Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-348/2024 21.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X10 (sədrlik edən və məruzəçi), X16 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X21, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs İmişli rayonu Qulubəyli bələdiyyəsinin nümayəndəsi, eyni zamanda mülki iddiaçı Nümayəndə1, zərərçəkmiş hüquqi şəxs İmişli rayonu Yuxarı Qaralar kənd bələdiyyəsinin nümayəndəsi Nümayəndə2, təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxx 1948-ci ildə İmişli rayonunun Hacalmuradlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İmişli rayonu Qulubəyli bələdiyyəsinin sədri vəzifəsində işləmiş, təqaüdçü, əvvəllər məhkum edilmiş, məhkumluğu olmayan, İmişli rayonunun Qulubəyli kəndində qeydiyyatda olmaqla orada yaşayan, haqqında başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan təkrar olaraq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına hasarlamaqla, becərməklə və başqa üsullarla tutmuş, torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmış, bundan başqa vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib İmişli rayonu Qulubəyli bələdiyyəsinin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və sair şəxsi niyyətlərlə rəsmi sənədlərə qəsdən biləbilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmişdir. Belə ki, o, 2016-cı ilin sonlarında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan İmişli rayonu X6 mülkiyyətində olmaqla İmişli rayonu, Soltanmuradlı kəndi ərazisində X-254920.86 Y-4406982.89, X-254960.21 Y-4406976.80, X-254957.12 Y-4406968.99, X-254950.73 Y-4406962.41, X-254949.48 Y-4406957.78, X-254917.76 Y- 4406963.15 koordinatlarda yerləşən kənd təsərrüfatı təyinatlı 0,0725 hektar torpaq sahəsi daxilində özbaşına tikinti işləri aparmaqla birmərtəbəli, kürsülü 8,6x11,6 metr ölçülərdə iki yataq otağı, bir qonaq otağı, bir mətbəx və bir hamam otağından ibarət yaşayış evi tikərək həmin torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüququnu pozmuşdur. Bundan başqa, о, 2019-cu ilin əvvəllərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan İmişli rayonu X6 mülkiyyətində olmaqla İmişli rayonu, Soltanmuradlı kəndi ərazisində X-254920.86 Y-4406982.89, X-254960.21 Y-4406976.80, X-254957.12 Y-4406968.99, X-254950.73 Y-4406962.41, X-254949.48 Y-4406957.78, X- 254917.76 Y-4406963.15 koordinatlarda yerləşən kənd təsərrüfatı təyinatlı 0,0725 hektar torpaq sahəsini özbaşına mişar daşı və metal torla hasarlayaraq və özbaşına tikinti işləri aparmaqla 1,6x1,8 metr ölçüdə tualet, iki hissədən ibarət 4,1x6,2 metr ölçüdə toyuq hini, birmərtəbəli, 3,9x6,4 metr ölçüdə yardımçı tikili tikərək həmin torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüququnu təkrarən pozmuşdur. Bundan başqa, о, 2022-ci ilin mart ayında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan İmişli rayonu X6 mülkiyyətində olmaqla İmişli rayonu, Soltanmuradlı kəndi ərazisində X-254987 Y-4407029, X-254989 Y-4407045, X-254993 Y- 4407061, X-255006 Y-4407088, X-255068 Y-4407178, X-255033 Y-4407195, X-254983 Y-4407124, X-254925 Y-4407050, X-254912 Y-4407044, X-254916 Y-4407039, X-254923 Y-4407034, X-254927 Y-4407033 koordinatlarda yerləşən kənd təsərrüfatı təyinatlı 0,8 hektar torpaq sahəsində yonca bitkisi əkib özbaşına becərərək həmin torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüququnu təkrarən pozmuşdur. Bundan başqa, о, 2022-ci ilin oktyabr-noyabr aylarında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan İmişli rayonu X6 mülkiyyətində olmaqla İmişli rayonu, Soltanmuradlı kəndi ərazisində X-254975 Y-4406911, X-254867 Y-4406894, X-254869 Y-4406902, X-254901 Y-4406975, X-254918 Y-4406969, X-254917 Y-4406963, X-254949 Y-4406957, X-254960 Y-4406976, X-254984 Y-4406972, X-254979 Y-4406935 koordinatlarda yerləşən kənd təsərrüfatı təyinatlı 0,6 hektar bataqlıq örüş torpaq sahəsini özbaşına şumlayaraq həmin torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüququnu təkrarən pozmuşdur. Bundan başqa, o, 2020-2022-ci illərdə İmişli rayonu, Qulubəyli bələdiyyəsinin sədri vəzifəsində işləyərkən "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli, 698-İQ nömrəli Qanununa əsasən bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik edilməsi, yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərinin bələdiyyə iclasının qərarına əsasən təyin edilməsi, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarının çağırılması, bələdiyyə qərarlarının icrasının təmin edilməsi, yerli büdcənin müzakirəsinin və təsdiqinin təşkil edilməsi, əmr və sərəncamlar verilməsi, bələdiyyə adından rəsmi sənədlərin imzalanması və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici inzibatitəsərrüfat funksiyalarını həyata keçirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Konstitusiyasının 145.1, 145.2, 145.3-cü maddələrinə, "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 16cı maddəsinin tələblərinə uyğun olaraq bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olmasına, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olmasına və bələdiyyə sədri və katibi tərəfindən imzalanaraq bələdiyyə möhürü ilə təsdiqlənmiş bələdiyyə iclas protokolunda iclasının keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərlə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına, Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “X1”nin 4-cü bölməsinin 2-ci hissəsinə əsasən, növbəti büdcə ili üzrə yerli büdcənin layihəsinin və onun icrası haqqında hesabatların təsdiq edilməsi, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam, yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi, yerli iqtisadi proqramların qəbul və icra edilməsi və yerli ekoloji proqramların qəbul və icra edilməsi ilə bağlı məsələlərə kollegial orqan olan bələdiyyənin ümumi yığıncağınının səlahiyyətində olmasına baxmayaraq, özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, İmişli rayonu, Qulubəyli bələdiyyəsinin güya fəaliyyət göstərməsi görüntüsünü yaratmaq məqsədilə bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, bələdiyyə üzvlərinin məlumatı və iştirakı olmadan, habelə bələdiyyə iclasında bələdiyyə üzvü Şahid7 iştirak etmədiyi halda, bələdiyyə ərazisində olan yaşıllıqların qorunması üçün ağacların suvarılması barədə xx.xx.2020-ci il tarixli, 8 nömrəli, bələdiyyə ərazisində olan yaşıllıqların qorunması üçün ağacların suvarılması, bələdiyyə ərazisində örüş və əkin üçün hər hektara görə icarə haqlarının bazar məzənnəsinə uyğunlaşdırılması barədə xx.xx.2020-ci il tarixli, 9 nömrəli, dövlət tərəfindən ayrılmış dotasiyanın və daxil olan icarə haqlarının xərclənməsi barədə xx.xx.2020-ci il tarixli, 10 nömrəli, pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı kənd sakinləri arasında maarifləndirmə işləri barədə xx.xx.2020ci il tarixli, 11 nömrəli, bələdiyyənin 2021-ci il yerli büdcə layihəsinin müzakirəsi barədə xx.xx.2020-ci il tarixli, 12 nömrəli, İmişli rayonu Qulubəyli bələdiyyəsinin üzvü Şahid11 Mehti oğlunun üzvlükdən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli, 5 nömrəli iclas protokollarında Şahid7 adını iclas katibi kimi daxil edərək “iclas katibi” qrafasında sonuncunun yerinə imzalar edib sair şəxsi niyyətlərlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edərək, bələdiyyə üzvlərinin, habelə Qulubyəli bələdiyyəsinin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa, o, 2020-2022-ci illərdə İmişli rayonu, Qulubəyli bələdiyyəsinin sədri vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü, arvadı Şahid8 və müavini Şahid7 üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli, 772- İQ nömrəli Qanununun 8-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılmalı və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməli olduğu halda, bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, bələdiyyə üzvlərinin məlumatı və iştirakı olmadan, bələdiyyə iclası qərarı tərtib etmədən, 07 sentyabr 2020-ci il tarixli, ******* nömrəli xəzinə məxaric ordeni əsasında bələdiyyə büdcəsində olan 1.233 (bir min iki yüz otuz üç) manat pulun 491,5 manatını özünə, 250 manatını xx.xx.2020-ci il tarixli, 3WZBK9L00102 nömrəli əmək müqaviləsi əsasında Qulubəyli bələdiyyəsində xadimə işləyən arvadı Şahid8 və 491,5 manatını bələdiyyə sədrinin müavini Şahid7 əmək haqqı kimi verməklə İmişli rayonu, Qulubəyli bələdiyyəsinin qanunla qorunan hüquqlarına və mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa, o, 2020-2022-ci illərdə İmişli rayonu, Qulubəyli bələdiyyəsinin sədri vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və arvadı Şahid8 üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli, 772-İQ nömrəli Qanununun 8-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılmalı və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməli olduğu halda, bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, bələdiyyə üzvlərinin məlumatı və iştirakı olmadan, bələdiyyə iclası qərarı tərtib etmədən, vahid niyyətlə əhatə olunan qəsdlə 05 oktyabr 2021-ci il tarixli, ******* nömrəli xəzinə məxaric ordeni əsasında 1.315 (bir min üç yüz on beş) manat pulun 600 manatını özünə və 715 manatını xx.xx.2020-ci il tarixli, 3WZBK9L00102 nömrəli əmək müqaviləsi əsasında Qulubəyli bələdiyyəsində xadimə işləyən arvadı Şahid8, 23 dekabr 2021-ci il tarixli, 15 nömrəli qanunsuz ödəniş tapşırığı əsasında 2.350 (iki min üç yüz əlli) manat pulun 1.350 manatını özünə, 1.000 manatını arvadı Şahid8 olmaqla, ümumilikdə 3.665 (üç min altı yüz altmış beş) manat pulu əmək haqqı kimi verməklə İmişli rayonu, Qulubəyli bələdiyyəsinin qanunla qorunan hüquqlarına və mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa, o, 2020-2022-ci illərdə İmişli rayonu, Qulubəyli bələdiyyəsinin sədri vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və arvadı Şahid8 üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli, 772-İQ nömrəli Qanununun 8-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılmalı və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməli olduğu halda, bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, bələdiyyə üzvlərinin məlumatı və iştirakı olmadan, bələdiyyə iclası qərarı tərtib etmədən, vahid niyyətlə əhatə olunan qəsdlə 15 aprel 2022-ci il tarixli, 02 nömrəli qanunsuz ödəniş tapşırığı əsasında 1.800 (bir min səkkiz yüz) manat pulun 1.050 manatını özünə, 750 manatını xx.xx.2020-ci il tarixli, 3WZBK9L00102 nömrəli əmək müqaviləsi əsasında Qulubəyli bələdiyyəsində xadimə işləyən arvadı Şahid8, 20 may 2022-ci il tarixli, 11 nömrəli qanunsuz ödəniş tapşırığı əsasında 230 manat pulu özünə, 20 iyul 2022-ci il tarixli, 30 nömrəli qanunsuz ödəniş tapşırığı əsasında 1.400 (bir min dörd yüz) manat pulun 700 manatını özünə, 700 manatını arvadı Şahid8 olmaqla, ümumilikdə 3.430 (üç min dörd yüz otuz) manat pulu əmək haqqı kimi verməklə İmişli rayonu, Qulubəyli bələdiyyəsinin qanunla qorunan hüquqlarına və mənafelərinə mühüm zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1, 308.1 və 313-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 24 fevral 2020-ci ildə İmişli rayonu, Qulubəyli Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. Təqsirləndirilən şəxs ona verilmiş ittihamlar üzrə ayrı-ayrılıqda bildirmişdir ki, 04 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Beyləqan Ərazi Şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş və tərtib olunmuş aktda qeyd olunan ərazilərin İmişli rayonu Yuxarı Qaralar kənd bələdiyyəsinin mülkiyyətində olduğu göstərilmişdir. Ona, İmişli rayonu, Qaralar, Ölcələr və Soltanmuradlı kəndlərində yerləşən Nəriman Nərimanov adına kolxozun idarə heyəti tərəfindən kolxozda işlədiyinə görə 1966-cı ildə fərdi ev tikmək üçün 0,20 hektar torpaq sahəsi verilmiş, 1980-ci ildə həmin torpaq sahəsində hazırda yaşadığı birmərtəbəli kürsülü evi, evin həyətindəki yardımçı tikililəri tikdirmiş və həyətin hasarını çəkdirmişdir. Aqrar islahat zamanı 13 noyabr 1996-cı il tarixdə onlara İmişli rayonunun Qulubəyli kəndi ərazisində 0,99 hektar torpaq sahəsi verilmişdir ki, həmin torpaq sahəsi hazırda da onların istifadəsindədir. Onlara düşən 2 hektar torpaq sahəsi əlverişli yararlı torpaq sahəsi olmadığından onun yaşadığı 0,20 hektarın arxasında olan boş torpaq sahəsi şifahi şəkildə ona verilmişdir. Bundan başqa, 2004-cü ildə İmişli rayonu, Qulubəyli bələdiyyəsinə müraciət edərək örüş torpaq sahəsi götürmək istəmiş, bələdiyyə ilə arasında 20 oktyabr 2004-cü il tarixli icarə müqaviləsi bağlanılmış və ona 0,60 hektar torpaq sahəsi 2019-cu ilədək icarəyə verilmişdir. Həmin 0,60 hektarın 0,20 hektar hissəsi evinin qabaq, 0,40 hektar hissəsi isə arxa tərəfində yerləşmişdir. 2019-cu ildə müqavilənin müddəti bitsə də, həmin ərazidən yenə də istifadə etmişdir. 04 noyabr 2022-ci il tarixli aktın tərtib edilməsində o da iştirak etmiş və aktı imzalamışdır. Fərdi yaşayış evi və yardımçı tikililər inşa etdirdiyi 0,53 hektar ərazinin isə 0,20 hektarı kolxoz dövründə ona verilmiş torpaq sahəsidir. Həmin yerdə oğlu Mirdavud üçün ev tikdirmiş, bununla bağlı hər hansı bir sənədləşmə işi aparılmamışdır, evin və ya həyətin çıxarışı yoxdur. Lakin oğlu Şahid1 Qulubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışa görə 4 nömrəli təsərrüfat başına kitabda şəxsi hesab nömrəsi ilə 2011-ci il tarixindən orada qeydiyyata alınmışdır və onun 0,20 ha həyətyanı torpaq sahəsi vardır. Sözü gedən 0,20 ha həyətyani torpaq sahəsi onun öz adına rəsmiləşdirilmiş torpaq sahəsi olmuşdur. Mirdavud üçün tikilmiş evin bünövrəsi 2011-2012-ci illərdə qoyulmuş, 2019-cu ildə isə həmin əraziyə hasar çəkdirmiş, yarımtikililər inşa etdirmişdir. Mirdavud hazırda öz ailəsi ilə birlikdə həmin evdə yaşayır. Həmin ərazidə fərdi yaşayış evi və yardımçı tikililər inşa olunduğu vaxt onlara gəlib-gedən, tikintini dayandırmaq barədə tələb irəli sürən olmamışdır. Mirdavuda ev tikdirdiyi torpaq sahəsi 1966-cı ildə ona verilmişdir. Həmin ərazi indi Soltanmuradlı kəndinin ərazisi sayılır, əvvəllər isə Qulubəyli kəndinin ərazisi olmuşdur. Belə ki, 1966-cı ildə onlar həmin yerə köçəndə orada Soltanmuradlı kəndi olmamış, həmin ərazi Qulubəyli kəndinə daxil olmuşdur. Zəbt etdiyi iddia olunan 0,8 ha ərazi islahatdan sonra ona verilmiş və əlverişli yararlı torpaq sahəsi olmayan 2 ha ərazinin əvəzində yaşadığı 0,20 ha ərazinin arxasında olan boş torpaq sahəsinin içərisində olmuşdur. Şum işləri apardığı 0,57 ha ərazinin 0,20 ha hissəsi isə İmişli rayonu Qulubəyli bələdiyyəsindən icarəyə götürdüyü 0,60 hektarın bir hissəsidir. İstifadəsində olan bu torpaqların nə vaxt Yuxarı Qaralar kənd bələdiyyəsinin balansına keçdiyi barədə məlumatı olmamış, onda olan sənədlərdə həmin torpaqların Qulubəyli kəndinin torpaqları olması göstərilmişdir. Ona şifahi formada verilmiş torpaq sahəsinə sənəd düzəltdirmək istəsə də, Əmlak İdarəsindən həmin torpaq sahələrinə dair şəhadətnamə gəlmədiyindən bunun mümkün olmadığı bildirilmişdir. Buna görə də, həmin torpaq sahələrindən rəsmi sənəd olmadan istifadə etmişdir və belə olan halda hərəkətlərində qanunsuzluğa yol verdiyini düşünmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs bələdiyyə sədri olaraq bələdiyyə büdcəsindən 8.328 (səkkiz min üç yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaitini mənimsəməsi ittihamı üzrə bildirmişdir ki, həmin pulların xərclənmə yerləri barədə sənədləri İmişli Rayon Prokurorluğuna göndərmiş və Baş prokurorun birinci müavininin nəzarəti altında Maliyyə Nazirliyi tərəfindən həmin sənədlər yoxlanılmışdır. Həmin pulları əməkhaqqına sərf etmişlər. Bələdiyyə sədri olaraq özünə, sədr müavini Şahid7 və bələdiyyədə xadimə işləyən arvadı Şahid8 aylıq əmək haqqı yazılmış və ödənilmişdir. Bununla əlaqədar protokol tərtib edilməli olduğu barədə məlumatı olmamışdır. Bələdiyyə olaraq əhalidən vergi yığmamışlar. Onlara hər il dövlət tərəfindən 1.800 (bir min səkkiz yüz) manat dotasiya ayrılmışdır. Həmin pulun 600 manatı bank tərəfindən Dövlət Sosial Müdafiə Fonduna, vergiyə və sair xidmətlərə ayrılmış, qalan pul isə ona, müavin və xadiməyə əmək haqqı vermək üçün sərf olunmuşdur. Əmək haqqı il ərzində iki-üç dəfə olmaqla ödənilmişdir. Məsələn 2020-ci ildə özü və müavini iki ay, xadimə isə bir aylıq əmək haqqı almışlar və bütün bunlar əmək haqqı cədvəllərində öz əksini tapmışdır. Prokurorluqda üzləşmə keçiriləndə Şahid7 əmək haqqı cədvəllərində adının qarşısındakı imzaların özünə məxsus olduğunu və əmək haqqını da özünün aldığını demişdir. Lakin dövlət tərəfindən köçürülmüş dotasiyanın 50 faizindən yuxarı hissəsinin əmək haqqı olaraq ödənilibödənilməməsinə icazə verilib-verilməməsi barədə məlumatı olmamış, bundan başqa bələdiyyə vəsaitinin xərclənməsi və ya əmək haqqı yazılması barədə bələdiyyə iclasları keçirilməmiş və iclas protokolları tərtib olunmamışdır. Əmək haqqının ödənilməsi ilə bağlı poçta ödəniş tapşırıqları təqdim etmiş və ödənişin bu qaydada rəsmiləşdirilməli olduğunu bildirmişdir. Əmək haqqı karta poçt vasitəsilə köçürülmüşdür. 2022-ci ilin aprel-may aylarında bütün əməliyyatlar dayandırılmış, gələn bütün pullar banka getmişdir. Bu onunla əlaqədar olmuşdur ki, hazırki iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, eyni zamanda mülki iddiaçı Nümayəndə1 ondan əvvəl yeddi il ərzində bələdiyyə sədri işlədiyi dövrdə bələdiyyənin 12.500 manat borcu yaranmışdır. Odur ki, Nümayəndə1 tərəfindən məhkəmədə ona qarşı verilmiş mülki iddianı qəbul etməmişdir. Təqsirləndirilən şəxs Qulubəyli bələdiyyəsinin sədri olduğu müddətdə bələdiyyədə iclasların keçirilməməsi, iclas protokollarının saxtalaşdırılması ilə əlaqədar ittihamlarla bağlı ifadəsində göstərmişdir ki, 24 fevral 2020-ci ildən bələdiyyə sədri seçilmiş və həmin vaxtdan hər il mütəmadi olaraq bələdiyyə iclasları keçirilmiş, bələdiyyə üzvləri iclaslara telefon və ya məktub vasitəsilə dəvət olunmuşlar. İl ərzində azı on iki iclas keçirilməli idi. Hansı iclaslar keçirilmişdirsə, həmin iclasların protokolları tərtib olunmuş, saxtalaşdırıldığı iddia olunan beş-altı protokol da daxil olmaqla bütün protokollarda qeyd olunan sayda üzvlər iştirak etmiş, imzalar məsul şəxslərin özləri tərəfindən icra olunmuşdur. Bələdiyyənin iclas protokollarında heç kimin yerinə qol çəkməmişdir. Bələdiyyə sədrinin müavini Şahid7 və üzvlər keçirilmiş əksər iclaslarda iştirak etmişlər, lakin bəzi üzvlər digər işləri, bəziləri isə pandemiya ilə əlaqədar iclaslarda iştirak edə bilməmişlər. Şahid7 bələdiyyə sədrinin müavini olaraq gedib vətəndaşların pay torpaqlarını ölçdüyü üçün 2021ci ilin yanvar ayında qanunamüvafiq qaydada vəzifəsindən azad olunmuşdur. Bundan başqa Şahid7 özü də bələdiyyə sədri olmaq istəmiş və qeyd etdiyi səbəblərdən iclas protokollarındakı imzaların tərəfindən icra olunmadığını bildirmişdir. Bələdiyyədə keçirilməyən iclaslar da olmuş və belə olan halda protokol da tərtib olunmamışdır. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxış edərkən məhkəmə istintaqı boyu verdiyi ifadələrində göstərdiklərini bir daha dilə gətirmiş, Nümayəndə1 tərəfindən ona qarşı şər, böhtan atıldığını, Qalibin dediklərinin başdan-ayağa yalan olduğunu, 76 yaşında olmasını, həm özü, həm də arvadının xəstə olmalarını, arvadının əməliyyat olunmaq üçün hazırda İmişli Rayon Xəstəxanasına yerləşdirilməsini bildirərək, ona köməklik göstərilməsini və barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesinin tərəflərini (zərərçəkmiş hüquqi şəxslərin (mülki iddiaçı) nümayəndələri və şahidlər) dinləyərək, cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs İmişli rayonu Qulubəyli bələdiyyəsinin nümayəndəsi, eyni zamanda mülki iddiaçı Nümayəndə1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 12 dekabr 1999-cu ildən hazırkı vaxta qədər İmişli rayonu Qulubəyli bələdiyyəsində ayrı-ayrı vaxtlarda bələdiyyə üzvü və sədri olmaqla işləyir. Belə ki, 29 oktyabr 2007-ci ildən 26 avqust 2014-cü ilə qədər Qulubəyli bələdiyyəsinin sədri vəzifəsində işləmiş, 2019-cu ildə keçirilmiş seçkilərdə bələdiyyənin üzvü seçilmişdir. 2020-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs bələdiyyənin sədri, Şahid7 isə sədr müavini seçmişlər. 25 aprel 2022-ci il tarixdə Qulubəyli bələdiyyəsində keçirilmiş iclas zamanı bələdiyyənin 04 saylı protokolu ilə Təqsirləndirilən şəxs bələdiyyə sədri vəzifəsindən kənarlaşdırılmış, həmin protokolla bağlı iddia tələbi birinci, habelə yuxarı instansiya məhkəmələrində mübahisələndirilmiş və təsdiq olunmuşdur. 2022-ci ilin 25 aprel tarixindən bələdiyyə sədri vəzifəsini icra edir. Təqsirləndirilən şəxs bələdiyyə sədri olduğu müddətdə bələdiyyə üzvlərinin iştirakı olmadan saxta iclas protokolları tərtib etmişdir, bələdiyyənin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X22 Filialındakı hesabı üzərində sərəncamlar vermiş, pulları mənimsəmiş, özünə və arvadı Şahid8 qəzına saxta əmək haqqı yazmış, bəzi hallarda isə ümumiyyətlə təyinatsız, məxaricsiz pullar mənimsəmişdir. Bələdiyyə sədri seçilməsi üçün keçirilən iclasın protokolundan başqa digər protokollarda bələdiyyə üzvlərinin, hətta onun əvəzinə imza atmış və səlahiyyətlərindən sui-istifadə etmişdir. Bələdiyyənin bütün pulunu özünə və həyat yoldaşına əmək haqqı kimi vermiş, başqa heç bir iş görməmişdir. Təqsirləndirilən şəxs arvadının xəstəliyə görə dövlətdən “pensiya” aldığı halda sonradan işləməyə başlamasının sual doğurduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs mühasib vəzifəsində olan şəxsi iclas katibi kimi qeyd edərək onun əvəzinə protokola imza atmışdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi (mülki iddiaçı) Nümayəndə1 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxslə qohumluq münasibətləri bələdiyyə üzvü olmamışdan qabaq yaxşı olmuş, bələdiyyəyə üzv seçildikdən sonrakı dövrdə münasibətləri pozulmuşdur. Təqsirləndirilən şəxs barəsində bələdiyyə üzvü olduğu vaxt şikayət etmiş, buna səbəb Mirvəlinin etdiyi haqsızlıqlar olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs bələdiyyə üzvlərini iclaslara çağırmamış, özbaşınalıq etmiş, arvadı Şahid8 işə götürmüş, bələdiyyə üzvü kimi onu və digərlərini saymamışdır. Bələdiyyə sədrinin müavini Şahid7 əvəzinə Təqsirləndirilən şəxs özü sənədləri imzalamışdır. Bu barədə ekspertiza keçirilmiş və təsdiq olunmuşdur ki, imzalar Şahid7 tərəfindən imzalanmamış, sənədlər saxtalaşdırılmışdır. Qulubəyli bələdiyyəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 14.000-15.000 manat borcu olmuşdur. Bundan başqa bələdiyyəyə məxsus torpaq sahələrinin icarə haqqlarından gələn pullar da ortalıqda yoxdur. Qulubəyli bələdiyyəsinə min səkkiz yüz nəfər daxildir. Bələdiyyənin möhürünü Təqsirləndirilən şəxs götürdüyündən kənd sakinlərindən icarə haqqı yığa bilməmişdir. Hər il dövlət tərəfindən bələdiyyəyə 1.800 (bir in səkkiz yüz) manat dotasiya ayrılır. Bələdiyyə sədrinin səlahiyyətləri onda olsa da, Təqsirləndirilən şəxs 30 iyun 2022-ci il tarixdə 4 saylı ödəniş cədvəli ilə gedib bələdiyyənin hesabından pul götürmüşdür. Möhürün Təqsirləndirilən şəxs olması ilə bağlı X11 dəfələrlə müraciət etmiş, eləcə də bununla bağlı internetdə çıxışları olmuşdur. Bələdiyyənin rəsmi iclası ilə Təqsirləndirilən şəxs səlahiyyətlərinə xitam verilmiş, həmin iclasa Mirvəli özü də çağırılmış, lakin gəlməmişdir. Səlahiyyətlərinə xitam verilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs təhvil-təslim etməkdən yayınır. Bələdiyyə möhürünün ona təhvil verilməsi barədə məhkəmənin qətnaməsi var. Təqsirləndirilən şəxs həmin qətnamədən bələdiyyə sədri kimi apellyasiya şikayəti vermiş, apellyasiya məhkəməsi həmin şikayəti geri qaytarmışdır ki, Mirvəli bələdiyyə sədri olmadığı üçün dövlət rüsumu ödəməlidir. Təqsirləndirilən şəxs sonradan həmin qərardan Ali Məhkəməyə şikayət etmiş, Ali Məhkəmə də apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Sonra Təqsirləndirilən şəxs rayon məhkəməsinə apellyasiya şikayəti vermək üçün müddətin bərpasına dair ərizə vermişdir. Hazırda bələdiyyənin fəaliyyəti dayandırılmışdır. Təqsirləndirilən şəxs bələdiyyənin bütün pulunu arvadı ilə birlikdə mənimsəmiş, heç kimə bir qəpik də verməmişdir. Halbuki, Təqsirləndirilən şəxs arvadı Şahid8 bələdiyyədə xadimə işləməmiş, bunu bələdiyyə üzvləri də ifadələrində etiraf etmiş, yalnız bir-iki dəfə Xuramanı orada gördüklərini bildirmişdirlər. O, özü hazırda bələdiyyə sədri vəzifəsini icra edən şəxs kimi əmək haqqı almır. 2022-ci ilin 30 iyun tarixində bələdiyyəyə ayrılmış dotasiyanı Təqsirləndirilən şəxs götürdükdən sonra ayrılmış dotasiyaları kimin aldığından da xəbəri yoxdur. Onda bələdiyyənin möhürü olmadığı üçün həmin vəsaiti ala bilməmişdir. Bələdiyyə üzvü Şahid10 bələdiyyə üzvlüyündən azad olunmasına dair iclas protokolunda birbaşa onun əvəzinə imza atılmışdır. X11 iclas protokolları ilə tanış olmaq üçün ərizə ilə müraciət etmiş, Mərkəz rəhbərinin göstərişi ilə İmişli Regional Ədliyyə İdarəsində bütün protokolları ona təqdim olunmuş, o da qeydlərini götürmüşdür. Bu vaxt onun əvəzinə protokola imza atıldığını görmüşdür. Təqsirləndirilən şəxs və arvadı Şahid8 başqa bələdiyyədə heç kim yoxdur. Hər şeyi onlar etmişlər, yoxsa onun əvəzinə başqa heç kim protokola imza ata bilməzdi. Bundan başqa Təqsirləndirilən şəxs Yuxarı Qaralar kənd bələdiyyəsinə məxsus torpaqları qanunsuz olaraq zəbt etmiş, tikililər inşa etmiş, əkin-biçin işləri aparmışdır. Təqsirləndirilən şəxs öz əməllərini ört-basdır etmək üçün həmin ərazilərin 1960-cı illərdən ona məxsus olan torpaqlara aid olduğunu desə də, onun dedikləri heç bir rəsmi sənəddə öz təsdiqini tapmamışdır. Hesab edir ki, Təqsirləndirilən şəxs özbaşınalıqlarına son qoyulmalıdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi (mülki iddiaçı) Nümayəndə1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs şikayətçi olduğunu bldirərək, ona qarşı verdiyi mülki iddianın təmin edilməklə, onun əməlləri nəticəsində Qulubəyli bəldiyyəsinə dəymiş 8.328 (səkkiz min üç yüz iyirmi səkkiz) manat məbləğində pulun ondan tutularaq bələdiyyənin büdcəsinə ödənilməsi və barəsində ittiham olunduğu maddələrlə ən yüksək həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs İmişli rayonu Yuxarı Qaralar kənd bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, Yuxarı Qaralar kənd bələdiyyəsinin sədridir. Təqsirləndirilən şəxs İmişli rayonunun Qulubəyli kənd sakini kimi tanımış, aralarında qohumluq, ədavət və ya düşmənçilik olmamışdır. Yuxarı Qaralar kənd bələdiyyəsi Yuxarı Qaralar, Ölcələr və Soltanmuradlı olmaqla üç kəndi əhatə edir. Yuxarı Qaralar kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən 927 hektar ölçüdə olan hissəsi hazırda İmişli rayonu, Qulubəyli kənd sakinlərinin istifadəsindədir. Qulubəyli kəndinin camaatı həmin torpaqlarda uzun müddət əvvəldən, bir qismi bələdiyyələr yaranmamışdan əvvəl orada yaşamışlar. Lakin 2000-ci ildə bələdiyyələr yaranandan və bələdiyyələrin mülkiyyəti müəyyən ediləndən sonra həmin şəxslərin yaşadıqları torpaqların Yuxarı Qaralar kənd bələdiyyəsinin mülkiyyətinə aid olduğu müəyyən olunmuşdur. 927 ha ölçüdə torpaq sahəsinin 1,9 ha ölçüdə torpaq sahəsi Qulubəyli kənd sakini Təqsirləndirilən şəxs tərəfindən zəbt edilərək hazırda da istifadə edilməkdədir. Təqsirləndirilən şəxs həmin torpağı həyətyanı torpaq sahəsi kimi istifadə edir. Belə ki, 1,9 ha torpaq sahəsində tikinti apararaq yaşayış evi və digər yardımçı tikililər inşa etmiş, əkin əkmiş, şum işləri aparmışdır. Və o, bütün bunların hamısını həmin torpaq sahələrinə dair hüquq müəyyənedici mülkiyyət sənədləri olmadan, qanunsuz zəbt etməklə həyata keçirmişdir. Həmin torpaq sahələri hazırda Soltanmuradlı kəndinin inzibati ərazisinə daxildir. Soltanmuradlı kəndindəki 0,53 ha ərazidə Təqsirləndirilən şəxs tərəfindən tikilmiş ev və yarımçıq tikili qanunsuzdur. 0,57 ha hissədə şum işləri qanunsuz aparılmış, 0,8 ha sahədə yonca qanunsuz əkilmişdir. Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş Yuxarı Qaralar kənd bələdiyyəsinə aid olan torpaqların həmin bələdiyyəyə məxsus olmasını təsdiq edən sənəd olmasa da, onların aidiyyəti üzrə müraciətlərinə cavab olaraq bildirilmişdir ki, bələdiyyəyə aid elektron xəritə gəlmiş, sadəcə kompüterdə tam işlənmədiyi üçün bələdiyyənin sərhədlərini müəyyən edə bilmirlər, sənədlər çap edilməmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 məhkəmədə ifadə verərkən ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən yol verilmiş qanunsuzluqlarla bağlı məhkəmədən qanun çərçivəsində müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2015-ci ildən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinin Torpaqların idarə edilməsi və mühafizəsinə nəzarət sektorunun məsləhətçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs İmişli rayonu, Qulubəyli kənd sakini kimi tanımış, aralarında ədavət və ya düşmənçilik, qohumluq münasibətləri olmamışdır. Qulubəyli kənd sakini Nümayəndə1 qardaşı Təqsirləndirilən şəxs tərəfindən İmişli rayonu, Yuxarı Qaralar kənd bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsini hasara alaraq orada yonca bitkisi əkməsi, şum işləri aparması, eyni zamanda zəbt etdiyi digər hissələrində qeyri-qanuni tikinti işləri görməsi barədə nazirliyin çağrı mərkəzinə müraciət etmiş və bu müraciət aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuşdur. Həmin şikayətin araşdırılması üçün əraziyə baxmağa getmişlər. Şikayətçi Nümayəndə1, Beyləqan Ərazi Şöbəsinin baş məsləhətçisi Şahid5, İmişli rayon İcra Hakimiyyətinin əməkdaşı Şahid6, Təqsirləndirilən şəxs və onun iştirakları ilə yerində araşdırma aparılmış və nəticə barədə Baş idarəyə məlumat vermişlər. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsi Yuxarı Qaralar kənd bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, Soltanmuradlı kəndinin inzibati ərazisində yerləşir. Qulubəyli kəndinin 45-50 faiz torpağı Soltanmuradlı kəndinin inzibati ərazisinə daxildir, ona görə də, həmin torpaq sahələrinə heç bir mülkiyyət sənədi verilməmişdir. Həmin ərazidə yaşayan vətəndaşların torpaq sahələrinə aid sənədləri yoxdur. Əvvəllər həmin ərazilər kolxozun sahəsi olmuş, dövlət aktları ilə aqrar islahatlar zamanı ərazi bölünmüş, Sovet dövründə tikilmiş evlərin bir hissəsi Soltanmuradlı kəndinin ərazisinə düşmüşdür. TEKUİS malumatlarına əsasən Təqsirləndirilən şəxs tərəfindən həmin ərazinin yonca bitkisi əkildiyi 0,8 ha və fərdi yaşayış evi, habelə yardımçı tikililər inşa etdirməklə həyətyanı torpaq sahəsi kimi istifadə etdiyi 0,53 ha hissəsinin bələdiyyənin kənd təsərrüfatı təyinatlı, tikinti altı torpaq sahələri; şum işləri gördüyü 0,57 ha hissəsinin bələdiyyənin kənd təsərrüfatı təyinatlı, bataqlıq örüş torpaq sahəsi olduğu müəyyən olunmuşdur. Beləliklə, onların gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs Yuxarı Qaralar kənd bələdiyyəsinə məxsus ümumilikdə 1,9 ha torpaq sahəsindən hüquq müəyyənedici sənədlər olmadan istifadə etmişdir. Şahid4 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Qulubəyli kəndi sakinlərinin hansı əsasla Soltanmuradlı kəndinin inzibati ərazisinə daxil olan torpaq sahələrində məskunlaşdıqlarını bilmir. Qulubəyli kəndində sakinlər kompakt halda məskunlaşmışlar. Aqrar islahatlar zamanı kəndlərin sərhədləri müəyyənləşdiriləndə həmin sakinlərin bir hissəsinin torpağı Soltanmuradlı kəndinin ərazisinə düşmüşdür. Təqsirləndirilən şəxs zəbt etdiyi torpaq sahəsini müəyyən edib zəbt olunmuş torpaq kimi qeyd etmiş və bu barədə Baş idarəyə məlumat vermişlər. Bundan sonra Baş idarə sənədləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərmiş və daha sonra səhv etmirsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Onlara Təqsirləndirilən şəxs zəbt etdiyi iddia olunan torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış təqdim edilsəydi, araşdırma zamanı bunu nəzərə alardılar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs İmişli rayonunun Qulubəyli kənd sakini kimi tanımış, aralarında ədavət və ya düşmənçilik, yaxud qohumluq münasibətləri olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsində baş məsləhətçi vəzifəsində işləmiş, daha sonra təqaüdə çıxmışdır. İşlədiyi vaxt şöbəyə Təqsirləndirilən şəxs barəsində şikayət məktubu daxil olmuş və bu əsasla Mirvəlinin istifadəsində olan torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı nə aşkar olunmuşdursa, hamısı tərəflərindən tərtib olunmuş aktda qeyd olunmuşdur. Əraziyə baxış zamanı torpaq sahələri üzrə mütəxəssis qismində Torpaqların idarə edilməsi və mühafizəsinə nəzarət sektorunun məsləhətçisi Şahid4 iştirak etmişdir. Aparılan araşdırmanın nəticəsinə dair akt tərtib edilmiş və o da digər iştirakçılarla birlikdə aktı imzalamışdır. Şahid5 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, daxil olmuş şikayət əsasında əraziyə baxmağa Şahid4la ondan başqa İmişli rayon İcra Hakimiyyətinin əməkdaşı Şahid6 də getmişdir. Baxış keçirilən ərazi ümumiyyətlə mübahisəli yer olmuşdur. Belə ki, torpaq islahatından, yəni 1996-cı ildən əvvəl İmişli rayonunun Soltanmuradlı kəndinin inzibati ərazisinə daxil olan mübahisəli torpaqlarda yaşayış olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsinin Yuxarı Qaralar kənd bələdiyyəsi, yaxud Qulubəyli bələdiyyəsinə məxsus olduğunu yerində baxış zamanı müəyyən edə bilməzdilər. Bunu müəyyənləşdirmək üçün mütəxəssislər vardır. Həmin ərazinin Soltanmuradlı kəndinə daxil olduğu sonradan xüsusi proqramla baxıldıqda məlum olmuşdur. Onlara həmin torpaq sahəsinin Təqsirləndirilən şəxs verilməsi barədə rəsmi sənədlər təqdim olunmamışdır. Lakin reyestr xidmətinə başqa vətəndaşlar tərəfindən torpaq sahələri ilə bağlı sənədlər (kolxoz-sovxoz dövrü sənədləri) təqdim olunmuş, Təqsirləndirilən şəxs torpaq sahəsi ilə bağlı isə sənəd təqdim edilməmişdir. Hazırda Əmlak Məsələləri Dövlət Komitəsində proqram təminatı vasitəsilə koordinatları daxil etməklə torpaq sahəsinin hansı bələdiyyəyə aid olduğunu müəyyən etmək mümkündür. Onlar koordinatları götürüb Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, Torpaq Kadastrı və X12 ötürürlər. Həmin şöbədə mütəxəssis proqram təminatına məlum koordinatları daxil edib torpaq sahəsinin harada yerləşdiyini, hansı bələdiyyəyə aid olduğunu müəyyən edir. 04 noyabr 2022-ci il tarixli aktın davamını əraziyə baxış keçirdikdən sonra idarədə tərtib etmişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs onun atası, zərərçəkmiş hüquqi şəxs İmişli rayon Qulubəyli bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 isə doğma əmisidir. Əmisi Qaliblə aralarında əvvəllər normal münasibət olsa da, sonradan atası Mirvəli ilə əmisi arasında soyuqluq yaranmış və sonuncu onun atası barəsində müxtəlif orqanlara şikayət etməyə başlamışdır. Belə ki, Qalib onun atasının torpaq sahəsi zəbt etməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş və xidmətin əməkdaşları gəlib onların yaşadıqları əraziyə baxış keçirmiş, bununla əlaqədar 04 noyabr 2022-ci il tarixli akt tərtib olunmuşdur. Baxış keçirilmiş ərazidə tikilmiş evin bünövrəsi 2012-ci ildən qoyulmuşdur. Belə ki, 2011-ci ildən ayrı təsərrüfat qurmuş, 2012-ci ilin axırlarında evin beton bünövrəsi qoyulmuş, növbəti illərdə tikinti aparılaraq, tam hazır olandan sonra oraya köçmüşdür. Hazırda Qulubəyli kəndində həmin evdə atası ilə qonşuluqda yaşayır. Yaşadığı evi usta Şahid2 tikmiş, daha sonra atası Mirvəli 2019-cu ilin əvvəllərində evin həyətinə hasar çəkdirmiş və həyətdə yardımçı tikililər olan əl damı, toyuq hini və tualet tikdirmişdir. Həmin hasarı və yardımçı tikililəri həmkəndlisi olan usta Şahid3 tikmişdir. Bir neçə ildən sonra müstəntiq gəlib evin qanunsuz tikildiyini bildirmiş, onlara cinayətkar kimi davranılmış, uşaqlarını evdən çıxartmış, evin içində yoxlama aparmışlar. Yoxlamanın əsası kimi barəsində şikayət daxil olduğunu bildirmişlər. Halbuki, həmin yerdə tikinti aparıldığı vaxt heç kim onlardan tikinti barədə maraqlanmamışdır. Müstəntiq isə yaxın illərdə gəlmişdir. Evinin yerləşdiyi torpaq sahəsinin sənədi var, lakin Qulubəyli kəndində heç bir evin sənədi yoxdur. Belə ki, ona təxminən 0,20 ha pay torpağı verilmişdir. Evinin yerləşdiyi həyətyanı torpaq sahəsi altı sot yarımdır. İbtidai istintaq zamanı ifadə verərkən savadsız olduğundan ifadəsində evinin tikilmə tarixinin 2016-cı il göstərilməsinə diqqət yetirməmiş, lakin evin bünövrəsinin tam hazır olmamışdan dörd-beş il əvvəl qoyulduğunu deməmişdir. Ona görə də, məhkəmədə verdiyi ifadəsi daha doğrudur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Qulubəyli kənd sakini kimi tanımış, aralarında ədavət və ya düşmənçilik, qohumluq münasibətləri olmamışdır. Hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sosial işçi kimi işləyir. Əvvəllər hörgü ustası kimi işləmişdir. İndi də boş vaxtlarında ailəsinin maddi ehtiyaclarını qarşılamaq üçün fəhləlik edir. Bir neçə il öncə, təxminən 2019-cu ildə Təqsirləndirilən şəxs ona zəng edərək oğlu Şahid1 həyətinə hasar çəkilməli olduğunu bildirmişdir. Hasar olmadığı üçün həyət açıqda qalmış, o da hasar çəkmək üçün getmişdir. Hasarı hörmüş, iş prosesində Mirdavud da ona kömək etmişdir. Gördüyü işə görə ona nə qədər ödəniş edildiyini xatırlamır. Mirdavudun evi çoxdan tikilmiş, həmin evi o tikməmişdir. Mirdavudun evi yerləşən torpaq sahəsində evin hansı sənədlər əsasında tikilməsi, həmin torpaq sahəsinin konkret olaraq hansı kəndin ərazisində olması, torpaq sahəsinin sənədlərinin qanuni olub-olmaması barədə heç bir məlumatı yoxdur. O, yalnız həmin evin yerləşdiyi həyətin ətrafına hasar çəkmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımış, aralarında ədavət və ya düşmənçilik, yaxud qohumluq münasibətləri olmamışdır. 2019-cu ilin dekabr ayında Qulubəyli kənd bələdiyyəsinə üzv, 2020-ci ildə bələdiyyə sədrinin müavini seçilmiş, iki-üç ay işlədikdən sonra 2021-ci ilin yanvarında ərizəsini yazıb işdən çıxmışdır. Həmin müddət ərzində sənədlərə imza atmış, belə ki, abadlıq işləri, yol təmizliyi və sair işlərlə əlaqədar protokolları imzalamış, lakin başqa protokolları, hər hansı bir maliyyə sənədini imzalamamışdır. İmzaladığı sənədləri bələdiyyə sədri Təqsirləndirilən şəxs ona təqdim etmiş, əhəmiyyətli olmadığını dediyindən həmin protokolları imzalamışdır. Həmin iclaslar keçirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs şəxsən bildirmişdir ki, onunla işləyə bilməz, çünki sonuncu onu cinayətə sürükləyir. Təqsirləndirilən şəxs 24 fevral 2020-ci il tarixdə Qulubəyli bələdiyyəsinin sədri seçilmişdir. Qulubəyli bələdiyyəsində işlədiyi bir neçə ay müddətdə ona təqdim olunmuş sənədlərdə yalnız öz adının qarşısına imza atmış, bundan sonra tərtib olunmuş sənədlərdə adının qarşısında kimin və ya kimlərin imza etdiyini bilməmişdir. Şahid7 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, bələdiyyədə işlədiyi müddətdə yalnız ilk və son iclasdan başqa digər iclaslarda iştirak etməmişdir. Çünki, ona bu barədə çağırış verən olmamış, bələdiyyə sədri Təqsirləndirilən şəxs iclas keçirməyərək, özü protokollar tərtib etmiş, o və digər üzvlər iştirak etmədiyi halda adları qeyd etmədən, yetərsay rəqəmlər yazmaqla saxta protokollar tərtib etmişdir. Hesab edir ki, dotasiyanın təyinatı barədə olan yeganə protokol da Təqsirləndirilən şəxs tərəfindən bələdiyyə üçün ayrılmış pulu əmək haqqı kimi özünə götürməsi üçün saxtalaşdırılmışdır. Protokollardakı imzaların kim tərəfindən saxtalaşdırdığını dəqiq bilmir, lakin bələdiyyə sədrindən başqa bunu kimin edə biləcəyi də danılmaz faktdır. Bundan başqa Təqsirləndirilən şəxs əvvəllər də ona bir neçə protokolu elə də əhəmiyyətli işlərlə bağlı olmadığını deməklə imzalatdırmışdır. Bələdiyyə sədrinin müavini vəzifəsindən çıxdıqdan sonra bələdiyyəyə getməmiş, iclaslarda iştirak etməmişdir. Ümumiyyətlə bələdiyyənin yalnız iki iclasında iştirak etmiş, həmin iclaslar da Təqsirləndirilən şəxs bələdiyyə sədri seçilməsi və bu vəzifədən azad olunması barədə olmuşdur. 2022-ci aprel ayının 25-nə qədər onu iclasa çağırmamışlar. Təqsirləndirilən şəxs sədrlikdən azad olunduğu həmin tarixdən sonra məktub göndərib onu bələdiyyənin iclasına çağırmış, Mirvəlini sədr kimi görmədiyindən çağırışı qəbul etməmişdir. Qulubəyli bələdiyyəsində işlədiyi müddətdə cəmi bircə dəfə 400 (dörd yüz) və ya 410 (dörd yüz on) manat məbləğində pulu əmək haqqı kimi almışdır və həmin pulu geri qaytarmaq fikri yoxdur. Bu barədə sənədi özü imzalamışdır. Təqsirləndirilən şəxs arvadı Şahid8 bələdiyyədə xadimə işlədiyi barədə eşitsə də, işlədiyi müddətdə onu iş yerində görməmişdir və bu barədə xatırlamır. İbtidai istintaqdakı ifadəsini təsdiq etdiyini, əlavə olaraq sənədləri adətən bələdiyyə sədri tərtib etdiyinə görə ibtidai istintaq zamanı ifadəsində məhz Təqsirləndirilən şəxs sənədləri və imzaları saxtalaşdırdığını bildirdiyini göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımış, aralarında ədavət və ya düşmənçilik, yaxud qohumluq münasibətləri olmamışdır. 2019-cu ildə keçirilmiş bələdiyyə seçkilərində İmişli rayonu Qulubəyli bələdiyyəsinin üzvü seçilmişdir. O vaxtdan bələdiyyənin üzvüdür. Bələdiyyənin iclaslarında iştirak etmiş, pandemiya ilə əlaqədar karantin rejimi tətbiq olunmağa başlayandan keçirilən iclaslarda iştirak edə bilməmişdir. İclaslar keçirilmiş, onu iclasa məktubla çağırmışlar. Sonra müharibə başlamış və qardaşı Vətən müharibəsində şəhid olmuşdur. Bundan sonra valideynlərinin səhhəti pisləşmişdir. Qeyd etdiyi səbəblərdən üzvü olduğu bələdiyyədə iştirak edə bilmədiyi iclaslar olmuşdur. İştirak etdiyi iclasların protokolları tərtib olunmuş, həmin protokolları imzalamışdır. Onun adından hansısa sənədə imza atılması halı baş verməmişdir. Şahid12 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Qulubəyli bələdiyyəsi icra nümayəndəsi, kitabxana, mədəniyyət klubu ilə bir inzibati binada yerləşir. Bələdiyyənin bir otağı vardır. Təqsirləndirilən şəxs arvadı Şahid8 bələdiyyədə xadimə işləmişdir. Bir neçə dəfə bələdiyyəyə gedəndə Şahid8 bələdiyyənin otağında işləyərkən görmüşdür. İştirak etdiyi iclaslarda ondan başqa bələdiyyənin digər üzvləri Əmrah Astanov, Şahid9 və başqaları da olmuşlar. Həmin iclasların keçirildiyi vaxtı dəqiq xatırlamır, səhv etmirsə, 2022-ci ildə keçirilmişdir. Təqsirləndirilən şəxs müavini Şahid7 olmuş və Adildən sonra iclas protokollarını o imzalamışdır. Beləliklə, bir neçə bələdiyyə iclasında katib kimi iştirak etmişdir. 25 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs bələdiyyə sədri vəzifəsindən azad olunması barədə iclasda iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə həmkəndlidir, aralarında ədavət və ya düşmənçilik, yaxud qohumluq münasibətləri olmamışdır. 2019-cu ilin sonlarında keçirilən bələdiyyə seçkilərində İmişli rayonu, Qulubəyli bələdiyyəsinə üzv seçilmiş, ondan başqa Əmrah Astanov, Şahid13, Şahid7, Şahid12, Təqsirləndirilən şəxs, Şahid10, Şahid11 və Nümayəndə1 bələdiyyə üzvü olmuşlar. 2020-ci ilin əvvəllərində bələdiyyə iclası keçirmiş, o da həmin iclasda iştirak etmiş və Təqsirləndirilən şəxs bələdiyyə sədri, Şahid7 isə bələdiyyə sədrinin müavini vəzifəsinə seçmişlər. Bundan sonra Təqsirləndirilən şəxs sədr olduğu dövrdə heç bir bələdiyyə iclasında iştirak etməmişdir, çünki Mirvəli onu heç bir iclasa dəvət etməmiş, ona rəsmi məktub göndərməmiş və şifahi hər hansı bir söz deməmişdir. 25 aprel 2022-ci il tarixdə bələdiyyədə keçirilən iclasda iştirak etmişdir. Həmin iclasda Təqsirləndirilən şəxs bələdiyyə sədrliyindən azad edərək Nümayəndə1 bələdiyyə sədri seçmişlər. Nümayəndə1 bələdiyyə sədri seçiləndən sonra Təqsirləndirilən şəxs bir-iki dəfə onu məktubla iclasa çağırmış, Nümayəndə1 sədr seçdikləri üçün Mirvəlinin çağırdığı iclaslara getməmişlər. Şahid9 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, onun iş yeri Qulubəyli kəndinin ərazisindədir. Ona bələdiyyə iclaslarının vaxtı barədə məlumat verilsəydi, iclaslarda iştirak edə bilərdi. Lakin ona belə bir çağırış daxil olmamışdır. Təqsirləndirilən şəxslə Nümayəndə1 sədr seçildiyi iclasların protokollarını imzalamış və yalnız həmin iclaslarda iştirak etmiş, başqa sənədlərə imza atmamışdır. Bələdiyyənin iclaslarının keçirilib-keçirilmədiyini dəqiq bilmir, lakin zənn edir ki, bu iclasların bir qismi keçirilməmiş, Təqsirləndirilən şəxs saxta protokollar tərtib etmişdir. Ümumiyyətlə protokolları bələdiyyə sədri ilə müavin tərtib etməli olduqlarından saxtalaşdırma da, yalnız bu iki şəxs tərəfindən mümkün ola bilərdi. Şahid7 imzalarının kim tərəfindən saxtalaşdırıldığını dəqiq bilmir. Bələdiyyə sənədlərinin Təqsirləndirilən şəxs olduğunu güman etdiyindən Şahid7 həmin sənədləri imzalamadığı təqdirdə onları Təqsirləndirilən şəxs imzaladığını düşünmüşdür. Bələdiyyənin sənədi siravi adamın əlində ola bilməzdi. Təqsirləndirilən şəxs arvadı Şahid8 Qulubəyli bələdiyyəsində işlədiyini eşitmiş, lakin onu görməmişdir. Ümumiyyətlə, Şahid8 üzdən tanımır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmkəndlisidir, aralarında ədavət və ya düşmənçilik, yaxud qohumluq münasibətləri olmamışdır. 2019-cu ilin sonlarında keçirilən bələdiyyə seçkilərində İmişli rayonunun Qulubəyli bələdiyyəsinə üzv seçilmiş, ondan başqa Şahid9, Əmrah Astanov, Şahid7, Şahid12, Təqsirləndirilən şəxs, Şahid10, Şahid11 və Nümayəndə1 bələdiyyə üzvü olmuşlar. 2020-ci ilin əvvəllərində bələdiyyə iclası keçirmiş, o da həmin iclasda iştirak etmişdir. Həmin iclasda Təqsirləndirilən şəxs bələdiyyə sədri, Şahid7 isə bələdiyyə sədrinin müavini vəzifəsinə seçmişlər. Bundan başqa Təqsirləndirilən şəxs bələdiyyə sədrliyindən uzaqlaşdırılaraq Nümayəndə1 sədr seçildiyi iclasda da iştirak etmişdir. Qeyd etdiyi iki haldan başqa bələdiyyənin digər iclaslarında iştirak etməmiş, Təqsirləndirilən şəxs onu iki-üç dəfə şifahi olaraq iclaslara çağırmış, şəxsi işləri ilə əlaqədar iclaslara gedə bilməmiş, Mirvəliyə iclaslar qeyri-iş günləri keçirildiyi halda gələ biləcəyini bildirmişdir. Bələdiyyə iclaslarına çağırıldığı üçün iclasların keçirildiyini güman etmişdir. Bələdiyyə üzvü kimi hər hansı bir sənədə imza atmamış, onun adından protokola imza atılmasının da şahidi olmamışdır. Ona imzalaması üçün iştirak etmədiyi iclasların protokolu verilməmişdir. İclaslarda iştirak etmədiyi halda protokollarda onun iştirak etmiş kimi qeyd olunmasından xəbəri yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 isə qayınıdır. Nümayəndə1lə qohumluq münasibəti olsa da, aralarında ədavət mövcuddur. Mirvəli ilə Qalib 2019-cu ilin sonlarında keçirilən bələdiyyə seçkilərində İmişli rayonunun Qulubəyli bələdiyyəsinə üzv seçilmişlər. Mirvəli 2020-ci ilin əvvəlində bələdiyyə sədri seçildikdən sonra onu həmin bələdiyyəyə xadimə olaraq işə götürmüşdür. İş yeri yaşadığı evə yaxın olmuşdur. İşə gedib-gəlmiş və əmək haqqı almışdır. Şahid8 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, onu işə götürmək barədə əri Təqsirləndirilən şəxslə məsləhətləşib birlikdə qərara gəlmişlər. İşə girərkən səhhətində problem olmamış, könüllü olaraq işləmişdir. Səhhətində problem sonradan yaranmışdır. Qulubəyli bələdiyyəsi yaşadığı evə yaxın olduğu üçün orada işləməyə etiraz etməmişdir. Savadsız olduğu üçün əmək kitabçasının olub-olmadığını bilməmişdir. İşə hər gün və ya günaşırı getmiş, gün ərzində bir saat işləyib sonra evinə qayıtmışdır. Bələdiyyənin bir otağı olmuş, işi də həmin otağı təmizləməkdən ibarət olmuşdur. 200 (iki yüz) manat əmək haqqı almışdır. Ona işlədiyi müddət ərzində neçə dəfə əmək haqqı verildiyini xatırlamır. Əmək haqqını əri Mirvəli alıb evə gətirmiş və bu barədə ona bildirmişdir. Əmək haqqı alması ilə bağlı sənədlərə imza atmışdır. Əmək haqqı maaş kartına köçürülmüş, həmin kart da əri Mirvəlidə olmuşdur. Mirvəli əmək haqqını kartından çıxardıb gətirib ona vermişdir. Əməliyyat olunduğu üçün sonralar işə gedə bilməmişdir. 65 yaşı tamam olub və hazırda təqaüdçüdür. Bələdiyyədə işlədiyi müddətdə bələdiyyə iclasları keçirilmiş, üzvlər də gəlib iştirak etmişlər. Şahid7 tanıyır, belə ki, o Mirvəli ilə birlikdə bələdiyyədə işləmiş və sədr müavini olmuşdur. Şahid7la bələdiyyə üzvü Şahid12 dəfələrlə bələdiyyədə işdə olarkən görmüşdür. Bələdiyyə iclasları barədə olan protokolları kimin imzaladığını bilməmiş, Şahid7 tərəfindən sənədlərə imza atılıb-atılmaması barədə məlumatı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, aşağıdakı ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, habelə digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: İmişli Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, həmin tarixdə İmişli rayonunun Qulubəyli bələdiyyəsində vəzifə saxtakarlığı faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild 01, i.v. 01-04). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2022-ci il tarixli 09/N-178 nömrəli məktubundan görünür ki, Qulubəyli bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə inzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmanın nəticəsində müəyyən edilmişdir ki, 2021-ci ildə dövlət büdcəsindən ayrılmış 1.800 (bir min səkkiz yüz) manat dotasiya bələdiyyə qərarı olmadan qanunsuz xərclənmiş, bələdiyyənin iclas protokolları saxtalaşdırılaraq bələdiyyə iclaslarında yetərsay olmadığı halda bələdiyyə üzvlərinin adlarının qarşısına onların əvəzinə imzalar qoyulmuş, iştirak etmədiklərinə baxmayaraq çıxışları protokollarda göstərilmişdir (cild 01, i.v. 05). Bələdiyyə gəlirləri və xərcləri barədə müfəssəl məlumatlar, ödəniş tapşırıqları və hesabat vərəqələrindən görünür ki, 2020-ci ildə Qulubəyli bələdiyyəsinə dövlət tərəfindən ayrılmış 1.800 (bir min səkkiz yüz) manat dotasiyanın 1.233 (bir min iki yüz otuz üç) manatı əməyin ödənilməsinə sərf edilmiş, 587,97 manat inzibati idarəetmə xərclərinə sərf olunmuş, 2021-ci ilin mart, aprel, may, iyun ayları üçün 2.350 manat pulun 1.350 manatı Təqsirləndirilən şəxs, 1.000 manatı isə həmin bələdiyyədə xadimə işləyən arvadı Şahid8 ödənilmişdir (cild 01, i.v. 28-31). İmişli Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının (sərbəst auditor X15) xx.xx.2022-ci il tarixli hesabatından görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə ümumilikdə İmişli rayonu Qulubəyli bələdiyyəsində mühasibat və vergi uçotu mövcud qanunvericiliyə uyğun işlənməmiş, hesablar üzrə sintetik və analtik uçot işlənməmiş, hesablara yekun vuraraq qalıqlar çıxarılmamış, vergi və ödənişlərin hesablanması aparılmamış və toplanmamışdır (cild 01, i.v. 70-72; 78-87). Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X22 Filialının xx.xx.2022-ci il tarixli, 210 nömrəli məktubu və ona əlavə edilmiş cədvəllərdən görünür ki, xx.xx.2019-xx.xx.2022-ci il tarixinədək Qulubəyli bələdiyyəsinin hesabına 13.877,44 manat pul vəsaiti mədaxil, 13.878,12 manat pul vəsaiti məxaric edilmişdir (cild 01, i.v. 104-107). İmişli rayonu Qulubəyli bələdiyyəsinin bələdiyyə ərazisində olan yaşıllıqların qorunması üçün ağacların suvarılması barədə xx.xx.2020-ci il tarixli, 8 nömrəli, bələdiyyə ərazisində olan yaşıllıqların qorunması üçün ağacların suvarılması, bələdiyyə ərazisində örüş və əkin üçün hər hektara görə icarə haqlarının bazar məzənnəsinə uyğunlaşdırılması barədə xx.xx.2020-ci il tarixli, 9 nömrəli, dövlət tərəfindən ayrılmış dotasiyanın və daxil olan icarə haqlarının xərclənməsi barədə xx.xx.2020-ci il tarixli, 10 nömrəli, pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı kənd sakinləri arasında maarifləndirmə işləri barədə xx.xx.2020-ci il tarixli, 11 nömrəli, bələdiyyənin 2021-ci il yerli büdcə layihəsinin müzakirəsi barədə xx.xx.2020-ci il tarixli, 12 nömrəli, İmişli rayonu Qulubəyli bələdiyyəsinin üzvü Şahid11 Mehti oğlunun üzvlükdən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli, 5 nömrəli iclas protokollarından görünür ki, həmin tarixli iclaslarda sədr qismində Təqsirləndirilən şəxs, katib qismində Şahid7 iştirak etdikləri qeyd olunmuş və protokollarda onların adlarının qarşısında imzalar atılmışdır (cild 01, i.v. 123-132). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/1768 nömrəli ekspert rəyində görünür ki, xx.xx.2020-ci il tarixli İmişli rayonu Qulubəyli bələdiyyəsi iclasının 8 saylı “Protokolu”nun aşağı hissəsində “İclasın katibi:” qrafasında olan imza; xx.xx.2020-ci il tarixli İmişli rayonu Qulubəyli bələdiyyəsi iclasının 9 saylı “Protokolu”nun 2-ci vərəqinin aşağı hissəsində “İclasın katibi:” qrafasında olan imza; xx.xx.2020-ci il tarixli İmişli rayonu Qulubəyli bələdiyyəsi iclasının 10 saylı “Protokolu”nun aşağı hissəsində “İclasın katibi:” qrafasında olan imza; xx.xx.2020-ci il tarixli İmişli rayonu Qulubəyli bələdiyyəsi iclasının 11 saylı “Protokolu”nun 2-ci vərəqinin aşağı hissəsində “İclasın katibi:” qrafasında olan imza; xx.xx.2020-ci il tarixli İmişli rayonu Qulubəyli bələdiyyəsi iclasının 12 saylı “Protokolu”nun 2-ci vərəqinin aşağı hissəsində “İclasın katibi:” qrafasında olan imza; xx.xx.2021-ci il tarixli İmişli rayonu Qulubəyli bələdiyyəsi iclasının 5 saylı “Protokolu”nun 2-ci vərəqinin aşağı hissəsində “İclasın katibi:” qrafasında olan imza Şahid7 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. xx.xx.2020-ci il tarixli İmişli rayonu Qulubəyli bələdiyyəsi iclasının 8 saylı “Protokolu”nun aşağı hissəsində “İclasın katibi:” qrafasında olan imza; xx.xx.2020-ci il tarixli İmişli rayonu, Qulubəyli bələdiyyəsi iclasının 9 saylı “Protokolu”nun 2-ci vərəqinin aşağı hissəsində “İclasın katibi:” qrafasında olan imza; xx.xx.2020-ci il tarixli İmişli rayonu Qulubəyli bələdiyyəsi iclasının 10 saylı “Protokolu”nun aşağı hissəsində “İclasın katibi:” qrafasında olan imza; xx.xx.2020-ci il tarixli İmişli rayonu, Qulubəyli bələdiyyəsi iclasının 11 saylı “Protokolu”nun 2-ci vərəqinin aşağı hissəsində “İclasın katibi:” qrafasında olan imza; xx.xx.2020-ci il tarixli İmişli rayonu Qulubəyli bələdiyyəsi iclasının 12 saylı “Protokolu”nun 2-ci vərəqinin aşağı hissəsində “İclasın katibi:” qrafasında olan imza; xx.xx.2021-ci il tarixli İmişli rayonu Qulubəyli bələdiyyəsi iclasının 5 saylı “Protokolu”nun 2ci vərəqinin aşağı hissəsində “İclasın katibi:” qrafasında olan imzanın Təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmamasını isə müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 124 (bir yüz iyirmi dörd) manat müəyyən olunmuşdur (cild 01, i.v. 238- 241). İmişli Rayon Prokurorluğunun 27 fevral 2023-cü il tarixli protokolundan görünür ki, Şahid7 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrində göstərmiş olduqları xüsusatları bir-birinin üzünə qarşı bildirməklə ifadələrini bir daha təsdiq etmişlər (cild 02, i.v. 93-95). İmişli Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 02, i.v. 117-118). İmişli Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 0036 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə, ondan bu barədə iltizam alınmışdır (cild 02, i.v. 146-149). İmişli Rayon İcra Hakimiyyəti başçısının Qulubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs arvadı, oğlu, gəlini və nəvəsi ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində şikayət daxil olmamışdır (cild 02, i.v. 196-198). İmişli Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, İmişli rayonu Qulubəyli bələdiyyəsinin inzibati binasında şəxsi axtarış və götürmə istintaq hərəkəti icra olunmuş və istintaq hərəkətinin icra olunmasını əks etdirən fotocədvəl protokola əlavə olunmuşdur (cild 03, i.v. 27-33). Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İmişli Rayon Mərkəzi Xəstəxanası” X23 xx.xx.2023-cü il tarixli, PHŞ-6-46/2-468/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanın poliklinika şöbəsində şəkər xəstəsi kimi qeydiyyatda dayanır, narkoloji, ruhi-əsəb kabinetlərdə qeydiyyatda dayanmır (cild 03, i.v. 37). İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 01 nömrəli arayışından görünür ki, 2020-2022-ci illərdə Qulubəyli bələdiyyəsinin büdcəsinə pul vəsaitləri 2020-ci ildə 192,33 manat icarə haqlarından, 1.800 manat dövlət tərəfindən dotasiya; 2021-ci ildə 240,90 icarə haqlarından, vətəndaş Şiraslan Astanov (900 kv.m torpaq sahəsinə) 720 manat, Əmraslan Astanov (1200 kv.m torpaq sahəsinə) 960 manat, Nigar Astanova (1200 kv.m torpaq sahəsinə) 960 manat alqı-satqı rüsumu, 1.800 manat dövlət tərəfindən verilən dotasiya; 2022-ci ildə 1.800 manat dövlət tərəfindən verilən dotasiya, İlahiyyə Mənsimova (1200 kv.m torpaq sahəsinə) 950 manat, Elmar Mənsimov (1200 kv.m torpaq sahəsinə) 950 manat alqı-satqı rüsumu, 231,21 manat icarə haqlarından daxil olmuşdur (cild 03, i.v. 38). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X22 Filialının xx.xx.2023-cü il tarixli, 85 nömrəli məktubuna əlavə edilmiş hesabdan çıxarışlar, xx.xx.2023-cü il tarixli, 295 nömrəli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, 23 dekabr 2021-ci il tarixli ödəniş tapşırığı əsasında 1.350 manat Təqsirləndirilən şəxs, 1.000 manat Şahid8 olmaqla, cəmi 2.350 (iki min üç yüz əlli) manat; 15 aprel 2022-ci il tarixli ödəniş tapşırığı əsasında 1.050 manat Təqsirləndirilən şəxs, 750 manat Şahid8 olmaqla, cəmi 1.800 (bir min səkkiz yüz) manat; 20 may 2022-ci il tarixli ödəniş tapşırığı əsasında 230 (iki yüz otuz) manat Təqsirləndirilən şəxs; 20 iyul 2022-ci il tarixli ödəniş tapşırığı əsasında 700 manat Təqsirləndirilən şəxs, 700 manat Şahid8 olmaqla, cəmi 1.400 (bir min dörd yüz) manat; 05 oktyabr 2021-ci il tarixli, ******* nömrəli xəzinə məxaric orderi əsasında 600 manat Təqsirləndirilən şəxs, 715 manat Şahid8 olmaqla, cəmi 1.315 (bir min üç yüz on beş) manat; 07 sentyabr 2020-ci il tarixli, ******* nömrəli xəzinə məxaric orderi əsasında 491,5 manat Təqsirləndirilən şəxs, 250 manat Şahid8, 491,5 manat Şahid7 olmaqla, cəmi 1.233 (bir min iki yüz otuz üç) manat pul əmək haqqı qismində ödənilmişdir. Şahid8 (əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən, müddətsiz) 27 yanvar 2023-cü il tarixinə əmək haqqının məbləği 345 manat təşkil etmişdir (cild 03, i.v. 39-47; cild 04, i.v. 53-74). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Xalq Məhkəməsinin xx.xx.1972-ci il tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 109-cu maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, SSRİ X25 Heyətinin xx.xx.1972-ci il tarixli Fərmanının 6-cı maddəsinə əsasən 2 (iki) il 2 (iki) ay müddətə cəzadan şərti azad edilmiş, Əli-Bayramlı Şəhər Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli qərarı ilə cəzadan vaxtında əvvəl şərti azad edilmiş; İmişli rayonu Xalq Məhkəməsinin xx.xx.1979-cu il tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 17, 129-cu maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Xalq Məhkəməsinin xx.xx.1980-ci il tarixli qərarı ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 50-2-ci maddəsinə əsasən 9 (doqquz) ay 10 (on) gün müddətə şərti azad edilmişdir (cild 03, i.v. 54-56). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.3.3 və 83.4-cü maddələrinə əsasən məhkumluq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə ödənilmiş hesab olunur, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4 və 18.4.3-cü maddələrdə isə qeyd olunur ki, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs əməllərində cinayətin residivi yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş müddətsiz əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Qulubəyli Bələdiyyəsində işləmişdir (cild 03, i.v. 72). İmişli Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə başlanılmış cinayət işi icraata qəbul edilmiş, həmin cinayət işinə onun barəsində həmin Məcəllənin 313-cü maddəsi ilə başlanmış cinayət işi birləşdirilmişdir (cild 03, i.v. 89-91). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X14 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild 03, i.v. 96). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********76 nömrəli məktubu və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli akt, xx.xx.2020-ci il tarixli arayış, fotoşəkillər və elektron xəritədən görünür ki, İmişli rayonu X6 mülkiyyətinə aid olmaqla, Soltanmuradlı kəndinin inzibati sərhədləri daxilində yerləşən 1,9 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən (0,8 hektar yonca bitkisinin əkdiyi, 0,53 hektar müxtəlif məqsədli tikintilərin inşa edildiyi, 0,57 hektar ərazidə isə şum işləri aparmaqla) qanunvericliklə nəzərdə tutulan qaydada mülkiyyət, istifadə və ya icarə hüquqları olmadan istifadə edilməsi faktı təsdiqini tapmışdır. Belə ki, aktda göstərilmişdir ki, sözügedən ərazi X7 mülkiyyətinə aid olmaqla, Soltanmuradlı kəndinin inzibati sərhələri daxilində yerləşir. Təqsirləndirilən şəxs tərəfindən həmin ərazinin 0,8 ha hissəsində (x=255008;y=4407l14) yonca bitkisi əkilmişdir. TEKUİS məlumatlarına əsasən həmin torpaq sahəsi bələdiyyənin kənd təsərrüfatı təyinatlı, tikinti altı torpaq sahəsidir; 0,53 ha hissəsində (x=254949;y=4407003) fərdi yaşayış evi və yardımçı tikililər inşa edərək, oradan həyətyanı torpaq sahəsi kimi istifadə edir. TEKUİS məlumatlarına əsasən həmin torpaq sahəsi bələdiyyənin kənd təsərrüfatı təyinatlı, tikinti altı torpaq sahəsidir; 0,57 ha hissəsində (x=254938;y=4406930) şum işləri aparmışdır. TEKUİS məlumatlarına əsasən həmin torpaq sahəsi bələdiyyənin kənd təsərrüfatı təyinatlı, bataqlıq örüş torpaq sahəsidir. Araşdırma zamanı Təqsirləndirilən şəxs ümumilikdə 1,9 ha torpaq sahəsindən hüquq müəyyənedici sənədləri olmadan istifadə etdiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs İmişli Rayon İcra Hakimiyyəti başçısının Qulubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayədəliyinin aqrar islahat zamanı onun 0,20 ha qanuni həyətyanı torpaq sahəsi və 1,43 ha zəbt olması xx.xx.2020-ci il tarixli, 160 saylı arayışını təqdim etmişdir. Qulubəyli kəndinin bir hissəsi, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olan və həyətyanı kimi istifadə etdiyi 0,53 ha torpaq sahəsi Soltanmuradlı kəndinin inzibati sərhədləri daxilində yerləşdiyi üçün Sotanmuradlı kəndinin inzibati ərazisində məskunlaşmış digər kənd sakinlərinə, o cümlədən Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsi ilə bağlı torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi xx.xx.2020-ci il tarixli, 160 saylı arayışda göstərilmişdir ki, həqiqətən Qulubəyli kəndində yaşayan vətəndaşların təkrar islahatından (xx.xx.2013) sonra ona, 0,20 ha qanuni, 1,43 ha həyətyanı zəbt torpaq sahəsi düşmüşdür (cild 03, i.v. 106-112). İmişli Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktub və arayışından görünür ki, X6 mülkiyyətinə aid olmaqla, Soltanmuradlı kəndinin inzibati sərhədləri daxilində yerləşən 1,9 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Təqsirləndirilən şəxs tərəfindən qanunsuz zəbt edilmişdir (cild 03, i.v. 113; 115). Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surəti, 1949 nömrəli qeydiyyat vəsiqəsi, xx.xx.2015-ci il tarixli, 106 nömrəli arayış və Baş Planın kserosurətlərindən görünür ki, İmişli rayonu Qulubəyli kəndində mülkiyyətdə olan 0,20 ha torpaq sahəsində yerləşən birmərtəbəli, dördotaqlı, 89.6 kv.m yaşayış, 119.3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Təqsirləndirilən şəxs məxsusdur və bu hüquq qanunamüvafiq qaydada qeydiyyata alınmışdır (cild 03, i.v. 117-122). xx.xx.2004-cü il tarixli torpaq icarəsi müqaviləsi və plan kserosurətlərindən görünür ki, örüş üçün evin qabaq hissəsində və arxa hissəsindəki 60 kv.m sahə illik 12.000 (on iki min) manat müqabilində Qulubəyli bələdiyyəsi tərəfindən 25 oktyabr 2004-cü il tarixdən 25 oktyabr 2019-cu il tarxədək Təqsirləndirilən şəxs icarəyə verilmişdir və sonuncu bununla əlaqədar ödənişlər etməsi barədə qəbzlərin surətini məhkəməyə təqdim etmişdir (cild 03, i.v. 125-127). İmişli Rayon Polis X14 xx.xx.2023-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəldən görünür ki, baxış keçirilən yer X6 mülkiyyətinə aid olmaqla Soltanmuradlı kəndinin inzibati sərhədləri daxilində yerləşən 1,9 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və Təqsirləndirilən şəxs öz izahatında bildirdiyi xüsusatları əyani olaraq hadisə yerində göstərmişdir (cild 03, i.v. 130-135). Zərərçəkmiş hüquqi şəxs İmişli rayonu Yuxarı Qaralar kənd bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 İmişli Rayon Polis X8 ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Yuxarı Qaralar kənd bələdiyyəsinin mülkiyyətində olan 1,9 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qanunsuz zəbt edilməsi nəticəsində həmin bələdiyyəyə maddi ziyan vurulmuşdur (cild 03, i.v. 146). İmişli rayonu Yuxarı Qaralar kənd bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 31 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 1,9 hektar torpaq sahəsi örüş-otlaq təyinatlı torpaq sahəsi olmaqla həmin bələdiyyənin mülkiyyətindədir və Təqsirləndirilən şəxs tərəfindən bu ərazi heç bir hüquq müəyyənedici sənəd olmadan istifadə olunur (cild 03, i.v. 173). İmişli Rayon Polis X14 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və qərarın surəti ona təqdim olunmuşdur (cild 03, i.v. 178- 179). İmişli Rayon Polis X14 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə, ona qərarın surəti verilmiş və ondan bu barədə iltizam alınmışdır (cild 03, i.v. 202-203; 205). İmişli Rayon Polis X14 xx.xx.2023-cü il tarixli, İmişli Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə başlanılmış cinayət işi istintaq aidiyyatı üzrə İmişli rayon prokurorluğuna göndərilmiş və birgə istintaq qrupu yaradılmışdır (cild 03, i.v. 206-207; 210-211). İmişli Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 və 313-cü maddələri ilə yenidən ittiham elan olunmuş və qərarın surəti təqdim edilmişdir (cild 03, i.v. 214-215). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X23 Mil-Muğan regional filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/2-180661/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin filialdan yalnız hər ay müddətsiz olaraq yaşa görə 343 (üç yüz qırx üç) manat 93 (doxsan üç) qəpik məbləğində əmək pensiyası alır (cild 03, i.v. 239). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-6193/2023 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, İmişli rayonunun Qulubəyli kəndində ölçü işləri aparılmış, həmin ərazidə ayrı-ayrılıqda istifadə olunan torpaq sahələrinin koordinatlarının döngə nöqtələri CPS aləti vasitəsilə ölçülərək, kameral şəraitdə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ölçülmüş 1,9 ha torpaq sahəsinin 0,60 ha hissəsi köhnə əkin, 0,50 ha hissəsi fərdi yaşayış və köməkçi tikililər yerləşən ərazi, 0,8 ha əkin kimi istifadə olunan torpaq sahəsindən ibarətdir. Sözü gedən torpaq sahəsi İmişli rayonu Qulubəyli kənd sakinlərinin yaşadığı ərazi olsa da, İmişli rayonu Soltanmuradlı kənd inzibati-ərazi dairəsi daxilində olduğu üçün həmin torpaq sahələrinə islahat zamanı mülkiyyət hüququna dair sənədlər çap edilməmişdir (cild 03, i.v. 242; 244-247). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-3-16/2-10/5845 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-6193/2023 nömrəli məktubuna istinad olunaraq eyni nəticəyə gəlinmiş, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir (cild 03, i.v. 248-250). İmişli Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs oğlu Şahid1 üçün İmişli rayonunun Soltanmuradlı kəndi ərazisində tikdirdiyi fərdi yaşayış evi və həyətyanı sahəyə baxış keçirilmiş, ərazidə fərdi yaşayış evi və yardımçı tikililərin tikildiyi, həyətyanı sahənin hasarlatdırıldığı müəyyən olunmuşdur (cild 04, i.v. 17-32). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-8028/2023 nömrəli məktubdan görünür ki, 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin qarşısındakı fərdi yaşayış evi və yarımçıq tikililərin tikildiyi torpaq sahəsinə baxış keçirilmiş, müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmışdır. Baxış zamanı həmin torpaq sahəsinin 725 kv.m olduğu və iki tərəfdən mişar daşla, bir tərəfdən beton piltələrlə, bir tərəfdən isə məftil ilə hasarlandığı məlum olmuşdur. Sözügedən 725 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS alət vasitəsilə dəqiqləşdirilmişdir (cild 04, i.v. 75). İmişli rayonu Qulubəyli Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 04 saylı protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs həmin bələdiyyənin sədri vəzifəsindən azad edilmişdir. Protokolla bağlı iddia tələbi birinci və yuxarı instansiya məhkəmələrində mübahisələndirilmiş və təsdiq olunmuşdur (cild 04, i.v. 82-97). İmişli Rayon Prokurorluğunun 14 dekabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” və təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1, 308.1 və 313-cü maddələri ilə yenidən ittiham elan olunmuş və ona qərarın surəti təqdim edilmişdir (cild 04, i.v. 109-151). Zərərçəkmiş hüquqi şəxs İmişli rayonu Qaralar bələdiyyəsinin nümayəndəsi, eyni zamanda mülki iddiaçı Nümayəndə1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli iddia ərizəsindən görünür ki, məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən Qulubəyli bələdiyyəsinə vurulmuş 8.328 (səkkiz min üç yüz iyirmi səkkiz) manat məbləğində maddi zərərin Təqsirləndirilən şəxs tutlmasına dair məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində İmişli rayonunun Qulubəyli kəndi ərazisində 0,9925 ha ölçülü kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var və ona mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 3-21-3-60/2-480/2024 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, JN-0238 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın tərtib edilməsinə əsas olmuş İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 07 saylı Qərarından çıxarışa əlavə edilmiş torpaq payı alan mülkiyyətçilərin püşkatma siyahısının yekun cədvəlində Təqsirləndirilən şəxs məxsus 0,20 ha qanuni və 0,80 ha artıq torpaq sahəsinin olduğu qeyd olunmuşdur. Cədvəldə yalnız həyətyanı torpaq sahəsi qeyd edilmiş, pay torpaq sahəsi göstərilməmişdir. İmişli Rayon İcra Hakimiyyəti başçısının Qulubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 26 fevral və 24 aprel 2024-cü il tarixli arayışlarının kserosurətlərindən görünür ki, Şahid1 4 nömrəli təsərrüfat başına kitabın 359 şəxsi hesab nömrəsi ilə 2011-ci il tarixində qeydə alınmışdır və onun 0,20 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsində mişar daşından fərdi yaşayış evi tikilmişdir və o, halhazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Lakin, İmişli rayonunun Qulubəyli kəndində bütün vətəndaşlara həyətyanı sahələr üçün şəhadətnamə verilməmişdir. İmişli rayonu X6 10 iyun 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsinin daxilində olan torpaq sahəsi 1996-1997-ci illərdən başlayaraq hazırki dövrə qədər islahatın aparılmaması səbəbindən həmin torpaq sahəsinin İmişli rayon Yuxarı Qaralar və ya Qulubəyli bələdiyyələrinin mülkiyyətində olması ilə bağlı konkret cavab vermək mümkün olmamışdır. Azərbaycan Respublikası Auditorlar Palatasının (fəxri sərbəst auditor X9) İmişli rayonu Qulubəyli bələdiyyəsinin sifarişi əsasında xx.xx.2022-ci il tarixli müstəqil auditorun hesabatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə Qulubəyli bələdiyyəsinin 4.687 (dörd min altı yüz səksən yeddi) manat gəliri (537 manat bələdiyyə mülkiyyətinin icarəyə verilməsindən; 1.800 manat dotasiya), 4.843 (dörd min səkkiz yüz qırx üç) manat xərci (3.665 manat əmək ödənişi fondu; 1.131 manat DSMF-yə ayırmalar; 47 manat digər xərclər) olmuşdur. Qulubəyli bələdiyyəsində öz vəsaiti hesabına müəyyən sosial abadlıq işləri görülməmişdir. Azərbayan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqları onun tərəfindən 26 (iyirmi altı) saat müddətində müdafiə olunmuşdur. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X13 Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin (mülki cavabdehin) əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, məhkəmə istintaqında tədqiq edilmiş sübutları və onların mötəbərliyini, eləcə də təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər, bundan başqa, yeni sübutlar təqdim etmişlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə (mülki cavabdehə) qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi məqsədə uyğun hesab edir ki, təqsirləndirilən şəxsin (mülki cavabdehin) ittiham olunduğu cinayət əməllərinin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi hüquqi prosedurlar daxilində aparılır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni İmişli rayonu Yuxarı Qaralar kənd bələdiyyəsinə məxsus torpaq sahəsini zəbt etmədiyi, həmin torpaq sahələrinin aqrar islahat zamanı onlara verilməli olan 2 ha torpaq sahəsi əlverişli yararlı torpaq sahəsi olmadığından əvəzində hələ 1960-cı illərdən yaşadığı torpaq sahəsinin arxasındakı boş torpaq sahəsindən şifahi şəkildə ona verilməsi, bundan başqa, 2004-cü ildə İmişli rayonu Qulubəyli bələdiyyəsi ilə arasında örüş torpaq sahəsi götürməsi barədə 20 oktyabr 2004cü il tarixli icarə müqaviləsi bağlanılması ilə əlaqədar ona 0,60 hektar torpaq sahəsinin 2019-cu ilədək icarəyə verilməsi, məhz həmin sahədə əkin və şum işləri aparması, oğlu Şahid1 ev tikdirdiyi torpaq sahəsinin 1966-cı ildən ona məxsus olan torpaq sahəsində olması, həmin ərazilərin Soltanmuradlı kəndinin ərazisi olmaqla Yuxarı Qaralar kənd bələdiyyəsinin balansına keçməsi barədə məlumatı olmaması, onda olan sənədlərdə həmin torpaqların Qulubəyli kəndinin torpaqları olduğunun göstərilməsi, Qulubəyli bələdiyyəsinin sədri olduğu 2020-2022-ci illər ərzində bələdiyyənin büdcəsindən heç bir məbləğdə pul vəsaiti mənimsəmədiyi, bələdiyyə üçün ayrılmış dotasiyanın xərclənmə yerləri barədə sənədlər, hətta bununla bağlı auditor yoxlaması rəyi təqdim etməsi, pul vəsaitinin bank tərəfindən Dövlət Sosial Müdafiə Fonduna, vergiyə və sair xidmətlərə ayrılması, qalan pulun isə bələdiyyə işçilərinə bu barədə cədvəllərə imza etdirilməklə əmək haqqı olaraq ödənilməsi, bələdiyyə sədri seçildiyi 24 fevral 2020-ci il tarixdən hər il mütəmadi olaraq bələdiyyə iclaslarının keçirilməsi, bələdiyyə üzvlərinin iclaslara dəvət olunması və iclaslarda iştirak etməsi, hər hansı bir iclas protokolunun saxtalaşdırılmaması, protokollarda olan imzaların müavini Şahid7 tərəfindən icra olunması, iclas protokollarında heç kimin yerinə qol çəkmədiyi, Şahid7la Nümayəndə1 onunla aralarında olan ədavətə görə ona şər-böhtan atmaları barədə dedikləri əsassız olaraq törətdiyi əməllərdə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə iş materiallarında olan 04 noyabr 2022-ci il tarixli akt, protokollar, zərərçəkmiş hüquqi şəxslərin (mülki iddiaçı), şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin (mülki cavabdeh) məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə heyəti hesab edir ki, İmişli rayonu Qulubəyli kəndinin mülkiyyətdə olan 0.20 ha torpaq sahəsində yerləşən birmərtəbəli, dördotaqlı, 89.6 kv.m yaşayış, 119.3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Təqsirləndirilən şəxs məxsus olması və bu hüququn qanunamüvafiq qaydada qeydiyyata alınması, habelə Qulubəyli bələdiyyəsi tərəfindən Təqsirləndirilən şəxs örüş üçün evinin qabaq və arxa hissəsindəki 60 kv.m sahənin illik 12.000 (on iki min) manat müqabilində 25 oktyabr 2004cü il tarixdən 25 oktyabr 2019-cu il tarxədək icarəyə verilməsi məsələnin mübahisələndirilməyən tərəfidir. Hər iki faktla bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarış, 1949 nömrəli qeydiyyat vəsiqəsi, xx.xx.2015-ci il tarixli, 106 nömrəli arayış, Baş Plan, habelə 20 oktyabr 2004-cü il tarixli torpaq icarəsi müqaviləsi və plan vardır. Lakin, cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Beyləqan Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli aktı və xx.xx.2020-ci il tarixli arayış, fotoşəkillər və elektron xəritədə göstərilmişdir ki, İmişli rayonunun X6 mülkiyyətinə aid olmaqla, Soltanmuradlı kəndinin inzibati sərhədləri daxilində yerləşən 0.8 ha (yonca bitkisi əkdiyi), 0,53 ha (müxtəlif məqsədli tikintilərin inşa edildiyi) və 0,57 ha (şum işləri aparılan) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Təqsirləndirilən şəxs tərəfindən qanunvericliklə nəzərdə tutulan qaydada mülkiyyət, istifadə və ya icarə hüquqları olmadan istifadə edilmişdir. Sözü gedən ərazi Yuxan Qaralar kənd bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, Soltanmuradlı kəndinin inzibati sərhədləri daxilində yerləşir və Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsi ilə bağlı torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilməmişdir. Bundan başqa, İmişli rayonu Qulubəyli bələdiyyəsi ilə Təqsirləndirilən şəxs arasında olan icarə müqaviləsində müqavilənin 25 oktyabr 2004-cü il tarixdən 25 oktyabr 2019-cu il tarixədək qüvvədə olması göstərilmiş, icarəyə verilən torpağın təyinatı örüş üçün nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs verilən ittihamdan isə görünür ki, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 2022-ci ilin mart ayında İmişli rayonu X6 mülkiyyətində olmaqla İmişli rayonu, Soltanmuradlı kəndi ərazisində X-254987 Y-4407029, X-254989 Y-4407045, X-254993 Y- 4407061, X-255006 Y-4407088, X-255068 Y-4407178, X-255033 Y-4407195, X-254983 Y-4407124, X-254925 Y-4407050, X-254912 Y-4407044, X-254916 Y-4407039, X-254923 Y-4407034, X-254927 Y-4407033 koordinatlarda yerləşən kənd təsərrüfatı təyinatlı 0,8 hektar torpaq sahəsində yonca bitkisi əkib özbaşına becərərək, habelə 2022-ci ilin oktyabr-noyabr aylarında İmişli rayonu X6 mülkiyyətində olmaqla İmişli rayonu, Soltanmuradlı kəndi ərazisində X-254975 Y-4406911, X-254867 Y-4406894, X-254869 Y- 4406902, X-254901 Y-4406975, X-254918 Y-4406969, X-254917 Y-4406963, X-254949 Y-4406957, X-254960 Y-4406976, X-254984 Y-4406972, X-254979 Y-4406935 koordinatlarda yerləşən kənd təsərrüfatı təyinatlı 0,6 hektar bataqlıq örüş torpaq sahəsini özbaşına şumlayaraq həmin torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüququnu təkrarən pozmuşdur. Bu faktı Təqsirləndirilən şəxs özü də ifadəsində səmimi etiraf etmişdir. Həmçinin, İmişli rayonu Yuxarı Qaralar kənd bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 31 nömrəli arayışında da göstərilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan zəbt torpaq sahəsi örüş-otlaq təyinatlı torpaq sahəsi olmaqla həmin bələdiyyənin mülkiyyətindədir və Təqsirləndirilən şəxs tərəfindən bu ərazi heç bir hüquq müəyyənedici sənəd olmadan istifadə olunur. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 6 saylı Beyləqan Ərazi İdarəsindən verilmiş sənədlərdə göstərilmişdir ki, İmişli rayonunun Qulubəyli kəndində ölçü işləri aparılmış, həmin ərazidə ayrı-ayrılıqda istifadə olunan torpaq sahələrinin koordinatlarının döngə nöqtələri CPS aləti vasitəsilə ölçülərək, kameral şəraitdə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, zəbt olunduğu iddia olunan torpaq sahəsi İmişli rayonu Qulubəyli kənd sakinlərinin yaşadığı ərazi olsa da, İmişli rayonu Soltanmuradlı kənd inzibati-ərazi dairəsi daxilində olduğu üçün həmin torpaq sahələrinə islahat zamanı mülkiyyət hüququna dair sənədlər çap edilməmişdir. Və bu sənəd əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-3-16/2- 10/5845 nömrəli rəyi verilmişdir. Hər iki sənədin məzmunundan göründüyü kimi, zəbt olunduğu iddia olunan torpaq sahəsi İmişli rayonu Qulubəyli kənd sakinlərinin yaşadığı ərazi olsa da, İmişli rayonu Soltanmuradlı kənd inzibati-ərazi dairəsinin daxilində yerləşir və bu barədə sənədlərin çap edilməməsi, həmin ərazilərin Soltanmuradlı kənd inzibati-ərazi dairəsinin mülkiyyətində olmamasını deməyə əsas vermir. Çünki, qanunamüvafiq qaydada ölçü işləri aparılmış, həmin ərazidə ayrıayrılıqda istifadə olunan torpaq sahələrinin koordinatlarının döngə nöqtələri CPS aləti vasitəsilə ölçülərək, kameral şəraitdə araşdırma aparılmış və nəticəyə gəlinmişdır. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın, Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 3-21-3-60/2- 480/2024 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin, İmişli Rayon İcra Hakimiyyəti başçısının Qulubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 26 fevral və 24 aprel 2024-cü il tarixli arayışlarının surətləri, habelə İmişli rayonu X6 10 iyun 2024-cü il tarixli arayışının məzmununda qeyd olunanlar belə Təqsirləndirilən şəxs zəbt etdiyi torpaq sahələrinin zəbt deyil, onun özünə məxsus olmasını təsdiq etməyi deməyə əsas vermir (sənədlərin məzmunu hökmün təsviri hissəsində tam verilmişdir). Bundan başqa, məhkəmə təqsirləndirilən şəxs (mülki iddiaçı) Təqsirləndirilən şəxs İmişli rayonu Qulubəyli bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddətdə bələdiyyəyə ayrılmış vəsaiti mənimsəməməsini iddia etməsi, bu barədə təqdim etdiyi Azərbaycan Respublikası Auditorlar Palatasının (fəxri sərbəst auditor X9) İmişli rayonu Qulubəyli bələdiyyəsinin sifarişi əsasında xx.xx.2022-ci il tarixli müstəqil auditor hesabatı ilə əlaqədar o qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə etdiyi göstərilən hesabatda Qulubəyli bələdiyyəsinin ümumi gəlirinin məbləği belə üst-üstə düşmür. Belə ki, həmin dövrdə 4.687 (dörd min altı yüz səksən yeddi) manat gəlirin yalnız 537 manatının bələdiyyə mülkiyyətinin icarəyə verilməsindən, 1.800 manatının dotasiyadan formalaşdırıldığı göstərilmişdir. Müdafiə tərəfindən mübahisələndirilən, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməxəttşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/1768 nömrəli ekspert rəyində göstərilmişdir ki, İmişli rayonu Qulubəyli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 8 saylı, xx.xx.2020-ci il tarixli, 9 saylı, xx.xx.2020-ci il tarixli, 10 saylı, xx.xx.2020-ci il tarixli, 11 saylı, xx.xx.2020-ci il tarixli, 12 saylı, xx.xx.2021-ci il tarixli, 5 saylı protokollarında “iclasın katibi:” qrafasında olan imzalar Şahid7 tərəfindən icra olunmamışdır. Məhkəmə yuxarıda göstərilən ekspertiza rəyində sadalanan protokollarda “iclasın katibi:” qrafasında olan imzaların Şahid7 tərəfindən icra olunmamasının göstərilməsi ilə yanaşı, həmin imzaların bələdiyyə sədri olmuş Təqsirləndirilən şəxs tərəfindən də icra olunub-olunmamasını müəyyən etməyin mümkün olub-olmaması barədə hissəsinə münasibət bildirərkən qeyd etməyi zəruri hesab edir ki, burada söhbət yalnız imzaları saxtalaşdırmaqdan deyil, eyni zamanda həmin iclasların keçirilməməsi, protokollarda göstərilən sayda bələdiyyə üzvlərinin iştirak etməməsindən gedir ki, bu fakt da şahid qismində dindirilmiş bələdiyyə üzvlərinin, habelə bələdiyyə üzvü olmuş, hazırda iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi (mülki iddiaçı) Nümayəndə1 ifadəsində öz təsdiqini tapmışdır. Bundan əlavə, məhkəmə heyəti iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində atası Təqsirləndirilən şəxs tərəfindən zəbt olunaraq ona fərdi yaşayış evi və yardımçı tikililər inşa olunduğu iddia olunan ərazidə tikilmiş evin bünövrəsinin 2012-ci ildən qoyulması, ibtidai istintaq zamanı ifadə verərkən savadsız olduğundan ifadəsində evinin tikilmə tarixinin 2016-cı il göstərilməsinə diqqət yetirmədiyi, həmin vaxt evinin bünövrəsinin tam hazır olmamışdan dörd-beş il əvvəl qoyulduğunu deməməsi barədə bildirdiklərini, onun təqsirləndirilənin oğlu olduğu üçün sonuncunu məsuliyyətdən yayındırmaq məqsədi güdməsi ilə əlaqələndirərək sübut kimi qəbul etmir və bu ifadəni təqsirləndirilən şəxsin müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizəsi baxımından yanlış təqdim etməsi kimi qiymətləndirir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə (mülki cavabdehə) elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilənin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma, torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma, bu əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə təkrar törədildikdə; həmin Məcəllənin 308.1-ci maddəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda; həmin Məcəllənin 313-cü maddəsində vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın mülkiyyət hüququ adlandırılan 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Bu mənada mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməllərindən biri hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 1, 3-5, 9-10, 12-13-cü maddələrində qeyd olunur ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativhüquqi aktlardan ibarətdir. Torpaq münasibətləri dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir. Bu münasibətlərin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir, obyekti isə torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. Torpaq sahəsi dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri dövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqlarının bölündüyü kateqoriyalardan biri kənd təsərrüfatı təyinatlı torpaqlardır. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Torpaqların məqsədli təyinatı torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaqların hüquqi rejimi torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Həmin Məcəllədə torpaq üzəridə dövlət və bələdiyyənin səlahiyyətlərinin dairəsi müəyyən olunmuşdur. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətindən bəhs edən 8-ci maddədə bələdiyyələrin öz inzibati əraziləri daxilində olan aşağıdakı səlahiyyətləri göstərilmişdir:- qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar (12.5-ci maddə). Bununla yanaşı, Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət yaradan hərəkətlər dəqiq müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin 110cu maddəsinə görə aşağıdakı hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar:- torpaq sahələrinin özbaşına tutulması; torpaq sahələrində qanunsuz tikinti aparılması; torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi və sair. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli, 698-İQ nömrəli Qanununun 33-cü maddəsinə əsasən, bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyriyaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, tibb, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr həyata keçirir. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər. Qanuna uyğun olaraq bələdiyyələr yerli əhalinin mənafeyi naminə, bələdiyyənin hüdudları daxilində olan torpaqlardan istifadə şərtlərini müəyyənləşdirə bilərlər. Qanunla başqa hal nəzərdə tutulmayıbsa, bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi qaydasını və şərtlərini əhali bilavasitə və ya bələdiyyə müstəqil surətdə müəyyənləşdirir. Bələdiyyə mülkiyyəti obyektlərinin özəlləşdirilməsindən daxil olan vəsaitlər bütünlüklə yerli büdcəyə daxil olur. Bələdiyyə mülkiyyətindən yalnız Azərbaycan Respublikasının Konstitusiyasında və bu Qanunda nəzərdə tutulmuş bələdiyyə vəzifələri üçün istifadə oluna bilər. Dövlət bələdiyyə mülkiyyətini müdafiə edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli, 155-İQ nömrəli Qanununda torpaqların dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olmaqla üç növ formada mülkiyyətdə olması müəyyənləşdirilmişdir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara ümumi istifadədə, fiziki və hüquqi şəxslərin istifadəsində olan və ehtiyat fondu torpaqları daxildir. Sözügedən Qanunun 8-ci maddəsində deyilir ki, xüsusi mülkiyyətdə olan torpaqlara dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, torpaqların alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin bağlanması, habelə torpaqların hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında üzərində fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyət hüququ yaranmış torpaq sahələri aiddir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 mart 2015-ci il tarixli Qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin qeyd olunan normasında nəzərdə tutulan torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnun pozulmasına görə cinayət məsuliyyəti yaradan əməllər torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və becərmədə ifadə edilmişdir. Bu əməllər öz növbəsində qeyd olunan cinayətin obyektiv cəhəti hesab edilir. Cinayət hüququnda torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman əməli törətmiş şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Özbaşına becərmə dedikdə isə, hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülməlidir. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizləmə və s.), şumlanması, toxum səpilməsi və sair bu kimi hərəkətlərin məcmusudur. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, cinayət qanunvericiliyi mülkiyyət formasından asılı olmayaraq, torpaq üzərində mülkiyyət hüququnun hər bir elementini müdafiə edir və Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün kateqoriya torpaqlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin komentariyasında bu Məcəllənin 188.1-188.4-cü maddələrində nəzərdə tutlan cinayətlərin formal tərkibli olduğu, yəni torpaq sahəsinin özbaşına hasarlandığı, tutulduğu, dəyişdirildiyi və ya onun becərilməsinə, yaxud torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərinin aparılmağa başlanıldığı andan başa çatmış hesab olunduğu göstərilmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin “Qeyd”ində göstərilmişdir ki, bu maddədə “vəzifəli şəxs” dedikdə, həm də dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 143-145-ci maddələrinə görə bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi bələdiyyə iclaslarında həll edilən məsələlər sırasındadır. Bələdiyyənin iclaslarını bələdiyyənin sədri çağırır. Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Konstitusiyanın yuxarıda göstərilən müddəaları “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli, 698-İQ nömrəli Qanununda da öz əksini tapmışdır. Belə ki, həmin Qanunun 16 və 19-cu maddələrinin tələblərinə görə bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır, bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər, bələdiyyənin iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır, üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir, bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Bələdiyyənin sədri əmr və sərəncamlar verir, bələdiyyənin qərarlarını imzalayır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş üzrə zərərçəkmiş hüquqi şəxslərin nümayəndələri (mülki iddiaçı) və şahidlərin ifadələri, hökmün təsviri hissəsində əks olunmuş istintaq hərəkətlərinin protokolları, aidiyyəti qurumların akt və arayışları, habelə digər sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisələrinə münasibətdə təqsirləndirilən şəxsin (mülki cavabdehin) əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1, 308.1 və 313-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir, cinayət əməllərini qəsdən törətmişdir, əməlləri başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən (313-cü maddə), az ağır (308.1-ci maddə) və ağır (188.4.1-ci maddə) cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin (mülki cavabdehin) törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə (mülki cavabdehə) cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə (mülki cavabdehə) cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs kifayət qədər yaşlı olmasını, özünün və arvadının xəstə olduqlarını, şəkər xəstəsi kimi xəstəxananın poliklinika şöbəsində qeydiyyatda olmağını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin təkrar törədilməsini həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının bu yanaşması qanunamüvafiq deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsində göstərilir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Təqsirləndirilən şəxs ittiham verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsində təkrarlıq cinayətin xüsusilə ağırlaşdırıcı tərkib əlaməti kimi nəzərdə tutulmuşdur. Bu mənada, sözügedən cinayətin təkrar törədilməsi Təqsirləndirilən şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Beləliklə, məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin (mülki cavabdehin) cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1, 308.1 və 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən maddələrlə cəza təyini məsələsinə gəlincə, məhkəmə hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş əməl həmin Məcəllənin 15-ci maddəsinə əsasən təsnifata görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 75.1, 75.1.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən 2 (iki) il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə elan edilmiş ittihamdan və məhkəmə baxışında tədqiq edilmiş sübutların məcmusundan müəyyən olunur ki, o, həmin maddə ilə təqsirli bilindiyi əməl üzrə son epizodu (12 mart 2021-ci il tarixli protokolun saxtalaşdırılması) törətdiyi tarixdən iki ildən artıq müddət keçmişdir. Bu əsasa görə də o, Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən həmin epizod üzrə cinayət məsuliyyətinə cəlb edilə bilməz və məhkəmə ona həmin Məcəllənin 313-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cəza təyin edərkən qeyd olunan həmin epizod üzrə bu məqamı nəzərdə saxlayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsi belə olan halda cinayət təqibini istisna etdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cinayət-Prosessual Məcəllənin 44.2.1-ci maddəsinə müvafiq olaraq o, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinsə də, ona bu maddə ilə cəza təyin edilməməlidir. Beləliklə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1 və 308.1-ci maddələri ilə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək azadlıqdan məhrum etmə, 308.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli, 2668 nömrəli Sərəncamında göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları- ilk növbədə 1948-ci il təvəllüdlü olmaqla hal-hazırda ahıl yaşda (76 yaş), şəkər xəstəsi kimi poliklinikada qeydiyyatda olmasını, həyat tərzini, yaşlı və xəstə olan arvadı da daxil olmaqla oğlanları, gəlinləri, nəvələrindən ibarət böyük bir ailəyə ağsaqqallıq etməsini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, törətdiyi cinayət əməllərinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona, həmin Məcəllənin 188.4.1-ci maddəsində müəyyən ediləndən daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Ona görə də, bu halların məcmusu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən müstəsna hal hesab edilməlidir. Bundan başqa, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs zəbt etdiyi torpaqlarda oğlu üçün fərdi yaşayış evi, yaşayış üçün zəruri olan digər yardımçı tikililər tikməklə bu ərazini abadlaşdırmışdır. Onun şum işləri apardığı yer bataqlıq ərazi olmuşdur. Belə bir ərazinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün yararlı vəziyyətə gətirilməsinin özü belə sözügedən ərazilərdə gələcəkdə qanuni formada daha böyük işlər görülməsinə təkandır. Məhkəmə qeyd olunan halları müstəsna kimi qiymətləndirməsini həm də, təqsirləndirilən şəxsin (mülki cavabdehin) əməlinin ətraf mühitə, insanlara ziyan vurmaması, bütün bunların da əməlin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltması baxımdan məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tələblərinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, “cinayətin iştimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Qərarda həmçinin göstərilmişdir ki, maddənin sanksiyasında azadlıqdan məhrumetmədən daha yüngül cəza növü olmadıqda və şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza vermək zərurəti yarandıqda belə cəza növü CM-nin 53cü maddəsi xatırlanmadan birbaşa CM-nin 62-ci maddəsinə istinad edilməklə təyin oluna bilər”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin kommentariyasında cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin etmənin müəyyən edilmiş üç formasından biri Cinayət Məcəlləsini Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsidir. Cinayət Məcəlləsinin 62.1-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinin aşagıdakı əsaslarını nəzərdə tutur:- cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna halların olması; cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halların mövcudluğu; iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Qanun işin müstəsna halları anlayışını müəyyən etmir. Ona görə də, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Cinayətin ictimai təhlükəliliyini azaldan başqa hallar dedikdə, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkən şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi və sair başa düşülməlidir. Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsi haqqında müddəa məhkəmənin CMnin 42-ci maddəsində nəzərdə tutulmuş cəza növlərinin az ciddi cəzadan daha ciddi cəzaya doğru ardıcıl düzülüşünə əsaslanmaqla daha yüngül cəza növünə keçməsinə imkan verir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxsə (mülki cavabdehə) təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Eyni zamanda təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs üzərinə yaşadığı İmişli rayonunun ərazi hüdudlarını təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək kimi vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Bu mənada Təqsirləndirilən şəxs barəsində olan hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır (Cəzaların İcrası Məcəlləsi 51-2.1-ci maddə). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsində deyilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.3-cü maddəsinin tələbinə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bu mənada, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə (mülki cavabdehə) təyin olunan müəyyən vəzifə tutma hüququndan məhrum etməyə dair əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalı və bu cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 28-33-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri haqqında olan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş hüquqi şəxs İmişli rayonu Qaralar bələdiyyəsinin nümayəndəsi, eyni zamanda mülki iddiaçı Nümayəndə1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı Qulubəyli bələdiyyəsinə vurulmuş 8.328 (səkkiz min üç yüz iyirmi səkkiz) manat məbləğində maddi zərərin ödənilməsi barədə mülki iddia vermişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1, 181.1, 181.1.1, 181.1.2, 185, 187 və 354.1-ci maddələrinə əsasən, cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Cinayət mühakimə icraatı zamanı məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti ilə verilmiş mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir. Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə həmin işlə birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir:- iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 65-68-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən Cinayət-Prosessual Məcəllənin 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. 66-cı bənddə göstərilmişdir ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərərçəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Məhkəmə qeyd olunanların fövqündə belə hesab edir ki, mülki iddiaçı Nümayəndə1 tərəfindən qanunun bu və digər tələblərinə əməl edilməklə mülki iddia verilmişdir. Və cinayət işinin materiallarını araşdırıb, proses tərəflərinin fikirlərini dinləyib, cinayətprosessual qanunvericiliyin mülki iddia ilə bağlı yuxarıda göstərilən müddəalarında nəzərdə tutulmuş müvafiq prosessual əsasların olması və cinayət işi materialları əsasında belə qənaətə gəlir ki, onun mülki iddiası tam təmin edilməlidir. Cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs İmişli rayonu Yuxarı Qaralar kənd bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 tərəfindən mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Belə olan halda iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin (mülki cavabdehin) müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmədə təqsirləndirilən şəxsə (mülki cavabdehə) göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 174 (bir yüz yetmiş dörd) manat məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-354, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs həmin Məcəllənin 313-cü maddəsi ilə cəza təyin olunmasın. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsi ilə barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, 308.1-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonunun ərazi hüdudlarını təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla axşam saat 22:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək kimi vəzifələri yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Müəyyən vəzifə tutma hüququndan məhrum etməyə dair əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın və bu cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 28-33-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri haqqında olan hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş hüquqi şəxs İmişli rayonu Qulubəyli bələdiyyəsinin nümayəndəsi, eyni zamanda mülki iddiaçı Nümayəndə1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddia tam təmin edilsin və bununla əlaqədar cavabdeh Təqsirləndirilən şəxs 8.328 (səkkiz min üç yüz iyirmi səkkiz) manat məbləğində pul alınıb həmin bələdiyyənin büdcəsinə ödənilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, zərərçəkmiş hüquqi şəxs İmişli rayonu Yuxarı Qaralar kənd bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə (mülki cavabdehə) göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 174 (bir yüz yetmiş dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-348/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-348/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver