Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-347/2025 09.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Nuriyev Aqil Abdul oğlunun sədrliyi ilə, hakimlər Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Neftçala rayonunun İİ Qaralı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 09 sentyabr 2025-ci il tarixdə, saat 17:00-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 2 saylı məhkəmə iclas zalında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs qeyriləri ilə cinayət əlaqəsinə girərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələr üçün yaradılmış sabit qrupun tərkibində silahlı münaqişələrdə iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əmələ görə xarici dövlətdə məhkum olunmamışdır.
2. Belə ki, o, Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə 30 avqust 2021-ci il tarixdə Türkiyə Respublikasına, oradan isə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin köməyi ilə qanunsuz yolla Suriya Ərəb Respublikasının İdlib şəhərinə gedərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılaraq fəaliyyət göstərən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmü ilə təqsirli bilinərək məhkum edilmiş Şahid1 və Şahid2, 08 iyun 2023-cü il tarixli hökmü ilə təqsirli bilinərək məhkum edilmiş Şahid4 və Şahid3 oğlu, 18 sentyabr 2023-cü il tarixli hökmü ilə təqsirli bilinərək məhkum edilmiş Şahid19, 16 may 2024-cü il tarixli hökmü ilə təqsirli bilinərək məhkum edilmiş Şahid5, Şahid7, Şahid8, Şahid6, Şahid12, Şahid10, Şahid13, Şahid11, Şahid14, Şahid15, Şahid16, Şahid17 və Şahid9, 04 iyun 2024-cü il tarixli hökmü ilə təqsirli bilinərək məhkum edilmiş Şahid18, eləcə də digər Azərbaycan Respublikası vətəndaşları və qeyrilərindən ibarət “Taifatul Mansura” adlı qanunsuz silahlı sabit qrupa qoşulmuş, 2021-ci ilin sentyabr ayından 2022-ci ilin fevral ayınadək həmin qruplaşmanın digər üzvləri ilə birlikdə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində silahlı münaqişələrdə iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əmələ görə xarici dövlətdə məhkum olunmamışdır.
İşin halları və dəlilləri:
3. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 2021-ci ildə Türkiyəyə, oradan da Suriyanın İdlib şəhərinə getmişdir, bir müddətdən sonra özünün aldadıldığını başa düşmüş, lakin gec olmuşdur. Təqsirləndirilən şəxs daha sonra yalnız Allahın hökmlərinə tabe olduğunu və onun əməlinə yalnız şəriət məhkəmələri tərəfindən hökm verilə biləcəyini qeyd edərək, ifadə verməkdən imtina etmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur.
4. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 283-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində (şübhəli şəxs cild İ, iş vərəqə 86-88 və təqsirləndirilən şəxs qismində, c.İ. i.v. 100-103, 227-228) göstərmişdir ki, 2017-ci ildə bilə-bilə terror barədə yalan məlumat vermə maddəsi ilə həbs olunmuşdur. Ona 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmiş, 2021-ci ilin mart ayında əfvə düşərək azadlığa çıxmışdır. Subaydır, ailədə atası, anası, qardaşı və bacısı vardır. O, 2017-ci ildə həbs olunduqdan sonra həbsdə olarkən İslam dininin sünni məzhəbinin sələfi təriqəti üzrə ibadət etməyə başlamışdır. O, 2021-ci ildə həbsdən azad olunandan 1 ay sonra, təxminən yaz aylarından sonra “İnstaqram” sosial şəbəkəsində İdris dini ləqəbli Kamran Şıxəliyevlə tanış olmuşdur. Kamran Şıxəliyev ona ilk olaraq yazaraq yaxşılıq etmək istədiyini demişdir. O Kamrandan yaxşılığının nədən ibarət olduğunu soruşduqda sonuncu Suriya ərazisində olduğunu qeyd edərək orada olan dindarlara qarşı zülmlər edildiyini, içərilərində azərbaycanlı qadın və uşaqların olduğunu demişdir. Kamran Şıxəliyevin danışıqları onu ibadət edən müsəlman kimi özünü borclu hesab etməyə vadar etmişdir ki, Suriyaya gedərək orada din yoldaşlarına kömək etsin. O, bir neçə ay Kamran Şıxəliyevlə sosial şəbəkələr vasitəsilə danışdıqdan sonra Suriyaya getmək qərarına gəlmiş, Kamran ona Bakı şəhərində “Ukayşa” ləqəbli şəxsin onu qarşılayaraq Türkiyəyə getmək üçün biletini alacağını və onu Türkiyəyə təyyarə ilə yola salacağını bildirmişdir. 2021-ci ilin avqust ayının son günlərində o, Bakı şəhərində Ukayşa ləqəbli şəxslə görüşmüş, o həmin şəxsin adını və digər müəyyənedici məlumatlarını bilməmişdir. Həmin şəxs ona biletini vermiş və 30 avqust 2021-ci ildə Bakı aeroportundan Türkiyəyə gedəcəyini tapşırmışdır. O 30 avqust 2021-ci ildə təyyayə oturaraq Ankara şəhərinə yollanmışdır. Ankara şəhərində o Kamranın tanış etdiyi Abu Cabir dini ləqəbli şəxslə telefon vasitəsilə danışmış, sonuncu ona Ankara avtobus voğzalına gedərək orada Şahid14la görüşməsini tapşırmışdır. Səhəri gün o avtovoğzalda Şahid14la görüşmüş, Abu Cabirin tapşırığı ilə onlar avtobusla Hatay şəhərinə yollanmışlar. X34 dediyi yerə getmişlər, sonuncunun dediyi bir nəfər tanımadıqları şəxs gələrək onları götürmüş və sərhədi Suriya istiqamətində keçirdəcək qaçaqçının evinə aparmışdır. Qaçaqçı onu və Taifatul Mansura camaatına qatılacaq digər Azərbaycanlı Şahid14 meşəlik ərazidə bir yerdə gizlətmiş və onlar 4-5 gün orada qalmışlar. 4-5 gün sonra qaçaqçı onları gizlin yollarla Suriya istiqamətinə keçirmişdir. Sərhədi keçdikdən təxminən 500 metr sonra o Abu Cabirə telefonla məkan məlumatlarınızı göndərmiş, bir müddət sonra Abu Cabir avtomobillə gələrək onları götürmüşdür. Onlar avtomobillə İdlib şəhərinin yaxınlığında olan Türkmən dağı adlanan əraziyə getmişlər. Beləliklə 2021-ci ilin sentyabr ayında o Suriyanın İdlib şəhərində Türkməndağı adlanan ərazidə “Taifatul Mansura” adlı silahlı qruplaşmanın tərkibinə daxil olaraq orada yaşamağa və həmin qruplaşmanın tərkibində fəaliyyətə başlamışdır. Həmin qruplaşmaya daxil olduqdan sonra ona “Kalaşnikov” markalı avtomat silahı verilmiş, daha sonra 40 gün müddətində o atış, idman və döyüş taktikası təlimlərində iştirak etmişdir. Bir müddət keçdikdən sonra o Kamran Şıxəliyevin dedikləri ilə reallığın üst-üstə düşmədiyini anlamışdır. Belə ki, oradaki müəyyən şəxslər haqsızlıqlara yol vermişlər, oğurluqlar etmişlər, geri qayıtmaq istəyənləri isə zindana göndərmişlər. O geri qayıtmaq fikrində olsa da buna nail ola bilməmişdir. 2021-ci ilin oktyabr ayında Cəbhətul Nusra adlı silahlı birləşmə ilə onun da tərkibində iştirak etdiyi Taifatul Mansura adlı silahlı qrupun arasında döyüş olmuş, Nusra camaatı onlara hücum edərək sıralarından bəzilərini öldürmüş, sağ qalanları isə əsir götürmüşdür. Bir neçə ay əsirlikdə saxladıqdan sonra hissə-hissə onları Türkiyəyə göndərmişlər. Türkiyədə onlar geri göndərmə məntəqəsində saxlanılmışlar, bir neçə ay keçdikdən sonra onu geri göndərmə məntəqəsindən azadlığa buraxmışlar. O təxminən 2024-cü ilin sentyabr ayınadək İstanbul şəhərində yaşamış, orada tikintilərdə işləyərək İstanbul şəhərində tanış olaraq dini nikaha daxil olduğu ailəsinə baxmışdır. Dini nikaha daxil olduğu qadın əslən qırğız olan Sairdə Azizova olmuşdur. 2024-cü ilin sentyabr ayında onu yenidən Türkiyədə saxlayaraq geri göndərmə məntəqəsinə aparmışlar. 30 yanvar 2025-ci il tarixdə isə təyyarə ilə Bakıya göndərmişlər. Geri göndərmə məntəqəsində şərait yaxşı olmuş, ora həbsxana şəraiti hesab olunmamışdır. Nusra ilə döyüş zamanı Nəsimi Abbasov, Gülhəsən Rzayev, Ramil Məmmədov, İbrahim Hacıyev, Elşad Əliyev vəfat etmişlər. Bundan başqa, qrupun üzvü olan Fərhad Restəmovun övladı Üsamə də vəfat etmişdir. O, Taifatul Mansuranın tərkibində olduğu müddətdə orada “Abu Davud” ləqəbli Şahid1, “Süleyman” ləqəbli Şahid2, “Hamza” dini ləqəbli Emin Qarayev, “Abu İbrahim” dini ləqəbli Ədalət Sabirov, “Abdulbər” dini ləqəbli Oktay Qarayev, “Abu Osman” dini ləqəbli Elşad Əliyev, Şahid18, “Abduləziz” dini ləqəbli Əziz Kaltayev, “Abu Usamə” dini ləqəbli Şahid5, Usamə Rüstəmli, “Ammar” ləqəbli İbrahim Hacıyev, “İdris” dini ləqəbli Kamran Şıxəliyev, “Abu Xəlil” dini ləqəbli Ramil Məmmədov, “Abdurahman” dini ləqəbli Nəsimi Abbasov, “Həsən” dini ləqəbli Gülhəsən Rzayev, “Abdulhəy” dini ləqəbli Şahid3, Xəqan Göylərov, Fəqan Göylərov, “Zubeyr” ləqəbli Şahid8, “Abu Zeyd” ləqəbli Şahid6, “Muaz” ləqəbli Şahid11, “Abu Muhəmməd” dini ləqəbli Şahid19, “Bilal” ləqəbli Şahid7, Abu Bəkr ləqəbli Şahid10, Şahid14, Şahid16, “Bünyəmin” ləqəbli Şahid15, Abu Səid ləqəbli Şahid12, Xəttab ləqəbli Şahid13, Abu darda ləqəbli Şahid17 orada olmuşlar. Adlarını qeyd etdiklərindən başqa da şəxslər orada olmuş, lakin hazırda həmin şəxsləri xatırlaya bilməmişdir. Bundan başqa o Kamran Şıxəliyev, Fəqan Göylərov və Xəqan Göylərovun könüllü olaraq Cəbhətul Nusra təşkilatının sıralarına qoşulduqlarını bildirmişdir
5. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs həmin ifadəni özünün verdiyini və doğruluğunu təsdiq etdiyini bildirmişdir.
6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
8. Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemi vasitəsilə dindirilmiş başqa cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə eyni maddə ilə cinayət məsuliyyətinə cəlb edilməklə məhkum olunmuş Şahid2 hər hansı bir ifadə verməkdən imtina etmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi ona elan olunmaqla tədqiq edilmişdir. Belə ki, şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2019-cu ilin aprel ayında Suriya Ərəb Respublikasına gedərək İdlib şəhəri ərazisində Türkməndağı adlanan ərazidə “Taifatul Mansura” adlı silahlı qrupun tərkibinə qoşularaq fəaliyyətində iştirak etmişdir. Həmin qruplaşmanın tərkibində olan şəxslərə Kalaşnikov markalı avtomat silahı təhkim olunmuş və qrup üzvləri rebatlara, yəni postlara çıxmışlar. O, olduğu “Taifatul Mansura” camaatında digər azərbaycanlılarla yanaşı “Huzeyfə” dini ləqəbli Təqsirləndirilən şəxs gördüyünü, sonuncuya da Kalaşnikov markalı silah təhkim olunduğunu bildirmişdir. 2021-ci ilin oktyabr ayında Cəbhətül Nüsraya bağlı HTŞ terror təşkilatı Türkmən dağına hücum etmiş, təxminən 3 gün davam edən qeyri bərabər döyüşlərdən sonra döyüşçülərlə birlikdə təslim olmuşlar və onlar əsir götürülmüşlər. Qruplaşmanın bir neçə üzvü isə döyüşlər nəticəsində öldürülmüşlər.
9. Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemi vasitəsilə dindirilmiş başqa cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə eyni maddə ilə cinayət məsuliyyətinə cəlb edilməklə məhkum olunmuş şahidlər Şahid1, Şahid3 oğlu, Şahid6, Şahid8 İdris oğlu, Şahid11, Şahid16, Şahid17 ifadə verməkdən imtina etmişlər, bu səbəbdən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan olunmaqla tədqiq edilmişdir. Həmin ifadələrdə şahidlər hökmün 8-ci bəndində ifadəsi qeyd edilən Şahid2 ilə oxşar məzmunda ifadə verərək, Suriya Ərəb Respublikasının ərazisində qanunsuz silahlı birləşmənin tərkibində olarkən “Huzeyfə” dini ləqəbli Təqsirləndirilən şəxs gördüklərini, Təqsirləndirilən şəxs silahlı olduğunu və döyüşlərdə iştirak etdiyini bildirmişlər.
10. Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemi vasitəsilə dindirilmiş başqa cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə eyni maddə ilə cinayət məsuliyyətinə cəlb edilməklə məhkum olunmuş şahidlər Şahid9, Şahid10, Şahid12, Şahid14, Şahid19 ifadə verərək, Suriya Ərəb Respublikasının ərazisində qanunsuz silahlı birləşmənin tərkibində olarkən “Huzeyfə” dini ləqəbli Təqsirləndirilən şəxs gördüklərini, Təqsirləndirilən şəxs silahlı olduğunu və döyüşlərdə iştirak etidyini bildirmişlər.
11. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin atası Şahid20 övladına qarşı ifadə verməkdən imtina etmiş, danışmaq istəmədiyini bildirmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsinin həqiqiliyini təsdiq etmişdir. Bu səbəbdən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs 2017-ci ildə həbs olunmuş, 2021-ci ildə həbsdən azad olunmuşdur. Həbsdə olduğu müddətdə Pərviz ibadət etməyi öyrənmişdir. Ailələrində başqa heç kəs ibadətlə məşğul olmamış və hazırda da olmur. O Təqsirləndirilən şəxs ibadət etməsinə qarşı olsa da, sonuncu ibadətindən əl çəkməmiş və get-gedə daha da radikallaşmışdır. 2021-ci ildə Pərviz azad olunduqdan sonra Bakı şəhərində qalaraq işləyəcəyini bildirmişdir. O təxminən 2021-ci ilin sentyabr ayında eşidib ki, oğlu Pərviz Türkiyəyə gedib. Bundan bir neçə ay keçsə də onun və ailəsinin Pərvizdən heç bir xəbərləri olmamışdır. Ailədə heç kəs ibadət etmədiyinə görə oğlu Pərviz də onlarla bir o qədər münasibət saxlamamışdır. 2022-ci ilin qış aylarında Pərviz ailəsi ilə əlaqə saxlayaraq Suriyada döyüşlərdə əsir götürüldüyünü, sonradan Türkiyəyə təhvil verildiyini, Türkiyədə Hatay şəhərində saxlanıldığını bildirmişdir. O oğluna çox yalvarmışdır ki, Azərbaycana geri qayıtsın, sonuncu isə pasportu olmadığına görə Azərbaycana geri qayıda bilmədiyini demişdir. Ailədə Pərvizdən başqa heç kəs ibadət etmədiyindən sonuncu onlarla əlaqə saxlamamış və onlar Pərvizdən xəbər tuta bilməmişlər. Bir neçə vaxt əvvəl Pərvizin Azərbaycana gəlməsi və həbs olunması barədə evlərinə məktub gəlmişdir. 2022-ci ilin qış aylarında Pərviz telefonla ailəsinə Hatay şəhərində olduğunu dediyi zaman Suriyada ibadət qardaşlarının yanına getdiyini, orada ibadəti uğrunda döyüşdə olduğunu və həmin döyüş zamanı əsir götürüldüyünü, bəzi din qardaşlarının isə orada öldüyünü bildirmişdir. (Cild 2, iş vərəq: 203-205)
12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir.
Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
13. “Cinayət işinin başlanması və iş üzrə istintaq qrupunun yaradılması haqqında” 17 may 2022-ci il tarixli qərara əsasən müəyyən olunur ki, Azərbaycan Respublikasının vətəndaşları Şahid1, Şahid2 və qeyriləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. (c İ, i.v 28-29)
14. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 18 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs və digərləri barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə başqa cinayət işi ayrılmışdır. (c İ, i.v 23-27)
15. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 06 may 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs və digərləri barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə başqa cinayət işi ayrılmışdır. (c İ, i.v 21-22)
16. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs və digərləri barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə başqa cinayət işi ayrılmışdır. (c İ, i.v 18-20)
17. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar və digər sənədlərdən görünür ki, ********* saylı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs və digərləri barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. (c İ, i.v 1-14)
18. 22 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, təqsirləndirilən şəxs Şahid2 mülki geyimdə olan 4 nəfər kişi əksi çap olunmuş fotocədvəl təqdim edilmiş, Şahid2 həmin fotocədvəldəki şəxslərdən 4 şərti nömrəsi ilə nömrələnmiş fotoşəkildəki şəxsi tanıdığını, onun Təqsirləndirilən şəxs adlı şəxs olduğunu, Suriyada “Taifatul-Mansura” camaatının üzvü olduğunu, təxminən 2021-ci ilin payız aylarında Suriyaya gəldiyini, gəldikdən bir neçə vaxt sonra onunla birlikdə “Camiatul Nusra”-ya əsir düşdüklərini, özü əsirlikdən çıxanda Təqsirləndirilən şəxs hələ də əsirlikdə olduğunu, onu Suriyanın İdlib şəhərində, Türkmən dağı adlanan ərazidə gördüyünü və onu üz cizgilərindən dərhal tanıdığını bildirmişdir. (c İ, i.v 72-73)
19. 23 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, təqsirləndirilən şəxs Şahid1 mülki geyimdə olan 4 nəfər kişi əksi çap olunmuş fotocədvəl təqdim edilmiş, Şahid1 həmin fotocədvəldəki şəxslərdən 4 şərti nömrəsi ilə nömrələnmiş fotoşəkildəki şəxsi tanıdığını, onun Təqsirləndirilən şəxs adlı şəxs olduğunu, onu Huzeyfə dini ləqəbi ilə tanıdığını, Təqsirləndirilən şəxs Suriyada “Taifatul-Mansura” camaatının üzvü olduğunu, təxminən 2021-ci ilin payız aylarında Suriyaya gəldiyini, gəldikdən bir neçə vaxt sonra onunla birlikdə əsir düşdüklərini, özü əsirlikdən çıxanda Təqsirləndirilən şəxs hələ də əsirlikdə olduğunu və onu üz cizgilərindən dərhal tanıdığını bildirmişdir. (c İ, i.v 75-76)
20. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti Terrorçuluğa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş Təqsirləndirilən şəxs və digərlərinin ölkəni tərk etmələrinə dair 23 iyun 2022-ci il tarixli, 5/1854 nömrəli məktubdan görünür ki, xx.xx.1996cı il təvəllüdlü, “Huzeyfə” ləqəbli, Səlyan şəhəri, B.Talıblı küçəsi, ev 7, mənzil 11 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 14:58-də ölkəni tərk etmişdir. (c İ, i.v 78-82)
21. Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin icraatında olan ********* nömrəli cinayət işinin materiallarına baxış keçirilməsi haqqında 02 iyul 2022-ci il tarixli protokoldan görünür ki, cinayət işinə keçirilmiş baxış nəticəsində Suriya Ərəb Respublikasının Cinayət Məcəlləsi və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 15 avqust 2014-cü il tarixli 2170 (2014) saylı qətnamənin kserosurəti çıxarılaraq hazırkı cinayət işinə əlavə edilmişdir. Suriya Ərəb Respublikasının 22 iyun 1949-cu il tarixli Cinayət Məcəlləsi və «Terrorla mübarizə haqqında» 28 iyun 2012-ci il tarixli Qanunun məzmunundan görünür ki, qanunsuz silahlı birləşmədə iştirak etmə Suriya Ərəb Respublikasının qanunvericiliyində cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməldir və cinayət sayılır. (c İ, i.v 84-149)
22. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə cinayət məsuliyyətinə cəlb edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə təqsirli bilinmiş və 05 (beş) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Hazırda məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. (c İ, i.v 153)
23. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 06 sentyabr 2022-ci il tarixli qərarın nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (c İ, i.v 154- 155)
24. “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 06 sentyabr 2022-ci il tarixli qərarın nəticə hissəsindən görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (c İ, i.v 156-157)
25. «Müdafiəçi dəvət edilməsi haqqında» 08 sentyabr 2022-ci il tarixli qərardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə Bakı şəhəri, 3 saylı Vəkil Bürosundan müdafiəçi dəvət edilməsi qərara alınmışdır. (c İ, i.v 164-167)
26. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)- 370/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 02 ay 02 gün həddində, yəni 18 noyabr 2022-ci il tarixədək müəyyən edilmişdir. (c İ, i.v 168-172)
27. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1529/2022 saylı hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283- 1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (c İ, i.v 173- 186)
28. Şahid4 31 yanvar 2023-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, tanınma zamanı Şahid4 ona təqdim edilmiş foto-cədvəldəki şəxslərdən əslən Neftçala rayonundan olan Hüzeyfə dini ləqəbli Təqsirləndirilən şəxs tanıdığını, həmin şəxsi Suriya Ərəb Respublikasının İdlib şəhərinin Türkməndağı adlanan ərazisində yerləşmiş “Taifatul Mansura” adlı sabit silahlı qrupun tərkibində gördüyünü, ona təhkim olunmuş silahla postlara çıxdığını və döyüşlərdə iştirak etdiyini bildirmişdir. (c İ, i.v 206- 208)
29. Şahid3 oğlunun 01 fevral 2023-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, tanınma zamanı Şahid3 oğlu ona təqdim edilmiş fotocədvəldəki şəxslərdən Təqsirləndirilən şəxs tanıdığını, həmin şəxsi Suriya Ərəb Respublikasının İdlib şəhərinin Türkməndağı adlanan ərazisində yerləşmiş “Taifatul Mansura” adlı sabit silahlı qrupun tərkibində gördüyünü, ona təhkim olunmuş silahla postlara çıxdığını və döyüşlərdə iştirak etdiyini bildirmişdir. (c İ, i.v 209-211)
30. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)- 82/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvəlinin təqsirləndirilən şəxsin tutulduğu andan hesablanması qərara alınmışdır. (c İ, i.v 215-218)
31. Şahid5 20 iyun 2023-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, tanınma zamanı Şahid5 ona təqdim edilmiş foto-cədvəldəki şəxslərdən əslən Neftçala rayonundan olan Təqsirləndirilən şəxs tanıdığını, həmin şəxsi Suriya Ərəb Respublikasının İdlib şəhərinin Türkməndağı adlanan ərazisində yerləşmiş “Taifatul Mansura” adlı sabit silahlı qrupun tərkibində gördüyünü, onun adı çəkilən qrupun tərkibində döyüşdə iştirak etdiyini bildirmişdir. (c İ, i.v 271-273)
32. Şahid8 21 iyun 2023-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, tanınma zamanı Şahid8 ona təqdim edilmiş foto-cədvəldəki şəxslərdən əslən Neftçala rayonundan olan Təqsirləndirilən şəxs tanıdığını, həmin şəxsi Suriya Ərəb Respublikasının İdlib şəhərinin Türkməndağı adlanan ərazisində yerləşmiş “Taifatul Mansura” adlı sabit silahlı qrupun tərkibində gördüyünü, onun adı çəkilən qrupun tərkibində döyüşdə iştirak etdiyini bildirmişdir. (c İ, i.v 274-276)
33. Şahid6 22 iyun 2023-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, tanınma zamanı Şahid6 ona təqdim edilmiş foto-cədvəldəki şəxslərdən Hüzeyfə dini ləqəbli Şahid18 tanıdığını, həmin şəxsi Suriya Ərəb Respublikasının İdlib şəhərinin Türkməndağı adlanan ərazisində yerləşmiş “Taifatul Mansura” adlı sabit silahlı qrupun tərkibində gördüyünü, onun adı çəkilən qrupun tərkibində döyüşdə iştirak etdiyini bildirmişdir. (c İ, i.v 279-281)
34. Şahid7 23 iyun 2023-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, tanınma zamanı Şahid7 ona təqdim edilmiş foto-cədvəldəki şəxslərdən əslən Neftçala rayonundan olan Hüzeyfə dini ləqəbli Təqsirləndirilən şəxs tanıdığını, həmin şəxsi Suriya Ərəb Respublikasının İdlib şəhərinin Türkməndağı adlanan ərazisində yerləşmiş “Taifatul Mansura” adlı sabit silahlı qrupun tərkibində gördüyünü, onun adı çəkilən qrupun tərkibində döyüşdə iştirak etdiyini bildirmişdir. (c İ, i.v 282-284)
35. Şahidlər Şahid14, Şahid10, Şahid9, Şahid12, Şahid16, Şahid17, Şahid15, Şahid13 və Şahid11 10 iyul 2023-cü il tarixli fotoşəkil üzrə tanınma protokollarından görünür ki, tanınma zamanı Şahid14, Şahid10, Şahid9, Şahid12, Şahid16, Şahid17, Şahid15, Şahid13 və Şahid11 onlara təqdim edilmiş foto-cədvəllərdəki şəxslərdən əslən Neftçala rayonundan olan Hüzeyfə dini ləqəbli Təqsirləndirilən şəxs tanıdıqlarını, həmin şəxsi Suriya Ərəb Respublikasının İdlib şəhərinin Türkməndağı adlanan ərazisində yerləşmiş “Taifatul Mansura” adlı sabit silahlı qrupun tərkibində gördüklərini, onun da adı çəkilən qrupun tərkibində döyüşdə iştirak etdiyini bildirmişlər. (c İ, i.v 285-305, c İİ, i.v 1-6)
36. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-1225/2023 saylı hökmündən görünür ki, Şahid4 və Şahid3 oğlu ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. (c İİ, i.v 07-19)
37. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-1397/2023 saylı hökmündən görünür ki, Şahid19 ********* nömrəli cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (c İİ, i.v 20-27)
38. Hazırki cinayət işi üzrə Şahid18 03 noyabr 2023-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, tanınma zamanı Şahid18 ona təqdim edilmiş fotocədvəldəki şəxslərdən əslən Neftçala rayonundan olan Hüzeyfə dini ləqəbli Təqsirləndirilən şəxs tanıdığını, həmin şəxsi Suriya Ərəb Respublikasının İdlib şəhərinin Türkməndağı adlanan ərazisində yerləşmiş “Taifatul Mansura” adlı sabit silahlı qrupun tərkibində gördüyünü, onun adı çəkilən qrupun tərkibində döyüşdə iştirak etdiyini bildirmişdir. (c İİ, i.v 32-34)
39. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 07 yanvar 2024-cü il tarixli qərarın nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs və qeyriləri barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə icraatın Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3 və 53.1.4-cü maddələrinə əsasən—təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan gizləndiyinə və Azərbaycan Respublikasının hüdudlarından kənarda olması ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadığına görə dayandırılması qərara alınmışdır. (c İİ, i.v 46-47)
40. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Terrorçuluğa qarşı Mübarizə Baş idarəsindən verilmiş 30 yanvar 2025-ci il tarixli, 5/254a nömrəli məktubdan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs DTX-nın V Baş İdarəsinin əməkdaşlarının müşayiəti altında xx.xx.2025-ci il tarixdə ölkə ərazisinə gətirilmişdir. (c İİ, i.v 56-57)
41. 30 yanvar 2025-ci il tarixli, 284 nömrəli Təhvil-Təslim Aktından görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2025-ci il tarixdə üzərindəki sənəd və əşyalarla birlikdə Heydər Əliyev adına X12 X13 sərnişin SNB-nin əməkdaşı X21 tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı polkovnik leytenant Fərid Həsənova təhvil verilmiş və digər tərəfdən də təhvil alınmışdır. (c İİ, i.v 58)
42. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 30 yanvar 2025ci il tarixli qərarın nəticə hissəsindən görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi qərara alınmışdır. (c İİ, i.v 60)
43. 30 yanvar 2025-ci il tarixli protokol və məhkəmədə tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün müdafiəçi təyin edilmişdir. (c İİ, i.v 62-73)
44. 30 yanvar 2025-ci il tarixli axtarış protokolundan görünür ki, tutulan şəxs Təqsirləndirilən şəxs tutulan zaman üzərindən 01 (bir) ədəd qara əl sumkası, 01 (bir) ədəd qara əl çantası, 01 (bir) ədəd qara plasmas saat, 01 (bir) ədəd qulaqcıq, 03 (üç) ədəd açar, 01 (bir) ədəd kiçik dua kitabı, 01 (bir) ədəd uşaq şəkli, 02 (iki) ədəd kurtka, 01 (bir) ədəd idman papağı, 03 (üç) ədəd köynək, 04 (dörd) ədəd şalvar aşkar edilərək götürülmüşdür. (c İİ, i.v 87)
45. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 152 nömrəli Xasiyyətnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs həqiqətən də Salyan şəhərində anadan olmuşdur, Salyan şəhəri, B.Talıblı küçəsi, 7 saylı evin 11 saylı mənzilində pasport qeydiyyatındadır, barəsində Salyan MİTTİB MM-yə heç bir şikayət və ərizə daxil olmamışdır. (c İİ, i.v 89)
46. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 151 nömrəli arayışdan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs həqiqətən də ünvan 2 ünvanında qeydiyyatdadır və ailə üzvləri atası Şahid20 (1963), anası X4 (1974), qardaşı X33 (1994) və bacısı X5 (2009) ibarətdir. (c İİ, i.v 90)
47. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1190/2024 saylı hökmündən görünür ki, Şahid18 ********* nömrəli cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (c İİ, i.v 94-99)
48. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs 04 mart 2025-ci il tarixli fotoşəkil üzrə tanınma protokollarından görünür ki, tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim edilmiş foto-cədvəllərdəki şəxslərdən Şahid1, Şahid2, X22, X9, X17, X6, Şahid8, Şahid5, X10, X11, Şahid6, X7, Şahid7, Şahid18, X2, X14, X18, X15, X3, Şahid4, Şahid3 oğlu, Şahid19, Şahid12, Şahid10, Şahid13, Şahid11, Şahid14, Şahid15, Şahid16, Şahid17 və Şahid9 tanıdığını, həmin şəxsləri Suriya Ərəb Respublikasının İdlib şəhərinin Türkməndağı adlanan ərazisində yerləşmiş “Taifatul Mansura” adlı sabit silahlı qrupun tərkibində gördüyünü, onların adı çəkilən qrupun tərkibində təlimlərdə və döyüşlərdə iştirak etdiklərini bildirmişdir. (c İİ, i.v 109-201)
49. «Mobil telefona baxış keçirilməsi barədə» 12 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Redmi” A9 markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək heç bir məlumat aşkar edilməmişdir. (c İİ, i.v 202)
50. «Əşyanın təhvil verilməsi haqında» 12 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Redmi” A9 markalı mobil telefon onun atası Şahid20 təhvil verilmişdir. (c İİ, i.v 206)
51. «İbtidai istintaq müddətinin uzadılması haqında» 16 aprel 2025-ci il tarixli qərarın nəticə hissəsindən görünür ki, ********* saylı cinayət işi üzrə ibtidai istintaq müddəti 3 (üç) ay, yəni 22 iyul 2025-ci il tarixədək uzadılmışdır. (c İİ, i.v 219-220)
52. Məhkəmə-psixiatrik ekspertizasının 04 aprel 2025-ci il tarixli, 1007 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Emosional davamsız şəxsiyyət pozuntusu, anamnezində kəllə beyin travması müəyyən edilir. Bunu anamnestik məlumatlar – xasiyyətcə əsəbi, qıcıqlara qarşı həssas olması, hərbi xidmətə çağırış zamanı psixiatrik müayinədən keçərək hərbi xidmətə yararsız hesab edilməsi, SN Respublika Psixiatriya Xəstəxanasında müalicə olunması, həmçinin hazırki müayinə zamanı əhvali-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı və s. təsdiq edir. Təqsirləndirilən şəxs Emosional davamsız şəxsiyyət pozuntusu, anamnezində kəllə beyin travması müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllılığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (c İİ, i.v 223-225)
53. Məhkəmə-tibb ekspertizasının 18 mart 2025-ci il tarixli 214/KEŞ saylı ekspert rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı hazırda onun hər iki biləyinin ön səthində bir-birinə paralel, dəri səviyyəsindən hündür (müxtəlif ölçülərdə) çoxsaylı çapıqların olduğu müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər şəxsin özü tərəfindən iti kənarlı alətin təsirindən törənə bilərdi. Xəsarətlər çoxsaylı olduğu üçün ardıcıllıq haqqında fikir söylənilməsi mümkün deyil. Çapıqların morfoloji xüsusiyyətlərinə görə müddəti 1,5 ildən artıqdır. Qeyd olunan xəsarətlər halhazırda tam sağalmışdır, hər hansı bir fəsad və ya ağırlaşma qeyd edilmir. Bu baxımdan qeyd olunan xəsarətlər həyat üçün təhlükəli deyil və əlavə hər hansı bir müalicəyə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırki sağlamlıq durumu ilə əlaqədar onun istintaq təcridxanasında saxlanılması və onunla zəruri istintaq hərəkətlərinin aparılması mümkündür. (c İİ, i.v 227-229)
54. Şahid5, Şahid7, Şahid8, Şahid6, Şahid12, Şahid10, Şahid13, Şahid11, Şahid14, Şahid15, Şahid16, Şahid17 və Şahid9 oğlu barəsində Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsində ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2024-cü il tarixli hökmünə əsasən hər biri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. (c İİ, i.v 233-253)
55. «Sübutların qiymətləndirilməsi haqqında» 30 aprel 2025-ci il tarixli qərarın nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi barəsində qərar qəbul edilməsi qərara alınmışdır. (c İİ, i.v 263)
56. «Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 30 aprel 2025ci il tarixli qərarın nəticə hissəsindən görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. (c İİ, i.v 265-266)
57. «Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» 30 aprel 2025-ci il tarixli qərarın nəticə hissəsindən görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə başqa cinayət işinin ayrılması qərara alınmışdır. (c İİ, i.v 279-280)
58. İş materiallarında olan Dövlət Təhlükəsizliyi Xidmətinin V baş idarəsinə 19 may 2022-ci il tarixli əməliyyat tapşırığına cavab olaraq daxil olmuş 14 iyun 2022-ci il tarixli 5/1753 nömrəli məktubda bildirilmişdir ki, Təqsirləndirilən şəxs digər Azərbaycan Respublikası vətəndaşları ilə birlikdə Suriya Ərəb Respublikası ərazisində qanunsuz silahlı birləşmənin tərkibində olmuşdur.
59. İş materiallarında olan Dövlət Təhlükəsizliyi Xidmətinin V baş idarəsinə 18 may 2022-ci il tarixli əməliyyat tapşırığına cavab olaraq daxil olmuş 23 iyun 2022-ci il tarixli 5/1854 nömrəli məktubda bildirilmişdir ki, Təqsirləndirilən şəxs digər Azərbaycan Respublikası vətəndaşları ilə birlikdə Suriya Ərəb Respublikası ərazisində qanunsuz silahlı birləşmənin tərkibində olmuş, orada olarkən “Hüzeyfə” dini ləqəbindən istifadə etmişdir.
60. “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli sərəncamının 1.380-ci bəndinə əsasən Təqsirləndirilən şəxs (1996-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 24 noyabr tarixli hökmü ilə məhkum edilmişdir) cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
61. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir.
62. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
63. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
64. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.
65. Avropa İnsan Hüquqları Məhkəməsinin “Orlov Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.
66. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin (təqsirləndirilən şəxs və onun müdafiəçisi) hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, onunla müdafiəçisinə sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar verməsi üçün şərait yaradılmış, habelə irəli sürülmüş ittihamı mübahisələndirmişlər.
67. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir.
68. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur.
69. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir.
70. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.
71. Həmin Məcəllənin 145.1 və 145.2-ci maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
72. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
73. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
74. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir.
75. Məhkəmə baxış iclasında, təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasının İdlib şəhərinə getdiyini, orada döyüşlərdə iştirak etdiyini bildirsə də, özünün aldadıldığını, bunu sonradan başa düşdüyünü demiş, daha sonra ifadə verməkdən imtina etmiş və özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməmişdir. Təqsirləndirilən şəxs son sözlə çıxış edərək, məhkəməyə əməlindən peşman olduğunu bildirmiş və cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir.
76. Məhkəmə, təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillərə münasibət bildirməyi mütləq və zəruri hesab edir.
77. Əvvəla, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ittihamın mahiyyətinin ona aydın olduğunu və verilmiş ittiham üzrə özünü tam təqsirli bildiyini, Suriya Ərəb Respublikasına gedərək oradakı müsəlman bacı-qardaşlarını zülmdən azad etmək, onlara kömək etmək fikrində olduğunu, 2021-ci ilin sonlarına yaxın “Cəbhətul Nusra" cinayətkar birliyinin onlara hücum etdiyini, onların isə öz silahları ilə müqavimət göstərdiklərini və döyüşdüklərini, nəticədə uduzduqlarını, onlardan bir qisminin döyüş əməliyyatlarında öldürüldüyünü, onun özünün isə əsir kimi saxlandığını bildirmişdir. Sonda isə həmin əməli dini inanclarına görə etdiyini və əməlindən peşman olduğunu bildirmişdir.
78. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsinə, şahid ifadələrinə və iş materiallarına əsasən müəyyən edilir ki, o, 2017-ci ildə CM-in 216-cı - “Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə – maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilmiş, 2021-ci ilin martında əfv olunaraq azadlığa çıxmış, həbsdə olarkən dini ibadətlə, xüsusən sələfi təriqəti üzrə ibadətlə məşğul olmağa başlamışdır. 2021-ci ilin avqustunda sosial şəbəkə vasitəsilə tanış olduğu şəxslərin köməyi ilə Bakıdan Türkiyəyə, oradan isə qanunsuz yollarla Suriyaya – İdlib bölgəsinə getmişdir. 2021-ci ilin sentyabrından “Taifatul Mansura” adlı qanunsuz silahlı birləşmənin tərkibinə qoşulmuş, silahlı təlimlər keçmiş və döyüşlərdə iştirak etmişdir. Ona “Kalaşnikov” silahı verilmiş, postlara çıxmışdır. 2021-ci ilin oktyabrında “Cəbhətul Nusra” adlı digər qruplaşma ilə döyüşlərdə iştirak etmiş, nəticədə əsir götürülmüş və bir neçə ay əsirlikdə qalmışdır. 2022-ci ilin əvvəllərində azad edildikdən sonra Türkiyəyə qaytarılmış, orada geri göndərmə məntəqəsində saxlanılmış, sonradan sərbəst buraxılmışdır. 2022–2024cü illər ərzində – İstanbulda yaşamış, tikinti işlərində çalışmış, dini nikahla ailə qurmuşdur. 2024-cü ilin sentyabr ayında yenidən Türkiyə hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq geri göndərmə məntəqəsinə yerləşdirilmişdir. 30 yanvar 2025-ci ildə Türkiyədən Azərbaycana deportasiya edilmiş, Heydər Əliyev X12 saxlanılaraq Dövlət Təhlükəsizliyi Xidmətinə təhvil verilmişdir.
79. Bu səbəbdən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünün aldadıldığını bildirməsi, ifadə verməkdən imtina etməsi və özünü təqsirli bilməməsi kimi hallar həqiqəti əks etdirmir, həmin ifadələr iş materialları və digər şahid ifadələri ilə ziddiyyət təşkil edir, məhkəmə bu ifadələrini inandırıcı hesab etmir və bu ifadələri təqsirləndirilən şəxsin müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir.
80. Məhkəmə tərkibi məhkəmə iclaslarında ifadə vermiş şahidlərin ibtidai araşdırma zamanı verdikləri “Huzeyfə” ləqəbli Təqsirləndirilən şəxs ilə birlikdə Suriyada qanunsuz silahlı qruplaşmada vuruşmaları barədə ifadə protokollarını, bu şahidlərin ibtidai araşdırma zamanı təqdim olunan fotoşəkillər arasında Təqsirləndirilən şəxs fotoşəkillərini tanıyaraq məhz bu şəxslə birlikdə Suriyada qanunsuz silahlı qruplaşmada iştirak etmələrini bildirmələri, eləcə də Təqsirləndirilən şəxs da ona təqdim edilən fotoşəkillər arasında Suriya Ərəb Respublikasında onunla birlikdə döyüşmüş şəxsləri tanımasına dair protokolları həqiqi və mötəbər sübut növü kimi qəbul edir və Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinə əsasən bu sübutları ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar kimi qiymətləndirir. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli özünün və şahidlərin tədqiq edilən ifadələri, təqsirləndirilən şəxsin tanınma protokolları, onun Azərbaycan Respublikasını tərk etmə barədə rəsmi məlumat və Azərbaycan Respublikasına ekstradisiya edilməsi barədə sənədlərlə və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir, toplanmış sübutların məcmusu onun barəsində ittiham hökmünün çıxarılması üçün kifayətdir.
81. Yekun olaraq məhkəmə tərkibi təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə yekun hüquqi qiymət verərək, qeyd edir ki, təqsirləndirilən şəxs həm məhkəmə iclasında, həm də ibtidai istintaq zamanı verdiyi ifadələrdə həqiqətən 2021-ci ildə Türkiyə Respublikasına, oradan isə qanunsuz yollarla Suriya Ərəb Respublikasına getidyini, təlimlərdə iştirak etdiyini, ona silah verildiyini, döyüşlərdə olduğunu bildirmişdir. Şəxsin bu ifadəsi, yəni Suriya Ərəb Respublikasında döyüşlərdə olması iş materialları, şahid ifadələri və protokollarla da öz təsdiqini tapır. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrini mötəbər hesab etmir, həmin ziddiyyətli ifadələrin özünümüdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin özünü elan edilmiş ittihamla təqsirli bilməməsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir.
82. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 283-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməllərində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir.
83. İş materiallarında olan Suriya Ərəb Respublikasının 22 iyun 1949-cu il tarixli Cinayət Məcəlləsi və «Terrorla mübarizə haqqında» 28 iyun 2012-ci il tarixli Qanununun məzmunundan görünür ki, qanunsuz silahlı birləşmədə iştirak etmə Suriya qanunvericiliyində cəza təhdidi altında qadağan edilən cinayət əməlləri kimi nəzərdə tutulmuşdur.
84. 29 avqust 2022-ci il tarixli əməliyyat qeydiyyatı üzrə yoxlama haqqında tələbnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ona istinad edilən əmələ görə nə Azərbaycan Respublikası ərazisində, nə də digər xarici ölkə ərazisində məhkum olunmamışdır.
85. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrinə əsasən o, Suriya Ərəb Respublikası ərazisində “Cəbhətul Nusra” (“Ən-Nusra Cəbhəsi”) adlı cinayətkar birlik tərəfindən həbs olunduğunu bildirmişdir. Lakin nəzərə alınmalıdır ki, adı çəkilən qrup Beynəlxalq Millətlər Təşkilatı tərəfindən rəsmi olaraq cinayətkar birlik kimi tanınmışdır və bu səbəbdən də həmin cinayətkar birliyin hansısa şəxsi həbs etməsi anlayışı mümkün deyildir. O da nəzərə alınmalıdır ki, “Ən-Nusra Cəbhəsi” adlı cinayətkar birlik digər Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsi maddi maraq müqabilində girovluqda saxlamışdır.
86. İş materiallarına əlavə edilən, keçirilmiş istintaq-əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin Suriya Ərəb Respublikası ərazisində tərkibinə qoşulduğu və fəaliyyətində iştirak etdiyi “Taifatul Mansura” sabit silahlı qrup beynəlxalq təşkilatlar tərəfindən cinayətkar birlik kimi tanınmamış, o cümlədən həmin sabit silahlı qrup beynəlxalq təşkilatlar tərəfindən tanınmış “Cəbhətul Nusra” (“Ən-Nusra Cəbhəsi”) adlı cinayətkar birliyə qarşı döyüşmüşdür.
87. Azərbaycan Respublikası CM-nin 283-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə, CM-nin 283-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 283-1.1-ci maddəsində nəzərdə tutulmuş qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmək cinayət məsuliyyəti yaradır.
88. Yuxarıda qeyd edilən xüsusatlara, eləcə də Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Təsnifata görə CM-in 283-1.3-cü maddəsində nəzərdə tutulan əməl ağır cinayətdir.
89. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
90. CPM-in 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
91. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
92. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
93. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 283-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur.
94. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 8.1, 41.2 və 58.3cü maddələri).
95. Məhkəmə CM-in 59-cu maddələrində nəzərdə tutulan təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları müəyyən etməmişdir.
96. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi onun əməllərində təhlükəli residivin olması müəyyən edilmişdir.
97. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 283-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
98. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
99. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin edilmiş cəzanın ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.
100. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
101. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
102. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CMin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
103. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar qeyd edir ki, iş üzrə maddi sübutun olmaması nəzərə alınmalıdır.
104. İş üzrə maddi sübutun olmaması nəzərə alınmalıdır.
105. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
106. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır.
107. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
108. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur.
109. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
110. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva