Məhkəmə qərarları › İş №1(099)-346/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-346/2025

16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-346/2025 16.01.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədli Ənnağı Əbdül oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, Katib1, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X5 iştirakları ilə, - xx xxxxxxx 1984-cü ildə İran İslam Respublikasının Germi şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay (boşanmış), himayəsində bir azyaşlı uşağı olan, fərdi qaydada əməklə məşğul olmuş (ev ustası), əvvəllər məhkum olunmamış, Germi şəhərində qeydiyyatda olmaqla, orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1, 234.4.3, 318.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs qazanc əldə etmək üçün İran İslam Respublikasında istintaqa və məhkəməyə məlum olmayan vaxtda külli miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 6800 qram qurudulmuş marixuananı tamah niyyəti ilə, yəni qanunsuz olaraq satış məqsədi ilə şəxsiyyətləri X6 və X18 kimi məlum olan İran İslam Respublikasının vətəndaşları və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edib, saxlamış, daha sonra təkbaşına daşıyaraq qaçaqmalçılıq yolu ilə 28 yanvar 2025-ci il tarixdə, saat 02 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Cəlilabad rayonu Əsədli kəndində yerləşən 13-cü sərhəd zastavasının 15-ci sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qəsdən, qanunsuz olaraq keçməklə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə daşıyaraq, əvvəlcədən razılaşdırdıqları kimi N nömrəli hərbi hissəsinin Cəlilabad rayonu Əsədli kəndində yerləşən 13-cü sərhəd zastavasının 15-ci sahəsindən İrandan Azərbaycana qanunsuz olaraq keçirdikdən sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən 28 yanvar 2025-ci il tarixdə, saat 04:15 radələrində N nömrəli hərbi hissənin Cəlilabad rayonu Əsədli kəndində yerləşən 13-cü sərhəd zastavasının 15-ci sahəsindən arxa istiqamətində, dövlət sərhəd xəttindən təxminən 800 metr Azərbaycan Respublikası tərəfə, 87 nömrəli sərhəd nişanından 300 metr solda, mühəndis-texniki çəpərdən 50 metr çöldə saxlanılmış, üzərindən külli miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 6800 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittihamla özünü yalnız 318.1-ci maddə ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, boşanmışdır, bir azyaşlı uşağı vardır və uşağına aylıq pul verir, əvvəllər məhkum olunmamışdır. Sərhədi keçərkən üzərində narkotik vasitə olmamış, “dron” vasitəsilə saxlanılmışdır. İranın Germi şəhərində mal-heyvan alveri ilə məşğul olan kasıb biridir. Toy məclisi ilə əlaqədar Fəramiz adlı şəxs ona sərhədi keçərək təpənin başında qoyulmuş içkiləri götürməsini bildirmiş, sərhədi təkbaşına keçmiş, başının üzərində “dron” aparatı uçurulmuşdur. Həmin vaxt əlində, üzərində heç nə olmamışdır. Sərhədçilər onu tutub vuraraq maşına atıb palaskaya (zastavaya) aparmışlar. Orada bir saatdan sonra ağzı açıq şəkildə torba gətirilmiş, hətta masanın üzərinə butulka da qoymuşlar. Ona göstərilən fiziki təzyiq nəticəsində məcburiyyət qarşısında qalıb, təqdim edilmiş sənədlərə imza etmiş, videoçəkiliş aparılmışdır. Faktiki olaraq necə və nə ilə tutulması, bununla bağlı “dron” çəkilişinin olması ona bildirilmiş, lakin həmin videogörüntüyə baxa bilməmişdir. Sərhədi keçərkən tək olmuş və tək tutulmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Fəramiz adlı şəxs onu aldatmış, Səccadla birlikdə sərhədə gətirmişlər. Sərhədi keçməyə görə ona pul veriləcəkdi. Birinci təpəni keçmiş, ikinci təpədə iyirmi-otuz nəfər tərəfindən tutulmuşdur. Sərhədçilər gələn kimi təpənin başından üzü aşağı sərhədə doğru gedib oradakı toxumluqda gizlənmiş, iki-üç saatdan sonra “dron” onun yerini aşkar etmişdir. Germi şəhərindən sərhədə 70 km məsafə olmaz heç, çayın içidir, hardasa 30-40 dəqiqəlik yol var. Sərhədin Bağırlı hissəsinə gəlmiş, ona durbinlə təpəyə baxması bildirilmişdir. Sərhədçilərin zastavada onu vurmaları nəticəsində barmağı sınmış və əyri bitmişdir. Sərhədi gecə saat 12-02 radələrində keçmiş, onu tutduqdan sonra üç-dörd saat döymüşlər. Bununla bağlı heç bir orqana şikayət etməmiş, yalnız barəsində qətimkan tədbiri seçiləndə məhkəməyə (audio-video qeydiyyat aparılmamışdır), bir də vəkilinə bildirmişdir. Saxlanılanda, bir də zastavada olduğu vaxt sərhədçilərdən başqa ibtidai istintaq müddətində kimsə tərəfindən döyülməmişdir. Tutularkən üzərində narkotik vasitə olmamışdır. Müstəntiq ifadəsini ona oxuyanda yazılanlarla razı olmadığını bildirmişdir. Fars məktəbində az oxumuşdur, türkcə bəzi əlifbanı bilmir. Savadı olmadığı üçün ibtidai istintaq zamanı qabağına qoyulan bütün sənədləri imzalamışdır. Tutulandan üç-dörd gün sonra Bakı İstintaq Təcridxanasına aparılmış, orada xəsarətləri qeydə alınmış, tutularkən xəsarət aldığını bildirmiş, bədənində göy rəngdə xəsarətlər olsa da, müalicə edilməmiş, hətta tutulandan iki gün ərzində ona yemək belə verilməmişdir. Sərhədi keçərkən sərxoş vəziyyətdə olmuşdur. Spirtli içkini gecə saat 11-də çayın yaxınlığında- Bağırlıda içmişdir. Sərhəddən spirtli içki götürəcəyi barədə İran Azərbaycanından olan Fəraməz ona danışmış, içkini kimin, neçə nəfərin gətirəcəyini bilməmişdir. İran İslam Respublikasında heç vaxt tutulmamışdır, ilk dəfədir ki, başına belə hadisə gəlib. Saxlanılarkən üzərində sadə “Nokia” markalı mobil telefon, qulaqcıq, cib bıcağı və bir ədəd sadə əşya olmuşdur. Barəsində qətimkan tədbiri seçiləndə sərhədi qanunsuz olaraq keçməsi barədə bu işi görərkən təzyiq altında olması, məcbur qalıb bu hərəkəti etməsini deməsini İranda borcunun olması, həmin borcun ödənməsi və əlavə pul əldə etmək istəməsi ilə əlaqələndirmişdir. Ona borcunu ödəməsə, məhkəməyə veriləcəyi bildirilmişdir. Məhkəmədə nümayiş etdirilən hadisə yerinə və əşyaya baxış keçirlərkən aparılmış videoçəkilişlər zamanı təzyiq altında olmuş, həmin vaxt hal şahidləri olmamış, onları sonradan orada görmüş, hətta hal şahidlərindən biri gözü görməyən şəxs imiş. Videoçəkliş zamanı altı-yeddi nəfər əllərində butulka və s. ilə kənarda dayanmışlar. Sərhədi tikanlı məftilləri qaldırmaqla altından sürünərək keçmişdir. Spirtli içkini sərhədə gətirənlər təpənin başında olub ona zəng vuracaqdılar. Tutulandan sonra oraya kiminsə gəlməsini görməmişdir. Videoçəkilişdə olan qara rəngli torbanın oraya kim tərəfindən gətirilib qoyulmasını bilməmişdir. Videoçəkilişi tutulandan iki-üç saat sonra çəkmişlər, bundan başqa gündüz saatlarında da videoçəkiliş olmuşdur. Məhkəmə istintaqının davamında Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq yaxın olduğu üçün sərhədi Cəlilabad rayonu ərazisindən keçdiyini və bu halın ilk dəfə baş verməsini, sərhədi keçəndə yan-yörəsində adam görmədiyini, “dronla” yeri müəyyən olunandan sonra qaçmadığını, dayandığını, onu tutan şəxslərin ikisi əsgər olmaqla, ümumilikdə yeddi-səkkiz nəfər olduqlarını, Şahid6, Şahid5, Şahid4 adlı şəxsləri tanımadığını, hal şahidlərindən Şahid2 hadisə yerində deyil zastavada görməsini, komandirlə Mürsəlin ağzına gələni ona dediklərini, zastavada üzünə və bədəninə yumruqla vurulmasını, müstəntiq Murad Abdullayevin göstərdiyi psixi təzyiq nəticəsində barəsində qətimkan tədbiri seçilərkən məhkəmədə döyüldüyünü demədiyini, barmağını müstəntiqin sındırmasını, mobil telefonunun zastavada ondan alınıb sonra müstəntiqə təhvil verilməsini, telefonunda kiminləsə danışığının olmamasını, bir gün istintaq təcridxanasında karantində qalandan sonra müayinə olunmasını, barmağı sındığı üçün ona iynə-dərman verilməsini, hal şahidlərinin günorta saat 11 radələrində gəldiklərini, videoçəkilişin saxlanılandan səhəri gün axşamtərəfi aparılmasını, son sözündə isə ona qarşı irəli sürülmüş ittihamı qəbul etmədiyini, sərhədi keçməklə səhv etməsini, bundan çox peşiman olmasını, tutulduğu vaxt deyil, sabahı gün barəsində çəkiliş aparıldığını, narkotiklə heç bir əlaqəsi olmadığını, onda narkotik olsaydı, gizlədə biləcəyini, bir millət olduğumuzu, azərbaycanlı olması ilə iftixar etdiyini bildirərək, dediklərinin nəzərə alınmaqla barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (təqsirləndirilən şəxsi və şahidləri) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2024-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağrılmış, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində xidmət etmiş, 13-cü sərhəd zastavasında texniki manqanın rabitəçisi olmuşdur. 28 yanvar 2025-ci il tarixdə, saat 00:00-dan 04:00-dək “növbətçi operator” xidmətinə təyin olunmuş, “PTZ” tipli videomüşahidə kamerası ilə ətrafı müşahidə edərkən gecə saat 01:46 radələrində dövlət sərhədinin pozulması faktını, yəni, kamerada üç nəfərin sərhədə yaxınlaşmasını, birinin sərhədi keçməsini, digər ikisinin isə geri qayıtmasını görmüş, bu barədə zastava rəisi Vüsal İbrahimova məruz etmiş, nəticədə zastava komandaya, qruplar hərəkətə qalxmışdır. Şahid3 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, 2024-cü ilin dekabr ayından növbətçi operator kimi xidmətə başlamış və həmin vaxtdan ilk dəfə belə bir halla rastlaşmışdır. 28 yanvar 2025-ci il tarixdə gecə saatlarında sərhədi keçən şəxsin üzərində (əlində) yük olmuşdur. Rəhbərliyə dövlət sərhədinin pozulması barədə ilkin məlumatı gecə saat 01:48 radələrində vermişdir. Görüntü termal görüntü idi. Dron müşahidəsini sərhəd kommendaturası aparmışdır. Kamerada dronu görməmişdir. Qrupları kamera çəkdiyi yerə kimi müşahidə edə bilmişdir. Saxlanılan şəxs İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idi və onu izahat verməyə gedəndə görmüşdür. Mehdi Bolqar çayını, sonra da maneə çəpərini keçmiş və növbənin sonuna kimi tutulmuşdur. Mehdinin dərədən tutulub gətirilməsini kameradan müşahidə edə bilməmişdir. Kəşfiyyat İdarəsinin əməliyyat müvəkkili Şahid4 hadisə vaxtı orada görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsi Kəşfiyyat İdarəsinin əməliyyat müvəkkili Şahid4, hərbi qulluqçular Şahid6, Şahid5 hər biri ayrı-ayrılıqda Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadə vermişlər. Şahid4 əlavə olaraq bildirmişdir ki, hadisə vaxtı Təqsirləndirilən şəxs torpaqda yer edib gizlənmiş, bir qədər axtarışdan sonra onu tapmışlar. Mehdinin üzərində qara və ya boztəhər bağlama olmuş, ona verilmiş həmin bağlamanı götürüb kiməsə çatdıracağını bildirərək əməlini etiraf etmişdir. Həmin şübhəli torbaya baxış keçirilərkən içərisində narkotik vasitə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq, təsir olmamış, Mehdi özü də onlara müqavimət göstərməmişdir. Mehdini saxladıqları sahə Cəlilabad rayonu istiqamətində yerləşir. Pusqu xidmətində olan beş nəfərdən Şahid5lə Şahid6 xatırlamışdır. Mehdi üzərindəki torba ilə birlikdə 2025-ci ilin yanvar ayının 27-dən 28-nə keçən gecə, saat iki-dörd radələrində aşkar olunaraq saxlanılmışdır. Mehdini iki saata yaxın vaxt ərzində axtarmışlar və onun yerinin müəyyənləşdirilməsini operatorlar istiqamətləndirmişdir. Həmin vaxt hamı birgə işləmişdir. Mehdiyə ilk olaraq əsgər Amillə birlikdə yaxınlaşmış, digərləri tədricən yaxınlaşmışlar və onu aparıb zastavaya təhvil vermişlər. Sonra təhqiqatçı dəvət edilmiş və videoçəkiliş aparılmışdır. Mehdi saxlanılanda əynində qara rəngli “penjama” olmuşdur. Mehdinin saxlanılmasında ola bilsin ki, drondan istifadə edilmişdir, çünki dövlət sərhədi pozulanda bunun qarşısını almaq üçüb bütün texniki vasitələrdən istifadə edirlər. “Növbətçi operator” məntəqədə oturub ətrafa nəzarət edir. İlk videoçəkiliş Mehdinin saxlanılması və narkotik vasitə ilə bağlı olmuşdur. Səhv etmirsə, zastavada torbaya baxış keçirilməsində iştirak etmiş və bu barədə protokol tərtib olunmuşdur. Baxışda iştirak etməsinə baxmayaraq, adının protokola salınmaması ola bilər, mümkündür. Torbaya zastavada baxış keçiriləndə özü, təhqiqatçı, iki mülki şəxs və digərləri iştirak etmişlər. İzahat verdikdən sonrakı proseslərdə iştirak etməmişdir. Mehdi saxlanıldıqdan hardasa yarım sonra baxış istintaq hərəkəti keçirilmiş, zastavaya yaxın kəndlərdən iki nəfər mülki şəxs əməliyyatçı və təhqiqatçı tərəfindən dəvət edilmişlər. Hal şahidlərinin təhqiqatçıdan əvvəl və ya sonra gəlməsini xatırlamır, lakin təhqiqatçı ona məlumat veriləndən təxminən qırx dəqiqə sonra gəlmişdir. Hal şahidlərinin zəng olunmadan da gedib gətirilmələri mümkündür. Videoçəkilişdə olan torba Mehdinin üzərindən aşkarlanmış torba olmuşdur. Təhqiqatçı gələnə kimi torbaya toxunmamışlar. Videoçəkilişdə görünən bağlamanın üzərindəki zədə (çərtilmiş yer) marixuananın kötüklərinin torbaya zədə yetirməsi nəticəsində əmələ gələ bilərdi. Hadisə vaxtı istifadəsində olan 051 944-88-66 nömrəli mobil telefon işlək vəziyyətdə və üzərində olmuşdur. Fikir vermədiyi üçün Mehdidə xəsarət olmasını görə bilməmişdir. Drona şəxs olaraq kimin nəzarət etdiyini bilməmişdir. Şahid6 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanıyır, onun üzərindən içərisində bağlamalar olan qara torba aşkarlanaraq götürülmüş və bağlamadakıların narkotik vasitə marixuanaya bənzər kütlə olmasını müəyyən etmişlər. Mehdi ilə aparılmış sorğu-sualda iştirak etməmişdir. Səhv etmirsə, Mehdi torbanı belinə bağlamışdır, çünki, torbanın ipləri vardır. Mehdi şumluq ərazidə saxlanılmış və bu zaman “drondan” istifadə edilmişdir. Qaçaqçı üçün tikanlı məftil maneə deyildir. Mehdi yalan danışır, ona qarşı hər hansı təzyiq, təsir olmamışdır. Mehdinin əlində bıçaq olmuşdur. Tədbirdə üç nəfər iştirak etmişlər. Torba Mehdinin yaxınlığında olmuşdur. Mehdi yaxalandıqdan sonra yayınmağa çalışmışdır. Yerində baxış keçirilməsinə dair qərar vermək səlahiyyəti yoxdur. Şahid5 əlavə olaraq bildirmişdir ki, hadisə vaxtı Təqsirləndirilən şəxs dərə boşluğuna doğru hərəkət etmiş, onlar dərənin bir az qırağında tam görə bilmək üçün pusquda dayanmışlar. Həmin ərazidə sərhəd xətti Bolqar çayı ilə müəyyən olunur. Sərhədə bilmədiyi sayda şəxslər yaxınlaşmış, lakin sərhədi keçən bir nəfər olmuşdur. Mehdi qarşısı alındığı üçün geri qayıda bilməmişdir. Həmin vaxt silahdan istifadə edilməmiş, sadəcə havanı işıqlandırmaq üçün siqnal tapançasından istifadə etmişlər. Mehdinin qara torbanı çiynində aparması kameraya düşmüş və həmin torbanı onun böyür tərəfində tapmışlar. Mehdini təqib etməkdə kameralar onlara kömək etmişdir. Mehdi tabe olmamış və qaçmışdır. Daxil olmuş məlumatla Mehdinin saxlanması arasında olan iki saat müddət onun axtarışı ilə bağlı olmuşdur. Məlumat əməliyyat xətti ilə daxil olmuşdur. Həmin vaxt gecə olduğundan hadisəni telefonla çəkmək ağıllarına gəlməmişdir. Mehdidə sərxoşluq hiss etməmişdir. Mehdiyə qarşı heç bir təzyiq, təsir göstərilməmişdir. Mehdi saxlanılarkən onlara şikayət etməmiş, onun zədə almasını görməmişdir. Əməliyyat tədbiri zamanı “dron” uçuş aparatından istifadə edilmiş, lakin məlumatlar yaddaşa yazılmamışdır. “Dron” kommendaturanın sərəncamındadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanıyır. Özü sərhəd kommendaturasının mülki işçisidir, fəhlə işləyir. Ona məlumat gəlmişdir ki, Mehdi içərisində bağlamalar olan qara sellefonla saxlanılmışdır. Bağlamaların üzərinə skoc çəkilmişdi, içərisində marixuana olduğu məlum idi. Mehdini görmüş və aparılmış istintaq hərəkətlərində hal şahidi qismində iştirak etmişdir. Şahid2 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, həmin vaxt Təqsirləndirilən şəxs bağlamaları kimə verəcəyini bildirməmişdir. Mehdiyə qarşı hər hansı təzyiq, təsir olmamış, əksinə ona siqaret, çörək vermişlər. Mehdiyə sərhədi keçdiyi üçün öz iradını bildirmiş, o da heç bir etiraz etməmişdir. Mehdidən aşkarlanan torbaya baxış keçirilmişdir. 2025-ci ilin yanvar ayının 18-20-də, axşam saat 18 radələrində kommendaturanın rəhbərliyi, səhv etmirsə Şahid5 onu çağırmış, digər hal şahidi Şahid1 ondan hardasa bir saat əvvəl oraya gəlmiş, Əbülfətin iştirakının telefon zəngi və ya evinə gedib çağırılmaqla təşkil edilməsi barədə məlumatı olmamışdır. Torbanı Mehdi özü açmış, lazımı yerə çatdırmasının ona deyildiyini, lakin yaxalandığını bildirmişdir. Həmin vaxt kommendaturanın rəhbər heyəti də orada olmuşdur. Baxış başa çatandan sonra Mehdini hərbi hissəyə aparmışlar, o da çıxıb evinə getmişdir. Həmin gün 050 ***-**-** nömrəli mobil telefonu üzərində olmuşdur. Mehdinin üzərində başqa heç nə görməmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkarlanan narkotiklə ekspertiza rəyindəki çəki arasında olan fərq skoç ilə bağlanması səbəbindən ola bilərdi. Bu barədə artıq təxminən üçüncü dəfədir ki, hal şahidi qismində iştirak etməsi səbəbindən məlumatlıdır. Cinayət işinin materiallarında olan “şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında”, “hadisə yerinə baxış keçirilməsi haqqında”, “baxış keçirilməsi haqqında” 28 yanvar 2025-ci il tarixli protokollardakı imzalar ona məxsus deyildir, lakn 05 fevral 2025-ci il tarixli ifadəsində olan imza ona məxsusdur və həmin ifadəsini təsdiq edir. İfadəsini hərbi hissədə vermiş, ifadəsi kompüterdə yazılmış, sonra ona oxunmuş, o da imza etmişdir. Adətən səhər saat 08:30-dan axşam saat 17-dək işdə olur, əlavə işi olduğu halda isə 18-19-da işdən çıxır. Mehdini ilk dəfə 28 yanvar 2025-ci il tarixdə, axşam saat 17-18 radələrində görmüş, bundan əvvəl görməmiş, bir də həmin gün axşam saat 22 radələrində hadisə yerinə baxışda görmüşdür. Hər iki baxışda digər hal şahidi Şahid1lə birlikdə iştirak etmiş, daha sonra çıxıb evlərinə getmişlər. Yaşadığı kəndlə kommendaturanın arasında təxminən 7 km məsafə var. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanıyır. Əvvəllər sərhəd kommendaturasının işçisi olmuş, ştat ixtisarı ilə əlaqədar üç il əvvəl işdən çıxarılmışdır. 28 yanvar 2025-ci il tarixdə, axşam saat 22 radələrində evdə olarkən kommendaturaya çağırılmış, orada Mehdinin gətirdiyi torbaya baxış keçirilmiş və içərisində yeddi ədəd bağlama olduğunu görmüşdür. Həmin vaxt ondan başqa digər hal şahidi də iştirak etmişdir. Şahid1 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, əvvəllər də bir dəfə hal şahidi qismində iştirak etmişdir. 28 yanvar 2025-ci il tarixdə axşam saatlarında kommendaturaya çağırılmamışdan əvvəl orada olmamışdır. Əməliyyatçı, kommendant tərəfindən çağırılmışdır. Mehdi tutulan vaxt orada olmamışdır. Videoçəkiliş Mehdinin tutulduğu ərazidə aparılmışdır. Həmin vaxt Mehdi torbanı hansı şəraitdə, necə və haradan keçirdiyini göstərmiş, verilmiş suallara cavab olaraq ehtiyacı ilə əlaqədar sərhədi keçərək torbanı qarşılayacaq adama çatdırcağını, həmin şəxsin kimliyi ilə əlaqədar məlumatı olmadığını bildirmişdir. Mehdinin sərhədi keçdiyi yer 13-cü sərhəd zastavasının ərazisidir, dağlıq zonadır. Mehdi öz etirazını bildirməmiş, ona qarşı hər hansı təzyiq, təsir tətbiq olunmamış, hətta su, siqaret, yemək vermişlər. Növbəti gün videoçəkiliş yerinə getmişlər. Həmin vaxt bəlkə də, mobil telefonu üzərində olmuşdur. İstifadəsində olan mobil nömrə 051 ***-**-**. Kommendaturaya telefonla buraxmırlar. Mursəl Lətifovu ondan qabaq çağırmışlar, lakin saatı dəqiq xatırlamamışdır. Hadisə yerinə baxışa Mürsəllə eyni vaxtda getmişlər. Kommendatura ilə hadisə yerinin arasında olan məsafə yarım saat olar. Hadisə yerinə bir dəfə getmişdir. Birinci videoçəkiliş kommendaturada, sonra isə hadisə yerində olmuşdur. Dan yeri söküləndə hadisə yerində olmamışdır. Səhər vaxtı kommendaturadan çağırılmış, hadisə yerinə baxış isə axşam vaxtı olmuşdur. Cinayət işinin materiallarında olan ifadələrindəki imzalar ona məxsusdur. Öz növbəsində o da Mehdiyə əməllərinə görə irad bildirmiş, lakin onu söyməmişdir. Mehdinin üzərindən mobil telefon da çıxmışdır. Məhkəmədə elan olunmuş ifadəsinin ibtidai istintaq zamanı ona oxunduğunu, həmin ifadəsini təsdiq etdiyini, məhkəmə iclasında verdiyi ifadəsinin də doğru olmasını bildirmişdir. Yaşadığı Ləki kəndi ilə kommendaturanın arasında 2 km məsafə var, zastava qonşu kənddədir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılaraq, icraata qəbul edilmişdir (iş vərəqi 01-02). Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin xx.xx.2025-ci il tarixli məktubu və raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 01:46 radələrində “PTZ” markalı videokamera ilə müşahidə aparılarkən bir nəfər şəxsin 13-cü sərhəd zastavasının 15-ci sahəsi istiqamətindən İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru dövlət sərhəddini pozaraq 87 nömrəli sərhəd nişanından təxminən 500 metr soldan keçərək mühəndis-texniki çəpərinə doğru hərəkət etməsi müşahidə edilmiş, nəticədə saat 04:15 radələrində 13-cü sərhəd zastavasının 15-ci sahənin arxa istiqamətində dövlət sərhəd xəttindən təxminən 800 metr Azərbaycan Respublikası tərəfə, 87 metr sərhəd nişanından 300 metr solda, mühəndistexniki çəpərdən 50 metr çöldə həmin bir nəfər şəxs sərhəd naryadı tərəfindən saxlanılmış, sonuncu özünü İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs kimi təqdim etmiş, üzərindən ümumi təmiz çəkisi bükümlərlə birlikdə 7145 qram narkotik vasitə marixuanaya bənzər maddələr olan kisə aşkar edilərək götürülmüşdür (iş vərəqi 05- 06). N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli “əməliyyat tədbirinin keçirilməsi barədə” qərarının çıxarışından görünür ki, xx.xx.2025-ci il tarixdə Cəlilabad rayonunun Musalı kəndi ərazisində “Musalı” dərəsi istiqamətində (3-cü SK 13-cü SZ-nın 14-16-cı sahələri) İran İslam Respublikasından Azərbaycan Respublikasına külli miqdarda narkotik vasitələrin bir nəfər İran vətəndaşı tərəfindən keçirilməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında şübhəli şəxsin (şəxslərin) saxlanılması üçün qeyd olunan ərazidə sərhəd naryad xidməti təşkil olunmuşdur (iş vərəqi 07-08). N nömrəli hərbi hissənin “inzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə, saat 04:55-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 570-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs inzibati qaydada tutulmuşdur (iş vərəqi 21). N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli “şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” protokolundan görünür ki, hal şahidlərinin iştirakları ilə İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərindən bir ədəd qara rəngli, “Nokia” markalı, düyməli mobil telefon və qulaqcıq aşkar olunaraq götürülmüşdür (iş vərəqi 22). N nömrəli hərbi hissənin “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolu və ona əlavə edilmiş sxemdən görünür ki, hadisə yeri olan 13-cü sərhəd zastavasının dislokasiya yerindən Cəlilabad rayonunun Əsədli kəndinə qədər olan məsafə təxminən 20000 metr; 13-cü sərhəd zastavasının dislokasiya yerindən 15-ci sahəyə (sərhəd pozucusunun saxlanıldığ yerə) qədər olan məsafə təxminən 7000 metr; 15-ci sahədən Cəlilabad rayonunun Əsədli kəndinə qədər olan məsafə təxminən 6500 metrdir. 15-ci sahədə İran İslam Respublikası istiqamətində İran İslam Respublikasının Qaraqışlaq kəndi yerləşir. 13-cü sərhəd zastavasının dislokasiya yerindən Qaraqışlaq kəndinə qədər olan məsafə təxminən 15000 metr; 15-ci sahədən Qaraqışlaq kəndinə qədər olan məsafə təxminən 12000 metrdir. 13-ci sahədə Azərbaycan Respublikası istiqamətində Cəlilabad rayonunun Əsədli kəndi yerləşir. Mühəndis-texniki çəpərlərə baxış keçirilən zaman 15-ci sahədə 9 və 10-cu taxta dirəklərin arasında aşağıdan birinci məftilin əyilməsi, 15-ci sahədə əsas nəzarət-iz zolağında bir nəfərə məxsus ayaq izləri aşkar edilmişdir. Protokola əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 25-27A). N nömrəli hərbi hissənin “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aşkar edilmiş bir ədəd qara rəngli kisənin içərisinə baxış zamanı yeddi ədəd alt hissəsindən üst hissəsinə doğru şəffaf rəngli skotça bükülmüş bağlama, bağlamaların içərisində ümumi çəkisi bükümlərlə birlikdə 7145 qram tünd yaşıl rəngində, sıx və qurudulmuş halda narkotik vasitə olan marixuanaya bənzər maddənin olması müəyyən edilmiş və Mehdi həmin kisənin özünə məxsus olduğunu etiraf etmişdir. Protokola əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 28-29A). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:30da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 57; 59). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Şirvan Regional Bölməsinin 7/198 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə-bioloji ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman ondan aşkar edilərək götürülmüş üzərində “13-cü SZ N №-li h/h” yazılar olan bir ədəd qara rəngli sintetik torbada beş ədəd torbada ümumi sayı yeddi ədəd skoçla bağlanmış qara rəngli sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 935 qram, 1025 qram, 1020 qram, 945 qram, 985 qram, 910 qram və 980 qram olmaqla, ümumi çəkisi 6800 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonrakı qurudulmuş marixuananın 6799,65 qram qalığı ibtidai istintaq orqanına qaytarılmış, aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat müəyyən edilmişdir (iş vərəqi 75-79). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin “maddi sübut kimi tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 6799,65 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq, həmin idarənin saxlancına təhvil verilmişdir (iş vərəqi 81-82). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 90-91). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin “diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, “PTZ tipli video müşahidə” adlı videogörüntüyə baxış keçirilərkən Təqsirləndirilən şəxs bildirmişdir ki,:- “videogörüntüdə olan naməlum şəxs mənəm. Belə ki, İran İslam Respublikasından Azərbaycan Respublikası Cəlilabad rayonu, Əsədli kəndi istiqamətində gedərkən təxminən bir-iki saat piyada hərəkət edəndən sonra tikanlı məftillərə yaxınlaşdım. Həmin məftilləri qaldırıb altından keçdim və təxminən 40-50 dəqiqə piyada hərəkət edəndən sonra gecə saat 04 radələrində silahlı hərbiçilər məni saxladılar” (iş vərəqi 107). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin “maddi sübut kimi tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, N nömrəli hərbi hissənin 13-cü sərhəd zastavasının müşahidə kamerasından qeydə alınmış “PTZ tipli video müşahidə” adlı faylı (videogörüntünü) özündə əks etdirən disk maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqi 108). Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-32/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli faktiki tutulduğu andan, yəni 28 yanvar 2025-ci il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 116-120). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Vahid-Məlumat Axtarış Sisteminin xx.xx.2025-ci il tarixli portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 138). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (iş vərəqi 170; 172). Daxili İşlər Nazirliyi İnterpolun Milli Mərkəzi Bürosunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs beynəlxalq axtarışda olması barədə İnterpolun “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur (iş vərəqi 171). “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə narkoloji qeydiyyatda yoxdur (iş vərəqi 173). Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın xx.xx.2025-ci il tarixli, 1071 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halı olub, lakin, hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 177-178). Dövlət Sərhəd Xidməti Əməliyyat-Axtarış Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, aşkar olunmuş narkotik vasitələri Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu keçirməsi üçün verən şəxslərin İran İslam Respublikasının Qaraqışlaq kənd sakinləri X6 və X18 olması müəyyən edilmişdir (iş vərəqi 182). Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi İstintaq şöbəsinin “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət sərhədini 28 yanvar 2025-ci il tarixdə, saat 02 radələrində tək olmaqla keçməsi ilə əlaqədar, yəni, şəxsiyyəti istintaqa Fərəməz və Şəhzad adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşları ilə dövlət sərhədini qabaqcadan əlbir olan bir qrup şəxs halında keçmədiyindən, onun barəsində Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir (iş vərəqi 184- 190). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2025-ci il tarixli müşayiət məktubu ilə daxil olmuş Tibb Baş İdarəsinin 5938/2025 nömrəli “Məhkumun Tibbi Kitabçası”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, müayinə zamanı sağ əlin arxa səthində yumşaq toxumaların əzilməsi və kürəyin orta səthində köhnə çapıq toxuması aşkar olunmuşdur. Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi, həmçinin, Sərhəd Qoşunları N nömrəli hərbi hissənin müvafiq olaraq N və 26 avqust 2025-ci il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına hərəkət edərkən onun axtarışına dron uçuş aparatı cəlb olunmuş, lakin dron vasitəsilə aparılan videomüşahidə zamanı videogörüntülər yaddaşda saxlanılmamışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(099)-346/2025 nömrəli qərarı əsasında "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli müşayiət məktubu ilə məhkəməyə daxil olmuş CD diskdəki məlumatlara baxış zamanı məlum olmuşdur ki, iş üzrə hal şahidləri Şahid2 istifadəsində olan 050 653-51-00 nömrəli mobil telefona xx.xx.2025-ci il tarixdə son zəng 17:18:33-də, xx.xx.2025-ci il tarixdə ilk zəng 09:40:30-da; Şahid1 istifadəsində olan 051 ***-**-** nömrəli mobil telefona xx.xx.2025-ci il tarixdə son zəng 17:13:44-də, xx.xx.2025-ci il tarixdə ilk zəng 08:53:41-də; bundan başqa, xx.xx.2025ci il tarixdə 051 333-22-55 mobil nömrəsi tərəfindən Şahid1 saat 17:02:16-da, Şahid2 isə saat 17:45:56-da zənglər daxil olmuşdur. Azərbaycan Respublkası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “məhkəmə-xətşünaslıq ekspertrizası”na dair 4/1739 nömrəli, xx.xx.2025-ci il tarixli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 1(099)-346/2025 nömrəli cinayət işinin birinci cildinin 22-ci səhifəsindəki Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin “şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolunda “Şahid2” qrafasında, 25-26-ci səhifələrindəki “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolunda “Şahid2” qrafasında, 28-29-cu səhifələrindəki “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolunda “Şahid2” qrafasında olan imzalar iş üzrə hal şahidi Şahid2 tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manat müəyyən edilmişdir. Azərbaycan Respublkası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizası”na dair 883 nömrəli, xx.xx.2025-ci il tarixli rəyində göstərilmişdir ki, vət. Təqsirləndirilən şəxs bədəni üzərindəsağ əl və kürək nahiyələrində aşkar edilmiş çapıq toxumaları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Yaraların sağaldıqdan sonra çapıq toxumasının əmələ gəlmə müddətini nəzərə alaraq qeyd etmək olar ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə istintaq təcridxanasında tibbi müayinəsi zamanı aşkar edilmiş çapıq toxumalarının yaranma müddəti 28-xx.xx.2025-ci il tarixlərdə əmələ gələ bilməsi istisna edilmir. Aşkar edilmiş xəsarətlərin yerləşmə nahiyəsinə görə həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə xəsarət yetirə bilməsi az inandırıcıdır, daha çox bərk küt əşya ilə vurma və ya yıxılaraq bərk küt əşyalara dəyməsi nəticəsində əmələ gələ bilərdi, daha dəqiq bərk küt əşya ilə vurulma və ya yıxılması zamanı əmələ gələ bilməsinin məhkəmə istintaqı yolu ilə aydınlaşdırılması məqsədəmüvafiqdir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs sağ əlin iki proyeksiyalı rentgenoqramması nəticəsində sağ əl falanqaları və daraq sümüklərində sümük tamlığının pozulması aşkar edilməmişdir. Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardımla əlaqədar cəmi 27 (iyirmi yeddi) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməllərin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andrey Yevgeniyeviç Orlovun Rusiya Federasiyasına qarşı” işi üzrə xx.xx.2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə xx.xx.2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir ki, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında hər iki tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, ayrı-ayrı vəsatətlər verilmiş, bununla da irəli sürülmüş ittiham müdafiə tərəfindən mübahisələndirilmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət-Prosessual Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Sözügedən Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmiş, hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər ki, bu da öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməsini etiraf etsə də, üzərində nəinki narkotik vasitə, ümumiyyətlə qanunla qadağan olunmuş heç bir əşya və ya predmet olmaması, İranda baş tutacaq toy məclisi ilə əlaqədar Fəramiz adlı şəxsin ona sərhədi keçərək təpənin başında qoyulmuş içkiləri götürməsini bildirməsi, bu niyyətlə sərhədi keçməsi, xeyli sayda sərhədçinin onu tutub döyərək palaskaya (zastavaya) aparmaları, bir saatdan sonra ağzı açıq şəkildə olan torbanı oraya gətirmələri, ona göstərilmiş fiziki və psixoloji təzyiq, təsir nəticəsində məcburiyyət qarşısında qalıb, özünə məxsus olmayan narkotik vasitəni sərhəddən keçirməsini deyib, təqdim edilmiş sənədləri imzalaması, üç-dörd saat döyülməsi, üzünə və bədəninə vurulması nəticəsində barmağının sınıb əyri bitməsi, hadisə yerinə və əşyaya baxış keçirilərkən aparılmış videoçəkilişlər zamanı təzyiq altında olması barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin təhqiqatçısı tərəfindən hal şahidlərinin iştirakı ilə videoçəkilişlə aparılmış hadisə yerinə baxış zamanı dövlət sərhədini qanunsuz olaraq keçdiyini, üzərindən aşkar olunmuş qara rəngli kisənin özünə məxsus olmasını bildirmişdir. Bundan başqa, sözügedən videoçəkilişdən onlardan kənarda videoçəkilişi həyata keçirən şəxsdən başqa digər şəxsin olmaması aydın görünmüşdür. Belə ki, videoçəkilişdə çəkilişi aparan şəxsin kölgəsi aydın əks olunmuşdur /videoçəkilişi özündə əks etdirən diskə məhkəmə iclasında baxılmışdır (i.v. 25-27). Bundan başqa, o, ibtidai istintaq zamanı ilkin izahatında, həmçinin tərcüməçi və müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən Fəraməz və Şəhzad adlı iran vətəndaşlarının ona bir ədəd kisə verərək içərisində narkotik vasitələrin olmasını, həmin kisəni Azərbaycanın ərazisində “antena”nın yanına aparıb, orada hansısa şəxslərə verməli olduğunu, həmin kisəni götürüb Azərbaycana doğru hərəkət etdiyini etiraf etmiş, saxlanıldığı zaman sərhədçilər tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir (i.v. 23-24, 68-71). Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadəsi isə tərcüməçi və müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Həmin ifadəsində o, hadisədən təxminən bir gün qabaq saat 12 radələrində Fərəmaz adlı şəxsin onunla zənglə əlaqə saxladığını, onu baş şəxs olan Əsxər adlı şəxsin yanına apardığını, ona sərhədi keçərək torbanı aparmasını, geri qayıdanda bunun müqabilində pul və qəbzləri verəcəklərini dediklərini, hadisə günü Fərəməzin onu sərhədə qədər gətirdiyini, Şəhrizad adlı şəxsin onu sərhəddən keçirdiyini, sərhəd kənarında çayı təxminən gecə on iki-birdə tək keçməsini, ona torbanı götürüb “antena” deyilən yerə qoymasını, çatanda onlarla əlaqə saxlamasını, yolun kənarında gizlənməsini, kiminsə maşınla gələrək onu qarşılayacağını, geri gələndə onlarla danışmasını dediklərini, qayıdanda ona vəd etdiklərini verəcəklərini, torbanı təhvil verən zaman içərisində narkotik vasitə olduğunu dediklərini, birinci maneə çəpərini keçməsini, ikinci maneə çəpəri ilə ara məsafədə olan sərhədçilərin gözətçi məntəqəsini görməsini, ikinci maneə çəpərini keçəndən 200-300 metr irəlilədikdən sonra artıq nəzarətdə olduğunu anladığını, yaxalanan zaman əlindəki torbanı yerə atdığını, bir az qaçıb şumlanmış yerin yanında saxlanıldığını, onu maşına əyləşdirib kisə ilə birlikdə sərhəd zastavasına apardıqlarını, dron vasitəsilə və sərhədçilərin onu yaxın məsafədə təqib etdikləri üçün kisəni hara atdığını gördüklərini, sərhədi keçdikdən sonra tutulmasına qədər təxminən bir saat vaxt keçdiyini, ona vəd edilən pul məbləği haqqında bir söz demədiklərini, kisəni təhvil verəcəyi şəxsləri tanımadığını, narkotik vasitə daşıdığını bildiyini, sərhədçilər tərəfindən ona qarşı hər hansı təzyiq, təsir edilmədiyini, buna görə də şikayətçi olmadığını bildirmişdir /videoçəkilişi özündə əks etdirən diskə məhkəmə iclasında baxılmışdır/ (i.v. 102-105a). Bundan başqa, cinayət işinin materiallarına əlavə olunmuş “PTZ tipli video müşahidə” adlı videogörüntüyə ibtidai istintaq zamanı baxış keçirilərkən Təqsirləndirilən şəxs bildirmişdir ki,:- “videogörüntüdə olan naməlum şəxs mənəm. Belə ki, İran İslam Respublikasından Azərbaycan Respublikası Cəlilabad rayonu, Əsədli kəndi istiqamətində gedərkən təxminən bir-iki saat piyada hərəkət edəndən sonra tikanlı məftillərə yaxınlaşdım. Həmin məftilləri qaldırıb altından keçdim və təxminən qırxəlli dəqiqə piyada hərəkət edəndən sonra gecə saat 04 radələrində silahlı hərbiçilər məni saxladılar” /sözügedən videogörüntüyə məhkəmə iclasında baxılmışdır/ (i.v. 38a). Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə məxsus olduğunu etiraf etdiyi kisədəki narkotik vasitə barədə məhkəmə-bioloji ekspertizasının rəyi ilə tanış olarkən vəsatət və əlavəsinin olmadığını bildirmişdir (i.v. 80). Bundan başqa, o, Bakı şəhəri Səbail Rayon Məhkəməsində barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar keçirilmiş məhkəmə iclasında bu işi görərkən təzyiq altında olmasını, məcbur qalıb bu hərəkəti etdiyini bildirərək, dolayısı ilə əməlini etiraf etmişdir (i.v. 116-120). Qeyd olunanlardan başqa məhkəmə iclasında dindirilmiş şahidlərdən N nömrəli hərbi hissənin 13-cü sərhəd zastavasında texniki manqanın rabitəçisi olmuş Şahid3 28 yanvar 2025-ci il tarixdə “PTZ” tipli video-müşahidə kamerası ilə ətrafı müşahidə edərkən gecə saat 01:46 radələrində dövlət sərhədinin pozulması faktını, yəni, kamerada üç nəfərin sərhədə yaxınlaşmasını, birinin sərhədi keçməsini, digər ikisinin isə geri qayıtmasını, sərhədi keçən şəxsin üzərində (əlində) yük olduğunu gördüyünü bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, o, mövcud ziddiyyəti ibtidai istintaq zamanı sərhədçilər, müstəntiq tərəfindən ona göstərilmiş fiziki, psixoloji təsir və təzyiqlə əlaqələndirmiş, bununla əlaqədar şikayətlə hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına baxmayaraq, bu hüququndan istifadə etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı fiziki, psixi təzyiq və təsirlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə tərkibi münasibət bildirərək, ilk növbədə onu qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı boyunca gah saxlanılarkən sərhədçilər tərəfindən, gah işin istintaqını aparan müstəntiq tərəfindən fiziki zorakılığa məruz qaldığını, barmağının sındırılmasını, bir sonrakı ifadələrində başına və bədəninin müxtəlif nahiyələrinə vurulmasını, iki saata yaxın müddətdə döyülməsini göstərməklə birmənalı ifadə verməmiş, iş materiallarında olan və əldə olunmuş sorğulara cavablarda göstərilənlərlə üst-üstə düşməyən, özündə ümumi ifadələri təcəssüm etdirən fikirlər səsləndirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ona fiziki və psixi təsir, təzyiq göstərilməsi ilə əlaqədar yuxarıda qeyd olunanla kifayətlənməmiş, məhkəmə istintaqında bu istiqamətdə araşdırmanı davam etdirərək, tutulduqdan sonra saxlanıldığı istintaq təcridxanasından 5938/2025 nömrəli “məhkumun tibbi kitabçası”nın surətini əldə etmiş və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təcridxanaya daxil olarkən müayinə zamanı sağ əlin arxa səthində yumşaq toxumaların əzilməsi və kürəyin orta səthində köhnə çapıq toxuması aşkar olunmuş; bundan başqa, məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında qərar əsasında Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsdən daxil olmuş 883 nömrəli, xx.xx.2025-ci il tarixli rəydə Təqsirləndirilən şəxs sağ əl və kürək nahiyələrində çapıq toxumalarının aşkar edilməsi, yaranma müddətinin 28-xx.xx.2025-ci il tarixlərdə əmələ gələ bilməsinin istisna edilməməsi, xəsarətlərin daha çox bərk küt əşya ilə vurma və ya yıxılaraq bərk küt əşyalara dəyməsi nəticəsində əmələ gələ biləcəyi, sağ əlin iki proyeksiyalı rentgenoqramması nəticəsində sağ əl falanqaları və daraq sümüklərində sümük tamlığının pozulmasının aşkar edilmədiyi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələrinin təyin edilmədiyi göstərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs aşkar olunan xəsarətlər heç də onun ifadəsində dediyi kimi saatlarla döyülmə, fiziki işgəncə nəticəsində yarana biləcək qədər deyildir, yəni yüngül xəsarətlərdir. Bundan başqa, ekspert rəyində qeyd olunan xəsarətlərin yıxılma, yıxılaraq bərk küt əşyalara dəymə nəticəsində əmələ gələ biləcəyi də öz əksini tapmışdır. Məhkəmə bununla əlaqədar qeyd edir ki, Təqsirləndirilən şəxs hadisə yerinə baxış zamanı sərhədi tikanlı məftilləri qaldırmaqla altından keçməsini (sürünməklə) bildirmişdir. Bundan başqa, cinayət işi üzrə hal şahidi qismində iştirak etmiş, işdə heç bir marağı olmayan şəxslər də hər biri ayrı-ayrılıqda ifadələrində Təqsirləndirilən şəxs bu və ya digər formada təzyiq və ya təsir göstərilməsinin şahidi olmadıqlarını, əksinə ona su, yemək və siqaret verdiklərini bildirmişlər. Bundan başqa, cinayət işinin materiallarından göründüyü kimi peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istərsə də vəkilləri ibtidai istintaq dövründə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqanlara müraciət etməmişlər, eyni zamanda o özü də bu halı hər hansı dəlillə əsaslandırmamış və izah etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxsin hadisə ilə bağlı ümumi sözlərlə çıxış etməsini, yəni, eyni xəsarətin həm sərhədçilər, həm də işi aparan müstəntiq tərəfindən döyülməsi nəticəsində alması, üzünə və bədəninə vurulması, lakin konkret olaraq hansı nahiyələrdən, nə ilə, hansı şəraitdə vurulmasını deyə bilməməsi barədə göstərdikləri xüsusatlara tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad etməsi qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin ona göstərilmiş fiziki və psixi təsir, təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Onun göstərdiyi bu xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Con Murrey Birləşmiş Krallığa qarşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı şübhəli şəxs və təqsirləndirilən qismində ifadələrini müdafiəçisinin, tərcüməçinin iştirakı ilə videoçəkiliş aparılmaqla, həmçinin hər hansı zorakılığa məruz qalmadan verməsini bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə iş üzrə hal şahidləri Şahid2 və Şahid1 ifadələrində Təqsirləndirilən şəxs 28 yanvar 2025-ci il tarixdə üzərindən aşkar olunmuş torbaya zastavada baxışın, bundan başqa hadisə yerinə baxışın cinayət işinin materiallarındakı protokollarda qeyd olunmuş saatlarda deyil, həmin tarixdə axşam saatlarıda aparılması, onların əvvəllərdə bir neçə dəfə hal şahidi qismində iştirak etmələri, bundan başqa iş materiallarındakı sözügedən protokollarda müdafiəçinin iştirakı göstərilsə də, videogörüntülərdə vəkilin iştirak etməməsi ilə bağlı bildirir ki, qeyd olunan hallar cinayət-prosessual qanunvericiliyin müddəalarının pozuntusu olsa da, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1, 234.4.3, 318.1-ci maddələri ilə verilən ittihamdakı əməllərin onun tərəfindən törədilməsini istisna etmir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Cəlilabad rayonu, Əsədli kəndində yerləşən 13-cü sərhəd zastavasının 15-ci sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qəsdən, qanusuz olaraq keçməsini “PTZ” tipli video-müşahidə kamerası ilə müşahidə edən “növbətçi operator” Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə saat 01:46 radələrində dövlət sərhədinin pozulması faktını, yəni, kamerada üç nəfərin sərhədə yaxınlaşmasını, birinin sərhədi keçməsini, digər ikisinin isə geri qayıtmasını, sərhədi keçən şəxsin üzərində (əlində) yük olduğunu görmüşdür. Bundan başqa, Kəşfiyyat İdarəsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində Təqsirləndirilən şəxs gizləndiyi yerdən aşkar etdikləri vaxt üzərində bağlama olduğunu, Mehdinin ona verilmiş həmin bağlamanı götürüb kiməsə çatdıracağını bildirərək, əməlini etiraf etməsini göstərmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tərcüməçi və müdafiəçisinin iştirakları ilə videoçəkiliş aparılmaqla təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində İran İslam Respublikasında ona verilən içərisində narkotik vasitə olan torbanı götürüb sərhəddə birinci maneə çəpərini keçməsini, ikinci maneə çəpərini keçib 200-300 metr irəlilədikdən sonra artıq nəzarətdə olduğunu anladığını və yaxalandığını görüb əlindəki torbanı yerə ataraq bir az qaçıb, şumlanmış yerin yanında saxlanıldığını səsli şəkildə etiraf etmişdir. Bundan başqa, hal şahidlərinin hər biri ayrı-ayrılıqda ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs dövlət sərhədini qanunsuz keçdiyi yeri, həmin vaxt üzərində içərisində narkotik vasitə olan bağlamanın (torbanın) olduğunu hadisə yerində onların yanında əyani olaraq göstərməklə bildirmişdir. Məhkəmə bu hissədə hal şahidi qismində keçən şəxslər Şahid2 və Şahid1 bundan əvvəl də digər işlərdə hal şahidi qismində iştirak etmələrinə, bundan başqa Mürsəlin hərbi hissədə fəhlə kimi işlədiyi təqdirdə hal şahidi qismində iştirakına münasibət bildirərək, qeyd edir ki, bu hallar cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94-cü maddəsinə əsasən, cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və nitq qabiliyyətində pozuntuları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi hal şahidi qismində iştirak edə bilməyən şəxslərin dairəsi konkretləşdirilmişdir. Cinayət işinin materiallarından görünür ki, hal şahidi qismində dəvət olunmuş şəxslərin bu qismdə iştiraklarını istisna edən hallar müəyyən edilməmişdir. Şahid2 hərbi hissənin mülki işçisi olmuş, orada fəhləlik etmiş, Şahid1 isə üç il əvvəl sərhəd kommendaturasının işçisi olmuşdur və göründüyü kimi komendatura ilə əlaqədar bu və ya digər formada hər hansı bir tabelik münasibəti yoxdur. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 04:15 radələrində 13-cü sərhəd zastavasının 15-ci sahənin arxa istiqamətində dövlət sərhəd xəttindən təxminən 800 metr Azərbaycan Respublikası tərəfə, 87 metr sərhəd nişanından 300 metr solda, mühəndis-texniki çəpərdən 50 metr çöldə həmin bir nəfər şəxs sərhəd naryadı tərəfindən saxlanılmış, üzərindən narkotik vasitə marixuanaya bənzər maddələr olan kisə aşkar edilərək götürülmüş, N nömrəli hərbi hissənin eyni tarixli qərarı ilə saat 04:55-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 570-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi səbəbindən inzibati qaydada tutulmuş, bundan sonra hadisə yerinə, daha sonra isə üzərinə baxış keçirilən zaman aşkar edilmiş bir ədəd qara rəngli kisəyə baxış keçirilmiş və kisənin içərisində şəffaf rəngli skotça bükülmüş bağlama, bağlamaların içərisində tünd yaşıl rəngində, sıx və qurudulmuş halda narkotik vasitə olan marixuanaya bənzər maddənin olması müəyyən edildikdən sonra Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs verilmiş ittiham cinayət-prosessual qanunvericiliyin tələblərinin qanunamüvafiq ardıcıllıqla həyata keçirilməsi nəticəsində baş vermişdir. Məhkəmə həmçinin, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə tərkibi aşağıda göstərilənlərə əsasən hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 318.1-ci maddələrilə tövsif edilmiş, lakin həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə doğru tövsif edilməmişdir. Belə ki, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı tarixli, 10 nömrəli qərarında göstərilir ki, Gömrük Məcəlləsinin 3-cü maddəsinə əsasən gömrük ərazisinə Azərbaycan Respublikasının quru ərazisi, daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (o cümlədən orada yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanı daxildir. Sözügedən qərarın 9-cu bəndinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş gömrük orqanlarının yerləşdiyi yerlərdən (gömrük məntəqələrindən) kənar və ya iş vaxtından sonra, yaxud da gömrük orqanlarının icazəsi olmadan gətirilməsi və ya aparılması ilə bağlı istənilən qəsdən törədilmiş hərəkətlər qaçaqmalçılıq cinayətinin tərkibini yaradır. Həmin qərarın 16-cı bəndinin 4-cü yarımbaşlığında da qeyd olunur ki, malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Cinayət hüququ nəzəriyyəsində qaçaqmalçılıq formal tərkib vasitəsilə ifadə edilmişdir. Qaçaqmalçılıq faktiki olaraq əşyaların gömrük sərhədindən keçirildiyi andan başa çatmış sayılır. Ali Məhkəmə Plenumunun yuxarıda göstərilən qərarında o da göstərilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi qiymətləndirərkən, bu tövsifedici əlamətin anlayışı verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaq lazımdır. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsini etməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Cinayət hüququ nəzəriyyəsinə görə qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Cinayət Məcəlləsinin 32.5ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq Cinayət Məcəlləsinin 206.1, 206.1-1, 206.1-2 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq Cinayət Məcəlləsinin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq Cinayət Məəlləsinin 206.1, 206.1-1, 206.1-2, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Bu hüquqi mövqedən belə nəticə hasil olur ki, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi tövsif edilməsi üçün həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsinin bu barədə əvvəlcədən razılaşmış iki və ya daha çox şəxs tərəfindən törədilməsinin müəyyən edilməsi tələb olunur. Qaçaqmalçılıq cinayətinin obyektiv cəhəti malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzrə qanunsuz hərəkətlər, belə qanunsuz hərəkətlərin törədilmə üsulları və keçirilən malların, digər əşyaların külli miqdarda olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məzmunundan görünür ki, ibtidai istintaq orqanı ona qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün şəxsiyyəti istintaqa Şəhzad və Fərəməz kimi məlum olan İran İslam Respublikasının vətəndaşları və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girməsinə dair ittiham versə də, onun əldə edib saxladığı külli miqdarda narkotik vasitəni 28 yanvar 2025-ci il tarixdə, saat 02 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissəsinin Cəlilabad rayonu Əsədli kəndində yerləşən 13-cü sərhəd zastavasının 15-ci sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qəsdən, qanunsuz olaraq keçməsini göstərmiş, bununla da onun qaçaqmalçılıq cinayətini təkbaşına həyata keçirdiyi halda, qabaqcadan əlbir olan bir qrup şəxs halında sözügedən cinayəti törətməsi ilə tövsif etmişdir ki, bu da cinayət qanunvericiliyinin müddəalarına ziddir. Cinayət işinin materiallarına, iş üzrə məhkəmədə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs və şahidlər Şahid3 və Şahid4) ifadələrinə, həmçinin “PTZ tipli video müşahidə” adlı fayldakı videogörüntülərə əsasən, demək olar ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin predmeti olan külli miqdarda narkotik vasitəni İran İslam Respublikasından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda təkbaşına keçirmişdir və belə olan halda onun qaçaqmalçılıq cinayətinə münasibətdə törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə; 234.4.1 və 234.4.3-cü maddələrində satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə; 318.1-ci maddəsində isə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ..... qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ..... qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin qanunda “satış” məqsədinin anlayışı verilməsə də, 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixotrop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən Qanunun 12-ci bəndinin mənasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Bundan başqa, cinayət hüquq nəzəriyyəsinə görə, qeyd olunan cinayətlərin bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətlərdə onları birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsidir və qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 146-cı bəndinə əsasən marixuana dövriyyəsi qadağan olunmuş narkotik vasitədir; xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 109.1-ci bəndinə əsasən təmiz halda 500 qramdan 50.000 qramadək çəkidə qurudulmuş marixuana külli miqdar təşkil edir. Beləliklə, yuxarıda qeyd olunanlardan başqa, həm də Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə qurudulmuş marixuananın çəkisinin külli miqdarda olması onun narkotik vasitəyə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli, 13 nömrəli Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Həmin Qanunun 11-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxslər, nəqliyyat vasitələri, yüklər və başqa əmlak üzərində sərhəd və gömrük nəzarəti həyata keçirilir. 12-ci maddənin 1 və 5-ci hissələrinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxsləri Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququ barəsində etibarlı sənədlər əsasında sərhəd mühafizə orqanları buraxır. Şəxslər, nəqliyyat vasitələri, yüklər və digər əmlak qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrindən buraxılırlar. Sözü gedən Qanunun 20-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən kənarda hər hansı vasitə ilə Azərbaycan Respublikasının dövlət sərhədini keçmiş və ya keçməyə, cəhd göstərmiş, ya da sərhədkeçmə qaydalarını pozmaqla, o cümlədən gizli şəkildə, saxta və ya özgənin sənədləri ilə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində sərhədi keçmiş və ya keçməyə cəhd göstərmiş şəxslər Azərbaycan Respublikasının dövlət sərhədini pozanlar sayılırlar. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi ilkin izahatı, videoçəkiliş aparılmaqla təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi, habelə şahid qismində dindirilmiş şəxslərin ifadələri, istintaq hərəkəti protokolları və həmin protokollara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, ekspert rəyləri və digər sənədlər, maddi sübut kimi tanınmış narkotik vasitə olan qurudulmuş marixuana, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Sözügedən Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Cinayət-Prosessual Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən (318.1ci maddə), az ağır (206.2-ci maddə) və ağır (234.4.1 və 234.4.3-cü maddələr) cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Bu mənada, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrdən kənarda qanunsuz keçməklə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı ölkə ərazisinə gətirməsi onlarla, yüzlərlə vətəndaşımızın dövriyyəsi qadağan edilmiş narkotik vasitələrdən istifadə etməklə dünyanın ən böyük sosial bəlalarından olan, cəmiyyətin inkişafına mənfi təsir göstərən narkotizm və onunla bağlı cinayət əməllərini törətmələrinə səbəb ola biləcəyindən, onun törətdiyi əməllərin ictimai təhlükəliliyini daha da artırmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar özünün deməsinə görə himayəsində azyaşlı uşağının olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və dövlət sərhədini qanunsuz keçməyinə görə səmimi peşimançılığıdır. Təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, 234.4.1 və 234.4.3-cü maddələrində beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə, 318.1-ci maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. 52.1- 1-ci maddədə isə göstərilir ki, barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Cinayət işinin materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 1984-cü ildə İran İslam Respublikası Germi şəhərində anadan olmuşdur, İran İslam Respublikasının vətəndaşıdır, Germi şəhərində qeydiyyatda olmaqla, orada yaşamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası, həmçinin, İran İslam Respublikasının vətəndaşı olmaqla, əcnəbi olduğuna və ona münasibətdə Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən hallardan hər hansı biri olmadığına görə əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməli və onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1, 234.4.3, 318.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.2, 15.3 və 15.4-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona, azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın tədqiqatdan sonrakı 6799,65 qram qalığı məhv edilməli; Sərhəd Qoşunları N nömrəli hərbi hissə 13-ü sərhəd zastavasının müşahidə kamerasından qeydə alınmış “PTZ tipli video müşahidə” adlı faylı (videogörüntünü) özündə əks etdirən bir ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, həmin disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatlarının dəyəri 180 (bir yüz səksən) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli inzibati qaydada tutulduğu gündən, yəni 28 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1, 234.4.3, 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 234.4.1, 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 318.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilsin və əlavə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1, 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaya birləşdirilməklə, o, əsas cəzanı çəkdikdən sonra icra edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına gəlmək hüququ hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatlarının dəyəri 180 (bir yüz səksən) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə hesab edilən qurudulmuş marixuananın tədqiqatdan sonrakı 6799,65 qram qalığı məhv edilsin; Sərhəd Qoşunları N nömrəli hərbi hissə 13-ü sərhəd zastavasının müşahidə kamerasından qeydə alınmış “PTZ tipli video müşahidə” adlı faylı (videogörüntünü) özündə əks etdirən bir ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar