Məhkəmə qərarları › İş №1(099)-347/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-347/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-347/2023 31.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü ildə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Biləsuvar Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq 10 gün vaxtından əvvəl azad edilmiş, Biləsuvar şəhəri Vaqif küçəsi ev 36-da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetaminin əldə edilməsi, daşınması, saxlanılması və satılması barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun digər üzvləri tərəfindən 81,232 qram, külli miqdarda psixotrop maddə metamfetamin əldə edilərək Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində yolun kənarında işıq dirəyinin yanında gizlədilməklə ona bu barədə məlumat verildikdən sonra 22 yanvar 2023-cü il tarixdə saat 23 radələrində sürücüsü onun cinayətindən xəbərsiz olan taksi avtomobili ilə həmin yerə gedərək göstərilən miqdarda metamfetamini götürməklə ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsəi ilə qanunsuz olaraq əldə etmiş, özündə saxlamış və daşımış, 23 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Biləsuvar rayonu Bəydildi kəndinin ərazisində, Bəydili Körpüsü deyilən yerdə qeyd edilən metamfetaminin 1,388 qram hissəsini tanışı Şahid5 20 manata, saat 13:30 radələrində 1,479 qram hissəsini tanışı Şahid6 20 manata, saat 14 radələrində Biləsuvar şəhəri M.İbrahimov küçəsində yerləşən mərkəzi bazarın qarşısında 1,686 qram hissəsini Şahid4 10 manata satmış, metamfetaminin qalan 76,679 qram hissəsini isə üzərində saxlamaqla daşıyarkən 23 yanvar 2023-cü il tarixdə saat 16:05 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri M.İbrahimov küçəsində yerləşən «Nur maprket»in qarşasında saxlanılmaqla polis şöbəsinə dəvət olunmuş, şübhəli şəxs kimi tutulmaqla üzərində videoçəkilişdən istifadə olunaraq müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən 76,679 qram metamfetamin əynindəki gödəkçəsinin sol iç cibindən bir ədəd sellofan bağlamada aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, özü Bakı şəhərində yaşamaqla restoranda xidmətçi işi ilə məşğuldur. 23 yanvar 2023-cü il tarixdə Bələsuvar şəhərində yaşayan valideynlərinə baş çəkməyə gəlmişdir. Həmin gün saat 16:05 radələrində Bəliçuvar şəhəri M.İbrahimov küçəsində yerləşən «Nur market»ə getmişdir. Marketdə olduğu zaman Biləsuvar polis şöbəsində əməliyyatçı işləyən Şahid2la rastlaşmışdır. Şahid2la eyni məktəbdə təhsil almaqla onu tanımışdır. Şahid2 onunla görüşmüş və marketdən çıxıb getmişdir. O bir qədər sonra marketdən çıxanda əməliyyatçı Toğrul və başqa polis işçisi onu saxlamışlar. Polis işçiləri tərəfindən saxlanılarkən cibində 1,5 qram qurudulmuş marixuana olmuşdur. Onu polis saxlayarkən marixuananı cibindən çıxarıb yerə atmışdır. Polis işçiləri onu marixuananı cibindən çıxarıb yerə atmasını görməmişlər. Onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində üzərində polis əməkdaşları Toğrul və Nurlan tərəfindən axtarış aparılmış, heç bir qanunsuz əşya aşkar olunmamışdır. Əməliyyatın rəisi Elnur tərəfindən üzərinə 81 qram psixotrop maddə metamfetamin qoyulmuşdur. Elnur onun üzərinə silah da qoymaq istəmişdir. Polis işçiləri ona işgəncə verdiklərinə görə metamfetaminin ona məxsusluğunu boynuna götürmüşdür. Şahid5 və başqa şəxslərə narkotik satmamışlar. Onunla bir yerdə ancaq marixuanadan istifadə etmişlər. Şahid6 və Şahid4 da xx.xx.2023-cü il tarixdə narkotik maddə satmamışdır. Lakin həmin şəxslər polisin təsiri ilə üzünə durmuşlar. O, Mamed adlı, özünü iranlı kimi təqdim edən şəxslə metamfetamin barədə danışmamışdır və həmin şəxs ona metamfetamin göndərməmişdir. İranlı Mamed ona 5 qram marixuana göndərmişdir. Mamedin kartına 180 manat pul atmışdır. Marixuananı Sabunçudan götürmüşdür. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Telefonunda olan sms-lərdə ondan narkotik yox, dərman istəmişlər. Ona narkotiklə bağlı sms yazılmış telefon nömrəsini tanımır. Ona Elnur adlı polis hədə-qorxu gəlmişdir. Polis işçilərinin ona qarşı olan hərəkətləri barədə şikayət etməmişdir. Özünü istifadəçi kimi qismən təqsirli bilir. Psixi xəstəliklə bağlı Maştağada müalicə olunmuşdur. Dedikləri ilə yanaşı Elnur adlı polis əməkdaşının məhkəməyə çağrılıb dindirilməsini istəmir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində isə göstərmişdir ki, Şahid6, Şahid4 və Şahid5 Biləsuvar rayonu Bəydili kənd sakinləri kimi tanıyır. Şahid4 sinif yoldaşıdır. Tutulmasından təxminən üç ay əvvəl qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. 2022-ci ilin yayında «inistqram» sosial şəbəkəsində özünü Mamed kimi təqdim edən, İran İslam Respublikasında yaşadığını bildirən şəxslə tanış olmuşdur. Mamed ona istifadəsi üçün qurudulmuş marixuana göndərə biləcəyini, marixunanı Bakı şəhərində götürə biləcəyini demişdir. O, Mamed adlı şəxsin təklifi ilə razılaşmışdır. Bakı şəhərində müxtəlif yerlərdən narkotik vasitəni götürdükdən sonra Mamed adlı şəxsin ona verdiyi kart nömrəsinə pul köçürmüşdür. Əldə etdiyi narkotik vasitənin bir hissəsini özü istifadə etmiş, bir hissəsini isə Şahid5, Şahid4 və Şahid6 müxtəlif qiymətlərlə satmışdır. 22 yanvar 2022-ci il tarixdə Mamed adlı şəxslə Vhatsapp proqramı vasitəsi ilə danışarrkən ona 5 qram qurudulmuş marixuana göndərməsini demiş və onun «Kapital bank» kartına 125 manat pul köçürmüşdür. Həmin gün Mamed adlı şəxs ona «konum» ataraq narkotik vasitənin olduğu yer barədə məlumat vermişdir. O, sürücüsünü tanımadığı taksi ilə Sabunçü rayonu Maştağa qəsəbəsinə gedərək yolun kənarında işıq dəriyinin dibində gizlədilmiş, içərisində qurudulmuş marixuana olan sellofan bağlmanı götürmüşdür. Marixuananın bir hissəsini istifadə etmişdir. 23 yanvar 2023-cü il tarixdə saat 12 radələrindən Bakı şəhərindən Biləsuvar rayonuna gəlmişdir. Həmin vaxt narkotik vasitə olan qurudulmuş marixuananın qalan hissəsi Həmin gün saat 16 radələrində Biləsuvar şəhərində yerləşən «Nur market»də olmuş, marketdən çıxanda polis əməkdaşları onu saxlatmış, üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirməklə polis şöbəsinə aparmışlar. Polis işçiləri onu saxlayan zaman cibində olan qurudulmuş marixuananı çıxarıb atmış, lakin polis işçiləri bunu görməmişlər. Polis şöbəsində CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutulmuş, üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılarkən qanunsuz əşya vardırsa, təqdim etməsi təklif edilmişdir. O da əynindəki gödəkçənin sol cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin metamfetamin elektron tərəzidə çəkildikdə 81,52 qram olmuşdur. Lakin həmin metamfetamin ona məxsus olmamışdır. O, Biləsuvar rayonu Bəydili kəndində «Bəydili» korpüsü deyilən körpünün yanında 23 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Şahid6, saat 13:30 radələrində Şahid6 və saat 14 radələrində Biləsuvar şəhəri M.İbrahimov küçəsində Şahid4 psixotrop maddə metamfetamin satmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə şahid kimi dindirilən şəxslərin ifadələri,iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sybuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilən, Biləsuvar Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyt müvəkkili Şahid1 göstərdi ki, Biləsuvar şəhər sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında 23 yanvar 2023-cü il tarixdə əməliyyat-actarış tədbirləri həyata keçirilməklə həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs Biləsuvar rayonu Bəydili kəndi M.F.Axundov küçəsində mərkəzi bazar istiqamətində yolun kənarı ilə piyada hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5 dəqiqə sonra M.İbrahimov küçəsində yerləşən “Nur market”-in qarşısında saxlanılmış, polis şöbəsinə dəvət olunmaqla şübhəli şəxs kimi tutulmuş, üzərində təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa, könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də əynindəki gödəkçənin sol iç cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bağlamanı çıxarıb təqdim etmiş və həmin bükümdə psixotrop maddə metamfetamin olmasını, metamfetamini 22 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində tanımadığı İİR-nın vətəndaşının dediyi yerdən götürməsini və satış məqsədilə üzərində gəzdirməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bağlama açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Həmin metamfetamin elektron tərəzidə çəkildikdə isə 81,52 qram olması müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin qablaşdırılmış və götürülmüşdür. Bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdə “Nur” marketdən çıxan zaman saxlanılarkən üzərindən hər hansı əşya və ya predmet çıxarıb atmamışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi zor tətbiq olunmamış və polis əməkdaşları tərəfindən üzərinə psixotrop maddə qoyulmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən, Biləsuvar Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3, narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid6 göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında dostluq münasibətləri vardır. xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində Təqsirləndirilən şəxs ilə Biləsuvar rayonu Bəydili kəndində yerləşən “Bəydili” körpüsü deyilən yerdə görüşmüş, Fəlatuna 20 manat pul verərək ondan öz istifadəsi üçün bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin almışdır. Bəşirli Fəaltun həmin gün polis əməkdaşları tərəfindən tutularkən onun telefonunda ona psixotrop maddə satmasına dair məlumatlar olduğundan polis işçiləri həmin gün onu da saxlamışlar. Üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs aldığı psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 göstərdi ki, psixotrop maddə metamfetamin qəbul edir. Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin dekabr ayından tanıyır, əvvəllər aralarında heç bir şəxsi ədavət və ya düşmənçilik münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs bir neçə dəfə metamfetamin alaraq istifadə etmişdir. Sonuncu dəfə 23 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Biləsuvar rayonu Bəydili kəndində yerləşən “Bəydili” körpüsü deyilən yerdə Fəlatunla görüşmüş və Fəlatun ona 20 manat dəyərində bir ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetamin satmışdır. O da içərisində metamfetamin olan sellofan bükümü əynindəki qış gödəkçəsinin sol yan cibinə qoymuşdur. Həmin gün saat 18:15 radələrində Biləsuvar şəhəri M.İbrahimov küçəsində yerləşən “Araz” kafesinin qarşısında piyada hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşıb, üzərində narkotik vasitə, psixotrop maddə gəzdirməsi şübhəsi olduğunu bildirib polis şöbəsinə gətirmişlər. Üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən o, əynindəki qış gödəkçəsinin sol yan cibində saxladığı, içərisində psixotrop maddə metamfetamin olan sellofan bükümü könüllü olaraq çıxarıb təqdim etmişdir. Təqdim etdiyi sellofan büküm açılıb baxıldıqda içərisində “patı” deyilən psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Həmin metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs onun sinif yoldaşıdır. Özü psixotrop maddə metamfetamin qəbul edir. Fəlatunla bir dəfə hərəsi 5 manat qoymaqla qurudulmuş marixuana alaraq birlikdə istifadə etmişlər. Lakin Təqsirləndirilən şəxs petamfetamin almamışdır. 23 yanvar 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində metamfetamin olmamışdır. Üzərinə metamfetamin polis işçiləri tərəfindən qoyulmuşdur. Polis işçiləri tərəfindən döyülmüşdür. Ona görə də metamfetamini boynuna götürmüş və Fəlatundan aldığını demişdir. Lakin Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs bir neçə dəfə 10 manata metamfetamin alaraq qəbul etmişdir. 23 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən Mərkəzi bazarın qarşısında Fəlatunla görüşən zaman Fəlatun ona 10 manat dəyərində metamfetamin satmışdır. Həmin metamfetaminin içərisində olduğu sellofan kəsiyi bükümünü əynindəki gödəkçənin sol yan cibinə qoymuş, məqsədi isə həmin metamfetamini gələcəkdə istifadə etmək olmuşdur. Həmin gün, yəni 23 yanvar 2023-cü il tarixdə saat 17:30 radələrində Biləsuvar rayonu Bəydili kəndində, R.Mikayılov adına tam orta məktəbin qarşısında piyada hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Üzərində narkotik vasitələri saxlamaqda şübhəli bilinərək tutulmuş, vəkilin iştirakı il və videoçəkilişdən istifadə edilərək şəxsi axtarış aparılan zaman əynindəki gödəkçənin sol yan cibindən içərisində psixotrop maddə metamfetaminin olan sellofan büküm aşkar edilmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Metamfetamin elektron tərəzidə çəkilmiş, 1,85 qram olması müəyyənləşdirilmişdir. Metamfetamin onun iştirakı ilə qablaşdırılıb götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. «Şəxsi axtarış keçirilməsi və maddi sübutun götürülməsi» barədə xx.xx.2023-cü il tarixli protokoldan və aparılmış videoçəkilişdən görünür ki, Fəlatün Bəşirli üzərində narkotik vasitə, psixotrop maddə saxlamaqda şübhəli şəxs kimi tutulmuş, şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa, könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də əynindəki gödəkçənin sol iç cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bağlamanı çıxarıb təqdim etmiş və həmin bükümdə psixotrop maddə metamfetamin olmasını, metamfetamini 22 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində tanımadığı şəxsin dediyi yerdən götürməsini və satış məqsədilə üzərində gəzdirməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bağlama açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Həmin metamfetamin elektron tərəzidə çəkildikdə 81,52 qram olması müəyyənləşdirilmişdir. Həmin maddə qablaşdırılaraq götürülmüşdür. Materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 19/100 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş, bir ədəd bükümdə təmiz çəkisi 76,679 qram olan maddə metamfetamindir. Materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 19/101 №-li rəyində göstərilmişdir ki, Şahid4 üzərindən aşkar edilərək götürülmüş, bir ədəd bükümdə təmiz çəkisi 1,686 qram olan maddə metamfetamindir. Şahid4 və Təqsirləndirilən şəxs üzərlərində aşkar olunmuş metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Həmin ekspertizanın xx.xx.2023-cü il tarixli, 19/102 №-li rəyində göstərilmişdir ki, Şahid5 üzərindən aşkar edilmiş, bir ədəd bükümdə təmiz çəkisi 1,388 qram olan maddə metamfetamindir. Şahid5 və Təqsirləndirilən şəxs üzərlərində aşkar olunmuş metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 19/103 №-li rəyində göstərilmişdir ki, Şahid6 üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,479 qram olan maddə metamfetamindir. Şahid6 və Təqsirləndirilən şəxs üzərlərində aşkar olunmuş metamfetamindirlər kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin mobil telefonun üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr quraşdırılmışdır. Telefonun “Kontaktlar” hissəsinə Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi «Əfrail Bəydili» kimi, Şahid6 istifadəsində olan ***-***-**-** saylı nömrə «İbadət Bəydili» kimi və Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi «Nahid» kimi qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs telefonunda «Fərid Bakı» kimi qeydiyyata alınmış ***-***-**-** saylı mobil teıefon nömrəsi ilə xx.xx.2023-cü il tarixdə narkotik alqı-satqısı ilə bağlı qarşılıqlı olaraq səsli mezaşlar göndərilmişdir. Təqsirləndirilən şəxs telefonunda «İbadət Bəydili» kimi yazılmış Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 11:17 dəqiqədə, saat 14:57 dəqiqədə, saat 15:38 dəqiqədə, «Nahid» kimi qeydiyyata alınmış Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 15:46 dəqiqədə, saat 15:52 dəqiqədə zənglər etməsi müəyyənləşdirilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 133 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 590 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs “emosional davamsız şəxsiyyət pozuntusu” aşkar olunur. Onun “emosional davamsız şəxsiyyət pozuntusu” ilə əlaqədar hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu aşkar olunmur, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, hərəkətkəri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay, 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 10 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuşdur. Məhkumluğu ödənilməmişdir. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs qonşularla səmimi olması, əvavəllər məhkum olunması göstərilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsi, saxlaması, daşıması və satması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs üzərində aşkar olunan metamfetaminin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması, polis işçilərinin təsiri altında metamfetaminin özünə məxsus olmasını etiraf etməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, o, müdafiəçinin iştirakı ilə sərbəst şəkildə psixotrop maddə metamfetaminin özünə məxsus olmasını etiraf etmişdir. Bundan başqa iş üzrə şahidlər Şahid5, Şahid6 və Şahid4 da onlarda aşkar olunan psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs aldıqlarını göstərmişlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakçılığa görə CM-nin 32.5,206.3.2-ci və əldə etdiyi psixotrop maddə metamfetamini ayrı-ayrı şəxslərə satması əsas götürülməklə təkrarçılığa görə CM-nin 234.4.2-ci maddələri ilə ittiham verilsə də, onun əməlində həmin maddələrdə nəzərdə tutulmuş cinayət tərkibləri müəyyən edilmir. Belə ki, iş üzrə cinayətin predmeti olan psixotrop maddə metamfetaminin cinayətkar qrupun digər üzvləri tərəfindən nə zaman və haradan əldə edilməsi müəyyən deyildir. Müəyyən edilir ki, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs psixotrop maddənin Bakı şəhəri ərazisində qoyulduğu yer barədə məlumat vermiş və o, metamfetamini Bakı şəhəri ərazisində əldə etmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs eyni bir psixotrop maddə olan metamfetaminin müəyyən hissəsini ayrı-ayrı şəxslərə satsa da, bu onun əməlində təkrarçılıq yaratmır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz qanunsuz dövriyəyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 4 mart 2011-ci il tarixli, 2№-li qərarının 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə edir və özündə saxlayarsa, belə maddə bir şəxsə və ya bir çox şəxsə satıla bilər. Əgər qeyd edilən maddə və yaonun bir hissəsi eyni vaxtda, yaxud da müxtəlif vaxtlarda iki və ya daha çox şəxsə satılarsa, belə satma həmin maddələrin satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, belə maddənin satış məqsədi ilə əldə edilməsi (saxlanılması) və satılması əməli kimi (bir əməl) qiymətləndirilməli və satış məqsədi ilə əldə olunmuş narkotik vasitə, psixotrop maddənin miqdlarından asılı olaraq CM-nin 234.2 və ya 234.4.3-cü maddəsi ilə tövsif edilməldidir. Eyni zamanda məhkəmə baxışının gedişində dövlət ittihamçısı Təqsirləndirilən şəxs qarşı CM-nin 32.5, 206.3.2 və 234.4.2-ci maddələri ilə verilmiş ittiham üzrə cinayət təqibindən imtina etdiyindən 31 may 2023-cü il tarixli qərarla CPM-nin 43.1 və 43.1.1-ci maddələrinə əsasən iş üzrə CM-nin 32.5, 206.3.2 və 234.4.2-ci maddələri ilə cinayət təqibinə xitam verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi, lakin əməlində cinayətlərin residivinin olmasını CM-nin 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan 76,579 qram psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd «Redmi-9» markalı mobil telefon isə Təqsirləndirilən şəxs ailəsinə verilməlidir. İş üzrə ekspertiza xərci 60 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan 76,579 qram psixotrop maddə metamfetamin məhv edilsin, bir ədəd «Redmi-9» markalı mobil telefon isə Təqsirləndirilən şəxs ailəsinə verilsin. İş üzrə ekspertiza xərci 60 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar