songünəş kəndinə getmişdir. xx.xx.2022-ci il tarixdə Songünəş kəndində olduğu vaxt ikinci arvadının bibisi oğlu kimi tanıdığı X14 ona zəng etmişdir. Danışıq zamanı o, X21 rayonunun Songünəş kəndində olduğunu demişdir. Əziz isə onunla vacib işinin olduğunu deyərək Ərdəbil şəhərində görüşməyi təklif etmişdir. O, əvvəlcə telefonda qeyd edilən vacib işlə bağlı söhbət etməyi təklif etsə də, Əziz təkidlə üz-üzə şəkildə görüşmək istədiyindən ailə üzvləri ilə birlikdə taksi fəaliyyəti göstərən avtomobillərdən biri ilə Ərdəbil şəhərinə getmişdir. Ərdəbil şəhərinə çatdıqdan sonra Əzizlə görüşmüşdür. Bu vaxt Əziz ona təxminən 7-8 kq çəkidə çətənə adlı narkotik vasitə olduğunu, həmin narkotik vasitənin təcili Azərbaycan Respublikasının sərhəddindən qanunsuz şəkildə keçirilməli olduğunu demişdir. O, əvvəlcə Əzizin bu təklifi ilə razılaşmamışdır. Lakin, Əziz əldə edəcəkləri narkotik vasitəni Azərbaycan Respublikasının Dövlət Sərhəddini keçmədən Deman kəndi yaxınlığındakı hündür dağdan aşağı buraxacaqlarını, narkotik vasitələrin isə çatacaq şəxs tərəfindən götürüləcəyini, hər hansı şəxslə görüşməyəcəklərini demiş və onu yola gətirmək üçün hər ikisinin də kirayədə yaşadığını, eləcə də maddi vəziyyətilərinin yaxşı olmadığını, edəcəkləri bu işə görə isə pul alacaqlarını və ona da 250 manat dəyərində İran İslam Respublikasının pulunu verəcəyini əlavə etmişdir. Lakin, həmin narkotik vasitələrin kim tərəfindən veriləcəyini və kim tərəfindən Azərbaycan Respublikasının ərazisindən götürüləcəyini deməmiş, ancaq həmin şəxslərin etibar etdiyi şəxslər olduğunu bildirmişdir. Maddi durumu ağır olduğundan, Əzizə etibar etdiyindən bu təklifi ilə razılaşmışdır. O, Əzizə Azərbaycan Respublikasının ərazisinə qeyri-qanuni yolla keçmək istəmədiyini demişdir. 11 avqust 2022ci il tarixdə saat 21 radələrində Germi rayonunun Songünəş kəndi istiqamətinə getmişlər. Həmin ərazi Azərbaycan Respublikasının dövlət sərhəddinin yaxınlığı olmaqla oradan sərhəddə qədər piyada təxminən 3 saatlıq yol olmuşdur. Avtomobildən düşdükdən sonra Əziz narkotik vasitələri əldə etmək üçün getmiş, o isə yol kənarında oturaraq Əzizi gözləmişdir. Əziz təxminən 20-25 dəqiqə sonra əlində içərisində narkotik vasitə olan bağlama ilə birlikdə geri qayıtmışdır. Bundan sonra onlar onun gətirdiyi məftillərlə həmin narkotik vasitəni çiyinlərinə asaraq daşıya biləcəkləri şəkildə bağlamışlar. Belə ki, Əziz əvvəlcədən həmin narkotik vasitəni çiyində aparmağın asan olacağını dediyindən o özü ilə bir neçə ədəd möhkəm məftil götürmüşdür. Həmin içərisində narkotik vasitə olan bağlamanı çiyinlərində daşıya biləcəkləri formaya gətirdikdən sonra, bağlama Əziz tərəfindən götürülmüş, onlar təxminən saat 22 radələrində Azərbaycan Respublikasının Deman kəndi istiqamətində hərəkətə başlamışlar. Təxminən 3 saat piyada yol getdikdən sonra Əzizin ona dediyi, Azərbaycan Respublikasının Dövlət Sərhəddinin bilavasitə yaxınlığında yerləşən hündür dağın təpəsinə çatmışlar. Ərazini yaxşı tandığından həmin dağın qarşı tərəfinin Azərbaycan Respublikasının dövlət sərhəddi olduğunu həmçinin qeyd edilən istiqamətdə Yardımlı rayonun Deman kəndinin olduğunu dəqiq bilmişdir. Oraya çatdıqdan sonra içərisində narkotik vasitə olan bağlamanı Azərbaycan Respublikasının dövlət sərhəddi istiqamətində, dərəlik əraziyə yuvarlamaq istəsələr də, ərazinin çala-çuxurlu olduğunu, bağlamanın yuvarlanaraq sərhəddi keçməyəcəyini, həmin çalalardan birində ilişə biləcəyi ehtimalının olduğunu başa düşmüşlər. Belə ki, həmin vaxt onlarda gecəgörmə cihazı olmuş, gecəgörmə cihazı vasitəsi ilə ərazini müşahidə etmiş, tez-tez həmin cihazı bir-birlərinə ötürmüşlər. Gecəgörmə cihazı vasitəsi ilə baxdıqda isə ərazinin çala-çuxurlu olması aydın görünmüşdür. Buna görə də Azərbaycan Respublikasının dövlət sərhəddini keçərək içərisinə narkotik vasitə olan bağlamanı Azərbaycan Respublikasının ərazisinə yerləşdirmək qərarına gəlmiş, bu məqsədlə hərəkətə başlamışlar. Hərəkətdə olduqları vaxt aktiv şəkildə gecə görmə cihazından istifadə etmiş, həmin cihazı ərazini müşahidə etmək, qarşıya çıxa biləcək hərbi qulluqçuları əvvəlcədən aşkar etmək məqsədi ilə bir-birlərinə ötürmüşlər. Onlar bir qədər getdikdən sonra İran İslam Respublikasının sərhəd mühafizəsini təmin edən hərbi qulluqçularının istifadə etdikləri daş yolu keçmişlər. Həmin vaxt xx.xx.2022-ci il, saat təxminən 02 radələri olmuşdur. Sərhəd nişanlarını keçdikdən sonra dərəlik əraziyə çatmışlar. Bu vaxt Əziz ondan aralanmış və içərisində narkotik vasitə olan bağlamanı aşağı istiqamətdə buraxaraq onun yanına qaçmışdır. Əziz onun yanına qaçarkən ərazidən səs gəldiyini demişdir. Həmin vaxt onlar təxminən 250 metr Azərbaycan Respublikasının ərazisinə girmiş vəziyyətdə olmuşlar. Bu vaxt onlar geri, İran İslam Respublikası istiqamətində qaçmağa cəhd etmişlər. Lakin, olduqları yerdən təxminən 100 metr məsafədən fişəng atılmış, ərazi işıqlanmışdır. Fişəngin atılması ilə eyni vaxtda fişəngin atıldığı yerdən onlara aydın şəkildə eşidilən “dayan” komandası verilmiş, ardınca isə havaya xəbərdarlıq atəşi açılmışdır. Lakin, o və Əziz həmin komandaya məhəl qoymadan İran İslam Respublikası istiqamətində geriyə qaçmağa davam etmişlər. Azərbaycan hərbi qulluqçular da onları təqib etmiş, ardıcıl olaraq havaya xəbərdarlıq atəşi açmış və dayanmaqlarını əmr etmiş, lakin, o və Əziz qaçmağa davam etmişdir. O və Əziz təxminən 40-50 metr bu şəkildə qaçmışlar. Həmin vaxt Əziz ondan nisbətən irəlidə qaçmışdır. Bu vaxt o sağ kürək nahiyəsindən vurulduğunu hiss etmiş, bir qədər də qaçmış, lakin, müvazinətini itirərək yıxılmışdır. Əziz onun vurulduğunu görsə də dayanmamış və İran İslam Respublikasının sərhəddi istiqamətində qaçmışdır. Daha sonra onları təqib edən sərhədçilər onun yanına gəlmişlər. O da əllərini qaldıraraq təslim olduğumu demişdir. Bundan sonra sərhədçilər ona ilkin tibbi yardım göstərmiş, xəstəxanaya təxliyyə etmişlər. Həmçinin hadisə yerindən aşkar edilmiş bağlama və içərisində olan narkotik vasitələr o və Əziz tərəfindən daşınılmaqla qanunsuz olaraq oraya gətirilmişdir. Həmin bağlamanın içərisində isə 7 kiloqramdan artıq çəkidə narkotik olmuşdur. Hadisə vaxtı şəxsən onun üzərində silah olmamış, Əzizin üzərində isə hər hansı odlu və ya soyuq silah görməmişdir. Əzizin üzərində silah olmuş olsa belə Əziz həmin silahı ona göstərməmişdir. O, həmçinin sərhədçilər istiqamətində “İJ-71-100” modelli tapançadan 2 dəfə atəş açılması faktı ilə bağlı göstərmişdir ki, həmin atəşlər onun tərəfindən açılmamış, o yaralandıqda sonra huşu getdiyi üçün Əzizin sərhədçilər istiqamətində atəş açıb-açmadığını isə görməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “narkotik vasitəni İranın daxilində daşıyacağı, Azərbaycan tərəfinə keçməməsi, Əzizlə getdikləri ərazinin Azərbaycan ərazisi olmasından məlumatı olmaması, heç bir şəxsə atəş açmaması, Əzizlə gedərkən onda silah olmaması, həmçinin də Əzizdə silah olması” hissəsi obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona daha yüngül cəza təyin edilməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 11 avqsut 2022-ci il tarixdə saat 17 radələrində daxil olmuş əməliyyat məlumatına əsasən 22-ci sərhəd zastavasnın 8, 16 və 17-ci sahələri istiqamətində İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikası, Yardımlı rayonu istiqamətində külli miqdarda narkotik vasitələrin keçirilməsi ehtimalı olmuşdur. Həmin ərazilərə “pusqu” sərhəd naryadı xidmətləri yerləşdirilmişdir. 12 avqust 2022-ci il tarixdə təxminən saat 02 radələrində “pusqu” xidmətində olduqları vaxt 16cı sahənin yuxarı hissəsində yerləşən təpəlikdən gecə görmə cihazı ilə 2 nəfər naməlum şəxsin İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikası istiqamətində hərəkət etdiyini müşahidə etmişlər. Həmin naməlum şəxslərin hər ikisi birlikdə hərəkət etmişlər. Naməlum şəxsləri müşahidə edərkən sonuncuların da gecəgörmə cihazına sahib olmalarını müəyyən etmişlər. Həmin 2 nəfər naməlum şəxs onların qarşısına çatdıqdan sonra, dərədən 200 metr məsafə aralıda olan əraziyə bir ədəd bağlama qoyaraq geri çəkilmişlər. O, siqnal tapançasından atəş açaraq ərazinin işıqlandırılmasına çalışmış və “Dayan, buraxılış” komandası vermişdir. İlk olaraq həmin iki nəfər naməlum şəxs onları görməmişlər. Həmin vaxt 2 nəfər naməlum şəxs qışqıraraq yüksək səslə nə isə demiş və geriyə təpəlik istiqamətində qaçmağa başlamışlar. Həmin vaxt o yenidən qışqıraraq “Dayan, buraxılış” demiş, lakin həmin şəxslər onlar istiqamətində atəş açdılar. Xoşbəxtlikdən həmin silahdan açılmış atəş nəticəsində onlardan heç biri hər hansı bir xəsarət almamışlar. Bundan sonra həmin şəxslər üzü İran İslam Respublikası istiqamətində, təpəlik ərazi qaçmağa başlamışlar. Reylefi çətin olduğundan həmin təpəliyi aşdıqları halda pozucuları zərərsizləşdirməyin mümkün olmadığını bildiklərindən gizir Zərərçəkmiş şəxs2 havaya təxminən 3-4 dəfə atəş açmışdır. Bundan sonra sərhəd pozucuları verilən komandaya və xəbərdarlıq siqnalına məhəl qoymadıqlarından o həmin naməlum şəxsləri təqib edərək pozucuların arxasınca təxminən 200 metr getdikdən sonra xidməti istifadəsində olan AKC- 74 markalı avtomat silahdan 4 dəfə havaya xəbərdarlıq atəşi açmışdır. Həmin vaxt gizir Zərərçəkmiş şəxs2 da naməlum pozucular istiqamətində ondan bir neçə metr aralı məsafədə arxada qaçmışdır. Həmin vaxt o hiss etmişdir ki, xəbərdarlıq atəşi açdığı yerdən təxminən 60-70 metr irəli İran İslam Respublikasıdır. Pozucuları təqib edərkən daha dəqiq atəş açmaq üçün uzanaraq açdığı sonuncu atəş nəticəsində pozuculardan birini yaralamışdır. Bu vaxt gizir Zərərçəkmiş şəxs2 irəlini işıqlandırdıqda sərhəd pozucularından biri uzanıqlı vəziyyətdə olmaqla əllərini qaldıraraq təslim olduğuna işarə etdiyini görmüşdür. Həmin sərhəd pozucusunu yaxaladıqları yerdən təxminən 50 metr məsafədə isə İran İslam Respublikası sərhədi başladığından və həmin yerdə müvafiq sərhəd nişanının (102 nömrəli) hüdudları olduğundan digər sərhəd pozucusunu təqib etməmişlər. İkinci sərhəd pozucusu nisbətən irəlidə qaçdığından onu tuta bilməmişlər. O, hava qaranlıq olduğundan dəqiq görməsə də ikinci naməlum sərhəd pozucusunun üzərində silaha oxşar nə isə müşahidə etmişdir. Onlar sərhəd pozucusunu zərərsizləşdirdikdən sonra həmin yerə digər qrup üzvləri də gəlmiş və yaralanmış naməlum sərhəd pozucusuna ilkin tibbi yardım göstərmişlər, həmin şəxsin İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olmasə müəyyən edilmişdir. Daha sonra zastavaya gəlmiş qərargahın maşınlarından biri onların olduğu sahəyə gəlmiş və onlar yaralı sərhəd pozucusunu təxliyyə etmişlər. Zastavanın 16-cı sahənin dərəlik hissəsində bir orta ölçülü bağlama aşkar etmişdirlər, bağlamaya baxış keçirildikdə içərisində külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Həmçinin, ərazidə bir ədəd PM modelli tapança da aşkar edilmişdir. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 11 avqust 2022-ci il tarixdə günorta saatlarında xidmətdə olarkən hərbi hissə rəhbərliyindən gücləndirmə ilə əlaqədar bir neçə nəfərdən ibarət zabit-gizir heyətinin Yardımlı rayonu Deman kəndində yerləşən 22ci sərhəd zastavasına göndəriləcəyi bildirilmiş və o, digər hərbi qulluqçularla birlikdə 22-ci sərhəd zastavasına yola düşmüşlər, saat 19 radələrində sərhəd zastavasına çatmışlar. Zastavada iki qrupa ayrılma haqqında şifahi qərar qəbul etmişlər. Saat 21 radələrində 22-ci zastavanın 16-cı sahəsinə doğru yola düşmüşlər. Deman kəndini keçdikdən sonra 2 qrupa ayrılmış və “pusqu” xidmətində olmuş və əraziyə səpələnmiş şəkildə pusquya yerləşmişlər. Onlar təxminən 3 saat ərzində maskalanmış şəkildə mövqe tutmuşlar. Artıq, 12 avqust 2022-ci il tarixdə təxminən saat 02 radələrində “pusqu” xidmətində olduqları təpəlikdən gecə görmə cihazı ilə 2 nəfər naməlum şəxsin İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikası istiqamətində hərəkət etdiyini müşahidə etmişlər. O, gecə görmə cihazı ilə həmin 2 nəfər naməlum şəxsin 16-cı sahədə yerləşən təpəlikdən dərə istiqamətində hərəkət etdiklərini müşahidə etmişlər. Həmin 2 nəfər naməlum şəxs onların mövqe seçdikləri dərəliyə 100-150 metr məsafə qalmış bir ədəd, sonradan içərisində narkotik olduğunu bilən bağlamanı yerləşdirib geriyə qayıdarkən baş leytenant Zərərçəkmiş şəxs1 havaya bir dəfə siqnal tapançasından xəbərdarlıq atəşi açdıqdan sonra “Dayan, buraxılış” komandası vermişdir. Həmin vaxt 2 nəfər naməlum şəxs qışqıraraq yüksək səslə nə isə demiş və təpəlik istiqamətində qaçmağa başlamışlar. Onlar yenidən qışqıraraq “Dayan, buraxılış” demişlər. Həmin vaxt 2 nəfər naməlum şəxslər onların istiqamətində 2 dəfə atəş açmışlar. Bundan sonra həmin naməlum pozucular üzü təpəlik istiqamətdə qaçmağa başlamışlar. 16-cı sahənin relyefi çətin olduğundan həmin təpəliyi aşdıqları halda pozucuları zərərsizləşdirməyin mümkün olmadığını bildiyi üçün o havaya 4 dəfə xidməti istifadəsində olan AK-SU markalı avtomat silahdan xəbərdarlıq atəşi açmışdır. Həmin vaxt baş leytenant Zərərçəkmiş şəxs1 həmin naməlum pozucular istiqamətində təxminən 150- 200 metr qaçmış və onlar istiqamətində bir neçə dəfə xidməti istifadəsində olan AKC-74 markalı avtomat silahdan atəş açmışdır. O da əlində olan fənərlə həmin pozucuları müşahidə etmək üçün baş leytenant Zərərçəkmiş şəxs1 arxası ilə qaçmışdır. Həmin vaxt baş leytenant Zərərçəkmiş şəxs1 “deyəsən birini yaralamışam” demişdir. O, fənərlə ərazini işıqlandırmış, bir nəfər sərhəd pozucusunun ərazidə yaralı halda olduğunu müşahidə etmişdir. Həmin vaxt oraya digər qrup da gəlmiş və yaralanmış sərhəd pozucusuna ilkin tibbi yardım göstərmişlər, həmin şəxsin İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Zastavanın 16-cı sahənin dərəlik hissəsində bir orta ölçülü bağlama aşkar olunmuşdur, həmin bağlamanı Ağaxan yanındakı şəxslə Azərbaycan ərazisinə keçirmişlər. Bağlamaya baxış keçirildikdə, içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Həmçinin, ərazidən həmçinin sərhəd pozuçusuna məxsus olan tapanca tipli silah aşkar edilmişdir. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, 11 avqsut 2022-ci il tarixdə günorta saatlarında İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikası istiqamətində külli miqdarda narkotik vasitələrin keçirilməsi barədə məlumat daxil olmuşdur. Hərbi hissə komandanlığı tərəfindən əməliyyat axtarış və döyüş istiqaməti üzrə vahid qrup yaradılmış, həmin qrup pusqu xidmətinə cəlb olunmuş, Yardımlı rayonu, Deman kəndi ərazisində yerləşən, 22-ci sərhəd zastavasında dövlət sərhədinin mühafizəsi avtomatik olaraq gücləndirilmiş üsula keçirilmişdir. O, və digər hərbi qulluqçular silah-sursat, rabitə və gecəgörmə cihazları ilə 22ci sərhəd zastavasına doğru yola düşmüşlər. Onar sərhəd zastavasına çatdıqda orada pusqu xidməti yaradılmışdır. Əməliyyat məlumatına uyğun olaraq sərhəd pozucularının mümkün hərəkət marşrutunu təxmin etməklə iki qrupa ayrılmışlar. Deman kəndini keçdikdən sonra yuxarıda qeyd olunan şəxslərlə birlikdə əvvəlcədən razılaşdırılmış qaydada 2 qrupa ayrılmışlar. Qruplar arasında məsafə təxminən 60-70 metr olmuşdur. 16-cı sahədə olan təpəlik ərazilərə “pusqu” sərhəd naryadı xidmətləri yerləşdirilmişdir. Onlar birinci qrupu görəcəkləri vəziyyətdə olmuşlar. 1-ci qrupun müşahidə sahəsi fərqli olmuşdur. 12 avqust 2022-ci il tarixdə təxminən saat 02 radələrində baş leytenant Zərərçəkmiş şəxs1 rabitə əlaqəsi vasitəsilə yuxarıdan, təpəlik ərazidən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətdə qaraltı-iki nəfər naməlum şəxsin hərəkətini müşahidə etməsi barədə məlumat vermişdir. Bundan sonra onlar da ayıq-sayıq müşahidəni davam etdirmişlər. Ona məlum olmuşdur ki, baş leytenant Zərərçəkmiş şəxs1 gizir Zərərçəkmiş şəxs2 ilə qrupun digər üzvlərinə nisbətən daha öndə dayanmışlar. Anidən birinci qrupdan olan hərbi qulluqçulardan kiminsə havaya siqnal tapançasından atəş açaraq sərhəd pozucularına “dayan” çağırışı verdiyini görmüşdür. Həmin “dayan” çağırışından birinci pusqu qrupunun sərhəd pozucularını aşkar etdiyini bilmişdir. Buna görə də yerilərindən qalxaraq 1-ci qrupun olduğu istiqamətdə hərəkət etmişlər. Bundan sonra sərhəd pozucularının olduğu yerdən birinci qrupda olan sərhədçilər istiqamətində iki dəfə atəş səsi gəldiyini eşitmişdir. Arada məsafə olduğundan sərhəd pozucularını seçə bilməmişdir. Amma sərhəd pozucularının olduğu yerdən tapançaya məxsus olması ehtimal edilən atəş səsləri gəldiyini eşitmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 havaya 4 dəfə xəbərdarqlıq atəşi açmışdır. Havaya atılan xəbərdarlıq atəşlərinə baxmayaraq sərhəd pozucuları qaçmağa davam etmişlər. Zərərçəkmiş şəxs1 da onları təqib etmişdir. Təxminən 150-200 metr məsafə qət etdikdən sonra baş leytenant Zərərçəkmiş şəxs1 havaya təxminən 4-5 dəfə də xəbərdarlıq atəşi açaraq “dayan” komandası vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qabaqda bir-birindən iki metr məsafədə qaçmışlar. Onun olduğu qrup da onların arxasınca hərəkət etmişlər. Sərhəd pozucuları “dayan” komandasına məhəl qoymadıqlarına görə Zərərçəkmiş şəxs1 də sərhəd pozucunun müqabil ölkəyə keçid etməsinin qarşısını almaq məqsədilə xidməti istifadəsində olan avtomat silahdan atəş açmışdır. Atəş açdıqdan sonra Zərərçəkmiş şəxs2 fənərlə ərazini işıqlandırmış, o sərhəd pozucusunun yerdə uzandığını görmüşdür. Daha sonra sərhəd pozucusunun yanına yaxınlaşdıqda məlum olmuşdur ki, sonuncu arxa sağ kürəkaltı nahiyəsində yaralanmışdır. Digər sərhəd pozucusunu isə saxlamaq mümkün olmamış, həmin şəxs ərazinin mürəkkəb relyefindən istifadə edərək qaçmağa müvəffəq olmuşdur. İran İslam Respublikası sərhədləri həmin sərhəd pozucusunu yaxaladıqları yerdən təxminən 50 metr məsafədə başladığından həmin yerdə müvafiq sərhəd nişanının (102 nömrəli) hüdudları olmuşdur. Ona görə də digər sərhəd pozucusunu təqib etmək mümkün olmamışdır. Dərhal yaralı sərhəd pozucusuna yardım göstərmək üçün zastavadan maşın gəlmiş və yaralı şəxsi maşına təxliyyə etmişlər, həmin şəxsin İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin vaxt əraziyə baxış keçirilmiş 102 nömrəli sərhəd nişanından təxminən 150-200 metr məsafədə bir ədəd içərisində narkotik vasitələr olması ehtimal edilən bağlama aşkar edilmişdir. Müəyyən edilmişdir ki, həmin bağlamanı Təqsirləndirilən şəxs yanında olan şəxslə birlikdə Azərbaycan ərazisinə keçirmişdir. Bağlamaya baxış keçirildikdə, içərisindən narkotik vasitə marixuana aşkar edilmişdir, həmçinin onların bizim hərbiçilərə atəş açdıqları bir ədəd tapanca tipli silah da ərazidən aşkar edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1, X11, Şahid2, Şahid3 ilə oxşar məzmunlu ifadələr verməklə sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə şahidlər X4 və Şahid6 məhkəmə iclaslarına gəlmədikləri üçün onların ifadələri məhkəmə iclasında elan və tədqiq edilmişdir. X4 və Şahid6, Şahid3 ilə oxşar məzmunlu ifadələr vermişdirlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 13 avqust 2022-ci il tarixli 19/844 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Hadisə yerindən aşkar edilərək götürülmüş 01 ədəd içərisində narkotik vasitələr olması ehtimal edilən qara rəngli bağlama...” sözlər və imzalar olan qara rəngli bağlamadakı, 3 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: -1490,0 qr; -1310,0 qr; -1080,0 qram: ümumi təmiz çəkisi: -3880,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar. Tədqiqata təqdim edilmiş üzərində "Hadisə yerindən aşkar edilərək götürülmüş 01 ədəd içərisində narkotik vasitələr olması ehtimal edilən ağ rəngli bağlama...” sözlər və imzalar olan ağ rəngli bağlamadakı, 1 ədəd bükülüdə təmiz çəkisi: - 1850,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində "Hadisə yerindən aşkar edilərək götürülmüş 01 ədəd içərisində narkotik vasitələr olması ehtimal edilən ağ rəngii bağlama...” sözlər və imzalar olan ağ rəngii bağlamanı açdıqda, içərisində təmiz çəkisi: -950,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Hadisə yerindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd ağ rəngli bağlama....” sözlər və imzalar olan ağ rəngli bağlamanı açdıqda, içərisində təmiz çəkisi: -335,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Beləliklə, təqdiqata təqdim olunmuş ümumilikdə 6 ədəd bükülüdə ümumi təmiz çəkisi: -7015,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar. Ekspertiza tədqiqatından sonrakı qalıq qurudulmuş marixuanna 7014,88 qram. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) AZN təşkil edir. İş materiallarında olan maddi sübutların tədqiqatı ekspertizasının 30 avqust 2022-ci il tarixli 48 MTB-2022 nömrəli rəyindən görünür ki, X5 ABO sistemi üzrə qan rupu B (İİİ). Ekspertizaya təqdim olunmuş bir ədəd gödəkçə, bir ədəd qısaqol köynək, bir ədəd bel kəməri, bir ədəd cins şalvar və büt cüt çəkmə üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Həmin qanın qrupunun ABO sistemi üzrə təyini zamanı «B» antigeni alındı, «A», «H» antigenləri və aqqlütininləri isə alınmadı. Beləliklə, qeyd edilən qan B alfa (İİİ) qruplu şəxsə, o cümlədən bu qrupdan olan X7 da məxsus ola bilər. İş materiallarında olan edilmiş kompleks məhkəmə ballistik və trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3/1147; 3/1148;3/1149 nömrəli rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş 02 (iki) ədəd avtomat silahdan;“1” rəqəmi ilə işarələnmiş silah “215928” №-li olub, 1982-ci il ildə zavod üsulu ilə hazırlanmış 5,45 mm kalibirli olub, “Kalaşnikov” konstruksiyalı, AKS-74U markalı döyüş təyinatlı yivli-odlu avtomat silahdır, saz vəziyyətdədir, istifadə, atəş açmaq üçün yararlıdır, tətiyi çəkmədən özü-özünə atəş açılmır. Bu markalı avtomat silahdan atəş açıldıqdan sonra şəraitdən asılı olaraq giliz sağa doğru istiqamətdə 9-11 metrə qədər məsafəyə düşür. “2”rəqəmi ilə işarələnmiş silah “3792018” №-li olub, 1985-ci ildə zavod üsulu ilə hazırlanmış 5,45 mm kalibirli olub, “Kalaşnikov” konstruksiyalı, AKS-74 markalı döyüş təyinatlı yivli-odlu avtomat silahdır, saz vəziyyətdədir, istifadə, atəş açmaq üçün yararlıdır, tətiyi çəkmədən özü-özünə atəş açılmır. Bu markalı avtomat silahdan atəş açıldıqdan sonra şəraitdən asılı olaraq giliz sağa doğru istiqamətdə 9-11 metrə qədər məsafəyə düşür. Tədqiqata təqdim edilmiş 09(doqquz) ədəd giliz 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AKS-74U” avtomatlarında, “RPK-74” əl pulemyotlarında istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən patronların atəşlə ayrılmış hissələridirgilizləridir. Həmin 09 ədəd gilizdən, “2”,“3”,“4”,“6”,“9” rəqəmləri ilə işarələnmiş 05 ədəd giliz “3792018” №li avtomat silahdan atılmışdır, digər “1”,“3”,“5”,“7” rəqəmi ilə işarələnmiş 04 ədəd giliz “215928” №li avtomat silahdan atılmışdır. Tədqiqata təqdim edilmiş 45 (qırx beş) ədəd patron 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AKS-74U” avtomatlarda, “RPK-74” əl plemyotlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş patronlardır. Döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Təqdiqata təqdim edilmiş 02 (iki) ədəd sandıqça 30 ədəd 5.45 mm kalibrli patron tutumuna malik olub, “AK-74”, “AKS-74”, “AKS-74U” avtomat silahlarda istifadə edilmək üçün nəzərdə tutulan funksional əhəmiyyət daşımayan sandıqçalardır, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah “09Y0093” №-li olub, zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli “İJ-71-100” modelli tapançadır-yivli odlu silahdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, tətiyini çəkmədən özü-özünə atəş acılmır. Bu modelli tapançadan atəş açıldıqdan sonra şəraitdən aslı olaraq giliz sağa doğru istiqamətdə 3-5 metrə qədər məsafəyə düşür. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd sandıqça “İJ-71-100” modelli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 10 ədəd 9 mm kalibirli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır (daraqdır), istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd 9 mm kalibrli patron zavod üsulu ilə istehsal edilmiş “İJ-71-100” , “Makarov” və avtomatik “Steçkin” modelli konstruksiyalı tapançalarda istifadə edilən, patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Patronlardan 01 ədədinin (tapançanın patron yuvasından götürülmüş) pistonun səthində yararlığına təsir etməyən tapançanın vurucu iynəsindən qalmağa xarakterik oval formalı səthi iz vardır, həmin izlər patronun patronluğa daxil olması zamanı yaranmışdır. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd giliz 9 mm kalibrli olub, həmin kalibrə malik olan “İJ-71-100”, “Makarov” və avtomatik “Steçkin” modelli və s. uyğun kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən patronların atəşlə ayrılmış hissələridir-gilizləridir. Həmin gilizlər “09Y0093” №-li tapançadan atılmışdır. Tədqiqata təqdim edilmiş iki ədəd avtomat silahın və bir ədəd tapançanın lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, təqdim edilmiş vəziyyətdə həmin silahlardan atəş açılmışdır. Tədqiqata təqdim edilmiş bir ədəd gödəkçə və bir ədəd qısaqol köynəyin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda və ölçüdə zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış barıt hissəciklərinin və mis metal izinin aşkar edilməməsinə baxmayaraq, onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən həmin zədələr giriş zədələri olmaqla, yivli odlu silahdan açılmış bir atəş nəticəsində, diametri 5,45 mm olan güllənin təsirindən, 2 metrdən yuxarı məsafədən, arxadan- önə doğru istiqamətdə yetirilməyə xarakterikdir. Geyim əşyaları üzərində olan zədələr öz yerləşmə sahələrinə görə mərhumun bədəni üzərində olan qərarın təsviri hissəsində göstərilən xəsarətlərlə üst-üstə düşür. Tədqiqata təqdim edilmiş bir ədəd belində kəməri olan, cins şalvar və bir cüt ayaqqabının üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə aşkar edilmədi. Tədqiqata təqdim edilmiş geyim əşyalarının üzərində atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edildi. Aparılmış ekprertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil edir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Kriminalistik Təhqiqatlar İdarəsinin 01 iyul 2023-cü il tarixli 23/8 nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə 2003-nömrəli hərbi hissənin N - cü sərhəd komendantlığının Yardımlı rayonu Deman kəndi ərazisində yerləşən 22-ci sərhəd zastavasının 16-cı sahəsində sərhəd pozucuları - X9 və digər naməlum şəxsin zərərsizləşdirilməsi zamanı 1-cinin yaralanaraq təxliyyə edilməsi, digərinin isə İran İslam Respublikasına qaçması faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 01 ədəd əl tapançasının üzərində yararlı əl izləri müəyyən olmadı. Tədqiqata təqdim edilmiş vət. X9 oğlunun adına çıxarılmış əl-barmaq və ovuc əksləri (daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd əl tapançasının üzərində şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı əl izləri olmadığı üçün DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, cümlədən tədqiqata təqdim edilmiş X5 adına çıxarılmış əl əksləri ilə müqayisəli tədqiqatın aparılması mümükün olmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 13 sentyabr 2022-ci il tarixli 1200 nömrəli rəyindən görünür ki, A.N.Nadirzadənin almış olduğu xəsarət- sağ 7-ci qabırğa qövsünün sınığı, qaraciyərin diafraqma səthinin, sağ ağciyərin aşağı payının zədələnməsi və hemopnevmotoraksla nəticələnmiş qarın boşluğunun sağ arxa hissəsindən döş boşluğundan keçən güllə yaralanması- patronun güllə (mərmi) ilə doldurulmuş odlu silahdan açılmış atəş (atəşlər) nəticəsində törənmişdir, müddəti və şəraiti qərarın təsviri hissəsində göstərilənlərə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli ola sağlamlığa AĞİR zərərvurmaya aiddir. A.N.Nadirzadə yaralanan zaman müxtəlif duruş, o cümlədən oturaq, yarımoturaq, uzanıqlı və s. vəziyyətlərdə ola bilərdi. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1209 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Nəsrəli oğlunda kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-cü il tarixli, 3463 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törətməmişdən əvvəl xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkər emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini tərədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İş materiallarında olan 12 avqust 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə Yardımlı rayonu Deman kəndində yerləşən 22-ci sərhəd zastavasının 16-cı sahəsində baş vermişdir. Hadisə yerindən cənub istiqamətdə İran İslam Respublikasıdır. Hadisə yerindən təqribən 200 metr məsafə aşağı istiqamətdə dərə mövcuddur. Hadisə yerində bir ədəd ağ rəngli lentə bükülmüş, ətrafında yaşıl və qırmızı rəngli məftillər olan, içərisində narkotik vasitə olması ehtimal olunan bir ədəd təqribi çəkisi 6-7 kq olan bağlama vardır. Bağlama özü iki hissəyə bölünmüşdür. Bundan başqa hadisə yerində 01 ədəd 5.45 mm kalibrli gilizəbənzər predmet aşkar edilir. Flaneç hissəsində 050-16 rəqəmləri yazılmışdır. Şərti olaraq 1 rəqəmi ilə işarə edilmiş gilizdən təqribən 3 metr 10 sm-məsafədə 5.45 mm kalibrli giliz aşkar edilir. Flaneç hissəsində 050-16 rəqəmləri həkk edilmişdir. Şərti olaraq “2” rəqəmi ilə işarə edilir. Arxa hissəsində vurucunun izi aşkar olunur. Şərti olaraq “2” rəqəmi ilə işarə edilmiş gilizəbənzər metal prdemetdən 5 metr 40 sm məsafədə digər 5.45 mm kalibrli giliz aşkar edilir. Flaneç hissəsində 050-16 rəqəmləri həkk edilmişdir. Arxasında vurucunun izi müşahidə olunur. Şərti olaraq “3” rəqəmi ilə işarə edilmiş gilizəbənzər predmetdən 2 metr 8 sm məsafədə digər gilizəbənzər predmet aşkar edilir. Flaneç hissəsində 050-16 rəqəmləri həkk edilmişdir. Şərti olaraq 4 rəqəmi ilə iş ediir. Bundan başqa hadisə yerində şərti olaraq “9” rəqəmi ilə işarə edilmiş 9 mm kalibrli gilizəbənzər metal predmet aşkar edilir. PM markalı tapançalardan istifadə üçün nəzərdə tutulmuşdur. Vurucunun izi aydın hiss olunur. Şərti olaraq “9” rəqəmi ilə işarə edilmiş gilizdən 9 metr 50 sm məsafədə yuxarıda qeyd olunmuş bağlama yerləşmişdir. 9 nömrəli gilizəbənzər metal pmetdən 6 metr 81 sm məsafə yuxarı istiqamətdə 9 mm kalibrli digər gilizəbənzər predmet aşkar edilir. Arxa hissəsində vurucunun izi müşahidə edilir. PM modelli tapançalardan istifadə olunması ehtimal edilir. Şərti olaraq “8” rəqəmi ilə işarə edilmiş 9 mm kalibrli gilizəbənzər metal predmetdən 4 metr 65 sm məsafədə 01 (bir) ədəd PM modelli tapança aşkar edilir. Tapançanın qoruyucusu açıq vəziyyətdədir. Üzərində 09Y00093 nömrəsi həkk olunmuşdur. Tapançanın darağı üzərindədir. Tapançanın darağı xaric edildikdən sonra müəyyən edildi ki, bir ədəd 9 mm kalibrli patron darağın üzərində, bir ədəd 9 mm kalibrli patron isə patron yuvasındadır. Patron yuvasında olan gilizin üzərində yaşıl rəngli pas ləkələri mövcuddur. Təxminən 150-200 metr məsafə irəli getdikdən sonra bir ədəd 5.45 mm kalibrli gilizəbənzər metal predmet aşkar edilidi. Flaneç hissəsində 050-16 rəqəmləri həkk olunmuşdur. Şərti olaraq “7” rəqəmi ilə işarə olunur. Həmin gilizdən 12 metr aşağı dərəyə istiqamətdə 5.45 mm kalibrli gilizəbənzər metal predmet aşkar edilir. Flaneç hissəsində 050-19 rəqəmləri həkk olunmuşdur. Həmin gilizdən 90 sm məsafədə digər 5.45 mm kalibrli giliz aşkar edilir. 5 rəqəmi ilə işarə edilmiş gilizəbənzər metal predmetdən 1 metr 90 sm məsafədə 5.45 mm kalibrli giliz aşkar edilir. Şərti olaraq 6 rəqəmi ilə işarə edilir. Zastava rəisi, baş leytenant Zərərçəkmiş şəxs1 istifadəsində olmuş bir ədəd AKC-74 markalı “3792018” nömrəli avtomat silahı təqdim etdi. İş üçün əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılaraq götürülməsi təmin ediləcəkdir. Bundan başqa digər predmetlər müvafiq qablaşdırma ilə götürüldü. Aşkar olunan gilizlər qablaşdırılaraq götürüldü. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında protokol”dan görünür ki, hadisə yerindən içərisində narkotik vasitələrin olması ehtimal edilən 01 ədəd bağlama aşkar edilmişdir. Həmin bağlama 2 ədəd bağlamadan təşkil edilmişdir. Üst tərəfdəki qara rəngli bağlama uc hissədən burulmaqla iki ədəd yaşıl və qırmızı rəngli məftillərlə bağlanmışdır. Bağlamaları bir-birinə birləşdirən ağ rəngli lentlər kəsici alətlə kəsildikdən sonra iki ədəd bağlama ayrılır. İkinci, yəni ağ rəngli bağlamalarında da 3 ədəd fərqli ölçülü kiçik bağlamalara ayrıldığı müəyyən edildi. Bir ədə qara rəngli bağlama 22-ci sərhəd zastavasında olan elektron tərəzidə çəkilmiş və çəkisinin 4460 qram olması müəyən edildi. Bir ədəd ağ rəngli bağlama elektron tərəzidə çəkilmiş, çəkisinin 2045 qram olması müəyyən edilmişdir. Bir ədəd ağ rəngli bağlama elektron tərəzidə çəkilmiş, çəkisinin 1025 qram olması müəyyən edildi. Bir ədəd ağ rəngli bağlama elektron tərəzidə çəkilmiş, çəkisinin 400 qram olması müəyyən edildi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 738 nömrəli DSX-nin hərbi Hospitalının «xəstəlik tarixindən çıxarış epeqrizdən» görünür ki, Təqsirləndirilən şəxs 12.08.22-ci il tarixdə odlu silah yaralanmas. Qarm boşluğunun dəlib-keçən. döş boşluğunun kor güllə yaralanması,dıafraqmanın,qaraciyərin diafraqmal səthinin, sağ ağciyərin aşağ, pay.n.n, sağ Vİİ qab.rğamn sınığı ilə nəticə ənən zədələnınələri ilə müşahidə olunan güllə yaralanması, sağ böyrək nalıiyyəsinin deşilmiş yarası( güllənin giriş dəliyi) travmatikhemorragik şok İll-İV dərəcəyə görə 12.08.22 tarixdə aparılmış Torokotomiya. sag ağciyərin didilmiş yarasının lıissəvi rezeksiyası,qaraciyərə hcmostatik tikişlərin qoyulması,diafraqma yarasının tikilməsi, döş boşluğunun BLAU üsulu ilə drenlənməsi (2 ədəd), Yuxarı-orta,orta-orta laparatoıniya.qarın boşluğundan qan laxtaları və qanın təmizlənməsi, qarın boşluğunun sanasiyası,təftişi və drenaj edilməsi” əməliyyatından sonrakı vəziyyət. Sağ döş nalıiyyəsinin bir ədəd yad cismi (mərmi gülləsi) diaqnozu ilə hospitalda müalicə almış və xx.xx.2022-ci il tarixdə stasionardan çıxarılmışdır. İş materiallarında olan istintaq orqanının 13 avqust 2022-ci il tarixli “maddi sübutun tanınması” haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 7014,88 qram qurudulmuş marixuanna maddi sübut kimi tanınmış Yardımlı RPŞ-nin saxlanma kamerasına təhvil verilmişdir. İş materiallarında olan istintaq orqanının 30 avqust 2022-ci il tarixli “maddi sübutun tanınması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd «Samsung J4» markalı mobil telefon, habelə içərisində olmuş 2 ədəd İİR mobil operatoruna məxsus mobil nömrələr madi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 13 sentyabr 2022-ci il tarixli “maddi sübutun tanınması və təhvil verilməsi” haqqında qərardan görünür ki, bir ədəd “İJ- 71-100 modelli tapança (içərisində bir ədəd sandıqça olmaqla), iki ədəd 9 mm kalibrli gilizəbənzər metal predmet, 01 ədəd 9 mm kalibrli patron, ( 01 ədəd 9 mm patron eksperimental atəş üçün istifadə edildiyindən 01 ədəd giliz), 09 ədəd 5.45 mm kalibrli giliz, 39 ədəd 5.45 mm kalibrli patron (6 ədədi eksperimental atəş üçün istifadə edildiyindən 6 ədəd giliz) 01 ədəd AKS-74 markalı ******* nömrəli avtomat silah, 01 ədəd AKS-74U markah 215928 nömrəli avtomat silah, 02 ədəd sandıqça və bundan başqa X5 əynində olmuş 01 ədəd göy rəngli gödəkçə, bir ədəd qırmızı rəngli qısaqol köynək, bir ədəd üzərində kəmər olan şalvar və bir cüt qara rəngli çəkmələr iş üzrə maddi sübut kimi tanınsın və saxlanılması üçün DSX- nin N nömrəli hərbi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan 31 oktyabr 2022-ci il tarixli «Qəbz»dən görünür ki, bir ədəd “İJ- 71-100 modelli tapança (içərisində bir ədəd sandıqça olmaqla), iki ədəd 9 mm kalibrli gilizəbənzər metal predmet, 01 ədəd 9 mm kalibrli patron, ( 01 ədəd 9 mm patron eksperimental atəş üçün istifadə edildiyindən 01 ədəd giliz), Yardımlı RPŞ-nə təhvil verilmiş, 09 ədəd 5.45 mm kalibrli giliz, 39 ədəd 5.45 mm kalibrli patron (6 ədədi eksperimental atəş üçün istifadə edildiyindən 6 ədəd giliz) 01 ədəd AKS-74 markalı ******* nömrəli avtomat silah, 01 ədəd AKS-74U markah 215928 nömrəli avtomat silah, 02 ədəd sandıqça DSX-nin N nömrəli hərbi həissəsinə və bundan başqa X5 əynində olmuş 01 ədəd göy rəngli gödəkçə, bir ədəd qırmızı rəngli qısaqol köynək, bir ədəd üzərində kəmər olan şalvar və bir cüt qara rəngli çəkmələr Yardımlı Rayon Prokurorluğuna təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 012-13666-1222 saylı məktubundan görünür ki, dövlətlərarası axtarışda olan silahların bazası ilə yoxlanılarkən müəyyən edilmişdir ki, həmin silah (silahın markası «PMM», nömrəsi “09U0093”) xx.xx.2020-ci il tarixdə Ermənistan Respublikası ərazisində Rusiya RF Federal Sərhəd Xidmətinin əməkdaşı tərəfindən itirildiyinə görə Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdən dövlətlərarası axtarışdadır. İş materiallarında olan 20 mart 2022-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, cinayət işinin digər iştirakçısı İİR-nın vətəndaşı X14 adı ilə məlum olan şəxsin eləcə də cinayətkar qrupun digər üzvlərinin müəyyən edilməsi məqsədilə cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.3, 29,120.2.7, 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3, 315 və 318.2-ci maddələri ilə ayrıca cinayət işi ayrılmışdır. İş materiallarında olan «inzibati qaydada tutulma haqqında» 12 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 02:55-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 25 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs barəsində həbs olmanın əvvəli 25 avqust 2022-ci il tarixdən hesablanmmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnalogiyaları idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 16/1-1363id saylı məktubundan görünür ki, X8 “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində sərhəd keçmə məlumatı müəyyən edilməmişdir. İş materiallarında olan 31 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs X3 Sistemi üzrə yoxlanılmış və qeydiyyatda olması barədə heç bir məlumat aşkar olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 29,120.2.1, 29,120.2.3, 29,120.2.7, 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3, 315 və 318.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidirlər və onların təqsirliliyi kifayət qədər sübuta yetirilir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 29,120.2.1, 29,120.2.3, 29,120.2.7, 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3, 315 və 318.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxslərin əldə etdiyi narkotik vasitə qurudulmuş marixuanna “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən əməlini qismən etiraf etməsini, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Mamedov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.3, 29,120.2.7-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini odlu silahdan istifadə etmək törətməsi həmin Məcəllənin 61.1.10-cu maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxslərin hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.3, 29,120.2.7, 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3, 315 və 318.2-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzaları təyin edilməli təyin edilməli, CM-in 66.3-cü maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52.1 və 52.1-1-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı və onun Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdırlar. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Yardımlı rayon polis idarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 7014,88 qram qurudulmuş marixuanna məhv edilməli, bir ədəd 09Y0093 nömrəli “İJ- 71-100 modelli tapança, həmin silaha aid bir ədəd sandıqça, 01 ədəd 9 mm kalibrli patron və 3 ədəd 9 mm kalibrli patrondan ayrılmış giliz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməli, 09 ədəd 5.45 mm kalibrli giliz, 39 ədəd 5.45 mm kalibrli patron (6 ədədi eksperimental atəş üçün istifadə edildiyindən 6 ədəd giliz) 01 ədəd AKS-74 markalı ******* nömrəli avtomat silah, 01 ədəd AKS-74U markah 215928 nömrəli avtomat silah, 02 ədəd sandıqçanın DSX-nin N nömrəli hərbi hissəsinə təhviml verilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd «Samsung J4» markalı mobil telefon, habelə içərisində olmuş 2 ədəd İİR mobil operatoruna məxsus mobil nömrələrin cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilməli, Yardımlı rayon prokurorluğunda saxlanılan X5 əynində olmuş 01 ədəd göy rəngli gödəkçə, bir ədəd qırmızı rəngli qısaqol köynək, bir ədəd üzərində kəmər olan şalvar və bir cüt qara rəngli çəkmələr məhv edilməlidir. İş materialları ilə müəyyən edilir ki, təqsirləndirilən şəxs 12 avqust 2022-ci il tarixdən inzibati qaydada tutulmuş, həmin tarixdən xx.xx.2022-ci il tarixədək DSX-nin hərbi Hospitalınında odlu silahın yaralanması ilə əlaqədar stasionar müalicədə olmuş, bu səbəbdən məhkəmə nəticəyə gəlir ki, onun azadlığının faktiki məhdudlaşdırıldığı tarix 12 avqust 2022-ci il müəyyən edilir. Odur məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki saxlanıldığı 12 avqust 2022-ci il tarixdən hesablamalıdır. İş üzrə 260 (iki yüz altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.3, 29,120.2.7, 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3, 315 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona, CM-in 29,120.2.1, 29,120.2.3 və 29,120.2.7-ci maddələri ilə 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 228.2.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 315-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası və CMin 318.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli 12 avqust 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə 260 (iki yüz altmış) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 52.1 və 52.1-1-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın və onun Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. İş üzrə maddi sübut kimi tanınaraq - Yardımlı rayon polis idarəsində saxlanılan 7014,88 qram qurudulmuş marixuanna məhv edilsin. - Yardımlı rayon polis idarəsində saxlanılan bir ədəd 09Y0093 nömrəli “İJ- 71-100 modelli tapança, həmin silaha aid bir ədəd sandıqça, 01 ədəd 9 mm kalibrli patron və 3 ədəd 9 mm kalibrli patrondan ayrılmış giliz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. - İş materiallarında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd «Samsung J4» markalı mobil telefon, habelə içərisində olmuş 2 ədəd İİR mobil operatoruna məxsus mobil nömrələrin cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanasında və ya cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilsin. - Yardımlı rayon prokurorluğunda saxlanılan - X5 əynində olmuş 01 ədəd göy rəngli gödəkçə, bir ədəd qırmızı rəngli qısaqol köynək, bir ədəd üzərində kəmər olan şalvar və bir cüt qara rəngli çəkmələr məhv edilsin. - 09 ədəd 5.45 mm kalibrli giliz, 39 ədəd 5.45 mm kalibrli patron (6 ədədi eksperimental atəş üçün istifadə edildiyindən 6 ədəd giliz) 01 ədəd AKS-74 markalı ******* nömrəli avtomat silah, 01 ədəd AKS-74U markah 215928 nömrəli avtomat silah, 02 ədəd sandıqçanın DSX-nin N nömrəli hərbi hissəsinə təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar