Məhkəmə qərarları › İş №1(099)-35/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-35/2025

13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-35/2025 13.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Süleymanov Elxan Xasay oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclas katibi- X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X3, müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1996-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri, xx.xx.1997-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azadlığa buraxılmış, məhkumluğu ödənilməmiş, işsiz, Salyan şəhəri, X.R.Ulutürk küçəsi ev 55-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.1979-cu ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəl məhkum olunmuş, ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edilməsi, saxlanması, daşınması məqsədilə şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 24 yanvar 2024-cü il tarixdə, axşam saatlarında cinayətdən xəbərsiz olan taksi sürücüsü X1 idarə etdiyi “Toyota Prius” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu Ələt-Astara yolunun 102-ci kilometrliyinə gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən düşmüş, Təqsirləndirilən şəxs3 isə taksi sürücüsünün onların psixotrop maddə əldə etmək üçün gəldmələrini gizlətmək məqsədilə avtomobili irəli hərəkət etdirmiş, Təqsirləndirilən şəxs1 “102” yol nişanının yanından qrupun üzvü tərəfindən gizlədilmiş külli miqdarda, cəmi 303,853 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə, qanunsuz olaraq əldə edib daşıyaraq saxlanılması üçün Təqsirləndirilən şəxs2 vermiş və bir müddət sonra onların yanına qayıtmış həmin avtomobilə əyləşərək Salyan rayonu istiqamətində hərəkətdə olarkən Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 24 yanvar 2024-cü il tarixdə saat 20:10 radələrində Biləsuvar rayonu, Ələt-Astara yolunun 100-cü kilometrliyində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra “Toyota Prius” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 tərəfindən həmin avtomobilin sağ qabaq oturacağın üzərinə qoyulmuş, üzəri yapışqan lentlə bir-birinə bağlanmış qara və şəffaf rəngli iki ədəd bükümdə ayrı-ayrılqda təmiz çəkiləri 257,336 qram və 46,517 qram olmaqla, ümumi təmiz çəkisi 303,853 qram olan ağ kristallardan ibarət külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, yəni 7,97 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, daxil olmuş məlumat əsasında Salyan rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 30 noyabr 2023-cü il tarixdə saat 17:30 radələrində Salyan rayon avtovağzalının yaxınlığında piyada hərəkətdə olan zaman şübhəli şəxs kimi saxlanılaraq Salyan RPŞ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 7,97 qram olan xeyli miqdarda çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü verilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 yanvar 2024-cü il tarixdə bir nəfər şəxs İran İslam Respublikasının mobil operatorlarına məxsus olan mobil nömrədən istifadəsində olan mobil nömrəyə “WhatsApp” vasitəsi ilə mesaj yazaraq “bala işləmək istəyirsən” sözünü demişdir. Adını bilmədiyi şəxslə yazışmış, həmin şəxs ona narkotik vasitə göndərməsini təklif etmiş, o da imtina edərək həmin nomrəni bloka atmışdır. Həmin iranlı şəxsi bir neçə dəfə telefonunda bloka atsa da o başqa nömrələrdən ona yazmışdır. Həmin şəxs ona yenidən yazaraq 15 qram heroin və 15 qram metamfetamin göndərəcəyini, pulunu hissə-hissə ona göndərməyini demiş, o da narkotik vasitədən istifadə etdiyi üçün razılaşmışdır. İranlı ona narkotik vasitəsinin qoyduğu konumunu və şəklini göndərmişdir. O tanışı Ceyhuna onunla getməyi təklif etmiş, lakin Ceyhuna narkotik vasitə götürəcəyi barədə heç nə deməmiş, ona tanışından pul alacağını, onunla gedəcəyi təqdirdə ona da pul verəcəyini demişdir. Həmçinin, tanışı Sərxana onunla getməsini xahiş etmiş, Sərxana da 2-3 qram heroin verəcəyini demişdir. 24 yanvar 2024-cü il tarixdə təxminən saat 19 radələrində taksi sifariş vermiş, avtombildə Sərxan qabaq oturacaqda o, və Ceyhun arxa oturacaqlarda əyləşmişlər. Salyan rayonuna çatmış, iranlının göndərdiyi yerdə bağlamanı götürüb avtomobilə qoyduqdan sonra polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları onları Biləsuvar rayon polis şöbəsinə aparmışlar. Salyan rayonundan götürdükləri bağlama balaca, az çəkidə olmuşdur, lakin polis şöbəsində baxış zamanı bağlamanın böyük olduğunu görmüşdür. Polis əməkdaşları onu döydükləri və təzyiqlər etdikləri üçün, həmçinin 2-3 günə buraxacaqlarını dedikləri üçün videoçəkiliş zamanı bağlamanın ona məxsus olmasını demişdir Əslində isə o, 15 qram heroin və 15 qram metamfetamin götürmüş, onun metamfetamin psixotrop maddəsindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs3 bu işə heç bir aidiyyəti yoxdur, Sərxana isə 2-3 qram heroin verəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs1 bundan başqa ifadəsində göstərmişdir ki, 29 noyabr 2023-cü il tarixdə Salyan şəhərindən keçən Kür çayının kənarında yerdə 01 ədəd kibrit qutusunda “nəşə” kimi tanıdığı narkotik vasitə marixuana tapmışdır. Həmin marixuanadan az miqdarda istifadə etmiş, qalanını isə üzərində saxlamışdır. 30 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində o, Salyan şəhəri Avtovağzal ərazisinin yaxınlığında piyada hərəkət edərkən polis əməkdaşları onu saxlayaraq üzərində olan 1 kibrit qutusunda olan nəşəni aşkar etmişlər və o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqa cəlb olunmuşdur. Lakin, sonrakı məhkəmə iclasında Təqsirləndirilən şəxs1 30 noyabr 2023-cü il tarixdə saxlanılarkən üzərində narkotik vasitə olmadığını, Salyan rayon polis şöbəsində polis əməkdaşları tərəfindən üzərinə qurudulmuş marixuana qoyularaq məsuliyyətə cəlb ediləsini bildirmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, 20 yanvar 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində “patı-kola” adlı profilin olmasını görüb həmin profilin istifadəçisinə mobil telefon nömrəsini göndərmişdir. Bundan sonra İran İslam Respublikasının mobil operatorlarına məxsus nömrədən ona “WhatsApp” vasitəsi ilə zəng gəlmiş, ona narkotik təklif edilmiş, lakin o, imtina etmiş. Bundan sonra digər İran nömrəsindən zəng gələrək adını deməyən şəxs ona təklif etmişdir ki, Salyan rayonu ərazisində “Yolüstü” restoranının yaxınlığına 15 qram kakos yəni narkotik vasitə heroin və 15 qram patı yəni psixotrop maddə metamfetamin göndərəcəkdir, həmin narkotik vasitəni götürüb istifadə etsin, 2-3 günə bunun qarşılığında onun bank kartına 500 manat pul göndərsin. O da həmin şəxsin bu təklifi ilə razılaşmışdır. Lakin, həmin maddələri tək əldə etməyə qorxduğu üçün 24 yanvar 2024-cü il tarixdə saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs3 zəng edərək sonuncunun yaşadığı evə getmişdir. Ceyhuna İran vətəndaşı olan adını bilmədiyi şəxsin Salyan rayonu ərazisində “Yolüstü” restoranının yaxınlığına içərisində narkotik vasitə və psixotrop maddə olan bağlama göndərdiyini, lakin bağlamanı əldə etmək üçün tək getməyə qorxduğunu bildirmişdir. Buna görə də Ceyhundan qeyd etdiyi narkotik vasitə və psixotrop maddəni əldə etmək üçün onunla birlikdə yoldaş kimi getməsini xahiş etmiş, bunun qarşılığında istifadə etmək üçün 5-6 qram narkotik vasitə və psixotrop maddə verməyi təklif etmişdir. Ceyhun da narkotik vasitə istifadəçisi olduğuna görə onun bu təklifi ilə razılaşmışdır. Bundan sonra Ceyhunun evində olan zaman digər tanışı Təqsirləndirilən şəxs2 zəng edərək Ceyhunun evinə gəlməsini istəmiş, Sərxan Ceyhunun evinə gəldikdən sonra Ceyhunla birlikdə ona Salyan rayonu ərazisində “Yolüstü” restoranının yaxınlığına içərisində narkotik vasitə və psixotrop maddə olan bağlama göndərdiyini bildirmiş və gedib bağlamanı götürməkdə köməklik göstərməsi qarşılığında 5-6 qram narkotik vasitə və psixotrop maddə verməyi təklif etmişdir. Sərxan da Ceyhun kimi mütəmadi olarq narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğu üçün onun bu təklifi ilə razılaşmışdır. Həmin gün, yəni 24 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Ceyhun və Sərxanla birlikdə taksi ilə yola çıxmışlar. Biləsuvar rayonu istiqamətində hərəkətdə olan zaman İranlı ona fotoşəkil göndərmiş, həmin fotoşəkilə baxan zaman içərisində narkotik vasitə və psixotrop maddənin olduğu bağlamanın yolun kənarında 102 yol nişanının altına gizlədilməsini görmüşdür. Buna görə də həmin yol nişanının yanına çatan zaman Əsəd Abdullayevdən avtomobili saxlamasını istəmişlər və orada bir tanışları ilə görüşəcəklərini bildirmişdir. Əsəd də onun bu sözünə görə avtomobili saxlamışdır. O və Təqsirləndirilən şəxs2 avtomobildən düşərək bağlamanı götürmək üçün getmiş, Ceyhun isə Əsədin onlardan şübhələnməməsi üçün avtomobili bir qədər irəli hərəkət etdirməsini istəmişdir. Təqsirləndirilən şəxs2 102 yol nişanının yanında gizlədilmiş içərisində narkotik vasitə və psixotrop maddənin olduğu bağlamanı götürüb gödəkçəsinin cibinə qoymuşdur. Bir neçə dəqiqə sonra Əsəd Abdullayev idarə etdiyi avtomobillə onların yanına qayıtmışdır. Sərxan yenidən həmin avtomobilin sağ qabaq oturacağında, o isə avtomobilin arxa oturacağında Təqsirləndirilən şəxs3 yanında əyləşmişdir. Geri qayıdarkən polis əməkdaşları onları saxlayaraq Biləsuvar rayon polis şöbəsinə aparmışlar. Orada avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin sağ qabaq oturacağının üzərindən bir ədəd bağlama aşkar edilmişdir. Həmin bağlama açılıb baxıldıqda içərisində bir ədəd qara, bir ədəd şəffaf rəngli bükülü olması müəyyən edilmişdir. Həmin bükülülər açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Qara rəngli bükülü elektron tərəzidə çəkildikdə 270 qram, şəffaf rəngli sellofan bükülü çəkildikdə 50 qram olması müəyyənləşdirilmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tanıyır. 24 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 ona “WhatsApp” proqramı vasitəsilə yazayarq Təqsirləndirilən şəxs3 evində olmasını bildirmiş və həmin evə gəlməsini istəmiş, o da Ceyhunun yaşadığı evə getmişdir. Ceyhunun evində olarkən Təqsirləndirilən şəxs1 ona bir yerə gedəcəklərini, bir iranlının ona 15 qram narkotik vasitə heroin və 15 qram psixotrop maddə metamfetamin olan bağlama göndərdiyini, həmin bağlamanı əldə etmək üçün onunla birlikdə yoldaş kimi getməsini xahiş etmiş, bunun qarşılığında istifadə etmək üçün ona 2-3 qram heroin verməyi təklif etmişdir. O, narkotik vasitə istifadəçisi olduğuna görə Hüseynin bu təklifi ilə razılaşmışdır. O, Hüseynlə söhbət edərkən Ceyhun başqa otaqda olduğundan onların danışıqlarını eşitməmişdir. Hüseyn taksi sifariş etmişdir. O, Hüseyn və Ceyhun birlikdə taksi ilə Biləsuvar rayonu ərazisinə getmişlər, Hüseyn maşını saxlatdırmış, Ceyhuna bir adamla görüşəcəklərini deyib, o və Hüseyn avtomobildən düşmüş, içərisində narkotik vasitə və psixotrop maddə olan bağlamanı axtarmışlar, bağlamanı o tapıb götürmüş, onlar avtombilə mindikdən sonra polis əməkdaşları onları tutaraq polis şöbəsinə aparmışlar. Götürdükləri bağlama balaca olmuşdur, lakin polis şöbəsində baxış zamanı bağlamanın böyük olduğunu görmüşdür. Polis əməkdaşları tərəfindən döyülərək üzərinə daha ağır çəkidə metamfetamin qoyulmuşdur. Hüseyin onunla narkotik barədə danışarkən, Ceyhun eşitməmiş, iranlı ilə Hüseyin danışıq aparmış, onun iranlı ilə danışığı olmamışdır. Günahı olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, 24 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək Təqsirləndirilən şəxs3 evində olmasını bildirmiş və həmin evə gəlməsini istəmiş, o, da Ceyhunun yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs1 ona İran vətəndaşı olan adını demədiyi şəxsin Salyan rayonu ərazisində “Yolüstü” restoranının yaxınlığına içərisində 15 qram heroin və 15 qram metamfetamin bağlama göndərdiyini, lakin tək getməyə qorxduğunu bildirmiş, buna görə də ona birlikdə yoldaş kimi getməsini xahiş etmiş, bunun qarşılığında istifadə etmək üçün 1 qram heroin verməyi təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 da onlarla birlikdə narkotik vasitə əldə etmək üçü gedəcəyini bildirmiş, bu barədə Ceyhuna sual verdikdə Hüseynlə birlikdə narkotik vasitə əldə etmək üçün razılaşmasını, Hüseynin istifadə etmək üçün narkotik vasitə verəcəyini də bildirmişdir. Bundan sonra, həmin gün, saat 19 radələrində taksi ilə Salyan ərazisində “Yolüstü” restoranı istiqamətində getmişlər. Hüseyn İranlı tanışı ilə danışarkən həmin şəxs bağlamanın gizlədildiyi yerin konumunu, yəni olduğu yerin məkanının və 102 yol nişanının fotoşəkilini göndərmişdir. Bundan sonra o, avtomobilin sağ qabaq oturacağında, Ceyhun və Hüseyn isə arxa oturacağında əyləşmiş və konum üzrə Biləsuvar rayonu istiqamətində getmişlər. Biləsuvar rayonu ərazisində hərəkətdə olan zaman yolun kənarında 102 yol nişanının olmasını gördükdə avtomobilin saxlamasını istəmişlər, avtomobildən o, və Təqsirləndirilən şəxs1 düşmüş, Ceyhun isə taksi sürücüsünün onlardan şübhələnməməsi üçün avtomobili bir qədər irəli hərəkət etdirməsini istəmişlər. Bundan sonra Hüseynlə birlikdə yolun kənarında 102 yol nişanının yanına getmiş və Hüseyn orada gizlədilmiş içərisində narkotik vasitə və psixotrop maddənin olduğu bağlamanı götürüb ona vermiş, o da həmin bağlamanı əynindəki gödəkçəsinin cibinə qoymuşdur. Bir neçə dəqiqə sonra Ceyhun avtomobillə onların yanına qayıtmışdır. O, yenidən həmin avtomobilin sağ qabaq oturacağında, Hüseyn isə arxa oturacağında Təqsirləndirilən şəxs3 yanında əyləşmişdir. Bundan sonra Salyan rayonu istiqamətində hərəkətdə olarkən polis əməkdaşları onları saxlayaraq Biləsuvar rayon polis şöbəsinə aparmışlar. Şöbədə avtomobilə baxış keçirilmiş və avtomobilin sağ qabaq oturacağının üzərindən bir ədəd bağlama aşkar edilmişdir. Həmin bağlama açılıb baxıldıqda içərisində bir ədəd qara, bir ədəd şəffaf rəngli bükülü olması müəyyən edilmişdir. Həmin bükülülər açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmiş, qara rəngli bükülü elektron tərəzidə çəkildikdə 270 qram, şəffaf rəngli sellofan bükülü çəkildikdə 50 qram olması müəyyənləşdirilmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. 24 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Hüseyn onun evinə gəlmiş. söhbət zamanı pulunun olmamasını, kasıblıqdan əziyyət çəkdiyini bildirmişdir. Hüseyn bir tanışından pul alacağını, birlikdə Salyan rayonu ərazisində restorana getmələrini, orada yeyib-içəcəklərini və alacağı puldan ona verib köməklik göstərəcəyini bildirmiş, o da Hüseynlə razılaşmışdır. Hüseyn Təqsirləndirilən şəxs2 zəng edərək onu evinə çağırmışdır. Sərxana onunla birlikdə Salyan rayonu ərazisində restorana gedib pul alacağını bildirmiş, buna görə də birlikdə yoldaş kimi getməsini istəmiş , Sərxan da etiraz etməyərək birlikdə getməyə razılaşmışdır. Hüseyn və Sərxan həyətə düşüb getmək istəyərkən o da onların arxasınca getmiş Sərxan orada ona evdə qalmağını,birazdan qayıdacaqlarını demiş, o Sərxan və Hüseynin yenə də onu aldadıb onsuz yeyib-içməyə gedəcəklərini düşünüb onlarla birlikdə gedəcəyimi demişdir. Hüseyn taksi sifariş vermiş, “Toyota Prius” markalı avtombillə restorana getmişlər, həmin restoranda o, Hüseyn və Sərxan birlikdə çay içmişlər. O, Hüseynə «nə oldu, yemək yeməyəcəyik» demiş Hüseyn də gözləməklərini, bir adamın gələcəyini, ona pul verəcəyini bildirmişdir. Sonra Hüseyn ona pul göndərəcək şəxsin Biləsuvar rayonu istiqamətində olduğunu demiş, taksi sürücüsünə onları həmin istiqamətə aparmasını demişdir. Onlar avtomobilə oturub Biləsuvar rayonu istiqamətinə getmiş, Biləsuvar rayonu ərazisində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs1 taksi sürücüsünə avtomobili saxlamasını demiş, sürücü avtomobili saxladıqdan sonra Hüseyn və Sərxan avtomobildən dümüşlər, onlara avtomobili irəlidən döndərib qayıtmalarını demişilər. Taksi sürücüsü avtomobili bir qədər irəli sürüb geri qayıtdıqdan sonra Hüseyn və Sərxan avtomobilə oturmuşlar. Onlar Salyan rayonu istiqamətində hərəkət etdikdə polis əməkdaşları onları saxlayaraq Biləsuvar rayon polis şöbəsinə aparmışlar. Şöbədə onu döyərək işgəncələr vermişlər. Polis əməkdaşları ona narkotik vasitə götürmək üçün gəldiklərini deyib onları döyərək işgəncələr vermişlər. O, polis əməkdaşlarına Hüseynlə birlikdə gəldiyini, Hüseynin tanışından pul götürəcəyini desə də ona məhəl qoymayaraq ona nalayiq ifadələr işlədərək döymüşlər. Sonra polis əməkdaşları Hüseyni onun yanına gətirərək, onun yanında Hüseyni döyərək onun da bu işdən məlumatının olmasını deməsini məcbur etmişlər, Hüseyn də onların dediklərini təsdiq edərək onun da narkotik vasitələrindən xəbərinin olmasını demişdir. Sonra onları avtomobilin yanına aparıb, orada çəkiliş aparmışlar, çəkiliş zamanı da Hüseynə onun xəbərinin olub-olmamasını soruşmuşlar, Hüseyin çəkiliş zamanı onun bu işdən məlumatının olmamasını dedikdə, kameranı saxlatdırıb Hüseyni yenidən döyməyə başlamışlar. Səhərisi gün isə onları Hüseynlə üzləşdirmişlər. Hüseynin Salyan rayonu ərazisindən narkotik vasitəsi götürməsindən onun məlumatı olmamış, heç bir iranlı və digər şəxslərlə narkotiklə bağlı danışığı olmamışdır. Günahı olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə təqsirləndirilən şəxs Hüseyin Əliyev və Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə baxışında verdikləri ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi «götürdükləri bağlama balaca, az çəkidə olması, lakin polis şöbəsində baxış zamanı bağlamanın böyük olduğunu görməsi, polis əməkdaşları onu döydükləri və təziyqlər etdikləri üçün videoçəkiliş zamanı bağlamanın ona məxsus olmasını deməsi, əslində isə 15 qram heroin və 15 qram metamfetamin götürməsi, Təqsirləndirilən şəxs3 narkotikdən məlumatı olmaması» xüsusatları, Təqsirləndirilən şəxs2 «Təqsirləndirilən şəxs1 ona 15 qram psixotrop maddəsi metamfetamin və 15 qram narkotik vasitə götürmək üçün yol yoldaşı kimi onunla getməsini təklif etməsi, Təqsirləndirilən şəxs3 narkotikdən məlumatı olmaması, polis əməkdaşları tərəfindən döyülərək daha ağır çəkidə metamfetamin qoyulması» xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, həm özləri, həmdə ki, cinayətkar qrupunun digər üzvü Təqsirləndirilən şəxs3 məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs3 verdiyi ifadəyə tənqidi yanaşaraq onun məhkəmə baxışında ifadəsində göstərdiyi «polis şöbəsində onu döyərək işgəncələr verilməsi, polis əməkdaşları Hüseyni döyərək onun da bu işdən məlumatının olmasını deməsinə məcbur etmələri, sonra onları avtomobilin yanına aparıb, orada çəkiliş zamanı Hüseyn onun bu işdən məlumatının olmamasını dedikdə, kameranı saxlatdırıb Hüseyni yenidən döymələri» xüsusatları Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirərək sübut növü kimi qəbul etmir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Salyan rayon polis şöbəsinin əməkdaşı Şahid7 Füzuli oğlu ifadəsində göstərmişdir ki, 30 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələr maddə əldə etməsi, daşıması və saxlaması barədə məlumat daxil olmuş və əməliyyat qurupu yaradılmışdır. Həmin tarixdə saat 17:30-da o, polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs1 Salyan şəhəri Avtovağzal ərazisinin yaxınlığında müşahidə edib yaxınlaşıb özlərini təqdim edib onu rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs1 üzərinə müdafiəçisinin iştirakı şəxsi axtarış keçirilmiş və üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusuna baxış keçirilmiş və içərisində yaşıl rəngli, spesifik qoxulu narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Salyan RPŞ-nin əməkdaşları Şahid8 və Şahid9 oğlu eyni məzmunlu ifadə verərək Şahid7 Füzuli oğlunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, bununla bağlı əməliyyat qurupu yaradılmışdır. 24 yanvar 2024-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs1 içərisində olduğu ehtimal etdikləri “Toyota Prius” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil Ələt- Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndindən keçən hissəsində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüş, təxminən 10 dəqiqə sonra həmin avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndindən keçən 100-cü kilometrliyində hərəkətdə olarkən yol patrul xidmətinin əməkdaşları tərəfindən avtomobil saxlanılmış, onlar avtomobilə yaxınlaşıb sürücü və avtomobildə sərnişin kimi əyləşmiş üç nəfər şəxsə özlərini təqdim etmişlər. Həmin şəxslərə üzərilərində və avtomobildə narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş digər əşya daşımaları şübhəsinin olduğunu izah edib hava, əməliyyat şəraiti, insanların və avtomobillərin hərəkəti, o cümlədən təhlükəsizlik tədbirlərə nəzərə alınmaqla onları avtomobillə birlikdə Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Şöbədə həmin avtomobilin sürücüsünün X4, sərnişinlərin isə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olmasını müəyyən etmişlər. Polis şöbəsində, Sərxan, Hüseyn, Ceyhun və taksi sürücüsünün üzərlərində videoçəkilişlə və müdafiəçilərinin iştirakları ilə baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı yad predmet və ya əşya aşkar olunmamışdır. Daha sonra müdafiəçilərin iştirakı və videoçəkilişlə “Toyota Prius” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin sağ qabaq oturacağının üzərindən üzəri yapışqan lentlə bağlanmış bir ədəd bağlama aşkar edilərək götürülmüşdür. Həmin bağlama açılıb baxıldıqda içərisində qara rəngli bir ədəd sellofan bükümün, şəffaf rəngli bir ədəd sellofan bükümün olması müəyyən edilmişdir. Hər iki bükülü açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddələr olması müəyyən edilmişdir. Aşkar olunmuş bükümlər qablaşdırılaraq götürülmüşdür. Sorğu sual zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş bağlamanın özünə məxsus olmasını, 3 gün əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu İran vətəndaşının narkotik vasitəni göndərməsini demişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin əməkdaşları Şahid2 Fizuli oğlu, Şahid6 Mehti oğlu, Şahid4 və Şahid3 oğlu eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş üzrə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin yol patrul xidməti inspektoru X7 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, 24 yanvar 2024-cü il tarixdə saat 21 radələrində sürücü ilə birlikdə 4 nəfərin olduğu avtomobilə saxla işarəsi vermişlər. Avtomobilin hansı istiqamətdə saxlamalarını xatırlamır, lakin avtomobili «Lukoil» YDM-nin yaxınlğında saxlamışlar. Onlar avtomobili saxlatdırdıqdan sonra əməliyyatçılar avtomobilə yaxınlaşmışlar. Əməliyyatçılar şəxsləri saxladıqdan sonra onlar taksi avtomobilini şöbənin həyətində duracağa aparmışlar. Avtomobili şöbəyə apararkən kimin idarə etməsini xatırlamır. Avtomobili şöbəyə apararkən sürücü də avtomobildə olmuşdur. Avtomobil şöbədə duracağa qoyulduqdan sonra maşının açarı növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 25 yanvar 2024-cü il tarixli, 19/65 nömrəli «məhkəməkimyəvi ekspertizasının» rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «.....Toyota Prius markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş bükülü.....» sözlər və imzalar olan bir ədəd bağlamadakı 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 257,33 qram və 46,517 qram ümumi təmiz çəkisi 303,853 qram olan ağ rəngli kristallardan ibarət maddələr kütləsi metamfetamindir. Metamfetaminin təmiz çəkisi 303,853 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 303,653 qramdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı”na daxildir. (Siyahı İ) Ekspertiza tədqiqatından sonrakı qalıq psixotrop maddə metamfetamin 303,653 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) manatdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 01 dekabr 2023-cü il tarixli 18/1091 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi 7,97 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonrakı qalıq qurudulmuş marixuanna 7,95 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik təşkil edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 32 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 33 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 34 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 62 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opiodlərin və stimulyatorların qəbulundan yararan asılılıq sindormu (polinarkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 63 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opiodlərin və stimulyatorların qəbulundan yararan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 64 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 opiodlərin qəbulundan yararan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 740 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs3 “emosional davamsız şəxsiyyət pozuntusu” aşkar olunur, onda aşkar edilən “emosional davamsız şəxsiyyət pozuntusu” hal-hazırda kompensasiya vəziyyətində olduğundan onun hazırki vəziyyəti ilə əlaqəda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin mahiyyətini dərk etmək və onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs3 cinayət əməlini törədən zaman onda “emosional davamsız şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Emosional davamsız şəxsiyyət pozuntusu”onu törətdiyi törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmiş, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 741 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıbdır. Həmin dövrdə o, öz hərəkətlərinin fakitiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin mahiyyətini dərk etmək və onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Buna görə də o, ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 741 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıbdır. Həmin dövrdə o, öz hərəkətlərinin fakitiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin mahiyyətini dərk etmək və onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Buna görə də o, ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 24 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında “protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd “Redmi” markalı mobil telefon aşkar olunmuş, üzərindən qanunla qadağan olunmuş hər hansı maddə və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan 30 noyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında “protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 24 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuş, üzərindən qanunla qadağan olunmuş hər hansı maddə və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan 24 yanvar 2024-cü il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” protokoldan və videoçəkilişdən görünür ki, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Əsəd Abdullayevin, onların vəkillərinin iştirakları ilə videoçəkiliş aparılmaqla Əsəd Abdullayevin idarə etdiyi “Toyota Prius” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış zamanı ilkin olaraq şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və X2 həmin avtomobildə narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etmələri təklif olunmuşdur. Lakin, şübhəli şəxslər həmin avtomobildə özlərinə məxsus olan hər hansı narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş digər əşya, predmet olmadığını bildirmişlər. Bundan sonra Şahid1 həmin avtomobilə baxış keçirmiş, baxış zamanı avtomobilin sağ qabaq oturacağının üzərindən üzəri yapışqan lentlə bağlanmış bir ədəd bağlama aşkar edilmişdir. Bundan sonra, Əsəd Abdullayevin idarə etdiyi “Toyota Prius” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş üzəri yapışqan lentlə bağlanmış bir ədəd bağlama açılıb baxıldıqda içərisində qara rəngli bir ədəd sellofan bükümün, şəffaf rəngli bir ədəd sellofan bükümün olması müəyyən edilmişdir. Hər iki bükülü açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddələr olması müəyyən edilmişdir. Qara rəngli sellofan bükülüdən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkildikdə 270,0 qram, şəffaf rəngli sellofan bükülüdən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkildikdə 50,0 qram olması müəyyənləşdirilmişdir. Aşkar edilərək götürülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər maddələr olan bükülükər zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra maddi sübut kimi götürülmüşdür. Bundan başqa, avtomobilə baxış zamanı qanunla qadağan edilən digər əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan 02 fevral 2024-cü il tarixli «Təqsirləndirilən şəxs1 məxsus mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus olan mobil telefon «Redmi » markalı, qara rəngli mobil telefondur. Həmin mobil telefonun üzərində ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələri vardır. Telefonun “kontaktlar”-na hissəsinə baxış keçirilərkən adı “ Dostumuz” kimi yazılmış İran İslam Respublikası mobil operatorlarına məxsus olan +**********37 saylı mobil nömrənin olması müəyyən edilmişdir. Həmçinin, həmin mobil telefonun “WhatsApp” proqramına baxış keçirilən zaman adı “Dostumuz” kimi yazılmış İran İslam Respublikası mobil operatorlarına məxsus olan +**********37 saylı mobil nömrənin salamlaşma işarələrinin göndərilməsi müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrə ilə istifadə etdiyi “WhatsApp” proqramına baxış keçirilən zaman qeyd olunmamış İran İslam Respublikası mobil operatorlarına məxsus olan +**********53 saylı mobil nömrə ilə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə aşağıdakı səs yazılarını və sms-lər göndərməsi müəyyən edilmişdir: -+**********37 saylı mobil nömrədən---eliyə bilirsənsə mənə -12 dənə klent ver, sən özünnən də işləyək, mənim özümə də 5-3 dənə klent ver, eliyə bilirsən indi nömrələrini atginan, mən də sənin adını vermərəm, vallah billah sənin adını vermərəm, diyərəm məndə var idi nömrən, verginən işləyək, sənin özünə də səhərləri mal verim get götür--səs yazısını göndərilmişdir. -Təqsirləndirilən şəxs1----baba iki dənə qızım var idi, ikisi də tutulub, tanıyarsan, sizin uşaqlarla çox işləyib, ikisi də srokdadı, Kürdəxanıdadı qadın zonunda, bir də tutulub belənçiyinə, uşaqlar vare qaqa onlarla danışıb verərəm, onların da iranlılar var işləyirlər---- --- səs yazısını göndərmişdir. -+**********37 saylı mobil nömrədən---nömrələri göndər, ikisinin nömrəsini göndər danışım, mənə at özüm yazım danışım, mənnən işləsinlər də onlarla danışım yerbəyer, danışım işləsinlər, ---- səs yazısını göndərilmiş, baba neynedin at da nömrələrin---sms-i göndərilmişdir. -Təqsirləndirilən şəxs1 ----adı Kənandı qaqa, mənim adımdan yazma, öz adınla yaz, mənim adımı qəti çəkmə---- səs yazısını göndərmişdir. -+**********37 saylı mobil nömrədən---baba eliyə bilirsənsə elə indi mənə bir 50 atginən mən sənin malını yarım saat verim get götür, hara deyirsən qoydurum, səs yazısı, baba niyə cavap vermirsən, yaxsı sas at da, baba san mal gotrur san hindi sms-i, salam baba nətərsən yaxşısan, sübhün xeyir, baba yerdə mal vardı, get götür, sat pulumu ver—səs yazısı göndərilmişdir. -Təqsirləndirilən şəxs1---- harda qaqa---sms-i göndərilmişdir. -+**********37 saylı mobil nömrədən---elə orda, getginən malı götür gəl, hərəsindən 15, 15 bağlıyım, satginən pulumu ver---səs yazısı göndərilmişdir. -Təqsirləndirilən şəxs1---- qaqa mən getməyəcəm, qızı göndərəcəm, bir qız var onu tırkalıyıb göndərəcəm—səs yazısını göndərmişdir. -+**********37 saylı mobil nömrədən-- fərqi yoxdur, kimi göndərirsən göndər, ya özün get, mənə fərq eləmir də birdəfəlik malı götürsün gəlsin, səni tanıyıram da, kimi yollayırsan yolla etibarlı adam yolla da ---- səs yazısı, mana xabar ela sms-i göndərilmişdir. -Təqsirləndirilən şəxs1---- -he qaqa sms-ni göndərmişdir. -+**********37 saylı mobil nömrədən----deyirəm neynədin qaqa, getmirsən bə, getmişdiyə neçə vurursan, mənə bax 500 manata mən sənə bu dəyqə 50-60 dənə bağlatdırım get götür, 500 manata 20 dənə edir, 20 qram kola, patı, amma sənə 50 dənə verərəm də satıb pulumu da verərsən amma istəsən 20 dənə də verə bilərəm, qaqa kart göndərim, pulu atandan sora 40-50 dəyqəyə mal səndədi Bakıda, telefonu açginən sənlə qəşəng söz danışmaq isdəyirəm, ay baba cavab ver, sənlə işim vare mənim, yaxşı 100 göndərirsən, sas göndərirsən ---səs yazısı göndərilmişdir. -Təqsirləndirilən şəxs1---- videogörüntü göndərərək “bu dəyqə 500 manat vururam sənə” sözlərini demişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrə ilə istifadə etdiyi “WhatsApp” proqramına baxış keçirilən zaman “Dostumuz” kimi yazılmış İran İslam Respublikası mobil operatorlarına məxsus olan +**********37 saylı, adı qeyd olunmamış İran İslam Respublikası mobil operatorlarına məxsus olan +**********53, +**********15 saylı, profilində “pati kola” sözləri yazılmış adı qeyd olunmamış +**********73 saylı mobil nömrə ilə danışıqların olması müəyyən edilmişdir. Həmin mobil telefonun Zənglər bölümünə baxış zamanı xx.xx.2024-cü il tarixdə saat 18:08 dəqiqədə *0066 taksi xidməti zəng edilməsi müəyyən edilmişdir. Qeyd edilən sms-lərin və zəngləri olmasını özündə əks etdirən fotolar çıxarılaraq, habelə səs yazıları CD diskə köçürülərək tərtib edilmiş protokola əlavə olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs3 məxsus mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 məxsus olan mobil telefon «Samsung » markalı, qara rəngli mobil telefondur. Həmin mobil telefonun üzərində ***-***-**-** saylı mobil nömrəsi vardır. Telefonun “kontaktlar”-na hissəsinə baxış keçirilərkən adı “ Dostumuz” kimi yazılmış İran İslam Respublikası mobil operatorlarına məxsus olan +**********37 saylı mobil nömrənin olması müəyyən edildi. Həmçinin, həmin mobil telefonun “WhatsApp” proqramına baxış keçirilən zaman adı “Sadat” kimi yazılmış ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aşağıdakı sms-ləri və səs yazılarını qarşılıqlı olaraq bir-birinə göndərməsi müəyyən edildi: -Sadat—CEKA bişey var -Təqsirləndirilən şəxs3—doludu -Sadat---- balansıda 2,41 manat olması ilə bağlı fotoşəkil göndərmiş və kartımda olan budu ikimizin canı, varsa bir az ver sabah üstün düzeldib verererm -Təqsirləndirilən şəxs3----- 2 manata adamın üzünə baxmırlar, elebil bariqanan danışırsan bunnan neçenci defedi direm sene, 5 olsa götürə bilərəm tez -Sadat—ikimizin canı oaln budu bu vaxt çetin 5 düzele sabah düzelderem dişim öldürür meni ona görü deyirdim yoxsa istemerem bilirsen -Təqsirləndirilən şəxs3----- pul düzletde hə noldu naqardın -Sadat—darıxma görüm neynirem 5diy düzüldü bilirem - Təqsirləndirilən şəxs3--- hə qec düzelecey 5 diy -Sadat—yazmışam dedi darıxma Qeyd edilən sms-lərin özündə əks etdirən fotolar çıxarılaraq tərtib edilmiş protokola əlavə olunmuşdur. İş materiallarında olan 24 yanvar 2024-cü il tarixli «şübhəli şəxs qimsində tutulması haqqında » protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, X12 və Təqsirləndirilən şəxs3 həmin şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1, X12 və Təqsirləndirilən şəxs3 barələrində həbs olunmasının əvvəli 24 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qərar Təqsirləndirilən şəxs1 ətrafında aparılan əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə Biləsuvar RPŞ-nin əməliyyat müvəkkili Şahid1 qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan 22 fevral 2024-cü il tarixli «cinayət işlərini bir icraatda birləşdirilməsi haqqında» qərarla Salyan RPŞ-nin istintaq bölməsində aparılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi hazırki cinayət işi ilə bir icraatda birləşdirilməklə Təqsirləndirilən şəxs1 cinayət işinin istintaqı CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilmişdir. İş materiallarında olan 30 noyabr 2023-cü il tarixli «şübhəli şəxs qimsində tutulması haqqında» protokollardan görünür ki, Əliyev X13 RPŞ-nin istintaq bölməsi tərəfindən həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin istintaq bölməsinin 02 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və həmin tarixdə həbsdən azad olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən əldə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən əldə olunmuş tələbnamədən, hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay, 22 gün cəzadan şərti olaraq vaxtından azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən əldə olunmuş tələbnamədən və hökmün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinib 01 il, 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2006-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, o, Salyan Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, o, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 180.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 05 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, o, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 01 il, 09 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya Aktının 5-ci bəndinə əsasən təyin edilmiş cəzasının çəkilməmiş hissəsinin 01 il azaldılmışdır. Bundan başqa, o, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il, 06 ay, 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 08 ay, 01 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan 26 yanvar 2024-cü il tarixli «əşyanın maddi sübut kimi tanınması və həll edilməsi haqqında» qərarla “Toyota Prius” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı 303,653 qram metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan 02 dekabr 2023-cü il tarixli «maddi sübut kimi tanınma haqqında» qərarla Təqsirləndirilən şəxs1 aşkar olunmuş ekspertiza tədqiqatından sonrakı qalıq 7,95 qram qurudulmuş marixuanna maddi sübut kimi tanınmış Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılır. İş materiallarında olan 26 aprel 2024-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarlarla şəxsi axtarış keçirilmə və avtomobilə baxış keçirilməsinə dair videoçəkilişləri əks etdirən ümumilikdə 5 (beş) ədəd CD disk, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmuüş bir ədəd «Redmi» markalı və Təqsirləndirilən şəxs3 üzərindən şaşkar olunmuş bir ədəd «Samsung» markalı mobil telefonlar maddi sübut kimi tanınmış, 5 ədəd CD disk iş materiallarına əlavə olunmuş, 2 ədəd mobil telefonlar Biləsuvar RPŞ-nin saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan Salyan şəhər, İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23 yanvar 2024-cü il tarixli arayışdan, xasiyyətnamədən görünür ki, Əliyev X13 şəhəri, S.vurğun küçəsi ev 96-da qeydiyyatda olmaqla yaşayır, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Salyan şəhər, Mənzil İstismar Tikinti İstehsal Birliyi MMC-nin tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli arayışdan, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 16, mənzil 2-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından və 2008-ci il təvəllüdlü bir yetkinlik yaşına çatmayan uşağından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Salyan şəhər, İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli arayışdan, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Salyan şəhəri X.R.Ulutürk küçəsi ev 55-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından və xx.xx.2020-ci il təvəllüdlü X8 adlı azyaşlı uşağından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 26 aprel 2024-cü il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» qərarla «Toyota Pirius» markalı avtomobildən aşkar olunaraq götürülmüş külli miqdarda psixotrop maddəni Təqsirləndirilən şəxs1 göndərmiş İİR-nın vətəndaşının şəxsiyyətini, habelə cinayətin digər iştirakçılarını müəyyən etmək məqsədi və hazırki cinayət işindən fakta görə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onlar tərəfindən törədilmişdir, bu cinayətlərə görə onlara ittiham verildiyi Təqsirləndirilən şəxs1 CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidirlər və onların təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbacyan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbacyan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmaları, gənc olmaları əməllərini yüngülləşdirən hallar kimi nəzə alır. Azərbacyan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində 1 ayzışlı uşağının olması cəzasını yüngülləşdirən haldır. Məhkəmə hesab edir ki, törətdiyi əməllərə görə Təqsirləndirilən şəxs1 CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdırlar. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidirlər. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə cinayəti Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəzalarını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz”. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, Təqsirləndirilən şəxs1 Salyan RPŞ-i tərəfindən 30 noyabr 2023-cü il tarixdən 02 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti cəza təyin edilməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəylərinə görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicəyə təyin edilməli, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 303,653 qram psixotrop maddə metamfetamin və 7,95 qram qurudulmuş marixuanna məhv edilməli, həmin şöbədə saxlanılan Təqsirləndirilən şəxs1 məxsus bir ədəd «Redmi» markalı və Təqsirləndirilən şəxs3 məxsus bir ədəd «Samsung» markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılmalı, iş materiallarına əlavə olunmuş şəxsi axtarış keçirilmə və avtombilə baxış keçirilməsinə dair videoçəkilişləri əks etdirən ümumilikdə 5 (beş) ədəd CD disk cinayət təqibi üzrə materiallarına saxlama müddəti ərzində işdə salanılmalıdır. İş üzrə 25 yanvar 2024-cü il tarixli, 19/65 nömrəli «məhkəmə-kimyəvi ekspertizasının» rəyi üzrə təyin olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 20 (iyirmi) manat tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə 01 dekabr 2023-cü il tarixli 18/1091 nömrəli “məhkəmə bioloji” ekspertizasının rəyi üzrə təyin olunmuş 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik, ümumilikdə 69 (altmış doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəlinin 24 yanvar 2024-cü il tarixdən hesablanmasını əsaslı sayır. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il, 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə 7 (yeddi) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 7 (yeddi) il, 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə 69 (altmış doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 7 (yeddi) il, 6 (altı) ay müddəə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə 20 (iyirmi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddəə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə 20 (iyirmi) manat məbləğində ekspertiza Təqsirləndirilən şəxs3 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq – Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 303,653 qram psixotrop maddə metamfetamin və 7,95 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan - Təqsirləndirilən şəxs1 məxsus bir ədəd «Redmi» markalı, Təqsirləndirilən şəxs3 məxsus bir ədəd «Samsung » markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılsın. İş materiallarına əlavə olunmuş şəxsi keçirilmə və avtomobilə baxış keçirilməsinə dair videoçəkilişləri əks etdirən ümumilikdə 5 (beş) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elxan Süleymanov Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar