Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-349/2024 04.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5, Əzizov Ağa Əziz oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Union” Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi5 və Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, - xx xxxxxx 1996-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1; - xx xxxxxxx 1989-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı “Azər” adı ilə tanıdığı şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb, daşınmış, Biləsuvar rayonu “Çaylı- Muğan-Əsgərabad” dairəvi yolunun kənarında, yolda hərəkət sürətini müəyyən edən “90” yol nişanının altında gizlədilmiş külli miqdarda- 1437,0 qram psixotrop maddə metamfetamin və külli miqdarda- 3275,0 qram narkotik vasitə heroini əldə etmək məqsədilə 23 sentyabr 2023-cü il tarixdə, saat 00:30 radələrində Təqsirləndirilən şəxs2la birlikdə həmin yerə gedərək, qeyd edilən narkotik vasitə və psixotrop maddəni gizlədildiyi yerdən götürüb, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 23 sentyabr 2023-cü il tarixdə, saat 00:40 radələrində Ələt-Astara yolunun 112-ci km-də yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış və əlində gəzdirdiyi sellofan torbaya baxış keçirilərkən torbanın içərisində olan bir ədəd bağlamada külli miqdarda- 1437,0 qram psixotrop maddə metamfetamin, iki ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 1195,0 və 2080,0 qram olmaqla, ümumi təmiz çəkisi 3275,0 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı “Azər” adı ilə tanıdığı şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb, daşınmış, Biləsuvar rayonu, “Çaylı- Muğan Əsgərabad” dairəvi yolunun kənarında, yolda sürət həddini müəyyən edən “90” yol nişanının yaxınlığında gizlədilmiş külli miqdarda- 1437,0 qram psixotrop maddə metamfetamin və külli miqdarda- 3275,0 qram narkotik vasitə heroini əldə etmək məqsədilə 23 sentyabr 2023-cü il tarixdə, saat 00:30 radələrində Təqsirləndirilən şəxs1lə birlikdə həmin yerə getdikdən sonra, sonuncu qeyd edilən narkotik vasitə və psixotrop maddəni gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb və daşıyarkən Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 23 sentyabr 2023-cü il tarixdə, saat 00:40 radələrində Ələt-Astara yolunun 112-ci km-də yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və əlində gəzdirdiyi sellofan torbaya baxış keçirilərkən, torbanın içərisində olan bir ədəd bağlamada külli miqdarda- 1437,0 qram psixotrop maddə metamfetamin, iki ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 1195,0 və 2080,0 qram olmaqla, ümumi təmiz çəkisi 3275,0 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 sentyabr 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2la birlikdə Gəncə şəhərindən Biləsuvar rayonu ərazisinə iranlı vasitəsi ilə 17 qram narkotik vasitə götürmək üçün “dördgöz Mercedes” markalı avtomobillə getmişlər. İlkin olaraq Bakıya getməli olmuşlar, lakin yolda iranlı ona zəng edərək Bakıda alınmayacağını və Biləsuvar rayonuna getməli olduğunu bildirmiş, o da razlaşmışdır. Lakin onlar yolu tanımamışlar, sual əsasında Hacıqabula, oradan Şirvana, oradan isə Salyana gedə biləcəyi deyilmişdir. Bundan sonra “Vaz-2106” markalı avtomobillə Salyana getmiş, oradan isə başqa maşına əyləşərək Biləsuvar rayonu ərazisinə getmişlər. İranlı orada “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanına gedib orada gözləməyi, “konum” atacağını bildirmiş, onunla razılaşmışdır. Yanacaqdoldurma məntəqəsinin həyətində gözləmişlər. Bu vaxt ona “konum” gəlmiş və konumda yol nişanı olduğu yer göstərilmiş, iranlı narkotik vasitənin həmin yol nişanının altına qoyduğunu bildirmişdir. Yanacaqdoldurma məntəqəsinin həyətində dayanan “Vaz-2107” markalı avtomobilə əyləşmiş və “konum” atılan yerə getmişlər. Hardasa 50-60 metr gedəndən sonra çatdıqlarını sürücüyə bildirmiş, sonuncu avtomobili saxlamış və onlar maşından düşmüşlər. Yol nişanına yaxınlaşıb, dibindən təxmini çəkisinin 17 qram olduğunu bildiyi sellefon torbanı götürmüş və Arifə yaxınlaşanda bir maşın gəlib yanlarında saxlamış və içərisindəki şəxs İmişli rayonuna hansı tərəfdən getməli olduğunu soruşmuşdur. Arif əli ilə istiqaməti göstərmiş, həmin şəxs maşının arxa oturacağında xanımlar olduğunu və sözləri olduğu üçün onlara yaxınlaşmaqlarını bildirmiş, heç nə başa düşməmişlər. Həmin vaxt arxadan iki nəfər düşüb, onların qollarını burmuş, sonra əlavə iki avtomobil də gəlmişdir. Həmin şəxslərə qollarını burmamağı, qaçmayacaqlarını bildirmişdir, çünki, həmin ərazidən qaçmaq mümkün deyildi, səhranın düzü kimi yer imiş. Yolda olarkən avtomobildə Xəzər ondan adamının olub-olmamasını soruşmuş, ona danışıb bu məsələni həll edəcəklərini, cavan olduqlarını, belə şeylərə ehtiyac olmadığını bildirmiş, Xəzər də idarəyə getdikdən sonra danışacaqlarını bildirmişdir. Polis şöbəsində onları əyləşdirmiş, telefonun şifrəsini açdırmış və atasına zəng etmişlər. Atası telefonda nə məsələ olduğunu soruşanda, ona oğlunu tutduqlarını və sonradan nə olacağını görəcəyini bildirmişlər. Etiraz edərək həmin şəxsə atasını yenidən yığmasını bildirmiş, sonuncu da atasını yığmışdır. Atası ondan Biləsuvara nə vaxt gəlməli olduğunu soruşanda, həmin şəxs səhərə yaxın gəlməsini və məsələni hansı yolla həll edəcəklərini bildirmişdir. Bu vaxt onlara siqaret çəkmələri deyilmiş, şöbənin həyətində sanitar qovşaq olan tərəfə getmişlər. Geri qayıdanda stolun üzərində ona məxsus sellefon torba olmamış, əvəzində böyük torba olmuş və həmin torbanın ona məxsus olduğunu demişlər, həmin an etiraz etmişdir. Həmin torbanın ona aid olduğu, tədbir iştirakçılarının, yəni həmin vaxt orda olan şəxslərin bunun şahidi olduqları və özlərinin torbanı dəyişmədikləri bildirilmiş, bunu deyən şəxsə şöbəyə daxil olarkən kameraların əlində hansı torba olduğunu qeydə aldığını bildirmişdir. Ona deyilmişdir ki, narkotikin 17 qram, ya 500 qram, ya da 6 kq. olması fərq etmir, hamısı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindəki məsuliyyəti yaradır. Eyni, yəni 234.4.3-cü maddə olduğu halda, faktiki olaraq üzərindən nə aşkar olunubsa, onun da sənədləşdirilməyini bildirmişdir. Toğrul adlı şəxs ona sərhəddə iki torba qoyulduğunu, yaxşı ki, sərhədçilərin onları tutmadığını, onlara görə bütün Biləsuvar ərazisində həyəcan verildiyini, lazım gələrsə, həmin torbaları çiyinlərinə keçirib aparıb sərhədçilərə təhvil verəcəklərini bildirmişdir. Arifi başqa otağa salmışlar, o özü isə Toğrulun otağında olmuşdur. Aqşin gələrək, “istəyirsinizsə, sizə əlavə maddələr də yazaq, hər şey əlimizdədir, biz sizin pisliyinizi istəmirik, görək aqsaqqalla yol tapa bilirikmi”,- deyə bildirmişdir. Cavan oğlan olduqlarını, bir səhvdir etdiklərini, çalışdıqları qədər, şöbədə həll etməli olduqlarını bildirmişdir. Ona heç bir problem olmadığını, videoçəkilişə girməli və dediklərini etməli olduğunu, atası ilə artıq məsələni həll etdiklərini, əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini, narkotik vasitənin artıq çəkisinin isə ekspertiza vasitəsi ilə azaldılacağını bildirmişlər. Arxayın olub, onların dedikləri ilə razılaşmışdır. Videoçəkiliş “İphone” markalı telefon vasitəsi ilə iki dəfə aparılmışdır. Belə ki, birinci çəkiliş səhv danışdığı üçün dayandırılmış, sonradan polislər tərəfindən öyrədilərək, yenidən videoçəkiliş olmuşdur. Həmin vaxt ona narahat olmamağı, nəyi bilmirsə, deyəcələrini bildirmişlər. Elə olmuşdur ki, atası ilə polislərin arasında razılıq əldə olunmamış, onları 6 kiloqram narkotik vasitə və psixotrop maddə ilə yükləmişlər. 17 qram narkotik vasitə olan heroinin dalınca Biləsuvara gəlmişdir. Məhkəmədə şöbəyə gətirilmə anının qeydə alındığı videogörütünlərin götürülməsi, eləcə də telefonu ilə bağlı ekspertiza keçirilməsi ilə əlaqədar vəsatətlər qaldırmışlar, lakin həmin vəsatətlər qismən təmin olunmuşdur. “Azər iranlı kakosu”, “Azər iranlı patı” adlı nömrə və adlar telefonuna tutulan günü qeyd olunmuşdur. Azər adını polislərə elə-belə demişdir. Onun iranlı ilə arasında olan faktiki mesajları telefonundan silinmişdir. 17 qram narkotik vasitəni götürməyə getməkdə özünü təqsirli bilmiş və ona görə cəza almağa razı olduğunu bildirmişdir. Başqasının yükünü daşımalı olmadığını, məhkəmədən barəsində olan cinayət işinin ədalətli və düzgün araşdırılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, əvvəllər məhkum olunmamışdır, iki ildir ki, narkotik vasitə qəbul edir və bu barədə ətrafı da bilmişdir. Narkotik vasitə qəbul etməyin ətrafda uyğun olmayan hal olduğunu bilmişdir. İranlının kartına 17 qram narkotik vasitəyə görə 350 (üç yüz əlli) manat pul vurmuşdur. Qaldığı yerdə aldığı narkotik vasitə baha olduğu üçün iranlı ilə əlaqə yaratmışdır. Belə ki, Gəncədə heroinin qramı 80 (səksən) manatdır, iranlı isə qramını 20 (iyirmi) manata verirmiş, nəticədə dörd-beş dəfə ucuz başa gələcəkmiş. 17 qram heroini şəxsi istifadəsi üçün əldə etmək istəmiş, hətta 10 (on) manat da artıq pul göndərmişdir, lakin qəbzi yoxdur. Belə ki, iranlının dediyi kart hesabına “M10” vasitəsi ilə ödəniş etmiş və həmin qəbzin əslinin şəklini ona atmışdır. Qəbzin şəkli telefonda olmuş və oradan da silinmişdir. Heç yerdə işləməmiş və 350 (üç yüz əlli) manat pulu oyun nəticəsində udmuşdur. Narkotik vasitənin pulunu qabaqcadan iranlıya göndərməli imiş, yəni qayda belə olmuşdur. Arifə Bakıda görüşməli dostu olduğunu demiş, sonuncu əvvəlcə razı olmamış, axşam təzədən soruşmuş, bu dəfə razılıq almışdır. Arıfə qısa müddətdə geri qayıdacaqlarını demişdir, nəyin dalınca gəldiklərini isə sonra deyəcəkmiş. Arifin hadisədən tutulan vaxt xəbəri olmuşdur. Gəncədən Biləsuvara gələnə qədər 70-80 (yetmiş-səksən) manat yol pulu xərcləmişdir. İranlı ilə danışmışdır. Külli miqdarda narkotik götürməyə gedən şəxs maşınla gedər, piyada getməz. İranlı ilə bir neçə dəfə danışığı olmuş, ona Seyid adı ilə müraciət etmişdir. Seyid adlı iranlı özü də ona iki-üç dəfə zəng etmişdir. İranlı yazanda ona yazmamağını bildirmiş, hətta onu qara siyahıya da atmışdır. Gəncədən axşamüstü saat 17:00 radələrində çıxmış və təxminən gecə 23-24:30da Biləsuvara çatmışlar. Yolboyu iranlı arabir ona “WhatsApp”-la səs atmış, Kürdəmirdə olduğu vaxt Bakıya getməli olduğunu bildirmişdir. Gecə saat 23:00 radələrində 90 nömrəli yol nişanının dibindən narkotik vasitəni götürmüşdür. Narkotik vasitənin şəklini ona atmışlar. Arifin nöməsi ilə iranlını iki dəfə yığmış, lakin cavab olmamışdır. İranlı ona 17 qram narkotik vasitənin yerini Biləsuvara çatmamışdan qabaq deməmiş, yanacaqdoldurma məntəqəsinə çatandan sonra yeri bildirəcəyini demişdir. Arif yanacaqdoldurma məntəqəsinin həyətində gözləmiş və onun hərəkətlərini görmüşdür. Narkotik vasitəni götürdüyü yer yaşıllıq olmuş, qırağı ilə yol getmiş və üzərində “90” yazısı qeyd edilmiş yol nişanı olmuşdur. Şöbədə qarşısına qoyulan həcmi böyük olan torba, faktiki olaraq 17 qram narkotik vasitəni götürdüyü yerdə olsaydı, kənardan keçən maşınlar həmin torbanı görə bilərdilər. Saxlanılandan sonra Arifi başqa maşına, onu isə Aqşinin “Santafe” markalı avtomobilinə əyləşdirmişlər, arxa tərəfdə oturmuş, bir yanında Xəzər, digər yanında İsmayıl olmuş, maşını Aqşin deyil, başqa adam idarə etmişdir. Şöbədə olanda siqaret çəkməyi İsmayıl, Toğrul və digər əməkdaşlar təklif etmişlər, hətta Toğrul “Fanta” alıb gətirmiş, içəndən sonra siqaret çəkmək üçün həyətə getmişlər. Toğrul onlara təskinlik vermək xarakterli söhbətlər etmişdir. Polislərin özlərinin qoyduqları torba stolun üzərində olanda vəkil də orda olmuşdur. Ona demişlər ki, “bu qədər (6 kq) narkotik vasitə və psixotrop maddə dalınca gələndə, axırı belə olacağını bilmirdin?!”. Polislər pul məsələsinə görə onu artıq narkotik vasitə və psixotrop maddə ilə yükləmişlər. Onları saxlayan polis əməkdaşlarını əvvəllər tanımamışdır. Mobil telefonu müstəntiqdədir və iş materialları ilə tanış olanda, telefonu yandırıb içinə baxmamışdır. Onda iki (“Redmi” və “Corn”), Arifdə isə bir telefon (“Samsung”) olmuşdur. 17 qram heroin ona təxminən iyirmi beş gün bəs edəcəkmiş. Dalınca gəldiyi 17 qram narkotik vasitəni kiməsə çatdırmaq niyyəti olmamışdır. Arifin əvvəllər narkotik vasitə ilə əlaqədar tutulmağı barədə məlumatlı deyildir. X15 daxil olanda həkim tərəfindən yoxlanılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlərlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. Həmin ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fəhlə işləyərək ailəsini dolandırmağa köməklik göstərmişdir. Heç vaxt narkotik vasitə istifadə etməmişdir. Təqsirləndirilən şəxs2 onun dostudur, heç bir qohumluq əlaqələri yoxdur, narkotik vasitə istifadə etməsini görməmiş və bundan heç bir məlumatı da olmamışdır. Biləsuvar rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən üç-dörd gün əvvəl, yəni 2023-cü ilin sentyabr ayının ortalarında tanımadığı bir şəxs “WhatsApp” proqramı vasitəsilə onun mobil telefonuna İran İslam Respublikası mobil operatorlarına məxsus olan mobil nömrədən sms yazaraq salamlaşmış, həmin şəxsdən kim olmasını və mobil telefon nömrəsini haradan əldə etməsini soruşduqda ona İran İslam Respublikasında yaşamasını və adını Azər olmasını, mobil telefon nömrəsinə təsadüfən sms yazmasını bildirmiş və dostluq təklif etmişdir. Azər adlı şəxsə dostluq münasibəti yaratmaq istəmədiyini bildirmişdir. Buna baxmayaraq Azər ona dəfələrlə sms yazdığına görə hətta barəsində polisə şikayət edəcəyini də demişdir. Lakin, Azər həmin hərəkətlərinə davam etdiyinə görə “WhatsApp” proqramında bloka atmışdır. Bundan sonra, 22 sentyabr 2023-cü il tarixdə günorta saatlarında iranlı Azər adlı həmin şəxs ona başqa bir İran İslam Respublikası mobil operatorlarına məxsus olan mobil nörmədən sms yazaraq iş görməyi təklif etmiş, Azərdən nə iş görməyi təklif etdiyini soruşduqda Biləsuvar rayonu ərazisində paket gizlədəcəyini, həmin paketdə narkotik vasitə nəşə, yəni qurudulmuş marixuana olacağını bildirmiş, paketi gizlədildiyi yerdən götürüb Bakı şəhərinə aparmasını istəmiş və bunun qarşılığında 1.000 (bir min) manat pul verməyi təklif etmişdir. Azər adlı həmin şəxsin bu sözü ilə razılaşmışdır. Aralarında olan razılığa əsasən Biləsuvar rayonuna gəlib içərisində narkotik vasitə olan paketi götürdükdən sonra Azərə məlumat verəcək, Azər də ilkin olaraq ona 500 (beş yüz) manat pulu bank kartına atacaqmış, qalan 500 (beş yüz) manat pulu isə narkotik vasitəni Bakı şəhərinə aparıb deyəcəyi ünvana qoyduqdan sonra verməli olmuşdur. Bundan sonra o, dostu Təqsirləndirilən şəxs2la yaşadığı evin yaxınlığında görüşən zaman birlikdə Biləsuvar rayonuna getməyi xahiş etmiş və orada işi olduğunu demişdir. Arif Biləsuvar rayonunda nə işi olmasını soruşduqda tələsdiyini və bu barədə yolda məlumat verəcəyini demişdir. Bundan sonra Ariflə birlikdə Gəncə şəhər mərkəzi avtovağzalına gedərək, saat 19 radələrində tanımadığı taksi sürücüsünün idarə etdiyi “Mercedes” markalı avtomobillə Hacıqabul rayonuna getmişlər. Yolda olan zaman Arifə iranlı Azər adlı tanışının Biləsuvar rayonunda narkotik vasitə gizlətməsini və həmin narkotik vasitəni Biləsuvar rayonundan götürüb Bakı şəhərinə aparacağını, bunun qarşılığında Azərin verdiyi puldan ona da verəcəyini demişdir. Arif də onun bu sözünə heç bir etiraz etməyərək Biləsuvar rayonuna narkotik vasitə əldə etmək üçün gəlməyə razılaşmışdır. Hacıqabul rayonundan “Vaz-2106” markalı avtomobillə Salyan rayonuna, Salyan rayonundan isə tanımadığı şəxsin idarə etdiyi avtomobillə Biləsuvar rayonuna gəlmiş və 23 sentyabr 2023-cü il tarixdə, saat 00:10 radələrində Biləsuvar rayonuna çatmışlar. Biləsuvar rayonu ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Ariflə birlikdə avtomobildən düşdükdən sonra “WhatsApp” proqramı vasitəsilə iranlı Azərə zəng edərək Biləsuvarda olmasını demiş və narkotik vasitənin gizlədildiyi yeri ona bildirməsini istəmişdir. Azər də “WhatsApp” proqramı vasitəsilə “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında, yolun kənarında olan yol nişanının fotoşəklini və konum göndərib, içərisində narkotik vasitə olan bağlamanı həmin yol nişanının yanında gizlətməsini bildirmişdir. Ariflə birlikdə yaxınlıqda olan tanımadığı taksi sürücüsünün idarə etdiyi “VAZ-2107” markalı avtomobillə fotoşəkildə olan yol nişanı istiqamətində getmişlər, həmin yol nişanına təxminən 50-60 metr qalmış avtomobildən düşərək, təxminən bir dəqiqə piyada hərəkət edib, qeyd olunan yol nişanının yanına çatmışlar. Ariflə birlikdə həmin yol nişanının yanına gedərək orada gizlədilmiş bir ədəd sellofan bağlamanı götürmüş, bundan sonra “Azpetrol” yanacaqdoldurma məntəqəsi istiqamətində yolun kənarı ilə piyada hərəkətdə olan zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş, üzərilərində narkotik vasitə, psixotrop maddə gəzdirmələri şübhəsini izah edərək, Biləsuvar Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində vəkilinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, bundan sonra şöbədəki otaqların birində vəkili Səfərəli Baxşıyev və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və əlində olan sellofan bağlamaya baxış keçirilmişdir. Üzərinə şəxsi axtarış zamanı hər hansı narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra o, əlində olan sellofan torbanı təqdim edərək həmin torbada narkotik vasitə olmasını bildirmiş, təqdim etdiyi sellofan torba açılıb baxıldıqda içərisində üzəri yapışqan lentlə bağlı üç ədəd bağlama olması müəyyən edilmişdir. Birinci bağalama açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmiş, elektron tərəzidə çəkildikdə 1490 qram, ikinci bağlama açılıb baxıldıqda içərisində narkotik vasitə heroin olması, elektron tərəzidə çəkildikdə 2520 qram, üçüncü bağlama açılıb baxıldıqda isə içərisində narkotik vasitə heroin olması, elektron tərəzidə çəkildikdə 1475 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa həmin sellofan torbadan digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş hər hansı əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 ona verilən əlavə suallara cavab olaraq ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu ərazisindəki “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən yol nişanının altından götürdüyü, içərisində narkotik vasitə və psixotrop maddə olan sellofan torbanın həmin yerə kim tərəfindən qoyulmasını bilməmiş, bu barədə iranlı Azər adlı şəxs ona heç bir məlumat verməmişdir. İranlı Azər adlı şəxs Biləsuvar rayonu ərazisindən əldə etdiyi, içərisində narkotik vasitə və psixotrop maddə olan torbanı Bakı şəhərində kimə çatdıracağını əvvəlcədən ona deməmiş, o, həmin torbanı Bakı şəhərinə apardıqdan sonra deyəcəyi ünvana qoymaqla razılaşmışdır. Polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirildikdən sonra ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmamış, heç bir xəsarət almamışdır və bununla bağlı heç bir şikayəti yoxdur (cild 01, i.v. 105-108). Təqsirləndirilən şəxs1 məhkəmə iclasında elan olunan ifadəsini təsdiq etmədiyini bildirmiş, ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı psixoloji təsir, təzyiq altında olması ilə əlaqələndirmiş, cavan olduğunu, həyatının puç olmamasını, ona görə dövlət ittihamçısının çıxışında bildirdiyi 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının ən ağır cəza olmasını, etmədiyi əməlin boynuna qoyulmasını bildirərək, məhkəmədən, iynə ucu qədər işıq yeri varsa, ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 çoxdan tanımış, onunla birlikdə böyümüşlər. 22 sentyabr 2023-cü il tarixdə, İsmayıl ona işi olduğu üçün Bakıya getməyi iki-üç dəfə demiş, sualına cavab olaraq tez qayıdacaqlarını, yəni axşam gedib, səhər qayıdacaqlarını bildirmişdir. Razılaşdıqdan sonra axşam Bakıya tərəf yola çıxmışlar. Kürdəmir ərazisində olduqları vaxt İsmayıl Biləsuvara getməli olduqlarını demiş, yolu tanımadıqlarından iki-üç maşın dəyişdikdən sonra Biləsuvara çatmışlar. Biləsuvarda “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanına gəlmişlər, İsmayıl həmin yerdən taksiyə minib yaxın yerə gedibgəlməyi bildirmiş, maşına minib həmin yerə bir dəqiqəyə çatıb, maşından düşmüşlər. İsmayıl qabaqda gedərək yer olduğunu, ora gedib-qayıdacağını, onu gözləməyini bildirmiş, o da gözləmişdir. İsmayıl qayıdanda bir avtomobil onlara yaxınlaşmış, içərisindəki şəxs İmişli rayonuna hansı tərəfdən getmək olduğunu soruşmuş, əli ilə həmin şəxsin dediyi istiqaməti göstərmiş, həmin şəxs İsmayıla “görün, maşındakı xanımlar nə deyir” deyəndə, maşından əməliyyatçılar düşüb, onları tutaraq, maşınlara əyləşdirib polis şöbəsinə aparmışlar. Polis şöbəsində İsmayıl onlara 6 kq narkotik vasitə qoyduqlarını bildirmiş, ilkin olaraq ona inanmamışdır. Sanskiyada hakim də ittihamın mahiyyətini bildirmiş və həmin vaxt öz etirazını bildirmişdir. Təqsirləndirilən şəxs2 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, İsmayılla yolda sakit getmiş, çox danışmamışlar. Yolboyu İsmayılın kiminləsə danışdığını eşitməmişdir. Polislərin onları niyə 6 kq narkotik vasitə və psixotrop maddə ilə yüklədiklərini bilməmişdir. İsmayıl ona Bakıya getməklə əlaqədar pul təklif etməmişdir, etsəydi belə, buna razı olmazdı. Kürdəmirdə Biləsuvara getməli olduqlarının səbəbini soruşanda İsmayıl demişdir ki, görüşəcəyi şəxs Biləsuvara gələcəkdir. Biləsuvardan Gəncəyə qayıtmalı idilər. Hadisədən tutulandan sonra məlumatı olmuşdur. Saxlanılanda İsmayıldan nə məsələ olduğunu soruşmağa imkanı olmamışdır. İsmayıl geri qayıdanda əlində balaca “pinqivin” sellofan torba və kağız olmuş, ayrı heç nə görməmişdir. İsmayıl ondan mobil telefonu alıb kiməsə zəng vurmuşdur. Yanacaqdordurma məntəqəsinin həyətində ondan aralı gedəndə, həmçinin hadisə vaxtı İsmayılın əlində içərisində dönər olan sellefon torba olmuşdur. Polislər birinci onu, sonra İsmayılı tutmuşlar. Onları tutan polis əməkdaşları ilə heç bir ziddiyyətləri olmamışdır. İsmayılla onu ayrı-ayrı maşınlarda şöbəyə aparmış və ayrı-ayrı otaqlarda üzələrinə şəxsi axtarış keçirmişlər. Belə ki, İsmayılla birlikdə siqaret çəkəndən sonra onları ayrı-ayrı otaqlara aparmışlar və bundan sonra əlaqələri olmamışdır. Kimin otağına aparıldığını bilməmiş, həmin otaqda iki-üç nəfər olmuşlar. Narkotik vasitə ilə əlaqədar İsmayıldan soruşmuşlar. Birinci şəxsi axtarışda vəkil iştirak etməmiş, gəlməyi hardasa bir saat çəkmişdir. Şəxsi axtarış zamanı üzərindən heç nə aşkar olunmamışdır. İsmayıl videoçəkilişdən çıxandan sonra içərisində 5 kq narkotik olan torbanı otaqda görmüşdür. X15 daxil olanda həkim tərəfindən yoxlanılmışdır. Təqsirləndirilən şəxs2 məhkəmədəki son sözündə ittiham olunduğu cinayət əməli ilə əlaqəsi olmadığını, yeni ailə qurmasını, körpə uşağı olduğunu deyib, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesinin tərəflərini (Təqsirləndirilən şəxs1 qismən etirafedici, şahidlərin, habelə müdafiə tərəfin vəsatəti əsasında dindirilmiş əlavə şahidin ifadələrini) dinləyərək, həmçinin cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həqiqətən də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsi X4 baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında, həmin cinayət əməlini ifşa etmək məqsədi ilə 22 sentyabr 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibinə o, cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid4, baş əməliyyat müvəkkili Şahid2 və post patrul xidməti bölüyünün polis nəfəri Şahid3 daxil olmuşlar. 23 sentyabr 2023-cü il tarixdə, saat 00:30 radələrində Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu, “Çaylı-Muğan- Əsgərabad” dairəvi yolunun kənarında olan başqa bir şəxs, yəni Təqsirləndirilən şəxs2la piyada hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüş, təxminən on dəqiqə sonra “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olduqları vaxt yaxılaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs1 əlində sellofan torba olmasını görüb üzərilərində və torbada narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş digər əşya daşımaları şübhəsinin olduğunu izah edərək, onları polis şöbəsinə aparmışlar. İsmayılla Arif şöbəyə gətiriləndən sonra dərhal ayrı-ayrı otaqlara aparılmışlar. Aşkar etdikləri faktla bağlı şöbənin rəhbərliyinə raportla müraciət etmiş və həmin raport əsasında təhqiqatçı tərəfindən araşdırma aparılmağa başlanılmışdır. Müdafiəçilər gələndən sonra təqsirləndirilən şəxslərin üzərlərində şəxsi axtarış keçirilmiş, heç bir qanunsuz əşya, predmet, narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. Lakin Təqsirləndirilən şəxs1 əlində olan sellofan torbanı təqdim edərək, həmin torbanın içərisində narkotik vasitə olmasını, narkotik vasitəni İran İslam Respublikasında yaşayan Azər adlı tanışının göndərməsini və çantanı Bakı şəhərinə aparıb deyəcəyi ünvana çatdırması müqabilində 500 (beş yüz) manat pul alacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan torba açılaraq baxıldıqda içərisində üzəri yapışqan lentli üç ədəd bağlama olması müəyyən edilmişdir. Bükümlərdə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 şəxsi axtarış və baxış istintaq hərəkətləri yekunlaşandan sonra öz ifadəsində aşkar olunan narkotik vasitə və psixotrop maddədən yanındakı Təqsirləndirilən şəxs2 da xəbəri olduğunu, yəni nə üçün Biləsuvar rayonuna gəldiklərini, əldə olunacaq qazancdan ona pay çatacağı barədə məlumatlı olduğunu bildirmişdir. Şahid1 cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən piyada olmuşlar. Onlar aralarında təxminən 20-30 sm-1 m məsafədə hərəkət etmişlər. Əməliyyat müşahidəsi zamanı avtomobili yolun qırağında saxlamış və müşahidə yolun kənarından aparılmışdır. İsmayılgili avtomobilin içindən müşahidə etmişlər. Müşahidə etdikləri vaxt təqsirləndirilən şəxslər obyekt olmayan ərazi ilə piyada hərəkət etmişlər. Müşahidəyə götürüləndə torba artıq Təqsirləndirilən şəxs1 əlində olmuş, lakin onun torbanı götürmə anını görməmişdir. Avtomobili bir qədər qıraqda saxlayıb, İsmayılgilə yaxınlaşmış və onlara hüquq-vəzifələrini izah etmişlər. Xidməti maşın “Chevrolet” markalı nəqliyyat vasitəsi onlarla birgə inzibati binaya gəlmiş, öz maşını “Hyundai Santafe” olmuşdur. Əməliyyat qrupunun bütün üzvləri inzibati binaya daxil olmuşlar, lakin Şahid3 keçirilən istintaq hərəkətlərində iştirak etməmiş, çünki xidmətində olmuşdur. Əməliyyat tədbiri vaxtı çəkilişdən istifadə edilməməsinə səbəb şəraitin olmaması olmuşdur. İsmayılgil saxlanılarkən piyada olmuşlar. Təqsirləndirilən şəxs1 əlində sellefon torba olmuş, lakin hansı əlində, habelə torbanın dəqiqliklə hansı rəng və ölçüdə olması yadında qalmamışdır. Torbaya təqsirləndirilən şəxslər tutulan yerdə deyil, polis şöbəsində baxış keçirilmişdir. Əməliyyat tədbirinə iki avtomobildə getmişlər, maşının biri ona məxsus olmuş, digəri isə xidməti maşın olmuşdur. Təqsirləndirilən şəxsləri öz maşınına arxa oturacağa əyləşdirmişlər, sağ-sol tərəflərində arxa oturacaqda iki əməliyyatçı əyləşmiş, maşını özü idarə etmiş, digər şəxs isə o biri maşına əyləşmişdir və şöbəyə doğru hərəkət etmişlər. Həmin vaxt maşınında qabaq oturacaq boş olmuş, orada digər polis əməkdaşının əyləşməsinə ehtiyac olmamışdır. Əməliyyat qrupunun digər üzvünün əlavə maşında əyləşməsi onun qərarı olmuş və bu qərar yolda ola biləcək hər hansı hadisəyə qarşı preventik tədbir məqsədi daşımışdır. Təqsirləndirilən şəxslərin konkret olaraq qrupunun hansı üzvləri tərəfindən maşına əyləşdirildiklərini xatırlamamışdır. Maşına əyləşdiriləndə torba Təqsirləndirilən şəxs1 əlində olmuş, torbanı onun əlindən almamışlar. Hadisə vaxtı gizləndikləri yeri deyə bilməmiş, çünki buna əməliyyat-axtarış fəaliyyəti haqqında qanun icazə verməmişdir. Torbanın gizlədildiyi yer barədə heç bir fikri olmamışdır. Təqsirləndirilən şəxsləri tutub şöbəyə gətirəndən sonra adiyyəti üzrə təhqiqatçıya təhvil vermişlər. İsmayılı ilkin olaraq öz otağına aparmış, təhqiqatçının gəlməyi üç-dörd dəqiqə, vəkilin gəlməyi və müvafiq sənədləşmə işləri isə on-on beş dəqiqə çəkmişdir. Raportu bir dəqiqəyə yazmışdır, çünki, şəxs barəsində onda öncədən məlumatlar olmuşdur. Həmin vaxt təqsirləndirilən şəxsləri iki dəqiqəyə təhqiqatçıya təhvil vermişdir. Şəxsi axtarış dərhal otaqda keçirilmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddə dalınca gəlməkləri barədə məlumatlı olmuş, lakin onun miqdarı barədə məlumatı olmamışdır. Tərəfindən təqsirləndirilən şəxslərə qarşı hər hansı təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar Rayon Polis Şöbəsi Cinayət- Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində bildirmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin daşınması və üzərində gəzdirməsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 22 sentyabr 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə şöbənin baş əməliyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul edilmiş, yaradılmış əməliyyat qrupunun tərkibinə o da daxil edilmişdir. 23 sentyabr 2023-cü il tarixdə, saat 00:30 radələrində Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu “Çaylı- Muğan-Əsgərabad” dairəvi yolunun kənarında olan Təqsirləndirilən şəxs2la piyada hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüş, təxminən on dəqiqədən sonra “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olduqları zaman əməliyyat qrupunun digər üzvləri ilə birlikdə onlara yaxılaşıb özlərini təqdim etmiş, İsmayılın əlində şəffaf sellofan torba olmasını görüb üzərilərində və torbada narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş digər əşya daşımaları şübhəsinin olduğunu izah edərək, onları Biləsuvar Rayon Polis Şöbəsinə aparmışlar. Şəxsləri polis şöbəsinə təhvil verdikdən sonra öz xidməti ərazisinə getmiş və onlarla keçirilən istintaq hərəkətlərində iştirak etməmişdir. Şahid2 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmamış, əməliyyat tədbirindən yarım saat qabaq ona zəng vurulmuş və tədbir barədə məlumat verilmişdir. Onlar əməliyyat tədbirinə gedəndə gecə saat 00:00-00:30 radələri olmuşdur. Əməliyyat qrupunda o, Şahid1, İsmayıl (soyadı təxminən Mirzəyev) və bir nəfər də adını xatırlamadığı yol polisi əməkdaşı olmaqla, dörd nəfər olmuşlar. Əməliyyat tədbirində iki avtomobil olmuş, onlardan biri qara rəngli dövlət qeydiyyat nömrsini xatırlamadığı “Hyundai” markalı avtomobil Şahid1 məxsus, digəri isə yol polisinin xidməti avtomobili olmuşdur. Xidməti avtomobilin dövlət qeydiyyat nömrəsini, habelə yol-patrul xidməti inspektorunun adını xatırlamır. Təqsirləndirilən şəxslər tutulmamışdan təxminən on-on beş dəqiqə əvvəl onları müşahidəyə götürmüşlər. Narkotik vasitələri əldə edib daşıyan şəxslərin iki nəfər olacağı barədə onlarda məlumat olmamışdır. Əməliyyat müşahidəsini aparanda qrup üzvlərinin hamısı eyni yerdə olmuşlar. Təqsirləndirilən şəxslərin saxlanıldığı yer Bakı-Astara magistral yoludur, həmin yoldan İran İslam Respublikasına, həmçinin Biləsuvar rayonunun Çaylı kəndinə də yol gedir. Hadisə yerində obyektlər olduğundan işıqlanma olmuşdur. Belə ki, orada iki yanacaqdoldurma məntəqəsi və üç-dörd avtomobil təmiri məntəqəsi olmuşdur. Müşahidə zamanı Təqsirləndirilən şəxs1 nə etdiyini görə bilməmiş, yalnız beş-on metr məsafədən onun gəldiyini, dörd-beş metr məsafədən isə əlində şəffaf sellofan torba olmasını görmüş, lakin həmin torbanı haradan götürməsini, habelə rəngini görə bilməmişdir. Təqsirləndirilən şəxs1 torbanı hansı əlində tutduğunu xatırlamır və həmin torba məişətdə istifadə olunan adi torba olmaqla, təxminən iki-üç kiloqramlıq olmuşdur. İsmayılgil avtomobilsiz olmuşlar. Onlara yaxınlaşanda torbada narkotik vasitə və ya psixotrop maddə olmasını dəqiqliklə bilməmiş, şübhə əsasında yaxınlaşmışlar. Təqsirləndirilən şəxs1 dördü də eyni vaxtda yaxınlaşmışlar və həmin vaxt Təqsirləndirilən şəxs2 da İsmayılın yanında olmuşdur. Təqsirləndirilən şəxsləri saxlayanda onlara hüquq və vəzifələrini izah etməmişlər. Təqsirləndirilən şəxslər heç bir etiraz etmədən Biləsuvar Rayon Polis Şöbəsinə getmişlər. İsmayılgil avtomobildə olarkən onlarla heç bir dialoqları olmamışdır. Onlar avtomobilin arxa oturacağında, yanlarında isə Şahid1 və polis nəfəri İsmayıl əyləşmişlər. Həmin avtomobili özü idarə etmiş və yanındakı oturacaq boş olmuşdur. Yol polisi əməkdaşı öz xidməti avtomobilində şöbəyə getmişdir. Təqsirləndirilən şəxslər polis şöbəsinə təhvil verildikdən sonrakı icra olunmuş prosessual hərəkətlərdə iştirak etməmiş, onları inzibati binanın içərisinə o aparmamış, xidməti zərurətlə əlaqədar əraziyə getmişdir. Təqsirləndirilən şəxslərin kimə təhvil verilməsi barədə məlumatsızdır. Təqsirləndirilən şəxs1 əlində olmuş şəffaf sellofan torbanın çəkisi barədə məlumatı olmamışdır. Əməliyyat tədbiri zamanı texniki vasitələrdən istifadə edilməklə çəkiliş aparmamışlar. Buna şəraitin uyğun olmaması, hadisə yerinin vətəndaşların gəlib-getdiyi yer olması, hava şəraitin əlverişli olmaması və qaranlıq olması səbəb olmuşdur. Onlara videoçəkiliş aparılmaması üçün təlimat verilməmişdir. Təqsirləndirilən şəxslər saxlanılarkən, həmçinin şöbəyə aparılarkən onlara qarşı tərəflərindən hər hansı fiziki və ya psixoloji təsir və ya təzyiq olmamışdır. Son olaraq bildirmişdir ki, əməliyyat tədbirinə post patrul xidməti maşını ilə getmişlər, lakin ifadəsində yol patrul xidməti maşını ilə post patrul xidməti maşınını qarışıq salmışdır və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar Rayon Polis Şöbəsi Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs1 adlı şəxsin Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında, həmin cinayət əməlini ifşa etmək məqsədi ilə 22 sentyabr 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə X4 baş əməliyyat müvəkkili Şahid1 qərar qəbul etmiş, əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna Şahid1 rəhbərlik etmiş, tərkibinə baş əməliyyat müvəkkili Şahid2, polis nəfəri Şahid3 və o, daxil olmuşdur. 23 sentyabr 2023-cü il tarixdə, saat 00:30 radələrində Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu, Çaylı-Muğan-Əsgərabad yolunun kənarında bir nəfər şəxslə piyada hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüş, “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olduqları vaxt onlara yaxınlaşıb özlərini təqdim etmiş və üzərilərində, həmçinin İsmayılın əlində olan torbada narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş digər əşya daşımaları şübhəsinin olduğunu izah edərək, onları Biləsuvar Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs1lə birlikdə saxladıqları şəxsin Gəncə şəhər sakini Təqsirləndirilən şəxs2 olmasını müəyyən etmişlər. Əməliyyat qrupunun rəhbəri Şahid1 aşkar edilmiş faktla bağlı şöbənin rəhbərliyinə raportla müraciət etmiş və şöbənin təhqiqatçısı tərəfindən araşdırma aparılmağa başlanılmışdır. Polis şöbədə hər iki şəxsin üzərində videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti icra olunmuş, nəticədə üzərlərindən heç bir qanunsuz predmet, əşya, o cümlədən narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. Narkotik vasitə və psixotrop maddə Təqsirləndirilən şəxs1 əlində olan sellofan torbadan aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan torba açılaraq baxıldıqda içərisində üzəri yapışqan lentli üç ədəd bağlama, bir bağlamada metamfetamin, digər iki bağlamada isə heroinə bənzər maddələr olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 həmin kütlələri Azər adlı İran İslam Respublikası vətəndaşının göndərməsini və 1.000 (bir min) manat müqabilində sonuncunun dediyi yerə çatdıracağını bildirmişdir. Şahid4 məhkəmədə cinayət prosesi iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, əməliyyat tədbiri zamanı onlarda bir avtomobil olmuşdur. Videoçəkiliş üçün texniki vasitənin olmaması, habelə havanın qaranlıq olması səbəbindən əməliyyat tədbiri zamanı çəkiliş apara bilməmişlər. Tədbirə gedərkən texniki vasitələrin götürülüb-götürülməməsinə əməliyyat qrupunun rəhbəri qərar verir. Müşahidə zamanı Təqsirləndirilən şəxs1 əlində torbanın olması aşkar surətdə görünə bilməzdi, çünki hava qaranlıq olmuşdur. Təqsirləndirilən şəxs1 əlində torba ilə ona yaxınlaşanda torbanı aşkar surətdə görmüşdür. Eyni səbəbdən müşahidə olunan şəxslərin nə etdikləri də aydın görünməmişdir. Sellofan torba məişətdə istifadə olunan formada olmuşdur, ölçüsü və rəngini, habelə Təqsirləndirilən şəxs1 müşahidə etdiyi yerlə onun faktiki olduğu yer arasındakı məsafəni xatırlamamış, İsmayılın torbanı haradan götürdüyünü görməmişdir. Hadisə vaxtı təqsirləndirilən şəxslərin hərəkət istiqaməti “Azpetrol” yanacaqdoldurma məntəqəsinə doğru olmuş, lakin sonuncularla yanacaqdoldurma məntəqəsi arasında olan məsafəni bilməmişdir. Təqsirləndirilən şəxslər onlara tabesizlik göstərməmişlər, Təqsirləndirilən şəxs2 onları susqun vəziyyətdə qarşılamış, Ariflə Təqsirləndirilən şəxs1 arasında bir metr məsafə olmuşdur. Təqsirləndirilən şəxslərə piyada vəziyyətdə yaxınlaşmışlar, lakin hansı tərəfdən yaxınlaşdıqlarını, sonunculara onlardan kimin ilk müraciət etdiyini, habelə bu zaman özlərinin avtomobillərinin hansı məsafədə olduğunu xatırlamır. Münasib şərait olmadığından Təqsirləndirilən şəxs1 əlindəki torbaya hadisə yerində baxış keçirməmişlər. Təqsirləndirilən şəxsləri saxlayanda onlara hüquq və vəzifələrini izah etmişlər. Həmin vaxt təqsirləndirilən şəxslərə sual verməmiş, eləcə də, onlarla sorğu-sual aparılmasını xatırlamamışdır. Onları saxladıqdan sonra üzərlərindəki əşyalarla birlikdə Şahid1 məxsus dövlət qeydiyyat nömrəsini xatırlamadığı “Hyundai” markalı avtomobilin arxa oturacağına əyləşdirmiş, həmin vaxt səhv etmirsə həmin şəxslərin sağ yanında, İsmayıl adlı polis nəfəri isə sol yanlarında əyləşmişlər. Avtomobili Şahid1 idarə etmiş, lakin onun yanında, yəni qabaq oturacaqda kimin əyləşdiyini xatırlamamışdır. Beş-altı dəqiqə ərzində şöbəyə çatmışlar və həmin müddətdə təqsirləndirilən şəxslər tərəfindən onlara qarşı, həmçinin tərəflərindən sonunculara qarşı heç bir fiziki və psixi təsir olmamış, yəni həmin şəxsləri susqun vəziyyətdə şöbənin inzibati binasının həyətinə aparmışlar. Dörd nəfər özləri və iki nəfər təqsirləndirilən şəxs şöbənin əməliyyat üçün ayrılmış hissəsinə daxil olmuş, daha sonra təqsirləndirilən şəxslər konkret hansı otaqlar olduğunu xatırlamadığı ayrı-ayrı otaqlarda saxlanılmışlar. Təqsirləndirilənləri təhqiqatçıya təhvil vermişlər və onlar müdafiəçilərlə təmin olunduqdan sonra ayrı-ayrı otaqlarda üzərlərinə və Təqsirləndirilən şəxs1 əlindəki torbaya şəxsi axtarış və baxış istintaq hərəkətləri keçirilmişdir. Torbaya baxış zamanı Şahid1la birlikdə iştirak etmişdir, digər iştirakçıların isə orada olduqlarını, habelə baş əməliyyat müvəkkili Şahid2 şöbənin inzibati binasına daxil olub-olmamasını xatırlmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar Rayon Polis X19 Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid3 Mehti oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunun tərkibində 23 sentyabr 2023-cü il tarixdə, saat 00:30 radələrində İsmayıl Biləsuvar rayonu, Çaylı-Muğan-Əsgərabad dairəvi yolunun kənarında yanında olan başqa bir şəxslə piyada hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüş, təxminən on dəqiqədən sonra “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olduqları vaxt əməliyyat qrupunun digər üzvləri ilə birlikdə yaxınlaşıb özlərini təqdim etmiş, İsmayılın əlində sellofan torba olmasını görüb, üzərilərində və torbada narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş digər əşya daşımaları şübhəsinin olduğunu izah edərək, onları Biləsuvar Rayon Polis Şöbəsinə dəvət etmişlər. Şahid Təqsirləndirilən şəxs1 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, hadisə yerinə Şahid1 məxsus “Hyundai” markalı avtomobillə getmişlər və polis şöbəsinə də həmin maşının arxa oturacağına əyləşib getmişdir, lakin hansı tərəfdə oturmağı yadında deyildir. Həmin vaxt əməliyyatçıların xidməti maşını da orada olmuşdur. Avtomobili hadisə yerinə gedəndə də, şöbəyə qayıdanda da Aqşin müəllim idarə etmişdir. Tədbirə bir maşınla getmişlər, təqsirləndirilən şəxsləri tutandan sonra digər maşın gəlmiş və iki maşınla şöbəyə qayıtmışlar. Digər maşın “dörd işıqlı Mercedes” markalı olmuş, lakin kimin idarə etdiyi yadında qalmamışdır. Sellofon torba Təqsirləndirilən şəxs1 sağ əlində olmuş, gecə olduğundan torbanın rəngini bilməmişdir. Təqsirləndirilən şəxs1 torbanı götürmə anını görməmişdir. Polis nəfəri olduğu üçün əməliyyat tədbiri zamanı çəkiliş aparılıb-aparılmamasına qərar vermək səlahiyyətində olmamışdır. Təqsirləndirilən şəxslər onlara qarşı tabesizlik göstərməmişlər. Təqsirləndirilən şəxsləri ayrı-ayrı maşına əyləşdirmişlər, lakin maşında onların hansı formada əyləşdikləri barədə yadında qalmamışdır. Təqsirləndirilən şəxsləri Aqşin müəllim aidiyyəti üzrə əməliyyatçıya təhvil vermiş, Toğrul adlı şəxsə təhvil verməsini görməmişdir. Onları polisin inzibati binasına qədər müşayiət etmiş, təhvil verilmələrində iştirak etdikdən sonra xidməti ərazisinə getmiş, onlarla bağlı keçirilən istintaq hərəkətlərində iştirak etməmiş, onlara qarşı hər hansı təsir, təzyiq olmamışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Biləsuvar Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin rəisi, polis kapitanı Şahid5 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzlərini xatırlamasa da, onları tanıyır, aralarında qohumluq əlaqəsi, ədavət və ya düşmənçilik yoxdur. Barələrində keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etməmişdir. Təqsirləndirilən şəxs1 23 sentyabr 2023-cü il tarixdə polis şöbəsinə gətirilib barəsində müvafiq sənədləşmə işləri aparılarkən gecə vaxtı görmüş, şəxsi münasibət zəminində hər hansı ünsiyyəti olmamışdır. Ümumiyyətlə, cinayət axtarış bölməsinin rəisi olduğundan növbədə olub-olmamasından asılı olmayaraq xidmətdə olur, xidməti ərazidə fəaliyyət göstərir və baş vermiş hadisələrlə bağlı lazımi tədbirləri görür. Onun konkret iş saatları yoxdur. Saxlanılaraq rayon polis şöbəsinə gətirilən şəxslər barəsində bir qayda olaraq ona, o da müvafiq qaydada şöbə rəhbərliyinə məruzə edir. Təqsirləndirilən şəxslər onun xidməti otağına gətirilməmişlər və şöbədə olduqları vaxt onlarla hər hansı söhbət aparmamışdır. Təqsirləndirilən şəxs1 atası Müzadil Quliyevə zəng etməmişdir. Tutduğu vəzifəyə görə rayon ərazisində tanınan şəxs olduğundan təqsirləndirilən şəxslərin onu tanımalarının normal hal olduğunu bildirmişdir. İstifadəsində xeyli sayda mobil telefon nömrəsi olduğundan 22-23 sentyabr 2023-cü il tarixində hansı nömrədən istifadə etdiyini xatırlamadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis X9 xx.xx.2023cü il tarixli qərarından görünür ki, toplanmış fakt üzrə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild 01, i.v. 01). Biləsuvar Rayon Polis Şöbəsi X4 xx.xx.2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələri əldə etməsində, saxlamasında, istifadəsində və satışında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, i.v. 04). Biləsuvar Rayon Polis Şöbəsi X4 xx.xx.2023-cü il tarixli qərar, protokol və eyni tarixli əmrindən görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanması məqsədi ilə həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (cild 01, i.v. 05-07; 10-12). Biləsuvar Rayon Polis Şöbəsi X4 xx.xx.2023-cü il tarixli protokol və eyni tarixli raportundan görünür ki, həmin tarixdə, saat 00:30 radələrində Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu “Çaylı-Muğan-Əsgərabad” dairəvi yolunun kənarında yanında olan başqa bir şəxslə piyada hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüş, təxminən on dəqiqə sonra “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olduqları vaxt əməliyyat qrupunun üzvləri onlara yaxılaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs1 əlində sellofan torba olmasını görüb üzərilərində, həmçinin torbada narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş digər əşya daşımaları şübhəsinin olduğunu izah edərək, onları şöbəyə aparmışlar (cild 01, i.v. 08-09). Biləsuvar Rayon Polis X9 xx.xx.2023-cü il tarixli qərar, protokol və məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 01:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və ailə üzvünə yazılı məktubla rəsmi qaydada məlumat verilməsi təmin olunmuşdur (cild 01, i.v. 13; 23; 25). Biləsuvar Rayon Polis X9 xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən hər hansı qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamış, o, əlində olan sellofan torbanı təqdim edərək, içərisində narkotik vasitə olmasını, narkotik vasitəni İran İslam Respublikasında yaşayan Azər adlı tanışının göndərməsini və çantanı Bakı şəhərinə aparıb deyəcəyi ünvana çatdırması müqabilində 500 (beş yüz) manat pul alacağını bildirmişdir. Həmin sellofan torba açılaraq baxıldıqda içərisində üzəri yapışqan lentli üç ədəd bağlama olması müəyyən edilmişdir. Birinci büküm açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmiş, elektron tərəzidə çəkildikdə 1490 qram, ikinci bağlama açılıb baxıldıqda içərisində narkotik vasitə heroin olması, elektron tərəzidə çəkildikdə 2520 qram, üçüncü bağlama açılıb baxıldıqda isə içərisində narkotik vasitə heroin olması, elektron tərəzidə çəkildikdə isə 1475 qram olması müəyyənləşdirilmişdir. Daha sonra onun üzərindən özünə məxsus bir ədəd “Kapital Bank” və “Leo Bank”-a aid plastik bank kartları, bir ədəd 5 (beş) manatlıq, iki ədəd 1 (bir) manatlıq pul əskinasları, “Corn” və “Redmi” markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk protokola əlavə olunmuş və həmin diskə məhkəmə iclasında baxış keçirilmişdir (cild 01, i.v. 32-34). Biləsuvar Rayon Polis X9 xx.xx.2023-cü il tarixli qərar, protokol və məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 01:45-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və ailə üzvünə məlumat verilməsi təmin olunmuşdur (cild 01, i.v. 35; 45; 47). Biləsuvar Rayon Polis X9 xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən hər hansı qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamış, sonuncu tərəfindən üzərindən “Samsung” markalı mobil telefon, bir ədəd mənzil açarı, dörd ədəd 10 (on) qəpiklik metal pul, bir ədəd alışqan, üç ədəd 1 (bir) manatlıq pul əskinası, bir ədəd 1 (bir) ABŞ dolları təqdim edilmişdir. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk protokola əlavə olunmuş və həmin diskə məhkəmə iclasında baxış keçirilmişdir (cild 01, i.v. 54-56). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 Bölməsinin 19/889 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “..... Təqsirləndirilən şəxs1 təqdim etdiyi bağlamalarının qablaşdırıldığı zərflər.....” sözlər və imzalar olan bir ədəd paketdəki iki ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1195,0 qram, 2080,0 qram, ümumi təmiz çəkisi 3275,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; bir ədəd bükülüdə təmiz çəkisi 1437,0 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən olunmuşdur (cild 01, i.v. 63-66). Biləsuvar Rayon Polis X10 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, hazırki cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir (iş vərəqi 95). Biləsuvar Rayon Polis X10 xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v. 97-98; 109-110). Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 23 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 132-135). Biləsuvar Rayon Polis X10 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 əlində olan sellofan torbadan aşkar edilərək götürülmüş 3275,0 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı 3274,8 qram, 1437,0 qram metamfetaminin tədqiqatdan sonrakı qalığı 1436,9 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq şöbənin saxlancına təhvil verilmişdir (cild 01, i.v. 136). Biləsuvar Rayon Polis X10 xx.xx.2023-cü il tarixli protokolu və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus olan “Samsung J-7” markalı, qızılı rəngli korpusa malik mobil telefonun üzərində 055 ***-**-** saylı mobil nömrə olmuş, telefonun “Kontaklarına”na baxış keçirilərkən adı “azer iranlı” kimi yazılmış +**********7 və adı “azer iranlı 2” kimi yazılmış +**********5 saylı İran İslam Respublikası mobil operatorlarına məxsus olan mobil telefon nömrələrinin olması müəyyən edilmişdir (cild 01, i.v.138-140). Biləsuvar Rayon Polis X10 xx.xx.2023-cü il tarixli protokolu və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus olan “Redmi” markalı, qara rəngli mobil telefonun üzərində mobil nömrəsi olmuş, telefonun “Kontaklarına”na baxış keçirilərkən adı “azer iranlı kakos” kimi yazılmış +**********7 və adı “azer iranlı təzə” kimi yazılmış +**********5 saylı İran İslam Respublikası mobil operatorlarına məxsus olan mobil telefon nömrələrinin olması müəyyən edilmişdir. Həmin mobil telefonun “WhatsApp Buisnes” proqramına baxış keçirilən zaman xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs1lə adı “azer iranlı kakos” kimi yazılmış +**********7 və adı “azer iranlı təzə” kimi yazılmış +**********5 saylı İran İslam Respublikası mobil operatorlarına məxsus olan mobil telefon nömrələrinin arasında danışıqların olması müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 məxsus olan “Corn” markalı, qara rəngli mobil telefonun üzərində 055 ***-**-** mobil nömrəsi vardır (cild 141-143). Biləsuvar Rayon Məhkəməsinin 5(022)-272/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Biləsuvar Rayon Polis Şöbəsi X4 Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqi 160). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1 və 332.2.3-cü maddələri ilə təqsirli bilinərək, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə şərti sınaq müddəti təyin edilmişdir (cild 01, i.v. 165-166). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3 və 83.3.1-ci maddələrinə əsasən, məhkumluq şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 5 (beş) ay, 23 (iyirmi üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 01, i.v. 167-168). Cinayət Məcəlləsinin 83.3 və 83.3.3-cü maddələrinə əsasən, məhkumluq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4 və 18.4.3-cü maddələrdə isə qeyd olunur ki, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayətin residivi yoxdur. xx.xx.2023-xx.xx.2023 intervalında sorğulanmış sərhədkeçmə məlumatlarına dair elektron portal çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarix aralığında sərhədi keçməmişlər (169-170). Biləsuvar Rayon Polis X10 CD diskə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan 055 ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 055 ***-**-** saylı mobil nömrələr arasında xx.xx.2023-cü il tarixdə, saat 18:32 dəqiqədə və xx.xx.2023-cü il tarixdə, saat 14:30 dəqiqədə telefon danışıqlarının olması, Təqsirləndirilən şəxs1 istifadəsində olan 055 ***-**-** saylı mobil nömrənin sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, saat 13:41 dəqiqədə ünvan 7 ünvanda istifadə edilməsi müəyyən edilmişdir (cild 01, i.v. 201-203). Biləsuvar Rayon Polis X10 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, 31128 nömrəli məktubla göndərilmiş məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 istifadə etdiyi “Samsung J-7” markalı mobil telefonun kontaktında adı “azer iranlı 2” kimi yazılmış +**********5 saylı İran İslam Respublikası mobil operatorlarına məxsus olan mobil telefon nömrəsi ilə 050 ***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2023-cü il tarixdə, saat 16:02 dəqiqədə 17 saniyə danışığın olması müəyyən edilmişdir. 050 ***-**-** saylı mobil telefon nömrə ilə Təqsirləndirilən şəxs2 istifadə etdiyi 055 ***-**-** saylı mobil nömrə arasında telefon danışıqlarının olmasının müəyyən edilməsi məqsədilə həmin mobil telefona keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, saat 17:34 və 17:35 dəqiqədə dörd dəfə 050 ***-**-** saylı mobil telefon nömrəsinə zəng etməsi müəyyənləşdirilmiş, fotocədvəllər protokola əlavə olunmuşdur (cild 02, i.v. 03-09). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X1 Məcburi X11 xx.xx.2023-cü il tarixli, 924 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və kannabioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji kabinetində qeydiyyata götürülməsi məsləhət görülür (cild 02, i.v. 12). Lənkəran Şəhər X1 Məcburi X11 xx.xx.2023-cü il tarixli, 925 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji kabinetində qeydiyyata götürülməsi məsləhət görülür (cild 02, i.v. 13). Biləsuvar Rayon Polis X10 28 noyabr, 22 və 23 dekabr 2023-cü il tarixli üzləşdirmə haqqında protokollarından görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs1; Təqsirləndirilən şəxs2 və Şahid1, habelə Təqsirləndirilən şəxs1 və Şahid5 ibtidai istintaq zamanı ifadələrində bildirdikləri xüsusatları bir-birilərinin üzünə qarşı söyləmişlər (cild 02, i.v. 43- 46; 83-85; 112-115). Biləsuvar Rayon Polis X10 "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, 31125 nömrəli məktubla göndərilmiş CD diskinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, 055 ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan 055 ***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 11:42 dəqiqədə “telde rahat danisammadim qaqa 2 gundu agrisindayam andırın uwaqlar---“; xx.xx.2023-cü il tarixdə, saat 11:43 dəqiqədə “daw verdi 2 gundu cekirem yatmiram bratim, qadanalim yani elindeki i------“; xx.xx.2023-cü il tarixdə, saat 11:44 dəqiqədə “işini sarvat eleme prosda mament alinan kimi x.ele qaqana gelim hara--------“ məzmunda smslər göndərilmişdir (cild 02, i.v. 59-63). Biləsuvar Rayon Polis X10 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunmuş və bu barədə qərarın surəti təqdim edilmişdir (cild 02, i.v. 90-91; 116-117). Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli xasiyyətnamə və arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 9 ünvanda qeydiyyatdadır və barəsində nümayəndəliyə heç bir şifahi və yazılı şikayət daxil olmamışdır (cild 02, i.v.136-137). Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 13 nömrəli Xidmət sahəsinin xx.xx.2023-cü il tarixli xasiyyətnamə, arayışı və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri, Kəpəz rayonu, Sədi küçəsi, ev 31, mənzil 38 ünvanda qeydiyyatdadır, ailə tərkibi arvadı və xx.xx.2019-cu il təvəllüdlü qızından ibarətdir, barəsində heç bir şikayət daxil olmamışdır (cild 02, i.v. 139-141). Biləsuvar Rayon Polis X10 “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinin ayrılması haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; narkotik vasitə və psixtrop maddənin əldə etmə mənbəyini müəyyən etmək məqsədi ilə hazırki cinayət işindən icraata ayrıca cinayət işi ayrılmış; təqsirləndirilən şəxslərin üzərindən aşkar edilərək götürülmüş “Redmi”, “Corn”, “Samsung J-7” markalı mobil telefon aparatları iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır (cild 02, iş vərəqi 142-165; 167-168). Biləsuvar Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-69/2-7071/24 nömrəli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2024-cü il tarixli, 3/3-7/2-5787/24 nömrəli məktublarından görünür ki, şöbənin inzibati binasında olan müşahidə kameralarının görüntüləri on gün müddətdə yaddaşda qaldığı üçün xx.xx.2023-cü il tarixdə, saat 00:40-01:20 radələri aralığında olan kamera görüntülərinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. 001521 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 atası X17 “X12 Veteranı” statusuna malikdir. Biləsuvar Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-69/2-21273/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Redmi” və “Corn” markalı olmaqla iki ədəd, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung J-7” markalı mobil telefonlar Lənkəran Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 hər biri ayrı-ayrılıqda məhkəməyə təqsirləndirilən şəxslərə münasibətdə müvafiq olaraq Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 8 (səkkiz) saat 30 (otuz) dəqiqə, Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 4 (dörd) saat 30 (otuz) dəqiqə iş saatı həcmində vaxt sərf etmələri barədə hesabat təqdim etmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdikləri əməllərin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə bir qayda olaraq, açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir ki, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxslər hər biri ayrı-ayrılıqda onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar, habelə məhkəməyə vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların özlərini müdafiə üçün gətirdikləri hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı ilə razılaşmasına əsasən yalnız 17 qram narkotik vasitə olan heroini götürmək üçün Biləsuvar rayonuna getməsi, onunla birlikdə getməyi təklif etdiyi tanışı Təqsirləndirilən şəxs2 bu barədə məlumatlı olmaması, yol nişanına yaxınlaşıb, dibindən təxmini çəkisinin 17 qram olduğunu bildiyi sellefon torbanı götürərək Arifə yaxınlaşanda polis əməkdaşları tərəfindən aldadılaraq maşına mindirilib polis şöbəsinə gətirilərkən yolda Xəzər adlı əməliyyatçının ondan bu məsələni həll etmək üçün adamı olub-olmamasını soruşması, eyni məzmunlu ifadələrin polis şöbəsində də ona deyilməsi, hətta rəisin onun atası ilə bu barədə danışması, lakin sonradan atası ilə razılığın əldə olunmaması, əlindəki torbadan aşkarlanan narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmaması, polislər tərəfindən boynuna qoyulması, əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdiriləcəyi deyildiyindən təqdim olunan sənədlərə qol çəkməsi, “Azər iranlı kakosu”, “Azər iranlı patı” adlı nömrə ilə adların telefonuna tutulan günü qeyd olunması, iranlı ilə faktiki mesajlarının telefonundan silinməsi, arxasınca gəldiyi 17 qram narkotik vasitəni kiməsə çatdırmaq niyyəti olmadığı; Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 narkotik vasitə götürmək üçün deyil, işi olduğu, daha doğrusu kiminləsə görüşməli olduğu üçün birlikdə getməyi təklif etməsi, yanacaqdoldurma məntəqəsinin yanında İsmayılı gözləyərkən onun əlində balaca “pinqivin” torba və kağızla geri qayıtması, başqa heç nə görməməsi, sanskiyada hakim ittihamın mahiyyətini bildirəndə öz etirazını bildirməsi barədə dedikləri əsassız olaraq törətdikləri əməllərdə cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Qeyd edilən bu cür ifadələr özlərini müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaqın sonunda, habelə məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin inzibati binasında təhqiqatçı tərəfindən hüquq müdafiəçisinin iştirakı ilə aparılmış şəxsi axtarış və götürmə zamanı əlində olan sellofan torbadakı bağlamanın işərisindən aşkar olunan narkotik vasitə və psixotrop maddənin ona məxsus olmasını etiraf etdiyi “şəxsi axtarış və götürmə haqqında” protokolu imza etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri ayrı-ayrılıqda ilkin izahatlarında, şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri 23 sentyabr 2023-cü il tarixli ifadələrində özlərini onlara verilmiş şəxsi istehlak miqdarından artıq, yəni külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etmə, daşıma və saxlamada təqsirli bilmiş, saxlanılarkən, habelə polis şöbəsinə gətirildikdən sonra onlara qarşı fiziki və ya psixi zor tətbiq olunmaması hər hansı bir xəsarət almadıqları və bununla bağlı heç bir şikayətlərinin olmamasını bildirmişlər. Bundan əlavə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri ayrı-ayrılıqda ibtidai istintaq zamanı özlərinə məxsus olduğunu etiraf etdikləri narkotik vasitə və psixotrop maddə barədə məhkəmə-kimyəvi ekspertizasının 19/889 nömrəli, 23 sentyabr 2023-cü il tarixli rəyi ilə tanış olarkən heç bir etiraz və vəsatətlərinin olmadığını bildirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Sözügedən Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, onlar mövcud ziddiyyəti ibtidai istintaq zamanı onlara göstərilmiş psixoloji təzyiqlə əlaqələndirmiş, bununla əlaqədar cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçı (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətlərinin olmasına baxmayaraq, bu hüquqlarından istifadə etməmişlər. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı barəsində qətimkan tədbiri seçilməsi üçün Biləsuvar Rayon Məhkəməsində olarkən hakimə ona qarşı edilən qanunsuzluqlar, verilən ittihamla razı olmadığı barədə etirazını bildirməsini desə də, cinayət işinin materiallarında bu barədə hər hansı bir sənədə rast gəlinməmişdir. Belə ki, iş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin sözü gedən qərarında da bu barədə məlumat əks olunmamış, əksinə Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 onu iranlıdan narkotik vasitə götürmək üçün getməyə çağırdığını, həmin şəxsin İsmayıla içərisində narkotik vasitə və psixotrop maddə olan torbanı götürüb Bakı şəhərinə çatdırması müqabilində 1.000 (bir min) manat məbləğində pul verəcəyini vəd etməsi, İsmayılın təklifi ilə razılaşması, polis əməkdaşları tərəfindən saxlanılarkən və şöbədə olduqları vaxt onlara heç bir fiziki və ya psixi təsir, təzyiq göstərilməməsini bildirməsi əks olunmuşdur. Təqsirləndirilən şəxslərin psixoloji təzyiqə məruz qalmaları ilə bağlı irəli sürdükləri dəlilərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi onlar peşəkar vəkillərlə təmsil edilmələrinə baxmayaraq, istər özləri, istərsə də vəkilləri ibtidai istintaq dövründə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda bu halı hər hansı tutarlı dəlillə əsaslandırmamış və izah etməmişlər. Bundan başqa, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının hər biri ayrı-ayrılıqda təqsirləndirilən şəxslər saxlanılarkən, habelə polis şöbəsində olarkən onlara qarşı tərəflərindən heç bir fiziki və ya psixi təsir, təzyiq göstərilməməsi, həmçinin təqsirləndirilən şəxslərin də onlara qarşı müqavimət göstərmələri, tabe olmamaları kimi hərəkətləri olmamaışdır. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslər tərəfindən psixoloji zorakılığa məruz qalmalarına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onların hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiqə məruz qaldıqlarını göstərmələrini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özlərinə qarşı verdikləri ifadələrin məhz psixi təsir nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Onların polis əməkdaşları tərəfindən psixoloji təsirə məruz qalmaları ilə bağlı göstərdikləri xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onların izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı izahat və ilkin ifadələrini müdafiəçilərinin iştirakı ilə, habelə polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadan vermələrini bildirdiklərinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 müqavilə üzrə vəkillərinin müdafiə çıxışlarında səsləndirdiyi fikirlərin hər biri ayrı-ayrılıqda təhlil olunmalı və hüquqi qiymətləndirilməlidir. Müdafiəçilərin hüquqlarını müdafiə etdikləri Təqsirləndirilən şəxs1 ifadəsinin hadisə yerində yoxlanılması zamanı İsmayılın Biləsuvar rayonu, Çaylı-Muğan-Əsgərabad dairəvi yolunun kənarında, sürət həddini müəyyən edən “90” yol nişanını göstərərək 23 sentyabr 2023-cü il tarixdə, gecə saatlarında içərisində təxminən 17 qram narkotik vasitə olan bağlamanı həmin yol nişanının dibindən götürməsi, qeyd etdiyi bağlamanın onun əlinin ovuc hissəsinə yerləşəcək qədər kiçik ölçülü olmasını bildirməsi barədə deməsi ilə əlaqədar bildirir ki, həmin fakt təqsirləndirilən şəxsin özünün deməsindən başqa digər sübutlarla təsdiq olunmaması səbəbindən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bundan başqa, müdafiəçinin Təqsirləndirilən şəxs1 Biləsuvar Rayon Polis Şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən aparılmış videoçəkilişin əks olunduğu görüntülərdən ondan aşkar olunan narkotik vasitə və psixotrop maddənin qablaşdırıldığı zərfin ağzının bağlanmamasının məlum olduğu, belə olan halda iş materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” protokolun sübutlar siyahısından çıxarılması barədə dediyi ilə əlaqədar məhkəmə heyəti bildirir ki, həmin videoçəkilişi özündə əks etdirən videogörüntüyə məhkəmə iclasında baxılarkən videoçəkilişin 0:13:20-0:14:00 dəqiqə aralığında məsul şəxs tərəfindən maddi sübutların qablaşdırıldığı zərfin yapışqanla bağlanılması aydın şəkildə görünür. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” protokolun (Təqsirləndirilən şəxs1 aid) sübutlar siyahısından çıxarılmasına heç bir əsas yoxdur. Bununla əlaqədar Cinayət-Prosessual Məcəllənin 125-ci maddəsi qeyd edir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Bundan başqa, məhkəmə müdafiə tərəfinin çıxışlarında istinad etdikləri hadisə baş verən gün polis əməkdaşlarının hadisə yerinə neçə və hansı avtomobildə getmələri, təqsirləndirilən şəxsləri saxladıqdan sonra onlara hüquq və vəzifələrinin izah olunubolunmaması, onların polis şöbəsinə avtomobilin içərisində hansı vəziyyətdə əyləşdirilərək gətirilmələri, kimin hansı avtomobildə, hansı oturacaqda, hansı vəziyyətdə əyləşməsi, təqsirləndirilən şəxslərin inzibati binaya daxil olarkən əməliyyatda iştirak edə bütün əməkdaşların onlarla birlikdə içəri daxil olub-olmamaları, narkotik vasitənin Bakıya 500 (beş yüz) və ya 1.000 (bir min) manat qarşılığında çatdırılması barədə məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələrində yaranmış ziddiyyətləri işin mahiyyəti üzrə əhəmiyyət kəsb etmədiyi, yəni, təqsirləndirilən şəxslərə verilmiş ittihamın mahiyyətinə təsir etmədiyi və dəyişmədiyindən, onların hüquq və azadlıqlarını pozmadığından və bunun da iş materiallarında olan təkzibedilməz sübutlarla öz təsdiqini tapdığından əsaslı hesab etmir. Məhkəmə qanunvericiliyin müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin narkotik vasitə olan heroin və psixotrop maddə metamfetaminin qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlamaları və daşımaları onların məhz həmin maddələri qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Belə ki, cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən digər sübutlardan da görünür ki, onlar narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımışlar. Çünki, onlardan aşkar olunanların həm narkotik vasitə (heroin) və psixotrop maddə (metamfetamin) olmaları, hər birinin ayrı-ayrılıqda qablaşdırılmaları, çəkiləri həmin kütlələrə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Bundan başqa, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli protokollar və onlara əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus olan “Samsung J-7” markalı mobil telefonun kontaktında adı “azer iranlı” kimi yazılmış +**********7 və adı “azer iranlı 2” kimi yazılmış +**********5; Təqsirləndirilən şəxs1 məxsus olan “Redmi” markalı mobil telefonun kontaktında adı “azer iranlı kakos” kimi yazılmış +**********7 və adı “azer iranlı təzə” kimi yazılmış +**********5 saylı İran İslam Respublikasının mobil operatorlarına məxsus mobil telefon nömrələrinin olması, habelə Təqsirləndirilən şəxs1lə özünə məxsus olan həmin mobil telefondakı “WhatsApp Buisnes” proqramı vasitəsilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək həmin iran nömrələri arasında danışıqların olması müəyyən edilmişdir. Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin hər birinin əməllərinin ayrı-ayrılıqda hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə və ya psixotrop maddəni qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə qeyd olunan cinayət əməllərinin bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətlərdə onları birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsidir və qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmir. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixotrop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 49-cu bəndinə əsasən heroin dövriyyəsi qadağan olunmuş narkotik vasitə; 2-ci hissəsinin 27-ci bəndinə əsasən metamfetamin dövriyyəsi məhdudlaşdırılmış psixotrop maddədir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” İ Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və İİ Siyahısının 67-ci bəndinə əsasən 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir (xx.xx.2023-cü il tarixinədək qüvvədə olan). Məhkəmə iş üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onların əməllərində cinayət tərkibi vardır və bununla da onların təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisələrinə münasibətdə təqsirləndirilən şəxslərin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər, cinayət əməllərini qəsdən törətmişlər və əməlləri başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bu mənada, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1 və 332.2.3-cü (bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını təkrarən pozma) maddələri; Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs2 əməllərində Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar himayəsində azyaşlı uşağının, habelə, atasının müharibə veteranı olması və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsidir. Təqsirləndirilən şəxslərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələr üçün əsaslar yoxdur və törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxslərin hər birinə qarşı ayrı-ayrılıqda irəli sürülmüş ittihamın əks olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə təqsirləndirilən şəxslərə törətdikləri əməllərin ictimai-təhlükəliliyini, şəxsiyyətlərini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara ittiham olunduqları Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və ya şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər hesab olunur. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1 və 132.1.4-cü maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Biləsuvar Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs1 əlində olan sellofan torbadan aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3275,0 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı 3274,8 qram, ümumi təmiz çəkisi 1437,0 qram metamfetaminin tədqiqatdan sonrakı 1436,9 qram qalığı məhv edilməli; cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş “Redmi” və “Corn” markalı, Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanmış “Samsung J-7” markalı mobil telefonlar müvafiq olaraq onların yaxın qohumlarına qaytarılmalıdır. Təqsirləndirilən şəxslərin hər biri barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün, onların məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğdə pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər, yəni hər birindən ayrı-ayrılıqda 32 (otuz iki) manat 50 (əlli) qəpik məbləğdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları ibtidai həbs müddətləri onların cəzaçəkmə müddətlərinə daxil edilməklə cəza çəkmələrinin əvvəli tutulduqları gündən, yəni 23 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğdə pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər, yəni hər birindən ayrı-ayrılıqda 32 (otuz iki) manat 50 (əlli) qəpik məbləğdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs1 əlində olan sellofan torbadan aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3275,0 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı 3274,8 qram, ümumi təmiz çəkisi 1437,0 qram metamfetaminin tədqiqatdan sonrakı 1436,9 qram qalığı məhv edilsin; cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş “Redmi” və “Corn” markalı, Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanmış “Samsung J-7” markalı mobil telefonlar müvafiq olaraq onların yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara hökmün surətləri verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-349/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-349/2024
04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver