Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-35/2022 21.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- Əhmədova Gülər Fəxrəddin qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqin şəxsin nümayəndəsi Qanuni nümayəndə, mülki iddiaçının nümayəndəsi Nümayəndə, müdafiəçilər- Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri, 5 saylı Vəkil bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1992-ci il tarixdə Füzuli rayonu, İşıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olmaqla Beyləqan rayonu Birinci Şahsevən kəndində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və, xx.xx.1988-ci il tarixdə Beyləqan rayonu Birinci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, orta təhsilli, Beyləqan rayonu Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.3.2-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən "xxxx" MMC-yə məxsus külli miqdarda əmlakı gizli olaraq talamaq üçün aralarında olan razılaşmaya əsasən həmin hüquqi şəxsin inzibati binasının gözətçisi işləyən Şahid2 onlara mane olmasının qarşısını almaq məqsədilə 12 dekabr 2020-ci il tarixdə, saat 21 radələrində Şahid2 yanına gələrək həmin axşam saat 22 radələrində sözü gedən inzibati binanın yaxınlığında yerləşən kafedə birlikdə çörək yeyib, araq içmələri barədə razılaşdıqdan sonra araq və yemək üçün ərzaq məhsulları alıb Qudrət Əliyevə verərək təyin olunmuş vaxtda yemək hazırlamasını ona tapşırıb oradan getmişlər, həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs1 aralarındakı rol bölgüsünə uyğun olaraq Şahid2lə görüşüb kafedə yemək yeyib spirtli içki qəbul etməklə sonuncunu zərərçəkmiş hüquqi şəxsin inzibati binasını mühafizə etməməsinə nail olmuş, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 zəng edərək Şahid2 "xxxx" MMC-nin inzibati binasının ətrafında olmadığına əmin olduqdan sonra Təqsirləndirilən şəxs2 yaşadığı evdən özü ilə seyfi qırmaq üçün dəmir ling, elektrik naqillərini kəsmək üçün kəlbətin götürüb, əl izlərinin qalmaması üçün əlinə əlcək geyinərək "xxxx" MMC-nin mərkəzi ofisinin arxa tərəfinə gəlib, söyüd ağacına çıxaraq oradan anbarın damına düşüb, anbarın damı ilə irəliləyib "xxxx" MMC-nin mərkəzi ofisinin damına keçərək, balaca nəfəslikdən daxil olaraq hüquqi şəxsin icraçı direktoru Nümayəndə qonaq otağına keçərək eyvana açılan qapını açıb təhlükəsizlik kameralarına düşməmək üçün ofisin xəzinə otağına gedən elektrik naqilini kəlbətin vasitəsilə kəsərək, xəzinə otağında olan “UPS”-in, yəni müvəqqəti elektrik qidalandırıcı aparatın siqnalının sönməsini gözlədikdən sonra hüquqi şəxsin xəzinə otağına keçib, "xxxx" MMC-nin inzibati binasınının 2-ci mərtəbəsində yerləşən saxlanc yeri olan dəmir seyfin qapısını ling vasitəsilə qıraraq açıb, oradan 85.185,81 manat, 2.856 manat ekvivalentində 1.680 ABŞ dollarını, 206,69 manat ekvivalentində 100 avronu, 116,50 manat ekvivalentində 5.000 rus rublunu götürüb ofisə daxil olduğu yerdən çıxaraq onu kafedə gözləyən Təqsirləndirilən şəxs1 yanına gedərək həmin puldan 41,111 manat və 1680 ABŞ dollarını, cəmi 43967 manat pul vəsaitini ona vermiş, qalan 5000 rus rublunu, 100 Avronu və 44075,5 manatı, cəmi 44398 manat pulu özünə götürməklə zərər çəkmiş şəxs "xxxx" MMC-yə məxsus manata ekvivalentləri nəzərə alınmaqla 88.365 manat külli miqdarda pulu oğurlamaqla gizli olaraq talamışdılar. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni külli miqdarda deyil, xeyli miqdarda özgə əmlakını oğurlamaqda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2008-ci ildən Beylaqan rayonu, Birinci Şahsevən kəndində yerləşən "xxxx" MMC-də mebel ustası kimi işləməyə başlamış, şirkətin ofisinin mərkəzi ofisinin inzibati binasında yerləşən bütün təhlükəsizlik kameralarının olduğu yeri bilmişdir. Kameraların dəqiq sayını bilməsə də əksər kameraları icraçı direktor Nümayəndə göstərişi ilə özü çəkmişdir. Bir müddət telefonunda həmin kameraların idarə edilməsi üçün proqram olmuş, daha sonra Nümayəndə göstərişi ilə həmin proqramı silmişdir. Həmçinin Nümayəndə göstərişi ilə "xxxx" MMC-nin 2-ci mərtəbəsində yerləşən sonuncunun xidməti otağındakı kameranı söndürmüşdür. Yəni həmin kamera orada olsa da və işığı yansada heç bir çəkiliş aparılmamışdır. "xxxx" MMC-nin mərkəzi ofisində hər gün günlük hesabat aparıldığını və həmin pulların 2-ci mərtəbədə yerləşən kassaya qoyulduğunu bilmişdir. 11 dekabr 2020-ci il tarixdə şirkətin kassasından oğurluq etməyi qərarlaşdırmış, lakin bu barədə heç kimə bir söz deməmişdir. 12 dekabr 2020-ci il tarixdə, saat 20 radələrində ofisin qarşısında dostu Təqsirləndirilən şəxs1 Qazel markalı yük avtomobilində oturub sonuncu ilə söhbət edərkən İlkin ona “gedək "xxxx"in mühafızaçisi Qüdrət kişi ilə söhbət edək, razılıq versə yemək yeyərək spirtli içki qəbul etmək istəyirəm” sözlərini demişdir. Bundan sonra Qüdrətlə görüşərək yeyib-içməyi təklif etmişlər, sonuncu razılaşdıqda marketdən araq, şampan və sosiska alaraq Qüdrətə vermişlər, sonuncu yeməyi hazırlamasına və saat 22:00-da ofisin yaxınlığında olan kafedə görüşmələrinə razılaşmışlar. Bundan sonra hərə öz evinə getmişdir. Saat 22 radələrində dəmir seyfin ağzını açmaq üçün uzunluğu 0,5 metr olan dəmir ling, kəlbətin və al-barmaq izləri düşməməsi üçün əlinə fəhlə əlcəyi taxmış və piyada gedərək ofisə çatmışdır. Orada ofisin arxasında yerləşən ambarla paralel şəkildə bitən söyüd ağaclarına çıxaraq ambarın damına düşmüş, oradan ofisin damına keçmiş, ofisin restoran hissəsindəki balaca nəfəsliyin yarım açıq olduğunu bilərək həmin tərəfə gedib nəfəsliyin yanındaki qarmağı itələmiş və nəfəslik tam açılmış, bu qayda ilə ofisin binasına daxil olmuşdur. Nümayəndə otağındakı kameranın işləmədiyini bilərək onun otağına keçmiş, həmin otaqdan balaca qapını açaraq eyvana daxil olmuş, orada divar ilə paralel şəkildə aşağı doğru gedən təhlükəsizlik kameralarının və kassaya gedən elektrik naqilini evdən götürdüyü kəlbətin ilə kəsmişdir. Bundan sonra Nümayəndə otağına qayıtmış və kassa olan otaqda “UPS” aparatının, yəni müvəqqəti elektrik qidalandırıcı aparatın siqnalının sönməsini gözləmiş, təxminən 4-5 dəqiqə ərzində “UPS” aparatı sönmüş, bundan sonra kameraların çəkmədiyini bilərək toplantı otağına daxil olmuşdur. Orada kassa olan otağın pul paylanılması üçün nəzərdə tutulan balaca açıq hissədən kassa otağına daxil olmuş, sonra öz ilə evdən gətirdiyi dəmir linglə kassanın qapısını qıraraq açmışdır. Qaranlıq olduğu üçün kassanın içərisində konkret olaraq nə qədər pul olduğunu görə bilməmişdir. Bundan sonra həmin otaqda yerdə olan sellefon paketlərdən birini götürmüş, rezinlə bağlanmış pulları götürüb sellefon paketə yığmışdır. Daha bir sellefon paket götürüb həmin pul olan sellefon paketi onun içərisinə qoymuşdur ki, həmin paket cırılmasın. Bundan sonra gəldiyi yolla ofisdən çıxıb getmişdir. Lakin konkret olaraq hansı miqdarda pul aparmasını bilməmişdir, belə ki pulu saymamışdır. Bundan sonra İlkinin yanına kafeyə getmiş, çatdıqda sonuncunun Qazel maşınının qapısını yoxladıqda açıq olduğunu görərək götürdüyü pulları selofanda sərnişin oturacağının altına qoymuşdur. Bundan sonra İlkinlə Qüdrət kişinin yanına gedərək yemək yeyərək spirtli içki qəbul etmişdir. Təxminən bir saat sonra kafedən çıxmışlar. Qüdrət orada qalmış, o isə İlkinlə çıxıb sonuncunun evinin qarşısına getmişlər. Orada maşından düşdükdə İlkinə bildirmiş ki, maşında pul var götürüb özündə saxlasın, sonra pulu ondan götürəcəkdir. İlkin pulu özü ilə evə aparmışdır. Səhəri gün Oqtay ona zəng vuraraq təcili ofisə çağırmış, ofisə gedəndə orada artıq polis əməkdaşarının olmasını görmüşdür. Bundan sonra onun törətdiyi əməl ifşa olunmuşdur. Təqsirləndirilən şəxs2 ifadəsinə davam edərək bildirmişdir ki, ofisdən oğurladığı pulu saymasada təqribən 45.000 manat olmuşdur, əməlindən peşimandır, oğurlanan məbləğ tam qaytarılmışdır, buna görə də mülki iddianın təmin edilməməsini, məhkəmədən ədələtli qərar çıxarılmasını xahiş edir. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni oğurluq əməlində deyil, oğurlanmış əmlakı gizlətməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 kənd sakini kimi tanımış, sonuncu uzun müddətdir ki, Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən "xxxx" MMC-nin mərkəzi ofisində işləyir, kamera sistemlərinə nəzarət etmişdir. Hadisədən bir neçə ay əvvəl Təqsirləndirilən şəxs2 ona söhbətlərinin birində demişdir ki, "xxxx" MMC-nin kassasına hər gün xeyli pul daxil olur”. Lakin o, bu sözlərinə fikir verməmişdir. 12 dekabr 2020-ci il tarixdə, saat 20 radələrində "xxxx" MMC-nin mərkəzi ofisinin qarşısında özünə məxsus Qazel markalı yük avtomobilində Vaqiflə söhbət edərkən söhbət əsnasında sonuncuya “gedək "xxxx"in mühafizəçisi Qüdrət kişi ilə söhbət edək, razılıq versə yemək yeyərək spirtli içki qəbul etmək istəyirəm” sözlərini demişdir. Bundan sonra Vaqiflə birlikdə avtomobildən düşüb Qüdrətin yanına getmişlər, sonuncuya fikirlərini bildirərək axşam spirtli içki qəbul etmək istədiklərini demişdir. Qüdrət onlarla razılaşmış, bundan sonra marketdən araq, şampan şərabı, çörək və sosiska alıb Qüdrətə verərək 22:00-da görüşmələrinə razılaşmışlar. Daha sonra hərə öz evinə getmiş, saat 22 radələrində Qazel avtomobili ilə Qüdrətlə görüşərək "xxxx"in mərkəzi ofisinin qarşısındakı kafedə yemək yeyərək spirtli içki qəbul etməyə başlamışdır. Saat 23:30 radələrində Vaqif onların yanına gəlmişdir. Təxminən saat 01 radələrində Qüdrətlə sağollaşıb ayrılmış və Vaqiflə birlikdə Qazel markalı avtomobillə evə tərəf getmişlər. Avtomobili evlərinin həyətinə salmış, həmin vaxt Vaqif ona avtomobildə oturacağın altında pul olduğunu, onu götürüb gizlətməsini, sonra ona verməsini, həmin pulu Mandarin şirkətindən oğurladığını bildirmişdir. Vaqifə öz iradını bildirmişdir. Bundan sonra Vaqif çıxıb getmişdir. O, isə avtomobildən oturacağın altında sellofan paketin olduğunu görmüşdür. Açıb baxanda bir topa pul olduğunu görmüş, həmin pulları yenidən sellfon paketə yığıb evə daxil olmuş, ikinci mərtəbəyə çıxıb, döşəmənin taxtasını çıxarıb orada gizlətmişdir. Səhəri gün polis əməkdaşları gələrək onu sorğu-sual edən zaman həmin pulları təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində göstərmişdir ki, Vaqifin Mandarin şirkətindən oğurluq etməsi barədə əvvəlcədən məlumatı olmamışdır, sonradan artıq Vaqif pulu gizlətməsini deyəndə bildirmişdir. Oğurluq hadisəsində iştirak etməmişdir. Vaqifin ona verdiyi pulun üzərindən hər hansı məbləğ götürməmişdir, hesab edir ki, oğurlanan pul elə ondan aşkar olunan məbləğdə olmuşdur. Əməlinin daha yüngül cinayətə tövsif edilməsini xahiş edir. Həmçinin, oğurlanan məbləğin tam qaytarıldığını, buna görə də mülki iddianın təmin edilməməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş mülki iddiaçının nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdə yaradılmış və mərkəzi ofisi Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən "xxxx" MMC-nin icraçı direktoru vəzifəsində işləyir, şirkət Füzuli və Beyləqan rayonlarında fəaliyət göstərir, Təqsirləndirilən şəxs2 şirkətin işçisidir, sonuncu mərkəzi ofisində və eləcədə bütün mağazalarda olan kamera sistemindən və elektrik şəbəkəsindən xəbəri olmuşdur. Təqsirləndirilən şəxs2 etibarlı adam kimi tanıdığı üçün şirkətdə tikinti işləri üzrə icraçısı götürmək və xidməti avtomobil vermək istəmişdir. 12 dekabr 2020-ci il tarixdə saat 17 radələrində "xxxx" MMC-nin mərkəzi ofisində işçilərə kimin işi qutarıbsa evə getməsini bildirmiş, özü də dincəlmək üçün evə getmişdir. 13 dekabr 2020-ci il tarixdə saat 08 radələrində şirkətin mərkəzi ofisinin 100 metr yaxınlığında yerləşən şirkətə məxsus marketin müdiri Samir Əmirliyə zəng edərək elektron sistemdə problem olduğunu bildirmişdir. Dərhal avtomobillə ofisə gelmiş, seyf olan otağa keçmiş və elektrik gəlmədiyini görmüş, sonra eletriki bərpa etmiş və sistem işə düşmüşdür. Otaqda qeyri-adi bir şey görməmiş, seyf olan otaqdan çıxmış və qapını açarla bağlamışdır. Siqaret çəkmək üçün eyvana çıxmış, elektrikin nə üçün kəsildiyini fikirləşən zaman hər ehtimala qarşı sol tərəfə, divar ilə paralel gedən elektrik naqillərinə baxmışdır. Seyf otağına gedən sistem üçün çəkilmiş xüsusi elektrik naqilinin kəsilmiş vəziyyətdə olduğunu görmüşdür. Həmin naqilin üzərindəki rezin hissə əvvəlcə soyularaq “plyus” xətti kəsilmişdir. Əgər həmin naqil bütövlükdə kəsilmiş olsaydı, generator işə düşərdi. Həmin dəqiqə kiminsə seyfə müdaxilə etdiyini başa düşmüşdür. Ona görə də yenidən seyf otağının qapısını açıb ora daxil olmuş, seyfin qapısının əyilib açıldığını görmüş, lakin seyfin içərisinə baxmamışdır. Dərhal xəzinədar Şahid1 zəng etmiş və ona kassa yarıldığını və təcili ofisə gəlməsini demişdir. Həmçinin Təqsirləndirilən şəxs2 zəng etmiş və ona ofisə gəlməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 nə baş verdiyini soruşduqda, ona yenə də təcili gəlməsini onunla işinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 yenə də təkid etdiyi üçün ona kassanın yarıldığını demişdir. Bu zaman Təqsirləndirilən şəxs2 soyuqqanlı və həyacansız ona gəldiyini bildirmişdir. Onun soyuqqanlı danışığından və həmin naqilin ustalıqda kəsilməsindən hadisəni Təqsirləndirilən şəxs2 törətməsindən şübhələnmişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs2 ofisə gəlmiş, onu hər ehtimala qarşı kameralara baxması üçün öz otağına keçirtmişdir. Polis şöbəsinə məlumat vermiş, bir neçə dəqiqə sonra polis əməkdaşları ofisə gəlmiş, aparılan araşdırma zamanı cinayətin Vaqif və sonuncunun dostu Təqsirləndirilən şəxs1 tərəfindən baş verməsi məlum olmuşdur. Kassada təxminən 89.000 manat pul vəsaiti olmuş, oğurluqdan sonra isə təqribən 600-700 manat qalmışdır. Sonradan araşdırma ilə məlum olmuşdur ki, Vaqif və İlkin seyfdən 88.365 manat oğurlamışlar. Polis əməkdaşları İlkinin evindən 41.111 manat və 1.680 ABŞ dolları aşkar edərək ona qaytarmışlar. Məhkəmədən verdiyi mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2015-ci ildən hazıradək Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən "xxxx" MMC-nin xəzinədarı işləyir. Təqsirləndirilən şəxs2 şirkətin mərkəzi ofisində işləyirmiş, kamera sistemlərinə nəzarət edirdi. 11 dekabr 2020-ci il tarixdə maliyyə əməliyyatları nəticəsində kassaya 47.872,661 manat pul daxil olmuş, 14.752,134 manat pul kassadan çıxmış, kassada gün sonu 116.174,116 manat pul qalmışdır. 12 dekabr 2020-ci il tarixdə kassada 116.174,116 pul olmuş, kassaya 666,927 pul daxil olmuş, 27.681,043 manat pul məxaric olmuş, kassada isə cəmi 89.160 manat pul qalmışdır. Həmin gün saat 17 radələrində şirkətin direktoru Nümayəndə iştirakı ilə kassada olan pul sayılmış, 89.160 manat olması bir daha müəyyən edilmişdir. Həmin puldan 1680 ABŞ dolları, 100 Avro, 5000 rubl, digər hissəsi manatdan ibarət olmuşdur. Səhəri gün, 13 dekabr 2020-ci il tarixdə Nümayəndə zəng edərək kassasının yarıldığını bildirib ofisinə çağırmış, dərhal ofisə gəlmiş və kassanın yarıldığını görmüşdür. Bir qədər sonra isə Təqsirləndirilən şəxs2 ofisə gəlmiş, Nümayəndə göstərişi ilə Təqsirləndirilən şəxs2 kameralara baxmışdır. Lakin Nümayəndə ona göstəriş verərək Təqsirləndirilən şəxs2 izləməyi tapşırmışdır. Təqsirləndirilən şəxs2 izləməyə başlamışdır ki, o videoçəklişləri silməsin. Bir qədər sonra polis əməkdaşları ofisə gəlmiş, sorğu-sual etdikdən sonra Təqsirləndirilən şəxs2 götürüb şöbəyə aparmışdır. Sonradan oğurluq hadisəsini Təqsirləndirilən şəxs2 törətdiyini bilmişlər. 12 dekabr 2020-ci il tarixdə gün sonunda kassada 89.160 manat pul olmuşdur, hadisə zamanı 88.365 manat pul oğurlanmış, 795 manat pul isə kassada qalmışdır. Kassada qalan pul isə qəpiklər və 1 manatlıqdan ibarət olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2013-cü ildən hazıradək Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində yerləşən "xxxx" MMC-də mühafizəçi işləyir. Təqsirləndirilən şəxs2 iş yoldaşı kimi tanyır, sonuncu şirkətdə texniki işlərə, kamera sisteminə nəzarət edir. İlkinin isə Mandarin şirkətinin yaxınlığında sexi vardır, qapı və pəncərə düzəldir. 12 dekabr 2012-ci il tarixdə axşam saatlarında İlkin ilə Vaqif gələrək ona yeyib-içmək istədiklərini bildirmiş, onlara razılıq verdikdən sonra İlkin və Vaqif Mandarin marketdən araq və sosiska alıb ona vermiş və saat 22:00-da gələcəklərini bildirmişlər. İlkin ona atasına şirə köçürüb qayıdacağını bildirmişdir. Axşam saat 11-ə işləmiş İlkin gəlmiş, Vaqif onun yanında olmamışdır. Vaqifin harada olmasını soruşmuş və zəng edib onu çağırmasını demişdir. İlkin ona Vaqifin malın yerini təmizlədiyini, bir qədər sonra gələcəyini demişdir. Bundan sonra yemək yeyərək araq içmişlər. Həmin vaxt İlkin bir neçə dəfə Vaqiflə telefonla danışmışdır. Sonra gecə saat 12 olardı Vaqif gələrək onlarla araq içmiş, saat 01:00-da kafedən çıxmışlar. O, öz iş yerinə, İlkin Vaqif isə evə getmişlər. İlkin ilə bir dəfə 3-4 il bundan qabaq təsadüfən kafedə uturub pivə içmiş, arada onun sexinə də nəzarət etmiş, İlkin əvəzində ona siqaret alırmış. Səhəri gün ona məlum olmuşdur ki, Vaqif və İlkin Mandarin şirkətinin seyfindən pul oğurlamalarına görə polis tərəfindən saxlanılmışlar. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 atası Şahid5 oğluna qarşı ifadə verməkdən imtina etmiş, bu səbəbdən də onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, Təqsirləndirilən şəxs1 atasıdır. Təqsirləndirilən şəxs2 kənd sakini kimi tanımış, onunla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Oğlu İlkinin "xxxx" MMC-nin inzibati binasının qarşısında qapı-pəncərə sexi olmuşdur. Oğlu İlkin bəzi hallarda plastik qapı-pəncərələrini obyektinin qarşısına qoyur, "xxxx" şirkətinin gözətçisi Şahid2 həmçinin İlkinin obyektinə və mallarına nəzarət edir. O, oğlu İlkinə bir neçə dəfə demişdir ki, obyketinə nəzarət etdiyi üçün Şahid2 azda olsa məvacib versin. Lakin oğlu İlkin Şahid2 ondan pul götürmədiyini, aradabir sonuncuya qonaqlıq verdiyini bildirmişdir. 12 dekabr 2020-ci il tarixdə axşam saatlarında İlkinin evə gəlmədiyini görüb sonuncunun istifadəsində olan mobil telefona zəng vurmuş və harada olduğunu soruşmuş, oğlu Qüdrətlə yemək yediyini bildirmişdir. İlkinin gec gəldiyini görüb yatmışdır. 13 dekabr 2020-ci il tarixdə günorta saatlarında İlkinə zəng gəldiyi üçün çıxıb getmiş, bir müddət sonra polis əməkdaşları ilə birlikdə evə qayıtmış, evə baxış keçirilən zaman ikinci mərtəbədə döşəmənin altından pul aşkar olunaraq polis tərəfindən götürülmüşdür. Sonradan ona məlum olmuşdur ki, Vaqif işlədiyi "xxxx" şirkətinin seyfindən pul oğurlayaraq saxlaması üçün İlkinə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun doğma oğludur. Vaqif uzun müddətdir ki, həmkəndlisi Seymura məxsus olan "xxxx" şirkətində işləyir. 12 dekabr 2020-ci il tarixdə Füzuli rayonu, Horadiz kəndində yaşayan bacısı Lətifənin oğlu şəhid Vüqar Zamanovun 40 mərasimi üçün hazırlığa kömək etmək məqsədilə orada olmuşdur. Həmin gün orada qalmışdır. 13 dekabr 2020-ci il tarixdə yasda olan zaman oğlu Tofiq ona zəng edərək evə polis əməkdaşlarının gəldiyini demişdir. Bundan sonra o, Füzulidən qalxmış və Beyləqan rayonundakı evinə gəlmişdir. Evə çatdıqdan sonra polis əməkdaşları ona bildirmişdilər ki, "xxxx" şirkətinin mərkəzi ofisindən oğurluq hadisəsi olub və onun oğlu Vaqif həmin cinayəti törətməkdə şübhəlidir. Ondan razılıq ərizəsi alıb Vaqifin oğurluq zamanı istifadə etdiyi dəmir ling, kəlbətini saxladığı evin həyətində yerləşən əl damına baxış keçirmişlər. Yalnız bundan sonra hadisədən məlumatı olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 13 dekabr 2020-ci il tarixli “baxış aparılması” haqqında protokolundan görünür ki, oğurluq hadisəsi Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən "xxxx" MMC-nin inzibati binasında baş vermişdir. İş materiallarında olan 13 dekabr 2020-ci il tarixli “baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən evin ikinci mərtəbəsindəki otağın döşəməsinə vurulmuş taxtaların altından bir ədəd selofanda olan ümumilikdə talanmış 41.000 manat və 1.680 ABŞ dolları aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 14 dekabr 2020-ci il tarixli “baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən evinin qarşısındakı tikilidən onun oğurluq əməlində istifadə etdiyi bir ədəd dəmir ling və bir ədəd kəlbətin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan «telefon danışıqlarına baxış keçirilməsi haqqında» 22 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**- ** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında çoxsaylı telefon danışıqları aparılmış, o cümlədən, hadisə günü 12 dekabr 2020-ci il tarixədə saat 10:39-da 24 saniyə, saat 18:39-da 30 saniyə, saat 22:10-da 18 saniyə, saat 22:27-də 24 saniyə və hadisədən sonrakı gün, yəni 13 dekabr 2020-ci il tarixədə saat 10:57-də 35 saniyə, saat 12:18-də isə 76 saniyə danışıqları aparılmışdır. İş materiallarında olan 18 dekabr 2020-ci il tarixdə çap edilmiş "xxxx" MMC-nin «kassa hərəkəti raportu»ndan görünür ki, 12 dekabr 2020-ci il tarixdə cəmiyyətin kassasına məxaric və mədaxil edilmiş məbləğlərin cəmi 89.160 manat təşkil etmişdir. İş materiallarında olan 27 iyul 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, "xxxx" MMC-nin “kassa hərəkət raportu” üzrə hesablamalar düzgün aparılmış və 12 dekabr 2020-ci il tarixdə raport üzrə kassada həqiqətən 89.160 manat olmuşdur. İş materiallarında olan “Beyləqan rayon mərkəzi xəstəxanası” X2 daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xəstəxananın psixoloji və narkoloji dispanser qeydiyyatında yoxdurlar. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergiulkər İdarəsinin 18 avqust 2021-ci il tarixli **********654900 saylı məktubundan görünür ki, "xxxx" Məhdud Məssuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınıb. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi saytından olan çıxarışdan görünür ki, 12 dekabr 2020-ci il tarixdə 1 Rus rublunun Azərbaycan manatına ekvavalenti 0,023 manat, 1 Avronun Azərbaycan manatına ekvavalenti 2,06 manat, 1 ABŞ dollarının Azərbaycan manatına ekvavalenti 1,70 manat olmuşdur. İş materiallarında olan 13 dekabr 2020-ci il tarixli protokolla Təqsirləndirilən şəxs1 həmin gün şübhəli şəxs qismində tutulmuş, 15 dekabr 2020-ci il tarixli qərarala o, həmin gün azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs olunmasının əvvəli həmin gündən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 13 dekabr 2020-ci il tarixli protokolla Təqsirləndirilən şəxs2 həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin 15 dekabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs olunmanın əvvəli 13 dekabr 2020-ci ildən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər əvvəllər məhkum olmamışdılar. İş materiallarında olan yaşayış yerindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Beyləqan rayonu, Birinci Şahsevən kəndində ailəsi ilə birlikdə yaşayır, himayəsində iki azyaşlı övladı vardır, yaşayış yeri üzrə barəsində hər hansı bir şikayət və ərizə daxil olmaması göstərilməklə müsbət xarakterizə olunur. İş materiallarında olan yaşayış yerindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Beyləqan rayonu, Birinci Şahsevən kəndində ailəsi ilə birlikdə yaşayır, himayəsində üç azyaşlı övladı vardır, yaşayış yeri üzrə barəsində hər hansı bir şikayət və ərizə daxil olmaması göstərilməklə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onlar tərəfindən törədilmişdir, bu cinayətə görə ittiham verildiyi CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidirlər və təqsirli olmaları kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “oğurladığı pul vəsaitinin 45.000 manat olması, İlkinin oğurluq barəsində xəbəri olmaması”, həmçinin Təqsirləndirilən şəxs1 ifadəsinə də tənqidi yanaşaraq “əvvəlcədən Vaqifin Mandarin şirkətindən pul oğurlamaq barədə məlumatı olmaması” hissələrini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özlərini müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər həqiqətən də külli miqdarda özgə əmlakını talamışlar. Məhkəmə, onların ifadəsində göstərdiyi bu xüsusatları onlara cəza təyin edilməməsinə, habelə təyin ediləsi olduğu hala daha yüngül cəza təyin edilməsi, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli CM-in 177.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından təqsirləndirilən şəxslərin əməli qanuna müvafiq cəzalandırılmalıdır. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə CM-in 62-ci və ya 70ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə düzgün ittiham verilmişdir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına əsasən talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn,şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 bilavasitə oğurluq zamanı "xxxx" MMC-nin binasına daxil olmasa belə, Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən bir qrup şəxs halında razılaşaraq aralarındakı rolların bölgüsünə əsasən şirkətin mühafizəçisini spirtli yemək və içkiyə dəvət edərək onun sərxoş olmasına, həmçinin şirkətin mühafizəsinin aparılmamasına nail olduqdan sonra Təqsirləndirilən şəxs2 cəmiyyətin binasına daxil olaraq oğurluq etmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 cinayətin törədilməsində CM-in 32.2-ci maddəsinə əsasən birgə icraçı hesab edilməlidir. Həmçinin məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxsin-mülki iddiaçının ("xxxx" MMC-nin) nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxslərə qarşı verdiyi "xxxx" MMC-yə vurulmuş 45.280 manat maddi ziyan və itirilmiş fayda 21,734 manat olmaqla, cəmi 67014 manat məbləğində mülki iddia vermişdir. CPM-in 181-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş gəlirin ödənilməsini tələb edə bilər. CPM-in 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsini əks etdirir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırib qiymətləndirərək hesab edir ki, verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) tərəfindən zərərçəkmiş hüquqi şəxsə məxsus 88.365 manat talanmış, sonradan həmin məbləğin 43.967 manatı ödənilmişdir. Lakin itirilmiş faydanı sübut edən hər hansı bir dəlil, sənəd təqdim edilməmişdir. Odur ki, mülki iddia qismən təmin edilərək "xxxx" MMC-yə vurulmuş maddi ziyan hissədə mülki cavabdehlər (təqsirləndirilən şəxslər) Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 44398 manat, yəni hər birindən 22.199 (iyirmi iki min) 199 (yüz doğsan doqquz) manat pul vəsaiti tutulub mülki iddiaçı-"xxxx" MMC-nin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağının olması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxslər törətdiyi əmələ görə CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Cəza verilərkən yuxarıda qeyd olunan cəzanı yünnügləşdirən hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün təqsirləndirilən şəxslər ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Beyləqan rayon polis şöbəsində saxlanılan, oğurluq hadisəsi zamanı Təqsirləndirilən şəxs2 tərəfindən istifadə olunan bir ədəd dəmir ling və bir ədəd kəlbətin məhv edilməli, Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməsinin videoçəkilişini əks etdirən bir ədəd CD, həmçinin təqsirləndirilən şəxslərin telefon danışıqlarını özündə əks etdirən bir ədəd CD disk cinayət işi materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs1 evinə baxış keçirilən zaman götürülmüş 41,111 manat və 1680 ABŞ dolları məbləğində pul vəsaitinin zərərçəkmiş şəxs "xxxx" MMC-də icraçı direktoru Nümayəndə təhvil verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 13 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 13 dekabr 2020-ci ildən 15 dekabr 2020-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 dekabr 2020-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 13 dekabr 2020-ci ildən 15 dekabr 2020-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2021-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə zərərçəkmiş hüquqi şəxsin-mülki iddiaçı ("xxxx" MMC-nin) nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxslərdə qarşı verdiyi "xxxx" MMC-yə vurulmuş 45.280 manat maddi ziyan və itirilmiş fayda 21734 manat olmaqla, cəmi 67014 manat məbləğində mülki iddia qismən təmin edilsin. Həmin mülki iddia "xxxx" MMC-yə vurulmuş maddi ziyan hissədə mülki cavabdehlər (təqsirləndirilən şəxslər) Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 44,398 manat, yəni hər birindən 22.199 (iyirmi iki min) 199 (yüz doğsan doqquz) manat pul vəsaiti tutulub mülki iddiaçı-"xxxx" MMC-nin bank hesabına köçürülsün. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə maddi sübut kimi tanınmış: - Beyləqan rayon polis şöbəsində saxlanılan, oğurluq hadisəsi zamanı Təqsirləndirilən şəxs2 tərəfindən istifadə olunan bir ədəd dəmir ling və bir ədəd kəlbətin məhv edilsin, - Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməsinin videoçəkilişini əks etdirən bir ədəd CD, həmçinin təqsirləndirilən şəxslərin telefon danışıqlarını özündə əks etdirən bir ədəd CD disk cinayət işi materiallarında saxlanılsın, - Təqsirləndirilən şəxs1 evinə baxış keçirilən zaman götürülmüş 41,111 manat və 1680 ABŞ dolları məbləğində pul vəsaitinin zərərçəkmiş şəxs "xxxx" MMC-də icraçı direktoru Nümayəndə təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-35/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-35/2022
21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver