Məhkəmə qərarları › İş №1(099)-348/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-348/2023

25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-348/2023 25.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Lənkəran rayonu Girdəni kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Lənkəran rayonu Girdəni kəndində qeydiyyatda olmaqla tutulanadək orada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayının əvvəlində Lənkəran rayonu, Digah kəndində həmin kəndin sakini olan tanışı Zərərçəkmiş şəxs2 övladı Şahid2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Lənkəran rayon şöbəsində işə düzəltdirmək niyyətində olduğunu bildikdən sonra, aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə özünü guya Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəhbər vəzifəli şəxsləri ilə yaxın əlaqələri olan yüksək vəzifədə işləyən tanışının vasitəsilə sonuncunun oğlunu həmin Xidmətin Lənkəran rayon şöbəsinə işə qəbul etdirmək iqtidarında olduğunu yalandan vəd edərək Zərərçəkmiş şəxs2 özünə inandıraraq, bundan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə 2022-ci ilin yanvar ayının əvvəlində Bakı şəhəri, Qaradağ rayonunda fəaliyyət göstərən “Meyvəli bazarı”nın yaxınlığında görüşərək 700 manatı Zərərçəkmiş şəxs2 və 2022-ci ilin yanvar ayının sonunda Zərərçəkmiş şəxs2 tapşırığı ilə Lənkəran rayonu Digah kəndində yol kənarında görüşərək sonuncunun oğlu Şahid2 6000 manatı qəbul edib, Zərərçəkmiş şəxs2 xeyli miqdar təşkil edən ümumilikdə 6700 (altı min yeddi yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2022-ci ilin mart ayının əvvəlində Lənkəran rayonu, Şürük kəndində Lənkəran şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs1 özünü guya ayrıayrı şəxslərin vəzifəyə təyin edilməsində vasitəçilik edən şəxs kimi tanıtdıqdan sonra, sonuncu ona əvvəllər işlədiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinə rəis müavini vəzifəsinə işə bərpa olunmaq niyyətində olduğunu bildirdikdə, guya Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin rəhbər vəzifəli şəxsləri ilə yaxın əlaqələri olan yüksək vəzifədə işləyən tanışının vasitəsilə onu hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin rəis müavini vəzifəsinə işə qəbul etdirmək iqtidarında olduğunu yalandan vəd edərək, bu məqsədlə əvvəlcə Zərərçəkmiş şəxs1 etibarını qazanmaq üçün onun tanışı Şahid1 vasitəsi ilə 2022-ci ilin mart ayının əvvəlində Lənkəran rayonu, Şürük kəndində fəaliyyət göstərən sonuncuya məxsus mağazada 5000 manat məbləğində pulunu ələ keçirsə də, niyyəti Zərərçəkmiş şəxs1 daha böyük məbləğdə vəsait ələ keçirmək olduğuna görə guya işinin alınmadığı bəhanəsi ilə 2022-ci ilin iyun ayının əvvəlində həmin məbləğdə vəsaiti tam şəkildə Zərərçəkmiş şəxs1 qaytarıb, niyyətinə nail olmaq üçün 2022-ci ilin iyun ayının sonunda yenidən Zərərçəkmiş şəxs1la Lənkəran rayonu, Şürük kəndində görüşərək guya Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin rəhbər vəzifəli şəxsləri ilə yaxın əlaqələri olan yüksək vəzifədə işləyən tanışının vasitəsilə onu hüquqi şəxsin 10 saylı Lənkəran ərazi idarəsinin rəis müavini vəzifəsinə işə qəbul etdirmək üçün əlverişli məqamın yarandığını və bu səbəblə səlahiyyətli vəzifəli şəxsin onu işə qəbul edilməsinə görə maddi nemət olan 15 000 (on beş min) manat məbləğində pul vəsaitinin verilməsinin zəruriliyini əminliklə bildirib, Zərərçəkmiş şəxs1 özünə inandıraraq, bundan sonra sonuncunun ona olan inam və etibarından sui-istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs1 xeyli miqdar təşkil edən 15 000 (on beş min) manat məbləğində pul vəsaitini Lənkəran rayonu Şürük kəndi ərazisində sonuncudan qəbul edib ələ keçirərək təkrar xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran rayon sakini Emil adlı şəxs ona zəg edib dostu Zərərçəkmiş şəxs1 ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 8 saylı Cəlilabad ərazi idarəsinin rəis müavini vəzifəsinə işə düzəltməyi təklif etmiş, o, kömək edə biləcəyini bildirmiş, ilk öncə Şahid1 5 min manat alıb sonra qaytarmışdır. Daha sonra Zərərçəkmiş şəxs1 yenidən eyni yerə işə düzəltmək adı ilə 15 min manat almış, lakin sonuncunu işə düzəldə bilməmiş, həbs olunduğu üçün Nicatın pulunu qaytara bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 yeznəsi Ramin Əskərov ondan xahiş etmişdir ki, qohumu X6 Nazirliyinə işə düzəltsin, buna görə də Zərərçəkmiş şəxs2 və oğlu Yusifdən ümumilikdə 6700 manat pul almış, həmin işi düzəldə bilmədiyindən 4000 manat pulu qaytarmış, qalan pulu da hissə-hissə qaytarmağa çalışsa da Zərərçəkmiş şəxs2 razı olmamışdır. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin şəxslərdən pul alarkən həmin şəxsləri işə düzəldə bilməyəcəyini bilmiş, lakin buna baxmayaraq pulu almış və xərcləmişdir. Sonradan pulu qaytarmaq istəsə də imkanı olmamışdır. Pulu hissəhissə ödəmək istəsə də zərərçəkmiş şəxslər bununla razılaşmamışlar. Şahid2 diplomu o düzəltməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq edir. Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, 2022-ci ilin yanvar ayının əvvəlində oğlu Şahid2 ona bildirmişdir ki, Lənkəran rayonu Girdəni kənd sakini Təqsirləndirilən şəxs onu Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Lənkəran rayon şöbəsinə işə düzəldəcəkdir və ona müəyyən məbləğdə pul verəcəkdir. O, da Yusifə demişdir ki, Təqsirləndirilən şəxsla görüşüb danışar. 2022-ci ilin yanvar ayının 10-da Təqsirləndirilən şəxsla əlaqə saxlayıb Lənkəran rayonu Digah kəndi ərazisində yerləşən çayxanada görüşüb söhbət etmişlər, Təqsirləndirilən şəxs ona bildirmişdir ki, əvvəllər də çox adamı işə düzəltmişdir, oğlu Şahid2 da Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Lənkəran rayon şöbəsinə işə düzəldə bilər. O, Fəriddən soruşmuşdur ki, Yusifin işə düzəlməsi üçün nə etmək lazımdır. Fərid ona bildirmişdir ki, Yusifi işə düzəltmək üçün ümumilikdə 6700 manata yaxın pul vermək lazımdır və lazım olan sənədləri (sağlamlıq haqqında arayış, məhkumluq haqqında arayış, kənd icra nümayəndəliyindən arayış, xasiyyətnamə və s) müvafiq dövlət orqanlarından almaq lazımdır. Fərid bildirmişdir ki, işə düzəldəcəyi halda Yusif 750 manat əmək haqqı alacaqdır. O, da Fəridlə razılaşmışdır. Fərid bildirmişdir ki, ondan aldığı pulu vəzifədə işləyən tanışına verəcəkdir. Təxminən 2 gün keçdikdən sonra Təqsirləndirilən şəxs zəng vuraraq bildirmişdir ki, ilkin olaraq 700 manat pul verməlidir ki, müəyyən sənədlər almalıdır. O, da həmin vaxtı Bakı şəhərində olduğu üçün Fəridlə Qaradağ rayonunda yerləşən “Meyvəli Bazar”ın yanında görüşüb 700 manat pulu ona vermişdir. Fərid təxminən 10 gün keçdikdən sonra yəni 2022-ci ilin yanvar ayının təxminən 22-23-də ona zəng vuraraq Yusifin işə düzəlməsi üçün razılaşdığı puldan 6000 manatını yenidən verməyini xahiş etmişdir. O, həmin vaxtı Bakı şəhərində olduğu üçün oğlu Yusiflə əlaqə saxlayıb bildirmişdir ki, evdən 6000 manat pulu götürüb Fəridə versin. Oğlu Şahid2 2022-ci ilin yanvar ayında Lənkəran rayonu Digah kəndi ərazisində Təqsirləndirilən şəxsla görüşmüş və işə düzəlməsi üçün 6000 manat pulu Fəridə vermişdir. Bundan sonra oğlu Yusif sənədlərini hazırlamış və bir neçə dəfə Bakı şəhərinə getmiş, həmin sənədləri Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə təqdim etmişdir. Həmin sənədləri hara təqdim etməsini isə Təqsirləndirilən şəxs ona bildirmişdir. Fərid hər dəfə oğlu Yusiflə və onunla əlaqə saxlayarkən Yusifin yaxın vaxtlarda işə düzələcəyini bildirmişdir. 2022-ci ilin avqust ayında Yusif Bakı şəhərinə sənədlərini bir neçə dəfə təqdim etməkdən ötrü gedib gəldikdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, Yusifin peşə təhsili ilə bağlı diplomu olmalıdır. Həmin diplomu Yusifin adına özü alacağını və onun 1000 manat məbləğində pul verməli olduğunu bildirmişdir. O, da Fəridə bildirmişdir ki, hazırda 1000 manat pulu vermək üçün imkanı yoxdur, qızına toy edir və toydan sonra yaxın vaxtda verəcəkdir. 2022-ci ilin oktyabr ayında Yusifin diplomunun alınması üçün 500 manat pulu oğlu Yusif Fəridin dediyi kimi Lənkəran rayonu ərazisində Girdəni kəndində yerləşən mağazaya vermişdir ki, Fərid götürəcəkdir. Təxminən 10 gün keçdikdən sonra Fərid Yusifin adına tərtib edilmiş orta-ixtisas diplomunu Yusifə təqdim etmişdir. Sonra Fərid yenə də səbrli olmağını və yaxın vaxtlarda Yusifin işinin düzələcəyini bildirmişdir. Artıq çox vaxt keçdiyindən və Yusifin işinin düzəlmədiyindən Fəriddən verdiyi pulu geri istəməyə başlamışdır. 2022-ci ilin noyabr ayında Fərid hər dəfə yaxın günlərdə pulu geri qaytaracağını bildirib onu və oğlunu aldatmağa başlamışdır. O, 2022-ci ilin noyabr ayında Fəridin atası Şahid3 yaşadığı Lənkəran rayonu Girdəni kəndindəki evinə getmiş və Fəridin onun oğlunu işə düzəltmək adı ilə aldadaraq pul aldığını bildirmişdir. İki gün sonra Fərid ona zəng vuraraq bildirmişdir ki, atası İmranla görüşsün və 4000 manat pulu ona İmran verəcəkdir. O, da Şahid3 yaşadığı Lənkəran rayonu Girdəni kəndindəki evinə getmiş və Şahid3 4000 manat pulu ona vermişdir. Hazırda Fərid ona 3200 manat da pul qaytarmalıdır. Təxminən 2022-ci ilin noyabr ayının axırlarında yenidən Şahid3 evinə qalan pulu almaq üçün getmiş və həmin vaxtı Təqsirləndirilən şəxs anası bildirmişdir ki, onların verməyə pulu yoxdur, şikayət etsin və qalan pulunu Fəriddən alsın. 2022-ci ilin yanvar ayına qədər Fərid yenə oğluna qalan pulu yaxın vaxtlarda qaytaracağını bildirmiş, lakin qaytarmadığı üçün oğlu Yusif və özü ərizə ilə şikayət etmişdir. Zərərçəkmiş şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs iş düzəltməsi ilə bağlı rayon sakinlərindən eşitmiş, buna görə də ona inanmışdır. Onun oğlu Şahid2 İİ Qarabağ müharibəsində iştirak edib medallar aldığından, Təqsirləndirilən şəxs fikirləşmişdir ki, Yusifi işə götürəcəklər, buna görə də hər hansı şəxsə heç nə demədən ondan pul almışdır. Bəzi şəxslərdən eşitmişdir ki, onun tanışı Müdafiə Nazirliyində generalın sürücüsüdür, həmçinin Fərid o qədər inandırıcı danışmışdır ki, ona tam inanmışdır. Hər dəfə Fəridlə danışanda Fərid ona “əmi narahat olma” demişdir. 2022-ci ilin noyabr ayında artıq əmin olmuşdur ki, Fərid onu aldatmışdır, buna görə şikayət etmişdir. Onun oğlu Şahid2 Təqsirləndirilən şəxs Lənkəran şəhər sakinlərinin sözlərindən tanımışdır. Təqsirləndirilən şəxs ona demişdir ki, pulu X5 birinci müavini Etibar müəllimə verəcəkdir, lakin o, həmin şəxsi tanımamışdır. Təqsirləndirilən şəxsla iki dəfə görüşmüş, birinci dəfə onunla işə düzəltmə barədə söhbət edib razılaşmış, ikinci dəfə isə ona 700 manat pul vermişdir. Hazırda pulun qalan hissəsini qaytarmadığı üçün Təqsirləndirilən şəxs barəsində şikayəti vardır, barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, 15 ildir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində işləmiş, son 9 ilini rəhbər vəzifələrdə işləmiş, sonuncu vəzifəsi ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 8 saylı Cəlilabad ərazi idarəsinin rəis müavini olmuş, 2022-ci ilin fevral ayında tutduğu vəzifədən azad edilmişdir. O, işdən çıxmağı barədə məlumatı aldıqdan sonra uşaqlıq dostu Şahid1 “WhatsApp” ani mesajlaşma vasitəsilə demişdir. 2022-ci ilin mart ayının əvvəlində dostu Şahid1 ona bildirmişdir ki, tanışı Fərid adlı şəxsə onun işdən çıxmağı barədə bildirmiş, Fərid tanışları vasitəsilə onu işə qaytara biləcəyini bildirmişdir. Emilə demişdir ki, çox yaxşı olar əgər imkan varsa Fəridlə birlikdə görüşsünlər. 2022-ci ilin mart ayının əvvəlində Emilin Lənkəran rayonu Şürük kəndi ərazisində yerləşən “Avtomobil ehtiyatları satışı” mağazasında Fərid, o və Emil birlikdə görüşmüşlər. Həmin vaxta qədər Fəridi tanımamışdır. Fərid onun dostu Emilin tanışı olmuşdur. O, mağazada Fəridlə söhbət edib, işdən çıxma səbəbini demişdir. Fərid ona bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in rəhbəri və müavini ilə yaxın münasibəti olan dostu vasitəsilə onu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in Cəlilabad ərazi idarəsinə əvvəlki vəzifəsinə işə təyin etdirəcəkdir. Həmçinin Fərid Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in rəhbəri Mətin müəllimin və müavini Elçin müəllimlə dostu ilə dəfələrlə görüşdüyünü normal münasibətlərinin olduğunu bildirmişdir. Fərid ona bildirmişdir ki, onu işə qaytarmaq üçün yaxın tanışı ilə danışdıqdan sonra müəyyən məbləğdə pul verməlidir. O, da əvvəl işlədiyi orqanın rəhbəri və müavininin nüfuzlu adam olduqları üçün Fəridə daha da inanmağa başlamış və razı olduğunu bildirmişdir. Həmçinin Fərid həmişə çox bahalı maşınlarla gəldiyindən, Komitə rəhbərliyində vəzifəli şəxslərin adlarını çəkdiyindən ona inanmış, sonra Fəridlə sağollaşıb ayrılmış və Fərid onun işini tanışı ilə danışmaq üçün Bakı şəhərinə gedəcəyini bildirmişdir. Təxminən 1-2 gün keçdikdən sonra Fərid Lənkəran rayonuna gəlmiş, Emilə zəng vurub bildirmişdir ki, onun işə qayıtmağı üçün yaxın tanışına 15 min manat pul vermək lazımdır. Əvvəlcə 5 min manat, əmr verildikdən sonra isə 10 min manat verməlidir. O, Emilə bildirmişdir ki, Fəridə desin ki, əvvəlcə 5 min manat, əmr verildikdən sonra isə 10 min manat verməyə razıdır. Fəridlə 2022-ci ilin mart ayının əvvəlində Lənkəran rayonu Şürük kəndində yerləşən Emilin “Avtomobil ehtiyatları satışı” mağazasında görüşmüşdür. Həmin vaxt Emil, o və Fərid birlikdə olmuşlar. Fərid ona bildirmişdir ki, onu yüksək vəzifədə işləyən tanışı vasitəsilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in Cəlilabad ərazi idarəsinə rəis müavini vəzifəsinə təyin etdirəcəkdir. O, əvvəlcə 5 min manat, əmr verildikdən sonra isə 15 min manat verməlidir. O, Emildən xahiş etmişdir ki, 5 min manat pulu özündən versin Fəridə o həmin pulu axşam saatlarında gətirib verəcəkdir. Təxminən 1 saat keçdikdən sonra Emil ona zəng vurub bildirmişdir ki, onun işinin düzəlməsi üçün 5 min manat pulu Fəridə vermişdir. Həmin günü aparıb Emilin 5 min manat pulunu qaytarmışdır. O, mütəmadi olaraq Fəridlə əlaqə saxlayaraq, hal-əhval tutub işinin hansı mərhələdə olduğunu soruşmuşdur. Hər dəfə o Fəridlə danışanda Fərid ona səbrli olmağını, yaxın vaxtlarda işinin düzələcəyini bildirmişdir. O, 2022-ci ilin iyun ayında işinin düzəlmədiyini görüb, Fəridə verdiyi 5 min manat pulunu geri istəməyə başlamışdır. Eyni zamanda Emil də Fəriddən onun pulunu geri qaytarmasını xahiş etmişdir. 2022-ci ilin iyun ayında Fərid onu yaxın tanışı vasitəsilə işə düzəltmək adı ilə aldığı 5 min manat pulu Emilin “Avtomobil ehtiyatları satışı” mağazasında Emilə qaytarmışdır. Sonra o, da gedib Emildən pulunu götürmüşdür. X8 mağazasında bir neçə dəfə görüşən vaxt Fərid onun işinin düzələcəyini, lakin biraz səbrli olmalı olduğunu bildirmişdir. Təxminən 2022-ci ilin iyun ayınının 10-da o, Sumqayıt şəhərinə getmişdir. Həmin vaxt Fərid ona zəng vuraraq yüksək vəzifədə işləyən dostunun Lənkəran şəhərində olduğunu bildirmiş, ona demişdir ki, gəl həmin şəxs özü sənlə görüşsün tanısın, onun işinin düzəlməsində köməklik edəcəkdir. O, da bildirmişdir ki, Sumqayıt şəhərindədir hazırda gələ bilmir, 2-3 gün müddətində gələcəkdir. O, Lənkəran şəhərinə gəldikdən sonra Fəridlə zəngləşib Emilin mağazasında görüşmüşdür. Fərid ona bildirmişdir ki, onu 20 gün ərzində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in Lənkəran ərazi idarəsinə yüksək vəzifədə işləyən yaxın tanışı vasitəsilə müavin vəzifəsinə təyin etdirəcəkdir. Lakin həmin işin düzəlməsi üçün ümumilikdə 30 min manat pul vermək lazımdır. Əvvəlcə 15 min manat, əmr verildikdən sonra isə 15 min manat verməlidir. O, da işin Lənkəran ərazi idarəsinə alınacağına görə ümumilikdə 30 min manat verməyə razılaşmışdır. Fərid ondan pul verməyə razılıq aldıqdan sonra özünə məxsus telefonla biraz aralıda danışıb sonra ona demişdir ki, “hə problem yoxdur, sən 15 min manatı ver mən aparım tanışıma verim, sənin işin 20 gün müddətində düzələcəkdir”. xx.xx.2022-ci il tarixdə Fərid ona zəng vuraraq bildirmişdir ki, 15 min manat pulu düzəltsin, gəlib götürüb Bakı şəhərinə gedəcəkdir. O, da qardaşı Şahid5 5 min manat, qayınatası Şahid4 isə 10 min manat pulu borca alıb, Lənkəran rayonu Şürük kəndində yerləşən Emilin mağazasına getmişdir. Fəridlə də əlaqə saxlayıb Emilin mağazasında olduğunu və pulun da onda olduğunu bildirmişdir. Fərid Emilin mağazasına gəlmişdir. Fərid ona bildirmişdir ki, 2022-ci ilin iyul ayının 12-nə kimi onun Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in Lənkəran ərazi idarəsinin müavini vəzifəsinə təyin olunmağı barədə əmri veriləcəkdir. O, da 15 min manat pulu Emilin yanında Fəridə vermişdir. Fərid ona bildirmişdir ki, ondan aldığı pulu yüksək vəzifədə işləyən tanışına verməklə onu işə düzəldəcəkdir. xx.xx.2022-ci il tarixdən yəni, pulu verdiyi vaxtdan təxminən 23-24 gün keçdikdən sonra o Fəridlə əlaqə saxlayıb işinin nə vaxt düzəlməsini soruşmuşdur. Fərid yaxın günlərdə əmr veriləcəyini bildirmişdir. Təxminən iki ay keçməsinə baxmayaraq işinin düzəlmədiyini görüb Fəriddən verdiyi 15 min manat pulu tələb etməyə başlamışdır. Fərid ondan aldığı pulu yüksək vəzifədə işləyən yaxın tanışına verdiyini, pulu ondan ala bilmədiyi üçün pulu gecikdirdiyini bildirmişdir. Fəridin pulu qaytarmadığına və hər dəfə müxtəlif bəhanələrlə onu aldatdığına görə Lənkəran rayon prokurorluğuna şikayət etmişdir. Sonradan eşitmişdir ki, Fərid həqiqətən də Xidmət rəisinin qəbuluna gedib, bildiyinə görə o, Fərid milli qəhrəman Rövşən Əkbərovun oğlu ilə dost olmuş, onunla birlikdə Mətin müəllimin qəbuluna getmişdir, lakin Təqsirləndirilən şəxs Mətin müəllimin yanına adi vətəndaş kimi getmiş, onu bəxtə-bəxt işə götürələcəyini fikirləşmiş, buna görə də pulu almışdır. Fəriddən pul tələb etdikdə hər dəfə müxtəlif bəhanələrlə pulu qaytaracağını bildirsə də hazırkı dövrədək pulunu qaytarmamışdır. Zərərçəkmiş şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs dostu Şahid1 vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmədiyindən ondan şikayətçidir. Buna görə də Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun kürəkənidir. Zərərçəkmiş şəxs1 2022-ci ilin fevral ayının 18-də ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı, Reyestri PHŞ-in Cəlilabad ərazi idarəsinin rəis müavini vəzifəsindən öz ərizəsi ilə işdən çıxmışdır. İşdən çıxdıqdan bir müddət işsiz qaldıqdan sonra yenidən əvvəlki işinə qayıtmaq istəmişdir. 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs1 xahiş etmişdir ki, ona 10000 manat pul lazımdır. Nicat ona bildirmişdir ki, Fərid adlı tanışı onu ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in Lənkəran ərazi idarəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəkdir və həmin iş üçün 15000 manat pul verməlidir. Həmin 15000 manat puldan 5000 manatını qardaşından aldığını qalan 10.000 manatınıda ondan istəmişdir. O, da Nicatın işinin düzəlməsi üçün 10000 manat pulu 2022-ci ilin iyun ayında Lənkəran rayonu Şilavar kəndində öz evində Nicata vermişdir. Təxminən 3-4 ay keçdikdən sonra Nicat ona bildirmişdir ki, Fərid adlı şəxs onun işini düzəltməmişdir və Fəridə verdiyi 15000 manat pul qayıtmamışdır. Nicat da pulunun qayıtmadığı üçün Fərid barəsində şikayət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onunla universitetdə tələbə yoldaşı olmuş, həmin vaxtdan Nicatla dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs çoxdan tanımış, Fərid onun avtotəmir sexinə gedib gəlmiş, buna görə münasibətləri yaranmışdır. 18 fevral 2022-ci il tarixdə Almaniyada olarkən Nicat ona “whatsapp” ani mesajlaşma vasitəsilə zəng vuraraq bildirmişdir ki, onu işlədiyi vəzifədən azad etmişlər. Həmin ərəfələrdə Fərid adlı şəxslə telefon vasitəsilə danışarkən, Fərid ondan səsinin yaxşı gəlmədiyini və nə üçün kefsiz olduğunu soruşmuşdur. O, da dostu Nicatın işlədiyi vəzifədən azad olduğunu Fəridə bildirmişdir. Fərid Nicatın hansı vəzifədən və hansı səbəbdən azad olunduğunu soruşmuşdur. O, Nicatın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in Cəlilabad ərazi idarəsinin rəis müavini vəzifəsindən azad olunduğunu Fəridə demişdir. Fərid ona bildirmişdir ki, onun yüksək vəzifədə işləyən yaxın tanışı ilə danışıb Nicatı işinə bərpa edə bilər. O, Fəriddən əgər belə bir iş alınarsa Nicatı işinə bərpa etməsini xahiş etmişdir. 2022-ci ilin fevral ayının 28-də Almaniyadan Lənkəran rayonuna qayıtmışdır. Fərid ona zəng vuraraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in rəhbəri Mətin müəllimin və müavini Elçin müəllimin yaxın tanışının dostu olduğunu və onunla Nicatın işini danışdığını və Nicatın işə bərpa olunması üçün 20 min manat pul vermək lazım olduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in rəhbəri Mətin müəllimin və müavini Elçin müəllimlə dostu vasitəsilə dəfələrlə görüşdüyünü və normal münasibətləri vardır. Fərid həmin pulun 5 min manatını əvvəlcə, qalan 15 min manatını isə əmr verildikdən sonra alacağını bildirmişdir. O, da Fəridin dediklərini Nicata demişdir. Nicat da əvvəlcə 5 min manat, əmr verildikdən sonra isə 15 min manatı Fəridə verməyə razı olduğunu bildirmişdir. 2022-ci ilin mart ayının əvvəlində Fərid, o və Nicat Lənkəran rayonu Şürük kəndi ərazisində yerləşən “Avtomobil ehtiyatları satışı” mağazada görüşmüşlər. Fərid onlara bildirmişdir ki, yüksək vəzifədə işləyən yaxın tanışı vasitəsilə Nicatı əvvəlki işinə yəni, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in Cəlilabad ərazi idarəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəkdir. Fərid həmin işin düzəlməsi üçün əvvəlcə 5 min manat, əmr verildikdən sonra isə 15 manat pul verilməli olduğunu bildirmişdir. Nicat da çox sağol deyib, yaxın vaxtlarda 5 min manat pulu ona verəcəyini bildirmişdir. Təxminən 1-2 saat Fərid ona zəng vurub 5 min manat pulu yaxın tanışının istədiyini və təcili pulu Bakıya aparmalı olduğunu bildirmişdir. O, da Fəridin dediklərini Nicata demişdir. Nicat ona bildirmişdir ki, 5 min manat pulu o Fəridə versin, Nicat axşam onun verdiyi pulu gətirib verəcəkdir. 2022-ci ilin mart ayının əvvəlində Fərid Lənkəran rayonu Şürük kəndində yerləşən “Avtomobil ehtiyatları satışı” mağazasına gəlmiş, o, 5 min manat pulu Fəridə vermişdir. Pulu Fəridə verərkən mağazanın təhlükəsizlik kameralarında həmin görüntülər qeydiyyata alınmışdır. Fərid bildirmişdir ki, 5 min manat Nicatın işinin düzəlməsi üçün yüksək vəzifədə işləyən yaxın tanışına verəcəkdir, iş düzəldikdən sonra isə qalan 15 min manatı alacaqdır. Təxminən 2 ay keçdikdən sonra Nicatın işi düzəlmədiyi üçün o, Fəriddən pulu tələb etməyə başlamışdır. Fərid ona səbrli olmağını, yaxın vaxtlarda işin düzələcəyini bildirmişdir. 2022-ci ilin iyun ayının əvvəlində Fərid Lənkəran rayonu Şürük kəndində yerləşən “Avtomobil ehtiyatları satışı” mağazasına gələrək Nicatın işə düzəlməsi üçün aldığı 5 min manat pulu ona vermişdir ki, Nicata qaytarsın. Pulu alan kimi dərhal Nicata zəng vurub pulu ona vermişdir. Təxminən 10-15 gün keçdikdən sonra Nicat ona demişdir ki, Fərid onunla əlaqə saxlamışdır və onu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in Cəlilabad ərazi idarəsinin rəis müavini vəzifəsinə düzəldəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Fərid, o və Nicat yenidən Lənkəran rayonu Şürük kəndində yerləşən “Avtomobil ehtiyatları satışı” mağazasında görüşmüşlər. Fərid Nicata bildirmişdir ki, onu rəis müavini vəzifəsinə təyin etdirmək üçün yüksək vəzifədə işləyən yaxın tanışına 30 min manat pul vermək lazımdır. Həmin pulun 15 min manatını əvvəlcə, qalan 15 min manatını isə əmr verildikdən sonra alacaqdır. Nicat həmin günü 15000 manat pulu Fəridə vermişdir. Fərid Nicata bildirmişdir ki, 12 iyul 2022-ci il tarixə qədər onun işi düzələcəkdir və qalan 15 min manatı da həmin vaxt alacaqdır. Nicatın Fəridə pulu verdiyi vaxtdan 23- 24 gün keçdikdən sonra Nicatın işi ilə maraqlanmaq üçün Fəridlə əlaqə saxlamışdır. Fərid pulu yüksək vəzifədə işləyən yaxın tanışına verdiyini və yaxın vaxtlarda əmr veriləcəyini bildirmişdir. Təxminən 1 aydan çox vaxt keçməsinə baxmayaraq Fərid Nicatı işə düzəltməmişdir. Nicat və o özü də Nicatın pulunun qaytarılması üçün Fəridlə əlaqə saxlamağa başlamışlar. Lakin Fərid hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. O, əvvəllər Zərərçəkmiş şəxs2 tanımamışdır. Təxminən 2022-ci ilin noyabr ayının əvvəllərində Lənkəran rayonu Girdəni kəndində öz evində olarkən tanımadığı bir nəfər şəxs onun evinə gəlmiş, həmin şəxs Zərərçəkmiş şəxs2 olduğunu bildirmişdir. Fərhad bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs Fərhadın oğlunu işə düzəltmək adı ilə pul almışdır, lakin işə düzəldə bilmədiyi üçün Fəridə verdiyi 6500 manat pulu geri qaytarmağını xahiş etmiş, o, Fəridlə əlaqə saxlayıb onun Fərhad adlı şəxsə borcunun olub-olmadığını soruşmuşdur. Fərid ona Fərhada borcunun olduğunu bildirmiş, bir neçə gün keçdikdən sonra 4000 manat bankdan kredit götürmüş, 2022-ci ilin noyabr ayının axırlarında Fərhadla əlaqə saxlayıb 4000 manat pulu Lənkəran rayonu Girdəni kəndində evində Fərhada vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qaynıdır. Lənkəran rayonu Girdəni kənd sakini Təqsirləndirilən şəxs təxminən 1-2 il əvvəldən tanımışdır. Fərid o işlədiyi avtomobil təmiri sexinə gələndə tanış olmuş, normal münasibətləri olmuşdur. 2022-ci ilin yanvar ayında bilmişdir ki, Təqsirləndirilən şəxs qaynı Zərərçəkmiş şəxs2 oğlu Şahid2 FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinə işə qəbul etdirmək üçün pul almışdır. Həmçinin Fərhad ona bildirmişdir ki, Təqsirləndirilən şəxs Fərhaddan aldığı pulu yüksək vəzifədə işləyən tanışına vermək üçün almışdır. 2023-cü ilin yanvar ayında Fərid Yusifi işə düzəltmədiyi üçün və aldığı pulu geri qaytarmadığı üçün Fərhad və Yusif onun barəsində şikayət etmişlər. Fəridin Yusifi işə düzəltmək üçün nə qədər pul almasından və nə qədər həmin puldan geri qaytarmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 və Şahid2 o, tanış etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Fövqəladə Hallar Nazirliyində işə düzəlmək istədiyini 2022-ci ilin əvvəllərində dostlarına demiş, tanışları Təqsirləndirilən şəxs onu işə düzəldə biləcəyini məsləhət bilmişlər. 2022-ci ilin yanvar ayında Lənkəran rayonu Girdəni kənd sakini Təqsirləndirilən şəxsla əlaqə saxlamış və ona bildirmişdir ki, Fövqəladə Hallar Nazirliyində işə düzəlmək istəyir. İİ Qarabağ Müharibəsinin veteranıdır. Fərid bildirmişdir ki, əvvəllər də çox adamı işə düzəltmişdir, öz yaxın yüksək vəzifədə işləyən tanışları vasitəsilə onu da işə düzəldə bilər. O, Fəridə demişdir ki, FHN-nin Lənkəran şəhərində yerləşən Xüsusi Riskli Xilasetmə idarəsinə işə düzəlmək istəyir. Fərid onu əmin etmişdir ki problem yoxdu, yaxın tanışı vasitəsilə onu işə düzəldəcəkdir. Buna görə Fəridə əvvəlcə 700 manat, sonra isə 6000 manat vermişdir. Həmçinin ona diplom düzəltməsi üçün Fəridə 500 manat da pul vermişdir. Lakin pul verdiyi tarixləri dəqiq xatırlamır. Sonradan Fərid onu işə düzəldə bilməmiş, buna görə də atası və özü pulu Fəriddən tələb etmişlər. Təqsirləndirilən şəxs atası onlara 4000 manat qaytarsa da qalan məbləği qaytarmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ərizə ilə Lənkəran rayon prokurorluğuna müraciət edərək Lənkəran rayonu Girdəni kənd sakini Təqsirləndirilən şəxs onu işə düzəltmək adı ilə ondan 15000 manat məbləğində pul alıb dələduzluq edərək ələ keçirdiyini, lakin onu işə düzəltmədiyini və pulunu da geri qaytarmadığını bildirmiş, Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. (İ cild, i.v. 6) 05 yanvar 2023-cü il tarixli Zərərçəkmiş şəxs1 məxsus “Samsung A33” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə arasında “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə yazışmalar qeydə alınmışdır. Həmin yazışmalardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Lənkəran ərazi idarəsinə rəis müavini vəzifəsinə düzəlməsi üçün müxtəlif sənədləri Təqsirləndirilən şəxs göndərir, işə düzəlmə ilə bağlı danışılar aparır, işinin düzəlmədiyinə görə narazılığını ifadə edir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 göndərdiyi ismarıclarda sonuncuya tezlikə ona vəd etdiyi işinin düzələcəyini, səbrli olmağı qeyd etmişdir. Həmin danışıqlar DVD-R diskinə yüklənərək diskə əlavə edilmişdir. (İ cild, i.v. 20-37) - 05 yanvar 2023-cü il tarixli Şahid1 məxsus “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 məxsus ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrələr arasında “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə yazışmalar qeydə alınmışdır. Həmin yazışmalardan müəyyən edilir ki, Şahid1 Təqsirləndirilən şəxs işə düzəltməsi məqsədi ilə Zərərçəkmiş şəxs1 haqqında məlumatları göndərir, daha sonra Zərərçəkmiş şəxs1 işinin düzəlmədiyi üçün narazılığını ifadə edərək verdikləri pulunu geri qaytarılmasını tələb edir, Təqsirləndirilən şəxs isə Şahid1 yazdığı ismarıclarda Zərərçəkmiş şəxs1 işinin tezliklə düzələcəyini, səbrli olmağı bildirir, daha sonrakı yazışmalarda isə tezliklə pulunu qaytaracağını qeyd edir. (İ cild, i.v. 38-54) - 13 yanvar 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskdə olan videoya baxdıqda 4 nəfər kişi cinsli şəxs görsənir. Videoda aydın şəkildə 1 ədəd stol, 3 ədəd stul, stolun üstündə 2 ədəd notebook kompyuter, 1 ədəd hesablayıcı qurğu, 1 ədəd telefon, 1 ədəd kağız tikən, 2 ədəd qələm, 1 ədəd ağ rəngli printer və videodan tam dəqiq müəyyən etmək mümkün olmayan əşyalar vardır. İki nəfər arxası kameraya olan şəxslərin söhbət etdikləri müşahidə olunur. Baxışda iştirak edən şəxs Şahid1 bildirdi ki, söhbət edən şəxslərdən biri özü digəri isə Təqsirləndirilən şəxsdur. Videonun 14-cü saniyəsində Şahid1 cibindən videoda dəqiq görünməyən əşyanı çıxarıb Təqsirləndirilən şəxs verir. Təqsirləndirilən şəxs həmin əşyanı alaraq saymağa başlayır. Videonun 28-ci saniyəsindən 58-ci saniyəsinə qədər müddətdə Təqsirləndirilən şəxs 50 ədəd kağız parçasına oxşar əşyaları sayır. Emil Qurbanov bildirdi ki, Təqsirləndirilən şəxs verdiyi əşya 50 ədəd yüz manatlıq əskinasdan ibarət olmaqla ümumilikdə 5000 manat pul olmuşdur. Həmin pulu Fəridlə Nicatın razılaşdığı işə düzəltmək üçün verdiyi pul olmuşdur. Sonra Şahid1 stolun üstündə olan printerin kağızlar qoyulan hissəsindən 1 ədəd A4 formatda kağızı götürərək həmin pulu büküb Təqsirləndirilən şəxs verir. (İ cild, i.v. 74) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 89. ) -“zərərçəkmiş şəxs qismində tanıma” haqqında 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (İ cild, i.v. 114- 115) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4 və 32.4, 312.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 131-132) - Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(049)-22/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i.v. 160-165) - xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 ərizə ilə Lənkəran rayon prokurorluğuna müraciət edərək Lənkəran rayonu Girdəni kənd sakini Təqsirləndirilən şəxs onun oğlu Şahid2 Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Lənkəran rayon şöbəsinə işə düzəldəcəyi adı ilə 7200 manat pulunu ələ keçirdiyini, lakin oğlunu işə düzəltmədiyini və pulunu da geri qaytarmadığını bildirmiş, Təqsirləndirilən şəxs məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. (İ cild, i.v. 178) - 11 fevral 2023-cü il tarixli Şahid2 məxsus “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid2 məxsus ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrələr arasında “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə yazışmalar qeydə alınmış, həmin protokolda Şahid2 yazışmaları şərti olaraq B hərfi ilə, Təqsirləndirilən şəxs yazışmaları isə şərti olaraq A hərfi ilə işarə edilmişdir. Həmin protokoldan görünür ki, ilk öncə xx.xx.2022-ci il tarixdə Şahid2 Fərid Qafarova ismarıc yazmış və bundan sonra xx.xx.2023-cü il tarixədək bir-birinə yazılı və səsli ismarıclar göndərmişlər Həmin yazışmalarda Şahid2 Fövqəladə Hallar Nazirliyində işə düzəlməsinin təmin edilməsi üçün müxtəlif sənədləri Təqsirləndirilən şəxs göndərir, sonuncuyla bu mövzuda danışıqlar aparır, Təqsirləndirilən şəxs isə Şahid2 narahat olmamasını, işinin düzələcəyini, səbrli olmağını, daha sonrakı yazışmalarda isə yaxın günlərdə pulunu qaytaracağını bildirmişdir. Protokoldan görünür ki, həmin səs yazıları CD diskə köçürülərək protokola əlavə edilmişdir. (İİ cild, 01-15) -15 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (İİ cild, 23-24) -18 fevral 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və Şahid1 istifadəsində olmuş ***-***-**- ** mobil nömrə arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müxtəlif vaxtlarda telefon danışıqları qeydə alınmışdır. (İİ cild, i.v. 40-41) - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in daxil olmuş xx.xx.2023-cü il tarixli 3-21-3-02/2-1723/2023-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nə işə qəbul olunmaq üçün müraciəti qeydə alınmamışdır. (İİ cild, i.v. 43) - 22 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. (İİ cild, 66- 68) - Azərbaycan Respublikası FHN Xüsusi Riskli Xilasetmə Xidmətindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-18-16/2-190/2023 nömrəli məktubundan görünür ki, Şahid2 xx.xx.2022-ci il tarixdə işə qəbulla bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etmiş, Xüsusi Riskli Xilasetmə Xidmətində həmin dövr üçün ilk peşə-ixtisas təhsilli şəxslərin işlə təmin olunması üçün vakant vəzifələrin mövcud olmaması səbəbi ilə Şahid2 işə qəbul ilə bağlı müraciətinin müsbət dəyərləndirilməsi mümkün olmamışdır. (İİ cild, i.v. 87) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CMin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bildiyini qeyd edərək öz müdafiəsi üçün hər hansı dəlil irəli sürməmişdir. Həmçinin qeyd edilməlidri ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə ittiham elan edilmiş, lakin dövlət ittihamçısı Təqsirləndirilən şəxs elan olunmuş ittihamın bir hissəsindən, yəni Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə cinayət təqibindən imtina etmiş, məhkəmənin 27 iyul 2023-cü il tarixli qərarı ilə Dövlət ittihamçısı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın Azərbaycan CM-in 32.4, 312.2-ci maddəsi ilə bağlı hissəsinin müdafiəsindən (cinayət təqibindən) imtinası qəbul edilmiş, cinayət işi üzrə icraata (cinayət təqibinə) Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın Azərbaycan CM-in 32.4, 312.2-ci maddəsi ilə bağlı olan hissəsində xitam verilmiş, Təqsirləndirilən şəxs qarşı cinayət təqibi Azərbaycan CM-in 178.2.2 və 178.2.4 maddələri ilə irəli sürülmüş ittiham üzrə davam etdirilməsi qərara alınmışdır. Məhkəmə tərkibi iş üzrə Təqsirləndirilən şəxs törətdiyi əməllərin ibtidai istintaq orqanı tərəfindən həmçinin Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilib-edilməməsinə hüquqi qiymət verilməsi üçün aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CMin 178.2.2 və 178.2.4-cü maddələrində müvafiq olaraq təkrar olmaqla və xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə, yəni dələduzluq cinayət əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli , 7 nömrəli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi və sair başa düşülür. Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Cinayət işi materiallarından da görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pul vəsaitləri alarkən onun niyyəti zərərçəkmişləri işə düzəltməklə üzərinə götürdüyü öhdəliyi yerinə yetirilməsinə deyil zərərçəkmiş şəxslərdən aldığı pul vəsaitlərini əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmiş olmuşdur. Bu hal həm ibtidai istintaq materialları, həm də Təqsirləndirilən şəxs həm ibtidai istintaq , həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə də təsdiq edilmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini Plennumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, nəzəriyyədə səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. Qeyd olunmalıdır ki, hüquq ədəbiyyatında belə fikir ifadə olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Başa çatmamış cinayətdə iştirakçılıq həm də onu nəzərdə tutur ki, bu hallar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir. Sözügedən halda isə cinayətin başa çatmamasının səbəbi yalançı vasitəçinin hərəkətləridir ki, onun əməlləri rüşvət verən şəxsin başa çatmış cinayəti törətməsi ehtimalını istisna edir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Eyni zamanda, yalançı vasitəçinin əməllərinin dələduzluq kimi tövsif edilməsi zamanı nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin dələduzluğa görə məsuliyyət nəzərdə tutan 178.1-ci maddəsinin dispozisiyasının məzmunu, habelə Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinin birinci cümləsi onu göstərir ki, dələduzluqla bağlı cinayət işlərində əmlak zərərinin vurulması faktını müəyyən etmək üçün zərərçəkmiş şəxs mütləq müəyyən edilməlidir. Eyni zamanda, Ali Məhkəmənin Plenumunun 2015-ci il 11 iyun tarixli Qərarında dələduzluqla bağlı işlərdə zərərçəkmiş şəxsin məcburi iştirakına dair müddəalar bilavasitə təsbit olunmuşdur (məsələn, 3, 5, 7 və 8-ci bəndlər). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli 11/2023 nömrəli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 2022-ci ilin 31 oktyabr tarixində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərar, 2023-cü il 17 aprel tarixində isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” Qərardad qəbul edilmişdir. Həmin Qərar və Qərardadda ifadə olunmuş Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarında müvafiq dəyişikliklərin edilməsinə zərurət yaratmışdır. Buna görə də “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 36-cı bəndi yeni redaksiyada hazırlanmışdır və həmin bənddən görünür ki, Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”. Yuxarıda qeyd edilən hüquqi mövqeləri hazırkı cinayət işi üzrə müəyyən edilmiş hallara tətbiq etdikdə görmək olar ki, Təqsirləndirilən şəxs səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yuxarıda qeyd edilən məbləğdə pulu almış və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu öz xeyrinə ələ keçirmişdir və buna görə də Təqsirləndirilən şəxs qeyd edilən hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılmalıdır. Cinayət işi materiallarından və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlardan aydın olur ki, Təqsirləndirilən şəxs vəzifəli şəxsə ötürmək üçün Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 pul alsa da faktiki olaraq aldığı pulları mənimsəyərək dələduzluq etmişdir. Onun bu əməli ilə dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altında qalmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 178.2.2 və 178.2.4-cü maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından sonuncunun əməli qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsinin yuxarıda qeyd edilən bəndləri ilə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi müvafiq olaraq Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin tərkib əlamətlərini yaratmışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs törətdiyi əməlləri göstərilən maddələrə düzgün tövsif etmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəyə aid hissədə mübahisələndirsə də, həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə aid hissədə mübahisələndirməmiş, təqsirləndirilən şəxs həmin əməli törətdiyi səmimi olaraq etiraf etmişdir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 pul vəsaitini alarkən niyyəti hər hansı öhdəliyin yerinə yetirilməsinə (Zərərçəkmiş şəxs2 oğlu Şahid2, eləcə də digər Zərərçəkmiş şəxs1 hər hansı işə düzəltmək) deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmiş olmuşdur. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma və məhkəmə istintaqız zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid6 ifadələri, Zərərçəkmiş şəxs1 məxsus “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında 05 yanvar 2023-cü il tarixli protokol, Şahid1 məxsus “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında 05 yanvar 2023-cü il tarixli protokol, Şahid2 məxsus “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında 11 fevral 2023-cü il tarixli protokol, Şahid1 məxsus avtomobil ehtiyyat hissələri mağazasının müşahidə kameralarından götürülmüş videoçəkilişə baxış keçirilməsi haqqında 13 yanvar 2023-cü il tarixli protokol, həmin protokollara əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, digər sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.2, 181.2.5 və 326.2-ci maddələri ilə ilə təqsirli bilinib 09 il müddətində azadlıqdan məhrum edilmiş, xx.xx.2016-cı il tarixdə cəza müddəti başa çatmış və məhkumluğu ödənilmişdir.(i.v 143-145) - Lənkəran rayon İcra Hakimiyyəti Başçısının Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 30 yanvar 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Girdəni kəndində yaşadığı müddət ərzində özünü yaxşı göstərmiş, yaxşı xarakterizə olunmuş, davranışı ilə Girdəni kəndində nümunəvidir. Ailə tərkibi həyat yoldaşı, xx.xx.2007-ci il təvəllüdlü qızı və xx.xx.2013-cü il təvəllüdlü oğlundan ibarətdir. (i.v. 212-214). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, törətdiyi cinayət əməllərini etiraf etməsi və həmin əməllərindən səmimi peşiman olmasını, himayəsində iki azyaşlı uşaqlarının olması və dələduzluq cinayət əməlinə münasibətdə cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi ilə bağlı cəzasını yüngülləşdirən halların olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən) və cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Həmçinin Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsi həm cinayət qanunvericiliyində nəzərəd tutulmuş cəzanın məqsədlərinə xidmət etmədiyi kimi, həm də zərəri ödənilməyən zərərçəkmiş şəxslərin haqlı narazılığına səbəb olmaqla Təqsirləndirilən şəxs törətdiyi əmələ adekvat hesab edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 16 yanvar 2023-cü il tarixdən hesablanmalı və Lənkəran Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli olan əmlak və ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 16 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar